Məhkəmə qərarları › İş №1(101)-321/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-321/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-321/2024 18.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Qanunçuluq» Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə saat 10.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Emin» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Emin» adlı şəxsdən və qeyrilərindən satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda 2774,209 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 796 qram çəkidə psixotrop maddə metamfetamini və 86,81 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı ümumi razılıq əsasında Təqsirləndirilən şəxs1 ilə birlikdə bir ədəd göy rəngli sellofan torbada əldə edib üzərilərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə 19 yanvar 2023-cü il tarixdə saat 20:50-də Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 53B ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada saat 22:46-dan etibarən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman onun sol əlində saxladığı bir ədəd göy rəngli sellofan torbanın içərisindən Təqsirləndirilən şəxs1 ilə birlikdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərilərində saxlayaraq daşıdıqları külli miqdarda 04 ədəd sellofan bükümdə və 06 ədəd sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 528 qram, 400,8 qram, 472,2 qram, 832,6 qram, 230,2 qram, 204,8 qram, 52,8 qram, 24,220 qram, 20,345 qram və 8,244 qram olmaqla xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 2774,209 qram olan narkotik vasitə heroin, 05 ədəd sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 205,3 qram, 277,7 qram, 214,6 qram, 42,1 qram, 56,3 qram olmaqla xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 796 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bağlamada 86,81 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 3.Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. 4.Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Emin» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Emin» adlı şəxsdən və qeyrilərindən satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda 2774,209 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 796 qram çəkidə psixotrop maddə metamfetamini və 86,81 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı ümumi razılıq əsasında Təqsirləndirilən şəxs1 ilə birlikdə bir ədəd göy rəngli sellofan torbada əldə edib üzərilərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə 19 yanvar 2023-cü il tarixdə saat 20:50-də Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 53B ünvanının yaxınlığında əlində olan bir ədəd sellofan torba ilə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada saat 22:46-dan etibarən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman onun sol əlində saxladığı bir ədəd göy rəngli sellofan torbanın içərisindən Təqsirləndirilən şəxs1 ilə birlikdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərilərində saxlayaraq daşıdıqları külli miqdarda 04 ədəd sellofan bükümdə və 06 ədəd sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 528 qram, 400,8 qram, 472,2 qram, 832,6 qram, 230,2 qram, 204,8 qram, 52,8 qram, 24,220 qram, 20,345 qram və 8,244 qram olmaqla xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 2774,209 qram olan narkotik vasitə heroin, 05 ədəd sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 205,3 qram, 277,7 qram, 214,6 qram, 42,1 qram, 56,3 qram olmaqla xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 796 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bağlamada 86,81 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 5.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri maddələri ilə elan olunmuş ittihamda özünü təqsirili bilməyərək ifadəsində bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı Emin adlı şəxslə danışmış, həmin şəxs ona 86 qram marixuana göndərəcəkmiş, buna görə o, atılmış konuma yaxınlaşmıdır. 19 yanvar 2023-cü ildə axşam radələrində Nərimanov rayonu ərazisində olarkən onu tutaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada onu döymüşlər, bu çəkilişdə də görsənmiş, lakin şikayət etməmişdir. Onda sadəcə 86 qram marixuana olmuş, öz istifadəsi üçün əldə etmiş, istifadə etməyi döyüşdə öyrənmişdir. Onu təhdid edərək çəkilişdə 3 kq ilə böhtan atmışlar. Çəkilişdəki narkotik vasitə həmin yerdən götürülən narkotik vasitə olmamışdır. Həmin gün Təqsirləndirilən şəxs2la bir yerdə məhəllədə olan maşınla getmişlər, onları tanımamış, yol yoldaşı kimi getmişlər. “Kosmos” marketlə üzbəüz qarajın arxasında maşından düşüb yaxınlaşmış, həmin an polislər düşərək özləri narkotik vasitəni götürmüşlər. Onu da İdarəyə apararaq təhdid etmişlər, başına və böyrəyinə yumruqla vuraraq üstünə götürməsini demişlər. Orada sonradan müdafiəçi gəlmiş, video çəkiliş zamanı narkotik vasitə onun olduğunu bildirmişdir. O, ancaq marixuana istifadə etmiş, 2-3 dəfə öz istifadəsi üçün almışdır. Günə yarım qram istifadə etmiş, 86 qramdan 3-4 ay istifadə edəcəkdi. Onun narkotik vasitə satmaqla heç bir əlaqəsi olmamışdır. 6.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 21 yanvar 2023-cü il tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, o, təxminən bir neçə ildir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Narkotik vasitə istifadə etdiyi üçün 5 ay əvvəl İnstagram sosial şəbəkəsindən tanış olduğu İran İslam Respublikasının vətəndaşı Emin adlı şəxsdən bir neçə dəfə narkotik vasitələr sifariş vermişdir. Tutulmamışdan 3 gün əvvəl də Emin adlı şəxslə danışıb narkotik vasitələrin sifariş vermişdir. 19 yanvar 2023-cü il tarixdə “Emin” adlı şəxs ona konum ataraq bildirmişdir ki, narkotik vasitəni göndərmişdir, həmin narkotik vasitələri götür, deyilən yerlərə qoy, əvəzində 20 qram da özünə “patı” götür. Emin adlı şəxsin göndərdiyi narkotik vasitəni götürməyə tək getmək istəməmişdir. Narkotik vasitə istifadə etdiyi dostu Təqsirləndirilən şəxs2 da bilmişdir. Buna görə də Yunusa da demişdir ki, iranlı Emin adlı şəxs narkotik vasitə göndərib, həmin narkotik vasitəni bir ünvandan başqa ünvana qoyacağı müqabilində onlara narkotik vasitə veriləcəkdir. Təqsirləndirilən şəxs2 ona narkotik vasitə verməyinin müqabilində birlikdə gedib narkotik vasitəni götürə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 kömək etməsi əvəzində isə ona da narkotik vasitə verəcəyini demişdir. Yunus və o, tanışlıq münasibətində olduğu Şahid5 xahiş etmişdir ki, onları Nərimanov rayonunda H.Əliyev prospekti 53B ünvanının yaxınlığına aparsın. Bu zaman Ceyunun yanında dostu Təbriz də olmuşdur. Lakin onlar həmin ünvana hansı məqsədlə getməklərindən məlumatlı olmamış və bu barədə də soruşmamışdır. Bundan sonra Ceyhuna məxsus “Mercedes Benz C180” markalı, 99- EU-367 nişanlı avtomobilə minmişdir. Təbriz də Ceyhunla birlikdə olduğu üçün Təbriz də onunla birlikdə avtomobildə getmişdir. Yenə də qeyd etmişdir ki, Təbriz və Ceyhunun onların narkotik vasitə götürməyə getməklərindən məlumatı olmamışdır. Bakı şəhəri, Nərimanov rayonunda H.Əliyev prospekti 53B ünvana təxminən saat 20:40 radələrində gəlmişdir. Yunus ilə birlikdə avtomobildən düşmüş və biraz uzaqlaşmışdır. Daha sonra isə Yunus ilə birlikdə Emin adlı şəxsin atdığı konuma çatıb orada olan bir ədəd göy rəngli sellofan torbanı görmüşdür. Yunus içi dolu olan narkotik vasitə sellofan torbanı götürərək avtomobilə tərəf getmiş və Təbriz və Ceyhunun yanına çatanda bir neçə nəfər şəxs onlara yaxınlaşmışdır. Həmin vaxt avtomobilin yanında olmuşlar. Mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və o, qaçmaq istəmişdir. Bu zaman onun ayağı daşa ilişərək büdrəmiş və yıxılıb sol qaş nahiyəsindən xəsarət almışdır. Polis əməkdaşları ona və Yunusa narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barələrində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişdir. Yunus ilə birlikdə yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda Yunusun əlində saxladığı sellofan tobada narkotik vasitələr vardır. Bundan sonra polis əməkdaşları onları Şahid6, Şahid5 və onun idarə etdiyi “Mercedes Benz C180” markalı, 99- EU-367 nişanlı avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün Yunus və o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində, eləcə də sol əlində saxladığı göy rəngli sellofan torbada qanunsuz əşya varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sol əlində saxladığı göy rəngli sellofan torbanın içərisində narkotik vasitələr olduğunu həmin narkotik vasitələrin saxlanılarkən onun tərəfindən sifariş edildiyini onunla birlikdə həmin sellofan torbanı götürdüyünü bildirib, sol əlində saxladığı göy rəngli sellofan torbanı və əynində olan gödəkçənin sağ yan cibindən “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd göy rəngli sellofan torbanın içərisindən qara rəngli sellofan torba aşkar edilmişdir. Qara rəngli sellofan torba açılarkən sellofan torbanın içərisində 04 ədəd qara rəngli sellofan bağlama, 04 ədəd şəffaf rəngli sellofan bağlama və 04 ədəd şəffaf rəngli sellofan büküm, 01 ədəd göy rəngli yapışqan lent aşkar edilmişdir. 04 ədəd qara rəngli sellofan bağlama açılarkən qara rəngli bağlamaların hər birinin içərisində 02 ədəd şəffaf rəngli sellofan bağlama aşkar edilmişdir. 04 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroin müşahidə edilmişdir. 12 ədəd sellofan bağlamalara baxış keçirilərkən 01 ədəd sellofan bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana, 05 ədəd sellofan bağlamanın içərisində psixotrop maddə metamfetamin, 06 ədəd sellofan bağlamanın içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər qanunsuz əşyalar aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 sol əlində saxladığı göy rəngli sellofan torbadan aşkar edilmiş 04 ədəd sellofan bükümdə və 06 ədəd sellofan bağlamada olan narkotik vasitə heroin, 06 ədəd sellofan bağlamada olan psixotrop maddə metamfetamin, 01 ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşı tərəfindən 01 ədəd göy rəngli sellofan torbada qablaşdırılıb möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür.Daha sonra ona paltarında, əşyalarında və ya bədənində qanunsuz hər hansısa əşya varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, Təqsirləndirilən şəxs2 bildirdiklərini təsdiq edərək üzərində narkotik vasitələr və psixotrop maddələr olmasa da bu gün İran İslam Respublikasının vətəndaşı “Emin” adlı şəxsdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş etdiyini, sifariş etdiyi narkotik vasitənin götürülməsində tanışı Təqsirləndirilən şəxs2 kömək etməyini, əvəzində Təqsirləndirilən şəxs2 da istifadə etmək üçün narkotik vasitə təklif etdiyini, həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs2 sol əlində saxladığı və baxışa təqdim etdiyi göy rəngli sellofan paketin içərisində olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür.Daha sonra Şahid6 və Şahid5 üzərinə baxış keçirilmişdir. Şahid6 və Şahid5 paltarında, əşyalarında və ya bədənində qanunsuz əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid6 və Şahid5 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, Şahid6 boz rəngli idman şalvarının sağ yan cibindən “İphone” markalı mobil telefonu, Şahid5 isə əynində olan şalvarının sağ yan cibindən “KGTGL” markalı mobil telefonu, şalvarının sol yan cibindən idarə etdiyi avtomobilin açarını təqdim etmişdir. Şahid6 və Şahid5 üzərindən aşkar edilmiş əşyalar onlara geri qaytarılmışdır.Şifahi sorğu zamanı o, İran İslam Respublikasının vətəndaşı “Emin” adlı şəxs tərəfindən ona narkotik vasitələr göndərildiyini, “Emin” adlı şəxsin narkotik vasitələrin olduğu yer barədə göndərdiyi konum vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs2la birlikdə Şahid5 idarə etdiyi avtomobil ilə getdiyini, narkotik vasitəni “Emin” adlı şəxsin göstərişi ilə Nərimanov rayonu ərazisindən götürürək digər yerə qoymağı əvəzində 20 qram metamfetamin götürəcəyini, Təqsirləndirilən şəxs2 da kömək edəcəyi halda narkotik vasitədən istifadə etmək üçündə ona narkotik vasitə verəcəyini, narkotik vasitələrdən Şahid5 və Şahid6 məlumatının olmadığını, narkotik vasitə olan torbanın Təqsirləndirilən şəxs2 tərəfindən götürülməsindən sonra polis əməkdaşlarının onlara yaxınlaşmasını və həmin zaman qaçaraq yıxılıb sol qaş nahiyəsindən xəsarət aldığını bildirmişdir.Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 onun dediklərini təsdiq edərək Təqsirləndirilən şəxs2 sol əlində saxladığı və təqdim etdiyi göy rəngli sellofan torbanın içərisində olan narkotik vasitələrin onun tərəfindən sifariş edildiyini, onunla birlikdə həmin sellofan torbanı götürdüyü halda tərəfindən ona narkotik vasitənin pay veriləcəyini, narkotik vasitələrdən Şahid5 və Şahid6 məlumatının olmadığını, narkotik vasitə olan torbanın özü tərəfindən götürülməsindən sonra polis əməkdaşlarının onlara yaxınlaşmasını və həmin zaman Məhəmmədin qaçaraq yıxılıb sol qaş nahiyəsindən xəsarət almağını bildirmişdir.Şifahi sorğu zamanı Şahid5 qonuşusu Şahid6la birlikdə özünün idarə etdiyi **-EU-*** qeydiyyat nişanlı, “Mercedes C 180” markalı avtomobilə onlara sürücülük xidməti göstərdiyini özünün və qonuşusu Şahid6 aşkar edilmiş narkotik vasitələrdən məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Şahid5 idarə etdiyi **-EU-*** qeydiyyat nişanlı, “Mercedes C 180” markalı avtomobildə narkotik vasitələr və psixotrop maddələr olmadığını, avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir.Şifahi sorğu zamanı Şahid6 Şahid5 bildirdiklərini təsdiq edərək Şahid5 onlara idarə etdiyi **-EU-*** qeydiyyat nişanlı, “Mercedes C 180” markalı avtomobilə sürücülük xidməti göstərdiyini özünün və qonuşusu Şahid5 aşkar edilmiş narkotik vasitələrdən məlumatının olmadığını bildirmişdir.Daha sonra şəxsi axtarış və baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, səh. 147-151). 7.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirili bilməyərək ifadəsində bildirmişdir ki, axşam vaxtı məhəllədə olarkən Məhəmməd onu görərək birlikdə Nərimanova getmələrini demişdir. Onlar Nərimanova getmişlər, o, nə üçün getdiklərini bilməmişdir. Məhəmməd bir adamla görüşəcəyini deyərək maşından düşmüş, həmin vaxt o da maşından düşmüşdür. Məhəmməd ona “burada gözlə gəlirəm” demiş, sonra Məhəmməd qabağa getmiş, qarajlar tərəfdə 10 saniyə keçməmiş səs-küy düşmüşdür. Həmin vaxt bir nəfər çıxaraq üstünə qaçmış, bu zaman bir nəfərin Məhəmmədə kəllə vurduğunu görmüşdür. O, kim olduğunu soruşduqda həmin şəxs polis olduğunu bildirmişdir. Sonra onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apararaq otağa salmışlar. Orada iki nəfər oturmuş, bir nəfər hündür keçəl oğlan olmuşdur. Ondan soruşduqda heç nə bilmədiyini bildirmişdir. Sonra onu döyməyə başlamışlar, həmin keçəl oğlan 10 dəqiqə saçından tutub dartmış, sonra başqa otağa apararaq yenə döymüşlər. O, xəsarət almamış və döyülməklə bağlı şikayət etməmişdir. Prokurorluqdan gəlib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ondan izahat almışlar, o, döyülmədiyini bildirmişdir. Çəkilişdə Məhəmməd narkotik vasitənin özünün olduğunu demiş, həmin vaxt ona demişlər ki, “Məhəmməd özündə deyil sən götür denən ki, mənim xəbərim yoxdu narkotik üçün gəlmişdim”. Çəkiliş olanda vəkillər də gəlmişlər. O, bağlamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində görmüş, başqa yerdə görməmiş, onu tutanda bağlama olmamışdır. O, özü narkotik vasitələrdən marixuana və kokosdan istifadə etmiş, narkotik vasitəni tanımadığı şəxsdən almışdır. 8.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 21 yanvar 2023-cü il tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, təxminən bir neçə ildir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Təqsirləndirilən şəxs1 onun dostudur. Münasibətləri çox yaxşıdır, düşmənilik və ya ədavəti yoxdur. 19 yanvar 2023-cü il tarixdə Məhəmməd onunla söhbət edən zaman bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı Emin adlı şəxsin narkotik vasitə göndərdiyini, həmin narkotik vasitəni götürüb başqa bir ünvana aparıb qoyacağı müqabilində çəkmək üçün narkotik vasitə əldə edəcəkdir. Həmin narkotik vasitənin yarısını da Məhəmməd ona verəcəkdir. Narkotik vasitə istifadə etdiyi üçün narkotik vasitəni götürüb Emin adlı şəxsin dediyi ünvana qoymağa razılıq vermişdir. Məhəmməd və o, tanışlıq münasibətində olduğu Şahid5 xahiş etmişdir ki, onları Nərimanov rayonunda H.Əliyev prospekti 53B ünvanının yaxınlığına aparsın. Bu zaman Ceyhunun yanında dostu Təbriz də olmuşdur. Həmin vaxt Binəqədİ rayonu İcra Hakimiyyətinin arxasında olmuş və Ceyhun və Təbrizdə orada olmuşdur. Lakin onlar həmin ünvana hansı məqsədlə getməklərindən məlumatlı olmamış və bu barədə də soruşmamışdır. Bundan sonra Ceyhuna məxsus “Mercedes Benz C180” markalı, **-EU-*** nişanlı avtomobilə minmişdir. Təbriz də Ceyhunla birlikdə olduğu üçün Təbriz də onunla birlikdə avtomobildə getmişdir. Lakin Ceyhun və Təbrizin hara getməsini bilməmişdir. Təbriz və Ceyhunun onların narkotik vasitə götürməyə getməklərindən məlumatı olmamışdır. Bakı şəhəri, Nərimanov rayonunda H.Əliyev prospekti 53B ünvana təxminən saat 20:40 radələrində gəlmişdir. Məhəmməd ilə birlikdə avtomobildən düşmüş və biraz uzaqlaşmışdır. Daha sonra isə Məhəmməd ilə birlikdə Emin adlı şəxsin atdığı konuma çatıb orada olan bir ədəd göy rəngli sellofan torbanı görmüş. İçi dolu olan narkotik vasitə sellofan torbanı götürərək avtomobilə tərəf getmişdir. Məhəmməd də həmin vaxt yanında olmuşdur. Təbriz və Ceyhunun yanına çatanda bir neçə nəfər şəxs onlara yaxınlaşmışdır. Həmin vaxt avtomobilin yanında olmuşdur. Mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və Məhəmməd o zaman qaçmaq istəmişdir. Bu zaman onun ayağı büdrəmiş və yerə yıxılıb sol qaş nahiyəsindən xəsarət almışdır. Polis əməkdaşları bundan sonra onu yerdən durğuzmuşdur. Polis əməkdaşları ona və Məhəmmədə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişdir. Məhəmməd ilə birlikdə yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda əlində saxladığı sellofan tobada narkotik vasitələr vardır. Bundan sonra polis əməkdaşları onları, Şahid6, Şahid5 və onun idarə etdiyi “Mercedes Benz C180” markalı, **-EU-*** nişanlı avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışdır. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün Məhəmməd və o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir.Ona paltarında, əşyalarında və ya bədənində, eləcə də sol əlində saxladığı göy rəngli sellofan torbada qanunsuz əşya varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra sol əlində saxladığı göy rəngli sellofan torbanın içərisində narkotik vasitələr olduğunu həmin narkotik vasitələrin saxlanılarkən yanında olan tanışı Təqsirləndirilən şəxs1 tərəfindən sifariş edildiyini Təqsirləndirilən şəxs1la birlikdə həmin sellofan torbanı götürdüyünü bildirib, sol əlində saxladığı göy rəngli sellofan torbanı və əynində olan gödəkçənin sağ yan cibindən “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd göy rəngli sellofan torbanın içərisindən qara rəngli sellofan torba aşkar edilmişdir. Qara rəngli sellofan torba açılarkən sellofan torbanın içərisində 04 ədəd qara rəngli sellofan bağlama, 04 ədəd şəffaf rəngli sellofan bağlama və 04 ədəd şəffaf rəngli sellofan büküm, 01 ədəd göy rəngli yapışqan lent aşkar edilmişdir. 04 ədəd qara rəngli sellofan bağlama açılarkən qara rəngli bağlamaların hər birinin içərisində 02 ədəd şəffaf rəngli sellofan bağlama aşkar edilmişdir. 04 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. 12 ədəd sellofan bağlamalara baxış keçirilərkən 01 ədəd sellofan bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana, 05 ədəd sellofan bağlamanın içərisində psixotrop maddə metamfetamin, 06 ədəd sellofan bağlamanın içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra sol əlində saxladığı göy rəngli sellofan torbadan aşkar edilmiş 04 ədəd sellofan bükümdə və 06 ədəd sellofan bağlamada olan narkotik vasitə heroin, 06 ədəd sellofan bağlamada olan psixotrop maddə metamfetamin, 01 ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşı tərəfindən 01 ədəd göy rəngli sellofan torbada qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd Samsung markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür.Daha sonra Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində qanunsuz əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 onun dediklərini təsdiq edərək üzərində narkotik vasitələr və psixotrop maddələr olmasa da bu gün İran İslam Respublikasının vətəndaşı “Emin” adlı şəxsdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş etdiyini, sifariş etdiyi narkotik vasitənin götürülməsində onun kömək etməyi əvəzində ona istifadə etmək üçün narkotik vasitə təklif etdiyini, həmin narkotik vasitələrin onun sol əlində saxladığı və baxışa təqdim etdiyi göy rəngli sellofan paketin içərisində olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd Redmi markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür.Daha sonra Şahid6 və Şahid5 üzərinə baxış keçirilmişdir. Şahid6 və Şahid5 paltarında, əşyalarında və ya bədənində qanunsuz əşya varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Şahid6 və Şahid5 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, Şahid6 boz rəngli idman şalvarının sağ yan cibindən “İphone” markalı mobil telefonu, Şahid5 isə əynində olan şalvarının sağ yan cibindən “KGTGL” markalı mobil telefonu, şalvarının sol yan cibindən idarə etdiyi avtomobilin açarını təqdim etmişdir. Şahid6 və Şahid5 üzərindən aşkar edilmiş əşyalar onlara geri qaytarılmışdır.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı “Emin” adlı şəxs tərəfindən ona narkotik vasitələr göndərildiyini, “Emin” adlı şəxsin narkotik vasitələrin olduğu yer barədə göndərdiyi konum vasitəsi ilə tanışı Yunus ilə birlikdə Şahid5 idarə etdiyi avtomobil ilə getdiyini, Narkotik vasitəni “Emin” adlı şəxsin göstərişi ilə Nərimanov rayonu ərazisindən götürərək digər yerə qoyması əvəzində 20 qram metafetamin götürəcəyini, onun da kömək edəcəyi halda narkotik vasitədən istifadə etmək üçündə ona narkotik vasitə verəcəyini, narkotik vasitələrdən Şahid5 və Şahid6 məlumatının olmadığını, narkotik vasitə olan torbanın onun tərəfindən götürülməsindən sonra polis əməkdaşlarının onlara yaxınlaşmasını və həmin zaman özünün qaçaraq yıxılıb sol qaş nahiyəsindən xəsarət aldığını bildirmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək sol əlində saxladığı və təqdim etdiyi göy rəngli sellofan torbanın içərisində narkotik vasitələrin tanışı Təqsirləndirilən şəxs1 tərəfindən sifariş edildiyini, Təqsirləndirilən şəxs1la birlikdə həmin sellofan torbanı götürdüyü halda Təqsirləndirilən şəxs1 tərəfindən ona narkotik vasitənin pay veriləcəyini, narkotik vasitələrdən Şahid5 və Şahid6 məlumatının olmadığını, narkotik vasitə olan torbanın onun tərəfindən götürülməsindən sonra polis əməkdaşlarının yaxınlaşmasını və həmin zaman Təqsirləndirilən şəxs1 qaçaraq yıxılıb sol qaş nahiyəsindən xəsarət almasını bildirmişdir.Şifahi sorğu zamanı Şahid5 qonuşusu Şahid6la birlikdə özünün idarə etdiyi **- EU-*** qeydiyyat nişanlı, “Mercedes C 180” markalı avtomobilə onlara sürücülük xidməti göstərdiyini özünün və qonuşusu Şahid6 aşkar edilmiş narkotik vasitələrdən məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Şahid5 idarə etdiyi **-EU-*** qeydiyyat nişanlı, “Mercedes C 180” markalı avtomobildə narkotik vasitələr və psixotrop maddələr olmadığını, avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir.Şifahi sorğu zamanı Şahid6 Şahid5 bildirdiklərini təsdiq edərək Şahid5 onlara idarə etdiyi **-EU-*** qeydiyyat nişanlı, “Mercedes C 180” markalı avtomobilə sürücülük xidməti göstərdiyini özünün və qonuşusu Şahid5 aşkar edilmiş narkotik vasitələrdən məlumatının olmadığını bildirmişdir.Daha sonra şəxsi axtarış və baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, səh. 162-166). 9.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə ona məlumat daxil olmuş, əməliyyat məlumatı daxil olduqdan dərhal sonra raportla baş idarəyə məruzə etmiş, məruzə etdikdən sonra əməliyyat qrupu yaradılmış, əməliyyatda onunla yanaşı Baş İdarənin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və Şahid4 iştirak etmişlər. Əməliyyat qrupu yaradıldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Nərimanov rayonu, H.Əliyev prospekti yaxınlığında olduqları məlumatı daxil olmuş, bundan sonra həmin ünvana yollanmışlar, orada “Mercedes” markalı maşında həmin iki şəxsin və əlavə yanlarında iki şəxsin olduğunu görmüşlər. Yaxınlaşıb özlərini təqdim etdikdə Təqsirləndirilən şəxs1 qaçmağa cəhd etmiş və qaçmışdır. Qaçarkən yıxılaraq qaşının sol nayihəsindən zədə almış və dərhal tərəflərindən yaxalanmışdır. Yaxalandıqdan sonra həmin dörd nəfər şəxsi əməkdaşlarla birlikdə Baş İdarəyə gətirmişlər. Daha sonra müdafiəçilər təqdim edilmiş və axtarış baxış prosesi başlanılmış, şəxsi axtarış videoçəkiliş aparılmaqla keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində hər-hansı qanunsuz əşya olması barədə soruşulduqda göy rəngli sellofan torbada narkotik vasitələrin olduğunu bildirmiş, sellofan torbaya baxış zamanı sellofan torbanın içində 4 ədəd qara bükümdə, 4 ədəd şəffaf olan bağlama və 4 ədəd şəffaf rəngli bükümlər aşkar edilərək götürülmüş, həmin bükümlərə baxış zamanı 4 ədəd qara bağlamanın içində hərəsində 2 ədəd olmaqla əlavə bükümlər aşkar edilmişdir. Bundan əlavə aşkarlanan bükümlərə baxış zamanı bükümlərin içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra 12 bükümdəki bağlamaya baxış zamanı birindən narkoti vasitə marixuanaya bənzər maddə, beşindən psixatrop maddə metamfetaminə bənzər maddə, altısından isə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələri Məhəmmədin sifariş etdiyini və Məhəmmədin ona kömək etdiyini söyləmişdir. Sorğu zamanı X13 Respublikasının vətəndaşı olan Emin adlı şəxsdən sifariş etdiyini, Yunusa da kömək edəcəyi təqdirdə ona da narkotik vasitə verəcəyini dediyini biildirmişdir. Saxlanılan zaman, idarəyə gətirildikdə təqsirləndirilən şəxslərə qarşı hər-hansısa zor və təzyiq olmamış, hətta Məhəmməd qaçmaq istəyərkən yıxılaraq yaxalanmışdır. 10.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. 19 yanvar 2023cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 53B ünvanının yaxınlığında olduğunu öyrəndikləri üçün həmin ünvana gəlmişdir. Həmin yerdə Mercedes C 180 markalı, **-EU- *** qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar şəxslərin və həmin şəxslərin yanında başqa 2 nəfər şəxslərin olduğunu görmüşdür. Həmin gün təxminən saat 20:50-də həmin şəxslərə yaxınlaşmışdır. Həmin şəxslərə özlərini təqdim etmişdir. Daha sonra isə həmin şəxslərə özlərini təqdim etməsi barədə bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 qaçmaq istəmiş, lakin yıxılaraq sol qaş nahiyyəsi yerə dəymiş və dərhal saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların yanında olan Şahid6 və Şahid5 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərin siyahısı təqdim edilmişdir. Müdafiəçilər gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Şahid6 və Şahid5 isə tutulmamışdır. Lakin onların üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Daha sonra şəxsi axtarış, baxış və götürmə başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində, eləcə də sol əlində saxladığı göy rəngli sellofan torbada qanunsuz hər hansı əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sol əlində saxladığı göy rəngli sellofan torbanın içərisində narkotik vasitələr olduğunu həmin narkotik vasitələrin saxlanılarkən yanında olan tanışı Təqsirləndirilən şəxs1 tərəfində sifariş edildiyini, Təqsirləndirilən şəxs1 birlikdə həmin sellofan torbanı götürdüyünü bildirib, sol əlində saxladığı göy rəngli sellofan torbanı və əynində olan gödəkçənin sağ yan cibindən Samsung markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd göy rəngli sellofan torbanın içərisindən qara rəngli sellofan torba aşkar edilmişdir. Qara rəngli sellofan torba açılarkən sellofan torbanın içərisində 04 ədəd qara rəngli sellofan bağlama, 04 ədəd şəffaf rəngli sellofan bağlama və 04 ədəd şəffaf rəngli sellofan büküm, 01 ədəd göy rəngli yapışqan lent aşkar edilmişdir. 04 ədəd qara rəngli sellofan bağlama açılarkən qara rəngli bağlamaların hər birinin içərisində 02 ədəd şəffaf rəngli sellofan bağlama aşkar edilmişdir. 04 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. 12 ədəd sellofan bağlamalara baxış keçirilərkən 01 ədəd sellofan bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 05 ədəd sellofan bağlamanın içərisində psixotrop maddə metamfetaminə oxşar maddə, 06 ədəd sellofan bağlamanın içərisində narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən başqa heçnə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 sol əlində saxladığı göy rəngli sellofan torbadan aşkar edilmiş 04 ədəd sellofan bükümdə və 06 ədəd sellofan bağlamada olan narkotik vasitə heroinə oxşar maddə, 06 ədəd sellofan bağlamada olan psixotrop maddə metamfetaminə oxşar maddələr, 01 ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə 01 ədəd göy rəngli sellofan torbada qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd Samsung markalı mobil telefon götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək üzərində narkotik vasitələr və psixotrop maddələr olmasa da bu gün İran İslam Respublikasının vətəndaşı “Emin” adlı şəxsdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş etdiyini, sifariş etdiyi narkotik vasitənin götürülməsində tanışı Təqsirləndirilən şəxs2 kömək etməsini, əvəzində Təqsirləndirilən şəxs2 da istifadə etmək üçün narkotik vasitə təklif etdiyini, həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs2 sol əlində saxladığı və baxışa təqdim etdiyi göy rəngli sellofan paketin içərisində olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon götürülmüşdür. Daha sonra Şahid6 və Şahid5 üzərinə baxış keçirilmişdir. Şahid6 və Şahid5 paltarında, əşyalarında və ya bədənində qanunsuz əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid6 və Şahid5 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, Şahid6 boz rəngli idman şalvarının sağ yan cibindən “İphone” markalı mobil telefonu, Şahid5 isə əynində olan şalvarının sağ yan cibindən “KGTGL” markalı mobil telefonu, şalvarının sol yan cibindən idarə etdiyi avtomobilin açarını təqdim etmişdir. Şahid6 və Şahid5 üzərindən aşkar edilmiş əşyalar onlara geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı "Emin" adlı şəxs tərəfindən ona narkotik vasitələr göndərildiyini, “Emin” adlı şəxsin narkotik vasitələrin olduğu yer barədə göndərdiyi konum vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs2la birlikdə Şahid5 idarə etdiyi avtomobil ilə getdiyini, Narkotik vasitəni “Emin” adlı şəxsin göstərişi ilə Nərimanov rayonu ərazisindən götürürək digər yerə qoyması əvəzində 20 qram metafetamin götürəcəyini, Təqsirləndirilən şəxs2 da kömək edəcəyi halda narkotik vasitədən istifadə etmək üçündə ona narkotik vasitə verəcəyini, narkotik vasitələrdən Təbrizin və onun məlumatının olmadığını, narkotik vasitə olan torbanın Təqsirləndirilən şəxs2 tərəfindən götürülməsindən sonra polis əməkdaşlarının onlara yaxınlaşmasını və həmin zaman özünün qaçaraq yıxılıb sol qaş nahiyəsindən xəsarət aldığını bildirdi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək Təqsirləndirilən şəxs2 sol əlində saxladığı və təqdim etdiyi göy rəngli sellofan torbanın içərisində narkotik vasitələrin tanışı Təqsirləndirilən şəxs1 tərəfində sifariş edildiyini Təqsirləndirilən şəxs1la birlikdə həmin sellofan torbanı götürdüyü halda Təqsirləndirilən şəxs1 tərəfindən ona narkotik vasitənin pay veriləcəyini, narkotik vasitələrdən Təbrizin və onun məlumatının olmadığını, narkotik vasitə olan torbanın özü tərəfindən götürülməsindən sonra polis əməkdaşlarının onlara yaxınlaşmasını və həmin zaman Təqsirləndirilən şəxs1 qaçaraq yıxılıb sol qaş nahiyəsindən xəsarət almasını bildirmişdir. Şifahi sorğu zamanı Şahid5 qonuşusu Şahid6la birlikdə özünün idarə etdiyi **-EU-*** qeydiyyat nişanlı, “Mercedes C 180” markalı avtomobilə onlara sürücülük xidməti göstərdiyini özünün və qonuşusu Şahid6 aşkar edilmiş narkotik vasitələrdən məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Şahid5 idarə etdiyi **-EU-*** qeydiyyat nişanlı, “Mercedes C 180” markalı avtomobildə narkotik vasitələr və psixotrop maddələr olmadığını, avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Şahid6 Şahid5 bildirdiklərini təsdiq edərək Şahid5 bizə idarə etdiyi **- EU-*** qeydiyyat nişanlı, “Mercedes C 180” markalı avtomobilə sürücülük xidməti göstərdiyini özünün və qonuşusu Şahid5 aşkar edilmiş narkotik vasitələrdən məlumatının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış və baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid5 idarə etdiyi avtomobilə baxış keçirilməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyətinə düşmüşdür. Baxışda Şahid5 və polis əməkdaşları iştirak etmişdir. Videoçəkilişlə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Şahid5 avtomobildə qanunsuz hər hansı əşya varsa təqdim etməyi təklif edilmişdir. Şahid5 da avtomobildə qanunsuz heçnə olmadığını bildirmişdir. Avtomobilə baxış keçirilsə də qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Buna görə də baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və protokol düzgün tərtib edildiyi üçün tərəfindən imzalanmışdır (İ cild, səh. 233-237). 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə 19 yanvar 2023-cü il tarixində əməliyyat məlumatı daxil olmuş, məlumat daxi olduqdan sonra əməliyyat qrupu yaradılmış, əməliyyatda dörd nəfər iştirak etmişlər və qrup üzvləri ilə birlikdə həmin tarixdə onların olması ehtimal edilən Nərimanov rayonu H.Əliyev prospekti istiqamətində hərəkət etmişlər və həmin vaxtı axşam təxminən saat 21 radələrində “Mercedes” markalı avtmobilin yaxınlığında iki nəfər şəxsin olmasını, həmin şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oxşar şəxslər olmasını görmüşlər. Onlara yaxınlaşaraq özlərini təqdim etmişlər, bu zaman Təqsirləndirilən şəxs1 qaçmaq istəmiş, lakin yıxılmış və səhv etmirsə qaş nayihəsindən xəsarət almışdır. Daha sonra tərəflərindən saxlanılmışdır. Həmin vaxt onların yanında iki nəfər də digər Təbriz və Ceyhun adlı şəxslər də olmuşdur. Onlar Baş İdarəyə gətirilmişlər, Baş İdarədə üzərlərinə baxış keçirilmişdir. Həmin Ceyhun və Təbriz adlı şəxslərin də üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 sol əlində saxladığı sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, sellofan torba açıldıqda içərisində qara rəngli sellofan torba, o da açıldıqda içində dörd ədəd bükümdə qara büküm, dörd ədəd bükümdə şəffaf bükümdə, dörd ədəd yenə də şəffaf büküm və bir ədəd də göy rəngli büküm aşkar edilmişdir. Bundan sonra 4 ədəd bükümə baxış keçirilən zaman içərisində heroinə oxşar maddə olması müəyyən edilmiş, 4 ədəd bağlama açıldıqdan sonra içərisində hər birindən iki ədəd bağlama aşkar edilmişdir. Ümumilikdə on iki ədəd bağlamadan bir ədəd narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar, 5 ədəd metamfetaminə oxşar maddə, 6 ədəd bağlamada isə narkotik vasit heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Aşkar edildikdən sonra təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu zaman Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri və psixatrop maddəni İran vətəndaşı Emin adlı şəxsin göstərişi ilə onun qoyduğu ünvandan birlikdə götürdüyünü, narkotik vasitə və psixatrop maddələri Təqsirləndirilən şəxs1 sifariş verdiyini, sadəcə Təqsirləndirilən şəxs2 götürdüyünü digər şəxslərin isə həmin narkotik vasitə və psixatrop maddələrdən məlumatlarının olmadığını qeyd etmişdir. Avtomobilə baxış zamanı heç bir şey aşkar olunmamışdır. 12.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 238-242). 13.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, həmin şəxslərin saxlanılması ilə bağlı onların əməkdaşlarına əməliyyat məlumatı daxil olmuş, qrup yaradılaraq, əmr tərtib olunmuş, həmin gün axşam saatlarında olduqları yer barədə məlumat daxil olmuşdur. Əməliyyatda dörd nəfər o, Elvin, Nurlan və Orxan iştirak etmişlər, qrupla bir yerdə çıxaraq Nərimanov rayonu ərazsində saxlayıb baş idarəyə gətirmişlər. Saxlayarkən iki nəfər kənar şəxs də olmuş, onları sərbəst buraxmışlar. Şəxsi axtarış videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə keçirilmişdir. Narkotik vasitə Yunusdan aşkar edilmiş, Məhəmməd özü də Yunusla bir yerdə getdiklərini qeyd etmişdir. Narkotik vasitə göy paketdə olmuş, dörd ədəd qara bağlamada və dörd ədəd də şəffaf paketdə olmuş, ümumilikdə 8 bağlama, 4 büküm olmuş, İran vətəndaşından əldə etdiklərini bildirmişlər. İstintaq hərəkətində müstəntiq, onlar və vəkil iştirak etmişlər. İdarəyə gətirildiksən sonra, saxlanılan zaman şəxslərə hər-hansısa zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs1 heç bir fiziki, psixi zorakılıq olmamışdır. 14.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 243-247). 15.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2023cü ilin yanvar ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotiv vasitələrin qanunsuz dövriyyəsi və satışı məqsədilə əldə olunub saxlanması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyatda dörd nəfər iştirak etmişlər. Əməliyyata Şahid1 rəhbərlik etmiş, həmin əməliyyat məlumatı əsasında qrupun rəhbəri tərəfindən deyilən ünvana istiqamətlənmişlər. Nərimanov rayonu, H.Əliyev prospektinə gedən zaman orada əvvəlcədən şəxsiyyətləri məlum olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 görmüşlər, yanlarında iki nəfər də digər şəxslər olmuşlar. Dərhal onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Baş İdarənin əməkdaşları olduqlarını bildirmişlər və onların özlərini təqdim etmələrini istəmişlər. Bu vaxt Təqsirləndirilən şəxs1 qaçmağa çalışmış və səhv etmirsə yıxılaraq xəsarat də almışdır. Daha sonra dörd nəfəri, iki nəfər bu şəxsləri, iki nəfər də yanlarında olan şəxsləri Baş İdarəyə aparmışlar. Təhqiqatçı tərəfindən hüquqlarını müdafiə etmələri üçün müdafiəçi dəvət edilmiş, ondan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış tədbiri həyata keçirilmiş, ilk öncə Təqsirləndirilən şəxs2 saxlanılan zaman əlində göy torba olmuş, axtarış zamanı təhqiqatçı tərəfindən üzərində hər-hansısa qanuni dövriyyəsi qadağan olunmuş əşya, predmetlərin olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs2 göy sellofan torbanı təqdim etmiş, lakin üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 məxsus torba açıldıqda qara sellofan torbanın içərisində müəyyən qədər kütlələrdə narkotik vasitə heroin, qurudulmuş marixuana və metamfitaminə oxşar psixatrop maddə olduğunu müşahidə etmişlər. Daha sonra digər şəxs Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılan zaman üzərində heç bir qanunsuz əşya olmadığını, lakin həmin maddənin əldə edilməsi zamanı İran vətəndaşı ilə əlaqə saxladığını, İran Respublikasının vətəndaşının bu məsələ ilə bağlı konum göndərdiyini və həmin konum əsasında Təqsirləndirilən şəxs2la birgə getdiklərini, orada əldə edəcəyi kütlələrdən müəyyən qədərinin ona qalacağını və Təqsirləndirilən şəxs2 istifadə üçün veriləcəyini bildirmişdir. Daha sonra Ceyhun və Təbriz adlı digər şəxslərin üzərinə baxış keçirilmiş, həmin şəxslər də bu işdən heç bir məlumatı olmadıqlarını, sadəcə həmin hadisə yerinə Ceyhunun avtomobili ilə getdiklərini, bununla bağlı şəxsi axtarış keçirilmiş və protokol tərtib edilərək tərəflərindən imzalanmışdır. Avtomobilə baxışda iştirak etmiş və heç bir şey aşkar edilməmişdir. 16.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 248-252). 17.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 19 yanvar 2023-cü ildə qonşusu Təbrizlə birlikdə olmuşdur. Bu zaman tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara yaxınlaşaraq onları da yol üstü idarə etdiyi avtomobil ilə Nərimanov rayonu, H.Əliyev prospektinə aparmağı xahiş etmişdir. O isə “Mercedes Benz C180” markalı, **- EU-*** nişanlı avtomobili idarə etmişdir. Razılıq verdikdən sonra dostu Təbrizi, Məhəmmədi və Yunusu götürüb həmin gün saat təxminən 20:40 radələrində onlar deyən ünvana çatmışdır. Bu zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşüb Təbriz və ona 5 dəqiqə gözləyin demişdir. Məhəmməd və Yunus getdikdən biraz sonra onun idarə etdiyi avtomobilin yanına gəlmişdir. Həmin vaxt Təbriz ilə birlikdə avtomobilin yanında olmuşdur. Yunus avtomobilin yanına çatanda görmüşdür ki, əlində bir ədəd göy rəngli sellofan torba vardır. Elə həmin vaxt bir neçə nəfər şəxs onlara yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirmişdir. Həmin vaxt Məhəmməd onların polis əməkdaşı olduğunu bilib qaçmaq istəyərkən ayağı daşa ilişərək büdrəyib yerə yıxılmışdır. Yerə yıxıldığı an sol qaş nahiyəsi yerə dəymiş və dərhal polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra polis əməkdaşları onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım oluğunu bildirmişdir. Etiraz etmədən onlarla birlikdə Baş İdarəyə getmişdir. Eyni zamanda idarə etdiyi “Mercedes Benz C180” markalı, 99- Ell-367 qeydiyyat nişanlı avtomobildə Baş İdarəyə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəkillər dəvət edilmiş və onların şübhəli şəxs qismində tutulduqları bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış, onun və Təbrizin üzərinə isə baxış aparılacağı bildirilmişdir. Şəxsi axtarış başlayan zaman Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində, eləcə də sol əlində saxladığı göy rəngli sellofan torbada qanunsuz hər hansı əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sol əlində saxladığı göy rəngli sellofan torbanın içərisində narkotik vasitələr olduğunu həmin narkotik vasitələrin saxlanılarkən yanında olan tanışı Təqsirləndirilən şəxs1 tərəfində sifariş edildiyini Təqsirləndirilən şəxs1 birlikdə həmin sellofan torbanı götürdüyünü bildirib, sol əlində saxladığı göy rəngli sellofan torbanı və əynində olan gödəkçənin sağ yan cibindən Samsung markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd göy rəngli sellofan torbanın içərisindən qara rəngli sellofan torba aşkar edilmişdir. Qara rəngli sellofan torba açılarkən sellofan torbanın içərisində 04 ədəd qara rəngli sellofan bağlama, 04 ədəd şəffaf rəngli sellofan bağlama və 04 ədəd şəffaf rəngli sellofan büküm, 01 ədəd göy rəngli yapışqan lent aşkar edilmişdir. 04 ədəd qara rəngli sellofan bağlama açılarkən qara rəngli bağlamaların hər birinin içərisində 02 ədəd şəffaf rəngli sellofan bağlama aşkar edilmişdir. 04 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. 12 ədəd sellofan bağlamalara baxış keçirilərkən 01 ədəd sellofan bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 05 ədəd sellofan bağlamanın içərisində psixotrop maddə metamfetaminə oxşar maddə, 06 ədəd sellofan bağlamanın içərisində narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Həmin maddələrə oxşamasını təhqiqatçı bildirmişdir. Narkotik vasitə və psixotrop maddələri tanımır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən başqa heçnə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 sol əlində saxladığı göy rəngli sellofan torbadan aşkar edilmiş 04 ədəd sellofan bükümdə və 06 ədəd sellofan bağlamada olan narkotik vasitə heroinə oxşar maddə, 06 ədəd sellofan bağlamada olan psixotrop maddə metamfetaminə oxşar maddələr, 01 ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə 01 ədəd göy rəngli sellofan torbada qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd Samsung markalı mobil telefon götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək üzərində narkotik vasitələr və psixotrop maddələr olmasa da bu gün İran İslam Respublikasının vətəndaşı “Emin” adlı şəxsdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş etdiyini, sifariş etdiyi narkotik vasitənin götürülməsində tanışı Təqsirləndirilən şəxs2 kömək etməsini, əvəzində Təqsirləndirilən şəxs2 da istifadə etmək üçün narkotik vasitə təklif etdiyini, həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs2 sol əlində saxladığı və baxışa təqdim etdiyi göy rəngli sellofan paketin içərisində olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon götürülmüşdür. Daha sonra onun və Şahid6 üzərinə baxış keçirilmişdir. Ona və Şahid6 paltarında, əşyalarında və ya bədənində qanunla qadağan edilmiş əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, və Təbriz üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmiş və Təbriz boz rəngli idman şalvarının sağ yan cibindən “İphone” markalı mobil telefonu, o, isə əynində olan şalvarının sağ yan cibindən “KGTGL” markalı mobil telefonu, şalvarının sol yan cibindən idarə etdiyi avtomobilin açarını təqdim etmişdir. Onun və Təbrizin üzərindən aşkar edilmiş əşyalar geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı “Emin” adlı şəxs tərəfindən ona narkotik vasitələr göndərildiyini, “Emin” adlı şəxsin narkotik vasitələrin olduğu yer barədə göndərdiyi konum vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs2la birlikdə Şahid5 idarə etdiyi avtomobil ilə getdiyini, Narkotik vasitəni “Emin” adlı şəxsin göstərişi ilə Nərimanov rayonu ərazisindən götürürək digər yerə qoyması əvəzində 20 qram metafetamin götürəcəyini, Təqsirləndirilən şəxs2 da kömək edəcəyi halda narkotik vasitədən istifadə etmək üçündə ona narkotik vasitə verəcəyini, narkotik vasitələrdən Təbrizin və onun məlumatının olmadığını, narkotik vasitə olan torbanın Təqsirləndirilən şəxs2 tərəfindən götürülməsindən sonra polis əməkdaşlarının onlara yaxınlaşmasını və həmin zaman özünün qaçaraq yıxılıb sol qaş nahiyəsindən xəsarət aldığını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək Təqsirləndirilən şəxs2 sol əlində saxladığı və təqdiq etdiyi göy rəngli sellofan torbanın içərisində narkotik vasitələrin tanışı Təqsirləndirilən şəxs1 tərəfində sifariş edildiyini Təqsirləndirilən şəxs1la birlikdə həmin sellofan torbanı götürdüyü halda Təqsirləndirilən şəxs1 tərəfindən ona narkotik vasitənin pay veriləcəyini, narkotik vasitələrdən Təbrizin və onun məlumatının olmadığını, narkotik vasitə olan torbanın özü tərəfindən götürülməsindən sonra polis əməkdaşlarının onlara yaxınlaşmasını və həmin zaman Təqsirləndirilən şəxs1 qaçaraq yıxılıb sol qaş nahiyəsindən xəsarət almasını bildirmişdir. Şifahi sorğu zamanı o, Təbriz ilə birlikdə idarə etdiyi **-EU-*** qeydiyyat nişanlı, “Mercedes C 180” markalı avtomobillə Yunus və Məhəmmədə sürücülük xidməti göstərdiyini, Təbrizin və onun aşkar edilmiş narkotik vasitələrdən məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı o, idarə etdiyi **-EU-*** qeydiyyat nişanlı, “Mercedes C 180” markalı avtomobildə narkotik vasitələr və psixotrop maddələr olmadığını, avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Təbriz onun dediklərini təsdiq edərək onun idarə etdiyi 99- EU-367 qeydiyyat nişanlı, “Mercedes C 180” markalı avtomobilə sürücülük xidməti göstərdiyini, aşkar edilmiş narkotik vasitələrdən məlumatının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış və baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və protokol düzgün tərtib edildiyi üçün tərəfindən imzalanmışdır. Bundan sonra idarə etdiyi avtomobilə baxış keçirilməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyətinə düşmüşdür. Baxışda o və polis əməkdaşları iştirak etmişdir. Videoçəkilişlə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı ona avtomobildə qanunsuz hər hansı əşya varsa təqdim etməyi təklif edilmişdir. O isə avtomobildə qanunsuz heçnə olmadığını bildirmişdir. Avtomobilə baxış keçirilsə də qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Buna görə də baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və protokol düzgün tərtib edildiyi üçün tərəfindən imzalanmışdır (İ cild, səh. 129- 132). 18.Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 133-136). 19.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 yanvar 2023-cü il tarixli, 6/371 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N6’’ dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs2 aşkar edilmiş..’’sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd göy rəngli sellofan torbada 5 ədəd sellofan bağlamada 205,3 qram, 277,7 qram, 214,6 qram, 42,1 qram, 56,3 qram ümumi təmiz çəkisi 796 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 10 ədəd sellofan bağlamada və bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 528 qram, 400,8 qram, 472,2 qram, 832,6 qram, 230,2 qram, 204,8 qram, 52,8 qram, 24,220 qram, 20,345 qram, 8,244 qram ümumi təmiz çəkisi 2774,209 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (İ cild, səh. 86-91). 20.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 yanvar 2023-cü il tarixli, 7/81 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sellofan bağlamada təmiz çəkisi 86,81 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (İ cild, səh. 92-95). 21.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 11 fevral 2023-cü il tarixli 760 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, səh. 84-85). 22.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 13 fevral 2023-cü il tarixli 773 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, səh. 86-87). 23.«Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 19 yanvar 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 sol əlində saxladığı göy rəngli sellofan torbanın içərisində narkotik vasitələr olduğunu həmin narkotik vasitələrin saxlanılarkən yanında olan tanışı Təqsirləndirilən şəxs1 tərəfində sifariş edildiyini, Təqsirləndirilən şəxs1la birlikdə həmin sellofan torbanı götürdüyünü bildirib, sol əlində saxladığı göy rəngli sellofan torbanı və əynində olan gödəkçənin sağ yan cibindən "Samsung” markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd göy rəngli sellofan torbanın içərisindən qara rəngli sellofan torba aşkar edilmişdir. Qara rəngli sellofan torba açılarkən sellofan torbanın içərisində 04 ədəd qara rəngli sellofan bağlama, 04 ədəd şəffaf rəngli sellofan bağlama və 04 ədəd şəffaf rəngli sellofan büküm, 01 ədəd göy rəngli yapışqan lent aşkar edilmişdir. 04 ədəd qara rəngli sellofan bağlama açılarkən qara rəngli bağlamaların hər birinin içərisində 02 ədəd şəffaf rəngli sellofan bağlama aşkar edilmişdir. 04 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. 12 ədəd sellofan bağlamalara baxış keçirilərkən 01 ədəd sellofan bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 05 ədəd sellofan bağlamanın içərisində psixotrop maddə metamfetaminə oxşar maddə, 06 ədəd sellofan bağlamanın içərisində narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 sol əlində saxladığı göy rəngli sellofan torbadan aşkar edilmiş 04 ədəd sellofan bükümdə və 06 ədəd sellofan bağlamada olan narkotik vasitə heroinə oxşar maddə, 06 ədəd sellofan bağlamada olan psixotrop maddə metamfetaminə oxşar maddələr, 01 ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd göy rəngli sellofan torbada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən'imzalanmışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 bildirdiklərini təsdiq edərək üzərində narkotik vasitələr və psixotrop maddələr olmasa da bu gün İran İslam Respublikasının vətəndaşı “Emin” adlı şəxsdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş etdiyini, sifariş etdiyi narkotik vasitənin götürülməsində tanışı Təqsirləndirilən şəxs2 kömək etməsini, əvəzində Təqsirləndirilən şəxs2 da istifadə etmək üçün narkotik vasitə təklif etdiyini, həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs2 sol əlində saxladığı və baxışa təqdim etdiyi göy rəngli sellofan paketin içərisində olduğunu bildirib əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bi ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı “Emin” adlı şəxs tərəfindən ona narkotik vasitələr göndərildiyini, “Emin” adlı şəxsin narkotik vasitələrin olduğu yer barədə göndərdiyi konum vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs2la birlikdə Şahid5 idarə etdiyi avtomobil ilə getdiyini, Narkotik vasitəni “Emin” adlı şəxsin göstərişi ilə Nərimanov rayonu ərazisindən götürürək digər yerə qoyması əvəzində 20 qram metafetamin götürəcəyini, Təqsirləndirilən şəxs2 da kömək edəcəyi halda narkotik vasitədən istifadə etmək üçündə ona narkotik vasitə verəcəyini, narkotik vasitələrdən Şahid5 və Şahid6 məlumatının olmadığını, narkotik vasitə olan torbanın Təqsirləndirilən şəxs2 tərəfindən götürülməsindən sonra polis əməkdaşlarının onlara yaxınlaşmasını və həmin zaman özünü qaçaraq yıxılıb sol qaş nahiyəsindən xəsarət aldığını bildirmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 bildirdiklərini təsdiq edərək Təqsirləndirilən şəxs2 sol əlində saxladığı və təqdim etdiyi göy rəngli sellofan torbanın içərisində narkotik vasitələrin tanışı Təqsirləndirilən şəxs1 tərəfində sifariş edildiyini Təqsirləndirilən şəxs1la birlikdə həmin sellofan torbanı götürdüyü halda Təqsirləndirilən şəxs1 tərəfindən ona narkotik vasitənin pay veriləcəyini, narkotik vasitələrdən Şahid5 və Şahid6 məlumatının olmadığını, narkotik vasitə olan torbanın özü tərəfindən götürülməsindən sonra polis əməkdaşlarının onlara yaxınlaşmasını və həmin zaman Təqsirləndirilən şəxs1 qaçaraq yıxılıb sol qaş nahiyəsindən xəsarət almasını bildirmişdir (İ cild, səh. 49-54). 24.«Baxış keçirmə haqqında» 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. xx/xx/2022-ci il tarixdə saat 04:30:00-da ***-***-**-** saylı mobil nömrədən 050-477- 76-74 saylı mobil nömrəyə “Sene and verirem balavin canina, neyinse varss mene 1 tike ver yunus. Cox pis agriyiram. Ayagivin altinda olum. Seher pul duz qow eliyib vererem sene. Yalvariram yunus, cox pisem. Men axi imkan vermemiwem sen lomkada bele eziyyet cekesen. sen nece mene qiyirsan bele eziyyeti”, xx/xx/2022-ci il tarixdə saat 14:26:18-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Xaiw edirem yunus 20den 7 m getir mene, pul yoxdu mende. Sene halaldida lomkada goydun meni getdin cox sag ol.”, xx/xx/2022-ci il tarixdə saat 23:04:51-də 055-202-59- 26 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ograsdi sen ne mraz insansan bele. Cehennem ol voobwe. Gorursen soyigdam donuram, lomkada bir yanan. 1 saniyelik weyi elemedinki, cindir. Mene eziuyyet ver bla”, xx/xx/2022-ci il tarixdə saat 16:54:47-də ***-***-**-** saylı mobil nömrədən +**********28 saylı nömrəyə “Ay qaqas soz danisdiq axi balamn cani atacam dedin ikinci kelme elemdim senen. İsdemirem 30 dene zad yad 15 denemi at yada pulu at qaytarimda camaatin pulun. Kankret yeke oğlansan elmede belee, Gagas bu nedi sen elirsen sene ne pisdiyim keçib menim alinmir tema, hell elemey pulumu ver men işimi gorum.vezyetim pisdi başa düş, Camaatnan elbeyaxa olmuşam qapima gelib pulunu istiyir ayibdi axi meni bele veziuyetde qoymusan, cavabda vermirsen”, xx/xx/2022-ci il tarixdə saat 12:23:05-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Piti varsa 5 m gotur verecem pulu”, xx/xx/2022-ci il tarixdə saat 17:45:03-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “8 0.5, 1.7 kola obwi 3 qram 0.5 pati” xx/xx/2022-ci il tarixdə saat 21:43:31-də ***-***-**-** saylı mobil nömrədən 055-200- 31-44 saylı mobil nömrəyə “Brat kolani 1.7 birde 0.3 qoy yoldayam gelem” tipli mesajlar yazılmışdır (İİ cild, səh. 24-30). 25.«Baxış keçirmə haqqında» 14 mart 2023-cü il tarixli il tarixli protokoldan görünür ki, X4 istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır.xx-xx-2022-ci il tarixdə saat 14:57:53də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Menim telfonu goturmuseni bariqa seni cox ****** mene oyun oynadi indi seni gozle seni ele bili oldun”, xx-xx-2022-ci il tarixdə saat 13:52:24-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “X16 X15 X14 X17 Vere Bilersen”, xx-xx-2022-ci il tarixdə saat 20:27:17-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa gele bilirem 20 lik daw qaw götürüm”, xx-xx-2022-ci il tarixdə saat 22:24:39-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Çatanda zeng eliyim? daw qaw qaqa 5 man da ot. 25 verecem. Sen etaga daw qawi dobru elesinde”, xx-xx-2022-ci il tarixdə saat 18:22:54-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qardaşım tema lazımdı xeber ele gelim deyim pul tapmışam”, xx-xx-2022-ci il tarixdə saat 22:32:27də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa 20 yanvar terefdeyem. İmkan var gelim 1 dene ot ver mene seher iwde ataram kartiva. İmkan varsa cavab de gozlemiyim burda”, xx-xx-2022-ci il tarixdə saat 21:33:02-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “QAQA GELİM BAZUKA BİRDE DAW QAW”, xx-xx-2022-ci il tarixdə saat 21:12:46-da ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Gelim bdene yari verde” tipli mesajlar yazılmışdır (İİ cild, səh. 77-83). 26.«Maddi sübut kimi tanıma haqqında» 22 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 2773,909 qram çəkidə narkotik vasitə heroin, 795,85 qram çəkidə psixotrop maddə metamfetamin, 86,79 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilmişdir (İ cild, səh. 228-229). 27.«Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında» 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ayrı-ayrı şəxslərə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqları olduğundan 3367 nömrəli məktubla "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinin matriallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs1 ayrı-ayrı şəxslərlə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqları olduğundan AZF/LGL-2296/23 nömrəli məktubla "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk öz xüsusiyyətinə, əamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış, baxış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işi materiallarında saxlanılmışdır (İİ cild, səh. 102-121). 28.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 31 iyul 2023-cü il tarixli məktubdan görünür ki, həbs edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onların adına tibbi kitabçalar açılmışdır. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 sorğu zamanı həbs olunan zaman zədə aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sol gözaltı nahiyyədə bənövşəyi rəngli qançır aşkar edilmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 sorğu zamanı zədə almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman qarnın ön-sol səthində köhnə çapıq toxuması aşkar edilmişdir. 29.Məhkəmə-tibbi ekspertizasının 21 yanvar 2023-cü il tarixli, 32/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinə zamanı aşkar edilmiş sol orbitaüstü nahiyənin qançırı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə, o cümlədən qaçarkən yıxılaraq küt əşyaya dəyməsi nəticəsində yarana bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir (İİ cild, səh. 88-91). 30.Məhkəmə-tibbi ekspertizasının 21 yanvar 2023-cü il tarixli, 31/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun bir xəsarət aşkar edilməmişdir (İİ cild, səh. 92-95). 31.«Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizə əsaSında toplanmış 155-C-23 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (İİ cild, səh. 98-101). 32.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 20). 33.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 19 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 37). 34.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2023-cü il tarixli, 4(005)- 84/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 19 yanvar 2023cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 210-215). 35.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2023-cü il tarixli, 4(005)- 83/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 19 yanvar 2023cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 216-221). 36.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 31-32). 37.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 33-34). Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 38.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 39.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 40.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 41.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibləri vardır və onların törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 42.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 43.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 44.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 45.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 46.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 47.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 48.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 49.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Həmin siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 50.Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiələri üçün gətirdikləri dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 51.Təqsirləndirilən şəxslərin şəxsi axtarışları barədə videoçəkilişlərin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. Həmin istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aşkar edilərək götürülmüş narkotik vasitənin onlara məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 52.Beləliklə məhkəmə təqsirləndirilən şəxslərin məhkəməyədək icraat dövründə şəxsi axtarışlarının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 53.Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadələrində göstərdikləri xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Eyni zamanda, «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 04 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizə əsaında toplanmış 155-C-23 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 54.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 55.Məhkəmə təqsirləndirilən şəxslərin narkotik vasitənin satışı ilə məşğul olmaması ilə əlaqədar ifadələrinə münasibətdə isə onu qeyd edir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə və təqsirləndirilən şəxs X4 istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid olan məlumatlara baxış zamanı narkotik vasitə satışı ilə bağlı sms yazışmalarının olması, təqsirləndirilən şəxslərin həmin narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 56.Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 57.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 58.Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 59.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 60.Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 61.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 62.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 64.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 65.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 67.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 68.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 69.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 70.Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 71.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 72.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 73.Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 74.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 75.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduqları - 19 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. 76.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. 77.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 78.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 79.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2773,909 qram çəkidə narkotik vasitə heroinin, 795,85 qram çəkidə psixotrop maddə metamfetaminin və 86,79 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 01 ədəd DVD formatlı diskin və 02 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir.. 80.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 81.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 82.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 137 (yüz otuz yeddi) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 83.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı 19 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı 19 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 137 (yüz otuz yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış, 2773,909 qram çəkidə narkotik vasitə heroin, 795,85 qram çəkidə psixotrop maddə metamfetamin və 86,79 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd DVD formatlı disk və 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar