Məhkəmə qərarları › İş №1(101)-326/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-326/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-326/2021 02.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X13 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Abşeron Rayon Vəkil Bürosunun vəkili X5 və Bakı şəhər 5 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 (xx xxx 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 39 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan), Təqsirləndirilən şəxs2 (xx xxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 39 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 maddələri ilə Təqsirləndirilən şəxs3 (xx xxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 27 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa Səccad adı ilə məlum olan İran İslam Respublikasının ərazisində yaşayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə külli miqdarda narkotik vasitələr sayılan heroini, metadonu, külli miqdarda psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarında narkotik vasitə sayılan qurudulmayan marixuananı İran İslam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycan Respublikasına gətirilməsinə nail olmuşlar, eləcə də Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin külli miqdarda narkotik vasitələr sayılan heroini, metadonu, külli miqdarda psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarında narkotik vasitə sayılan qurudulmayan marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin iyun ayının əvvəllərində oğlu Təqsirləndirilən şəxs2 və İran İslam Respublikasının ərazisində yaşayan istintaqa Səccad adı ilə məlum olan şəxslə cinayət əlaqəsinə girərək qəsdən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda 915,14 qram çəkidə narkotik vasitə olan heroinin, külli miqdarda 1,75 qram çəkidə narkotik vasitə olan metadonun, külli miqdarda 48,46 qram çəkidə psixotrop maddə olan metamfetaminin və şəxsi istelak miqdarında 5,28 qram çəkidə narkotik vasitə olan qurudulmayan marixuananı qanunsuz olaraq İran İslam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına gətirilməsi və sonradan satılması barədə razılığa gəldikdən sonra Səccad adlı şəxs yuxarıda qeyd olunan narkotik vasitələrin istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər vasitəsi ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini və Abşeron rayonu Novxanı kəndi ərazisində gizlədilməsini təşkil etmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində Səccad adlı şəxs Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlayaraq Xırdalan şəhəri istiqamətində hərəkət etməyi tapşırmışdır. Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə ümumi cinayətkar niyyətin reallaşdırılması məqsədi ilə qabaqcadan əldə olunmuş cinayətkar razılığa əsasən həmin gün oğlu Təqsirləndirilən şəxs2la birlikdə özünün idarə etdiyi «Volkswagen Passat» markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qeyd olunan istiqamətdə hərəkət edən zaman qonşuluqda yaşayan tanışları Təqsirləndirilən şəxs3la rastlaşmış və sonuncuya narkotik vasitələrin əldə edilməsi məqsədi ilə onlarla birlikdə getməyi təklif edərək əldə olunacaq narkotik vasitə heroinin bir hissəsini şəxsi istifadəsi üçün ona verəcəyini bildirmiş, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 təklifini qəbul etdikdən sonra avtomaşına əyləşib Xırdalan şəhər istiqamətində hərəkət etməyə başlamış və yolda olan zaman Səccad adlı şəxs narkotik vasitələr və psixotrop maddənin gizlədildiyi yerin fotoşəklini Təqsirləndirilən şəxs2 istifadəsində olan “WhatsApp” mobil proqram təminatı vasitəsi ilə göndərdikdən sonra xx xxxx 2020-ci il tarixdə təxminən saat 02:00da onlar Abşeron rayonu Novxanı kəndinə gələrək Təqsirləndirilən şəxs1 xahişi ilə aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 qanunsuz olaraq içərisində külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan bağlamanı Səccad adlı şəxsin bildirdiyi yerdən götürüb Təqsirləndirilən şəxs1 vermiş və sonuncu həmin bağlamanı idarə etdiyi avtomobilin oturacağının altında gizlədərək qanunsuz olaraq əldə edib saxlamış və yaşadığı ünvan istiqamətində daşımışdır. xx xxxx 2020-ci il tarixdə saat 02:40-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 idarə etdiyi «Volkswagen Passat» markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Yasamal rayonu ərazisində “Qələbə” dairəsi yaxınlığında saxlanılmış, keçirilmiş baxış zamanı avtomobilin ön sağ oturacağının altında sellofan bağlamanın içərisində qrupa məxsus külli miqdarda 915,14 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 1,75 qram çəkidə narkotik vasitə olan metadon, külli miqdarda 48,46 qram çəkidə psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarında 5,28 qram çəkidə narkotik vasitə olan qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 2010-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən zaman tanış olduğu Ramal adlı İran İslam Respublikasının vətəndaşı onu Səccad adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış etmişdir. Ramal adlı İİR vətəndaşı cəzasını çəkib qurtararaq öz vətəninə qayıtdıqdan sonra onunla telefon vasitəsilə mütəmadi olaraq əlaqə saxlamış, söhbət zamanı Ramal adlı şəxsdən Azərbaycan Respublikasına narkotik vasitə olan heroin və psixotrop maddə olan “patı” deyilən metamfetamin gətirmək istədiyimi bildirmişdir. Ramal isə ona İranlı Səccad adlı şəxsin mobil telefon nömrəsini vermişdir. Səccad adlı şəxslə istifadəsində olan ***-***-**-** saylı mobil telefon vasitəsi ilə əlaqə saxlayıb tanış olmuş və narkotik vasitə olan heroin və metamfetamin lazım olduğunu bildirmişdir. Aralarında olan razılığa əsasən Səccad adlı şəxs narkotik vasitələri Azərbaycana göndərməli, o isə qeyd edilən narkotik vasitələrin pulunu toplayıb hissə-hissə Səccad adlı şəxsə ödəməyi öhdəsinə götürmüşdür. Pul göndərmək lazım olduqda Səccad adlı şəxs ona telefon vasitəsi ilə əsasən “Kapitalbank”a məxsus bank kartının kodunu demiş, o da şəxsən və ya oğlu Təqsirləndirilən şəxs2 vasitəsi ilə şəhərin müxtəlif yerlərindəki marketlərdə olan pul köçürmə aparatlarından 300-700 manat arası pulu Səccad adlı şəxsin göndərdiyi bank kartı hesabına köçürmüşdür. Səccad adlı şəxslə o ancaq oğlu Təqsirləndirilən şəxs2 məxsus mobil telefona quraşdırılmış “Whatsapp” mesajlaşma tətbiqetməsi vasitəsilə əlaqə saxlamışdır. Ümumiyyətlə Səccadla tanışlıqlarından sonra Səccad ona təxminən dörd dəfə narkotik vasitələr göndərmişdir. Sonuncu dəfə o, Səccad adlı şəxsə xx xxxx 2020-ci il tarixdə 250 qram narkotik vasitə olan heroin, 20-30 qram psixotrop maddə olan metamfetamin sifariş vermişdir. Səccad ona qramını 16 manatdan bir kiloqram narkotik vasitə olan heroin və qramını 27 manatdan 50 qram psixotrop maddə olan metamfetamin göndərəcəyini, pulu isə hissə-hissə ödəməli olduğunu bildirmişdir. Bundan əlavə o, narkotik vasitələrin istifadəsini tərgitmək üçün hədiyyə kimi narkotik maddə olan metadon da göndərəcəyini bildirmişdir. xx xxxx 2020-ci il tarixdə axşam saat 23 radələrində Səccad adlı şəxs ona zəng edərək, Xırdalan şəhəri istiqamətində getməyini və qeyd edilən ünvana çatan zaman məlumat verməyini tapşırmışdır. O da axşam olduğu üçün oğlu Təqsirləndirilən şəxs2la birlikdə idarə etdiyi «Volkswagen Passat» markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə getməyə hazırlaşarkən, qonşusu heroin aludəçisi olan Təqsirləndirilən şəxs3 həyətdə görmüşdür. Natiqin narkotik vasitə olan heroinə ehtiyacının olduğunu bildikdən sonra Təqsirləndirilən şəxs3 onlarla birlikdə narkotik vasitə götürməyə getməyi təklif etmişdir. Bunun müqabilində az miqdarda kakos verəcəyini vəd verdikdən sonra Təqsirləndirilən şəxs3 onun təklifi ilə razılaşmışdır. Bundan sonra o, oğlu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Xırdalan şəhəri istiqamətinə yola düşmüşlər. Xırdalan şəhərinə çatdıqda o bu barədə Səccad adlı şəxsə məlumat vermiş, Səccad adlı şəxs isə ona gözləməyini tapşırmışdır. Təxminən 1- 2 saat gözlədikdən sonra xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində Səccad adlı şəxs ona narkotik vasitə və psixotrop maddələrin Xırdalan şəhəri istiqamətindən Novxanı kəndi istiqamətinə getdikdə Novxanı kəndi ərazisində yolun sağ tərəfində yeni tikilinin içərisində olduğunu bildirmiş və həmin yerin şəklini “Whatsapp” mesajlaşma tətbiqetməsi vasitəsi ilə oğlu Təqsirləndirilən şəxs2 telefonuna göndərmişdir. Qeyd edilən yeni tikilini tapdıqdan sonra , idarə etdiyi avtomobili tikilinin yaxınlığında saxlayıb, avtomobilin “kapotunu” açıb dayanmış. Beli ağrıdığı üçün Təqsirləndirilən şəxs3 tikilinin yaxınlığındakı mişar daşının altında olan içərisində narkotik vasitə və psixotrop maddələrin olduğu bağlamanı götürüb ona verməyini tapşırmışdır. Təqsirləndirilən şəxs3 da mişar daşının altındakı narkotik vasitə və psixotrop maddələrin olduğu ağ rəngli sellofan torbada olan və üzəri yapışqan lentlə bağlanmış bağlamanı götürüb ona vermişdir. O da qeyd edilən bağlamanı avtomobilinin sağ ön oturacağının altında gizlətmişdir. Bundan sonra həmin oturacaqda Təqsirləndirilən şəxs3, arxa oturacaqda isə oğlu Təqsirləndirilən şəxs2 əyləşmiş və o, avtomobili idarə edərək, yaşadığı ünvan istiqamətində hərəkət etmişdir. Həmin gün saat təxminən 02:40-da onları Bakı şəhəri, Yasamal rayonu ərazisində “Qələbə” dairəsi yaxınlığında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlamışdır. İdarə etdiyi «Volkswagen Passat» markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağının altında gizlətdiyi ağ rəngli bağlamaya keçirilmiş baxış zamanı oradan təxminən narkotik vasitələr olan 915 qram heroin və 6 qrama yaxın marixuana, eləcə də psixotrop maddələr olan təxminən 50 qram metamfetamin və 2 qrama yaxın metadon aşkar edilərək götürülmüşdür. Aşkar edilən narkotik vasitələr tamamilə ona məxsus olmuşdur, oğlu Natiqin və Orxanın heç bir təqsirləri olmamışdır. Ümumiyyətlə oğlunun ondan nəyisə soruşmağa ixtiyarı olmamış, Orxan isə pis vəziyyətdə olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 uşaq vaxtlarından tanımışdır. 2019-cu ilin mart-aprel aylarından narkotik vasitələrdən istifadə etməyə başladıqdan sonra Təqsirləndirilən şəxs1 ona bir neçə dəfə istifadə etməyi üçün narkotik vasitələr vermişdir. xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı evin qarşısında olarkən, narkotik vasitə qəbuluna ehtiyacı olduğundan özünü pis hiss etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 idarə etdiyi “Volkswagen Passat” markalı avtomobili ilə yanından keçərkən onun özünü pis hiss etdiyini görüb, avtomobilə əyləşməyini bildirmişdir. O, avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs1 oğlu Təqsirləndirilən şəxs2 da avtomobildə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 ona vəziyyətini yaxşılaşdıracağını bildirmiş, o da razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 avtomobili idarə edərək, Binəqədi rayonunun Binəqədi kəndində yerləşən məscidin yanına getmişlər. Yolda olarkən Pərviz, eləcə də oğlu Natiq mobil telefona quraşdırılmış “Whatsapp” mesajlaşma tətbiqetməsi vasitəsilə kiminləsə danışmışlar. Lakin onun Pərviz və Təqsirləndirilən şəxs2 danışdığı şəxsin kim olmasından xəbəri olmamışdır. Pərviz və Natiqin həmin şəxslə telefon söhbəti zamanı nə danışmalarını da bilməmişdir. Onlar onun tanmadığı yerə çatdıqdan sonra o, Təqsirləndirilən şəxs1 və oğlu Təqsirləndirilən şəxs2 avtomobildən düşmüşlər. Bundan sonra Pərviz ona belinin ağrıdığını bildirərək, kubikləri qaldırmasını xahiş etmiş, o da kubikləri qaldırmışdır. Pərviz isə bir ədəd üzəri yapışqan lentlə bərkidilmiş içərisində nə olduğunu bilmədiyi bağlamanı oradan götürmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs1 və oğlu Təqsirləndirilən şəxs2 avtomobillə yaşadıqları məhəlləyə qayıdan zaman saat təxminən 02:40-da Bakı şəhəri Yasamal rayonu ərazisində “Qələbə” dairəsi yaxınlığında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onları saxlamış və Təqsirləndirilən şəxs1 idarə etdiyi «Volkswagen Passat» markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağının altında gizlətdiyi ağ rəngli bağlamaya keçirilmiş baxış zamanı oradan narkotik vasitələr aşkar etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, atası mütəmadi olaraq iranlı Səccadla onun istifadəsindəki ***-***-**-** saylı mobil nömrədə olan “WhatsApp” proqramı vasitəsi ilə danışmışdır. Həmçinin o özü də İranlı Səccadla müxtəlif vaxtlarda əlaqə saxlamışdır. Amma o heç zaman Səccadla atasının arasındakı münasibətin məqsədini bilməmişdir. Atası ona müəyyən məbləğdə pul verərək “MilliÖN” aparatından köçürməsini tapşırırmış. O da pulu köçürdükdən sonra köçürülmə barədə qəbzin şəklini çəkib iranlı Səccadda göndərirmiş. Həmin pul vəsaitlərin sifariş verilmiş narkotik vasitələrin pulları olması barədə məlumatı olmamışdır. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında Səccad ona bir neçə dəfə zəng etmiş, üçüncü zəngdən sonra o, telefona cavab vermişdir. O, ona atasının onunla əlaqə saxlamağını bildirməsini xahiş etmişdir. Atasına bu barədə xəbər verdikdə o, artıq məlumatlı olduğunu demişdir. Daha sonra atası ona onunla getməsin demişdir. Evdən küçəyə çıxdıqda atasının tanışı olan qonşuları Təqsirləndirilən şəxs3 həyətdə dayandığını görmüşlər. Orxan atasına vəziyyətinin pis olduğunu demiş, atası Orxana onu vəziyyətdən çıxaracağını, yəni vəziyyətini yaxşılaşdıracağını bildirmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə atasının idarə etdiyi «Volkswagen Passat» markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yola çıxmışlar. İlk öncə onlar Xırdalan şəhəri istiqamətinə getmişlər. O, atasının narkotik vasitələr götürməyə getdiyini bilməmişdir. Atası bir neçə dəfə Səccadla onun telefonunda olan “WhatsApp” proqramı vasitəsi ilə danışmışdır. Təxminən 1-2 saat Xırdalanda gözlədikdən sonra Səccad “Whatsapp” proqramı vasitəsi ilə onun mobil telefonuna şəkil göndərmişdir. xx xxxx 2020-ci il tarixdə saat 02:00 radələrində onlar həmin yeri tapmışlar. Atası avtomobili həmin yerin yaxınlığında saxlamış, o, maşından düşdükdən sonra təbii ehtiyacını ödəməkdən ötrü oradan kənarlaşmışdır. Daha sonra atası onu çağırmış və yola düşməli olduqlarını demişdir. Təxminən saat 02:40-da Bakı şəhəri Yasamal rayonu ərazisində “Qələbə” dairəsi yaxınlığında DTX əməkdaşları tərəfindən saxlanılmışlar. Atasının idarə etdiyi «Volkswagen Passat» markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağının altında gizlədilmiş ağ rəngli bağlama aşkar olunmuş. Həmin bağlamaya keçirilmiş baxış zamanı oradan narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməllləri üzrə təqsirli olmaları yuxarıdakı ifadələrlə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli tutma protokollarından məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə xx xxxx 2020-ci il tarixli 4(009)-300/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 10 iyun 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə xx xxxx 2020-ci il tarixli 4(009)-301/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 10 iyun 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə xx xxxx 2020-ci il tarixli 4(009)-302/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs3 barəsində həbs etmənin əvvəli 10 iyun 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluqları yoxdur. Cinayət işinə əlavə edilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müsbət xarakterizə edilmişlər. Cinayət işinə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, xx xxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi «Volkswagen Passat» markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı aşkar edilmiş külli miqdarda 915,14 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 1,75 qram çəkidə narkotik vasitə olan metadon, 5,28 qram çəkidə narkotik vasitə olan qurudulmayan marixuana və külli miqdarda 48,46 qram təşkil edən psixotrop maddə sayılan metamfetamin aşkar edilərək götürülmüşdür. Baxış “Samsung S20” markalı mobil telefonla videoçəkiliş edilmiş, videoçəkiliş “Verbatim” markalı DVD diskə yazılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş xx xxxx 2020-ci il tarixdə Kompleks məhkəmə (bioloji, fiziki-kimyəvi) ekspertizası təyin olunması haqqında qərara əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 7/353 nömrəli və xx xxxx 2020-ci il tarixli 6/1145 nömrəli ekspertiza rəylərində göstərilmişdir ki, - tədqiqata təqdim edilmiş sarı rəngli kağız paketdə, şəffaf rəngli yapışqan lentlə bağlanmış kağız bağlamada təmiz çəkisi – 1,739 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi- 1,739 qramdır; (tədqiqata 0,02 qram istifadə edilib, qalıq 1,719 qram) - tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdəki nəm halda çəkisi 895 qram və 11 qram qurudulmuş vəziyyətdə qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 895 qramdır (tədqiqata 0,1 qram istifadə edilib, qalıq çəkisi - 894.9 qram) Qurudulmuş heroinin təmiz çəkisi – 11 qramdır. (tədqiqata 0,1 qram istifadə edilib, qalıq çəkisi – 10,9 qram) - tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdəki təmiz çəkisi 48,360 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təmiz çəkisi – 48,360 qramdır; (tədqiqata 0,1 qram istifadə edilib, qalıq 48,260 qram) - tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdəki təmiz çəkisi 1,65 qram olan ağ rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış sintetik narkotik vasitə - metadondur. Təmiz çəkisi – 1,65 qramdır; (tədqiqata 0,3 qram istifadə edilib, qalıq 1,35 qram) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İV baş idarəsindən xx xxxx 2020-ci il tarixli 7-1260 saylı məktubla daxil olmuş üzərində «3112-2020» nömrəli sözləri yazılmış 01 ədəd CD diskdəki audiodanışıqlara xx xxxx 2020-ci il tarixdə keçirilmiş baxış protokolunun məzmunundan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa Səccad adı ilə məlum olan İran İslam Respublikası ərazisində olan şəxs ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İV baş idarəsindən xx xxxx 2020-ci il tarixli 7-1260 saylı məktubla istintaq orqanına daxil olmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 və əlaqələrinin telefon danışıqlarına qulaq asılaraq yazılmış «3112-2020» nömrəli “CD” diskdəki danışıqların mətnlərinin və həmin səslərin kimə məxsus olmasının müəyyən edilməsi məqsədilə xx xxxx 2019-cu il tarixdə məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 4/484 saylı ekspert rəyində qeyd olunan diskdə olan mübahisəli fonoqramlardakı danışığın tədqiqi hissədə verilmiş yazılı mətnlərində K1 kimi işarə olunmuş kişi diktorunun səsinin və nitqinin eyni bir şəxsə - Təqsirləndirilən şəxs1; K2 kimi işarə olunmuş kişi diktorunun səsinin və nitqinin eyni bir şəxsə - Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd olunmuşdur. Qeyd olunan disklərdəki danışıqlar təqsirləndirilən şəxslərin külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını birbaşa təsdiq edən həmin danışıqların yazıldığı üzərinə “3112-2020” yazılmış “ZYKLEN” markalı CD disk xx xxxxxxxx 2020-ci il tarixdə maddi sübut kimi tanınmışdır. Cinayət işinə əlavə edilmiş protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Huawei” markalı mobil telefonun yaddaşına xx xxxx 2020-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin telefonun “Whatsapp” proqramı vasitəsi ilə istintaqa Səccad adı ilə məlum olan İran İslam Respublikası ərazisində yaşayan şəxs qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitələrin və psixotrop maddənin elektron tərəzi üzərində olan fotoşəkilini göndərmişdir. Qeyd edilən mobil telefon və ona quraşdırılmış sim-kartlar iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycan Respublikasına gətirilməsinə nail olmaları, satış məqsədilə qanunsuz olaraq əldə etmələri, saxlamaları və daşımalarında vasitə kimi istifadə edildiyindən xx xxxxxxxx 2020-ci il tarixdə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx xxxx 2020-ci il tarixli 7-1689 saylı məktubla “xxxx” MMC-dən və xx xxxxxx 2020-ci il tarixli 7-1857 saylı məktubla “xxxx” MMC-dən daxil olmuş telefon əlaqələrinin kompüter açıqlamalarının yazıldığı disklərə keçirilmiş 06 avqust və xx xxxxxx 2020-ci il tarixli baxış protokollarından məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olan mobil telefon nömrələri ilə aralarında və iranlı Səccadın istifadəsində olan mobil telefonla mütəmadi əlaqə saxlayaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışlar. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1712 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2147 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2148 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əziyyət çəkir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli 1149 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs2 hadisə zamanı öz hərəkətlərinə cavab vermək və ya onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Yəni, ona ittiham olunan əməl barəsində anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Cinayət işinə əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1455 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 hadisə zamanı öz hərəkətlərinə cavab vermək və ya onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Yəni, ona ittiham olunan əməl barəsində anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Cinayət işinə əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1454 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs3 hadisə zamanı öz hərəkətlərinə cavab vermək və ya onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Yəni, ona ittiham olunan əməl barəsində anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 məxsus ekspertiza keçirildikdən sonra təmiz halda qalıq çəkisi 894,9 qram narkotik vasitə sayılan nəm halda heroin, təmiz halda qalıq çəkisi 10,9 qram narkotik vasitə sayılan qurudulmuş halda heroin, təmiz halda qalıq çəkisi 1,719 qram qram narkotik vasitə sayılan qurudulmuş marixuana, təmiz halda qalıq çəkisi 48.260 qram psixotrop maddə sayılan metamfetamin və təmiz halda qalıq çəkisi 1,35 qram narkotik vasitə sayılan metadon öz xüsusiyyətinə və əlamətinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiklərindən xx xxxxxxxx 2020-ci il tarixdə maddi sübut kimi tanınmış və eyni tarixli aktla məhkəmənin müvafiq qərarı qəbul edilənədək saxlanılması üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin Maddi sübutlar otağına təhvil verilmişlər. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrini, onların əməllərində cinayət tərkibinin olmasını, onların təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onların əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi cinayət əməlini tək başına törətməsi, digər şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayətdə iştirak etməmələri kimi ifadələrini iş materiallarına uyğun olmayan, cinayət törətmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad olmaları üçün onları müdafiə məqsədilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsini inandırıcı hesab etmir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi cinayəti törətmədikləri barədə ifadələrini iş materiallarına uyğun olmayan, özlərini müdafiə məqsədilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onların bu ifadələrini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxslərin törətdiyi əməlllərin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli tutulduqları vaxtdan – xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslərin barələrində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəsisələrində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barələrində narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, onlar, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə xüsusi müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.4, 132.1.6-cı maddələrinə əsasən iş üzrə maddi sübutlar ; Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin Maddi sübutlar otağına təhvil verilmiş, ekspertiza keçirildikdən sonra təmiz halda qalıq çəkisi 894,9 qram narkotik vasitə sayılan nəm halda heroin, təmiz halda qalıq çəkisi 10,9 qram narkotik vasitə sayılan qurudulmuş halda heroin, təmiz halda qalıq çəkisi 1,719 qram qram narkotik vasitə sayılan qurudulmuş marixuana, təmiz halda qalıq çəkisi 48.260 qram psixotrop maddə sayılan metamfetamin və təmiz halda qalıq çəkisi 1,35 qram narkotik vasitə sayılan metadon məhv edilməli, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş «Huawei» markalı mobil telefon, ona quraşdırılmış ***-***-**-** və ***-***-**-** nömrəli sim-kartlar, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli sim kart, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və iş üzrə keçən İİR vətəndaşının külli miqdarda narkotik vasitənin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını birbaşa təsdiq edən danışıqların yazıldığı 1 ədəd “3112-2020” yazılmış “ZYKLEN” markalı CD disk və həmin təqsirləndirilən şəxslərin eksperimental səs nümunələrinin yazıldığı 2 (iki) ədəd CD disklə birlikdə həmin cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə aparılmış məhkəmə ekspertizalarının xərci 430,46 (dörd yüz otuz, qırx altı qəpiq) manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 143 (yüz qırx üç) manat 49 (qırx doqquz) qəpiq olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxslərə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 3 saylı hüquq məsləhətxanasının vəkilləri X4 966 manat (doqquz yüz altımış altı) manat, X1 300 manat (üç yüz) manat, Bakı şəhəri 12 saylı hüquq məsləhətxanasının vəkili X6 420 (dörd yuz iyirmi) manat, məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi3 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– xx xxxx 2020-cu il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– xx xxxx 2020-cu il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– xx xxxx 2020-cu il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.4, 132.1.6-cı maddələrinə əsasən iş üzrə maddi sübutlar ; Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin Maddi sübutlar otağına təhvil verilmiş, ekspertiza keçirildikdən sonra təmiz halda qalıq çəkisi 894,9 qram narkotik vasitə sayılan nəm halda heroin, təmiz halda qalıq çəkisi 10,9 qram narkotik vasitə sayılan qurudulmuş halda heroin, təmiz halda qalıq çəkisi 1,719 qram qram narkotik vasitə sayılan qurudulmuş marixuana, təmiz halda qalıq çəkisi 48.260 qram psixotrop maddə sayılan metamfetamin və təmiz halda qalıq çəkisi 1,35 qram narkotik vasitə sayılan metadon məhv edilsin, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş «Huawei» markalı mobil telefon, ona quraşdırılmış ***-***-**-** və ***-***-**-** nömrəli sim-kartlar, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli sim kart, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və iş üzrə keçən İİR vətəndaşının külli miqdarda narkotik vasitənin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını birbaşa təsdiq edən danışıqların yazıldığı 1 ədəd “3112-2020” yazılmış “ZYKLEN” markalı CD disk və həmin təqsirləndirilən şəxslərin eksperimental səs nümunələrinin yazıldığı 2 (iki) ədəd CD disklə birlikdə həmin cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə aparılmış məhkəmə ekspertizalarının xərci 430,46 (dörd yüz otuz, qırx altı qəpiq) manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 143 (yüz qırx üç) manat 49 (qırx doqquz) qəpik olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxslərə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 3 saylı hüquq məsləhətxanasının vəkilləri X4 966 manat (doqquz yüz altımış altı) manat, X1 300 manat (üç yüz) manat, Bakı şəhəri 12 saylı hüquq məsləhətxanasının vəkili X6 420 (dörd yuz iyirmi) manat, məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi3 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar