Məhkəmə qərarları › İş №1(101)-320/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-320/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-320/2025 14.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X7, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə2, müdafiəçilər: Bakı şəhəri 4 Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Lənkəran şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1974-cü ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-nin rəhbəri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Blaband kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Belarusiya Respublikasından ölkə ərazisinə dərman vasitələri idxal edib satışını təşkil etməklə sərmayə olaraq qoyulmuş pul vəsatindən əlavə olaraq da qazanc əldə edəcəyini və həmin qazancdan tanışları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 da verəcəyini yalandan vəd edib 26 iyul 2017-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən «Qurd qapısı» restoranının qarşısında Zərərçəkmiş şəxs3 70.000 (yetmiş min) manat məbləğində pulu, 2018-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən «Qurd qapısı» restoranının qarşısında Zərərçəkmiş şəxs3 30.000 (otuz min) manat məbləğində pulu vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 65.000 (altmış beş min) manat, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 35.000 (otuz beş min) manat olmaqla ümumilikdə 100.000 (yüz min) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə 07 dekabr 2020-ci il tarixdə Nümayəndə1 icraçı direktor olduğu "xxxx" MMC-dən direktor olduğu "xxxx" MMC üçün 1 ədədinin dəyəri 0,13 qəpikdən olmaqla 400.000 ədəd ağ rəngli gigiyenik maskanı cəmi 52.000 (əlli iki min) manata almağa razılaşıb həmin maskaları müxtəlif topdan satış məntəqələrinə, tibb müəssisələrinə və fərdi qaydada ayrı-ayrı şəxslərə satışını təşkil edərək pulunu ən geci 1 ay müddətində ödəcəyinə dair yalan vəd verərək "xxxx" MMC-yə məxsus ümumi dəyəri 52.000 (əlli iki min) manat təşkil edən 400.000 ədəd maskanı ünvan 1 ünvanda yerləşən şirkətinə məxsus anbarda təhvil almaqla sonuncunun etibarından sui-istifadə edərək ələ keçirib sonradan 400.000 ədəd ağ rəngli gigiyenik maskanın 182.000 ədədinin satışını həyata keçirməklə real maliyyə imkanı əldə edib 52.000 (əlli iki min) manat məbləğinin 22.795 (iyirmi iki min yeddi yüz doxsan beş) manat olan hissəsini maskaların bir hissəsini qaytarmaqla ödəyib zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 29.205 (iyirmi doqquz min iki yüz beş) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Lerik rayonu Blaband kənd sakinidir. 2017-ci ilin əvvəllərində Bakı şəhərinə ailəsi ilə köçərək iş axtarmış, həmin ərəfədə Belarusiya Respublikasında daimi yaşayan tanışlarından biri oradan ölkəyə dərman vasitələri idxal etməkdə ona köməklik göstərəcəyini demişdir. Lakin bu prosesin həyata keçirilməsi üçün özündə tələb olunan məbləğdə pul vəsaiti olmamışdır. Buna görə də həmyerlisi olan və Müdafiə Nazirliyinin Maliyə xidmətində xidmət edən Zərərçəkmiş şəxs3 pul istəmiş, ona həmin pulu faizə aldığını bildirmişdir. Zərərçəkmiş şəxs3 da dostu və iş yoldaşı Zərərçəkmiş şəxs2la birlikdə ona inanaraq ilkin olaraq 2017-ci ilin oktyabr ayında ona 70.000 manat pul vermişlər. Bildiyi qədər həmin məbləğ Rafiqlə Elnurun şərikli pulları olmuşdur. O, Rafiqə və Elnura yaxşı qazanc əldə edəcəyi təqdirdə bir neçə ay sonra ona əsas məbləğ qalmaq şərtilə əlavə qazanc olaraq 3.000-4.000 arası məbləğdə pul verəcəyini demişdir. Həmin pulu Rafiq və Elnur Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən «Qurd qapısı» restoranının yaxınlığında vermişlər. Bundan sonra Rafiqə artıq həmin məbləğdə pulla Belarusiya Respublikasından ölkəyə idxal olunması üçün dərman vasitələri sifariş edəcəyini demişdir. Lakin həmin ərəfələrdə Belarusiya Respublikasına getməyi alınmamışdır. Buna görə də Rafiqdən aldığı 70.000 manat məbləğində pulla öz apteki üçün bəzi yeni dərman vasitələri və avadanlıqlar almışdır. Həmin ərəfələrdə Rafiq ondan işlərin başlayıb-başlamamağı ilə bağlı maraqlandıqda ona hər hansı bir narahatçılıq olmadığını, işlərin qaydasında getdiyini, məhsulların artıq Belarusiya Respublikasından ölkəyə idxal olunduğunu, həmin məhsulların satışını təşkil etməklə məşğul olduğunu və məhsulları satdıqdan sonra onlara ödəniş edəcəyini demişdir. Təxminən 3-4 ay ərzində Rafiq və Elnura birlikdə qazanc kimi təqdim etməklə təxminən 10.000 manata yaxın məbləğdə pul vermişdir. Lakin icarəyə götürdüyü aptekin dövriyyəsi zəif olduğuna görə həmin ərəfələrdə borclarını bağlaya biləcək miqdarda gəlir əldə edə bilməmişdir. Buna görə də yenidən Rafiqlə əlaqə saxlayıb Rafiqdən ona maddi dəstək olmasını xahiş etmişdir. Rafiq də üzbəüz görüşmək lazım olduğunu demişdir. 2017-ci ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə Rafiq və Elnurla Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «20 Yanvar» metrostansiyasının yaxınlığındakı çayxanada görüşmüşlər. Görüş zamanı Rafiqə artıq Belarusiya Respublikasından ölkəyə idxal olunmuş məhsulların satışını həyata keçirdiyini, qısa zamanda məhsullara görə ödənişləri alıb ona və Elnura müəyyən məbləğdə pullar verəcəyini demişdir. Rafiqə işlərin effektivliyini artırmaq üçün müəyyən məbləğdə pula ehtiyac olduğunu demişdir. Rafiq Elnurla əvvəl verdikləri 70.000 manat məbləğində pulu tam olaraq qaytarmamış əlavə hər hansı bir məbləğdə pul verməkdən imtina etmişdir. Lakin o Rafiqə ən geci 2018-ci ilin yay aylarının sonlarına qədər həm 70.000 manatı, həm də ona yenidən hər hansı bir məbləğdə pul verəcəyi təqdirdə həmin məbləğdə pulu da qaytaracağına söz vermişdir. Rafiq və Elnur bir neçə gün düşünüb 10 gündən sonra hər biri 15.000 manat olmaqla cəmi 30.000 manat məbləğində pul vermişlər. Bundan sonra Rafiqə artıq həmin məbləğdə pulu Belarusiya Respublikasından ölkəyə idxal olunmuş dərman vasitələrin satışına sərf edəcəyini demişdir. Rafiq də etiraz etməmişdir. Rafiq və Elnurdan aldığı pulun ümumi məbləği 100.000 manat olmuşdur. Sonrakı müddətdə Belarusiya Respublikasına getməyi və oradan dərman vasitələrinin idxalını təşkil etməyi alınmamışdır. Lakin bu barədə Rafiq və Elnura hər hansı bir məlumat verməmişdir. Buna görə də Rafiqdən aldığı 30.000 manat məbləğində pulla icarəyə götürdüyü aptekə müxtəlif dərman vasitələri və tibbi avadanlıqlar almışdır. Lakin aptekin fəaliyyəti qənaətbəxş olmadığından və həmin dövrdə bəzi miqdarda borcları yarandığından təxminən 2-3 aydan sonra Rafiqə hər hansı bir məbləğdə pul verə bilməmişdir. Həmin müddətdə Rafiq və Elnura hissə-hissə olmaqla təxminən 10.000 manat, ümumilikdə isə 20.000 manat pulu Rafiqlə Elnura qaytarmış, 80.000 manat borcu qalmışdır. Bundan başqa, 2020-ci ilin noyabr ayında, yəni artıq ölkədə pandemiya baş verdiyi zaman ölkəyə xaricdən gigeyenik maskaları gətirən Nümayəndə1 müraciət edərək maskaları birinci əl olaraq ondan almaq istədiyini bildirmişdir. Arif də buna etiraz etmədiyini bildirib hal-hazırda həm ehtiyatda, həm də sifarişdə külli miqdarda maskası olduğunu bildirmişdir. O da elə avtomobilin içərisində Arifə ilkin olaraq 2.000 ədəd ağ rəngli gigiyenik maska sifariş vermişdir. Arif onun sifariş etdiyi maskaların növbəti gün çatdırmış, o da həmin maskaları satdırıb Arifin pulunu dərhal ödəmişdir. Bundan sonra Arifdən 20.000 maska istəmiş və sonuncu ona həmin sayda maskanı vermişdir. Maskaları satıb Arifə 2.700 manat ödəmişdir. Arif maskaları ona nisyə olaraq bir ədədini 13 qəpikdən təqdim etmiş, həmin maskaları cüzi artımla yerli apteklərə paylamışdır. Aralarında olan danışığa görə həmin maskaları 1 ədədini 0,135 qəpiyə satmışdır. Bir neçə dəfə az partiyalarla maska Arifdən alıb satışından vaxtlı-vaxtında pulunu ödədiyi üçün aralarında etimad yaranmış və o, Arifdən ona 100.000 ədəd ağ rəngli gigiyenik maska göndərməsini xahiş etmişdir. Arif isə onda 400.000 ədəd ağ rəngli gigiyenik maskası olmasını bildirib həmin maskaları satış üçün ona təklif etmişdir. O Ariflə razılaşmış, maskanın 1 ədədini 0,13 qəpiyə nisyə alaraq onları daha ucuz qiymətə, yəni ədədini 10-11 qəpiyə satdırmışdır. Ariflə olan razılaşmaya əsasən 400.000 ədəd ağ rəngli gigiyenik maskaya görə Arifə 52.000 manat məbləğində pul ödəməli idi. Lakin həmin 400.000 ədəd ağ rəngli gigiyenik maskanın 100.000 ədədini Natiq adlı tanışına 1 ədədinin qiyməti 0,115 qəpik olmaqla satmışdır. Bunun müqabilində Natiq ona 2.800 manat məbləğində nağd ödəniş etmişdir. Qalan məbləğin əvəzində isə Natiq ona uşaq maskası və tibbi şpris vermişdir. 2.800 manat məbləğində pul və həmin tibbi avadanlıqlar Natiqə satmış olduğu 100.000 ədəd ağ rəngli gigiyenik maskanın 0,115 qəpikdən ödənilməli olan ümumi məbləğini tam əhatə etmişdir. Arifdən tibbi maskanın 1 ədədini 0,13 qəpiyə alıb Natiqə 0,115 qəpiyə satsa da tibbi şprisin barterində 0,3 qəpik qazanc əldə edə bilmişdir. 400.000 ədəd ağ rəngli gigiyenik maskanın 43.000 ədədini də Natiqin qardaşı olan Cəlal adlı şəxsə 0,14 qəpikdən satmışdır. Cəlalla aralarında olan razılaşmaya əsasən Cəlal malları ondan nisyə olaraq aldığına görə maskanın 1 ədədini baha almağı qəbul etmişdir. Lakin sonradan Cəlal ona satdığı 43.000 ədəd maskaya görə ona hər hansı bir məbləğdə ödəniş etməmişdir. Natiq və Cəlal adlı şəxslərə maska satmağı ilə bağlı aralarında hər hansı bir sənədləşdirmə aparılmamışdır. Bir müddət sonra həmin maskaların satışında zəifləmə müşahidə olunmağa başlamışdır. Belə ki, pandemiya ilə əlaqədar ölkə ərazisində karantin rejimi daha da gücləndirilib «evdə qal» kampaniyası başladılmışdır. Buna görə də həmin maskaları daxili bazarda artıq əvvəlki qiymətə sata bilməmişdir. Buna görə də Ariflə əlaqə saxlayıb qalan 257.000 ədəd maskanı qaytarmaq istədiyini bildirmişdir. Lakin Arif bundan imtina edib guya onu ziyana saldığını əsas gətirərək maskaları geri götürməkdən imtina etmişdir. Hətta aralarında bununla bağlı söz mübahisəsi olmuşdur. Bununla belə səhərisi gün Arif onunla əlaqə saxlayıb qalan 218.000 ədəd maskanı sürücü Nazimin vasitəsilə geri götürmüşdür. Bununla bağlı Nazim adlı sürücü ona təhvil-təslim aktına imza etdirmişdir. Daha sonra o qalan maskanın 39.000 ədədini də yenidən Nazimlə əlaqə saxlayıb qaytarmaq istədiyini bildirmişdir. Səhərisi gün Nazim anbara gəlmiş və qalan 39.000 ədəd maskanı Nazimə təhvil vermişdir. Onunla Arifin arasında maskaların alınmasına və yaxud qaytarılmasına dair heç bir sənədləşmə aparılmamışdır. Arifə ya maskanın ödənişləri əvəzinə barter olaraq özünün anbarında olan mallardan verməyi təklif etmiş, Arif isə yenidən mübahisəli vəziyyət yaradıb bütün təkliflərindən imtina etmiş və ümumi məbləğin birbaşa ödənilməsini tələb etmişdir. Nümayəndə1 29.205 manat məbləğində borcu qalmışdır. Həmin pulu ödəmək imkanında deyildir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin sonlarında tanımışdır. Belə ki, həmin vaxt ölkədə “Covid-19” pandemiyası baş verdiyi üçün xarici ölkələrdən külli miqdarda gigiyenik maska gətizdirmiş, həmin maskaları ədədini 13 qəpikdən topdansatış şirkətlərə təqdim etmişdir. Müştərisi Asiman adlı şəxsin vasitəsi ilə 2020-ci ilin sonlarında Təqsirləndirilən şəxslə Xətai rayonu ərazisində yerləşən «Bravo» supermarketin arxa tərəfindəki ofisin qarşısında Sərrafın avtomaşınında söhbət etmiş, Sərraf 27 il ərzində əczaçılıq sahəsində çalışdığını, hədsiz dərəcədə təcrübəsi və geniş əlaqələrinin olduğunu, hətta özünün bir neçə aptekləri olduğunu bildirmişdir. Sərraf satdığı maska və əlcəkləri başqalarından alıb-satdığı üçün az pul qazandığını, başqalarına satdığı qiymətə ona da mal verməyini, bu səbəbdən birinci əl olaraq həmin məhsulları ondan alıbsatmaq istədiyini, ona dəstək olmağını xahiş etmişdir. Sərraf onda özünə qarşı böyük etibar və inam yaradaraq onunla əməkdaşlıq etməyə razı salmışdır. Bundan sonra Sərraf ondan 1-ci dəfə xx.xx.2020-ci il tarixdə 20.000 ədəd tibbi maskanı 0.135 manatdan alaraq ödənişini isə növbəti günü 2.700 manat ödəməklə borcunu ödəmişdir. 2-ci dəfə isə xx.xx.2020-ci il tarixdə Sərraf 20.000 ədəd tibbi maskanı 0.135 manatdan alaraq ödənişini isə növbəti günü ödəmişdir. Sərraf sifariş etdiyi tibbi maskaların super orijinal mal olduğunu, əldə qalmadığını və yolda olan konteynerdə olan tibbi maskaların satışının onun tərəfindən həyata keçirilməsinə icazə verməyini xahiş etmişdir. O da öz növbəsində etiraz etməyərək Sərrafa normal gəlir əldə etmək üçün ona dəstək olacağını bildirmişdir. Bir neçə gün sonra Sərraf ona zəng edərək hansısa dərman deposu ilə danışdığını, həmin depoya pudralı əlcək verməli olduğunu bildirib ona pudralı əlcək verməyini xahiş etmişdir. O da içərisində 20 qutu olan 1 karopka pudralı latex əlcəyi qutunun 1 ədədi 11 manatdan olmaqla Sərrafa satmağa razılaşmış, Sərraf da içərisində 20 qutu olan 1 karopka pudralı latex əlcəyi ondan təhvil almışdır. Lakin sonradan Sərraf həmin əlcəklərə görə ödəniş etməmişdir. Bir neçə gün sonra Sərraf onunla əlaqə saxlayaraq ona böyük miqdarda tibbi maska verməyini xahiş etmişdir. Amma nağd pulu olmadığına görə maskanı nisyə olaraq götürəcəyini və malın pulunu da 1 ay sonra ödəyəcəyini bildirmişdir. O da öz növbəsində onsuz hansısa böyük firmalara mal satanda da ödənişin şirkətə 1 ay müddətində olacağını düşünüb razılaşmışdır. Həmin ərəfələrdə 400.000 ədəd tibbi maskası olduğundan maskanın 1 ədədinin topdan qiymətində biraz güzəşt etməklə həmin malları bir ay ərzində satışını həyata keçirməklə ödənişini 1 ay müddətində gözləməyə razılaşmışdır. Sərrafla aralarında olan danışıq əsnasında maskanın 1 ədədinin qiymətini 0.13 manatdan qərarlaşdırmışlar. Sərraf əvvəllər ondan 40.000 ədəd tibbi maska alıb qısa bir müddətdə pulunu ödədiyi üçün ona etibarı yaranmışdır. Bu səbəbdən 07 dekabr 2020-ci il tarixdə 400.000 ədəd ağ rəngli tibbi maskanı 0.13 manatdan hesablayaraq şirkətdə anbardar vəzifəsində çalışan Şahid5 vasitəsilə Sərrafın Xətai rayonunda yerləşən ofisində sonuncuya təhvil vermişdir. Səhərisi gün, yəni 08 dekabr 2020-ci il tarixdə yaxın və uzun müddətli müştərilərindən biri ona zəng vuraraq onun Sərrafa verdiyi maskaları sonuncu tərəfindən daha ucuz qiymətə, yəni ədədini 10-11 qəpiyə satdığını bildirmişdir. Bu səbəbə görə Sərrafa verdiyi 400.000 ədəd ağ rəngli tibbi maskadan qalmış 118.000 ədəd, 15.000 ədəd mavi rəngli maska və 25.000 ədəd qarar rəngli maskanı geri təhvil almış, Sərrafdan ya pulunu dərhal ödəməsini, ya da ki nə vaxt qaytaracağı barədə rəsmi bir sənəd verməsini tələb etmişdir. Səhəri gün Sərrafla görüşərkən o borcunun 10.000 manatını mart ayının 15-də, qalan 19.205 manatını isə mart ayının sonuna qədər ödəyəcəyi barədə yazılı iltizam vermişdir. Baş vermiş hadisə nəticəsində "xxxx" MMC-yə ümumilikdə 29.205 manat maddi ziyan dəymişdir. Həmin ziyanın ödənilməsini Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, 2019-cu ilə qədər Müdafiə Nazirliyinin Maliyə Xidmətində işləmiş, 2017-ci ildə iş yoldaşı Zərərçəkmiş şəxs3 həmkəndlisi Təqsirləndirilən şəxs Belarusiya Respublikasından ölkəyə dərman vasitələri gətirilməsi üçün ondan 100.000 manat məbləğində pul istəməsini, lakin sonda 70.000 manat məbləğində pula razılaşmasını, həmin işlə bağlı Təqsirləndirilən şəxs müəyyən məbləğdə pul verməkdə ona köməklik göstərməyini xahiş etmişdir. Rafiqi uzun illər tanıdığı üçün Sərrafa pul verməyi razılaşmışdır 2017-ci ilin iyul ayında Rafiqlə birlikdə Təqsirləndirilən şəxslə «20 Yanvar» metrostansiyasının yaxınlığında görüşmüşlər. Həmin görüşdə Təqsirləndirilən şəxs qardaşı İntiqam adlı şəxs də iştirak etmişdir. Söhbət əsnasında Sərraf Belarusiya Respublikasından ölkəyə dərman vasitələri gətizdirdiyini demişdir. Lakin bunun üçün 70.000 manat məbləğində pul tələb olunduğunu, sentyabr ayından etibarən hər ayın axırlarında onlara pulu hər ay üçün 5.000 manat verməklə qaytaracağını bildirmişdir. 26 iyul 2017-ci il tarixdə günorta saatlarında Rafiqlə birlikdə Sərrafla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən «Qurd qapısı» restoranının yaxınlığında görüşüb Rafiq 50.000 manat, o isə 20.000 manat pulu, ümümilikdə 70.000 manat pulu Təqsirləndirilən şəxs vermişlər. Sərraf həmin pulu dərhal Belarusiya Respublikasına göndərəcəyini deyib sentyabr ayının əvvəllərində malın ölkəyə daxil olmasını planlaşdırdığını bildirmişdir. 2017-ci ilin sentyabr ayının axırlarında Rafiqlə birlikdə Təqsirləndirilən şəxslə «20 Yanvar» metrostansiyasının yaxınlığında görüşmüşlər. Görüş zamanı Sərrafdan onlara verdiyi sözə əsasən 5.000 manat məbləğində pul verməli olduğunu bildirmişlər. Lakin Sərraf işə tam başlamadığını bildirib gətirdiyi dərmanların yalnız noyabr ayından sonra daha sürətlə satılacağını və bundan sonra onların pullarını tez qaytaracağını bildirmişdir. 2017-ci ilin oktyabr ayının sonlarında Rafiq Təqsirləndirilən şəxs onlarla görüşmək istədiyini bildirmişdir. O və Rafiq birlikdə Təqsirləndirilən şəxslə «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində görüşmüşlər. Sərraf onlara 2.500 manat məbləğində pul vermiş və bu pulun ona verilən 70.000 manata aidiyyatı olmadığını, 2.500 manatı onlara elə-belə xərcləmək üçün verdiyini demişdir. Həmin 2.500 manat məbləğində pulu Sərrafdan qəbul etdikdən sonra Rafiq 1.500 manat məbləğində pulu ona vermiş, qalan 1.000 manatı isə özündə saxlamışdır. 25 dekabr 2017ci il tarixdə Elnurla birlikdə Təqsirləndirilən şəxslə «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən «Ləvəngi» kafesində görüşmüşlər. Təqsirləndirilən şəxs işlərinin yaxşı getdiyini bildirərək onlara narahat olmamalarını deyərək əlavə olaraq 5.000 manat pul vermişdir. Sərraf həmin 5.000 manat məbləğində pulun aralarında olan məsələyə hər hansı bir aidiyyəti olmadığını, həmin pulu onlara xərclik kimi verdiyini demişdir. Həmin 5.000 manat məbləğində pulu Sərrafdan qəbul etdikdən sonra Rafiq 3.000 manat məbləğində pulu ona vermiş, qalan 2.000 manatı isə özündə saxlamışdır. Növbəti görüşləri zamanı Təqsirləndirilən şəxs işlərinin yaxşı getdiyini, gördüyü işin effektivliyini artırmaq üçün ona əlavə 30.000 manat pul verilməsini xahiş etmişdir. Sərrafın deməsinə görə pulu ona verəcəkləri təqdirdə 2018-ci ilin iyul ayına kimi onların bütün pullarını tam olaraq qaytaracağını və üzərində əlavə pul verməklə işlədiyi sahə üzrə onlar üçün də bir iş quracağına söz vermişdir. Rafiqlə məsləhətləşdikdən sonra hər biri 15.000 manat qoymaqla Təqsirləndirilən şəxs ümümilikdə 30.000 manat məbləğində pul vermişlər. Sərraf da 30.000 manat məbləğində pulu qəbul edib həmin pulu Belarusiya Respublikasından idxal etdiyi dərman vasitələrinin satışına sərf edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə əlaqə qurmağa çalışsalar da sonuncu onlardan yayınmış, telefon zənglərinə cavab verməmişdir. Sərrafın qardaşı Şahid2lə danışdıqdan sonra o Sərrafın Ukrayna Respublikasında olduğunu, narahatçılığa hər hansı bir əsas olmadığını bildirmişdir. 2018-ci ilin yanvar ayından etibarən Sərraf onlara hər hansı bir məbləğdə pul verməmişdir. Buna görə də Sərrafla görüşmək qərarına gəlmişlər. 2018-ci ilin mart ayında Rafiqlə birlikdə Sərrafla görüşüb ona verdikləri 100.000 manat məbləğində pulu geri qaytarmasını tələb etmişlər. Sonrakı 1 il müddət ərzində Sərraf onlara hissəhissə olmaqla cəmi 11.800 manat məbləğində pul qaytarmışdır. Təqsirləndirilən şəxs qalan pulun ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, onların hər ikisi Lerik rayonundan olmaqla qonşu kəndlərin sakinləridir. Onun atası X16 Əliyevin yaşadığı Blaband kənd orta məktəbinin direktoru olmuş, Sərrafın atası Əliheydər Əliyev isə həmin məktəbin müəllimi olmuşdur. X17 dünyasını dəyişən zaman yas mərasimlərində Sərraf fəal iştirak etmiş, tanışlıq münasibətləri daha da isti olmuşdur. Sərraf haqqında belə bir məlumatı var idi ki, onun Bakı şəhərində bir neçə apteki var, həmin aptekləri Sərrafın yaxın qohumları işlətməklə Sərraf çox imkanlı şəxs olmuş, bahalı “Rang Rover”markalı maşında gəzirdi. 23 iyul 2017-ci il tarixdə Sərrafın atası Əliheydər Əliyev ona zəng edərək oğlu Sərrafın Belarusiya Respublikasından ölkəyə dərman vasitələri gətirilməsi ilə bağlı pul ödədiyini, həmin işin səmərəli həyata keçirilməsi üçün Sərrafa əlavə pul vəsaitinin lazım olduğunu bildirərək ondan oğlu üçün 100.000 manat pul vəsaiti verməyini istəyib özünün xəstə olmasına görə bununla bağlı Sərrafla görüşməyini xahiş etmişdir. O da Əliheydərin sözünü yerə salmayaraq 24 iyul 2017-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxslə «20 Yanvar» metrostansiyasının yaxınlığında çayxanada görüşmüşdür. Həmin görüşdə Sərrafın qardaşı Şahid2 də olmuşdur. Görüş zamanı Təqsirləndirilən şəxs Belarusiya Respublikasından ölkəyə dərman vasitələri gətirilməsi ilə bağlı pul ödədiyini, lakin həmin işi başa çatdırmaq üçün əlavə 100.000 manat pula ehtiyacı olduğunu bildirərək ondan həmin məbləğdə pul istəmişdir. O da onlara 100.000 manat məbləğində pulunun olmadığını demişdir. Şahid2 qardaşının maddi durumunun yaxşı olduğunu, Bakı şəhərində üç yerdə aptekinin, Binəqədi rayonunda iki mərtəbəli evinin, eləcə də «Range Rover» markalı avtomobilinin olduğunu bildirərək onlara verdiyi pulu ən geci bir il ərzində ABŞ dollarının kursuna uyğun qaytaracaqlarını və verdiyi puldan əlavə pul verəcəklərini bildirmişdir. O onlara həmyerli olaraq yalnız 50.000 manat verə biləcəyini demiş, lakin Təqsirləndirilən şəxs və Şahid2 qardaşları ondan heç olmasa 70.000 manat məbləğində pul düzəldib onlara verməyini xahiş etmişlər. Bu səbəbə görə onlardan vaxt istəmiş və iş yoldaşı və yaxın dostu olan Zərərçəkmiş şəxs2 bu məsələni danışmış, növbəti gün, yəni 25 iyul 2017-ci il tarixdə axşam saatlarında dostu Zərərçəkmiş şəxs2la birgə Təqsirləndirilən şəxs və Şahid2 qardaşları ilə əvvəlcə görüşdüyü çayxanada görüşərək söhbət etmişlər. Həmin vaxt Sərraf və Şahid2 qardaşları bir gün əvvəl ona dediklərini yenidən Elnura danışıb ondan və Elnurdan 70.000 manat məbləğində pul istəmiş, sentyabr ayından etibarən hər ayın axırlarından onlara ayda 5.000 manat verməklə qaytaracağını bildirmişlər. Elnur ona güvənərək bu işə qoşulmağa razılaşmış və o, 50.000 manat, Elnur isə 20.000 manat pul təşkil edərək, cəmi 70.000 manat pulu 26 iyul 2017-ci il tarixdə günorta saatlarında Elnurla birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən «Qurd qapısı» restoranının yaxınlığında Təqsirləndirilən şəxs vermişlər. Sərraf həmin pulu dərhal Belarusiya Respublikasına göndərəcəyini bildirib sentyabr ayının əvvəllərində malın ölkəyə daxil olmasını planlaşdırdığını bildirmişdir. 2017ci ilin oktyabr ayının axırlarında Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini bildirmiş, o və Elnur Təqsirləndirilən şəxslə «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən «Ləvəngi» kafesində görüşərək Sərrafdan 2.500 manat məbləğində pul almışlar. Hətta Sərraf onlara demişdir ki, həmin 2.500 manat məbləğində pulun ona vermiş olduqları ümumi 70.000 manat məbləğində pula heç bir aidiyyəti yoxdur, bu pulu hörmət əlaməti olaraq onlara verir. Həmin 2.500 manat məbləğində pulun 1.500 manatını Elnura vermiş, 1.000 manatı isə özünə götürmüşdür. 2017-ci ilin noyabr ayının axırlarında Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini bildirdikdə Sərrafa onlara pul verməli olduğunu bildirmişdir. Sərraf isə ona narahat olmamağını deyərək işlərin yaxşı getdiyini, dekabr ayında pulu daha sürətlə qaytaracağını bildirmişdir. 25 dekabr 2017-ci il tarixdə Elnurla birlikdə Təqsirləndirilən şəxslə «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən «Ləvəngi» kafesində görüşmüşlər. Təqsirləndirilən şəxs işlərinin yaxşı getdiyini bildirərək narahat olmamalarını demiş və onlara 5.000 manat məbləğində pul vermişdir. Sərraf həmin 5.000 manat məbləğində pulun da aralarında olan məsələyə hər hansı bir aidiyyəti olmadığını, həmin pulu hörmət əlaməti olaraq verdiyini bildirmişdir. Həmin 5.000 manat məbləğində pulun 3.000 manatını Elnura vermişdir. Belə ki, Elnur ona demişdir ki, bu işə verdiyi 20.000 manat pulu kənar şəxslərdən borc almış, həmin şəxslər ondan pullarını tələb edir. Qalan 2.000 manatı isə özünə götürmüşdür. Lakin Təqsirləndirilən şəxs gördüyü işin effektivliyini artırmaq üçün onlardan əlavə olaraq 30.000 manat pul verilməsini xahiş etmişdir. Sərrafın deməsinə görə istədiyi məbləğdə pulu ona verəcəkləri təqdirdə o 2018-ci ilin iyul ayına kimi onların bütün pullarını tam olaraq qaytaracaq və onlara əlavə pul verməklə işlədiyi aptek sahəsi üzrə onlar üçün də bir iş quracağına söz vermişdir. Onlar Sərrafdan düşünmək üçün vaxt istəmiş və məsləhətləşərək bu pulu Sərrafa vermək qərarına gəlmişlər. Belə ki, həmin ərəfədə onlar iş yerlərindən məzuniyyət pulları və mukafat aldıqları üçün buna imkanları olmuşdur. Həmçinin də hər ikisi düşünmüşdür ki, təqaüdə çıxdıqdan sonra özlərinin aptek biznesi olacaqdır. 2018-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən «Qurd qapısı» restoranının yaxınlığında Elnurla birgə 30.000 manat pulu Təqsirləndirilən şəxs vermişlər. Sərraf 30.000 manat məbləğində pulu qəbul edib həmin pulu Belarusiya Respublikasından idxal etdiyi dərman vasitələrinin satışına sərf edəcəyini bildirmişdir. 2018-ci ilin yanvar ayının axırlarında Təqsirləndirilən şəxs zəng etsələr də mobil telefonuna zəng çatmadığına görə onunla əlaqə saxlaya bilməmişlər. Sərrafın qardaşı Şahid2lə əlaqə saxladıqda sonuncu bildirmişdir ki, Sərraf Ukrayna Respublikasındadır, narahatçılığa hər hansı bir əsas yoxdur. Öz kanalları ilə Təqsirləndirilən şəxs xarici ölkələrə çıxıb-çıxmamasını yoxlamış və o zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 2017-ci ildən bəri ümumiyyətlə Azərbaycan Respublikasını tərk etməmişdir. Sərrafın atası ilə görüşərək onun onları aldatdığını bildirmiş, oğlunun dələduz olmasını demiş, Sərrafın atası Əliheydər əsəbləşərək Sərrafa zəng edib məsələni yoluna qoymağı ondan tələb etmişdir. 2018-ci ilin mart ayında Sərrafla görüşərək ona verdikləri 100.000 manat məbləğində pulu qaytarmasını tələb etmişlər. Həmin vaxt Sərraf Belarusiya Respublikasından dərman vasitələrinin idxalında müəyyən problemlər olduğunu bildirib pulu hələ ki qaytara bilməyəcəyini və buna görə də ona müəyyən qədər vaxt vermələrini xahiş etmişdir. Yenə də Sərrafla razılaşıb onu gözləmək qərarına gəlmişlər. Elnurun çoxsaylı təkidlərindən sonra Sərraf ona 1 il ərzində hissə-hissə olmaqla 4.300 manat məbləğində pul qaytarmışdır. Dəfələrlə Təqsirləndirilən şəxs, Şahid2 və X5 Sərrafa vermiş olduqları pulu geri qaytarmasını tələb etsələr də hər üçü müxtəlif bəhanələr gətirərək pullarının qaytarılmasından yayınmışlar. Təqsirləndirilən şəxs 100.000 manat məbləğində pulu o və Zərərçəkmiş şəxs2 Belarusiya Respublikasından ölkəyə dərman vasitələri idxal edib onların satışını təşkil etməklə verdikləri 100.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Zərərçəkmiş şəxslərdən isə Nümayəndə1 tanıyır. Belə ki, o, Nümayəndə1 şirkətində anbardar işləmişdir. Hadisələr baş verən dövrdə “Covid”-lə bağlı pandemiya ilə əlaqədar Arif müəllim xarici ölkələrdən çox sayda gigiyenik maskalar gətirib yerli apteklərə paylamışdır. Təqsirləndirilən şəxs Arif müəllimin tanışı olmuşdur. Təqsirləndirilən şəxs Arif müəllimə müraciəti əsasında 2 noyabr 2020-ci il tarixdə Sərraf üçün 20.000 ədəd gigiyenik ağ rəngli maskanı avtomobilə qoyaraq Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsində yerləşən «Bravo» supermarketinin arxa tərəfindəki anbarına aparıb Sərrafa təhvil vermişdir. Malları təhvil verdikdən sonra Sərraf şirkət tərəfindən tərtib edilmiş malların siyahısı və ümumi ödəniş məbləği qeyd olunan qaiməni imzalamışdır. Həmin qaimənin bir nüsxəsi Sərrafda, bir nüsxəsi onda qalmışdır. Lakin Sərraf ona təhvil verdiyi 20.000 ədəd maskaların pulunu həmin vaxt ödəməmiş və ödənişi növbəti gün həyata keçirəcəyini bildirmişdir. Bu barədə Arif müəllimlə telefon əlaqəsi saxlayaraq ona məlumat vermişdir. Arif bəy də hər hansı bir etiraz etmədən razılaşmışdır. Növbəti gün, yəni 14 noyabr 2020-ci il tarixdə Sərraf özü onunla telefon əlaqəsi saxlayıb 2.700 manat məbləğində pulun hazır olmasını və götürə biləcəyini bildirmişdir. O da həmin günü Sərrafa məxsus anbara gedib ondan 2.700 manat məbləğində ödənişi qəbul etmiş və daha sonra həmin məbləğdə pulu Arif bəyə çatdırmışdır. 17 noyabr 2020-ci il tarixdə təkrar Arif müəllimin göstərişi ilə Sərrafın anbarına daha 20.000 ədəd ağ rəngli gigiyenik maska aparmışdır. Malları təhvil verdikdən sonra Sərraf şirkət tərəfindən tərtib edilmiş malların siyahısı və ümumi ödəniş məbləği qeyd olunan qaiməni imzalamışdır. Həmin qaimənin bir nüsxəsi Sərrafda, bir nüsxəsi onda qalmışdır. Malları təhvil verdiyi zaman Sərraf pulu ödəməmiş və ödənişi sabah həyata keçirəcəyini bildirmişdir. O yenə də bu barədə Arif müəllimlə telefon əlaqəsi saxlayaraq ona məlumat vermişdir. Arif müəllim də hər hansı bir etiraz etmədən razılaşmışdır. 18 noyabr 2020-ci il tarixdə Sərrafa məxsus anbara gedib ondan 2.700 manat məbləğində ödənişi qəbul edib pulu Arif müəllimə çatdırmışdır. 07 dekabr 2020-ci il tarixdə Arif müəllimin göstərişi ilə Sərrafa daha 400.000 ədəd ağ rəngli gigiyenik maska aparıb anbarında ona təhvil vermişdir. Malları təhvil verdikdən sonra Sərraf şirkət tərəfindən tərtib edilmiş malların siyahısı və ümumi ödəniş məbləği qeyd olunan qaiməni imzalamışdır. Həmin qaimənin bir nüsxəsi Sərrafda, bir nüsxəsi onda qalmışdır. Bu dəfə də Sərraf ona verilmiş 400.000 ədəd maskanın ödənişini etməmişdir. Bu barədə Arif müəllimlə telefon əlaqəsi saxlayaraq ona məlumat vermişdir. Arif müəllim də hər hansı bir etiraz etmədən razılaşmışdır. 28 dekabr 2020-ci il tarixdə Arif müəllimin göstərişi ilə Sərrafa 55.000 ədəd gigiyenik maskanı MMC-yə məxsus avtomobilə yükləyərək Sərrafın anbarında ona təhvil vermişdir. Bu dəfə də Sərraf maskaların pulunu ödəməmiş, ödənişi sonra edəcəyini demişdir. Nümayəndə1 zəng edib bu barədə bildirdikdə sonuncu etiraz etməmişdir. Bundan sonra məlum olmuşdur ki, Sərraf maskaları apteklərə onlardan nisyə aldığı qiymətdən ucuz qiymətə satmışdır. Arif müəllim ondan tələb etmişdir ki, o, dərhal gedib Sərrafın anbarında qalan maskaları geri götürsün. O da şirkətin maşını ilə Sərrafın anbarına gedib ona təhvil verilmiş gigiyenik maskaların qalan hissəsini Sərrafdan iki dəfəyə təhvil alaraq öz anbarlarına daşımışdır. Maskaların qiymətini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir dəfə uzaqdan görmüş, yəni özü maşının içində olduğu zaman onu aralıdan görmüşdür. Belə ki, Müdafiə Nazirliyində bir yerdə vaxtı ilə işlədiyi Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2la birlikdə 2017-ci iyul ayının sonlarında günorta saatlarında idarə etdiyi avtomobillə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə nahara getmişlər. Bu zaman Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yolun hərəkət hissəsinin kənarında avtomobili dayandırmağı xahiş etmişlər. O, avtomobili saxladıqdan sonra Elnur və Rafiq avtomobildən düşüb qarşıda dayanmış «Range Rover» markalı avtomobilə yaxınlaşmışlar. «Range Rover» markalı avtomobildən hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs düşmüş, lakin Təqsirləndirilən şəxs onu görməmiş, o isə onu görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3la birlikdə «Range Rover» markalı avtomobilin salonuna əyləşmişlər. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 «Range Rover» markalı avtomobildən düşüb yenidən onun idarə etdiyi avtomobilə əyləşmişlər. Həmin vaxt onun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3la Təqsirləndirilən şəxs arasında nə kimi söhbətlərin olmasından məlumatı olmamışdır. Yalnız 2019-cu ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3la birlikdə nahar edərkən onlar Təqsirləndirilən şəxs Belarusiya Respublikasından ölkə ərazisinə dərman vasitələri idxal edib topdan satışını təşkil edəcəyini vəd edib onlardan 100.000 manat məbləğində pullarını alıb ələ keçirməsini, həmin pulu qaytarmadığını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Zərərçəkmiş şəxslərdən isə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tanıyır. Onlardan Zərərçəkmiş şəxs3 qonşu kənddən olmaqla münasibətləri olmuşdur. Qardaşı Sərraf uzun müddət tibb sahəsində müxtəlif tibbi və qeyri-tibbi avadanlıqlarının satışı və idxalı üzrə fəaliyyət göstərmiş və sonradan "xxxx" MMC adlı şirkət yaradaraq xarici ölkələrdən müxtəlif tibbi və qeyri-tibbi avadanlıqları idxal edərək onların ölkə ərazisində satışını təşkil etmiş, özünün Bakı şəhərində 3 apteki olmuşdur. Həmin aptekləri öz qohumları işlətmiş, hətta aptekin birini onun oğlu işlətmişdir. 2017-ci ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə Sərrafın direktoru olduğu şirkətin maliyyə durumu qənaətbəxş olmadığından xarici ölkələrdən mal sifarişi ilə bağlı nağd pul vəsaitinə ehtiyac yaranmışdır. Bu məqsədlə atası X8 da Lerik rayonunda qonşu kənddən olan Zərərçəkmiş şəxs3la Sərrafın işlərinə görə pul verməsini danışmışdır. Hətta atası bu məsələyə görə rayondan Rafiqlə danışıqları aparmaq üçün özü Bakı şəhərinə gəlmişdir. Bundan sonra o, Sərraf, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «20 Yanvar» metrostansiyasının çıxışındakı çayxanaların birində görüşüb söhbət etmişlər. Elnuru yalnız bir dəfə həmin vaxt görmüşdür. Görüş zamanı Sərraf Belarusiya Respublikasından ölkəyə dərman vasitələri gətirib onların pərakəndə satışını təşkil etmək üçün müəyyən məbləğdə pula ehtiyac olması barədə Rafiqlə Elnura məlumat vermiş, bu iş üçün ona pul lazım olduğunu, ona pul verildiyi təqdirdə qazanc verəcəyini Rafiqlə Elnura bildirmişdir. Rafiqlə Elnur qərara gəlmək üçün vaxt istəmiş, bundan sonra onun qardaşı Sərrafın bu şəxslərdən pul almalarından məlumatı olmamış, yalnız sonra bilmişdir ki, qardaşı Sərraf bu şəxslərdən 100.000 manat pul almış və onların pullarını qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Zərərçəkmiş şəxslərdən isə yalnız Nümayəndə1 tanıyır. Belə ki, o, təxminən 2017-ci ildə daxili bazarda qeyri-tibbi avadanlıqların satışı üzrə marketinqlə məşğul olmuşdur. Belə ki, o daxili bazarda qeyri-tibbi avadanlıqların topdan satışı ilə məşğul olan şəxslərdən 1-ci əl olaraq alıb müxtəlif özəl klinikalara satışını həyata keçirmişdir. Təqsirləndirilən şəxslə də tanışlıqları bu zəmində olan işgüzar münasibətlər nəticəsində yaranmışdır. Təqsirləndirilən şəxs ölkəyə idxal etdiyi müxtəlif qeyri-tibbi avadanlıqları ondan topdan satış qiymətə alıb üzərinə xırda məbləğ əlavə etməklə satmışdır. Sərraf ona şirkətinin daxili mühasibatlıq işlərini görməyini xahiş etmişdir. Özü ali təhsilli hüquqşünasdır, lakin mühasibatlıq sahəsində anlayışı olduğuna görə 2020-ci ilin iyun ayından etibarən Sərrafın Bakı şəhəri, Xətai rayonu ərazisində “Bravo” supermarketin arxa tərəfində yerləşən anbarında onun aldığı və satdığı malların daxili mühasibatlığını aparmışdır. Bu işi 2021-ci ilin yanvar ayınadək görmüş, ondan sonra Sərrafın işlərindən ayrılmışdır. Çünki Sərrafın mühasibatlıq işlərini apararkən onun həddindən artıq nisyə mal verməsini və nisyə olaraq satdığı mallara nəzarət etməməsini görmüşdür. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs Nümayəndə1 ağ rəngli tibbi maska sifariş etmişdir. Həmin tibbi maskanın bir hissəsini barterlə 2020-ci ilin noyabr ayında o, "xxxx" MMC-nin tibbi şprisləri ilə əvəzləşdirmişdir. Aralarında olan razılaşmaya əsasən həmin MMC tibbi maskaların dəyərinin bir hissəsini ödəmiş, qalan hissəsinin əvəzinə isə şpris vermişdir. Hal-hazırda barterin məbləği və həcmi barədə heç bir məlumat verə bilmir, çünki çox vaxt keçdiyi üçün artıq xatırlamır. Onun tərəfindən satılmış bütün maskaların ödənişləri Sərrafa tam olaraq nağd formada verilmişdir. 2020-ci ilin dekabr ayının sonlarında Nümayəndə1la Sərraf arasında sonuncunun maskaları aldığı qiymətdən ucuz satması ilə əlaqədar Nümayəndə1 satılmayan maskaları geri tələb etmiş, onlar da satılmayan maskaları Nümayəndə1 anbara gələn işçisinə qaytarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onu 2 dəfə görmüşdür. Belə ki, o, 2019-cu ildən 2021-ci ilə kimi "xxxx" MMC-də mühasib işləmiş, həmin MMC əsasən bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş tibbi məhsulların satışını həyata keçirmişdir. 2020-ci ilin noyabr ayının əvvəllərində özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onlarda tibbi maskalar olduğunu deyərək mühasibi Natiq adlı şəxsin əlaqə saxlayacağını demişdir. Buna görə də Natiq adlı şəxs "xxxx" MMC ilə əlaqə saxlayıb Sərrafın işlədiyi şirkətin mühasibi olduğunu, onlarda ağ rəngli tibbi maska olduğunu, həmin maskaları hazırki bazar dəyərindən aşağı olaraq 0.11 qəpiyə satdıqlarını demişdir. MMC onlardan 8.000 ədəd tibbi maska alaraq həmin maskaların pulunun bir qismini nağd şəkildə, bir qismini isə tibbi şpris verərək barter etmişdir. Həmin tibbi maskaları satılmışdır. 2021-ci ilin yay aylarında Arif adlı şəxs MMC ilə əlaqə saxlayaraq Sərraf adlı şəxsin ondan tibbi maskaları götürüb dəyərindən ucuz sataraq pulunu vermədiyini, Sərrafın onlara da tibbi maska satıb-satmadığını soruşmuşdur. MMC-nin rəhbərliyi Arifə Sərrafa məxsus 1 ədədinin qiyməti 0,11 qəpikdən olmaqla 8.000 ədəd ağ rəngli tibbi maska alındığını təsdiq etmişdir. Xeyli müddət keçdiyi üçün bu iş üzrə müstəntiqə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs3 Bakı şəhəri Xətai rayon prokuroruna ünvanlanmış xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizələrdən müəyyən olunur ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İŞ-i tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə istintaq edilən cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxs Əliyev X3 Respublikasından “çeftraksiyon” adlı dərman vasitəsini ölkə ərazisinə idxalını həyata keçirib satışını təşkil etməsinə görə 2017-ci ilin iyul ayından 2018-ci ilin fevral ayına olan müddət ərzində ona qarşıda analoji cinayəti törətmiş və onun etibarından istifadə edərək iki dəfəyə olmaqla ümumilikdə 100.000 (yüz min) manat vəsaitni ələ keçirmişdir. Zərərçəkmiş şəxs kimi tanınmasını və ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmədə elan edilibi araşdırılmış “sənədin götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və qeyd olunan həmin sənəddən müəyyən olunur ki, ərizəçi Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş, “Mən Təqsirləndirilən şəxs işlə bağlı tibbi ləvazimatlar gətirmək üçün Zərərçəkmiş şəxs3 və X6 100.000 manat pul vəsaiti almışam” sözləri yazılmış və Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla xx.xx.2019-cu il tarixi qoyulmuş sənəd iş üçün əhəmiyyət kəsb etdiyindən protokol tərtib edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Azərbaycan Respublikasl CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* və Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Nümayəndə1 tərəfindən Bakı şəhəri Xətai RPİnin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən müəyyən olunur ki, 2020-ci ilin dekabr ayında Təqsirləndirilən şəxsla iş birliyi olmuş və ona 5400 manatlıq gigiyenik maskalar satılmışdır. Sonra Təqsirləndirilən şəxs ondan 52000 manat dəyərində gigiyenik maska almışdır. Lakin 29205 manat qalan gigiyenik maska pullarını ödəməmişdir. Təxminən 04 aydır ki, maska pullarını ödəməkdən imtina edir. Onun pullarını kustar üsulla düzətdiyi spirt və digər tibbi ləvazimatlar düzəldərək satır. Həmin şəxsdən ona dəymiş ziyanın qaytarılması üçün göstəriş verilməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Faiq Muradov barəsində şikayət olnan şəxs Təqsirləndirilən şəxs iştirakı ilə icraatında olan HK-1/242 nömrəli araşdırma materialının icrası zərurətilə ünvan 5 ünvanda yerləşən anbardan 01 ədəd üzərində “1-ci növ radifikasiya olunmuş, etil spirti, gigiyenik vasitə və 96%” sözləri yazılmış 100 ml ölşüdə içərisində spirtə bənzər maddə olan 01 ədəd plastik qabı maddi sübut əhəmiyyəti kəsb etdiyindən həmin plastik qab 01 ədəd boş bağlamanının içərisinə qoyularaq qablaşdırılaraq götürülmşdür. Məhkəmədə elan edilib araşdırılmış “sənədlərin götürülmüəsi və baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, zərər çəkmiş şəxs Nümayəndə1 02 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə arasında qarşılıqlı üzləşdirmə aparılması ilə bağlı 01 vərəqədən və 07 dekabr 2020-ci il tarixdə 400.000 ədəd maskanın Təqsirləndirilən şəxs təhvil verilməsi ilə bağlı 01 vərəqədən ibarət ******* № qaimə-fakturanın surətlərini istintaqa təqdim etmiş, Nümayəndə1 və Təqsirləndirilən şəxs arasında qarşılıqlı üzləşdirmə aparılması ilə bağlı tərtib edilmiş sənəddə Təqsirləndirilən şəxs direktor olduğu "xxxx" MMC-nin Nümayəndə1 icraçı direktor olduğu "xxxx" MMC-yə 02 fevral 2021-ci il tarixi üçün 29.205 manat məbləğində borc qalığının olduğu qeyd edilməsi, sənədin sonunda Nümayəndə1 və Təqsirləndirilən şəxs qeyd edilənləri öz imzaları və şirkətin möhürləri ilə təsdiq etmələri müəyyən edilmişdir. Qaimə-fakturada isə 07 dekabr 2020-ci il tarixdə Şahid5, yəni Şahid5 tərəfindən Sərrafa, yəni Təqsirləndirilən şəxs 1 ədədinin dəyəri 0,13 qəpik olmaqla ümumi dəyəri 52.000 manat təşkil edən cəmi 400.000 ədəd maskanın göndərilməsi, sonradan həmin maskalardan 1 dəfə 86.000, 1 dəfə isə 14.000 olmaqla cəmi 100.000 ədəd maskanın geri qaytarılması qeyd edilmişdir. Qaimə-fakturanın alt hissəsində Şahid5 və Təqsirləndirilən şəxs maskanın təhvil verilibtəhvil alınmasını öz imzaları ilə təsdiq etmişdirlər. Məhkəmədə elan edilib araşdırılmış “sənədlərin götürülməsi haqqında” xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, vətəndaş Nümayəndə1 müraciəti əsasında toplanmış HK-1/242 saylı material üzrə aparılan araşdırma zərurəti ilə əlaqədar sonuncunun iştirakı ilə tərtib edilmiş protokol üzrə Nümayəndə1 icraçı direktor olduğu Zərərçəkmiş şəxs1 MMC-nin dövlət qeydiyyatına alınması barədə 01 vərəqdən ibarət sənədin, gigiyenik maskaların Zərərçəkmiş şəxs1 MMC tərəfindən alınması ilə bağlı 02 vərəqədən elektron qaimələrin surətləri istintaqa təqdim edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “məcburi gətirmə haqqında” xx.xx.2022-ci il tarixli və “ittihamı elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərarlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin aparılması üçün dəfələrlə RPİ-nin İŞ-nə dəvət olunsada heç bir üzürlü səbəb göstərmədən istintaqa gəlməkdən imtina etdiyindən, məcburi qaydada Bakı şəhər Xətai RPİ-nə gətirilməsi barədə qərar verilmiş, qeyd edilən qərar icra edilməmiş və Təqsirləndirilən şəxs istintaq çağırışlarından gizləndiyi üçün onun barəsində axtarış elan edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13:40 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 6 ünvanında saxlanılmış və Bakı şəhəri Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xətai RPİ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət Bakı şəhəri Xətai rayon prokuroru tərəfindən müdafiə edilməmiş və onun Bakı şəhəri Xətai RPİ-nin MSY-dən azad edilməsi qət edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş sorğuya cavabdan müəyyən olunur ki, dövlət reyestrində Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) rəbəri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (VÖEN: **********) qismində uçotda olması barədə məlumat mövcuddur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Baş X18 İdarəsindən daxil olmuş sorğuya cavabdan müəyyən olunur ki, Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin kompüter-uçot bazasının məlumatlarına əsasən xx xxxx 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən daxil olmuş sorğuya cavabdan müəyyən olunur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına Lerik rayonu, Blaband kəndində yerləşən 0,73 ha həyətyanı və 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeydiyyata alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış “məcburi gətirmə haqqında” xx.xx.2023-cü il tarixli və “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs mobil telefonuna dəfərlərlə zənglər edilsədə onunla əlaqə yaradıb istintaqa dəvət etmək və ifadəsi almaq mümkün olmamış, Təqsirləndirilən şəxs “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin tələblərini pozaraq çağırışlara gəlməkdən yayınmış və məcburi gətirmə qərarı icrasız qalmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən alınmış sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) tərəfindən 01 yanvar 2017-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan müddət ərzində Belarusiya Respublikasından “çeftriakson” adlı dərman preparatının idxal edilməsi haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında hər hansı məlumat yoxdur. Məhkədə elan edilib araşdırılmış “axtarışda olan şəxsin yaxalanması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində saxlanılaraq Bakı şəhəri Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay 26 gün müddətinə həbs seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli Nümayəndə1 tərəfindən tərtib edilərək ünvanlanmış ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində işlədiyi "xxxx" MMC-yə 29,205 manat məbləğində maddi ziyan dəymişdir və "xxxx" MMC-ni iş üzrə mülki iddiaçı, onu isə mülki iddiaçının nümayəndəsi qismində tanınmasını xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin rəisinə ünvanladığı ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində 35000 (otuz beş min) manat məbləğində maddi ziyan dəymişdir və onu mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin rəisinə ünvanladığı ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində 65000 (altmış beş min) manat məbləğində maddi ziyan dəymişdir və onu mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin 6/1696 nömrəli 26 may 2021-ci il tarixli “Materialların məhkəmə ekpertizası”-na dair rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində "1-ci növ redifikasiya olunmuş ETİL SPİRTİ 96%...Gigiyenik vasitə... 100 ML ...QOST 5962-2013... İçmək olmaz" göstəricili etiket olan 01 ədəd plastik qabdakı maye spirtterkibli mayedir. Tədqiqata təqdim edilmiş maye tündlük göstəricisinə və tərkibindəki 1 saylı cədvəldə qeyd edilən toksiki mikroqarısıqların miqdarına görə qablasdirildigi plastik qabin üzerindeki etiketda göstərilən QOST 5962-2013 normativ-texniki sənədin tələblərinə cavab vermir və zavod üsulu ilə hazırlanmış məhsullar üçün olan göstericilərə uyğun deyil. Tədqiqata təqdim olunmuş mayenin tərkibində yüksək miqdarda toksiki mikroqarışıqlar-sivuş yağları (yüksək spirtlər), aseton, aldehidlər və mürəkkəb efirlər olduğundan qida üçün yararsızdır, lakin dezinfeksiyaedici vasitə kimi məişətdə istifadə edilə bilər. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” 01 may 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs şürkətinə məxsus anbara baxış zamanı üzərində “1-ci növ redifikasiya olunmuş ETİL SPİRTİ 96%... Gigiyenik vasitə...100 ML...QOST 5962-2023... İçmək olmaz” göstəricili etiket olan 01 ədəd plastik qabdakı mayenin tündlük göstəricisinə və tərkibindəki 1 saylı cədvlədə qeyd edilən toksiki mikroqarışıqların miqdarına görə qablaşdırıldığı plastik qabın üzərindəki etiketdə göstərilən Qost 5962-2023 normativ-texniki sənədin tələblərinə cavab vermədiyi, zavod üsulu ilə hazırlanmış məhsullar üçün olan göstəricilərə uyğun olmadığına görə sonuncu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən inzibati qaydada tənbeh tədbirləri görülməsi üçün cinayət işindən material ayrılaraq baxılması üçün Azərbaycan Respublikası İqtidasiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə göndərilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixli mülki iddia ərizəsi ilə məhkəməyə müracət edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 MMC-yə dəymiş 29.205 (iyirmi doqquz min iki yüz beş) manat ziyanın, 2020-2024-cü illər üçün həmin məbləğin 5 faizini təşkil edən 5840 (beş min səkkiz yüz qırx) manat, eyni zamanda pulun ödəniləcəyi günə qədər hər il üçün əlavə 5 faiz məbləğin və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olan 197 (yüz doxsan yeddi) manat məbləğin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 MMC-yə ödənilməsinə dair mülki idia vermişdir. Bundan başqa məhkəmə baxışı zamanı digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 35.000 (otuz beş min) manat ziyanın, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olan 195 (yüz doxsan beş) manat pulun, Zərərçəkmiş şəxs3 65.000 (altmış beş min) manat ziyanın, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olan 285 (iki yüz səksən beş) manat pulun Təqsirləndirilən şəxs onların xeyrinə tutulması barədə mülki iddialar vermişlər. Məhkəmdə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Belarusiya Respublikasından ölkə ərazisinə dərman vasitələri idxal edib satışını təşkil etməklə sərmayə olaraq qoyulmuş pul vəsatindən əlavə olaraq da qazanc əldə edəcəyini və həmin qazancdan tanışları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 da verəcəyini yalandan vəd edib 26 iyul 2017-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən «Qurd qapısı» restoranının qarşısında Zərərçəkmiş şəxs3 70.000 (yetmiş min) manat məbləğində pulu, 2018-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən «Qurd qapısı» restoranının qarşısında Zərərçəkmiş şəxs3 30.000 (otuz min) manat məbləğində pulu vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 65.000 (altmış beş min) manat, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 35.000 (otuz beş min) manat olmaqla ümumilikdə 100.000 (yüz min) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə 07 dekabr 2020-ci il tarixdə Nümayəndə1 icraçı direktor olduğu "xxxx" MMC-dən direktor olduğu "xxxx" MMC üçün 1 ədədinin dəyəri 0,13 qəpikdən olmaqla 400.000 ədəd ağ rəngli gigiyenik maskanı cəmi 52.000 (əlli iki min) manata almağa razılaşıb həmin maskaları müxtəlif topdan satış məntəqələrinə, tibb müəssisələrinə və fərdi qaydada ayrı-ayrı şəxslərə satışını təşkil edərək pulunu ən geci 1 ay müddətində ödəcəyinə dair yalan vəd verərək "xxxx" MMC-yə məxsus ümumi dəyəri 52.000 (əlli iki min) manat təşkil edən 400.000 ədəd maskanı ünvan 1 ünvanda yerləşən şirkətinə məxsus anbarda təhvil almaqla sonuncunun etibarından sui-istifadə edərək ələ keçirib sonradan 400.000 ədəd ağ rəngli gigiyenik maskanın 182.000 ədədinin satışını həyata keçirməklə real maliyyə imkanı əldə edib 52.000 (əlli iki min) manat məbləğinin 22.795 (iyirmi iki min yeddi yüz doxsan beş) manat olan hissəsini maskaların bir hissəsini qaytarmaqla ödəyib zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 29.205 (iyirmi doqquz min iki yüz beş) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi qismən özünün ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nətivəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Belarusiya Respublikasından ölkə ərazisinə dərman vasitələri idxal edib satışını təşkil etməklə sərmayə olaraq qoyulmuş pul vəsatindən əlavə olaraq da qazanc əldə edəcəyini və həmin qazancdan tanışları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 da verəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs3 70.000 (yetmiş min) manat məbləğində pulu, 2018-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən «Qurd qapısı» restoranının qarşısında Zərərçəkmiş şəxs3 30.000 (otuz min) manat məbləğində pulu vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 65.000 (altmış beş min) manat, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 35.000 (otuz beş min) manat olmaqla ümumilikdə 100.000 (yüz min) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə 07 dekabr 2020-ci il tarixdə Nümayəndə1 icraçı direktor olduğu "xxxx" MMC-dən direktor olduğu "xxxx" MMC üçün 1 ədədinin dəyəri 0,13 qəpikdən olmaqla 400.000 ədəd ağ rəngli gigiyenik maskanı cəmi 52.000 (əlli iki min) manata almağa razılaşıb həmin maskaları müxtəlif topdan satış məntəqələrinə, tibb müəssisələrinə və fərdi qaydada ayrı-ayrı şəxslərə satışını təşkil edərək pulunu ən geci 1 ay müddətində ödəcəyinə dair yalan vəd verərək "xxxx" MMC-yə məxsus ümumi dəyəri 52.000 (əlli iki min) manat təşkil edən 400.000 ədəd maskanı ünvan 1 ünvanda yerləşən şirkətinə məxsus anbarda təhvil almaqla sonuncunun etibarından sui-istifadə edərək ələ keçirib sonradan 400.000 ədəd ağ rəngli gigiyenik maskanın 182.000 ədədinin satışını həyata keçirməklə real maliyyə imkanı əldə edib 52.000 (əlli iki min) manat məbləğinin 22.795 (iyirmi iki min yeddi yüz doxsan beş) manat olan hissəsini maskaların bir hissəsini qaytarmaqla ödəyib zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 29.205 (iyirmi doqquz min iki yüz beş) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 müvafiq olaraq cəmi 100.000 manat məbləğində pul vəsaitini almaqla Belarusiya Respublikasından ölkəyə dərman vasitələri idxal edib satışını təşkil etməklə pullarını qaytarıb əlavə olaraq satışdan əldə olunmuş qacancdan onlara müəyyən məbləğdə pay verəcəyi adı ilə alması, vermiş olduğu vədin icrası ilə əlaqədar Belarusiya Respublikasından ölkəyə hər hansı bir dərman daxil edilmədiyi və hər hansı bir formada ölkə ərazisində satışını həyata keçirilmədiyi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, sənədlərə baxış protokolları, Dövlət Gömrük Komitəsindən daxil olmuş cavabdan və cinayət işininin digər materialları ilə tam təsdiqi tapmışdıdır. Belələ ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 onlara məxsus 100000 manat məbləğində pulu alaraq vermiş olduğu vədinin icrasına deyil, şəxsi ehtiyaclarına sərf etmişdir. Bu epizor üzrə taplanmış sübutlar Təqsirləndirilən şəxs məhz əvvəlcədən yaranmış dələduzluq niyyəti ilə Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs aldadaraq sonuncların 100000 manat məbləğində pul vəsaitini yalandan vəd edib əldə etməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs niyyəti pulu ələ keçirərəkən hr hansı bir öhdəliyin yerinə yetirməsi deyil, özgənin əmlakını əvəsiz və qanunsuz oaraq öz mülkiyyətinə keçirməsinə yönəlmişdir. Həmçinin məhkəmə baxışı zamanı sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Nümayəndə1 xaricdən ölkəyə gigienik maskaları idxal etməklə ayrı-ayrı şirkətlərə satış üçün təqdim edilməsini bilərək 2020-ci ilin sonlarında Nümayəndə1 Xətai rayonu ərazisində yerləşən ofisinə dəvət etmiş, Nümayəndə1 onun ofisinin yerləşdiyi ünvana gəldikdə onu ofisinə dəvət etməmiş, onunla heç bir müqavilə bağlamamış, hər hansı bir öhdəlik və müqavilə şərtlərini müəyyən etməmişdir. Əksinə olaraq o, Nümayəndə1 ofisə gəlməyə imkan verməmiş, onunla öz avtomobilinə əyləşərək sonuncu ilə şifahi danışıqlar aparmış, 27 il ərzində əczaçılıq sahəsində çalışdığını, hədsiz dərəcədə təcrübəsi və geniş əlaqələrinin olduğunu, hətta özünün bir neçə aptekləri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Nümayəndə1 özünə qarşı böyük etibar və inam yaradaraq onunla əməkdaşlıq etməyə razı salmış, ondan nisyə olaraq ədədini 0,13 manata sataraq həmin məbləğlə satılmış maskaların dəyərini ödəyəcəytinə vəd versə də qəbul etdiyi az saydı gigienik maskaları alıb sataraq dəyərini vaxtında Nümayəndə1 ödəməsini etibarlı iş adamı görüntüsü yaratmaq üçün təmin etmiş və bundan sonra artıq böyük həcm təşkil edən 400.000 ədəd gigienik maskaların ona verilməsinə nail olmuş, bundan sonra həmin maskaları dəyərindən aşağı qiymətə sataraq əldə etdiyi vəsaiti şəxsi ehtiyaclarına xərcləmiş, Nümayəndə1 digər gigienik maskaların satışını həyata keçirlən şəxslərdən Təqsirləndirilən şəxs ona təqdim olunan maskaları ucuz qiymətə satdığını bildikdə Təqsirləndirilən şəxs maskaların bir hissəsini geri almış, 29.205 manat məbləğində gigienik maskaların təqsirləndirilən şəxs tərəfindən artıq israf etdiyindən xeyli miqdarda ziyana məruz qalmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq,yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarınınəldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakınələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdinpredmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakınmülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədiklərikimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə beş ildən on ilədək müddətə azadlqıdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini "xxxx" MMC rəhbəri vəzifəsində işləyərkən törətməsini nəzərə alaraq, onun barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan hüququndan məhrum etmə cəzasının da əlavə cəza qismində təyin edilməsini qanunamüvafiq hesab edir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Əliyehdər oğlunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs Əliyehdər oğlu ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 09 mart 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə 02 (iki) gün müddətində həbsdə olduğu müddət Azərbaycan Respublikası CPM-nin 158.2ci maddəsi ilə ona təyin edilmiş qəti cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, ittiham aktına uyğun olaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 xeyrinə 29.205 (iyirmi doqquz min iki yüz beş) manat və dövlət rüsumu olan 197 (yüz doxsan yeddi) manat pul, ümumilikdə 29.402 (iyirmi doqquz min dord yüz iki) manat, Zərərçəkmiş şəxs2 xeyrinə 35.000 (otuz beş min) manat zərərə və 195 (yüz doxsan beş) manat dövlət rüsumu, ümumilikdə 35.195 (otuz beş min yüz doxsan beş) manat məbləğində, Zərərçəkmiş şəxs3 xeyrinə isə 65.000 (altmış beş min) manat zərərə və 285 (iki yüz səksən beş) manat dövlət rüsumu, ümumilikdə 65.285 (altmış beş min iki yüz səksən beş) manat mülki iddiaları təmin edilməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 4 Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 isə 420 (dörd yüz iyirmi) manat pul Bakı şəhəri 4 Vəkil Bürosunun nəfinə ödənilməlidir. İşi üzrə maddi sübut yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə olduğu iki gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (bneş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 09 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 mülki iddiaları təmin edilsin və Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 xeyrinə 29.205 (iyirmi doqquz min iki yüz beş) manat və dövlət rüsumu olan 197 (yüz doxsan yeddi) manat pul, ümumilikdə 29.402 (iyirmi doqquz min dord yüz iki) manat, Zərərçəkmiş şəxs2 xeyrinə 35.000 (otuz beş min) manat zərərə və 195 (yüz doxsan beş) manat dövlət rüsumu, ümumilikdə 35.195 (otuz beş min yüz doxsan beş) manat məbləğində, Zərərçəkmiş şəxs3 xeyrinə isə 65.000 (altmış beş min) manat zərərə və 285 (iki yüz səksən beş) manat dövlət rüsumu, ümumilikdə 65.285 (altmış beş min iki yüz səksən beş) manat tutulsun. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 420 (dörd yüz iyirmi) manat pul «Bakı şəhəri 4 Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Məmmədova-Əsgərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar