Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-324/2021 01.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Şamaxı rayonu, Mərəzə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsilsiz, "xxxx" ASC-nin X3 fəhlə işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qobustan rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində tanışı, xx.xx.1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul etdikdən sonra orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs onun ünvanına şəxsiyyətini alçaldan xoşagəlməz ifadələr işlətməsi səbəbindən aralarında başlanmış mübahisə və daha sonra baş vermiş dalaşma zamanı bir-birinə qarşılıqlı olaraq əl və ayaq zərbələri vurduqdan sonra mübahisəni davam etdirməklə, Zərərçəkmiş şəxs öz evinə aparmaq məqsədilə evin həyətinə giriş darvazasının qarşısında saxladığı özünə məxsus “ZAZ VİDA SF6950” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilə birlikdə oturduqdan sonra avtomobilin salonunda yenidən başlayan mübahisə və dalaşma zamanı qisas almaq məqsədilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə əvvəlcədən həmin avtomobilin sol ön qapısının cibliyində saxladığı soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs boyun nahiyəsinə arteriyanın və venanın kəsilməsi ilə nəticələnən 1 (bir) ədəd və qarın nahiyəsinə qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd, cəmi 2 (iki) ədəd kəsilmişdeşilmiş yaralarla müşaiyət olunan və daxilə, o cümlədən də xaricə kütləvi qanitirmə, qanitirmə şoku (hemorragik şok) ilə nəticələnmiş, dərəcələrinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs müqavimət göstərmək imkanında olmadığını anlayıb əlavə xəsarətlər almamaq üçün avtomobildən düşüb evin giriş qapısı istiqamətində qaçmaq istəyərkən, avtomobildən enib onu evin həyətə giriş darvazasının yanında saxlayaraq yenidən həmin bıçaqla bel nahiyəsinə daxilə keçən dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən 1 (bir) ədəd, həmçinin sol bazu və sağ əlin ovuc səthinə, sol kürək nahiyəsinə, sol qoltuqaltına, sol bel nahiyəsinə, sağ qaş üstünə, burun kökünə, cəmi 10 (on) ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, ümumilikdə isə 13 (on üç) ədəd xəsarət yetirib Zərərçəkmiş şəxs qisas niyyətilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs ona məxsus minik avtomobilini və 20 manat pulu gətirdikdən sonra ona bir yerdə spirtli içki içməyi təklif etmişdir. Buna görə Elmanla birlikdə avtomobillə Qobustan şəhərində Nərimankənd deyilən yerə mağazaya gedərək araq, pivə, kolbasa və alça aldıqdan sonra saat 24 radələrində evə qayıtmışlar. Evdə yeyib-içərkən Zərərçəkmiş şəxs yadına keçmiş hadisələr düşmüş, təxminən 5-6 il əvvəl o, Elmanın qohumu Qabillə dalaşdığı zaman sonuncuya bıçaqla xəsarət yetirdiyindən, Elman ona özünü yuxarıdan aparmasına görə irad bildirmiş, buna görə Elmanla onun arasında mübahisə başlamışdır. Bu zaman Elman onun ağzına bir yumruq vurmuş, o, stolun üstünə yıxılmışdır. Sonra Elman təpiklə 2-3 dəfə onun bədəninə zərbələr vurmuş, o, yerdən qalxaraq Elmana davaya son qoymasını demişdir. Həmçinin o, qohumu Qabilə xəsarət yetirməyinin səbəbini Elmana izah etsə də, sonuncu dayanmamış, hər ikisi evdən həyətə çıxmışlar. Həyətdə də Elman onu döymüş və maşına otuzdurmuşdur. Maşında o, sürücü tərəfdə, Elman isə qabaq sərnişin tərəfdə oturmuşdur. Maşında da Elman onu döyməyə davam etmiş, onun sağ göz nahiyəsindən bir yumruq vurmuş, o, maşından düşüb qaçmaq istəyərkən Elman imkan verməyərək hər iki əli ilə onun boynundan tutaraq boğmağa başlamışdır. O, Elmandan canını qurtarmaq üçün əlini sürücü tərəfdəki qapının cibinə atmış, əlinə nəsə bir əşya keçmiş, həmin əşya ilə Elmanı vurmuşdur. Həmin əşyanın nə olduğunu, Elmanın harasından və ümumilikdə, neçə dəfə vurduğunu xatırlamır. O, həmin əşya ilə Elmanı vurduqdan sonra sonuncunun əlləri boşalmış, bundan sonra Elman maşından düşərək evinə tərəf getməyə başlamışdır. O isə, Elmanın onu yenidən döyəcəyindən qorxaraq maşından düşüb tez evinə girmiş, əlindəki əşyanı isə həyətə atmışdır. Evə girəndən sonra pəncərədən baxaraq Elmanın qayıdıb-qayıtmadığını yoxlamış, Elmanın qayıtmadığını gördükdən sonra yatmışdır. Səhər saat 8 radələrində küçədəki səs-küyə oyanaraq pəncərədən küçəyə baxmış, çoxlu sayda insanların və polis əməkdaşlarının orada olduğunu görmüşdür. Həmçinin polisdə işləyən Sahibin rəisə müraciət edərək “yoldaş rəis, cinayətkar evdədir” dediyini eşitmiş, Sahibin hansı cinayətdən danışdığını başa düşməmişdir. Daha sonra evdən həyətə çıxarkən iki nəfər polis serjantı ona yaxınlaşıb polis şöbəsinə aparmışlar. Həmin vaxt o, bilmişdir ki, gecə Elmana yetirdiyi xəsarət nəticəsində, sonuncu ölmüşdür. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, onun Zərərçəkmiş şəxs öldürmək, hətta ona hər hansı xəsarət yetirmək məqsədi olmamış, Elman onu döydüyünə və ona gücü çatmadığına görə sonuncunun əlindən çıxmaq və onu qorxutmaq üçün xəsarət yetirmiş, həmin vaxt sərxoş olduğuna görə maşında əlinə keçən əşyanı götürüb Elmanı vurmuş, həmin əşyanın bıçaq olduğunu, həmin bıçağı nə vaxt maşına qoyduğunu bilməmiş, ayıldıqdan sonra Elmanın öldüyünü bilib törətdiyi əmələ görə çox peşman olmuşdur. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs onun əri olmuş, Elmanla 2004-cü ildə ailə həyatı qurmuş və bu nikahdan onların üç oğlu və bir qızı vardır. Mərhum əri fəhləlik etmiş və ailəsini dolandırmışdır. Elmanın Qobustan şəhər sakini Təqsirləndirilən şəxsla 2-3 il olar ki, dostluq etdiyini bilmiş, hadisə baş verən günə qədər onların yaxşı münasibətləri olmuşdur. xx xxxx 2020-ci il tarixdə Elman evdə olarkən saat 13-14 radələrində başı ağrıdığından mağazaya gedərək bir butulka araq alıb evə qayıtmış, evdə həmin araqdan bir az içmiş və yatmışdır. Saat 21-22 radələrində Təqsirləndirilən şəxs Elmana zəng edərək maşınını ustadan götürməyi xahiş etmiş və Elman evdən çıxaraq Rövşənin maşınının dalınca getmiş, maşını ustadan götürüb Rövşənə verdikdən sonra evə qayıtmışdır. Saat 23 radələrində Elman Rövşənin ondan 10 manat pul istədiyini demiş və evdən 20 manat pul götürərək Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, pulu verdikdən sonra qayıdacağını demişdir. Lakin Elman gedəndən sonra ondan xəbər çıxmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 04 radələrində yuxudan ayılanda Elmanın evdə olmadığını görmüş və narahat olmuşdur. Telefonuna zəng vursa da, Elman zənglərə cavab verməmiş, saat 06 radələrində böyük oğlu Ziyatxanı atasından xəbər bilmək üçün Təqsirləndirilən şəxs evinə göndərmişdir. Oğlu Rövşənin yaşadığı evə getdikdən az sonra ağlaya-ağlaya geri qayıtmış, nə baş verdiyini soruşduqda, oğlu ona atası Elmanın Rövşənin yaşadığı evin həyət darvazasının qarşısında qan içində yerdə uzanaraq qaldığını və öldüyünü demişdir. O da, Elmanın əmisi arvadı Xumarın yanına gedərək ona və digər qohumlara, qonşulara bu barədə məlumat vermiş və bir yerdə Rövşənin yaşadığı ünvana getmişlər. Oraya çatdıqda Elmanın meyitinin qan içində darvazanın qarşısında yerdə olduğunu görmüş, daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi Gülnarə Cabarova ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsin qohumlarının yar mərasiminə gəlmələrini onun istəmədiyini, Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini bildirərək, məhkəməyə təqdim etdiyi yazılı ərizəsində təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə atası Zərərçəkmiş şəxs evdə olarkən Rövşən ona zəng vuraraq maşınını ustadan götürməyi xahiş etmiş, atası ustanın yanına gedərək Rövşənin maşınını əvvəlcə evlərinə gətirmiş, bir müddət sonra isə aparıb Rövşənə təhvil vermişdir. Maşını verdikdən sonra atası Elman evə qayıtmış və küçəyə çıxaraq qonşularla domino oynamağa başlamışdır. Bu zaman Rövşən atasına zəng vuraraq pul istəmiş, atası evdən 20 manat pul götürərək Rövşənə aparmışdır. Bundan sonra atasından bir xəbər çıxmamışdır. Səhər saat 06 radələrində anası Gülnarə ona atasının gecə evə gəlmədiyini və zənglərə də cavab vermədiyini bildirib Rövşəngilə göndərmiş, o da, Rövşənin yaşadığı evə getmişdir. Oraya çatanda darvazanın kiçik qapısının açıq vəziyyətdə olduğunu, Rövşənin maşınının qapıda dayandığını, atası Elmanın qapının ağzında içəri tərəfdə yerdə uzanılı vəziyyətdə qan içində hərəkətsiz olduğunu görmüşdür. Bundan başqa, darvazanın qarşısında yerdə, həmçinin maşının üzərində də qan izləri olmuşdur. Atasının qolundan tutaraq ürəyinin döyünübdöyünmədiyini yoxlamış, atasının ürək döyüntülərinin olmadığını və ölü olduğunu görmüşdür. Tez oradan evə qayıdaraq anasına bu barədə məlumat vermiş, anası da qonşularaxəbər vermişdir. Sonra onlar hamısı birlikdə atasının meyitinin olduğu yerə getmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs onun qaynı oğludur, həm də qapı bir qonşudurlar. Təqsirləndirilən şəxs bir şəhər sakini tanıyır, Elmanın Rövşənlə bir neçə il olar ki, dostluq etdiklərini bilmişdir. xx xxxx 2020-ci il tarixdə axşam tərəfi küçəyə çıxanda Elmangilin qapısında qara rəngli maşın dayandığını görmüş və Elmandan həmin maşının kimə məxsus olduğunu soruşmuşdur. Elman maşının Rövşənə məxsus olduğunu, maşını ustadan götürüb Rövşəngilə aparacağını demiş və maşına oturub Rövşəngilə getmişdir. xx xxxx 2020-ci il tarixdə səhər saat 06 radələrində Elmanın arvadı Gülnarə onlara gələrək Elmanın Rövşəngilin qapısında qan içində yerdə yıxılaraq qaldığını demiş, evdən odeyal götürərək Gülnarə və oğlu ilə, həmçinin digər qohum və qonşularla birlikdə Rövşəngilin evinə getmişlər. Oraya çatanda darvazanın balaca qapısının açıq vəziyyətdə olduğunu, orada başqa heç kimin olmadığını, Elmanın qan içində darvazanın qarşısında içəri tərəfdə yerdə uzanılı vəziyyətdə qaldığını və artıq ölü olduğunu görmüşlər. O, odeyalı Elmanın üstünə atmış, səsə başqa adamlar da oraya yığışmış, sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid3, Şahid4 və Şahid5 Şahid2 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan rayon Polis şöbəsi Post Patrul Xidməti Tağımının polis nəfəri Şahid7 ifadəsində bildirdi ki, xx xxxx 2020-ci il tarixdə polis nəfərləri Şahid8 və Elgün Həmidovla birlikdə növbədə olarkən saat 06 radələrində rayon polis şöbəsinin növbətçi hissəsindən onlara ünvan 1 ünvanında cinayət törədilməsi barədə məlumat verilmiş, xidməti avtomobillə hər üçü həmin ünvana getmişlər. Oraya çatanda həyət darvazasının kiçik qapısının açıq vəziyyətdə olduğunu, evin həyət darvazasının ağzında iç tərəfdə yerdə uzanıqlı vəziyyətdə Zərərçəkmiş şəxs meyitinin olduğunu görmüşlər. Meyitin bədəni və paltarları üzərində, həmçinin meyitin ətrafında yerdə çoxlu qan ləkələri olmuş, meyitin üstünə odedyal salındığını görmüşdür. Həmin vaxt darvazanın qarşısında çöl tərəfdə qara rəngli avtomobil dayanmış, küçədə isə mərhumun qohumları olmuşlar. Meyiti gördükdən sonra onlar polis şöbəsinin növbətçi hissəsinə zəng vuraraq məruzə etmişlər və bir neçə dəqiqə sonra rayon polis şöbəsinin digər əməkdaşları da hadisə yerinə gəlmişlər. Bundan sonra hadisə yerinin mühafizəsi təmin edilmiş və rayon prokurorluğuna hadisə barədə məlumat verilmişdir. Digər polis əməkdaşları gəldikdən sonra Rövşənin yaşadığı evin küçəyə baxan pəncərəsindən evə baxarkən şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs evdə olduğunu görmüş, Şahid8la birlikdə həyətə daxil olmuş, bu zaman Rövşən özü evdən çölə çıxmış, Rövşənin köynəyində qan ləkələrinin olduğunu görmüşdür. Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduqda, sonuncu, onlara Elmanın ona söyüş söydüyünə görə vurub öldürdüyünü demişdir. Həmin vaxt hadisə yerində mərhumun çox sayda qohumları olduğuna görə Təqsirləndirilən şəxs təhlükəsizliyini təmin etmək üçün hadisə yerindən çıxararaq xidməti avtomobillə rayon polis şöbəsinə aparıb növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında dindirilmiş Qobustan rayon Polis şöbəsi Post Patrul Xidməti Tağımının polis nəfəri Şahid8 Şahid7 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilmiş Şahid11 ifadəsində bildirdi ki, Qobustan şəhəri, “Son” adlanan ərazidə özünə məxsus sexdə usta kimi avtomobil təmiri ilə məşğul olur, mərhum Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs şəhər sakinləri kimi tanımışdır. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun işlədiyi sexə gələrək özünə məxsus avtomobilin təmirə ehtiyacı olduğunu demiş, avtomobilə baxandan sonra maşının feredosunun xarab olduğunu və dəyişməli olduğunu deyərək, zəhmət haqqı kimi 60 manat ödəyəcəyini bildirmişdir. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs yenidən onun işlədiyi sexə gələrək yeni feredo aldığını deyib, onu avtomobildə qoymuş və maşını orada qoyaraq çıxıb getmişdir. xx xxxx 2020-ci il tarixdə o, Rövşənə zəng vuraraq həmin gün vaxtı olduğunu və avtomobili təmir etmək fikri olduğunu bildirərək maşının açarını gətirməsini demişdir. Rövşən ona ürəyi ağrıdığını, özünü pis hiss etdiyini, özü gələ bilməyəcəyini, başqa adamla açarını göndərəcəyəni demişdir. Təxminən 15-20 dəqiqə sonra tanımadığı bir taksi sürücüsü Rövşənə məxsus avtomobilin açarını ona gətirib vermiş, avtomobili sexə salaraq təmir etmişdir. Əvvəldən razılaşdığı kimi, sonra maşının açarını yaxınlıqdakı meyvə dükanındakı satıcıya vermiş və təmir üçün razılaşdıqları 60 manatı həmin satıcıdan götürmüş, ondan sonra avtomobilin nə vaxt, kim tərəfindən aparıldığını görməmişdir. Təqsirləndirilən şəxs məxsus avtomobili təmir edərkən avtomobilin salonunda iş görmədiyindən, salonda nələrin olduğuna baxmamış, orada hər hansı bıçağın olub-olmamasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur, o, oğlu Rövşənlə birlikdə ünvan 1-də yaşamış, lakin hadisə baş verməmişdən üç ay əvvəl qızı Vüsalənin kirayə qaldığı evə gedərək onunla birlikdə yaşamışdır. Həmin üç ay ərzində Rövşən evdə tək yaşamış, oğlu özünə məxsus maşınla taksi fəaliyyəti ilə məşğul olmuş və eyni zamanda, Qobustan rayonunda işıq idarəsində fəhlə işləmişdir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 16 radələrində qızı Vüsalə və nəvəsi ilə birlikdə yenidən Rövşənin yanına getmiş, evə daxil olanda Rövşənin evdə yatdığını görmüşlər. Həmin vaxt Rövşən evdə tək olmuş, yuxudan ayıldıqdan sonra Rövşəndən hal-əhval soruşduqda, sonuncu, ona maşını ustada olduğundan evdə yatdığını demişdir. Sabahı gün səhər saatlarında tanımadığı polis əməkdaşlarından Rövşənin dostu Elmanı öldürdüyünü eşitmişdir. Hadisədən qabaq da o, oğlu Rövşənin Zərərçəkmiş şəxsla dost olduğunu, münasibətlərinin yaxşı olduğunu bilmiş, Rövşənin əvvəllər heç vaxt Elmanı öldürmək niyyəti olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid16 Təqsirləndirilən şəxs bacısı olduğunu bildirərək, Şahid15 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Şahid12 həmin ifadəsində göstərmişdir ki, Qobustan şəhəri, “Son” adlanan ərazidə Səbuhi tərəfindən icarəyə götürülmüş “Cənnət meyvələri” adlı meyvə-tərəvəz mağazasında satıcı işləyir, mərhum Zərərçəkmiş şəxs tanımış, Zərərçəkmiş şəxs onun qonşusu olmuş, eyni zamanda aralarında uzaq qohumluqları da olmuşdur. Təqsirləndirilən şəxs da bir şəhər sakini kimi tanımış, satıcı işlədiyi mağazanın icarədarı Səbuhinin Rövşənlə dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında baş vermiş hadisədən təxminən 3-4 gün əvvəl Təqsirləndirilən şəxs özünə məxsus qara rəngli avtomobili təmir etdirməkdən ötrü onun işlədiyi meyvə-tərəvəz mağazasının qarşısında saxlayıb getmiş, o, həmin avtomobilin usta tərəfindən nə vaxt götürülməsini və təmir edilməsini görməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs (050) ***-**-** mobil nömrəsindən onun (070) ***-**-** mobil nömrəsinə zəng vuraraq ona “usta avtomobilin açarını sənə verəcək, saxlayarsan özündə, Zərərçəkmiş şəxs gəlib götürəcək” demişdir. Telefon danışıqlarından bir az sonra Tarix usta mağazaya gələrək Təqsirləndirilən şəxs məxsus avtomobilin açarını ona vermiş, usta açarı ona verdikdən bir müddət sonra isə Zərərçəkmiş şəxs mağazaya gələrək Rövşənin avtomobilinin açarını ondan təhvil alıb avtomobilə oturaraq sürüb çıxıb getmiş, Zərərçəkmiş şəxs mağazaya gələrkən tək olmuş, yanında heç kim olmamışdır. O, həmin gün axşam saat 22 radələrində mağazanı bağladıqdan sonra evinə getmiş, sonra küçəyə çıxdıqda Zərərçəkmiş şəxs qonşu Sahiblə söhbət etdiyini görmüşdür. Saat 23 radələrində Zərərçəkmiş şəxs mobil telefonuna zəng gəlmiş, o, kiminləsə danışmış, danışandan sonra Elman onlara “mən gedirəm, işim var” demiş və evinə getmiş, təxminən 10 dəqiqə sonra Elman evdən çıxmışdır. Elman evdən çıxdıqda Xosrov ondan haraya getdiyini soruşmuş, o isə, cavabında “Rövşənin ürəyi ağrıyır, onun yanına gedirəm” demiş və tək piyada çıxıb getmişdir. Ondan sonra o, Zərərçəkmiş şəxs görməmiş, sabahı gün səhər rayon camaatından Rövşənin Elmanı öldürdüyünü eşitmişdir (cild 1, iş vərəqi 181-184). Məhkəmə iclasında Şahid13 işin ibtidai istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, Qobustan şəhəri, H.Əliyev prospektində yerləşən, “İnsaf” adı ilə qeydiyyatdan keçmiş ərzaq marketini icarəyə götürərək işlədir, mərhum Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir şəhər sakinləri kimi tanıyır, həm Zərərçəkmiş şəxs, həm də Təqsirləndirilən şəxs onun müştəriləri olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs tək marketə gəlmiş və ondan “Xırdalan” markalı 0,5 litrlik, 6 ədəd pivə alıb çıxıb getmişdir. xx xxxx 2020-ci il tarixdə mərhum Zərərçəkmiş şəxs saat təxminən 19 radələrində balaca oğlu ilə onun işlədiyi marketə gələrək evi üçün bazarlıq edib getmiş, həmin gün saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs da tək onun işlədiyi marketə gələrək 4 ədəd 0,5 litrlik “Kuller” markalı pivə, bir ədəd 225 qramlıq araxis və bir ədəd “Winchester” markalı, nazik siqaret alaraq çıxıb getmişdir. xx xxxx 2020-ci il tarixdə ondan bazarlıq edib getdikdən sonra onların heç birini görməmiş və onların heç biri həmin gün marketə yenidən gəlməmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs marketə birlikdə yox, ayrı-ayrı vaxtlarda gəlmişlər. Həmin tarixdə Elman və Rövşən marketə yalnız bir dəfə gəlmiş, xx xxxx 2020ci il tarixdə səhər tezdən marketə piyada gedərkən Rövşənin yaşadığı evin qarşısında çoxlu sayda polis əməkdaşlarının və digər insanların yığışdığını görmüş, yaxınlaşıb onlardan nə baş verdiyini soruşduqda, gecə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürdüyünü bilmişdir (cild 1, iş vərəqi 196-199). Məhkəmə iclasında Şahid14 işin ibtidai istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. O, həmin ifadəsində göstərmişdir ki, 2017-ci ilin noyabr ayından 2020-ci ilin iyul ayına kimi Qobustan şəhərində, əvvəllər Nərimankənd adlanan ərazidə yerləşən “Kafe market” adı ilə qeydiyyatdan keçmiş ərzaq mağazasında satıcı kimi işləmiş, mərhum Zərərçəkmiş şəxs tanımamış, Təqsirləndirilən şəxs isə bir şəhər sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə mağazaya gələrək mağazadan bazarlıq etmiş, sonuncu dəfə Təqsirləndirilən şəxs mağazaya xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat təxminən 23-01 radələrində tanımadığı bir orta yaşlı kişi ilə avtomobillə gəlmiş, Rövşən mağazaya gəldikdə içkili vəziyyətdə olmuş, Rövşənin yanında olan adam mağazaya daxil olmamış, Rövşən mağazaya daxil olaraq mağazadan 1 ədəd “Xırdalan” markalı, 0.5 litrlik pivə və 1 ədəd “Palma” markalı siqaret alaraq gəldiyi adamla birlikdə çıxıb getmişdir (cild 1, iş vərəqi 200-203). Məhkəmə iclasında Qobustan RPŞ UQ və SİQ-nın kiçik inspektoru vəzifəsində işləyən Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qonşusu olmuş, Təqsirləndirilən şəxs isə bir şəhər sakini kimi tanımışdır. xx xxxx 2020-ci il tarixdə evdə olarkən səhər saat təxminən 06 radələrində qonşusu Şahid3 ona zəng vuraraq «Zərərçəkmiş şəxs vurublar, meyiti Rövşəngilin qapısının ağzındadır» demiş, dərhal küçəyə çıxaraq Təqsirləndirilən şəxs yaşadığı ünvana tərəf getmişdir. Orada mərhumun oğlunu ağlayan görmüş, Ziyatxan ona “atamı öldürüblər, Rövşəngilin qapısının ağzındadır” demişdir. Təqsirləndirilən şəxs yaşadığı evin darvazasına yaxınlaşanda darvazanın kiçik qapısı, yəni əl qapısının açıq vəziyyətdə, Zərərçəkmiş şəxs isə yerdə uzanılı vəziyyətdə olduğunu, üzərinə qırmızı-yaşıl rəngli odeyalın sərildiyini, həmçinin ətrafda qan ləkələrinin olduğunu görmüşdür. Dərhal bu barədə mobil telefonu ilə Qobustan RPŞ-nin növbətçi hissəsinə məlumat vermişdir. Məlumat verdikdən sonra PPXT-nin əməkdaşları, daha sonra isə şöbənin digər əməkdaşları hadisə yerinə gəlmiş, hadisə yerində olarkən PPXT-nin əməkdaşı Şahid7 evin pəncərəsindən Təqsirləndirilən şəxs evdə olduğunu görmüş və polis əməkdaşlarına bu barədə demiş, o da, bunu eşidən kimi hadisə yerində olan şöbə rəisinə Təqsirləndirilən şəxs evdə olduğunu bildirmişdir. Ondan sonra polis əməkdaşları həyətə daxil olmuş və Təqsirləndirilən şəxs evdən çıxaraq cinayəti törətməsini bildirdikdən sonra onun təhlükəsizliyini təmin etmək üçün onu şöbəyə aparmışlar (cild 2, iş vərəqi 160-162). Məhkəmə iclasında Şahid9 ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Qobustan şəhəri, T.İsmayılov küçəsi, ev 67-də yaşayır, mərhum Zərərçəkmiş şəxs onun qohumu və eyni zamanda qonşusu olmuşdur. Elmanı həmişə yaxşı, sakit bir insan kimi tanımış, Elmanın qohum, qonşularla yaxşı münasibəti olmuşdur. xx xxxx 2020-ci il tarixdə axşam saat 22-23 radələrində küçəyə çıxdıqda qonşuların, o cümlədən mərhum Zərərçəkmiş şəxs da küçədə olduğunu görmüş, küçəyə çıxdıqdan sonra Elman və digərləri ilə domino oynamağa başlamış, bu zaman Elmanın telefonuna zəng gəlmiş, Elman kiminləsə danışmış və həmin şəxsə “gəlirəm” demiş, zəngdən sonra Elman evinə getmişdir. Təxminən 10 dəqiqə sonra Elman evdən çıxaraq harasa getməyə başlamış, həmin vaxt onlarla domino oynamağa çıxan qonşuları, eyni zamanda Elmanın xalası oğlu olan Xosrov Elmandan haraya getdiyini soruşmuş və Elmana “gəl domino oynayaq” demiş, Elman Xosrova cavabında “işim var, gedib gəlirəm” demişdir. Bundan sonra o, Elmanı görməmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında qonşulardan Elmanın axşam Rövşənin yaşadığı evə getdiyini, orada aralarında mübahisə baş verdiyini və mübahisə zamanı Rövşənin bıçaqla Elmana xəsarətlər yetirərək öldürdüyünü eşitmişdir (cild 1, iş vərəqi 193-195). Məhkəmə iclasında Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində Şahid9 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsi ilə oxşar məızmunlu ifadə vermişdir (cild 1, iş vərəqi 185-188). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən, hadisə yeri ünvan 1 ünvanıdır. Qeyd olunan ünvanın həyətinə giriş boz rəngli ikitaylı dəmir darvazadandır. Yoldan giriş darvazasına qədər olan məsafə 17 metr 50 sm-dir. Darvazanın eni 3 metr, hündürlüyü 2 metr 65 sm-dir. Darvazanın sağ hissəsində yerləşən qapı açıq vəziyyətdədir. Həmin qapının eni 78 sm, hündürlüyü 1 metr 72 sm-dir. Darvazadan içəridə, həyət tərəfdə yerdə üzərində zorakılıq əlamətləri olan kişi meyiti görünür. Meyitin üzəri qırmızı-yaşıl rəngli yorğanla örtülmüşdür. Meyitin başı darvazanın giriş qapısının çərçivə hissəsindədir, meyit sol böyrü üstə, yarı qatlanmış, uzanıqlı vəziyyətdədir. Meyitin üzü yuxarı, sağ ayağı sol ayağının üzərində, sağ əli yarı qatlanmış vəziyyətdə qapıya söykənmiş, sol əli isə bədəninin alt hissəsində qalmış vəziyyətdədir. Meyitin ayaqları həyətdən darvaza istiqamətində baxdıqda sağ tərəfdədir. Meyitin boyun hissəsində və bədəninin müxtəlif hissələrində çoxsaylı kəsilmiş-deşilmiş yaralar vardır. Meyitin əynində ağ rəngli qısaqol köynək, göy rəngli cins şalvar və sol ayağında sarı-göy rənglərdən ibarət rezin materialdan çəkələk vardır. Darvazanın qarşısında küçə tərəfdə qara rəngli “ZAZ VİDA SF6950” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır, üzəri tozludur. Avtomobilin arxa hissəsi darvazaya tərəfdir və darvaza ilə 15 sm məsafədədir. Avtomobilin qabaq sağ təkərindən 68 sm aralıda üzərində qanabənzər ləkələr müşahidə edilən sarı-göy rəngli rezin materialdan kişi yay ayaqqabısı (çəkələk) vardır. Avtomobilin sol tərəf pəncərələrində, eləcə də sol tərəf qapılarında qanabənzər ləkələr müşahidə edilir. Avtomobilin salonu qara rəngli olmaqla toza bulaşmış vəziyyətdədir. Avtomobilin qabaq sərnişin tərəf oturacağının üzərində 1 ədəd qara rəngli “Nokia” markalı, üzərində “SK2190” yazısı yazılmış mobil telefon vardır. Avtomobilin qabaq sağ və sol qapılarının iç tərəfdən tutacaq hissəsində qanabənzər ləkələr müşahidə edilir. Salonun saxlanc barında 1 ədəd atma çay, 2 ədəd selofan torba, 1 ədəd karton qutu içərisində 3 ədəd əyləc qəlibi olduğu görünür. Avtomobilin yük yeri boşdur, hər hansı bir əşya yoxdur. Avtomobil idarə olunaraq Qobustan rayon Polis Şöbəsinin duracağına aparıldı. Avtomobil yerindən tərpədildikdən sonra avtomobilin olduğu yerdə, asfaltın üzərində qanabənzər ləkələr aşkar edildi. Yaşayış evinin qonaq otağına daxil olduqda girişdən sağ tərəfdə üzərində kişi geyim əşyaları olan 1 ədəd kreslo, yanında ona bitişik üzərində qırmızı rəngli balınc olan divan vardır. Divanın qarşı tərəfində 3 ayağı sınmış, üzərində selofan torbalarda alça, kolbasa, 1 ədəd çörək, 2 ədəd stəkan, 1 ədəd ətrafına qənd dağılmış şüşə qəndqabı, 1 ədəd ümumi uzunluğu 22 sm, tiyəsinin uzunluğu 12 sm, dəstəyinin uzunluğu 10 sm, dəstəyi tünd qəhvəyi rəngli taxta materialdan, dəstəyinin hər iki tərəfinin üzərində 3 ədəd aliminium materialdan dairəvi bərkidici, tiyəsinin kəsici hissəsi dilik-dilik olan bıçaq, 1 ədəd spirtli içkilər üçün hazırlanmış tıxac, 1 ədəd pivə şüşəsinin qapağı olan stol vardır. Divanın oturacağı ilə söykənəcək hissəsi arasında 1 ədəd boş vəziyyətdə “Xırdalan” markalı pivə şüşəsi, selofan torbada 1 ədəd boş vəziyyətdə 0,5 litrlik “Arxanqelcsk” markalı araq şüşəsi, 1 ədəd boş vəziyyətdə “Kuler” markalı pivə şüşəsi vardır. Divanla üzbəüz yerə sərilmiş vəziyyətdə yorğan-döşək dəsti vardır və döşəyin, yorğanın üzərində qanabənzər ləkələr müşahidə edilir. Yorğan-döşəkdən sol tərəfdə yerdə 1 ədəd “Samsung” markalı, üzərində B350E yazısı olan mobil telefon, 1 paket “Winston” markalı siqaret, 1 paket ”Winchester” markalı siqaret, 1 ədəd alışqan, 5 ədəd 1 manatlıq əskinas, 1 ədəd 5 manatlıq əskinas, 1 ədəd nəm salfet qutusu və 1 ədəd duzlu fıstıq qutusu vardır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən avtomobilin qabaq sağ tərəf qapısının içəri tərəf tutacağında qanabənzər ləkədən pambığa hopdurulmaqla götürülmüş nümunə, həyətə giriş darvazasının qarşısında 1, 2 və 3 rəqəmləri ilə nömrələnmiş qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş nümunələr, həyətə giriş darvazasından içəridə, meyitin aşkar edildiyi yerdə qanabənzər ləkələr hopmuş torpaqdan qazılaraq götürülmüş nümunə, “ZAZ VİDA SF6950” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin tərəf oturacağının üzərində olan 1 ədəd qara rəngli “Nokia” markalı, üzərində “SK2190” yazısı yazılmış mobil telefon, həyətdə yerləşən stolun üzərindən götürülmüş 1 ədəd bıçaq, fərdi yaşayış evinin qonaq otağında olan stolun üzərindən götürülmüş 1 ədəd bıçaq, qonaq otağında olan divanın üzərindən götürülmüş 1 ədəd “Xırdalan” markalı və 1 ədəd “Kuler” markalı pivə şüşələri, yorğan və döşəyin üzlükləri və qonaq otağında olan 1 ədəd “Samsung” markalı, üzərində B350E yazısı olan mobil telefon qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 4-19). Cinayət işinə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı həyətə giriş darvazasının qarşısında aşkar olunmuş Təqsirləndirilən şəxs məxsus minik avtomobilindən götürülmüş Zərərçəkmiş şəxs məxsus qara rəngli “NOKİA SK2190” markalı mobil telefona baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs məxsus (050) ***-**-** mobil telefon nömrəsindən xx.xx.2020-ci il tarixdə saat 22:55-də Zərərçəkmiş şəxs məxsus (051) ***-**-** mobil telefon nömrəsinə zəng vurularaq 39 saniyə, daha sonra isə (051) 842-37- 26 mobil telefon nömrəsindən xx.xx.2020-ci il tarixdə saat 23:09-da (050) ***-**-** mobil telefon nömrəsinə zəng vurularaq 12 saniyə, (051) ***-**-** mobil telefon nömrəsindən xx.xx.2020-ci il tarixdə saat 01:15-də “Aslan qonşu” yazılan (055) ***-**-** mobil telefon nömrəsinə zəng vurularaq 18 saniyə danışıq aparılmış, həmçinin, “Ziyadxan” yazılan (050) ***-**-** mobil telefon nömrəsindən xx.xx.2020-ci il tarixdə saat 03:49-da (051) ***-**-** mobil telefon nömrəsinə zəng vurulmuş, lakin danışıq aparılmamışdır (cild, iş vərəqi 80). İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçrilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “ZAZ VİDA SF6950” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilərkən həmin avtomobilin qara rəngli olması, arxa şüşəsi və hər iki arxa yan şüşələri qara rəngli örtüklə örtülməsi, arxa saxlanc yerinin boş olduğu müəyyən edilmişdir. Avtomobilin qapısı açarla açıldıqda salonun tozlu olduğu, qabaq sərnişin oturacağında ləkələrin olması müşahidə edilir. Avtomobilin qabaq sürücü oturacağının üzərində 35x40 sm ölçülərdə qırmızı rəngli döşəkçə vardır. Avtomaşının salonunda qabaq sürücü tərəfdəki qapısında, qapını açmaq üçün nəzərdə tutulan tutacağın yanında 12x4 sm sahədə, həmin qapının aşağı cib hissəsində 20x10 sm sahədə, sükanının aşağı hissəsində 17x2 sm sahədə, qabaq sərnişin tərəfdəki qapısında, qapını açmaq üçün nəzərdə tutulan tutacağın yanında 2x1, 2x1 və 1x1 sm sahələrdə, həmin qapıda aşağı tutacağın yanında 14x3 sm sahədə qanabənzər ləkələrin olduğu müşahidə edilir. Nəqliyyat vasitəsinə baxış keçirilərkən məhkəmə lifli ekspertiza tədqiqatına təqdim olunmasından ötrü 4 ədəd süngər (qupka) əvvəlcə az miqdarda isladıldıqdan sonra hər biri ayrı-ayrılıqda avtomobilin qabaq oturacaqlarının bel və aşağı oturacaq hissələrinə sürtülmüş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra avtomobilin qabaq sərnişin oturacağının üzlük hissəsindən kiçik bir hissə kəsilmiş və qablaşdırılaraq götürülmüşdür (cild 2, iş vərəqi 17-25). "xxxx" MMC-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 11968 nömrəli məktubdan və xx xxxxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 10:59-da avtomobil təmiri ustası Şahid11 adına qeydiyyatdan keçmiş və sonuncu tərəfindən istifadə olunan (050) ***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs məxsus (050) ***-**- ** mobil nömrəyə zəng edilərək danışılmışdır. Eyni zamanda, qeyd edilən tarixdə saat 11:24-də Təqsirləndirilən şəxs məxsus (050) ***-**-** mobil nömrədən Şahid11 məxsus (050) ***-**-** mobil nömrəyə zəng edilərək danışılmışdır. Bundan başqa xx.xx.2020-ci il tarixdə saat 20:15, 20:16 və 20:33-də Təqsirləndirilən şəxs məxsus (050) ***-**-** mobil nömrədən Qobustan şəhəri, “Son” adlanan ərazidə “Cənnət meyvələri” adlı meyvə-tərəvəz mağazasında satıcı işləyən Şahid12 tərəfindən istifadə olunan (070) ***-**-** mobil nömrəyə zəng edilərək danışılmışdır. Siyahıdan həmçinin görünür ki, xx.xx.2020-ci il tarixdə saat 20:18, 20:30, 20:31, 20:54, 22:46, 22:55 və 23:09da Təqsirləndirilən şəxs məxsus (050) ***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs məxsus (051) ***- **-** mobil nömrə arasında qarşılıqlı zənglər edilərək danışılmışdır. Zərərçəkmiş şəxs adına qeydiyyatdan keçmiş və sonuncu tərəfindən istifadə olunan (051) ***-**-** mobil telefon nömrəsinə gələn və gedən zənglərin siyahısına baxdıqda görünür ki, xx.xx.2020-ci il tarixdə saat 20:18, 20:30, 20:31, 20:54, 22:46, 22:55 və 23:09-da Zərərçəkmiş şəxs məxsus (051) ***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus (050) ***-**-** mobil nömrə arasında qarşılıqlı zənglər edilərək danışılmışdır (cild 2, iş vərəqi 82-99). İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli məktuba əsasən, Qobustan rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsində bir sira əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və müəyyən edilmişdir ki, hadisə xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə səbəbindən olmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəlcədən bir yerdə spirtli içki qəbul etmiş, sonradan aralarında mübahisə yaranmış və Təqsirləndirilən şəxs avtomobilində olan bıçaqla Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Mərhum Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən qəsdən öldürülməsi zamanı kənar hər hansı bir şəxsin iştirakı olmamışdır, hadisə baş verən vaxt onlar ikisi olmuşdur. Mərhum Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən qəsdən öldürülməsi hadisəsini görən şəxs olmamışdır. Mərhum Zərərçəkmiş şəxs meyitini ilk görən azyaşlı oğlu Şahid1 olmuşdur. Təqsirləndirilən şəxsla mərhum Zərərçəkmiş şəxs arasında əvvəllər hər hansı bir mübahisə, dava-dalaş, ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs qəsdən öldürdükdən sonra meyit həyətin giriş darvazasında qalmış və özü isə həmin evə girərək yatmışdır. Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs qəsdən öldürərkən istifadə etdiyi bıçaq evdə mətbəxdə istifadə olunmuşdur. Sonra Təqsirləndirilən şəxs həmin bıçağı avtomobilində müəyyən təmir işləri aparmaq məqsədi ilə saxlamışdır (cild 1, iş vərəqi 212-213). İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış zamanı evin giriş qapısı ilə üzbəüz ağacın altındakı stolun üzərindən götürülmüş ümumi uzunluğu 23,5 sm, tiyəsinin uzunluğu 12,5 sm, dəstəyinin uzunluğu 11 sm, dəstəyi qara rəngli plastik materialdan hər iki tərəfində qəhvəyi rəngli boyalar olan, dəstəyinin bir tərəfinin üzərində 3 ədəd, digər tərəfinin üzərində 2 ədəd (biri düşüb) aliminium materialdan dairəvi bərkidici, tiyəsinin kəsici hissəsi hamar olan bıçaq Təqsirləndirilən şəxs tanınmaya təqdim olunarkən, sonuncu həmin bıçağı tanıyaraq xx xxxx 2020ci il tarixdə Zərərçəkmiş şəxs həmin bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirdiyini bildirmişdir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild, iş vərəqi 74-77). İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli təqdim olunan paltarların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli, üzərində buta formalı bəzəkləri olan qısaqol, düyməli, sol sinə hissəsində “TONY BREND” sözləri yazılmış, sol çiyin və qoltuqaltı hissəsində və arxa boyun hissəsində qanabənzər ləkələri olan köynəyi, bir ədəd göy rəngli cins materialdan olan iki yan, iki arxa cibi olan şalvarı, bir ədəd ağ rəngli üzərində qanabənzər ləkələr olan maykanı və bir ədəd tünd göy rəngli tumanı istintaq orqanına təqdim etmiş və həmin paltarlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild, iş vərəqi 71-73). İş materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 06 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sağ qaş üstünün, burun kökünün, boynun sol yan səthinin, sol bazu və sağ əlin ovuc səthinin, sol kürək nahiyyəsinin, sol qoltuqaltının, sol bel və qarın nahiyyələrinin (cəmi 13 ədəd) yaraları, həyatidirlər, ölümündən bir neçə dəqiqə əvvəl kənar şəxs tərəfindən deşici-kəsici alətin təsirindən törənməklə, ekspertizaya təqdim olunmuş bir tərəfi küt, digər tərəfi iti olan bıçağın və ona oxşar digər deşicikəsici alətin təsirindən törənməsi mümkündür. Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən ayaq üstə və ona yaxın vəziyyətdə olmuşdur. Xəsarətlərin yetirilmə istiqamətləri öndən arxaya, arxadan önə, soldan sağadır. Zərərçəkmiş şəxs boyun nahiyyəsində bir ədəd arteriyanın və venanın kəsilməsi ilə nəticələndiyindən, bel nahiyyəsindəki bir ədəd, qarın nahiyyəsində bir ədəd (cəmi 3 ədəd) yaralar dərəcələrinə görə yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmaya, qalan 10 ədəd yaralar isə dərəcələrinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilirlər. Zərərçəkmiş şəxs paltarlarındakı zədə yerləri, bədənindəki zədə yerlərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs ölümü aldığı bıçaq yaraları ilə birbaşa əlaqəlidir. Onun ölümünə səbəb almış olduğu bıçaq yaralarının nəticəsində daxilə və xaricə kütləvi qanitirmə, qanitirmə şoku olmuşdur. Ölüm meyitin məhkəmə tibbi müayinəsindən 8-10 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatında hər-hansı bir narkotik maddə aşkar edilməmişdir. Lakin 2,4 % qatılığında etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə tərtib olunmuş xüsusi cədvələ əsasən orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir (cild 1, iş vərəqi 218-227). İş materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 97 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər - sağ gicgah və gözaltı nahiyələrin qançırları, bel nahiyəsinin və sol saidin səthi yaraları küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 228-230). İş materiallarına əlavə edilmiş məhkəmə lifli ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/1213 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərlərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəciklərinin arasında Zərərçəkmiş şəxs şalvarının üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs köynəyinin üzərində tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs köynəyinin (yaxalığının) tərkib liflərinə uyğun gəlirlər (cild 2, iş vərəqi 27- 34). İş materiallarına əlavə edilmiş əlavə məhkəmə lifli ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1506 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “ZAZ VİDA SF6950” markalı 99 EL-197 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilin qabaq sürücü və sərnişin oturacaqlarının və söykənəcəklərinin üzlərindən silinib götürülmüş süngərlərin üzərlərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəciklərinin arasında “ZAZ VİDA SF6950” markalı 99 EL-197 dövlət qeydiyyat nişanlı minik avtomobilin qabaq sürücü və sərnişin oturacaqlarının, söykənəcəklərinin üzərindən silinib götürülmüş süngərlərin üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər; ZAZ VİDA SF6950” markalı, 99 EL-197 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilin qabaq sərnişin oturacağının üzərindən silinib götürülmüş süngərin üzərindən tapılmış tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər (cild 2, iş vərəqi 137-145). Cinayət işində olan məhkəmə bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 476/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: Balfa/(İİİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: AB(İV)dir. Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçağın, mərhum E.Z. Cabarova məxsus qolsuz mayka, qısaqol köynək, cins şalvar, R.T. Məhərrəmova məxsus qolsuz mayka, qısaqol köynək, 04 ədəd pambıq tamponlar, az miqdarda torpaq nümunələri üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə A və B antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri bir şəxsə məxsus olduğu halda AB(İV) qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin Balfa (İİİ) qruplu, Təqsirləndirilən şəxs da qarışıq qanının olması inkar olunmur. (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa) Təqdim edilmiş R.T. Məhərrəmova məxsus bir ədəd cins şalvar üzərində qan aşkar olunmadı (cild 2, iş vərəqi 120-127). Kompleks məhkəmə tibbi kriminalistik və məhkəmə kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 302-MTKŞ/2020 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın ön səthində solda üç ədəd, arxa səthində solda iki ədəd, qısaqol köynəyin ön səthində solda üç ədəd, arxa səthində solda altı ədəd, sağ qolun ön səthində üç ədəd və arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədələr və köynəyin ön səthinin sol yuxarı nahiyəsində bir ədəd kəsilmiş zədə aşkar olundu. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, köynəkdə olan bir ədəd kəsilmiş zədə isə iti kənarı olan alətlə (əşya ilə) törənə bilərdi; Zərərçəkmiş şəxs məxsus paltarların (qolsuz mayka və qısaqol köynək) üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin sağ və sol qoltuqaltı nahiyəsində, hər birində bir ədəd olmaqla, qol və yan tikişləri əhatə edən sökülmələr və şalvarın sağ arxa cibinin sağ yan tikişdə bir ədəd məhdud sökülmə vardır. Bu sökülmələr küt qüvvə təsiri ilə köynəyin və şalvarın müvafiq nahiyyələrinin gərilib-dartılması nəticəsində əmələ gələ bilərdi; Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın ön səthində sağda bir ədəd və köynəyin ön səthində ortada bir ədəd cırılma xarakterli zədələr aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizminə malik olub, qeyd edilən paltarların müvafiq nahiyələrinin kəskin gərilib-dartılması nəticəsində əmələ gələ bilərdi; Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin yuxarı nahiyəsində olan fabrik yarığı bağlanan iki düymədən birinin (yuxarıdan saymaqla 2-ci düymə) öz yerində olmaması aşkar olundu. Bu düymənin öz yerində olmaması köynəyin müvafiq nahiyəsinə (yaxasına) küt qüvvə tətbiq etməklə qopub düşməsi ilə izah oluna bilər; Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus maykada, köynəkdə və şalvarda əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı; Ekspertizaya təqdim edilmiş maddi sübutlarda (Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus paltarları) tibbi-bioloji tədqiqat zamanı (476/2020-MTBŞ saylı rəy) aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın və qısaqol köynəyinin əsasən ön və arxa səthlərinin sol yarımhissədə, köynəyin ön səthinin sağ yuxarı və arxa səthinin sağ çiyin nahiyəsində, şalvarın ön səthinin sağ yuxarı nahiyəsində, ön səthinin sol yuxarı-orta nahiyəsində və arxa səthinin sol yuxarı-orta və qismən yuxarı orta nahiyəsində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə ) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı, sonra isə materialına fiziki-kapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişlər; b) Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin ön səthinin sağ aşağı və orta nahiyəsində aşkar edilmiş bir neçə qan ləkələri qan mənbəyindən (qanlı səthdə), ola bilsin ki, az hündürlükdən səthə, bəziləri perpendikulyar, bəziləri isə azacıq bucaq altında düşən damcıları nəticəsində əmələ gəlmişdir; c) Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin ön səthində sağda əsasən yuxarı-orta nahiyəsində aşkar edilmiş bir neçə qan ləkələri sıçrama xarakterli olub, çox güman ki, qan mənbəyinə (qanlı səthə) kinetik enerji impulsu verməklə əmələ gəlmişdir; ç) Zərərçəkmiş şəxs məxsus şalvarın ön səthinin orta nahiyəsində aşkar edilmiş bir qrup qan yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthi ilə) dinamik (hərəkətli) kontaktı nəticəsində əmələ gəlmişlər; d) Təqsirləndirilən şəxs məxsus qısaqol köynəyin ön və arxa səthində, əsasən sağ yuxarı nahiyyəsində və sağ qolun ön səthində, qolsuz maykanın ön səthinin yuxarı nahiyəsində sağda, ortada, solda, arxa səthinin sol çiyinlik nahiyəsində və arxa səthinin orta nahiyəsində olan qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində əmələ gəlmişlər; e) Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin sağ yuxarı nahiyəsində, qolsuz maykanın ön səthində yuxarıda və aşağıda aşkar edilmiş bir qrup qan ləkələri qan mənbəyindən (qanlı səthdə) ola bilsin ki, az hündürlükdən səthə, bəziləri perpendikulyar, bəziləri isə azacıq bucaq altında düşən damcıları nəticəsində əmələ gəlmişdir; Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmiş, onun təyinatı dəyişdirilməmişdir (cild 2, iş vərəqi 128-136). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1527 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman və ona qədər hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən onda psixi fəaliyyətin müvəqqəti pozulması, o cümlədən patoloji affekt qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Kinlilik, inadkarlıq, emosionallıq, eqosentrizm, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında hirslilik, emosionallıq yaranmış, həmin halın yaranması adi alkoqol sərxoşluğu fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, iş vərəqi 115-119). Cinayət işinin materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törədərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur (cild 1, iş vərəqi 38). Qobustan RPŞ-dən rayon prokurorluğuna daxil olmuş xx.xx.2020-ci il tarixli 145-8257- 1220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qobustan şəhər sakini X4 bıçaqla xəsarət yetirməsi faktına görə RPŞ-də araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqi 166). Qobustan rayon İcra hakimiyyəti başçısının Qobustan şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2020-ci il tarixli 976 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 190). “xxxx” ASC-nin X3n daxil olmuş xx.xx.2020-ci il tarixli 376 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 176). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Stastistik informasiya idarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 248). Cinayət işinə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Aylin Həsrətovanın atasının adı Rövşən kimi qeyd edilmişdir (cild 2, iş vərəqi 205). Yuxarıda qeyd olunan sübutları qiymətləndirərək və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olmasını, CM-nin 59.1.8-ci maddəsinin tələbinə görə, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, həmçinin ilk dəfə məhkum olmaqla əməlindən peşman olmasını, iş və yaşayış yerindən müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona cəza təyin olunarkən barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəalarının tətbiq olunmasını mümkün hesab edir. Belə ki, həmin maddəyə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən həmin tarixdə adı çəkilən şəxs Qobustan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, 132.1.7-ci maddəsinin tələbinə görə, dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutlar: - Qobustan rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “ZAZ VİDA SF6950” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəf qapısının içəri tərəf tutacağında qanabənzər ləkədən pambığa hopdurulmaqla götürülmüş nümunə, həyətə giriş darvazasının qarşısında qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş nümunə, həyətə giriş darvazasından içəridə, meyitin aşkar edildiyi yerdə qanabənzər ləkələr hopmuş torpaqdan qazılaraq götürülmüş nümunə, evin qonaq otağında olan divanın üzərindən götürülmüş 1 ədəd “Xırdalan” markalı, 1 ədəd “Kuler” markalı boş pivə şüşələri, 1 ədəd 0,5 litrlik “Архангелъск” markalı boş araq şüşəsi, yorğan və döşəyin üzlükləri, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı götürülmüş, hadisə zamanı mərhumun əynində olmuş köynək, mayka, şalvar, mərhumun sağ əlinin dırnaqlarından nümunə, saçından nümunə, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş və istintaqa təqdim etdiyi köynək, şalvar, mayka, tuman, Zərərçəkmiş şəxs qəsdən öldürülməsində istifadə edilən soyuq silah hesab edilməyən 1 ədəd mətbəx bıçağı məhv edilməli; - Qobustan rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı evin qonaq otağından götürülmüş Təqsirləndirilən şəxs məxsus qara rəngli, “SAMSUNG B350E” markalı mobil telefon, Təqsirləndirilən şəxs üzərində rayon polis şöbəsində aşkar edilərək məktubla rayon prokurorluğuna göndərilmiş qara rəngli, “SAMSUNG” markalı sensorlu mobil telefon onun ailə üzvlərinə, hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs məxsus avtomobildən götürülmüş Zərərçəkmiş şəxs məxsus qara rəngli “NOKİA SK2190” markalı mobil telefon mərhumun ailə üzvlərinə qaytarılmalı; - Qobustan rayon Polis şöbəsinin duracağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “ZAZ VİDA SF6950” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun ailə üzvlərinə qaytarılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 228 (iki yüz iyirmi səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutlar: - Qobustan rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “ZAZ VİDA SF6950” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəf qapısının içəri tərəf tutacağında qanabənzər ləkədən pambığa hopdurulmaqla götürülmüş nümunə, həyətə giriş darvazasının qarşısında qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş nümunə, həyətə giriş darvazasından içəridə, meyitin aşkar edildiyi yerdə qanabənzər ləkələr hopmuş torpaqdan qazılaraq götürülmüş nümunə, evin qonaq otağında olan divanın üzərindən götürülmüş 1 ədəd “Xırdalan” markalı, 1 ədəd “Kuler” markalı boş pivə şüşələri, 1 ədəd 0,5 litrlik “Архангелъск” markalı boş araq şüşəsi, yorğan və döşəyin üzlükləri, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı götürülmüş, hadisə zamanı mərhumun əynində olmuş köynək, mayka, şalvar, mərhumun sağ əlinin dırnaqlarından nümunə, saçından nümunə, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş və istintaqa təqdim etdiyi köynək, şalvar, mayka, tuman, cinayətin törədilməsində istifadə edilən soyuq silah hesab edilməyən 1 ədəd mətbəx bıçağı məhv edilsin; - Qobustan rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı evin qonaq otağından götürülmüş Təqsirləndirilən şəxs məxsus qara rəngli, “SAMSUNG B350E” markalı mobil telefon, Təqsirləndirilən şəxs üzərində rayon polis şöbəsində aşkar edilərək məktubla rayon prokurorluğuna göndərilmiş qara rəngli, “SAMSUNG” markalı sensorlu mobil telefon onun ailə üzvlərinə, hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs məxsus avtomobildən götürülmüş Zərərçəkmiş şəxs məxsus qara rəngli “NOKİA SK2190” markalı mobil telefon mərhum Zərərçəkmiş şəxs ailə üzvlərinə qaytarılsın; - Qobustan rayon polis şöbəsinin duracağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “ZAZ VİDA SF6950” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Məhkəmə məsrəfləri hesab edilən 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması və mülki iddia verilməməsi nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-324/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-324/2021
01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver