Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-325/2022 28.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1982-ci il dekabrın 09-da Gürcüstanın Marnueli rayonunda anadan olmuş, Gürcüstan vətəndaşı, orta təhsilli, subay, himayəsində bir yetkinlik yaşına çatmamış uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, Gürcüstanın Marnueli rayonunda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci il iyulun 23-də saat 15 radələrində şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ona xəyanət etməsini irad bildirib ünvan 1 ünvanında yerləşən «Qədim Bakı» kafesində sonuncunun ona qarşı nalayiq sözlər deməsinə əsəbiləşərək istintaq tərəfindən müəyyən olunmayan kəsici və deşici xassəyə malik bıçaqla bir dəfə həmin şəxsin qarın nahiyəsinə vurmuş, bununla da zərər çəkmiş şəxsə qarının ön divarının boşluğa nüfuz edib böyük piyliyin zədələnməsindən ibarət insan həyatı üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməklə ifadəsində göstərdi ki, 2018-ci ildən Bakı şəhərində yaşayır. Milliyyətcə azərbaycanlıdır, orta məktəbi Azərbaycan dilində bitirmişdir, gürcü dilini bilsə də çox çətinliklə oxuyur. 2018-ci il dekabrın 09-da qeyri-rəsmi ailə həyatı qurduğu Zərərçəkmiş şəxs və o, son vaxtlar işsiz olduqlarından ünvan 1 ünvanındakı binanın zirzəmisində yerləşib «Qədim Bakı» kafesini işlədən Şahid ilə danışaraq Aytəni öz yanında işə götürmək barəsində razılaşmışlar və sonuncu 2021-ci il iyulun 19-da orada ofisiant kimi işləməyə başlamışdır. 2021-ci il iyulun 23-də saat 15 radələrində spirtli içki qəbul edib göstərilən kafeyə gedərək bir bokal pivə içmiş, telefonda kiminləsə yazışan Aytəni görəndə qısqanclıq hissi keçirmiş, sonuncu xalası qızı ilə yazışdığını deməklə əgər inanmırsa, haqqında başqa şey düşünürsə, münasibəti qurtarmağı söyləmişdir. Əsəbiləşib Aytən ilə qarşılıqlı söyüş söyərək kafenin pilləkənində dayanmaqla mübahisə etmişlər, daha sonra o, üzərindəki qatlanıb-açılan bıçağı çıxararaq sonuncunun qarın nahiyəsinə bir dəfə vurmaqla kafedən uzaqlaşmışdır. Hadisəni törətdiyi bıçağı qorxduğundan Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı kəndindəki su kanalına atmışdır. Sonuncunu bıçaqla vurmaqda məqsədi öldürmək olmamışdır. Əməlindən həddindən artıq peşmandır. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. İş üzrə dindirilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə analoji ifadə verib əlavə olaraq göstərdi ki, hadisə tarixində xalası qızı ilə yazışmasına inanmayan Temuri başqa kişi ilə ona xəyanət etdiyini bildirməklə aralarındakı söyüşlə mübahisə zamanı belindən çıxartdığı bıçaqla bir dəfə onun qarın nahiyəsinə vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. İş üzrə dindirilən Şahid zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə uyğun ifadə verib göstərdi ki, hadisə vaxtı yorğun olduğundan işlətdiyi kafedəki divanda yatmış, səs-küy eşidərək yuxudan ayılmaqla sonuncunun ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs tərəfindən qısqanclıq zəminində bıçaqla vurulduğunu bilmişdir. İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 23 iyul tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən «Qədim Bakı» kafesinə baxış zamanı Şahid həmin tarixdə saat 15 radələrində Teymur kimi tanıdığı Təqsirləndirilən şəxs kafedə pivə içdikdən sonra Zərərçəkmiş şəxs adlı ofisiantı küçəyə çağırıb onların bir neçə dəqiqə söhbət etdiklərini, sonuncunun kafeyə qayıdarkən Teymur tərəfindən təhqir edilərək vurulduğunu bildirmiş, fotocədvəl və bir ədəd DVD-R diski protokola əlavə edilmişdir (iş vərəqi 3-7). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 23 iyul tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri X3 X4 Şöbəsi tərəfindən Zərərçəkmiş şəxs məxsus üzərində zədə və qan ləkəsi izləri olan bir ədəd göy və ağ rəngli zolaqlı qısaqol köynək, bir ədəd qara rəngli şalvar və bir ədəd qırmızı rəngli alt paltarı təqdim edilmişdir (iş vərəqi 16). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 03 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 35-36). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 05 avqust tarixli protokolun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə Bakı şəhərinin Sabunçu rayonu ərazisində saxlanmışdır (iş vərəqi 40). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 05 avqust tarixli protokoldan görünür ki, bir ədəd DVD-R diskinə baxış vaxtı Zərərçəkmiş şəxs kafenin giriş qapısından daxil olub içəriyə doğru hərəkət etməsi, sonra dayanaraq arxa tərəfə baxması, Təqsirləndirilən şəxs da arxasınca giriş qapısından daxil olmaqla Zərərçəkmiş şəxs üzərinə doğru gəlib əlini belinə tərəf aparması, bıçağı çıxararaq sonuncuya bir zərbə vurduqdan sonra kafedən uzaqlaşması müəyyənləşdirilmişdir (iş vərəqi 76). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 06 avqust tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan 1 ünvanındakı «Qədim Bakı» kafesini göstərməklə ifadəsini təsdiq etmiş, fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 79-82). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 06 avqust tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il avqustun 05dən hesablanıb həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 96-99). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X2» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 07 avqust tarixli 838 nömrəli ekspert rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – qarnın ön divarının boşluğa nüfuz edərək böyük piyliyin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən törənməklə müddəti 2021-ci il iyulun 23-nə uyğundur, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir (iş vərəqi 101-103). İş materiallarındakı notariat qaydasında təsdiq olunan 2021-ci il 24 avqust tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur (iş vərəqi 106). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il oktyabrın 25-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 107-108). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2021-ci il 25 sentyabr tarixli 2245 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyənləşdirilməklə hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməyib ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 113-114). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 26 oktyabr tarixli 3/1686 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd koftanın ön tərəfindəki bir ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmaqla belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir, zədə qeyd olunan predmetin tiyəsinin öndən arxaya istiqamətdə, iti tərəfi zərər çəkmişə nisbətdə sağ tərəfdə olmaqla yetirilmişdir və Zərərçəkmiş şəxs bədənində aşkarlanan qarnın ön divarının boşluğa nüfuz edərək böyük piyliyin zədələnməsi ilə müşayət olunan deşilmiş-kəsilmiş yarası xəsarəti ilə yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, bir ədəd şalvarın və bir ədəd tumanın səthində zədə yoxdur, ekspertiza tədqiqatının dəyəri 100 manatdır (iş vərəqi 116-118). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 01 noyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2021-ci il 03 noyabr tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuş, barəsində Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü, 221-ci, 29, 120ci və 228.1.-ci maddələri ilə, Şahid barəsində Azərbaycan Respublikasının CM-nin 307-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınan bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmiş, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd kofta, bir ədəd şalvar və bir ədəd tuman saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (iş vərəqi 119-126 və 130-131). Məhkəməyə təqdim olunan notariat qaydasında təsdiq olunmuş 2021-ci il 24 avqust tarixli ərizənin kserosurətindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəməyə təqdim olunan 2005-ci il 18 oktyabr tarixli NK seriyalı 340550 №-li doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs 2004-cü il 23 noyabr təvəllüdlü Mehdi adlı övladı vardır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, zərər çəkmiş şəxsin ifadələri, məhkəmə iclasında elan edilib tədqiq edilən ibtidai araşdırmadakı şahid ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, əməlindən səmimi peşman olmasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilən Təqsirləndirilən şəxs həmin Məcəllənin 126.1.-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmaqla onun islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlancına təhvil verilməklə hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd kofta, bir ədəd şalvar və bir ədəd tuman məhv edilməli, bir ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 60 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il avqustun 05-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il avqustun 05-dən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlancına təhvil verilməklə hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd kofta, bir ədəd şalvar və bir ədəd tuman məhv edilsin, bir ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-325/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-325/2022
28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver