Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-325/2021 15.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə X6 şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nizami rayonu, 1-ci Köndələn küçəsi, ev 23də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Rza” adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək Azərbaycan Respublikasının ərazisinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb gətirdiyi külli miqdarda, ümumi təmiz çəkisi 4,743 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda, ümumi təmiz çəkisi 15,373 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini sonuncudan satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Nizami rayonu, 1-ci Köndələn küçəsi, 23 saylı evdə və üzərində saxlamışdır. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən xx xxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 21:15-də yaşadığı evin qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış aparılan zaman onun şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı "Rza” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 0,870 qram çəkidə bir büküm narkotik vasitə heroin və 1,028 qram çəkidə bir büküm psixotrop maddə metamfetamin əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, 1-ci Köndələn küçəsində yerləşən 23 saylı fərdi yaşayış evinə könüllü razılığı və iştirakı ilə baxış keçirilən zaman onun şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ‘‘Rza” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 5,445 qram, 5,658 qram, 0,561 qram, 0,467 qram, 1,156 qram, 0,292 qram, 0,135 qram, 0,631 qram, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 14,345 qram psixotrop maddə metamfetamin 8 (səkkiz) ədəd bükümdə və külli miqdarda, yəni 3,873 qram çəkidə narkotik vasitə heroin 1 (bir) ədəd bükümdə olmaqla evin yataq otağında olan dolabın üstündəki bir ədəd qara rəngli üzərində “Tour Market” yazısı olan qutunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulmamışdan təxminən 3-4 ay əvvəl spirtli içkinin təsiri altında olduğu zaman “İnstagram” sosial şəbəkəsində şəkil çəkib paylaşmışdır. O, "Odnoklassniki.ru” saytında “Zaklatka Bakı", “İnstagram” sosial şəbəkəsində isə “Metidenximiya" adı altında qeydiyyatdan keçərək həmin səhifələrdə narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən digər maddələrin reklamı və təbliği ilə məşğul olmağa başlamışdır. O, narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən digər maddələrin reklamı və təbliği ilə məşğul olmağa başlasa da, məqsədi sosial şəbəkələrdə olan müştərilərin pullarını ələ keçirmək olmuşdur. O, həmin saytlarda narkotik vasitələrin, psixotrop madddələrin və güclü təsir edən digər maddələrin qiymətini yazaraq orada içkinin təsiri altında bəzi reklamlar paylaşmışdır. O, bu hərəkətləri edərkən içkinin təsiri altında olmuş və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polislər onun yaşadığı evdə axtarış aparan zaman evindən öz istifadəsi üçün alıb saxladığı təxminən 10 (on) qram çəkidə olan psixotrop maddə metamfetamin aşkarlanmışdır. O, heç vaxt narkotik vasitə və psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə yüngül cəza təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin qəbulu, üzərində gəzdirməsi, yaşadığı ünvanda saxlaması, həmçinin “İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin təbliğini yaymaqla "xxxx" ASC-yə məxsus karta pulun ödənilməsi yolu ilə müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, İdarənin digər əməkdaşları Şahid2 və Natiq İspatov daxil olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə olması barədə əməliyyat məlumatı daxil olmuş və onlar Anarın Bakı şəhəri, Keşlə qəsəbəsində yaşadığı evin qarşısına getmişlər. Onlar orada olduqları zaman özünü şübhəli aparan, xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfərin olmasını müəyyən etmişlər və həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını demişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərarla tanış edilmiş və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatının daxil olduğunu bildirərək onlarla birlikdə Baş X4 getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla birlikdə Baş İdarənin inzibati binasına getmişdir. Baş İdarədə təhqiqatçı əməliyyat nəticəsində tutulmuş Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş və sonuncu üçün vəkil dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın videoçəkilişlə aparılacağı bildirilmişdir. Təhqiqatçı əməliyyat nəticəsində tutulmuş Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb masanın üstünə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs da əynindəki qara rəngli gödəkçənin cibindən 2 (iki) kağız bükümü çıxararaq masanın üstünə qoymuşdur. Sonra həmin 2 (iki) büküm qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs 2 (iki) bükümün içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin olduğunu, həmin bükümdə olan narkotik vasitə və psixotrop maddədən özünün istifadə etdiyini, həmin bükümləri X10 vətəndaşı olan "Rza" adlı şəxsdən aldığını, yaşadığı evdə də həmin kütlələrdən olduğunu onlara bildirmişdir. Sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra o, şəxsi axtarışda iştirak edən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Orada videoçəkiliş yenidən başlanmışdır. Onlar Təqsirləndirilən şəxs könüllü razılığı və iştirakı ilə evin içərisinə daxil olmuşlar. Onlar evə daxil olan zaman Təqsirləndirilən şəxs onları özünün yaşadığı yataq otağına dəvət etmiş və sonuncu orada olan dolabın üzərindəki 1 (bir) ədəd qutunu onlara təqdim etmişdir. Təhqiqatçı həmin qutuya baxış keçirən zaman qutunun içərisində 1 (bir) büküm narkotik vasitə heroinə və 8 (səkkiz) büküm psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Sonra həmin bükümlər qablaşdırlaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdən 1 (bir) ədəd elektron sənəd daşıyıcısı (flaşka), 1 (bir) ədəd kompüter prosessoru və 2 (iki) ədəd plastik kart götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri də İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsdən aldığını bildirmişdir. Sonra onlar Baş İdarəyə getmişlər və orada bu barədə protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi həmin protokolu imzalamışdır. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, xx xxxxx 2020-ci il tarixdə X6 şəhərində anadan olmuş və Bakı şəhəri, Nizami rayonu, Keşlə kəndində yaşayan Təqsirləndirilən şəxs müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin qəbulu, üzərində gəzdirməsi, yaşadığı ünvanda saxlaması, həmçinin “İnstagram” sosial şəbəkəsində “Metidenximiya” profilini işlədərək orada narkotik vasitələrin təbliğini yaymaqla "xxxx" ASC-yə məxsus karta pulun ödənilməsi yolu ilə müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı Baş İdarənin əməliyyatçısı olan Şahid1 tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Şahid1 və Natiq İspatov daxil olmuşlar. Sonra qrup üzvləri Təqsirləndirilən şəxs barəsində keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Həmin gün, yəni xx xxxxx 2020-ci il tarixdə onlara Təqsirləndirilən şəxs yaşadığı evdə olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin tarixdə onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana, yəni ünvan 1 ünvanında yerləşən evin qarşısına getmişlər. Onlar orada olduqları zaman təxminən saat 21:15-də evin qarşısında özünü şübhəli aparan, xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfərin olmasını müşahidə etmişlər. Sonra onlar həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını demişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və öz anket məlumatlarını qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə məlumatın daxil olduğunu bildirmişlər və Təqsirləndirilən şəxs onlarla birlikdə Baş İdarəyə getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Baş İdarəyə getmişdir. Baş İdarədə polislər Təqsirləndirilən şəxs təhqiqatçı Nəcəf Aburşunun xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı əməliyyat nəticəsində tutulmuş Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş və hüquqlarının müdafiəsi məqsədi ilə vəkil dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı və şəxsi axtarışın videoçəkilişlə aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Bundan sonra təhqiqatçı əməliyyat nəticəsində tutulmuş Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs da əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd mobil telefon, 1 (bir) ədəd tibbi maska və 1 (bir) şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Sonra həmin 2 (iki) büküm qablaşdırılaraq götürülmüş, mobil telefon və şəxsiyyət vəsiqəsi iş üçün üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilməsi götürülmüş, tibbi maska isə özünə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş əşyaları təqdim etməsi təklif olunmuş və sonuncu aşkar edilmiş 2 (iki) ədəd bükümün içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin olduğunu, həmin maddə və vasitələrdən özünün də istifadə etdiyini, həmin bükümdə olan vasitə və maddələri X15 vətəndaşı olan "Rza" adlı şəxsdən aldığını, yaşadığı evdə də həmin kütlələrdən olduğunu demiş və yaşadığı evdə olan kütlələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxs birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada videoçəkiliş yenidən başlanmış və Təqsirləndirilən şəxs könüllü razılığı, eləcə də iştirakı ilə evin içərisinə daxil olmuşlar. Onlar evdə olduqlarını zaman Təqsirləndirilən şəxs onları özünün yaşadığı yataq otağına dəvət etmiş və orada olan dolabın üzərindəki 1 (bir) ədəd qutunu təqdim etmişdir. Təhqiqatçı həmin qutuya baxış keçirən zaman orada 1 (bir) bükümdə narkotik vasitə heroinə və 8 (səkkiz) bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Sonra həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadlğı evdən 1 (bir) ədəd elektron sənəd daşıyıcısı (flaşka), 1 (bir) ədəd kompüter prosessoru və 2 (iki) ədəd plastik kart götürülmüş, evdə dövriyyəsi qadağan olunmuş başqa aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütlələri X11 vətənfaşı "Rza” adlı şəxsdən aldığını, bunun müqabilində sonuncuya 640 (altı yüz qırx) manat pul verəcəyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və onlar birlikdı Baş İdarəyə getmişlər. Daha sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç kəsin əlavə və şikayəti daxil olmamış, həmin protokol iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, xx xxxxx 2020-ci il tarixdə X6 şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Keşlə kəndində yaşayan Təqsirləndirilən şəxs müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin qəbulu, üzərində gəzdirməsi, yaşadığı ünvanda saxlaması, həmçinin “İnstagram” sosial şəbəkəsində “Metidenximiya” profilini işlədərək narkotik vasitələrin təbliğini yaymaqla "xxxx" ASC-yə məxsus karta pulun ödənilməsi yolu ilə müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Baş İdarənin əməkdaşı olan Şahid1 tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Şahid2 və Şahid1 daxil olmuşlar. Qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə olması barədə onlara əməliyyat məlumatı daxil olmuş və həmin tarixdə onlar sonuncunun yaşadığı ünvana, yəni ünvan 2 yerləşən evin qarşısına getmişlər. Onlar orada olduqları zaman saat 21:15-də qeyd olunan evin qarşısında özünü şübhəli aparan, xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfərin olması müşahidə edilmişdir. Onlar həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını demişlər və Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və anket məlumatlarını qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmiş və qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib onlarla birlikdə Baş İdarəyə getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Baş X2 inzibati binasına getmişdir. Baş İdarədə Anar X7 təhqiqatçısı Nəcəf Aburşunun xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı əməliyyat nəticəsində tutulmuş Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkillərinin adları olan siyahını təqdim etmişdir. Təqsirləndirilən şəxs da siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra İlqar Musayev dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunaraq həmin vəkilə etirazının olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sonuncunun üzərində şəxsi axtarış aparılacağı və şəxsi axtarışın videoçəkilişlə aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Bundan sonra təhqiqatçı əməliyyat nəticəsində tutulmuş Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs da əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd mobil telefon, 1 (bir) ədəd tibbi maska və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Sonra 2 (iki) ədəd büküm qablaşdırılaraq götürülmüş, mobil telefon və şəxsiyyət vəsiqəsi də iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, lakin tibbi maska isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 (iki) bükümdən birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, həmin vasitə və maddədən özünün də istifadə etdiyini, həmin vasitə və maddəni X12 vətəndaşı "Rza" adlı şəxsdən aldığını, yaşadığı evdə həmin kütlələrdən olduğunu deyərək evində olan kütlələri onlara təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada videoçəkiliş yenidən başlanmış və Təqsirləndirilən şəxs könüllü razılığı və iştirakı ilə evin içərisinə daxil olmuşlar. Onlar evə daxil olduqları zaman Təqsirləndirilən şəxs onları özünün yaşadığı yataq otağına dəvət etmiş və orada olan dolabın üzərindəki 1 (bir) ədəd qutunu təqdim etmişdir. Təhqiqatçı həmin qutuya baxış keçirən zaman orada 1 (bir) bükümdə narkotik vasitə heroinə və 8 (səkkiz) bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Sonra həmin bükümlər qablaşdırlaraq götürülmüşdür. Bundan başqa, evdən 1 (bir) ədəd elektron sənəd daşıyıcısı (flaşka), 1 (bir) ədəd kompüter prosessoru və 2 (iki) ədəd plastik kart götürülmüşdür. Bundan başqa, evdə dövriyyəsi qadağan olunmuş hansı hansı bir əşya aşkar edilməmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütlələri İslam Respublikasının vətədaşı "Rza” adlı şəxsdən aldığını, bunun müqabilində sonuncuya 640 (altı yüz qırx) manat pul verəcəyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və onlar Baş İdarəyə getmişlər. Daha sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmamış, həmin protokol iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində xx xxxxx 2020-ci il tarixdən etibarən Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 8) görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 21:15 dəqiqədə yaşadığı evin yaxınlığında saxlanılaraq Baş X4 gətirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 18) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 29-30) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə narkotik vasitə heroinə oxşar kütlə və 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qara rəngli gödəkçənin sol yan iç cibindən 1 (bir) ədəd qara rəngli tibbi maska, qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd “Nokia” markalı göy rəngli mobil telefon, həmin şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli baxış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 32) görünür ki, Təqsirləndirilən şəxs faktiki yaşadığı evdə baxış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 33-34) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan tünd qəhvəyi rəngli dolabın üzərindən 1 (bir) ədəd qara rəngli “TOUR MARKET” yazılı qutu aşkar edilmişdir. Həmin qutuya baxış keçirilən zaman onun içərisindən 1 (bir) bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 8 (səkkiz) bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman onun yataq otağından 1 (bir) ədəd ağ rəngli üzərində “Caspian Oil&Gas” sözləri yazılmış yaddaş kartı, 1 (bir) ədəd “Gigabayte” markalı, qara rəngli kompüterin prosessoru, qonaq otağından “xxxx” ASC-yə məxsus olan göy rəngli, **********973775 nömrəli və **********255657 nömrəli 2 (iki) ədəd plastik kart götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/491 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 45-47) görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs Hüseyoviçin üzərindən aşkar olunmuş 2 (iki) ədəd bükümdə...” yazısı olan paketdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,870 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 1.028 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs Hüseyoviçin yaşadığı evdən aşkar olunmuş..." yazısı olan paketdəki, 8 (səkkiz) ədəd bükümdə, ümumi təmiz çəkisi 14,345 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 3,873 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 (bir) ədəd bükümdə və yaşadığı evdən götürülmüş 1 (bir) ədəd bükümdəki heroinlərin ümumi təmiz çəkisi 4,743 qramdır və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1(bir) ədəd bükümdə və yaşadığı evdən götürülmüş 8 (səkkİz) ədəd bükümdəki metamfetaminlərin ümumi təmiz çəkisi 15,373 qramdır və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 62-63) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-479/2020 saylı qərarından (cild 1, iş vərəqə 87-92) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli mobil telefon aparatlarının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 108-119) görünür ki, Anar Hüseynoviçin istifadəsində olan “Nokia” markalı mobil telefonunun “fotoqraflar” faylına daxil olan zaman orada “Zaklatka Bakı” sözləri yazılmış sosial şəbəkədə narkotik vasitə və psixotrop maddələrin adları, çəkiləri, növləri, qiymətləri və fotoşəkilləri əks olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 5(007)-77/2020 saylı qərarından (cild 1, iş vərəqə 137) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın qanuni hesab edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tələbnaməsindən (cild 1, iş vərəqə 133-134) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-938/2020 saylı qərarından (cild 1, iş vərəqə 176-179) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 3 (üç) ay, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 181) görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X19 X14 X13 1776 saylı rəyindən (cild 1, iş vərəqə 183) görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 189-198) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş, tədqiqatdan sonra qalıq çəkisi 4,543 qram təşkil edən narkotik vasitə heroinin və qalıq çəkisi 15,193 qram təşkil edən psixotrop maddə metamfetaminin, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Nokia” markalı mobil telefonun, 1 (bir) ədəd “Gigabyte” markalı kompüter sistem blokunun, “xxxxa” məxsus 2 (iki) ədəd plastik kartın maddi sübut kimi tanınması və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nın maddi sübutların saxlanma kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs ailə üzvlərinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 307-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri olmadığından həmin şəxslərin barəsində cinayət təqibinin balanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 1 (bir) ədəd elektron sənəd daşıyıcısının onun yaxın qohumlarına qaytarılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 213-214) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunlu ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X18 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin seçdiyi müdafiəçinin vasitəsi ilə suallar vermiş, eləcə də ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittiham bütövlükdə mübahisələndirildiyindən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış hər bir sübuta ayrı-ayrılıqda hüquqi qiymət verilməli, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın (Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin dispozitiv şərtləri) mahiyyətinin izahı verilməli, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllər toplanmış sübutlar əsasında qarşılıqlı şəkildə təhlil edilməlidir. Belə ki, qeyd edilən məsələlər həll edilmədən təqsirləndirilən şəxsin əməlinin (əməllərinin) tövsif edilməsi mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməllərini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, ziddiyyətli məqamları nəzərə almamış və nəticədə təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin tövsifində səhvə yol vermişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq olaraq əldə etməsi, üzərində saxlamaqla daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları xx xxxxx 2020-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirmişlər və bu tədbirlər nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 21:15-də yaşadığı evin qarşısında saxlanılaraq Baş İdarəyə aparılmışdır. Orada onun üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən 0,870 qram çəkidə bir büküm narkotik vasitə heroin və 1,028 qram çəkidə bir büküm psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdən sonra onun icazəsi ilə yaşadığı Bakı şəhəri, Nizami rayonu, 1-ci Köndələn küçəsində yerləşən 23 saylı fərdi yaşayış evinə baxış keçirilmişdir. Həmin vaxt onun yaşadığı evdən 8 (səkkiz) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,445 qram, 5,658 qram, 0,561 qram, 0,467 qram, 1,156 qram, 0,292 qram, 0,135 qram, 0,631 qram, ümumi təmiz çəkisi 14,345 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) bükümdə ümumi təmiz çəkisi 3,873 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə etməsi, əldə etdikdən sonra bir hissəsini üzərində saxlaması və gəzdirməsi, digər hissəsini yaşadığı evdə saxlaması tam şəkildə öz təsdiqini tapmışdır. Lakin məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən və ya kimlərdən, hansı şəraitdə və nə vaxt, təkbaşına və ya başqa şəxslə (şəxslərlə) birlikdə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən ümumi təmiz çəkisi külli miqdar təşkil edən 4,743 qram narkotik vasitə heroinin və ümumi təmiz çəkisi külli miqdar təşkil edən 15,373 qram psixotrop maddə metamfetaminin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin ona irəli sürülmüş ittihama uyğun olub-olmamasının müəyyən edilməsi, başqa sözlə, onun əməllərinin təvsif edilməsi, eləcə də onun külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə edərkən, üzərində və yaşadığı evdə saxlayarkən, eləcə də üzərində daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməllərinin tövsifində mühüm və başlıca rol oynayır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham ondan ibarətdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. İlk növbədə məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı ittiham irəli sürülsə də, irəli sürülmüş ittihamla (qaçaqmalçılıqla bağlı) bağlı ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs onun qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirməsi nəticəsinə gəlsə də səlahiyyətli dövlət orqanı tərəfindən ona ümumvətəndaş pasportunun verilib-verilməməsi, verildiyi halda onun Azərbaycan Respublikasının hüdudlarını tərk edib-etməməsi, etdiyi halda onun səfər etdiyi ölkələr arasında İran İslam Respublikasının olub-olmamasını, habelə xarici ölkə və ya ölkərələ səfər etdiyi halda onun kiminlə hərəkət etməsini ümumiyyətlə araşdırmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsasən hər bir cinayət işi üzrə cinayət əməlinin törədildiyi vaxt dəqiq müəyyən edilməli və qeyd edilən məsələ sübutlar əsasında təsdiq edilməlidir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs nə zaman (hansı tarixdə) Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini göstərən heç bir sübut yoxdur. Bu məsələ özü-özlüyündə ciddi məsələdir. Belə ki, cinayətin törədildiyi vaxtın müəyyən edilməsi əhəmiyyətli məsələlərdən birini təşkil edir. Ən azı ona görə ki, Cinayət Məcəlləsinin 75-ci maddəsində müddətin keçməsinə görə cinayət məsuliyyətindən azad olunma institutu müəyyən edilmişdir. Cinayətin törədilmə vaxtını müəyyən etmədən Cinayət Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulmuş məsələnin həll edilməsi mümkün deyil. Bundan başqa, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxslə və qeyrisi ilə qabaqcadan əlbir qrup şəxs halında hərəkət etməsi (cinayət törətməsi) nəticəsinə gəlsə də, “Rza” adlı şəxsin həqiqətdə mövcud olub-olmamasını, olduğu halda onun İran İslam Respublikasının və ya digər ölkənin vətəndaşı olub-olmamasını ümumiyyətlə araşdırmamış və bu hissədə yalnız təqsirləndirilən şəxsin ifadəsinə əsaslanmışdır. Başqa sözlə, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ilkin ifadəsində göstərdiyi arqumenti yoxlamadan, yəni “Rza” adlı şəxsin həqiqətən də mövcud olmasını, Təqsirləndirilən şəxs məhz “Rza” adlı şəxslə “işgüzar” münasibətdə olmasını aydınlaşdırmadan, habelə “Rza” adlı şəxsin ifşa olunması və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində ən azından İran İslam Respublikasının səlahiyyətli orqanlarına bu barədə müraciət etmədən təqsirləndirilən şəxsə əsassız şəkildə ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Eyni zamanda ibtidai istintaq orqanı gəldiyi nəticədə (ittiham aktında) bir tərəfdən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirmiş, digər tərəfdən isə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs “Rza” adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək Azərbaycan Respublikasının ərazisinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb gətirdiyi külli miqdarda, ümumi təmiz çəkisi 4,743 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 15,373 qram olan psixotrop maddə metamfetamini “Rza” adlı şəxsdən Azərbaycan Respublikasının ərazisində satış məqsədilə qanunsuz olaraq əldə etmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə nisbətdə Təqsirləndirilən şəxs barəsində dəqiq və konkret nəticəyə gələ bilməmişdir. Eyni zamanda ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsi ilə bağlı hissədə onun qabaqcadan əlbir bir qrup şəxs halında hərəkət etməsi, eləcə də onun “Rza” adlı şəxslə razılışması və cinayətin törədilməsi ilə bağlı onların arasında rol bölgüsünün olması hallarına istinad etsə də, onların arasındaki razılaşmanın nədən ibarət olması, həmin razılaşmanın harada, hansı qaydada və hansı şərtlərlə əldə olunması istiqamətində heç bir sübut toplamamış və cinayət işinin materiallarına əlavə etməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının ərazisində qanunsuz olaraq əldə etməsi nəticəsinə gəlsə də, əsassız şəkildə ona narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində qaçaqmalçılığın törədilmə üsulları kimi malların və ya digər əşyaların gömrük sərhədindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxun bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi göstərilmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə - qaçaqmalçılıq cinayətinin ictimai təhlükəliliyi cinayət tərkibinin obyektiv cəhətinə daxil olan əməllərin törədilməsi nəticəsində malların ölkəmizin gömrük sərhədindən keçirilməsinin müəyyən edilmiş qaydalarının və şərtlərinin pozulmasından ibarətdir. Qaçaqmalçılıq cinayəti formal təribli cinayət əməlidir. Qaçaqmalçılıq faktiki olaraq əşyaların gömrük sərhədindən keçirildiyi andan başa çatmış hesab edilir. Göründüyü kimi təqsirkarın törətdiyi əməlin qaçaqmalçılıq cinayət əməli kimi tövsif edilməsi üçün yeganə əsas - təqsirkar tərəfindən Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş hərəkətin və ya hərəkətlərin icra edilməsidir. Başqa sözlə, şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini törətdiyi halda Cinayət Məcəlləsinin 206-cı maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilə bilər. Qeyd edilən hüquqi mövqe, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2021-ci il tarixli qərarında da nəzərdə tutulmuşdur. Belə ki, həmin qərarda göstərilmişdir ki, şəxs tərəfindən malların və ya digər əşyaların gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti kimi tövsif edilir ki, cinayət əməlini törətmiş şəxs Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasındakı cinayətin obyektiv cəhətini təşkil edən və Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Həmçinin qərarda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından görünür ki, şəxsin əməlinin Cinayət Məcəlləsinin 206-cı maddəsi üzrə tövsif edilməsi üçün həmin şəxs tərəfindən mütləq qaydada həmin maddənin dispozisiyasındaki cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin törətməsi tələb olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2ci maddəsi üzrə ittiham irəli sürülsə də, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasındaki cinayətin obyektiv cəhətini təşkil edən hansı hərəkətin və ya hərəkətlərin törədilməsi, həmin hərəkət və ya hərəkətlərin nə vaxt, hansı şəraitdə və kiminlə törədilməsi ilə bağlı heç bir sübut əldə etməmişdir. Məhkəmə istintaqında da Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirməsi təsdiq olunmamışdır. Əksinə məhkəmə istintaqında Təqsirləndirilən şəxs tərəfindən külli miqdar narkotik vasitə və psixotrop maddənin Azərbaycan Respublikasının ərazisində təkbaşına qanunsuz olaraq əldə etməsi təsdiq olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı ibtidai araşdırma zamanı sübutların qiymətləndirilməsi barədə qərar əsasında Təqsirləndirilən şəxs əməllərini Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi nəticəsinə gələrkən təqsirləndirilən şəxsin əməlinin tövsifində kobud səhvə yol verərək sonuncuya əsassız və qanunsuz şəkildə ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə Azərbaycan Respublikasında cinayətkarlıqla mübarizədə polis əməkdaşlarının rolunu yüksək qiymətləndirir. Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə ən üst səviyyədə olmalıdır. Lakin cinayətkarlıqla mübarizə - şəxslərin təməl hüquqlarına, o cümlədən məhkəmə müdafiə hüququna xələl gətirməməlidir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev demişdir ki, “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Eyni zamanda hər hansı bir şəxsin başqa bir şəxslə narkotik vasitələrin əldə edilməsi, həmin vasitələrin qiyməti, çəkisi və növü barədə danışıq aparması (mesaj, telefon zəngi, sosial şəbəkə vasitəsi ilə yazışmalar və sair rabitə üsulları ilə aparılmış danışıqlar) - narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər mövcud olmadığı halda bir şəxsin başqa şəxsə narkotik vasitələrin əldə edilməsi (əvəzli və ya əvəzsiz) ilə bağlı istənilən formada və qaydada müraciət etməsi müraciət etmiş şəxsin əməlinin qaçaqmalçılıq cinayəti üzrə tövsif edilməsinə əsas ola bilməz. Qanunun imperativ tələbinə və qaçaqmalçılıq cinayətinin mahiyyətinə görə təqsirkar mütləq qaydada Cinayət Məcəlləsinin 206-cı maddəsindəki cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdən ən azı birini icra etməlidir ki, onun törətmiş olduğu əməlin qaçaqmalçılıq cinayəti üzrə tövsif edilməsi mümkün olsun. Təqsirləndirilən şəxs hansısa bir şəxslə narkotik vasitələrin əldə edilməsi ilə bağlı danışıq aparmış olsa belə (ittiham üzrə “Rza” adlı şəxslə) o, üzərindən və yaşadığı evdən aşkarlanmış narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməmişdir. Əksinə həmin vasitələr və maddələr Azərbaycan Respublikasının ərazisinə məhkəməyə aydın olmayan yolla keçirildikdən sonra o, müstəqil əməl şəklində həmin vasitə və maddələri qanunsuz “alqı-satqı” formasında əldə edərək sahibliyinə və istifadəsinə qəbul etmişdir. Yuxarıda müəyyən edilmiş hallara ayrı-ayrılıqda və məcmu halda hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin zəruri tərkib əlamətləri yoxdur və onun həmin cinayətlərə heç bir aidiyyatı yoxdur. O, Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini ümumiyyətlə törətməmişdir. Belə ki, Təqsirləndirilən şəxs onun üzərindən və yaşadığı evdən aşkarlanmış külli miqdarda narkotik vasitə və psixotrop maddələri məhz Azərbaycan Respublikasının ərazisində qanunsuz olaraq əldə etmiş, həmçinin o, həmin vasitə və maddələri əldə edərkən qeyriləri ilə birlikdə, yəni qabaqcadan əlbir bir qrup şəxs halında hərəkət etməmişdir. Belə olduğu halda onun əməllərinin Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri üzrə tövsif edilməsi və onun əməllərində qeyd edilən cinayətlərin zəruri tərkibinin olması nəticəsinə gəlmək qanunsuzdur. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini töərtmişdir. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını yalnız ehtimallar və mülahizələr təşkil etmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri üzrə Təqsirləndirilən şəxs ittiham irəli sürərkən araşdırmalı olan halları araşdırmamış, sübuta yetirməli olan hallarla bağlı heç bir sübut əldə etməmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs mülahizələr və ehtimallar əsasında irəli sürdüyü ittiham məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi qənaətinə gəlmək mümkün olmamışdır. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Qeyd edilən tələblər, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müxtəlif qərarlarında da öz əksini və təsdiqini tapmışdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6.2-ci maddəsinin tətbiqi ilə əlaqədar “Barbera, Messegi və Cabardo İspaniyaya” qarşı iş üzrə çıxarılmış qərarda göstərmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi - məhkəmə tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi və öz vəzifələrinin yerinə yetirilməsi zamanı təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi barədə ön mühakimə ilə başlamamağı tələb edir. Sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərdə Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin zəruri tərkib əlamətləri olmamış, eləcə də onun həmin cinayətlərin törədilməsində təqsiri sübuta yetirilməmiş, ibtidai istintaq orqanı ehtimallara və mülahizələrə əsasən həmin maddələr üzrə ona ittiham irəli sürmüşdür. Bundan başqa, toplanmış sübutlar təqsirləndirilən şəxsin ittihamın qeyd edilən hissəsi üzrə təqsirsizliyini təsdiq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2, 39.2 və 42-ci maddələrini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə bəraət verilməlidir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5 və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin təsir gücünə, həmin vasitə və maddələrin növünı, bükümlərin sayına, həmin bükümlərdə olan narkotik vasitə və psixotrop maddələrin çəkisinə diqqət yetirdikdə məlum olur ki, həmin bükümlərin çoxunda olan çəki narkomaniya xəstəsi olan, habelə narkotik vasitə və psixotrop maddənin alüdəçisi olan şəxsin birdəfəlik istifadə dozasını təşkil edir. Yəni həmin bükümlərdə olan vasitə və maddələr bir neçə şəxsin bir neçə günlük dozasını təşkil etmişdir. Eyni zamanda həm cinayət işinin materiallarında olan sübutlardan, həm məhkəmə istintaqında təqsirləndirilən şəxsin vermiş olduğu qismən etirafedici ifadəsindən, həm də məhkəmə istintaqında dindirilmiş şahid ifadəsindən məlum olur ki, Təqsirləndirilən şəxs “İnstagram” və digər sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin satışı və reklamı ilə məşğul olmuş, bu məqsədlə hətta bank hesabları açmış, sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddə almaq niyyətində olan şəxslərə yazışmalar aparmış, fəaliyyətinin qanunsuz olduğunu bildiyi halda sahibliyində olan narkotik vasitə və psixotrop maddələri realizə etmək istiqamətində fəal hərəkətlər etmiş, “müştəriləri” inandırmaq məqsədi ilə müxtəlif narkotik vasitə və psixotrop maddələrin şəkillərini, adlarını, növlərini, çəkilərini və qiymətlərini həmin şəxslərə göndərmişdir. Bununla da o, faktiki olaraq qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkarlanmış narkotik vasitə və psixotrop maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərinə və evində saxlamış, eləcə də üzərində daşımışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri üzrə bəraət verilməli, bundan başqa, onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri mövcud olduğundan qeyd edilən maddə üzrə təqsirli bilinməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X16 Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun qeyd edilən cinayət üzrə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayət xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, himayəsində yaşlı anasının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, onun əməlində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X19 X17 X13 1776 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkəcəyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,543 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 15,193 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Nokia” markalı mobil telefon, 1 (bir) ədəd “Gigabyte” markalı kompüter sistem bloku, “xxxxa” məxsus 2 (iki) ədəd plastik kart, 1 (bir) ədəd elektron sənəd daşıyıcısı Təqsirləndirilən şəxs yaxın qohumu olan anasına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və onun cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri olmadığından və onun qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,543 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 15,193 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Nokia” markalı mobil telefon, 1 (bir) ədəd “Gigabyte” markalı kompüter sistem bloku, “xxxxa” məxsus 2 (iki) ədəd plastik kart, 1 (bir) ədəd elektron sənəd daşıyıcısı Təqsirləndirilən şəxs yaxın qohumu olan anasına qaytarılsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-325/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-325/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver