Məhkəmə qərarları › İş №1(101)-320/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-320/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-320/2024 22.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxx 1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış, 01 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə 3 (üç) ədəd ayrı-ayrı selofan bükümlərdə tərkib əlamətləri eyni olan 8,124 qram, 1,749 qram və 1,862 qram çəkidə olmaqla, ümumi çəkisi 11,735 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı, 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 5,429 qram, 0,931 qram olmaqla, ümumi təmiz çəkisi 6,360 qram təşkil edən ağ rəngli, tozşəkilli, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda kokaini, ümumi sayı 147 (yüz qırx yeddi) ədəd qəhvəyi rəngli, dairəvi formalı, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olmaqla, ümumi miqdarı 5,880 qram təşkil edən külli miqdarda narkotik vasitə hesab edilən metadonu, 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,949 qram, 0,643 qram olmaqla, ümumi təmiz çəkisi 1,592 qram təşkil edən ağ rəngli, kristal şəkilli, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini, cəmi 19 (on doqquz) ədəd çəhrayı rəngli kimyəvi tərkib komponentlərinə görə eyni olan həblərdən ibarət olmaqla tərkibindəki “MDMA” təsiredici maddəsinin ümumi miqdarı 3,572 qram olan psixotrop maddə hesab edilən MDMA (metilendioksimetamfetamin), cəmi 44 (qırx dörd) ədəd sarı rəngli kimyəvi tərkib komponentlərinə görə eyni olan həblərdən ibarət olmaqla tərkibindəki “MDMA” təsiredici maddəsinin ümumi miqdarı 10,560 qram təşkil edən külli miqdarda psixotrop maddə hesab edilən MDMA (metilendioksimetamfetamin), cəmi 23 (iyirmi üç) ədəd bozumtul-ağ rəngli, kimyəvi tərkib komponentlərinə görə eyni olan həblərdən ibarət olmaqla tərkibindəki “MDMA” təsiredici maddəsinin ümumi miqdarı 4,600 qram olan psixotrop maddə hesab edilən MDMA (metilendioksimetamfetamin), cəmi 56 (əlli altı) ədəd ağ-qəhvəyi rəngli kapsullardan ibarət olan, üzərində “nperabalin kpxa 300 mr..” yazılan konvalyut kəsiklərində, kimyəvi tərkib komponentlərinə görə eyni olmaqla ümumi çəkisi 16,8 qram təşkil edən külli miqdarda güclü təsir edən maddə hesab edilən preqabalini, cəmi 42 (qırx iki) ədəd kapsullardan ibarət, üzərində “..ALYSE Capsule Pregabaline 150 mg.." yazılan, kimyəvi tərkib komponentlərinə görə eyni olan konvalyut kəsiklərində ümumi çəkisi 6,3 qram təşkil edən külli miqdarda güclü təsir edən maddə preqabalin olmaqla, ümimilkdə 98 ədəd kapsullarda, ümumi miqdarı 23,1 qram təşkil edən külli miqdarda güclü təsir edən maddə hesab edilən preqabalini əldə edib bir hissəsini üzərində və bir hissəsini müvəqqəti yaşadığı ünvan 3 ünvanında yerləşən “Tarqoviy” otelin 104 saylı nömrəsinə daşıyaraq orada saxlamış, 01 yanvar 2023-cü il tarixdə saat 11:30 radələrində Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb ünvan 5 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli şalvarın sol diz cibindən bir ədəd çəhrayı rəngli dəmir qabın içərisində 19 (on doqquz) ədəd çəhrayı rəngli həblərdən ibarət olmaqla, kimyəvi tərkib komponentlərinə görə eyni olan tərkibindəki “MDMA" təsiredici maddəsinin ümumi miqdarı 3,572 qram təşkil edən psixotrop maddə hesab edilən MDMA (metilendioksimetamfetamin), bir ədəd selofan bükümdə 14 (on dörd) ədəd ağ-qəhvəyi rəngli kapsullardan ibarət olan üzərində “nperabalin kpxa 300 mr..” yazılan konvalyut kəsiklərində, kimyəvi tərkib komponentlərinə görə eyni olmaqla, ümumi çəkisi 4,2 qram olan güclü təsir edən maddə hesab edilən preqabalin, bir ədəd selofan bükümdə 14 (on dörd) ədəd kapsullardan ibarət, üzərində “..ALYSE Capsule Pregabaline 150 mg..'1 yazılan, kimyəvi tərkib komponentlərinə görə eyni olan konvalyut kəsiklərində ümumi çəkisi 2,1 qram güclü təsir edən maddə hesab edilən preqabalini, sağ diz cibindən 1 (bir) ədəd selofan torbacıqda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 8,124 qram olan narkotik vasitə narkotik vasitə hesab edilən qurudulmuş marixuana və 1 (bir) ədəd selofan torbacıqda 20 (iyirmi) ədəd qəhvəyi rəngli, dairəvi formalı ümumi miqdarı 0,8 qram olan narkotik vasitə hesab edilən metadon aşkar olunaraq götürülmüş, bundan sonra həmin gün saat 14:20 radələrində müvəqqəti yaşadığı ünvan 3 ünvanında yerləşən “Tarqoviy” otelin 104 saylı nömrəsinin giriş hissəsində ağ rəngli masanın altında olan saxlanc yerindən 1 (bir) ədəd böyük ağ rəngli selofan torbanın içərisində iki bükümdə 1,749 qram və 1,862 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, cəmi 42 (qırx iki) ədəd olan ağ-qəhvəyi rəngli kapsullardan ibarət, üzərində “nperabalin kpxa 300 mr..” yazılan konvalyut kəsiklərində kimyəvi tərkib komponentlərinə görə eyni olan, ümumi çəkisi 12,6 qram olan külli miqdarda güclü təsir edən maddə hesab edilən preqabalin, cəmi 28 (iyirmi səkkiz) ədəd kapsullardan ibarət, üzərində “..ALYSE Capsule Pregabaline 150 mg.." yazılan kimyəvi tərkib komponentlərinə görə eyni olan konvalyut kəsiklərində ümumi çəkisi 4,2 qram güclü təsir edən maddə hesab edilən preqabalin, iki bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,949 qram və 0,643 qram, ümumi təmiz çəkisi 1,592 qram olan ağ rəngli kristall şəkilli xarici və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,429 qram, 0,931 qram olan, ümumi təmiz çəkisi 6,360 qram təşkil edən ağ rəngli, tozşəkilli, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda kokaini, bir ədəd mavi rəngli dəmir qutuda içərisində 23 (iyirmi üç) ədəd bozumtul-ağ rəngli kimyəvi tərkib komponentlərinə görə eyni olan həblərdən ibarət olmaqla tərkibindəki “MDMA” təsir edici maddəsinin ümumi miqdarı 4,600 qram təşkil edən psixotrop maddə MDMA (metilendioksimetamfetamin), bir ədəd sarı rəngli dəmir qutunun içərisində 44 (qırx dörd) ədəd sarı rəngli həblərdən ibarət olmaqla, kimyəvi tərkib komponentlərinə görə eyni olan, tərkibindəki “MDMA” təsiredici maddəsinin ümumi miqdarı 10,560 qram təşkil edən külli miqdarda psixotrop maddə MDMA (metilendioksimetamfetamin), bir ədəd dairəvi formalı saqqız qutusunda ümumi sayı 127 (yüz iyirmi yeddi) ədəd olan qəhvəyi rəngli dairəvi formalı “metadon” həblərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 5,08 qram olan külli miqdarda narkotik vasitə metadon, eləcə iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2021-ci ilin yanvar ayından tatu sahəsində işləməyə başlamışdır. Həmin vaxt təzə işləməyə başladığı üçün başqa bir iş də tapıb işləməyi düşünmüşdür. 31 dekabr 2022-ci ildə bonusları yüksək olduğu üçün səhər çıxıb axşama qədər işləyib, daha sonra axşam Sumqayıta qayıtmaq qərarına gəlmişdir. Axşam saat 9 radələrində işi dayandırıb sıxlıq olduğuna görə Sumqayıta getmək üçün taksi sifariş vermiş, onun sifarişinə taksi tapılmamış və məcbur olub Bakıda qalmışdır. Daha sonra o, kluba getmiş, klubda spirtli içkilər qəbul etmişdir. Kluba getməmişdən əvvəl “İnstagram” vasitəsi ilə narkotik vasitə əldə etmişdir. Təxminən gecə saat 2-dən sonra klubdan çıxmış və həmin vaxt taksi axtararkən klubda tanış olduğu qızla oğlan ona yaxınlaşaraq nə baş verdiyini soruşanda, o, Sumqayıta getmək istədiyini, lakin taksi tapa bilmədiyini bildirmişdir. Həmin şəxslər ona oteldə otaq sifariş verdiklərini və onlarla birlikdə qalmasını təklif etmiş, o da, həmin təkliflə razılaşmışdır. Bu zaman o, həmin şəxslərə üzərində narkotik vasitə olduğunu bildirərək, bunun problem olubolmayacağını soruşmuş, onlar da problem olmayacağını bildirmişlər. Oteldə olarkən digərləri başqa yerə getməyə hazırlaşdıqda, ona da birlikdə getmələrini təklif etsələr də, o, razılaşmamışdır. Səhər açıldıqda kiminsə onu ayıltmaq üçün şillələdiyini və qolunda qandal olduğunu görmüşdür. Bu zaman otaqda təxminən 10 nəfər ona sonradan məlum olan polis əməkdaşları olmuş və özləri ilə indiyə qədər yalnız filmlərdə gördüyü kokain, metamfetamin və çeşid-çeşid həblər gətirmişlər. Həmin vaxt otaq çox səliqəsiz və dağınıq olmuş, stolun üstündə cürbəcür yemək qalıqları qalmışdır. Polis əməkdaşları onu oteldən idarəyə aparmış, daha sonra yenidən otelə gətirmişlər və bu zaman artıq otağın səliqəyə salındığını görmüşdür. Orada paketə qoyulmuş narkotik vasitələr və tərəzi olmuşdur. Onu idarəyə gətirmiş və çəkiliş aparmışlar. Orada ona narkotik vasitə vermişlər və həmin narkotiki cibinə qoymasını, onlar dediyi vaxt təqdim etməsini söyləmişlər. O da, heç bir sual vermədən narkotik vasitəni cibinə qoymuşdur. Ona məxsus bir ədəd telefon, bir ədəd kart, 432 manat pul, bir ədəd 400 evroya aldığı və içərisində şəxsi əşyalarının olduğu çantası, üst geyimi olmuş və heç biri sonradan ona təqdim edilməmişdir. Cibindən guya açar aşkar olunmuş, lakin həmin otelin otağının ona heç bir aidiyyatı olmamış, otağı o, tutmamışdır. Saxlanılığı zaman onun üzərində yalnız xarici pasportu olmuşdur. Otelə onu ilk dəfə gətirdikdə içəri birinci o, daha sonra onu saxlayan polis əməkdaşları daxil olmuşlar. Orada o, əvvəlcədən deyildiyi kimi, paketi açmış, narkotik vasitələri, psixotrop maddələri və dərmanları stolun üstünə düzmüş, sonra həmin narkotik vasitələri ona yenidən yığdırıb masanın altına qoymuşlar. Daha sonra yenidən çıxmış, yenidən otağa daxil olmuşlar və bu zaman çəkiliş aparılmışdır. Həmin vaxt ona dövlət tərəfindən təyin olunmuş müdafiəçi də orada olmuşdur. Çəkiliş aparıldığı zaman təhqiqatçı həmin narkotik vasitələri stolun üstünə düzdükdə, o, həmin narkotik vasitələrin ona yükləniləcəyini anlamış və etiraz etmişdir. Onun etirazından sonra çəkiliş dayandırılmış, müdafiəçi və orada olan Rəşad adlı şəxsi otaqdan çıxarılaraq o, döyülmüş, ünvanına nalayiq ifadələr işlədilmişdir. Bundan sonra onlarla razılaşacağını bildirmişdir. Lakin onu nə gözlədiyini başa düşməmişdir. Onlar orda onu dişindən vurmuş, Bakı İstintaq təcridxanasına gələndən sonra dişi düşmüşdür. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, məhkəməyə verdiyi ifadəsini eyni ilə polisdə də bildirmiş, istintaqa etirafedici ifadə verməmişdir. Tutulduğu gün gecə saat təxminən 9-10 radələrində işini yekunlaşdırmış, təxminən 30 dəqiqə sonra marixuana əldə etmişdir. Klubda tanış olduğu şəxslərin adlarını xatırlamır. O, oteldə otaq kirayələməmiş və həmin vaxt birinci dəfə olmuşdur ki, oteldə qalmışdır. Orada ona məxsus sadəcə kiçik çanta olmuşdur, digərlərini görməmişdir. Polis əməkdaşları ona ilk şiddəti oteldə göstərmişlər. Oteldə aşkar olunan narkotik vasitə ona məxsus olmamış və həmin narkotik vasitələrin onun çantasına necə yerləşdirildiyini bilməmişdir. İki dəfə videoçəkiliş aparılmış, videoçəkilişdən əvvəl polis əməkdaşları onu təlimatlandırmışlar. Çəkiliş aparılarkən narkotik vasitəni kimdən aldığını söyləməsini xatırlamır, lakin özünə lazım olan narkotiki “Semka” adlı şəxsdən almışdır. Bakı İstintaq təcridxanasına gətirildikdə xəsarətinin olmadığını söyləmişdir. İfadələri arasında ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin ibtidai istintaqı zamanı verdiyi ifadələri məhkəmə iclasında elan və tədqiq edildi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan ittihamla özünü təqsirli bilməyək ifadəsində göstərmişdir ki, 01 yanvar 2023-cü il tarixdə saat təxminən 11:30 radələrində Səbail rayonu, T.Əliyarbəyov küçəsində yerləşən ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim kimi təqdim etmiş və onun külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət etmişlər. O, etiraz etmədən onlarla birlikdə polis idarəsinə getmişdir. Orada vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa, təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki qara rəngli, üst geyiminin ön hissəsindəki cibindən 1 ədəd xarici pasportunu, 1 ədəd üzərində **********653793 yazılıarı əks olunmuş «LeoBank»a məxsus bank kartını, qaldığı otel otağının açarını, 32 manat pulu, əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 ədəd alışqanı, 1 ədəd içərisində siqaretlər olan ağ rəngli siqaret qutusunu, sağ yan cibindən 1 ədəd içərisində ***-***-**-** nömrəsi olan «İphone 13» markalı mobil telefonunu, sol diz cibindən 2 ədəd selofan bağlamanı, 1 ədəd çəhrayı rəngli dəmir qutunu, sağ diz cibindən 2 selofan bağlamanı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də, heç nə aşkar edilməmişdir. Ona məxsus pul, qaldığı otelin açarı özünə qaytarılsa da, mobil telefonu, bank kartı və xarici pasportu ona izah edilərək götürülmüşdür. Təqdim etdiyi bağlamalara baxış keçirilən və qutuya baxış keçirilən zaman içərilərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, ekstazi, metadon, preqabalin-300, preqabalin-150 həbləri olması müəyyən edilmişdir. Bundan başqa şifahi sorğu zamanı o, üzərində olanlardan əlavə müvəqqəti yaşadığı Bakı şəhəri, Səbail rayonunda yerləşən “Tarqoviy” otelində qaldığı 104 nömrəli otağında da narkotik tərkibli maddələr olduğunu, həmin maddələri təqdim edə biləcəyini və qeyd olunan ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Otağa baxış keçirilən zaman girişdəki stolun altından 1 ədəd selofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 2 ədəd elektron tərəzi, selofan paketlərdə və 2 ədəd dəmir qutuda qurudulmuş marixuana, kokain, metamfetamin, ekstazi, preqabalin, metadon həbləri aşkar edilmişdir. Həmin maddələrdən marixuana, metamfetamin və kokain elektron tərəzi ilə çəkilmişdir. Sorğu zamanı o, üzərindən və qaldığı otelin 104-ci otağından aşkar edilmiş maddələrin narkotik vasitə marixuana, kokain, psixotrop maddə metamfetamin, həblərin isə ekstazi, preqabalin və metadon həbləri olmasını, həmin maddələri ona deyilən yerlərə qoymaq üçün üzərində və qaldığı otaqda saxladığını, sonuncu dəfə 1 gün öncə Bakı şəhəri, Səbail rayonu ərazisindən götürdüyünü, özünün narkotik vasitə istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, həmin maddələri “Semka” ləqəbli şəxsin vasitəsilə əldə etdiyini, ona deyilən yerə qoyacağı təqdirdə pul əldə edəcəyini, onun nömrəsinin telefonunda qeyd etdiyini, təxminən 2 aydır ki, bu əməli törətdiyini, buna görə hər günü üçün 50 manat pul əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 69-72, 102-104). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokollarında olan imzaların ona məxsus olduğunu, lakin təzyiq altında olduğu üçün protokolu oxumadan imzaladığını, istintaq zamanı ifadə verməkdən imtina etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X1 ifadəsində göstərdi ki, 01 yanvar 2023-ci il tarixdə Baş idarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bu barədə raportla rəhbərliyə məruzə edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 11:30 radələrində ünvan 7 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və baş idarəyə gətirilmişdir. İdarədə onun üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, şalvarının sol diz cibindən 19 ədəd çəhrayı həb olan dəmir qutu, iki ədəd selofan paket, sağ diz cibindən isə iki ədəd selofan paket aşkar olunmuşdur. Sorğu zamanı o, Səbail rayonu, T.Əliyarbəyov küçəsində yerləşən “Torqovıy” otelin 104 nömrəli otağında bir neçə növ narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri, təhqiqatçı və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı həmin otelə getmişlər. Orada Təqsirləndirilən şəxs otağın giriş hissəsində olan ağ rəngli masanın altındakı saxlanc yerindən içərisində narkotik və psixotrop maddələr olan bir ədəd selofan paketi çıxarıb təqdim etmişdir. Proses iştirakçılarının suallarını cavablandıran şahid Rövşən Məmmədliyev istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, xarici nömrə olduğu zaman sorğu verərək həmin nömrəni və onunla əlaqəli digər nömrələri müəyyən etdiklərini, “Semka” ləqəbli şəxsin nömrəsini isə istintaq zamanı müəyyən edə bilmədiklərini, əməliyyat məlumatının 31 dekabr 2022-ci il tarixdə daxil olduğunu, hadisədən qabaq Təqsirləndirilən şəxs artıq 2 aya yaxın bir müddətdə “Tarqovıy” oteldə qaldığını, otağın kimin adına sənədləşdirilməsini, həmçinin otelə gəlib-gedənləri müəyyən etmədiklərini, təqsirləndirilən şəxsə qarşı fiziki və psixoloji təsir, təzyiq olunmadığını, Həzrəti otelin yaxınlığında küçədə saxladıqlarını və baş idarəyə dəvət etdiklərini, daha sonra otelə gəldiklərini, oradan narkotik və psixotrop maddələrlə yanaşı iki ədəd elektron tərəzi də aşkar olunduğunu, həmin maddələri Təqsirləndirilən şəxs özünün təqdim etdiyini bildirdi. Məhkəmə iclasında şahid - Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləmş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək 01 yanvar 2023-cü il tarixdə saxlanılması, üzərinə şəxsi axtarış və yaşadığı otel otağına baxış keçrilərkən külli miqdarda narkotik, psixotrop və güclü təsir edən maddələrin aşkar edilərək götürülməsi ilə bağlı əməliyyat tədbirində iştirak etdiyi, həmkarı Şahid2 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 139-141). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Özü bir müddət «Tarqovıy» oteldə qeydiyyatçı işləmişdir. Təqsirləndirilən şəxs işlədiyi oteldə qalan bir şəxs kimi tanımışdır. Dəqiq yadında qalmadığı bir gün o, işdə olarkən təxminən saat 10-11 radələrində polis əməkdaşları otelə gələrək təqsirləndirilən şəxsin qaldığı 104 nömrəli otağa baxış keçirmiş, otaqda narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Baxış zamanı videoçəkiliş də aparılmışdır. Proses iştirakçılarının suallarını cavablandıran Şahid1 “Tarqovıy” oteldə qeydiyyatçı işlədiyini, işə axşam saat 7-də gəlib səhər 9-da çıxdığını, oteldəki otaqların konkret otaqda qalan şəxsin adına rəsmiləşdirildiyini və 104 nömrəli otağın Təqsirləndirilən şəxs adına qeydiyyata alındığını, həmin qeydiyyatın özü tərəfindən aparıldığını, həmçinin qeydiyyat kitabınının polis əməkdaşları tərəfindən götürülüb-götürülmədiyini xatırlamadığını, təqsirləndirilən şəxsin əvvəllər də otelə təxminən 3-4 dəfə gəldiyini və hər dəfə 1-2 gün qalıb getdiyini, otaqda tək qaldığını, lakin oteldə qaldığı müddətdə onun yanına gəlib-gedənlərin olmasını gördüyünü, təqsirləndirilən şəxsin otelin müştərisi olduğunu, otelə gəldiyi zaman çox vaxt eyni otaqda qaldığını, otaqda narkotik vasitənin stolun üstündən və altından aşkar olunduğunu, otağın qapısı döyüldüyü zaman qapını Təqsirləndirilən şəxs açdığını, polis əməkdaşlarınının çəkiliş aparıldıqdan sonra təqsirləndirilən şəxsi özləri ilə apardıqlarını və oteldə olan vidokameranın yaddaş blokunu götürmədiklərini bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 01 yanvar 2023-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı, sonuncu əynindəki qara rəngli şalvarın sol diz cibindən bir ədəd çəhrayı rəngli dəmir qutunu və iki ədəd selofan bükümü, sağ diz cibindən iki selofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən bir ədəd “İphone” markalı mobil telefonu, bir ədəd siqaret qutusunu, bir ədəd alışqanı və bir ədəd özünün deməsinə görə qaldığı otelin açarını təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus açar və bir ədəd mobil telefon, siqaret qutusu və alışqan onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar olunan bir ədəd dəmir qutu və dörd ədəd selofan paket təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində başqa heç bir əşyanın olmadığını, lakin müvəqqəti yaşadığı otel otağında narkotik vasitənin olduğunu və oraya baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir (cild 1, iş vərəqi 28-35). Cinayət işinə əlavə edilmiş 01 yanvar 2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 8 ünvanda yerləşən binanın 104 nömrəli otağına baxış keçirilərkən, Təqsirləndirilən şəxs otağın ortasında olan ağ rəngli masanın altından bir ədəd selofan paket çıxarıb təhqiqatçıya təhvil vermişdir. Təhqiqatçı tərəfindən həmin paket açılan zaman oradan bir ədəd gümüşü rəngli və bir ədəd qara rəngli elektron tərəzi, 13 ədəd selofan paket, iki ədəd dəmir qutu və bir ədəd plastik qutu aşkar olunmuşdur. Həmin 13 ədəd selofan paketin bir ədədinin içərisindən əlavə bir ədəd kiçik ölçüdə selofan paket aşkar olunmuş, beləliklə, otaqdan aşkar olunan selofan paketlərin sayı 14 ədəddir. Paketlərin və qabların içərisində narkotik vasitə və psixotrop maddələrə oxşar maddələr və həblər aşkar edilmişdir. Belə ki, selofan paketlərin içərisindən 2 bükümdə qurudulmuş marixuanaya bənzər kütlə, 42 ədəd üzərində “Preqabalin-300” yazısı olan həblər, 28 ədəd üzərində “Preqabalin- 150” yazısı olan həblər, 127 ədəd “Metadon M-40” həblərinə bənzər həblər, 2 ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 2 ədəd selofan bükümdə narkotik vasitə kokainə bənzər kütlə, 23 ədəd boz rəngli, 44 ədəd sarı rəngli qutuda sarı rəngli ekstazi həbinə və onun hissəciklərinə bənzər həblər aşkar olunmuşdur. Həmin paketlər və iki ədəd tərəzi təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs başqa yerdə özünə məxsus narkotik vasitə olmadığını bildirmişdir (cild 1, iş vərəqi 28-35). Cinayət işinə əlavə olunmuş DVD disklərdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 16 fevral 2023-cü il tarixli protokollardan görünür ki, həmin disklərdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı otel otağına baxış keçrilməsi zamanı qeydə alınmış videogörüntülər köçürülmüş, həmin görüntülər 01 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında, həmçinin otel otağına baxış keçirilməsi haqqında protokollarda qeyd olunanlarla uyğunluq təşkil edir (cild 1, iş vərəqi 108-109). Məhkəmə-kimyəvi ekspertizasının 01 yanvar 2023-cü il tarixli 6/01 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7» dairəvi möhür əskləri “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazıları olan zərfdə və “Təqsirləndirilən şəxs qaldığı otelin otağından aşkar edilmiş” yazıları olan polietilen torbada qablaşdırılmış: - 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,429, 0,931 qram, ümumi təmiz çəkisi 6,360 qram olan ag rəngli, tozşəkilli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə kokaindir; - 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,949 qram, 0,643 qram, ümumi təmiz çəkisi 1,592 qram ağ rəngli kristalşəkilli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 19 ədəd çəhrayı rəngli, qaldığı oteldən aşkar edilmiş 23 ədəd bozumtul-ağ rəngli, 44 ədəd sarı rəngli həblər kimyəvi tərkib komponentlərinə görə eyni olub tərkibində MDMA təsiredici maddəsinin ümumi miqdarı 18,732 qram olan psixotrop maddə MDMA (metilendioksimetamfetamin) maddəsi müəyyən edildi; - Təqsirləndirilən şəxs üzərindən 14 ədəd, qaldığı otelin otağından 42 ədəd olmaqla, ümumi sayı 56 ədəd olan üzərində “nperabalin kpxa 300 mr..” yazılan konvalyut kəsiklərində ağ-qəhvəyi rəngli kapsullar kimyəvi tərkib komponentlərinə görə eyni olan preqabalindir, Təqsirləndirilən şəxs üzərindən 14 ədəd qaldığı otelin otağından 28 ədəd olmaqla, ümumi sayı 42 ədəd olan üzərində “..ALYSE Capsule Pregabaline 150 mg.." yazılan konvalyut kəsiklərində ağ rəngli kapsullar kimyəvi tərkib komponentlərinə görə eyni olan preqabalindir, kapsulların tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 23,1 qram olduğu (üzərindəki göstəricilərə əsasən) müəyyən edildi; - Təqsirləndirilən şəxs üzərindən 20 ədəd, qaldığı otelin otağından 127 ədəd olmaqla, ümumi sayı 147 ədəd olan qəhvəyi rəngli dairəvi formalı dərman həbləri metadondur, təsiredici maddəsinin ümumi miqdarı 5,880 qram (üzərindəki göstəricilərə əsasən bir həbdə 0,04 qram) olması müəyyən edildi; - Təqsirləndirilən şəxs qaldığı otelin otağından aşkar edilmiş 2 ədəd elektron tərəzinin üzərində psixotrop maddə MDMA (metilendioksimetamfetamin) maddəsinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Kokain Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ), MDMA 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ), preqabalin güclü təsir edən maddələrin siyahısı”na (1 nömrəli əlavə) daxildir (cild 1, iş vərəqi 42-48). Məhkəmə-bioloji ekspertizasının 01 yanvar 2023-cü il tarixli 7/01 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən..” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd selofan torbacıqda təmiz çəkisi 8,124 qram və üzərində “Təqsirləndirilən şəxs qaldığı otel otağından.." yazısı və imzalar olan selofan bağlamadakı 2 (iki) ədəd selofan torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri 1,749 qram və 1,862 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 11,735 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. İki ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur (cild 1, iş vərəqi 50-53). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/492 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “AR ƏN Məhkəmə Ekspertiza mərkəzinə məxsus Tədqiqat obyekti № 63” ştamp əksi, “Ekspert rəyi 6/01; 01 yanvar 2023-cü il. DİN BNML/” və s. yazılar olan “MEM”ə məxsus 1 ədəd qəhvəyi rəngli kağız paketdə olan həblərin və kapsulların növü, təsiredici maddəsinin ümumi miqdarı barədə xx.xx.2023-cü il tarixli 6/01 saylı ekspert rəyinin tədqiqat və nəticə hissəsində ərtaflı məlumat verilmişdir. -Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 19 ədəd çəhrayı rəngli həbin tərkibindəki “MDMA” təsir edici maddəsinin ümumi miqdarı 3,572 qram, qaldığı oteldən aşkar edilərək götürülmüş 23 ədəd bozumtul-ağ rəngli həbin tərkibindəki “MDMA" təsiredici maddəsinin ümumi miqdarı 4,600 qram, 44 ədəd san rəngli həbin tərkibindəki “MDMA” təsir edici maddəsinin ümumi miqdarı 10,560 qramdır. - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş: üzərində “nperabalin kpxa 300 mr..” yazılan konvalyut kəsiklərində olan ümumilikdə 14 ədəd ağ qəhvəyi rəngli kapsulun tərkibindəki “Preqabalin" təsiredici maddəsinin ümumi miqdarı 4,2 qram, üzərində “..ALYSE Capsule Pregabaline 150 mg..” yazılan konvalyut kəsiklərində ümumilikdə 14 ədəd ağ rəngli kapsulun tərkibindəki “Preqabalin” təsiredici maddəsinin ümumi miqdarı 2,1 qram, qaldığı otel otağından aşkar edilmiş: üzərində “nperaöanuH xpxa 300 Mr..” yazılan konvalyut kəsiklərində ümumilikdə 42 ədəd ağ-qəhvəyi rəngli kapsulun tərkibindəki “Preqabalin” təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram, üzərində “..ALYSE Capsule Pregabaline 150 mg..” yazılan konvalyut kəsiklərində ümumilikdə 28 ədəd ağ rəngli kapsulun tərkibindəki “Preqabalin” təsiredici maddəsinin ümumi miqdarı 4,2 qramdır. - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 20 ədəd qəhvəyi rəngli, dairəvi formalı “metodon” həblərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram, qaldığı oteldən aşkar edilmiş 127 ədəd qəhvəyi rəngli,dairəvi formalı “metadon” gəblərinin tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 5,08 qramdır (cild 1, iş vərəqi 175-178). Məhkəmə-narkoloji ekspetizasının 18 mart 2023-cü il tarixli 1636 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələr və digər psixoaktiv maddələr qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 160-161). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” rublik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3566 saylı məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 131). İbtidai istintaq orqanının 16 fevral 2023-cü il tarixli qərarı ilə videogörüntülərin əks olunduğu 2 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 112-113). Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bank kartı ilə aparılmış əməliyyatlara dair məlumatlar "xxxx" ASC-dən götürülmüş, həmin məlumatların yerləşdirildiyi bir ədəd SD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin karta xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə müxtəlif məbləğdə pul vəsaitlərinin köçürüldüyü müəyyən edilmişdir. Həmin disk istintaq orqanının 06 aprel 2023-cü il tarixli qərarı ilə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 158-159). İbtidai istintaq orqanının 05 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən və müvəqqəti yaşadığı otel otağından aşkar olunmuş 3 (üç) ədəd ayrı- ayrı selofan bükümdə tərkib əlamətləri eyni olan 8,124 qram, 1,749 qram və 1,862 qram, ümumi çəkisi 11,735 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,429 qram və 0,931 qram, ümumi təmiz çəkisi 6,360 qram təşkil edən ağ rəngli tozşəkilli xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə kokain, ümumi sayı 147 (yüz qırx yeddi) ədəd qəhvəyi rəngli, dairəvi formalı, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, ümumi miqdarı 5,880 qram təşkil edən külli miqdarda narkotik vasitə hesab edilən metadon, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,949 qram, 0,643 qram, ümumi təmiz çəkisi 1,592 qram təşkil edən ağ rəngli kristalşəkilli xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, cəmi 19 (on doqquz) ədəd çəhrayı rəngli kimyəvi tərkib komponentlərinə görə eyni olan həblərdən ibarət, tərkibindəki “MDMA” təsiredici maddəsinin ümumi miqdarı 3,572 qram olan psixotrop maddə MDMA (metilendioksimetamfetamin), cəmi 44 (qırx dörd) ədəd sarı rəngli, kimyəvi tərkib komponentlərinə görə eyni olan həblərdən ibarət, tərkibindəki “MDMA” təsiredici maddəsinin ümumi miqdarı 10,560 qram təşkil edən külli miqdarda psixotrop maddə MDMA (metilendioksimetamfetamin), cəmi 23 (iyirmi üç) ədəd bozumtul-ağ rəngli, kimyəvi tərkib komponentlərinə görə eyni olan həbdən ibarət, tərkibindəki “MDMA” təsiredici maddəsinin ümumi miqdarı 4,600 qram psixotrop maddə hesab edilən MDMA (metilendioksimetamfetamin), cəmi 56 (əlli altı) ədəd ağ-qəhvəyi rəngli kapsuldan ibarət, üzərində “nperabalin kpxa 300 mq..” yazılan konvalyut kəsiklərində, kimyəvi tərkib komponentlərinə görə eyni olan, ümumi çəkisi 16,8 qram təşkil edən külli miqdarda güclü təsir edən maddə hesab edilən preqabalin, cəmi 42 (qırx iki) ədəd kapsuldan ibarət, üzərində “..ALYSE Capsule Pregabaline 150 mg.." yazılan, kimyəvi tərkib komponentlərinə görə eyni olan konvalyut kəsiklərində ümumi çəkisi 6,3 qram külli miqdarda güclü təsir edən maddə preqabalin olmaqla, ümimilkdə 98 ədəd kapsulada, ümumi miqdarı 23,1 qram təşkil edən, külli miqdarda güclü təsir edən maddə hesab edilən preqabalin və iki ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri, Səbail RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 125-127). İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitənin və külli miqdarda güclü təsir edən maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində bir sıra istintaq-əməliyyat tədbirləri həyata keçirilsə də, qeyd olunan vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə istintaqı aparılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3 və 230.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqi 171-172). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 130) Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, 31 dekabr 2022-ci ildə Bakıda işdən gec çıxıb Sumqayıt şəhərinə getmək üçün taksi sifariş verdiyini, onun sifarişi ilə taksi tapılmadığını, buna görə məcbur olub Bakıda qaldığını, daha sonra kluba gedərək spirtli içki qəbul etdiyini, kluba getməmişdən əvvəl “İnstagram” vasitəsi ilə narkotik vasitə marixuana əldə etdiyini, təxminən gecə saat 2-dən sonra klubdan çıxaraq taksi axtararkən klubda tanış olduğu qızla oğlanın ona yaxınlaşaraq oteldə otaq sifariş verdiklərini və onlarla birlikdə qalmasını təklif etdiklərini, o da, həmin təkliflə razılaşdığını və gecə oteldə qaldığını, səhər açıldıqda kiminsə onu ayıltmaq üçün şillələdiyini və qolunda qandal olduğunu gördüyünü, bu zaman otaqda təxminən 10 nəfər polis əməkdaşlarının olduğunu və özləri ilə kokain, metamfetamin və çeşid-çeşid həblər gətirdiklərini, onu idarəyə gətirib çəkiliş apardıqlarını, orada ona narkotik vasitə verdiklərini, həmin narkotiki cibinə qoymasını və onlar dediyi vaxt təqdim etməsini söylədiklərini, o da, heç bir sual vermədən narkotik vasitəni cibinə qoyduğunu və çəkiliş vaxtı təqdim etdiyini, sonra onu otelə gətirib bir otaqda çəkiliş apardıqlarını, orada ona əvvəlcədən deyildiyi kimi, paketi açdığını, narkotik vasitələri, psixotrop maddələri və dərmanları stolun üstünə düzdüyünü, sonra həmin narkotik vasitələri ona yenidən yığdırıb masanın altına qoyduqlarını, daha sonra yenidən çəkiliş aparıldığını, o, həmin narkotik vasitələrlə «yükləniləcəyini» anlayıb buna etiraz etdiyini, buna görə polis işçiləri tərəfindən döyüldüyünü və ünvanına nalayiq ifadələr deyildiyini, bundan sonra onlarla razılaşdığını, orada onun dişindən vurduqlarını və Bakı İstintaq təcridxanasına gələndən sonra dişinin düşdüyünü bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və müvəqqəti yaşadığı otel otağına baxış keçirilərkən özü heç bir kənar təsirlər olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri, həmçinin elektron tərəziləri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində üzərindən və müvəqqəti qaldığı otelin 104-cü otağından aşkar edilmiş narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin özünə məxsus olduğunu, həmin maddələri ona deyilən yerlərə qoymaq üçün üzərində və qaldığı otaqda saxladığını, həmin maddələri sonuncu dəfə 1 gün öncə Bakı şəhəri, Səbail rayonu ərazisindən götürdüyünü, özünün narkotik vasitə istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmadığını, həmin maddələri “Semka” ləqəbli şəxsin vasitəsilə əldə etdiyini, ona deyilən yerə qoyacağı təqdirdə pul əldə edəcəyini, onun nömrəsinin telefonunda qeyd etdiyini, təxminən 2 aydır ki, bu əməli törətdiyini, buna görə hər günü üçün 50 manat pul əldə etdiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi və ona təzyiqlər göstərilməsi səbəbindən özünə aid olmayan narkotik və psixotrop maddələri üzərinə götürməsi ilə bağlı gətirdiyi dəlillə bağlı məhkəmə qeyd edir ki, həmin dəlillər də məhkəmə iclasında hərtərəfli yoxlanılmış və öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmənin sorğusuna Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasından daxil olmuş məktuba əsasən, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tibbi sağ baldırın yuxarı 1/3-nin ön səthində 1-1,5 sm ölçüdə yara xəsarəti müşahidə edilmişdir. Bakı şəhəri, Səbail rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 763-X-2023 saylı məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, təcridxanadan daxil olmuş məlumat əsasında rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs, onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları alınmışdır. Aparılmış araşdırmanın nəticəsi olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması faktları təsdiq olunmadığından 13 fevral 2023-cü il tarixdə 13-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərar sonradan təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bank kartı ilə aparılmış əməliyyatlara dair "xxxx" ASC-dən götürülmüş məlumatların təhlili zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin karta xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə ayrı-ayrı şəxslər tərəfindən müxtəlif məbləğlərdə pul vəsaitləri köçürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin özünə məxsus olduğunu, həmin maddələri «Semka» adı ilə tanıdığı şəxsdən aldığını səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin müxtəlif növ narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr olmaqla, ayrı-ayrı bükümlərdə olmasını, həmin maddələrin çəkisinin müəyyən edilməsi üçün elektron tərəzilərin mövcudluğunu, həmçinin aşkar edilmiş narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, döyülərək təzyiqlərə və işgəncəyə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə kollegiyası həmçinin bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 01 yanvar 2023-cü il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 18 mart 2023-cü il tarixli 1636 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələr və digər psixoaktiv maddələr qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Səbail RPİ-nin Növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və müvəqqəti yaşadığı otel otağından aşkar olunmuş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3 (üç) ədəd ayrı-ayrı selofan bükümdə 8,124 qram, 1,749 qram və 1,862 qram, ümumi çəkisi 11,735 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,429 qram və 0,931 qram, ümumi təmiz çəkisi 6,360 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə kokain, ümumi sayı 147 (yüz qırx yeddi) ədəd, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, ümumi miqdarı 5,880 qram təşkil edən külli miqdarda narkotik vasitə hesab edilən metadon, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,949 qram, 0,643 qram, ümumi təmiz çəkisi 1,592 qram təşkil edən psixotrop maddə metamfetamin, cəmi 19 (on doqquz) ədəd həblərdən ibarət, tərkibindəki “MDMA” təsiredici maddəsinin ümumi miqdarı 3,572 qram olan psixotrop maddə MDMA (metilendioksimetamfetamin), cəmi 44 (qırx dörd) ədəd həblərdən ibarət, tərkibindəki “MDMA” təsiredici maddəsinin ümumi miqdarı 10,560 qram təşkil edən külli miqdarda psixotrop maddə MDMA (metilendioksimetamfetamin), cəmi 23 (iyirmi üç) ədəd həbdən ibarət, tərkibindəki “MDMA” təsiredici maddəsinin ümumi miqdarı 4,600 qram psixotrop maddə hesab edilən MDMA (metilendioksimetamfetamin), cəmi 56 (əlli altı) ədəd kapsuldan ibarət, üzərində “nperabalin kpxa 300 mq..” yazılan konvalyut kəsiklərində, ümumi çəkisi 16,8 qram təşkil edən külli miqdarda güclü təsir edən maddə hesab edilən preqabalin, cəmi 42 (qırx iki) ədəd kapsuldan ibarət, üzərində “..ALYSE Capsule Pregabaline 150 mg.." yazılan, konvalyut kəsiklərində ümumi çəkisi 6,3 qram külli miqdarda güclü təsir edən maddə preqabalin olmaqla, ümimilkdə 98 ədəd kapsulada, ümumi miqdarı 23,1 qram təşkil edən, külli miqdarda güclü təsir edən maddə hesab edilən preqabalin və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, müvəqqəti qaldığı otel otağında baxış aparılması zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 2 ədəd DVD disk və "xxxx" ASC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 238 (iki yüz otuz səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 238 (iki yüz otuz səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: – Bakı şəhəri, Səbail RPİ-nin Növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və müvəqqəti yaşadığı otel otağından aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3 (üç) ədəd ayrı-ayrı selofan bükümdə 8,124 qram, 1,749 qram və 1,862 qram, ümumi çəkisi 11,735 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 5,429 qram və 0,931 qram, ümumi təmiz çəkisi 6,360 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə kokain, ümumi sayı 147 (yüz qırx yeddi) ədəd, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, ümumi miqdarı 5,880 qram təşkil edən külli miqdarda narkotik vasitə hesab edilən metadon, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,949 qram, 0,643 qram, ümumi təmiz çəkisi 1,592 qram təşkil edən psixotrop maddə metamfetamin, cəmi 19 (on doqquz) ədəd həblərdən ibarət, tərkibindəki “MDMA” təsiredici maddəsinin ümumi miqdarı 3,572 qram olan psixotrop maddə MDMA (metilendioksimetamfetamin), cəmi 44 (qırx dörd) ədəd həblərdən ibarət, tərkibindəki “MDMA” təsiredici maddəsinin ümumi miqdarı 10,560 qram təşkil edən külli miqdarda psixotrop maddə MDMA (metilendioksimetamfetamin), cəmi 23 (iyirmi üç) ədəd həbdən ibarət, tərkibindəki “MDMA” təsiredici maddəsinin ümumi miqdarı 4,600 qram psixotrop maddə hesab edilən MDMA (metilendioksimetamfetamin), cəmi 56 (əlli altı) ədəd kapsuldan ibarət, üzərində “nperabalin kpxa 300 mq..” yazılan konvalyut kəsiklərində, ümumi çəkisi 16,8 qram təşkil edən külli miqdarda güclü təsir edən maddə hesab edilən preqabalin, cəmi 42 (qırx iki) ədəd kapsuldan ibarət, üzərində “..ALYSE Capsule Pregabaline 150 mg.." yazılan, konvalyut kəsiklərində ümumi çəkisi 6,3 qram külli miqdarda güclü təsir edən maddə preqabalin olmaqla, ümimilkdə 98 ədəd kapsulada, ümumi miqdarı 23,1 qram təşkil edən güclü təsir edən maddə hesab edilən preqabalin və iki ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, müvəqqəti qaldığı otel otağında baxış aparılması zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 2 ədəd DVD disk və "xxxx" ASC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 238 (iki yüz otuz səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar