Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-322/2021 10.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə Hakimlər- Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibləri- X25 və X6, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri - Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1990-cı ildə Naxçıvan MR, Şərur rayonu, Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdə əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 68/54-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, fərdi evdə yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmiş və Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxx 2018-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən 7 nömrəli fərdi yaşayış evinin həyətinə hasarının üstündən tullanaraq qanunsuz daxil olub açıq pəncərədən evə girərək mətbəxdən Zərərçəkmiş şəxs1 məxsus şüşə bankanın içərisindəki 350 manat məbləğində pulu, həmin mətbəxdən dəyəri 200 manat təşkil edən 01 ədəd «İPhone 5S» markalı mobil telefon aparatını, qonaq otağındakı yazı masasının üstündən Zərərçəkmiş şəxs2 məxsus dəyəri 250 manat təşkil edən 01 cüt «İphone» markalı mobil telefona aid «Apple Airpods» markalı naqilsiz qulaqcığı, Zərərçəkmiş şəxs3 məxsus dəyəri 130 manat təşkil edən 01 ədəd «Huawei» markalı, «Ascend P6» modelli mobil telefon aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 550 manat məbləğində, zərərçəkmiş Zərərçəkmiş şəxs2 250 manat məbləğində, zərərçəkmiş Zərərçəkmiş şəxs3 130 manat məbləğində maddi ziyan vurmaqla, ümumilikdə 930 manat dəyərində əmlakı talayaraq vahid niyyətlə əhatə olunan oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi xalis çəkisi - 15,466 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 20,547 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib yol vərəqəsinə əsasən idarə etdiyi "xxxx” MMC-yə məxsus «Hyundai Sonata» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinə gətirərək daşımış, bu barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, «Dəniz yolu» döngəsi yaxınlığında saxlanılaraq avtomobili ilə birlikdə Xəzər Rayon Polis İdarəsinin ünvan 3 ünvanındakı inzibati binasının həyətinə gətirilmiş və orada Təqsirləndirilən şəxs1, onun müdafiəçisinin iştirakı ilə videoçəkilişlə idarə etdiyi «Hyundai Sonata» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman, avtomobilinin salonunda olan dirsəkaltındakı 01 ədəd ağ rəngli sellofan paketin içərisindən şəffaf rəngli qapağı açıq yaşıl rəngli plastik qabdan 01 ədəd şəffaf polietilen kəsiyinin bükümündə təmiz çəkisi 15,306 qram və 01 ədəd 1 manatlıq pul əskinaza bükülmüş təmiz çəkisi 0,160 qram, ümumi təmiz çəkisi 15,466 qram tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində «Marlboro» yazısı olan siqaret qutusundakı 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 20,547 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamin, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd «LanteScale 500g/0,lg» markalı elektron tərəzi, içərisində narkotik vasitə heroinin izləri olan yaşıl qapaqlı şəffaf plastik qab, içərisində psixotrop maddə olan metafetaminin izləri olan 03 ədəd boru formada bükülmüş 1 manatlıq və 01 ədəd eyni qaydada bükülmüş 10 manatlıq pul əskinazları, 03 ədəd şüşə borucuq və 01 ədəd boz rəngli eynək qabı aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə ümumiyyətlə təqsirli bilmir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham edilməsi ilə bağlı isə bildirir ki, həmin hissədə özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli hesab edir. Belə ki, digər Təqsirləndirilən şəxs2 təxminən 2014-2015-ci illərdən tanımaqla, onunla yaxın dost münasibətində olmuş və mütəmadi görüşərək söhbətləşmiş, yeyib-içmiş və zaman keçirmiş, eləcə də Miramil həftələrlə, aylarla onun evində qonaq kimi də qalmışdır. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 tanımaqla, sonuncu ilə eyni küçədə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsində, lakin bir-birindən aralı məsafədə yerləşən evlərdə yaşamışlar. xx xxxxx 2018-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng edərək, sonuncunu özünün yaşadığı Ələt qəsəbəsində yerləşən və özünün işlətdiyi "Playstation” oyun zalına dəvət etmişdir. Aradan bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs2 oraya tək gəlmiş və onlar birlikdə kompyuter oyunları oynamış, kolbasa-sosiska alaraq birlikdə yemiş və bir qədər spirtli içki qəbul etmişlər. Həmin vaxtlarda o, siqaret almaq üçün tək mağazaya getmiş və siqaret alıb Mir Amilin yanına oyun zalına qayıtmışdır. Bir qədər də yeyib-içdikdən sonra Mir Amil onunla sağollaşıb evə getdiyini bildirmiş, o isə oyun zalında qalıb işinə davam etmişdir. Həmin günün axşamı qəsəbə sakinlərindən eşitmişdir ki, Rasim toyda olarkən onun evindən oğurluq olmuşdur. Həmin vaxtdan bir neçə gün keçəndən sonra eşitmişdir ki, X40 evindən telefon oğurlayıb və tutulacağından qorxaraq Türkiyə Respublikasına qaçmışdır. Oğurluq olan günü o Mir Amil ilə birlikdə Zərərçəkmiş şəxs1 evindən oğurluq etməmişdir. Mir Amilin oğurluq etməsindən əvvəlcədən xəbəri olmayıb və bunun şahidi olmamışdır. Bundan başqa bildirmişdir ki, narkotik vasitə olan heroindən tutulmazdan təxminən 1 il əvvəldən istifadə etməyə başlamış, eləcə də arabir psixotrop maddə metafetamindən də qəbul etmişdir. Əvvəllər özünə lazım olan miqdarda narkotik vasitə olan heroini tanımadığı şəxslərdən əldə etmiş, belə ki, «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə tanımadığı narkotik vasitə satan şəxslərin ona göndərdiyi kart hesabına paypoint vasitəsi ilə pul göndərdikdən sonra, həmin şəxs ona yenə də «Whatsapp» sosial şəbəkəsində narkotik vasitə olan heroinin qoyulduğu yerin ünvanını yazaraq məlumat vermişdir. Bundan sonra o, həmin yerə gedərək narkotik vasitəni götürmüş və özü istifadə etmişdir. Təxminən 2019-cu ilin sentyabr ayında Yasamal rayonunda olarkən «Rais» adlı şəxslə tanış olmuş və söhbət zamanı «Rais» onun narkotik vasitə aludəçisi olduğunu bilib, onda narkotik vasitə və psixotrop maddə olduğunu, lazım olsa onun üçün təşkil edə biləcəyini bildirərək, ona «Whatsapp» nömrəsini vermişdir. Elə həmin gündən sonra özünə narkotik vasitə və psixotrop maddə lazım olduqca «Rais» adlı şəxsin «Whatsapp» nömrəsi ilə əlaqə saxlayaraq narkotik vasitə olan heroin və psixotrop maddə metafetamin almaq üçün sonuncunun ona göndərdiyi kart hesabına pul göndərmişdir. Sonuncu dəfə o «Rais»ə 20 qram heroin və 50 qram “şüşə” olaraq adlandırdıqları psixotrop maddə metafetamin sifariş vermişdir. Bir qədər sonra «Rais» onunla «Whatsapp» vasitəsi ilə əlaqə saxlayaraq Əhmədli qəsəbəsində yerləşən parkda, 3-cü ağacın altında sifariş etdiyi narkotik vasitələri qoyduracağını bildirmişdir. O da təxminən xx xxxx 2020-ci il tarixdə sifariş etdiyi narkotik vasitələri «Rais»in dediyi yerdən götürmək üçün avtomobil icarəyə verilən Bakı şəhəri, Q.Qarayev prospektində yerləşən "xxxx” MMC-dən Hyundai markalı, **-UA-*** dövlət nömrə nişanlı avtomaşını icarəyə götürərək deyilən əraziyə gedib narkotik vasitələri götürmüşdür. O, hər dəfə sifariş verdiyi narkotik vasitəni götürərkən çəkisini yoxlamaq üçün özündə balaca elektron tərəzi gəzdirmiş, eləcə də üzərində narkotik vasitə olan heroini və psixotrop maddə metafetamini istifadə etməkdən ötrü boru formasında şüşə qablar və alüminium folqa da saxlamışdır. O, qeyd etdiyi narkotik vasitə və psixotrop maddəni götürdükdən sonra onları istifadə etmək üçün gəzdirdiyi ləvazimatlarla birlikdə avtomaşının qoltuqaltı hissəsinə qoymuş və orada saxlamışdır. Növbəti günlərdə əldə etdiyi həmin narkotik vasitə heroin və psixotrop maddə metafetamindən bir qədər hissəsini istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 13 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinə gəlmiş və orada avtomaşını saxlayaraq yuxusuz olduğu üçün avtomaşının arxa hissəsində yatmışdır. Təxminən saat 17 radələrində ona mülki geyimli şəxslər yaxınlaşaraq, özlərini təqdim edib onu narkotik vasitələrdən istifadə etməkdə şübhəli bildiklərinə görə Polis İdarəsinə dəvət etmiş, o da heç bir etiraz etməyərək birlikdə polis idarəsinə getmişdir. Orada ona vəkil təqdim edildikdən sonra, videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərində qanunsuz heç bir əşya olmadığını, avtomaşınında isə narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşlarının onun avtomobilinə baxış keçirilməsinə zərurət olduğunu bildirmələrindən sonra, avtomaşınına baxış keçirilməsinə icazə verməsi barədə ərizə yazaraq təqdim etmişdir. Daha sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə avtomaşınına baxış keçirilmiş və avtomaşından «Rais» adlı şəxsdən aldığı narkotik vasitə və psixotrop maddə metafetamin digər ləvazimatlar və 01 ədəd tərəzi ilə birlikdə götürülmüşdür. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, xx xxxxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 evində, sonuncunun oğlunun toy şənliyi olmasından onun xəbəri olmuşdur. Həmin gün məhz onun özü Təqsirləndirilən şəxs2 zəng edib, yaşadığı Ələt qəsəbəsində yerləşən və özünün işlətdiyi "Playstation” oyun zalına dəvət etmişdir. O və Təqsirləndirilən şəxs2 oyun zalında kompyuter oyunları oynayarkən və eləcə də kolbasa-sosiska yeyib-spirtli içki qəbul edərkən orada onlardan başqa heç kim olmamışdır. Siqaret almaq üçün Təqsirləndirilən şəxs2 oyun zalında tək qoyub, mağazaya gedib-gəlməsinin nə qədər zaman almasını dəqiq bilməsə də, təxminən həmin müddət 15-20 dəqiqə çəkmişdir. İttihamda qeyd olunduğu kimi oğurluq cinayətinin törədildiyi tarix və saatda, yəni xx xxxxx 2018-ci il tarixdə saat 22 radələrində o, playstation oyun zalında təklikdə olmuşdur. Belə ki, həmin saatlarda artıq Mir Amil onunla sağollaşıb evə getdiyini bildirmiş və o da, oyun zalında qalaraq işlərini görmüşdür. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən 7 nömrəli fərdi yaşayış evindən oğurluq cinayəti törətməsindən onun xəbəri sonradan olmuşdur. Mir Amilin oğurluq edilən həmin evin sakinlərinin kimliyi, sonuncuların hadisə vaxtı evdə olubolmamaları barədə hər hansı məlumatının olub-olmamasından onun xəbəri yoxdur. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 2-ci cildinin 67-69-cu vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə haqqında protokol ona tanışdır. Həmin protokolun məzmunundan və eləcə də Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrindən hadisə günü onun Mir Amili oyun zalında qoyaraq təxminən 20 dəqiqə ərzində harasa getməsi, daha sonra onun sonuncuya zəng edərək mağazanın yanına çağırması və daha sonra Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən 7 nömrəli fərdi yaşayış evini göstərərək ev sakinlərinin toy şənliyində olmaqla, oradan oğurluq etmələrini təklif etməsi barədə göstərdiyi xüsusatları təsdiq etmir, bunu üzləşdirmə zamanı da Təqsirləndirilən şəxs2 demişdir. O, qeyd olunan evdən heç bir oğurluq cinayəti törətməmiş, eləcə də bu barədə Təqsirləndirilən şəxs2 heç bir təklif etməmişdir. «Rais» adlı şəxsdən həmin narkotik vasitələri şəxsi istifadəsi üçün almışdır. İbtidai istintaq zamanı ifadəsində qeyd olunan hərdən tanımadığı şəxslərə də əldə etdiyi narkotik vasitələrdən pay kimi verməsi ilə bağlı olan hissəni təsdiq etmir. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşarkən avtomaşınında onunla yanaşı, bir gün əvvəl tanış olduğu “Samirə” adlı qadın da olmuş, polis əməkdaşları ona idarəyə getməyi təklif etdikləri zaman Samirə oradan çıxıb getmişdir. Samirə ilə tanışlığı elə də uzun müddət olmadığından, sonuncunun narkotik vasitə istifadə edib-etməməsindən xəbəri yoxdur. Samirə ondan narkotik vasitə istəməmiş, eləcə də onun yanında narkotik vasitə qəbul etməmişdir. Saxlandığı gün o, yuxusuz olduğundan avtomobili bir kənara çəkib yatmışdır. İfadəsində qeyd etdiyi kimi bir ədəd elektron tərəzini narkotik vasitələri gizlədilmiş yerlərdən götürərkən sifariş etdiyi miqdarda olub-olmamasını yoxlamaq üçün istifadə etmişdir. «Rais» adlı şəxsin anket məlumatları barədə heç nə bilmir, onun «Whatsapp» nömrəsi onun telefonundan silinmişdir. Bir daha bildirir ki, ona qarşı verilmiş ittihamda qeyd olunan oğurluq cinayətini o, törətməmişdir. Belə bir cinayətin törədilməsini heç kimə, eləcə də Təqsirləndirilən şəxs2 təklif etməmiş, eləcə də cinayətin törədilməsinə heç kimə kömək etməmişdir. Baş verən oğurluq hadisəsindən yalnız həmin günün axşamı qəsəbə sakinlərindən xəbər tutmuş, bir müddət sonra isə həmin cinayəti Təqsirləndirilən şəxs2 törətməsinin müəyyən edildiyini eşitmişdir. O, hər gün ağrılarını azaltmaq üçün 4 qram metafetamin və 2 qram heroin qəbul etmişdir. Belə ki, psixotrop maddə metafetamini yandırıb tüstü şəklində çəkmək yolu ilə, narkotik vasitə olan heroini isə iynəmək yolu ilə qəbul etmişdir. Bir daha bildirir ki, heç bir zaman narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Özü ailəli olmaqla, himayəsində bir azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs2 ifadəsində göstərdikləri ona aydındır. Oğurluq edilmiş evin ünvan 2 ünvanında yerləşən 7 nömrəli fərdi yaşayış evi olmaqla, onun özünün yaşadığı küçə ilə eyni olması, həmin ərazi ilə Təqsirləndirilən şəxs2 heç bir əlaqəsi və ya məlumatının olmaması ona aydındır. Hadisənin baş verdiyi gün, yəni xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 o, zəng vurub Ələt qəsəbəsinə çağırmışdır. Təqsirləndirilən şəxs2 ona həmin gün özünün onun yanına, yəni Ələt qəsəbəsinə gəlmək istəməsi barədə heç bir şey deməmişdir. İfadəsində bildirdiyi kimi o, oyun zalından yalnız mağazadan siqaret almaq üçün çıxmış və bir qədər sonra oyun zalına geri qayıtmışdır. Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi, onun oyun zalından işi olduğunu bildirməsi ilə çıxması və daha sonra mağazanın yanına çağıraraq evi göstərib, ev sahiblərinin evdə olmamasını izah edərək oğurluq etməyi təklif etməsinə dair xüsusatlar həqiqətə uyğun deyildir. O, xx.xx.2018-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2la oyun zalında oturarkən orada yalnız ikisi olmuş, eləcə də qeyd olunan hadisənin baş verdiyi saatlarda özünün işlətdiyi oyun zalında tək olmuş, yanında başqa heç kim olmamışdır. Qeyd olunan zaman kəsiyi müddətində onun alibisini təsdiq edən hər hansı şahidi yoxdur, məhkəməyə təqdim edə bilməz. Hadisənin baş verdiyi qeyd olunan xx.xx.2018-ci il tarixdən sonra Təqsirləndirilən şəxs2la görüşdüyü və ya onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamasını xatırlamır. Kifayət qədər uzun müddət ərzində dost olmalarına baxmayaraq hansı səbəbdən məhz oğurluq cinayətinin törədildiyi tarixdən sonra Təqsirləndirilən şəxs2la əlaqəsinin kəsilməsini izah etməkdə çətinlik çəkir. Zərərçəkmiş şəxs1 evindən oğurlanmış, 350 manat məbləğində pulun, dəyəri 200 manat təşkil edən 01 ədəd «İPhone 5S» markalı mobil telefon aparatının, dəyəri 250 manat təşkil edən 01 cüt «İphone» markalı mobil telefona aid «Apple Airpods» markalı naqilsiz qulaqcığın taleyi barədə onun heç bir məlumatı yoxdur, o, həmin əşyaları və pul miqdarını oğurlamamış, nə də ki, sözügedən əşyaları kiminsə əlində görməmişdir. Zərərçəkmiş şəxslərin ifadələrini məhkəmə iclasında dinlədi, həmin ifadələrin məzmunu ona aydındır. Digər Təqsirləndirilən şəxs2 ifadəsində onun oyun zalından çıxıb getdikdən təxminən 20 dəqiqə sonra zəng edərək mağazanın yanına çağırması, bundan sonra evdən oğurluq etmələri ilə bağlı göstərdiyi xüsusatlar, eləcə də Təqsirləndirilən şəxs2 hasardan aşıb evə yaxınlaşarkən mətbəx otağının pəncərəsinin açıq olmasını bildirməsi, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin isə toy məclisinə gedərkən dəqiq olaraq evin bütün pəncərələrini bağlamış olmalarını bildirmələri ona aydındır. Pəncərənin ev sahibləri tərəfindən bağlandığı halda, Təqsirləndirilən şəxs2 tərəfindən evə yaxınlaşan zaman həmin pəncərənin isə açıq olması ilə bağlı hər hansı bir fikri yoxdur. İki xüsusat arasındakı zaman kəsiyində pəncərənin kim tərəfindən açılmış ola biləcəyindən xəbərsizdir. Son olaraq göstərdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə özünü ümumiyyətlə təqsirli bilməməsi, qalan hissədə isə özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli hesab etməsini bir daha qeyd edərək, yüngülləşdirici halları nəzərə almaqla barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, iş üzrə zərərçəkmiş şəxsləri əvvəllər tanımamış və aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs1 ilə uzun müddətdir dostluq etməklə, həmişə yaxşı münasibətləri olmuşdur. xx xxxxx 2018-ci il tarixdə, təxminən saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq onu yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən və özünün işlətdiyi "Playstation” oyun zalına söhbət edib, yeyib-içməyə dəvət etmişdir. O elə Pərvizin dəvətindən sonra həmin oyun zalına getmiş və Pərvizlə bir az “Playstation” oyunu oynadıqdan sonra həmin yerdə kolbasasosiska yeyərək birlikdə spirtli içki olan araq içmişlər. Həmin vaxt oyun zalında onların ikisindən başqa heç kim olmamışdır. Bir az keçəndən sonra Pərviz işinin olduğunu ona deyib harasa getmiş və ona bildirmişdir ki, onu gözləsin. O, Pərvizi gözləmiş, təxminən 20 dəqiqə keçəndən sonra Pərviz mobil telefon ilə onunla əlaqə saxlayaraq onu Ələt qəsəbəsində yerləşən mağazalardan birinin qarşısına çağırmışdır. Oraya getdikdə Pərviz ona, mağazanın yaxınlığında yerləşən evdə toy məclisi keçirildiyini, hamının şadlıq evində olduğunu, evdə heç kim olmadığını deyib, həmin evdən oğurluq etmək lazım olduğunu bildirmişdir. O, Pərvizin təklifi ilə razılaşdıqdan sonra birlikdə həmin evin qarşısına getmişlər və Pərviz küçədə dayanıb evə kimsə gəlsə xəbər verəcəyini bildirmişdir. O isə hasardan evin həyətinə düşüb, evin mətbəx tərəfdən pəncərəsinə yaxınlaşarkən pəncərənin açıq olmasını görmüşdür. Bu zaman elə həmin pəncərədən mətbəxə keçmiş, lakin evin otaqlarının birində işıq yanmasını görüb evdə kiminsə olmasından ehtiyat etdiyi üçün mətbəx pəncərəsinin qarşısında olan 1 ədəd “Huawei Ascend P6'’ markalı mobil telefonu oğurlayaraq gəldiyi yerdən küçəyə çıxmışdır. Həmin vaxt onu küçədə gözləyən Pərvizə yaxınlaşsa da, sonuncuya evdən nə oğurladığını bildirmədən tələsik tanımadığı yol maşınları ilə yaşadığı evə getmişdir. Oğurluq etdiyi gündən təxminən 1-2 gün keçəndən sonra oğurladığı “Huawei Ascend P6'’ markalı mobil telefonu Neftçilər metrostansiyasının qarşısında yerləşən adını xatırlamadığı mobil telefon mağazalarının birində şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək 50 manata satmışdır. Həmin telefonu satarkən mağazanın işçisinə telefonun özünə məxsus olmasını və oğurluq olmadığını bildirmişdir. Telefonu satmaqdan qazandığı pulu şəxsi tələbatlarına xərcləmişdir. Həmin vaxtdan təxminən 10-15 gün keçəndən sonra polislərin onu axtardığını eşidib tutulmamağı üçün tanımadığı yol maşınları ilə tək Qazax rayonuna gedərək oradan dövlət sərhəddini keçərək Gürcüstan Respublikası ərazisinə keçmiş, oradan isə avtobus ilə X2 şəhərində yaşayan bacısının evinə getmişdir. xx xxxx 2019-cu il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxtdan sonra ailə həyatı qurmuş və bir qız övladı dünyaya gəlmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə günü, yəni xx.xx.2018-ci il tarixdə Ələt qəsəbəsinə Təqsirləndirilən şəxs1 zəng vuraraq onu çağırdığı üçün o, həmin yerə gedərək Təqsirləndirilən şəxs1la görüşmüşdür. Həmin ərəfələrdə o, öz ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 68/54-də yaşamışdır. Onun zərərçəkmiş şəxslərlə və sonuncuların yaşadığı ev barədə heç bir məlumatı olmamış, eləcə də həmin gün zərərçəkmiş şəxslərin ailəsində toy şənliyinin olmasından onun əvvəlcədən heç bir xəbəri olmamışdır. O və Təqsirləndirilən şəxs1 birlikdə kompyuter oyunları oynayıb, bir qədər yeyib spirtli içki içdikdən sonra Pərviz işinin olduğunu ona deyib, onu gözləməsini bildirməklə getmiş və yalnız bundan 20 dəqiqə sonra ona zəng edərək mağazanın yanına gəlməsini bildirmişdir. Pərviz mağazanın yanında olarkən ona evi göstərib, ev sahiblərinin toy şənliyində olmalarını, evdə heç kim olmadığını deyib, oğurluq etməyi təklif etmişdi. Evin hasarından aşıb evə yaxınlaşarkən pəncərələrdən birinin, daha dəqiq mətbəxin pəncərəsinin artıq açıq olduğunu görüb həmin pəncərədən içəri daxil olmuşdu. Özünü verilmiş ittihamda ona görə qismən təqsirli bilir ki, o, həmin evdən yalnız “Huawei Ascend P6'’ markalı mobil telefonu oğurlayıb çıxmışdır. İfadəsində qeyd etdiyi kimi oğurluğu edib evdən küçəyə çıxdığı zaman Pərvizə evdən nə oğurlaya bilməsi barədə məlumat verməməsinin səbəbini hazırda izah etməkdə çətinlik çəkir. Dəqiq olaraq xatırlayır ki, o, evə yaxınlaşarkən mətbəx otağının pəncərəsi açıq idi və o, həmin pəncərəni açmaq üçün heç bir səy göstərməmişdir. Pərvizin onu oyun salonunda tək qoyub getməsindən təxminən 20 dəqiqə sonra Pərviz ona zəng edərək yanına çağırmışdır. İttihamda qeyd olunan digər əşyaları və pul məbləğini ola bilsin ki, həmin müddət ərzində Pərviz artıq həmin evə daxil olub oğurlamışdı. Bu barədə dəqiq olaraq heç bir şey deyə bilməz. Pərviz oyun salonunu tərk edib gedərkən ona siqaret və ya başqa nəsə almağa getdiyini deməmiş, yalnız işi olduğunu bildirib oradan çıxmış və ona gözləməsini bildirmişdir. Elan edilməklə ona təqdim edilmiş, cinayət işinin birinci cildinin 181-ci vərəqində olan bir ədəd A4 vərəqdə ona məxsus AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surəti, vərəqin yuxarı hissəsində “İMEİ **********891188, mobil ***- ***-**-**, ***-***-**-**, xx.xx.2018 qeydləri”, eləcə də bir ədəd imza ona tanışdır. Həmin vərəqə o, “Huawei Ascend P6'’ markalı mobil telefonu mağazaya satarkən tərtib olunmuşdur və vərəqə üzərindəki imza həqiqətən də ona məxsusdur. Törətdiyi əməldən peşmandır. Hadisə günü Ələt qəsəbəsinə gedərkən haradansa oğurluq etmək kimi bir fikri olmamışdır. Pərviz ona təklif etdiyi zaman maddi durumunun pis olması, özünün işsiz olması səbəbindən bu cinayət əməlini törətməyə razılıq vermiş və cinayəti törətmişdir. Ələt qəsəbəsində yerləşən ünvanı hazırda xatırlamadığı evdən oğurluq hadisəsini Təqsirləndirilən şəxs1 ilə birgə törətmiş, ikisindən başqa digər şəxs olmamışdır. İbtidai istintaq zamanı ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq və ya təsir olmamış, o sərbəst olaraq baş vermiş hadisə barədə ətraflı polis əməkdaşlarına izahat və ifadə vermişdir. İfadəsində göstərdiyi hallar tam olaraq həqiqətə uyğundur və bu barədə ibtidai istintaq zamanı da Təqsirləndirilən şəxs1la üzləşdirilərkən də həmin halları Pərvizin üzünə qarşı da bildirmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 2-ci cildinin 67-69-cu vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə haqqında protokol ona tanışdır. Həmin protokolun məzmununda onun adından yazılmış ifadələri təsdiq edir. Oğurladığı “Huawei Ascend P6'’ markalı mobil telefonun üzərində mobil nömrə olubolmamasını xatırlamır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi istiqamətində tədbirlər görülür, yaxın zamanda vurulmuş ziyanı tam olaraq aradan qaldıracaqlar. Zərərçəkmiş şəxslərin ifadələrini məhkəmə iclasında dinlədi, həmin ifadələrin məzmunu ona aydındır. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs1 oyun zalından çıxıb getdikdən təxminən 20 dəqiqə sonra ona zəng edərək mağazanın yanına çağırıb, evi göstərərək evdə heç kim olmadığını deyib, evdən oğurluq etməyi təklif etmişdir. Eləcə də o, özü həmin evin hasarını aşıb evə yaxınlaşan zaman mətbəx otağının pəncərəsinin açıq olmasını görmüş və elə həmin pəncərədən evə daxil olmuşdur. Təqsirləndirilən şəxs1 oyun zalından çıxıb onu yanına çağıranadək, keçən 20 dəqiqə ərzində nə etməsindən xəbəri olmamışdır, sonuncunun o müddətdə qeyd olunan evə daxil olub oğurluq edibetməməsini bilmir. Zərərçəkmiş şəxslərin isə toy məclisinə gedərkən dəqiq olaraq evin bütün pəncərələrini bağlamış olmalarını bildirmələri də ona aydındır. Pəncərənin ev sahibləri tərəfindən bağlandığı halda, o özü həmin evə yaxınlaşan zaman həmin pəncərənin artıq açıq olması, yəni həmin pəncərənin kim tərəfindən açılmış olması ilə bağlı hər hansı bir fikri yoxdur. Bu barədə sonradan Təqsirləndirilən şəxs1 heç bir şey soruşmamış, evdən oğurluq etdiyi zaman otaqlardan birinin pəncərəsinin açıq olduğunu görüb qorxduğundan evdən çıxaraq Pərvizə belə heç bir şey demədən oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi, guya onu heç bir yerə çağırmaması, evi göstərərək oğurluq etməyi təklif etməməsi, oğurluq edilən zaman oyun zalında olması ilə bağlı xüsusatlar tamamilə yalandır. O, hadisə günü Ələt qəsəbəsinə elə Pərvizin dəvəti ilə getmiş, oğurluq etdikləri evin kimə məxsus olması, ev sahiblərinin həmin gün toy şənliyində olmaları ilə bağlı əvvəlcədən məlumatlı olmamış, bunların hamısını Təqsirləndirilən şəxs1 qabaqcadan bilmiş və ona da bu barədə deyərək oğurluq etməyi təklif etmişdir. Son olaraq göstərdi ki, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərə dəymiş ziyan onun atası tərəfindən tamamilə ödənilmişdir. Hazırda ailəli olmaqla, himayəsində bir azyaşlı övladı var. Ailə vəziyyətini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları özlərinin hadisələrin baş vermə yeri, vaxtı və mexanizmi ilə bağlı iş materialları ilə uzlaşan qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun övladları olmaqla, ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzildə yaşamışlar. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 uzun müddətdir tanımış, Pərvizin atası onun anasının xalası oğlu olmaqla, sonuncu da ailəsi ilə birlikdə elə onların yaşadığı ünvan 4 ünvanında yerləşən evlərdən birində yaşamışlar. Təqsirləndirilən şəxs1 özünün və eləcə də ailəsinin onların yaşadıqları evə gediş-gəlişi olmuşdur. xx.xx.2018-ci il tarixdə oğurluq edilmiş ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzil ona məxsusdur və həmin ünvanda o, oğlu Asim və arvadı Alət ilə birlikdə yaşamış, özü “xxxx MMC-də mexanik vəzifəsində işləyir. Baş vermiş hadisə ilə bağlı bildirir ki, xx xxxxx 2018ci il tarixdə oğlu Asimin qız toyu məclisi olduğundan ailə üzvləri həmin tarixdə saat 17 radələrində evdən çıxıb “Nərmin” şadlıq sarayına getmişlər. Evdən çıxarkən evin bütün qapı və pəncərələrini, eləcə də çöl darvazasını bağlayaraq açarı özü ilə götürmüşdür. Evdə sakinlərdən heç kim qalmasa da, evin bəzi otaqlarının işıqlarını yanılı qoymuş, evə nəzarət etməyi isə heç kimə tapşırmamışdır. Toy məclisi qurtardıqdan sonra saat 23:20 radələrində ailə üzvləri ilə birlikdə evlərinə gələrək həyətin darvazasını açıb, həyətə girəndə, evinin mətbəx otağının pəncərəsinin açıq vəziyyətdə olmasını görmüşdür. Həmin pəncərəyə daha yaxından baxdığı zaman pəncərənin sındırılmadığını müşahidə etmiş, həmin vaxt evə girmədən artıq mənzildə oğurluq olduğundan şübhələnmişdir. Bundan sonra evin qapısını da açaraq evin içərisinə daxil olmuş, evi dağınıq gördüyü üçün artıq oğurluq edildiyini dəqiq anlayaraq bu barədə Azərbaycan Respublikası DİN-in “102” telefon xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirtmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, evindən özünə məxsus olan 1 ədəd “İphone 5S”, oğlu Rəsula məxsus 1 ədəd “Huawei Ascend P6” markalı mobil telefon, digər oğlu Asimə məxsus 1 ədəd “Apple airpods” qulaqcığı və mətbəxdə bankada olan 350 manat pul əskinazları oğurlanmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, oğurluq hadisəsi ilə bağlı istintaq aparılan zaman ilkin olaraq oğlu Rəsula məxsus 1 ədəd “Huawei Ascend P6” markalı mobil telefonun Neftçilər metrostansiyası yaxınlığında mağazalardan birinə satılmış olması müəyyən edilmiş, həmin telefonu satan şəxsin isə Təqsirləndirilən şəxs2 olması barədə onlara polis əməkdaşları tərəfindən məlumat verilmişdir. O, bu barədə ona məlumat verilənədək həmin şəxsin kimliyi barədə heç bir məlumatı olmamışdır. Həmin şəxsin, yəni Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la hadisədən xeyli əvvəl dost olmalarının müəyyən edilməsi ona aydındır. Təqsirləndirilən şəxs2 Suraxanı rayonunda yaşamaqla, məhz oğurluq hadisəsi günü Təqsirləndirilən şəxs1 tərəfindən Ələt qəsəbəsinə dəvət edilməsini başa düşür və belə hesab edir ki, evindən oğurluq hadisəsi məhz onların evlərində toy şənliyinin olması ilə əlaqədar olaraq, ev sakinlərindən heç kimin evdə olmadığı barədə məlumatlı olan şəxs tərəfindən təşkil edilmiş və həyata keçirilmişdir. Şadlıq sarayına çıxmaq üçün yola düşməzdən əvvəl o, dəqiq olaraq evin bütün qapı və pəncərələrini, eləcə də oğruların evə daxil olduğu mətbəx otağının pəncərəsini bağladığını dəqiq olaraq bilir. Həmin vaxtı o, kənardan müşahidə edilərkən evdə heç kimin olmamasının aşkar görünməməsi üçün hətta otağın bəzilərinin işıqlarını da yanılı olaraq saxlamışdır. Evdən oğurlanmış əşyalardan oğlu Rəsula məxsus 1 ədəd “Huawei Ascend P6” markalı mobil telefon onlara qaytarılmışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməsi məhkəmə baxışı nəticəsində təsdiq olunarsa ona təyin olunacaq cəzanı məhkəmənin səlahiyyətini buraxır. Məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, onlara dəymiş ziyanın geri qalan hissəsi Təqsirləndirilən şəxs2 atası tərəfindən tamamilə ödənilmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. O, Təqsirləndirilən şəxs2la barışmışdır və ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, özü “xxxx” MMC-də işləməklə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 onun atası və Zərərçəkmiş şəxs3 isə qardaşıdır. ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzil valideynlərinə məxsusdur və həmin ünvanda da atası və anası ilə birlikdə yaşayır. Baş vermiş hadisə ilə bağlı bildirir ki, xx xxxxx 2018-ci il tarixdə özünün toy məclisi olmuşdur. Ona görə də ailə üzvləri ilə birlikdə həmin tarixdə saat 17 radələrində evdən çıxıb "Nərmin” şadlıq sarayına getmişlər, evdə isə heç kim qalmamışdır. Atası Rasim evin bəzi otaqlarının işıqlarını yanılı qoymuş, eləcə də evin və həyətin qapısını və pəncərələrini bağlayaraq açarı özü ilə götürmüşdür. Toy məclisi qurtardıqdan sonra saat 23:20 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları evə gəldikləri zaman, darvazadan içəri daxil olduqda evin mətbəx otağının pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşlər. Yaxınlaşıb pəncərəyə baxdıqda, pəncərənin sındırılmadığını, lakin açıq olduğunu görüb, evin giriş qapısını açarla açaraq içəri daxil olmuşlar. Bu zaman evin içərisinin də dağınıq olduğunu gördükləri üçün atası Rasim Azərbaycan Respublikası DİN-in "102'' telefon xidmətinə zəng vurub evlərindən edilmiş oğurluq barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, yaşadıqları evdən atasına məxsus olan 01 ədəd "İphone 5S”, qardaşı Rəsula məxsus 01 ədəd “Huawei Ascend P6” makalı mobil telefon, özünə məxsus isə 01 ədəd ‘'Apple airpods” qulaqcığının və mətbəxdə bankada olan atasına məxsus 350 manat pul əskinazları oğurlanmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 uzun müddətdir tanımış, Pərvizin atası onun ata nənəsinin xalası oğlu olmaqla, sonuncu da ailəsi ilə birlikdə elə onların yaşadığı ünvan 4 ünvanında yerləşən evlərdən birində yaşamışlar. Təqsirləndirilən şəxs1 özünün və eləcə də ailəsinin onların yaşadıqları evə gediş-gəlişi olmuşdur. İstintaq aparılan zaman ilk olaraq qardaşı Rəsula məxsus 1 ədəd “Huawei Ascend P6” markalı mobil telefonun Neftçilər metrostansiyası yaxınlığında mağazalardan birinə, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs2 tərəfindən satılması müəyyən edilmiş, daha sonra həmin telefon qardaşına qaytarılmışdır. Belə hesab edir ki, yaşadıqları evdən oğurluq cinayəti məhz onların evlərində toy şənliyinin olması ilə əlaqədar olaraq, ev sakinlərindən heç kimin evdə olmadığı barədə məlumatlı olan şəxs tərəfindən təşkil edilmiş və həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməsi məhkəmə baxışı nəticəsində təsdiq olunarsa ona təyin olunacaq cəzanı məhkəmənin səlahiyyətini buraxır. Məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs2 atası tərəfindən tamamilə ödənilmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. O, Təqsirləndirilən şəxs2la barışmışdır və ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, özü Bakı səhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 303 nömrəli məktəbdə bağban işləyir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 onun atası və Zərərçəkmiş şəxs2 isə qardaşıdır. ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzil valideynlərinə məxsus olmaqla, orada atası, anası və qardaşı Asim yaşamış, o isə atası Rasimin yaşadığı evin təxminən 100 metrliyində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Baş vermiş hadisə ilə bağlı bildirir ki, xx xxxxx 2018-ci il tarixdə qardaşı Asimin toy məclisi olduğundan atasının yaşadığı evə gedərək, onlarla birlikdə toy məclisinə hazırlaşmışdır. Həmin gün ailə üzvləri ilə biriikdə saat 17 radələrində evdən çıxıb "Nərmin” şadlıq sarayına getmişlər. Onun 02 ədəd mobil telefonu olduğuna görə 01 ədəd mobil telefonunu cibinə qoymuş, "Huawei Ascend P6" makalı digər mobil telefonunu isə qonaq otağında olan televizor stolunun üzərinə qoymuşdur. Toy məclisi qurtardıqdan sonra saat 23:20 radələrində ailə üzvləri ilə birlikdə atasına məxsus evə gəlib həyətə girərkən görmüşdür ki, evin pəncərəsi açıq vəziyyətdədir, lakin sındırılmayıb. Bundan sonra evin qapısını açaraq evin içərisinə daxil olmuşlar. Evi dağınıq gördükləri üçün atası Rasim oğurluq barədə Azərbaycan Respublikası DİN-in "102” telefon xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirtmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, yaşadıqları evdən atasına məxsus olan 01 ədəd "İphone 5S” markalı mobil telefon, ona məxsus 01 ədəd "Huawei Ascend P6” makalı mobil telefon, qardaşı Asimə məxsus 01 ədəd "Apple airpods” qulaqcığı və mətbəxdə bankada olan atasına məxsus 350 manat pul əskinazları oğurlanmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 uzun müddətdir tanımışdır. Pərvizin atası onun ata nənəsinin xalası oğlu olmaqla, sonuncu da ailəsi ilə birlikdə elə onların yaşadığı ünvan 4 ünvanında yerləşən evlərdən birində yaşamışlar. Təqsirləndirilən şəxs1 özünün və eləcə də ailəsinin onların yaşadıqları evə gediş-gəlişi olmuşdur. İstintaq zamanı ona məxsus 1 ədəd “Huawei Ascend P6” markalı mobil telefon ona qaytarılmış, eləcə də həmin telefonun oğurlandıqdan sonra Neftçilər metrostansiyası yaxınlığında mağazalardan birinə, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs2 tərəfindən satılması barədə polis əməkdaşları ona bildirmişlər. Belə hesab edir ki, atasıgilin yaşadığı evindən oğurluq cinayəti məhz onların evlərində toy şənliyinin olması ilə əlaqədar olaraq, ev sakinlərindən heç kimin evdə olmadığı barədə məlumatlı olan şəxs tərəfindən təşkil edilmiş və həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməsi məhkəmə baxışı nəticəsində təsdiq olunarsa ona təyin olunacaq cəzanı məhkəmənin səlahiyyətini buraxır. İbtidai istintaq zamanı ona məxsus mobil telefon ona geri qaytarılmışdır. Ona görə də onun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. O, Təqsirləndirilən şəxs2la barışmışdır və ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Xəzər RPİ-yə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə, eləcə də həmin şəxsin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, «Dəniz yolu» döngəsi yaxınlığında olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq tərəfindən rəhbərliyə raportla məruzə edildikdən sonra o, NMBnin əməliyyat müvəkkili Şahid1la birlikdə Təqsirləndirilən şəxs1 barəsində daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs1 ifşa etmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, «Dəniz yolu» döngəsinə yollanmış və orada müşahidələr aparmağa başlamışlar. Keçirilmiş əməliyyat tədbirləri zamanı, saat 16.30-da Təqsirləndirilən şəxs1 qeyd olunan yerdə idarə etdiyi «Hyundai Sonata» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin əməkdaşları olduqlarını bildirib onu Xəzər Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 da heç bir etiraz etməyib idarə etdiyi «Hyundai Sonata» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsinin həyətində Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hyundai Sonata» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil park edildikdən sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla əməliyyat işləri üzrə rəis müavininə məruzə olunmuş, faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Azər Həsənova həvalə edilmiş və Təqsirləndirilən şəxs1 müstəntiqə təqdim olunmuşdur. Müstəntiq A.Həsənov Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutduqdan sonra, müstəntiq Azər Həsənov şübhəli şəxs Təqsirləndirilən şəxs1, dəvət olunmuş müdafiəçi Bəhruz Səfərovun və onların iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilməklə, üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmiş, Təqsirləndirilən şəxs1 isə üzərində qanunsuz heç bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildiyi zaman da sonuncunun üzərindən qanunsuz heç bir əşya aşkar olunmamışdır. Keçirilən istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hyundai Sonata» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobildə “kakos” adlandırdığı narkotik vasitə heroin və “şüşə” adlandırdığı psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 razılıq ərizəsi alınıb onun özünün, müdafiəçi və onların iştirakı ilə video çəkiliş vasitəsi ilə müstəntiq X38 RPİ-nin həyətində Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hyundai Sonata» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirən zaman həmin avtomobilin salon hissəsinin qoltuq altında 01 ədəd ağ rəngli sellofan paketin içərisindən şəffaf rəngli qapağı açıq yaşıl rəngli olan plastik qabın içərisindən 01 ədəd “LanteScale" markalı elektron tərəzi, 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, 01 ədəd eynək qabının içərisindən 01 ədəd “Marlboro” markalı siqaret qutusunun içərisindən şəffaf sellofan kəsiyinə bükülmüş şəffaf rəngli kristal formalı narkotik vasitəyə oxşar maddə, 01 ədəd 1 manatlıq əskinaza bükülmüş narkotik vasitə olan heroinə bənzər maddə, 03 ədəd rulon şəklində bükülmüş 1 manatlıq əskinazlar, 01 ədəd rulon şəklində bükülmüş 10 manatlıq əskinaz, 03 ədəd şüşə materialından uzunsov qablar, 01 ədəd üzərində “Lighter" yazısı olan karton qabın içərisindən 04 ədəd “Kazbek” siqareti, 03 ədəd uzunsov formalı şüşə qablar, 01 ədəd alışqan, 01 ədəd ağ qapaqlı yumru formalı plastik qab və 01 rulon alüminium folqa aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 qeyd olunan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu və onları xx xxxx 2020-ci il tarixdə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar olunmuş əşyalar qablaşdırlıb möhürlənmiş, müvafiq protokol tərtib olunaraq ucadan oxunmuş və baxışda iştirak etmiş bütün iştirakçılar və o cümlədən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi də heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 saxlayarkən o, qeyd olunan avtomobildə tək olmuş, sonuncunun yanında hər hansı bir şəxs olmamışdır. Təqsirləndirilən şəxs1 saxlanılarkən, eləcə də Xəzər rayon polis idarəsinə aparılan zaman və orada olduğu vaxt ərzində şəxsən onun özü və yaxud digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq və təsir göstərilməmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 özü könüllü olaraq avtomobilində “kakos” adlandırdığı narkotik vasitə heroin və “şüşə” adlandırdığı psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hyundai Sonata» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun icarəyə götürdüyü müəyyən edildi. Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar olunan dövriyyəsi qadağan olunmuş maddələri “Rais” adlı şəxsdən «Whatsapp» proqramı vasitəsi ilə əlaqə saxlamaqla özünün istifadə etməsi üçün əldə etdiyini bildirmişdi. Daxil olan əməliyyat məlumatında Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması qeyd olunmuşdu. Həmin məlumatın əldə edilmə mənbəyinin qərəzsizliyi ilk öncə tərəfindən araşdırılmaqla dəqiqləşdirilmiş və daha sonra müvafiq qaydada tədbirlərin keçirilməsi üçün rəhbərliyə məruzə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində birgə əməliyyat tədbirinin keçirilməsində iştirak etdiyi digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək, öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən mobil telefon satışı mağazasından öz istifadəsi üçün 100 manat müqabilində «Huawei Ascend P6» markalı mobil telefon almış və həmin mobil telefonda özünə məxsus ***-***-**- ** saylı mobil nömrəni istifadə etməyə başlamışdır. Bir müddət sonra, yəni xx xxxxx 2020ci il tarixdə Qaradağ Pİ-nin əməkdaşları onunla əlaqə saxlayıb işlətdiyi mobil telefonun oğurluq olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. Bunınla bağlı o polis əməkdaşları ilə görüşüb baş verənləri olduğu kimi danışmışdır. Bundan sonra həmin «Huawei Ascend P6» markalı mobil telefonu protokol əsasında öz razılığı ilə polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən mağazanın içərisində icarə ilə götürdüyü vitrində mobil telefonların alışı və satışı ilə məşğul olur. xx xxxxx 2018-ci il tarixdə bir nəfər sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs işlədiyi mağazaya gələrək vitrinə yaxınlaşıb özünə məxsus «Huawei Ascend P6» markalı mobil telefonu ona göstərib satdığını bildirmişdir. O həmin mobil telefona baxdıqdan sonra həmin şəxsdən mobil telefonun həqiqətən də ona məxsus olub-olmamasını dəqiqləşdirməkdən ötrü həmin mobil telefonu haradan aldığını, neçə vaxtdır ki, işlətdiyini və hansı səbəbdən satdığını soruşmuş və həmçinin də həmin şəxsə ondan telefonu almaqdan ötrü mütləq qaydada şəxsiyyətini təsdiq edən sənədi təqdim etməli olduğunu bildirmişdir. Bundan sonra Mir Amil ona həmin mobil telefonun özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün telefonu satmaq qərarına gəldiyini bildirmişdir. O Mir Amilə inandığı üçün həmin telefonu sonuncunun şəxsiyyət vəsiqəsinin surəti ilə ondan 50 manata almışdır. Elə həmin gün həmin telefonu mağazanın müştərisi Şahid3 100 manata satmışdır. (cild 02, iş vər. 108) Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə və həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. “Cinayət işi başlamaq və icraata qəbul etmək barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Kamran Zülfiqarov tərəfindən icraatında olan HK-201 saylı material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanaraq icraata qəbul edilməsi qərara alınmışdır. (cild 01, iş vər. 01) xx.xx.2020-ci il tarixli Raportdan görünür ki, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən həmin idarənin rəis müavininə raportla məruzə edilməklə, xx.xx.1989-cu ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Qaradağ rayonu, Ələt Ərazi Dairəsi, Ələt qəsəbəsi, Füzuli küçəsi, ev 54, mənzil 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğu bildirilmiş və Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi və əməliyyat qrupunun yaradılmasına icazə verilməsi xahiş edilmişdir. (cild 01. iş vər. 03) xx.xx.2020-ci il tarixli Raportdan görünür ki, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Xəzər RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin idarənin rəis müavininə raportla məruzə edilməklə, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar xx.xx.2020-ci il tarixdə, saat 16.30-da Mərdəkan qəsəbəsində idarə etdiyi “Hyundai Sonata” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq Xəzər RPİ-yə gətirilməsi bildirilmiş və Təqsirləndirilən şəxs1 barəsində qanuna müvafiq tədbir görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. (cild 01. iş vər. 10) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən müdafiəçisinin iştirakı ilə iş üzrə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə, saat 16.30-da Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanması nəzərə alınmışdır. (cild 1, iş vər. 20) “Şəxsi axtarış aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X27 tərəfindən polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs1 üzərində heç bir qanunla qadağan olunmuş heç bir əşya olmadığını, lakin idarə etdiyi “Hyundai Sonata” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomaşında narkotik vasitə olan “kokos” və “şüşə” maddələri olduğunu bildirmişdir. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs1 üzərindən heç bir əşya aşkar olunmamışdır. (cild 01, iş vər. 26-27) “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli yol vərəqəsindən və eyni tarixli Təqsirləndirilən şəxs1la bağlanmış “Avtomobil icarə müqaviləsi”ndən görünür ki, Təqsirləndirilən şəxs1 “Hyundai Sonata” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək gündəlik ödənişi 60 AZN olmaqla “xxxx” MMC-dən icarəyə götürmüşdür. (cild 01, iş vər. 28-29) Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin İŞ-nin rəisinə olan xx xxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Pərviz Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai Sonata” markalı **-UA-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilməsinə icazə verdiyini, heç bir etirazı olmadığını bildirmişdir. (cild 01, iş vər. 32) “Baxış keçirilməsi və götürülmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Azər Həsənov tərəfindən Xəzər RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 Əlicamal oğlu, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və həmçinin Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hyundai Sonata», **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı “Hyundai Sonata” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomaşının salon hissəsinin qoltuq altısında 01 ədəd ağ rəngli sellofan paketin içərisindən şəffaf rəngli qapağı açıq yaşıl rəngli olan plastik qabın içərisindən 01 ədəd “LanteScale” markalı elektron tərəzi, 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, 01 ədəd eynək qabının içərisindən 1 ədəd “Marlboro” markalı siqaret qutusunun içərisindən şəffaf sellofan kəsiyinə bükülmüş şəffaf rəngli kristal formalı narkotik vasitəyə oxşar maddə, 01 ədəd 1 manatlıq əskinaza bükülmüş narkotik vasitə olan heroinə bənzər maddə, 03 ədəd rulon şəklində bükülmüş 1 manatlıq əskinazlar, 01 ədəd rulon şəklində bükülmüş 10 manatlıq əskinaz, 03 ədəd şüşə materialından uzunsov qablar, 01 ədəd üzərində “Lighter" yazısı olan karton qabın içərisindən 04 ədəd “Kazbek” siqareti, 03 ədəd uzunsov formalı şüşə qablar, 01 ədəd alışqan, 01 ədəd ağ qapaqlı yumru formalı plastik qab və 1 rulon alüminium folqa, 01 ədəd qara rəngli üzərində “Prada” yazısı olan pul qabı və həmin qabın içərisində üzərində Təqsirləndirilən şəxs1 yazısı olan “Kapital Bank” plastik kartı aşkar edilərək götürülmüşdür. (cild 1, iş vər. 33-34). Məhkəmə-kimyəvi ekspertizasının 6/1065 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «şübhəli şəxs: Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hyundai Sonata» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomaşından aşkar edilərək götürülmüş narkotik vasitələr» yazısı olan bağlamada: -1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə, təmiz çəkisi 15,306 qram və 1 (bir) ədəd 1 manatlıq pul əskinaza bükülmüş, təmiz çəkisi 0,160 qram, ümumi təmiz çəkisi 15,466 qram qəhvəyi rəngli maddələr tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin ümumi təmiz çəkisi 15,466 qram olmuş, tədqiqata 0,2 qram sərf edilmiş və qalıq 15,266 qram qalmışdır. - üzərində: «Marlboro» yazısı olan siqaret qutuda, 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 20,547 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir. Metafetaminin təmiz çəkisi 20,547 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş və qalıq 20,447 qram qalmışdır. Həmin bağlamada olan bir ədəd «LanteScale 500g/0,1g» markalı elektron tərəzinin üzərində və yaşıl qapaqlı şəffaf plastik qabın içərisində narkotik vasitə olan heroinin izləri, 3 ədəd boru formada bükülmüş 1 manatlıq və 1 ədəd 10 manatlıq pul əskinazlarının, 3 ədəd borucuq formada şüşə qabların və bir ədəd boz rəngli eynək qabının içərisində psixotrop maddə olan metafetaminin izləri vardır. Lakin heroin və metafetamin iz şəklində olduğu üçün, bükümlərdə ki heroinlərlə və metafetaminlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində «Aluminium» yazısı olan qutudakı rulon şəkilli falqa kağız üzərində, üzərində «Lighter» yazısı olan karton qutuda və içərisindəki 4 ədəd içərisi boş olan boru formada bükülmüş kağız papiroslarda, bir ədəd şəffaf plastik qabda və bir ədəd alışqanın üzərində narkotik və ya psixotrop maddələrin izləri yoxdur. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin», metafetamin - «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi, qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildirlər. (cild 1, iş vər. 42-45). “DVD diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokolundan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Kamran Zülfiqarov tərəfindən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar xx xxxx 2020-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Xəzər RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Əlicamal oğlunun və Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Azər Həsənov tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində qanunsuz heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilsə də qanunsuz heç bir əşya aşkar olunmamışdır. Video görüntü 02 dəqiqə 43 saniyə davam etmişdir. (cild 01, iş vər. 57) “DVD diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokolundan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Kamran Zülfiqarov tərəfindən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar “Baxış keçirilməsi və götürülmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Əlicamal oğlunun və Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Azər Həsənov tərəfindən Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hyundai Sonata», **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai Sonata” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomaşının salon hissəsinin qoltuqaltısında 01 ədəd ağ rəngli sellofan paketin içərisindən şəffaf rəngli qapağı açıq yaşıl rəngli olan plastik qabın içərisindən 01 ədəd “LanteScale” markalı elektron tərəzi, 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, 01 ədəd eynək qabının içərisindən 1 ədəd “Marlboro” markalı siqaret qutusunun içərisindən şəffaf sellofan kəsiyinə bükülmüş şəffaf rəngli kristal formalı narkotik vasitəyə oxşar maddə, 01 ədəd 1 manatlıq əskinaza bükülmüş narkotik vasitə olan heroinə bənzər maddə. 03 ədəd rulon şəklində bükülmüş 1 manatlıq əskinazlar, 01 ədəd rulon şəklində bükülmüş 10 manatlıq əskinaz, 03 ədəd şüşə materialından uzunsov qablar, 01 ədəd üzərində “Lighter" yazısı olan karton qabın içərisindən 04 ədəd “Kazbek” siqareti, 03 ədəd uzunsov formalı şüşə qablar, 01 ədəd alışqan, 01 ədəd ağ qapaqlı yumru formalı plastik qab və 1 rulon alüminium folqa, 01 ədəd qara rəngli üzərində “Prada” yazısı olan pul qabı və həmin qabın içərisində üzərində Pərvin Həsənov yazısı olan “Kapital Bank” plastik kartı aşkar edilərək götürülmüşdür. (cild 1, iş vər. 58) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Kamran Zülfiqarov tərəfindən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. (cild 01, iş vər. 60-61) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 4(003)-171/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 04(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 80-81) Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vər. 97). “Cinayət işinin icraata qəbulu və birləşdirmə barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Tural Aslanov tərəfindən ********* saylı cinayət işini icraatına qəbul olunaraq ********* saylı cinayət işinə birləşdirilməsi və sonuncu nömrə altında istintaqının davam etdirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 106-107) Azərbaycan Respublikası DİN Bakı şəhəri Qaradağ RPİ-nin xx.xx.2020-ci il tarixli, 069-13816-1220 saylı məktubundan görünür ki, Qaradağ RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası DİN Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı əsasında ərazi aidiyyatı üzrə istintaqın davam etdirilməsi məqsədi ilə Xəzər RPİ-nin İŞ-nə göndərilmişdir. (cild 01, iş vər. 109) “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X20 tərəfindən icraatında olan HK-1/193 nömrəli ilkin yoxlama materialı üzrə Zərərçəkmiş şəxs1 məxsus yaşayış evindən naməlum şəxs tərəfindən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəsi ilə cinayət işi başlanmışdır. (cild 01, iş vər. 112) Qaradağ RPİ-nin 11-ci PB-nin məsul növbətçisi tərəfindən tərtib olunmuş xx xxxxx 2018-ci il tarixli raportdan görünür ki, məsul növbətçi tərəfindən Qaradağ RPİ-nin rəisinə məruzə edilərək həmin tarixdə, saat 23:45 radələrində Qaradağ rayonu, Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 5 ünvanda Zərərçəkmiş şəxs1 DİN-nin “102” xidmətinə zəng vuraraq, eləcə də Qaradağ RPİ-nin 11-ci PB-nə ərizə ilə müraciət edərək naməlum şəxs(lər)in yaşadığı evin pəncərəsini sındıraraq mənzilə daxil olduqları, mənzildən 300 manat pulu, “İphone 5S” markalı və «Huawei» markalı mobil telefonlarını oğurladıqlarını bildirməsi barədə məlumat verilmiş, araşdırma zamanı həmin faktla bağlı Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Azər Məmmədzadənin icraatında araşdırma materialı olduğu müəyyən edilmiş, bu səbəbdən hazırki materialın müstəntiqin icraatında olan eyniməzmunlu materiala əlavə edilməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. (cild 1, iş vər. 114). Qaradağ RPİ-nin 11-ci PB-nin məsul növbətçisi tərəfindən tərtib olunmuş xx xxxxx 2018-ci il tarixli raportdan görünür ki, məsul növbətçi tərəfindən Qaradağ RPİ-nin 11-ci PBnin rəisinə məruzə edilərək həmin tarixdə saat 23:45 radələrində Qaradağ rayonu, Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 5 ünvanda Zərərçəkmiş şəxs1 DİN-nin “102” xidmətinə zəng vuraraq, evindən, pəncərəsinin şüşəsini sındırma yolu ilə İpone 5S markalı, «Huawei» markalı telefon və 300 manat pulun oğurlanmasına dair bildirməsi barədə məlumatlandırılmışdır. (cild 1, iş vər. 115). xx xxxxx 2018-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 5, mənzil 7 ünvanda yaşayan Zərərçəkmiş şəxs1 Qaradağ RPİ-nin 11-ci PB-nə müraciət edərək bildirmişdir ki, xx xxxxx 2018-ci il tarixdə, saat 17 radələrinədək olan müddət ərzində naməlum şəxs yaşadığı evin mətbəx pəncərəsini açma yolu ilə mənzilə daxil olaraq 1 ədəd İpone 5S, 050 390-82-97 nömrəsi ilə işlək vəziyyətdə olan «Huawei» markalı mobil telefon, 1 ədəd qulaqcıq və 300 manata yaxın pulu oğurlanaraq ona 1500 manat məbləğində ziyan dəymişdir. Bununla əlaqədar qanuni tədbir görməyi xahiş edir. (cild 1, iş vər. 117). “Baxış keçirilməsi haqqında” xx xxxxx 2018-ci il tarixli protokol və fotocədvəldən görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X20 tərəfindən dəvət olunmuş hal şahidlərinin, ekspertin və Zərərçəkmiş şəxs1 iştirakları ilə sonuncu şəxsin ərizəsinə əsasən onun yaşadığı evdə oğurluq faktına əsasən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Zərərçəkmiş şəxs1 yaşadığı mənzil ünvan 2, mənzil 7 ünvanında yerləşir. Zərərçəkmiş şəxs1 ərizəsi ilə bağlı onun icazəsi ilə yaşadığı mənzilə daxil olunmuş, baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, xx xxxxx 2018-ci il tarixdə oğlunun toy məclisindən qayıdan zaman evinin dağınıq olmasını, pəncərənin açıq vəziyyətdə olmasını görmüşdür. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, mənzil həyət evi olmaqla, 3 otaq, 1 dəhliz və mətbəxdən ibarətdir. Mətbəxin pəncərinin qırılmadığı müəyyən olunsa da, pəncərə açıq vəziyyətdədir. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, yaşadığı evdən özünə məxsus 1 ədəd “İphone 5S” oğlu Rəsulu məxsus 1 ədəd “Huawei Ascend P6” markalı mobil telefonu digər oğlu Asimə məxsus 1 ədəd “Apple airpods” qulaqcığı və mətbəxdə olan 300 manat pul əskinazları oğurlanmışdır. (cild 01, iş vər. 118-124) Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vər. 133). xx xxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin 11-ci PB-nin polis sahə rəisi tərəfindən xx.xx.1979-cu il təvəllüdlü Şahid3 təqdim etdiyi 01 ədəd “Huawei" markalı, **********891188 İMEİ kodlu mobil telefon işlək vəziyyətdə təhvil alınmışdır. (cild 1, iş vər. 140). X3 Qaradağ RPİ-nin 11-ci PB-nin rəisinə olan xx.xx.2018-ci il tarixli izahatı və əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Elşən Cabbarov “Huawei" markalı, **********891188 İMEİ kodlu mobil telefonu xx.xx.2018-ci il tarixdə işlədiyi mağazaya gələn vətəndaşdan 50 manata aldığını, bu zaman şəxsiyyət vəsiqəsinin surətini çıxarmaqla özündə saxladığını bildirib, həmin vəsiqənin surətini təqdim etmişdir. Həmin vəsiqənin surəti əks olunan bir ədəd A4 vərəqdən görünür ki, şəxsiyyət vəsiqəsi AZE ******** seriya və nömrəli olmaqla, Təqsirləndirilən şəxs2 məxsusdur və vərəqin yuxarı hissəsində “İMEİ **********891188, mobil ***-***-**-**, ***-***-**-**, xx.xx.2018 qeydləri” olmaqla imzalanmışdır. (cild 01, iş vər. 179-181) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxx 2018-ci il tarixli, 11946 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Huawei” markalı, “Ascend P6” modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla 2018-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 130,00 manat müəyyən olunmuşdur. (cild 1, iş vər. 212- 213). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2018-ci il tarixli, 12647 nömrəli rəyindən görünür ki, istifadədə olmuş “Apple Airpods” markalı qulaqcığın nəzəri qaydada 2018-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 250,00 manat müəyyən olunmuşdur. (cild 1, iş vər. 215-216). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2018-ci il tarixli 12642 nömrəli rəyindən görünür ki. faktiki ortada olmayan, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “İPhone 5S” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq nəzəri hesablama yolu ilə 2018-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 200,00 manat müəyyən olunmuşdur. (cild 1, iş vər. 219). “Maddi sübut kimi tanıma və maddi sübutun qanuni sahibinə qaytarılması haqqında” Bakı şəhəri, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqinin xx xxxx 2018-ci il tarixli qərarı və eyni tarixli qəbzdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus “Huawei” markalı, “Ascend P6” modelli mobil telefon maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs3 qaytarılmışdır. (cild 1, iş vər. 224-226). “İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X20 tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 ittiham elan edilməsi üçün tutulması və tutulduğu halda Qaradağ RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. (cild 01, iş vər. 241-242) Qaradağ RPİ-nin xx xxxxxx 2020-ci il tarixli 071/673-7220 saylı məktubundan və xx.xx.2020-ci il tarixli “Tutma protokol”undan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilərək, Qaradağ RPİ-nin İŞ tərəfindən başlanmış ********* saylı cinayət işi üzrə barəsində 30771 saylı axtarış işi olan, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yeri müəyyən olunaraq tutularaq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmişdir. (cild 01, iş vər. 248-249) “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanmasına dair” xx xxxxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 konvoyun müşahidəsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi. ünvan 5, mənzil 7 ünvanının qarşısına gələrək, xx xxxxx 2018-ci il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin evin qarşısına gəldiyini, Təqsirləndirilən şəxs1 onu çöldə gözlədiyini, onun isə həyətə daxil olub, pəncərəsi açıq olan mətbəxdən evə daxil olaraq 1 ədəd Huawei markalı mobil telefonu oğurlayaraq yaşayış evini tərk etməsini əyani olaraq göstərməklə bildirmişdir. (cild 01, iş vər. 20-24) “Təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi və təqsirləndirilən şəxsin Qaradağ RPİ-nin MSY-dən azad edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərar və eyni tarixli “Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs2 Qaradağ RPİ-nin X15 azad edilmiş və onun barəsində “Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. (cild 2, iş vər. 48-51) “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X20 tərəfindən Qaradağ RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin istitnaqının davam etdirilməsi məqsədi ilə ərazi aidiyyatı üzrə Azərbaycan Respublikası DİN-in Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı əsasında Xəzər RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. (cild 02, iş vər. 102-104) Təqsirləndirilən şəxs1 verilmiş arayış və xasiyyətnamədən görünür ki, Həsənov X5 rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 54 saylı, evin 1 nömrəli mənzilində qeydiyyatdadır və anası X10, atası X16, həyat yoldaşı X11 və qızı xx.xx.2019-cu il təvəllüdlü X12 ilə yaşayır. Həmin ünvanda yaşadığı müddət ərzində 128 saylı MKİS-nə haqqında heç bir ərizə və şikayət daxil olmamışdır.(cild 02. iş vər 111-112) Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 2037 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vər. 127-128). “İfadənin yerində yoxlanılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, xx xxxx 2020-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanıldığı yerə getmiş, Həmin vaxt müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs1 1.06.2020-ci il tarixdə saat 16:30 radələrində idarə etdiyi “Hyundai” markalı, “Sonata” modelli, 99UA78 dövlət qeydiyyat nişanlı avtomobillə saxlanıldığı yer Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, “Dəniz yolu” döngəsi deyilən yerin yaxınlığıdır. (cild 02, iş vər. 143-145) “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 234.4.3-cü maddələrinə tövsif olunması, Təqsirləndirilən şəxs1 həmin maddələrlə yenidən ittiham elan edilməsi, barəsində Xəzər rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilmiş olmasının nəzərə alınması, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan trədbirinin dəyişdirilmədən saxlanması, cinayət işi üzrə əldə olunmuş Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hyundai Sonata» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 15,466 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 20,547 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd «LanteScale 500g/0,lg» markalı elektron tərəzi, içərisində narkotik vasitə heroinin izləri olan yaşıl qapaqlı şəffaf plastik qab, içərisində psixotrop maddə olan metafetaminin izləri olan 03 ədəd boru formada bükülmüş 1 manatlıq və 01 ədəd 10 manatlıq pul əskinazları, 03 ədəd borucuq formada şüşə qab və 01 ədəd boz rəngli eynək qabı maddi sübut kimi tanınmış və hazırkı çəkisi 15,266 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 20,447 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin. üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd «LanteScale 500g/0,lg» markalı elektron tərəzi, içərisində narkotik vasitə heroinin izləri olan yaşıl qapaqlı şəffaf plastik qab, içərisində psixotrop maddə olan metafetaminin izləri olan 03 ədəd boru formada bükülmüş 1 manatlıq və 01 ədəd 10 manatlıq pul əskinazları, 03 ədəd borucuq formada şüşə qab və 01 ədəd boz rəngli eynək qabı, eləcə də üzərində «Lighter» yazısı olan karton qutu və içərisində 04 ədəd içərisi boş olan boru formada bükülmüş kağız papiros, 01 ədəd şəffaf plastik qab və 01 ədəd alışqanın məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılması, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və avtomobilinə baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması, 01 ədəd «Huawei» markalı, “Ascend P6” modelli mobil telefonunun maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs3 qaytarılmasının nəzərə alınması, X1 X8 aldığı «Huawei» markalı, “Ascend P6” modelli mobil telefonun oğurluq olduğunu bilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs1 15,466 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 20,547 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə etdiyi “Rais” adlı şəxs barəsində ********* nömrəli cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrılması barədə qərar qəbul olunmuşdur. (cild 2, iş vər. 146-158). “Cinayət işindən cinayət işinin ayrılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (cild 02, iş vər. 174-175) İş materiallarına əlavə olunmuş AZ-İV 385665 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2019-cu il təvəllüdlü bir azyaşlı övladı vardır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli “Doğum haqqında arayış”ın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 2020-ci il təvəllüdlü bir azyaşlı övladı vardır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona görə Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza təyin olunmasını xahiş edir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona görə Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza təyin olunmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Qazax RPŞ tərəfindən göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 DİN-nin BƏSİİ-də “Giriş-çıxış və qeydiyyat” İAMAS-in “Sərhədkeçməyə məhdudiyyət” siyahısının “Saxla” statusunun daxil olunduğu üçün Azərbaycan Respubliaskı DSX–nin N saylı hərbi hissənin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2019-cu il tarixli, ***-*******18 nömrəli faksa əsasən vətəndaşı Təqsirləndirilən şəxs2 iltizamı alınaraq sərbəst buraxılmışdır. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında heroinin və metafetamininin xalis çəkisi 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab olunur. Məhkəmə iclasında kompyuter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokol, “Baxış keçirilməsi və götürülmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokol və “DVD diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsləri və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməllərində təqsirli olmaları onların özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmin hərəkətləri özündə əyani olaraq əks etdirən videogörüntülər və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli hesab edərək, üzərində aşkar edilmiş narkotik vasitələri öz istifadəsi üçün əldə etdiyini və özünü narkotik vasitələrin satışı ilə məşğul olmadığına, eləcə də xx.xx.2018-ci il tarixdə hər hansı oğurluq cinayəti törətmədiyinə dair hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, məhkəmə iclasında da nümayiş etidirilməklə tədqiq edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntülərlə, “Baxış keçirilməsi və götürülmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokol və “DVD diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması ilə yanaşı, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə, eləcə də məhkəmə iclasında verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına dair iş materialları ilə uzlaşan və qismən etiraf edici ifadələri, Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hyundai Sonata» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobildən ümumi xalis çəkisi - 15,466 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 20,547 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar olunmaqla, hər iki dövriyyəsi qadağan olunmuş vasitələrin külli miqdarda olmaqla miqdar əlamətlərini və faktiki olaraq iki növdə olmalarını, qeyd olunan vasitələrlə yanaşı narkotik vasitələrin çəkilib miqdarının ölçülməklə xırda bağlamalara bölmək üçün istifadə edilən 01 ədəd elektron tərəzinin aşkar edilməsini, digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib daşıyaraq saxlaması kimi cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz, verilmiş ittihamı təkzib edə biləcək sübutlar müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 xx.xx.2018-ci il tarixdə hər hansı oğurluq cinayəti törətmədiyinə dair hissədə ifadələri ilə bağlı isə qeyd edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, cinayətin törədilməsində iştirak etmiş digər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 cinayət əməllərini ifşa edən ifadələrini, iş üzrə zərərçəkmiş şəxslərin verdikləri iş materialları ilə uzlaşan ifadələri və işin təkzib olunmaz sübutlarla müəyyən edilmiş faktiki hallarını, yəni Təqsirləndirilən şəxs1 xx xxxxx 2018-ci il tarixdə saat 22 radələrində oğurluq cinayətinin törədildiyi Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən 7 nömrəli fərdi evlə bir məhəllədə yaşamaqla, hadisə günü həmin evdə toy məclisi olması səbəbindən evdə sakinlərin olmayacağını məhz onun qabaqcadan bilməsi, hadisə günü Təqsirləndirilən şəxs2 həmin evdən oğurluq etməyi təklif etməsini və həmin oğurluq cinayətinin törədilməsində faktiki olaraq birgə iştirakını, eləcə də digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq cinayət əməlinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz, verilmiş ittihamı təkzib edə biləcək sübutlar müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin göstərilən hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsləri və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərdə cinayət tərkibi vardır, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmiş və onlar həmin cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, vurulmuş zərərin həcminə və xarakterinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəlləni 234.4.3-cü maddəsinin sanksiyası isə özündə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində azyaşlı uşağının olmasını və törətdiyi cinayət əməli nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxslərə ödənilmiş olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ilk dəfə ağır cinayət törətməkdə təqsirli bilindiyinə görə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə müvafiq olaraq məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməli səmimi etiraf etməsini, himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxslərin ona qarşı şikayət və maddi tələbinin olmamasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələrini, eləcə də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Qaradağ RPİ-nin X19 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmalı və həmin müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, hal-hazırda abstinensiya, inloksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən olunmuş və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar,- Xəzər RPİ-də saxlanılan: Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hyundai Sonata» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilinin salonunda aşkar olunmaqla ekspertiza tədqiqatından sonra qalıq qalmış,- 15,266 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 20,447 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd «LanteScale 500g/0,lg» markalı elektron tərəzi, içərisində narkotik vasitə heroinin izləri olan yaşıl qapaqlı şəffaf plastik qab, 03 ədəd borucuq formada şüşə qab və 01 ədəd boz rəngli eynək qabı, eləcə də üzərində «Lighter» yazısı olan karton qutu və içərisində 04 ədəd içərisi boş olan boru formada bükülmüş kağız papiroslar, 01 ədəd şəffaf plastik qab və 01 ədəd alışqan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi tətbiq edilməklə içərisində psixotrop maddə olan metafetaminin izləri olan 03 ədəd boru formada bükülmüş 1 manatlıq və 01 ədəd 10 manatlıq pul əskinazları dövlət nəfinə xüsusi müsadirə olunmalı, cinayət işinə əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və 01 ədəd “Huawei markalı, “Ascend P6'’ modelli mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarıldığı nəzərə alınmalıdır. İş üzrə cəmi 264 (iki yüz altmış dörd) manat ekspertiza xərclərindən, keçirilmiş ekspertiza tədqiqzatlarının təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərinə müvafiq olaraq aidiyyatı nəzərə alınmaqla, 189 (yüz səksən doqquz) manat hissəsi Təqsirləndirilən şəxs1, 75 (yetmiş beş) manat hissəsi isə Təqsirləndirilən şəxs2 dövlətin xeyrinə tutulmalıdır. . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 iş üzrə Qaradağ RPİ-nin X19 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulsun və həmin müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar,- Xəzər RPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 idarə etdiyi «Hyundai Sonata» markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilinin salonunda aşkar olunmaqla ekspertiza tədqiqatından sonra qalıq qalmış,- 15,266 (on beş tam mində iki yüz altmış altı) qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 20,447 (iyirmi tam mində dörd yüz qırx yeddi) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd «LanteScale 500g/0,lg» markalı elektron tərəzi, içərisində narkotik vasitə heroinin izləri olan yaşıl qapaqlı şəffaf plastik qab, 03 ədəd borucuq formada şüşə qab və 01 ədəd boz rəngli eynək qabı, eləcə də üzərində «Lighter» yazısı olan karton qutu və içərisində 04 ədəd içərisi boş olan boru formada bükülmüş kağız papiroslar, 01 ədəd şəffaf plastik qab və 01 ədəd alışqan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi tətbiq edilməklə içərisində psixotrop maddə olan metafetaminin izləri olan 03 ədəd boru formada bükülmüş 1 manatlıq və 01 ədəd 10 manatlıq pul əskinazları dövlət nəfinə xüsusi müsadirə olunsun, 01 ədəd “Huawei” markalı, “Ascend P6'’ modelli mobil telefon Zərərçəkmiş şəxs3 qaytarıldığı nəzərə alınsın və cinayət işinə əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə cəmi 264 (iki yüz altmış dörd) manat ekspertiza xərclərindən, 189 (yüz səksən doqquz) manat hissəsi Təqsirləndirilən şəxs1, 75 (yetmiş beş) manat hissəsi isə Təqsirləndirilən şəxs2 dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmuş Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-322/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-322/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver