Məhkəmə qərarları › İş №1(101)-325/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-325/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-325/2025 03.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məcidov X6 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Leqal Servis” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan tarixdə və mənbədən ümumi təmiz çəkisi 12,736 qram külli miqdarda psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzini əldə edib saxlamaqla üzərində daşımış, 31 yanvar 2024-cü il tarixdə, saat 14:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 108ci korpusun qarşısında piyada hərəkət edən zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin inzibati binasına gətirilmiş və həmin gün orada saat 15:45-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bağlamanın içərisində 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,424 qram, 0,472 qram, 9,606 qram, 0,913 qram, 0,452 qram, 0,455 qram, 0,414 qram, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 12,736 qram olan, görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərmişdir. Belə ki, o, 31 yanvar 2024-cü il tarixdə, saat 14:30 radələrində yaşadığı evdən çıxıb, maşına əyləşmək istəyirmiş. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq onu “Mercedes” markalı avtomobilin arxa oturacağında əyləşdirib həmin avtomobilin salonunun saxlanc yerindən psixotrop maddəni çıxararaq ona bildirmişlər ki, həmin psixotrop maddənin ona aid olmasını qəbul etməlidir. Əks halda, psixotrop maddəni onun evindən başqa yolla çıxaracaqlarını və onunla yanaşı anasını da tutacaqlarını bildirmişlər. Polis əməkdaşlarının dediklərinin mentalitetə uyğun olmadığını nəzərə alıb həmin psixotrop maddənin ona məxsus olduğunu etiraf etmişdir. Həqiqətdə isə onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. O, narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. 18 dekabr 2023-cü il tarixdə onun barəsində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hökm çıxarılmışdır. Əgər o, narkotik vasitələrin satışı ilə məşğul olsa idi, elə həmin cinayət işi üzrə onun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilərdi. Təqsirləndirilən şəxs həmçinin verilən suallara cavab olaraq göstərmişdir ki, ona polis əməkdaşları tərəfindən hər hansı fiziki təsir göstərilməmiş, sadəcə etiraf etmədiyi təqdirdə narkotik vasitəni onun evindən başqa yolla çıxaracaqlarını və onunla yanaşı anasını da tutacaqlarını demələri ilə bağlı psixoloji təsir göstərilmişdir. Ona qarşı edilmiş qanunsuz hərəkətlər barədə heç bir səlahiyyətli orqana şikayət etməmişdir. İbtidai istintaq zamanı o, məcbur qalaraq etirafedici ifadələr vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclasında şəxsi axtarış zamanı ondan aşkar edilərək götürülmüş mobil telefonuna baxış zamanı həmin telefonda “whatsapp” proqramında aşkar edilmiş mesajlarla bağlı, həmçinin onun istifadəsində olmuş mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən SMS-lərin mətnləri ilə bağlı əldə edilmiş məlumatlarda olan mesajlarla bağlı bildirmişdir ki, o, narkotik vasitə satmamış, sadəcə olaraq başqa şəxslər üçün həmin şəxslərin pulu ilə narkotik vasitə əldə etməkdə köməklik edib, narkotik vasitəni götürüb həm onlara vermiş, həm də özü də istifadə etmişdir. Onun narkotik vasitənin satışı ilə məşğul olmaq niyyəti olmamışdır. Həmçinin onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə əlaqədar heç kimlə qabaqcadan əlbirliyi olmamışdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 31 yanvar 2024-cü il tarixdə verdiyi izahatında, daha sonra isə 01 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən və 02 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, təxminən 02 ildir ki, narkotik maddədən istifadə edir. Həmin müddətdə o “İnstagram” sosial şəbəkəsində “Aydın” adlı şəxslə tanış olmuşdur. Həmin şəxs İran İslam Respublikasında yaşadığını və narkotik maddələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. O da həmin adı çəkilən şəxsdən ilk əvəllər şəxsi istifadəsi üçün müxtəlif vaxtlarda narkotik maddə əldə etməyə başlamış, ödənişi isə “Milli Ön” ödəmə terminalı vasitəsi həyata keçirmişdir. “Aydın” adlı şəxs ona əlaqə saxlamaq üçün “Whatsapp” sosial şəbəkəsində istifadə etdiyi mobil nömrəsini vermişdir. “Aydın” adlı şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamağa başlamışdır. “Aydın” adlı şəxs ona göndərəcəyi narkotik maddələri Bakı şəhəri ərazisində olan müştərilərə çatdırmaqla və bununla bağlı qarşılığında pul ödənişi edəcəyini özündə əks etdirən iş, daha doğrusu ona “narkokuryer” olaraq cinayət əlaqəsinə qoşulmağını təklif etmişdir. Maddi durumu pis vəziyyətdə olduğundan o, “Aydın” adlı şəxsin etmiş olduğu təklifi qəbul etmiş və onunla əməkdaşlıq etməyə başlamışdır. Aralarında olan razılığa əsasən əsas işi isə “Aydın” adlı şəxsin tapşırığına əsasən sonuncunun göndərəcəyi narkotik maddələri müvafiq yerlərdə gizlətməklə həmin yerin şəklini çəkib “Aydın”a sosial şəbəkə vasitəsilə göndərməklə qarşılığında pul əldə etmək olmuşdur. “Aydın” adlı şəxsi tanıdığı müddətdə onun göndərmiş olduğu narkotik maddələri polis əməkdaşları tərəfindən tutulmamışdan 4-5 gün əvvəl Abşeron rayonu, Xırdalan şəhəri ərazisində əldə etmişdir və ümumilikdə görmüş olduğu iş müqabilində müəyyən miqdarda narkotik maddə əldə etmişdir. 31 yanvar 2024-cü il, saat 14:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, 108-ci korpusun qarşısında piyada hərəkət edən zaman tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmişlər, xidməti vəsiqələrini göstərdikdən sonra onların polis əməkdaşları olduqlarını öyrənmişdir. Onlar bildirmişlər ki, narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər. Buna görə də onu Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə dəvət etmişlər, orada ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif olunmuş, daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı üzərində qeyriqanuni əşyanın olub-olmadığı soruşulduqda əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bağlama və 01 ədəd elektron tərəzi, həmin şalvarın sol yan cibindən 02 ədəd “Redmi” markalı mobil telefonlar, ona məxsus sürücülük vəsiqəsi və 01 ədəd “ATB Bank”a məxsus bank kartını çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra ona üzərindən çıxan 01 ədəd şəffaf rəngli sellofan bağlamanı açmağı təklif edilmiş, həmin bağlamanı açdıqda içərisində ağ rəngli kristalşəkilli maddələrin nə olduğu polis əməkdaşları tərəfindən soruşulduqda o, həmin maddələrin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Qeyd olunan psixotrop maddələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasında yaşayan “Aydın” adlı şəxsin vasitəsi ilə polis əməkdaşları tərəfindən tutulmamışdan 4-5 gün əvvəl Abşeron rayonu, Xırdalan şəhəri ərazisində əldə etmiş və həmin maddələrə görə “Aydın” adlı şəxsə 250 manat pul verdiyini bildirmişdir. Həmin psixotrop maddələr və 01 ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və müdafiəçinin iştirakı ilə protokolu imzalamışdır (iş vərəqə: cild İ, səh.33-34, 47-49, 59- 61). Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs tərəfindən işə yeni müdafiəçi qoşulduqdan sonra, ibtidai istintaqın sonunda təqsirləndirilən şəxs əlavə dindirilməsi zamanı əvvəlki verdiyi ifadələrindən fərqli olaraq o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 31 yanvar 2024-cü il tarixdə, saat 14 radələrində yaşadığı ünvandan çıxıb icarə əsasında idarə etdiyi “Toyota Prius” markalı avtomobilinə tərəf gedən zaman dövlət qeydiyyat nömrə nişanlarını xatırlamadığı metallik rəngli “Mercedes Benz” markalı, ağ rəngli “Az Samand” markalı avtomobillər yanında saxlamış, həmin markalı avtomobillərdən tanıdığı təxminən səkkiz nəfər mülki geyimdə olan şəxslər düşərək ona yaxınlaşıb əllərinə qandalı keçirib onu “Mercedes Benz” markalı avtomobilə əyləşdirib ona özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmişlər. Daha sonra həmin şəxslərdən biri avtomobilin saxlanc yerindən bükümləri və 01 ədəd elektron tərəzini ona göstərib bildirmişdir ki, “bu bükümlər və tərəzini üstünə götür, ya da ki, evindən elə bir yerdən çəkilişlə narkotik maddə çıxarılacaqdır ki, səni də, ananı da birlikdə sənədləşdirəcəyik”. O da belə olan halda məcbur qalaraq polis əməkdaşlarının dediyi ilə razılaşmışdır. Onu yaşadığı evin yaxınlığından Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə aparmışlar. Qeyd olunan tarixdə o, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin xidməti otaqlarının birində olan zaman sonradan bir nəfər şəxs ona vəkil təqdim edilmişdir. Daha sonra videoçəkilişlə üzərinə baxış keçiriləcəyi bildirilmiş, baxış keçirilməzdən əvvəl polis əməkdaşının dediyi formada çəkiliş zamanı bükümlər və elektron tərəzinin ona məxsus olması ilə bağlı etirafedici fikirlər səsləndirməsi izah edilmiş və o da razı olmuşdur. Daha sonra onu həmin gün axşam saat 23 radələrində Binəqədi RPİ-nin X2 təhvil vermişlər. 02 fevral 2024-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan seçilmişdir (iş vərəqə: cild İ, səh.158-160, 191- 192). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini polis əməkdaşlarının ona psixoloji təzyiq etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində saxlanılmış və həmin ərazidə olan 43-cü polis bölməsinə aparılmışdır. Orada müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən 7 (yeddi) ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 7 (yeddi) bükümün içərisində olan maddələr psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən eyni zamanda 1 (bir) ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin psixotrop maddəni İran İslam Respublikasının vətəndaşının qoydurduğu Abşeron rayonu, Xırdalan şəhəri ərazisində əldə etmişdir. Şahid1 həmçinin verilən suallara cavab olaraq göstərmişdir ki, keçirilən əməliyyat tədbiri zamanı iki nəfər polis əməkdaşı - o və əməliyyat müvəkkili Şahid2 olmuşlar. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir, təzyiq olmamışdır. Təqsirləndirilən şəxs da onlara heç bir müqavimət göstərməmiş və üzərində psixotrop maddə olmasını etiraf etmişdir. O, əməliyyat qrupunun rəhbəri olmuşdur. Təqsirləndirilən şəxs başqa yerdə də narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, başqa yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Onlar Təqsirləndirilən şəxs piyada hərəkət edərkən saxlamışlar. Onlara daxil olmuş əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı olmuşdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 31 yanvar 2024-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.4). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 31 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol”dan və 08 fevral 2024-cü il tarixli “videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bağlamanın içərisində ümumilikdə 07 (yeddi) ədəd sellofan bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd elektron tərəzi, şalvarının sol yan cibindən 02 ədəd “Redmi” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Bükümlər açılan zaman Təqsirləndirilən şəxs ağ rəngli kristalşəkilli maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasında yaşayan “Aydın” adlı şəxsin vasitəsi ilə tutulmamışdan 4-5 gün əvvəl Abşeron rayonu, Xırdalan şəhəri ərazisində əldə etdiyini bildirmişdir. Həmin maddələrə görə “Aydın” adlı şəxsə 250 manat pul verdiyini, 01 ədəd elektron tərəzidən isə narkotik maddələrin çəkilərini müəyyən etmək məqsədilə istifadə etdiyini qeyd etmişdir. (iş vərəqə: cild İ, səh.31-32, 82). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2024-cü il tarixli, 3-16-16/2- 6/625 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,424 qram, 0,472 qram, 9,606 qram, 0,913 qram, 0,452 qram, 0,455 qram, 0,414 qram, ümumi təmiz çəkisi 12,736 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Bir ədəd elektron tərəzidə psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir (iş vərəqə: cild İ, səh.39-42). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 17 fevral 2024-cü il tarixli, 1049 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.129-130). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 08 aprel 2024-cü il tarixli, 946 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməli törətdiyi dövrdə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.131-133). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 aprel 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Redmi” markalı, “23053RN02Y” modelli mobil telefona baxış keçirilərkən həmin telefonda “Whatsapp” proqramında Təqsirləndirilən şəxs aid olan “Qusi Bulbule” adı ilə qeyd olunmuş “***-***-**-**” saylı və “Orxan Bulbule” adı ilə qeyd edilmiş “***-***-**-**” saylı mobil nömrələrlə yazışmaların olduğu müəyyən edilmişdir. Qeyd olunmuş “***-***-**-**” saylı mobil nömrə ilə aşağıdakı qaydada yazışmalar aşkar edilmişdir: - “A” – Göndərirəm qardaş, göndərirəm...Abi tablet yoxdu hec 1,2 q olsa da olar...Abi geldi? - “B” – yox Qusi hele senin köhnədən verəcəyin də var. Bele baxiram atsam pulu vurulmamis, aramızda inciklik soyuqluq zad yaranacaq, ona görə də brat başıva dönerem pulun vursa seklin atim gotur. - “A” - səs yazısı....fotoşəkillər...stolbanin dibinde balaca dasin altinda. Bundan başqa, “WhatsApp” proqramında olan yazışmalara baxış keçirilən zaman “Orxan Bulbule” kimi kontaktda qeyd olunmuş “***-***-**-**” saylı mobil nömrə ilə aşağıdakı qaydada yazışmalar aşkar edilmişdir: - “A” - qaqash necesen? Unvan var?...səs yazıları...qaqash ot var? - “B” - Sukur sen necesen...ot yox e menim qardasim - “A” - sukur ok ish yoldashim istedi olsa xeber ele - “A” - dunenki tema bilsen ne idi? Heri brat sukur o temadan varsa 1 qram saxla mene - “B” - səs yazısı - “A” - dunen geldim götürdüm - “B” - səs yazısı - “A” - götüren kimi naxadu kolun qirağinda bidamci soxdum o perexod geldiye mene - “B” - səs yazısı - “B” - Allah komeyin olsun cox vaxt - “A” - nus canun - “B” - indi cixa bilmireycem evdekiler yatsun cixacam cox sağol qaqash. Protokola mobil telefon aparatında aşkar edilmiş mesajların fotoşəkilləri də əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.114-121). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 aprel 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, "xxxx" MMC-dən göndərilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə başqa mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, həmin zənglərin nömrələrinin sahiblərinin anket məlumatlarının, nömrələrin anten dairələrinin, həmin nömrələrdən göndərilən və daxil olan SMS-lərin mətnlərinin olmasına dair CD diskdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı ayrı-ayrı şəxslərə məxsus mobil nömrələr arasında aşağıdakı məzmunda yazışmalar olduğu müəyyən edilmişdir: xx/xx/2023,23:15:15,**********12,**********10,Salam Server, necesen? xx/xx/2023,19:02:31,**********01,**********10,Sən əzizlərivin cani bir dəqiq vaxt de camaata deyim əgər uygundusa, xx/xx/2023,19:02:37,**********01,**********10,gözləsin. xx/xx/2023,18:40:32,**********44,**********10,QAQA YARİ D LAZİMDİ EMELE GELİR. xx/xx/2023,18:52:32,**********44,**********10, QAQA HE YOX DE DƏ MENE. PULUYNAN E QAQA, SENNEN PAY İSDEMİREM. xx/xx/2023,19:15:03,**********44,**********10,QAQA ANARNANAM KART DE PUL VURAG YARİ VER GELİM GOTURUM DƏ QAQA. xx/xx/2023,19:34:17,**********45,**********10.Wapcata gir xx/xx/2023,00:22:41,**********32,**********10,Mənəm Murad. Biraz qabağda dayanmışıq. xx/xx/2023,23:06:25,**********05,**********10,Olsa lap balaca ver oma nosduq birşey. xx/xx/2023,20:17:11,**********18,**********10,Qaqa meşedi deyir biraz tez düşsünde puropqada çatım eve. xx/xx/2023,22:48:32,**********25,**********10,Qardawim qaqawdan xeber cixmadi saata bax qaqawda meni gozduyur men sene dunen dedim axi qaqaw 100 atibdir ona seher verməliyəm sende bildin indi qaqaw. xx/xx/2023,05:12:12,**********25,**********10,Salam gaga evdeyem daniwa bilmirem gor ne deyirem duz varsa ortadaki witin icine 0.50 qoyardun men sene pulunu saat 20:00 qeder vuraramda 40 manati alinar. xx/xx/2023,05:12:12,**********25,**********10, qardawim. Cox sagol var olasan. Allah ammaninda ol. xx/xx/2023,02:15:18,**********56,**********10,Sərvər Teymurdu qaqa anam cani dərmana gorə qalmisam sabah günorta. xx/xx/2023,02:15:18,**********56,**********10,cixmasam is cixacag elimdən qardaş kimi səndən xais edirəm bidənə n xx/xx/2023,02:15:33,**********56,**********10, mənə koməyliy eliyə bilərsən qaqa pulum yoxdu ora çatan kimi an xx/xx/2023,02:15:41,**********56,**********10,anam cani göndərəcəm kartiva xx/xx/2023,16:13:11,**********11,**********10,Qaqa menem Teymurdu 20 manat var atim karta keçim o terefe das lazimdi 20 liy xx/xx/2023,16:27:40,**********11,**********10,Gaga gelirsense gozduyim burda isimi bilerdim mendde. xx/xx/2023,19:26:18,**********19,**********10,QAQA 20GELDİ SENE? xx/xx/2023,22:59:08,**********87,**********10,Gardasim sannen artix deracada xayis cekisina diggat ele opuram. xx/xx/2023,16:25:17,**********32,**********10,Salam Brat necəsən xx/xx/2023,17:36:02,**********02,**********10,Qaqa Teymurdu birdene elaqe saxlada tecili qardawimsan menim nomremdi xx/xx/2023,18:54:08,**********87,**********10, Mamam yanimdaydi deyə bilmedim. ozum ucun yari, ozun necasan. xx/xx/2023,15:53:02,**********39,**********10,Ay qaqaw yigda meni menem mahirrrrr xx/xx/2024,14:44:36,**********10,**********10,Qaqa necesen? dunen alinmadi bugune qaldi. 2-3 saata ataram karta sagol qaqasim yigacam. xx/xx/2024,19:00:37,**********42,**********10,brat? 20 manat oldu. xx/xx/2024,20:10:29,**********42,**********10,brat yari lazimdi ama biraz tez xx/xx/2024,13:13:37,**********33,**********10,gelirsen? xx/xx/2024,01:26:34,**********66,**********10,salam qaqa necesen? qaqa yari d lazimdi alinar? xx/xx/2024,01:27:13,**********66,**********10,masinim xarabdi cixa bilmirem hec yere.nolar evdeyem masinnansansa bir yari qardadiva getirerdin xx/xx/2024,01:32:16,**********66,**********10,men hemese komeyive çatan adam olmusam.zengimi acmırsan xx/xx/2024,18:25:23,**********39,**********10,brat mənəm emin pulu atdm tretideyəm (iş vərəqə: cild İ, səh.140-143). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 20 may 2024-cü il tarixli “üzləşdirmə protokolları”ndan görünür ki, şahidlər Şahid2 və Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilən zaman şahidlər Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs üzərindən külli miqdarda psixotrop maddə aşkar edildiyini, sonuncunun həmin maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair ifadələrində göstərdiklərini təqsirləndirilən şəxsin üzünə qarşı demişlər (iş vərəqə: cild İ, səh.170-174, 175-179 ). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 17 fevral 2024-cü il tarixli “maddi sübut qismində tanımaq haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,526 qram psixotrop maddə olan metamfetamin, bir ədəd elektron tərəzi və bir ədəd “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı video görüntülərin qeydə alındığı bir ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.83-84). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, "xxxx" MMC və "xxxx" MMCdən göndərilmiş iki ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni, şəxsiyyəti istintaqa məlum olmayan “Aydın”ın müəyyən edilməsi istiqamətində hazırki cinayət işindən başqa cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.200-210). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 31 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.22). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 31 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.75-79). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 mart 2024-cü il tarixli tələbnaməsindən və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vərəqə: cild İ, səh.103-104, 105-110). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı Şəhər Probasiya İdarəsinin 08 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Səfərov X1 Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir (cinayət işinin materialları). Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən ümumi təmiz çəkisi 12,736 qram külli miqdarda psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzini əldə edib saxlamaqla üzərində daşımış, 31 yanvar 2024-cü il tarixdə, saat 14:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 108-ci korpusun qarşısında piyada hərəkət edən zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin inzibati binasına gətirilmiş və həmin gün orada saat 15:45-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bağlamanın içərisində 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,424 qram, 0,472 qram, 9,606 qram, 0,913 qram, 0,452 qram, 0,455 qram, 0,414 qram, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 12,736 qram olan, görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə təqdim edilmiş sübutların və onların məcmusunun məhkəmə araşdırmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin həm 234.4.1, həm də 234.4.3-cü maddələrinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edərək saxlamaqla üzərində daşıması təsdiq edilsə də, həmin cinayət əməlində “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” tövsifedici əlamətinin, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması hər hansı sübutlarla təsdiq olunmamışdır. Məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin hər iki maddəsi üzrə münasibətdə məhkəmə onun əməlinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “metamfetamin” psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “metamfetamin” psixotrop maddəsinin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”da müəyyən edilmiş həmin psixotrop maddənin külli miqdar həddindən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı tərəfindən onun üzərinə müdafiəçisinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, həmin vaxt onun şalvarının sağ yan cibindən bir ədəd sellofan bağlamanın içərisində 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,424 qram, 0,472 qram, 9,606 qram, 0,913 qram, 0,452 qram, 0,455 qram, 0,414 qram, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 12,736 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən həmçinin istifadə etdiyi mobil telefon da aşkar edilərək sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində onun polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalaraq psixotrop maddə metamfetaminin ona məxsus olmasını etiraf etməsinə məcbur edilməsinə, polis əməkdaşlarının psixotrop maddənin ona aid olmasını qəbul etmədiyi təqdirdə onun evindən başqa yolla çıxarılacağını və anasının da tutulacağını bildirmələrinə, onda heç bir psixotrop maddə olmamasına, həmçinin onun narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamasına dair göstərdiklərini özünün müdafiəsi ilə əlaqədar cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş və onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində həmin göstərdikləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq olunarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə həyata keçirilmişdir. Həmin videoçəkiliş məhkəmə araşdırması zamanı nümayiş etdirilərkən onun saxlanılmasında iştirak edən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşlarının və müdafiəçisinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı həqiqətən də Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən psixotrop maddə metamfetaminin aşkar edildiyi və ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyi müəyyən edilmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə izahat verərkən üzərindən 07 ədəd bükümdə həmin psixotrop maddə metamfetaminin və elektron tərəzinin aşkar edildiyini, həmin maddələri 4-5 gün əvvəl “Aydın” adlı İran İslan Respublikasının vətəndaşının Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, həmin maddələrə görə Aydına 250 manat məbləğində pul verdiyini, əldə etdiyi maddələri satmağı düşündüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilmədiyini göstərmiş (cild 1, iş vərəqə: 33-34), sonra 01 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən və 02 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən də üzərindən 07 ədəd bükümdə həmin psixotrop maddələrin və elektron tərəzinin aşkar olunduğunu etiraf etmiş, özünü təqsirli bildiyini göstərmiş və “whatsapp” sosial şəbəkəsində əlaqə saxladığı “Aydın” adlı şəxsin ona göndərəcəyi narkotik maddələri Bakı şəhəri ərazisində olan müştərilərə çatdırmağını və qarşılığında “Aydın” adlı şəxsin ona pul təklif etdiyini bildirmişdir (cild 1, iş vərəqə: 47-49, 59-61). Təqsirləndirilən şəxs həmin ifadələrini verərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsini və ya hər hansı başqa etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs yalnız ibtidai istintaqın sonunda tərəfindən işə yeni müdafiəçisi qoşulduqdan sonra, özünü təqsirli bilmədiyini, əvvəlki verdiyi etirafedici ifadələrindən imtina etdiyini, üzərindən aşkar edilmiş 07 ədəd bükümdə psixotrop maddə metamfetaminin və elektron tərəzinin ona məxsus olmadığını, əlavə dindirilməsi zamanı əvvəlki ifadələrini təsir altında verdiyini, onun saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən ona qarşı psixoloji təzyiqlərə yol verildiyini və psixotrop maddələrin ona məxsus olduğunu etiraf etməsinə məcbur edilməsinə dair həqiqətə uyğun olmayan və araşdırma zamanı heç bir faktla öz təsdiqini tapmayan ifadələr vermişdir (cild 1, iş vərəqə: 158-160, 191-192). Bununla əlaqədar qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs üzərindən həqiqətən də 07 ədəd bükümdə ümumi təmiz çəkisi 12,736 qram olan psixotrop maddə metamfetaminin və 01 ədəd elektron tərəzinin aşkar edilməsi və həmin vaxt ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməməsi və bütün prosessual hərəkətlərin qanun çərçivəsində keçirilməsi cinayət işinin materiallarına əlavə edilmiş 31 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə protokolu”, həmin istintaq hərəkətinin əks olunduğu video çəkiliş və həmin video çəkilişin əks olunduğu disk, Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində və 02 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə, maddi sübutlarla, ekspertiza rəyləri ilə, istintaq hərəkəti protokolları ilə və cinayət işinin materiallarına əlavə edilmiş digər sübutlarla tamamilə təsdiq edilmiş və həmin sübutlar təqsirləndirilən şəxsin həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı verdiyi inkaredici ifadələrini tamamilə təkzib etmiş və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini təsdiq edən həmin sübut növlərinin əldə edilməsi halları ilə bağlı hər hansı şübhələr müəyyən edilmədiyindən onlar qanunvericiliyin tələblərinə əməl edilməklə əldə edilmiş mötəbər sübut növü kimi qəbul edilməlidir. Odur ki, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs göstərdiyi inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə tamamilə təkzib edildiyindən və onun ifadəsində həmin göstərdikləri cinayət məsuliyyətindən yayınmaq üçün həqiqətə uyğun olmayan, heç bir faktla təsdiq olunmayan, yalan və uydurma məlumatlar olduğu təsdiq edildiyindən məhkəmə Təqsirləndirilən şəxs verdiyi inkaredici ifadələrini sübut növü kimi qəbul etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamini məhz satış məqsədilə əldə edib üzərində daşıması qənaətinə gələrkən ondan aşkar edilmiş həmin maddənin çəkilib ayrı-ayrı 07 (yeddi) ədəd xırda bağlamalara bükülməsini, həmin psixotrop maddə ilə yanaşı yanında elektron tərəzinin də aşkar edilməsini, həmçinin şəxsi axtarış zamanı təqsirləndirilən şəxsdən aşkar edilmiş özünün istifadəsində olmuş mobil telefona baxış keçirilərkən həmin telefonda “whatsapp” proqramında narkotik vasitələrin satışına dəlalət edən mesajların aşkar edilməsini, eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən SMS-lərin mətnləri ilə bağlı əldə edilmiş məlumatlarda da Təqsirləndirilən şəxs mobil telefon nömrəsi ilə bağlı narkotik vasitələrin satışına dəlalət edən mesajların aşkar edilməsini və cinayət işinin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə də ittiham elan edilmişdir. Cinayət işinin yuxarıda göstərilən məhkəmə baxışı zamanı tədqiq edilmiş və araşdırılmış sübutlarına əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla üzərində daşıma cinayət əməlini törətməsi birmənalı şəkildə yuxarıda şərh edilən qaydada sübuta yetirilsə də, onun həmin cinayət əməlində “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” tövsifedici əlamətinin, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması hər hansı sübutlarla təsdiq olunmamışdır. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yanaşı, eyni zamanda həmin Məcəllənin 234.4.1-ci maddəsi ilə də ittiham elan edərkən cinayət işinin materiallarına əsasən istinad etdiyi yeganə hal Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun İnstagram” sosial şəbəkəsində “Aydın” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olduğuna, “Aydın” adlı şəxsin ona göndərəcəyi narkotik maddələri pul qarşılığında Bakı şəhəri ərazisində olan müştərilərə çatdırmaqla bağlı iş təklif etdiyini, sonra isə “Aydın” adlı şəxsin tapşırığına əsasən sonuncunun göndərəcəyi narkotik maddələri müvafiq yerlərdə gizlətməklə həmin yerin şəklini çəkib “Aydın”a sosial şəbəkə vasitəsilə göndərməklə qarşılığında pul əldə etməsini bildirməsinə dair ifadələri olmuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etirafedici ifadələrində həm üzərindən ona elan edilmiş ittihamda göstərilən psixotrop maddələrin həqiqətən də aşkar edildiyini, ona heç bir qanunsuz təzyiqlər göstərilmədiyini bildirmiş, eyni zamanda həmin aşkar edilmiş maddələri “Aydın” adlı İran İslam Respublikasının vətəndaşından aldığını və həmin “Aydın” adlı şəxsin tapşırığına əsasən sonuncunun göndərəcəyi narkotik maddələri müvafiq yerlərdə gizlətməklə həmin yerin şəklini çəkib “Aydın”a sosial şəbəkə vasitəsilə göndərməklə qarşılığında pul əldə etməsini bildirməsinə dair ifadələr vermişdir. Həmin ifadələrlə bağlı xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin etirafedici ifadələrində ona elan edilmiş ittihamda göstərilən psixotrop maddələrin həqiqətən də aşkar edildiyinə, ona heç bir qanunsuz təzyiqlər göstərilmədiyinə dair hallar cinayət işi üzrə bütün sübutların məcmusu ilə (31 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə protokolu”, həmin istintaq hərəkətinin əks olunduğu video çəkiliş və həmin video çəkilişin əks olunduğu disk, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, cinayət işinin faktiki hallarını təsdiq edən və iş materiallarına əlavə edilmiş sənədlər) təsdiq olunsa da, onun yalnız ilkin ifadələrində “Aydın” adlı İran İslam Respublikasının vətəndaşı ilə bağlı göstərdikləri cinayət işi üzrə heç bir sübutlarla təsdiq edilmədiyindən və cinayət işinin materiallarında da Təqsirləndirilən şəxs ona elan edilmiş cinayət əməlini “Aydın” adlı İran İslam Respublikasının vətəndaşı ilə və yaxud hər hansı başqa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə dair hər hansı sübutlar müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs həmin ifadəsinin “Aydın” adlı şəxslə bağlı hissələri məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Şəxsin öz ifadəsində törətdiyi cinayət əməli ilə bağlı hər hansı şəxsin adını bildirməsi, həmin şəxslə bağlı və həmin şəxs tərəfindən həqiqətən də cinayət əməlinin törədilməsinə dair şəxsin yeganə ifadəsindən başqa, digər hər hansı sübutlar, faktlar olmadığı təqdirdə, yalnız bir ifadəyə əsaslanan və heç bir sübutlarla təsdiqini tapmayan hər hansı hal şəхsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan da görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi formal olaraq göstərilsə də, Təqsirləndirilən şəxs kiminlə, nə zaman, hansı qaydada razılaşması ümumiyyətlə müəyyən edilməmiş və göstərilməmiş, həmin şəxsin barəsində isə “şəxsiyyəti araşdırılan şəxs” kimi göstərilmişdir. Ehtimal və fərziyyə ilə göstərilmiş şəxsin şəxsiyyəti, konkret etdiyi əməl, əməlin törədilməsində rolu, əməli cinayət kimi xarakterizə edən digər hər hansı hallar məlum deyilsə, yalnız ehtimal və fərziyyə ilə məlum olmayan şəxs və məlum olmayan əməllə bağlı təqsirləndirilən şəxsə ittiham elan edilməsinin heç bir qanuni əsası ola bilməz. Bununla bağlı məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət və cinayət-prosessual qanunvericiliyin əsas prinsiplərinə əsasən şəxsə irəli sürülən ittiham ehtimal və fərziyyədən ibarət ola bilməz, şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyasında nəzərdə tutulmuş bütün əlamətlərin mövcudluğu hansı konkret faktda əks olunması irəli sürülmüş ittihamda göstərilməli və onların konkret olaraq hansı sübutlarla təsdiq olunması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, “CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır”. Beləliklə də, göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla üzərində daşıma cinayət əməli üzrə onun əməlində “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” tövsifedici əlamətinin mövcud olması hər hansı sübutlarla təsdiq olunmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsini Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan çıxarır. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edərək saxlamaqla üzərində daşıması cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 1(010)-612/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və Bakı Şəhər Probasiya İdarəsinin 08 yanvar 2025-ci tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməməsi ilə əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxs həmin cəzanı çəkmədiyindən onun həmin cəza ilə bağlı məhkumluğu ödənilməsə də, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini, onun əvvəllər məhkum olunmasını, məhkum olunduğu cəzanı çəkib qurtarmadan yenidən qəsdən ağır cinayət törətməsini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalı, hazırki hökm üzrə təyin ediləcək cəzaya Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 1(010)- 612/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla) Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməlidir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 31 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 31 yanvar 2024-cü il il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 17 fevral 2024-cü il tarixli, 1049 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanca təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,526 qram psixotrop maddə olan metamfetamin və 01 (bir) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 1(010)-612/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla), yəni 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət hazırkı hökmlə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 31 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,526 qram psixotrop maddə olan metamfetamin və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar