Məhkəmə qərarları › İş №1(101)-326/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-326/2022

04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-326/2022 04.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Cəbrayılov Rəşad Vəkil oğlunun iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İT-da həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə tiryək əldə edərək, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Əiisahib oğlu istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə, ayrıayrıiıqda iki ədə sellofan bükümlərdə ağ rəngli kristall şəkilli, Azərbaycan Respublikasını 2005-ci ii 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respblikasının ərazisində döriyyəsi qadağan edilən psixotrop maddələrin siyahisına aid edilən psixotrop maddə- metamfetamin və bir ədəd sellofan bükümdə külli miqdarda qəhvəyi rəngli, maddə, Azərbaycan Respublikasını 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respblikasının ərazisində döriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına aid edilən narkotik vasitə-tiyrək əldə edərək 08 iyul 2021-ci il tarixədək 1 ədəd bükümdə metamfetamini və 1 ədəd bükümdə tiryəki yaşadığı evində, 1 ədəd bükümdə metamfetamini isə üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 19:30 radələrində Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiynə görə Bakı şəhəri Binə qəsəbəsində 2147-ci məhəllə 3 ünvanındakı evin yaxınlığında saxlanılaraq idarəyə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan ciibndən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 9,941 qram olan külli miqdarda, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, yaşadğı evindən 1 ədəd sellofan bükümdə, 110 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək, 1 ədəd sellofan bükümdə 30.0 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin və 1 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, kakos kimi tanıdığı heroin növünü çəkmək yolu ilə qəbul edir, üzərindən aşkar edilmiş tiyrək və metamfetamin ona məxsus deyildir. 08 iyul 2021-ci il tarixdə DİN-nin BNMİ-nin əməkdaşları onu saxlayan zaman üzərində heç bir maddə olmamışdır. O ilkin izahatını mənəvi təzyiq altında vermişdir. Həqiqətdə isə 07 iyul 2021-ci il tarixdə saat 00 radələrindən sonra yəni 08 iyul tarixdə gecəni Bakı şəhəri Z.Bünyatoov küçəsində yerləşən «Sabirabad» oteldə olmuş, həmin gün saat təxminən 13 radələrində oteldən çıxıb özünün idarə etdiyi «Chevrolet» markalı «Malibu» modeli ** ON *** dövlət qeydiyyat nişanlı avtomobillə qayınatası Faiq Ağayevin «Vorosvki adlanan ərazidə yerləşəni evinə gedərkən «Ayna Sultanova» abidəsinin yaxınlığında yerlşən geyim mağazasını yanında dayanıb mağazaya girib köynək alaraq çıxarkən mülki geyimdə olan 8 nəfər tanımadığı şəxslər onu saxlayaraq özlərinə məxsus avtomobilə basdıqdan sonra ona üzərində nankotik vasitə olduğunu deyib üzərini axtarmışlar. O üzərində narkotik vasitə olmadığını desə də, onlar onun cibində olan 900 manat pulunu və avomobilin açarını götrmüş, sonra 4 nəfər onun avtomobilinə getmiş, digər 4 nəfəri isə onu özlərinin avtomobili ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Bu zaman həmin şəxslərdən onu buraxmalarını istəyərkən, bunun üçün ondan əvvəlcə 100.000, sonra isə 50000 mana pul istəmişlər. İdarəyə çatandan sonra isə həmin şəxslər ondan hansı miqdarda pul verə biləcəyini soruşarkən o 7-8 min manat pul düzəldə biləcəyini söyləmişdir. Bundan sonra o, həmin şəxslərin ona verdiyi mobil telefonla qayınanası Gülübəyimə zəng edərək sonra isə arvadı Sevanə ilə danışıb, onu polis əməkdaşlarının tutduğunu, buraxılmsı üçün 7-8 min manat verilməli olduğunu deyərək bu pulu atasından alıb hazırlamasını tapşırmış və ya özü ya da göndərəcəyi adamın onun adından gəlib götürəcəyini bildirmiş, Sevanə razılıq vermişdir. Budan 1 saat sonra polis əməkdaşları onu qayınatasını evinin qarşısına gətirmiş, orada o maşında qalmış, iki nəfər polis əməkdaşı isə qayınatasanını həyətinə girmişlər. Təxminən 20 dəqiqədən sonra həmin şəxslər qayınatasını evindən birinin əlində seloffan torba ilə çıxarkən bilmişdir ki, ailə üzvləri polis məkdaşlarına onun vəd etdiyi 8400 manat pulu vermişlər. Daha sonra polis əməkdaşları yenidən onu BNMİ-nə gətirmiş. Orada atasına zəng edərək tutulduğunu bildirib yanına gəlməsini istəmiş, atası həmin vaxt Masallı rayonun olduğunu və tezliklə gələcəyini bildirmişdir. Sonra isə polis əməkdaşları onu yaşadığı evinə gətirib, cibindən götürdükləri açarla mənzilin qapısını açıb içəri girəndən sonra bir nəfər onun qoluna qandal vuraraq dəhlizdə saxlamış, digərləri isə onun yataq otağına girib çıxmışlar. 15 dəqiqədən sonra polis əməkdaşları onu yenidən BNMİ-nə gətirmiş, orada araşdırma aparan əməkdaş ona 1 büküm verəcəklərini və üzərinə video çəkilişlə baxış keçirən zaman həmin büküm cibindən çıxarıb «şüşə» maddəsi olduğunu və onu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Məmməd adlı şəxsdən əldə etdiyini deməsini tapşırmış, o isə buna imtina etdikdə polis əməkdaşları ona söyüş qoyaraq dediklərini etməli olduğunu bildirmişlər. Bundan sonra o polis əməkdaşlarının verdiyi bükümü şalvarının cibinə qoyub saxlamış, və üzərində videoçəkilişlə axtarış aparılan zaman o, həmin bükümü çıxarıb təqdim etmiş, eyni zamanda yazılı izahatındakı məzmunda şifahi məlumat verərək bu barədə tərtib olunmuş sənədləri imzalamışdır. Sonra isə polis əməkdaşları onu yaşadığı mənzilə gətirib orada videoçəkilişlə baxış keçirən zaman evindən 2 büküm maddələr aşakar etmişlər. Həqiqətdə isə həmin madədər və tərəzi ona məxsus deyil, onların evinə kimin tərəfindən qoylduğunu bilmir. Tərəzi ilə maddələr polis əməkdaşları tərəfindən götürülmüş və onu yenidən baş idarəyə gətirmişlər. Həmin baxış 20:30-da qurtarmışdır. O idarədə olarkən atasına zəng etmiş, atası idarənin yerini tanımadığına görə polis əməkdaşları onu atasının olduğu yerə aparmış, lakin orada atası ilə görüşdürməyib, özləri atası ilə görüşərək onun buraxılması üçün atasından 30000 mant pul istəmişlər. Atası bu təkliflə razılaşmadığına görə polis əməkdaşları onu idarəyə gətirmiş. Orada ona bildirmişlər ki, onun tutulması üçün bir neçə gün onu güdmüş, izləmiş, hətta bir neçə dəfə Masallıya gedib-gələrək pul xərcləmişlər, ona görə də qayınatasından aldıqları pulun 3000 manatını götürüb 5500 manatını qaytaracaqlar və ondan bu pulu konkret olaraq kimə verəcəklərini soruşduqda, o pulu atasına vermələrini tapşırmışdır. Həmin gün o, baş idarədə otaqlardan birində qalmış, sonradan isə məlumu olmuşdur ki, polis əməkdaşları pulu atasına və ya başqa qohumuna qaytarmamışlar. Beləliklə o, polis əməkdaşları tərəfindən qanunsuz tutulub saxlanılmış, onun üzərində və evindən heç bir narkotik vasitə və tərəzi aşkar ediliməmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ilkin ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir və ona verilmiş ittiham tamamilə əsassızdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 08 iyul 2021-ci il tarixdə saat təxminən 19:30 radələrində yaşadığı ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri elan olunaraq buna dair bildiriş təqdim edildikdə sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməsi təklif edilərkən olunarkən o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 bükümdə, psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərində şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd açar, 1 ədəd “Huavvei” markalı mobil telefon, **********131883 nömrəli və **********251180 nömrəli plastik bank kartları aşkar olunmuşdur. Daha sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilərək 11,15 qram olduğu məlum olmuşdur və polis əməkdaşları tərəfindən kağız zərfə qoyularaq qablaşdırılıb, DİNin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri onun və müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Həmçinin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd, ““Huawei” markalı mobil telefon, **********131883 nömrəli və **********251180 nömrəli plastik bank kartları bu barədə ona izah verildikdən sonra götürülmüş, 1 ədəd açar özünə qaytarılmışdır. Üzərindən aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu, həmin kütləni 1 ay bundan əvvəl “tanış olduğu İran islam Respublikası vətəndaşı “Məmməd” adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Masallı rayonunda əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq şəklini “Məmməd”,ə göndərəcəyini və gördüyü işin qarşılığında sonuncunun ona göndərdiyi narkotik vasitələrin bir hissəsini özü üçün istifadə etdiyini, əvvəllər məhkum olunduğunu, **********251180 nömrəli plastik bank kartına narkotik vasitələrin satışından əldə olunmuş təxminən 3000 manata yaxın pul yükləndiyini, həmçinin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən mənzilimdə də narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə özünün yaşadığı mənzilə gedərək mənzilə baxış keçirilərkən yataq otağında olan çarpayının üzərindəki yastığın altından içərisində 1 ədəd elektron tərəzi, 1 bükümdə, narkotik vasitə tiryək və 1 bükümdə, psixotrop maddə metamfetamin olan sellofan torbanı təqdim etmişdir. Daha sonra elektron tərəzi vasitəsi ilə aşkar olunmuş tiryək çəkilərək 30 qram, metamfetamin isə çəkilərək 110 qram olduğu müəyən edilib həmin bükümlər və elektron tərəzi kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri onun, müdafiəçisinin və təhqiqatçının tərəfindən imzalanmışdır. Təqdim etdiyi tiryək və metamfetaminin özünə məxsus olduğunu, həmin kütlələri 1 ay bundan əvvəl tanış olduğu İran İslam Respublikası vətəndaşı “Məmməd” adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl əvvəlcədən Masallı rayonunda əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, sonradan isə həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq şəklini İran İslam Respublikası vətəndaşı “Məmməd” adlı şəxsə göndərəcəyini və gördüyü işin qarşılığında sonuncunun ona göndərdiyi narkotik vasitələrin bir hissəsini özü istifadə etdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərdaycan Respublikası DİN-nin Baş Narkotilərlə Mübarizə İdarəsinin (BNMİ) baş əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi polis kapitanıdır. ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz dövriyyəsi, o cümlədən Bakı şəhəri Xəzər rayonu ərazisində qanunsuz satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ifşa olunaraq törətdiyi cinayətlərin qarşısınını alınması məqsədi ilə 08 iyul 2021-ci i! tarixdə onun tərəfindən qəbul edilmiş qərarı İdarənin rəisi təsdiq edərək müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilməsi məqsədi ilə o və idarənin digər baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Onlar həmin şəxsin xarici görünüş və sairə barədə məlumatlar verilib təlimə ı Yandırıldıqdan sonra nəzərdə tutulmuş əməliyyat tədirləri planına əsasən onlar Təqsirləndirilən şəxs adətən olduğu ərazilərə gedib orada müşahidə aparmağa başlamışlar. Həmin tarixdə təxminən saat 19:30 radələrində Binə qəsəbəsi 2147-ci məhəllədə 3 №-li evin yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan bir nəfər şəxsin olduğunu görüb ona yaxınlaşıb saxlayaraq əvvəlcə özlərini təqdim edib, həmin şəxsdən də özünü təqdim etməsini tələb etdikdə, sonuncu Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs onun narkotik vasitələrin dövriyyəsində, satış məqsədi ilə əldə edib üzərində daşımasında şübhəli olduğunu bildirərək bu şübhələrin yoxlanılması məqsədi ilə BNMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs əvvəlcə üzərində heç bir narkotik vasitə olmadığını bildirməklə onlarla birlikdə BNMİnə gəlmişdir. O, bu barədə raportla idarə rəisinə məruzə etdikdən sonra araşdırmanın aparılması idarənin Təhqiqat Qrupunun təhqiqtaçısı polis kapitanı Nizami Omarova həvalə olunmuş və daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində, onun hüquqlarını müdafiə etmək məqsədi ilə dəvət olunmuş vəkil- Ərəstun İskəndərovun həmçinin onun və Şahid2 iştirakları ilə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanması, gəzdirilməsi qanuna zid olan əşya və ya predmetləri təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyaraq bükümdə olan maddə «şüşə» adlandırılan, pisxotrop maddəmetamfetamin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü axtarılarkən şalvarının sol yan cibindən 1 ədəd açar, 1 ədəd «Huavvei» markalı mobil telefon aparatı, 2 ədəd plastik bank kartları aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdəki, metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək 11,15 qram olması müəyyən olunduqdan sonra həmin maddə kağız zərfə qablaşdırılıb möhürlənərək, zərfin üzəri imzalanıb götürülmüşdür. Eyni zamana Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd «Huavvei» markalı mobil telefon və iki ədəd plastik kartlar araşdırma üçün əhəmiyyət kəsb etdiyinə görə təhqiqtaçı tərəfindən götürülüb, 1 ədəd açar isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təxminən 1 ay bundan əvvəl İran İslam Respublikasının vətəndaşı olan «Məmməd» adlı şəxslə tanış olmuş, 5 gün bundan əvvəl həmin «Məmməd» adlı şəxsin Masallı rayonunda, əvvələcədən təyin edilmiş yerə 1 bükümdə tiryəki və bükümdə metamfetmin qoymuş, o «Məmməd»in tapşırığı ilə həmin tiryəklə metamfetaminləri sonradan ona bildirəcəyi yerə qoymaq məqsədi ilə götürmüş və bunun əvəzində «Məmməd»!ə bu tiryəkin və ya metamfetaminin bir hissəsini özü qəbul etməsi barədə razılaşmışlar. Hazırda üzərindən aşkar edilmiş bir ədəd bükümdə metamfetamini elektron tərəzi vasitəsi ilə çəkib üzərində saxlamışdır ki, həm özü istifadə etsin, həm də «Məmməd»in bildirəcəyi yerə qoysun. Sonda şəxsi axtarış barədə protokol tərtib olunumuş və bütün iştirakçılar protokolla tanış olaraq doğruduğunu imzalarla təsdiq etmişlər. Daha sonra, tədbirlərin davamı olaraq onun, Şahid2 və vəkil Ərəstun İskəndərovun iştirakları ilə, Təqsirləndirilən şəxs özünün razılığı ilə sonuncunun yaşadığı ünvan 3 ünvanına baxış keçrilərkən Təqsirləndirilən şəxs mənzilin giriş qapısından sağ tərəfindən yerləşən yataq otağında, çarpayının üzərindəki yastığın altından 1 ədəd ağ rəngli sellofan topbada 1 ədəd elektron tərəzini, 1 ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə tiryəkə bənzər maddəni və 1 ədəd sellofan bükümünə bükülmüş ağ rəngli kristallik dənəvəri formalı, psixotrop maddə metamfetaminə bənzər maddən təqdim etmiş və həmin maddələr ayrı ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilərək tiryəkə bənzər maddə 110 qram, metamfetaminə bənzər maddənin 30 qram olduğu müəyyən edilmişdir. Sonra aşkar edilmiş tiryək və metamfetamin bükümləri, elektron tərəzi araşdırma üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılaraq möhürlənib, zərfin üzəri imzalandıqdan sonra götürülmüşdür. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində oxşar məzmunlu ifadə verərək şahid X2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 33-39-cu vərəqlərində olan 08 iyul 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması» protokollardan görünür ki, həmin istintaq hərəkəti video çəkilişlə edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd bükümdə maddə aşkar edilərək götürülmüşdür. 08 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı Nizami Osmarov tərəfindən tərtib edilmiş «mənzilə baxış keçirilməsi və götürmə» protokolundan görünür ki, həmin istintaq hərəkəti video çəkilişə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında, çarpayının üzərindəki yastığın altından 1 ədəd sellofan torbada 1 ədəd sellofan bükümdə kristallik dənəvari formada ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər maddə, 1 ədəd sellofan bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər maddə və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin görüntülər CD diskdə öz əksini tapmışdır. İş üzrə maddi subut olan CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. CD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 48-51-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin 09 iyul 2021-ci il tarixli 6/2734 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №7 dairəvi möhür olan iki ədəd kağız paketdə olan -üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs təqdim etdiyi....” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi u,941 qram oian ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı təqdim etdiyi...» sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd kağız paketdə 1 ədəd sellofan bükümdə təmiz çəkisi 110,0 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Digər 1 ədəd sellofan bükümdə təmiz çəkisi 30.0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir.- bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəkilində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Qeyd: Tiryəkin təmiz çəkisi: 110,0 qram, tədqiqata sərf edildi:0,1qram, qalıq:109,90 qram. Metamfetaminin ümumi çəkisi -39,941 qram, tədqiqata sərf edildi: 0,1qram, qalıq: 39,841 qram. Cinayət işinin 112-113-cü vərəqlərində olan məhkəmə narkoloji ekspertizasının 27 iyul 2021-ci il tarixli 2469 saylı rəyindən görünür ki, X1 OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminlərin birgə qəbul edilməsi _ nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) AŞKAR OLUNUR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 136-145-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs Əlsahib oğlunun üzərində keçirilmş «şəxsi axtarış və götürmə», onun yaşadığı mənzilə «baxış və götürmə» istintaq hərəkətlərinin hər birinin ayrı ayrılıqda video görüntülərinin köçürülüdüyü 2 ədəd disklər, habelə Təqsirləndirilən şəxs üzərinən aşkar edilmiş 1 ədəd sellofan bükümdə 9,941 qram təmiz çəkidə oian psixotrop maddə metamfetamin, onun yaşadığı mənzildən aşkar edilib götürülmüş 1 ədəd sellofan bükümdə 110 qram təmiz çəkidə narkotik vasitə tiryək və 1 ədəd sellofan bükümdə 30 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd üzərində heroin izləri olan elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış, 2 ədəd disklərin cinayət işinə əlavə olnması nəzərə alınmış, ekspertiza tədqiqatından sonra həmin tiryəkin 109,90 qram qalıq hissəsi, metamfetaminin ümumi çəkisinin 39,841 qram qalıq hissəsi və 1 ədəd elektron tərəzi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc anbarına verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 19-cu bəndinə görə 50 qram və daha artıq narkotik vasitə olan tiryək külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş külli miqdardan dəfələrlə artıq psixotrop maddə metamfetaminin, bundan başqa narkotik vasitə tiryəkin aşkar edilməsini, satış üçün elektron tərəzi olmasını və elektron tərəzi üzərində heroin narkotik vasitəsinin izlərinin olmasını Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün təqdim etdiyi dəlillər iş üzrə digər sübutlarla təkzib edildiyindən təqsirləndirilən şəxsin özünü cinayət məsuliyyətindən yayınma xarakteri kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 24 və 79-81-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 96-103-cü vərəqlərində olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin tələbnamə və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Cəfərov X3 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsili bilinərək 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-737/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində “08 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilmiş və o, azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və xx.xx.2022-ci il tarixdə müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən yüngül məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs X5 hazırki cinayət əməlini törədərkən məhkumluğu ödənilməmişdir. Lakin Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən, iş üzrə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olduğuna görə cinayətin residivi kimi nəzərə alına bilməz. Himayəsində azyaşlı uşaqlarının olması Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 08 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 27 iyul 2021-ci il tarixli 2469 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Bakı şəhəri Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş 1 ədəd sellofan bükümdə 9,941 qram təmiz çəkidə olan psixotrop maddə metamfetmin, 1 ədəd sellofan bükümdə 110 qram təmiz çəkidə narkotik vasitə tiryək və 1 ədəd sellofan bükümdə 30 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd üzərində heroin izləri olan elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, video görüntülər olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 08 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Bakı şəhəri Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş 1 ədəd sellofan bükümdə 9,941 qram təmiz çəkidə olan psixotrop maddə metamfetmin, 1 ədəd sellofan bükümdə 110 qram təmiz çəkidə narkotik vasitə tiryək və 1 ədəd sellofan bükümdə 30 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd üzərində heroin izləri olan elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar