Məhkəmə qərarları › İş №1(101)-324/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-324/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-324/2023 07.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (X5) və onun qanuni nümayəndəsi – Bakı şəhəri Suraxanı RİH yanında X8 işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi X14, Azərbaycan Uşaqları İctimai X22 Reinteqrasiya Mərkəzinin psixoloqu X10, müdafiəçi: «PRO BONO» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə qapalı məhkəmə iclasında xx xxxx 2001-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Bolnisi rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Kolxozçu küçəsində nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq edib köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) öz cinsi etirasını təmin etmək məqsədilə 2019-cu il tarixdən 2021-ci ilin payız aylarına kimi olan müddət ərzində yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Kolxozçu küçəsində nömrəsiz evdə aşkar surətdə 14 yaşına çatmadığı ona bəlli olan, xx xxxx 2008-ci il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs (X5) ilə onun fiziki vəziyyətinə görə müqavimət göstərmək imkanından məhrum olduğundan köməksiz vəziyyətindən istifadə edib əli ilə qolundan dartıb zor tətbiq etməklə çarpayıya uzadaraq özüdə üzərinə uzanıb bir neçə dəfə təkrarlıqla arxa keçəcək vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Səhərbənd Məmmədova onun kiçik bacısıdır. Bacısı ondan 7-8 yaş kiçik olmaqla 14 yaşı vardır. Onun isə 21 yaşı vardır. Atası Təyyar tikintidə fəhlə işləyir, anası Reyhan isə evdar qadındır. Ailələri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Kolxozçu küçəsində nömrəsiz evdə yaşamış, bacısı və o 1-ci sinifdən Hovsan qəsəbəsində yerləşən 118 saylı tam orta məktəbdə oxumuşlar. O həmin məktəbin 9-cu sinfindən çıxmış, bacısı isə hal-hazırda həmin məktəbin yeddinci sinif şagirdidir. Təhsilini azərbaycan bölməsində almış Azərbaycan dilində sərbəst oxuyub yaza bilir. Bacısının dərslərinə o kömək etmiş, belə ki, atası ilə anasının bacısının təhsili ilə məşğul olmağa vaxtları olmamışdır. Dönərçi işlədiyi yerdən aldığı maaşı ailəsinin ehtiyaclarına, o cümlədən bacısına lazım olan əşyaların alınmasına xərcləmişdir. Bacısını bir neçə dəfə döymüşdür. Belə ki, bacısı telefonla yaşına uyğun olmayan səhifələrə baxır və yazışırdı. Belə ki, bacısının bir rəfiqəsinin türk tanışı olmuş, həmin şəxslə bacısı da yazışırdı. Buna görə əsəbləşib bacısını döymüşdür ki, bu hərəkətlərini tərgitsin. Hətta bacısının özünü məktəbin pəncərəsindən atmaq cəhdi barədə xəbər gəldikdə məktəbin direktoru atasını məktəbə dəvət edib bacısının bir oğlanı sevdiyini, həmin oğlanın üzündən hamının gözü qarşısında öpdüyünü atasına demişdir. O, ittihamda göstərilən hərəkətləri bacısına qarşı törətməmiş, bunlar ona olan şər-böhtandır. Bacısı ilə tək qalmaq üçün anasını mağazaya heç vaxt göndərməmişdir. Əksinə, ev əvə özünə nə lazım idisə özü gedib alırdı. Atası ilə anasının arasında məişət zəmnində mübahisələri olurdu. Belə ki, anası ev işlərini səliqəsiz görür, bu da atasının xoşuna gəlmirdi. Bacısını məktəbə anası aparıb-gətirirdi. Lakin bir ara anası nənələri rəhmətə getdiyi üçün təxminən 1ay-1 ay yarım Gürcüstanda qalmışdır. O, bacısını telefondakı yazışmalarına görə tənbeh etmiş, lakin hər zaman onun qayğısına qalmışdır. Ona qarşı heç vaxt əxlaqsız hərəkətlər etməmişdir. Məhkəmə iclasında zərərçəmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs (X5) ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. Qardaşı ilk dəfə ona qarşı cinsi təcavüzü onun 10 yaşı olanda evlərində etmişdir. Belə ki, Ruslan anasını nə isə almaq adı ilə Buta marketə göndərmiş, sonra isə özü yataq otağına keçib onu da ora çağırmışdır. O, yataq otağına keçdikdə ondan soyunmasını tələb etmişdir. O, soyunmadıqda isə özü onu tam soyundurmuş və özü də soyunaraq onu üzü üstə yatağın üstünə uzatmış və qeyri-təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Utandığından əlləri ilə üzünü tutmuşdur. Bu əlaqə təxminən yarım saat çəkmişdir. Qardaşından qorxduğu üçün ona müqavimət göstərə bilməmişdir. Belə ki, qardaşı onu tez-tez döydüyü üçün ondan qorxurdu. Bu hadisə yay tətili vaxtı baş vermişdir. Ruslan onunla qeyri-təbii yolla əlaqədə olan zaman ağrı hiss etmiş və ağrıdan qışqırmışdır. Lakin Ruslan üstünə qışqıraraq sakit olmağını tələb etmişdir. Bundan sonra o, sakitcə ağlamağa davam etmişdir. Ruslan işini qurtardıqdan sonra ayağa qalxaraq ona “dur ayağa, otağı yığışdır, birazdan anan gələcək” demişdir. Bundan sonra o, paltarını əyninə geyinmiş, otağı yığışdırmışdır. Anası evə gəldikdə onun gözlərinin qızardığını görmüş və səbəbini soruşduqda qorxduğu üçün sadəcə istidən qızardığını bildirmişdir. Həmin vaxtı həmçinin onun ayaqları bir-birinə dolaşmış və ona görə çox anasının gözünə görünməmiş və ondan aralı gəzmişdir. Həmin gün axşam saatlarında Ruslan yenə anasını semiçka almaq bəhanəsi ilə evdən çıxarmışdır. O bu dəfə Ruslanın edəcəklərini onunla yenidən zorla cinsi əlaqədə olmağa çalışdığını anlamış və evin həyətinə çıxmışdır. Anası evdən çıxan kimi Ruslan yenidən onun qolundan tutub evə salmış və eyni qaydada cinsi əlaqədə olmuşdur. Ruslanın onunla zorla cinsi əlaqədə olması 11 dəfə baş vermişdir. Onların hər biri onların Hövsan qəsəbəsi ərazisində yaşadıqları evdə baş vermişdir. Ruslan hər dəfə ona qışqıraraq tapşırmışdır ki, onun etmiş olduğu hərəkətləri heç kimə, xüsusilə anasına deməsin. Ruslanın onunla zorla cinsi əlaqədə olması 2-3 ilə yaxın müddət davam etmişdir Sonuncu dəfə o onunla 2021-ci ilinin may-iyun aylarında cinsi əlaqə olmuş, həmin vaxt Ruslan yenə anasını mağazaya göndərib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Ata və anası evdə olan zaman o heç bir zaman onunla cinsi əlaqədə olmamışdır. O dəfələrlə tualetə gedərkən Ruslanın onunla zorla cinsi əlaqədə olması səbəbi ilə anal nahiyyəsindən qan gəlməsinin şahidi olmuşdur. Ruslan onunla təbii yolla cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs onunla yalnız arxadan və ağız vasitəsi ilə cinsi əlaqədə olmuşdur. Belə ki, Ruslan onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqda həmçinin ən azı 9 dəfə cinsiyyət orqanını onun ağız boşluğuna yeridərək sormasını tələb etmişdir. Təqsirləndirilən şəxs onu başqa vaxtlarda mütəmadi döysə də cinsi əlaqədə olarkən ondan qorxduğu üçün sakit dayanmışdır. Ruslanın onunla sonuncu dəfə cinsi əlaqədə olduqdan sonra dözə bilməyib anasına bu barədə demiş, anasını ona tam inanmadığı üçün onu həkimə aparacağını bildirmişdir. Bundan bir-iki gün sonra anası ilə həkimə getmək üçün evdən çıxmış, lakin utandığı, qorxduğu və anasının ona inamsızlıq etdiyini görüb həkimə getməkdən imtina etmiş və evlərinə qayıtmışdır. Anası isə atasının qardaşını və onu öldürəcəyindən qorxaraq heç kəsə bu barədə məlumat verməmişdir. Bütün bu hadisələr onu gərgin psixoloji vəziyyətə salmış və bu səbəbdən o özünü məktəbin pəncərəsindən atmağa cəhd etmiş, lakin məktəbdə işləyən müəllim onu tutaraq pəncərədən dəhlizə salmış, bundan sonra məktəbin psixoloqu onunla söhbət etmiş və o, həmin psixoloqa qardaşının ona qarşı etdiyi əməlləri bildirmişdir. Məhkəməyə düzgün ifadə verir, ona şər atmır. O, heç vaxt kənar şəxslərlə telefon vasitəsi ilə əxlaqsız yazışma aparmamış, məktəbdə heç bir oğlanın üzündən öpməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Səhərbənd Məmmədova onun övladlarıdır. Yoldaşı Təyyarla 1995-ci ildə Bolnisi rayonunda ailə qurmuş, Ruslan böyük övladıdır, xx.xx.2000-ci ildə dünyaya gəlmiş, Səhərbənd isə Ruslandan 8 yaş kiçik olmaqla xx.xx.2008-ci il tarixdə dünyaya gəlmişdir. Onlar Gürcüstanndan Bakı şəhərinə köçərək Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Kolxozçu küçəsində nömrəsiz evdə yaşamışlar. Əri Təyyar tikintidə fəhlə işləyir, o isə evdar qadındır. Uşaqları Hövsan qəsəbəsindəki 118 saylı orta məktəbdə oxumuş, oğlu 9-cu sinifdən məktəbdən çıxaraq dönərxanada işləməyə başlamış, qızı isə həmin məktəbdə təhsilini davam etdirmişdir. Qızını məktəbə özü aparıb gətirirdi. Müəllimlər qızından heç vaxt narazılıq bildirməmişlər. 2021-ci ilin ortalarında qızı ona qardaşı tərəfindən təcavüzə məruz qaldığını demişdir. Ondan neçə dəfə cinsi əlaqədə olduqlarını soruşmuş, Səhərbənd ona bir dəfə cinsi əlaqədə olduqlarını demişdir. Səhərbənd utandığından bu barədə çox danışa bilməmişdir. Lakin sonuncu dəfə o Gürcüstanda olarkən cinsi əlaqədə olduqlarını demişdir. O, qızının sözlərindən təşvişə düşmüş, ona həkimə gedib yoxlatdırmağı bildirmişdir. Qızı ilə həkimə getmək üçün evdən yola çıxdıqda xəstəxanaya çatmadan qızı onun ona inanmadığına görə həkimə getməkdən imtina etmişdir. Qorxusundan ərinə bu barədə heç bir söz deməmişdir. Qorxurdu ki, əri onu və oğlunu öldürə bilər ki, niyə belə hadisənin olmasına imkan vermişdir. Oğluna da nə isə deməyə qorxmuşdur. Amma bir hadisəyə görə oğlunun qızına təcavüz etməsinə inanmışdır. Belə ki, keçən il o, həyətdə olduğu zaman qızı ağlaya-ağlaya evdən çıxaraq demişdir ki, Ruslan ona deyir ki, onu yatağa yıxıb qeyri-təbii yolla əlaqədə olacaqdır. Ruslanın qızı Səhərbəndlə yola getmədiyini, aralarında münasibətlərinin yaxşı olmadığını ana kimi hiss etmişdir. Ruslan Səhərbəndi 1-ci sinifdən bəri dərslərini oxutdurmaq üçün döymüşdür. Ruslanın Səhərbəndi döyməsini 1-2 dəfə öz gözləri ilə görmüşdür. Həmin vaxt Ruslana hirslənmişdir. xx.xx.2022-ci il tarixdə səhər Səhərbəndi məktəbə yola salmış, həmin gün onu məktəbdən götürüb evə gətirmək üçün məktəbə getmişdir. Məktəbə çatdıqda direktor müavini onu içəriyə çağıraraq Səhərbəndin məktəbin 3-cü mərtəbəsinin pəcərəsinə çıxaraq özünü aşağıya atmaq istəməsini bildirmişdir. Bundan sonra o Səhərbənddən nə qədər cəhd edib niyə belə bir hərəkət etdiyini soruşsa da o, ona heç nə danışmamışdır. Səhərisi gün onları baş vermiş hadisəyə görə polis şöbəsinə çağırmışlar. xx.xx.2022-ci il tarixdə onları 118 saylı məktəbə çağırıb oradan da sığınacağa yerləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Səhərbənd Məmmədova onun doğma övladlarıdır. Hər ikisi ilə münasibətləri yaxşı olmuş, indi də yaxşıdır. Arvadı Reyhan və uşaqları ilə Gürcüstanın Bolnisi rayonundan 1997-ci ildə Bakı şəhərinə gəlmiş və Bakı şəhərində kirayədə yaşamış, tikintidə fəhlə işləmiş, arvadı Reyhan isə uşaqlarını məktəbə aparıbgətirmiş və ev işləri ilə məşğul olmuşdur. Ruslanla Səhərbənd mehriban bacı-qardaş olmuşlar. Ruslan bacısından 7-8 yaş böyük olduğu üçün bacısının dərsləri ilə özü məşğul olmuşdur. Ruslanın bacısını döyməsi, ona qarşı əxlaqsız hərəkətlər etməsi hallarını görməmiş və bunu ağlına belə gətirə bilmir. Son 10 il ərzində yaşadıqları Hövsan qəsəbəsi Hövsan kəndində olan nömrəsiz ev həyət evi olmaqla fərdi tikili olmuş və evin iç-içə 25 kv metr sahəsi olan 2 otağı vardır. Həmin otaqlardan birində arvadı ilə qızı, digərində isə o oğlu ilə birlikdə yatmışdır. Həmin otaqların arasında qapı olmamışdır. O və oğlunun yatdığı otaqda hərəsi ayrı-ayrı çarpayıda, qızı və arvadı isə digər otaqda böyük yataq çarpayısında yatmışlar. Evin həyətində isə 1 otaqlı mətbəx, digər bir tərəfdə isə hamam otağı və sanitar qovşaq olmuşdur. Oğlu oxuya bilmədiyi üçün 9-cu sinifdən çıxmış və 3 il müddət olar ki, Bakı şəhəri Suraxanı rayonu 118 nömrəli tam orta məktəbdə 9 il oxuduqdan sonra müxtəlif ünvanlarda olan kafelərdə ofisiant işləmiş və son il isə dönərçi köməkçisi işləmişdir. Ruslan hər gün saat 08:30 radələrində evdən çox vaxt onunla birlikdə çıxmış və axşam saat 22 və ya 23 radələrində evə qayıtmışdır. Bildiyi qədər Ruslanın istirahət günü olmamışdır. Aldığı əmək haqqını isə ailəsinə, evə və bacısına xərcləyirdi. Ruslanla Səhərbəndin münasibətləri yaxşı olmuş, bacı-qardaş kimi bir-birilərini çox istəmişlər. Onun arvadı Reyhanla sonuncunun evi səliqəsiz saxladığı üçün mübahisələri olmuşdur. Lakin onu heç vaxt döyməmişdir. Bununla belə arvadı ondan bəzi hallarda küsərək Bolnisi rayonuna anasıgilə gedib orada qalır, lakin sonra yenə də onların yanına qayıdırdı. Qızı Səhərbəndi məktəbə arvadı aparıbgətirirdi. Bu səbəbdən bununla bağlı onun heç bir narahatçılığı olmamışdır. Təxminən bir neçə ay bundan əvvəl qızı ona şikayətlənmişdir ki, qardaşı telefonu ondan alaraq vermir. O oğlundan bunun səbəbini soruşduqda oğlu bildirmişdir ki, bacısı dərslərini yaxşı oxumadığına görə telefonu ondan almış, o da qızına dərslərini yaxşı oxuduğu halda telefonun ona veriləcəyini bildirmişdir. Qızı həmin gün ona yaxşı oxuyacağını bildirmiş və ona görə o telefonu oğlundan alıb ona vermişdir. Yalnız polisdə bilmişdir ki, bəs oğlu bacısının telefonunda bir nəfər türk vətəndaşı olan şəxslə sevgi yazışmasına görə telefonu bacısından almışdır. Lakin oğlu bu barədə ona bir söz deməmişdir. 04 fevral 2022-ci il tarixdə Hövsan qəsəbəsində tikintidə fəhlə işlədiyi zaman ona Ruslan zəng edərək bacısının məktəbdə özünü atmaq istədiyini, hazırda Səhərbəndin evdə olduğunu, yalnız ağladığını bildirmişdir. Bundan sonra onu məktəbin direktoru yanına çağırmış, qızının sinif yoldaşının istədiyini, həmin oğlanla telefonla yazışdığını bildirmişdir. Həmçinin direktor ona bildirmişdir ki, bir neçə dəfə arvadına onu məktəbə gəlməsini desə də arvadı ərinin işdə olduğunu bəhanə gətirərək xahişini yerinə yetirməmişdir. Bundan sonra isə o və uşaqları polisə çağırılmış, yalnız o vaxt bilmişdir ki, guya oğlu qızına dəfələrlə təcavüz etmişdir. Hadisə ilə bağlı onu da bilmişdir ki, oğlu bacısının telefonunda Səhərbəndin bədən şəkillərini görmüşdür. Yoldaşının qızı ilə oğlunu evdə tək buraxıb marketə getməsini bilmir. Yaxınlıqdakı market evlərindən məsafəsi 15 dəqiqəyə qət edilən uzaqlıqdadır. Onu da bildirmək istəyir ki, dəfələrlə yoldaşı qızını da evdən götürüb tanışları və qohumlarının evində qalır, onları bir neçə gündən sonra tapıb evinə qaytarmışdır. Oğluna qızı və arvadı şər atırlar, onların iddiaları yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki 118 №-li tam orta məktəbin tərbiyyə işləri üzrə direktor müavini Şahid3 ifadəsində göstərmişdir ki, həmin məktəbdə 2015-ci il tarixdən olaraq işə başlamış və bununla yanaşı fiziki tərbiyyə dərslərini də tədris edir. Məktəbin direktoru X6r. Direktor müavini olaraq hər gün səhər saat 08 radələrində işdə olur və axşam saat 18 radələrində işdən çıxır. Təqsirləndirilən şəxs və onun bacısı Səhərbənd onun işlədiyi məktəbin şagirdləri olmuşlar. Daha doğrusu, Ruslan 9-cu sinifdə məktəbdən çıxmış, Səhərbənd isə bu hadisələrə qədər sığınacağa yerləşdiyi üçün məktəbdə oxumur. Ruslan haqqında onu deyə bilər ki, o, zəif oxusa da dərsə davamiyyəti yaxşı olmuş, məktəbdə özünü sakit aparmışdır. Səhərbəndi isə normal oxuyan şagird kimi tanımışdır. Səhərbəndin davranışı ilə bağlı hadisəyə qədər ona pedaqoji kollektiv tərəfindən heç bir məlumat daxil olmamışdır. Hadisə haqqında onu bildirir ki, 2021-ci ilin oktyabr-noyabr aylarında məktəbin psixoloqu Şahid5 ilə danışmış və həmin danışıq zamanı ona məlum olmuşdur ki, Səhərbənd sinif yoldaşı olan Babakişini sevmişdir və onunla gələcəkdə ailə qurmaqla evlənmək istəməsini demişdir və həmin hadisədən sonra hətta həmin vaxtı onun məktəbdə yerə yıxılaraq halının pis olması müəyyən olunmuşdur. Həmin hadisə ilə əlaqədar Səhərbəndin anası Reyhan məktəbə dəvət olunmuş və qızının hərəkətləri barədə ona məlumat verilmişdir. Anası söz vermişdir ki, bəs qızını nəzarətə götürəcək və əlindən telefonu alacaqdır ki, bir daha belə bir hadisə baş vermsin. Hətta anası qızının artıq müəyyən yaşa çatmaqla sevgi hisslərinin normal olmasını bildirmiş, Gürcüstanda onların həmin yaşlarda ərə verilməsini bildirmiş və söhbəti gülümsəyərək bir qədər adi qarşılamışdır. 04 fevral 2022-ci il tarixdə saat 12 radələrində o, binanın 3-cü mərtəbəsinə qalxaraq dəhlizlə getdiyi zaman 7 E sinfində təhsil alan Səhərbəndin dəhlizin pəncərəsinin məhəccərinə çıxmaqla orda oturub ayaqlarını bayıra salladığını görmüşdür. Möhkəm həyəcan keçirmiş, Səhərbəndin onu görməməsindən istifadə edərək asta-asta ona yaxınlaşaraq bir əli ilə Səhərbəndin əynində olan gödəkçədən tutaraq o biri əli iləsə Səhərbəndi pəncərədən çəkərək dəhlizə düşürmüşdür. Həmin vaxtı Səhərbənd onun üzünə baxmış və o, ondan nə baş verməsini soruşmuş, Səhərbənd isə sadəcə olaraq ağlamış və səsi belə çıxmamışdır. Artıq o anlamışdır ki, onun psixoloji vəziyyəti yerində deyildir və onu bir başa məktəbin 1-ci mərtəbəsində kabineti olan Şahid5 adlı pisxoloqun yanına aparmış, Səhərbəndi ona təhvil verib dərhal məktəbin direktoru Nizaməddin Hacıyevin otağına gedib bu barədə məlumat vermişdir. Bu zaman o direktor ilə pisixoloqun yanına qayıtmış və onlar otağa keçəndə Səhərbənd Ülviyyənin yanında olmuşdur. O və direktor psixoloqun qızla söhbət etməsini görüb otaqdan çıxmışlar. Artıq həmin vaxtı Nizaməddin müəllim baş vermiş hadisə barədə Bakı Baş Təhsil İdarəsinə, Suraxanı RİH-in X9 işləri və Hüqüqlarının Müdafiəsi üzrə komissisiyasına, polisə məlumat vermişdir.Bir neçə dəqiqədən sonra Ülviyyə Səhərbənd ilə birlikdə direktorun otağına gəlmiş, Səhərbənd qəbul otağında qalmış, Ülviyyə Cəbrayıllova isə direktora bildirmişdir ki, Səhərbənd ona qardaşı Təqsirləndirilən şəxs ona yaxınlıq edib əl atmasını və onu öpməklə yanaşı qucaqlamasını, əl atmasını və.s kimi hərəkətlər etməsini bildirmişdir. Bundan sonra o, Səhərbəndin qızını götürmək üçün məktəbə gələn anasını məktəbin qarşısında qarşılayaraq onu direktorun otağına dəvət etmişdir. Həmin vaxtı otaqda Nizaməddin müəllim, o pisixoloq və digər tərbiyyə işləri üzrə müavin Cavid Cəfərzadə olmuşdur. Nizaməddin Reyhana qızının iştirakı olmadan intihara cəhd etməsini və pisixoloqa qardaşının onunla yaxınlıq etməsi kimi dediklərini Səhərbəndin anasına bildirmiş, lakin anası birmənalı olaraq oğlu tərəfindən Səhərbəndə qarşı həmin hərəkətlər ola bilmədiyini, sadəcə olaraq qızının digər sinif oğlanları ilə danışımasının qarşısının qardaşı tərəfindən alındığı üçün qardaşına şər atmasını bildirmişdir. Pisixoloq isə anasına bildirmişdir ki, bəs siz evdə olmayan zaman qardaşı ona əl atır, öpür, qucaqlayır və.s kimi yaxınlıq hərəkətələri etmişdir. Bu zaman Reyhan ağlamağa başlamış və bildirmişdir ki, bəs bu barədə ərinə məlumat versə onu da, oğlunu da öldürər, evdə qan düşər, ailəsi dağılar, məhv olar. Bundan sonra Səhərbənd anası ilə birlikdə evlərinə buraxılmış, növbəti gün isə, məktəbə Bakı baş təhsil idarəsindən psixoloq göndərilmiş və Suraxanı RPİ-in YYÇİHMÜK əməkdaşları, İH-nin və polisin rəhbər şəxslərindən gəlmiş və məktəbə dərsə gələn Səhərbənd qızı ilə yenə psixoloqlar söhbət etmişdir. Sonra pisixolaqlar bildirmişdir ki, Səhərbənd qardaşı Təqsirləndirilən şəxs onunla anası evdə olmayan zaman ona qarşı seksual hərəkətlər etmişdir. Artıq psixoloqların qeyd edilən hadisə ilə bağlı olan rəyindən sonra saat 02 və ya 03 radələrində Bakı şəhər üzrə Təhsil İdarəsinin rəhbəri, rayon İH-nin rəhbəri, Suraxanı RPİ-in müavini Surxay müəllim gəlmiş və artıq bu dəfə onlar Səhərbəndin atasını da məktəbə dəvət etmişlər və ayrı-ayrılıqda Səhərbənd, anası, sonra isə atası ilə söhbət etmişlər. Bildiyi qədər Səhərbəndin anası həmin hadisəni etiraf etmiş və oğlu tərəfindən qızına təcavüz olunduğunu bildirmişdir. Atası isə həmin hadisədən xəbəri olmadığını bildirmiş və çox pis vəziyyətə düşmüş, tam olaraq sarsılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Bakı dövlət unversitetinin psixologiya faktultəsində 2006-2010-cu illər ərzində təhsil almış, peşəkar psixoloqdur, 2019-cu ildən Bakı şəhəri Suraxanı rayonu 118 №-li tam orta məktəbə psixoloq vəzifəsində işləyir. Şahid3 həmin məktəbin tərbiyyə işləri üzrə direktor müavini olaraq işləyir və həmçinin fiziki tərbiyyə dərslərini tədris edir. Məktəbin direktoru isə X6r. Məktəbin psixoloqu olaraq hər gün səhər saat 08 radələrində işə gəlir və axşam saat 18 radələrində işdən çıxır. Təqsirləndirilən şəxs tanımır. Belə ki, Ruslan həmin məktəbdən çıxandan sonra o həmin məktəbə təyin olunmuşdur. X13 tanıyır. O məktəbə gələn zaman Səhərbənd 6-ci sinifdə oxumuşdur. Səhərbəndi o yaxından 7-ci sinfdə oxuyan zaman tanımışdır. Belə ki, ona məlumat verilmişdir ki, Səhərbənd məktəb yoldaşı olan Babakişi adlı oğlanı istəyir, lakin oğlan onun sevgisinə qarşılıq vermir. O Səhərbəndlə pisixoloji söhbətlər aparmış, onun anası və hər hansı ailə üzvünü tanımamış, həmdə Səhərbəndin anasından qorxması səbəbindən və Səhərbəndin etibarını qazanmaq üçün anasını dəvət etməmişdir. Səhərbənd 6-cı sinifə daxil olana kimi yaxşı oxumuş, sonrakı dövrlərdə dərsləri bir qədər zəiflmiş və özünə qapalı olmuşdur. Hər bir hala aqressivləşmişdir. Onunla Səhərbəndlə yuxarda qeyd etmiş olduğu söhbətlər təxminən 2021-ci ilin oktyabr-noyabr aylarında olmuşdur. O onun sevgi və.s məsələsini sinif rəhbərinə demiş, onun bu barədə Səhərbəndin valideyininə deyib deməməsini bilməmişdir. 04 fevral 2022-ci il tarixdə saat 12 radələrində işdə olan zaman Muqumov X11 ilə onun otağına gəlmiş və ona Səhərbəndinin dəhlizin pəncərəsini açaraq pəncərənin məhəccərə çıxmasını, orda oturmasını, ayaqlarının bayıra salladığını, Səhrəbəndi hər iki əli ilə arxadan bel nahiyyəsindən sakit yaxınlaşmaqla qucaqladığını, onu özünə tərəf dəhlizin içinə çəkməsini bildirmişdir. Səhərbənd isə həmin vaxt otaqda sadəcə olaraq ağlamış və səsi belə çıxmamışdır. Şahid3 hadisə barəsində direktora məlumat vermək üçün getdikdən sonra Səhərbənd onun çoxsaylı təkidindən sonra ona bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs tərəfindən ona cinsi təcavüz olunmuşdur. Hətta Səhərbənd həmin halın bir neçə dəfə evlərində olan zaman qardaşı tərəfindən təkrarlanmasını bildirmişdir. Qardaşı ona bu hərəkətləri edən zaman anasının evdə olmadığını bildirmişdir. Qardaşının hərəkətərinin onun gözü önünə gəlməsinə görə öznü pis hiss etmiş və intihara cəhd etməsini bildirmişdir. O onun artıq psixoloji vəziyyətinin pis olmasını görüb cinsi təcavüzün necə hansı üsulla olmasını xəbər almamışdır. Sonra o, Səhərbənd ilə söhbətin nəticəsini direktorun otağına gedərək ona bildirmişdir. Bundan sonra Bakı Baş Təhsil İdarəsinin psixoloqu da gələrək Səhərbəndlə söhbət etmiş və Səhərbənd həmin psixoloqa qardaşının ona təcavüz etməsini təsdiqləmişdir. Hətta məktəbə dəvət olunmuş Səhərbəndin anası ilk olaraq oğlunun qızına qarşı təcavüz etməsini inkar etsə də sonra o da oğlunun qızına təcavüz etməsini təsdiq etmişdir. Növbəti məhkəmə iclasına Şahid5 özünün qeydiyyat dəftərindən çıxarışları təqdim edərək əlavə ifadəsində göstərmişdir ki, həmin çıxarışlar onun şagird Məmmədova Səhərbəndlə müxtəlif vaxtlarda, yəni sonuncunun özünü intihar etməyə cəhd etdiyi günə qədər olan söhbətləri əks etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2002-2006-cı il tarixlərində Bakı dövlət unversitetinin psixologiya faktultəsini bitirmişdir. 2020ci il tarixdən Bakı şəhəri üzrə Təhsil İdarəsində psixoloq vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Ruslan Məmmədovu tanımır, zərərçəkmiş şəxs Səhərbənd Məmmədovanı isə ilk dəfə 07 fevral 2022-ci il tarixdə görmüşdür. Belə ki, həmin tarixdə Hövsan qəsəbəsindəki 118 saylı orta məktəbin şagirdi Səhərbənd Məmmədovanın 04 fevral 2022-ci il tarixdə saat 12 radələrində pəncərədən özünü intihara cəhd etməsi faktına görə o,həmin məktəbə psixoloq kimi 07 fevral 2022-ci il tarixdə gedərək məktəbin psixoloqu Ülviyyə ilə əlaqə saxlamış, sonuncu ona Səhərbəndin intihara cəhd etməsini, həmin şagird ilə özünün ilkin söhbət aparmasını, söhbət zamanı qardaşı tərəfindən ona təcavüz olunmasını, hətta bir neçə ay bundan əvvələ idman dərsi zamanı ağlayaraq öz yaxın sinif rəfiqəsinə qardaşı tərəfindən ona cinsi təcavüz olmasını bildirmişdir. Ülviyyə xanım Səhərbindin özünə qapanmasını, dərs qiymətlərinin aşağı düşməsini də ona bildirmişdir. Bundan sonra o, təklikdə Səhərbəndə qəbul etmiş onunla psixoloji metodlarla ünsiyyət qurmuş, ilk əvvəl Səhərbənd sakit duraraq ağlamış, lakin onunla əlaqə yaratmaqla onu danışdırmağa müvəffəq olmuşdur. Səhərbəndlə ünsiyyət zamanı ona ağ vərəq vermiş və ailə münasibətlərini dəqiqləşdərmək üçün qələm vermişdir. Səhərbənd ata və anasını çəkdikdən sonra bir qədər kənarda qardaşını çəkmiş, lakin öz şəklini çəkməmişdir. O, Səhərbənddən qardaşının şəklini kənarda çəkməsinin səbəbini soruşduqda Səhərbəndin bu zaman təşviş vəziyyətinə və həyacanının artmasını müşahidə etmişdir. Səhərbənddən həmin vərəqdə öz şəklini çəkməməsinin səbəbini soruşduqda sonuncu bildirmişdir ki, özünü o ailədə görmür. Bununla bağlı Səhərbəndin ailəsinə bağlı olması hiss olunurdu. Bundan sonra o, 2-ci metodika olan mövcud olmayan heyvan testini tətbiq etmiş, Səhərbəndə qələm ilə şəkildə zorakılıq təcavüz əlamətləri olan tikanlar və qıcanmış dişlər təsvir etmişdir. Səhərbəndə təklif etmişdir ki, hər hansı bir heyvanın və yaxud bitkinin şəklini çəksin. Səhərbənd isə qeyri-adi bir heyvan şəklini çəkərək həmin heyvanın adının «qaradaş» olaraq adlandırmışdır. Bundan sonra ona daha dəqiqləşdirici suallar vermiş və niyə adı «qaradaş»dır və qardaşının təsvirin də kənarında olmasını xəbər aldıqda Səhərbənd ona bildirmişdir ki, anası Gürcüstana yasa getdiyi zaman evdə olmayan zaman qardaşı onunla cinsi əlaqədə olmaqla seksual hərəkət etmişdir. Belə ki, Səhərbənd bildirmişdir ki, 10 yaşı olan zaman ona qarşı qardaşı tərəfindən olunmuş hərəkətlərin mahiyyətini dərk etməmiş, lakin artıq böyüyəndən sonra həmin hərəkətlərin mənasını anlamış və buna görə özünü intihar etmək qərarına gəlmişdir. Bundan sonra o, Səhərbəndin anası Reyhan Budayeva ilə söhbət aparmış, sonuncu ilkin olaraq qızının başına gələnləri inkar etmiş, lakin sonra oğlunun qızına təcavüz etməsini bir neçə ay əvvəl bilməsini və qızı tərəfindən ona bu haqda məlumat verilməsini etiraf etmişdir. Reyhan Budayeva ərinin və oğlunun arasında düşmənçilik yaranmasından və ərinin onu öldürəcəyindən qorxaraq bu məsələni ərinə və başqa heç kəsə deməmişdir. Sonra Səhərbəndin ona dediklərini məktəbə gəlmiş komissiya üzvlərinə bildirmişdir. Bu barədə akt tərtib olunmuş və o da həmin aktı imzalamışdır. Qeyd etmək istəyir ki, ona Səhərbəndin sinif yoldaşını sevməsini, lakin oğlanla münasibətinin tamamlanması barədə məlumat vermişlər. Lakin onda yaranmış qənaətə görə Səhərbəndin özünə qəsd etməsi ailə daxili məsələyə aid olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 3cü sinifdən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki 118 №-li tam orta məktəbdə təhsil alır. Hal-hazırda həmin məktəbin 8-ci sinfində oxuyur. Təqsirləndirilən şəxs Ruslan Məmmədovu tanımır, lakin zərərçəkmiş şəxs Səhərbənd Məmmədovanı tanıyır, onunla bir sinifdə oxumuşdur. Səhərbəndi məktəbə hər gün anası gətirib-aparmışdır. Hər ikisi dərslərindən orta qiymətlər alırdılar. Səhərbənd ona deyirdi ki, dərslərindən pis qiymət alanda anası atasına deyir, atası da onunla pis davranırdı. 2021-ci ilin oktyabr-noyabr ayından Səhərbəndlə məktəbdə eyni partada oturmuş, bu vaxt münasibətləri sevgi münasibətinə çevrilmiş, hətta sinif boş olduğu zaman o, Səhərbəndin yanağından bir dəfə öpmüş, Səhərbənd isə onun yanağından 2 dəfə öpmüşdür. Səhərbənd ona demişdir ki, gələcəkdə onunla ailə quracaq və uşaqları olacaqdır. Onun Səhərbəndlə başqa heç bir əlaqəsi olmamış, hal-hazırda 14 yaşı var və o, qadınla kişinin arasında intim münasibətlərin olması anlamına malikdir və bildirir ki, onun Səhərbəndlə öpüşməkdən savayı başqa münasibətləri olmamışdır. Səhərbəndlə münasibətləri ona görə pozulmuşdur ki, o, onun telefonuna votsap vasitəsi ilə əxlaqsız videolar atmış, hətta anası həmin videolardan birini təsadüfən görmüşdür. Bundan sonra Səhərbənd yalnız bir dəfə məktəbə gəlmiş, sonra isə artıq məktəbə gəlməmişdir. 05 fevral 2022-ci il tarixdə eşitmişdir ki, Səhərbənd məktəbin dəhlizindən özünü atmaq istəmiş, Səhərbəndin yaxın rəfiqəsi olan sinif yoldaşı Banudan bunun səbəbini soruşmuş, lakin Banu ona heç nə deməmişdir. O, Səhərbəndin nə səbəbə belə bir hərəkət etməsini bilməmişdir. Onun Səhərbəndlə arasında hər hansı bir əxlaqsız hərəkət olmamış, Səhərbəndin arxasınca məktəbə hər hansı kənar şəxsin gəlməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, Səhərbənd Məmmədova ilə isə 1-ci sinifdən bir yerdə oxumuşlar. Səhərbəndin sinifin bütün şagirdləri ilə yaxşı münasibəti olmuşdur. Səhərbəndi hər gün dərsə anası gətirmiş və günorta dərsdən anası aparmışdır. 2022-ci ilin yanvar ayında idman dərsi zamanı qızlar idman zalında olduqları zaman Səhərbəndin ağladığını görərək ona yaxınlaşıb nə üçün ağladığını soruşmuş, Səhərbənd də ona demişdir ki, qardaşı ona sataşır. Səhərbənd sataşır sözünün məzmununu ona açıqlamamışdır. Lakin o, başa düşmüşdür ki, qardaşı ona qarşı yaxşı hərəkət etməmişdir. Onun mobil telefonu yoxdur, bu səbəbdən Səhərbəndlə heç vaxt telefon əlaqəsi olmamışdır. 04 fevral 2022-ci il tarixdə baş vermiş hadisə barədə isə onu bildirir ki, Səhərbənd həmin gün səhərdən bikef olmuş, dərsdə aqresiv olmuş, xatırladığı qədər riyaziyyat dərsində müəllimədən ayaqyoluna çıxması üçün icazə alaraq sinfi tərk etmiş, bir azdan sonra bilmişlər ki, Səhərbənd sinifdən çıxaraq ayaqyoluna getməmiş, 3-cü mərtəbədə olan pəncərənin məhəccərisinə çıxaraq özünü atmağa cəhd etmiş, lakin direktor müavini Elşən müəllim onu tutaraq intiharın qarşısını almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, zərərəçəkmiş şəxs Səhərbənd Məmmədovanı isə tanıyır. Belə ki, o, 2019-cu ildən həmin məktəbə işə düzəlmiş, riyaziyyat müəlliməsidir, həmçinin Səhərbəndin oxuduğu sinfin sinif rəhbəri olmuşdur. Səhərbənd 5-ci sinifdə oxuyan dövrdən onun sinif rəhbəri və müəlliməsi olmuşdur. Səhərbəndin məktəbin dəhlizində olan pəncərədən özünü atmağa cəhdi Səhərbənd 7-ci sinifdə oxuduğu zaman baş vermiş, bu hadisə dərs vaxtı deyil, tənəffüz vaxtı baş vermişdir. Səhərbənd əvvəllər yaxşı oxumuş, son zamanlar isə, yəni 7-ci sinifdə oxuduğu zaman dərslərə münasibəti dəyişmiş, daha zəif oxumuş, özünə qapanmış, səbəbini soruşanda isə susaraq heç bir söz demirdi. Səhərbəndi məktəbə səhər anası gətirir, dərs qurtardıqdan sonra isə anası qarşılayıb evinə aparırdı. Bu səbəbdən yalnız Səhərbəndin anasını tanımış, anasından Səhərbəndin vəziyyəti barədə heç bir narahatedici məlumat eşitməmişdir. Sinif yoldaşları ilə Səhərbəndin münasibətləri normal olmuş, heç biri ilə qərəzli və ədavətli münasibəti olmamışdır. Səhərbənd özünə qəsd etdikdən sonra məlumatı olmuşdur ki, o, idman dərsində sinif yoldaşı Banuya qardaşının ona qarşı əxlaqsız hərəkət etməsini demişdir. Səhərbəndin özünə qapanmasına görə məktəbin psixoloquna məlumat vermiş, sonuncu isə Səhərbəndlə psixoloji söhbətlər aparmışdır. Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) törətdiyi cinayət əməllərində təqsirliliyi zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bakı şəhəri Suraxanı Rayon prokuroruna ünvanladığı 1/243saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayonu 118 saylı məktəbin direktoru xx.xx.2022-ci il tarixli, 26 saylı məktubla RİH-nə müraciət edərək məktəbin 7e sinif şagirdi xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs (X5) xx.xx.2022-ci il tarixdə təhsil aldığı məktəbin üçüncü mərtəbəsində pəncərənin məhəccərinə çıxaraq intihara cəhd etdiyini, hadisənin qarşısını təlim-tərbiyyə üzrə direktor müavinin aldığını, şagirdin psixoloqla fərdi söhbəti zamanı sonuncu qardaşı Təqsirləndirilən şəxs tərəfindən bir neçə dəfə cinsi zorakılığa məruz qaldığını bildirmiş, valideyini X15 ilə söhbət apararkən o, mövcud vəziyyətdən xəbərdar olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixoloji ekspetizasının 11 may 2022-ci il tarixli, 11/156 saylı rəyindən müəyyən olunur ki, xx xxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs (X5) əqli inkişafına yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə baş vermiş hadisəni adekvat olaraq qavramaq, yadda saxlamaq və iş üçün əhmiyyətli hallar barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. xx xxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs (X5) fərdipsixoloji xüsusiyyətlərində təlqinə qapılmağa və özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. xx xxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs (X5) hal-hazırda əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilmiş seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərlə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-psixiatrik-psixoloji ekspetizasının 22 fevral 2022-ci il tarixli, 1002 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) ittiham olunan dövr ərzində, cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl xroniki psixi xəstəlik, fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də R.T.Məmmədov ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb biçmək ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) hər hansı psixi xəstəlik aşkar edilmir. R.T.Məmmədov öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarəetmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci, 21.3-cü, və ya 22-ci maddələrinin təsiri altına düşmüşdür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspetizasının 11 ferval 2022-ci il tarixli, 209 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs (X5) bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs (X5) qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığın pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs (X7) arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbi yolla cinsi əlaqədə olmağa dəlalət edir. Belə ki, rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs (X5) 10 yaşından başlayaraq qardaşı Ruslan tərəfindən davamlı olaraq qeyri-təbii yolla seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalmasını və bu təcavüzün on bir dəfə təkrar olunduğunu, sonuncu təcavüzün 6 ay bundan əvvəl olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspetizasının 14 aprel 2022-ci il tarixli, 406 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və və patalogiya aşkar edilmədi. Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» 26 iyul 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-nin 152-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 153.3.3-ci maddəsi ilə Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) barəsində həbsdə saxlama müddətinin əvvəli 26 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) pasportunun surətindən müəyyən olunur ki, o, xx xxxx 2001-ci ildə Gürcüstan Respublikasının Bolinisi rayonunda anadan olmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) Gürcüstan Respublikası, Bolnisi rayonunda qeydiyyatda olsa da uşaqlıqdan ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Kolxozçu küçəsində yaşamış, 1-ci sinifdən Hovsan qəsəbəsində yerləşən 118 saylı tam orta məktəbdə oxumuşdur. Zərərçəkmiş şəxs-bacısı Zərərçəkmiş şəxs (X5) da həmin məktəbdə oxumuş, ailəsi hal-hazırda da həmin ünvanda yaşayır. Azərbaycan Respublikası CM-nin 52.2.1-ci maddəsinin tələblərinə əsasən barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Məhkəmədə elan edilib araşdırılmış doğum vəsiqənin surətindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs (X5) xx.xx.2008-ci il təvəllüdlüdür. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) əməllərini Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) bu maddə ilə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs), məhkəmə baxışı zamanı etdiyi əməlləri etiraf etməməsi, zərərçəkmiş şəxsə qarşı seksual xarakterili zorakıçık hərəkətləri etməməsinə dair ifadəsi cinayət işində olan bütün sübut növləri-zərərçəkmiş şəxsin ətraflı ifadələri ilə yanaşı şahid ifadələri, üzləşmə protokolları, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam təsdiqini tapmışdır. Belə ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs (X5) məhkəməyə verdiyi ifadəsində qardaşı Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) ilk dəfə ona qarşı cinsi təcavüzü onun 10 yaşı olanda evlərində etdiyini bildirmişdir. Ruslan anasını nə isə almaq adı ilə marketə göndərmiş, yataq otağına keçib onu da ora çağırmış və orada onu tam soyunduraraq qeyri-təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Məhkəmə-psixoloji ekspetizasının rəyindən də müəyyən olunur ki, Zərərçəkmiş şəxs (X5) əqli inkişafına yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə baş vermiş hadisəni adekvat olaraq qavramaq, yadda saxlamaq və iş üçün əhmiyyətli hallar barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir, özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmamışdır. Həmçinin məhkəmə iclasında şahid qismində ifadə vermiş təqsirləndirilən və zərərçəkmiş şəxsin anası X17 ifadəsində 2021-ci ilin ortalarında qızı ona qardaşı tərəfindən təcavüzə məruz qaldığını bildirməsini bir daha göstərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) xx xxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs (X7) köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi tam sübuta yetirilmişir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) əməllərində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarını müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası CMnin 61.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) cinayəti azyaşlı və köməksiz vəziyyətdə oun şəxsə qarşı törətsə də, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində onun hərəkətləri cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulduğu üçün bu hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir . Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) törətdiyi əməlin ictimai təhlükəliyini, əməlin azyaşlı şəxsə qarşı törədildiyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş əməl xüsusilə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakını müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-nin 150.3.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli “26” iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) barəsində əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar