Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-322/2020 23.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X4, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, « 23 » iyul 2020-ci il Bakı şəhərində xx xxxxx 1976-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 A ünvanında qeydiyyatda olmaqla, ünvan 4, mənzil 23 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 145.2.5, 145.2.6, 221.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2012-ci ildən qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs işlədiyi Azərbaycan Tibb Universitetin Normal fiziologiya kafedrasının kişi müəllimləri ilə intim münasibətdə olmasından şübhələnərək, xx xxxx 2019-cu il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadıqları mənzilə gəldikdən sonra Zərərçəkmiş şəxs olan mənzilin açarı və sonuncunun istifadəsində olan mobil telefonunu zorla əlindən alıb istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib gəzdirməklə, yaşadığı həmin mənzildə saxladığı tapança, habelə silah kimi istifadə etdiyi təsərrüfat-məişət təyinatlı bıçaqla, Zərərçəkmiş şəxs öldürməklə hədələyib, əl və ayaqlarını kəndirlə bağlayaraq, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək, növbəti gün, xx xxxx 2019-cu il saat 17 radələrinə kimi Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq həmin mənzildə saxlamaqla, qanunsuz azadlıqdan məhrum etmiş, xx xxxx 2019-cu il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs xilas olmaq üçün su içmək adı ilə mənzilin mətbəx otağına keçib orada pəncərənin açıq olmasından istifadə edərək alt paltarlarında pəncərədən binanın qarşısına tullanıb qaçdıqda, sonuncunun hərəkətlərindən daha da hiddətlənərək, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gələrək, mətbəxin pəncərəsindən düşməklə Zərərçəkmiş şəxs arxası ilə qaçmış, sonuncu ünvan 2 nömrəli ünvanda yerləşən ərzaq dükanında ondan gizləndikdə saat 17:27 radələrində ictimai yer olan həmin dükana daxil olub rəflərin arxasında Zərərçəkmiş şəxs aşkar edərək dükanda olan insanların gözü qarşısında Zərərçəkmiş şəxs üzərinə hücum edərək, odlu silah olan tapançanı çıxarıb nümayiş etdirməklə istifadə edərək Zərərçəkmiş şəxs yerə yıxıb baş və bədən nahiyələrinə yumruq və təpiklə, habelə tapançanın dəstəyi ilə zərbələr endirərək zor tətbiq edib sonuncuya xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, bundan sonra qəsdən öldürmək məqsədilə tapançanı yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs baş nahiyəsinə tuşlayıb bir dəfə atəş açmış, lakin Zərərçəkmiş şəxs sağ əlini atəş açılan istiqamətdə tutaraq özünü müdafiə etdiyi üçün güllə sonuncunun sağ əlinə dəydiyindən niyyətinə nail ola bilməyib, məqsədinə çatmaq üçün ayaqları ilə Zərərçəkmiş şəxs ayaqlarını aralayaraq, sonuncunun cinsiyyət orqanının yerləşdiyi nahiyəyə tuşlayıb yenidən bir dəfə atəş açmış, lakin Zərərçəkmiş şəxs yerdə atəşlərdən yayınmaqla güllənin sağ bud nahiyəsinə dəyməsi nəticəsində sonuncuya üç ədəd odlu silah yaralanması ilə nəticələnən, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs ona müqavimət göstərərək atəşlərdən yayınması və vaxtında tibb müəssisəsinə çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyindən, sonuncunu həyatdan qəsdən məhrum etməyə yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmiş və dükandan küçəyə çıxıb, ətrafda insanların sıx toplaşdığı yerdə tapança ilə havaya bir dəfə atəş açaraq qərəzli xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu ildə arvadından rəsmi qaydada ayrıldıqdan sonra Zərərçəkmiş şəxs ilə tanış olmuş, onunla görüşməyə başlamışlar. Şəhla həyatında yalnız bir hərbçi ilə intim münasibətinin olduğunu, ciddi münasibətləri olsa da, yola getmədiklərinə görə ayrıldığını demişdir. Zərərçəkmiş şəxs normal düşüncəli, əxlaqlı bir qadın kimi tanıyıb ona birlikdə yaşamağı təklif etdikdə etiraz etməmiş və onlar 2012-ci ildən etibarən Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə, 2015-ci ilin aprel ayının əvvəllərindən isə anasının adına olan ünvan 4 ünvanında binanın birinci mərtəbəsindəki iki otaqlı, 23 nömrəli mənzildə qeyri-rəsmi ər-arvad kimi yaşamışlar. 2018-ci ildə Zərərçəkmiş şəxs mobil nömrəsinə bilinməyən nömrədən zənglər gəldiyinə görə ondan şübhələnməyə başlamışdır. Bu barədə soruşduqda, Zərərçəkmiş şəxs əvvəlcə boynuna almamış, lakin sonuncuya guya telefon danışıqlarını, mesajlarını izlədiyini dedikdə, Zərərçəkmiş şəxs ona əvvəllər danışdıqlarının yalan olduğunu etiraf edib, hərbçi ilə deyil, təxminən 15 il əvvəl Azərbaycan Tibb Universitetinin yaxınlığında yerləşən, müayinə üçün getdiyi, adını bilmədiyi dispanserdə, Azərbaycan X3 fiziologiya kafedrasında müəllim işləyən Şahid3 adlı həkimin yanına qohumlarının vasitəsi ilə müalicəyə getdiyini və Şahid3 ona təcavüz etdiyini, sonradan isə onu həmin fakültənin laboratoriyasına işə düzəltdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ona bunları dedikdə əsəbiləşmiş və bu məsələni dəqiqləşdirmək məqsədilə Zərərçəkmiş şəxs telefon nömrəsini alıb Şahid3 zəng edərək özünü təqdim etmişdir. Şahid3 Zərərçəkmiş şəxs ilə aralarında intim münasibətinin olmasını xəbər aldıqda sonuncu etiraf etməmiş, buna görə də Azərbaycan Tibb Universitetinə gedib Şahid3la görüşüb söhbət etsə də, sonuncu yenə də belə bir şeyin olmadığını bildirmişdir. xx xxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs işə getmiş və saat 14 radələrində evə qayıdanda ona Tibb Universitetində işləməsini istəmədiyini bildirmişdir. Şəhla etiraz etmiş və demişdir ki, gedib anasına olanları danışacaq. Buna görə də Şəhlanın mobil telefonunu əlindən almışdır. xx xxxx 2019-cu il onlar yaşadıqları mənzildən çıxmamış, həmin vaxt Zərərçəkmiş şəxs ilə yataq otağında uzanmışdır. Saat 17:30 radələrində Zərərçəkmiş şəxs onun yatdığımı güman edib sakitcə qapıdan çıxıb getmişdir. O, çarpayıdakı döşəyin atında saxladığı «CZ-45» markalı tapançanı götürüb onun dalınca çıxmışdır. Sağ tərəfə baxdıqda Zərərçəkmiş şəxs binaların arasına tərəf qaçdığını görüb sonuncunun arxası ilə qaçmış və tanımadığı adamların təəccüblə yaşadığı binanın arxasındakı ərzaq dükanına tərəf baxmalarına görə Zərərçəkmiş şəxs həmin dükanda gizləndiyini başa düşmüşdür. Dükana daxil olduqda satıcı qadın ondan nə axtardığımı soruşmuş, o, satıcıya öz işi ilə məşğul olmasını bildirmiş, içərini axtardıqda Zərərçəkmiş şəxs rəflərin arxasında gizləndiyini görmüş, Zərərçəkmiş şəxs onu görən kimi qaçıb dükandan çıxmaq istədikdə onu tutaraq onunla getməsini tələb etmişdir. Zərərçəkmiş şəxs evə getməyini demiş və o, onu qorxutmaq niyyəti ilə sağ cibindən tapançanı çıxarıb Zərərçəkmiş şəxs tərəf atəş açmış, güllə sonuncunun sağ əlindən dəymiş, lakin yenə də əsəbi soyumadığı üçün bu dəfə Zərərçəkmiş şəxs ayaqlarının arasından atəş açmışdır. Bundan sonra küçəyə çıxmış və həmin vaxt özündə olmadığı üçün tapança ilə havaya bir dəfə də atəş açmış, bir qədər orada olduqdan sonra yaşadığı mənzilə getmişdir. Bir neçə saatdan sonra qardaşı ilə əlaqə saxlamış və sonuncu ilə birlikdə Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-ə gedərək cinayətin aləti olan tapançanı polis şöbəsinin əməkdaşlarına təqdim etmişdir. Həmin silahı qəbirsanlıqdan 2-3 ay əvvəl tapmışdır və heç bir yerdə istifadə etməmişdir. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmayıb, Şəhlanı istəsə idi öldürərdi. Atəşi qəsdən yerə açmışdır. Onun məqsədi Şəhlanı qorxutmaq olmuşdur. O,Şəhlanın saçlarını kəsməyib,onu döyməyib,xəsarət yetirməyib və üzərinə “zelyonka” tökməyib. Özünü ona verilən ittihamda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təqsirli bilmir, yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələri üzrə təqsirli bilir. İbtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi özünün qismən də olsa etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertizaların rəyləri və cinayət işi üzrə toplanmış digər materiallarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdə Təqsirləndirilən şəxsla tanış olarkən ona ərdə olmasa da, qızlıq pərdəsinin tamlığının pozulduğunu demiş, yaxın münasibət yaratdıqdan sonra 2012-ci ilin yay aylarından etibarən kirayədə, 2015-ci ildən etibarən isə Təqsirləndirilən şəxs anasına məxsus ünvan 4, mənzil 23 ünvanında ərarvad kimi yaşamışlar. X3 fiziologiya kafedrasında müəllim işləyən Şahid3 illər öncə ona təcavüz etdiyi üçün onu bağışlamadığını və gec-tez ona qarşı işlətdiyi cinayətə görə cavab verəcəyini bildirmişdir. Şahid3 onu universitetdən uzaqlaşdırmaq üçün gizli nömrələr ilə ona zəng elətdirməyə başlamışdır. Buna görə də evdə Namiqlə söz-söhbət başlamışdır. O,məcbur olub Namiqə 15 il əvvəl Azərbaycan Tibb Universitetinin yaxınlığında yerləşən, müayinə üçün getdiyi dispanserdə Şahid3 ona təcavüz etdiyini danışmışdır. Bundan əsəbləşən Namiq bunu aydınlaşdırmaq üçün Universitetə gedib Şahid3la söhbət etmiş, lakin Əhməd hər şeyi təkzib etmişdir. xx xxxx 2019-cu il tarixdə saat 14 radələrində işdən evə gəldikdə Namiq ona artıq orada işləməyini istəmədiyini demiş və onlar mübahisə etmişlər. O,Namiqə demişdir ki, bu barədə anasına deyəcək ki, onunla iş barəsində danışsın. Bundan əsəbləşən Namiq telefonunu əlindən almış və qapını bağlamıdır ki, anasına ailə münaqişəsi barədə danışmasın. xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxsla evdə olmuşlar. Onun yatdığını zənn edib evdən qaçıb qaynanasına zəng vuraraq olanlar barədə xəbər vermək qərarına gəlmişdir. Onun evdən çıxmağını eşitməməsi üçün ev paltarında ayaqyalın evdən qaçaraq yaxınlıqda yerləşən ərzaq dükanına daxil olmuşdur. Orada işləyən, Şahid1 qaynanasına zəng vurmaq istədiyini deyərək, onu gizlətməsini xahiş etmiş və rəflərin arxasında gizlənmişdir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs dükana daxil olub onu tapmış və evə getməyini bildirmişdir. Namiq şalvarının sağ cibindən tapançanı çıxarıb atəş açmış və ona müqavimət göstərdiyi üçün güllə onun sağ əlinə dəymişdir. Namiq əsəbi soyumadığında ikinci atəşi ayaqlarının arasından açmışdır. Bu zaman huşunu itirmişdir. İstintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Namiq onu heç vaxt təyziq altında saxlamayıb və heç vaxt onun saçını kəsməyib. Uşağı olmadığından o hormonal dərmanlar içdiyi üçün saçı tökülüb ona görə də tez-tez saçını kəsib parik taxmışdır. Namiq onu döyməyib,üzərinə “zelyonka” tökməyib. O, pəncərədən ona görə çıxmışdır ki, qapı açılsaydı Namiq evdən çıxdığını anlayacaqdı. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 17:30 radələrində işlədiyi dükanda müştərilər olan zaman əynində mayka və tuman olan, paltarları qana bulaşmış, ayaqyalın, üz-gözündə, başında, bədənin hər yerində xəsarətlər, göyərmə yerləri olan qadın təlaş içində dükana daxil olub ona yaxınlaşaraq «xahiş edirəm mənə köməklik edin, gizlənməyə yer tapın, ərim məni öldürəcək» sözlərini demişdir. Həmin qadının arabir əri ilə birlikdə onun işlədiyi dükandan alver edən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs polisə getməsini bildirmiş, telefon ilə özü də, polisə məlumat vermək istəsə də, cərəyanı bitdiyi üçün, telefonunu cərəyana qoymuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs dükanın içərisində olan sanitar qovşağı istiqamətində gedib rəflərin arxasında gizlənmiş, o, sonuncuya yaxınlaşıb yenə də polisə getməsini bildirdikdə, Zərərçəkmiş şəxs ərindən qorxduğunu, küçəyə çıxsa ərinin onu öldürə biləcəyini, bir qədər gizlənib əri getdikdən sonra özünün də çıxıb qayınanasının yaşadığı mənzilə gedəcəyini demişdir. Bundan sonra kassaya tərəf qayıtdıqda əynində qırmızı rəngli qısaqol köynək və cins şalvar olan, əlləri cibində, ayaqyalın, sonradan adını bildiyi Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs dükana daxil olmuş və dükanın içərisində Zərərçəkmiş şəxs axtarmağa başlamışdır. Təqsirləndirilən şəxs bir neçə saniyədən sonra Zərərçəkmiş şəxs tapıb boynundan və paltarından tutaraq dükanın girişi istiqamətində gətirmiş, həmin vaxt Zərərçəkmiş şəxs yerə yıxılmış, Təqsirləndirilən şəxs yumruq və təpiklə Zərərçəkmiş şəxs baş, bədən və ayaq nahiyələrinə zərbələr endirmişdir. Onlara yaxınlaşıb ayırmağa çalışdıqda Təqsirləndirilən şəxs ona «çəkil qırağa, öz işinlə məşğul ol» sözlərini demişdir. O, Təqsirləndirilən şəxs əlində qara rəngli tapançanı görüb qorxmuş, bir qədər kənara çəkilmişdir.Namiq Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər edərək ona «ayağa qalx, fahişə, sən bunu istəyirdin?» sözlərini təkrarlayıb tapançanı Zərərçəkmiş şəxs baş nahiyəsinə dirəyərək «səni öldürəcəm fahişə» sözlərini demiş və tapançanın dəstəyi ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə güclü zərbə vurmuşdur. Bundan sonra atəş açıb yerdə olan Zərərçəkmiş şəxs sağ əlindən vurmuş, Zərərçəkmiş şəxs əlindən qan axmağa başlamış, Zərərçəkmiş şəxs yalvararaq Təqsirləndirilən şəxs «xahiş edirəm eləmə, çox ağrıdır» sözlərini demiş, bir anlıq Təqsirləndirilən şəxs dükanın qapısını açıb yenidən geri qayıtmış, ayaqları ilə Zərərçəkmiş şəxs ayaqlarının aralamış, tapançanı onun cinsiyyət nahiyəsinə tuşlayıb atəş açmışdır. Artıq bundan sonra Zərərçəkmiş şəxs tam hərəkətsiz vəziyyətdə olmuş, yalnız qışqırıraraq kömək diləmişdir. Təqsirləndirilən şəxs ikinci dəfə atəş açdıqdan sonra soyuducudan bir ədəd energetik içki götürüb dükandan çıxmışdır.O,Zərərçəkmiş şəxs ölümcül vəziyyətdə olmasına görə küçəyə çıxıb ətrafda olan adamları köməyə çağırarkən Təqsirləndirilən şəxs dükanın qarşısında dayanıb tapançadan havaya bir dəfə də atəş açmış və qışqıraraq «ay camaat, Şəhla fahişədir, ölməlidir, o buna layiqdir» sözlərini demişdir. Təqsirləndirilən şəxs müraciət edərək, Zərərçəkmiş şəxs kömək etmək lazım olduğunu, öləcəyini dedikdə, sonuncu yenə «qoy ölsün, onun haqqıdır» sözlərini təkrar etmişdir. Bundan sonra telefonunu cərəyandan götürüb hadisə barədə polisə məlumat vermiş, bir neçə dəqiqə sonra polis, ondan sonra isə təcili tibbi yardım stansiyasının əməkdaşları həmin yerə gəlmiş və həkimlər Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1994-cü ildən etibarən Psixi-Sağlamlıq mərkəzində həkim-nevroloq işləmiş, təxminən 2000-ci illərdə hazırda dünyasını dəyişmiş Əyyub adında iş yoldaşı ona müraciət edərək, kirvələrinin qızı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs əsəb problemləri olduğunu, sonuncunu ona göstərmək istədiklərini bildirmişdir. Razılıq verdikdən sonra Zərərçəkmiş şəxs mərkəzə gəlmiş, ensofaloqrafiya otağında Zərərçəkmiş şəxs qəbul edib müayinə etdikdən sonra sonuncuda nevroz xəstəliyinin əlamətlərini müşahidə etdiyindən nanə-cövhər, karvalol və başqa bir neçə maye formalı dərmanları təyin etmiş, Zərərçəkmiş şəxs onun yanında olduğu dövrdə sonuncuya hər hansı dərman verməmiş, hər hansı inyeksiya aparmamışdır. Bundan sonra Əyyub həkimin xahişi ilə Zərərçəkmiş şəxs Azərbaycan X3 fiziologiya kafedrasında kafedra müdirinin katibəsi vəzifəsinə işə qəbul edilmiş, təxminən 10 il katibə işlədikdən sonra laborant vəzifəsinə təyin edilmişdir. Hadisədən təxminən bir il əvvəl Zərərçəkmiş şəxs həyat yoldaşı kimi özünü təqdim edən bir oğlan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona telefonla zəng edərək, yüksək tonla, nalayiq söyüşlərdən istifadə etməklə danışıb onu görüşə dəvət etmişdir. Bundan bir gün sonra isə işlədiyi kafedraya gələrək orada səs-küy salmış, onunla söhbət etmək üçün küçəyə çağırmış, onlar birlikdə küçəyə çıxıb universitetin 4-cü korpusunun komendant otağında söhbət etmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs onunla intim münasibətinin olmasından şübhələndiyini bildirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında heç bir əlaqənin olmadığını, sonuncunun əxlaqlı qadın olduğunu demişdir. Bir müddət söhbət etdikdən sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs gördükdə sonuncuya iradını bildirmiş, ərinin onunla yüksəs tonla, kobud formada danışmasını və guya onunla intim əlaqədə olmalarını bildirməsini demişdir. Zərərçəkmiş şəxs üzrxahlıq edərək, Təqsirləndirilən şəxs narkotik vasitələr istifadəçisi olduğunu, onunla görüşərkən özündə olmadığını bildirmişdir.O, Təqsirləndirilən şəxs təhlükəli bir insan olmasını düşünüb barəsində Bakı şəhəri, Nəsimi RPİ-nin 20-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin, Zərərçəkmiş şəxs ailə üzvləri ona zəng edərək Təqsirləndirilən şəxs hərəkətlərinə görə üzr istəyib sonuncunu bağışlamasını, şikayəti geri götürməsini xahiş etmiş, ona görə də şikayətinin olmaması barədə ərizə ilə müraciət etmişdir. xx xxxx 2019-cu il tarixdə işə gəldikdə, kafedrada baş laborant işləyən X6 İbrahimovun Zərərçəkmiş şəxs döydüyünü, başına və bədəninə yaşımtıl məhlul tökdüyünü, bundan sonra Zərərçəkmiş şəxs qaçıb dükanda gizləndikdə Təqsirləndirilən şəxs onun arxası ilə dükana girib tapançadan atəş açaraq Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 14 ildir ki, Azərbaycan Tibb Universitetin Normal fiziologiya kafedrasında laborant vəzifəsində işləmiş, həmin kafedrada laborant işləyən Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs bir neçə il əvvəl sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə kafedraya gəlmiş, sonuncunu onlarla tanış edib əri olduğunu bildirmişdir. xx xxxx 2019-cu il tarixdə səhər işə gəldikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tapançadan atəş açıb vurduğunu, sonuncunun xəstəxanaya yerləşdirildiyini eşitmişdir.O, hadisədən bir neçə gün sonra Zərərçəkmiş şəxs yanına xəstəxanaya getmiş, həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hadisədən əvvəl onu yaşadıqları mənzildə döydüyünü, əl-qolunu və mənzilin qapısını bağlayıb mənzildə saxladığını, saçlarını kəsdiyini, başına yaşımtıl məhlul tökdüyünü, imkan taparaq mənzilin pəncərəsindən qaçıb yaxınlıqda yerləşən ərzaq dükanında gizləndikdə isə Təqsirləndirilən şəxs onun arxası ilə dükana daxil olub özündə olan tapançadan ona atəş açdığını demişdir. Zərərçəkmiş şəxs həqiqətən də saçları kəsilmiş, başı və sifəti yaşımtıl məhlula boyanmışdır. Zərərçəkmiş şəxs başqa kişilərlə görüşüb-görüşməməsi, işlədiyi kafedranın müəllimi Şahid3 ilə aralarında nə kimi münasibətləri olması, əsəb problemləri ilə əlaqədar Şahid3 müraciət etməsi və sonuncunun nə vaxtsa Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasını eşitməmişdir. Bir dəfə Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs kafedraya gəlib Şahid3la görüşməsindən məlumatı olsa da, bunun səbəbini bilməmiş, Zərərçəkmiş şəxs kafedrada dosent işləyən Azər Vələdov və baş müəllim işləyən Şahmar Məmmədov ilə, eləcə də sonuncuların kafedrada laborant işləyən qadınlarla intim münasibətdə olması barədə Təqsirləndirilən şəxs dedikləri uydurma olmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 1542 nömrəli rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 28/616 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində sol baldırın ön səthinin sıyrığı və sağ ayaqaltı nahiyəsinin kəsilmiş yarası xəsarətləri olmuş, sol baldırın ön səthinin sıyrığı xəsarəti bərk küt əşyanın, sağ ayaqaltı nahiyəsinin səthi kəsilmiş yarası isə hər hansı bir iti əşyanın təsirindən törənmişdir. Həmin xəsarətlərin xx xxxx 2019-cu il tarixdə alınmaları mümkündür, həm ümumilikdə, həm ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə, sağ ayaqaltı nahiyəsində olan xəsarət isə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni ayaqyalın halda küçədə gedərkən ayağının şüşəyə ilişib kəsilməsi nəticəsində əmələ gəlməsinin mümkünlüyü istisna edilmir. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 676 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sağ budun yuxarı 1/3-nin iç səthinin bir ədəd, sağ sağrının aşağı iç nahiyəsinin bir ədəd, sağ əlin arxa səthinin bir ədəd, cəmi üç ədəd odlu silah yaraları, sağ çənəaltı nahiyəsinin kəsilmiş yarası, sol təpə nahiyəsinin səthi deşilmiş yaraları və boynun sağ yan nahiyəsinin sıyrığı xəsarətləri olmuşdur. Sağ budun yuxarı 1/3-nin iç səthində olan yara odlu silah yaralanmasının giriş, sağ sağrının aşağı iç səthində olan yara isə çıxış dəliyi olaraq dəlib-keçən, sağ əlində olan yara isə kor odlu silah yaralanması olmuşdur. Qeyd edilən yaralar patronu güllə (mərmi) ilə doldurulmuş odlu silahdan, atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən açılmış iki atəş nəticəsində əmələ gəlmiş, sağ bud nahiyəsindəki yaraya görə atəşin istiqaməti öndən-arxaya, azca soldan-sağa və bir qədər yuxarıdan-aşağıya, sağ əlində olan yaranın lokalizasiyasına görə atəşin istiqaməti arxadan-önə doğru olmuşdur. Lakin əl insan bədəninin hərəkətli hissəsi olduğu üçün, həmin atəşin istiqaməti bədənə nisbətdə müxtəlif ola bilərdi, sağ çənəaltı nahiyəsində olan kəsilmiş yara hər hansı bir iti kənara malik əşyanın, o cümlədən, qərarın təsviri hissəsində göstərilən xəncərin iti kənarının təsirindən, sol təpə nahiyəsində olan səthi deşilmiş yaralar hər hansı bir en kəsiyində məhdud ölçülü deşici əşyanın (əşyaların), o cümlədən qərarın təsviri hissəsində göstərilən qayçının uc hissəsinin (qayçının qapanmış vəziyyətdə olmaqla) təsirindən, boynun sağ yan nahiyəsindəki sıyrıq isə küt əşyanın təsirindən törənə bilərdilər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş bütün xəsarətlər qərarın təsviri hissəsində göstərilən müddətdə alınmaları mümkündür, dərəcələrinə görə, odlu silah yaralanmaları və kəsilmiş yara həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə (sol təpə nahiyyəsində olan səthi yaralar və boynun sağ yan nahiyəsində olan sıyrıq) həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində, digər qrup, o cümlədən hündürlükdən və ya şəxsin öz boyu hündürlüyündən yıxılmağa xarakterik xəsarətlər aşkar edilməmişdir. Sonuncu xəsarətləri alan zaman müxtəlif duruş vəziyətlərində (ayaqüstə, oturmuş, yarıuzanmış, uzanmış və s.) və xəsarət yetirilən şəxslə müxtəlif qarşılıqlı (üz-üzə, yan-yana və s.) vəziyyətlərdə ola bilərdi. Fiziki-kimyəvi ekspertizasının xx xxxx 2019-cu il tarixli 17749 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd kağız parçası, bir manatlıq əskinaz, altı ədəd falqa kağızının kəsikləri, şüşə kolbacıq və siqaret kötüyündə psixotrop maddə olan metamfetaminin izləri vardır. Məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 1508 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Hazırda, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. İstintaqa verdiyi ifadədə və hal-hazırki müayinə gedişatında verilən sualları cavablandırdığı zaman, hadisəni törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) halında olması izlənilmir. Məhkəmə-ballistik ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 17745/17746/17747/17748 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah Çexoslovakiyada zavod üsulu ilə istehsal edilmiş 6,35 mm kalibrli olmaqla, 129017 nömrəli, «CZ-45» markalı tapançadır, yivli-odlu silahdır, texniki cəhətdən sazdır, atəş açmaq üçün yararlıdır. Tapançanın üzərindəki işarələrdə və təyinatında əlavə və dəyişikliklər edilməmişdir. Beş ədəd giliz 6,35 mm kalibrli olmaqla, həmin kalibrə malik «CZ-45» markalı və uyğun kalibrli tapançalarda istifadə edilən, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patronun atəşlə ayrılmış hissələridir-gilizlərdir, həmin gilizlərdən dörd ədədi 129017 nömrəli tapançadan atılmışdır. Digər bir ədəd «5» rəqəmi ilə işarələnmiş gilizin dib hissəsində piston olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır və onun hər hansı bir silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün olmamışdır. İki ədəd güllə 6,35 mm kalibrli olmaqla, həmin kalibrə malik «CZ-45» markalı və uyğun kalibrli tapançalarda istifadə edilən, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən patronun atəşlə ayrılmış hissələridir-güllələridir, həmin güllələr 129017 nömrəli tapançadan atılmışdır. Bir ədəd predmet altı ədəd 6,35 mm kalibrli patron tutumuna malik, «CZ-45» markalı 129017 modelli tapançada istifadə edilmək üçün nəzərdə tutulmuş sandıqcadır, işlək vəziyyətdə olmaqla istifadəyə yararlıdır. Bir ədəd predmet zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı bıçaqdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. Bir ədəd predmet zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qayçıdır, soyuq silah hesab edilmir. Zərərçəkmiş şəxs məxsus bir ədəd alt tuman, bir ədəd ağ qırmızı rəngləri olan mayka və hadisə yerindən götürülmüş bir ədəd qırmızı rəngli qısaqol köynək üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmaya xarakterik zədə yoxdur. Silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən, həmin silahdan sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmış, atəşdən sonra silah təmizlənməmiş və yağlanmamışdır. Müvafiq elmi metodika olmadığından açılan atəşlərin vaxtını və sayını müəyyən etmək mümkün olmamışdır. Bir ədəd alt tumanı, bir ədəd ağ qırmızı rəngləri olan mayka və hadisə yerindən götürülmüş bir ədəd qırmızı rəngli qısaqol köynək üzərində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs məxsus maykanın üzərində rəyin təsviri hissəsində şərh olunan mexaniki zədənin yerləşdiyi yeri və ölçüsü verilmişdir. Həmin zədə fiziki qüvvənin təsirindən dartılma nəticəsində yarana bilən cırılma zədəsi olmaqla, onun qarşılıqlı mübarizə zamanı yaranması istisna edilmir. Məhkəmə tibbi-bioloji ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 498/2019 MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd elektrik naqili, kəndir, bir ədəd xəncərin tiyəsi, bir ədəd qayçı, iki ədəd çubuqlu pambıq tampon, bir ədəd mələfə, iki ədəd balış üzü, Zərərçəkmiş şəxs məxsus qadın köynəyi, qısaqol mayka üzərində olan ləkələrdə insan qanı aşkar olunmaqla, bu qan ləkələri O alfa, beta (İ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bir ədəd xəncərin dəstəyi və Zərərçəkmiş şəxs məxsus bir ədəd qadın tumanı üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Hadisə yerindən götürülmüş obyektlər insanın baş tükləri olmaqla, həmin tüklər, öz aralarında və Zərərçəkmiş şəxs başının tük nümunələri ilə müqayisə olunmuş, tüklərin müqayisəli tədqiqatı onların morfoloji xüsusiyyətlərinə görə aparılmış, əasas morfoloji əlamətlərə görə tədqiq olunan tüklər öz aralarında və Zərərçəkmiş şəxs başının tük nümunələri ilə böyük oxşarlıq təşkil etməklə sonuncuya məxsus ola bilərlər. Məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 340/2019 MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol maykanın üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuş, bir ədəd tuman üzərinə qana şübhəli ləkələr aşkar olunmamışdır. Bir ədəd kişi köynəyinin ön səthində geniş formalı, habelə arxa səthi və sol qolunda aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlməklə, yaxma xarakterli olmuş, bəzi ləkələr isə qan mənbəyindən səthə əsasən az hündürlükdən düşən damcılar nəticəsində, bir ədəd mələfə üzərində aşkar edilmiş qan ləkələri isə qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşdur. Birinci balış üzünün ön səthinin bir kənarında aşkar edilmiş qan ləkələri yaxşı intensivlikdə olmaqla, əsasən homogen olmuş, bəzi sahələrdə səthə keçmiş, qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşdur. İkinci balış üzünün ön səthində geniş, arxa səthində isə fasilələrlə yerləşən qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuş, kəndir üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, yaxma xarakterli olmuşdur. Bir ədəd elektrik naqili üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyinə kinetik impuls verməklə sıçrantı nəticəsində əmələ gəlmiş, xəncərin tiyəsinin hər iki səthinin üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlməklə, yaxma xarakterli olmuşdur. Bir ədəd qayçının üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlməklə yaxma xarakterli olmuşdur. Məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2404 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması ondan müəyyən edilən psixopatik xasiyyət cizgiləri ilə şərtləşmişdir. Sonuncu hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışlarını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuş, cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsinə dair xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri olan ünvan 2 nömrəli ünvanda yerləşən ərzaq dükanının giriş qapısından iki metr qarşıda, döşəmə üzərində aşkar edilmiş qeyri-müəyyən formalı qanabənzər qırmızı ləkələrdən steril çubuq vasitəsi ilə iki ədəd nümunə, həmin ləkələrin yaxınlığından isə bir ədəd güllə və iki ədəd giliz aşkar edilərək götürülmüşdür. Baxış iştirakçısı Şahid1 bildirmişdir ki, dükanda və küçədə müşahidə kamerası quraşdırılmış və hadisə həmin müşahidə kamerasının yaddaşına yazılmışdır. Dükanın girişindən sol tərəfdəki rəflərin arxasında yerləşən monitorda müşahidə kamerasının yaddaşında qeydə alınmış videogörüntülərə baxdıqda müəyyən edilmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 17:24:35-də Şahid1 dükanın giriş qapısından sağ tərəfdə masanın arxasında müştərilərə xidmət göstərərkən Zərərçəkmiş şəxs əynində qanabənzər ləkələri olan ağ rəngli mayka, tünd rəngli tuman, ayaqyalın, başı və bədəni yaşımtıl məhlula bulaşmış halda dükana daxil olmuş, Şahid1 yaxınlaşıb nəsə demiş, bundan sonra dükanın sağ uzaq küncü istiqamətinə getmişdir. Saat 17:27:00-da əynində qırmızı rəngli, qısaqol mayka, göy rəngli cins şalvar, ayaqyalın halda Təqsirləndirilən şəxs dükana daxil olub Zərərçəkmiş şəxs aşkar edərək dükanda olan müştərilərin gözü qarşısında sonuncunun maykasının arxa tərəfindən və boynundan tutub dükanın giriş qapısı istiqamətində gətirmiş, orada yumruq və təpiklə zərbələr endirib yerə yıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ cibindən çıxartdığı tapançanı Zərərçəkmiş şəxs başına dirəyib, həmin tapançanın dəstəyi ilə sonuncunun baş və boyun nahiyələrinə zərbələr endirmiş, sonradan tapança ilə bir dəfə atəş açmış, yerdə hərəkətdə olan Zərərçəkmiş şəxs əllərini atəş açılan istiqamətdə tutaraq baş nahiyəsini qorumuş, həmin vaxt döşəmənin üzəri qanabənzər ləkələrə bulaşmışdır. Saat 17:28:05-də Təqsirləndirilən şəxs tapançanı şalvarının sağ cibinə qoyub dükanın giriş qapısına yaxınlaşmış, lakin qapını açıb yenidən yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs yanına qayıtmış, bu dəfə də tapançanı şalvarının sağ cibindən çıxarıb təpiklə Zərərçəkmiş şəxs ayağına zərbə endirmiş, ayaqları ilə Zərərçəkmiş şəxs ayaqlarını aralayıb tapançanı Zərərçəkmiş şəxs cinsi orqanının yerləşdiyi nahiyəyə yaxınlaşdırmaqla, həmin nahiyəni tuşlayıb bir dəfə də atəş açmış, bundan saat 17:28:18-də dükandan küçəyə çıxıb ətrafda insanların sıx toplaşdığı yerdə, nümayişkəranə şəkildə havaya bir dəfə də atəş açmış, 17:28:50-də yenidən dükana daxil olmuş, yerdə uzanmış halda olan Zərərçəkmiş şəxs üzərindən keçərək rəfdən iki manat dəyərində olan energetik içkini götürüb dükandan çıxmış, küçədə bir neçə saniyə Şahid1 ilə nəsə danışmış və yaşadığı mənzil istiqamətində getmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 5 ünvanında yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsindəki 23 nömrəli mənzildə yaşaması müəyyən edildiyindən baxış həmin mənzildə davam etdirilmişdir. Müəyyən edilmişdir ki, ərzaq dükanından 150 metr məsafədə yerləşən həmin mənzildə səliqə-səhman pozulmuş, mətbəxin pəncərəsi istisna edilməklə, digər pəncərələr bağlı vəziyyətdə olmuş, mətbəxin iki taylı pəncərəsi Rüstəmov küçəsinə açılmaqla şüşələri sınmamış, aşağı hissəsi döşəmədən 80 sm, küçə tərəfdən isə yerdən 2 metr 10 sm məsafədə yerləşmiş və küçə tərəfdə quraşdırılmış asılqanın kəndiri qopmuşdur. Baxış zamanı məzilin yataq otağından qayçı, xüsusi saxlama qabının içərisində olan xəncər, elektrik naqili, paltar asmaq üçün kəndir, qırmızı rəngli qısaqol kişi köynəyi, saç kəsikləri, çarpayı üzərindən bir ədəd mələfə, iki ədəd balış üzü, pəncərənin qarşısından iki ədəd, tumbanın üzərindən bir ədəd giliz, tumbanın rəfindən bükülü vəziyyətdə olan iki ədəd ağ kağız parçası, bir ədəd bir manatlıq əskinaz və bir ədəd şüşə kolba, qonaq otağında olan masanın üzərindən isə bir ədəd siqaret kötüyü və altı ədəd falqa kağızının kəsikləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələrini möhtərəm sübut kimi qiymətləndirir. Belə ki, həmin ifadələrdə Təqsirləndirilən şəxs göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs evə qayıtdıqda onu cəzalandırmağı düşünmüş, ona görə Zərərçəkmiş şəxs evə daxil olduqda ondan qonaq otağında olan divanda oturmasını tələb etmişdir. Zərərçəkmiş şəxs keçib divanda oturmuş, o, Zərərçəkmiş şəxs yanına gəlib telefonunda olan sonuncunun intim videogörüntülərinin və səslərinin qeydə alındığı faylları göstərərək hər şeyi bildiyini demişdir. Ona görə də, Zərərçəkmiş şəxs Azərbaycan Tibb Universitetində işləyən Şahmar və Azər adlı müəllimlərlə özünün və orada laborant işləyən Ülviyyə, Firuzə və Elmira adlı qadınların intim əlaqədə olduğunu bildirdikdə, qonaq otağında olan masanın üzərindəki qayçını götürərək Zərərçəkmiş şəxs başından tutub bir neçə dəfə saçlarını kəsmiş, Zərərçəkmiş şəxs müqavimət göstərib qonaq otağının içərisində orabura qaçmış, həmin vaxt onu tutub qayçını qarnına sancmış, yumruq və təpiklə döyməyə başlamış, bundan sonra Zərərçəkmiş şəxs yataq otağında şüşə qabın içərisində olan yaşımtıl «zelyonka» məhlulunu gətirməsini tələb etdikdə, sonuncu onun əlində olan qayçı ilə xəsarət yetirəcəyindən qorxub yaşımtıl məhlulu gətirmiş, cəzalandırmaq üçün şüşəni açıb içərisində olan məhlulu Zərərçəkmiş şəxs başına və bədəninə tökmüşdür. Bundan sonra bir qədər sakitləşmiş, Zərərçəkmiş şəxs gedib yataq otağında uzanmasını, səhəri gün Şahmar və Azər adlı şəxsləri də cəzalandıracağını deyib, telefonunu əlindən alıb söndürmüş və giriş qapısını açarla bağlayıb Zərərçəkmiş şəxs mənzilin ehtiyat açarını götürmüşdür. Həmin gecə Zərərçəkmiş şəxs qaçacağını fikirləşdiyindən yatmamış, xx xxxx 2019-cu il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs ona qardaşı evinə getmək istədiyini dedikdə, yenə də Azər və Şahmarı xəbərdar edə biləcəyinə görə onu buraxmamış, Zərərçəkmiş şəxs ağlayaraq onu bağışlamasını, bir də belə şeyin olmayacağını desə də, ona qarşı əsəbi soyumamışdır. xx xxxx 2019-cu il saat təxminən 17:30 radələrinə kimi onlar yaşadıqları mənzildə olmuş, nə Zərərçəkmiş şəxs, nə də ki, o, heç yerə çıxmamış, həmin vaxt Zərərçəkmiş şəxs ilə yataq otağında uzanmış, saat təxminən 17:30 radələrində Zərərçəkmiş şəxs onun yatdığını güman edib sakitcə mətbəxə tərəf getmiş, əvvəlcə sonuncunun su içməyə getdiyini zənn etsə də, tappıltı səsi eşitdikdə Zərərçəkmiş şəxs pəncərədən qaçdığını başa düşüb yataq otağında olan çarpayıdakı döşəyin atında saxladığı, «CZ-45» markalı tapançanı götürüb pəncərədən tullanmışdır. Sağ tərəfə baxdıqda Zərərçəkmiş şəxs binaların arasına tərəf qaçdığını görüb sonuncunun arxası ilə qaçmış və tanımadığı adamların təəccüblə yaşadığı binanın arxasındakı ərzaq dükanına tərəf baxmalarına görə Zərərçəkmiş şəxs həmin dükanda gizləndiyini başa düşmüşdür. Dükana daxil olduqda satıcı qadın ondan nə axtardığını soruşmuş, o, satıcıya öz işi ilə məşğul olmasını bildirmiş, içərini axtardıqda Zərərçəkmiş şəxs rəflərin arxasında gizləndiyini görmüş, Zərərçəkmiş şəxs onu görən kimi qaçıb dükandan çıxmaq istədikdə əks tərəfdən qaçıb sonuncunun boynundan tutaraq onunla getməsini tələb etmişdir. Zərərçəkmiş şəxs müqavimət göstərdikdə onu yerə yıxıb yumruq və təpiklə döysə də, əsəbi soyumamış, buna görə sağ cibindən tapançanı çıxarıb Zərərçəkmiş şəxs tərəf atəş açmış, yerində hərəkətdə olduğuna görə güllə sonuncunun sağ əlindən dəymiş, bundan sonra çıxıb getmək istəmiş, lakin yenə də əsəbi soyumamış, ona xəyanət etdiyinə görə bu dəfə atəş açıb Zərərçəkmiş şəxs ayaqlarının arasından, cinsi orqanına vurmaq qərarına gəlmiş, bu məqsədlə sonuncuya yaxınlaşmış, öz ayaqları ilə Zərərçəkmiş şəxs ayaqlarını aralamış, nişan alıb ayaqlarının arasından atəş açmış, bundan sonra küçəyə çıxmışdır. Həmin vaxt özündə olmamış və tapança ilə havaya bir dəfə də atəş açmış, bir qədər orada olduqdan sonra yaşadığı mənzilə getmiş, bir neçə saatdan sonra qardaşı ilə əlaqə saxlamış, sonuncu ilə birlikdə Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-yə gəlmiş və cinayətin aləti olan tapançanı həmin şöbənin əməkdaşlarına təqdim etmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs bu ifadələrini yerində yoxlanılarkən təsdiq etmiş,bu barədə protokol tərtib edilmiş və foto şəkillər çəkimişdir. (c.1,vər 126-137) Məhkəmə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki,o, bu ifadələri Təqsirləndirilən şəxs vəziyyətini yüngülləşdirmək məqsədilə vermişdir. Belə ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, 2018-ci ilin yay aylarında Təqsirləndirilən şəxs onu döyərək qızlıq pərdəsinin tamlığının kim tərəfindən pozulduğunu, əvvəl kiminlə cinsi əlaqədə olduğunu deməsini tələb etdikdə, təxminən 15 il əvvəl Azərbaycan Tibb Universitetinin yaxınlığında yerləşən, müayinə üçün getdiyi dispanserdə, eləcə də, həmin universitetin Normal fiziologiya kafedrasında müəllim işləyən Şahid3 adlı şəxslə tanış olub intim münasibətdə olduğunu, hazırda Şahid3la heç bir münasibətinin olmadığını danışmış, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs Azərbaycan Tibb Universitetinə gedib Şahid3la mübahisə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun və özünün telefonuna proqram yazaraq harada olması, kiminlə danışması və görüşməsini görə biləcəyini bildirmiş, hətta işdə sanitar qovşağında olduğu vaxt telefonu görə biləcəyi tərzdə saxlamasını tapşırmışdır. xx xxxx 2019-cu il tarixdə saat 14 radələrində işdən evə gəldikdə Təqsirləndirilən şəxs ona əxlaqsızlıqla məşğul olduğunu, işdə Əhməd, Azər və Şahmar adlı müəllimlərlə cinsi əlaqədə olduğunu və buna görə onu öldürəcəyini bildirmiş, həmin vaxt onu xəncər və tapança ilə hədələyib yerindən tərpənməməyi tələb edərək, qayçını götürüb saçını kəsmiş, başını kənara çəkdikdə qayçı ilə bədəninin bütün nahiyələrinə zərbələr endirməyə başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ondan yataq otağında olan yaşımtıl rəngli «zelyonka» məhlulunu gətirməsini tələb etmiş, qorxduğundan Təqsirləndirilən şəxs dediklərinə əməl edib məhlulu gətirdikdə, sonuncu həmin məhlulu onun başına tökmüş, mənzildə olan elektrik naqili ilə bədəninə zərbələr endirmişdir. Təqsirləndirilən şəxs artıq onun halsız olduğunu görüb bir qədər sakitləşərək hərəkətlərini dayandırıb ona «onsuz da, səni bu gün öldürəcəm» sözlərini demiş, mənzilin qapısını açarla bağlayıb onda olan açarı və istifadəsində olan telefonunu əlindən almışdır. xx xxxx 2019-cu il saat 17 radələrinə kimi Təqsirləndirilən şəxs onu mənzildə saxlamaqla, işgəncələr verib vəhşicəsinə döymüş, qaçmaması üçün qollarını və ayaqlarını paltar asılqan kəndiri ilə bağlayıb, elektrik naqili, xəncər, yumruq və təpiklə xəsarətlər yetirmiş, qorxduğundan müqavimət göstərməmiş və Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir. Qapı bağlı olduğuna görə gecə sonuncu onun əllərini açmış, xx xxxx 2019-cu il saat 17 radələrində Təqsirləndirilən şəxs yataq otağında uzandığını görüb mətbəxə su içməyə getmək üçün icazə verməsini xahiş etmiş və mətbəxə getdikdə pəncərənin açıq olmasından istifadə edib ayaqyalın və alt paltarında pəncərədən tullanıb qaçaraq yaxınlıqda yerləşən ərzaq dükanına daxil olmuşdur. Orada işləyən, Şahid1 ərinin onu döydüyünü, öldürmək istədiyini deyərək, onu gizlətməsini xahiş etmiş və rəflərin arxasında gizlənmişdir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs dükana daxil olub onu tapmış, boynundan tutaraq döşəməyə yıxıb təpik və yumruqla döyməyə başlamış, şalvarının sağ cibindən tapançanı çıxarıb onun üzünə tuşlayaraq «səni öldürəcəm» sözlərini deyib atəş açmış, bu vaxt atəşdən yayındıqda güllə onun sağ əlinə dəymişdir. Bundan sonra Təqsirləndirilən şəxs ayaqları ilə onun ayaqlarını aralayıb cinsi orqanını nişan alıb atəş açmış, yenə də atəşdən yayındıqda güllə onun sağ budunun yuxarı hissəsinə dəymiş, bundan sonra nə baş verdiyini xatırlamamış və yalnız xəstəxanada ayılmışdır. Azər və Şahmar adlı şəxslərlə heç vaxt intim münasibətdə olmamış, Təqsirləndirilən şəxs onu öldürmək məqsədi ilə tapançadan iki dəfə atəş açmış, yerdə hərəkətlər etməklə atəşlərdən yayınmasaydı ölə biləcəyini bildirmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs bu ifadələrini yerində yoxlanılarkən təsdiq etmiş,bu barədə protokol tərtib edilmiş və foto şəkillər çəkimişdir. (c.1,vər 210-224) Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 145.2.5, 145.2.6, 221.3 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra könüllü olaraq polis idarəsinə gedərək təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, xx.xx.2019-cu il tarixli protokoldan göürünür ki, Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-ə gedərək Zərərçəkmiş şəxs atəş açdığı silahı könüllü olaraq təhvil vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilən yüngülləşdirici hallar olsa da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə nəzərdə tutulan cəzasını ağırlaşdıran hal mövcud olduğuna görə cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar- Bakı şəhəri Nizami rayon RPİ-də saxlanılan bir ədəd «CZ-45» markalı tapança və bir ədəd sandıqca Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, hadisə yeri olan ərzaq dükanından götürülmüş iki ədəd giliz, bir ədəd güllə, Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş üç ədəd giliz, Zərərçəkmiş şəxs əlindən çıxarılmış bir ədəd güllə, Bakı şəhəri, Nizami rayon prokurorluğunda saxlanılan qayçı, bıçaq, elektrik naqili, kəndir, qırmızı rəngli qısaqol kişi köynəyi, saç kəsikləri, bir ədəd mələfə, iki ədəd balış üzü, bir ədəd siqaret kötüyü, altı ədəd falqa kağızının kəsikləri, iki ədəd ağ kağız parçası, bir ədəd şüşə kolbacıq müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd bir manatlıq əskinaz və Zərərçəkmiş şəxs məxsus paltarlar özünə qaytarılmalıdır. İş üzrə ekspertiza xərcləri 321 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 145.2.5, 145.2.6, 221.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-ci maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5, 145.2.6-ci maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar- Bakı şəhəri Nizami rayon RPİ-də saxlanılan bir ədəd «CZ-45» markalı tapança və bir ədəd sandıqca Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, hadisə yeri olan ərzaq dükanından götürülmüş iki ədəd giliz, bir ədəd güllə, Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş üç ədəd giliz, Zərərçəkmiş şəxs əlindən çıxarılmış bir ədəd güllə, Bakı şəhəri, Nizami rayon prokurorluğunda saxlanılan qayçı, bıçaq, elektrik naqili, kəndir, qırmızı rəngli qısaqol kişi köynəyi, saç kəsikləri, bir ədəd mələfə, iki ədəd balış üzü, bir ədəd siqaret kötüyü, altı ədəd falqa kağızının kəsikləri, iki ədəd ağ kağız parçası, bir ədəd şüşə kolbacıq müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd bir manatlıq əskinaz və Zərərçəkmiş şəxs məxsus paltarlar özünə qaytarılsın. Ekspertiza xərcləri 321 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-322/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-322/2020
23.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver