Məhkəmə qərarları › İş №1(101)-322/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-322/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-322/2022 22.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 6 mart 1988-ci ildə Qazı-Məmməd şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, evli, himayəsində 3 azyaşlı qız övladı olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən yeni tikilidə yaşayan, barəsində həbs qətimkan təbdiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış və narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satmışdır: elan olunmuş ittihama əsasən o, şəxsiyyəti istintaqa məlum olmayan "Əli" adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirəndən sonra əldə ediləcək ümumi qazancdan 2-3 gündən bir 200-300 manat məbləğində pul qarşılığında "Əli" adlı şəxs ilə razılaşdıqdan sonra, 2021-ci ilin fevral ayından etibarən sonuncu dəfə 18 iyul 2021-ci il tarixdə "Əli" adlı şəxsin tapşırığına əsasən İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində yol kənarında yerləşən yol nişanının yaxınlığında gizlədilmiş yerdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satmaq məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımış, 27.07.2021-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospektidə Şahid3 100 manat qarşılığında satmış olduğu həmin 2 büküm narkotik vasitə heroin və 3 büküm psixotrop maddə metamfetamindən aşkar edilmiş 2 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkilsi 0,402 qram və 0,315 qram, ümumi təmiz çəkisi 0,717 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,134 qram və 0,018 qram ümumi təmiz çəkisi 1,152 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin vermiş, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamdən 2 büküm üzərində şəxsi istifadəsi məqsədi ilə saxlamaqla, qalan hissəsini isə Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində dəmir yolunu kənarında gizlətmişdir. 28 iyul 2021-ci il tarixdə saat 02;30-da piyada olaraq ünvan 1 ünvanın qarşısında şübhəli vəziyyətdə hərəkətdə olduğundan Nərimanov RPİ-nin əməkdaşları ona yaxınlaşmış, o, danışan zaman polis əməkdaşlarının suallarından yayınmış, rabitəsiz danışmış və öz hərəkətləri ilə polis əməkdaşlarında şübhə yaratdığından saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən sol ayağına geyinmiş olduğu qara rəngli corabının boğaz nahiyyəsindən külli miqdarda olmaqla 2 ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş bir bükümdə təmiz çəkisi 10,588 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və digər bükümdə təmiz çəkisi 5,200 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində dəmir yolu kənarının yaxınlığında keçirilən axtarış zamanı 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 498,0 qram, 500,0 qram, 446,0 qram, 500,0 qram, 500,0 qram, 500,0 qram, 502,0 qram, 498,0 qram ümumi təmiz çəkisi 3944,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hcroin və digər 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 923,0 qram, 960,0 qram, 650,0 qram, 970,0 qram ümumi təmiz çəkisi 3503,0 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək göstərmişdir ki, təxminən 1 ildən çox müddətdir ki, narkotik vasitə istifadə etməyə başlamış, 2020-ci ildə 44 günlük Vətən Müharibəsində iştirak etmiş, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Vətən müharibəsində keçdiyi döyüş yoluna görə medalla təltif edilmiş, Vətən mühribəsindən qayıtdıqdan sonra narkotik vasitələrdən istifadə etməyə başlamış, adını hazırda xatırlamadığı tanışı ona İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsin Azərbaycan Respublikası ərazisində yaşayan şəxslərin köməkliyi ilə ölkə ərazisində narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə məlumat vermiş, 2021-ci ilin fevral ayında həmin şəxsin ona verdiyi nömrəyə zəng edərək İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs ilə əlaqə saxlamış, onlar Azərbaycan dilində danışmış, Əli adlı şəxslə aralarında olan razılığa əsasən Əlinin ona demiş olduğu miqdarda narkotik vasitəni istənilən bir yerə aparıb qoyaraq həmin yer barəsində Əliyə məlumat verməli imiş, 18 iyul 2021-ci il tarixdə Əli adlı şəxs 9 kiloqrama yaxın narkotik vasitə göndərmiş, həmin narkotik vasitəni İmişli rayonu, Bəhramtəpə qəsəbəsində yerləşən yol nişanın yanıldığından götürmüş, 28 iyul 2021-ci il tarixdə Bakı şəhərində DİN-in Hospitalının yaxınlığında ağacın dibinə qoymuş və bir az da öz istifadəsi üçün üzərində saxlamışdır. 28 iyul 2021-ci il tarixdə ünvan 3 ünvanın qarşısında olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib onu Nərimanov RPİ-nə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİyə gəlmiş, idarəyə gəldikdən sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər. Sonra isə onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, vəkil ona təqdim edilmiş və o, şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zaman ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Onun üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, başqa çıxış yolunun olmadığını sol ayağına geyinmiş olduğu qara rəngli corabının boğaz nahiyyəsindən 2 ədəd bükümdə narkotik vasitə olan heroin və metamfetamini könüllü olaraq təqdim etmişdir. Bundan başqa o, üzərində olan göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus istifadəsində olan 01 ədəd “Nokia 1201” markalı mobil telefonu və 5 manat pulu təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən üzərində əlavə axtarış keçirilmişdir. Bu zaman onun üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə olunmamışdır. Daha sonra Nərimanov RPİ-nin TŞ-in baş təhqiqatçısı, polis mayoru Rafiq Ağəliyev tərəfindən onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Onun üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Polis əməkdaşlarına özü könüllü olaraq DİN-in Hospitalının yaxınlığında ağacın dibinə narkotik vasitələri və psixotrop maddələri qoyduğunu etiraf etmiş və polis əməkdaşları tərəfindən həmin narkotik vasitələr və psixotrop maddələr dediyi yerdə aşkar edilmişdir. O, cəmi 1 dəfə 27 iyul 2021-ci il tarixdə Şahid3 narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vermişdir. Şahid3 ona ümumilikdə 500 manat pul verməliymiş, həmin 500 manat pulun 400 manatı Şahid3 ona olan borcuymuş. Belə ki, o, Şahid3 hissə-hissə olmaqla ümumilikdə 400 manat borca pul vermişdir. Şahid3 isə ona olan 500 manat borcunu qaytarmamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin NMB-in baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 28 iyul 2021 -ci il tarixdə saat 02:30 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-in CA üzrə kiçik inspektoru polis serjantı Şahid2lə xidməti zərurətlə əlaqədar olaraq ünvan 1 ünvanın yaxınlığında olduqları zaman, bir nələr şəxsin halsız vəziyyətdə hərəkətdə olduğunu görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim edərək Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib nə üçün halsız vəziyyətdə olduğunu soruşmuşlar. Lakin, həmin şəxsin hərəkətlərində özünü şübhəli apardığını görmüşlər və özünü təqdim etməsini təklif edən zaman həmin şəxs danışarkən suallardan yayınmağa, həmçinin rabitəsiz danışığından psixotrop maddə və ya narkotik vasitələrin təsiri altında olduğundan və üzərində psixotrop maddə və narkotik vasitə olmasından şübhələnib Nərimanov RPİ-nə dəvət etmişlər. Daha sonra həmin şəxsi Nərimanov RPİ-nin 17-ci PŞ-in CA üzrə kiçik inspektoru polis serjantı Şahid2 və o, xidməti avtomobillə ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nə gətirmişlər və həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Bu barədə raportla rəhbərliyə məruzə etdikdən sonra, raportun icrası Nərimanov RPİ-nin TŞ-in baş təhqiqatçısı polis mayoru Rallq Ağəliyevə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili İlham Məmmədov dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman sol ayağına geyinmiş olduğu qara rəngli corabının boğaz nahiyyəsindən 2 ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etdi. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus istifadəsində olan 01 ədəd “Nokia 1201” markalı mobil telefonu və 5 manat pulu təqdim etdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsdən əldə etdiyini bildirmiş; təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əlavə axtarış keçirilmiş, lakin üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmiş, Nərimanov RPİ-nin TŞ-in baş təhqiqatçısı polis mayoru Rafiq Ağəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs könüllü olaraq Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində, dəmir yolunun kənarında, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin gizlətməsini bildirmişdir. Bundan sonra, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs könüllü olaraq göstərdiyi yerdə - Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində, dəmir yolunun kənarında, baxış aparılarkən, Təqsirləndirilən şəxs gizlətdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sonuncurun könüllü olaraq göstərdiyi yerdən götürülmüşdür; Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 18 iyul 2021-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsdən Azərbaycan Respublikası ərazisində satış niyyəti ilə əldə etmiş, orada olan 2 ədəd tərəzini Sədərək Ticarət Mərkəzindən almış və malları satan zaman çəkisini müəyyən etmək üçün istifadə etmişdir; 12 ədəd büküm və 02 ədəd tərəzi maddi sübut kimi götürülmüşdür. Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində, dəmir yolunun kənarında, şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs onlara bildirib könüllü təhvil verdiyinə qədər Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində, dəmir yolunun kənarında narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi barədə əməliyyət tədbirinin iştirakçılarında məlumat olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri könüllü olaraq təhvil vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin NMB-in baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismndə dinidirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş X3 ifadəsində göstərmişdir ki, təxminən 8 aydır narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. Təqsirləndirilən şəxs 10 ildir ki, tanıyır. 27.07.2021-ci il tarixdə bədənində ağrılar olduğu üçün Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, onlar həmin gün saat 16:00 radələrində Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospektində görüşmüş; Təqsirləndirilən şəxs bədənində ağrılar olmasını bildirmiş, Təqsirləndirilən şəxs onu həkimə aparmağını təklif etmiş, lakin o, razılaşmayaraq narkotik vasitə və psixotrop maddə istədiyini bildirmiş, Təqsirləndirilən şəxs da ona 2 büküm narkotik vasitə heroin və 3 büküm psixotrop maddə metamfetamin vermiş, Təqsirləndirilən şəxs ona verdiyi narkotik vasitə və psixotrop maddələrin qarşılığında 100 manat, Təqsirləndirilən şəxs ona hissə-hissə olmaqla borc verdiyi ümumilikdə 400 manat pulu da hesablamaqla ümumilikdə 500 manat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs aldığı 3 büküm psixotrop maddə metamfetamindən 1 bükümdə olanını istifadə etmişdir. O, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğundan həmin bükümləri öz istifadəsi üçün üzərində saxlamışdır. 28.07.2021-ci il tarixdə ünvan 4 ünvanın qarşısında olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə getmişdir. Şöbəyə getdikdən sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər. Sonra isə onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, vəkil ona təqdim edilmiş və o, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, üzərinə şəxsi axtarış keçirilmiş ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Onun üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, başqa çıxış yolunun olmadığını görərək üzərində olan qara rəngli pul kisəsinin içərisindəki ağ rəngli pul kisəsinin içərisindən 5 büküm çıxardaraq könüllü olaraq təqdim etmiş; həmin hükümlərin 2 ədədinin içərisində narkotik vasitə heroin, 2 ədədinin içərisində psixotrop maddə metamfetamin olmuş, 1 ədədinin içərisi isə boş olmuş, həmin boş folqa kağızının içərisində psixotrop maddə metamfetamin olmuş və o, həmin metamfetamini saxlanılmasından bir qədər əvvəl istifadə etmişdir. Bundan başqa o, üzərində olan özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd qara rəngli “Alcatel” markalı mobil telefonu, 1 ədəd ağ rəngli “Classik” markalı siqaret qutusunu, 4 manat pulu və 1 ədəd qara rəngli alışqanı təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən üzərində əlavə axtarış keçirilmiş, lakin başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Nərimanov RPİ-nin 17-ci PŞ-in təhqiqatçısı, polis mayoru Vəzirə Şamilova tərəfindən onun üzərində şəxsi axtarış və götürülmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır (1-ci cild iş vərəqi 166-168). Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 28 iyul 2021-ci il tarixli 6/3143 saylı ekspert rəiyndən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan bir ədəd zərfdə, içərisində bir ədəd bükümdə təmiz çəkisi 10,588 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, digər bükümdə isə təmiz çəkisi 5,200 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrimin siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrimin siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi - 10,588 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq 10,488 qram. Metamfetaminin təmiz çəkisi - 5,200 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq 5,100 qram (1-ci cild iş vərəqi 33-40). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 29 iyul 2021-ci il tarixli 6/3171 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Şahid3 üzərindən...” sözləri və imzalar olan bir ədəd zərfdə, içərisində iki bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,134 qram, 0,018 qram ümumi çəkisi 1,152 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,402 qram, 0,315 qram ümumi çəkisi 0,717 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi - 0,717 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq 0,617 qram.Metamfetaminin ümumi təmiz çəkisi - 1,152 qram, tədqiqata sərf edildi - 0,02 qram, qalıq 1,132 qram (1-ci cild iş vərəqi 175-181). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 29 iyul 2021-ci il tarixli 6/3172 saylı ekspert rəyindən görünür: - tədqiqata təqdim edilmiş -üzərində “...soyad və imzalar...” qeyd edilmiş bir ədəd ağ rəngli torbada, içərisində 4 ədəd sellofan bağlamanın hər birində 2 ədəd olmaqla ümumilikdə 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 498,0 qram, 500,0 qram, 446,0 qram, 500,0 qram, 500,0 qram, 500,0 qram, 502,0 qram, 498,0 qram ümumi təmiz çəkisi 3944,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, -digər 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 923,0 qram, 960,0 qram, 650,0 qram, 970,0 qram ümumi təmiz çəkisi 3503,0 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir; - bir ədəd MEM-ə məxsus kağız paketdə qablaşdırılmış üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri, imzalar, “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksləri olan bir ədəd zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 10,438 qram olan heroin ilə Təqsirləndirilən şəxs aşkar edilmiş 8 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edir; - bir ədəd MEM-ə məxsus kağız paketdə qablaşdırılmış üzərində "...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri, imzalar, “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksləri olan bir ədəd zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 5,100 qram olan metamfetamin ilə Təqsirləndirilən şəxs aşkar edilmiş 4 ədəd bükümdə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edir. Heroinin təmiz çəkisi - 3944,0 qram, tədqiqata sərf edildi - 0,4 qram, qalıq 3.943,6 qram. Metamfetaminin təmiz çəkisi - 3503,0 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq 3.502,8 qram. Heroinin təmiz çəkisi - 10,488 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 10.438 qram. Metamfetaminin təmiz çəkisi - 5,100 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 5,050 qram (1-ci cild iş vərəqi 104-109). İşdə olan məhkəmə-psixiatrik ekspertiza üzrə 14.08.202 -ci il tarixli 1801 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məebııri müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 157-159). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 06 oktyabr 2021 -ci il tarixli, 6/3914 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd gümüşü korpuslu və 01 ədəd qırmızı korpuslu elektron tərəzilərin üzərində narkotik vasitə - heroinin izləri müəyyən edildi. Tərəzilərin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir; X1 aşkar edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 6/3171 saylı ekspert rəyi ilə bağlanılmış qablaşmanın içərisində olan 01 ədəd boş falqa kağızında narkotik vasitə və ya psixotrop maddə qalıqları aşkar olunmadı; X1 aşkar edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 6/3171 saylı ekspert rəyi ilə bağlanılmış qablaşmanm içərisində olan 01 ədəd boş falqa kağızında narkotik vasitə və ya psixotrop maddə qalıqları müəyyən edilmədi;Təqsirləndirilən şəxs və Şahid3 aşkar edilmiş psixotrop maddə - metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və həmçinin həmin şəxslərdən aşkar olunmuş narkotik vasitə - heroin kütlələri də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (1-ci cild iş vərəqi 190-195). İşdə olan ambulator-məhkəmə narkoloji ekspertiza üzrə 28 oktyabr 2021-ci il tarixli 4195 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin vo psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 201-202). İşdə olan 28 iyul 2021-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl təklif olunmuşdur ki, üzərində olan qanunsuz əşyaları könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol ayağına geyindiyi qara rəngli corabının boğaz nahiyyəsindən 2 ədəd bükümdə narkotik vasitə olan heroin və metamfetamini könüllü olaraq təqdim etdi. Bundan başqa o, üzərində olan göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus istifadəsində olan 01 ədəd “Nokia 1201” markalı mobil telefonu və 5 manat pulu təqdim etdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etməsini bildirmişdir. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürlənmişdir (*1-ci cild iş vərəqi 19-20 İşdə olan 28 iyul 2021-ci il tarixli “Ərizə əsasında ərazidə axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində, dəmir yolunun kənarında, axtarış aparılan zaman Təqsirləndirilən şəxs gizlətmiş olduğu narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin yerini göstərmişdir. Daha sonra bildirmişdir ki, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 18 iyul 2021-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsdən Azərbaycan Respublikası ərazisində satış niyyəti ilə əldə etmişdir. Orada olan 2 ədəd tərəzini isə malları satan zaman çəkisini müəyyən etmək üçün istifadə etmişdir. Həmin tərəziləri isə Sədərək Ticarət Mərkəzindən almışdır. Aşkar olunmuş 12 ədəd büküm və 02 ədəd tərəzi maddi sübut kimi götürülmüşdür. (1-ci cild iş vərəqi 45-48). İşdə olan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin üzərində əlyazma ilə «Təqsirləndirilən şəxs» və «Nərimanov RPİ» sözləri yazılmışdır. «HP 201 lx» kompyuter vasitəsilə diskdə olan videogörüntüyə baxarkən müəyyən olundu ki, özünü Təqsirləndirilən şəxs oğlıı kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, sol ayağına geyinmiş olduğu qara rəngli corabının boğaz nahiyyəsindən 2 ədəd bükümdə narkotik vasitə olan heroin və metamfetamini könüllü olaraq təqdim etdi. Bundan başqa o, üzərində olan göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus istifadəsində olan 01 ədəd “Nokia 1201” markalı mobil telefonu və 5 manat pulu təqdim etdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etməsini bildirmişdir (1-ci cild iş vərəqi 125). İşdə olan Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsi dəmir yolunun kənarında gizlətmiş olduğu narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə baxış keçirilməsi haqqında prootokoldan görünür ki, diskin üzərində əlyazma ilə «Təqsirləndirilən şəxs» və «Nərimanov RPj» sözləri yazılmışdır. «HP 201 lx» kompyuter vasitəsilə diskdə olan videogörüntüyə baxarkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsi dəmir yolunun kənarında axtarış aparılan zaman Təqsirləndirilən şəxs gizlətmiş olduğu narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin yerini göstərmişdir. Daha sonra bildirmişdir ki, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 18 iyul 2021-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsdən Azərbaycan Respublikası ərazisində satış niyyəti ilə əldə elmişdir. Orada olan 2 ədəd tərəzini isə malları satan zaman çəkisini müəyyən elmək üçün istifadə etmişdir. Həmin tərəziləri isə Sədərək Ticarət Mərkəzindən almışdır. Aşkar olunmuş 12 ədəd büküm və 02 ədəd tərəzi maddi sübut kimi götürülmüşdür (1-ci cild iş vərəqi 126). İşdə olan "xxxx" MMC-dən Nərimanov RPİ-nin İŞ-nə 10,09,2021-ci il tarixli BKC/LGL- 15238/21 saylı məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylg mobil telefon nömrəsinə 29.01.2021-ci il tarixdən 29.07.2021-ci il tarixədək olan müddətdə daxil olmuş, edilmiş və cavabsız zənglər, daxil olmuş və göndərilmiş SMS-lərin mətnləri, qeyd olunan müddət ərzində həmin mobil nömrənin hansı əhatə dairələrinə düşməsinin (CELL-İD) əks olunduğu CD diskə baxış keçirilməsi haqqında protokoldn görünür ki, (055) ***-**-** saylı abonent nömrəsinə göstərilən tarixlərində çoxlu sayda zənglər və SMS-lər daxil olmuş, lakin həmin məlumatlarda iş üçün əhəmiyyət kəsb edən hal, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin satışı barədə məlumat aşkar edilməmişdir (1-ci cild iş vərəqi 188-189). İşdə olan maddi sübut kimi tanınma haqqında 25 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində, dəmir yolunun kənarında, keçirilən axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3.954,588 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, ümumi təmiz çəkisi 3.508,2 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin heroin və metamfetaminin aparılmış tədqiqatlardan sonra qalıq qalmış hissəsi cinayət işinə əlavə edilmiş və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmçinin həmin qərarla keçirilən axtarış zamanı aşkar edilərək götürülmüş 02 ədəd elekron tərəzi iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (1-ci cild iş vərəqi 196-200). İşdə olan 04 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində dəmir yolunun kənarında keçirilən axtarış zamanı çəkilmiş videogörüntülərin və keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən daxil olmuş (CELL-İD) 01 ədəd DVD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 211-232). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 128). İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin 03 dekabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2020-ci il tarixdən 27 dekabr 2020-ci il tarixədək hərbi təlim toplanışı və qismən səfəbərliklə əlaqədar Azərbaycan Respublikaçının Silahlı Qüvvələrində hərbi xidmət keçərək ordudan tərxis olunmuş, Fizuli-Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İşdə olan Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Muğan qəsəbə İƏD üzrə nümayəndəsinin əvəzinin verdiyi 03 dekabr 2021-ci il tarixli xasəsiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İşdə olan AA3045778, AA2984207 və AA2984206 salyı şəxsiyyət vəsiqələrinin surətlərindən və Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Muğan qəsəbə İƏD üzrə nümayəndəsinin əvəzinin verdiyi 03 dekabr 2021-ci il tarixli 466№-li ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs hmayəsində 2016, 2017 və 2021-ci il təvəllüdlü 3 azyaşlı uşaqları vardır. İşdə olan tutma haqqında 28 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cld iş vərəqi 20). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 91-93). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr), (2-ci psixotrop maddələr)» əsasən heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram və metamfetamin psixotrop maddəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs Ellazə Mustafayevaya satdığı narkotik vasitə heroin 0,717 qram və psixtrop maddə metamfetamin 1,152 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar, polis əməkdaşlarına könüllü təhvil vediyi satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq saxladığı 8 ədəd bükümdə ümumi təmiz çəkisi 3944,0 qram narkotik vasitə heroin və 4 ədəd bükümdə ümumi təmiz çəkisi 3503,0 qram psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşıması və narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satması tam təsdiqini tapmışdır. Cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları trəfindən saxlanıldıqdan sonra Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində, dəmir yolu kənarının yaxınlığına, qoyulmuş 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 498,0 qram, 500,0 qram, 446,0 qram, 500,0 qram, 500,0 qram, 500,0 qram, 502,0 qram, 498,0 qram ümumi təmiz çəkisi 3944,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və digər 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 923,0 qram, 960,0 qram, 650,0 qram, 970,0 qram ümumi təmiz çəkisi 3503,0 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini poils əməkdaşlarına yerini göstərməklə könüllü təhvil vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeyd hissəsinə əsasən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir; Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində dəmir yolu kənarının yaxınlığında gizlətdiyi 8 ədəd bükümdə ümumi təmiz çəkisi 3944,0 qram narkotik vasitə heroini və 4 ədəd bükümdə ümumi təmiz çəkisi 3503,0 qram psixotrop maddə metamfetamini könüllü surətdə polis əməkdaşlarına təhvil verdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinə əsasən həmin hissədə cinayət məsuliyyətindən azad ediməli və ona yeni redaksiyada ittiham verilməlidir: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış və narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satmışdır: belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan "Əli" adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirəndən sonra əldə ediləcək ümumi qazancdan 2-3 gündən bir 200-300 manat məbləğində pul qarşılığında "Əli" adlı şəxs ilə razılaşdıqdan sonra, 2021-ci ilin fevral ayından etibarən sonuncu dəfə 18 iyul 2021-ci il tarixdə "Əli" adlı şəxsin tapşırığına əsasən İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində, yol kənarında yerləşən yol nişanının yaxınlığında, gizlədilmiş yerdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satmaq məqsədilə götürərək qanunsuz əldə etmiş, saxlamış və daşımaqla Bakı şəhərinə gətirmiş, 27.07.2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində Şahid3 100 manata ı 2 büküm narkotik vasitə heroin və 3 büküm psixotrop maddə metamfetamindən satmış, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Şahid3 üzərində həmin 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,402 qram və 0,315 qram olmaqla ümumi təmiz çəkisi 0,717 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,134 qram və 0,018 qram olmaqla ümumi təmiz çəkisi 1,152 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallik formada psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Ellazə Mustafayeva tərəfindən istifadə edilmiş üçüncü bükümdə olan heroinin götürülməsi və ölçülməsi mümkün olmamışdır, bundan sonra onda qalmış narkotik vasitə heroin və psixotrop maddə metamfetamdən 2 büküm götürüb üzərində şəxsi istifadəsi məqsədi ilə saxlamaqla, qalan hissəsini Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsində, dəmir yolunu kənarında, gizlətmişdir. 28 iyul 2021-ci il tarixdə saat 02;30-da piyada olaraq Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən 120 saylı binanın qarşısında hərəkət edərkən Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən sol ayağına geyindiyi qara rəngli corabının boğaz nahiyyəsindən şəffaf sellofana bükülmüş bir bükümdə təmiz çəkisi külli miqdar təşkil edən 10,588 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və digər bükümdə təmiz çəkisi külli miqdar təşkil edən 5,200 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində, dəmir yolu kənarının yaxınlığında, saxladığı narkotik maddə heroinin və psixotrop vasitə metamfetaminin yerini könüllü olaraq göstərərək polis əməkdaşlarına təhvil vermiş keçirilən baxış zamanı 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 498,0 qram, 500,0 qram, 446,0 qram, 500,0 qram, 500,0 qram, 500,0 qram, 502,0 qram, 498,0 qram ümumi təmiz çəkisi 3944,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və digər 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 923,0 qram, 960,0 qram, 650,0 qram, 970,0 qram ümumi təmiz çəkisi 3503,0 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin onun könüllü olaraq göstərdiyi yerdən götürülmüşdür. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı qız övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilməsini, himayəsində 3 azyaşlı qız övladlarının olmasını, 3944,0 qram çəkidə narkotik vasitə heroini və 3503,0 qram çəkidə psixotrop maddə metamfetamini polis əməkdaşlarına könülü təhvil verməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirəni olmasını və təqsirləndirilən şəxsin törətdiyi cinayətdən peşmançılıq çəkməsini də cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları - 2-ci Qarabağ müharibəsinin iştirakçısı olması, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilməsini, himayəsində 3 azyaşlı uşaqlarının olmasını, 3944,0 qram çəkidə narkotik vasitə heroini və 3503,0 qram çəkidə psixotrop maddə metamfetamini polis əməkdaşlarına könülü təhvil verməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və təqsirləndirilən şəxsin törətdiyi cinayətdən peşmançılıq çəkməsini müstəsna hallar kimi qiymətləndirir və barəsində Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tətbiq edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 8-ci bəndinə görə CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən müddəalarına əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar - 2ci Qarabağ müharibəsinin iştirakçısı olması, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilməsini, himayəsində 3 azyaşlı uşaqlarının olmasını, 3944,0 qram çəkidə narkotik vasitə heroini və 3503,0 qram çəkidə psixotrop maddə metamfetamini polis əməkdaşlarına könülü təhvil verməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və təqsirləndirilən şəxsin törətdiyi cinayətdən peşmançılıq çəkməsi cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallardır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarına qabaqcadan əlbir olan qrupun digər üzvü olan Əli adlı iran vətəndaşı barədə məlumat verməklə onun ifşa olunmasına köməklik göstərmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini (müsbət xaraktirizə edilməsini), törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların məcmusunu - Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 azyaşlı uşağının olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları - 2-ci Qarabağ müharibəsinin iştirakçısı olması, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilməsini, himayəsində 3 azyaşlı qız övladının, yaşlı anasının və işləməyən arvadının olmasını, 3944,0 qram çəkidə narkotik vasitə heroini və 3503,0 qram çəkidə psixotrop maddə metamfetamini polis əməkdaşlarına könülü təhvil verməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və təqsirləndirilən şəxsin törətdiyi cinayətdən peşmançılıq çəkməsini və təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə həmin maddədə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə əsas görmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 28 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini (müsbət xaraktirizə edilməsini), törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların məcmusunu - Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 azyaşlı uşağının olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları - 2-ci Qarabağ müharibəsinin iştirakçısı olması, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilməsini, himayəsində 3 azyaşlı uşaqlarının olmasını, 3944,0 qram çəkidə narkotik vasitə heroini və 3503,0 qram çəkidə psixotrop maddə metamfetamini polis əməkdaşlarına könülü təhvil verməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və təqsirləndirilən şəxsin törətdiyi cinayətdən peşmançılıq çəkməsini və təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə həmin maddədə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcının tutulduğu 28 iyul 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə-narkoloji ekspertizası üzrə 28 oktyabr 2021-ci il tarixli 4195 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin vo psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekpertiza tədqiqatlarından sonra qalıq qalan 3954,088 qram narkotik vasitə heroin və 3507,85 qram psixotrop maddə metamfetamin və 02 ədəd elekron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış videogörüntünün olduğu 1 ədəd DVD-R formatlı disk, Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində dəmir yolunun kənarında keçirilən axtarış zamanı çəkilmiş videogörüntülərin olduğu 1 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatın dəyəri - 255 (iki yüz əlli beş) manat 83 (səksən üç) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 iyul 2021-ci il tarixdən hesablansın. X2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekpertiza tədqiqatlarından sonra qalıq qalan 3954,088 qram narkotik vasitə heroin və 3507,85 qram psixotrop maddə metamfetamin və 02 ədəd elekron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 1 ədəd DVD-R formatlı disk, Bakı şəhəri Nərimanov rayonu, A.Qərib küçəsində dəmir yolunun kənarında keçirilən axtarış zamanı çəkilmiş videogörüntülərin olduğu 1 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizalar üzrə tədqiqatların dəyəri 255 (iki yüz əlli beş) manat 83 (səksən üç) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddanın olmaması nəzərə alınmalıdır. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar