Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-324/2025 28.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X9 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçiləri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Femida” Vəkil Bürosunun üzvü Müdafiəçi3, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 2000-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxoz qəsəbəsi nömrəsiz evdə yaşamış, 30 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-185/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 30 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi, xx xxxxx 2000-ci il tarixdə Masallı rayonunun Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respulikasımn vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, Masallı rayonunun Kənbəhüseynli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxoz qəsəbəsi nömrəsiz evdə yaşamış, 30 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-182/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 30 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Davud” adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşınma və salması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Davud” adlı şəxsdən, onlara bildirdiyi ünvanlara, digər nəməlum şəxslərə çatdırmaq məqsədilə istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 806,21 qram narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda “Methadone 40” göstəricisi olan, ümumilikdə 60 ədəd konvalyuta 600 ədəd üzərində M/F40 göstəricisi olan qəhvəyi rəngli dərman həbləri tərkibində təsir maddəsinin miqdarı 24 qram təşkil edən narkotik vasitə metadonu, külli miqdarda təmiz çəkisi 99,593 qram narkotik vasitə tiryəki və xüsusilə külli miqdarda ümumi təmiz çəkisi 491,788 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Təqsirləndirilən şəxs2 ilə birgə kirayədə yaşadığı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ünvansız fərdi yaşayış evə qədər daşımış, onlardan Təqsirləndirilən şəxs2 bir ədəd sellofan torbada təmiz çəkisi 265 qram olan bitki mənşəli kütlələr tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı, Təqsirləndirilən şəxs1 4 (dörd) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,467 qram, 39,890 qram, 250 qram, 170 qram ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 99,593 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki evində gizlədərək saxlamış, Təqsirləndirilən şəxs2 külli miqdarda 12 (on iki) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 19,11 qram, 14,11 qram, 49,10 qram, 38,44 qram, 96,78 qram, 10,19 qram, 100 qram, 65.98 qram, 47,84 qram, 48,21 qram, 24,35 qram, 27,80 qram bitki mənşəli kütlələr tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı, Təqsirləndirilən şəxs1 4 (dörd) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,326 qram, 5,913 qram, 4,746 qram, 9,446 qram ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədilə üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu. Ramana qəsəbəsi, Südçülük sovxozu, E.Məhərrəmli küçəsi nömrəlsi fərdi yaşayış evə qədər daşımış, onların narkotik vasitələrin və psixotrop maddələrinin qanusuz olaraq dövriyyəsi ilə məşğul olmaları barədə Sabunçu RPİ-nə daxil olmuş məlumat əsasında həmin idarənin CAŞ-nin əməkdaşları tərəfindən müvafiq qaydada keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə qeyd edilən ünvanda saxlanılarkən RPİ-nin 12-ci PŞ-nə gətirilib üzərilərinə şəxsi axtarış və götürmə aparılarkən X2 əlində saxladığı üzərində “Levis” sözləri yazılmış selofan torbada 12 (on iki) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 19,11 qram, 14,11 qram, 49,10 qram, 38,44 qram, 96,78 qram, 10,19 qram, 100 qram, 65,98 qram, 47,84 qram, 48,21 qram, 24,35 qram, 27,80 qram bitki mənşəli kütlələr tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 4 (dörd) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,326 qram, 5,913 qram, 4,746 qram, 9,446 qram ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürümtiş və əməliyyat tədbirləri davamı olaraq xx.xx.2024-cü il tarixdə saat 02:00-da yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvansız fərdi yaşayış evə baxış keçirilərkən, evin həyatyanı sahəsində Təqsirləndirilən şəxs2 bir ədəd sellofan torbada təmiz çəkisi 265 qram olan bitki mənşəli kütlələr tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana, Təqsirləndirilən şəxs1 4 (dörd) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,467 qram, 39,890 qram, 250 qram, 170 qram ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 99,593 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, külli miqdarda “Methadone 40” göstəricisi olan, ümumilikdə 60 ədəd konvalyuta 600 ədəd üzərində M/F40 göstəricisi olan qəhvəyi rəngli dərman həbləri tərkibində təsir maddəsinin miqdarı 24 qram təşkil edən narkotik vasitə metadon və iki ədəd birinin üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, dostu Təqsirləndirilən şəxs2 ilə şəxsi istifadələri məqsədi ilə narkotik vasitə almaq üçün iki həftə əvvəl tanış olduğu, lakin daha əvvəl evinə getmədiyi “Müşfiq” adlı şəxsin Bakı şəhəri, Sabunçu qəsəbəsi ərazisində yerləşən evinə getmişdilər. Həmin gün narkotik vasitəni götürəcəkləri “Müşfiq” adlı şəxs evdə olmamışdır. Buna görə də İbrahim sonuncuya zəng etmiş və Müşfiq isə evin açarının olduğu yerini onlara demişdir. Onlar açarı tapıb evə daxil olmuş, Müşfiq narkotik vasitənin saxlandığı yeri onlara izah etmişdir. Müşfiqin həyətində sonuncunun daşın altına qoymuş olduğu 25 qram narkotik vasitəni götürərək evin həyətindən çıxmışlar, həmçinin o, “Bolt” proqramı vasitəsilə taksi sifariş etmişdir. Axşam saat 23:00 radələrində çağırdıqları taksi ilə hərəkətdə olduqları zaman polis əməkdaşları tərəfindən saxlanılmış, sonuncular onları döyərək və təhdid edərək narkotik vasitələrin yerini öyrənməyə çalışmışlar. Bundan sonra onlar əvvəlcə Müşfiqin evinə, oradan isə polis bölməsinə getmişlər. Həmçinin polis əməkdaşları onu döyə-döyə Müşfiqin yerini soruşmuşlar. Polis əməkdaşları tərəfindən həm psixi, həm də fiziki təzyiqlərə məruz qalmış, bunun nəticəsində ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyə məcbur olmuş və ona təqdim olunmuş sənədi imzalamışdır. Həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məsələyə baxılarkən özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmiş, həmin məhkəmənin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərarında verilmiş ittiham üzrə özünü təqsirli bilməsi, artıq üçüncü dəfədir ki, narkotik vasitələri satış məqsədi ilə əldə etməsi qeyd edilsə də, o məhkəmədə bu məzmunda ifadə verməyib. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, 17 yaşından narkotik vasitə olan marixuanadan bəzən hər gün, bəzən isə bir həftədən bir olmaqla istifadə edir. O, heç vaxt narkotik vasitələrin daşınması və çatdırılması ilə məşğul olmayıb. Polis əməkdaşları tərəfindən tutulan kimi dərhal mobil telefonu əlindən alınıb. Sonuncular onları polis idarəsinə apararkən ayrı maşınlara mindirmişlər. Polis əməkdaşları tərəfindən həm psixi, həm də fiziki təzyiqlərə məruz qalıb. Evdə videoçəkiliş aparılan zaman, həmçinin polis bölməsində olarkən vəkilin iştirakı olmayıb, sonuncu polis bölməsinə sonradan gəlib. Əvvəllər də Müşfiqin evindən narkotik vasitələr götürüb. O, əldə etdikləri narkotik vasitənin müqabilində sonuncunun kartına 200 manat pul göndərəcəkdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 29 mart 2024-cü il tarixdə o və 5-6 ildir dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 şəxsi istifadələri məqsədi ilə narkotik vasitə almaq üçün “Bariqa” kimi tanıdığı və həbs olunduğu günə qədər üzünü cəmi iki dəfə gördüyü “Müşfiq” adlı şəxsin Bakı şəhəri, Sabunçu qəsəbəsi ərazisində yerləşən evinə getmişdilər. Həmin gün narkotik vasitəni götürəcəkləri “Müşfiq” adlı şəxs evdə olmamışdır. Buna görə də İbrahim sonuncuya zəng etmiş və Müşfiq isə evin açarının olduğu yerini onlara demişdir. Onlar açarı tapıb evə daxil olmuş, Müşfiq narkotik vasitənin saxlandığı yeri onlara izah etmişdir. Müşfiqin həyətində sonuncunun daşın altına qoymuş olduğu 25 qram narkotik vasitəni götürərək cibinə qoymuş, bundan sonra evdən çıxıb “Bolt” proqramı vasitəsilə taksi sifariş etmişlər. Onlar həmçinin əldə etdikləri narkotik vasitənin müqabilində sonuncunun kartına 200 manat pul da göndərmişlər. Taksi ilə hərəkətdə olan zaman polis əməkdaşları onları saxlayaraq əvvəlcə Müşfiqin evinə, oradan isə polis bölməsinə aparmışdır. Polis əməkdaşları tərəfindən həm psixi, həm də fiziki təzyiqlərə məruz qalıb, bunun nəticəsində ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyə məcbur olub. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, ittihamdakı qeyd edilən miqdarda narkotik vasitə Müşfiqin evindən aşkar olunmuşdur, lakin onların bununla heç bir əlaqələri yoxdur. Marixuanadan başqa heç bir narkotik vasitədən istifadə etməyib. Narkotik vasitədən ayda 2-3 dəfə istifadə edir. Özü musiqiçidir və aylıq gəliri 800 manat təşkil edir. Nə o, nə də İbrahim narkotik vasitələrin daşınması və çatdırılması ilə məşğul olub. Evdə videoçəkiliş aparılan zaman vəkilin iştirakı olmayıb. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4-1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onların təqsiri özlərinin qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin CAŞın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, tanıdığı, etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhər Sabunçu rayonu sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə edir, üzərində saxlayır, daşıyır və satışı ilə məşğuldurlar. Daxil olmuş əməliyyat məlumatını rəhbərliyə məruzə etdikdən sonra əvvəlcədən dəqiqləşdirilmiş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə axşam saatlarında, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu rayonu Ramana Sovxoz qəsəbəsi E.Məhərrəmli küçəsində tərəflərindən saxlanılmış və Bakı şəhəri Sabunçu rayonu 12-ci PŞ-yə və ya Sabunçu Rayon Polis İdarəsinə gətirilmişlər. Polis Şöbəsində şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı təhqiqatçı Elvar Quliyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli parça gödəkçəsinin sol yan cibindən sayı dəqiq yadımda qalmayan narkotik vasitələri, sağ yan cibindən isə bir ədəd mobil telefon aparatını, qara rəngli dəri materialdan olan pul kisəsini, qəpik pul və açarları çıxarıb təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 əynində maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və maddə aşkar edilmədi. Qara rəngli pul kisəsinə və 30 manat 80 qəpik nağd pul vəsaitinə baxış keçirildikdən sonra maddi sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarıldı. Təqdim etdiyi 01 ədəd mobil telefon aparatına baxış keçirilən zaman sonuncunun yaşıl rəngli “Redmi” markalı olması müəyyən edildi. Təqsirləndirilən şəxs1 qeyd olunan mobil telefon aparatının və üzərində olan ***-***-**-** və ***-***-**-** GSM nömrələrinin ona məxsus olmasını və öz istifadəsində olduğunu bildirdi. Pul kisəsindən Təqsirləndirilən şəxs1 məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi, Kapital Banka məxsus olmaqla Təqsirləndirilən şəxs1 istifadəsində olan bir ədəd nömrəsi silinmiş üzərində Təqsirləndirilən şəxs1 sözləri yazılmış, bir ədəd 5239-1517- 3723-2218 nömrəli və bir ədəd 4169-7388-3919-1263 nömrəli birbank kartları aşkar olunaraq götürüldü. Təqsirləndirilən şəxs1 həmin bank kartlarını ödənişlərdə istifadə etdiyini, təqdim etdiyi açarların isə kirayədə yaşadığı Sabunçu rayonu, Sovxoz Ramana qəsəbəsində yerləşən, nömrəsiz fərdi yaşayış evinin açarlarının olduğunu bildirdi. Təqsirləndirilən şəxs1 qeyd etdi ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitədən əlavə yaşadığı Sabunçu rayonu, Ramana Sovxoz qəsəbəsindəki fərdi yaşayış evində eyni növ narkotik vasitə saxlayır və mənzilinə baxış keçirilməsinə hər hansı etirazı yoxdur. Aşkar olunmuş maddələr bir ədəd kağız zərfdə qablaşdırılaraq götürüldü. Həmçinin Təqsirləndirilən şəxs1 təqdim etdiyi özünə məxsus şəxsiyyət vəsiqəsi, 03 ədəd bank kartları və mobil telefon aparatı maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün tərəfimdən götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı üzərində “Levis” sözü yazılmış polieliten torbanı, həmçinin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd mobil telefon aparatı və qara rəngli dəri materialdan olan gödəkçəsinin sağ yan cibindən bir qutu “Kent 8” markalı siqaret, bir ədəd yaşıl və bir ədəd qara rəngli alışqanları, üzərində “OCB Premium Slims” sözləri yazılmış içərisində şəffaf rəngli kağız, parçaları olan qutunu masanın üzərinə qoyaraq təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 əynində maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və maddə aşkar edilmədi. Təqdim etdiyi 01 ədəd mobil telefon aparatına baxış keçirilən zaman onun qara rəngli, "Samsung A 30" markalı olması müəyyən edildi. Təqsirləndirilən şəxs2 qeyd olunan mobil telefon aparatının və içərisində olan ***-***-**-** GSM nömrəsinin ona məxsus olması və öz istifadəsində olduğunu bildirdi. Təqsirləndirilən şəxs1 dedikləri ilə tam razı olduğunu qeyd edərək sonuncu ilə birlikdə kirayədə yaşadığı evdə eyni tərkibli narkotik vasitə saxladığını etiraf etdi. “Kent 8” markalı siqaret və 02 ədəd alışqan heç bir maddi sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs2 qaytarıldı, “OCB Premium Slims” sözləri yazılmış içərisində şəffaf rəngli kağız parçaları olan qutu və ona məxsus mobil telefon aparatı maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürüldü. Aşkar olunmuş maddələr, üzərində “Levis” sözü yazılmış polietilen torbada qablaşdırılaraq götürüldü. Həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südüçülük sovxozu ərazisində yerləşən ünvansız yaşayış mənzilinə getdik. Orada mənzilə baxış və götürmə aparılmasından əvvəl təhqiqatçı Elvar Quliyev Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək kirayə yaşadıqları mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 fərdi yaşayış evinin həyətyanı sahəsində saxladığı qara rəngli polietilen torbanı və Təqsirləndirilən şəxs2 həmin həyətdə saxladığı qarışıq rəngləri olan polietilen torbanı göstərərk içərilərində narkotik vasitələr olduğunu bildirdilər. Mənzilə baxış davam etdirilərkən evdən və həyətyanı sahədən qanunla dövriyyəsi qadağan edilmiş əlavə hər hansı əşya və maddə aşkar edilməsə də qonaq otağındakı masanın üzərindən aşkar edilmiş narıncı rəngdə olan yapışqan kağız rulon maddi sübut əhəmiyyəti kəsb edə biləcəyindən tərəflərindən götürüldü. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsləri yaşadıqları evin yaxınlığında, axşam saatlarında tutublar. Bu zaman sonuncular özləri evdə narkotik vasitə saxladıqlarını və narktik vasitələrin çatdırılmasına görə pul aldıqlarını etiraf etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman o da iştirak edib, orada vəkil olmayıb. Əvvəlcə təqsirləndirilən şəxslərin üzərinə, sonra isə yaşadıqları evə baxış keçirilmişdir. Aşkar olunmuş bükümlərin sayı dəqiq yadında deyil. Təqsirləndirilən şəxslərə qarşı fiziki və psixi təzyiq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 ifadəsindən göstərmişdir ki, etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhər Sabunçu rayonu sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə edir, üzərində saxlayır, daşıyır və satışı ilə məşğuldurlar. Daxil olmuş əməliyyat məlumatını rəhbərliyə məruzə etdikdən sonra əvvəlcədən dəqiqləşdirilmiş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 20:00-21:00 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu rayonu Ramana Sovxoz qəsəbəsi E.Məhərrəmli küçəsində tərəflərindən saxlanılmış və Bakı şəhəri Sabunçu rayonu 12-ci PŞ-yə gətirilmişlər. Polis Şöbəsində şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı təhqiqatçı Elvar Quliyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli parça gödəkçəsinin sol yan cibindən ümumilikdə 05 ədəd büküm, sağ yan cibindən isə bir ədəd mobil telefon aparatını, qara rəngli dəri materialdan olan pul kisəsini, qəpik pul və açarları çıxarıb təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 əynində maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və maddə aşkar edilmədi. Qara rəngli pul kisəsinə və 30 manat 80 qəpik nağd pul vəsaitinə baxış keçirildikdən sonra maddi sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarıldı. Təqdim etdiyi 01 ədəd mobil telefon aparatına baxış keçirilən zaman onun yaşıl rəngli Redmıi markalı olması müəyyən edildi. Təqsirləndirilən şəxs1 qeyd olunan mobil telefon aparatının və üzərində olan ***-***-**-** və ***-***-**-** GSM nömrələrinin ona məxsus olmasını və öz istifadəsində olduğunu bildirdi. Pul kisəsindən Təqsirləndirilən şəxs1 məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi, Kapital Banka məxsus olmaqla Təqsirləndirilən şəxs1 istifadəsində olan bir ədəd nömrəsi silinmiş üzərində Təqsirləndirilən şəxs1 sözləri yazılmış, bir ədəd 5239-1517-3723-2218 nömrəli və bir ədəd 4169-7388-3919-1263 nömrəli birbank kartları aşkar olunaraq götürüldü. Təqsirləndirilən şəxs1 həmin bank kartlarını ödənişlərdə istifadə etdiyini, təqdim etdiyi açarların isə kirayədə yaşadığı Sabunçu rayonu, Sovxoz Ramana qəsəbəsində yerləşən, nömrəsiz fərdi yaşayış evinin açarlarının olduğunu bildirdi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi üzərində “3 M 40” yazısı olan büküm açılarkən, üzərində “Methadone 40” yazısı olan, hər vərəqində 10 ədəd həblər olmaqla ümumilikdə 03 vərəq, yəni 30 ədəd həblər aşkar olundu. Bundan başqa içərisində ağ rəngli kristalşəkilli maddələr olan, üzərində “10 P” yazısı olan şəffaf rəngli sellofan, 03 ədəd “5P, 6P və 8P” yazıları olan qara rəngli sellofan bükümlər aşkar olundu. Təqsirləndirilən şəxs1 həmin rəqəmlərin narkotik vasitələrin çəkisini, “P” hərfinin isə “patı” kimi tanıdığı narkotik vasitənin adı olaraq işarə etdiyini, “M40” yazısının isə narkotik vasitə metadon olduğunu qeyd etdi. Təqsirləndirilən şəxs1 qeyd etdi ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitədən əlavə yaşadığı Sabunçu rayonu, Ramana Sovxoz qəsəbəsindəki fərdi yaşayış evində eyni növ narkotik vasitə saxlayır və mənzilinə baxış keçirilməsinə hər hansı etirazı yoxdur. Aşkar olunmuş maddələr bir ədəd kağız zərfdə qablaşdırılaraq götürüldü. Həmçinin Təqsirləndirilən şəxs1 təqdim etdiyi özünə məxsus şəxsiyyət vəsiqəsi, 03 ədəd bank kartları və mobil telefon aparatı maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün tərəfimdən götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı üzərində “Levis” sözü yazılmış polieliten torbanı, həmçinin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd mobil telefon aparatı və qara rəngli dəri materialdan olan gödəkçəsinin sağ yan cibindən bir qutu “Kent 8” markalı siqaret, bir ədəd yaşıl və bir ədəd qara rəngli alışqanları, üzərində “OCB Premium Slims” sözləri yazılmış içərisində şəffaf rəngli kağız, parçaları olan qutunu masanın üzərinə qoyaraq təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 əynində maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və maddə aşkar edilmədi. Təqdim etdiyi 01 ədəd mobil telefon aparatına baxış keçirilən zaman onun qara rəngli, "Samsung A 30" markalı olması müəyyən edildi. Təqsirləndirilən şəxs2 qeyd olunan mobil telefon aparatının və içərisində olan ***-***-**-** GSM nömrəsinin ona məxsus olması və öz istifadəsində olduğunu bildirdi. Təqdim etdiyi polieliten torbada çətənə kolu kimi tanıdığı narkotik vasitə olduğunu bildirdi. Polietilen torba açılarkən içərisindən ümumilikdə 12 ədəd büküm aşkarlandı. Həmin bükümlərdən bir neçəsi açılarkən içərisində yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik olan maddələr olması müəyyən edildi. Təqsirləndirilən şəxs2 bildirdi ki, 12 ədəd bükümün hamısında eyni tərkibli maddələr vardır. Həmin bükümlərin üzərində “50, 30, 50, 40, 25, 10, 100, 50, 100, 20, 15” rəqəmlərin yazılması müəyyən edildi və Təqsirləndirilən şəxs2 həmin rəqəmlərin bükümlərdəki çəkilərin qramlarının göstərici olduğunu bildirdi. Təqsirləndirilən şəxs1 dedikləri ilə tam razı olduğunu qeyd edərək sonuncu ilə birlikdə kirayədə yaşadığı evdə eyni tərkibli narkotik vasitə saxladığını etiraf etdi. “Kent 8” markalı siqaret və 02 ədəd alışqan heç bir maddi sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs2 qaytarıldı, “OCB Premium Slims” sözləri yazılmış içərisində şəffaf rəngli kağız parçaları olan qutu və ona məxsus mobil telefon aparatı maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürüldü. Aşkar olunmuş maddələr, üzərində “Levis” sözü yazılmış polietilen torbada qablaşdırılaraq götürüldü. Həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südüçülük sovxozu ərazisində yerləşən ünvansız yaşayış mənzilinə getdik. Orada mənzilə baxış və götürmə aparılmasından əvvəl təhqiqatçı Elvar Quliyev Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək kirayə yaşadıqları mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 fərdi yaşayış evinin həyətyanı sahəsində saxladığı qara rəngli polietilen torbanı və Təqsirləndirilən şəxs2 həmin həyətdə saxladığı qarışıq rəngləri olan polietilen torbanı göstərərək içərilərində narkotik vasitələr olduğunu bildirdilər. Mənzilə baxış davam etdirilərkən evdən və həyətyanı sahədən qanunla dövriyyəsi qadağan edilmiş əlavə hər hansı əşya və maddə aşkar edilməsə də qonaq otağındakı masanın üzərindən aşkar edilmiş narıncı rəngdə olan yapışqan kağız rulon maddi sübut əhəmiyyəti kəsb edə biləcəyindən tərəflərindən götürüldü. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli polietilen torba qonaq otağındakı masanın üzərində açılarkən içərisindən bir ədəd qara rəngli istifadə edilmiş, “X6 Mini” sözləri yazılmış elektron tərəzi, üzərində “Methadone 40” yazısı olan, hər vərəqində 10 ədəd həblər olmaqla ümumilikdə 56 vərəq, yəni 560 ədəd həblər, içərisində ağ rəngli kristalşəkilli maddələr olan 01 ədəd üzərində “5P” yazısı olan qara rəngli büküm, 03 ədəd şəffaf rəngli bükümlər və 01 ədəd içərisində tünd-qəhvəyi rəngli, plastilin şəklində maddə olan büküm aşkar olundu. Təqsirləndirilən şəxs1 dərman həblərin metadon, plastilin şəkilli maddənin tiryək, ağ rəngli kristalşəkilli maddələrin isə patı kimi tanıdığı narkotik vasitə olduğumu bildirdi. Aşkar olunmuş maddələr, narıncı rəngli yapışqan rulon və elektron tərəzi tərəfimdən bir ədəd qara rəngli polietilen torbada qablaşdırılaraq götürüldü. Təqsirləndirilən şəxs2 təqdim etdiyi qarışıq rəngli polietilen torba qonaq otağındakı masanın üzərində açılarkən içərisindən bir ədəd ağ rəngli istifadə edilmiş, üzərində “SF- 400 Capaciti” sözləri yazılmış elektron tərəzi, birdəfəlik qara rəngli sellofan torbalar və ağ rəngli sellofan torba aşkar edildi. Ağ rəngli sellofan torba açılarkən içərisində ot şəkilli, yaşıl rəngli maddələr aşkar olundu. Aşkar olunmuş maddələr qara rəngli birdəfəlik sellofan və elektron tərəzi tərəflərindən bir ədəd qara rəngli polietilen torbada qablaşdırılaraq götürüldü. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin daşınması, istifadəsi və satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxsləri tutduqdan sonra 12-ci PŞ-nə gətiriblər. Sonuncular narkotik vasitəni İran vətəndaşından aldıqlarını bildirmişdir. “Müşfiq” adlı şəxsi tanımır və sonuncunun adı deyilməyib. Təqsirləndirilən şəxslərə qarşı fiziki və psixi təzyiq olmayıb. Cinayət işinin materiallarında olan 30 mart 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş CD disklərdəki videogörüntülərdən müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli parça gödəkçəsinin sol yan cibindən ümumilikdə 05 ədəd büküm, sağ yan cibindən isə bir ədəd mobil telefon aparatını, qara rəngli dəri materialdan olan pul kisəsini, qəpik pul və açarları çıxarıb təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 əynində maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və maddə aşkar edilmədi. Qara rəngli pul kisəsinə və 30 manat 80 qəpik nağd pul vəsaitinə baxış keçirildikdən sonra maddi sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarıldı. Təqdim etdiyi 01 ədəd mobil telefon aparatına baxış keçirilən zaman onun yaşıl rəngli "Redmi" markalı olması müəyyən edildi. Təqsirləndirilən şəxs1 qeyd olunan mobil telefon aparatının və üzərində olan ***-***-**-** və ***-***-**-** GSM nömrələrinin ona məxsus olmasını və öz istifadəsində olduğunu bildirdi. Pul kisəsindən Təqsirləndirilən şəxs1 məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi, Kapital Banka məxsus olmaqla Təqsirləndirilən şəxs1 istifadəsində olan bir ədəd nömrəsi silinmiş üzərində. Təqsirləndirilən şəxs1 sözləri yazılmış, bir ədəd 5239-1517-3725-2218 nömrəli və bir ədəd 4169-7388-3919-126.3 nömrəli birbank kartları aşkar olunaraq götürüldü. Təqsirləndirilən şəxs1 həmin bank kartlarını ödənişlərdə istifadə etdiyim, təqdim etdiyi açarların isə kirayədə yaşadığı Sabunçu rayonu, Sovxoz Ramana qəsəbəsində yerləşən, nömrəsiz fərdi yaşayış evinin açarlarının olduğunu bildirdi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi üzərində “3M 40” yazısı olan büküm açılarkən, üzərində “Methadone 40” yazısı olan, hər vərəqində 10 ədəd həblər olmaqla ümumilikdə 03 vərəq, yəni 30 ədəd həblər aşkar olundu. Bundan başqa içərisində ağ rəngli kristalşəkilli maddələr olan, üzərində “10P” yazısı olan şəffaf rəngli sellofan, 03 ədəd “5P, 6P və 8P” yazılan olan qara rəngli sellofan bükümlər aşkar olundu. Vət. Təqsirləndirilən şəxs1 həmin rəqəmlərin narkotik vasitələrin çəkisini, “P” hərfinin isə “patı” kimi tanıdığı narkotik vasitənin adı olaraq işarə etdiyini, “M40” yazısının isə narkotik vasitə metadon olduğunu qeyd edərək “Müşviq” adlı tanışının vasitəsi ilə tanış olduğu “Davud” adlı İran İslam Respublikasının vətəndaşından vatsap vasitəsi ilə göndərilən lokasiyalar üzrə müxtəlif yerlərdən götürüb, daha sonra yaşadığı evdə bölərək müxtəlif ünvana atmaqla, yəni kuryer kimi işləməklə bunun müqabilində Davud adlı şəxsdən gəlir əldə etdiyini bildirdi. “Davud” adlı şəxslə onun üzərindən aşkar olunmuş kartlara ödəniş etməsi qarşılığında işləməsini, onu təxminən 2 həftə bundan qabaq tanış olduğunu və həmin müddət ərzində 3 dəfə belə işlər gördüyünü, bu işin qarşılığında “Davud” adlı şəxs tərəfindən təxminən 900 manat pulu onun istifadəsindəki, üzərində Mr. Təqsirləndirilən şəxs1 yazıları olan karta göndərildiyini, “Davud” adlı şəxsin mobil telefon nömrəsinin onun telefonunda olduğunu bildirdi. Vəl. Təqsirləndirilən şəxs1 qeyd etdi ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitədən əlavə yaşadığı Sabunçu rayonu, Ramana Sovxoz qəsəbəsindəki fərdi yaşayış evində eyni növ narkotik vasitə saxlayır və mənzilinə baxış keçirilməsinə hər hansı etirazı yoxdur. Aşkar olunmuş maddələr bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənərək götürüldü. Həmçinin Təqsirləndirilən şəxs1 təqdim etdiyi öziinə məxsus şəxsiyyət vəsiqəsi, 03 ədəd bank kartları və mobil telefon aparatı maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüldü. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş iizrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı üzərində “Levis” sözü yazılmış polieliten torbanı, həmçinin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd mobil telefon aparatı və qara rəngli dəri materialdan olan gödəkçəsinin sağ yan cibindən bir qutu “Kent 8” markalı siqaret, bir ədəd yaşıl və bir ədəd qara rəngli alışqanları, üzərində “OCB Premium Slims” sözləri yazılmış içərisində şəffaf rəngli kağız parçaları olan qutunu masanın üzərinə qoyaraq təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 əynində maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və maddə aşkar edilmədi. Təqdim etdiyi 01 ədəd mobil telefon aparatına baxış keçirilən zaman onun qara rəngli, “Samsung A30” markalı olması müəyyən edildi. Təqsirləndirilən şəxs2 qeyd olunan mobil telefon aparatının və üzərində olan ***-***-**-** GSM nömrəsinin ona məxsus olması və öz istifadəsində olduğunu bildirdi. Təqdim etdiyi polieliten torbada çətənə kolu kimi tanıdığı narkotik vasitə olduğunu bildirdi. Polietilen torba açılarkən içərisindən ümumilikdə 12 ədəd büküm aşkarlandı. Həmin bükümlərdən bir neçəsi açılarkən içərisində yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik olan maddələr olması müəyyən edildi. Təqsirləndirilən şəxs2 bildirdi ki, 12 ədəd bükümün hamısında eyni tərkibli maddələr vardır. Həmin bükümlərin üzərində “50, 30, 50, 40, 25, 10, 100, 50, 100, 20, 15" rəqəmlərin yazılması müəyyən edildi və Təqsirləndirilən şəxs2 həmin rəqəmlərin bükümlərdəki çəkilərin qramlarının göstərici olduğunu bildirdi. Həmçinin, həmin narkotik vasitəni "Müşviq” adlı tanışının vasitəsi ilə tanış olduğu “Davud” adlı İran İslam Respublikasının vətəndaşından vatsap vasitəsi ilə göndərilən lokasiyalar üzrə müxtəlif yerlərdən götürüb, daha sonra yaşadığı evdə bölərək müxtəlif ünvanlara atmaqla kuryer kimi işləməsini bildirdi. “Davud” adlı şəxsin mobil telefon nömrəsinin onun telefonunda olduğunu qeyd etdi. Təqsirləndirilən şəxs1 dedikləri ilə tam razı olduğunu qeyd edərək sonuncu ilə birlikdə kirayədə yaşadığı evdə eyni tərkibli narkotik vasitə saxladığını etiraf etdi. "Kent 8” markalı siqaret və 02 ədəd alışqan heç bir maddi sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs2 qaytarıldı, “OCB Premium Slims” sözləri yazılmış içərisində şəffaf rəngli kağız parçalan olan qutu və ona məxsus mobil telefon aparatı maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürüldü. Aşkar olunmuş maddələr, üzərində “Levis” sözü yazılmış polietilen torbada qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənərək götürüldü. Cinayət işinin materiallarında olan 30 mart 2024-cü il tarixli “Evə baxış və götürmə aparılması haqqında” protokoldan, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş CD disklərdəki videogörüntülərdən müəyyən olunur ki, mənzilinə baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək kirayə yaşadıqları mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 fərdi yaşayış evinin həyətyanı sahəsində saxladığı qara rəngli polietilen torbanı və X5 həmin həyətdə saxladığı qarışıq rəngləri olan polietilen torbanı göstərərək içərilərində narkotik vasitələr olduğunu bildirdilər. Mənzilə baxış davam etdirilərkən evdən və həyətyanı sahədən qanunla dövriyyəsi qadağan edilmiş əlavə hər hansı əşya və maddə aşkar edilməsə də qonaq otağındakı masanın üzərindən aşkar edilmiş narıncı rəngdə olan yapışqan kağız rulon maddi sübut əhəmiyyəti kəsb edə biləcəyindən tərəfimdən götürüldü. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qara rəngli polietilen torba qonaq otağındakı masanın üzərində açılarkən içərisindən bir ədəd qara rəngli istifadə edilmiş, “X6 Mini” sözləri yazılmış elektron tərəzi, üzərində “Methadone 40” yazısı olan, hər vərəqində 10 ədəd həblər olmaqla ümumilikdə 56 vərəq, yəni 560 ədəd həblər, içərisində ağ rəngli kristalşəkilli maddələr olan 01 ədəd üzərində “5P” yazısı olan qara rəngli büküm, 03 ədəd şəffaf rəngli bükümlər və 01 ədəd içərisində tünd-qəhvəyi rəngli, plastilin şəklində maddə olan büküm aşkar olundu. Təqsirləndirilən şəxs1 dərman həblərin metadon, plastilin şəkilli maddənin tiryək, ağ rəngli kristalşəkilli maddələrin isə patı kimi tanıdığı narkotik vasitə olduğumu bildirdi. O, 02 gün öncə həmin maddələri “Davud” adlı İran İslam Respublikasının vətəndaşının konumla göndərdiyi ünvandan əldə etdiyini, daha sonra yaşadığı evə gətirib xırda bükümlərə bölməklə başqa ünvanlarda yerləşdirməsi və əvəzində “Davud” adlı şəxsin ona qazanc verdiyini bildirdi. Aşkar olunmuş maddələr, narıncı rəngli yapışqan rulon və elektron tərəzi bir ədəd qara rəngli polietilen torbada qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zəlilər üçün” 159 saylı möhürü ilə möhürlənməklə götürüldü. Təqsirləndirilən şəxs2 təqdim etdiyi qarışıq rəngli polietilen torba qonaq otağındakı masanın üzərində açılarkən içərisindən bir ədəd ağ rəngli istifadə edilmiş, üzərində “SF-400 Capaciti” sözləri yazılmış elektron tərəzi, birdəfəlik qara rəngli sellofan torbalar və ağ rəngli sellofan torba aşkar edildi. Ağ rəngli sellofan torba açılarkən içərisində ot şəkilli, yaşıl rəngli maddələr aşkar olundu. Həmin maddənin çətənə kolu kimi tanıdığı maddə olması, “Davud” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və bunun müqabilində sonuncunun onun kart hesabına 250 manat pul göndərdiyini bildirdi. Aşkar olunmuş maddələr, qara rəngli birdəfəlik sellofan və elektron tərəzi bir ədəd qara rəngli polietilen torbada qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənməklə götürüldü. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 31 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1752 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar ...” yazısı və imzalar olan kağız paketdəki 4 (dörd) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,326 qram. 5,913 qram, 4,746 qram, 9,446 qram, ümumi təmiz çəkisi 27,431 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi ...” yazısı və imzalar qeyd edilmiş bir ədəd qara rəngli polietilen torbadakı 4 (dörd) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,467 qram, 39,890 qram, 250 qram, 170 qram, ümumi təmiz çəkisi 464,357 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 99, 593 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Təqdim edilmiş üzərində “Methadone 40” göstəricisi olan ümumilikdə 60 ədəd konvalyutda 600 ədəd üzərində “F/M40” göstəricisi olan qəhvəyi rəngli dərman həblərinin tərkibində metadonun təsir maddəsinin miqdarı 24 qram təşkil edir (üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qram). Təqdim olunmuş 8 (səkkiz) ədəd sellofan bükümdə olan metamfetaminin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim edilmiş 1 (bir) ədəd qara rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün və maddə nümunələri ilə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 31 mart 2024-cü il tarixli, 3-16-16-2-7/511 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən ...” yazısı və imzalar olan politelien bağlamadakı 12 (on iki) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz, çəkiləri 19,11 qram, 14,11 qram, 49,10 qram, 38,44 qram, 96,78 qram, 10,19 qram, 100 qram, 65,98 qram, 47,84 qram, 48,21 qram, 24,35 qram, 27,80 qram və ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs2 təqdim etdiyi ...” yazısı və imzalar olan politelien bağlamadakı 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 265 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 806,91 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin politelien bağlamada karton qutuda olan 01 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2024-cü il tarixli, 2269 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostiumulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2024-cü il tarixli 2270 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostiumulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 08 aprel 2024-cü il tarixli, 964 nömrəli rəyindən məlum olur ki, yoxlanılan Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına diişmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işi materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 08 aprel 2024-cü il tarixli, 965 nömrəli rəyindən məlum olur ki, yoxlanılan Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Məhkəmə hesab edir ki, üzərilərində sadəcə 25 qram narkotik vasitə marixuana olması, evdən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələrin “Müşfiq” adlı şəxsə məxsus olması, polis əməkdaşları tərəfindən onlara fiziki və psixi təsirlərin tətbiq edilməsi barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özülərini müdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, iş materiallarından 30 mart 2024-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə, eləcə də, evdə axtarış keçirilərkən aşkar edilmiş, qablaşdırılıb üzəri imzalanaraq möhürlənmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar ...” yazısı və imzalar olan kağız paketdəki 4 (dörd) ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 7,326 qram. 5,913 qram, 4,746 qram, 9,446 qram, ümumi təmiz çəkisi 27,431 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi ...” yazısı və imzalar qeyd edilmiş bir ədəd qara rəngli polietilen torbadakı 4 (dörd) ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 4,467 qram, 39,890 qram, 250 qram, 170 qram, ümumi təmiz çəkisi 464,357 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 99, 593 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək, üzərində “Methadone 40” göstəricisi olan ümumilikdə 60 ədəd konvalyutda 600 ədəd üzərində “F/M40” göstəricisi olan qəhvəyi rəngli dərman həblərinin tərkibində metadonun təsir maddəsinin miqdarı 24 qram təşkil edir etməsi, həmçinin, üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən ...” yazısı və imzalar olan politelien bağlamadakı 12 (on iki) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz, çəkiləri 19,11 qram, 14,11 qram, 49,10 qram, 38,44 qram, 96,78 qram, 10,19 qram, 100 qram, 65,98 qram, 47,84 qram, 48,21 qram, 24,35 qram, 27,80 qram və ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs2 təqdim etdiyi ...” yazısı və imzalar olan politelien bağlamadakı 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 265 qram olan bitki mənşəli kütlələrin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasının məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı məktub və ona əlavə edilmiş tibbi kitabçaların surətlərindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı saxlandığı kamerada həşarətin sancması nəticəsində sol pəncəsində şişkinliyin əmələ gəlməsini bildirmişdir. Bədəninə baxış keçirən zaman sol pəncənin tromboflebiti və fleqmonası aşkar edilmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 Sadıq oğlu xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı xəsarət almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sol əlin İİİ barmağın ovuc səthində köhnə çapıq toxumaları aşkar edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə iclasında vermiş olduğu ifadəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məsələyə baxılarkən özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməməsi, həmin məhkəmənin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərarında verilmiş ittiham üzrə özünü təqsirli bilməsi, artıq üçüncü dəfədir ki, narkotik vasitələri satış məqsədi ilə əldə etməsi qeyd edilsə də, məhkəmədə belə bir məzmunda ifadə verməməsini bildirsə də, məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən əldə olunmuş 01 aprel 2024-cü tarixdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbirinin seçilməsi barədə məsələyə baxılarkən keçirilmiş məhkəmə iclasının audio-video yazısına dair videoqeydə baxış keçirilərkən müəyyən olunmuşdur ki, sonuncu məhkəmədə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, artıq 2-3-cü dəfədir narkotik vasitələrin satışını həyata keçirdiyini və gördüyü işdən narkotik vasitələrin hər 100 qramına görə 100 manat qazanc əldə etdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, şübhəli şəxs qismində tutulmazdan təxminən, 2 həftə müddət olmuşdur ki, tanışı “Müşfiq” adlı şəxsin vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan “Davud” adlı şəxslə tanış olmuşdur. Davudun lokasiya üzrə göndərdikləri yerlərdən narkotik vasitələri əsgər yoldaşı Əfsunla birlikdə götürüb yaşadıqları evdə bükümlərə böldükdən sonra müxtəlif ünvanlarda alıcılar üçün gizlədirmişlər və bunun müqabilində Davud onun kart hesablarına müəyyən məbləğlər köçürürdü. xx.xx.2024-cii il tarixdə saat 21:45-də Əfsunla Davudun göndərdikləri narkotik vasitələri yaşadıqları evdə bükümlərə bölüb ünvanlara çatdırmaq üçün evdən çıxmışlar və Bakı şəhəri Sabunçu rayonu Ramana Sovxoz qəsəbəsi, L.Məhərrəmli küçəsi ilə piyada hərəkətdə olan zaman tanımadıqları iki nəfər polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman polis əməkdaşları onları saxlayıb ad, soyadını və üzərlərində narkotik vasitə olub-olmadığını soruşmuşdurlar. Onlar polis işçilərinin suallarından yayınmaq istəyərkən polislər onları saxlayıb Bakı şəhəri Sabunçu RPİ-yə gətirmişlər. Polis idarəsində üzərilərinə baxış keçirilərkən onlara üzərilərində olan əşyaları təqdim etməklərini bildirdikdə o, əynində olan qara rəngli parça gödəkçənin sol yan cibindən 05 ədəd büküm, sağ yan cibindən isə bir ədəd mobil telefon aparatını təqdim etmişdir. Təqdim etdiyi pul kisəsindən ona məxsus şəxsiyyət vəsiqəsi, “Kapital Bank”a məxsus olmaqla istifadəsində olan 03 ədəd birbank kartları aşkar olunaraq götürülmüşdür. Həmin bank kartlarını ödənişlərdə istifadə etdiyini, təqdim etdiyi açarların isə kirayədə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana qəsəbəsində yerləşən, nömrəsiz fərdi yaşayış evinin açarlarının olduğunu bildirmişdir. Təqdim etdiyi üzərində “Methadone 40” yazısı olan 30 ədəd həblər aşkar olunmuşdur. Bundan başqa içərisində ağ rəngli kristalşəkilli maddələr olan, 04 ədəd sellofan bükümlər aşkar olunmuşdur. Aşkar olunmuş maddələr bir ədəd kağız zərfdə qablaşdırıldıqdan sonra Əfsuna qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, sağ əlində saxladığı üzərində “Levis” sözü yazılmış polieliten torbanı, həmçinin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd mobil telefon aparatını masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi polieliten torbada çətənə kolu kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Polietilen torba açılarkən içərisindən ümumilikdə 12 ədəd büküm aşkarlanmışdır. Həmin bükümlərdən bir neçəsi açılarkən içərisində yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik olan maddələr olması müəyyən edilmişdir. O, bildirmişdir ki, 12 ədəd bükümün hamısında eyni tərkibli maddələr vardır. Həmin narkotik vasitəni “Müşfiq” adlı tanışının vasitəsi ilə tanış olduğu “Davud” adlı İran İslam Respublikasının vətəndaşından vatsap vasitəsi ilə göndərilən lokasiyalar üzrə müxtəlif yerlərdən götürüb, daha sonra yaşadığı evdə bölərək müxtəlif ünvanlara atmaqla kuryer kimi işləməyini bildirmişdir. Aşkar olunmuş maddələr, üzərində “Levis” sözləri yazılmış polietilen torbada qablaşdırılmışdır. Şəxsi axtarış zamanı həmin növ narkotik vasitələrin yaşadıqları evdə də saxladıqlarını etiraf etdiklərinə görə polis əməkdaşları ilə birlikdə yaşadıqları evin qarşısına gəlmişlər. Orada o və Əfsun yaşadıqları evə baxış keçirilməsinə dair heç bir etirazının olmaması ilə bağlı ərizə ilə müraciət etdikdən sonra qapını açıb həyətə daxil olmuşlar və hər ikisi həyətdə saxladıqları torbaları polis əməkdaşlarına təqdim etmişlər. Həmin torbalardan biri Ofsuna, digəri isə ona məxsus idi. Ona məxsus torba açılarkən içərisindən 56 vərəq, yəni 560 ədəd həblər olan metadon dərman preparatı, içərisində patı olan 04 ədəd büküm, içərisində tiryək olan 01 ədəd büküm və elektron tərəzi aşkar edilmişdir. Daha sonra Əfsuna məxsus polietilen torba qonaq otağındakı masanın üzərində açılarkən içərisindən bir ədəd ağ rəngli istifadə edilmiş, üzərində “SF-400 Capaciti” sözləri yazılmış elektron tərəzi, birdəfəlik qara rəngli sellofan torbalar və ağ rəngli sellofan torba aşkar edilmişdir. Ağ rəngli sellofan torba açılarkən içərisində ot şəkilli, yaşıl rəngli maddələr aşkar olunmuşdur. Həmin maddənin çətənə kolu kimi tanıdığı maddə olması, konum olaraq Davud adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və bunun müqabilində sonuncunun onun kart hesabına 250 manat pul göndərdiyini bildirmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, şübhəli şəxs qismində tutulmazdan təxminən, 1 həftə müddət olmuşdur ki, əsgər yoldaşı İbrahimin və ibrahimin tanışı “Müşfiq” adlı şəxsin vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan “Davud” adlı şəxslə tanış olmuşdur. Davudun lokasiya üzrə göndərdikləri yerlərdən narkotik vasitələri əsgər yoldaşı İbrahimlə birlikdə götürüb yaşadıqları evdə bükümlərə böldükdən sonra müxtəlif ünvanlarda alıcılar üçün gizlədirmişlər və bunun müqabilində Davud onların kart hesabına müəyyən məbləğlər köçürürdü. xx.xx.2024-cii il tarixdə saat 21:45-də Əfsunla Davudun göndərdikləri narkotik vasitələri yaşadıqları evdə bükümlərə bölüb ünvanlara çatdırmaq üçün evdən çıxmışlar və Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxoz qəsəbəsi, E.Məhərrəmli küçəsi ilə piyada hərəkətdə olan zaman tanımadıqları iki nəfər polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman polis əməkdaşları onları saxlayıb ad, soyadını və üzərilərində narkotik vasitə olub-olmadığını soruşmuşdular. Onlar polis işçilərinin suallarından yayınmaq istəyərkən polislər onları saxlayıb Bakı şəhəri Sabunçu RPİ-yə gətirmişdirlər. Polis idarəsində üzərlərinə baxış keçirilərkən onlara üzərlərində olan əşyaları təqdim etməklərini bildirdikdə o, əynində olan qara rəngli parça gödəkçəsinin sol yan cibindən 05 ədəd büküm, sağ yan cibindən isə bir ədəd mobil telefon aparatını təqdim etmişdir. Təqdim etdiyi pul kisəsindən ona məxsus şəxsiyyət vəsiqəsi, “Kapital Bank”a məxsus olmaqla istifadəsində olan 03 ədəd birbank kartları aşkar olunaraq götürülmüşdür. Həmin bank kartlarını ödənişlərdə istifadə etdiyini, təqdim etdiyim açarların isə kirayədə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana qəsəbəsində yerləşən, nömrəsi, fərdi yaşayış evinin açarlarının olduğunu bildirmişdir. Təqdim etdiyi üzərində “Methadone 40” yazısı olan 30 ədəd həblər aşkar olunmuşdur. Bundan başqa içərisində ağ rəngli kristalşəkilli maddələr olan 04 ədəd sellofan bükümlər aşkar olunmuşdur. Aşkar olunmuş maddələr bir ədəd kağız, zərfdə qablaşdırıldıqdan sonra Əfsuna qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, sağ əlində saxladığı üzərində “Levis” sözü yazılmış polieliten torbam, həmçinin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd mobil telefon aparatım masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi polieliten torbada çətənə kolu kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Polietilen torba açılarkən içərisindən ümumilikdə 12 ədəd büküm aşkarlanmışdır. Həmin bükümlərdən bir neçəsi açılarkən içərisində yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik olan maddələr olması müəyyən edilmişdir. O, bildirmişdir ki, 12 ədəd bükümün hamısında eyni tərkibli maddələr vardır. Həmin narkotik vasitəni “Müşfiq” adlı tanışının vasitəsi ilə tanış olduğu “Davud” adlı İran İslam Respublikasının vətəndaşından vatsap vasitəsi ilə göndərilən lokasiyalar üzrə müxtəlif yerlərdən götürüb daha sonra yaşadığı evdə bölərək müxtəlif ünvanlara atmaqla kuryer kimi işləməyini bildirmişdir. Aşkar olunmuş maddələr, üzərində “Levis” sözü yazılmış polietilen torbada qablaşdırılmışdır. Şəxsi axtarış zamanı həmin növ narkotik vasitələrin yaşadıqları evdə də saxladıqları etiraf etdiklərinə görə polis əməkdaşları ilə birlikdə yaşadıqları evin qarşısına gəlmişlər. Orada o, və Əfsun yaşadıqları evə baxış keçirilməsinə dair heç bir etirazlarının olmaması ilə bağlı ərizə ilə müraciət etdikdən sonra qapını açıb həyətə daxil olmuşlar və hər ikisi həyətdə saxladıqları torbaları polis əməkdaşlarına təqdim elmişlər. Həmin torbalardan biri İbrahimə, digəri isə ona məxsus idi. İbrahimə məxsus torba açılarkən içərisindən 56 vərəq, yəni 560 ədəd həblər olan metadon dərman preparatı, içərisində patı, yəni metamfetamin olan 04 ədəd büküm, içərisində tiryək olan 01 ədəd büküm və elektron tərəzi aşkar edilmişdir. Daha sonra ona məxsus polietilen torba qonaq otağındakı masanın üzərində açılarkən içərisindən bir ədəd ağ rəngli istifadə edilmiş, üzərində “SF- 400 Capaciti” sözləri yazılmış elektron tərəzi, birdəfəlik qara rəngli sellofan torbalar və ağ rəngli sellofan torba aşkar edilmişdir. Ağ rəngli sellofan torba açılarkən içərisində ot şəkilli, yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Həmin maddənin çətənə kolu kimi tanıdığı maddə olması, konum olaraq Davud adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və bunun müqabilində sonuncunun onun kart hesabına 250 manat pul göndərdiyini bildirmişdir. Aşkar olunmuş maddələr qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən psixotrop maddə metamfetamin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda külli miqdarda, 400 qram olduqda xüsusilə külli miqdarda psixotrop maddə metadonun kütləsi 0,02 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 1,6 qram olduqda külli miqdarda hesab olunur. Həmçinin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram, narkotik vasitə olan tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 50 qramdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, sonuncuların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən təqsirləndirilən şəxsləri səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın sonuncuların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onlar barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 30 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-185/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 30 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(005)-182/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 mart 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və sonuncular ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan 491,388 qram psixotrop maddə metamfetamin, 99,543 qram narkotik vasitə tiryək, 575 ədəd “Methadone 40” həbi və 806,21 qram narkotik vasitə marixuana və 02 (iki) ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 01 (bir) ədəd “Redmi Not 9 Pro” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs1 və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd “Samsung” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs2 və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 59 (əlli doqquz) iş saatı üçün 354 (üç yüz əlli dörd) manat məbləğində vəsait Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 36 (otuz altı) iş saatı üçün 216 (iki yüz on altı) manat məbləğində vəsait Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan 491,388 qram psixotrop maddə metamfetamin, 99,543 qram narkotik vasitə tiryək, 575 ədəd “Methadone 40” həbi, 806,21 qram narkotik vasitə marixuana və 02 (iki) ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 01 (bir) ədəd “Redmi Not 9 Pro” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs1 və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd “Samsung” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs2 və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 59 (əlli doqquz) iş saatı üçün 354 (üç yüz əlli dörd) manat məbləğində vəsait Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 36 (otuz altı) iş saatı üçün 216 (iki yüz on altı) manat məbləğində vəsait Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-324/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-324/2025
28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver