Məhkəmə qərarları › İş №1(101)-325/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-325/2020

18.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-325/2020 18.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Meliorator qəsəbəsi, ev 11, mənzil 11 ünvanında qeydiyyatda olan, 04 sentyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 sentyabr 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 134 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs digər şəxsi hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmiş, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanların iradəsinə zidd olaraq mənzilə daxil olmaqla mənzil toxunulmazlığını pozmuş, xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, iki şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 avqust 2019-cu il tarixdə baldızı Zərərçəkmiş şəxs2 məxsus olmaqla Binəqədi rayonu, Binəqədi şossesi, döngə 4 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan arvadı Zərərçəkmiş şəxs1 ondan boşanacağı halda öldürəcəyini bildirib, əlindəki bıçağı sonuncunun boğazına dirəyərək icra ediləcəyi üçün real əsaslar olmaqla onu öldürməklə hədələmişdir. Bundan başqa, o, 2009-cu ildə faktiki ailə qurmaqla 2013-cü ildə nikahlarını rəsmiləşdirdiyi arvadı Zərərçəkmiş şəxs1 nikahın pozulması üçün Kürdəmir rayon məhkəməsinə iddia ərizəsi verməsində, eləcə də başqa kişilərlə münasibətinin olmasında baldızı Zərərçəkmiş şəxs2 səbəbkar olmasını düşünərək, hər ikisindən qisas alıb öldürmək qərarına gəlib, 02 sentyabr 2019-cu il tarixdə saat 20 radələrində arvadı Zərərçəkmiş şəxs1 baldızı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşadığı, sonuncuya məxsus olub Binəqədi rayonu, Binəqədi şossesi, döngə 4 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə gələrək, sonuncuların həmin vaxt evdə olmadıqlarını bildiyi üçün mənzilə daxil olub onları gözləməklə əlverişli imkan olduğu şəraitdə cinayətkar niyyətini həyata keçirməyi planlaşdırıb, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan Zərərçəkmiş şəxs2 məxsus həmin mənzilə sonuncunun iradəsinə zidd olaraq daxil olmaqla mənzil toxunulmazlığını pozmuş, mənzilə daxil olduqdan sonra evdə olan mətbəx bıçağı və əvvəllər həmin mənzildə təmir işləri üçün istifadə etdiyi çəkiçi götürüb silahlanaraq mətbəxdə qarşısı pərdə ilə örtülmüş dolabda gizlənib pusquda durmaqla arvadı Zərərçəkmiş şəxs1 və baldızı Zərərçəkmiş şəxs2 gəlmələrini gözləmiş, sonuncular mənzilə daxil olduqdan bir qədər sonra istirahət etməkdən ötrü yatmaq üçün istifadə edilən divana uzandıqlarına əmin olduqdan sonra, hər ikisini yuxarıda qeyd edilən səbəblərlə görə qisas almaq üçün qəsdən öldürmək məqsədilə gizləndiyi yerdən çıxıb əlində çəkic və bıçaqla sonunculara hücum edib, əlindəki bıçaqla bacısı Zərərçəkmiş şəxs2 gözü qarşısında, sonuncunun öldürülməməsi üçün etdiyi yalvarışlarına məhəl qoymadan, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 zərbələr vurmaqla sol yanaq nahiyəsinin və sol bud nahiyəsinin kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sol bazu nahiyəsinin bazunun ikibaşlı əzələsinin tam kəsilməsi ilə müşaiyət olunan dəlib-keçən deşilmiş-kəsilmiş yarası və sol əlin İİ, İİİ, İV barmaqlarının falanqalararası oynaqlarda hərəkət məhdudluğu ilə müşaiyət olunan kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payının, perikardın zədələnməsi və hemopnevmotoraksla müşaiyət olunan deşilmiş-kəsilmiş yarası, qarının sol yarısının qarın boşluğuna nüfuz edərək mədənin serozasının və böyük piyliyin zədələnməsi ilə müşaiyət olunan deşilmişkəsilmiş yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, həmçinin Zərərçəkmiş şəxs2 isə bacısı Zərərçəkmiş şəxs1 gözü qarşısında sonuncunun öldürülməməsi üçün etdiyi yalvarışlarına məhəl qoymadan, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək xüsusi amansızlıqla bıçaq və çəkiclə zərbələr vuraraq sağ çiyin qurşağı nahiyəsinin, burun belinin sol said nahiyəsinin, sağ bud nahiyəsinin və sağ ayağın 5 ədəd səthi kəsilmiş yaraları, sol bazu nahiyəsinin qançırları, sağ diz oynağı nahiyəsinin sıyrığı kimi dərəcəsi təyin edilməyən, sol bazu oynağı nahiyəsinin, sol süd vəzisinin və döş qəfəsinin 4 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sol bazu nahiyəsinin dəlib-keçən deşilmişkəsilmiş yarası və sol said nahiyəsinin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, ölümlə birbaşa səbəbli əlaqəsi olan baş beyinin travmatik ödemi, baş beyinin yumşaq qişaları altına, mədəciklərinə qansızma və sağ təpə sümüyünün basılmış sınığı ilə müşaiyət olunan təpə nahiyəsinin 3 ədəd əzilmiş-cırılmış yarası, döş qəfəsinin sol-yan səthinin döş boşluğuna nüfuz edərək diafraqmanı zədələyib qarın boşluğuna keçən deşilmiş-kəsilmiş yarası, qarının sol yarısının-epiqastral nahiyənin daxilə nüfuz edərək, böyük piyliyi, mədəni, 12 barmaq bağırsağı və Treys bağını zədələyən deşilmiş-kəsilmiş yarası kimi hər biri ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürmüş, Zərərçəkmiş şəxs1 isə hadisə zamanı aktiv müqavimət göstərməsi və vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən öz iradəsindən aslı olmayan səbəblərə görə sonuncunu qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək, iki şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan mərhum etməyə cəhd etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2009-cu ildə Ruhəngiz Mahmudova ilə ailə həyatı qurmuş, onların birgə nikahdan 3 uşağı vardır. Evləndikdən sonra bir müddət onlar İmişli şəhərində yaşamış, bundan sonra isə Bakı şəhərinə gələrək müxtəlif ünvanlarda kirayədə qalmışlar. Sonuncu yaşayış yerləri isə Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşən və baldızı Rozanın yaşadığı evə yaxın yerləşən fərdi yaşayış evi olmuşdur. X3yıtdıqdan sonra Ruhəngiz ona Rozanın yanına köçəcəyini, onunla birlikdə yaşayacağını demiş, o isə, heç vaxt buna razı olmamış, lakin arvadı öz bildiyini etmişdir. Hadisədən təxminən 15 gün əvvəl Roza ilə Ruhəngizin yaşadığı evə getmiş, orada Rozanın böyük qızı Röya ona xalası Ruhəngizin Mübariz adlı şəxsi evə çağırdığını, onlara isə 3-4 manat pul verib “Neptun”-a göndərdiyini, çağıranda gəlmələrini demişdir. Həmin günü Ruhəngiz işdə olduğu üçün ondan bu barədə heç nə soruşa bilməmişdir. Səhəri gün Ruhəngiz işdən gəldikdə, o, eşitdikləri barədə arvadından soruşmuş, lakin Ruhəngiz əvvəlcə boynuna almamış, sonra isə guya Mübarizin xalası Şükufəyə borcu olduğunu və həmin borcunu qaytarmaq üçün Mübarizi evə çağırdığını demiş, sonra isə Rozanın evində Mübarizlə görüşdüyünü etiraf etmişdir. Buna qədər də arvadının müxtəlif kişilərlə ona xəyanət etməsi barədə şübhələri olmuşdur. Ruhəngizə bundan sonra birlikdə yaşamağın qeyri-mümkün olduğunu, boşanmaq üçün ərizə verməsini deyərək evdən çıxmışdır. Sonrakı gün evdə təmir işləri yarımçıq qaldığı üçün Roza və Ruhəngizlə birlikdə onların yaşadığı evə gəlmiş, oraya gələndə bacanağı İsmayılın evdə olmasını görmüş, sonuncunun qızı ilə arasında olan söhbətə görə İsmayılla onun arasında mübahisə baş vermiş, o da, çıxıb getmişdir. Lakin Ruhəngizgil həmin evdə yaşamağa davam etmiş, o, uşaqları ilə görüşmək üçün dəfələrlə həmin evə getsə də qapını açan olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinə görə, 2019-cu il avqustun axırlarında yeznəsi Rüfət ona Kürdəmir rayon məhkəməsinin məktubunu gətirmiş, məktuba baxdıqda Ruhəngizin ərizə ilə boşanmaq üçün məhkəməyə müraciət etdiyini bilmişdir. Bir-iki gün sonra o, təsadüfən avtobusda Ruhəngizlə görüşmüş, birlikdə arvadının işlədiyi şirniyyat evinə getmişdir. Orada işləyən Samir adlı oğlan ona yaxınlaşaraq onunla işi olduğunu və görüşmək istədiyini demişdir. Saat 15 radələrində o, Samirlə görüşmüş, söhbət zamanı Samir ona Ruhəngizin hər gün ağlayaraq şikayət etdiyini söyləmiş, o da, Samirə Ruhəngizin özünün boşanma üçün ərizə verdiyini demişdir. Bundan sonra Samirə Mübariz adlı oğlanın şirniyyat sexinə gəlib-gəlməməsi ilə maraqlanmasını bildirmiş, Samir də ona maraqlanacağını demişdir. Səhəri gün yenə Samirlə görüşən zaman, sonuncu, Ruhəngizin işə yeni düzələn vaxt 2-3 dəfə onunla iş yerində görüşdüyünü, bu zaman Ruhəngizin ailəli olmadığını dediyini, Ruhəngizlə bir neçə dəfə görüşdüyünü, Ruhəngizin ailəli olduğunu bildikdən sonra əlaqələri kəsdiyini, Ruhəngizin hazırda Kamran adlı şəxslə əlaqə saxladığını demişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra bildirdi ki, 02 sentyabr 2019-cu il tarixdə saat 20 radələrində paltarlarını götürmək üçün Rozanın yaşadığı evə getmiş, hasardan aşıb evin qapısı açıq olduğu üçün evə daxil olmuşdur. Evdə Roza ilə Ruhəngizin səsini eşidib, mətbəxdə olan önü pərdə ilə örtülmüş şkafa girib gizlənmişdir ki, Rozagil keçdikdən sonra çıxıb gedər. Roza ilə Ruhəngiz evə girdikdən sonra mətbəxin işıqlarını yandırmış, lakin işıq yanıb söndüyündən Roza İsmayıla “Samir gəlib işıqları qarışdıra bilər?” deyə səs mesaji atmışdır. İsmayıl da “eləsə eliyər” deyərək cavab mesajı göndərmişdir. Hər ikisi yataq otağına keçdikdən sonra Ruhəngiz yataq otağında uzanmışdır. Roza isə mətbəxdə mürəbbə bişirə-bişirə Ruhəngizə Kamrana zəng edərək onunla getməsini, özünün qonağının gələcəyini, gecə saat 1-dən tez gəlməməsini demişdir. Bundan sonra Roza da gedib Ruhəngizin yanında uzanmışdır. Şkafdan çıxıb məsələni aydınlaşdırmaq istəmiş, bunun üçün otağa girən zaman Roza güldanı götürüb onun başına vurmuşdur. Sonra Ruhəngiz otaqda olan bıçağı götürmüş, o, bıçağı Ruhəngizin əlindən almışdır. Bundan sonra Ruhəngizlə Rozanı həmin bıçaqla vurmağa başlamışdır. Roza güldanla onu vurduqdan sonra Ruhəngiz də onu güldanla vurmuşdur. Mübahisə zamanı həmin otaqda olan çəkici götürmüş, lakin çəkiclə kimisə vurmağını xatırlamır. Roza ilə Ruhəngizi vurduqdan sonra qonşu həyətə qaçaraq orada gizlənmiş, bir müddətdən sonra oradan qaçaraq qardaşı Namiqin evinə getmişdir. Namiq “Roza ölüb, gedib təslim olmaq lazımdır, səni təhvil verməliyəm” demişdir. O da, Namiqlə birlikdə birbaşa 6-cı polis bölməsinə getmiş və təslim olmuşdur. Təqsirləndirilən şəxs əvvəlcədən cinayət əməli törətmək üçün hazırlaşmadığını, Rozanın evinə özünə aid paltarları götürmək üçün getdiyini, bacıların bir-biri ilə söhbət edərkən başqa kişilərlə görüşməyə hazırlaşdığına görə əsəblərini cilovlaya bilmədiyini, ona görə də gizləndiyi pərdə arxasından çıxıb həmin söhbətə aydınlıq gətirmək istədiyini, lakin bacıların birinin güldanla onun başına vurmasını, digərinin isə evdəki bıçağı götürüb ona hücum etməsindən sonra əlacsız qalıb bıçağı Ruhəngizin əlindən alaraq onlara zərbə vurmağa başladığını, çəkiclə onlara zərbə vurub-vurmamasını xatırlamadığını, törətdiyi cinayət əməlindən peşman olduğunu ifadəsinə əlavə etdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, 2009-cu ildə o, Təqsirləndirilən şəxslə ailə həyatı qurmuş, evləndikdən sonra bir müddət İmişli şəhərində, sonra isə Bakı şəhərinə gələrək müxtəlif ünvanlarda kirayədə qalmışlar. 2017- 2019-cu illərdə Kürdəmir şəhərində yaşamışlar, 2019-cu ilin iyul ayının ortalarında Bakı şəhərinə gəlmişlər. Samiq müxtəlif yerlərdə kirayə evlər tutmuş, lakin ev pullarını verə bilmədikləri üçün tez-tez kirayə qaldıqları evləri dəyişmişlər. Sonuncu yaşayış yerləri Binəqədi qəsəbəsindəki fərdi yaşayış evi olmuş, həmin evdən bir məhəllə aralıda isə mərhum bacısı Roza yaşamışdır. Samiq kirayə pulunu vermədiyi üçün onları həmin evdən qovmuşlar, buna görə Roza onları öz evinə aparmış və orada yaşamağa başlamışlar. Ümumiyyətlə, Samiqlə birlikdə yaşadıqları müddətdə onların arasında həmişə mübasihələr olmuşdur. Buna əsas səbəb isə Samiqin ailəsinə və uşaqlarına qarşı laqeyd olması, qazandığı pulları yalnız özü üçün xərcləməsi olmuşdur. 2019-cu ilin iyul ayının ortalarında Binəqədi qəsəbəsi ərazisində yerləşən “Nur” şirniyyat evində satıcı kimi işləməmə başlamış, Samiq hər gün onu işə aparmış, günortalar ona baş çəkmiş, axşamlar da özü dalınca gəlib evə aparmışdır. Bacısı Roza da ərindən boşanmış, buna baxmayaraq İsmayıl tez-tez onlara baş çəkərək uşaqlarına baxmışdır. Roza İsmayıldan boşandıqdan sonra Binəqədi qəsəbəsində yerləşən fərdi evdə yaşamış, həmin evi İsmayıl almışdır. 2019-cu ilin avqust ayında Binəqədi rayonu ərazisində kirayədə yaşayan zaman Samiq heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamış, onu döyərək bıçaqla əlinə xəsarət yetirmişdir. O, Samiqin ailəsinə baxmamasından bezərək və illər keçməsinə baxmayaraq düzəlmədiyini görüb boşanmaq qərarına gəlmişdir. Buna görə də, 2019-cu il avqust ayının əvvələrində boşanmaq üçün Kürdəmir rayon məhkəməsinə ərizə vermişdir. Sonuncu dəfə kirayə tutduqları evin pulunu vermədikləri üçün ev sahibi onlardan çıxmalarını tələb etmiş, o da, əşyalarını da yığaraq uşaqları ilə birlikdə Rozanın yaşadığı evə gedərək orada yaşamağa başlamış, Samiq isə bacısının evinə köçmüşdür. Zərərçəkmiş şəxs1 ifadəsinə görə, Rozanın evində yaşadığı vaxt 23 avqust 2019cu ildə səhər saatlarında evdə yatan zaman boğazına nəsə toxunduğuna görə oyanmışdır. Bu zaman Samiqin əlindəki bıçağı onun boğazına dirəyib üstünə çıxdığını görmüş, Samiq onu öldürəcəyini demişdir. O, Samiqdən niyə belə etməsinin səbəbini soruşduqda, sonuncu ona “mən sənə demişdim ki, boşanma. Dur çıx evdən, başqa ev tuturam. Gedək orada qalaq” demişdir. O da, Samiqə indiyə qədər tutduğu evlərin pulunu vermədiyi üçün, həmçinin ailəsinə baxmadığından bezərək bacısının evinə gəldiyini demişdir. Bu vaxt bacısı qızı Röya da həmin otaqda olmuşdur. Səs-küyə Röya da oyanıb Samiqə mane olmağa çalışsa da gücü çatmamışdır. Röya daha sonra kiməsə zəng etmək üçün telefonu götürdükdə, Samiq telefonu onun əlindən alaraq “kiməsə desən, hamınızı öldürərəm” demişdir. Bundan sonra Samiq ondan məhkəməyə nə üçün ərizə verdiyini soruşmuş, o da, qorxuduğu üçün məhkəməyə ərizə vermədiyini demişdir. Bundan sonra Samiq daha ona heç nə etməyəcəyini, ya özünün, ya da onun məhkəməyə verəcəyini, xoşluqla ayrılmalarını demişdir. Zərərçəkmiş şəxs1 ifadəsində daha sonra göstərdi ki, 30 avqust 2019-cu il tarixdə işə gedən zaman yolda Samiqlə rastlaşmış, sonuncu, ona məhkəməyə ərizə verib vermədiyini soruşduqda, o, boşanmaq üçün məhkəməyə ərizə verdiyini demiş, Samiq ona da xəbər edildiyini, ikinci məhkəməyə gələcəyini bildirmişdir. 02 sentyabr 2019-cu il tarixdə səhər saatlarında Roza ilə birlikdə işə getmişlər. Həmin axşam saat 20 radələrində işdən çıxaraq Binəqədi şossesi, döngə 4 ünvanında yerləşən evə gəlmişlər. Qapının qarşısında olan zaman Roza evin su sayğacına baxmış, həyətdə işıq yandığını görüb Roza evin işıqlarını avtomatdan ayırdığını, evdə işıq yanmağının qeyri-mümkün olduğunu demişdir. Qapını açıb içəri girdikdən sonra evdə kiminsə olmasından ehtiyat edərək “pol ağacını” götürüb evi axtarmağa başlamışlar. Ein hər yerinə baxdıqdan sonra evdə heç kimi tapa bilməmişlər. Həmin vaxt “pol ağacı” Rozada olduğundan onu hara qoymasını görməmişdir. Bundan sonra yataq otağına keçərək əyinlərini dəyişmişlər. Əyinlərini dəyişdikdən sonra Roza həyətdə yerləşən hamam otağında yuyunmuşdur. Geri qayıdaraq ona yemək yeməyi təklif etmiş, o, ac olmadığı üçün yemək yeməmişdir. Roza isə yemək qoyaraq yemişdir. Roza bu vaxt isə sobanın üzərinə mürəbbə bişirmək üçün əncir qoymuş, daha sonra yataq otağına gələrək onun yanına uzanmışdır. Bu zaman saat 21 radələri olmuşdur. Təqribən 1-2 dəqiqə sonra qaz sobasının alt tərəfində yerləşən pərdənin qabağa tərəf qalxdığını görmüş, nəsə tappıltı səsi gəlmiş və bu zaman Samiqin sağ əlində çəkic, sol əlində isə bıçaqla onların üstünə gəldiyini görmüşdür. Roza ilə o, qaçmağa macal tapmadıqlarından Samiq ayağını onun sinəsinin üstünə qoyaraq cəld əlindəki çəkiclə Rozanın başına vurmuşdur. Bundan sonra isə onun qarnına bıçaqla vuraraq “sənə dedim axı, məhkəmədən ərizəni götür, niyə ərizə vermisən” demişdir. Daha sonra bıçağı ondan çıxarıb Rozaya vurmuşdur. Lakin Rozanın hansı tərəfinə vurmasını görməmişdir. Samiq onları vuran zaman o, “əgər məni öldürürsənsə, Rozaya dəymə, çıxar çölə məni vur” deyərək yalvarmışdır. Roza da çəkici görəndən sonra Samiqə “Samiq, çəkic nədi, bizim uşaqlarımız var, onlara yazığın gəlsin” deyərək yalvarmışdır. Bundan sonra o, ayağa qalxanda Samiq bıçaqla onu yenidən vurmuşdur. Onu vurmaması üçün əlini qabağa vermiş, bu zaman bıçaq əlini kəsmişdir. Bundan sonra Samiqə mane olmaq üçün əlbəyaxa olsa da, Samiq dayanmadan onu bıçaqla vurmuşdur. Onu vura-vura Rozaya da bıçaqla, çəkiclə vurmuşdur. Bundan sonra o, otaqda olan vazanı götürüb Samiqin başına iki dəfə zərbə vurmuşdur. Həmin zərbənin təsirindən Samiq müvazinətini itirib yerə yıxılmışdır. Lakin ayağa durduqdan sonra yenidən onu bıçaqla vurmuşdur. Bundan sonra Samiq əlindəki bıçaq və çəkiclə birlikdə evin çıxışına tərəf qaçmışdır. O da, Samiqin arxasınca qaçdıqda Roza otaqdan onu çağıraraq “getmə, səni öldürər” demişdir. O, Rozaya tərəf döndükdə Samiq yenidən onu vuraraq qapıdan çıxıb qaçmışdır. O, qorxuduğu üçün tez evin qapısını bağlamışdır. Təxminən 2-3 dəqiqə sonra isə evin qapısını açaraq küçəyə çıxmışlar. Bu zaman küçədə qonşuların olmasını görmüşdür. Qonşu Pənahı görüb ona əri Samiqin onu və bacısını bıçaqladığını demişdir. Bundan sonra isə nə baş verdiyini xatırlamır, ayıldıqda özünün xəstəxanada olduğunu görmüşdür. Zərərçəkmiş şəxs1 ifadəsinə görə, hadisədən qabaq onun istifadəsində 055 678 44 56 nömrəli mobil telefon olmuş, Samiqin ifadəsində dedikləri tamamilə yalandır, Mübariz Samiqin dostu olmuş, Kürdəmir rayonunda taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hadisə günü Roza ilə onun arasında Kamran barədə söhbət olmamışdır. O, Kamranla iş yerində 2019-cu ilin avqust ayının əvvəllərində tanış olmuşdur. Lakin həmin vaxt telefonu olmadığı üçün ona nömrə verə bilməmişdir. Kamran demək olar ki, həftədə 2-3 dəfə onun işlədiyi “Nur” şirniyyat evinə gəlmişdir. Kamranla danışan zaman ona evli olduğunu, boşanma üçün məhkəməyə ərizə verdiyini, uşaqlarının onunla qaldığını, bacısı ilə birlikdə yaşadığını demişdir. 2019-cu ilin avqust ayında özünə “Samsung” markalı mobil telefon aldıqdan sonra Kamranla telefonda danışmağa başlamışlar. “Nur” şirniyyat evində işləsə də, maaşı az olduğundan dolanmaqda çətinlik çəkmişdir. Buna görə Kamrandan işlədiyi xəstəxanada ona uyğun iş tapmasını xahiş etmişdir. 2019-cu ilin avqust ayının sonlarına yaxın Kamran işlədiyi xəstəxanada tibb bacısı köməkçisi işi tapdığını demiş, o da, Kamranın işlədiyi xəstəxanaya getmişdir. Lakin rəhbərlik orada olmadığı üçün iş söhbəti alınmamışdır. Elə həmin vaxt o, xəstəxananın həyətində Kamranla oturub söhbət etmişlər. Kamranla münasibəti olsa da, onunla heç bir zaman yaxınlıq etməmişdir. Həmin ərəfədə “Nur” şirniyyat evində işləyən Samir Kamrana guya onunla yatdığını dedikdən sonra Kamranla münasibəti pisləşmişdir. Lakin onun ümumiyyətlə Samirlə heç bir münasibəti olmamışdır. Bundan sonra Kamranla görüşməsə də, barışmaq üçün mesajlar yazmışdır. 29 avqust 2019-cu il tarixdə xalasıgilə getmiş, Kamranla da sonuncu dəfə həmin gün görüşmüşdür. Samiqin onu vurmağına səbəb məhkəməyə boşanmaq üçün ərizə verməsi olmuşdur. Heç vaxt nə Roza, nə də ki, onun üzərində bıçaq və yaxud hər hansı bir alət, əşya olmamışdır. Samiqin Roza ilə onu vurduğu bıçaq mətbəx bıçağı olmuşdur. Həmin bıçaq da Roza ilə birlikdə yaşadığı evin mətbəxində olmuş, çəkic isə Samiqin özünə məxsus olmuşdur. Hadisə zamanı Samiqi vaza ilə vurmuş, həmin vaxt Samiq həm ona, həm də Rozaya zərbələr vurmuşdur. Hadisə baş verməmişdən bir neçə gün qabaq Roza ilə onun uşaqları Kürdəmir rayonu, Ərəbxana kəndində yaşayan atası Abdul Mahmudovun yanına dincəlmək üçün göndərmişlər. Həmişə evdən gedəndə evin həyətinə giriş qapısını bağlamışlar, evin qapısının kilidində problem olduğu üçün isə həmin qapı həmişə açıq olmuşdur. Fikirləşdiyinə görə, Samiq həyətə hasardan daxil olmuş, evin qapısı isə açıq olduğundan evə rahat daxil ola bilmişdir. Samiqin həmin evdə heç bir paltarı olmamış, bunları Samiq özündən uydurur. Hadisə zamanı Samiq evdən heç nə götürməmiş, onun məqsədi ancaq onları öldürmək olmuşdur. Zərərçəkmiş şəxs1 hadisədən sonra uzun müddət xəstəxanada müalicə aldığını, hələ də aldığı xəsarətlərin tam sağalmadığını bildirərək, təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş ən ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və mərhum Zərərçəkmiş şəxs2 onun qızlarıdır. Ərə getdikdən sonra Rozagil bir müddət kənddə yaşamış, daha sonra isə Bakı şəhərinə köçmüşlər. Rozanın əri İsmayılla əvvəllər münasibətləri yaxşı olsa da, sonradan İsmayılın Rozaya xəyanət etməsi səbəbindən onlar boşanmışlar. Bayıl qəsəbəsi, 20-ci sahədə yerləşən evi İsmayıl satmış, həmin puldan Rozaya müəyyən hissə vermiş, həmin pulun üstünə bir qədər də pul qoyaraq o, Rozanın yaşaması üçün Binəqədi qəsəbəsində bir mərtəbəli həyət evi almışdır. Təqribən 4 il olardı ki, Roza həmin evdə yaşamışdır. Boşandıqdan sonra Roza Xırdalan şəhərində yerləşən mebel dükanlarının birində satıcı işləmişdir. Lakin boşanmalarına baxmayaraq İsmayıl daim Rozaya və uşaqlarına baş çəkmiş və onlara baxmışdır. Ruhəngiz isə 2009-cu ildə Təqsirləndirilən şəxs ərə getmiş, bu evlilikdən onların 3 uşağı vardır. Evləndikdən sonra təqribən 4-5 ay onlar İmişli şəhərində yaşasalar da, sonradan onlar Bakı şəhərinə köçərək müxtəlif ünvanlarda kirayə evlərdə qalmışlar. Onun özü isə ailəsi ilə Kürdəmir rayonunda yaşadığından Ruhəngizgilin ailədəki münasibətlərinin necə olması haqqında məlumatı olmamışdır. Bakıda yaşadığı müddət ərzində Ruhəngiz heç vaxt ailəsində problemlərin olması barədə ona şikayət etməmişdir. Təxminən 2015-2016-cı illərdə Ruhəngizgil Kürdəmir rayonu, Ərəbxana kəndində yaşamış, 2019-cu ilin iyul ayının əvvəllərindən isə Samiq yenə də ailəsini götürüb Bakı şəhərinə gəlmişdir. Samiq Bakıda kirayə yaşadıqları evlərin pulunu vermədiyi üçün bir neçə ev dəyişmişlər. X15 ev tuta bilmədiyini görüb, Ruhəngiz və uşaqlarına görə onları öz qaldığı evə gətirmişdir. Samiqin ailəsinə laqeyd yanaşmasından bezən Ruhəngiz boşanmaq üçün Kürdəmir rayon məhkəməsinə müraciət etmişdir. Hadisənin baş verdiyi gün o, yaşadığı Kürdəmir rayonu, Ərəbxana kəndində olmuş, həmin vaxt Rozanın və Ruhəngizin uşaqları da Ərəbxana kəndində onun evində qonaq olmuşlar. 02 sentyabr 2019-cu il tarixdə axşam saat 21 radələrində Roza anası Sevilə zəng edərək danışmışlar. Saat 22:30 radələrində isə Rozanın keçmiş əri İsmayıl zəng edərək Samiqin evə girib Roza ilə Ruhəngizi bıçaqladığını demişdir. 03 sentyabr 2019-cu il tarixdə günorta saatlarında İsmayıl Rozanın öldüyü barədə onlara məlumat vermişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Abdul Mahmudov təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş ən ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs2 onun anası olmuş, hadisədən təxminən 2 il qabaqdan onlar Binəqədi rayonu ərazisindəki fərdi evdə yaşamışlar. Həmçinin xalası Ruhəngiz də son vaxtlar onların evində qalmışdır. Xalası ilə onun əri Samiqin münasibətləri yaxşı olmamışdır. Xalasıgildə qaldığı müddətdə Samiq demək olar ki, hər gün içkili vəziyyətdə evə gəlmiş, xalası ilə dava salmışdır. 2019-cu ilin avqust ayının 23-də evdə yatan zaman səs-küy eşidib oyanmış, Samiqin Ruhəngizin üstünə çıxaraq əlindəki bıçağı onun boğazına dirəyib, səsini kəsməsini, səsini çıxarmamasını deməsini eşitmişdir. O, Samiqin qolundan tutub aralamaq istəsə də, gücü çatmamışdır. Bu vaxt divanın baş tərəfində olan telefonu götürüb atasına zəng etmək istədikdə, Samiq əlindəki bıçaqla onun üstünə gələrək telefonu əlindən almış, bu barədə kiməsə nəsə deyəcəyi halda, xalasını öldürəcəyini demişdir. Sonra divanın aşağısında oturmuş, əlindəki bıçağı isə yerə qoyaraq Ruhəngizə məhkəməyə boşanmaq üçün ərizə verib-vermədiyini soruşmuş, xalası da ərizə vermədiyini bildirmişdir. Sonradan baş vermiş hadisə barədə zəng edib atasına bildirmiş, atası İsmayıl Samiqi evdən qovmuşdur. 2019-cu ilin avqust ayının 30-da anası onu və bacısını Kürdəmir rayonu, Ərəbxana kəndində yaşayan babasıgilə göndərmişdir. 02 sentyabr 2019-cu il tarixdə atası babasına zəng edərək Samiqin onun anasını və xalasını bıçaqladığını demişdir. Bundan sonra onlar nənəsi ilə birlikdə Bakı şəhərinə xəstəxanaya gəlmiş, bir gün sonra isə anasının öldüyünü demişlər. Məhkəmə iclasında dindirilən Şahid3 təqsirləndirilən şəxsin qardaşı olduğunu bildirərək ifadəsində göstərdi ki, hərbi xidmətdən qayıtdıqdan sonra Samiq ev təmiri ilə məşğul olmağa başlamış, 2009-cu ildə Ruhəngizlə ailə qurmuşdur. Bu nikahdan onların 3 övladı olmuş, bir müddət onlar İmişli rayonunda yaşamış, daha sonra isə Bakı şəhərinə köçərək müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Sonradan Samiq arvadı ilə Kürdəmir şəhərinə köçmüş, orada kirayə yaşamağa və işləməyə başlamışdır. Qardaşı ilə söhbət zamanı, sonuncu, hər şeyin yaxşı olduğunu, heç bir problem olmadığını demişdir. Təxminən 2-3 il Kürdəmir şəhərində yaşadıqdan sonra 2019-cu il iyul ayının əvvəllərində Samiq ailəsi ilə birlikdə Bakı şəhərinə gəlmiş, bir neçə ünvanda kirayədə yaşamışlar. Binəqədi qəsəbəsində yaşayan vaxt Samiq onun yanına gələrək ailəsində problemlərin olduğunu demiş, arvadı Ruhəngizin heç bir səbəb olmadan ondan boşanaraq Bakıda işləmək istədiyini, amma onun boşanmaq istəmədiyini, işləyib ailəsinə baxdığını, ailəsini dağıdan Rozanın olduğunu demişdir. Bundan sonra Samiqlə birlikdə onların yaşadığı evə getmişdir. Evdə olarkən Samiqin qaynanası ilə söhbət edərək onların arasında mehribançılıq yaratmağa kömək etməsini xahiş etmişdir. Sevil isə ona qızının Samiqdən iyrəndiyini, ona görə də boşanmaq istədiyini demişdir. Təqribən 1-2 gün sonra Samiq ona Sevilin uşaqları da götürüb Kürdəmirə getdiyini bildirmişdir. Sevil Kürdəmirə getdikdən sonra Ruhəngiz Samiqin tutduğu evləri bəyənmədiyini dediyi üçün Samiq hər dəfə bir söz demədən yeni ev tutmuşdur. Təqribən 2019-cu ilin avqust ayının axırlarında telefonda danışan zaman Samiq yenə də arvadından və onun bacısı Rozadan gileylənmiş, onlardan şübhələndiyini, onların düz yolda olmadıqlarını, Ruhəngizin ondan boşanmaq üçün məhkəməyəərizə verdiyini bildirmişdir. Belə olduqda o, Samiqə boşanmağı məsləhət görmüş, onu işləmək üçün Rusiyaya göndərəcəyini demişdir. 02 sentyabr 2019-cu il tarixdə Samiqə zəng edərək ona Rusiyada iş tapdığını, orada olan tanışlarla danışdığını, 2 günə buradan birbaşa Urenqoy şəhərinə avtomaşın gedəcəyini deyərək, hazırlaşmasını bildirmişdir. Samiq də onunla razılaşmışdır. Həmin gün axşam saatlarında evdə yatan vaxt yeznəsi Rüfət ona zəng edərək Samiqin yerini soruşmuş, o da, bilmədiyini deyərək nəyə görə soruşması ilə maraqlanmışdır. Rüfət ona Samiqin arvadı ilə baldızını bıçaqladığını, polis işçilərinin onu axtardığını demişdir. Buna görə o, dərhal Binəqədi 6-cı Polis bölməsinə gedərək hadisə barədə maraqlanmış, daha sonra isə Semaşko xəstəxanasına getmişdir. Həmin vaxt orada olan Ruhəngizin qohumları xəstəxanaya girməməyi ona məsləhət görərək, vəziyyətin yaxşı olmadığını demişlər. Bundan sonra yaşadığı evə qayıtmış, səhəri gün isə Rozanın öldüyünü eşitmişdir. 04 sentyabr 2019-cu il tarixdə səhər saatlarında Samiq onun evinə gəlmiş, ona Rozanın öldüyünü demişdir. Bundan sonra Samiq polisə təslim olmaq istədiyini bildirərək birlikdə 6-cı Polis bölməsinə getmişlər. Məhkəmə iclasında dindirilən Şahid4 ifadəsində göstərdi ki, 2018-ci ilin iyul ayından Mərkəzi Klinikada kiçik tibb işçisi kimi işləyir. Samir adlı həmkəndlisi isə Biləcəri qəsəbəsində “Nur” şirniyyat evində çalışır. Bəzən Samirlə görüşmək üçün oraya getmiş, 2019-cu il təxminən avqust ayının əvvəllərində orada işləyən Ruhəngiz adlı qızla tanış olmuşdur. Qızın adı Ruhəngiz olsa da, iş yerində hamı onu «Ruhi» deyə çağırırmışlar. Tanış olduqdan sonra onlar bir-birinə telefon nömrələrini vermiş və münasibətləri yaranmışdır. Ruhəngiz ilə tez-tez telefonda danışmış, bəzən isə görüşmüşlər. Ruhəngiz ilə danışan zaman o, evlənib boşandığını, uşaqlarının olduğunu, hazırda isə subay olduğunu demişdir. Boşanmasının səbəbini soruşduqda, Ruhəngiz əri ilə yola getmədiyini demişdir. Bir neçə dəfə Ruhəngizin bacısı ilə işdən çıxıb evə getmələrinin şahidi olmuşdur. 2019-cu ilin avqust ayının axırlarında “Nur” şirniyyat evində işləyən tanışı Samirlə görüşən zaman sonuncu ona Ruhəngizin evli olmasından xəbəri olub-olmadığını soruşmuş, ərinin iş yerinə gəlib baxdığını demişdir. O, Samirə Ruhəngizin evli olması barədə bir söz demədiyini, evlənib boşandığını dediyini bildirmişdir. Həmin ərəfədə Samirlə “Nur” şirniyyat evində görüşən zaman söhbət zamanı Samir ona Ruhəngizlə yatdığını demişdir. Bundan sonra o, Ruhəngizdən Samirlə yatıb-yatmadığını soruşmuş, Ruhəngiz isə ona Samirlə heç bir münasibəti olmadığını desə də, aralarında soyuqluq yaranmışdır. O, zəng etməsə də, Ruhəngiz demək olar ki, hər gün ona zəng edərək ümumi danışmışlar. Ruhəngizlə o, ancaq iş yerində görüşmüş, kənarda görüşləri olmamışdır. Heç vaxt Ruhəngizlə yaxınlıq etməmişdir. Sentyabr ayının 3 və ya 4-də “Nur” şirniyyat evində işləyən tanışı Samirdən Ruhəngizin ərinin onu və bacısını bıçaqladığını eşitmişdir. Məhkəmə iclasında dindirilən şahid X7 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs2 onun keçmiş həyat yoldaşı olmuş, onunla 2004-ci ildə evlənmiş, birlikdə yaşadıqları müddətdə əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pozulmuş və onlar 2017-ci ildə məhkəmə qaydasında boşanmışlar. Bundan sonra Binəqədi şossesi, döngə 4 ünvanında yerləşən həyət evini alaraq Rozanın atası Abdulla birlikdə həmin evi təmir etdirmiş və Roza uşaqlarla birlikdə həmin evdə yaşamışlar. Boşanmalarına baxmayaraq hər zaman həmin evə gedərək uşaqlarına və Rozaya baş çəkmiş, onların problemləri ilə maraqlanmışdır. Zərərçəkmiş şəxs1 onun baldızıdır, 2009-cu ildə Samiqə ərə gedərək evlənmişlər. Birgə yaşadıqları müddətdə Samiqlə Ruhəngiz arasında daim söz-söhbət olmuş, buna səbəb isə Samiqin ailəsinə qarşı laqeydliyi olmuşdur. Ruhəngizlə Samiq evləndikdən sonra Bakı şəhərinə gələrək bir müddət müxtəlif ünvanlarda, 2016- 2017-ci illərdə isə Kürdəmir şəhərinə köçərək orada kirayə yaşamışlar. 2019-cu ilin iyul ayının əvvələrində Samiq yenidən ailəsi ilə Bakı şəhərinə gəlmiş, 3 müxtəlif evlərdə kirayədə qalmışlar. Lakin kirayə pullarını vermədiyinə görə Samiqi ailəsi ilə həmin evlərdən çıxarmışlar. Bundan sonra Roza, Ruhəngiz və onun uşaqlarını özünün yaşadığı Binəqədi şossesi, döngə 4 ünvanında yerləşən evinə aparmışdır. 2019-cu ilin avqust ayının ortalarından Ruhəngiz Rozanın evində yaşamağa başlamışdır. Ruhəngiz Binəqədi qəsəbəsində şirniyyat sexində, Roza isə həmin sexlə üzbəüz olan mebel dükanında işləmişdir. 2019-cu il avqust ayının 15-dən 22-nə kimi Samiq həmin evdə təmir işləri görmüşdür. Samiqlə münasibətləri pisləşdiyi üçün Ruhəngiz boşanmaqdan ötrü Kürdəmir rayon məhkəməsinə müraciət etmişdir. 2019-cu ilin avqust ayının 23-də qızı Röya ona zəng edərək Samiqin evdə xalası Ruhəngizlə dalaşdığını, onun üstünə bıçaq çıxardığını, bu barədə kiməsə deyərsə, onları öldürəcyini dediyini bildirmişdir. Buna görə o, Binəqədi şossesi, döngə 4-də yerləşən evə gedərək Rozaya işi saxlamasını, Samiqin burada işləməməsini, təmiri davam etdirmək üçün özünün başqa usta tapıb gətirəcəyini demişdir. 02 sentyabr 2019-cu il tarixdə axşam saatlarında Bakıxanov qəsəbəsində kirayə yaşadığı evdə olmuşdur. Saat 21 radələrində Roza “whatsapp” proqramında yaşadığı evdəki çılçırağın şəklini göndərərək, işığın tez-tez yanıb söndüyünü, buna səbəbin nə olduğunu soruşduqda, ona yəqin ki, Samiqin nəsə müdaxilə etdiyini, ona görə problem yarandığını demişdir. Bundan təqribən 20-25 dəqiqə sonra Rozagilin qonşusu Akif ona zəng edərək Ruhəngizin ərinin Roza ilə Ruhəngizi bıçaqladığını bildirmişdir. O, dərhal yaşadığı evdən çıxaraq Rozagilin qaldığı evə getmiş, orada polis maşınlarını görmüş, həmçinin Rozanın Sənan adlı şəxsin avtomobili ilə xəstəxanaya aparıldığını görmüşdür. Semaşko xəstəxanasına çatdıqda həkimlər Rozanı və Ruhəngizi cərrahiyyəəməliyyatına almışlar. 03 sentyabr 2019-cu il tarixdə günorta həkimlər Rozanın öldüyünü demişlər. Məhkəmə iclasında şahid X4 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və təıdqiq edildi. O, həmin ifadəsində göstərmişdir ki, Binəqədi rayonu ərazisində yerləşən “Nur” şirniyyat evində gecə növbətçisi işləyir. Həmin şirniyyat sexi xalasına məxsusdur. 2019-cu ilin yay aylarında Ruhəngiz adlı bir qadın şirniyyat evində iş tapmaq üçün ona müraciət etmiş, o, müdiriyyətin sexdə olmadığını deyərək, əlaqə nömrəsini qoymasını məsləhət görmüşdür. Müdiriyyət gəldikdən sonra bir nəfər qadının iş üçün müraciət etdiyini demiş, səhəri gün daha ətraflı maraqlanmaq üçün qadını sexə dəvət edərək satıcı işinə götürmüşlər. Ruhəngizin iş rejimi hər gün səhər 08:00-dan axşam saat 20:00-a qədər olmuşdur. Ruhəngiz işə hər gün əri ilə gəlmiş, axşamlar isə Ruhəngizi bacısı Roza vəəri Samiq götürmüşlər. Sexdə işləyən vaxt Ruhəngiz əri ilə münasibətlərinin yaxşı olmadığı demişdir. Samiq də sexə gəlib- getdiyi üçün onunla da münasibəti yaranmışdır. Bəzən elə sexdə oturub çay içib söhbət etmişlər. 2019-cu ilin sentyabr ayının 1-də Samiq ona zəng edərək harada olduğunu soruşduqda, sexdə olmadığını demişdir. Belə olduqda Samiq ona sexə gəlməsini, görüşmək istədiyini bildirmişdir. Həmin gün günorta saatlarında Samiqlə sexdə görüşəndə söhbət zamanı xalası Sara “Nur” şirniyyat evinin müdiri olduğundan ona demişdir ki, “xalana de, məni Ruhəngizlə barışdırsın. Mən boşanmaq istəmirəm. Ruhəngiz məndən boşanmaq üçün məhkəməyəərizə verib. Ərizəyə baxmışam, məndən çox şey istəyir. Əgər mən boşansam, ölkəni tərk edib Rusiyaya gedəcəyəm”. O da, Samiqlə razılaşaraq xalasına deyəcəyini, Ruhəngizlə danışacağını demişdir. Xalasına Ruhəngizin ərinin sexə gəldiyini, Ruhəngizlə barışmaq istədiyini, ona kömək etməsini xahiş etdiyini demişdir. Xalası da Ruhəngizlə danışacağına söz vermişdir. Axşam növbəsini təhvil alan zaman xalası Ruhəngizlə danışmaq istəsə də, onun bacısı Roza işlərinin olduğunu deyərək getdiklərini demişdir. Buna görə xalası Ruhəngizlə heç bir şey danışa bilməmişdir. Səhəri gün, yəni 2019-cu ilin sentyabr ayının 2-də növbəni səhər növbəsinə təhvil verib istirahət etmək üçün evinə getmişdir. Növbəni təhvil verərkən Ruhəngizin işə gəldiyini görmüşdür. Axşam isə növbəni təhvil alarkən Ruhəngiz bacısı Roza ilə getmişlər. 03.09.2019-cu il tarixdə Ruhəngiz işə gəlmədiyi üçün dəfələrlə onun və bacısının telefonlarına dayanmadan zəng vurmuş, lakin onlardan heç biri telefonlara cavab verməmişdir. Həmin gün təqribən günorta saatlarında 6-cı polis bölməsindən sexin telefonuna zəng gəlmişdir. Samiqin sonuncu zənglərindən birinin sexə olduğunu, onun harada olmasını maraqlandıqda, o, polis əməkdaşına Samiqin harada olduğunu bilmədiyini demişdir. Həmin danışıq zamanı polis əməkdaşı Samiqin arvadı Rozanı və baldızı Ruhəngizi bıçaqladığını bildirmişdir. Samiqlə 2019-cu ilin sentyabr ayının 1-də görüşmüşdür. Samiq ona zəng edərək özü görüşmək istədiyini demişdir. Görüş zamanı da X9 adlı şəxslə görüşməsini, Mübarizin adlı şəxsin sexə gəlməsini deməmişdir. Həmin görüşdə Samiq barışmaq istədiyini, boşanmaq istəmədiyini demişdir. Onun isə ümumiyyətlə Ruhəngizlə münasibəti olmamışdır. Sexdə işə düzəldikdən bir müddət sonra Ruhəngiz ona demişdir ki, “Samiq səninlə münasibətimin olmasından şübhələnir”. Samiq sexə gələn zaman onunla oturub çay içdikdə, ona Ruhəngizlə heç bir münasibətinin olmadığını, Ruhəngizin həmyerlisi olduğunu, iş yerində belə bir halın baş verməsinin mümkünsüz olmasını demişdir. Ruhəngizin kiminləsə münasibətinin olması barədə məlumatı yoxdur (cild 2, iş vərəqi 52-55). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 14 noyabr 2019-cu il tarixli üzləşdirmə protokoluna əsasən, zərərçəkmiş şəxs X5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdikləri xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı söyləməklə bir daha onu ittiham olunduğu cinayətləri qəsdən törətməkdə ifşa etmişdir (cild 2, iş vərəqi 86-96). İş materiallarında olan 04 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi hadisə yerində yerində yoxlanılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş vermə səbəbləri və halları barədə sərbəst ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərərək təsdiq etmişdir. İstintaq hərəkəti zamanı video və foto çəkilişlərdən istifadə edilmiş, müvafiq disk və fotoşəkillər iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 60-62). Cinayət işinə əlavə olunmuş Binəqədi RPİ 6-cı Polis bölməsinin 18.10.2019-cu il tarixli 062-19851-1219 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 4-də yaşayan arvadı Zərərçəkmiş şəxs1 və sonuncu ilə eyni ünvanda yaşayan bacısı Zərərçəkmiş şəxs2 çoxsaylı bədən xəsarətləri yetirməsi, 03.09.2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 1 saylı KTM-də ölməsi faktı ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı hadisəyədək onların barəsində və ya müraciətləri əsasında hər hansı bir şikayət və ya təqsirləndirici material daxil olmamışdır. Onların həyat tərzi öyrənilərkən digər xüsusatlar ortaya çıxmamışdır (cild 2, iş vərəqi 5). Məhkəmə-tibbi ekspertizasının 05.09.2019-cu il tarixli 1695 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – alın nahiyəsinin səthi əzilmiş yarası, döş qəfəsinin hər iki yarısının, sol kürək, sağ bel nahiyələrinin və sol diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 02.09.2019-cu il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, alın nahiyəsinin səthi əzilmiş yarası bərk küt əşya ilə endirilmiş zərbənin, sıyrıqlar isə insan bədəninin hissələrinin təsirindən əmələ gələ bilərdi (cild 1, iş vərəqi 165-167). Məhkəmə-tibb ekspertizasının 01.10.2019-cu il tarixli 1915 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payının, perikardın zədələnməsi və hemopnevmotoraksla müşaiyət olunan deşilmiş-kəsilmiş yarası, qarının sol yarısının qarın boşluğuna nüfuz edərək mədənin serozasının və böyük piyliyin zədələnməsi ilə müşaiyət olunan deşilmiş kəsilmiş yarası, sol bazu nahiyəsinin bazunun ikibaşlı əzələsinin tam kəsilməsi ilə müşaiyət olunan dəlib-keçən yarası, sol əlin İİ, İİİ, İV barmaqlarının falanqalararası oynaqlarda hərəkət məhdudluğu ilə müşaiyət olunan kəsilmiş yaraları, sol yanaq nahiyəsinin və sol bud nahiyəsinin kəsilmiş yaraları xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin), kəsilmiş yaralar isə kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün KTM-ə gətirildiyi 02.09.2019-cu il saat 22:30-dan bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 02.09.2019-cu il tarixdə əmələ gələ bilərdi. Aşkar olunmuş xəsarətlərdən qarının və döş qəfəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sol bazu nahiyəsinin bazunun ikibaşlı əzələsinin tam kəsilməsi ilə müşaiyət olunan dəlib-keçən deşilmiş-kəsilmiş yarası və sol əlin İİ, İİİ, İV barmaqlarının falanqalararası oynaqlarda hərəkət məhdudluğu ilə müşaiyət olunan kəsilmiş yaraları dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, sol yanaq nahiyəsinin və sol bud nahiyəsinin kəsilmiş yaraları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın (ola bilsin ekspertizaya təqdim olunmuş bıçağın) tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs1 bədənində ekspertizaya təqdim olunmuş çəkicin təsirindən əmələ gələ biləcək xəsarət aşkar olunmadı (cild 2, iş vərəqi 26-29). Məhkəmə-tibb ekspertizasının 03.09.2019-cu il tarixli 116 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitində baş beyinin travmatik ödemi, baş beyinin yumşaq qişaları altına və mədəciklərinə qansızma və sağ təpə sümüyünün basılmış sınığı ilə müşaiyət olunan təpə nahiyəsinin 3 ədəd əzilmiş-cırılmış yarası, döş qəfəsinin sol-yan səthinin döş boşluğuna nüfuz edərək diafraqmanı zədələyib qarın boşluğuna keçən deşilmiş-kəsilmiş yarası, qarının sol yarısının-epiqastral nahiyənin daxilə nüfuz edərək böyük piyliyi, mədəni, 12 barmaq bağırsağı və Treys bağını zədələyən deşilmiş-kəsilmiş yarası, sol bazu oynağı nahiyəsinin, sol süd vəzisinin və döş qəfəsinin 4 ədəd daxilə nüfuz etməyən deşilmişkəsilmiş yaraları, sol bazu nahiyənin dəlib-keçən deşilmiş-kəsilmiş yarası, sol said nahiyənin kəsilmiş yarası, sağ çiyin qurşağı nahiyəsinin, burun belinin sol said nahiyəsinin, sağ bud nahiyəsinin və sağ ayağın 5 ədəd səthi kəsilmiş yaraları, sol bazu nahiyəsinin qançıları, sağ diz oynağı nahiyəsinin sıyrığı xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər həyatidir və Zərərçəkmiş şəxs2 ölümündən az əvvəl əmələ gəlmişdir. Həmin xəsarətlərdən baş beyinin travmatik ödemi, baş beyinin yumşaq qişaları altına, mədəciklərinə qansızma və sağ təpə sümüyünün basılmış sınığı ilə müşaiyət olunan təpə nahiyəsinin 3 ədəd əzilmiş-cırılmış yarası, döş qəfəsinin sol-yan səthinin döş boşluğuna nüfuz eədərk diafraqmanı zədələyib qarın boşluğuna keçən deşilmiş-kəsilmiş yarası, qarının sol yarısının-epiqastral nahiyənin daxilə nüfuz edərək, böyük piyliyi, mədəni, 12 barmaq bağırsağı və Treys bağını zədələyən deşilmiş-kəsilmiş yarası hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın, sol bazu oynağı nahiyəsinin, sol süd vəzisinin və döş qəfəsinin 4 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sol bazu nahiyəsinin dəlib-keçən deşilmiş-kəsilmiş yarası və sol said nahiyəsinin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir, səthi kəsilmiş yaralar, qançırlar və sıyrıq isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 meyitində aşkar olunmuş xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin), kəsilmiş və səthi kəsilmiş yaralar iti kənarlı alətin (alətlərin), əzilmiş-cırılmış yaralar, qançırlar və sıyrıq isə bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs2 meyitində aşkar olunmuş yaraların ölçülərinə və yara kanallarının dərinliyinə əsasən demək olar ki, daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralar ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdi. Daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, kəsilmiş yara və səthi kəsilmiş yaralar isə ekspertizaya təqdim edilmiş bıçağın, eləcə də digər deşici kəsici əşyanın (alətin) tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdi. Əzilmiş-cırılmış yaralar ekspertizaya təqdim edilmiş çəkicin təsirindən, qançırlar və sıyrıq isə insan bədəninin hissələri ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 ölümünə səbəb sağ təpə sümüyünün basılmış sınığı ilə müşaiyət olunan təpə nahiyəsinin əzilmiş- cırılmış yaraların törətdiyi baş beyinin yumşaq qişaları altına və mədəciklərinə qansızma nəticəsində inşikaf edən baş beyinin kəskin travmatik ödemi olmuşdur. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır (cild 2, iş vərəqi 30-38). İş materiallarına əlavə edilmiş məhkəmə trasoloji və soyuq silah ekspertizasının 14.10.2019-cu il tarixli 23447/23448 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 ədəd çəkic zavod üsulu ilə hazırlanmış təsərrüfat təyinatlı alətdir və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus paltarlar üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yeri və ölçüsü verilmişdir. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilən bıçağın tiyəsi daxildir (cild 2, iş vərəqi 14-18). Məhkəmə-tibbi biloji ekspertizasının 18.10.2019-cu il tarixli 786/2019-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu Balfa/İİİ/. Zərərçəkmiş şəxs1 təqdim olunan şəxsiyyət vəsiqəsinin surətinə əsasən qan qrupu B/İİİ/. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin surətinə əsasən qan qrupu O/İ/. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs2 məxsus don, Zərərçəkmiş şəxs1 məxsus şalvar, kofta, alt mayka, 1 ədəd bıçaq, çəkic və 2 ədəd çubuqlu pambıq tamponlar üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrində qrup antigenləri və aqqlyutininləri ABO sistemi üzrə təyin olunduqda “B” antigeni, əksər ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri B/alfa/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 və ya Zərərçəkmiş şəxs1 məxsus ola bilər (cild 2, iş vərəqi 19-25). Kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə psixoloji ekspertizasının 15.10.2019-cu il tarixli 2068 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəliyi və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğun olmaqla öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, baş vermiş hadisəni qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək qabiliyyətinə malikdir. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyllilik aşkar olunur. İnadkarlıq, hövsələsizlik, kobudluq, eqosentrizim, konfliktə meyllilik, nümayişkarənəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından, intellektual imkanlarından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır (cild 2, iş vərəqi 129-131). Cinayət işinə əlavə olunmuş 14 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan 559784456 nömrəyə dair məlumatlar ibtidai istintaq zamanı “xxxx” MMC mobil rabitə operatorundan götürülərək baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş məlumatlar 19.08.2019-cu il tarixdən 02.09.2019-cu il tarixədək olan dövrü əhatə edir. Zərərçəkmiş şəxs1 istifadəsində olan 055 ******* nömrəsinə 19.08.2019-cu il tarixdən 31.08.2019-cu il tarixdək olan müddət ərzində gələn mesajlar əks olunmuşdur. Mesajların əksəriyyəti Binəqədi rayon prokurorluğunda şahid qismində ifadə vermiş Şahid4 istifadəsində olan 055 236 62 75 nömrədən göndərilmişdir. Həmin mesajlar 19.08.2019-cu il tarixdən 31.08.2019-cu il tarixədək olan müddəti əhatə etməklə “Yaxwi bekar olanda vzv at ozum yigacam seni” “Allah bagiwlasin ay ureyim onda otru bagiwla demey lazim deyil nefesim)”; “O mahnda oxunan sozlerin hamsini sene qarwi mende his edirem sene baglaniram sevgiyaranb mende sene qarwi inanki seni fkrlewrem ilk gunden beri aglmdan cxmrsan”; “He cox isterdim mende iwden indi cixdim yol gedirem iw yoldawdarimnan nermanova gedirem tek olsan gelerem eve gedende mene xeber ele gelim”; “Ele bir yerde oturmuwamki zeng edende zeng catmir mesaj yaz men bilim omrum gelim seni oturmeye canm? Mene xeber ele omrum”; “*134#40# yes yig 1 manatliq verecey 50 mqb verir cox goturmeyi bilmirem amma”; “İstesen gelerem sene gore teki sen iste hara desen gelerem canimin ici seni cox cox cox sevirem bunu bil” ; “Catiram men ora 15-20 deqiye ordayam marwurutdayam gelirem”; “Delisen ne sevgilisi mende samir deyilem 3-4-un ele alam daniwam mene biri bes edir odaki sensen sen mene yeterlisen Allahaqqi senden bawqa daniwdigim qiz yoxdu”; “Omrum Eve gedesi oldum baci narahatdi zeng elemiwdi derman alasiyam aptekden qala bilmedim seher suprizin ne olacaqsa indiden marag edirem goren ne olacaq”; “Yaxwi heyatim baciya alirdim dermani yigarsan ne vaxt istesen sensiz darixiram balam seni cox cox cox sevirem heyatimin menasi opurem seni bal dodaqlarindan”; “Sabaha suprizin ne olacaqki mene awkim mende cox darixiram uzanmiwam seni fikirlewirem heyyatim mende iwde butun gunu seni fikirlewirem seni cox sevirem”; “İnternetim qutardi ona gore cvb yaza bilmedim uxurlu say emim oglu gilnen oturmuwam hele getmemiwem eve gedende ataram”; “Daniwa bilmirem omrum eve gedim ozum yigacam seni heyatim” məzmunludur (cild 2, iş vərəqi 74-75). İş materiallarına əlavə edilmiş 24 sentyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 194). Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə böyük ictima təhlükə törətməyən və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.5ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər isə xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 134 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə və islah işləri növündə cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, ona Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təyin olunacaq islah işləri cəzasının üç günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası müəyyən edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 04 sentyabr 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixdə adı çəkilən şəxs Bakı şəhəri, Binəqədi rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan iş üzrə maddi sübutlar – bir ədəd çəkic, bir ədəd bıçaq, mərhum Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş bir ədəd don, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş bir ədəd mayka, bir ədəd köynək və bir ədəd şalvar məhv edilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması, mülki iddia verilməməsi, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 134 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə 18 (on səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasının üç günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə ona təyin olunmuş islah işləri cəzası 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 sentyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Bakı şəhəri, Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan maddi sübutlar – bir ədəd çəkic, bir ədəd bıçaq, mərhum Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş bir ədəd don, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş bir ədəd mayka, bir ədəd köynək və bir ədəd şalvar məhv edilsin. Məhkəmə məsrəfləri hesab edilən 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması, mülki iddia verilməməsi, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar