Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-323/2025 29.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: Kərimova Mahirə Nəzər qızı və X6 ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1994-cü ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 212 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sülh küçəsində fərdi nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamış və daşımış, təkrarən, bir qrup şəxs halında yaşayış sahəsinə, binaya və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb ziyan vuraraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 19 oktyabr 2022-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsində istintaqa məlum olmayan mənbədən 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin»in siyahısına daxil olan 3,162 qram çəkidə olan külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamış və daşımış, 19 oktyabr 2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sülh küçəsində yaşadığı nömrəsiz fərdi yaşayış evin qarşısında Sabunçu RPİnin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan zaman bıçaqla özünə xəsarət yetirdiyi üçün qarnın ön divarının daxilə nüfuz edən kəsilmiş deşilmiş yarası diaqnozu ilə X22 yerləşdirilmiş, orada dəvət edilmiş hal-şahidləri və həkimlərin iştirakı ilə həmin tarixdə saat 20:05-dən 20:12-yə kimi Təqsirləndirilən şəxs1 əynindən çıxarılmış geyim əşyalarına baxış keçirilən zaman göy rəngli cins şalvarın sol yan cibindən «West» markalı siqaret qutusunun içərisində bir ədəd şəffaf sellofan bükümdə 3,162 qram narkotik vasitə heroin və bir ədəd daxilində narkotik vasitə heroinin izləri olan 1 ml-lik şpris aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü ildə saat 02 radələrində Zərərçəkmiş şəxs7 məxsus Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 42-ci dalanda yerləşən bağ evinin hasarından aşaraq həyətə, sonra isə saxlanc yerinin plastmas qapısını açaraq binaya qanunsuz daxil olub oradan dəyəri 900 manat olan 01 ədəd “Hitachi” markalı kondisioneri, dəyəri 600 manat olan “Hitachi” markalı televizoru və dəyəri 200 manat olan 01 ədəd samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 1700 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi X19 nömrəsiz evə daş hasarı aşıb plastik pəncərini açmaqla qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs5 məxsus 70 manat dəyərində 01 ədəd direl, 350 manat dəyərində 01 ədəd avtomobil naqili, 800 manat dəyərində 01 ədəd avtomobil kollektoru, 100 manat dəyərində 01 ədəd avtomobil turbosu, 200 manat dəyərində elektrik kabellərini oğurlayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1520 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyətilə gizli olaraq talamaq məqsədi ilə 01 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində X4 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhic bağları 36-cı dalanda yerləşən bağ evinin hasarından aşaraq həyətə, sonra isə həyətdə olan evə qanunsuz daxil olub oradan dəyəri 500 manat olan 01 ədəd drel, 01 ədəd laqonda, 01 ədəd əl mişarı və 01 ədəd prefaratoru gizli olaraq talayıb zərərçəkmiş şəxs Səməndər Cabbarova ümumilikdə 500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyətilə gizli olaraq talamaq məqsədi ilə 07 oktyabr 2023-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, Ləhic bağları ərazisində yerləşən bağ evinin hasarından aşaraq həyətə, sonra isə həyətdə olan evə qanunsuz daxil olub, oradan dəyəri 2000 manat olan 03 ədəd LG və Samsung markalı kondisioner, 04 ədəd qızdırıcı radiator və 04 ədəd plastik pəncərəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 2000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyətilə gizli olaraq talamaq məqsədi ilə 10 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhic bağları ərazisində yerləşən bağ evinin hasarından aşaraq həyətə, sonra isə həyətdə olan evə qanunsuz daxil olub, oradan dəyəri 2000 manat olan soyuducunu, 500 manat olan paltaryuyan maşını və 100 manat olan mikrodalğalı sobanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 2600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 21 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi A.Atakişiyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətinə, sonra isə evin zal otağının pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq yaşayış sahəsinə daxil olub, yataq otağındakı paltar dolabının içərisindən 1500 manat pulu, 1 ədəd 1000 manat dəyərində qızıl üzüyü, 1 ədəd 283 manat dəyərində qızıl boyunbağını, mətbəxdəki soyuducudan 500 qramlıq «Ancor» yağı, dondurulmuş toyuq əti və bir şüşə balonda mürəbbədən ibarət 27 manat dəyərində ərzaq məhsullarını və evin həyətində divara bərkidilmiş 1 ədəd Ukrayna istehsalı olan 400 manat dəyərində «Teplo 24 kW» markalı kombi aparatını oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3210 manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə bir qrup şəxs halında, təkrarən yaşayış sahəsinə, binaya və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxslərə ziyan vurmaqla oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə 18 fevral 2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq oradan bir ədəd 100 manat dəyərində çarpayını gizli olaraq talamış, həmin vaxt həyətdə olan 01 ədəd «Saratov» markalı soyuducunu apara bilmədiyi üçün 19 fevral 2023-cü il tarixdə saat 18 radələrində yenidən həmin evin həyətinə qanunsuz daxil olaraq 01 ədəd 250 manat dəyərində «Saratov» markalı soyuducunu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 350 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 mart 2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan 02 ədəd hər biri 80 manat dəyərində plastik qapını, hər biri 10 manat dəyərində 05 ədəd pəncərə setkasını, hər biri 10 manat dəyərində 07 ədəd işıq açarını, hər biri 10 manat dəyərində 02 ədəd qaz açarını, 70 manat dəyərində elektrik naqillərini və 80 manat dəyərində hamam aksesuarlarını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 450 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Fatmayi kəndində yerləşən tikintisi başa çatmamış fərdi həyət evinə qanunsuz daxil olaraq evdən bir ədəd 450 manat dəyərində prefaratoru və 350 manat dəyərində elektrik naqillərini gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 800 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 21 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi A.Atakişiyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətinə, sonra isə evin zal otağının pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq yataq otağındakı paltar dolabının içərisindən 1500 manat pulu, 1 ədəd 1000 manat dəyərində qızıl üzüyü, 1 ədəd 283 manat dəyərində qızıl boyunbağını, mətbəxdəki soyuducudan 27 manat dəyərində ərzaq məhsullarını və evin həyətində divara bərkidilmiş 1 ədəd Ukrayna istehsalı olan 400 manat dəyərində «Teplo 24 kw» markalı kombi aparatını gizli olaraq talayıb zərərçəkmiş şəxsə 3210 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o özünü yalnız oğurluq əməli ilə təqsirli bilir, narkotik vasitə daşınmasında özünü təqsirli bilmir. O məhlədə dayanan zaman polis əməkdaşları ona yaxınlaşıb tutmaq istəyən vaxt özünü bıçaqlamışdır. O, əməliyyat olunmuş və əməliyyat olunan zaman narkotik vasitəni onun cibinə qoymuşlar. Əməliyyatdan sonra şəxsi axtarış zamanı narkotik vasitə üzərindən çıxmış, o isə narkotik vasitənin onun olmadığını bildirmişdir. Oğurluqla bağlı sonuncu epizodda yalnız kombi aparatını oğurlamışdır. Təqsirləndirilən şəxs1 əlavə suallara cavab olaraq bildirmişdir ki, oğurluq əməllərindən yalnız sonuncu epizodda Təqsirləndirilən şəxs2la əlbir olmuşlar. Sonuncu dəfə 2020-ci ildə cəzadan azad edilmişdir. Oğurluq etməyinin səbəbi şəxsi ehtiyaclarını ödəmək olmuşdur. Əvvəllər narkotik vasitə qurudulmuş marixuana və heroin istifadə etmişdir. Hadisədən əvvəl narkotik vasitə istifadə etməmişdir. Özünə bıçaqla xəsarət yetirdikdən sonra onu döymüşlər və başı partlamışdır. Üzərinə baxış əməliyyat otağında keçirilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində narkotiklə bağlı hissədə təsdiq etmir. Polis əməkdaşları o, küçədə dayanan zaman tutmaq üçün onun üzərinə hücum etmişlər. O xəstəxanaya çatanda huşunu itirmişdir. Xəstəxana da 12-13 gün yatmışdır. Əməliyyatdan 2-3 gün sonra üzərindən narkotik vasitə çıxdığını bilmişdir. Onu döyən polis əməkdaşlarının adları Əli, Şahlar və Habil olmuşdur. Onun xəsarətləri olmuşdur. Bakı İstintaq Təcridxanasına girən zaman aparılan yoxlamada xəsarətləri qeyd edilmişdir. Zərərçəkmiş şəxs7 qeyd etdikləri doğrudur, o Zərərçəkmiş şəxs7 məxsus qeyd edilən əşyaları oğurlamışdır. Zərərçəkmiş şəxs6 qeyd etdikləri əşyaları oğurlamışdır. Həmin oğurladığı əşyaları satmışdır. Hal-hazırda dəymiş ziyanı ödəməyə imkanı yoxdur. Zərərçəkmiş şəxs5 qeyd etdikləri doğrudur, qeyd edilən əşyaları oğurlamışdır. Zərərçəkmiş şəxs Səməndər Cabbarovun evinə oğurluq etmək məqsədilə girmiş, lakin heç nə oğurlamamışdır. Evə pəncərədən daxil olmuşdur. Evin bütün otaqlarını gəzmiş, lakin oğurlamaq üçün heç nə tapmamışdır. Onun üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən fərdi yaşayış evində kəbin əsasında olan arvadı Şahid5 və 6 yaşlı oğlu Əli ilə birlikdə qeydiyyatsız yaşayır. Özü heç bir yerdə işləmir, əvvəllər oğurluq cinayətləri törətdiyinə görə məhkum olunmuş və 2021-ci ilin noyabr ayında çıxarılmış Amnistiya qərarına əsasən azadlığa buraxılmışdır. Təxminən 3 il əvvəl «kakos» adlandırdığı narkotik vasitə heroin qəbul etməyə başlamışdır. 19 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən istifadə etməsi üçün 40 manat müqabilində bir bükümdə heroini alıb əynində olan göy rəngli cins şalvarın cibində saxlamışdır. Həmin gün saat 18:00 radələrində Balaxanı qəsəbəsində yaşadığı evin qarşısında dayandığı zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşları tərəfindən tutulacağını başa düşüb qorxduğu üçün qəflətən cibində gəzdirdiyi qatlanan bıçağı çıxardaraq həmin bıçaqla iki dəfə qarın nahiyyəsindən vuraraq özü-özünə xəsarət yetirmişdir. Bundan sonra polis əməkdaşları ona köməklik göstərərək avtomobilə əyləşdirmiş və onu X22 aparmışlar. Orada onu reanimasiya şöbəsinə yerləşdirmişlər və cərrahiyyə əməliyyat olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, əynindəki paltarlara baxış keçirimiş və göy rəngli cins şalvarın cibində saxladığı narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.Həmin narkotik vasitəni özü qəbul etmək məqsədi ilə üzərində saxlamış, üzərində saxladığı heroindən qəbul etməmişdir. O, narkotik vasitəni tək qəbul edirmiş, bu barədə heç kimə bildirməmiş, narkotik vasitə heroini gizli qəbul etmişdir. Narkotik vasitəni aldığı şəxs arıq bədən quruluşlu qarayanız bir şəxs olmuş, əynində qara rəngli cins şalvar və qara rəngli gödəkçəsi olmuşdur. Digər əlamətlərini xatırlamır. Polis əməkdaşları tərəfindən ona heç bir təzyiq göstərilməmişdir. Üzərində olan qatlanan bıçağı həmin hadisədən təxminən 1 ay əvvəl küçədə tapmış və götürərək üstündə gəzdirmişdir. Bıçağı gəzdirməkdə konkret olaraq hər hansı bir məqsədi olmamışdır. Şəxsiyyət vəsiqəsi olmadığı üçün öz adına mobil nömrə ala bilməmiş, bu səbəbdən dostu Raqib və xatırlamadığı tanışının adına 070 ***-**- ** və 077 ***-**-** saylı mobil nömrələr almış və həmin nömrələri işlətmişdir. Bundan başqa o, bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi evin yanından xx.xx.2023-cü il tarixdə saat 02 radələrində keçən zaman həyətdə işıq yanmadığını görüb evə daş hasarı aşaraq daxil olmuş, həyətdən tapdığı linklə qapının kilidini sındırıb oradan bir ədəd samovar və bir ədəd «Hitaçi» markalı soyuducu və bir ədəd «Hitaçi» markalı televizoru götürüb darvazadan sürəyərək küçəyə qoymuşdur. Həmin vaxt qeyd edilən yerdən keçən markasını və nömrə nişanlarını xatırlamadığı avtomobillə həmin gün səhər tezdən saat 07 radələrində Sabunçu qəsəbəsində olan Sabunçu bazarı kimi tanınan yerdə samovar, soyuducu və televizoru 1000 manata satmış, əldə etdiyi pulu maddi ehtiyaclarına və narkotik vasitə almağa xərcləmişdir. Bundan başqa o, bildirmişdir ki, əvvəllər oğurluq cinayətinə görə məhkumluq həyatı yaşamışdır. Narkotik vasitəni 3 il olar ki istifadə edir, Bakı şəhərində müxtəlif ünvanlarda tanımadığı şəxslərdən almışdır. Pula ehtiyacı olduğu üçün Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi yeni yaşayış massivi ərazisində yerləşən bir mərtəbəli yeni tikiliyə plastik pəncərədən xx.xx.2023-cü il tarixdə saat 01 radələrində daxil olub həmin ünvanda evin otaqlarından 01 ədəd direl, 01 ədəd avtomobil naqili, 01 ədəd avtomobil kollektoru, 01 ədəd avtomobil turbosu, elektrik kabelləri götürüb həmin gün Sabunçu qəsəbəsində yerləşən rus bazarında 15 manata hamısını bir yerdən satıb maddi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa o, bildirmişdir ki, 01 oktyabr 2023-cü il tarixdə saat 03 radələrində 2 saat qabaq başqa evdən oğurluq edəndən sonra Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhic bağlar ərazisində evlərin arası ilə gedən zaman təmir işləri gedən boş ev görüb daş hasarı aşmaqla həmin evə daxil olmuşdur. Evin otaqlarına qoyulmuş təmir tikinti işlərində istifadə edilən 01 ədəd drel, 01 ədəd laqonda, 01 ədəd əl mişarı və 01 ədəd prefaratoru qanunsuz olaraq götürüb həyətdən çıxıb məhlənin baş tərəfində olan yolda dayanıb 3 saata yaxın gözləmişdir. Həmin yerdən təsadüfən keçən markasını və sürücüsünü xatırlamadığı avtomobili saxlatdırıb həmin avtomobilə oğurladığı əşyaları yığıb Sabunçu bazarına gətirib saat 08 radələrində tanımadığı şəxsə bir yerdə 250 manata satmışdır. Əldə etdiyi pulu maddi ehtiyaclarına və narkotik vasitə almağa xərcləmişdir. Bundan başqa o, bildirmişdir ki, 07 oktyabr 2023-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhic bağları ərazisində yerləşən evlərin arası ilə gəzən vaxt orda olan bir mərtəbəli yarımçıq tikili evə daş hasarı aşaraq daxil olub evin içərisində 03 ədəd kondisioner, 04 ədəd qızdırıcı radiator və 04 ədəd plastik pəncərəni daşıyıb küçənin baş tərəfinə qoymuş, biraz qabağa gedib asfalta çıxaraq markasını və sürücüsünü xatırlamadığı küçədən təsadüfən keçən avtomobili saxlatdırıb həmin avtomobilə oğurladığı əşyaları yığıb Sabunçu bazarına gətirib saat 08 radələrində tanımadığı şəxsə bir yerdə 800 manata satmışdır. Əldə etdiyi pulu maddi ehtiyaclarına və narkotik vasitə almağa xərcləmişdir. Bundan başqa o, bildirmişdir ki, 10 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhic bağları ərazisində yerləşən evlərin arası ilə gəzən vaxt orda olan bir mərtəbəli yarımçıq tikili evə daş hasarı aşaraq ikinci dəfə həmin evə daxil olub evin içərisində 01 ədəd soyuducu, 01 ədəd paltaryuyan və 01 ədəd mikrodalğalı sobanı daşıyıb küçənin baş tərəfinə qoymuş, biraz qabağa gedib asfalta çıxraq markasını və sürücüsünü xatırlamadığı küçədən təsadüfən küçən avtomobili saxlatdırıb həmin avtomobilə oğurladığı əşyaları yığıb Sabunçu bazarına aparıb saat 07 radələrində tanımadığı şəxsə bir yerdə 1100 manata satmışdır. Əldə etdiyi pulu maddi ehtiyaclarına və narkotik vasitə almağa xərcləmişdir. Bundan başqa 21 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində Mehdiabad qəsəbəsinə dostu Nurəddinlə görüşmək üçün gəlmiş. Lakin Nurəddinin valideyinləri onun tutulduğunu bildirmişlər. O, Mehdiabad qəsəbəsində piyada avtobus dayanacağına tərəf qəbirstanlığın yaxınlığındakı küçə ilə gedərkən orada olan fərdi evin kombi aparatınının hasara yaxın olmasını görmüşdür. Bir neçə müddət idi iş olmadığından maddi problemləri olduğu üçün həmin kombi aparatını oğurlayıb aparıb satmaq qərarına gəlmişdir. O, Balaxanı qəsəbəsinə gəlib həmin kənddə yaşayan dostu Təqsirləndirilən şəxs2la kənddə görüşmüşdür. Əlibağıya Mehdiabad qəsəbəsində bir evin kombi aparatını axşam gedib oğurlayıb satmağı təklif etmişdir. Saat təxminən 20 radələrində Əlibağı ilə birlikdə taksi ilə Mehdiabad qəsəbəsinə gəlib günorta gördüyü fərdi evin yaxınlığında düşmüşlər. Əvvəl həmin evin qarşısına keçib evdə adam olub-olmamasını yoxlamışlar. Təxminən bir saat gözlədikdən saat təxminən 22 radələrində hasara çıxıb kombi aparatının boltlarını əli ilə açıb yerindən çıxarıb Əlibağıya vermişdir. Kombi aparatını Əlibağı ilə birlikdə əllərində piyada qəbiristanlığa aparıb orada gizlətmişlər. Bolt taksi şirkətinə Balaxanı qəsəbəsinə poçtun yanına sifariş vermiş. Toyota Prius markalı taksi gəldikdən sonra onlar kombini maşına qoyub oradan Balaxanı qəsəbəsinə gələrkən o, Balaxanı qəsəbəsində kombi ustası Orxana zəng vuraraq onda satılıq kombi olduğunu demişdir.Orxana Balaxanı qəsəbəsinə poçtun yanına gəlməsini bildirmiş. Poçtun qarşısına gəlib taksini yola salmışlar. Təxminən 2-3 dəqiqə sonra Orxan ora gəlib kombiyə baxıb 150 manata razılaşıb həmin kombini alıb öz maşınına qoyaraq getmişdir. O, 150 manat pulu Əlibağı ilə bölmüşlər. Əlibağı ilə kənddə bir az gəzib sonra evə getmişlər.Əldə etdiyi pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Mehdiabad qəsəbəsindəki evin içərisinə daxil olmamışlar, həmin evdən pul, qızıl və ərzaq məhsulları oğurlamamışlar. Yalnız evin divarına bərkidilmiş kombini açıb oğurlayaraq satmışlar. Oğurluğu Əlibağı ilə törətmiş, həmin vaxt onların yanında başqa şəxslər və onlara köməklik edən olmamışdır. O, həmçinin bildirmişdir ki, Sabunçu rayon ərazisində etdiyi oğurluq hadisəsi zamanı şəxslərin evindən oğurladığı soyuducu və paltaryuyan maşını tək götürmüş və aparmışdır. Soyuducunu kürəyində, paltaryuyanı isə qucaqlamaqla götürmüşdür. (cild 3, iş vərəqə 289-290) Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o yalnız Təqsirləndirilən şəxs1la birlikdə oğurluq etdiyi epizodu qəbul edir, digər epizodları o törətməmişdir. X24 birlikdə kombi aparatının oğurluğunda iştirak etmişdir. Xəyal Əliyevlə törətdikləri oğurluq kamera çəkilişinə düşmüş, səhəri gün gəlib polis əməkdaşları onu saxlamışdır. Digər oğurluq əməllərini onun boynuna qoymuşlar. O qəbul etmədikdə, polis əməkdaşları ona 1 kiloqram narkotik yükləyəcəklərini bildirmiş, bu səbəbdən oğurluq əməlləri daha yüngül olduğu üçün qəbul etmişdir. Təqsirləndirilən şəxs2 əlavə suallara cavab olaraq bildirmişdir ki, kamera görüntüsündə də yalnız kombi oğurladıqları görünür. Digər oğurluq əməllərini nə üçün boynuna yüklədiklərinin səbəbini bilmir. Kombini oğurlamaqda məqsədi satıb narkotik vasitə almaq olmuşdur. O, marixuana istifadə edir. İstintaq təcridxanasına gedən zaman xəsarəti olmamışdır. Oğurluq etdikləri evin məhəlləsində müşahidə kameraları var. Onların kombini oğurladıqları an həmin kameralara düşmüşdür. Onlar ancaq kombi oğurlamışlar, başqa heç bir şey götürməmişlər. O, Zərərçəkmiş şəxs2 evinə girməmişdir. O, Fatmayi qəsəbəsində sadəcə 1 dəfə kombi ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, əvvəllər Bakı şəhər, Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 7 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra Balaxanı qəsəbəsində Abadlıq idarəsində fəhlə işləmişdir. Narkotik vasitə aludəçisi olduğu üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsində, Fatmayi və Məmmədli kəndlərində müxtəlif vaxtlarda fərdi evlərdən oğurluqlar etmişlər. Belə ki, 18 fevral 2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində piyada hərəkət edərkən qarşısına birmərtəbəli ev çıxmış. Hasardan boylandıqda həyətdə heç kimin olmadığım və evin işıqlarının yanmadığım görüb evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşıb həyətə daxil olmuşdur. Evin həyətində qoyulmuş bir ədəd dəmir çarpayını götürüb həyətdən çıxarmışdır. Həmin vaxt çarpayının yanında qoyulmuş soyuducunu da görmüşdür. Şübhə çəkməsin deyə ikisini eyni vaxtda aparmamışdır. Buna görə də 19 fevral 2023-cü il tarixdə saat 18 radələrində yenidən oraya qayıdıb soyuducunu da götürmüşdür. Həmin çarpayı və soyuducunu Balaxanı qəsəbəsində yaşadığı ünvana aparmış. Bir neçə gün sonra həmin soyuducu və çarpayını ayrı-ayrı tanımadığı şəxslərə ümumilikdə 80 manata satmışdır. Həmin şəxslərə soyuducu və çarpayının özünə məxsus olduğunu, ehtiyac olmadığı üçün satdığım bildirmişdir. Pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa pula ehtiyacı olduğu üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. 05 mart 2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Məmmədli kəndi ərazisində piyada hərəkət edərkən qarşısına bir mərtəbəli ev çıxmış. Hasardan boylandıqda evdə təmir getdiyi ona məlum olmuşdur. Oğurlayası nəsə tapmaq məqsədi ilə həyətə daxil olmuşdur. Evə daxil olduqdan sonra oradan tapdığı bir neçə ədəd elektrik və qaz açarını, elektrik naqillərini, hamam aksesuarlarını və pəncərə setkalarını oradan tapdığı torbaya yığmışdır. Daha sonra həmin evə məxsus su sayğacını da götürmək istəsə də yararsız vəziyyətə düşdüyündən həmin sayğacı tullamışdır. Daha sonra evdən tapdığı iki ədəd palstik qapını da götürüb evi tərk etmişdir. Həmin əşyaları Balaxanı qəsəbəsində yaşadığı ünvana aparmışdır. Bir neçə gün sonra həmin elektrik və qaz açarlarını, hamam aksesuarlarını və plastik qapıları ayrı-ayrı tanımadığı şəxslərə ümumilikdə 100 manata satmışdır. Pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, maddi ehtiyacları olduğu üçün 30 iyul 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Fatmayi kəndində olarkən orada yeni tikilməkdə olan fərdi yaşayış evindən oğurluq etmək qərarına gəlmişdir. Həmin evin hasarından keçib həyətə daxil olduqdan sonra özü ilə götürdüyü vint açanla evin birinci mərtəbəsinin plastik pəncərəsini açıb içəriyə daxil olmuşdur. Həmin evin içərisində bir ədəd prefarator aparatını və 5 top elektrik kabellərini götürüb oradan tapdığı polietilen kisəyə yığıb kisəni hasardan keçirib oradan tanımadığı taksi ilə Balaxanı qəsəbəsinə evə gəlmişdir. Səhərisi gün oğurladığı kabelləri doğrayıb prefaratoru isə hissələrə ayırmışdır. Mis materialdan olan kabelləri və prefaratorun hissələrini qəsəbədə maşınla metal yığan tanımadığı şəxsə 110 manata sataraq həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 21 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində Balaxanı kəndində olarkən tanışı Təqsirləndirilən şəxs1la görüşmüşdür. Xəyal ondan nə iş gördüyünü soruşmuşdur. O, bekarçılıq olduğunu bildirəndə, Xəyal ona Mehdiabad qəsəbəsində həyət evinin Kombisini oğurlamağı təklif etmişdir. Ona kombinin hasara yaxın olduğunu, rahatlıqla açıb götürə bilmələrini demişdir. O, Xəyalla razılaşmış, axşam saat 20 radələrində Xəyal taksi sifariş vermiş və taksi ilə Mehdiabad qəsəbəsinə gəlib qəbirstanlıq yaxınlığındakı küçədə düşmüşlər. Xəyalla piyada həmin küçədə yerləşən evin yaxınlığına gəlmişlər. Xəyal küçədən evi və kombi aparatını göstərmişdir. Onlar təxminən 1 saat gözləmişlər ki, küçədə sakitçilik olsun. Təxminən 22 radələrində sakitçilik olduğunu görüb həmin evin hasarına yaxınlaşmışlar. Xəyal hasara çıxıb həmin kombinin boltlarını açmış və sonra kombini çıxarıb ona vermişdir. Sonra birlikdə əllərində kombini piyada qəğbirstanlığa tərəf aparıb orada gizlətmişlər. Xəyal taksi sifariş vermiş və “Toyota Prius” markalı taksi gəlmişdir. Onlar oğurladıqları kombini həmin taksiyə qoyub Balaxanı qəsəbəsinə yollanmışlar. Yolda gələrkən Xəyal Balaxanı qəsəbəsində yaşayan Orxan adlı Kombi ustasına zəng vurub ona işlənmiş kombi satdığını bildirmiş və poçtun yanına gəlməsini demişdir. Onlar Balaxanı kəndində poçtun yanına gəldikdən sonra taksini yola salmışlar. Orxan gəldikdən sonra kombiyə baxıb həmin kombinin kimə məxsus olmasını soruşmuşdur. Xəyal kombinin tanışına məxsus olmasını pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir.Orxan həmin kombini 150 manata almağa razılaşmışdır. Xəyal 150 manat alıb Kombini Orxana vermişdir. Orxan kombini öz maşınına qoyub aparmışdır. Xəyal isə həmin pulu aralarında bölmüşdür. Xəyalla kənddə bir az gəzib sonra evə getmişdir.O, oğurluq etdiyi evin sahibini tanımır. Həmin evdən oğurluq etməyi Xəyal ona təklif etmişdir. O və Xəyal sözü gedən evin içərisinə daxil olmamış, həmin evdən pul, qızıl və ərzaq məhsulları oğurlamamışlar. Yalnız evin divarına bərkidilmiş Kombini açıb oğurlayaraq satmışlar.Həmin vaxt onların yanında başqa şəxs və onlara köməklik edən olmamışdır. (cild 3, iş vərəqə 268-269) Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o bağının həyətində təmir işləri aparmaq üçün usta dəvət etmişdir. Bağa gedən zaman yolda qonşusu bağın darvazasının açıq olduğunu demişdir. Bağa daxil olandan sonra televizor, kondisioner və digər əşyaların aparıldığını görmüşdür. Daha sonra ibtidai istintaq zamanı həmin oğurluq hadisəsinin Təqsirləndirilən şəxs1 tərəfindən törədildiyini öyrənmişdir. Zərərçəkmiş şəxs7 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun bağından “Hitachi” markalı kondisioner, “Hitachi” markalı televizor və samovar oğurlanmışdır. Oğurlanan malların ümumi dəyəri 1600-1700 manat olmuşdur. Təqsirləndirilən şəxs1 şikayətçidir. Ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Gələcəkdə dövlət ittihamçısının cəza ilə bağlı istəyi ilə razı olacaqdır. Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 42-ci dalanda yerləşən oğurluq hadisəsi baş vermiş ev ata yurdudur. Hazırda orada yaşayış yoxdur. Yalnız yay aylarında orada yaşamışlar. Oğurluq hadisəsini aşkar etməzdən təxminən 3-4 gün əvvəl həmin bağ evinə gələrkən hər şey yerində olmuşdur. 21 sentyabr 2023-cü il tarixdə evə nəzarət etməyə gələndə həyət darvazasını aça bilməmişdir. Bu səbəbdən hasardan aşaraq həyətə daxil olmuşdur. Həyətdə yayda oturmaq üçün söhbətgah tikdirmişdir. Həmin söhbətgaha quraşdırmaq üçün bir ay əvvəl 1 ədəd 900 manata «Hitaçi» markalı kondisioner, 1 ədəd 600 manata «Hitaçi» markalı televizor və 1 ədəd 200 manata samovar alaraq köməkçi otağa yığmışdır. Naməlum şəxs həmin otağın plastik pəncərəsini açıb otağa daxil olmuş və otağın plastiq qapısının kildini sındırdığını aşkar etmişdir. Həmin yerdə dəmir parçası da aşkar etmişdir. Otağa girmək istəyən şəxs əvvəl qapını bağırdan açmaq istəsə də aça bilməmiş, sonra isə pəncərəni açıb içəri keçərək içəridən qapını açmışdır. Oğurluq zamanı qeyd etdiyi əşyalar oğurlanmış və ona ümumilikdə 1700 manat ziyan dəymişdir. (cild 3, iş vərəqə 144-145) Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, gecə saat 22:30 radələrində işdən qayıdan zaman darvazanın açıq olduğunu görmüşdür. Evə keçdikdən sonra qazı yandırmaq istəmiş, lakin qaz gəlməmişdir. Həyat yoldaşı kombini yoxlamaq üçün gedəndə kombinin yerində olmadığını görmüşdür. Daha sonra polisə zəng vurmuşlar. Polis evlərinə gəlib baxış keçirmiş və bəzi əl izlərini götürmüşlər. Daha sonra evə baxış keçirdikdən sonra bəzi əşyaların da yerində olmadığını görmüşlər. Zərərçəkmiş şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun evindən kombi, boyunbağı, üzük, 1500 manat pul, bir az ət, və yağ oğurlanmışdır. Ona ümumi olaraq 3500-4000 manat civarında ziyan dəymişdir. Sonradan kombi onlara geri qaytarılmışdır. İttihamda qeyd olunmuş 3210 manat ziyanla razılaşır. Ona sadəcə kombi geri qaytarılmış, başqa ziyan ödənilməmişdir. Qalan 2810 AZN odənilməmişdir. Evindən üzük, nazik boyunbağı və mətbəxdən bəzi ərzaqlar da oğurlanmışdır. Boyunbağının qiyməti 200-300 manat, üzük isə dəst şəklində 1500 manata almışdır, tək üzüyün qiymətini isə dəqiq bilmir. O ittiham aktında üzüyün qiymətini 1000 manat deməmiş, dəstin qiymətinin 1500 manat olduğunu demişdir. Qeyd olunan ərzaq məhsulları elə oğurluq olan gün götürülmüşdür. Oğurlanmış qızıl əşyaları və pulu oğurluq hadisəsindən 2 həftə əvvəl görmüşdür. Oğurluqdan əvvəl evi tam boş qoyaraq getdikləri olmuşdur. Evin pəncərələrində barmaqlıq yoxdur. Düşünür ki, evə qonaq otağının pəncərəsindən daxil olmuşlar. Ona yalnız kombi geri qaytarılmış, digər ziyandan heç bir ödəniş olunmamışdır. Şikayəti yoxdur. Ona dəymiş ziyanın ödənilməsini istəyir. Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən «Al market» mağazasında satıcı işləyir. 21 oktyabr 2023-cü il tarixdə səhər saatlarında həyat yoldaşı Əliağa işə getmişdir. Günorta isə o, evdən çıxıb işə getmişdir.İşə gedəndə evin qapısını, pəncərəsini və darvazanı bağlamışdır. Həmin gün axşam əri Əliağa onu iş yerindən götürüb saat 22:30 radələrində birlikdə evə gələndə həyət darvazasının açıq olduğunu görmüşlər. Qapını açıb evə daxil olanda zal otağının pəncərəçsinin açıq olduğunu aşkar etmişlər. Otaqlara baxanda yataq otağında paltar dolabının içərisində qutunun içərisində qoyduğu 1500 manat pulun, 1 ədəd qızıl üzüyün, 1 ədəd qızıl boyunbağının oğurlanmasını aşkar etmişlər. Bundan başqa mətbəxdəki soyuducunun içərisindəki toyuq ətinin, 500 qramlıq «Ancor» yağının və 1 banka mürəbbənin də oğurlandığı məlum olmuşdur. Bundan sonra isə evin çöl tərəfdən divarına bərkidilmiş «Teplo» markalı kombi aparatının yerində olmadığını və açılaraq oğurlanmasını aşkar etmişlər. Onlar küçəyə çıxıb qonşulardan maraqlansalar da evlərində oğurluq olması barədə heç bir məlumat ala bilməmişlər. Buna görə o, DİN-nin 102 xidməti-zəng mərkəzinə zəng vuraraq oğurluq barədə məlumat vermşdir. Mehdiabad polis bölməsinin əməkdaşları evlərinə gəlib baxış keçirmişlər. Hadisə ilə bağlı ərizə və izahatı, həmçinin əri Əliağanın izahatı alınmışdır. Oğurluq zamanı 1500 manat pul, 1 ədəd 1000 manat dəyərində qızıl üzük, 1 ədəd 283 manat dəyərində boyunbağı, 1 ədəd 700 manat dəyərində kombi aparatı, 10 manat dəyərində 500 qramlıq yağ, 12 manat dəyərində toyuq əti və 5 manat dəyərində mürəbbə oğurlanaraq ümumilikdə 3500 manat məbləğində maddi ziyan dəymişdir. (cild 1, iş vərəqə 29-30) Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, bağ evindən məişət əşyaları oğurlanmışdır. Məişət əşyalarının kimin tərəfindən oğurlandığını qonşunun kamerasından aşkar etmişlər və polisə şikayət etmişlər. Bir ay ərzində Xəyal Əliyev saxlanılmışdır. Zərərçəkmiş şəxs6 verilmiş suallara cavab olaraq bildirmişdir ki, oğurluq olan bağ evi qaynatasına məxsusdur, oğurlanmış əşyalar da qaynatasına məxsusdur. Dəymiş ziyan 10 min manat civarındadır. Oğurluq olmazdan nə qədər vaxt əvvəl bağ evində olduğunu xatırlamır. Hər iki epizod üzrə oğurluq olan gün evə gedib baxmış və hər dəfəsində polisə şikayət etmişdir. Bağ evindən 03 ədəd «LG» markalı, 01 ədəd «Samsunq» markalı kondisioner, 04 ədəd radiatorların, 01 ədəd kombinin, 04 ədəd plstik pəncərələrin, 01 ədəd soyuducunu, 01 ədəd paltaryuyan maşını və mikrodalğalı soba oğurlanmışdır. Oğurlanan malların qaytarılmasını istəyir. Təqsirləndirilən şəxs1 şikayətçidir, dəymiş ziyanın ödənilməsini istəyir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları adlanan yaşayış massivində özü üçün fərdi yaşayış evi inşa etdirmiş, hazırda həmin evdə təmir işləri aparılır. Tikdirdiyi evdə əşyalar olduğu üçün hər gün ora gedib nəzarət etmişdir. 07 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində evinə baş çəkməyə gedəndə ümumi dəyəri 2000 manat olan 03 ədəd «LG» markalı, 01 ədəd «Samsunq» markalı kondisionerlərin, 04 ədəd radiatorların, 01 ədəd kombinin, 04 ədəd plastik pəncərələrin naməlum şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir.Baş vermiş oğurluqla bağlı DİN-nin 102 xidmətinə və 15-ci polis bölməsinə məlumat vermişdir. Bundan başqa o, göstərmişdir ki, 10 oktyabr 2023-cü il tarixdə naməlum şəxs yenidən evinə daxil olaraq 1 ədəd 2000 manat dəyərində soyuducunu, 500 manat dəyərində paltaryuyan maşını və 100 manat dəyərində mikrodalğalı sobanı oğurlamışdır. Həmin oğurluq nəticəsində ona 2600 manat maddi ziyan dəymişdir. (cild 3, iş vərəqə 107-109; 182-184) Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Kürdəxanı qəsəbəsində ona məxsus yarımtikili bağ evi var. Ona məxsus əşyaların bəzilərini həmin bağ evində saxlayırmış. Həmin evə tez-tez gedibgəlirmiş. Hadisə baş verməzdən əvvəl iki-üç gün olarmış ki, evə getmirmiş. Daha sonra qonşusu ona zəng vuraraq evdəki barmaqlıqların qırıq olduğunu demişdir. Gedib evə baxan zaman bəzi əşyaların olmadığını görmüş və dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs5 verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin üzərindən çox keçdiyi üçün nələrin oğurlandığını dəqiq xatırlamır, lakin avtomobil ehtiyat hissələri, dəyəri 250-300 manat olan avtomobil kollektoru, drel, laqonda oğurlanmışdır. Oğurlanmış əşyaların ümumi dəyəri 2000 manatdan yuxarı olarmış. Təqsirləndirilən şəxslə aralarında barışıq yoxdur, ondan şikayətçidir və ona dəymiş ziyanın ödənilməsini tələb edir. Təqsirləndirilən şəxslərə veriləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Həmin ünvana yaxın yerdə X19 bir mərtəbəli kürsülü ev inşa etdirmişdir. Evin tikintisi başa çatmadığı üçün hər gün gedib nəzarət etmişdir. Evə lazım olan əşyaları əlinə pul düşdükcə alıb yığmışdır. 01 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində evə gələrkən evin təmiri zamanı istifadə etdiyi 1 ədəd 70 manat dəyərində direli, 350 manat dəyərində 1 ədəd avtomobil naqili, 800 manat dəyərində atomobil kollektoru və turbosu, 300 manat dəyərində elektrik kabellərinin yerində olmadığını və oğurlanmasını aşkar etdikdən sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlib sənədləşmə işləri aparmışlar. Bundan sonra o, Sabunçu rayon polis idarəsinin 12-ci PŞ-nə dəvət olunmuş və orada məlum olmuşdur ki, evindən oğurluğu törədən şəxs Təqsirləndirilən şəxs1dur. Xəyal polis şöbəsində özü ona evindən oğurluq etməsini və əşyaları Sabunçu bazarına aparıb satmasını etiraf etmişdir. (cild 2, iş vərəqə 145-147) Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun evinə girmişdir. Onun evindən heç bir şey oğurlanmamışdır. Hadisə olan günü oğurlandığını düşündüyü əşyaları evində təmir işləri aparan usta həmin gün gətirməyibmiş, həmin əşyalar ustanın özündə olmuşdur. Zərərçəkmiş şəxs X7 verilmiş suallara cavab olaraq bildirmişdir ki, bir ədəd direl, bir ədəd laqonda, bir ədəd əl mişarı hadisədən bir gün əvvəl evində olmuş, lakin sonra usta başqa yerdə işləmək üçün əşyaları özü ilə aparmışdır. Zərərçəkmiş şəxs X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, ünvan 9 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi X19 bir mərtəbəli kürsülü ev tikdirmişdir. Evdə təmir işləri aparıldığından və əşyalar olduğu üçün hər gün gedib nəzarət etmişdir. Əlinə pul düşdükcə evin təmirində istifadə etməsi üçün ümumi dəyəri 500 manat olan 1 ədəd direl, 1 ədəd laqonda, 1 ədəd əl mişarı və 1 ədəd prefarator alıb evdə qoymuşdur. 01 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində evinə gedən zaman təmir alətlərinin oğurlandığını aşkar etmişdir.Baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gələrək sənədləşmə işləri aparmışlar. (cild 3, iş vərəqə 166-168) Zərərçəkmiş şəxs X7 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumamışdır. Əşyaların oğurlanmadığını öyrəndikdən sonra hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Evə girən zaman pəncərənin sındığını görmüşdür. Həmin pəncərə sadəcə təzyiqlə açıla bilər, külək açıb sındıra bilməz. Ona heç bir ziyan dəyməmiş, sadəcə evə girdiyinə görə cəzalandırılmasını istəyir. Təqsirləndirilən şəxslərə veriləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Zərərçəkmiş şəxs4 telegramla məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında iştirak edə bilmir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza verilməməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində 2014-cü ildə fərdi ev tikmişdir.Həmin evdə təmir işləri başa çatmadığı üçün yaşayış olmamışdır. O, aradabir gəlib evə nəzarət edib getmişdir. İşi ilə bağlı Rusiya Federasiyasına getdiyi üçün qohumu Şahid9 onun evinə nəzarət etməsini tapşırmışdır. xx.xx.2023-cü il tarixdə Qüdrət ona zəng vurub evə baş çəkərkən pəncərənin açıq vəziyyətdə olduğunu evdə ona məxsus hər biri 100 manat dəyərində 02 ədəd plastik qapının, hər biri 10 manat dəyərində 05 ədəd pəncərə setkasının, 100 manat dəyərində hamam aksesuarlarının, hər biri 05 manat dəyərində 07 ədəd elektrik açarının, hər biri 05 manat dəyərində 02 ədəd qaz açarının və ümumi 55 manat dəyərində elektrik naqillərinin oğurlandığını bildirmişdir. O, Qüdrətdən oğurluqla bağlı polisə məlumat verməsini xahiş etmişdir. Bundan sonra Qüdrət ona zəng vurub polisə ərizə verdiyini və polis əməkdaşlarının evinə gəlib baxış keçirmələrini demişdir. O, özü 2023-cü ilin sentyabr ayında Azərbaycana qayıtmışdır. Evindəki oğurluqla bağlı polis idarəsinə gəlmişdir. Ona məlum olmuşdur ki, evindəki oğurluq hadisəsini Bakı şəhəri, Balaxanı qəsəbəsində yaşayan Əlibağı adlı şəxs törədib. Həmin şəxs həbs olunub. Əlibağını tanımır, heçbir münasibəti olmamışdır. (cild 2, iş vərəqə 58-60) Zərərçəkmiş şəxs3 telegramla məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında iştirak edə bilmir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, təqsirləndirilən şəxsdən heç bir tələbi yoxdur. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində ona məxsus fərdi yaşayış evi mövcuddur. Orada oğlunun dostu X16 yaşamışdır. 18 fevral 2023-cü ildə Sarvan ona zəng edərək həyətdə qoyulmuş 100 manat dəyərində çarpayının naməlum şəxslər tərəfindən oğurlandığını bildirmişdir. O, kiminsə ehtiyacı olduğu üçün götürdüyünü fikirləşdiyi üçün Sarvana şikayət etməyə ehtiyac olmadığını bildirmişdir. İki gün sonra, yəni 20 fevral 2023-cü il tarixdə Sarvan təkrar ona zəng edərək həyətdən 250 manat dəyərində “Saratov” markalı soyuducunun da oğurlandığım bildirmişdir. O, həmin vaxt Naxçıvan Muxtar Respublikasında olduğu üçün Sarvandan baş vermiş hadisə barədə polisə şikayət etməsini xahiş etmişdir. Oğurluq hadisəsi 18 fevral 2023-cü il tarixdən 20 fevral 2023-cü il tarixədək müddətdə baş vermişdir. (cild 1, iş vərəqə 233-235) Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun evindən oğurluq edilərək evində olan kabellər və evə aid olan bəzi əşyalar oğurlanmışdır. Həmçinin oğurluq edən şəxslər evinə girən zaman pəncərəni də qırmışlar və bütün bu olanlar barədə növbəti gün ona usta məlumat vermişdir. O polis bölməsinə gedərək ərizə yazmışdır. Daha sonra həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanmışlar. Zərərçəkmiş şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o oğurluq edən şəxsləri görməmişdir. Həmin şəxsləri tanımır, həmin şəxsləri polis əməkdaşları ona təqdim etmişdir. Ona təxminən 800 manatdan artıq zərər dəymişdir. Ona dəymiş zərər ödənilməmişdir. Kabellərlə yanaşı drel, prefarator və digər əşyalar da aparılmışdır. Ona ümumilikdə 800 manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini istəyir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona məxsus Abşeron rayonu, Fatmayi kəndində tikintisi tam başa çatmamış iki mərtəbəli fərdi evi vardır. Həmin evdə təmir işləri aparılır. Onun evində təmir işlərini X13 görmüşdür. 31 iyul 2023-cü il tarixdə Baba evində işləməyə gedəndə evin pəncərəsini açmaq yolu ilə naməlum şəxslərin evə daxil olaraq oradan bir ədəd 450 manat dəyərində prefaratorun, bir top 100 manat dəyərində 4 top isə hər biri 50 manat dəyərində elektrik naqillərinin oğurlanmasını aşkar etmişdir. Baba ona zəng vurub bu barədə məlumat verdikdən sonra o, evə gəlib həqiqətən evində oğurluq olduğu üçün DİN-nin 102 xidməti- zəng mərkəzinə zəng edərək bu barədə məlumat vermişdir.Bundan sonra polis əməkdaşları evinə gələrək müvafiq sənədləşmə aparmışlar. Oğurluq nəticəsində ona 800 manat ziyan dəymişdir. (cild 1, iş vərəqə 180-182) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin oktyabr ayında saxlamışlar, saxlanan zaman özünə xəsarət yetirdiyi üçün Sabunçu xəstəxanasına aparmışlar. Orada üzərindən narkotik vasitə aşkar edilmişdir. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunda iki nəfər olmuşlar, o və Şahid8. Əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən bir büküm heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 özünə xəsarəti onlara müqavimət göstərmək üçün etməmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs1 qarşı fiziki və psixi təsir olmamışdır. Narkotik vasitəni xəstəxanada Təqsirləndirilən şəxs1 geyiminə baxış keçirən zaman aşkar etmişlər. Narkotik vasitə aşkar edilən zaman Təqsirləndirilən şəxs1 yanlarında olmamışdır. Protokolu o tərtib etmiş və tərtib edilən zaman həkimlər də onun yanında olmuşdur. Narkotik vasitəni tibb bacısı aşkar etmiş və daha sonra onlara xəbər vermişdir. Təqsirləndirilən şəxs1 xəstəxanaya onlar aparmışlar. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, daxil olmuş məlumat əsasında şöbənin əməliyyat müvəkkili Şahid8 ilə birlikdə əməliyyat qrupunun yaradılması və tədbirlərin keçirilməsi barədə qərar qəbul edildikdən sonra 19 oktyabr 2022-ci il tarixdə narkotik vasitələrin daşınmasında və saxlanılmasında şübhəli olan Təqsirləndirilən şəxs1 onlar tərəfindən Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sülh küçəsində xx.xx.2022-ci il tarixdə saat 18 radələrində saxlanılan zaman Xəyal onlardan qaçıb yayınan zaman əlindəki bıçaqla özünə iki dəfə qarın nahiyəsinə vurmaqla xəsarət yetirmişdir. Onlar onu həkimlərin yəni X30 əməkdaşlarının köməyi ilə yaxınlıqda olan Sabunçu rayon xəstəxanasına aparmışlar. Xəstəxanada dəvət olunmuş hal şahidləri və həkimlərin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 əynindən çıxarılmış geyim əşyalarına baxış keçirilən zaman göy rəngli cins şalvarının sol yan cibindən West markalı siqaret qutusunun içərisində bir ədəd şəffaf sellofan bükümdə spesifik iyə məlik olan toz şəkilli maddə aşkar olunaraq götürülmüş və qablaşdırılmışdır. Həmin maddə ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin istifadəsi, saxlaması və daşıması ilə məşğul olduğuna görə törətdiyi əməldən yaxa qurtarmaq üçün özünə bıçaqla xəsarət yetirmiş, lakin üzərində olan narkotik vasitəni atmaq və gizlətmək imkanı olmadığı üçün özünə üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs1 onlar tərəfindən saxlanılarkən o və Şahid8 Xəyala qarşı zor tətbiq etməmiş və onu döyməmişlər. (cild 3, iş vərəqə 185-187) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş “X28” PHŞ-də cərrah vəzifəsində işləyən Şahid4 ifadəsində göstərmişdir ki, hadisə uzun zaman əvvəl baş verdiyi üçün heç bir şey xatırlamır. Belə hadisələr X20 çox baş verir. Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Xəstənin üzərindən polis əməkdaşları tərəfindən müəyyən əşyaların götürülməsi hadisəsi baş vermişdir. Polis əməkdaşlarının şəxsin üzərindən nə götürdüklərini xatırlamır. Təqsirləndirilən şəxsin üzərindən nə çıxdığını xatırlamır. Müstəntiqin ondan ifadə alıb daha sonra imza çəkdirdiyi olmamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, uzun müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu 3 saylı şəhər kliniki xəstəxanasında cərrah həkim vəzifəsində işləyir. 19 oktyabr 2022-ci il tarixdə xəstəxanada növbədə olan zaman 2 nəfər polis əməkdaşı ilə bir nəfər sonradan Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxsin qarının ön divarının deşilmiş-kəsilmiş yarası diaqnozu ilə xəstəxananın əməliyyatxanasına daxil olmasını görmüşdür. Bundan sonra Fərid həkimlə birlikdə dərhal Xəyala cərrahi müdaxilə etmişlər. Xəyalın üzərindən çıxardıqları paltarların ciblərinə baxan zaman onun cibində iynə olduğunu görüb polis əməkdaşlarına məlumat vermişlər. Polis əməkdaşları onun, Fərid həkimin, köməkçi Elvinin və xadimə Seymurənin iştirakı ilə Xəyala məxsus şalvara baxış keçirilməsi ilə bağlı hüquq və vəzifələrini izah etmişlər. Sonra onların iştirakı ilə Xəyalın əynindən çıxarılmış göy rəngli cins şalvarının ciblərinə baxış keçirilərkən sol yan cibindəki “Vest” markalı siqaret qutusunun içərisindən şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur.Həmçinin onun şalvarının cibindən 1 ədəd bıçaq, 1 ədəd iynə, kəsici alət olan rezak və 1 ədəd mobil telefon aşkar olunaraq götürülmüşdür. Xəyalın şalvarının cibindəki siqaret qutusunun içərisində aşkarlanmış şəffaf bükülü narkotik vasitəyə bənzər kütlə olduğu üçün qablaşdırılmış, həmçinin digər əşyalar kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Qablaşdırmaların üzəri möhülənmiş və onlar imza edərək təsdiq etmişlər. Xəyalın əynindən çıxan paltarların foto şəkilləri çəkilmiş, baxış keçirilməsi barədə polis əməkdaşı protokol tərtib etmiş, həmin protokolu imza edərək təsdiq etmişlər.Bütün proseslər polis əməkdaşları tərəfindən video qeydə alınmışdır.Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 əynindən çıxardıqları şalvarına baxış keçirərkən şalvarın cibinə hər hası bir maddə və kütlə qoymalarının şahidi olmamışdır. Xəyalın cibində iynə, kəsici alətlər olduğu üçün paltarı polis əməkdaşlarına onlar təqdim etmiş və onların yanında şalvarın cibindəki əşyaları çıxarıb baxanda siqaret qutusunun içərisində 1 ədəd şəffaf bükülü aşkarlanmış, həmin bükümə baxdıqda toz şəkilli qəhvəyi rəngli kütlə olmuşdur. (cild 3, iş vərəqə 227-228) Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o bu cür ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, bu ifadəni xəstəxanada vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, oğurluq edilən ev qohumunun evidir. Bir gün evin qarşısından keçəndə evə gedən kabellərdən birinin kəsildiyini görmşdür. Qapını açıb evə girən zaman pəncərələrdən birinin sındığının şahidi olmuşdur. Daha sonra evə girmiş və evdən su sayğacının yararsız hala salındığını, elektrik naqillərinin, üç plastik qabının və digər əşyaların aparıldığını görmüşdür. Polisə məlumat verdikdən sonra oğurluq edən şəxs saxlanılmışdır. Hadisə yerinə gətirildikdə həmin şəxs həqiqətən də qeyd olunan əşyaları oğurladığını qəbul etmiş, su sayğacını isə ətrafdan səs eşitdiyi üçün həyətə ataraq qaçdığını bildirmişdir. Şahid9 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ev onun anasının bibisinin evidir, ev sahibləri Rusiyada yaşayırlar, həmin evdə yaşayış olmamışdır. Evdən plastik qapılar, elektrik naqillər götürülmüş, su sayğaçı yararsız hala salınmışdır. Ümumi dəymiş ziyan təxminən 500 manat olar. Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində onunla qonşuluqda bibisi oğlu Zərərçəkmiş şəxs4 məxsus təmirsiz fərdi yaşayış evi mövcuddur. Rəşad çox vaxt Rusiyada olduğu üçün həmin evə o nəzarət edir. xx.xx.2023-cü il tarixdə həmin evə baş çəkərkən pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olduqda oradan Rəşada məxsus hər biri 100 manat dəyərində 02 ədəd plastik qapının, hər biri 10 manat dəyərində 05 ədəd pəncərə setkasının, 100 manat dəyərində hamam aksesuarlarının, hər biri 05 manat dəyərində 07 ədəd elektrik açarının, hər biri 05 manat dəyərində 02 ədəd qaz açarının və ümumi 55 manat dəyərində elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Həmin vaxt polisə məlumat verərək bibisi oğlu Rəşadın evindən oğurluq olması barədə məlumat vermişdir. (cild 2, iş vərəqə 22-24) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə uzun müddət əvvəl baş verdiyi üçün tam xatırlamır. Xatırladığı qədərilə Təqsirləndirilən şəxs1 kombi gətirməsi üçün taksi pulunu vermiş, daha sonra gətirdikləri kombini almışdır. Şahid6 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 kombini 100-150 manata satırmış, o da almışdır. Daha sonra kombini səhv etmirsə 200 manata Etibar adlı kombi ustasına satmış və satışdan 50 manat xeyri qalmışdır. Kombini ona gətirəndə Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 yanında olmuşdur. Təqsirləndirilən şəxs1 onun məhlə yoldaşıdır. Kombini hardan əldə etdiyini soruşmamışdır. O, Təqsirləndirilən şəxs1 evində olmamış, bu səbəbdən sonuncunun evində kombi olubolmadığını bilmir. O kombi ustası deyil, sadəcə alıb-satmaqla məşğuldur. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, kombi ustası işləyir. Həmçinin işlənmiş kombiləri alıb əl gəzdirib satır. 21 oktyabr 2023-cü il tarixdə saat təxminən 22 radələrində Balaxanı qəsəbəsində yaşayan tanışı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq tanışının kombi aparatı satdığını bildirmişdir. O, kombinin harada olduğunu soruşanda Xəyal ona Balaxanı qəsəbəsinə poçtun yanına gəlməsini, kombi aparatının orada olduğunu demişdir. O, Balaxanı qəsəbəsinə gəlib poçtun yanında gözləmişdir. Xəyal və yanında olan sonradan adının Əlibağı olduğunu bildiyi şəxs Toyota Prius markalı maşınla gəlib poçtun qarşısındakı məhəllədə düşmüşlər. Xəyal onu çağırmış, sonuncunun gətirdiyi kombi aparatına baxdıqda “Teplo” markalı kombi olduğu məlum olmuşdur. Xəyaldan kombinin kimə məxsus olduğunu soruşmuş, sonuncu ona tanışının olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. O, Xəyalla 150 manata razılaşıb həmin kombi aparatını alıb onlarla görüşüb getmişdir. Etibar adlı kombi ustası ondan xahiş etmişdir ki, işlənmiş kombi olsa ona desin. 22 oktyabr 2023-cü il tarixdə Etibara zəng vurub işlənmiş kombi olduğunu bildirmişdir.Etibarla görüşüb Xəyaldan 150 manata aldığı kombini 250 manata Etibara satmışdır. 25 oktyabr 2023-cü il tarixdə Mehdiabad polis bölməsinin əməkdaşları onunla əlaqə saxlayaraq polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona Xəyal və Əlibağının Mehdiabad qəsəbəsində fərdi evdən oğurluq etdikləri, həmin evdən oğurladıqları kombini ona satdıqları məlum olmuşdur. O, Xəyalın ona kombi aparatı satmasını və həmin kombini satarkən tanışına məxsus olduğunu və pula ehtiyacı olması səbəbindən satdığını ona dediyini polis əməkdaşlarına bildirmişdir.Sonra kombini Etibar adlı tanışına satdığını bildirərək Etibara zəng vurub sonuncuya satdığı kombinin oğurluq olmasını deyərək həmin kombini Mehdiabad polis bölməsinə gətirməsini bildimişdir. Polis əməkdaşları Etibarla danışıb kombini gətirməsini bildirmiş və həmin gün Etibar kombini gətirib polis bölməsinə təhvil vermişdir.O, kombini alanda Xəyal onu arxayın etmişdir ki, kombi tanışınındı, təcili pul lazım olduğu üçün satır. O, Xəyalın sözünə inanıb kombini alıb üstünə 100 manat qoyaraq Etibara satmışdır.Həmin kombinin oğurluq olmasını bilməmişdir. (cild 1, iş vərəqə 33-34) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, rəsmi olaraq işləmir. Kombi ustası işləyir. Həmçinin işlənmiş kombiləri alıb əl gəzdirib satır. 21 oktyabr 2023-cü il tarixdə saat təxminən 22 radələrində Balaxanı qəsəbəsində yaşayan tanışım Təqsirləndirilən şəxs1 onun istifadəsində olan ***-***-**-** mobil nömrəmə zəng vuraraq tanışının Combi aparatı satdığını bildirmişdir. O kombinin harada olduğunu soruşanda Xəyal ona demişdir ki, Balaxanı qəsəbəsinə poçtun yanına gəlsin, kombi aparatı ordadır. O Balaxanı qəsəbəsinə gəlib poçtun yanında gözləmişdir. Xəyal və yanında olan sonradan adının Əlibağı olduğunu bildiyii şəxs Toyota Prius markalı maşınla gəlib poctun qarşısındakı məhəllədə düşmüşlər. Onu həmin yerə Xəyal çağırmışdır. O Xəyalın gətirdiyi kombi aparatına baxmış və Teplo markalı kombi olmuşdur. Xəyaldan kombinin kimə məxsus olduğun soruşmuşdur. Xəyal ona demişdir ki, tanışınındır, pula ehtiyacı olduğu üçün satır. O Xəyalla 150 manata razılaşıb həmin kombi aparatını alıb görüşüb getmişdir. Etibar adlı kombi ustası ondan xahiş etmişdir ki, işlənmiş kombi olsa desin. 22 oktyabr 2023-cü il tarixdə o Etibara zəng vurub işlənmiş kombi olduğunu bildirmişdir. Etibarla görüşüb Xəyaldan 150 manata aldığı kombini 250 manata Etibara satmışdır. 25 oktyabr 2023-cü il tarixdə Mehdiabad polis bölməsinin əməkdaşları onunla əlaqə saxlayaraq polis bölməsinə dəvət etmişlər. Polis bölməsində məlum olmuşdur ki, Xəyal və Əlibağı Mehdiabad qəsəbəsində fərdi evdən oğurluq etmişlər, həmin evdən oğurladıqları kombini ona satmışlar. O isə Xəyalın ona kombi aparatı satmasını və həmin kombini satarkən tanışına məxsus olduğunu və pula ehtiyacı olması səbəbindən satdığını dediyini polis əməkdaşlarına bildirmişdir. Sonra kombini Etibar adlı tanışına satdığını bildirərək Etibara zəng vurub ona satdığı kombinin oğurluq olmasını deyərək həmin kombini Mehdiabad polis bölməsinə gətirməsini bildirmişdir. Polis əməkdaşları Etibarla danışıb ona kombini gətirməsini bildirmişlər və həmin gün Etibar kombini gətirib polis bölməsinə təhvil vermişdir. Bildirir ki, o kombini alanda Xəyal onu arxayın etmişdir ki, kombi tanışınındı, təcili pul lazım olduğu üçün satır. O Xəyalın sözünə inanıb kombini alıb üstünə 100 manat qoyaraq Etibara satmışdır. Həmin kombinin oğurluq olmasını bilməmişdir. (cild 1, iş vərəqə 33-34) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, o, bir ildən artıqdır ki, Bakı şəhəri, Sabunçu rayonu 3 saylı şəhər kliniki xəstəxanasında cərrah həkim köməkçisi işləyir. 19 oktyabr 2022-ci il tarixdə xəstəxanada növbədə olan zaman 2 nəfər polis əməkdaşı ilə bir nəfər sonradan Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxsin qarının ön divarının deşilmiş-kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olmasını görmüşdür. Bundan sonra Xəyala cərrahi müdaxilə aparılacağı üçün kömək edərək xəstəxanada xadimə işləyən Şahid7 ilə birlikdə ilkin olaraq əynindəki geyimləri çıxarmışlar.Əməliyyatdan sonra həmin şəxsin üzərindən çıxardıqları şalvarın cibində iynə, bıçaq, kəsici alətlər olduğu üçün polis əməkdaşlarına bu barədə məlumat vermişlər. Polis əməkdaşları onun, Seymurənin, cərrah həkimlər Azər və Fəridin iştirakı ilə Xəyala məxsus şalvara baxış keçirilməsi ilə bağlı hüquq və vəzifələrini izah etmişlər. Sonra onların itirakı ilə Xəyalın əynindən çıxarılmış göy rəngli cins şalvarının ciblərinə baxış keçirilərkən sol yan cibindəki “Vest” markalı siqaret qutusunun içərisindən şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur.Həmçinin onun şalvarının cibindən 1 ədəd bıçaq, 1 ədəl iynə, kəsici alət olan rezak və 1 ədəd mobil telefon aşkar olunaraq götürülmüşdür. Xəyalın şalvarının cibindəki siqaret qutusunun içərisində aşkarlanmış şəffaf bükülü və digər əşyalar kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Qablaşdırmalar üzərində imza edərək təsdiq etmişlər. Xəyalın əynindən çıxan paltarların foto şəkilləri çəkilmiş, baxış keçirilməsi barədə polis əməkdaşı protokol tərtib etmiş, həmin protokolu imza edərək təsdiq etmişlər. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 əynindən çıxardıqları şalvarına baxış keçirərkən şalvarın cibinə hər hası bir maddə və kütlə qoymalarının şahidi olmamışdır.Polis əməkdaşlarına paltarı onlar təqdim etmiş və onların yanında şalvarın cibindəki əşyaları çıxarıb baxanda siqaret qutusunun içərisində 1 ədəd şəffaf bükülü aşkarlanmış və həmin bükümə baxdıqda toz şəkilli qəhvəyi rəngli kütlə olduğu məlum olmuşdur. (cild 3, iş vərəqə 223-224) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə 7 ildir ki, kəbin əsasında ər-arvad kimi yaşamışdır. Əli adlı 6 yaşlı oğlanları vardır. Xəyalla ər-arvad olsalar da ayrı yaşamışlar. Belə ki, Xəyal uzun müddətdir ki, narkotik vasitə qəbul etmişdir. O, dəfələrlə Xəyala narkotiki atmasını desə də, Xəyal ona müalicə almasına söz versə də yenə də narkotik aldudəçisi olmaqda davam etmişdir. Xəyal əvvəllər oğurluq cinayəti törətdiyi üçün məhkum olunmuş, 2021-ci ilin noyabr ayında Amnistiya qərarına əsasən azadlığa buraxılmışdır. 19 oktyabr 2022-ci il tarixdə valideyinləri ilə yaşadıqları evdə olan zaman bayırda səs eşidib küçəyə çıxanda Xəyalın evin yaxınlığındakı “Ülkər” şirniyyat mağazasının qarşısında üstübaşı qan içində oraya gələn polis əməkdaşları isə Xəyalı avtomobilə əyləşdirirlər.Nə baş verdiyini soruşduqda ona Xəyalı polis əməkdaşları saxlayarkən sonuncunun özünə bıçaqla xəsarət yetirdiyi məlum olmuşdur. Xəyalın narkotik vasitə istifadəsi etməsi səbəbindən polis əməkdaşlarının onu saxlamaq istədiklərini başa düşmüşdür.O. Xəyalın hara aparılmasını öyrənmək üçün 2 dəfə DİN-nin 102 xidməti mərkəzinə zəng vurub maraqlanmışdır. Sonra ona Xəyalın X22 aparıldığı, orada əynindəki paltarından narkotik vasitə aşkar olduğunu öyrənmişdir. (cild 3, iş vərəqə 17-18) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, uzun müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu 3 saylı şəhər kliniki xəstəxanasında xadimə işləyir. 19 oktyabr 2022-ci il tarixdə xəstəxanada növbədə olan zaman 2 nəfər polis əməkdaşı ilə bir nəfər sonradan Təqsirləndirilən şəxs1 olduğunu bildiyim şəxsin qarının ön tərəfdən deşilmiş-kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olmasını görmüşdür. Bundan sonra həmin şəxsə cərrahi müdaxilə aparıldığı üçün ilkin olaraq əynindəki geyimləri çıxarmışlar. Əməliyyatdan sonra həmin şəxsin üzərindən çıxardıqları şalvarın cibində şpris iynə olduğu üçün baxmaları üçün polis əməkdaşlarını dəvət etmişlər. Polis əməkdaşları onun, sanitar işləyən Şahid3, cərrah həkimlər Azər və Fəridin iştirakı ilə baxış keçirərkən onlara baxış keçirilməsi ilə bağlı hüquq və vəzifələrini izah etmişlər. Sonra onların itirakları ilə Xəyalın əynindən çıxarılmış göy rəngli cins şalvarının ciblərinə baxış keçirilərkən sol yan cibindən “Vest” markalı siqaret qutusunun içərisindən şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Həmçinin onun şalvarının cibindən 1 ədəd bıçaq, 1 ədəl iynə, kəsici alət olan rezak və 1 ədəd mobil telefon aşkar olunaraq götürülmüşdür. Xəyalın şalvarının cibindəki siqaret qutusunun içərisində aşkarlanmış şəffaf bükülü və digər əşyalar kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Həmin qablaşdırma üzərində imza edərək təsdiq etmişlər. Xəyalın əynindən çıxan paltarların foto şəkilləri çəkilmişdir. Bu barədə polis əməkdaşları protokol tərtib etmiş, protkol onlara oxunduqdan sonra həmin protokolu imza edərək təsdiq etmişlər. Polis əməkdaşlarına paltarı biz təqdim etmişlər və polislər onların yanında şalvarın cibindəki əşyaları çıxarıb baxanda siqaret qutusunun içərisində 1 ədəd şəffaf bükülü aşkarlanmış və həmin bükümə baxdıqda toz şəkilli qəhvəyi rəngli kütlə olmuşdur. (cild 3, iş vərəqə 225-226) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, daxil olmuş məlumat əsasaında iş yoldaşı Şahid2 Viayət oğlu ilə birlikdə əməliyyat qrupunun yaradılması və tədbirlərin küçirilməsi barədə qərar qabul edildikdən sonra 19 oktyabr 2022-ci il tarixdə narkotik vasitələrin daşınmasında və saxlanılmasında şübhəli bilinən X17 tərəflərindən Sabunçu rayonu Balaxanı qəsəbəsi Sülh küçəsində xx.xx.2022-ci il tarixdə saat 18:00-da saxlanılan zaman Təqsirləndirilən şəxs1 onlardan yayınıb qaçan zaman əlindəki bıçaqla özünə iki dəfə qarın nahiyyəsindən vurmaqla xasarət yetirmişdir. Onlar Xəyalı həkimlərin yani TTY əməkdaşlarının köməyi ilə yaxınlıqda olan 3 Sabunçu rayon xəstəxanasına aparmışlar. Xəstəxanada dəvət edilmiş hal-sahidlari va hakimlarin stiraki ila təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 əynindən çıxarılmış geyim apyalarina bans kecirilən zaman evnində göy rangli cins salvarın sol yan cibinden West markalı siqaret autusunun içərisində bir adad saffaf sellofan bükümdə spesfik iyə malik olan toz sakilli madda askar edilərək götürülmüş və qablaşırılmışdır. Bundan sonra hamin madde ekspertizaya göndərilmişdir. Xayal Behbudov narkotik vasitələrin istifadəsi saxlanılması va daşınması ilə məşğul olan şəxs olduğu üçün öz yaxasını törətdiyi əməldən qurtarmaq üçün özünə bıçaqla xəsarət yetirmişdir. Lakin buna baxmayaraq üzərindəki narkotik vasitə sonradan malum olan heroini atmaq imkanı və ya gizlətmək imkanı olmadığı üçün özünə üzrəində gəzdirdiyi bıçaqla xəsarət yetirmişdir. Həmçinin onuda qeyd edir ki nə o nə də iş yoldaşı Xayal saxlanılan zaman sonuncuya zor tətbiq etməmişlər və onu döyməmişlər. (cild 3, iş vərəqə 208-210) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, kombi istilik sistemlərinin təmiri ilə məşğul olur. Təxminən 6-7 ildir ki, Orxan adlı kombi ustasını tanıyır. Orxandan xahiş etmişdir ki, işlənmiş kombi satan olsa ona xəbər etsin. 22 oktyabr 2023-cü il tarixdə Orxan ona zəng vurub onda işlənmiş “Teplo" markalı kombi aparatı olduğunu bildirmiş. Orxan həmin kombi aparatını gətirib ona göstərib tanışından alıb satdığını demişdir. O, Orxanla razılaşıb həmin kombi aparatını 250 manata almışdır. O, bundan əvvəl bir dəfə də Orxandan kombi alıb satmışdır. Orxandan aldığı kombi aparatını 23 oktyabr 2023-cü il tarixdə Xırdalan şəhərində tanıdığı müştəriyə 400 manata satmışdır. 25 oktyabr 2023-cü il tarixdə Orxan ona zəng vurub ona satdığı kombi aparatının oğurluq olduğunu bildirib kombini Mehdiabad polis bölməsinə gətirməli olduğunu demişdir. O, buna görə Xırdalan şəhərindəki müştərisinə zəng vurub danışaraq 400 manat pulu geri qaytarıb kombi aparatını özü ilə Mehdiabad polis bölməsinə gətirib təqdim etmişdir. Polis bölməsində olarkən Orxana kombini satan şəxslərin həmin kombini Mehdiabad qəsəbəsində fərdi evdən oğurladıqları məlum olmuşdur.Polis bölməsində izahatı alınmışdır. Orxanı uzun müddətdir tanıdığı, sonuncudan bir dəfə də kombi alıb satmış, heç bir problem olmamışdır. Orxan ona kombini aldığı şəxsin ona tanışının kombini pula ehtiyacı olduğu üçün satmasını bildirib. Orxan isə inanıb həmin kombini almış və ona satmışdır.Həmin kombi aparatının oğurluq olması barədə məlumatı olmamışdır. (cild 2, iş vərəqə 61-62) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 23:26-da Abşeron rayonu Mehdiabad qəsəbəsi A.Atakişiyev küçəsində yaşayan Zərərçəkmiş şəxs1 DİN-nin 102 xidmətinə zəng edərək, evinə pəncərədən daxil olan naməlum şəxsin pul, qızıl zinyət əşyaları, su qızdırıcısı və ərzaq məhsulları oğurlandığını bildirmişdir. (cild 1, iş vərəqə 7) Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Mehdiabad qəsəbəsi A.Atakişiyev küçəsində yerləşən bir mərtəbəli, fərdi yaşayış evidir. Mənzilin ətrafı daş hasarla əhatə olunmuş, girişində qara rəngli dəmir darvaza var. Mənzilin pəncərələrində dəmir barmaqlıq yoxdur. Mənzilin ətrafı fərdi yaşayış evləri ilə əhatə olunmuşdur. (cild 1, iş vərəqə 8-12) Təqdim etmə və götürülmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkildən görünür ki, götürmə zamanı Zərərçəkmiş şəxs1 Şahid10 təqdim etdiyi kombi aparatına baxaraq həmin Teplo markalı aparatın onlara məxsus olduğunu və 21 oktyabr 2023-cü il tarixdə oğurlandığını bildirmişdir. Odur ki, qeyd olunan 01 ədəd ağ rəngli “Teplo” markalı kombi istilik sisteminin aparatı sübut əhəmiyyətli olduğundan götürülmüşdür. (cild 1, iş vərəqə 21-23) Cinayət əməlinin tövsif edilməsi haqqında 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif olunmuş və onlara həmin maddələrlə ittiham elan olunmuşdur. (cild 1, iş vərəqə 54) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs kimi tutulmuşdur. (cild 1, iş vərəqə 64-66) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə şübhəli şəxs kimi tutulmuşdur. (cild 1, iş vərəqə 87-85) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 95-96) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 108-109) Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-927/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 27 noyabr 2023-cü il tarixdən, saat 16:50-dən hesablanmışdır. (cild 1, iş vərəqə 131-135) Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-928/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 27 noyabr 2023-cü il tarixdən, saat 16:00-dan hesablanmışdır. (cild 1, iş vərəqə 136-140) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. CM-nin 69.3 maddəsinə əsasən 01 il 11 ay, 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən 17.11,2021-ci il tarixdə cəzadan azad edilmişdir. (cild 1, iş vərəqə 151-152) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Şükürov X8 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1, 69.3 maddələri ilə 07 ay, 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-82/2023 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.4cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)56-2022 saylı, 23 may 2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 07 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunmuş, çəkilmiş cəza qəti cəza müddətinə hesablanmış və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 07 ay 29 gün mddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs2 cəzasını çəkmiş hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-1566/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 1(008)-82/2023 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-56/2022 saylı, 23 may 2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunmuş, Təqsirləndirilən şəxs2 həbsdə olduğu 01 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən yekun cəzadan çıxılmış və üzərində qəti olaraq 7 ay 29 gün azadlıqdan məhrum etmə cəzasısaxlanılmış və cəzasını çəkmiş hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-54/2024 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2024-cü il tarixdən hesablanmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Abşeron Rayon Məhkəməsinin 4(012)927/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınmışdır. Cinayət işini icraata qəbul etmək və cinayət işlərini birləşdirmək haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, icraatda Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. (cild 1, iş vərəqə 155) Cinayət işi başlanması, icraata qəbul edilməsi haqqında 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı ********* nömrəli cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 159) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizə ilə müraciət edərək Abşeron rayon Fatmayi kəndində ona məxsus yaşayış olmayan təmir işləri olan mənzildən oğurluq olduğunu bildirərək, oğurluq edən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild 1, iş vərəqə 166) Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Abşeron rayonu Fatmayi kəndində yerləşən qeyd olunan ünvana baxış keçirilmiş, həmin ünvan 02 mərtəbəli yaşayış olmayan təmir işləri gedən mənzildir. Mənzilin həyətinə girişdə işlənmiş vəziyyətdə paslanmış dəmir darvaza var, ətrafı daş hasarla əhatə olunmuş, mənzil avtomobil yolunun yaxınlığında yerləşir, mənzilin plastik pəncərələrinin dəmir barmaqlıqları yoxdur,içərisində təmir işləri gedir. Naməlum şəxs mənzilə arxa tərəfdə olan plastik pəncərədən daxil olmuşdur. (cild 1, iş vərəqə 168- 170) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 175-179) Cinayət işi üzrə icraatın dayandırılması haqqında 02 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılmışdır. (cild 1, iş vərəqə 184) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin uzadılması barədə vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbsdən azad edilmişdir. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Fatmayı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yarımtikilidən ümumi dəyəri 800 manat olan 01 ədəd perferator və elektrik naqillərini oğurlamış şəxsin xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi ev 7-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 186) Cinayət işinin təzələnməsi və icraata götürülməsi haqqında 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. (cild 1, iş vərəqə 187) İfadənin yerində yoxlanılması haqqında 14 dekabr 2023-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində bildirdiyi xüsusatları əyani olaraq göstərmişdir. (cild 1, iş vərəqə 191-193) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 196-197) Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 207) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 208) Cinayət işini icraata qəbul etmək və cinayət işlərini birləşdirmək haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və icraatda Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. (cild 1, iş vərəqə 211) Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata götürülmüşdür. (cild 1, iş vərəqə 215) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 21:55-də Mehdiabad qəsəbəsində yaşayan X16 DİN-nin 102 zəng-xidməti mərkəzinə zəng edərək, xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətindən çarpayı və soyuducu oğurlanması barədə məlumat vermişdir. (cild 1, iş vərəqə 217) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X10 müraciəti üzrə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən evə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 1, iş vərəqə 220-223) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Abşeron rayon, Mehdiabad qəsəbəsində yaşayan X16 DİN-nin 102 xidmətinə müraciət edərək, xx.xx.2023 və xx.xx.2023-cü il tarixləri arasında dostu Zərərçəkmiş şəxs3 məxsus evin həyətindən soyuducu və çarpayının oğurlandığını bildirmişdir. (cild 1, iş vərəqə 224) Zərərçəkmiş şəxs kimi tanımaq barədə 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərər çəkmiş şəxs qismində tanınmış, hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 228-231) Cinayət işinin icratının dayandırılması haqqında 24 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 1, iş vərəqə 237) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən X11 evinin həyətindən 350 manat dəyərində çarpayı və soyuducunu oğurlamış şəxsin xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi ev 7-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 239) Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (cild 1, iş vərəqə 240) Şahidin ifadəsinin yerində yoxlanılması haqqında 21 dekabr 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərmişdir. (cild 1, iş vərəqə 246-249) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 252-253) Cinayət işini icraata qəbul etmək və cinayət işlərini birləşdirmək haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və icraatda Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. (cild 2, iş vərəqə 1) Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 2, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:04-də Məhəmmədi kəndində yaşayan Şahid9 DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək, pəncərədən daxil olunaraq plastik qapıların, naqillərin, hamam aksesuarlarının və su sayğacının oğurlanması barədə məlumat vermişdir. (cild 2, iş vərəqə 7) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid9 müraciəti üzrə Abşeron rayonu Məhəmmədi kəndində yerləşən evə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 2, iş vərəqə 10-14) Cinayət işinin icraatının dayandırılması haqqında 24 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 2, işvərəqə 25) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən Şahid9 məxsus yaşayış olmayan evdən 450 manat dəyərində 2 ədəd plastik qapı, elektrik naqili və hamam aksessuarlarını oğurlamış şəxsin xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi ev 7-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. (cild 2, iş vərəqə 27) Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (cild 1, iş vərəqə 28) Şahidin ifadəsinin yerində yoxlanılması haqqında 21 dekabr 2023-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları əyani olaraq göstərmişdir. (cild 2, iş vərəqə 33-36) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 38-39) Zərərçəkmiş şəxs kimi tanımaq haqqında 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 2,iş vərəqə 53-54) İbtidai istintaq müddətinin uzadılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay olmaqla 05 (beş) ayadək, yəni 13 fevral 2024-cü il tarixdən 13 aprel 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 72-73) Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-167/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti istintaq müddətinin sonunadək, yəni 13 aprel 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 86-90) Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-165/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti istintaq müddətinin sonunadək, yəni 13 aprel 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 91-96) Cinayət işini icraata qəbul etmək və cinayət işlərini birləşdirmək haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, icraatda Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. (cild 2, iş vərəqə 98- 100) Cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ərizəsi əsasında Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata götürülmüşdür. (cild 2, iş vərəqə 104) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni massiv, nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ona məxsus olan Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni massivdə yerləşən natamam tikili evə gələn zaman evin içərisindən ümumi dəyəri 1520 manat olan 1 ədəd direlin, 1 ədəd maşın naqilinin, 1 ədəd maşın kollektorunun, 1 ədəd maşın turbosunun, məişət əşyaları və evin naqillərinin naməlum şəxs(lər) tərəfindən gizli şəkildə oğurlandığını bildirmişdir. (cild 2, iş vərəqə 106) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 müraciəti üzrə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni massivdə yerləşən natamam tikili evə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 2, iş vərəqə 112-115) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 04 noyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 04 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 2, iş vərəqə 130-131) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərər çəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 2, iş vərəqə 139-144) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 2,iş vərəqə 149-150) xx.xx.2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 2, iş vərəqə 167-168) Cinayət işlərinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 30 noyabr 2023-cü il tarxli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 171-172) Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 22 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 2, iş vərəqə 176) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1994-cü ildə İmişli rayonunda anadan olmuş, Sabunçu rayonu, Balxanı qəsəbəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (cild 2, iş vərəqə 179) Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli qərar və həmin tarixli əməliyyat qrupunun təşkil edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. (cild 2, iş vərəqə 180-182) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsi və üzərində saxlamasında şübhəli bilinən xx.xx.1994-cü ildə İmişli rayonunda anadan olmuş, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs1 Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə, saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sülh küçəsində yaşadığı evin qarşısında saxlanılaraq 12-ci PŞ-nə gətirilən zaman yolda üzərində olan açılıb bağlanan bıçaqla özünə xəsarət yetirmişdir. Şəxsə ilkin tibbi yardım göstərilərək, müalicə olunması üçün 3 saylı ŞKX-ya aparılmışdır. (cild 2, iş vərəqə 183) HK-2 N-6520 saylı raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 18:15 radələrində vətəndaş Şahid5 DİN-nin 102 xidmətinə zəng edərək, 3 nəfər polis əməkdaşının narkotik aludəçisi olan həyat yoldaşı Təqsirləndirilən şəxs1ı aparmaq üçün yaşadığı ünvana yaxınlaşmaları, həmin vaxt həyat yoldaşının özünə xəsarət yetirməsi, daha sonra onu avtomobilə qoyub aparmaları barədə məlumat vermişdir. (cild 2, iş vərəqə 185) HK-2 N-6521 saylı raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 18:20 radələrində 3-saylı ŞKX-dan tibb bacısı Cəfərova 12-ci PŞ-nin NH-nə zəng edərək, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 qarının ön divarının daxilə nüfuz edən kəsilmiş deşilmiş yarası barədə məlumat vermişdir. (cild 2, iş vərəqə 186) xx.xx.2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılarkən bıçaqla özünə xəsarət yetirməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonu Ə.Məmmədəliyev küçəsində yerləşən 3 saylı şəhər kliniki xəstəxanasında cərrahi əməliyyat zamanı əynindən çıxarılmış şalvarının ciblərində şübhəli əşyalar olması ilə bağlı xəstəxananın binasının 4-cü mərtəbəsində cərrah həkimlərin və hal şahidi kimi xadimə və sanitarların iştirakı ilə həmin gün saat 20:05-dən 20:12-ə kimi Təqsirləndirilən şəxs1 əynindən çıxarılaraq onlara təqdim edilmiş göy rəngli cins şalvara baxış keçirilərkən həmin cins şalvarının sağ yan cibindən «Vest» markalı siqaret qutusunun içərisindən 1 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (cild 2, iş vərəqə 188-192) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6084 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №159» dairəvi möhür əksi və «vətəndaş Təqsirləndirilən şəxs1 məxsus şalvardan aşkar edilmiş» sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 3,162 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. QEYD: heroinin təmiz çəkisi 3,162 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 3,112 qramdır. (cild 2, iş vərəqə 210-214) Şübhəli şəxsin tutulması haqqında 27 oktyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27 oktyabr 2022-ci il tarixdə, saat 18:00-da Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 2, işvərəqə 230-231) Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 240-241) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-900/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (cild 3, iş vərəqə 6-11) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in verdiyi xx.xx.2022-ci il tarixli, 11635 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə xx.xx.2016-xx.xx.2016-cı il tarixdə yuxarıda göstərilən xəstəxanada stasionar müayinədə olmuşdur. Diaqnoz: “Yüngül dərəcədə ifadə olunmuş nevrasteniya, özünü kəsmələrlə, primitiv şəxsdə”. (cild 3, iş vərəqə 35) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 verdiyi xx.xx.2022-ci il tarixli 1/2312 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X5 müraciət etməmişdir. (cild 3, iş vərəqə 36) Məhkəmə-narkoloji ekspertizasının «18» noyabr 2022-ci il tarixli 6944 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 3, iş vərəqə 39-40) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6084 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 48» dairəvi möhür əksi və «220051746 №-li cinayət işi üzrə 01 (bir) ədəd şpris» yazılar, soyad və imza olan zərfin içərisində bir ədəd 1 ml-lik şprisin daxilində narkotik vasitə heroinin izləri müəyyən edildi. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün təmiz çəkisinin müəyyən edilməsi və digər zərfdə olan heroin kütləsi ilə (maddənin növü və çəkisi barədə xx.xx.2022-ci il tarixli 6/6084 saylı ekspert rəyi verilmişdir) müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına (Siyahı 1) daxildir.QEYD:Heroinin qalıq təmiz çəkisi 3,112 qram, tədqiqata sərf edilmədi. (cild 3, iş vərəqə 41-44) Məhkəmə ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1655 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı düzəliş edilməmişdir. (cild 3, iş vərəqə 46-47) Ambulator məhkəmə psixiatrik ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 3048 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir.Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir.Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb.Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür.Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 3, iş vərəqə 48-50) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-43/2023 saylıqərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 26 (iyirmi altı) gün, yəni 22 fevral 2023-cü il tarixədək uzadılmışdır. (cild 3, iş vərəqə 59-60) Cinayət işi üzrə icraatın dayandırılması haqqında 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 3, iş vərəqə 61) Cinayət işlərinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, CM-nin 234.1-1 və 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli həmin Məcəllənin 234.1-1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, istintaq edilən ********* və ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi ilə davam etdirilmiş, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.1-1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. (cild 3, iş vərəqə 76-78) Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata qəbul edilmişdir. (cild 3, iş vərəqə 81) 17 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, ev 19-da yaşayan Zərərçəkmiş şəxs6 xx.xx.2023-cü il tarixdə 15-ci PB-nə müraciət edərək ona məxsus olan Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlar massivində yerləşən natamam təmirli evin içərisindən ümumlikdə dəyəri 2000 manat məbləğində olan 03 ədəd kondisioner, 04 radiator, 01 ədəd kombi, 04 ədəd pəncərə və içərisində müxtəlif məişət əşyaları olan qutunun naməlum şəxs(lər) tərəfindən oğurlandığını bildirmişdir. (cild 3, iş vərəqə 84) Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 müraciəti əsasında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlar massivində yerləşən natamam təmirli evə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 3, iş vərəqə 89-91) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərər çəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 3, iş vərəqə 101-106) Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (cild 3, iş vərəqə 118) 28 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, ünvan 12 ünvanında yaşayan Zərərçəkmiş şəxs7 xx.xx.2023-cü il tarixdə 15-ci PB-nə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə saat 15-də Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 42-ci dalanda yerləşən bağ evinə gələn zaman oğurluq olduğunu aşkar etdiyini bildirmişdir. (cild 3, iş vərəqə 119) Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 müraciəti əsasında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 42-ci dalanda yerləşən bağ evinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 3, iş vərəqə 127-129) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərər çəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 3, iş vərəqə 139-143) 11 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi 34-də yaşayan Zərərçəkmiş şəxs8 xx.xx.2023-cü il tarixdə ona məxsus olan Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları, 36-cı dalanda yerləşən natamam tikili evə gələn zaman evin içərisindən ümumi dəyəri 500 manat olan 1 ədəd drel, 1 ədəd laqonda, 1 ədəd əl mişarı və 1 ədəd prefaratorun naməlum şəxs(lər) tərəfindən gizli şəkildə oğurlandığını aşkar etdiyini bildirmişdir. (cild 3, iş vərəqə 146) Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 müraciəti əsasında Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları, 36-cı dalanda yerləşən natamam tikili evə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 3, iş vərəqə 151-155) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 zərər çəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 3, iş vərəqə 160-165) 17 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, ev 19-da yaşayan Zərərçəkmiş şəxs6 xx.xx.2023-cü il tarixdə 15-ci PB-nə müraciət edərək xx.xx.2023-cü il tarixdə, saat 09:30 radələrində Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi, nömrəsiz bağ evinə gəldikdə giriş darvaza qapısının açıq olduğunu evdən pəncərədən daxil olma yolu ilə təxmini dəyəri 2000 manat olan soyuducunun, təxmini dəyəri 500 manat olan paltaryuyanın, təxmini dəyəri 100 manat olan mikrodalğalı sobanın oğurlanmasını aşkarlandığını bildirmişdir. (cild 3, iş vərəqə 169) Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 müraciəti əsasında Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi, nömrəsi bağevinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 3, iş vərəqə 175-177) Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittiham elan olunması haqqında 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234-1.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. (cild 3, iş vərəqə 193-195) Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi və Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməsindən ötrü aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Abşeron RPİ-nin İŞ-nə göndərilmişdir. (cild 3, iş vərəqə 211-213) Maddi sübut hesab edilməsi haqqında 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki şalvarın cibindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 3,112 qram narkoik vasitə heroin və bir ədəd daxilində narkotik vasitə heroin izləri olan 1 ml-lik şpris maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (cild 3, iş vərəqə 214-215) Bakı şəhəri Sabunçu rayonu İHB-nın Balaxanı qəsəbəsi İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli, 5-18-2/2-780/24 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi C.Cahangirov küçəsində yerləşən 7 saylı evdə yaşamışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 3, iş vərəqə 221-222) Diskə baxış keçirilməsi haqqında 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:20 -dən saat 10:50-dək olan müddət ərzində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 məxsus geyim əşyalarına Bakı şəhər 3 saylı kliniki xəstəxanada baxış və götürmə aparılması prosesinin köçürüldüyü və DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 19 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində Sülh küçəsində yaşadığı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılarkən polis əməkdaşları tərəfindən ifşa olunmasından qorxub özündə olan bıçaqla qarın nahiyəsinə vuraraq xəsarət yetirmiş və polisə əmkdaşları tərəfindən xəstəxanaya gətirildikdən sonra həmin gün saat 20:05-dən 20:12-ə kimi əynindəki geyim əşyalarına baxış keçirilərkən əynində olmuş göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaret qutusunun içərisindən şəffaf sellofan bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şpris, 2 ədəd kəsici rezaq, sol arxa cibindən 1 ədəd mobil telefon və 1 ədəd qatlanan bıçaq aşkar edilərək götürülmüşdür. (cild 3, iş vərəqə 230) Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/9743 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş fotoşəkilə əsasən ekspertiza təyini barədə qərarda qeyd edilən 1 ədəd Ukrayna istehsalı olan «Teplo 24kw» markalı kombi aparatının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin oktyabr ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 400 manat müəyyən edilir. (cild 3, iş vərəqə 233-235) Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə tövsif edilmiş, ona həmin maddələrlə nəzərdə tutulan ittiham yenidən elan edilmiş, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3-cü maddələri ilə tövsif edilmiş, ona həmin maddələrlə nəzərdə tutulan ittiham yenidən elan edilmiş, Təqsirləndirilən şəxs1 barəsində 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 üzərində gəzdirdiyi bıçaq soyuq silah olmadığı üçün həmin fakta görə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid6 və Şahid10 barələrində AR CM-nin 194-cü və 307-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs1 bıçaqla özünə xəsarət yetirməsi faktında cinayət tərkibi olmadığını nəzərə alaraq həmin fakta görə cinayət təqbinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 3,162 qram narkotik vasitə olan heroini satan istintaqa şəxsiyyəti məlum olmayan şəxsin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmış və Abşeron rayon Pİ-nə göndərilmiş, iş üzrə ümumi çəkisi 3,112 qram olan narkotik vsasitə heroinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, həmçinin Zərərçəkmiş şəxs1 evindən oğurlanmış və aşkar olunaraq götürülmüş 1 ədəd Ukrayna istehsalı olan «Teplo 24kw» markalı kombi aparatı iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, kombi aparatının saxlanılması üçün sahibinə qaytarılması nəzərə aınmış və bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 3, iş vərəqə 240-259) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 28 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.22 və177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 3, iş vərəqə 261-262) Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittiham elan olunması haqqında 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. (cild 3, iş vərəqə 281-283) Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-322/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 15 gün olmaqla, yəni 28 aprel 2024-cü il tarixədək uzadılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-321/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 15 gün olmaqla, yəni 28 aprel 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılmış və ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İşdə olan arayışdan görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakim köməkçisi 27 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 və Təqsirləndirilən şəxs2 saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının əməkdaşlarına zəng edərək qeyd olunan təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbirinin 28 aprel 2024-cü il tarixdə bitməsi barədə məlumat vermişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-595/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə hazırlıq iclasının nəticələrinə dair qərar qəbul olunanadək həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-595/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İşdə olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə göndərilmiş 07 may 2024-cü il tarixli, 1(0124)- 595/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 28 aprel 2024-cü il tarixdən 07 may 2024-cü il tarixədək məhkəmə qərarı olmadan həbsdə saxlanılması ehtimalı yarandığı üçün təqsirləndirilən şəxslərin həbsdə saxlanılmaları ilə bağlı qanunsuz əməllərə yol verilib-verilməməsinin yoxlanılması və təqsirləndirilən şəxslərin qanunsuz həbsdə saxlanıldıqları müəyyən edildikdə zəruri tədbirlər görülməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış 18 iyul 2024-cü il tarixli, 3-16-17/11/2-6615/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində hökm çıxarılarkən onların xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində faktiki olaraq həbsdə saxlanılmalarının nəzərə alınması xahiş edilmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittiham irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində seçdikləri müdafiəçiləri ilə birlikdə şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları, eləcə də hər birinə ayrı-ayrılıqda irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmək imkanına tam şəkildə malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və həmin sübutları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxslər onların əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçiləri vasitəsilə suallar vermişlər. Həmçinin məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı təqsirləndirilən şəxslər öz etirazlarını bildirməklə irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməllərin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməllərinin təhlil edilməsini zəruri hesab edir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Eyni zamanda Ali Məhkəmənin Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 19cu bəndində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş əməllərin hüquqi tövsifi məsələsini də həll etmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə talama dedikdə - özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talama özgə əmlakının götürülməsindən və təqsirkarın özünün yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarət aktiv hərəkətlərdir. Yəni təqsirkar özgənin əmlakını mülkiyyətçinin və ya əmlakın qanuni sahibinin sahibliyindən çıxararaq onu faktiki olaraq öz əlinə keçirir. Talamanın mühüm ələmatlərindən biri də talanan əmlakın özgənin olmasıdır, yəni təqsirkar şəxs həmin əmlak barəsində heç bir həqiqi və ya güman edilən mülkiyyət hüququna və ya digər qanuni əşya hüququna malik olmamalıdır. Talama cinayətinin digər mühüm əlaməti - təqsirkar şəxsin özgənin əmlakını əvəzsiz şəkildə götürməsi və ya digər formada ələ keçirməsidir. Bundan başqa, talama mütləq qaydada fəal hərəkətlərlə törədilir. Talamanın müxtəlif formaları var və bunlardan biri də oğurluqdur. Oğurluq cinayəti özgə əmlakının gizli talanmasında ifadə olunur. Oğurluq cinayətinin zəruri obyektiv əlaməti özgə əmlakının götürülməsinin gizli olmasıdır. Götürmənin gizliliyi dedikdə, cinayət əməlinin əmlakın mülkiyyətçisindən və ya digər qanuni sahibindən xəbərsiz, xəlvəti həyata keçirməsi başa düşülür. Məhkəmədə Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dindirilərkən narkotik vasitə daşınmasında özünü təqsirli bilmədiyini, məhlədə dayanan zaman polis əməkdaşlarının ona yaxınlaşıb tutmaq istəyən vaxt özünü bıçaqladığını, əməliyyat olunduğunu və əməliyyat olunan zaman onun cibinə narkotik vasitəni qoyulduğunu, onun üzərində narkotik vasitə olmadığını, özünə bıçaqla xəsarət yetirdikdən sonra polislər tərəfindən döyüldüyünü və başının partladığını, polis əməkdaşlarının onu küçədə dayanan zaman onu tutmaq üçün üzərinə hücum etdiklərini, onu döyən polis əməkdaşlarının adlarının Əli, Şahlar və Habil olduğunu, Bakı İstintaq Təcridxanasına girən zaman aparılan yoxlamada xəsarətlərinin qeyd edildiyini, oğurluqla bağlı sonuncu epizodda yalnız kombi aparatını oğurladığını, zərərçəkmiş şəxs Səməndər Cabbarovun evinə oğurluq etmək məqsədilə girdiyini, lakin heç nə oğurlamadığını bildirmişdir. Bundan başqa digər Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dindirilərkən o yalnız Təqsirləndirilən şəxs1la birlikdə oğurluq etdiyi epizodu qəbul etdiyini, digər epizodlar üzrə oğurluq etmədiyini, X24 birlikdə kombi aparatının oğurluğunda iştirak etdiyini, digər oğurluq əməllərini onun boynuna qoyulduğunu, onun həmin oğurluqları qəbul etmədikdə, polis əməkdaşlarının ona 1 kiloqram narkotik vasitə yükləyəcəklərini bildidiklərini, bu səbəbdən oğurluq əməllərini qəbul etdiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onunmüdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdikləri həmin xüsusatların araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-6755/2024 nömrəli məktubdan və tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və ilkin tibbi müayinədən keçirilərkən onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı Təqsirləndirilən şəxs1 bədənində xəsarət aşkarlanmamış, hər iki saidin ön və yan, sol bazunun yan səthində, qarının ön divarında köhnə çapıq toxuma müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərkən onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı Təqsirləndirilən şəxs2 bədənində xəsarət aşkarlanmamış, sol saidin aşağı 1/3-nin ön səthində köhnə çapıq toxuma, üz nahiyəsində, gövdədə, hər iki yuxarı və aşağı ətraflarda narkotik inyeksiyasından sonrakı səpgilər və çapıqlaşmış sahələr müşahidə olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2025-ci il tarixli 3-16-17/40/2-423/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə PX-in Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəninə baxış keçirilən zaman hər hansı bir yeni xəsarət aşkar edilməmişdir, lakin deməsinə görə 12 gün əvvəl həbs zamanı özü-özünə xəsarət yetirib və buna görə laparatomiya cərrahi əməliyyat keçirib. Bundan başqa Sabunçu RPİ-nin MSY-də tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci ildə MSY-nə təhvil verilən zaman üzərinə baxış keçirilmiş, qarın nahiyəsində yeni əməliyyat izi aşkar olunmuş, bununla bağlı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, polislər onu saxlayan zaman bıçaqla özünə xəsarət yetirmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyriqanuni rəftara məruz qalıb-qalmamaları ilə bağlı araşdırma aparılıb-aparılmaması barədə Bakı şəhəri Abşeron Rayon Prokurorluğuna sorğu ünvanlamış, Abşeron Rayon Prokurorluğu tərəfindən 09 oktyabr 2024-cü il tarixli, 1821-X-24 saylı məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Şükürov X9 RPİ-nin polis əməkdaşları tərəfindən tutularkən, həmçinin, tutulduqdan sonra fiziki və psixoloji təsirlərə və təzyiqlərə məruz qalması ilə bağlı Abşeron rayon prokurorluğunda heç bir araşdırma aparılmamışdır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi, Təqsirləndirilən şəxs2 isə polis əməkdaşları tərəfindən ona psixoloji zor tətbiq edilməsi ilə bağlı ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, polis tərəfindən üzərinə qoyulması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlarla bağlı qeyd edir ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli raportla müəyyən edilmişdir ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1994-cü ildə İmişli rayonunda anadan olmuş, Sabunçu rayonu, Balxanı qəsəbəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmçinin, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli qərar və həmin tarixli əməliyyat qrupunun təşkil edilməsi haqqında protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixli raportla müəyyən edilmişdir ki, qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsi və üzərində saxlamasında şübhəli bilinən xx.xx.1994-cü ildə İmişli rayonunda anadan olmuş, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs1 Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə, saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sülh küçəsində yaşadığı evin qarşısında saxlanılaraq 12-ci PŞ-nə gətirilən zaman yolda üzərində olan açılıb bağlanan bıçaqla özünə xəsarət yetirmişdir. Şəxsə ilkin tibi yardım göstərilərək, müalicə olunması üçün 3 saylı ŞKX-ya aparılmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 10:20-dən saat 10:50-dək olan müddət ərzində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 məxsus geyim əşyalarına Bakı şəhər 3 saylı kliniki xəstəxanada baxış və götürmə aparılması prosesinin köçürüldüyü DVD diskə məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 19 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində Sülh küçəsində yaşadığı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılarkən polis əməkdaşları tərəfindən ifşa olunmasından qorxub özündə olan bıçaqla qarın nahiyəsinə vuraraq xəsarət yetirmiş və polis əməkdaşları tərəfindən xəstəxanaya gətirildikdən sonra həmin gün saat 20:05-dən 20:12-ə kimi əynindəki geyim əşyalarına baxış keçirilərkən əynində olmuş göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaret qutusunun içərisindən şəffaf sellofan bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şpris. 2 ədəd kəsici rezaq, sol arxa cibindən 1 ədəd mobil telefon və 1 ədəd qatlanan bıçaq aşkar edilərək götürülmüşdür. Həmin baxış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2022-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa cinayət işi üzrə dindirilmiş şahid (polis əməkdaşları) Şahid2 ifadəsində əməliyyat qrupunda iki nəfər olduqlarını, Təqsirləndirilən şəxs1 2022-ci ilin oktyabr ayında saxladıqlarını, saxlanan zaman özünə xəsarət yetirdiyi üçün Sabunçu xəstəxanasına apardıqlarını, xəstəxanada sonuncunun üzərindən bir büküm narkotik vasitə heroin aşkar edildiyini, narkotik vasitəni xəstəxanada Təqsirləndirilən şəxs1 geyiminə baxış keçirilən zaman aşkar edildiyini, tərəflərindən Təqsirləndirilən şəxs1 qarşı fiziki və psixi təsir olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi olmadan külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərindən külli miqdarda 3,162 qram çəkidə narkotik vasitə heroin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə bu kimi halları (yuxarıda göstərilənlər) birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadə verərkən oğurluqla bağlı sonuncu epizodda, yəni Zərərçəkmiş şəxs1 evindən yalnız kombi aparatını oğurladığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli raportla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, ssat 23:26-da Abşeron rayonu Mehdiabad qəsəbəsi A.Atakişiyev küçəsində yaşayan Zərərçəkmiş şəxs1 DİN-nin 102 xidmətinə zəng edərək, evinə pəncərədən daxil olan naməlum şəxsin pul, qızıl zinyət əşyaları, su qızdırıcısı və ərzaq məhsulları oğurlandığını bildirmişdir. Bundan başqa hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Mehdiabad qəsəbəsi A.Atakişiyev küçəsində yerləşən bir mərtəbəli, fərdi yaşayış evidir. Mənzilin ətrafı daş hasarla əhatə olunmuş, girişində qara rəngli dəmir darvaza var. Mənzilin pəncərələrində dəmir barmaqlıq yoxdur. Mənzilin ətrafı fərdi yaşayış evləri ilə əhatə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 evindən yalnız kombi aparatını oğurladığı, qeyd edilən digər əşyaları oğurlamadığı barədə məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və qeyd edir ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi A.Atakişiyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən 1500 manat pulu, 1 ədəd 1000 manat dəyərində qızıl üzüyü, 1 ədəd 283 manat dəyərində qızıl boyunbağını, mətbəxdəki soyuducudan 500 qramlıq «Ancor» yağı, dondurulmuş toyuq əti və bir şüşə balonda mürəbbədən ibarət 27 manat dəyərində ərzaq məhsullarını və evin həyətində divara bərkidilmiş 1 ədəd Ukrayna istehsalı olan 400 manat dəyərində «Teplo 24 kW» markalı kombi aparatını oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3210 manat məbləğində ziyan vurması ifadənin yerində yoxlanılması haqqında protokollar, hadisə yerinə baxış protokolları, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, cinayət işinin materialları və məhkəmə araşdırılmış digər sübutlarla təsdiq olunur. Bundan başqa, məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs X4 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhic bağları 36-cı dalanda yerləşən bağ evinin hasarından aşaraq həyətə, sonra isə həyətdə olan evə qanunsuz daxil olub oradan dəyəri 500 manat olan 01 ədəd drel, 01 ədəd laqonda, 01 ədəd əl mişarı və 01 ədəd prefaratoru gizli olaraq talayıb zərərçəkmiş şəxs Səməndər Cabbarova ümumilikdə 500 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi epizodu Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə uyğun olaraq təqsirliliyi sübuta yetirilmədiyi üçün ittihamdan çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadə verərkən zərərçəkmiş şəxs Səməndər Cabbarovun evinə oğurluq etmək məqsədilə girdiyini, lakin heç nə oğurlamadığını bildirmişdir. Həmçinin zərərçəkmiş şəxs X7 məhkəmə iclasında bildirmişdir ki, evə girən zaman pəncərənin sındığını görmüş, onun evindən heç bir əşya oğurlanmamış, ona heç bir ziyan dəyməmiş, oğurlandığını düşündüyü əşyaları evində təmir işləri aparan usta həmin gün gətirməmiş, həmin əşyalar ustanın özündə olmuş, Təqsirləndirilən şəxs1 onun evinə girmiş, lakin heç əşya oğurlamamış, əşyaların oğurlanmadığını öyrəndikdən sonra hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Bununla da məhkəmə yuxarıdakılara əsasən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs X4 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhic bağları 36-cı dalanda yerləşən bağ evinin hasarından aşaraq həyətə, sonra isə həyətdə olan evə qanunsuz daxil olub oradan dəyəri 500 manat olan 01 ədəd drel, 01 ədəd laqonda, 01 ədəd əl mişarı və 01 ədəd prefaratoru gizli olaraq talayıb zərərçəkmiş şəxs Səməndər Cabbarova ümumilikdə 500 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi epizodu Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə uyğun olaraq təqsirliliyi sübuta yetirilmədiyi üçün ittihamdan çıxarılmalıdır. Bundan başqa digər Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dindirilərkən o yalnız Təqsirləndirilən şəxs1la birlikdə oğurluq etdiyi epizodu qəbul etdiyini, digər epizodlar üzrə oğurluq etmədiyini, X24 birlikdə kombi aparatının oğurluğunda iştirak etdiyini, digər oğurluq əməllərini onun boynuna qoyulduğunu, bu səbəbdən oğurluq əməlləri qəbul etdiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədəki ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Onun tərəfindən qeyd edilən oğurluq hadisələrinin törədilməsi ifadənin yerində yoxlanılması haqqında protokollar, hadisə yerinə baxış protokolları, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, cinayət işinin materialları və məhkəmə araşdırılmış digər sübutlarla təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı birbiri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən istintaq hətəkətlərinin mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, istintaq protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxslərin ittihamı mübahisələndirdikləri hissədəki ifadələrini, onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları, cinayət işinin materialları, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayət əməllərini törətmələrinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrinə, Təqsirləndirilən şəxs2 əməlləri isə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə düzgün tövsif edilmiş, onların həmin cinayət əməllərini törətmələri və əməli törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri, Təqsirləndirilən şəxs2 isə 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs1 əməlləri az ağır və ağır, Təqsirləndirilən şəxs2 əməlləri isə az ağır cinayətlər kateqoriyasına aiddir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasına görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onların şəxsiyyətini, cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və obların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, Azərbaycn Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Belə ki, DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Şükürov X8 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1, 69.3 maddələri ilə 07 ay, 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-82/2023 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.4cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)56-2022 saylı, 23 may 2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 07 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunmuş, çəkilmiş cəza qəti cəza müddətinə hesablanmış və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 07 ay 29 gün mddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs2 cəzasını çəkmiş hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-1566/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 1(008)-82/2023 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-56/2022 saylı, 23 may 2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunmuş, Təqsirləndirilən şəxs2 həbsdə olduğu 01 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən yekun cəzadan çıxılmış və üzərində qəti olaraq 7 ay 29 gün azadlıqdan məhrum etmə cəzasısaxlanılmış və cəzasını çəkmiş hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-54/2024 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2024-cü il tarixdən hesablanmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Abşeron Rayon Məhkəməsinin 4(012)-927/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda, cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasına görə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini həll edərkən Cinayət Məcəlləsinin 66.5-ci maddəsi üzrə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onların ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, digər Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətlərin residivinin olmasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirləndirildikləri maddələrdə nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı real olaraq çəkməklə islah oluna bilərlər. Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır və şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 27 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-900/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-43/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 26 (iyirmi altı) gün, yəni 22 fevral 2023-cü il tarixədək uzadılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin uzadılması barədə vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbsdən azad edilmiş, 04 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 27 noyabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-928/2023 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 27 noyabr 2023-cü il tarixdən, saat 16:00-dan hesablanmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-167/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti istintaq müddətinin sonunadək, yəni 13 aprel 2024-cü il tarixədək uzadılmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-322/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 15 gün olmaqla, yəni 28 aprel 2024-cü il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs1 bugünədək həbsdə saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 27 noyabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-927/2023 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 27 noyabr 2023-cü il tarixdən, saat 16:50-dən hesablanmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)- 165/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti istintaq müddətinin sonunadək, yəni 13 aprel 2024-cü il tarixədək uzadılmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-321/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 15 gün olmaqla, yəni 28 aprel 2024-cü il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs2 bugünədək həbsdə saxlanılır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət, həmçinin 04 noyabr 2023-cü il tarixdən 06 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalı, həbsdə saxlanıldığı ibtidai həbs müddəti onların cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, digər Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat məbləğində, həmçinin, məhkəmə-kimyəvi və məhkəmə-ballistik ekspertizalarının keçirilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 174 (bir yüz yetmiş dörd) manat ekspertiza xərcləri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra təmiz çəkisi 3,112 qram qalan narkotik vasitə heroin məhv edilsin, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd «Teplo 24kw» markalı kombi aparatının sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 704 (yeddi yüz dörd) manat məbləğində, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 704 (yeddi yüz dörd) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 19 (on doqquz) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 05 (beş) il 08 (səkkiz) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-54/2024 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən tamamilə toplanılmaqla ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra təmiz çəkisi 3,112 qram qalan narkotik vasitə heroin məhv edilsin, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd «Teplo 24kw» markalı kombi aparatının sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmış, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat məbləğində, həmçinin, məhkəmə-kimyəvi və məhkəmə-ballistik ekspertizalarının keçirilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 174 (bir yüz yetmiş dörd) manat ekspertiza xərcləri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 704 (yeddi yüz dörd) manat məbləğində, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 704 (yeddi yüz dörd) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-323/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-323/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver