Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-320/2022 16.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 06 avqust 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, H.Cavid küçəsi, döngə 1, ev 85 A qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2013-cü il tarixdə Daxili İşlər orqanlarından xaric olunduğu halda özünün polis əməkdaşı olmasını bildirdiyi övladı Şahid7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına kursant qismində qəbul edilməsində köməklik göstərilməsi barədə 2019-cu ilin may ayında müraciət edən tanışı Şahid6 özünün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxslə yaxın münasibətinin olmasını və həmin şəxs vasitəsilə guya Şahid7 Polis Akademiyasına qəbul etdirmək imkanına malik olmasını aralarında olan söhbət zamanı yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, Şahid7 Polis Akademiyasında keçiriləcək sınaq və müvafiq yoxlamalardan kənar qəbul edilməsinə görə maddi nemət olan 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid6 aldatmaqla, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin may ayında hissəhissə olmaqla Şahid6 Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən “ASAN” xidmət mərkəzinin qarşısında cəmi 17.000 manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid6 məxsus cəmi 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid6 təhrik etmişdir. Bundan başqa o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2013-cü ildə Daxili İşlər orqanlarından xaric olunduğu halda özünün polis əməkdaşı olmasını bildirdiyi, Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmiş Şahid3 Ağəddin oğlunun cinayət məsuliyyətindən azad edilməsi və yaxud əməlinin tövsifinin yüngülləşdirilməsində köməklik göstərilməsi məqsədilə 2019-cu ilin noyabr ayında özünə müraciət etmiş sonuncunun atası X7 ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən Xətai Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında görüşləri zamanı sonuncuya özünün guya Azərbaycan Respublikası Ədliyyə Nazirliyində və Prokurorluq orqanlarında işləyən vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını və həmin şəxslər vasitəsilə Şahid3 gələcəkdə məhkəmədə həbslə bağlı olmayan cəza təyin etdirmək imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə ilkin olaraq maddi nemət qismində 30.000 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Ağəddin Nəciyevi aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin noyabr ayında X1 cinayətdən xəbərsiz olan Şahid6 vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsində yerləşən Şahid6 icarəyə götürdüyü ofisdə 15.000 manat, eyni niyyətlə, 2019-cu ilin noyabr ayında həmin ünvanda 10.000 manat, eyni niyyətlə, rüşvət qismində əlavə pul vəsaitinin də verilməsinin zəruri olmasını bildirib sövdələşməklə, 2019-cu ilin dekabr ayında qeyd edilən yerdə 40.000 manat və 2019-cu ilin dekabr ayında eyni qaydada və həmin ünvanda 20.000 manat pul vəsaitini alıb, Şahid3 Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 20.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdən sonra öz cinayətkar niyyətini davam etdirərək 2020-ci ilin may ayında Ağəddin Nəciyevlə danışıqları zamanı yalandan Bakı Apellyasiya məhkəməsində işə baxılarkən Şahid3 həbsdən azad etdirəcəyini bildirib, həmin məsələnin müsbət həlli üçün Bakı Apellyasiya Məhkəməsində işləyən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Ağəddin Nəciyevi aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin may ayında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən Xətai Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Ağəddin Nəciyevdən şəxsən 10.000 manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə X4 məxsus cəmi 95.000 (doxsan beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə X5 təkrarən təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2011-2013cü illərdə Daxili İşlər Nazirliyinin Baş Mühafizə idarəsinin Xətai rayon Mühafizə idarəsində mülki mühafizə polisi işləmiş, 2013-cü ildə əmək intizamını pozduğuna görə vəzifəsindən azad edilmişdir. DİN-dən işdən azad edildikdən sonra müxtəlif işlərlə əsasən ticarətlə məşğul olmuşdur. 2017-ci ildə Şahid6 ilə tanış olmuş və onunla səmimi münasibətləri yaranmışdır. 2019-cu ilin noyabr ayında Gülnar ona Kəmalə adlı rəfiqəsinin qohumunun Bakı şəhəri Maştağa qəsəbəsində yol nəqliyyat hadisəsi törətdiyini və nəticədə bir nəfər şəxsin öldüyünü bildirmişdir. Bu məsələdə Kəmalənin qohumu Vidadi adlı şəxsə köməklik etmək lazım olduğunu demişdir. O da yol nəqliyyat hadisəsi törətmiş şəxsə köməklik edə biləcəyini bildirmişdir. Ondan sonra 2019-cu ilin noyabr ayında Vidadinin atası Ağəddin onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib görüşmək istədiyini bildirmişdir. Ağəddinlə birinci dəfə 2019-cu ilin noyabr ayında Xətai rayon İcra hakimiyyətinin yaxınlığında yerləşən parkda görüşmüş, Ağəddin ona oğlu Vidadinin 2019cu ilin sentyabr ayında Maştağa qəsəbəsində yol nəqliyyat hadisəsi törətdiyini və nəticədə bir nəfər kişinin vəfat etdiyini demişdir. Ağəddin zərərçəkən tərəfin şikayətçi olduğunu və barışmaq fikirləri olmadığını bildirmiş, belə olan halda Ağəddinə ilk növbədə şikayəti dayandırmaq üçün qarşı tərəflə söhbət edib onları yola gətirmək lazım olduğunu demişdir. Bir müddət sonra o, Gülnarla telefon əlaqəsi saxlayıb Vidadinin məsələsini 30.000 manata həll edə biləcəyi barədə Ağəddinə məlumat verməsini bildirmişdir. Gülnar da Ağəddingillə əlaqə saxlayıb danışdıqdan sonra ona zəng edib Ağəddinin 30.000 manata işin həll olunmasına razılıq verdiyini bildirmişdir. Gülnara Ağəddinin pulu ona verməsini bildirib pulu ondan götürəcəyini demişdir. Beləliklə 2019-cu ilin noyabr ayında Ağəddin Gülnara gətirib səhv etmirsə ya 15.000 ya 20.000 manat pul vermiş, həmin pulu Bakı şəhəri Nərimanov rayonu F.Xoyski küçəsində yerləşən ofisindən Gülnardan götürmüşdür. Həmin pulu götürüb zərərçəkmiş tərəfin qohumlarının yanına getmiş, söhbət edib barışıq təklif etmiş, lakin barışmaq istəmədiklərini bildirdiklərinə görə qayıdıb gəlmişdir. Bir müddətdən sonra Ağəddin ikinci dəfə ya 10.000 ya 15.000 manat Gülnara pul vermiş, Gülnarın işlədiyi Bakı şəhəri Nərimanov rayonu F.Xoyski küçəsində yerləşən ofisindən Gülnardan həmin pulu götürmüşdür. İlk əvvəl zərərçəkənlərə müəyyən qədər pul verdikdən sonra onların şikayətinin qarşısını aldıqdan sonra işin həll edilməsi istiqamətində hərəkət etməsi barədə fikirləşsə də bir neçə dəfə zərərçəkənlərlə söhbət etməyinə baxmayaraq onlar razılaşmamışlar. Vəziyyətin belə olduğunu görüb zərərçəkən tərəfə daha artıq pul təklif edilsə bəlkə şikayətdən əl çəkəcəklərini düşünmüş, ona görə 2019-cu ilin səhv etmirsə noyabr ayının sonlarında Ağəddinə zəng edib işin həll edilməsi üçün əlavə 60.000 manat pul lazım olduğunu demişdir. Ağəddin də həmin məbləğin çox olduğunu bildirib qeyd edilən məbləği yığması üçün müəyyən qədər vaxt istəmişdir. 2019-cu ilin dekabr ayında Ağəddin onunla telefon əlaqəsi saxlayıb pulun müəyyən hissəsini düzəltdiyini bildirib və ona pulu Gülnara verməsini deyib pulu Gülnardan götürəcəyini bildirmişdir. Beləliklə 2019cu ilin dekabr ayında Ağəddin səhv etmirsə iki dəfəyə Gülnara 60.000 manat pul vermiş və o da pulu Gülnardan götürmüşdür. 2020-ci ilin fevral ayında məhkəmə tərəfindən Vidadi 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, ondan sonra da Vidadinin həbsdən azad edilməsinə görə Ağəddindən yenə eyni yerdə xatırlamadığı tarixdə 10.000 manat pul almışdır. Lakin Vidadinin məhkəmədə olan işini həll edə bilməmiş, aldığı pulları da anası Reyhan Heydərovanın şəkər xəstəliyi ilə bağlı müalicələrə və şəxsi ehtiyaclarına xərcləmiş, həmin puldan hər hansı bir vəzifəli şəxsə pul verməmişdir. Şahid6 qızı Şahid7 Polis Akademiyasına qəbul olunması üçün onun hazırlıqlara göndərilməsi məqsədilə 2019-cu ilin may ayında hissə-hissə olmaqla ondan 17.000 manat pul aldığını, lakin işi həll edə bilmədiyinə görə pulu qaytardığını, həmin puldan heç bir vəzifəli şəxsə pul vermədiyini və hansısa vəzifəli şəxsə vermək adı ilə nə Şahid6, nə də ki, Ağəddin Nəciyevdən pul almadığını göstərmişdir. Rəşad Ağəddindən 95.000 manat pul almasına baxmayaraq onları aldatmamış, onun pulu almasında məqsədi Vidadinin törətdiyi cinayətlə bağlı zərərçəkənlərlə barışıq əldə etməsi olmuşdur. Lakin zərərçəkən şəxslər razılaşmadıqlarına görə məsələni həll edə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, oğlu Şahid3 24.09.2019-cu ildə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində özünə məxsus “Mercedes” markalı avtomobillə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə piyada aldığı xəsarətlərdən ölmüşdür. Həmin hadisə ilə bağlı Sabunçu rayon polis şöbəsində istintaq aparılmış və cinayət işi Sabunçu rayon məhkəməsinə göndərilmişdir. İstintaq müddətində oğlu Şahid3 həbs edilməmiş, onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin qohumları ilə dəfələrlə barışmaq üçün danışıqlar aparsa da onlar buna razı olmamışlar. 2019-cu ilin noyabr ayında oğlu Vidadinin nişanlısı Nərgizin anası Kəmalə rəfiqəsi X18 Nazirliyində işləyən tanışı olduğunu bildirib Vidadinin barəsində olan cinayət işində ona köməklik edə biləcəyini demişdir. Kəmalə ilə razılaşıb həmin şəxslə görüşmək istədiyini bildirmiş, ondan sonra Kəmalə Gülnarla bu barədə söhbət etmiş və o qardaşı Ağamirlə birlikdə Gülnarla görüşüb bu barədə danışmaq qərarına gəlmişdir. 2019-cu ilin noyabr ayında özünə məxsus ya ***-***-**-** ya da ***-***-**-** saylı mobil nömrə vasitəsilə Gülnarın istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəyə zəng edib onunla əlaqə saxlamış və özünü təqdim edib Kəmalənin qohumu olduğunu demiş və onunla görüşüb oğlunun məsələsi ilə bağlı görüşmək istədiyini bildirmişdir. Gülnar razılıq verdikdən sonra qardaşı Ağamirlə birlikdə Gülnarın həmin vaxt işlədiyi Bakı şəhəri Nərimanov rayonu F.Xoyski küçəsində 5 nömrəli xəstəxanaya çatmamış 5 mərtəbəli binanın zirzəmisində yerləşən ofisdə görüşmüşdür. Görüş zamanı oğlu Vidadinin yol nəqliyyat hadisəsi törətdiyini bildirib ona məhkəmədə köməklik edilməsini xahiş etmiş, Gülnar polisdə işləyən Təqsirləndirilən şəxs adlı tanışı olduğunu bildirib bu məsələdə köməklik edə biləcəyini demişdir. Belə ki, Gülnar ona tanışı Rəşadın Vidadinin məhkəmə prosesi zamanı həbs edilməməsini təmin edəcəyini və şikayətçilərin şikayətinin qarşısını alacağını bildirmişdir. Bir müddət sonra Gülnar Rəşadla əlaqə saxlayıb onu iş yerinə çağırmış, Rəşad gəlib onlarla görüşüb və narahat olmamağı bildirib Vidadinin həbs olunmayacağını demişdir. Zərərçəkmiş şəxslərə verilməsi ilə bağlı 15.000 manat pul istəmişdir. Rəşadla razılaşıb 2019-cu ilin noyabr ayında Rəşadın tapşırığına əsasən 15.000 manat pulu Gülnarın işlədiyi Bakı şəhəri Nərimanov rayonu F.Xoyski küçəsində 5 nömrəli xəstəxanaya çatmamış 5 mərtəbəli binanın zirzəmisində yerləşən ofisdə Gülnara vermiş həmin vaxt qardaşı Ağamir də orada olmuşdur. Həmin gün Rəşadla onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb 15.000 manat pulu Gülnara verdiyini bildirmiş və o da həmin pulu Gülnardan götürdüyünü bildirib narahat olmamağını demişdir. 15.000 manat pulu Gülnara verdikdən 1 həftə sonra Rəşad ona zəng edib cinayət işinin Ağır Cinayət Məhkəməsinə getməməsi üçün əlavə 10.000 manat vermək lazım olduğunu bildirmiş, Rəşadla razılaşdıqdan sonra Rəşad həmin pulu da Gülnara verməsini bildirmişdir. 2019-cu ilin noyabr ayında oğlu Vidadi nişanlısı Nərgizlə birlikdə Gülnarın iş yerinə gedib orada 10.000 manat pulu ona vermişlər. Sonra o Rəşadla əlaqə saxlayanda Rəşad pulu Gülnardan götürdüyünü işin həll olunması istiqamətində danışıqlar apardığını bildirmişdir. 2019-cu ilin noyabr ayının sonlarında Rəşad ona zəng edib işin həll olunması, yəni Vidadinin həbs edilməməsi üçün daha 60.000 manat pul tələb olunduğunu bildirmişdir. Rəşada 60.000 manatın çox olduğunu həmin məbləği düzəldib ona verə bilməyəcəyini bildirdikdə Rəşad 60.000 manat verilməsə işi həll edə bilməyəcəyini demiş, belə olan halda “Mercedes” markalı avtomobilini 10.000 manat satıb qalanını özü və borc alıb 40.000 manat pul toplayıb 2019-cu ilin dekabr ayında Rəşadla danışıb ilkin olaraq 40.000 manat bir müddətdən sonra isə qalan 20.000 manatı düzəldib verə biləcəyini demişdir. Rəşad razılaşdıqdan sonra onun tapşırığına əsasən 2019-cu ilin dekabr ayında Gülnarla onun iş yerində görüşüb 40.000 manat pulu ona sayıb vermiş, həmin gün Rəşadla telefon əlaqəsi saxlayib bu barədə məlumat verdikdə o pulu Gülnardan götürdüyünü bildirmişdir. 2019-cu ilin dekabr ayının sonunda 20.000 manat da düzəldib həmin məbləği də Rəşadın tapşırığına əsasən Gülnarın iş yerində şəxsən Gülnara sayıb vermiş və sonradan Rəşadla telefon əlaqəsi saxlayan zaman pulu Gülnardan götürdüyünü bildirmişdir. 2020-ci ilin fevral ayında oğlu Sabunçu rayon məhkəməsi tərəfindən həbs edilmiş, bununla bağlı Rəşadla əlaqə saxladıqda Rəşad ona Apellyasiya məhkəməsində Vidadini buraxdıracağını bildirmişdir. Bir müddətdən sonra Rəşad ona zəng edib Vidadinin Apellyasiya məhkəməsində həbsdən azad edilməsinə görə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi üçün yenidən 10.000 manat pul lazım olduğunu bildirmişdir. 2020-ci ilin may ayında Bakı şəhərində Xətai rayonu ərazisində Xətai rayon İcra Hakimiyyətinin yaxınlığında parkda Rəşadla görüşüb şəxsən ona 10.000 manat pul vermişdir. Beləliklə də hissə-hissə Gülnar vasitəsilə və şəxsən Rəşada 95.000 manat pul versə də o oğlu Vidadinin barəsində Sabunçu rayon məhkəməsində olan cinayət işini həll edə bilməmiş, oğlu həbs edilmişdir. Təqsirləndirilən şəxs pulları zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə edilməsi adı altında almış, lakin, həmin pulları kimə verəcəyindən onun məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, qardaşı Ağaddinin oğlu Şahid3 24.09.2019-cu ildə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində özünə məxsus “Mercedes” markalı avtomobillə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə piyada aldığı xəsarətlərdən ölmüşdür. Yol nəqliyyat hadisəsi ilə bağlı Sabunçu rayon polis şöbəsində istintaq aparılmış və cinayət işi Sabunçu rayon məhkəməsinə göndərilmiş, zərərçəkmiş şəxsin qohumları ilə dəfələrlə barışmaq üçün danışıqlar aparsalar da onlar buna razı olmamışlar. 2019-cu ilin noyabr ayında qardaşı Ağaddin ona Vidadinin məhkəmə işinə köməklik etmək üçün adam tapdığını bildirib həmin şəxsə gedib pul vermək lazım olduğunu bildirmişdir. 2019-cu ilin noyabr ayında Ağəddinlə birlikdə gedib Bakı şəhəri Nərimanov rayonu F.Xoyski küçəsində yerləşən binanın zirzəmisində olan ofisdə Gülnar adlı qadınla görüşmüş və qardaşı ona 15.000 manat pul vermişdir. Orada Gülnar tanışı polis əməkdaşı olan Rəşadın bu işlə məşğul olacağını və Vidadinin məhkəmə məsələsini həll edəcəyini bildirmişdir. Ondan bir müddət sonra səhv etmirsə 2019-cu ilin noyabr ayının sonlarında Ağəddin Rəşadın işin həll olunmasına görə əlavə pul istədiyini bildirdiyinə görə Ağəddinə 10.000 manat borc pul vermişdir. Sonradan bildiyinə görə X10 məhkəmə məsələsini həll edilməsi üçün zərərçəkmiş şəxslərin qohumları ilə barışıq əldə edilməsinə görə hissə-hissə olmaqla 95.000 manat pul almış, lakin onun işin həll etməmiş, nəticədə Vidadi məhkəmə tərəfindən həbs edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Ağəddin oğlu ifadəsində göstərdi ki, 24.09.2019-cu ildə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində “Mercedes” markalı avtomobillə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə piyada aldığı xəsarətlərdən ölmüşdür. Qeyd etdiyi yol nəqliyyat hadisəsi ilə bağlı Sabunçu rayon polis şöbəsində istintaq aparılmış və cinayət işi 2020-ci ilin fevral ayında Sabunçu rayon məhkəməsinə göndərilmişdir. İstintaq müddətində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin qohumları ilə dəfələrlə barışmaq üçün danışıqlar aparsalar da onlar buna razı olmamışlar. 2019-cu ilin noyabr ayında nişanlısı Nərgizin anası Kəmalə ona rəfiqəsi X18 Nazirliyində işləyən tanışı olduğunu bildirib guya barəsində olan cinayət işində ona köməklik edə biləcəyini demişdir. Bu barədə atası Ağəddinə məlumat vermiş, atası həmin şəxslə görüşmək istədiyini Kəmaləyə bildirmişdir. Ondan sonra Kəmalə Gülnarla bu barədə söhbət etmiş və Ağəddin Gülnarla görüşüb bu barədə danışmaq qərarına gəlmişdir. 2019-cu ilin noyabr ayında Ağəddin Gülnarın həmin vaxt işlədiyi Bakı şəhəri Nərimanov rayonu F.Xoyski küçəsində 5 nömrəli xəstəxanaya çatmamış 5 mərtəbəli binanın zirzəmisində yerləşən ofisində Gülnarla görüşmüş, görüş zamanı hadisəni Gülnara danışmış və gələcəkdə məhkəmədə köməklik edilməsini xahiş etmişdir. Gülnar da bu barədə Rəşad adlı polis əməkdaşı olan tanışı ilə söhbət edib ona məlumat verəcəyini bildirmişdir. Ondan sonra Ağəddin Rəşadla da əlaqə saxlayıb görüşmüş və Rəşad atasına məhkəmədə işin həll edilməsi üçün 15.000 manat pul istəmişdir. 2019-cu ilin noyabr ayında Rəşadın tapşırığına əsasən 15.000 manat pulu atası Gülnarın işlədiyi Bakı şəhəri Nərimanov rayonu F.Xoyski küçəsində 5 nömrəli xəstəxanaya çatmamış 5 mərtəbəli binanın zirzəmisində yerləşən ofisdə sonuncuya vermişdir. 15.000 manat pulu Gülnara verdikdən 1 həftə sonra Rəşad zəng edib əlavə 10.000 manat pul vermək lazım olduğunu bildirmiş, 2019-cu ilin noyabr ayında atası Ağəddinin işi olduğundan ondan pulu alıb Nərgizlə birlikdə Gülnarın iş yerinə gedib orada 10.000 manat pulu Rəşadın tapşırığına əsasən Gülnara vermiş, sonra Rəşad həmin məbləği Gülnardan aldığını bildirmişdir. 2019-cu ilin noyabr ayının sonlarında Rəşad Ağəddinə zəng edib işin həll olunması, yəni həbs olunmaması üçün 60.000 manat pul lazım olduğunu bildirmişdir. Ondan sonra 2019-cu ilin dekabr ayında Ağəddin Rəşadla danışıb ilkin olaraq 40.000 manat bir müddətdən sonra isə qalan 20.000 manatı düzəldib verə biləcəyini demiş, beləliklə atası 2019-cu ilin dekabr ayında iki dəfəyə Rəşada 60.000 manat pul vermişdir. 2020-ci ilin fevral ayında barəsində olan cinayət işi Sabunçu rayon məhkəməsinə göndərildikdən sonra 5 il 6 ay azadlıqdan məhrumetmə ilə bağlı hökm çıxarılmış, ondan sonra Rəşad Bakı Apellyasiya məhkəməsində onu buraxdıracağını bildirmiş və buna görə də Ağəddindən əlavə 10.000 manat pul almışdır. Beləliklə də Rəşad ümumilikdə Ağəddindən 95.000 manat pul almasına baxmayaraq onları aldatmışdır. Təqsirləndirilən şəxs pulları zərərçəkmiş şəxslərin qohumları ilə barışıq əldə edilməsi adı altında onlardan almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şahid3lə birlikdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 210 nömrəli orta məktəbdə bir sinifdə oxumuşdur. 2019-cu ildə Vidadi ilə nişanlanmaq qərarına gəlmiş, lakin Vidadi 2019-cu ilin sentyabr ayının sonlarında yol nəqliyyat hadisəsi törətmiş və nəticədə bir nəfər şəxs ölmüş, bununla bağlı polisdə araşdırma başlanılmışdır. Həmin ərəfədə Vidadiyə köməklik göstərilməsi üçün müəyyən yollar axtarılmış və anası Şahid5 Vidadinin atası Ağaddinə Gülnar adlı tanışı vasitəsilə Vidadiyə polisdə olan cinayət işi ilə bağlı köməklik göstərilə biləcəyini demişdir. Gülnar əvvəllər “ASAN” xidmətdə işləmiş, sonradan özü fərdi qaydada fəaliyyət göstərməyə başlamış, Gülnar anasının İraqlı Qasım adlı tanışı ilə nikaha girmək üçün köməklik göstərmiş sənədləşmə işlərini həll etmişdir. X11 yol nəqliyyat hadisəsi törətməsi ilə bağlı danışan zaman Gülnar ona Rəşad alı tanışı vasitəsilə bu məsələni həll edə biləcəklərini demiş, beləliklə Kəmalə Vidadiyə köməklik edilməsi məqsədilə Vidadinin atası Ağəddini Gülnarla tanış etmiş, Gülnar da öz növbəsində Ağəddini Rəşad adlı bir tanışı ilə tanış etmişdir. Ağəddin Vidadiyə cinayət işində köməklik göstərilməsinə görə Rəşada Gülnar vasitəsilə 2019 və 2020-ci illərdə ayrıayrı vaxtlarda Ağəddinin deməsinə görə 95.000 manat pul vermiş, həmin məbləğdən 10.000 manatını 2019-cu ilin noyabr ayında o Vidadi ilə Gülnarın Bakı şəhəri Nərimanov rayonu ərazisində 5 nömrəli xəstəxananın yaxınlığında yerləşən ofisində vermişlər. Lakin 2020-ci ilin fevral ayında Sabunçu rayon məhkəməsi tərəfindən Vidadi həbs edilmiş, Gülnar və Rəşad tərəfindən ona heç bir köməklik edilməmişdir. Lakin Kəmalə hər dəfə Gülnarla danışanda o Rəşadın bu işlə məşğul olduğunu hər şeyin müsbət həll olunacağını demiş, lakin sonda Rəşad Vidadini və onun atası Ağəddinin aldatmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 1997-ci ildə Naim Həsənovla evlənmiş, həmin nikahdan 2 qızı övladı vardır. 2009-cu ildə Naim Həsənovla boşanmış, 2019-cu ildə İraq Respublikasının vətəndaşı 25.01.1995-ci il təvəllüdlü X20 Al-Yasırı ilə evlənmişdir. Qasımla evlənmək üçün 2019-cu ilin sentyabr ayında ASAN xidmətə müraciət etmiş, Nərimanov rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Evləndikdən sonra Qasıma müvəqqəti yaşayış hüququ almaq lazım olmuş, lakin kirayədə qaldığına görə və qeydiyyatı Xətai rayon polis idarəsinin yerləşdiyi ünvan olduğuna görə Qasımı qeydiyyata salmağa ünvan lazım olmuşdur. O və Qasımın müvəqqəti yaşayış hüququ alınması üçün Miqrasiya xidmətinə müraciət etdikdə orada ona hazırda üzünü və ad soyadını xatırlamadığı bir xanım işçi Gülnar adlı bir xanımın Qasımın müvəqqəti yaşayış hüququ ilə bağlı onlara köməklik edə biləcəyini demişdir. mobil nömrəsini almış və həmin vaxt istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** nömrədən Gülnarın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, Gülnar ona Xətai rayon ərazisində yerləşən 2 Saylı ASAN xidmətin yerləşdiyi “AMAY”-ın binasının 4-cü mərtəbəsində ofisi olduğunu bildirib ora gəlməsini demişdir. Qasımla 2019-cu ilin sentyabr-oktyabr ayında Gülnarın ofisinə getmiş, Gülnar Qasıma 3 aylıq müvəqqəti yaşayış hüququ verilməsi işini həll edəcəyini bildirmiş, sonradan da qeyd edilən məsələni həll etmiş, Qasıma 3 aylıq yaşayış hüququ verilmişdir. 2019-cu ilin sentyabr ayında qızı Nərgizin nişanlısı Şahid3 Bakı şəhərində Maştağa qəsəbəsində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə bir nəfər ölmüşdür. Ondan sonra Vidadinin atası Ağəddin Vidadiyə qeyd edilən cinayət işi üzrə köməklik edilməsi üçün adam axtarmağa başlamışdır. Gülnarla danışıqların birində ona belə bir hadisənin baş verdiyini bildirmiş, Gülnar Rəşad adlı polis tanışı olduğunu bildirib Rəşadın hüquq mühafizə orqanlarında tanışları olduğunu və Vidadiyə köməklik edə biləcəyini demişdir. O da bu barədə Vidadinin atası Ağəddinə demiş və sonuncu Gülnarla bu barədə söhbət etmək istədiyini bildirmişdir. Ağəddinə Gülnarın mobil nömrəsini vermiş və bu barədə onunla söhbət etməsini demişdir. Bir müddətdən sonra Ağəddin ona zəng edib Gülnarla görüşüb söhbət etdiyini və Vidadiyə köməklik ediləcəyini bildirmişdir. Bir müddətdən sonra yəni 2020-cu ilin fevral ayında Sabunçu rayon məhkəməsi tərəfindən Vidadi həbs edilmiş və o Ağəddinlə əlaqə saxlayıb məsələnin niyə belə nəticələndiyini maraqlandıqda Ağəddin ona Rəşadın Vidadinin 2 ay həbsdə olacağını və sonradan çıxacağını bildirdiyini demişdir. Bununla bağlı Gülnarla da əlaqə saxlayıb maraqlandıqda o da Rəşadın deməsinə görə Vidadini 2 aya həbsdən buraxılacağını bildirmişdir. Lakin indiyə qədər Vidadi həbsdən azad edilməmiş, Ağəddinin deməsinə görə Rəşada şəxsən və Gülnar vasitəsilə 95.000 manat hissə-hissə pul vermişdir. Rəşad da Ağəddini aldatmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2019-cu ildə "xxxx" MMC-ni təsis etmiş, həmin cəmiyyətin 2 nəfər işçisi olmuşdur. Cəmiyyətin fəaliyyəti xarici vətəndaşlara Azərbaycan Respublikasında müvəqqəti yaşayış hüququ alınması, turlara rəhbərliyi edilməsi, yəni rayonlara turların təşkil edilməsindən ibarət olmuşdur. Şahid5 ad və soyadlı şəxslə 2019-cu ildə tanış olmuşdur. Belə ki, Şahid5 2019-cu ildə İraq Respublikasının vətəndaşı olan əri Qasıma Azərbaycan Respublikasında yaşayış hüququ alınması ilə bağlı köməklik göstərilməsi üçün müraciət etmişdir. Kəmalə Qasımla evli olduğunu bildirib ona görə Qasıma müvəqqəti yaşayış hüququ almaq üçün sənədlərin toplanmasında köməklik göstərməsini xahiş etmişdir. Kəmalə xanıma xidmət haqqı kimi xatırladığına görə 1000 manat pul alacağını bildirmiş, Kəmalə xanım da onunla razılaşmışdır. Beləliklə Qasıma 1 illik müvəqqəti yaşayış hüququnun verilməsi üçün Miqrasiya Xidmətinə təqdim edilməli olan sənədlərin surətlərini Kəmaləyə vermiş və həmin sənədlərin toplanmalı olduğunu bildirmişdir. Sənədlər təqdim etdigdən sonra 2019-cu ildə xatırlamadığı ayında Kəmalə, o və Kəmalənin əri Qasımla birlikdə Bakı şəhər regional Miqrasiya Xidmətinə müraciət etmiş və xidmətdə Qasımın sənədlərinə baxılarkən onun Kəmalədən yaşca çox kiçik olduğu müəyyən edildiyindən ona 1 il deyil 3 aylıq müvəqqəti yaşayış hüququ verilmişdir. Ondan sonra Kəmalə ilə münasibətləri yaranmış, 2019-cu ilin noyabr ayında Kəmalə ilə telefon danışıqlarının birində Kəmalə ona qızı Nərgizin nişanlısı Vidadinin yol nəqliyyat hadisəsi törətdiyini deyib ona köməklik etmək lazım olduğunu bildirmiş əgər tanışı olsa ona məlumat verməsini xahiş etmişdir. Kəmaləyə Rəşad adlı polis işçisi olan tanışı barədə məlumat vermiş və o Rəşadla bu barədə danışıb ona məlumat verməsini xahiş etmişdir. Bu barədə Rəşadla danışmış, Rəşad ona Vidadinin yol nəqliyyat hadisəsində ona köməklik edə biləcəyini bildirmişdir. Bu barədə Kəmaləyə məlumat vermiş, Kəmalə onun mobil nömrəsini qudası Ağəddinə verəcəyini və onunla Ağəddinin əlaqə saxlayacağını bildirmişdir. Ağəddin onunla bir müddətdən sonra 2019-cu ilin noyabr ayında telefon əlaqəsi saxlamış və Ağəddinə Rəşadın mobil nömrəsini vermişdir. Sonradan Rəşadın deməsinə görə Ağəddinlə görüşüb bu barədə söhbət etmiş və pul söhbətin də danışdığını bildirib pulu gətirib ona verəcəklərini demişdir. 2019-cu ilin noyabr ayında Ağəddin onun həmin vaxt işlədiyi Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən F.Xoyski küçəsində olan ofisə gəlmiş ya 15.000 ya da 20.000 manat pul vermişdir ki, Rəşada çatdırsın. Həmin vaxt Rəşada zəng etmiş, Ağəddinin ona pul gətirib verdiyini bildirmiş və bir neçə dəqiqədən sonra Rəşad gəlib pulu ondan götürmüşdür. Rəşadın deməsinə görə Ağəddinlə Vidadinin yol nəqliyyat hadisəsi törətməsi ilə bağlı 30.000 manata ona köməklik ediləcəyini danışmışdır. 2019-cu ilin noyabr ayında Ağəddinlə görüşdən bir neçə gün sonra Vidadi özü gətirib ona əlavə 10.000 manat pul vermiş və həmin pulun da qeyd edilən məsələ ilə bağlı Rəşada çatacağını bildirmişdir. Həmin gün Rəşadla əlaqə saxlayıb pulu Bakı şəhəri Nərimanov rayonunda işlədiyi ofisin qarşısında Rəşada vermiş, qalan danışıqlar isə Rəşadla Ağəddingil arasında olmuşdur. Rəşadla demək olar ki, hər gün telefon əlaqəsi saxlayıb Vidadinin işinin nə yerdə olduğunu soruşduqda Rəşad müəyyən vəzifəli şəxslərlə danışıq apardığını pandemiya olduğundan işin ləngidiyini bildirmişdir. Lakin 2020-ci ilin fevral ayında Vidadi həbs edilmiş və ondan sonra Kəmalə ona zəng edib bu barədə məlumat verib Rəşadın heç bir iş görmədiyini Ağədddini aldadıb ondan oğlu Vidadiyə məhkəmədə köməklik göstərilməsi adı ilə hissə-hissə olaraq 95.000 manat pul aldığını lakin heç bir iş görmədiyini bildirmişdir. Ondan sonra yenidən Rəşadla danışmış, Rəşad qısa müddət ərzində məsələni yoluna qoyacağını, guya zərərçəkmiş tərəflə danışıqlar apardığını və işin həll olunacağını bir sözlə Vidadinin həbsdən azad ediləcəyini bildirmişdir. Lakin buna baxmayaraq heç bir nəticə olmamış sonda isə Rəşad pulu qaytaracağını desə də indiyədək qaytarmamışdır. Həmçinin Təqsirləndirilən şəxs onun özünü də aldatmış, 2019-cu ilin may ayında guya qızı Şahid7 Polis akademiyasına kursant kimi qəbul olunması üçün hazırlıqlara vermək adı ilə ondan 17.000 manat pul almışdır. Həmin pulları 2019-cu ilin may ayında bir neçə dəfəyə Rəşada Bakı şəhəri Xətai rayonu ərazisində “ASAN” xidmətin qarşısında vermişdir. Rəşadda öz növbəsində qızının Polis Akademiyasına qəbul olacağını bildirmişdir. Lakin sonradan Rəşadın onu aldatdığını öyrənmiş, qızı test imtahanı verərək Bakı Qızlar Universitetinə qəbul olunmuş, sonradan pulunu Rəşaddan tələb etmişdir. Təqsirləndirilən şəxs ondan aldığı 17.000 manat pulu geri qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2019-cu ildə Bakı şəhəri Binə qəsəbəsində yerləşən Sabir Abbasov adına orta məktəbi bitirmişdir. O, orta məktəbi bitirdikdən sonra 3-cü qrup üzrə qəbul imtahanına hazırlaşmış, qəbul imtahanında 330 bal toplamışdır. Topladığı bal məlum olana qədər anası Gülnarın tanışı Rəşad onu Polis akademiyasına qəbul etdirə biləcəyini bildirmişdir. O da polis olmaq arzusunda olduğundan buna razılıq vermiş, lakin 330 bal topladığı məlum olduqdan sonra Polis akademiyasına qəbul olmağa topladığı bal imkan verməmişdir. Ona görə də Bakı Qızlar Universitetinin ingilis dili müəllimliyi fakültəsinə qəbul olunmuş, hazırda da həmin universitetdə təhsil alır. Lakin o, universitetə qəbul olunduqdan bir müddət sonra, Rəşadın guya onu Polis akademiyasına qəbul olması üçün hazırlıqlara verilməsi adı altında anasından 17.000 manat pul aldığını öyrənmişdir. Halbuki o, 2019-cu ildə rəsmi olaraq qəbul imtahanında iştirak edib 330 bal toplamış, topladığı bal Polis Akademiyasına qəbul olmağa kifayət etmədiyindən Bakı Qızlar universitetinə qəbul olmuşdur. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid8 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2003-cü ilə qədər Lənkəran rayonunda yaşamış, 2003-cü ildən sonra qızı Gülnar ailəsi ilə birlikdə Bakı şəhərinə köçdüyündən o da Bakı şəhərinə köçüb onlarla birlikdə yaşamışdır. Qeyd etmişdir ki, Gülnar 2000-ci ildə Rəşad Səfərovla ailə həyatı qurmuşdur. Lakin 2012-ci ildə boşanmışdır. Gülnarın Rəşadla nigahından 2 qızı vardır. Onlardan biri Fatimə hal hazırda Bakı Qızlar universitetində təhsil alır. 2017-ci ildə Gülnar Rəşad adlı bir oğlanla tanış olmuş və onunla münasibətləri yaranmışdır. Rəşad; mütamadi olaraq yaşadıqları evə gəlib getmiş, onunla yaxın münasibətləri yaranmışdır. Rəşad özünü onlara polis əməkdaşı kimi təqdim etmişdir. 2019-cu ildə nəvəsi Şahid7 universitetə imtahan verərkən Rəşad bildirmişdir ki, onun polis Akademiyasına qəbul olunmasına köməklik edə bilər. Fatimənin polis Akademiyasına qəbul olunmasının 17.000 manat xərci olduğunu bildirmişdir, Fatimənin də polis əməkdaşı olmağa həvəsi olduğundan səhv etmirsə 2019-cu may ayında qızı X15 polis akademiyasına qəbul etdirmək üçün Rəşada 17.000 manat pul vermişdir. Lakin Fatimə qəbul imtahanında yığdığı balla Bakı Qızlar universitetinə qəbul olunmuşdur. Həmin məbləği Gülnar borc alıb Rəşada vermiş, sonradan borcu qaytarmaq üçün Lənkəran rayonunda yerləşən evini satıb borcu qaytarmışlar. Rəşad Fatimənin polis akademiyasına qəbul olunması məsələsini həll edə bilmədiyinə görə sonradan pulu tam şəkildə ona qaytarmışdır. İş materiallarında olan 06 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, ifadələr arasında olan ziddiyyətlə bağlı Şahid6 və Ağəddin Nəciyev arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Şahid6 ifadəsində X6 Nəciyevə yol nəqliyyat hadisəsi törətməsi ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən köməklik göstərilməsi üçün 15.000 ya da 20.000 manat pul aldığını, həmin pul vəsaitini də Rəşada verdiyini, lakin qalan məbləğin Təqsirləndirilən şəxs tərəfindən alındığını göstərsə də şahid Ağəddin Nəciyevlə üzləşmə zamanı Ağəddin Nəziyev 85.000 manat pulu hissə-hissə Təqsirləndirilən şəxs tapşırığına əsasən ona verdiyini qalan 10.000 manatı Rəşada verdiyini Şahid6 üzünə qarşı demiş, Şahid6 da öz növbəsində Ağəddin Nəciyevin ifadəsində göstərilənləri təsdiq etmişdir. (cild 1, i.v. 138-142) İş materiallarında olan 29 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı ifadələr arasında olan ziddiyyətlə bağlı Təqsirləndirilən şəxsla Gülnar Süleymanova arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşmə zamanı Gülnar Süleymanova ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, yəni Şahid3 yol nəqliyyat hadisəsi törətməsi ilə bağlı Təqsirləndirilən şəxs guya müxtəlif dövlət qurumlarında işləyən vəzifəli şəxslər vasitəsilə ona köməklik edəcəyini bildirib Vidadinin atası Ağəddin Nəciyevdən 2019-2020-ci illərdə ümumilikdə 95.000 manat, həmçinin qızı Şahid7 Polis Akademiyasında işləyən tanışları vasitəsilə həmin akademiyaya qəbul etdirmək adı ilə ondan 2019-cu ilin may ayında hissə-hissə 17.000 manat pul aldığını, lakin vədinə əməl etməyərək onu aldatdığını bir daha bildirmiş, Təqsirləndirilən şəxs da üzləşmə zamanı Şahid6 göstərdiyi xüsusatları təsdiq edərək, Şahid3 yol nəqliyyat hadisəsi törətməsi ilə bağlı məhkəmədə köməklik göstərilməsi üçün onun vasitəsilə Ağəddin Nəciyevdən 85.000 manat və şəxsən özü 10.000 manat həmçinin ondan qızı Şahid7 Polis Akademiyasına qəbul etdirmək üçün 2019-cu ilin may ayında hissə-hissə 17.000 manat pul aldığını, lakin işi həll edə bilmədiyinə görə pulu qaytardığını, həmin puldan heç bir vəzifəli şəxsə pul vermədiyini göstərmişdir. (cild 1, i.v. 117-122) İş materiallarında olan 06 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı ifadələr arasında olan ziddiyyətlə bağlı Təqsirləndirilən şəxsla Ağəddin Nəciyev arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı X9 Nəciyevin yol nəqliyyat hadisəsi törətməsi ilə bağlı məhkəmədə köməklik göstərilməsi üçün Rəşada hissə-hissə Şahid6 vasitəsilə 85.000 manat və şəxsən özünə 10.000 manat pul verdiyini bir daha bildirmiş, Təqsirləndirilən şəxs da Ağəddin Nəciyevin göstərdiklərini təsdiq etmişdir. (cild 1, i.v. 134-137) İstintaq zamanı Ağəddin Nəciyev tərəfindən təqdim edilmiş səs yazılarına dair CD diskə baxış keçirilmişdir. 14.09.2021-ci il tarixli baxış protokolundan görünür ki, CD diskdə ses 001-1 mp3, ses002-1 mp3, ses 009 mp3 və 015 mp3 media fayllar mövcuddur. ses 001-1 mp3 faylına baxış zamanı müəyyən edildi ki, 39:56 dəqiqəlik səs yazısı vardır. Həmin danışıqlar iki kişi cinsindən olan şəxsin arasında baş verir. Ağəddin Nəciyevin və Təqsirləndirilən şəxs ifadəsinə əsasən müəyyən edilmişdir ki, səs yazısında olan danışıqlar Ağəddin Nəciyev və Təqsirləndirilən şəxs arasında baş vermişdir. Söhbət zamanı X19 Şahmuradova oğlu Şahid3 yol nəqliyyat hadisəsi törətməsi ilə bağlı verdiyi pulu qaytarmasını tələb edir, lakin Təqsirləndirilən şəxs Şahid3 köməklik göstərilməsi ilə bağlı artıq müəyyən şəxslərlə danışıqlar apardığını yanvar ayı ərzində məsələnin həll oluncağını bildirir. Eyni zamanda prosesin gecikməsinə səbəb kimi pandemiya ilə əlaqədar məhkəmələrdə cinayət işlərinə baxılmaması deyir. ses002-1 mp3 faylına baxış zamanı müəyyən edildi ki, 1:06:45 dəqiqəlik səs yazısı vardır. Həmin danışıqlar iki kişi cinsindən olan şəxsin arasında baş verir. Ağəddin Nəciyevin və Təqsirləndirilən şəxs ifadəsinə əsasən müəyyən edilmişdir ki, səs yazısında olan danışıqlar Ağəddin Nəciyev və Təqsirləndirilən şəxs arasında baş vermişdir. Söhbət zamanı X19 Şahmuradova oğlu Şahid3 yol nəqliyyat hadisəsi törətməsi ilə hissə-hissə 15.000 manat, daha sonra 10.000 manat, 60.000 manat və sonuncu dəfə 10.000 manat verdiyini bildirib indiyədək heç bir nəticə olmadığını oğlunun 1 ildir ki, həbsdə olduğunu bildirir. Nəticə əldə edilmədiyindən verdiyi pulu Rəşaddan qaytarmasını tələb edir, lakin Təqsirləndirilən şəxs Şahid3 köməklik göstərilməsi ilə bağlı artıq müəyyən vəzifəli şəxslərlə danışıqlar apardığını, zərərçəkmiş şəxsin qohumlarını barışığa gətirmək üçün danışıqlar apardığını, yanvar ayı ərzində məsələnin həll oluncağını bildirir. Eyni zamanda prosesin gecikməsinə səbəb kimi pandemiya ilə əlaqədar məhkəmələrdə cinayət işlərinə baxılmaması deyir. Yanvar ayı ərzində məsələni həll edə bilməyəcəyi halda pulu qaytaracağını bildirir. 009 mp3 faylına baxış zamanı müəyyən edildi ki, 08:22 dəqiqəlik səs yazısı vardır. Həmin danışıqlar iki kişi cinsindən olan şəxsin arasında baş verir. Ağəddin Nəciyevin və Təqsirləndirilən şəxs ifadəsinə əsasən müəyyən edilmişdir ki, səs yazısında olan danışıqlar Ağəddin Nəciyev və Təqsirləndirilən şəxs arasında baş vermişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs Ağəddin Nəciyevə “polkovnik” rütbəli bir şəxslə Şahid3 məhkəmədə olan məsələsi ilə bağlı artıq danışdığını qısa müddət ərzində məhkəmə prosesinin başlanacağını və Vidadiyə məhkəmədə köməklik ediləcəyini bildirir. 015 mp3 faylına baxış zamanı müəyyən edildi ki, 08:03 dəqiqəlik səs yazısı vardır. Həmin danışıqlar bir kişi və bir qadın cinsindən olan şəxsin arasında baş verir. Ağəddin Nəciyevin və Şahid6 ifadəsinə əsasən müəyyən edilmişdir ki, səs yazısında olan danışıqlar Ağəddin Nəciyev və Şahid6 arasında baş vermişdir. Söhbət zamanı X16 Seyfullayeva oğlu Vidadinin məsələsi ilə bağlı 85.000 manat Gülnara və 10.000 manat Rəşadın özünə verməklə ümumilikdə 95.000 manat pul verdiyini bildirir, Rəşadın isə 1 il keçməsinə baxmayaraq işi həll edə bilmədiyini işə səhlənkar yanaşdığını deyir. Gülnar isə öz növbəsində Rəşadın bir neçə dəfə onun yanında qeyd edilən məsələ ilə bağlı müəyyən vəzifəli şəxslərlə danışıqlar aparıdğını və Rəşadən deməsinə görə pandemiya ilə bağlı işlərin ləngidiyini bildirir. X16 X3 işi ilə ciddi maraqlanmasını tapşırır və əgər işi həll edə bilmirsə bu barədə onlara məlumat verməsini deyir, Gülnar da Rəşadla bu barədə danışacağını bildirir. (cild 1, i.v. 30-31) Cinayət işinin materiallarına əlavə edilmiş Şahid3 Ağəddin oğlunun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirlməsinə dair ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş 26 dekabr 2019-cu il tarixli ittiham aktından görünür ki, qeyd edilən cinayət işi X13 24.09.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanmış, X8 qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət işi aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə göndərilmişdir. (cild 1, i.v. 38-44) Cinayət işinin materiallarına əlavə edilmiş Sabunçu rayon məhkəməsinin 20.02.2020-ci il tarixli 1(008)-57/2020 nömrəli hökmündən görünür ki, Şahid3 Ağəddin oğlu 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 1, i.v. 48-54) Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apelyasiya məhkəməsinin Cinayət Kollegiyasının 17.06.2020-ci il tarixli1(103)-515/2020 nömrəli qərarından görünür ki, Bakı şəhər Sabunçu rayon məhkəməsinin 20.02.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. (cild 1, i.v. 55-58) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsindən istintaqa daxil olmuş 15.10.2021-ci il tarixli 022/22-1307-1221 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs 30.11.2011ci il tarixdə Bakı şəhəri Xətai rayon Mühafizə Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsinə təyin edilmiş, 27.09.2013-cü il tarixli əmrlə tutduğu vəzifədən azad edilmişdir. (cild 1, i.v. 215-217) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Şahid6 qızı Şahid7 Polis Akademiyasına qəbul olunması üçün onun hazırlıqlara göndərilməsi məqsədilə 2019-cu ilin may ayında hissə-hissə 17.000 manat pul alması, Ağəddindən 95.000 manat pul almasında məqsədinin Vidadinin törətdiyi cinayətlə bağlı zərərçəkənlərlə barışıq əldə etməsi olması ilə bağlı ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları və digər sənədlərlə tam təkzib olunmuşdur. Məhkəmə tərkibi həmçinin, şahidlər X2 və Şahid3 Ağəddin oğlunun məhkəmədə Təqsirləndirilən şəxs 95.000 manat məbləğində pulu onlardan vəzifəli şəxslərə rüşvət vermək üçün deyil, zərərçəkmiş şəxslərin ailə üzvlərinə barışıq əldə edilməsi üçün alması barədə ifadələrinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onların bu ifadələri həqiqəti əks etdirməyərək, onların ibtidai istintaq zamanı özlərinin ifadələri və digər iş materialları ilə tam təkzib edilir. Eləcə də, məhkəmə tərkibi Şahid6 məhkəmədə Təqsirləndirilən şəxs vəzifəli şəxslərə vermək məqsədi ilə deyil, Şahid7 Polis akademiyasına kursant kimi qəbul olunması üçün hazırlıqlara vermək adı ilə ondan 17.000 manat pul alması barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi həqiqəti əks etdirməyərək, onun ibtidai istintaq zamanı ifadəsi və digər iş materialları ilə tam təkzib edilir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətəuyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Yuxarıda qeyd olunan Plenumun 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmamaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Yuxarıda qeyd olunan Plenum Qərarının 36-cı bəndinin 3-cü abzasında qeyd edilir ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. X17 36-cı bəndinin 7-ci abzasında qeyd edilir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CMnin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və iş materialında olan digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 01 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 133) İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 492 saylı, 20.10.2021-ci tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 212) İş materiallarında olan, Şahid6 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ondan aldığı 17.000 manat pulu geri qaytarmışdır. Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə olmasını, ilk dəfə olaraq cinayət əməli törətməsini, Şahid6 vurulmuş 17.000 manat məbləğində maddi ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə ona münasibətdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhru metmə növündə cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 14-cü bəndində qeyd edilir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Yuxarıda qeyd olunan Plenum Qərarının 16-cı bəndində qeyd edilir ki, birinci hökm çıxarılanadək şəxsə başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-in 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş materiallarında olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1087/2021 saylı, 15 oktyabr 2021 tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, onun barəsində həbsetmə müddətinin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - iş materiallarında olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-320/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-320/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver