Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-323/2021 24.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, onların qanuni nümayəndəsi Qanuni nümayəndə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 mütəxəssis X2 iştirakı ilə 1964-cü il noyabrın 05-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs zor tətbiq etmək hədəsi ilə və köməksiz vəziyyətindən istifadə etməklə aşkar surətdə iki nəfər on dörd yaşına çatmayan şəxs barəsində təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı il sentyabrın 20-də təxminən saat 15 radələrindən 2020-ci il iyunun 10-da təxminən saat 10 radələrinədək on dörd yaşına çatmayan 2008-ci il 11 may təvəllüdlü Zərərçəkmiş şəxs1 bəzi hallarda bir neçə manat pul verərək, bəzi hallarda isə cizgi filminə baxmaq adı ilə ələ alıb Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsindəki bağ sahəsinin yaxınlığında yerləşməklə istifadəyə yararsız qazanxana otağına apardıqda orada sonuncuya aralarındakı münasibəti kiməsə açıqlayacağı təqdirdə möhkəm döyəcəyini deyərək zor tətbiq etmək hədəsi ilə və köməksiz vəziyyətindən istifadə edib dəfələrlə cinsiyyət orqanını Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliyinə yeritməklə sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, habelə dəfələrlə Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliyinə barmağını yeridərək və cinsiyyət orqanını arxa keçəcək dəliyinə sürtüb təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etməklə yanaşı o, 2019-cu il iyunun 15-də təxminən saat 13 radələrindən 2020-ci il iyunun 14-də təxminən saat 14 radələrinədək on dörd yaşına çatmayan 2009-cu il 14 oktyabr təvəllüdlü Zərərçəkmiş şəxs2 bəzi hallarda bir neçə manat pul verərək, bəzi hallarda isə cizgi filminə baxmaq adı ilə ələ alıb Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsindəki bağ sahəsinin yaxınlığında yerləşməklə istifadəyə yararsız qazanxana otağına apardıqda orada sonuncuya aralarındakı münasibəti kiməsə açıqlayacağı təqdirdə möhkəm döyəcəyini deyərək zor tətbiq etmək hədəsi ilə və köməksiz vəziyyətindən istifadə edib dəfələrlə cinsiyyət orqanını Zərərçəkmiş şəxs2 arxa keçəcək dəliyinə yeritməklə sonuncu ilə qeyritəbii yolla cinsi əlaqədə olmuş, eləcə də dəfələrlə cinsiyyət orqanını Zərərçəkmiş şəxs2 arxa keçəcək dəliyinə sürtərək təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Onunla qonşu binada yaşayan Qanuni nümayəndə ilə münasibəti həmişə yaxşı olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, heç zaman Aynurənin azyaşlı qızları, dostu Rafiqin nəvələri olan Zeynəb və Zərərçəkmiş şəxs2lərə qarşı heç bir seksual xarakterli hərəkətlər etməmişdir, sonuncular yalan danışmaqla ona şər və böhtan atmışlar. Zeynəblə Pəricahanı anası Aynurənin öyrətdiyini hesab edir, sonuncuların ona hansı əsasla şər atmalarını bilmir. Qızlar onun yaşadığı ərazidə icazəsi ilə hərdən meyvə yığmışlar. Onun nə Zeynəbin və Pəricahanın bədənlərinə əli dəymiş, nə də ki, onlarla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Təxminən 6-7 ildir, heç kəslə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmur. Bunun səbəbi həvəsinin və istəyinin olmamasıdır. O, heç vaxt Aynurədən səhv etdiyini bildirərək üzr istəməmişdir. Qazanxana deyilən yer ittiham edildiyi ərəfədə işləməmiş və tam yararsız vəziyyətdə olmuş, 2018-ci ildə orada təmir işləri aparıb istifadə olunmayan əşyaları saxlamışdır. İş üzrə zərər çəkmiş şəxs qismində 2020-ci il 03 noyabr tarixli məhkəmə iclasında dindirilən on dörd yaşına çatmayan 2008-ci il 11 may təvəllüdlü Zərərçəkmiş şəxs1 istintaqdakı izahatını və ifadəsini təsdiq etməklə göstərdi ki, onun ailəsi ilə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs babası Rafiqin dostu kimi tanımış, sonuncu 2016-cı il sentyabrın 20-də təxminən saat 15 radələrindən 2020-ci il iyunun 10-da təxminən saat 10 radələrinədək bəzi hallarda bir neçə manat pul verərək şirnikləkdirib onu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsindəki bağ sahəsinin yaxınlığında yerləşməklə istifadəyə yararsız qazanxana otağına aparmış, orada aralarındakı münasibətləri kiməsə açıqlayacağı təqdirdə möhkəm döyəcəyini ona deyərək müqavimət göstərmək imkanında olmamasından istifadə edib dəfələrlə cinsiyyət orqanını və ya barmağını onun arxa keçəcək dəliyinə zorla salmaqla onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, yaxud cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə sürtmüşdür. 2020-ci il iyunun 19-da saat 15 radələrində anası Qanuni nümayəndə hədiyyə almaq üçün Eynulladan pul almağa getmiş, lakin sonuncu bağda olmadığına görə əliboş geri qayıdanda böyük bacısı Şahid2 ondan şübhələndiyindən məcbur qalıb başına gələnləri sonuncuya danışmışdır. 2021-ci il 27 aprel tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdiklərini inkar etməklə çox qorxduğundan Təqsirləndirilən şəxs qarşı ifadəsini düzgün vermədiyini söyləsə də səbəbini izah edə bilməmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində 2020-ci il 03 noyabr tarixli məhkəmə iclasında dindirilən on dörd yaşına çatmayan 2009-cu il 14 oktyabr təvəllüdlü Zərərçəkmiş şəxs2 istintaqdakı izahatını və ifadəsini təsdiq edərək bacısı olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsi ilə uyğun ifadə verib göstərdi ki, 2019-cu il iyunun 15-də təxminən saat 13 radələrindən 2020-ci il iyunun 14-də təxminən saat 14 radələrinədək Təqsirləndirilən şəxs bəzi hallarda bir neçə manat pul verməklə, bəzi hallarda isə cizgi filminə baxmaq adı ilə şirnikləkdirərək onu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsindəki bağ sahəsinin yaxınlığında yerləşən istifadəyə yararsız qazanxana otağına aparmış, orada aralarındakı münasibətləri kiməsə açıqlayacağı təqdirdə möhkəm döyəcəyini ona deyib müqavimət göstərmək imkanında olmamasından istifadə etməklə dəfələrlə cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə zorla sürtərək içəri salmışdır. 2020ci il iyunun 19-da böyük bacısı Şahid2 bu məsələnin üstün açmış, Eynullanın bacısı Zeynəbə qarşı da eyni hərəkətləri etməsi məlum olmuşdur. 2021-ci il 27 aprel tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs2 eyni ilə göstərdiklərini təsdiq etməmişdir. İş üzrə şahid qismində 2020-ci il 03 noyabr tarixli məhkəmə iclasında dindirilən Qanuni nümayəndə istintaqdakı izahatını və ifadəsini təsdiq etmiş, zərər çəkmiş şəxslər olan azyaşlı övladları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə analoji ifadə verib hadisə haqqında biləndən sonra qızlarının gələcək taleyini fikirləşməklə şikayət etməyə tələsməmişdir, 2020-ci il iyunun 25-də Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə gedərək Təqsirləndirilən şəxs əxlaqsız əməlləri barəsində müraciət etmişdir. 2021-ci il 27 aprel tarixli məhkəmə iclasında Qanuni nümayəndə qızlarının Eynullanın onlara qarşı pozğun hərəkətlərini uydurduqlarına görə göstərdiklərini təkzib edib sonuncunun günahkar olmadığını bildirmişdir. İş üzrə şahid qismində 2020-ci il 03 noyabr tarixli məhkəmə iclasında dindirilən yetkinlik yaşına çatmayan 2003-cü il 17 avqust təvəllüdlü Şahid2 azyaşlı bacıları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə oxşar ifadə verdi. İş üzrə əlavə şahid qismində dindirilən X9 və X7 ifadələrində göstərdilər ki, onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olmuş, heç bir düşmənçilikləri və ədavətləri olmamışdır. Eynullanın heç bir vaxt azyaşlı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı əxlaqsız hərəkətlər etməsini müşahidə etməmişlər. Sonuncuların anası Qanuni nümayəndə Eynullaya şər atır. İş üzrə əlavə şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin və «Briut» məhdud məsuliyyətli cəmiyyətinin psixoloqudur. Qanuni nümayəndə azyaşlı övladları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun yanına gətirmiş və o, qızlarla 10 seans məşğul olduqdan sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qonşuluqda yaşayan Təqsirləndirilən şəxslə çox yaxın olduqlarını, sonuncunun onlara qarşı heç bir pis hərəkət etmədiyini, Təqsirləndirilən şəxs hərəkətlərini səhv başa düşdüklərini bildirmişlər. İş üzrə əlavə şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X6» publik hüquqi şəxsinin Bakı Şəhər Şöbəsinin rəisi əvəzi işlədiyi müddətdə, yəni 2020-ci il iyunun 29-da canlı şəxsin ekspertizasına dair 307 nömrəli və 308 nömrəli ekspert rəylərini o vermişdir. 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 və 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 qızlıq pərdələrinin tamlığı pozulmamış, onların bədən səthləri üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliklərində aşkarlanan əlamətlər sonuncular ilə qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olmağa dəlalət edir. Ola bilsin ki, qızların arxa keçəcək dəliyindəki xəsarətlər başqa bərk predmetlə, məsələn barmaqla yetirilmişdir. O, verdiyi ekspertiza rəyini təsdiq edir. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş on dörd yaşına çatmayan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ibtidai araşdırmadakı izahatlarında və ifadələrində Təqsirləndirilən şəxs zor tətbiq etmək hədəsi ilə və köməksiz vəziyyətlərindən istifadə etməklə aşkar surətdə dəfələrlə barələrində seksual xarakterli zorakılıq hərəkətləri etməsini, şahid Qanuni nümayəndə isə bu barədə sonradan ona məlum olduğunu bildirib hər biri baş verən cinayət hadisələrini təfsilatı ilə izah etmişlər (1ci cild, iş vərəqi 04-06, 28-32, 42-46 və 73-76). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 27 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 54-55). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X6» publik hüquqi şəxsinin Bakı Şəhər Şöbəsinin canlı şəxsin ekspertizasına dair 2020-ci il 29 iyun tarixli 307 nömrəli və 2020-ci il 29 iyun tarixli 308 nömrəli ekspert rəylərindən müvafiq qaydada görünür ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 və 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 qızlıq pərdələrinin tamlığı pozulmamaqla onların bədən səthləri üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliklərində aşkarlanan əlamətlər sonuncular ilə qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olmağa dəlalət edir (1-ci cild, iş vərəqi 78-80 və 82-84). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 29 iyun tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edildiyi Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 86-87). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 29 iyun tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən birincisi və ikincisi ifadələrini təsdiqləmişlər, sonuncu isə onların dediklərini təkzib edib zərər çəkmiş şəxslərin yalan danışmaqla ona şər atdıqlarını bildirmişdir (1-ci cild, iş vərəqi 117-118 və 120-121). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2020-ci il 29 iyun tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 06 iyul tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il iyunun 27-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 134-138 və 150-153). İş materiallarındakı Azərbaycan Respublikası xxxx rayonu «xxxx» X4 İstehsalı Müəssisəsinin tərtib etdiyi 2020-ci il 15 iyul tarixli 82 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, sonuncu qonşular arasında hörmətə malikdir və barəsində heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 154-155). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il iyulun 30-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 156). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X6» publik hüquqi şəxsinin Bakı Şəhər Şöbəsinin canlı şəxsin ekspertizasına dair 2020-ci il 13 iyul tarixli 321 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyəti təyin edən əlamətlər zəif müsbətdir (1-ci cild, iş vərəqi 161-163). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin 2020-ci il 10 iyul tarixli 1274 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasına dair ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamaqla o, ittiham edildiyi əməl dövründə hər hansı bir psixi xəstəlikdən və ya psixi fəaliyyətin müvəqqəti pozulmasından əziyyət çəkməmiş, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 165-166). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin məhkəmə-psixoloji ekspertizasına dair 2020-ci il 09 iyul tarixli 1264 saylı və 2020-ci il 09 iyul tarixli 1265 saylı ekspert rəylərindən müvafiq qaydada görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmiş, Zərərçəkmiş şəxs1 ünsiyyətcillik, hazırcavablıq, aktivlik, sərbəstlik, düşdüyü mühitə tez uyğunlaşmaq, ətrafa və baş verən hadisələrə qarşı laqeydlik, inadkarlıq, Zərərçəkmiş şəxs2 ünsiyyətcillik, sadəlöhvlük, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdirlər; onların hadisə dövründə psixi-emosional vəziyyətlərində qorxu, həyəcan və gərginlik yaranmışdır, Zərərçəkmiş şəxs1 hadisə zamanı ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmiş, Zərərçəkmiş şəxs2 isə ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır (1-ci cild, iş vərəqi 168-173). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 27 avqust tarixli protokollardan görünür ki, ifadələri yerində yoxlanan on dörd yaşına çatmayan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsindəki bağ sahəsinin yaxınlığında yerləşən istifadəyə yararsız qazanxana otağını göstərərək orada Təqsirləndirilən şəxs onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildirmişlər, fotocədvəl protokollara əlavə edilmişdir (1-ci cild, iş vərəqi 181-188). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 29 avqust tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanmışdır (1-ci cild, iş vərəqi 189-198). Məhkəməyə təqdim edilən Azərbaycan Respublikası xxxx rayonu «xxxx» X4 İstehsalı Müəssisəsinin 2021-ci il 09 mart tarixli 57 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsində yerləşən 35, 37 və 39 saylı yaşayış binalarının istilik qazanxana binası 1982-ci ildə tikilib istifadəyə verilməklə hazırda müvəqqəti işləmir, müəssisənin balansındakı dövlət təyinatlı həmin binanın bir otağı ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs tərəfindən 2019-cu ilin sonlarında qeyri-qanuni olaraq zəbt edilmişdir. Məhkəməyə təqdim edilən 2021-ci il 03 aprel tarixli həkim-qastsroenteroloqun rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müayinə vaxtı xaricdən heç bir dəyişiklik görsənməməklə iç hissədə daxildə iç hemoroid İ dərəcə izlənmişdir. Məhkəməyə təqdim edilən «Briut» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 12 aprel tarixli 01/2021 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 psixi intellekt inkişafı orta dərəcədədir, X10 əsasən İQ 102 faizə bərabərdir, ZAR testinə görə orta dərəcəli təşviş pozuntusu aşkarlanmış, sonuncuda Dissosiativ Konversion şəxsiyyət tipi (isterik, nümayişkar) cizgiləri müəyyən edilmişdir, Zərərçəkmiş şəxs1 psixi durumu tam yaxşı vəziyyətdədir. Məhkəməyə təqdim edilən notariat qaydasında təsdiq olunmuş 2021-ci il 18 may tarixli ərizədən görünür ki, Qanuni nümayəndə istintaqdakı və məhkəmədəki ifadələrini övladları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona dedikləri yalan məlumatlar əsasında vermiş, sonradan sonuncuların psixoloqa aparılması nəticəsində yalan danışdıqları müəyyən olunmuşdur, Qanuni nümayəndə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, çünki sonuncu tərəfindən qızlarına qarşı qanunazidd heç bir hərəkət edilməmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı heç bir seksual xarakterli hərəkət etməməsi barədə dediklərinə, bununla da özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Məhkəmə on dörd yaşına çatmayan zərər çəkmiş şəxslərin və onların anası olan şahidin 2021-ci il 27 aprel tarixli məhkəmə iclasında verdikləri son ifadələrə qiymət verməklə hesab edir ki, bunlar həmin şəxslərin öz maraqlarına əsaslanaraq Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasına nail olmalarına çalışmalarından irəli gələn dəlillərindən ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, on dörd yaşına çatmayan zərər çəkmiş şəxslərin, habelə şahidlərin ibtidai istintaqdakı və 2020-ci il 03 noyabr tarixli məhkəmə iclasındakı ifadələri, ekspert rəyləri, ifadənin yerində yoxlanılması və üzləşdirmə protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında cəzanı yüngülləşdirən hal yoxdur. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, maddi sübut və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 30 iş saatı müddətində həyata keçirilmişdir. Məhkəmədə mütəxəssis xidməti X5 tərəfindən 20 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində, mütəxəssis və ya ekspertlərə hər iş saatı üçün 0,35 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının, Azərbaycan Respublikasının CPM-nin 195.1.2.-ci və 195.2.-ci maddələrinə müvafiq olaraq, mütəxəssis tərəfindən görülən işin haqqının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 180 manat, mütəxəssis qismində iştirak edən X2 nəfinə («Bank Respublika» hesab nömrəsi: ******************) 7 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəzaçəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il iyunun 27-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə təqsirli bilinib 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2020-ci il iyunun 27-dən hesablansın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 180 manat, mütəxəssis qismində iştirak edən X2 nəfinə («Bank Respublika» hesab nömrəsi: ******************) 7 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-323/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-323/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver