Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-321/2019 28.06.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3, X1 iştirakları ilə, xx xxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi, ev 6-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri; xx xxxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri; xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından mühafizə İdarəsinin Növbətçi Hissəsinin sürücüsü işləmiş, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, keçid 5, ev 8də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri; xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə xx xxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində yaşadıqları məhəllədə görüşərək oğurluq etmək qərarına gəlmiş, həmin məqsədlə Təqsirləndirilən şəxs2 yaşadığı evdən mismar çıxardan ling götürərək, ünvan 3 ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs1 məxsus “OM” adlı marketin yaxınlığında dayanıb sahibinin getməsini gözləmiş, Zərərçəkmiş şəxs1 mağazanı bağlayaraq avtomobilinə minib getdikdən sonra, xx xxxxxx 2018-ci il tarixdə, saat 01 radələrində, qabaqcadan əlbir olan bir qrup şəxs halında “OM" adlı marketin qarşısına gələrək aralarında əvvəlcədən əldə edilmiş razılaşmaya uyğun olaraq, Təqsirləndirilən şəxs4 marketin yaxınlığında dayanaraq kənar şəxslərin gəlib-getmələrinə nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə əvvəlcədən özü ilə gətirdiyi mismar çıxardan ling vasitəsi ilə marketin jalüzünün qıfılını sındıraraq qapısını açmış, Təqsirləndirilən şəxs2 ilə birlikdə marketə qanunsuz daxil olub, oradan içərisində 984 manat pul olan 500 manat dəyərində 01 ədəd kassa aparatını, ümumilikdə dəyəri 10 manat 50 qəpik olan 7 ədəd “Klassik” markalı, ümumilikdə dəyəri 8 manat olan 5 ədəd “Vikeroy” markalı, ümumilikdə dəyəri 15 manat olan 10 ədəd “Vinçester” markalı, ümumilikdə dəyəri 7 manat 20 qəpik olan 6 ədəd “Prima” markalı, ümumilikdə dəyəri 18 manat olan 9 ədəd "Rotmons" markalı, ümumilikdə dəyəri 25 manat 20 qəpik olan 14 ədəd "LD" markalı, ümumilikdə dəyəri 10 manat 50 qəpik olan 07 ədəd "NZ" markalı, ümumilikdə dəyəri 25 manat 20 qəpik olan 18 ədəd "Palmalı" markalı, ümumilikdə dəyəri 111 manat 60 qəpik olan 62 ədəd "Vest" markalı siqareti, 1800 manat dəyərində müxtəlif markalı siqaretləri, ümumilikdə dəyəri 56 manat olan 28 ədəd iki manatlıq “Cin” danışıq konturunu, ümumilikdə dəyəri 34 manat olan 34 ədəd bir manatlıq “Sim” danışıq konturunu, ümumilikdə dəyəri 56 manat olan 28 ədəd iki manatlıq “Sim” danışıq konturunu, ümumilikdə dəyəri 50 manat olan 10 ədəd beş manatlıq “Nar” danışıq konturunu, ümumilikdə dəyəri 18 manat olan 09 ədəd iki manatlıq “Nar” danışıq konturunu, ümumilikdə dəyəri 40 manat olan 40 ədəd bir manatlıq “Cin” danışıq konturunu, 105 manat dəyərində müxtəlif operatorlara məxsus danışıq konturlarını, ümumilikdə dəyəri 34 manat 20 qəpik olan 38 ədəd 250 ml. həcmində "Hell" markalı enerji içkisini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3908 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə silah qismində istifadə edilən əşyanı tədbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən mağazadan aldıqları saç lakı və Təqsirləndirilən şəxs2 özü ilə götürdüyü mismar çıxardan linglə silahlanaraq, habelə tanınmamaları üçün üzlərinə papaqdan hazırladıqları maskalar keçirib, xx xxxx 2018-ci il tarixdə, saat 03:30 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi “Vaz 2106” markalı, **-UX-*** dövlət nömrəli avtomobil ilə Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 6 ünvanında yerləşən siqaret satışı köşkünün qarşısına gəlmiş, o, köşkün satış aparılan pəncərəsini döyüb, pəncərəni açan satıcı Zərərçəkmiş şəxs5 sifət nahiyəsinə silah qismində istifadə etdiyi saç lakını püskürdərək, Zərərçəkmiş şəxs5 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib sonuncunun müqavimətini qırmış, daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikə köşkə qanunsuz daxil olaraq Təqsirləndirilən şəxs2 silah qismində istifadə etdiyi mismar çıxardan lingi satıcı Zərərçəkmiş şəxs5 qarşı yönəldib, həmin alətlə sonuncunu vuracağı ilə hədələyərək, köşkdən ümumilikdə dəyəri 3200 manat təşkil etmiş müxtəlif markalı siqaretləri və 480 manat nəğd pulu ələ keçirib talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 3680 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aralarında əvvəlcədən olmuş razılaşmaya əsasən, xx xxxxx 2018-ci il tarixdə, saat 03 radələrində bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 idarə etdiyi “Vaz 2106” markalı **-UX-*** dövlət nömrəli avtomobil ilə Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 5 ünvanda yerləşən “Rəsul” adlı marketin qarşısına gəlmiş, Təqsirləndirilən şəxs3 onu Təqsirləndirilən şəxs2 ilə birlikdə marketin yaxınlığında düşürtdükdən sonra avtomobili idarə edərək həmin ərazidən bir qədər kənarlaşaraq gözləmiş, Təqsirləndirilən şəxs2 ilə birlikdə tanınmamaları üçün üzlərinə maska keçirib, Təqsirləndirilən şəxs2 mismar çıxardan ling vasitəsi ilə marketin qapısının qıfılını sındırdıqdan sonra sonuncu ilə birlikdə marketə qanunsuz daxil olaraq oradan ümumilikdə dəyəri 1700 manat olan müxtəlif markalı siqaretləri və marketin kassasında olan 200 manat pulu gizli olaraq talamış, kənardan avtomobil işığı düşdüyü üçün Təqsirləndirilən şəxs2 ilə birlikdə marketdən çıxıb qaçaraq, telefonla zəng edib Təqsirləndirilən şəxs3 yanlarına çağırdıqlarından, sonuncu idarə etdiyi avtomobillə gəlib onları həmin yerdən götürərək taladıqları əmlakla birlikdə özünün yaşadığı mənzilə aparıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında aralarında əldə edilmiş razılaşmaya əsasən qrup üzvləri öz niyyətlərini həyata keçirmək üçün əvvəlcədən Təqsirləndirilən şəxs3 yaşadığı evdən götürdükləri təsərrüfat-məişət təyinatlı bir ədəd mətbəx bıçağı və sonuncunun idarə etdiyi “Vaz 2106” markalı, **-UX-*** dövlət nömrəli avtomobildən götürdükləri bir ədəd zavod üsulu ilə tapanca formasında hazırlanmış oyuncaq ilə silahlanıb, xx xxxxx 2018-ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi “Vaz 2106” markalı, **-UX-*** dövlət nömrəli avtomobil ilə Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi ünvan 6 ünvanda yerləşən “24 saat” adlı marketin qarşısına gələrək aralarında əvvəlcədən əldə edilmiş razılığa görə, Təqsirləndirilən şəxs3 avtomobildə qalıb kənar şəxslərin gəldiyi təqdirdə məlumat vermək üçün gözləmiş, o isə Təqsirləndirilən şəxs2 ilə birlikdə tanınmamaları üçün üzlərinə papaqdan hazırladıqları maskalar keçirərək “24 saat” adlı marketə daxil olmaqla, o, silah qismində istifadə etdiyi bıçağı, Təqsirləndirilən şəxs2 isə tapanca formasında hazırlanmış oyuncağı həmin vaxt marketdə satıcı işləyən Zərərçəkmiş şəxs3 istiqamətində yönəldərək, hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 “tərpənmə, yoxsa vuraram!” sözlərini deyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmiş, bundan sonra o, marketdə yerləşən içərisində 230 manat pul olan 150 manat dəyərində kassa aparatının siyirməsini ələ keçirib talayaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə 380 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə xx xxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində yaşadıqları məhəllədə görüşərək oğurluq etmək qərarına gəlmiş, həmin məqsədlə yaşadığı evdən mismar çıxardan ling götürərək ünvan 3 ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs1 məxsus “OM” adlı marketin yaxınlığında dayanıb sahibinin getməsini gözləmiş, Zərərçəkmiş şəxs1 mağazanı bağlayaraq avtomobilinə minib getdikdən sonra, xx xxxxxx 2018-ci il tarixdə, saat 01 radələrində, qabaqcadan əlbir olan bir qrup şəxs halında “OM" adlı marketin qarşısına gələrək aralarında əvvəlcədən əldə edilmiş razılaşmaya uyğun olaraq, Təqsirləndirilən şəxs4 marketin yaxınlığında dayanaraq kənar şəxslərin gəlib-getmələrinə nəzarət etmiş, o isə əvvəlcədən özü ilə gətirdiyi mismarçıxardan ling vasitəsi ilə marketin jalüzününün qıfılını sındıraraq qapısını açmış, Təqsirləndirilən şəxs1 ilə birlikdə marketə qanunsuz daxil olub, oradan içərisində 984 manat pul olan 500 manat dəyərində 01 ədəd kassa aparatını, ümumilikdə dəyəri 10 manat 50 qəpik olan 7 ədəd “Klassik” markalı, ümumilikdə dəyəri 8 manat olan 5 ədəd “Vikeroy” markalı, ümumilikdə dəyəri 15 manat olan 10 ədəd “Vinçester” markalı, ümumilikdə dəyəri 7 manat 20 qəpik olan 6 ədəd “Prima” markalı, ümumilikdə dəyəri 18 manat olan 9 ədəd "Rotmons" markalı, ümumilikdə dəyəri 25 manat 20 qəpik olan 14 ədəd "LD" markalı, ümumilikdə dəyəri 10 manat 50 qəpik olan 07 ədəd "NZ" markalı, ümumilikdə dəyəri 25 manat 20 qəpik olan 18 ədəd "Palmalı" markalı, ümumilikdə dəyəri 111 manat 60 qəpik olan 62 ədəd "Vest" markalı siqareti, 1800 manat dəyərində müxtəlif markalı siqaretləri, ümumilikdə dəyəri 56 manat olan 28 ədəd iki manatlıq “Cin” danışıq konturunu, ümumilikdə dəyəri 34 manat olan 34 ədəd bir manatlıq “Sim” danışıq konturunu, ümumilikdə dəyəri 56 manat olan 28 ədəd iki manatlıq “Sim” danışıq konturunu, ümumilikdə dəyəri 50 manat olan 10 ədəd beş manatlıq “Nar” danışıq konturunu, ümumilikdə dəyəri 18 manat olan 09 ədəd iki manatlıq “Nar” danışıq konturunu, ümumilikdə dəyəri 40 manat olan 40 ədəd bir manatlıq “Cin” danışıq konturunu, 105 manat dəyərində müxtəlif operatorlara məxsus danışıq konturlarını, ümumilikdə dəyəri 34 manat 20 qəpik olan 38 ədəd 250 ml. həcmində "Hell" markalı enerji içkisini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3908 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə silah qismində istifadə edilən əşyanı tədbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında əldə edilmiş razılaşmaya əsasən mağazadan aldığı saç lakı və özündə olan mismarçıxardan linglə silahlanaraq, habelə tanınmamaları üçün üzlərinə papaqdan hazırladıqları maskaları keçirib, xx xxxx 2018-ci il tarixdə saat 03:30 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi “Vaz 2106” markalı, **-UX-*** dövlət nömrəli avtomobil ilə Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 6 ünvanda yerləşən siqaret satışı köşkünün qarşısına gəlmiş, Təqsirləndirilən şəxs1 köşkün satış aparılan pəncərəsini döyüb, pəncərəni açan satıcı Zərərçəkmiş şəxs5 sifət nahiyəsinə silah qismində istifadə etdiyi saç lakını püskürdərək, Zərərçəkmiş şəxs5 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib sonuncunun müqavimətini qırmış, o isə həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birlikə köşkə qanunsuz daxil olaraq silah qismində istifadə etdiyi mismarçıxardan lingi satıcı Zərərçəkmiş şəxs5 qarşı yönəldib, həmin alətlə sonuncunu vuracağı ilə hədələyərək, köşkdən ümumilikdə dəyəri 3200 manat təşkil etmiş müxtəlif markalı siqaretləri və 480 manat nəğd pulu ələ keçirib talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 3680 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aralarında əvvəlcədən olmuş razılaşmaya əsasən, xx xxxxx 2018-ci il tarixdə, saat 03 radələrində bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 idarə etdiyi “Vaz 2106” markalı **-UX-*** dövlət nömrəli avtomobil ilə Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 5 ünvanda yerləşən “Rəsul” adlı marketin qarşısına gəlmiş, Təqsirləndirilən şəxs3 onu Təqsirləndirilən şəxs1 ilə birlikdə marketin yaxınlığında düşürtdükdən sonra avtomobili idarə edərək həmin ərazidən bir qədər kənarlaşaraq gözləmiş, Təqsirləndirilən şəxs1 ilə birlikdə tanınmamaları üçün üzlərinə maskalar keçirib özü ilə gətirdiyi mismarçıxardan ling vasitəsi ilə marketin qapısının qıfılını sındırdıqdan sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə marketə qanunsuz daxil olaraq oradan ümumilikdə dəyəri 1700 manat olan müxtəlif markalı siqaretləri və marketin kassasında olan 200 manat nəğd pulu gizli olaraq talamış, kənardan avtomobil işığı düşdüyü üçün Təqsirləndirilən şəxs1 ilə birlikdə marketdən çıxıb qaçaraq, telefonla zəng edib Təqsirləndirilən şəxs3 yanlarına çağırdıqlarından, sonuncu, idarə etdiyi avtomobillə gəlib onları həmin yerdən götürərək taladıqları əmlakla birlikdə özünün kirayədə yaşadığı mənzilə aparıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında aralarında əldə edilmiş razılaşmaya əsasən qrup üzvləri öz niyyətlərini həyata keçirmək üçün əvvəlcədən Təqsirləndirilən şəxs3 yaşadığı evindən götürdükləri təsərrüfat-məişət təyinatlı bir ədəd mətbəx bıçağı və sonuncunun idarə etdiyi “Vaz 2106” markalı, **-UX-*** dövlət nömrəli avtomobildən götürdükləri bir ədəd zavod üsulu ilə tapanca formasında hazırlanmış oyuncaq ilə silahlanıb, xx xxxxx 2018-ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi “Vaz 2106” markalı, **-UX-*** dövlət nömrəli avtomobil ilə Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi ünvan 6 ünvanda yerləşən “24 saat” adlı marketin qarşısına gələrək aralarında əvvəlcədən əldə edilmiş razılığa görə, Təqsirləndirilən şəxs3 avtomobildə qalıb kənar şəxslərin gəldiyi təqdirdə məlumat vermək üçün gözləmiş, o isə, Təqsirləndirilən şəxs1 ilə birlikdə tanınmamaları üçün üzlərinə papaqdan hazırladıqları maskalar keçirərək “24 saat” adlı marketə daxil olmaqla, o, tapanca formasında hazırlanmış oyuncağı, Təqsirləndirilən şəxs1 isə silah qismində istifadə etdiyi bıçağı həmin vaxt marketdə satıcı işləyən Zərərçəkmiş şəxs3 istiqamətində yönəldərək, hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 “tərpənmə, yoxsa vuraram!” sözlərini deyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 marketdə yerləşən içərisində 230 manat pul olan 150 manat dəyərində kassa aparatının siyirməsini ələ keçirib talayaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə 380 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən mağazadan aldıqları saç lakı və Təqsirləndirilən şəxs2 özü ilə götürdüyü mismarçıxardan linglə silahlanaraq, habelə tanınmamaları üçün üzlərinə papaqdan hazırladıqları maskalar keçirib, xx xxxx 2018-ci il tarixdə saat 03:30 radələrində radələrində idarə etdiyi “Vaz 2106” markalı **-UX-*** dövlət nömrəli avtomobil ilə Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 6 ünvanda yerləşən siqaret satışı köşkünün qarşısına gəlmiş, Təqsirləndirilən şəxs1 köşkün satış aparılan pəncərəsini döyüb, pəncərəni açan satıcı Zərərçəkmiş şəxs5 sifət nahiyəsinə silah qismində istifadə etdiyi saç lakını püskürdərək, Zərərçəkmiş şəxs5 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib sonuncunun müqavimətini qırmış, o isə həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə köşkə qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs2 silah qismində istifadə etdiyi mismarçıxardan lingi satıcı Zərərçəkmiş şəxs5 qarşı yönəldib, həmin alətlə sonuncunu vuracağı ilə hədələyərək, köşkdən ümumilikdə dəyəri 3200 manat təşkil etmiş müxtəlif markalı siqaretləri və 480 manat pulu ələ keçirib talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 3680 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aralarında əvvəlcədən olmuş razılaşmaya əsasən, xx xxxxx 2018-ci il tarixdə, saat 03 radələrində bir qrup şəxs halında idarə etdiyi “Vaz 2106” markalı **-UX-*** dövlət nömrəli avtomobil ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Rəsul” adlı marketin yaxınlığında düşürtdükdən sonra avtomobili idarə edərək həmin ərazidən bir qədər kənarlaşaraq gözləmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə tanınmamaları üçün üzlərinə maska keçirmiş, Təqsirləndirilən şəxs2 özü ilə gətirdiyi mismarçıxardan ling vasitəsi ilə marketin qapısının qıfılını sındırdıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 marketə qanunsuz daxil olaraq oradan ümumilikdə dəyəri 1700 manat olan müxtəlif markalı siqaretləri və marketin kassasında olan 200 manat nəğd pulu gizli olaraq talamış, kənardan avtomobil işığı düşdüyü üçün onlar marketdən çıxıb qaçaraq, telefonla zəng edib onu yanlarına çağırdıqlarından, idarə etdiyi avtomobillə gəlib Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin yerdən götürərək taladıqları əmlakla birlikdə özünün yaşadığı mənzilə aparıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar olaraq silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında aralarında əldə edilmiş razılaşmaya əsasən qrup üzvləri öz niyyətlərini həyata keçirmək üçün əvvəlcədən onun yaşadığı evindən götürdükləri təsərrüfat-məişət təyinatlı bir ədəd mətbəx bıçağı və idarə etdiyi “Vaz 2106” markalı, **-UX-*** dövlət nömrəli avtomobildən götürdükləri bir ədəd zavod üsulu ilə tapanca formasında hazırlanmış oyuncaq ilə silahlanıb, habelə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanınmamaları üçün üzlərinə papaqdan hazırladıqları maskalar keçirərək, xx xxxxx 2018-ci il tarixdə, saat 01 radələrində onun idarə etdiyi “Vaz 2106” markalı, **- UX-*** dövlət nömrəli avtomobil ilə Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi ünvan 6 ünvanda yerləşən “24 saat” adlı marketin qarşısına gələrək aralarında əvvəlcədən əldə edilmiş razılığa görə, özü avtomobildə qalıb kənar şəxslərin gəldiyi təqdirdə məlumat vermək üçün gözləmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanınmamaları üçün başlarına papaqdan hazırladıqları maskalar keçirərək “24 saat” adlı marketə daxil olmaqla, Təqsirləndirilən şəxs2 tapanca formasında hazırlanmış oyuncağı, Təqsirləndirilən şəxs1 isə silah qismində istifadə etdiyi bıçağı həmin vaxt marketdə satıcı işləyən Zərərçəkmiş şəxs3 istiqamətində yönəldərək, hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 “tərpənmə, yoxsa vuraram!” sözlərini deyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək, Təqsirləndirilən şəxs1 marketdə yerləşən içərisində 230 manat pul olan 150 manat dəyərində kassa aparatının siyirməsini ələ keçirib talayaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə 380 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə xx xxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində yaşadıqları məhəllədə görüşərək oğurluq etmək qərarına gəlmiş, həmin məqsədlə Təqsirləndirilən şəxs2 yaşadığı evdən mismarçıxardan ling götürərək ünvan 3 ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs1 məxsus “OM” adlı marketin yaxınlığında dayanıb sahibinin getməsini gözləmiş, Zərərçəkmiş şəxs1 mağazanı bağlayaraq avtomobilinə minib getdikdən sonra, xx xxxxxx 2018-ci il tarixdə, saat 01 radələrində, qabaqcadan əlbir olan bir qrup şəxs halında “OM" adlı marketin qarşısına gələrək aralarında əvvəlcədən əldə edilmiş razılaşmaya uyğun olaraq, özü marketin yaxınlığında dayanaraq kənar şəxslərin gəlib-getmələrinə nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə mismar çıxardan ling vasitəsi ilə marketin jalüzününün qıfılını sındıraraq qapısını açmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 marketə qanunsuz daxil olub, oradan içərisində 984 manat pul olan 500 manat dəyərində 01 ədəd kassa aparatını, ümumilikdə dəyəri 10 manat 50 qəpik olan 7 ədəd “Klassik” markalı, ümumilikdə dəyəri 8 manat olan 5 ədəd “Vikeroy” markalı, ümumilikdə dəyəri 15 manat olan 10 ədəd “Vinçester” markalı, ümumilikdə dəyəri 7 manat 20 qəpik olan 6 ədəd “Prima” markalı, ümumilikdə dəyəri 18 manat olan 9 ədəd "Rotmons" markalı, ümumilikdə dəyəri 25 manat 20 qəpik olan 14 ədəd "LD" markalı, ümumilikdə dəyəri 10 manat 50 qəpik olan 07 ədəd "NZ" markalı, ümumilikdə dəyəri 25 manat 20 qəpik olan 18 ədəd "Palmalı" markalı, ümumilikdə dəyəri 111 manat 60 qəpik olan 62 ədəd "Vest" markalı siqareti, 1800 manat dəyərində müxtəlif markalı siqaretləri, ümumilikdə dəyəri 56 manat olan 28 ədəd iki manatlıq “Cin” danışıq konturunu, ümumilikdə dəyəri 34 manat olan 34 ədəd bir manatlıq “Sim” danışıq konturunu, ümumilikdə dəyəri 56 manat olan 28 ədəd iki manatlıq “Sim” danışıq konturunu, ümumilikdə dəyəri 50 manat olan 10 ədəd beş manatlıq “Nar” danışıq konturunu, ümumilikdə dəyəri 18 manat olan 09 ədəd iki manatlıq “Nar” danışıq konturunu, ümumilikdə dəyəri 40 manat olan 40 ədəd bir manatlıq “Cin” danışıq konturunu, 105 manat dəyərində müxtəlif operatorlara məxsus danışıq konturlarını, ümumilikdə dəyəri 34 manat 20 qəpik olan 38 ədəd 250 ml. həcmində "Hell" markalı enerji içkisini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3908 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində “NZS” qəsəbəsində yaşadıqları məhəllədə Təqsirləndirilən şəxs2 ilə görüşərək birlikdə oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə onlar məhəllənin yaxınlığında yerləşən “OM” adlı marketin yaxınlığında dayanıb sahibinin mağazanı bağlamasını gözləmişlər. Təxminən bir saat sonra marketin sahibi marketin giriş qapısını bağlayaraq öz avtomobilinə əyləşib getmişdir. xx xxxxxx 2018-ci il tarixdə, təxminən saat 01 radələrində o və Orxan mağazanın giriş qapısının dəmir jalüzünün qıfılını sındıraraq qapını açmış və birlikdə mağazaya daxil olmuşlar. Mağazanın vitrinlərində olan siqaretləri, enerji içkilərini və kassa aparatını götürərək mağazanı tərk edib əldə etdikləri əşyaları daha sonra gəlib götürmək üçün bir qədər kənarda, kimsəsiz yerdə divarın dibinə qoymuşlar. Bir müddətdən sonra onlar həmin yerə qayıdaraq divarın kənarına qoyduqları əmlakları götürərək birlikdə aparıb “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən siqaret satışı dükanlarına təklif edib, sataraq ümumilikdə 800 manata yaxın gəlir əldə etmiş və həmin pulu birlikdə gecə klublarında xərcləmişlər. Onlar oğurluq etdikdən sonra bu barədə Təqsirləndirilən şəxs4 da demişlər. Əlisəiddən başqa heç kəs onların “OM” marketdən oğurluq etdiklərini bilməmişdir. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, 2018-ci ilin mart ayının 30-da tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə pul əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə xx xxxx 2018-ci il tarixdə, gecə saat 01 radələrində digər tanışı Təqsirləndirilən şəxs3 idarə etdiyi “Vaz 2106” markalı, Az **-UX-*** nömrəli avtomobil ilə Gəncə prospektində, Ukrayna dairəsi ilə “Həzi Aslanov” metrostansiyasının aralığında yerləşən siqaret satışı köşkünə getmişlər. Orxan həmin köşkdən bir siqaret almış, o və Təqsirləndirilən şəxs3 isə Orxanı maşında gözləmişlər. Orxan siqaret alıb gəldikdən sonra ona köşkdə çoxlu siqaret olduğunu, həmin siqaretləri götürməyin mümkün olduğunu bildirmişdir. Buna görə də onlar gecə saat 03 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə özlərində olan qara rəngli papaqdan hazırladıqları maskaları geyinib köşkə yaxınlaşmışlar. Onlar köşkün qapısını döyüb içəri keçmiş, onları görən satıcı qorxaraq kənara çəkilib dayanmışdır. Bundan sonra onlar köşkdən təxminən beş alış-veriş paketi həcmində “Malboro”, “Kent” və digər markalarda xaricdə və Azərbaycanda istehsal olunmuş siqaretləri və köşkdə olan təxminən 330-340 manat pulu götürüb çıxmış və həmin siqaretləri Fəridin idarə etdiyi “VAZ-21-06” markalı avtomobilin yük yerinə yığmışlar. Hadisədən bir-iki gün sonra onlar Xətai rayonunun “UPD” qəsəbəsində siqaret satışı ilə məşğul olan Elşəni taparaq, satmaq üçün siqaretlər gətirəcəklərini bildirmişlər. O, Elşənə dayısının siqaretlərin topdan satışı mağazasında işlədiyini, onu malların satışına nəzarətçi qoyduğunu, onun da həmin malları satdığını demiş və Elşəni siqaretlərin oğurluq olmadığına inandırmışdır. Elşən onunla razılaşmış, bundan sonra o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə “UPD” qəsəbəsinə gedərək siqaretləri Elşənə satmışlar. Elşən həmin siqaretlərə görə onlara təxminən 1.000 manat pul vermişdir. Bundan başqa, xx xxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs3 evində olarkən, Orxana ünvan 8 ünvanda yerləşən “Rəsul” adlı marketin qapısının kilidini rahat açıb, həmin marketə girə biləcəklərini demişdir. O və Orxan bu barədə razılaşdıqdan sonra xx xxxxx 2018-ci il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi **-UX-*** dövlət qeydiyyat nişanlı “Vaz 2106” markalı avtomobil ilə onları həmin marketin yaxınlığına aparmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs3 avtomobili ilə onları ünvan 8 ünvanda yerləşən “Rəsul” marketin yaxınlığına aparmış, onlar avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs3 avtomobili sürərək oradan uzaqlaşmışdır. O və Təqsirləndirilən şəxs2 özləri ilə gətirdikləri maskaları üzlərinə keçirərək birlikdə marketə yaxınlaşmışlar. O, marketin qarşısında dayanaraq gəlibgedənlərə nəzarət etmiş, Orxan isə həmin müddətdə marketin qapısının qıfılını sındırmış və onlar birlikdə marketə daxil olmuşlar. Onlar dərhal kassaya yaxınlaşaraq kassada olan 200 manat pulu götürmüş, bundan sonra kassanın alt hissəsində yerləşən şkafın içərisində olan müxtəlif çeşidli siqaretləri paketlərə yığmışlar. Bundan sonra o, kənardan kiminsə gəlib-getməsinə nəzarət etmək üçün marketdən çıxmış, Orxan isə marketin içərisində qalmışdır. O, çöldə olarkən uzaqdan avtomobil işığının düşdüyünü görmüş və dərhal Orxana marketdən çıxmasını demişdir. Bundan sonra o və Orxan marketdən çıxaraq oradan uzaqlaşmışlar. Onlar bir müddət qaçdıqdan sonra dayanaraq Təqsirləndirilən şəxs3 zəng edib dayandıqları ünvanı ona bildirmişlər. Təqsirləndirilən şəxs3 avtomobil ilə gəlib dedikləri yerdən onları götürərək, özünün kirayə yaşadığı evə aparmışdır. Təqsirləndirilən şəxs3 onlardan əllərindəki paketlərdə olan siqaretləri haradan tapdıqlarını soruşmuş, onlar da həmin siqaretləri “Rəsul” marketdən oğurladıqlarını demişlər. Bundan sonra onlar birlikdə gecə klubuna getmiş və mağazadan oğurladıqları pulları gecə klubunda birlikdə xərcləyib əylənmişlər. Onlar marketdən oğurladıqları siqaretləri "20 Yanvar" metrostansiyasının yaxınlığında siqaret satışı ilə məşğul olan tanımadıqları şəxslərə 450 manata satmış və həmin pulu Orxan ilə aralarında bölmüşlər. Təqsirləndirilən şəxs3 oğurluq barədə əvvəlcədən məlumatı olmamışdır. Bundan başqa, xx xxxxx 2018-ci il tarixdə, saat 23 radələrində Orxanla birlikdə Təqsirləndirilən şəxs3 evində olarkən Fərid onlara birlikdə idarə etdiyi Vaz-2106 markalı avtomaşınla Xətai rayonu, Gen.Mehmandarov küçəsində icarəyə götürdüyü avtoyuma məntəqəsinə getməyi təklif etmişdir. Bundan sonra o, Orxan və Fərid evdən çıxaraq Təqsirləndirilən şəxs3 idarə etdiyi **-UX-*** dövlət qeydiyyat nişanlı, “Vaz-2106” markalı avtomobillə Xətai rayonu, General Mehmandarov küçəsinə getmişlər. X15 siqaret almaq üçün avtomobili “24 Saat” adlı marketin qarşısında saxlamasını xahiş etmişdir. Fərid avtomobili marketin qarşısında saxlamış, Orxan avtomobildən düşüb siqaret almaq üçün mağazaya girmişdir. Onlar isə Orxanı avtomobildə gözləmişlər. Orxan bir neçə dəqiqədən sonra marketdən çıxıb gələrək, avtomobilə əyləşmiş və onlara siqaret aldığı mağazada kassanın açıq vəziyyətdə olduğunu, pulların göründüyünü, satıcının isə arıq bədən quruluşlu olduğunu deyərək, həmin mağazaya girib kassadan pulları götürməyi təklif etmişdir. Orxan marketdə kamera olub-olmamasını dəqiq bilmədiyini qeyd etmişdir. Avtoyuma məntəqəsinə çatmağa bir qədər qalmış, Orxan yaxınlıqda olan mağazaların birindən üzlərinə keçirmək üçün qara papaq alacağını bildirmiş və avtomobildən düşmüş, onlar isə oradan avtoyuma məntəqəsinə getmişlər. Orxan getdikdən təxminən 30-40 dəqiqə sonra qayıtmış və üzlərinə keçirmək üçün qara papaq aldığını bildirmişdir. Onlar həmin papaqlarda göz yeri açaraq maskalar hazırlamışlar. xx xxxxx 2018-ci il tarixdə, saat 01 radələrində onlar Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən “24 saat” adlı marketin qarşısına getmişlər. O, Orxanla birlikdə avtomaşından düşmüş, Təqsirləndirilən şəxs3 isə avtomaşını bir qədər irəli sürüb onları gözləmişdir. O və Orxan marketə daxil olmamışdan əvvəl qara papaqları başlarına qoyub mağazaya daxil olmuşlar. Satıcı onları görüb qorxmuş və səsini çıxarmamışdır. Orxan satıcıya sakit dayanmasını demiş, o isə kassaya yaxınlaşıb oradan içərisində 50, 20, 10, 5 və 1 manatlıq əskinaslar olan kassa siyirməsini götürüb marketdən birlikdə çıxmışlar. Marketdən çıxdıqdan sonra onlar bir qədər irəlidə gözləyən Fəridin avtomobilinə əyləşmişlər. Onlar avtomobildə marketdən götürdükləri pulları saymış və 230 manat olduğunu müəyyən etmişlər. Bir qədər hərəkət etdikdən sonra Orxan kassa aparatının siyirməsini “Mərhəmət” kafesinin yaxınlığında dərəyə atmışdır. Onlar oradan birlikdə gecə klubuna getmiş və mağazadan götürdükləri pulları gecə klubunda birlikdə xərcləyib əylənmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində “NZS” qəsəbəsində yaşadıqları məhəllədə Təqsirləndirilən şəxs1 ilə görüşərək oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə onlar “OM” adlı marketin yaxınlığında dayanaraq sahibinin mağazanı bağlamasını gözləmişlər. Təxminən bir saat sonra marketin sahibi Zaur adlı şəxs marketin giriş qapısını bağlayaraq öz avtomobilinə əyləşib getmişdir. Həmin vaxta qədər Təqsirləndirilən şəxs4 da onların yanında olmuş, sonra o da çıxıb getmişdir. Bundan sonra o, Fəridlə birlikdə mağazadan oğurluq etmək üçün münasib vaxt yaranmasını gözləmişlər. xx xxxxxx 2018-ci il tarixdə, saat 01 radələrində, onlar mağazanın giriş qapısının dəmir jalyüzünün qıfılını sındıraraq qapını açıb birlikdə mağazaya daxil olmuşlar. Mağazanın vitrinlərində olan siqaretləri, enerji içkilərini və kassa aparatını götürərək mağazanı tərk edib, əldə etdikləri əşyaları daha sonra gəlib götürmək üçün kənarda kimsəsiz yerdə, divarın dibinə qoymuşlar. Bir müddət sonra onlar yenidən həmin yerə qayıdaraq divarın kənarına qoyduqları oğurluq malları götürərək birlikdə aparıb “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən siqaret satışı dükanlarına təklif edib sataraq, ümumilikdə 800 manata yaxın gəlir əldə etmiş və həmin pulu birlikdə gecə klublarında xərcləmişlər. Sonradan onlar Əlisəidə oğurluq barədə məlumat vermiş, Əlisəiddən başqa heç kəs “OM” marketdən oğurluq etdiklərini bilməmişdir. 2018-ci ilin mart ayının 30-da o, Təqsirləndirilən şəxs1 ilə birlikdə pul əldə etmək qərarına gəlmiş və bu məqsədlə həmin tarixdə, gecə saat 01 radələrində tanışları Təqsirləndirilən şəxs3 idarə etdiyi “Vaz 21-06” markalı, **-UX-*** nömrəli maşınla Gəncə prospekti, Ukrayna dairəsi ilə “Həzi Aslanov” metrostansiyasının arasında yerləşən siqaret satışı köşkünə getmişlər. O, köşkdən bir siqaret alaraq köşkə ümumi nəzər yetirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə onu maşında gözləmişlər. O, avtomobilə əyləşərək Fəridgilə köşkdə çoxlu siqaretlər olduğunu və həmin siqaretləri götürməyin mümkün olduğunu bildirmişdir. Onlar həmin gecə, saat 03 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə özlərində olan maskaları geyinib köşkə yaxınlaşmış və köşkün qapısı döyüb içəri keçmişlər. Satıcı onları görüb qorxmuş və heç bir hərəkət etməmişdir. Onlar köşkdən təxminən beş alış-veriş paketi həcmində “Malboro”, “Kent”, “Vinston” və digər markalı siqaretləri, eləcə də köşkdə olan təxminən 330-340 manat pulu götürüb getmişlər. Onlar pulları öz aralarında bölmüş, hərəsinə təxminən 110 manat pul düşmüşdür. Onlar siqaretləri Təqsirləndirilən şəxs3 maşınının yük yerinə yığmışlar. xx xxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs3 kirayə yaşadığı evdə olarkən, Təqsirləndirilən şəxs1 ona Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsi 42 ünvanında yerləşən “Rəsul” adlı marketin qapısının kilidini rahat açıb, həmin marketə girə biləcəklərini demişdir. Bununla bağlı xx xxxxx 2018-ci il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi **-UX-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2106” markalı avtomobili ilə onları həmin marketin yaxınlığına aparmalarını xahiş etmişlər. Təqsirləndirilən şəxs3 avtomobil ilə onları Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsi 42 ünvanında yerləşən “Rəsul” marketin yaxınlığına aparmışdır. O, Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs3 avtomobili sürərək oradan uzaqlaşmışdır. O və Fərid özləri ilə gətirdikləri maskaları başlarına keçirib marketə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 marketin qarşısında dayanaraq gəlib-gedənlərə nəzarət etmiş, o da həmin müddətdə marketin qapısının qıfılını sındırmış və onlar birlikdə marketə daxil olmuşlar. Onlar dərhal kassaya yaxınlaşaraq kassadakı 200 manat pulu götürmüş və kassanın alt hissəsində yerləşən şkafın içərisindəki müxtəlif çeşidli siqaretləri paketlərə yığmışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 ətrafdan kiminsə gəlibgəlmədiyini yoxlamaq üçün çölə çıxmış, o isə marketin içərisini axtarmağa başlamışdır. Fərid marketin içərisinə avtomobil işığının düşdüyünü görmüş və ona dərhal çölə çıxmağını tapşırmışdır. O, marketdən çölə çıxmış və onlar qaçaraq oradan uzaqlaşmışlar. Bir müddət qaçdıqdan sonra Fərid Təqsirləndirilən şəxs1 Hacıyevə zəng edərək dayandıqları ünvanı ona demişdir. Təqsirləndirilən şəxs3 dedikləri yerə gəlmiş və onları avtomobili ilə özünün kirayə yaşadığı evə aparmışdır. Təqsirləndirilən şəxs3 onlardan əllərindəki paketlərdə olan siqaretləri haradan tapdıqlarını soruşduqda, onlar həmin siqaretləri “Rəsul” marketdən oğurladıqlarını bildirmişlər. Bundan sonra onlar birlikdə gecə klubuna getmiş və mağazadan götürdükləri pulları gecə klubunda xərcləyib əylənmişlər. Təqsirləndirilən şəxs1 marketdən oğurladıqları siqaretləri tanıdığı siqaret köşklərinə 450 manata satmış və onlar həmin pulu öz aralarında bölmüşlər. xx xxxxx 2018-ci il tarixdə, təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs3 evində olarkən, Təqsirləndirilən şəxs3 onlara idarə etdiyi **-UX-*** dövlət qeydiyyat nişanlı "Vaz-2106" markalı avtomaşınla Xətai rayonu, Gen.Mehmandarov küçəsində icarəyə götürdüyü avtoyuma məntəqəsinə getməyi təklif etmişdir. Onlar razılaşmış və Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillər Xətai rayonu, Gen.Mehmandarov küçəsinə getmişlər. Orada o, Təqsirləndirilən şəxs3 avtomaşını həmin küçədə yerləşən “24 Saat” adlı marketin qarşısında saxlamasını demiş, Fərid avtomaşını marketin qarşısında saxlamış və avtomaşından düşərək siqaret almaq üçün mağazaya girmişdir. O, satıcıdan bir paket siqaret aldıqdan sonra, satıcı ona xırda pul qaytararkən kassada pul olduğunu görmüşdür. O, mağazadan çıxıb avtomaşına əyləşmiş və Fəridgilə mağazada olarkən kassada pulların göründüyünü, satıcının isə arıq bədən quruluşlu olduğunu deyib, həmin mağazadan oğurluq etməyi təklif etmişdir. O, marketdə kamera olub-olmamasını dəqiq bilmədiyini demiş və içəri üzlərində maska ilə girməyi təklif etmişdir. Onlar bu barədə razılaşmış və papaqlarda göz yeri açaraq maskalar hazırlamışlar. xx xxxxx 2018-ci il tarixdə, saat 01 radələrində onlar General Mehmandarov küçəsi 72 nömrəli ünvanda yerləşən “24 Saat” adlı marketin qarşısına gəlmişlər. Saat 01 radələrində o və Təqsirləndirilən şəxs1 avtomobildən düşmüş, Təqsirləndirilən şəxs3 isə avtomobili bir qədər irəli sürüb onları gözləmişdir. Onlar marketə daxil olmamışdan əvvəl papaqları başlarına keçirmişlər. Satıcı onları görüb qorxmuş və səsini çıxarmamışdır. Təqsirləndirilən şəxs1 kassaya yaxınlaşıb oradan içərisində 50, 20, 10, 5 və 1 manatlıq əskinaslar olan kassa siyirməsini götürmüş və onlar marketdən çıxaraq, bir qədər irəlidə gözləyən Təqsirləndirilən şəxs3 avtomobilinə əyləşmişlər. Təqsirləndirilən şəxs1 avtomaşında marketdən götürdüyü pulları saydıqda orada 230 manat pul olduğu məlum olmuşdur. Bir qədər hərəkət edəndən sonra onlar kassa aparatının siyirməsini “Mərhəmət” kafesinin yaxınlığında dərəyə atmışlar. Onlar oradan birlikdə gecə klubuna getmiş və mağazadan götürdükləri pulları gecə klubunda xərcləyib əylənmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə, gecə saat 01 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ-2106” markalı, **-UX-*** dövlət nömrə nişanlı avtomobil ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Gəncə prospekti 6 ünvanda yerləşən siqaret satışı köşkünün yanına getmişlər. Orxan oradan bir siqaret almış, avtomobilə əyləşdikdən sonra onlara köşkdə çoxlu siqaret olduğunu və həmin siqaretləri götürə biləcəklərini demişdir. Onlar köşkdən siqaretləri götürmək qərarına gəlmişlər. Bu məqsədlə həmin gecə, saat 03 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə köşkün qapısına yaxınlaşıb, qapını dartıb açmışlar. Qapı açıq olmuş, satıcı onları görüb qorxmuş və kənarda dayanmışdır. Onlar köşkdən təxminən beş alış-veriş paketi həcmində “Malboro”, “Kent”, “Vinston” və s. markalı siqaretləri və köşkdə olan təxminən 340 manat pulu götürmüşlər. Pulu öz aralarında bölüşdürdükdə adama təxminən 115-118 manat pul düşmüşdür. Sonra onlar həmin siqaretləri idarə etdiyi “VAZ 21-06” markalı avtomobilin yük yerinə yığmışlar. Biriki gün sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə “UPD” qəsəbəsində Elşən adlı şəxsi taparaq, satmağa siqaret gətirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 Elşənə, dayısının siqaretlərin topdan satışı mağazasında işlədiyini, onu malların satışına nəzarətçi qoyduğunu demişdir. Daha sonra o, Təqsirləndirilən şəxs2 və Fərid Hüsenzadə ilə birlikdə siqaretləri “UPD” qəsəbəsinə aparıb orada Elşənə satmışlar. Elşən həmin siqretlərə görə onlara təxminən 1000 manat pul vermişdir. Onlar həmin pulu aralarında bölmüş və hərəyə təxminən 330 manat pul düşmüşdür. xx xxxxx 2018-ci il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ondan onları maşınla ünvan 8 ünvanda yerləşən “Rəsul” marketin yaxınlığına aparmalarını xahiş etmişlər. O, Təqsirləndirilən şəxs1 ora getmələrinin səbəbini soruşduqda, Fərid orada işləri olduğunu bildirmişdir. Bundan sonra o, idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 marketin yaxınlığına aparmış və onlar avtomobildən düşdükdən sonra avtomobili sürərək oradan uzaqlaşmışdır. Təxminən yarım saat sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək dərhal onları bir az əvvəl düşürdüyü yerə gəlməyini istəmişdir. O, narahat olduğu üçün dərhal avomobili Təqsirləndirilən şəxs1 dediyi yerə sürmüşdür. O, həmin yerə çatmamış yolun kənarında Orxan və Fəridin dayandıqlarını görmüş, onlar avtomobilə əyləşərək ona maşını sürməyini demişlər. O, Fəridgildən nə baş verdiyini soruşduqda, onlar ona heç bir məlumat verməmişlər. O, Fəridgilin əlindəki paketin içərisində çoxlu siqaret olduğunu görüb həmin siqaretləri haradan tapdıqlarını soruşmuş, Orxan və Fərid həmin siqaretləri “Rəsul” marketdən oğurladıqlarını bildirmişlər. xx xxxxx 2018-ci il tarixdə, təxminən saat 23 radələrində tanışları Orxan və Fərid ilə birlikdə kirayə yaşadığı evdə olarkən, onlara birlikdə idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gen.Mehmandarov küçəsində icarəyə götürdüyü avtoyuma məntəqəsinə getməyi təklif etmişdir. Bundan sonra onlar birlikdə evdən çıxaraq idarə etdiyi avtomobil ilə Xətai rayonu, General Mehmandarov küçəsinə getmişlər. Orada Orxan siqaret almaq üçün avtomobili “24 Saat” adlı marketin qarşısında saxlamağını istəmişdir. O, avtomobili marketin qarşısında saxlamış, Orxan avtomobildən düşüb siqaret almaq üçün marketə girmişdir. O isə Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobildə Orxanı gözləmişlər. Orxan bir neçə dəqiqədən sonra marketdən çıxıb avtomobilə əyləşmiş və onlara siqaret aldığı mağazada kassanın açıq vəziyyətdə olduğunu, pulların gördüyünü, satıcının isə arıq bədən quruluşlu olduğunu deyərək, həmin mağazadan oğurluq etməyi təklif etmişdir. Orxan marketdə kamera olub-olmamasını dəqiq bilmədiyini demiş, buna görə də onlar papaqlarda göz yeri açaraq özləri üçün maskalar hazırlamış və “24 saat” adlı marketin qarşısına getmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşmüş, o isə avtomobili bir qədər irəli sürüb onları gözləmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gəlib avtomobilə əyləşmişlər və onlar avtomobili sürərək oradan uzaqlaşmışlar. Fərid və Orxan avtomobilə əyləşərkən Fəridin əlində kassa aparatının siyirməsi olmuş, Fərid kassadan 230 manat pul götürdüyünü demişdir. Bir qədər hərəkət etdikdən sonra Orxan kassa aparatının siyirməsini “Mərhəmət” kafesinin yaxınlığında dərəyə atmışdır. Onlar oradan birlikdə gecə klubuna getmiş və əldə etdikləri pulları gecə klubunda xərcləyib əylənmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində, “NZS” qəsəbəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları məhəllədə görüşmüş və onlarla bir müddət dayanıb söhbət etdikdən sonra çıxıb getmiş, Fəridgil isə “OM” marketin yanında qalmışlar. Bir müddət sonra Orxanla Fərid ona zəng edib onunla görüşmüşlər və onlar birlikdə şəhərdəki gecə barlarına getmişlər. Orada Fəridgil ona “OM” marketdən oğurluq etdiklərini bildirmişlər. O, həmin oğurluqda iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədəki ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində: -xx xxxxxx 2018-ci il tarixdə, saat 01 radələrində “NZS” qəsəbəsində yerləşən “OM” adlı marketdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə oğurluq etdiklərini; -xx xxxx 2018-ci il tarixdə, gecə saat 01 radələrində Gəncə prospektində, Ukrayna dairəsi ilə “Həzi Aslanov” metrostansiyasının aralığında yerləşən siqaret satışı köşkünə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə hücum etmək barədə razılığa gələrək, bu məqsədlə satıcının üzünə püskürtmək üçün marketdən saç lakı aldıqlarını, sifətlərinə özlərində olan qara rəngli papaqdan hazırladıqları maskaları geyinib köşkə yaxınlaşdıqlarını, köşkün pəncərəsini döyüb saç lakını pəncərəni açan satıcının üzünə püskürtdüklərini; -xx xxxxx 2018-ci il tarixdə, saat 03 radələrində ünvan 8 ünvanda yerləşən “Rəsul” marketdən Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etdiklərini, Təqsirləndirilən şəxs3 həmin oğurluqda iştirak etməsə də, oğurluqdan sonra bu barədə xəbəri olduğunu, oğurluqdan əldə olunmuş pulu birlikdə gecə klubunda xərclədiklərini; -xx xxxxx 2018-ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə əllərində sonuncunun evindən götürdükləri mətbəx bıçağı və avtomobilində olan oyuncaq tapança ilə basqın edəcəkləri Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən “24 Saat” adlı marketin qarşısına gələrək, bir qədər əvvəl aldıqları qara papaqları başlarına qoyub üzlərinə çəkdiklərini və qəflətən marketə daxil olduqlarını, satıcının onları görüb qorxduğunu və səsini çıxarmadığını, Orxanın əlində olan oyuncaq tapancanı satıcı oğlanın üzərinə tutub sakit dayanmasını tələb etməsini göstərmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə eyniməzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxs4 məhkəmədəki ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə, saat 23 radələrində tanışları Fərid və Orxanla birlikdə yaşadıqları məhəllədə görüşərək oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə onlar məhəllənin yaxınlığında yerləşən “OM” adlı marketin yaxınlığında dayanaraq sahibinin mağazanı bağlamasını gözləmişlər. Təxminən bir saat sonra marketin sahibi marketin giriş qapısını bağlayaraq öz avtomobilinə əyləşərək getmişdir. Bundan sonra onlar mağazadan oğurluq etmək üçün münasib vaxt yaranmasını gözləmişlər. Plana əsasən o, mağazadan bir qədər aralıda dayanaraq əraziyə nəzarət etməli, Orxanla Fərid isə marketə daxil olaraq oradan oğurluq edib əmlakları çıxardıqdan sonra birlikdə çıxıb getməli olmuşlar. xx xxxxxx 2018-ci il tarixdə, saat 01 radələrində o, marketdən bir qədər aralanaraq gəlib-gedənlərə nəzarət etməyə başlamış, həmin müddətdə Orxan özündə olan mismarçıxaran linglə mağazanın qıfılını sındırmış və Fəridlə birlikdə marketə daxil olmuşlar. Bir neçə dəqiqədən sonra Orxan və Fərid əllərində sellofan torbalar və kassa aparatı marketdən çıxmışlar. Onlar həmin əşyaları daha sonra gəlib götürmək üçün kimsəsiz yerə qoymuşlar. Bir müddətdən sonra yenidən həmin yerə qayıdaraq divarın kənarına qoyduqları əmlakları götürərək birlikdə getmişlər. Daha sonra Orxanla Fərid həmin əşyaları aparıb sataraq 800 manat pul əldə etmiş və həmin pulu birlikdə gecə klublarında xərcləmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 6 saylı Bakı Peşə Litseyində təhsil aldığı dövrdə gecələr Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 72 ünvanında yerləşən “24 Saat” adlı marketdə satıcı işləmişdir. Həmin marketi qohumu Zərərçəkmiş şəxs4 icarə əsasında işlətmişdir. xx xxxxx 2018-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs4 onu marketdə qoyub getmiş, təxminən saat 24:30 radələrində o, marketdə tək olduğu vaxt qəflətən qapı açılmış və iki nəfər başlarına maska keçirmiş şəxslər marketə daxil olmuşlar. O, maskalı şəxsləri görən kimi onların oğru olmalarını başa düşmüş və qorxub içəridə olan otağa qaçmışdır. Bu vaxt həmin şəxslər mağazadakı kassa aparatını götürüb getmişlər. Onlar gedəndən sonra o, kassa olan tərəfə keçmiş və Zərərçəkmiş şəxs4 zəng edərək hadisə barədə məlumat vermişdir. O, həmin şəxslərin əllərində nə isə olmasını görməmiş, çünki onları görən kimi qorxub qaçmışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəmədəki ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxx 2018-ci il tarixdə, saat 01 radələrində marketdə tək olduğu vaxt qəflətən qapı açılmş və iki nəfər başlarına maska keçirmiş şəxs marketə daxil olmuşlar. Onlardan birinin əlində qara rəngli tapança, digərinin isə əlində bıçaq olmuşdur. Həmin şəxslər iti addımlarla onun üzərinə doğru gəlmiş, əlində bıçaq olan şəxs onun üstünə gələrək bıçağı onun istiqamətinə doğrultmuş və “tərpənmə yoxsa vuraram” sözlərini demişdir. Əlində tapança olan şəxs də ona eyni sözləri demişdir. O, çox qorxduğu üçün geri çəkilmişdir. Əlində bıçaq olan şəxs dərhal marketdə olan kassa aparatına yaxınlaşaraq kassanın siyirməsini açmış və həmin siyirməni içərisində olan pullar ilə birlikdə götürmüşdür. Həmin vaxt əlində tapança olan şəxs hələ də silahını onun üzərinə doğruldaraq tərpənməməsini, əks halda onu vuracağını bildirmişdir. Əlində bıçaq olan şəxs içərisində olan pullar ilə birlikdə kassanın siyirməsini götürdükdən sonra əlində tapança olan şəxsin arxasına keçmiş və hər ikisi iti addımlarla marketdən çölə çıxmışla r. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2018-ci ilin aprel aynının əvvələrindən etibarən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 72 ünvanında yerləşən “24 saat” adlı marketi icarəyə götürüb işlətmişdir. O, özü evə getməli olduğu vaxtlarda qohumu Zərərçəkmiş şəxs3 marketə gəlib onun yerinə işə nəzarət etməsini xahiş etmişdir. xx xxxxx 2018-ci il tarixdə, saat 23 radələrinə kimi o, marketdə olmuş, səhhəti yaxşı olmadığı üçün Zərərçəkmiş şəxs3 zəng edərək marketə gəlməsini xahiş etmişdir. Qafqaz gəldikdən sonra o, marketdən çıxaraq evə getmişdir. Bir müddət sonra Qafqaz ona zəng edərək iki nəfər maskalı şəxsin marketə girib pul apardıqlarını demişdir. O, tez evdən çıxıb marketə getmiş, oraya çatdıqda artıq polis əməkdaşlarının orada olduğunu görmüşdür. Zərərçəkmiş şəxs3 ona həmin şəxslərin marketdən kassanın çəkməcəsini içərisində olan 230 manat pul ilə birlikdə götürərək qaçdıqlarını bildirmişdir. Qafqaz ona həmin şəxslərin onu döymələri və ya hədələmələri barədə heç bir söz deməmiş, sadəcə həmin şəxslərin maskalı olmalarından qorxduğu üçün qaçdığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslərlə barışmışdır. Zərərçəkmiş şəxs4 məhkəmədəki ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxx 2018-ci il tarixdə, saat 23 radələrinə kimi marketdə olmuşdur. Səhhəti yaxşı olmadığı üçün Zərərçəkmiş şəxs3 zəng edərək marketə gəlməsini bildirmişdir. Qafqaz marketə gəldikdən sonra marketdən çıxıb evə getmişdir. Evə çatıb yemək yedikdən sonra Zərərçəkmiş şəxs3 zəng edərək iki nəfər üzlərində maska olan şəxsin marketə basqın etdiyini, onlardan birinin əlində bıçaq, digərinin isə əlində silah olduğunu bildirmişdir. O, Qafqaza dərhal marketə gələcəyini bildirmiş və tez evdən çıxıb marketə getmişdir. Marketə çatdıqda orada polis əməkdaşlarının olduğunu görmüşdür. Zərərçəkmiş şəxs3 həmin şəxslərin marketdən kassanın siyirməsini, içərisində olan 230 manat pul ilə birlikdə götürərək marketdən qaçdıqlarını bildirmişdir. Məhkəmədə X1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Xətai rayonu, Gəncə prospekti 6 ünvanda yerləşən siqaret köşkündə gecə növbəsində satıcı işləmişdir. xx xxxx 2018-ci il tarixdə, təxminən saat 03:30 radələrində köşkdə olarkən köşkün qapısı açılmış və üzlərində maska olan üç nəfər köşkə daxil olmuşdur. O, həmin şəxslərin üzlərindəki maskaları görüb qorxmuş və kənara çəkilib sakit dayanmışdır. Onlardan biri ona barmağını dodağına qoyub səsini çıxartmamasını işarə etmişdir. Həmin şəxslər köşkdə olan müxtəlif çeşidli siqaretləri paketlərə yığmışlar və köşkdə olan 480 manat pulu, həmçinin yığdıqları siqaretləri götürüb üçü də “Ukrayna” dairəsi istiqamətində qaçıb getmişlər. Həmin şəxslərin əllərində silah olmamış, ümumiyyətlə o, onların əlində nə isə olmasını görməmişdir. Onlar ona qarşı zor tətbiq etməmiş, həmçinin üzünə saç lakı vurmamışlar, sadəcə o, həmin şəxsləri görüb qorxmuşdur. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 məhkəmədəki ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı tərcüməçi X2 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, Xətai rayonu, Gəncə prospekti 6 ünvanında yerləşən siqaret satışı köşkündə satıcı işləyir. xx xxxx 2018-ci il tarixdə, təxminən saat 03:30 radələrində köşkdə olarkən köşkün nəfəslik pəncərəsi döyülmüş, o, pəncərəni açarkən bir nəfər sifətində maska olan şəxs əlində tutduğu dezodorantı onun sifətinə püskürtmüş və onun gözləri yaşarmışdır. Həmin şəxs dərhal qapını açaraq içəri daxil olmuş və onun ardıyla üzlərində maskalar olan daha iki nəfər şəxs köşkün içərisinə daxil olmuşlar. Həmin şəxslərdən birinin əlində “montirovka”ya oxşayan dəmir alət olmuş həmin aləti başının üzərinə qaldıraraq onu hədələmişdir. O, sifətini yalvaran kimi göstərərək onu vurmamaları üçün diz çökmüşdür. Həmin şəxslər onu vurmamışlar, səsini çıxarmamasını işarə etmişlər. Danışmaq və eşitmək qabiliyyəti olmadığı üçün heç bir söz deyə bilməmişdir. Köşkə daxil olan şəxslər orada olan müxtəlif çeşidli siqaretləri paketlərə yığmışlar. Köşkdə olan müxtəlif çeşidli siqaretləri və 480 manat pulu götürüb aparmışlar. Məhkəmədə X1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Xətai rayonu, Gəncə prospekti 6 ünvanında yerləşən siqaret satışı köşkünü icarəyə götürüb işlətmişdir. Zərərçəkmiş şəxs5 həmin köşkdə satıcı işləmişdir. xx xxxx 2018-ci il tarixdə, səhərə yaxın İslam ona zəng edərək dərhal köşkə gəlməyini istəmişdir. O, köşkə getdikdə, İslam ona bildirmişdir ki, təxminən saat 03:30 radələrində köşkdə oturub telefonda oyun oynadığı vaxt üzlərində maska olan üç nəfər köşkə daxil olmuşlar. O, həmin şəxslərin üzündəki maskaları görüb qorxmuş və kənara çəkilib sakit dayanmışdır. Həmin üç nəfərdən biri ona barmağını dodağına qoyub səsini çıxarmamasını işarə etmişdir. Həmin maskalı şəxslər köşkdən siqaretləri və 480 manat pulu götürüb üçü də qaçıb getmişlər. İslam ona həmin şəxslərin onun üzünə dezodarant vurması, eləcə də əllərində dəmir alət olması barədə heç bir söz deməmişdir. Hazırda o, təqsirləndirilən şəxslərlə barışmışdır və onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxs6 məhkəmədəki ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı tərcüməçi X2 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, lal və kardır, Bakı şəhəri, Gəncə prospekti, 6 ünvanında siqaret satışı köşkünü icarəyə götürüb işlətmişdir. Həmin köşkdə onunla birlikdə Zərərçəkmiş şəxs5 da satıcı işləmişdir. xx xxxx 2018-ci il tarixdə, saat 04 radələrində evdən onun mobil telefonuna zəng gəldiyini bildirmişlər. O, “Vatsap” proqramı vasitəsi ilə İslama yazaraq nə baş verdiyini soruşmuşdur. İslam ona köşkdə oğurluq olduğunu bildirmişdir. O, köşkə getdikdə İslamın köşkdə olmadığını və köşkün bağlı olduğunu görmüş və İslama yazaraq köşkə gəlməsini bildirmişdir. İslam köşkə gələrək, ona qorxub qaçdığını bildirmişdir. İslam həmçinin ona xx xxxx 2018-ci il tarixdə saat 03:30 radələrində telefonda oyun oynayarkən bir nəfər şəxsin köşkün pəncərəsini döydüyünü, pəncərəni açdıqda bir nəfər şəxsin onun üzünə dezodorantla püskürtdüyünü, daha sonra iki nəfər şəxsin içəri girdiyini, həmin şəxslərin üzlərində maska olduğunu, onlardan birinin əlində dəmir alət olduğunu və həmin dəmir alətlə onu qorxudaraq, səsini çıxarmaması üçün işarə etdiklərini bildirmişdir. Həmin şəxslər köşkdən 480 manat pul müxtəlif çeşidli siqaretlər aparmışlar. Apardıqları siqaretlərin dəyəri 3200 manat təşkil etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanında yerləşən özünə məxsus “OM” market mağazasını işlədir. xx xxxxxx 2018-ci il tarixdə, saat 23:50 radələrində mağazanı bağlayaraq, satıcı işləyən Asif adlı şəxsi idarə etdiyi avtomobillə aparıb yaşadığı ünvana düşürüb qayıdarkən mağazanın qarşısında üç nəfər şəxsin çömbəlib oturduqlarını görmüşdür. O. həmin şəxslərdən birini – Orxan adlı şəxsi tanımışdır. Təxminən bir saat sonra satıcı Asif ona zəng edərək mağazadan oğurluq olduğunu bildirmişdir. O, dərhal mağazaya getmiş və mağazanın dəmir jalyuzinin açıq olduğunu, qıfılının isə sındırıldığını görmüşdür. O, mağazaya baxdıqda oradan oğurluq olduğunu, oğurluq edənlərin Orxangil olduğunu başa düşmüş və polisə şikayət etmişdir. xx xxxxxx 2018-ci il tarixdə 37-ci Polis bölməsində oğurluğu Orxan, Əlisəid və Fərid adlı şəxslərin birlikdə törətdiklərini bilmişdir. Hazırda ona dəymiş maddi ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsi 42 ünvanında yerləşən "Rəsul" marketi icarə əsasında işlətmişdir. xx xxxxx 2018-ci il tarixdə, saat 03 radələrində marketi bağlayıb getmiş, təxminən saat 04 radələrində ona zəng gəlmiş və marketin jalüzünün sındırıldığı, naməlum şəxslərin marketdən oğruluq etdikləri bildirilmişdir. O, dərhal taksi ilə marketə getmiş və marketdə polis əməkdaşlarının olduğunu görmüşdür. Polis əməkdaşları ilə birlikdə marketə baxış keçirilmiş və marketdən 1.700 manat dəyərində müxtəlif çeşidli siqaretlərin və 200 manat nağd pulun oğurlandığı müəyyən olunmuşdur. Bundan sonra o, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə rəsmi qaydada şikayət ərizəsi yazmışdır. Hazırda təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “UPD” qəsəbəsində yerləşən siqaret satışı köşkünü icarə əsasında işlətmişdir. Bir dəfə tanışı Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq dayısına məxsus siqaretlərin topdan satışı mağazasında satıcı işlədiyini, mağazada xarici siqaretlər, yəni “Marlboro”, “Parlament”, “Kent-1”, “Kent-4” və başqa markalı siqaretlər olduğunu bildirmişdir. O, siqaretlərin qiymətləri barədə maraqlanmış, Fərid qiymətlərin topdan satış bazar qiymətləri ilə uyğun olduğunu bildirmişdir. O, Fəridə siqaretləri gətirməsini dedikdən sonra Təqsirləndirilən şəxs1 bir qara selofan torbaya doldurulmuş siqaretlər gətirmişdir. Torbada “Marlboro”, “Parlamant”, “Aqua”, “Silver”, vinçester deyilən “Malboro”, İsveçrədə istehsal olunmuş “Kent-1”, “Kent-4” markalı siqaretlər olmuşdur. O, Fəridə həmin siqaretlərə görə 742 manat pul vermişdir. xx xxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 göy rəngli “Niva” markalı avtomobil ilə onun Nizami rayonu, Keşlə qəsəbəsi, K.Əfkər küçəsində icarəyə götürüb işlətdiyi siqaret satışı mağazasına gəlmiş və ona əlavə siqaret istəsə, gətirə biləcəyini bildirmişdir. O razılaşmış və Fərid iki ədəd sellofan torbaya yığılmış siqaretləri gətirib ona vermişdir. Torbalarda “Marlboro”, “Parlament”, “Aqua”, “Silver”, vinçester deyilən “Marlboro”, İsveçrədə istehsal olunmuş “Kent-1”, “Kent-4” çeşidli siqaretlər olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 ona həmin gün təxminən 10 ədəd qiyməti 16 manat olan “Malboro” siqareti də vermişdir. Lakin həmin gün axşam Fərid gəlib həmin siqaretləri götürmüş və başqa mağazaya verəcəyini bildirmişdir. O Fəriddən aldığı siqaretlərə görə 1056 (min əlli altı) manat miqdarında pulu xx xxxxx 2018-ci il tarixdə Fəridə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci ilin noyabr ayından “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən obyektdə siqaret və sərinləşdirici içkilərin satışı ilə məşğul olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə, gecə saatlarında iki nəfər, sonradan adlarının Orxan və Fərid olduğunu bildiyi şəxslər obyektə gələrək müxtəlif çeşidli siqaretlər və “Hell” enerji içkiləri satdıqlarını bildirib ona həmin malları təklif etmişlər. Həmin şəxslər malların qiymətlərini bazar qiymətindən nisbətən aşağı demişlər. O, həmin şəxslərdən malları haradan almalarını soruşmuş, onlar özlərinin mağazaları olduğunu və mağaza bağlandığı üçün mallarının əllərində qaldığını bildirmişlər. O, ümumilikdə 300 manatlıq mal almaq imkanı olduğunu deyib, 100 manat pul vermiş, qalan 200 manat pulu isə iki gün müddətində verəcəyini bildirmişdir. Həmin şəxslər razılaşaraq malları verib getmişlər. İki gündən sonra məlum olmuşdur ki, həmin şəxslər hansısa mağazadan oğurluq edərək siqaret və sərinləşdirici içkiləri ona satmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2017-ci ilin noyabr ayından “Əhmədli” metrostansiyasının çıxışında səyyar siqaret satışı ilə məşğul olur. xx xxxxxx 2018-ci il tarixdə, gecə saatlarında iki nəfər şəxs, sonradan adlarının Orxan və Fərid olduğunu bildiyi şəxslər ona yaxınlaşaraq işlədikləri anbardan ucuz qiymətə müxtəlif çeşidli siqaretlər götürüb satmaq istədiklərini bildirərək ona almağı təklif etmişlər. Münasib qiymətə olduğu üçün o, siqaretləri almaq qərarına gəlmiş və bir qədər pul verib digər hissəsini isə müəyyən müddətə verməyinə razılaşmışlar. O, Orxan və Fəridə 45 manat pul verərək, qalan 255 manat pulu hissə-hissə verəcəyinə söz vermişdir. Bir neçə gündən sonra xəbər tutmuşdur ki, Orxanla Fərid hansısa mağazadan oğurluq etdikləri üçün polislər tərəfindən saxlanılmışlar. Məhkəmədə dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş cinayət işi üzrə ibtidai istintaq qrupunun müstəntiqi Şahid4 ifadəsində göstərmişdir ki, üç nəfər həbsdə olan təqsirləndirilən şəxsin barələrində qətimkan tədbiri seçilməsinə dair vəsatəti o vermiş, digər epizodlar üzrə də cinayət işləri yekunlaşaraq, hazırki cinayət işinə birləşdirilmiş və Xətai rayon prokurorluğuna göndərilmişdir. İlkin cinayət işini o başlamış, sonra digər müstəntiqlərdə olan işlər həmin işə birləşdirilmişdir. Onun icraatında bir quldurluq epizodu olmuş, həmin epizodda Zərərçəkmiş şəxs3 olmuşdur. Təqsirləndirilən şəxslər, həmçinin zərərçəkmiş şəxslər ifadə verəndə onlara qarşı heç bir təyziq olmamışdır. Zərərçəkmiş şəxs3 nə ifadə veribsə, o da yazılmışdır. Məhkəmədə dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş tərcüməçi X4 ifadəsində göstərmişdir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı dindirilərkən o, əvvəldən axıra kimi onların yanında olmuş və istintaqda tərcüməçi qismində iştirak etmişdir. Onun yanında Zərərçəkmiş şəxs5 heç kim təyziq göstərməmişdir. Müstəntiq təxminən bir saat ərzində Zərərçəkmiş şəxs5 dindirmiş, sonra isə Zərərçəkmiş şəxs6 dindirilməsi başlanmışdır. Ramilin dindirilməsi də təxminən bir saat çəkmiş, Ramil hadisə vaxtı evdə olduğunu bildirmişdir. Dindirmə zamanı Zərərçəkmiş şəxs5 dəqiq bildirmişdir ki, onun üzünə maye püskürtülmüş, basqın edən şəxslərin əllərində ling, üzlərində isə maska olmuşdur. İslam həmin şəxslərin ona ling tətbiq etmələrini deməmiş, sadəcə əllərindəki lingi görüb qorxduğunu bildirmişdir. Zərərçəkmiş şəxs6 dindirmə zamanı bildirmişdir ki, satıcı ona gecə mağazada telefonla oynadığı vaxt iki nəfər maskalı şəxsin ona yaxınlaşdığını, onun qorxduğunu, həmin şəxslərin onun üzünə nə isə maye püskürtdüyünü, maskalı şəxslərdən birinin pəncərədən içəri keçdiyini, digərinin isə bayırda gözlədiyini, həmin şəxslərdən birinin əlində ling olduğunu, onların içəridən qapını açıb bütün siqaretləri yığıb apardıqlarını, həmçinin təxminən 400 manata yaxın pul da apardıqlarını demişdir. Məhkəmədə Müdafiəçi2 vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 onun oğludur. Oğlu Zərərçəkmiş şəxs6 lal-kar olduğu üçün o, onunla birlikdə Xətai rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində onların şəxsiyyət vəsiqələri alınmış, kserosurətləri çıxarıldıqdan sonra özlərinə qaytarılmış və onlar evlərinə qayıtmışlar. Baş vermiş hadisə ilə bağlı onlar Xətai rayon Polis İdarəsində iki dəfə olmuşlar, bir dəfə şəxsiyyət vəsiqələrinin kserosurətləri çıxarılmış, bir dəfə isə təqsirləndirilən şəxsin atası ilə halallaşmaq üçün oraya getmişlər. O, oğlunun onun xəbəri olmadan müstəntiqin yanında olub-olmadığını bilmir. Onun yanında oğlundan izahat və ifadə alınmamışdır. Oğlu Zərərçəkmiş şəxs6 oğurluq hadisəsi ilə bağlı ona bildirmişdir ki, kimlərsə mağazaya girib, həmin vaxt mağazada olan satıcıya siqaretləri götürürük demiş, satıcı da qorxaraq sakit dayanmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin, eləcə də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri müqayisəli, həmçinin iş üzrə toplanmış digər sübutlarla qarşılıqlı şəkildə tədqiq edərək, onların məhkəmədə verdikləri ifadələrin iş üzrə toplanmış sübutların məcmusu ilə təkzib olunduğu qənaətinə gəlir. Belə ki, iş materiallarında olan xx xxxxx 2018-ci il tarixli raportla müəyyən olunur ki, xx xxxxx 2018-ci il tarixdə, saat 00.57-də, yəni hadisədən dərhal sonra Zərərçəkmiş şəxs3 Daxili İşlər Nazirliyinin 102 xidmətinə ünvan 12 ünvanında yerləşən “24 saat” adlı mağazaya iki nəfər şəxsin əllərində bıçaq və tapança ilə daxil olub onu hədələyərək kasssada olan 220-230 manat pulu götürüb getmələri barədə məlumat vermişdir (1-ci cild, i.v. 10). Bundan başqa, Zərərçəkmiş şəxs3 öz əl yazısı ilə yazılmış xx xxxxx 2018-ci il tarixli ərizəsində və izahatında həmin tarixdə, təxminən saat 00.50 radələrində iki nəfər maskalı şəxsin marketə daxil olaraq əllərindəki bıçaq və tapança ilə onu qorxudaraq kassa aparatının içərisindəki 230 manat pulu apardıqlarını göstərmişdir (1-ci cild, i.v.11-12). Zərərçəkmiş şəxs4 hadisənin səhəri günü, yəni xx xxxxx 2018-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, satıcı Zərərçəkmiş şəxs3 ona zəng edərək üzlərində maska olan iki nəfər şəxsin marketə basqın etdiklərini, onlardan birinin əlində bıçaq, digərinin əlində isə silah olduğunu bildirmişdir (1-ci cild, i.v. 20-23). Eləcə də, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri bütün ifadələrində “24 saat” adlı marketə basqın edərkən əllərində bıçaq və oyuncaq tapança olduğunu bildirmiş, həmçinin məhkəmədə barələrində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılarkən özlərini təqsirli bilmişlər. Bundan başqa, Zərərçəkmiş şəxs5 xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis bölməsində öz əl yazısı ilə yazılmış ərizəsində həmin tarixdə, təxminən saat 03.30 radələrində bir nəfər naməlum şəxsin onun üzünə dezodarant püskürtdüyünü, iki nəfərin isə arxadan içəri daxil olub köşkdə olan bahalı siqaretləri yığıb apardıqlarını göstərmişdir (1-ci cild, i.v. 241). Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, satıcı Zərərçəkmiş şəxs5 ona siqaret köşkünə basqın edən maskalı şəxslərin onun üzünə qaz balonu püskürtdüklərini, eləcə də əllərindəki dəmir alətlə onu qorxutduqlarını bildirmişdir (2-ci cild, i.v. 61-62). Təqsirləndirilən şəxslər də ibtidai istintaq zamanı bu hadisə ilə bağlı verdikləri bütün ifadələrində, eləcə də ifadələri yerində yoxlanılarkən siqaret köşkünə basqın edərkən əllərində saç lakı və “montirovka” aləti olduğunu, satıcı Zərərçəkmiş şəxs5 üzünə lak püskürtdüklərini göstərmişlər. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən təqsirləndirilən şəxslərin məhkəmədəki ifadələrini özünümüdafiə xarakterli ifadələr və cinayət məsuliyyətini yüngülləşdirməyə cəhd kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş tədqiqat obyektlərinin xx xxxxxx 2018-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış ümumi qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1.X5 götürülmüş tədqiqat obyektləri 147,00 manat: - 23 ədəd “Vest” markalı siqaret 41,40 manat, - 7 ədəd “klassik” markalı siqaret 10,50 manat, - 5 ədəd “Vikeroy” markalı siqaret 8,00 manat, - 10 ədəd “Vincester” markalı siqaret 15,00 manat, - 6 ədəd “Prima” markalı siqaret 7,20 manat, - 9 ədəd "Rotmons" markalı siqaret 18,00 manat, - 14 ədəd "LD" markalı siqaret 25,20 manat, - 07 ədəd "NZ" markalı siqaret 10,50 manat, - 8 ədəd "Palmalı" markalı siqaret 11,20 manat, 2.Şahid2 məxsus mağazadan götürülmüş tədqiqat obyektləri 118,40 manat: - 38 ədəd 250 ml həcmində "Hell" markalı enerji içkisi 34,20 manat, - 39 ədəd "Vest" markalı siqaret 70,20 manat, - 10 ədəd "Palmalı" markalı siqaret 14 manat, 3.Təqsirləndirilən şəxs1 məxsus Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən mənzilin yataq otağından götürülmüş tədqiqat obyektləri 254,00 manat: - 28 ədəd 2 manatlıq Cin danışıq konturu 56,00 manat, - 34 ədəd bir manatlıq Sim danışıq konturu 34,00 manat, - 28 ədəd 2 manatlıq Sim danışıq konturu 56,00 manat, - 10 ədəd 5 manatlıq Nar danışıq konturu 50,00 manat, - 09 ədəd iki manatlıq Nar danışıq konturu 18,00 manat, - 40 ədəd bir manatlıq Cin danışıq konturu 40,00 manat. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə ballistik ekspertizasının xx xxxx 2018-ci il tarixli, 12514 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə ballistik ekspertizasının xx xxxx 2018-ci il tarixli, 12515 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet – zavod üsulu ilə tapança formasında hazırlanmış oyuncaqdır, odlu silah hesab edilmir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrində, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam şəkildə ödəyərək zərərçəkmiş şəxslərlə barışmalarını, zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayət və tələblərinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməllərində onların cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə ayrı-ayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla onlara cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə əlaqədar onun üzərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, həmin vəzifələrin icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alınacağı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın əvvəli xx xxxxx 2018-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli isə xx xxxxx 2018-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduqları 2 (iki) gün onlara təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, eləcə də Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı şübhəli şəxs qismində 2 (iki) gün tutulduğu nəzərə alınaraq, azadlığın məhdudlaşdırılmasının iki günü həbsin bir gününə bərabər olmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli əmlak müəyyən olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, maddi sübut kimi Bakı şəhəri Xətai rayon prokurorluğunda saxlanılan bir ədəd mətbəx bıçağı və bir ədəd zavod üsulu ilə tapança formasında hazırlanmış oyuncaq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertizalarla əlaqədar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 40 (qırx) manat, Təqsirləndirilən şəxs4 isə 33,04 (otuz üç manat dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün çıxılaraq, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2018-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2018-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2018-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün nəzərə alınaraq, azadlığın məhdudlaşdırılmasının iki günü həbsin bir gününə bərabər olmaqla, ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23.00dan səhər saat 06.00-dək yaşayış yerini tərk etməmək, üzərində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi Bakı şəhəri Xətai rayon prokurorluğunda saxlanılan bir ədəd mətbəx bıçağı və bir ədəd zavod üsulu ilə tapança formasında hazırlanmış oyuncaq məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertizalarla əlaqədar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 40 (qırx) manat, Təqsirləndirilən şəxs4 isə 33,04 (otuz üç manat dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Azər Paşayev
2. Əhməd Quliyev
3. İradə Həsənzadə