Məhkəmə qərarları › İş №1(101)-320/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-320/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-320/2023 07.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Femida Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Xocalı rayonu, Xocalı şəhərində qeydiyyatda olan, barəsində "xxxx" qətimkan tədbiri seçildiyindən hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 2022-ci ilin yanvar ayının əvvəllərində istintaqa məlum olmayan yer və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Vüsal” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən, sonuncudan satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan tiryək əldə etdikdən sonra bir hissəsini istifadə etmiş, qalan külli miqdarda narkotik vasitə olan tiryəkin yerini dəyişib gizlətmək məqsədilə üzərində saxlayaraq daşıyarkən, 25 may 2022-ci il tarixdə saat 16:30 radələrində ünvan 1 ünvanın yaxınlığında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, inzibati ərazi aidiyyəti üzrə Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı üzəri yapışqan lentlə bağlanmış bir ədəd sellofan bükümdə təmiz çəkisi 400,5 qram olan külli miqdar hesab edilən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadə verməkdən imtina etməklə, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən əməliyyatçılar tərəfindən təzyiqə məruz qalmışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi zamanı məhkəməyə polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını deyib-demədiyini xatırlamır, bəlkə də demişdir. ********** və ********** saylı mobil nömrələr yəqin ki, ona məxsusdur. İstifadəsində olan nömrələri əzbər bilmir. İstifadəsində olan mobil nömrəyə göndərilən və onun mobil nömrəsindəndən göndərilən mesajların heç birinin məzmununu xatırlamır. 2021-ci ilin mart ayından saxlanıldığı günə qədər narkotik vasitədən istifadə etmişdir, yalnız nəşədən istifadə etmişdir. Narkotik vasitəni Facebook, İnstagram və digər mobil tətbiqlər vasitəsilə tanımadığı şəxslərdən alırdı. Narkotik vasitə almaq üçün heç kəslə canlı görüşməmişdir. Piyada hərəkət edən zaman yox, avtomobildə olan zaman saxlanılmışdır. Heç kəs ondan narkotik vasitə istəməyib və o da heç kəsə narkotik vasitə verməmişdir. İbtidai istintaqda guya tanışlarına narkotik vasitə verdiyini deməli olduğunu ona başa saldılar, ona görə də o da elə dedi, saxlanılarkən polis əməkdaşları ona təzyiz göstərdilər, təzyiqlərə məruz qalmağı barədə heç bir orqana şikayət etməmiş, çünki şikayət etmə qaydasını bilmir, barəsində həbs qətimkan tədbiri seçilməsi zamanı hakimə təzyiqə məruz qaldığını demədi, çünki müvəqqəti saxlama yerində qaytarılacaqdı və orada yenidən döyülmə təhlükəsi var idi. Hazırda təzyiqlərə məruz qaldığını deməyə qorxmur, çünki etibarlı yerdədir. Polis əməkdaşları saxlanıldıqdan sonra onlar avtomobilin içərisində onu döydülər, başqa heç yerdə döymədilər. Videoda nə deməli olduğunu dedilər, o da onu dedi, polis bölməsində onu heç kəs döyməyib, videoçəkiliş zamanı özündə deyildi, qorxurdu. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyir. 25 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildi və əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupunda o, Şahid1 və Şahid3 iştirak edirdi. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxsı Bakı şəhəri, Binəqədi rayonu ərazisində piyada hərəkət edən zaman saxladılar. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdilər və onu Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis bölməsinə apardılar. Orada Vüsalın üzərinə şəxsi axtarış keçirildi və səhv etmirsə, onun əlindəki paketdə 423 qram tiryək aşkar edildi. Vüsalı saxlayarkən o tək idi,o piyada hərəkət edən zaman, tiryək satmağa harasa gedəndə saxladılar,tiryək Vüsalın əlindəki paketdə idi, Vüsalın şəxsiyyətini əməliyyat tədbiri keçirilməsindən əvvəl müəyyən etdilər. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması barədə idi. Tərəflərindən Təqsirləndirilən şəxs təzyiq göstərilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid1 oğlu Şahid2 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmaması və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun verilən ittihamla təqsirli olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından, ifadəsini inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. İbtidai istintaqda Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək, verdiyi ilkin ifadəsində göstərmişdir ki, bir neçə ildirki narkotik vasitələrdən istifadə etmiş, 2022-ci ilin yanvar ayının əvvəllərində Kürdəmir rayonunda tanışı «Vüsal» adlı şəxslə görüşərək öz istifadəsi üçün narkotik vasitə hesab edilən tiryək almış, aldığı tiryəkin çəkisi çox olmuş və həmin maddənin müqabildində Vüsala 200 manat pul vermiş, həmin tiryəkdən özü istifadə etmişdir. Həmçinin həmin narkotik vasitədən istifadə etmələri üçün tanışlarına da vermiş, lakin bunun müqabilində heçnə almamışdır. 25 may 2022-ci il tarixdə saat 16:30 radələrində Binəqədi rayonu, Binəqədi şossesində piyada hərəkət edərək, üzərində olan tiryəkin yerini dəyişib gizlətmək istəyərkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq yaxınlıqda yerləşən 4-cü Polis Şöbəsinə gətirilmiş, orada o, əlində saxladığı içərisində tiryək olan bir ədəd bükümü təqdim etmişdir. Keçirilmiş axtarış və götürmə video çəkilişlə aparılmış, həmçinin protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suallara cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılarkən, saxlanıldıqdan sonra Polis Şöbəsinə gətirildikdə və orada olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir psixi və fiziki zor tətbiq edilmədiyini göstərmişdir. Cinayət işində olan 25 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girdiyi və hazırda şəxsiyyəti istintaqa məlum olmayan “Vüsal” adlı şəxs barəsində ********* N°-li cinayət işinin materiallarından 15 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* №-li cinayət işi ayrılmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2022-ci il tarixli, 6/2959 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyekti üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7" dairəvi möhür əksləri olan, «Şübhəli şəxs Təqsirləndirilən şəxs....» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1(bir) ədəd bağlamada təmiz çəkisi 400,5 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir.Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: tiryəkin təmiz çəkisi 400,5qr, tədqiqata sərf edildi: 0,5 qr, qalıq: 400,45 qram. (ekpertiza tədqiqatın dəyəri 92 (doxsan iki) manat. Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4433 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Təqsirləndirilən şəxs narkotik vasitə tiryəkin aşkar edilib götürülməsi barədə 25 may 2022-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQnun baş təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşu tərəfindən Binəqədi RPİ-nin 4-cü PŞnin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, otaqda ümumilikdə 6 nəfər şəxslərin olduğu görünür. BNMİ-nin təhqiqatçısı Nəcəf Aburşu özünü təqdim etdikdən sonra, orada iştirak edən, BNMİ-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2 təqdim edir, daha sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi olan Nigar Əliyevanı təqdim edir. Daha sonra təhqiqatçı tərəfindən iştirakçıların hüquq və vəzifələri izah edilir, həmçinin Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə» aparılmasının əsaslarını izah edir. Təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təkil olunur. Təqsirləndirilən şəxs sağ əlində saxladığı ağ rəngli bükümü, daha əynində olan boz rəngli şalvarın sol yan cibindən, içində siqaret dənələri olan siqaret qutusu, 50 AZN pul, 1 ədəd "Samsung” markalı mobil telefon və sonuncuya məxsus sürücülük vəsiqəsi aşkarlanmışdır. Təqdim etdiyi həmin ağ rəngli bükümdə narkotik vasitə olan tiryək olduğunu, 5 ay əvvəl Kürdəmir rayonunda “Vüsal” adlı tanıdığı şəxsdən əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Aşkar edilmiş bir ədəd büküm zərfdə qablaşdınlaraq götürülür. Cinayət işi üzrə DİN-in BİKİ-dən əldə edilərək iş materiallarına əlavə edilmiş bir ədəd kompakt diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin yaddaşında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələrdə giriş-çıxış zənglər, sms məzmunlara dair məlumatlar əks etdirilmişdir. İlk öncə ***-***-**-** saylı GSM nömrəyə aid məlumatlara baxış keçirilmişdir. Baxış zamanı istintaq əhəmiyyəti kəsb edən aşağıdakı məlumatların mövcud olduğu aşkar edilmişdir: xx/xx/2022-ci il tarix saat 01:35:20-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə ***-***-**-** saylı nömrədən «Qaqa sən canın daşınız varsa gəlim bir iki tüstüdə mən vurum» məzmunda sms daxil olmuşdur. Daha sonra ***-***-**-** saylı GSM nömrəyə aid məlumatlara baxış keçirilmişdir. Baxış zamanı istintaq əhəmiyyəti kəsb edən aşağıdakı məlumatların mövcud olduğu aşkar edilmişdir: xx/xx/2022-ci il tarix, saat 16:25:27-də Təqsirləndirilən şəxs istifadəsində olmuş 070- ***-**-** saylı nömrəyə ***-***-**-** saylı nömrədən «Qaqa dasi 5 mankind ele qardasimsan» məzmunda sms daxil olmuşdur.xx/xx/2022-ci il tarix, saat 16:26:15-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə «OK» məzmunda sms göndərilmişdir.xx/xx/2022-ci il tarix saat 18:53:02-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə ***-***-**-** saylı nömrədən «Qaqa yaman agriyiram quran haqqi dunen dmanet vermusfin ha onundan 1tike saxlamisdim onu elrmisrm tezden indi de olurrm masında ne olar biz trffe kece b İsen xeber ele qardasjmsan veziyetdfn cicim ne olar» məzmunda sms daxil olmuşdur.xx/xx/2022-ci il tarix, saat 20:23:44-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə ***-***-**-** saylı nömrədən «Axsamin xeyif dedə əmanət varındı qardasim» məzmunda sms daxil olmuşdur.xx/xx/2022-ci il tarix, saat 14:53:38-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə ***-***-**-** saylı nömrədən «Zəng vur menə ayın oyun istirdiler» məzmunda sms daxil olmuşdur.xx/xx/2022-ci il tarix, saat 12:12:46-da Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə ***-***-**-** saylı nömrədən «Salam qaqa netersen qardasjmsan i dermandan 2 denə duzub qoşmaq olar» məzmunda sms daxil olmuşdur.xx/xx/2022-ci il tarix, saat 12:13:25-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə «Olar» məzmunda sms göndərilmişdir.xx/xx/2022-ci il tarix, saat 16:08:27-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə ***-***-**-** saylı nömrədən «Qardasim gelim o terefe dede 1dene buyov isdiyirfim kola» məzmunda sms daxil olmuşdur.xx/xx/2022-ci il tarix, saat 12:56:47-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə ***-***-**-** saylı nömrədən «QAQA QARDAŞİMSAN gor alinsa heresinne 10 dene eliyerdin ki qaqa her gun bu yolu gedib gelmeyden adamin dumbeyi dagilir vallah» məzmunda sms daxil olmuşdur.xx/xx/2022-ci il tarix, saat 20:54:28-də Təqsirləndirilən şəxs istifadəsində olmuş 070- ***-**-** saylı nömrəyə ***-***-**-** saylı nömrədən «Qaqa qadan alim imkan olsa 10 mantligda pati d’uz qos qarfasimsan gelende mumkun olsa ele qardasimsan cixanda mene de bilim qaqa men» məzmunda sms daxil olmuşdur.xx/xx/2022-ci il tarix, saat 16:54:11-də **********27 nömrəyə **********04 nömrədən «Aye bidene bütöv 40 mantada menimde heç ne yoxdu cırıq» məzmunda sms daxil olmuşdur.xx/xx/2022-ci il tarix, saat 14:18:36-da **********27 nömrəyə **********26 nömrədən «Eger varindisa bir balaca ot verersende mene ama pulum yoxdu» məzmunda sms daxil olmuşdur. CD diskə keçirilmiş baxışla bağlı tərəfimdən protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Cinayət işində olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2481 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz öz hərəkətlrinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq iqtidarındadır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Binəqədi rayon prokurorluğundan tələb olunan 519-C-22 saylı materialdan görünür ki, prokurorluğun müstəntiqi Əli İbrahimov xx.xx.2022-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməsi faktı üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi öz təstiqinin tapmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Məhkəmə Təqsirləndirilən şəxsnа cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tюrədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən tюrədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yцngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 25 may 2022-ci tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına qalıq çəkisi tədqiqatdan sonra 400,45 qram qalmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müaliyə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 92 (doxsan iki) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 may 2022-ci tarixdən hesablansın. Barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 92 (doxsan iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına qalıq çəkisi tədqiqatdan sonra 400,45 qram qalmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar