Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-321/2023 22.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Bakı şəhər 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1995-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu, Surra kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində fərdi evdə yaşamış və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,477 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 14 fevral 2022-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməisnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21:10-da ünvan 1 ünvanında yerləşən "Araz” marketin qarşısında saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməisnə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selefon bükümündə təmiz çəkisi 0,477 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində, nömrəsiz ünvanda yerləşən mənzilindən saxlanc yeri kimi istifadə etməklə, həmçinin üzərində saxlamaqla daşımış Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 may 2022-ci il tarixdə saat 14:00-da Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən nömrəsiz evin qarşısında saxlanılıb Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inzibati binasına aparılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 4 ədəd, sol yan cibindən isə 3 ədəd kibrit qutusunda tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 2,128 qram, 3,115 qram, 2,495 qram, 2,931 qram, 2,663 qram, 3,440 qram və 2,499 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davam etdirilərək həmin gün Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsindəki nömrəsiz ünvanda yerləşən mənzilinə keçirilmiş baxış zamanı sonuncunun qabaqcadan mənzilində saxladığı 2 ədəd polietilen torbada ayrı- ayrılıqda təmiz çəkiləri 1820 qram və 2380 qram olmaqla tərkiblərinə görə eynilik təşkil edən ümumilikdə 4219,271 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir, əvvəllər də narkotik vasitələrin qəbulu ilə məhkum olunmuşdur. Belə ki, 14 fevral 2022-ci il tarixdə saat 16 radələrində Nəsimi rayonu “Papanin” adlanan ərazidən adını “Rza” kimi bildiyi şəxsdən şəxsi istifadəsi üçün 25 manat ödəməklə bir bükümdə psixotrop maddə olan metamfetamin almış, həmin maddəni sonra istifadə etmək üçün şalvarının cibində saxlamışdır. Həmin gün, yəni 14 fevral 2022-ci il tarixdə saat təxminən 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu 9-cu mikrorayon, Mircəlal küçəsində yerləşən “Araz” marketin yaxınlığında olan zaman iki nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşmışlar, onu Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə aparmılar. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, üzərimdən psixotrop maddə metamfetamin aşkar edildiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin məhkəmənin qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Ancaq seçilmiş həbs müddəti başa çatdıqdan sonra barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azad edildikdən sonra narkotik vasitələrdən istifadə etməyə davam etmişdir. 26 may 2022-ci il tarixdə təxminən saat 14:00-da Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində nömrəsiz evin qarşısında olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman gödəkçəsinin cibindən içərisində marixuana olan 7 ədəd kibrit qutularını təqdim etmiş və onu tanışı “Kamran” adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilsə də, üzərindən başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi 7 ədəd kibrit qutusunda qurudulmuş marixuana polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalanmışdır. Həmin vaxt ondan başqa hər hansı bir yerdə narkotik vasitə saxlamağı barədə soruşulduqda başqa heç yerdə ona məxsus narkotik vasitə olmadığını bildirmişdir. Polis əməkdaşları onu Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən, bir otaqdan ibarət mənzilə gətirib guya onun çarpayının altında saxladığı sellofan torbada olan narkotik vasitəni, həmin çarpayının üzərində şəffaf sellofanda olan kibrit qutularını təqdim etmişdir. Lakin həmin narkotik vasitələr ona məxsus deyildir, ona məxsus olan narkotik vasitə yalnız üzərindən aşkar olunan 7 ədəd kibrit qutusunda olan narkotik vasitələrdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, əvvəllər törətdiyi cinayət əməllərinə görə bir neçə dəfə məhkum olunmuş, azadlığa çıxdıqdan sonra narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Müxtəlif narkotik vasitələrdən, eləcə də, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Nəsimi rayonu “Papanin” adlanan ərazidən adını Rza kimi bildiyi şəxsdən öz istifadəsi üçün 25 manat ödəməklə bir bükümdə psixotrop maddə olan metamfetamin almış, həmin maddəni sonra istifadə etməsi üçün əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün, yəni 14 fevral 2022-ci il tarixdə saat təxminən 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu 9-cu mikrorayon, Mircəlal küçəsində yerləşən “Araz” marketin yaxınlığında olan zaman iki nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədilə onu həmin polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən birlikdə həmin polis bölməsinə getmişdir. Polis bölməsində şübhəli şəxs qismində tutulmaqla ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunmuşdur. Bundan sonra 7-ci Polis Bölməsində öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz olaraq əldə edilməklə saxladığı hər hansı bir narkotik vasitə-maddə, əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, həmin gün öz şəxsi istifadəsi üçün “Papanin” adlanan ərazidən aldığı şəffaf sellofanda olan bir büküm psixotrop maddə olan metamfetamini əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən çıxararaq otaqdakı masanın üstünə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi həmin büküm açıldıqda içərisində olan ağ kristallardan ibarət olan kütlə görünmüşdür. Həmin bükümdəki kütlənin nə olması, nə vaxt, kimdən, nə məqsədlə neçəyə aldığı soruşulduqda, o, həmin kütlənin “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün həmin gün saat 16 radələrində “Papanin” adlanan ərazidən Rza adı ilə tanıdığı, ünvanını bilmədiyi şəxsdən 25 manata aldığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılması davam etdirilsə də, başqa hər hansı bir əşya aşkar edilməmişdir. Ondan aşkar edilmiş həmin bir bükümdə psixotrop maddə bir ədəd zərfdə qoyularaq qablaşdırıldı, zərfin üzəri onun və şəxsi axtarışda iştirak edən digər şəxslər tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra düzgünlüyü onun və şəxsi axtarışda iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Üzərindən psixotrop maddə metamfetamin aşkar edilməsi faktına görə barəsində Binəqədİ rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Binəqədİ rayon məhkəməsinin qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Ancaq seçilmiş həbs müddəti başa çatdıqdan sonra barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azad edildikdən sonra narkotik vasitələrdən istifadə etməyə davam etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 14:00-da Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində nömrəsiz evin qarşısında olan zaman ona yaxınlaşmış iki nəfər şəxs özlərini polis əməkdaşı kimi təqdim edib ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib polis bölməsinə dəvət etmişdlər. O, həmin şəxslərlə birlikdə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə getdikdən sonra ona hüquq və vəzifələrim izah olunmuş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Vəkil ona təqdim olunduqdan sonra o, ərizə yazaraq üzərində şəxsi axtarış keçirilən zaman vəkilin iştirak etməməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra onu saxlayan polislərin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilməyə başlanılmışdır. Əvvəlcə ona üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməsi bildirilmişdir. Bundan sonra o, əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən 4 ədəd, sol cibindən isə 3 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Belə ki, o, həmin kibrit qutularına satmaq məqsədilə əvvəlcədən narkotik vasitə qurudulmuş marixuana doldurmuşdur. Həmin qutulara polis əməkdaşı tərəfindən baxış keçirilmiş və içərisində nə olması və haradan əldə etməsi barədə sual edildikdə o, həmin ot şəklində olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu tanışı Kamran adlı şəxsdən əldə etdiyini və satmaq üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilsə də, digər saxlanılması qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqdim etdiyi 7 ədəd kibrit qutusunda qurudulmuş marixuana polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalanmışdır. Həmin vaxtı ondan başqa hər hansı bir yerdə narkotik vasitə saxlamağı barədə soruşulduqda yaşadığı evdə həmin narkotik vasitədən saxladığını, onu təqdim edə biləcəyini və evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Bundan sonra həmin gün polis əməkdaşları və vəkili ilə birlikdə videoçəkilişlə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən kirayə yaşadığı nömrəsiz evə baxış keçirilmişdir. Həmin vaxt polis əməkdaşı ona evdə qanunsuz saxladığı hər hansı bir əşya və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. O da, bir otaqdan ibarət mənzildə çarpayının altında saxladığı iki ədəd qara rəngli sellofan torbada olan narkotik vasitəni, həmin çarpayının üzərində şəffaf sellofanda olan kibrit qutularını təqdim etmişdir. Həmin əşyalara baxış keçirilərək torbalarda nə olduğu ondan soruşulduqda həmin kütlənin narkotik vasitə qurudulmuş marixuna olduğunu onu da təqdim etdiyi kibrit qutularında dolduraraq satışa hazırladığını bildirmişdir. Kibrit qutularına polis əməkdaşları baxış keçirdikdə isə bəzi qutuların boş, bəzilərinin isə içərisində kibrit dənələri olduğunu aşkar etmişlər. Sonra isə təqdim etdiyi iki ədəd torbada olan narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılmış, onun və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 26 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra o və Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və həmin tarixdə saat 14:00-da Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində nömrəsiz evin qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsi görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını deyərək Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət etmişlər. Orada üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zaman o, gödəkçəsinin sağ yan cibindən 04 ədəd, sol yan cibindən 03 ədəd kibrit qutularını çıxarıb masanın üzərinə qoymuşdur. Həmin 07 ədəd kibrit qutuları açılıb baxıldıqda hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri aşkar edilmişdir. Təqsirləndirilən şəxs kibrit qutularındakı bitki mənşəli kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, kirayədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsindəki otağında da, narkotik vasitə qurudulmuş marixuana saxladığını, marixuananı bir müddət əvvəl İsmayıllı rayonunda “Kamran” adlı şəxsdən 4000 manata özünün istifadəsi və satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Orada olan çarpayıların birinin altından iki ədəd qara rəngli sellofan torbaları çıxarıb təqdim edərək həmin sellofan torbalarda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Eləcə də Təqsirləndirilən şəxs çarpayının üstündə olan yataq dəstinin altından çox sayda kibrit qutuları çıxarıb təqdim etmişdir. Həmin kibrit qutuları açıldıqda hər birinin içərilərində kibrit dənələri olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin qutularda olan kibritləri boşaltdıqdan sonra içərisinə marixuana dolduraraq satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 14 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin polis sahə rəisi Şahid4 da daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması məqsədi ilə 14 fevral 2022-ci il tarixdə saat 20 radələrində Şahid4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayona getmişlər. Həmin gün saat 21:10 radələrində ünvan 5 ünvanında yerləşən “Araz” marketin qarşısında alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsə yaxınlaşıb özlərini təqdim edərək ona özünü təqdim etməyi təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı birlikdə Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, şalvarının cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olmasını, həmin maddəni 14 fevral 2022-ci il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonunda “Papanın” adlanan ərazidə “Rza” adlı şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Götürülmüş şəffaf sellofan bükümü bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 şahid X2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 fevral 2022-ci il tarixli 6/935 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №176” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,477 qram olan ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Məkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə-bioloji ekspertizası 27 may 2022ci il tarixli 7/542 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 07 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,128 qram; 3,115 qram; 2,495 qram; 2,931 qram; 2,663 qram; 3,440 qram; 2,499 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” yazısı və imzalar olan iki ədəd boz rəngli sintetik torbalardakı hər birinin içərisindəki 01 ədəd qara rəngli sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 1820 qram və 2380 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi - 4219,271 qramdır (4 kq 219,171 qram), təqdim edilmiş marixunanalar tərkiblərinə görə eynidirlər. Məkəmə baxışı zamanı tədqiq olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının 2458 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə-ambulator-psixiatrik ekspertizasının 1507 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onları barəsində istintaqa düzgün ifadə vermək qabliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. 14 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və narkotik maddə-vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli kristalik kütlə olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin “şüşə” kimi tanınan narkotik maddə olduğunu, 14 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda “Papanin" adlanan ərazidə Rza adı ilə tanıdığı şəxsdən 25 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. 26 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və narkotik maddə-vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən dörd ədəd kibrit qutularını, sol yan cibindən üç ədəd kibrit qutularını çıxarıb təqdim etmişdir. Həmin kibrit qutuları açıldıqda hər birinin içərisində qurudulmuş bitki mənşəli kütlələr olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kibrit qutularındakı kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, yaşadığı ünvanda da həmin narkotik vasitədən saxladığını, narkotik vasitəni İsmayıllı rayonunda Kamran adlı şəxsdən 4000 manata özünün istifadəsi və satmaq üçün aldığını bildirmişdir. 26 may 2022-ci il tarixli mənzilə baxış keçirmə və götürmə aparılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, nömrəsiz evə polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə baxış keçirilərkən əvvəlcə ona yaşadığı evdə qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və narkotik maddə-vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan çarpayının altından iki ədəd qara rəngli sellofan torbaları çıxararaq təqdim etmişdir. Həmin iki ədəd qara rəngli sellofan torbalar açıldıqda hər birinin içərisində qurudulmuş bitki mənşəli kütlələr olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin iki ədəd sellofan torbalardakı kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, narkotik vasitəni İsmayıllı rayonunda Kamran adlı şəxsdən 4000 manata özünün istifadəsi və satmaq üçün aldığını bildirmişdir. Aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olan iki ədəd qara rəngli sellofan torbalar ayrı-ayrılıqda sintetik kisələrdə qablaşdırılmış, kisələrin üzərinə yapışdırılmış kağız vərəqlərin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,477 qram psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 4219,271 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş, ekspertiza tədqiqatına sərf edilmiş 0,05 qram sərf edildikdən sonra qalan 0,427 qram psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatına ümumilikdə sərf edilmiş 0,55 qram sərf edildikdən sonra qalan 4218,721 qram narkotik vasitə qurudulmuş marixuana zəruri İstintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fəqli ifadə verərək onun narkotik vasitə aşkar olunan evdə yaşamadığını və həmin narkotik vasitələrin ona məxsus olmadığını eləcə də yalnız üzərindən aşkar olunmuş kibrit qutusunda olan qurudulmuş marixuananın ona məxsus olmasını və o həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsini, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmaması barədə ifadə verərkən yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etməklə iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv və əsaslı hüquqi nəticəyə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət kateqoriyasına və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət kateqoriyasına aiddirlər. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən edilir ki, Hüseynli X6 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1, 69.3, 67.1, 68.2-ci maddələri ilə təqsirli bilinərək 09 ay 20% islah işi və 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilib, qəti olaraq gəlirdən 20% tutulmaqla 09 ay 03 gün islah işləri və 2500 manat cərimə cəzası saxlanılmışdır. Bakı Apelyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilib, Azərbaycan Respublikası CM-nin 180.1, 62, 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 01 ay 01 gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177,3.3, 234.1, 66,3, 67.1, 93,1.2-ci maddələri ilə təqsirli bilinərək 08 il 06 ay azadlıqdan məhrum etmə və 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsindən həmin məcəllənin 177.2.2, 177.2,3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, cəzası 05 ilə endirilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05,11,2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 ay 2 gün hissəsindən azad edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs 2500 manat cərimə cəzasının 500 manatını ödəmiş, ödənilməmiş məbləğ 2000 manat təşkil etmişdir. xx.xx.2022 -ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05,11,2021-ci il tarixli amnistiya qərarının 2.11-ci bəndinə əsasən Təqsirləndirilən şəxs çəkilməmiş 2000 manat cərimə cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları az ağır cinayətlərlə bağlı olduğundan, xx.xx.2021-ci il tarixədək olan müddət ərzində müvafiq hökm üzrə təyin edilmiş 2500 manat cərimə cəzasının 500 manatını ödədiyindən, ödənilməmiş cərimə cəzası 2000 manatdan yuxarı olmadığı üçün 25 noyabr 2021-ci il tarixdən məhkumluğu ödənilmiş sayılır. Hazırkı əməli isə 14 fevral 2022-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməllərində onun cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu birinci epizod üzrə 14 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Binəqədi rayon məhkəməsinin 11 may 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin uzadılmasından imtina edilərək dərhal həbsdən azad olunmasına dair qərar qəbul edilmişdir və barəsində 13 may 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Məhkəmə hesab Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 ay 28 gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 26 may 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan-ekspertiza tədqiqatından sonra qalıq 0,427 qram çəkidə psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq 4.218,721 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. - Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə, həmçinin baxış keçirilməsi istintaq hərəkətlərinin görüntüləri əks olunmuş iki ədəd DVD disk cinayət işinin materialında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 143 (bir yüz qırx üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi–Bakı şəhər 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay ona təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti olaraq ona 08 (səkkiz) il 03 (üç) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhər 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 (bir yüz səksən) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan-ekspertiza tədqiqatından sonra qalıq 0,427 qram çəkidə psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq 4218,721 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. - Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə, həmçinin baxış keçirilməsi istintaq hərəkətlərinin görüntüləri əks olunmuş iki ədəd DVD disk cinayət işinin materialında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 143 (bir yüz qırx üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-321/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-321/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver