Məhkəmə qərarları › İş №1(101)-326/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-326/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-326/2023 26.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçilər X3 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 1 yanvar 1979-cu il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu ödənilmiş, Abşeron rayonu Saray qəsəbəsi, Koroğlu küçəsi, ev 19-da qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və satma barədə şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən külli miqdarda narkotik vasitələrin satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gəlmiş, qeyd olunan şəxslərdən naməlum vaxtda, yerdə və şəraitdə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 96,757 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in İİ siyahısına daxil edilən təsiredici maddəsinin ümumi miqdarı 4 qram təşkil edən «F/M40» göstəricisi olan 100 ədəd metadon həblərini və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 9,4 qram təşkil edən «F/M20» göstəricisi olan 470 ədəd metadon həblərini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə saat 01:20-də ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2a yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən 96,757 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 4 qram təşkil edən «F/M40» göstəricisi olan 10 ədəd konvalyutda 100 ədəd metadon həbləri və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 9,4 qram təşkil edən «F/M20» göstəricisi olan 47 ədəd konvalyutda 470 ədəd metadon həbləri olmaqla əynindəki qara rəngli qısaqol gödəkçənin sol iç tərəfinin astar hissəsindən bir ədəd sellofan bağlamada aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitə marixuanadan istifadə etmiş və sonradan tərgitmişdir. Hazırda ağır vərəm xəstəliyindən əziyyət çəkir. Buna görə də X1 müalicə alır. 8 iyun 2022-ci il tarixdə saat 01:20 radələrində ünvan 1 ünvanının yaxınlığında tanışı Şahid1 ilə birlikdə olarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb idarəyə aparılmışdır. Orada polis əməkdaşları bir büküm narkotik vasitə marixuana və «Metadon» həblərini onun gödəkcəsinin cibinə qoyub ona məxsus olmasını bildirmişlər. Əvvəlcə etiraz etsə də, sonradan polislərin təzyiqinə tab gətirməmiş, üzərinə qoyulmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmiş və internetdə tanış olduğu İran İslam Respublikasının vətəndaşından aldığını demişdir. İbtidai istintaq zamanı müstəntiq ona adından yazılmış ifadələrə oxumadan imza etdirmişdir. Hazırda həmin ifadələrini təsdiq etmir. Ekspertiza zamanı həkin narkoloqun müayinəsində olarkən ona marixuana çəkdiyini bildirmişdir. İbtidai istintaq zamanı barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə nə hakimə, nə müdafiəçisinə polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyi barədə heç nə deməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşıdır. 7 iyun 2022-ci il tarixdə idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Sonuncunun əməllərinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzvləri tərəfindən 8 iyun 2022-ci il tarixdə saat 01:20-də ünvan 1 ünvanının yaxınlığında tanışı Şahid1 ilə birlikdə saxlanılaraq idarəyə aparılmışdır. Orada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək vəkillə təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana və «Methadone» adlı narkotik tərkibli dərman həbləri olduğunu bildirib, əynində olan qara rəngli qısaqol gödəkçəsinin sol iç tərəfdən cırılmış astar hissəsində saxladığı üzəri yapışqan lentlə bağlanmış 1 ədəd sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Həmin sellofan bağlama açıldıqda bağlamanın içərisindən üzəri yapışqan lentlə bağlanmış 3 ədəd bağlama aşkar olunmuş, birinci sellofan bağlamanın içərisində üzərində «Methadone 20» sözü yazılmış 47 ədəd tamlığı pozulmamış konvalyut, ikinci sellofan bağlamanın içərisində üzərində «Methadone 40» sözü yazılmış 10 ədəd tamlığı pozulmamış konvalyut, üçüncü sellofan bağlamanın içərisində qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təxminən bir həftə əvvəl sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı ilə tanış olduğunu, 7 iyun 2021-ci il tarixdə axşam vaxtı «Whatsapp» vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb ona narkotik vasitə qurudulmuş marixuana və narkotik tərkibli «Methadone» həbləri sifariş verdiyini, həmin şəxsin verdiyi bank hesabına 400 manat pul köçürdükdən sonra həmin şəxs narkotik vasitəni və «Methadone» həblərini Bakı şəhərində Ak.H.Əliyev küçəsi yaxınlığında gizlədib onunla təkrar əlaqə saxlayıb həmin yerin şəkilini və xəritə üzrə məkanı mobil telefon vasitəsi ilə ona göndərdiyini, həmin yerə gedib narkotik vasitə marixuana və «Methadone» həblərini götürərək əynində olan qara rəngli qısaqol gödəkçəsinin sol iç tərəfdən cırılmış astar hissəsinin içərisində gizlətdiyini və bir qədər uzaqlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs tanışı Şahid1 onun üzərindən aşkar edilmiş narkotik vasitə marixuana və «Methadone» həblərindən xəbərinin olmadığını, sonuncuya tanışından avtomobil ehtiyyat hissəsi götürəcəyi barədə yalandan dediyini, narkotik vasitə və «Methadone» həblərini götürdükdən sonra Şahid1 xəbər tutmaması üçün əynində olan qara rəngli qısaqol gödəkçəsinin sol iç tərəfdən cırılmış astar hissəsinin içərisində gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan «Samsung» markalı mobil telefonda narkotik vasitələrin və «Methadone» həblərinin yerləşdirildiyi ünvanların fotoşəkilləri və İran İslam Respublikasının vətəndaşı ilə danışıqları olduğundan, həmin fotoşəkillərin və danışıqların polis əməkdaşlarının əlinə keçməməsi üçün saxlanılarkən mobil telefonu çırpıb sındırdığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və üzərində «Methadone 20» və «Methadone 40» sözü yazılmış ümumilikdə 57 ədəd konvalyut onun tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 30 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmənin nəticələri barədə protokol tərtib edildikdən sonra iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən, idarəyə gətirilərkən və idarədə olduğu müddət ərzində ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmiş, sonuncu könüllü şəkildə etdiyi əməli etiraf edib, üzərindəki narkotik vasitələri təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə verdilər. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, 7 iyun 2022-ci il tarixdən 08 iyun 2022-ci il tarixə keçən gecə tanışı Şahin Novruzov ona Bakı şəhəri Nəsimi rayonu ərazisində avtomobil ehtiyat hissələri gətirildiyini, gecə ilə onları götürməli olduğunu bildirib birlikdə getməyini xahiş etmişdir. O, etiraz etməmiş və birlikdə həmin yerə getmişlər. Bakı şəhəri Nəsimi rayonu, M.Əlizadə küçəsində olarkən Şahin ona gözləməyini və özü gedib həmin şəxslə görüşüb gələcəyini demişdir. Şahin getdikdən bir qədər sonra qayıtmışdır. Birlikdə piyada gedərkən 8 iyun 2022-ci il tarixdə saat 01:20 radələrində ünvan 1 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, onun üzərinə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana və «Methadone» adlı narkotik tərkibli dərman həbləri olduğunu bildirib, əynində olan qara rəngli qısaqol gödəkçəsinin sol iç tərəfdən cırılmış astar hissəsində saxladığı üzəri yapışqan lentlə bağlanmış bir ədəd sellofan bağlamanı çıxardıb təqdim etmişdir. Həmin bağlama polis əməkdaşları tərəfindən açıldıqda içərisində üzəri yapışqan lentlə bağlanmış üç ədəd bağlama aşkar olunmuşdur. Sellofan bağlamalardan birincisinin içərisində üzərində «Methadone 20» sözü yazılmış 47 ədəd konvalyut, ikincisinin içəriində üzərində «Methadone 40» sözü yazılmış 10 ədəd konvalyut, üçüsünün içərisində isə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olmuşdur. Təqsirləndirilən şəxs bir həftə əvvəl sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı ilə tanış olduğunu, 7 iyun 2021-ci il tarixdə axşam vaxtı «Whatsapp» vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb ona narkotik vasitə qurudulmuş marixuana və narkotik tərkibli «Methadone» həbləri sifariş verdiyini, həmin şəxsin verdiyi bank hesabına 400 manat pul köçürdükdən sonra sonuncu narkotik vasitəni və «Methadone» həblərini Bakı şəhərində Ak.H.Əliyev küçəsi yaxınlığında gizlədib onunla təkrar əlaqə saxlayıb həmin yerin şəkilini və xəritə üzrə məkanı mobil telefon vasitəsi ilə ona göndərdiyini, həmin yerə gedib narkotik vasitə marixuana və «Methadone» həblərini götürərək əynində olan qara rəngli qısaqol gödəkçəsinin sol iç tərəfdən cırılmış astar hissəsinin içərisində gizlətdiyini demişdir. Sorğu zamanı o, Təqsirləndirilən şəxs dediklərini təsdiq edib, sonuncunun üzərində narkotik vasitə marixuana və «Methadone» həblərindən məlumatının olmadığını demişdir. Sonda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuana, «Methadone 20» və «Methadone 40» həbləri polis əməkdaşları tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmişdir. Sonda şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, 7 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə saat 01:20-də ünvan 1 ünvanının yaxınlığında tanışı Şahid1 ilə birlikdə saxlayıb Baş İdarəyə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, vəkilə təmin edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol gödəkçəsinin sol iç tərəfdən cırılmış astar hissəsində saxladığı üzəri yapışqan lentlə bağlanmış bir ədəd sellofan bağlamanı və əynində olan idman şalvarının sağ yan cibindən 30 manat pulu çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bağlama açıldıqda içərisindən üzəri yapışqan lentlə bağlanmış üç ədəd bağlama aşkar olunmuşdur. Həmin bağlamaların içərisində üzərində «Methadone 20» sözü yazılmış 47 ədəd tamlığı pozulmamış konvalyut, üzərində «Methadone 40» sözü yazılmış 10 ədəd tamlığı pozulmamış konvalyut və ot şəkilli, spesifik qoxuya malik, yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni və «Methadone» dərman həblərini adını və digər anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını, həmin şəxslə təxminən bir həftə əvvəl sosial şəbəkədə tanış olduğunu, sonradan aralarında münasibət yarandığını, 7 iyun 2021-ci il tarixdə «Whatsapp» vasitəsi ilə həmin İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb ona narkotik vasitə qurudulmuş marixuana və narkotik tərkibli «Methadone» həbləri sifariş verdiyini, sonuncunun verdiyi bank hesabına 400 manat pulunu köçürdükdən sonra, həmin şəxsin onunla təkrar əlaqə saxlayıb Bakı şəhərində Ak.H.Əliyev küçəsi yaxınlığında gizlədilmiş narkotik vasitə və «Methadone» həbləri olan yerin şəkilini və xəritə üzrə məkanını mobil telefon vasitəsi ilə ona göndərdiyini, tanışı Şahid1 ilə həmin yerin yaxınlığına getdiklərini, Şahid1 başqa bir tanışından avtomobil ehtiyyat hissələri götürəcəyini söyləyib kənarda gözləməsini xahiş etdikdən sonra, qeyd etdiyi ərazidən narkotik vasitə marixuana və «Methadone» həblərini götürüb qısaqol gödəkçəsinin sol iç tərəfdən cırılmış astar hissəsinin içərisində gizlətdiyini, Şahid1 yanına qayıtdıqdan sonra ərazidən bir qədər uzaqlaşan kimi polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs tanışı Şahid1 onun üzərindən aşkar edilmiş narkotik vasitə marixuana və «Methadone» həblərindən xəbərinin olmadığını demiş, üzərində olan «Samsung» markalı mobil telefonda narkotik vasitə və «Methadone» həblərinin yerləşdirildiyi ünvanın fotoşəkilləri və İran İslam Respublikasının vətəndaşı ilə danışıqları olduğundan polis əməkdaşlarının əlinə keçməməsi üçün mobil telefonu yerə vurub sındırdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və üzərində «Methadone 20» və «Methadone 40» sözü yazılmış ümumilikdə 57 ədəd konvalyut bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 30 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Sonda şəxsi axtarış və götürmənin nəticələrini özündə əks etdirən protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-bioloji ekspertizasının 8 iyun 2022-ci il tarixli 7/593 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...» yazıları və imzalar olan kağız paketdəki bir ədəd sellofan bağlamada təmiz çəkisi 96,757 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 8 iyun 2022-ci il tarixli 6/3223 nömrəli rəyindən görünür ki, tədqiqat obyektləri üzərində «Azərbaycan Respublikası Dİn Zərflər üçün № 6 dairəvi möhür əksləri olan, «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki, üzərində «F/M40» göstəricisi olan 100 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həblərində metadonun təsir maddsinin miqdarı 4 qram təşkil edir. Üzərində «F/M20» göstəricisi olan 470 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həblərində metadonun təsir maddəsinin miqdarı 9,4 qram təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində «F/M40» göstəricisi olan 100 ədəd həblər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində «F/M20» göstəricisi olan 470 ədəd həblər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Ambulator məcburi narkoloji tibbi yoxlamanın 9 iyun 2022-ci il tarixli 3123 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs 1 ildir ki, narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə etdiyini, narkotik vasitə olan heroini əvvəllər inyeksiya yolu ilə yuxarı ətraf venalarına, son zamanlar isə əsasən aşağı ətraf venalarına vurduğunu qeyd etmiş, arabir düşəndə narkotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə və narkotik vasitə olan metadon həblərindən daxilə qəbul etməklə istifadə etdiyini bildirmişdir. İşin 28-32-ci vərəqlərindəki şəxsi axtarış, baxış və götürmə aparılması barədə 8 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 8 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 01:20-də saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən üzərindən külli miqdarda narkotik vasitə metadon və narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. İşin 115-117-ci vərəqlərindəki maddi sübut hesab edilməsi haqqında qərar və raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 96,757 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, təsir maddəsinin miqdarı 4 qram təşkil edən üzərində «F/M40» göstəricisi olan 100 ədəd və təsir maddəsinin miqdarı 9,4 qram təşkil edən «F/M20» göstəricisi olan 470 ədəd metadon tərkibli dərman həbləri iş üzrə maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 96,657 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, üzərində «F/M40» göstəricisi olan 90 ədəd və üzərində «F/M20» göstəricisi olan 460 ədəd metadon tərkibli dərman həbləri saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İşin 164-176-cı vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 161-163-cü vərəqələrindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 30 may 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib beş il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 iyul 2003-cü il tarixdə Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası üç ilə endirilmiş, 13 iyul 2005-ci il tarixdə Nizami rayon Məhkəməsinin 22 iyun 2005-ci il tarixli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən 8 ay 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 30 may 2003cü il tarixli hökmü ilə olan məhkumluğu Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə) əsasən ödənilmişdir. İşin 20-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 5 avqust 2009-cu il təvəllüdlü Muradlı Məhəmməd adlı bir azyaşlı uşağı var. Dövlət ittihamçısı məhkəmədə çıxışı zamanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmadığı bildirib, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2 və 41.3-cü maddələrinə əsasən həmin hissədə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2 və 41.3-cü maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.-ci maddəsinə əsasən dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə, dövlət ittihamçısının cinayət təqibinə xitam verilməsinə dair təklifini nəzərə alaraq nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməlidir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilmədi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin faktiki halları ilə təkzib olunduğundan, məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 8 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 96,757 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, təsir maddəsinin miqdarı 4 qram təşkil edən üzərində «F/M40» göstəricisi olan 100 ədəd və təsir maddəsinin miqdarı 9,4 qram təşkil edən «F/M20» göstəricisi olan 470 ədəd metadon tərkibli dərman həblərindən ekspertiza tədqiqatından sonra qalıq qalan 96,657 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, üzərində «F/M40» göstəricisi olan 90 ədəd və üzərində «F/M20» göstəricisi olan 460 ədəd metadon tərkibli dərman həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd CD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 170 (yüz yetmiş) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 8 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 96,757 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, təsir maddəsinin miqdarı 4 qram təşkil edən üzərində «F/M40» göstəricisi olan 100 ədəd və təsir maddəsinin miqdarı 9,4 qram təşkil edən «F/M20» göstəricisi olan 470 ədəd metadon tərkibli dərman həblərindən ekspertiza tədqiqatından sonra qalıq qalan 96,657 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, üzərində «F/M40» göstəricisi olan 90 ədəd və üzərində «F/M20» göstəricisi olan 460 ədəd metadon tərkibli dərman həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd CD disk isə cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 170 (yüz yetmiş) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar