Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-326/2024 02.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüləri, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 18 avqust 1973-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Yevlax şəhəri, Zərərçəkmiş şəxs prospekti, ev 8, mənzil 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3i rayonu, S.Vurğun küçəsində yaşamış, Bakı şəhəri ünvan 3i Rayon Məhkəməsinin 4(006)-677/2022 saylı, 30 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 28 dekabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, 25 dekabr 2022-ci il tarixdə, səhər saatlarında tanışı Zərərçəkmiş şəxs ona məxsus arabanın üzərindən metal qırıntıları və plastik tullantıları hansı səbəbdən yerə tökməsinin səbəbini aydınlaşdırmaq üçün həmin gün saat 10:24-də ictimai yer hesab edilən Bakı şəhəri, ünvan 3i rayonu, Səməd Vurğun küçəsi 116 ünvanının qarşısında Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncuya yerə tökdüyü metal qırıntıları və plastik tullantıları gedib arabaya yığmasını bildirərkən Zərərçəkmiş şəxs ona etiraz etməsini cüzi səbəb kimi bəhanə gətirib digər şəxslərin olmasına əhəmiyyət vermədən sonuncunu nalayiq ifadələrlə təhqir etməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs zor tətbiq edərək xuliqanlıq niyyətilə özündə olan silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını çıxarıb həmin bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyəsindən bir dəfə qəsdən vuraraq ona döş qəfəsinin sağ yarısının ön səthinin plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2 ildir ki, tanıyır. Hər ikisi müxtəlif yerlərdən metal qırıntıları və plastik tullantıları yığıb təhvil verməklə pul qazanmış, müxtəlif ünvanlarda yaşamışlar. Hadisədən bir neçə gün əvvəl Heydər ondan 20 manat borca pul almış, lakin geri qaytarmamışdır. 25 dekabr 2022-ci il tarixdə səhər saat 10:00 radələrində yuxudan duranda görmüşdür ki, Heydər onun arabasının üzərinə yığdığı metallar və plastik tullantıları yerə tökmüşdür. O, Heydərdən səbəbini soruşmuşdur ki, nə üçün belə edir, Heydər isə ona izah etmişdir ki, tullantılarının müəyyən bir hissəsi itmiş, ona görə də axtarır. O, Heydərə izah etmişdir ki, onun malının arasında axtardığı mallar yoxdur, indi tökdüyü malları yerinə yığsın. Heydər isə əsəbi formada mallarını yığmayaraq çıxıb getmişdir. O da əynini geyinib Heydərin arxası ilə çıxıb getmişdir. Yaşadığı ünvanın yaxınlığında, yəni ünvan 3i rayonu S.Vurğun küçəsi 116 saylı ünvanda yerləşən şirniyyat mağazasının qarşısında Heydəri görüb sonuncuya yaxınlaşmışdır. Heydərdən nə səbəbə mallarını yığışdırmamasının səbəbini soruşmuş, eləcə də 20 manat borcu da geri qaytarmasını tələb etmiş və aralarında mübahisələri olmuşdur. Mübahisə zamanı Heydər ilə bir-birlərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Heydər onun ünvanına alçaldıcı şəkildə nalayiq ifadə işlətmişdir. Bundan sonra sonuncu ona təpik və yumruq atmağa başlamış, o, əsəbiləşdiyi və zərərçəkmiş şəxsi qorxutmaq istədiyi üçün cibindəki bıçağı çıxarmışdır, lakin sonuncuya heç bir xəsarət yetirməmişdir. Sonra isə oradan uzaqlaşıb getmişdir. Sonra eşitmişdir ki, Heydər aldığı xəsarətlə əlaqədar xəstəxanaya müraciət etmişdir. Hadisə zamanı əlində olan bıçaq ittihamda göstərilən bıçaq deyil, onda olmuş bıçaq daha kiçik ölçüdə olmuşdur. Qeyd olunan hadisə 25 dekabr 2022-ci il tarixdə müvəqqəti yaşadığı ünvanda başlamış, təxminən 5-10 dəqiqə davam etmiş, daha sonra isə Bakı şəhəri, ünvan 3i rayonu, S.Vurğun küçəsi 116 saylı ünvanın qarşısında davam etmiş və 5-10 dəqiqə davam etmişdir. Hadisə zamanı ətrafda və yaxınlıqda hadisənin şahidi ola biləcək şəxslər olmuşdur, həmin şəxslər onlara tamaşa etmişlər, lakin onları aralayan heç kim olmamışdır. Sonda cinayətkar olmadığını bildirərək, məhkəmədən barəsində ədalətli məhkəmə hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibinin olmadığı müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmənin 24 noyabr 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ilkin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayından tanıyır. Hər ikisi müxtəlif yerlərdən metal qırıntıları və plastik tullantıları yığıb təhvil verməklə pul qazanırlar. Hər ikisi müxtəlif ünvanlarda yaşayırlar. 2022-ci ilin dekabr ayının təxminən 20-22 tarixlərdə o, Coşqundan 15 manat borc pul almış, lakin pulu olmadığı üçün geri qaytarmamışdır. 25 dekabr 2022-ci il tarixdə, səhər saatlarında yığdığı tullantıların bəzisinin itdiyini görmüş və bu səbəblə saat təxminən 10:00 radələrində Təqsirləndirilən şəxs yanına getmişdir. Təqsirləndirilən şəxs yatdığını görüb sonuncunun tullantıları yığdığı arabasının içindən tullantıları eşələyib öz tullantılarını axtarmağa başlamış, lakin öz tullantılarını tapa bilməmişdir. Həmin vaxt Coşqun yuxudan oyanmış və ondan tullantıları yerə tökməyinin səbəbini soruşmuşdur. O, Coşquna izah etmişdir ki, öz tullantılarını axtarır. Bundan sonra Coşqun ona kobud şəkildə tullantıları yenidən yerinə yığmağını bildirmiş, o isə Coşqunun kobud danışmağına görə tullantıları yerinə yığmamış və oradan çıxıb getmişdir. Bir müddət sonra ünvan 3i rayonu, S.Vurğun küçəsi 116 saylı ünvanında yerləşən şirniyyat mağazasının qarşısında olan zaman Coşqun ona yaxınlaşmışdır. Coşqun ona əsəbi şəkildə tullantıları hansı səbəbə yerinə yığmadığını soruşmuş, eləcə də, ondan 15 manat borcunu istəmişdir. Bundan sonra isə aralarında mübahisələri olmuşdur. Mübahisə zamanı Coşqun onun ünvanına nalayiq ifadə işlətdiyi üçün o da Coşqunun ünvanına nalayiq ifadə işlətmişdir. Bundan sonra Coşqun cibində mətbəx bıçağını çıxararaq onu vurmağa çalışmış, lakin bıçaq ona dəyməmişdir. Daha sonra metodon suyu qəbul etmək üçün “Semaşka” xəstəxanasına gedərkən, qəbul etdiyi spirtli içkinin də təsiri ilə orada əvvəllər 2-3 dəfə gördüyü “Qara” adlı şəxslə mübahisə etməyə başlamış, sonuncu ona bıçaqla xəsarət yetirmişdir. Məhkəmənin 24 noyabr 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bir neçə dəfə gah Coşqun tərəfindən, gah da başqa şəxs tərəfindən bıçaqlandığını deyərək fərqli ifadələr vermişdir. Məhkəmənin 26 yanvar 2024-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını, sonuncu tərəfindən ona heç bir xəsarət yetirilmədiyini bildirmiş, buna dair ərizəsini məhkəməyə təqdim etmiş, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq materiallarında Təqsirləndirilən şəxs qarşı verdiyi ifadəsi mövcud olsa da, savadı olmadığından və azərbaycan dilində yazıb oxuya bilmədiyindən müstəntiq tərəfindən hazır şəkildə yazılmış və imzalanması üçün ona təqdim olunmuş ifadəni imzalamışdır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 3i rayonu, Səməd Vurğun küçəsi 116 saylı ünvanın qarşısıdır. İş materiallarında olan “Təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı istintaqa könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” 30 dekabr 2022-ci il tarixli prokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanan zaman ifadəsində göstərdiyi xüsusatları hadisə yerinə getməklə əyani olaraq göstərmiş, hadisə yerinin Bakı şəhəri, ünvan 3i rayonu, Səməd Vurğun küçəsi 116 saylı ünvanın qarşısı olması müəyyən edilmişdir. İş materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” 31 dekabr 2022-ci il tarixli və 12 fevral 2023-cü il tarixli protokollardan habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 25 dekabr 2022-ci il tarixdə saat 10:24-də Bakı şəhəri, ünvan 3i rayonu, S.Vurğun küçəsi 116 saylı ünvanın qarşısında bir nəfər əynində uzun gödəkcə və başında qara rəngli papaq olan şəxsin, əynində qara rəngli gödəkcə və boz rəngli şalvarı olan şəxsi əlindəki bıçaqla vurması müşahidə edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd olunan videogörüntüdə əynində uzun gödəkcə və başında qara rəngli papaq olan şəxs, yəni ki, əynində qara rəngli gödəkcə və boz rəngli şalvarı olan şəxsi bıçaqla vuran şəxs özüdür, bıçaqlanan şəxs isə Zərərçəkmiş şəxsdur, eləcə də orada olan bir neçə şəxsin onları aralaşdırması ilə bağlı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin şəxsləri tanımır, ümumiyyətlə hadisə zamanı onları aralaşdırmalarını da xatırlamır. Həmçinin, qeyd olunan diskə baxış zamanı Zərərçəkmiş şəxs videogörüntüdə olan Təqsirləndirilən şəxs onu bıçaqla vurmasını təsdiqləmiş, eləcə də, bir neçə şəxsin onları aralaşdırması ilə bağlı Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin şəxsləri tanımır, ümumiyyətlə hadisə zamanı onları aralaşdırmalarını da xatırlamır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdəт 25 dekabr 2022-ci il tarixdə saat 10:24-də Bakı şəhəri, ünvan 3i rayonu, S.Vurğun küçəsi 116 saylı ünvanın qarşısında bir nəfər əynində uzun gödəkcə və başında qara rəngli papaq olan şəxsin, əynində qara rəngli gödəkcə və boz rəngli şalvarı olan şəxsin bir-biri ilə mübahisə etməsi, uzun gödəkcə və başında qara rəngli papaq olan şəxsin əynində qara rəngli gödəkcə və boz rəngli şalvarı olan şəxsi videogörüntüdə anlaşılmayan predmetlə vurması, bundan sonra üç nəfər şəxsin sol tərəfdə yerləşən mağazadan və sağ tərəfdə yerləşən avtomobilin içərisindəki şəxsin avtomobilindən çölə çıxması, sonra tərəflərin bir-birindən aralanması, mağazadan çıxan şəxslərin mübahisə edən tərəflərin arasında dayanması, daha sonra mübahisə tərəflərinin səki boyunca əks istiqamətə doğru hərəkət etmələri müşahidə edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd olunan videogörüntüdə əynində uzun gödəkcə və başında qara rəngli papaq olan şəxs, yəni ki, əynində qara rəngli gödəkcə və boz rəngli şalvarı olan şəxsi bıçaqla vuran şəxs özüdür, bıçaqlanan şəxs isə Zərərçəkmiş şəxsdur. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 12 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq tiyə və dəstək hissədən ibarətdir və ümumi uzunluğu 195 mm-dir, bıçağın tiyəsi ağ rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir, Kəsici tərəf hər iki üzdən itilənmişdir. Tiyənin üzərində «flover» yazısı vardır. Tiyənin uzunluğu 85 mm-dir, tiyənin orta hissədən eni 19,2 mm-dir. Dəstəyin əsası tiyənin davamıdır və üzərinə ağ və qırmızı rəngli dəriyəoxşar materialdan hazırlanmış üzlüklər yerləşdirilmişdir. Dəstəyin uzunluğu 110 mm-dir, orta hissədən eni 20,5 mm-dir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş pulover qara rəngli olmaqla qarışıq materialdandır, uzunqoldur, uzunluğu 65 sm, çiyin nahiyəsində eni 50 sm, qollarının uzunluğu 55 sm-dir, öndə üç ədəd düyməsi vardır, pulover geyinilmişdir, puloverin ön səthində sağda 1,8 sm ölçüdə zədə vardır. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd gödəkcə qara rənglidir, qarışıq materialdandır, uzunqoldur, uzunluğu 63 sm, çiyin nahiyəsində eni 42 sm, qollarının uzunluğu 59 sm-dir, öndə iki yan cibi varlır, zəncirbəndlə bağlanır, geyinilmişdir. Gödəkcənin ön səthində sağda 1,8 sm ölçüdə zədə vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 15 mart 2023-cü il tarixli 248 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət - döş qəfəsinin sağ yarısının ön səthinin plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir, onun tibbi yardım üçün X5 gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 09 mart 2023-cü il tarixli, 88-MTKŞ/2023 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus puloverin ön səthində bir ədəd, gödəkcənin ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədər aşkar olunmuşdur. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus puloverin, gödəkcənin ön səthində olan deşilmiş-kəsilmiş zədə onun bədənində aşkar edilmiş xəsarət - döş qəfəsinin sağ yarısının Ön səthinin kəsilmiş-deşilmiş yarası ilə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların ön səthində olan deşilmiş-kəsilmiş zədə, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 13 mart 2023-cü il tarixli, 122/2023-MTBŞ nömrəli rəyindən görünür ki, təqdim edilmiş şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A (İl)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək və gödəkcə üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə, həmin qan ləkələri ABO sistemi üzrə A (İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 10 aprel 2023-cü il tarixli, 3/543 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 26 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2014-cü ildə Yevlax Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan ünvan 3i RPİ-nin 20-ci polis bölməsinin məktubundan görünür ki, verilmiş əməliyyat tapşırığı çərçivəsində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Bakı şəhəri, ünvan 3i rayonu, Səməd Vurğun küçəsi 116 ünvanının yaxınlığında yaşayan şəxslərlə profilaktiki söhbətlər aparılmış və 25 dekabr 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, ünvan 3i rayonu, Səməd Vurğun küçəsi 116 ünvanının qarşısında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zamanı ictimai qaydanın pozulması hallarına yol verilməsi müəyyən olunmuşdur. Bundan əlavə bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq hadisənin şahidlərinin müəyyən edilməsi mümkün olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1315/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qərarı ilə təyin edilmiş əlavə komission məhkəmə-tibbi kriminalistik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 29 dekabr 2023-cü il tarixli, 596-MTBŞ/2023-nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının ön qoltuqaltı xətt üzrə, Vll qabırğaarası səviyyəsində plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Bu xəsarət hər hansı bir deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və xəsarətin maddi sübut kimi cinayət işinə əlavə edilmiş, tiyəsinin üzərində «flover» yazılmış mətbəx bıçağının tiyəsi və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısında olan bir ədəd deşilmiş-kəsilmiş xəsarətin lokalizasiyasına görə demək olar ki, onu yetirilən zərbənin istiqaməti sağdan-sola doğru olmuşdur. Cinayət işində olan tibbi sənədlərdə Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısında olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaranın yara kanalının istiqaməti haqqında hər hansı bir məlumatı olmadığından, həmin xəsarəti yetirilən zərbənin istiqaməti barədə daha dəqiq, yəni, yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya doğru fikir söyləmək mümkün deyildir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrıayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibinin olmadığı müəyyən edilmiş, bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə elan olunmuş ittiham üzrə sonuncunun əməli düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa ağır zərər vurma” adlanan 126.1-ci maddəsinə görə, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 126.2.4-cü maddəsi eyni əməllərin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq dedikdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu baxımdan “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.3-cü və 126.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunur: "Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il qərarının 6-cı bəndində deyilir: "Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” Məhkəmə qeyd edir ki, şəxsin əməlində xuliqanlıq niyyətinin olub-olmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: Şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; -şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; -şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib-etdirməməsi. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il qərardadında qeyd olunur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəmnində törədilməmiş olsun. Cinayət işinin mübahisəsiz hallarından açıq-aydın görünür ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında mübahisə məhz Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus metal qırıntıları və plastik tullantıları yerə tökməsi, sonuncunun xəbərdarlığına baxmayaraq onları yerdən yığmaması, həmçinin Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən daha əvvəl borc aldığı pulu qaytarmaması və tərəflərin bir-birini söyməsi ilə bağlı olmuşdur. Göründüyü kimi tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə münasibətlər zəminində baş vermiş hadisənin xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilməsi işin faktiki hallarına və tərəflərin münasibətlərinə uyğun olmamışdır. Hazırki cinayət işində hadisənin ictimai yerdə baş verməsinə baxmayaraq xuliqanlıq cinayətinin subyektiv cəhətinin mütləq şərti olan cinayətin motivi – xuliqanlıq niyyəti təqsirləndirilən şəxsin əməlində öz əksini tapmamış, tərəflər arasındakı mübahisənin əsasını şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş konflikt təşkil etmişdir. Xuliqanlıq cinayətinin subyektiv cəhətinə aid olan “xuliqanlıq niyyəti” movcud olmadığı və təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi əhatə olunmadığı, təqsirkarın hərəkətlərini konkret zərərçəkmiş şəxslə onun arasında olan şəxsi münasibətlər şərtləndirdiyi halda, əməl xuliqanlıq cinayəti kimi tövsif edilir. Buna baxmayaraq məhkəmə müəyyən edir ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında mübahisə məhz Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus metal qırıntıları yerə tökməsi və borclu olduğu pulu qaytarmaması ilə bağlı münaqişəli vəziyyət olmuş və qeyd olunan zorakı hərəkətin törədilməsini də həmin şəxsi münasibətlər şərtləndirmiş, müvafiq olaraq da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdi müstəsna olaraq zərərçəkmiş şəxsə xəsarət yetirilməsinə yönəlmiş, onun qəsdi ilə cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması, ictimai qaydanın kobud şəkildə pozulması əhatə olunmamışdır. Buna baxmayaraq ibtidai istintaq orqanının Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus metal qırıntıları yerə tökməsi və borclu olduğu pulu qaytarmaması sonuncunun cinayətkar hərəkətlərini şərtləndirən xüsusat kimi deyil, bəhanə kimi qiymətləndirməsi isə aşkar surətdə faktlarla, adi müşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir. Məhkəmənin qənaətə görə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs əməllərinin səhv davranış kimi səciyyələndirməsi ağlabatan kimi qəbul edilməli olan subyektiv qiymətləndirmədir və açıq-aydın Təqsirləndirilən şəxs cinayəti zərərçəkmişə qarşı olan şəxsi münasibəti zəminində törətdiyini göstərir. Halbuki ibtidai istintaq orqanı öz qənaətini ilk növbədə təqsirkar şəxsin baş verənlərə subyektiv münasibətinə görə formalaşdırmalı olduğunu nəzərindən qaçırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə” 17 fevral 2002-cı il tarixli Qərarına əsasən, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Ali Məhkəmənin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində izah edildiyi kimi xuliqanlıq niyyətini “əsaslı səbəb”in olmaması ilə deyil, təqsirkarın səbəbsiz olaraq hərəkət etməsi və yaxud cüzi səbəbi bahanə etməsi ilə əlaqələndirmişdir. Hazırki işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından, hətta ittihamın özündə belə təsvir olunmuş xüsusatlardan isə görünən odur ki, Təqsirləndirilən şəxs səbəb olmadan və yaxud nəyisə bahənə etməklə hərəkət etməmiş, onun subyektiv münasibətində zərərçəkmiş Zərərçəkmiş şəxs hərəkətləri və bundan irəli gələn mübahisə bahanə deyil, “əsl səbəb” kimi çıxış etməklə onu cinayət törətməyə sövq edən, təkanverici amil rolunu oynamışdır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmçinin məhkəmə xuliqanlıq cinayətinin obyektiv cəhətdən ifadə olunduğu xuliqanlıq əməlləri ilə bağlı qeyd edir ki, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında həmçinin göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmənın 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -şəxslərin üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. İbtidai istintaq orqanının “Sübutların qiymətləndirilməsi haqqında” 19 aprel 2023-cü il tarixli qərarından qeyd olunur: “...Təqsirləndirilən şəxs qəddarlığını nümayiş etdirməklə üzərində gəzdirdiyi bıçağı çıxarıb, öz şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyəti fövqündə qoyaraq ətrafdakı şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan, həmçinin qarşısındakı şəxsin silahsız olmasını bildiyi halda silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs sinə nahiyəsinə zərbə endirməklə, sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya xarakterik xəsarət yetirmiş və hadisə yerindən uzaqlaşaraq getmişdir. Həmçinin, hadisə yerindən götürülmüş hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskə baxışdan görünür ki, 59 saniyə davam edən videogörüntüdə Təqsirləndirilən şəxs həmin müddətdə Zərərçəkmiş şəxs mübahisə etmiş, ətrafda olan şəxslərə məhəl qoymayaraq ictimai yerdə ictimai qaydanı kobud surətdə pozaraq Zərərçəkmiş şəxs bir dəfə bıçaqla vuraraq xəsarət yetirmişdir. İstintaq iş üzrə toplanmış sübutları təhlil edərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə vaxtı Təqsirləndirilən şəxs hadisənin ictimai yerdə törədilməsini, həmçinin hadisə vaxtı silah qismində bıçaqdan istifadə etməklə ictimai qaydanı pozduğunu dərk etmiş, əlində olan bıçaqla heç bir əsaslı səbəb olmadan zərər çəkmiş şəxsə zərbə endirməklə öz eqoizmini və qəddarlığını ətrafdakı şəxslərə nümayiş etdirməklə xuliqanlıq niyyəti ilə ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Göründüyü kimi Məmmədov qun Məmməd oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrinin tərkib əlamətləri vardır.” Halbuki cinayət işinin materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş DVD diskdəki videogörüntüyə baxış zamanı müəyyən olunur ki, tərəflər arasında mübahisə baş verərkən, yaxınlıqda, o cümlədən, kameranın müşahidə dairəsi çərçivəsində kənar şəxslər olmamış, sol tərəfdə yerləşən mağazadan çıxan üç nəfər şəxs təqsirləndirilən şəxs zərərçəkmişi bıçaqla vurduqdan sonra sonunculara yaxınlaşaraq aralarında dayansalar da, bu zaman tərəflər artıq bir-birindən aralanmış, həmin şəxslər mübahisə tərəflərini ayırmaq üçün faktiki olaraq heç bir hərəkət icra etməmişlər. Göründüyü kimi şəxsi münasibətlər zəminində tərəflər arasında ilkin olaraq sözlü mübahisə başlamaqla həmin mübahisə əsnasında şəxsi münasibətlər zəminində zərərçəkmişin sağlamlığına ağır zərərvurmaya səbəb olan xəsarət yetirilmişdir ki, göstərilən hallar təqsirləndirilən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyrimüəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyması, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsi, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Məhkəmə bu nəticəyə gələrkən təqsirkar şəxsin zərərçəkmiş şəxsin sağlamlığına xəsarət yetirmək məqsədilə qəsdən münaqişə yaratmadığını da nəzərə alır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında qeyd olunan və cinayətin obyektiv cəhətində ifadə olunan şəxslərin üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan hərəkətlərin nədə ifadə olunması, təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Məhkəmə qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi üçün cinayət tərkibinin dörd vacib elementinin olması zəruridir. Belə ki, Cinayət hüquq nəzəriyyəsində cinayət tərkibi xüsusi yer tutur. Cinayət tərkibi dedikdə ictimai təhlükəli əməli cinayət kimi səciyyələndirilən, cinayət qanunu ilə nəzərdə tutulmuş obyekti və subyektiv əlamətlərinin məcmusu başa düşülür. Cinayət tərkibi isə dörd vacib elementdən ibarətdir; cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti. Cinayətin obyekti — cinayətkarın qəsd etdiyi maraqlar, sərvətlər və ya başqa şəxslərin hüquqlarıdır. Cinayətin obyektiv cəhəti dedikdə, cinayətin törədildiyi əməl (hərəkət və ya hərəkətsizlik), cinayətkar nəticələr, habelə əməl və nəticələr arasında səbəbli əlaqə başa düşülür. Cinayətin subyekti — üzərinə törədilmiş əmələ görə cinayət məsuliyyətinin qoyulması mümkün olan şəxsdir. Söhbət cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddindən və anlaqlılıqdan gedir. şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizlik) qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibətidir. Cinayətin subyektiv cəhətinə motiv, məqsəd və emosional vəziyyət kimi əlamətlər də daxildir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin zəruri tərkib elementi olan subyektiv cəhətin (xuliqanlıq niyyəti) və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin zəruri tərkib elementi olan obyektiv cəhətin (ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) mövcud olmaması işin halları ilə tam təsdiq edilir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.2-ci maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin əməldə cinayət tərkibi olmaması müəyyən edildikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü ilə elan edilmiş ittiham üzrə ona bəraət verilməli, bundan başqa ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmənın iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməməsi, ittihamda göstərilən bıçağın ona məxsus olmaması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsini də mötəbər sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabr ayından tanıyır. Hər ikisi müxtəlif yerlərdən metal qırıntıları və plastik tullantıları yığıb təhvil verməklə pul qazanırlar. Hər ikisi müxtəlif ünvanlarda yaşayırlar. Bir neçə gün əvvəl Heydər ondan 5 manat borca pul almış, lakin geri qaytarmamışdır. 25 dekabr 2022-ci il tarixdə səhər saat 10:00 radələrində yuxudan duranda görmüşdür ki, arabasının üzərinə yığdığı metallar və plastik tullantıları Heydər yerə tökmüşdür. O, Heydərdən səbəbini soruşmuşdur ki, nə üçün belə edir. Heydər isə ona izah etmişdir ki, tullantılarının müəyyən bir hissəsi itmiş, ona görə də axtarır. O, Heydərə izah etmişdir ki, onun malının arasında axtardığı mallar yoxdur, indi tökdüyü malları yerinə yığsın. Heydər isə əsəbi formada mallarını yığmayaraq çıxıb getmişdir. O da əynini geyinib Heydərin arxası ilə çıxıb getmişdir. Yaşadığı ünvanın yaxınlığında yəni ki, ünvan 3i rayonu S.Vurğun küçəsi 116 saylı ünvanda yerləşən şirniyyat mağazasının qarşısında Heydəri görüb sonuncuya yaxınlaşmışdır. Heydərdən nə səbəbə mallarını yığışdırmamasının səbəbini soruşmuş, eləcə də, 5 manat borcu da geri qaytarmasını tələb etmiş və aralarında mübahisələri olmuşdur. Mübahisə zamanı Heydər ilə birbirlərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Heydər onun ünvanına alçaldıcı şəkildə nalayiq ifadə işlətmişdir. Bundan sonra o, əsəbiləşdiyi üçün cibində gəzdirdiyi mətbəxt bıçağını çıxararaq Heydərin sinə nahiyyəsindən bir dəfə vuraraq sonuncuya xəsarət yetirmişdir. Sonra isə oradan uzaqlaşıb getmişdir. Sonra eşitmişdir ki, Heydər aldığı xəsarətlə əlaqədar xəstəxanaya müraciət etmişdir. Hazırda etdiyi əməldən peşmandır. Heydəri vurduğu bıçağı isə təqdim etmişdir. Qeyd olunan hadisə 25 dekabr 2022-ci il tarixdə müvəqqəti yaşadığı ünvanda başlamış, təxminən 5-10 dəqiqə davam etmiş, daha sonra isə Bakı şəhəri, ünvan 3i rayonu, S.Vurğun küçəsi 116 saylı ünvanın qarşısında davam etmiş və 5-10 dəqiqə davam etmişdir. O, üstündə olan bıçaqla bir dəfə Heydərin sinə nahiyyəsindən vurmaqla xəsarət yetirmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs onu vurmamışdır və ya hər hansı xəsarət yetirməmişdir. Həm Zərərçəkmiş şəxs həm də o, nalayiq ifadə işlətmişlər. Qeyd olunan hadisə zamanı ətrafda və yaxınlıqda hadisənin şahidi ola biləcək şəxslər olmuşdur, həmin şəxslər onlara tamaşa etmişlər, lakin aralayan heç kim olmamışdır, eləcə də, həmin şəxsləri tanımır, Zərərçəkmiş şəxs öldürmək fikri olmamışdır, sadəcə olaraq aralarında olan mübahisə zamanı əsəbləşdiyi üçün Heydəri bıçaqla bir dəfə vurmuşdur, əgər öldürmək fikrim olsaydı bıçaqla bir neçə dəfə vurardı, qeyd olunan bıçağı arabir üstündə gəzdirir, həmin vaxt da Heydərin arxasınca getdiyində bıçaq üstündə olmuşdur, eləcə də, Zərərçəkmiş şəxs onu təpiklə vurmaq istəsə də, ona təpik dəyməmiş və bununla bağlı hər hansı xəsarət almamışdır. Bundan başqa zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə 24 noyabr 2023-cü il tarixli iclasında vermiş olduğu ilkin ifadəsində Təqsirləndirilən şəxs tərəfindən ona heç bir xəsarət yetirilmədiyini bildirsə də, həmin iclasda vermiş olduğu növbəti ifadəsində ona vurulmuş xəsarətin məhz elə Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini, ilkin ifadəsində sonuncunu müdafiə etmək istədiyini bildirmiş, məhkəmənin 26 yanvar 2024-cü il tarixli iclasında isə yenidən Təqsirləndirilən şəxs müdafiə edərək, ona Təqsirləndirilən şəxs tərəfindən deyil, xəsarət yetirilmədiyini, sonuncuya qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməməsi barədə ifadəsi təqsirləndirilən şəxsi müdafiə etmək məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, cinayət işinin mübahisəsiz hallarından, tərəflərin izahatlarından, habelə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən Zərərçəkmiş şəxs məhz Təqsirləndirilən şəxs tərəfindən zərbə yetirməsi müəyyən olunur. Bundan başqa iş materiallarında olan “Təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı istintaqa könüllü olaraq təqdim etmişdir, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 09 mart 2023-cü il tarixli, 88-MTKŞ/2023 nömrəli və 29 dekabr 2023-cü il tarixli, 596- MTBŞ/2023-nömrəli rəyləri ilə ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus puloverin ön səthində bir ədəd, gödəkçənin ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədələrin və döş qəfəsinin sağ yarısının ön səthinin kəsilmiş-deşilmiş yarası ilə nisbi olaraq üst-üstə düşməsi müəyyən olunmuş və ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmamışdır. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi müdafiə xarakterli ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, sonuncunun Təqsirləndirilən şəxs müdafiə etməsinə səbəb tərəflərin hadisədən əvvəl tanışlıq münasibətlərinin olması və zərər çəkmiş şəxsin özünün də hazırda məhkum olunmaqla məhbus həyatı yaşaması, elə həmin səbəbdən də digər özü ilə eyni statusda gördüyü şəxsin üzünə qarşı ifadə verməsinin məhbus olmuş şəxslər arasında formalaşmış münasibətlərə əsasən yanlış olduğunu düşünməsi olmuşdur. Bundan başqa zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs azərbaycan dilində yazıb oxuya bilməməsi səbəbindən ibtidai istintaq materiallarında Təqsirləndirilən şəxs qarşı ifadəsinin olmasını, sözügedən ifadənin hazır şəkildə yazılaraq imzalanması üçün ona təqdim olunmasını və tərəfindən imzalanmasını bildirsə də, Zərərçəkmiş şəxs qeyd etdiyinin əksi olaraq, 26 yanvar 2024-cü il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı şikayətinin olmaması məzmununda ərizə yazmışdır. Qeyd edilənlərin yekunu olaraq məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət işinin ibtidai istintaqı zamanı və məhkəmənin 24 noyabr 2023-cü il tarixli iclasında vermiş olduğu, ona məhz elə Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsi barədə ifadəsini mötəbər sübut kimi qəbul edir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, hazırda məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 28 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəld edilərək barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri ünvan 3i Rayon Məhkəməsinin 4(006)-677/2022 saylı, 30 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 28 dekabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, 15 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən 126.1-ci maddəsinə tövsif edilmiş, həmin məhkəmənin 4(006)-152/2023 saylı, 17 mart 2023-cü il tarixli qərarı ilə həbsdə saxlanma müddəti 28 aprel 2023-cü il tarixədən uzadılmış, 19 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələri ilə yeni məzmunda yenidən ittiham elan olunmuş, həmin məhkəmənin 4(006)-222/2022 saylı, 26 aprel 2023-cü il tarixli qərarı ilə həbsdə saxlanma müddəti 18 may 2023-cü il tarixədək uzadılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1351/2023 saylı, 05 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 dekabr 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı Şəhəri ünvan 3i rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxsan məxsus olan bir ədəd pulover və bir ədəd gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı Şəhəri ünvan 3i rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2171-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 45 (qırx beş) iş saatı üçün 270 (iki yüz yetmiş) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi olmadığı üçün ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 28 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə-ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut olan Bakı Şəhəri ünvan 3i rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus olan bir ədəd pulover və bir ədəd gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. İş üzrə maddi sübut olan Bakı Şəhəri ünvan 3i rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 45 (qırx beş) iş saatı üçün 270 (iki yüz yetmiş) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-326/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-326/2024
02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver