Məhkəmə qərarları › İş №1(101)-322/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-322/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-322/2024 25.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), X9 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1984-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, AZTV-də xəbərlər informasiya studiyasının müxbiri işləyən, Zəngilan rayonu, Vətənli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oglunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib guya udmuş olduğu tenderlərdə iş görüb xeyir götürməklə bağlı yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, 2019-cu ilin iyun ayı ərzində hissə-hissə olmaqla 1-ci dəfə ünvan 2 ünvanın qarşısında 20000 ABŞ dolları ekvivalentində olan 34000 manat və 1000 manat olmaqla ümumi 35000 manat, 2-ci dəfə ünvan 3 ünvanın qarşısında 10000 ABŞ dolları ekvivalentində olan 17000 manat, 3-cü dəfə ünvan 4 ünvanda yerləşən Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında 15000 ABŞ dolları ekvivalentində olan 25500 manat və sonuncu dəfə 10000 ABŞ dolları ekvivalentində olan 17000 manat pulu ünvan 3 ünvanın qarşısında almaqla ümumilikdə 55000 ABŞ dolları ekvivalentində olan 93500 manat və 1000 manat olmaqla 94500 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir; bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunun Ukraynada təhsil almış qohumlarının diplomlarının 'Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən nostrifıkasiya prosesini həyata keçirdəcəyi ilə bağlı yalan vəd verib aldatmaqla, xx.xx.2021-ci il tarixdə yaşadığı ünvan 5 ünvanın yaxınlığında 15000 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki tanıyır və sonuncu ilə qonşu olmuşlar, ona qarşı irəli sürülmüş ittihamda qeyd edilən tender məsələsi yanlışdır, belə ki, o, hansısa restoranlara led monitor və yaxud avadanlıqlar lazım olduqda sifariş götürür və həmin avadanlıqları təmin etməklə nağd şəkildə qazanc əldə edirlər, onra böyük bir qazanclı layihə gəlmiş və Zərərçəkmiş şəxs1 bu barədə məlumat verərək pul yatırmasını təklif etmiş, Zərərçəkmiş şəxs1 35.000 manat pul almış və ona hər ay 4300 manat gəlir vermişdir; Dövlət Sərhəd Xidmətinin Suraxanı rayonunda Mədəniyyət evindən onlara iş təklif edilmiş, onlar gedərək həmin yerə baxmış, ümumi smeta çıxarmış və razılıq alınmışdır; Zərərçəkmiş şəxs1 həmin iş barədə də məlumat vermiş və birlikdə iş görməyi təklif etmiş, Zərərçəkmiş şəxs1 Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən “ExpressBank”-dan 35.000 dolları çıxarıb ona vermis, onlar da avadanlıqlar məsələsini həll etdikdə Dövlət Sərhəd Xidməti ödənişi nağd şəkildə ödəməyəcəklərini, köçürmə yolu ilə ödəyəcəklərini bildirmişdir. O bu barədə dostu Şahid2 bildirdikdə Ramin ona təklif etmişdir ki, həmin pulu ona versin, əvəzində o (Şahid2) 3 ay ərzində hər ay 6500 manat olmaqla Zərərçəkmiş şəxs1 pul ödəyəcək və sonda bütün məbləği bağlayacaq. Ramin dediyi kimi hər ay Zərərçəkmiş şəxs1 6.500 manat vermişdir, lakin sonra Ramin özünə qəsd etməyə cəhd etmiş, xəstəxanada Zərərçəkmiş şəxs1 Raminin onun (Zərərçəkmiş şəxs1) oğlundan 100.000 dollar pul aldığını, digər dostu Raminin ondan (dostundan) 70.000 ABŞ dolları pul aldığını, Amerikada yaşayan başqa bir dostu Raminin ondan (dostundan) 250.000 ABŞ dolları aldığını və başqa bir dostları isə Raminin ondan (dostundan) 485.000 ABŞ dolları pul aldığını bildirmişdir. Ramin sağalana yaxın onu yanına çağıraraq Bəsti xanımdan aldığı 35.000 ABŞ dollarını ona (Raminə) verdiyini deməməsini, pulu qaytaracağını söz vermişdir. Sonradan Bəsti xanım onların yaşadığı mənzilə gələrək ona verdiyi 35.000 dolları Raminə verib-vermədiyini soruşmuş o da pulu Raminə verdiyini etiraf etmişdir. Onlar birlikdə Ramingilə getmiş, Ramin orada pulu 3-cü gün verəcəyinə dair söz vermis, sonradan isə Ramin həbs edilmiş, o da Bəsti xanıma həmin pulu hissə-hissə verəcəyini bildirmişdir. O Bəsti xanıma 35.000 manat borcu bağlamışdır. Sonra Bəsti xanıma maaş kartını verərək hər ay oradan pulu çıxarmasını demiş, lakin sonradan maaş kartı özünə lazım olduğu üçün kartı istəmiş, Bəsti xanım isə etiraz etməmişdir. Üzərindən bir müddət keçdikdən sonar heç bir problem olmadan 18-ci polis bölməsindən onu çağırmış və Zərərçəkmiş şəxs1 ondan şikayət etdiyni bildirmişlər. Zərərçəkmiş şəxs2 isə ona pul verməmişdir, Zərərçəkmiş şəxs2 qohumu onun iş yoldaşıdır, onlar 3 tələbə üçün 7.500 manat pul almışlar. Sonradan Zərərçəkmiş şəxs2 öz qohumundan 15 000 manat pul almış, həmin pulu guya onun aldığını iddia edərək böhtan atmışlar. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayında Elmir yaşadığı evə gəlib bildirmişdir ki, müxbir olduğuna görə tender udmuşdur. Dövlət obyektlərinin işıqlandırma işlərini ona həvalə ediblər. Elmir demişdir ki, gördüyü iş Sumqayıt şəhərində yerləşən Muğam ocağı muzeyinin işıqlandırmasıdır, Çindən iki milyon manat dəyərində avadanlıq vurmuşdur və Zahid Bayramlı adlı şəxslə şirkət qurmuşlar, 3 ay müddətinə 35.000 manat pul lazımdır, , həmin pulun üstündə aylıq 4000 manat olmaqla ümumilikdə 12000 manat xeyir verəcəkdir. O, həmin ərəfədə "xxxx" ASC-dən kredit götürmüş, pulu verməmişdən qabaq Elmirin dediklərini araşdırmış və görmüşdür ki, həqiqətən Sumqayıt şəhərində Muğam ocağı muzeyinin daxilində işıqlandırma işləri gedir və hətta Elmir demişdir ki, oktyabrın əvvəlində açılış olacaq və bundan sonra əsas pulu qaytaracaq, əgər 3 aydan o tərəfə keçsə 4-cü ayın da qazancı veriləcəkdir. O, Elmirin sözlərinə inanmış və 2019-cu ilin iyun ayında Elmirə 35.000 manat pul vermişdir. Təxminən 10 gün sonra Təqsirləndirilən şəxs ona zəng edib bildirmişdir ki, Əhmədli qəsəbəsində yerləşən X2 klubunun təmir işlərinin tendirini udmuşdur və abadlaşdırma işləri ona həvalə edilmişdir. Elmir demişdir ki, təcili olaraq 35000 ABŞ dolları çatdırmaq lazımdır və həmin pula görə 3 ay müddətində aylıq 6000 manat olmaqla 18000 manat pul xeyir verəcəkdir. O, yəni 2019-cu ilin iyun ayı ərzində 3 hissəyə, yəni 10000 ABŞ dollarını yaşadıqları ünvan 6 ünvanın qarşısında, 2-ci 15000 ABŞ dollarını həyat yoldaşı X3 tərəfindən Nərimanov rayonu ərazisində yerləşən T. Bəhramov adına Respublika Stadionun qarşısında, sonuncu 3000 ABŞ dollarını isə yenə yaşadığı ünvanın qarşısında həyat yoldaşı tərəfindən Təqsirləndirilən şəxs vermişlər. Elmir ondan pulları aldıqdan sonra 2019-cu ilin iyul ayında götürdüyü 35000 manata görə 4000 manat, 35000 ABŞ dollarına görə isə 6000 manat pul vermişdir. Sentyabr ayına çatdıqda Elmir ayın 5-i qazancı gətirməli olduğu halda gətirə bilməmişdir. Lakin, gecikmə ilə 4000 manat gətirib vermişdir. 2019-cu ilin sentyabr ayının 23-də Elmir onun oğlu Hüseynə yığmışdır ki, dostu Ramin sirkə içərək özünü zəhərləmişdir və xəstəxanada təkdir, sonuncuya kömək etmək lazımdır. Elmirdən soruşmuşdur ki, Ramin ilə iş əlaqən var ya yoxdur. Elmir isə and içmişdir ki, onun pulu tenderlərdədi, başqa söhbət ola bilməz. 2019cu ilin noyabr ayında o, Elmirdən pulunu tələb etmiş və demişdir ki, Faiqlə görüşmək istəyir. Elmir ona tapşırmışdır ki, görüş zamanı Faiqə 35000 ABŞ dolları barəsində heçnə deməsin. O, 2019-cu ilin noyabr ayında həyat yoldaşı ilə birlikdə Badamdar qəsəbəsində yerləşən kafedə Faiq və Elmirlə görüşmüşdür. Faiqə demişdir ki, bəs Elmirə 35000 manat pul vermişdir. Elmir Sumqayıt şəhərində Muğam Ocağı Muzeyinin tenderini udmuşdur. Faiq təəccüblə baxıb demişdir ki, Elmirin tenderə heç bir aidiyyəti yoxdur. İşi o, Zahidlə Elmirə vermişdir. Oradan 6000-7000 manat pul veriləcək, həmin pulda ona çatmalıdır. Lakin, 35000 manatdan xəbəri olmadığını, Elmirin tenderə heç bir aidiyaatınm olmadığını bildirmişdir. Bundan sonra Elmir onları qoyub çıxıb getmişdir. O, əri Əlisahib və Faiqlə qalmışlar. O, Faiqə sual vermişdir ki, bu pullar hara gedə bilər, Faiq isə bildirmişdir ki, xəbəri yoxdur. Bir həftədən sonra o, Faiqlə görüşmüş və Faiq ona 3000 manat pul vermişdir. Faiq demişdir ki, bu pul öz puludur, sadəcə olaraq Elmirə yardım edir. O, orada Faiqə demişdir ki, əlavə olaraq X10 üçün 35000 ABŞ dolları vermişdir. Faiq çox pis vəziyyətə düşmüş, bildirmişdir ki, Elmirin anasına xəbər vermək lazımdır. Beləliklə, ona Sumqayıt Muğam Ocağı Muzeyinə görə qazanc olaraq 12000 manat, verdiyi 35000 manat puldan isə 11000 manat pul qaytarılmışdır. Elmirin anası hər şeydən xəbər tutan kimi qaçıb onlara gəlmiş və demişdir ki. evinin yarısını verər, oğlunu tutdurma. Onlar arvadı sakitləşdirmişlər, o, demişdir ki, heç kimi tutdurmaq fikri yoxdur. Hər ay iki min manat ona verilsin, evi satma. 2019-cu ilin noyabr ayından 2021-ci ilin dekabr ayına qədər olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 13500 manat pul qaytarılmışdır. Təqsirləndirilən şəxs anası ona pulun qaytarılması üçün zamin durmuş və hissə-hissə hər ay qaytaracağına söz vermişdir. Bu səbəbdən hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur, barışmışlar. Məhkəmə zamanı şahid qismində dindirilmiş X3 iş üzrə şahid arvadı Zərərçəkmiş şəxs1 ifadəsinə və işin faktiki halarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs2 üç qohumunun diplomlarının tanınması üçün Təqsirləndirilən şəxs ilə hər diploma görə 5000 manat pul verilməsini razılaşmış, ümumilikdə Təqsirləndirilən şəxs 15.000 manat pul vermişdir. 16 avqust2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən yaşadığı evin yaxınlığında görüşüb 15.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs diplomların tanınması məsələsinin 2 ay ərzində həll olunacağını bildirmişdir. Lakin xeyli müddət keçdikdən sonra məsələ həll edilməmiş, atası başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadaraq 15.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bu səbəbdən atası Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onun üçün heç bir iş görməyi lazım olmadığını bildirmiş, vermiş olduğu pulu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs onunla razılaşaraq 1 həftə ərzində pulunu qaytaracağına vəd vermişdir. Lakin, sonuncu vermiş olduğu vədə əməl etməmişdir. Hazırkı vaxtadək Təqsirləndirilən şəxs vermiş olduğu puldan cəmi 2500 manatını qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, həmin pulu ona bağışlayır, heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun 3 qohumu Ukraynada ali təhsil almışdır. Onlar diplomlarının tanınması üçün hazırkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmişlər. Lakin, müsbət cavab əldə olunmamış və diplomlar Nazirlik tərəfindən tanınmamışdır. Onlar uğursuz cavab aldıqdan sonra yenidən müraciət etmək istəmişlər. O, diplomların tanınmasının aparılması qaydası ilə maraqlanmış, ona bildirmişlər ki, diplomlar Elm və Təhsil Nazirliyinin nəznində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. Bu barədə 2021-ci ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə aralarında olan təsadüfi söhbət zamanı sonuncu bildirmişdir ki, Elm və Təhsil Nazirliyində işləyən tanışlarının vasitəsi ilə diplomların ölkə tərəfindən tanınması prosesini həyata keçirə bilər. O, Təqsirləndirilən şəxs kömək etməsini xahiş etmişdir. 2 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, diplomların tanınması məsələsini Elm və Təhsil Nazirliyində işləyən tanışları ilə danışmışdır və hər diploma 5000 manat olmaqla ümumilikdə 3 diplomun tanınması üçün 15000 manat pul ödəməli olduğunu bildirmişdir. Məbləğ çox olduğundan o, əvvəlcə razılaşmaq istəməsə də, Təqsirləndirilən şəxs bu işi çox münasib qiymətə danışdığına onu inandırmışdır. O, Təqsirləndirilən şəxs ilə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən yaşadığı evin yaxınlığında görüşüb 15000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bu zaman Təqsirləndirilən şəxs diplomların tanınması məsələsinin 2 ay ərzində həll olunacağını bildirmişdir. Həmçinin, o, Təqsirləndirilən şəxs istəyi əsasında sonuncuya pulu verən zaman, pulla birlikdə hər üç diplomun Azərbaycan dilinə tərcüməsi ilə notarial qaydada təsdiq olunmuş nüsxələrini də, Təqsirləndirilən şəxs vermişdir. Bundan 2 ay sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyindən elektron poçt vasitəsilə diplomların tanınmasından imtina olunması barədə məlumat göndərilmişdir. O, bu barədə Təqsirləndirilən şəxs bildirdikdə sonuncu yalnışlıq olmasını bildirib, diplomların tanınmasından imtina olunmasına görə məhkəmə nəzarəti qaydasında şikayət verəcəyini və qısa müddət ərzində bu işi məhkəmə vasitəsi ilə həll edəcəyinə onu inandırmışdır.Bundan bir neçə ay keçdikdən sonra Təqsirləndirilən şəxs işlərin nə qaydada olması barədə maraqlandıqda o, narahat olmamağı, 2 gün səbirli olmağını bildirdi. 2 gün sonra Təqsirləndirilən şəxs zəng eldikdə yenə narahat olmamağmı, bir neçə gün səbirli olmağını bildirmişdir. Bu zaman o, artıq əmin olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadaraq 15000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üçün heç bir iş görməyi lazım deyil, vermiş olduğu pulu geri qaytar. Təqsirləndirilən şəxs onunla razılaşaraq 1 həftə ərzində pulunu qaytaracağına vəd vermişdir. Lakin, sonuncu vermiş olduğu vədə əməl etməmişdir. Hazırkı vaxtadək Təqsirləndirilən şəxs vermiş olduğu puldan ona cəmi 2500 manatını qaytarmışdır (1-ci cild iş vərəqi 178-180). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Eİmir Məmmədov onun qayınıdır. 2019-cu ilin oktyabr-noyabr aylarında evdə olarkən həyat yoldaşının kefsiz olduğunu görmüş, nə baş verdiyini soruşduqda sonuncu bildirmişdir ki, qardaşı Elmirin borcu var, o Elmirlə danışıb məsələni aydınlaşdırmaq üçün həmin adamlarla Badamdar qəsəbəsində yerləşən avtomobil bazarında yerləşən kafelərdən birində görüşmüşlər. Həmin görüşə Elmirlə getmiş, orada bir qadın və bir kişinin onları gözlədiyini görmüşdür. Onlar görüşüb söhbət etmişlər, həmin adamlar, yəni Zərərçəkmiş şəxs1 və onun həyat yoldaşı bildirmişdir ki, Elmirin onlara 5.000 manat borcu vardır, pulu alıb qaytarmır. o, cibindən 3000 manat çıxarıb Zərərçəkmiş şəxs1 vermiş və demişdir ki, Elmirin borcuna görə köməklik edir, qalan 2000 manatı da Elmir özü verəcək. Daha sonra Zərərçəkmiş şəxs1 demişdir ki, Elmirin onlara 5000 yox 35.000 manat borcu var, Elmirin deməsinə görə Sumqayıt şəhərində Muğam Mərkəzinin texniki işlərini görmək Elmirə tapşırılıb, həmin işi görmək üçün Elmir onlardan 35.000 manat pul istəyib və ona görə də Elmirə 35.000 manat pul vermişdir. O isə Zərərçəkmiş şəxs1 tender söhbətinin olmadığını, Elmirə nə o, nə də ki, digər bir şəxs Muğam Mərkəzi ilə bağlı texniki işlərin görülməsini tapşırmamışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yerləşən Muğam Mərkəzinə heç bir aidiyyatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 oğlundan və digər şəxslərdən pul aldığı üçün barəsində cinayət işi açılmışdır. Barəsində istintaq getdiyi müddətdə Zərərçəkmiş şəxs1 yaşadığı evə gəlmiş, ondan oğlu Hüseyndən aldığı pulu nə vaxt qaytaracağını soruşmuşdur. Daha sonra ona demişdir ki, tenderdə iş görüb pul qazanmaq üçün Elmir pul almışdır. Həmin tender Sumqayıt şəhərində yerləşən muzeyin təmiri ilə bağlıdır. O, demişdir ki, bunlardan onun xəbəri yoxdur. Bir neçə gün sonra o və Elmir yaşadıqları həyətdə dayanarkən, Bəsti onlara yaxınlaşmışdır. Elmirdən soruşmuşdur ki, pulu Raminə verməmisən ki, Elmir demişdir ki, yox, pul Sumqayıtda muzeydə tenderdədir. Elmir demişdir ki, bu barədə narahat olmayın. Bu işin Raminə heç bir aidiyyatı yoxdur. O, Nərimanov rayon Polis İdarəsinin müstəntiqi Pərviz Məmmədov tərəfindən şübhəli şəxs qismində tutalaraq Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra X11 ifadə vermişdir ki, guya ki, 2020-ci ildə ona 25000 ABŞ dolları pul vermişdir. Lakin, Elmir ona heç bir məbləğdə pul verməmişdir. Eyni zamanda, Elmir Zərərçəkmiş şəxs1 pulları 2019-cu ildə almışdır. Elmir Bəstiyə pulu qaytara bilmədiyi üçün pulları ona verdiyini yalandan bildirmişdir. Qeyd etmişdir ki, o, Elmirdən azadlıqda olarkən tender barəsində soruşduqda Elmir ona demişdir ki, Bəsti xanımdan aldığı pulu Sumqayıt şəhərində Muzeyin təmir işlərinə xərcləmişdir. Lakin, o, Elmirin Zərərçəkmiş şəxs1 nə qədər pul aldığını dəqiq olaraq bilmir. Ümumiyyətlə, tender söhbəti olanda ancaq Sumqayıt şəhərində yerləşən Muzeydən söhbət getmişdir. Elmir başqa tenderin qalibi olduğunu bildirməmişdir. 02 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı verdikləri ifadələrini təsdiq etmişlər. (1-ci cild iş vərəqi 141-146). 10 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı verdikləri ifadələrini təsdiq etmişlər. (1-ci cild iş vərəqi 207-211). 09 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 221- 223). 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri” seçilmişdir (cild 1, iş vərəqi 248-251) Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (2-ci cild) Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 142 saylı məktubdan görünür ki, “Muğam Mərkəzi” Sumqayıt Bulvarı ərazisində tikilməsinə baxmayaraq "xxxx" MMC-in sözügüdən obyektin tikintisinə heç bir aidiyyəti yoxdur; 2019-cu ildə "xxxx" MMC tərəfindən tender keçirilməmişdir (cild 1, iş vərəqi 137). Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatından daxil olmuş xx.xx.2022-ci il tarixli, 1813 saylı məktubdan görünür ki, Sumqayıt şəhərində yerləşən Muğam Mərkəzi Sumqayıt şəhər Bələdiyyəsinin vəsaiti hesabına inşa edilmişdir və layihələndirmə-inşaat işləri ilə əlaqədar dövlət satınalma əməliyyatları keçirilməmişdir. Bununla yanaşı, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC arasında heç bir satınalma müqaviləsi bağlanmamışdır (cild 1, iş vərəqi 152). Məhkəmə-psixiatrik ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 680 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə cinayət işinin materiallarını müqayisəli qaydada analiz edərkən, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 94500 manat dəyərində, yəni külli miqdarda, Zərərçəkmiş şəxs2 15000 manat dəyərində, yəni xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etməsi işin faktiki hallarına və elan edilmiş ittihama uyğun hesab edir. Məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinin tövsiyyəsini nəzərə alır; belə ki, qərarda qeyd edilir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarda eyni zamanda vurğulanır ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Qərarda habelə qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi ilə bağlı nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahlarına uyğundur. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 15.4-cü maddəsinə əsasən cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmış, ona dəymiş ziyan qismən ödənilmişdir, qalıq məbləği hissə-hissə ödənilməsinə dair razılığa gəlmişlər, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi vari X6 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, onlara dəymiş ziyanı təqsirləndirilən şəxsə bağışlamışdır, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olması, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanı könüllü tamamilə ödəməsi cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 10 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən - 7 (yeddi) il 6 (altı) aydan artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzədə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Arzu Qasımovun barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədəmüvafiq, həm də mümkün hesab edir. Belə ki, Arzu Qasımovun cəzasını yüngülləşdirən halların olması - himayəsində 1 azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cəzasını ağırlaşdıran halların olmaması, həmçinin zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, təqsirini etiraf etməsi və əməlindən peşiman olması Arzu Qasımovun şəxsiyyətinin ictimai təhlükəli olmamasını göstərir, həmçinin ona təyin ediləcək cəzanın real icra edilməsinin onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bilməsi də təyin ediləcək cəzanın real icra edilmədən şərti olaraq tətbiq edilməsini mümkün edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək,müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs X1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, һabelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) təyin edilməsini, ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını, sınaq müddəti ərzində üzərində nəzarətin həyata keçirilməsini yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilməsini, davranışı ilə islah olunmasını sübut etməyi və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsasların olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə mülki iddianın, maddi sübutların, ekspertiza xərcinin və müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə təqsirli bilinsin ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın, maddi sübutların, ekspertiza xərcinin və müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. . Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar