Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-321/2020 26.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mikayılov Eldar Əli oğlu və x1 ibarət tərkibdə, məhkəmə iclasının katibi x4, Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Ukrayna Respublikasının Jitomir vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta-ixtisas təhsilli, evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən digərləri ilə birlikdə dini düşmənçilik zəminində Pakistan İslam Respublikası və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 25 noyabr 2010-cu il tarixdə Astara sərhəd keçid məntəqəsindən keçərək İran İslam Respublikasının Zahidan şəhərinə gəlib orada təxminən 20 gün qaldıqdan sonra şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası ərazisində olan Abdulla Azzam adlı şəxs vasitəsilə İran- Pakistan dövlət sərhədini keçərək Pakistan-Əfqanıstan dövlətlərinin sərhədində yerləşən Pakistan dövlətinin Şimali Vəzistan vilayətinə gəlmiş və ‘Taliban’’ hərəkatının nəzarəti altında fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi qanunsuz silahlı birləşməyə daxil olaraq həmin hərəkatın hərbi düşərgəsinə aparılmış, orada odlu silahlardan istifadə etmə, atəş açma və fiziki hazırlıq təlimləri keçmiş, təlimlər başa çatdıqdan sonra silahlı birləşmə tərəfindən ona “Kalaşnikov" markalı avtomat verilməklə silahlı birləşmənin tərkibinə qatılmaq məqsədilə qəsdən silahlı birləşmənin fəaliyyətində 2010-cu ilin dekabr ayının sonlarından 2011-ci ilin may ayının sonlarınadək İştirak edərək 06 iyul 2011-ci il tarixdə Azərbaycana geri qayıtmış, həm Azərbaycan Respublikasının, həm də Pakistan İslam Respublikasının qanunvericiliyinə görə cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs 17 iyul 2013-cü il tarixdə Türkiyə Respublikasına gedərək təkrarən qəsdən dini düşmənçilik zəminində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə Suriya Ərəb Respublikası ərazisində yaradılmış “İŞİD” (x10 Dövləti) adlı cinayətkar birliyin tərkibində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Əbu Yəhya” dini ləqəbli x2 rəhbərlik etdiyi silahlı birləşmənin tərkibinə qoşularaq Özünün əldə etdiyi “Kalaşnikov” markalı avtomat silahı ilə 2013-cü ilin iyul ayının ortalarından 2014-cü ilin fevral ayının əvvəllərinədək həmin qanunsuz silahlı birləşmənin nəzarətindəki ərazilərdə yerləşən postların mühafizəsini həyata keçirməklə qeyd olunan cinayətkar birliyin (təşkilatın) fəaliyyətində iştirak edərək 12 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmış, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə görə cinayət sayılan həmin əməllərə görə xarici dövlətlərdə məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasın özünüqisməntəqsirlibilərək ifadəsindəgöstərdiki, 2010-cu ildəƏfqanıstan-Pakistan sərhədinəİslamdininiyaşamaqməqsədiiləgetmiş, həmçininhəminərəfədəƏfqanıstandadöyüşlər getmişdir. Eləcədədinqardaşlarınaköməkliketməkməqsədidəolmuşdur. İlk əvvəl tək getmək istəmiş, yaxşışərait olacağı təqdirdəisə sonradan ailəsinidə ora aparmaqfikriolmuşdur. O, “Abu Yahya” dini ləqəbli x6 şəhərindən tanımışdır. Bir dəfəƏfqanıstan-Pakistan sərhədində “Vəziristan” kimi tanınan Pakistan İslam Respublikasıərazisinə döyüşmək üçün gedibgəlmişdir. x5-Pakistan sərhədində “Vəziristan” kimi tanınan Pakistan İslam Respublikasıərazisinəgetmək marşrutunu izah etmiş və ora getmək üçün İran İslam Respublikasıərazisində olan Abdulla Azzamınnömrəsiniona vermiş və ora gedəndə onunla əlaqə saxlamağını məsləhət görmüşdür. Təxminən 25 noyabr 2010-cu ildə, Fəridləo, birlikdə Azərbaycandan avtobusla sərhədi keçərək İran İslam Respublikasının Astara şəhərinə getmişlər vəoradandaİranın Məşhəd şəhərinə getmişlər. Məşhəd şəhərindən İranın Zahidan şəhərinə, Zahidan şəhərindən isə Pakistan Respublikasıərazisinə keçmişlər. Pakistana keçdikdən sonra isəonları Abdulla Azzamın adamları müşayiət edərək Əfqanıstanla Pakistanın sərhədində yerləşən “Şimali Vəziristan” adlanan əraziyə gətirmişlər. Onların Sumqayıtdan “Şimali Vəziristana” qədər yolları təxminən 1 ay çəkmiş və dekabr ayının sonlarında artıq “Şimali Vəziristan ” adlanan əraziyə gəlmişlər. Təlimlər başa çatdıqdan sonra onlar ayrılaraq hər biri ayrı-ayrılıqda postlara çıxmağa başlamışlar. Vəziristan ərazisində olarkən o, yalnız postlarda olmuş, heç bir döyüşdəiştirak etməmişdir. 2011-ciilin aprel ayında Vəziristana gedən sinif yoldaşı Fərid, postda olarkən düşmən tərəfindən minomyotla vurulmasını və vəfat etməsiniöyrənmişdir. Bundan sonra bir qədər qorxmuş və artıq geri qayıtmaq qərarına gəlmişdir. 2013-cüildə, o, İslam dinini rahat yaşamaq üçün ailəsiilə birlikdə Suriya Respublikasınagetməyəqərarvermişdir. 17 iyul 2013-cüil tarixdə gecə saatlarında, ailəsiilə, yəni həyat yoldaşı Şahid2 və 2 azyaşlıövladlarıilə birlikdə təyyarəilə Türkiyənin İstanbul şəhərinə getmişdir. 18 iyul 2013cüil tarixdə yenidən təyyarəilə Türkiyənin Hatay şəhərinə uçmuşlar. Hataya çatdıqdan sonra, elə həmin gün axşam saatlarında, Əmirağa adlışəxsin ona verdiyi telefon nömrəsiiləəlaqə saxlamış. Həmin şəxs onları qarşılayaraq Suriya ilə sərhədə aparmışdır. O, ailəsiilə birlikdə nəzarətsiz olan yerdən sərhədi Suriya İstiqamətində keçmişdir. Suriya sərhədini keçdikdən sonra Atma şəhərinə gəlmişlər. Atmada onları azərbaycanlı olan Sirac Şahbazov adlışəxs qarşılamış və evlə təmin etmişdir. Təxminən 1 ay onlar Atma şəhərində qaldıqdan sonra Nicat Aşurovla əlaqə saxlamış vəonu Hələb şəhərinin yaxınlığında olan Xaritan şəhərinəçağırmışlar. O, ailəsiilə birlikdə yol maşınıilə Nicat Aşurovun olduğu Xaritan şəhərinə getmişlər, orada Emin adlı bir nəfər onları qarşılamış və evlə təmin etmişdir. Təxminən 2-3 həftə sonra Nicat Aşurov camaatın yerləşdiyiəraziyə gələrək onlarlagörüşmüşdür. Bir müddət o, ailəsiilə birlikdə bir evdə yaşamış və heç bir əməliyyatda və postda iştrak etməmişdir. Sonra ona “Kalaşnikov” markalı avtomat vermişlər. Təxminən 1 ay keçdikdən sonra Nicat Aşurovun köməkçisi Emin adlışəxs ona artıq postlara yazdığını və tez-tez postlara çıxacağınıbildirmişdir. Təxminən 2013-cüilin noyabr ayında Nicat Aşurov hərbi döyüşlər zamanı aldığı yaradan vəfat etmişdir. O, artıqoradanormalmüsəlmancəmiyyətininolmadığınıgörübilkəvvəlailəsiniTürkiyəRespublika sınagöndərmiş, bundan 4-5 günsonra, 2014-cüilin fevralayınınəvvəllərindəözüdəTürkiyəRespublikasınagəlmiş, oradanisəAzərbaycanaqayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla 2009-cu ildə ailə həyatı qurmuş, 2010-cu ildə Telman ona Pakistan İslam Respublikasına getmək qərarına gəldiyini, orada İslamı yaşamaq istədiyini bildirmişdir. Beləliklə, təxminən 2010-cu ilin sonlarında Telmanın öz tanışı Fərid adlı şəxslə birlikdə Pakistana yola düşmüşdür. Təxminən 2011-ci ilin may ayında Telman Azərbaycana qayıtmış, Pakistanda nə işlə məşğul olması barədə isə heç vaxt ona məlumat verməmişdir. Bundan başqa, Telman demişdir ki, o, Pakistan ərazisində döyüşlərdə iştirak etməmiş, lakin, birlikdə getdiyi Fərid adlı tanışının orada gedən döyüşlərdə partlayan bomba nəticəsində vəfat etmişdir. Təqsirləndirilən şəxs Azərbaycana qayıtdıqdan sonra onların 2 övladı dünyaya gəlmişdir. 2013-cü il ərəfələrində bir çox müsəlmanın Suriya Ərəb Respublikasına getdiyini, orada şəriət qanunları ilə rahat yaşadıqlarını, orada yaxşı şərait qurulduğunu eşitmişlər, bu səbəbdən də, həyat yoldaşı Təqsirləndirilən şəxs da ailəsi ilə birlikdə Suriyaya köçmək qərarına gəlmişdir. 2013-cü ilin təxminən iyul ayında Təqsirləndirilən şəxs və 2 azyaşlı uşaqları təyyarə ilə Türkiyənin İstanbul şəhərinə, oradan da həmin gün təyyarə ilə Hatay şəhərinə, oradan isə Suriyanın Atma şəhərinə getmişlər. Atma şəhərindən yol maşınına oturaraq Hələb şəhər yaxınlığında olan Xaritan şəhərinə getmişlər. 2014-cü ilin fevral ayının əvvəllərinədək Xaritan şəhərində qalmışlar, ilk vaxtlarda hər şey yaxşı olmuş, yaşadıqları evdə oturub uşaqları ilə məşğul olmuşdur. Telman isə Xaritan şəhərində postlarda dayanmışdır. 2014cü ilin əvvəllərində Suriyada vəziyyət dəyişməyə başlamış, orada artıq fitnə-fəsadlar yayılmış, müsəlmanlar bir-birilərinə qarşı döyüşməyə başlamışlar. Bütün bunları görən Telman təcili olaraq Azərbaycana qayıtmaq qərarına gəlmiş və beləliklə təxminən 2014-cü ilin fevral ayının ilk günlərində Telman onu və 2 uşağını Türkiyə istiqamətində yola salmış, Türkiyənin Hatay şəhərindən təyyarə ilə İstanbula, oradan isə yenə də təyyarə ilə Bakıya gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2013-cü ilin noyabr ayından 2014-cü ilin mart ayınadək Suriya Ərəb Respublikası ərazisində İŞİD cinayətkar birliyinin tərkibində fəaliyyət göstərən “İkrimə” dini ləqəbli şəxsin qanunsuz silahlı birləşməsində iştirak etmiş, iştirak etdiyi qanunsuz silahlı birləşmənin üzvlərinin əsasən türk əsilli olduqlarını qeyd etmişdir. Suriya Ərəb Respublikası ərazisində olan zaman 1-2 dəfə Təqsirləndirilən şəxs orada görmüş, onun “Abu Yəhya" dini ləqəbli şəxsin camaatının tərkibində olduğunu, Təqsirləndirilən şəxs “Kalaşnikov” markalı avtomat gördüyünü və postlara çıxdığını görmüşdür. Təqsirləndirilən şəxsla yaxın münasibətləri olmasa da, onu Bakı şəhərində 1-2 dəfə görmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, 2007-ci ildən etibarən islam dinin sünni qolu üzrə ibadət edir. Sumqayıt şəhər sakini olan Təqsirləndirilən şəxsla yaxın münasibəti olmasa da, sonuncunu şəhər sakini kimi tanımışdır. Əvvəllər qapı-pəncərə ustası olduğunu və Təqsirləndirilən şəxs yaşadığı evdə pəncərə işi gördüyünü və beləliklə sonuncu ilə təxminən 3-4 illik tanışlıqlarının olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs da islam dinin sünni məzhəbi üzrə ibadət etməsini bildiyini demişdir. Təqsirləndirilən şəxsla bir dəfə söhbət əsnasında sonuncu ona Suriya Ərəb Respublikasında olması barədə demiş, orada silahla postlara çıxdığını bildirmişdir. Bildiyi qədəri ilə Təqsirləndirilən şəxs 2013-cü ilin sonlarında Suriyaya getdiyini, 2014-cü ilin əvvəllərində Suriyadan Azərbaycana qayıtdığını qeyd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxsla bağlı hər hansı məlumatının olmadığını bildirmişdir. 19 oktyabr 2019-cu il tarixli foto şəkil üzrə tanınma protokolundan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs, hazırki iş üzrə Şahid1, foto şəkillər üzrə tanınma zamanı Təqsirləndirilən şəxs tanıyaraq barəsində ifadə verdiyi şəxs olduğunu, onun Suriya Ərəb Respublikası ərazisində “Kalaşnikov" markalı avtomatla postlarda iştirak etdiyini bildirmişdir. İş üzrə Təqsirləndirilən şəxs barədə “Giriş-Çıxış və Qeydiyyat” İAMAS üzrə tələbnaməsi üzrə verilmiş sərhəd keçmə hesabatından görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini keçməklə İran İslam Respublikasına, oradan isə Pakistan İslam Respublikası ərazisinə getmiş, 06 iyul 2011-ci il tarixdə isə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qayıtmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs 17 iyul 2013-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini keçməklə Türkiyəyə, oradan isə Suriya Ərəb Respublikası ərazisinə getmiş, 12 fevral 2014- cü il tarixdə isə Türkiyədən Azərbaycan Respublikası ərazisinə qayıtmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin eksperti tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş 09 oktyabr 2019-cu il tarixli 2012 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhiükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək İqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan foto şəkil üzrə tanınma protokoldan və ona əlavə edilmiş fotocədvəldənq görünür ki, təqsirləndirilən şəxs Şahid1 foto şəkillər üzrə tanınma zamanı ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tanıyaraq onu Suriya Ərəb Respublikası ərazisində olarkən “Abu Yəhya” dini ləqəbli x2 rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin tərkibində gördüyünü, Təqsirləndirilən şəxs “Kalaşnikov” markalı avtomatla postlarda dayandığını qeyd etmişdir. İşdə olan Dövlət Təhlükəsizliyi Xidmətinin məktubundan görünür ki, əməliyyat tapşırığının icrası ilə əlaqədar keçirilmiş tədbirlər nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikası ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmişdir. İşdəolanAzərbaycanRespublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görürünki, Təqsirləndirilən şəxsəvvəllərməhkumolunmamışdır. AzərbaycanRespublikasınınCinayət-ProsessualMəcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarımülahizələrəəsaslanabilməzvəişəaidbiridigərinəkifayətqədəruyğungələnmötəbərsüb utlarınməcmusuilətəsdiqolunmalıdır. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin44.1-cimaddəsinəəsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. İşdə olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin məktubundan və ona əlavə edilmiş Suriya Ərəb Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan dilinə tərcüməsindən görünür ki, Suriya Ərəb Respublikasının Cinayət Məcəlləsində həmin dövlətin ərazisində cinayətkarbirliyinfəalyyətinqanunsuz silahlı qruplaşmaların fəaliyyətində iştirak etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. İş üzrə təqsirləndirilənşəxsTəqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspertrəylərinə, habelə işüzrətoplanmış digərsübutların məcmusuna əsasənTəqsirləndirilən şəxsAzərbaycan Respublikası vətəndaşı olmaqla qəsdən Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik zəminində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış Suriya Ərəb Respublikası ərazisində, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “İŞİD” (x10 Dövləti) adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsitəsdiqinitapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesabedirki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanıverdiyiifadələriözünümüdafiəxarakteridaşıyır, işinfaktikihallarınaqismənuyğungəlmir, törətdiyicinayətəməllərinəgörəməsuliyyətləriniyüngülləşdirməkvəyaxudcinayətməsuliyyətin dənyayınmaqməqsədigüdür. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsəməlləriistintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 12.1,218.2 və 12.1,279.1-cimaddələriilə düzgün tövsif edilmiş və məhkəmə istintaqızamanı tam sübuta yetirilmişdir. AzərbaycanRespublikasıCM-in279.1cimaddəsininsanksiyasındaüçildənsəkkizilədəkazadlıqdanməhrumetməcəzasının, həminMəcəllənin 218.2-ci maddəsinin sanksiyasında altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CinayətlərintəsnifatınagörəAzərbaycanRespublikasıCM-in 279.1 və 218.2cimaddələriağırcinayətlərkateqoriyasınadaxildir. Belə ki, AzərbaycanRespublikasıCM-in15.4-cümaddəsinəəsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən vəağırlaşdıranhallarınolub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə AzərbaycanRespublikasıCM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs, himayəsində 3 azyaşlı uşağın olmasını, ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşimançılıq hissi keçirməsini, İİ qrup “Çernobl” əlili olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı cinayət Məcəlləsinin61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs, cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. MəhkəməcəzatəyinedərkənTəqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasınıvəyaşayışyeriüzrəmüsbətxarakterizəolunmasını nəzərəalır. AzərbaycanRespublikasıCM-in58.1-cimaddəsinəəsasəncinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Beləki, həminMəcəllənin 8cimaddəsinintələbinəəsasəncinayəttörətmişşəxshaqqındatətbiqediləncəzavəyadigərcinayə t - hüquqixarakterlitədbirlərədalətli, yənicinayətinxarakterinəvəictimaitəhlükəlilikdərəcəsinə, onuntörədilməsihallarınavəcinayəttörətməkdətəqsirlibilinənşəxsinşəxsiyyətinəuyğunolmalı dır. AzərbaycanRespublikasıCM-in 58.3cümaddəsinəəsasəncəzatəyinedilərkəntörədilmişcinayətinxarakterivəictimaitəhlükəlilikdər əcəsi, təqsirkarınşəxsiyyəti, ocümlədəncəzanıyüngülləşdirənvəağırlaşdıranhallar, habelətəyinolunmuşcəzanınşəxsinislaholunmasınavəonunailəsininhəyatşəraitinətəsirinəzə rəalınır. Məhkəməkollegiyasıistinad edilənqanunvericiliknormalarınıəsastutaraqqeydedirki, təqsirləndirilənşəxsətəyinediləcəkcəzanınnövünüvəhəddinimüəyyənedərkəntörədilmişcina yətinxarakterivəictimaitəhlükəlilikdərəcəsi, təqsirləndirilən şəxsinşəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasınıyüngülləşdirənhallarınolmasıvəağırlaşdıranhallarınolmaması, habelətəyinolunacaqcəzanıntəqsirləndirilənşəxslərinislaholunmalarınavəailələrininhəyatşə raitinətəsiri dənəzərəalınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-cibəndinintövsiyyəsinəgörə: - hərbirkonkret haldatəqsirləndirilənşəxslərəcəzalarıntəyinedilməsinəfərdiyanaşılmalı, cinayətqanunununvəzifələrivəcəzanınməqsədindənbəhsedənCinayətMəcəlləsinin 2 və 41cimaddələrininmüddəalarınınhəyatakeçirilməsisözsüztəminedilməlidir; - cinayətqanunununədalətprinsipindənbəhsedənCinayətMəcəlləsinin 8cimaddəsinəgörəcinayəttörətmişşəxshaqqındatətbiqediləncəzacinayətinxarakterinəvəictim aitəhlükəlilikdərəcəsinə, onuntörədilməsişəraitinə, təqsirkarınşəxsiyyətinəuyğunolmalıdır; - cinayətinictimaitəhlükəliliyininxarakteriqəsdinobyektindən, təqsirinformasındanvəəməlinCinayətMəcəlləsinin 15cimaddəsiiləhansıcinayətlərkateqoriyasınaaidedilməsindənasılıdır. Cinayətinictimaitəhlükəlilikdərəcəsiisəonuntörədilməhallarına (məsələn, cinayətkarniyyətinhəyatakeçirilmədərəcəsi, üsulu, vurulmuşzərərinhəcmivəbaşvermişnəticələrinağırlığı, iştirakçılıqlatörədilmişcinayətlərdətəqsirlişəxslərinroluvəs.) əsasənmüəyyənedilir. Həminqərarıntövsiyyəsinəəsasənməhkəmələrişinkonkrethallarınınəzərəalaraqdahay üngülcəzatəyinedilməsiməsələsinidəmüzakirəetməlidirlər. AzərbaycanRespublikasıCM-in 41.2-cimaddəsinin tələblərinəəsasən, cəzasosialədalətinbərpası, məhkumunislahedilməsivəhəmməhkumlar, həmdəbaşqaşəxslərtərəfindənyenicinayətlərin törədilməsinin qarşısınıalmaqməqsədilə tətbiqedilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeydolunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəməTəqsirləndirilən şəxscəzatəyinedilməsiməsələsinimüzakirəedərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimaitəhlükəlilikdərəcəsini, cəzasınıyüngülləşdirənhallarınolmasınıvəcəzasınıağırlaşdıranhallarınolmamasını, təyinolunacaqcəzanınonunailəsininhəyatşəraitinətəsirininəzərəalaraq, onuncəzaçəkmədənislaholunmasınımümkünsaymır, törətdiyicinayətlərinəzərdətutanAzərbaycanRespublikasıCM-in 218.2 və 279.1cimaddələrininsanksiyasındamüəyyənedilmişhəddəazadlıqdanməhrumetməcəzasınıntəyin edilməsinicəza siyasətinin məqsədlərinəuyğunhesabedir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilənşəxsin həbsdəsaxlama müddətişəxsintutulma zamanıazadlığının faktikiməhdudlaşdırıldığıvaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cümaddəsinintələblərinəəsasənhökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalətmühakiməsininhəyatakeçirilməsizamanı «İnsan hüquqlarının və əsasazadlıqlarınınmüdafiəsihaqqında» AvropaKonvensiyasımüddəalarınınvəİnsanhüquqlarıüzrəAvropaMəhkəməsininpresedentlə rinintətbiqihaqqında AzərbaycanRespublikası AliMəhkəməsi Plenumunun 30 mart 2006cıiltarixli 5 saylıqərarının 15-cibəndindəgöstərilirki, «İnsanHüquqlarıüzrə Avropa Məhkəməsinin hüquqimövqeyinəgörə, şəxsinhəbsdəsaxlanılmamüddətimüəyyənedilərkən, onunşübhəlişəxs (təqsirləndirilənşəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadəkhəbsdəsaxlanıldığımüddətnəzərəalınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqimövqeyinivəAzərbaycanRespublikasıCinayətMəcəlləsinin69.3cümaddəsiniəsastutaraqhesabedirki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03oktyabr 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-cimaddəsinintələblərinəəsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görəilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beşildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrimüəyyənedilir. Beləliklə, məhkəmə kollegiyasıTəqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1cimaddəsindənəzərdətutulmuşcəzasınıyüngülləşdirənhallarınolmasınıvəhəmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olmamasını vəişin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinəəsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinəəsasən cəzaçəkməsinin başlanğıcının 03 oktyabr 2019-cu il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinəəsasən cəzanıümumi rejimli cəza çəkmə müəssisəsindəçəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkıişüzrə xüsusi müsadirəilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işiüzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməliəmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrindəisə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada vəəvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işiüzrəisə məcburi qaydada vəəvəzsiz olaraq dövlət nəfinə alınmalıəmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinəəsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işiüzrəisəşəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr müəyyən edilməmişdir. İşüzrəmaddisübutlar, ekspertizaxərcivəmülkiiddiayoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərivəAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq,məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CinayətMəcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-cimaddələrindənəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 12.1, 218.2-cimaddəsiilə 06 (altı) il06 (altı) ay müddətə azadlıqdanməhrumetməcəzası, CinayətMəcəlləsinin 12.1, 279.1-cimaddəsiilə 04 (dörd) il müddətə azadlıqdanməhrumetməcəzası təyinedilsin. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin66.3-cümaddəsinəəsasəntəyin olunmuşcəzalarıqisməntoplamaqyoluiləTəqsirləndirilən şəxsqəticəza 07 (yeddi) il müddətəazadlıqdanməhrumetməcəzasıtəyinedilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzaçəkmə müddətininəvvəli03 oktyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirihökmqanuniqüvvəyəminənədəkdəyişdirilmədənsaxlanılsın. Hökmdən elanolunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığıandan20 (iyirmi) gün müddətində, Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasındaşikayətvəyaprotestverilmədikdə, hökm həmin müddətin başa çatdığıvaxtdansonrakıgünqüvvəyəminir.
Məhkəmə qərarları › İş №1(101)-321/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-321/2020
26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver