Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-326/2025 22.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X8 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 11:40-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli və xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, həmin şəxsin göndərdiyi və “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə bildirdiyi istintaqa məlum olmayan ünvandan təmiz çəkisi 87,002 qram külli miqdarda narkotik vasitə heroin və təmiz çəkisi 55,470 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, Sabunçu RPİ-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 mart 2024-cü il tarixdə saat 00:20 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyli küçəsində yerləşən gölün yaxınlığında saxlanılıb Sabunçu RPİ-nin 13-cü PŞ-yə aparılıb, xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş boz rəngli gödəkcənin sol iç cibindən 01 ədəd şəfaf sellofan bükümdə təmiz çəkisi 87,002 qram maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 55,47 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsullu hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, o, narkotik vasitə heroin istifadəçisidir və tutulduğu zaman üzərində öz istifadəsi üçün bir “şprits”lik narkotik olmuşdur. Narkotik vasitəni məhəllədəki dostundan götürmüşdür. Evdə oturarkən axşam saat 9-da gəlib onu tutmuşlar. Onu aparanda bacısı və yoldaşı evdə olduqlarından görmüşlər. Özünün istifadəsi üçün olan narkotik vasitəni vermiş və onu bölməyə aparmışlar. Ona “bizimlə bölməyə getməsən, evdəkiləri də aparacayıq bölməyə” demişlər, bölmədə qabağına qoyaraq “bunlar sənindir” demişlər və o da boynuna götürmüşdür. Bölmədə ona hansısa zorakılıq olmamış, hədəqorxu gəlmişlər və “evdəkilər gəlib üzünə duracaqlar” demişlər. Üzərinə şəxsi axtarış keçirilənə kimi ona qarşı hansısa zorakılıq olmamışdır. Onu evdəkilərlə hədələdiklərindən məcbur olub ifadəni imzalamışdır. O, müdafiəçidən imtina etməyi ilə bağlı hansısa ərizə verməmiş, amma ərizədə olan imza ona məxsus olmuş, nə deyiblərsə onu da etmişdir. Çəkilişdən əvvəl vəkil ümumiyyətlə gəlməmiş, onlar çəkiliş üçün nə qədər məşq etmişlər. Narkotikdən istifadə etdiyi üçün tez-tez psixatrik xəstəxanaya getmiş, uşaq vaxtı ona “sənin əsəblərini saktiləşdirmək üçün narkotikdən istifadə etsən yaxşı olacaq” demişlər. Psixatrik dərmanlar qəbul etmiş və adını bilmədiyi həmin dərmanları “Kürdəxanı”da vermişlər. Hansı mobil telefon nömrəsindən istifadə etdiyini bilmir, tutulan zaman üzərində telefon da olmamışdır. ***-***-**-** saylı mobil nömrə onun istifadəsində olmuşdur. Elan edilmiş sms mətnlərlə bağlı dürüst şəkildə deyir ki, onun əli çatdığından gedib istifadəsi üçün narkotik götürə bilmişdir. Narkotiki məhəllədə Kamil adında uşaqdan götürmüşdür. Kamillə bağlı polisə hansısa məlumat verməmişdir. O, İshaq adlı şəxsi tanımır. Ona narkotiklə bağlı mesaj yazanda satan adam varsa gedib ondan götürmək üçün soruşmuşlar. Həmin adamların əli götürməyə çatmamış, ona görə də yanına gəlmişlər, əgər varsa pulu ona vermişlər. O, narkotiki almış və birlikdə istifadə etmişlər. Elə hal olub ki, pulu almış, lakin narkotiki aparıb verməmişdir. Tək Kamil yox, başqa satanlardan da narkotik alıb birlikdə istifadə etmişlər. Narkotikə görə birlikdə istifadə etdikləri adamlar da, o da pul vermişdir. Birlikdə istifadə etdikləri adamlara verdiklərinin müqabilində ona hansısa pul qalmamış, sadəcə birlikdə istifadə etmişlər. 4.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi qeyd olunan ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay 08 gün azadlığın məzdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən cəzasısının çəkilməmiş qalan 07 ay 27 günü 03 ay 29 gün azadlıqdan mərhrum etmə cəzası ilə əvəz edilmiş, 11 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli «Amnistiya» qərarının 2.4- cü bəndinə əsasən cəzadan azad edilmişdir. Təxminən 10 il olar ki, narkotik vasitələr və psixotrop maddələr qəbul edir. Narkotik vasitələri və psixotrop maddələri anket məlumatlarını bilmədiyi şəxslərdən öz istifadəsi üçün müxtəlif məbləğlərə və müxtəlif ünvanlardan almışdır. Təxminən 10-15 gün əvvəl “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı adını «Qəhrəman» kimi bildirdiyi şəxslə tanış olmuşdur. Söhbət əsnasında həmin şəxs ona narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olduğunu, lazım olduqda onun üçün də göndərə biləcəyini demişdir. Belə ki, həmin şəxs narkotik vasitələri qoyduğu ünvanın məkanını göndərəcəyini, o isə həmin məkandan narkotik vasitələri götürüb onun dediyi digər məkanlara qoymağı, əvəzində ona istifadəsi üçün lazım olan narkotik vasitəni verəcəyini, göndərdiyi narkotik vasitələrə və psixotrop maddələrə görə ödəniş alıcılar tərəfindən kart vasitəsi ilə özünə ödəniləcəyini, ödənişin ona aidiyyəti olmayacağını deyib birlikdə işləməyi təklif etmişdir. 28 fevral 2024cü il tarixdə «Qəhrəman» adlı şəxs ona “Maştağa” qəsəbəsində yerləşən “məkan” göndərmişdir. O, da razılaşmaya əsasən gedib həmin ünvandan iki ədəd sellofan bükümdə olmuş narkotik vasitəni götürmüşdür. Sellofan bükümün birinin içərisində narkotik vasitə marixuana, digərinin isə içərisində heroin olmuşdur. Bükümləri götürdükdən sonra «Qəhrəman» adlı şəxsi aldatmaq qərarına gəlib, həmin şəxsin mobil nömrəsini telefonunda qara siyahıya qeyd edib, telefonunu format etmişdir ki, həmin şəxs onu bir daha tapa bilməsin. Həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşımışdır. 02 mart 2024-cü il tarixdə saat 00:20-də Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyli küçəsində yerləşən gölün yaxınlığında gəzərkən ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib ondan Abdulağa olub-olmadığını soruşmuşdurlar. Üzərində narkotik vasitə olduğu üçün həyəcanlanmışdır. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə, psixotrop maddələr gəzdirməsi, daşıması və istifadə etməsi ilə bağlı məlumat əldə etdiklərini deyib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, onlarla birlikdə Sabunçu 13-cü PŞ-yə getməyi təklif etmişdirlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Orada xidməti otaqların birində təhqiqatçı tərəfindən ona şöbəyə gətirilməsinin səbəbləri izah edilmiş, hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkil dəvət ediləcəyi bildirilmiş, vəkil seçmək üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkillərin siyahısı təqdim olunmuşdur. Siyahını nəzərdən keçirib vəkil X20 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirdiyi üçün təhqiqatçı tərəfindən vəkil şöbəyə dəvət olunaraq ona təqdim olunmuşdur. Vəkil gəldikdən sonra bir daha vəkilin yanında onun polis şöbəsinə gətirilməsinin səbəbi, hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi deyilmişdir. Üzərində narkotik vasitə heroin və qurudulmuş marixuana olduğu üçün, gələcəkdə onun hüquqlarını müdafiə edəcək vəkilin etibar və inamını itirməməkdən ötrü xahiş etmişdir ki, vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilsin. Vəkil otaqdan çıxdıqdan sonra onu saxlayıb polis şöbəsinə gətirmiş polis əməkdaşlarının və təhqiqatçının iştirakları ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ondan üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Bundan sonra o, əynində olmuş boz rəngli gödəkcənin sol iç cibindən birinin içərisində heroin, digərinin içərisində isə marixuana olan iki ədəd şəffaf sellofan bükümləri çıxarıb təqdim etmişdir. Təhqiqatçının həmin maddələri nə zaman və kimdən əldə etməsi barədə sualına o, həmin maddələri sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Qəhrəman» adlı şəxsdən əldə etdiyini, həmin şəxslə aralarında olan sövdələşmənin şərtlərini pozub, ona hər hansı bir məbləğdə pul göndərmədiyini, məqsədi narkotiki özü istifadə etmək üçün ələ keçirmək olduğunu bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən təqdim etdiyi bükümlərdən başqa qanunla dövriyyəsi qadağan edilən digər əşya və predmet aşkar edilməmişdir. Təqdim etdyi bükümlərə təhqiqatçı tərəfindən baxış keçirilmiş və müvafiq qaydada qablaşıdırılıb götürülmüşdür. Şəxsi axtarış keçirilən zaman təhqiqatçı tərəfindən ona yaşadığı evdə axtarış keçirilməsi zərurəti yarandığı bildirilib, buna dair etirazı olub-olmadığını soruşmuşdur. Yaşadığı evdə axtarış keçirilməsinə etiraz etmədiyimi bildirdikdən sonra, polis əməkdaşları ilə birlikdə ünvan 2 ünvanına yollanmışdırlar. Yaşadığı evin giriş qapısı açarla tərəfindən açılaraq mənzilə daxil olduqdan sonra polis əməkdaşları tərəfindən evdə axtarış keçirilmiş, axtarış zamanı evdən qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və alət aşkar edilməmiş və götürülməmişdir. Qeyd olunanlarla bağlı protokollar tərtib olunmuş, protokolların doğruluğu onun və axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Narkotik vasitələrin istifadəçisi olsa da, satışı ilə məşğul olmamışdır. Sonuncu dəfə əldə etdiyi narkotik vasitələrdən heç kimə satmamış, təmənnasız verməmişdir (İ cild, səh. 179-181). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Abdulağa adlı şəxsin Maştağada külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması, daşıması və satışı barədə keçən ilin mart ayında ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı rəhbərliyə raportla məruzə edilərək əməliyyat qrupu yaradılmış və vətədaşın yeri müəyyən edildikdən sonra mart ayının ikisində gecə saat birə işləmiş tədbir keçirilərək Bakıxanov gölünün ətrafında saxlanılmışdır. Saxlanılan zaman könüllü surətdə özü üzərində olan narkotiki onlara təhvil vermiş, evinə də baxış keçirilmiş və evindən heç bir şey aşkar edilməmişdir. Üzərinə şəxsi axtarış videoçəkilişlə 13-cü Polis Şöbəsində keçirilmiş, üzərindən aşkar edilənlər narkotik vasitə heroin və marixuana olmuşdur. Mənzilə baxış keçiriləndə özündən başqa kimsə olmamış və onlar tərəfindən şəxsin ailəsi ilə hədələnməsi halı olmamışdır. Əməliyyat məlumatı həm narkotik vasitənin satışı, həm də üzərində saxlaması barədə olmuşdur. Təqsirləndirilən şəxs özü iranlı ilə əməkdaşlıq etdiyini və iranlını aldadaraq götürüb özü üçün istifadə edəcəyini bildirmişdir. Vəkilə əvvəlcədən, saxlanılmazdan qabaq məlumat vermişlər. Təqsirləndirilən şəxs üzərində bir “şpris”lik narkotik olmamış, üzərində olanları özü onlara təqdim etmişdir. Videoçəkilişdə müdafiəçi iştirak etməmiş, amma şəxs tutulmazdan əvvəl onlar müdafiəçiyə məlumat vermişlər. Şəxs evdən aparılmamış, saxlanılarkən idarəyə yox şöbəyə aparılmışdır. Şəxsin hansısa psixi pozuntusunun olması barədə onlarda hansısa məlumat olmamış, ancaq adını bilmişlər. Əməliyyat keçirən zaman şəxsin əlilliyinin olması halı onlara məlum olmamış, istintaq dövründə əlilliyinin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman və şöbədə hansısa formada təzyiq olmamışdır. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, əməliyyat yolu ilə xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri gəzdirməsi, saxlaması və istifadə etməsi barədə qərəzsiz mənbədən məlumat əldə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı raportla Sabunçu RPİ-nin rəisi, polis polkovniki Cavid Muradova məruzə edilmiş, rəhbərliyin müvafiq əmri ilə ondan və Sabunçu RPİ-nin X3 əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və psixotrop maddələr saxlayıb daşıması barədə əvvəlcədən məlumatları olduğu və tərəflərindən həmin şəxsin üzərində əməliyyat tədbiri keçiriləcəyi, şəxsin Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati ərazisində olması barədə məlumat əldə etdikləri üçün, saxlanıldığı təqdirdə ərazi aidiyyəti üzrə yaxınlıqda yerləşən 13-cü PŞ-yə aparıb təhvil vermək qərarına gəlib, bu barədə 13-cü PŞ-də növbədə olmuş təhqiqatçı Tərlan Mayılov məlumatlandırılmış, o da öz növbəsində vəkil bürosu ilə əlaqə saxlayıb müdafiəçi lazım olacağı barədə məlumat vermişdir. Yəni bu tədbirdə müdafiəçi dəvət edilməsinə texniki vaxt itkisinə yol verilməmişdir. Tarixi və saatı əvvəlcədən planlaşdırılmış əməliyyat tədbiri olduğundan qısa bir vaxt ərzində saxlanılıb 13-cü PŞ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Belə ki, keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə saat 00:20 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyli küçəsində yerləşən gölün yaxınlığında saxlanılmışdır. Özlərini təqdim edib, xidməti vəsiqələrini göstərdikdə Təqsirləndirilən şəxs həyacanlanmışdır. Ona qanunsuz olaraq narkotik vasitə, psixotrop maddələr gəzdirməsi, daşıması və istifadə etməsi ilə bağlı məlumat əldə etdiklərini deyib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, birlikdə Sabunçu 13-cü PŞ-yə getməyi təklif etmişdirlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə 13-cü PŞ-yə getmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə aparılıb təhvil verilməsi ilə bağlı tərəflərindən raportla 13-cü PŞ-nin rəhbərliyinə məruzə olunmuşdur. Araşdırma təhqiqatçı Tərlan Mayılova həvalə edilmişdir. Polis şöbəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şöbəyə gətirilməsinin səbəbləri izah edilmiş, hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkil dəvət ediləcəyi bildirilmiş, vəkil seçmək üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkillərin siyahısı təqdim olunmuşdur. Təqsirləndirilən şəxs siyahını nəzərdən keçirib vəkil X20 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirdiyi üçün təhqiqatçı tərəfindən vəkil şöbəyə dəvət olunaraq ona təqdim olunmuşdur. Vəkil gəldikdən sonra bir daha vəkilin yanında onun polis şöbəsinə gətirilməsinin səbəbi, hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi deyilmişdir. Təqsirləndirilən şəxs xahiş etmişdir ki, vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilsin. Vəkil otaqdan çıxdıqdan sonra onun və Şahid2 iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli gödəkcənin sol iç cibindən iki ədəd şəffaf sellofan bükümləri çıxarıb təqdim etmişdir. Təhqiqatçının həmin bükümlərdə olmuş maddələrin tərkibi, nə zaman və kimdən əldə etməsi barədə sualına Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 10-15 gün əvvəl “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı adını «Qəhrəman» kimi bildirdiyi şəxslə tanış olmuşdur. Söhbət əsnasında həmin şəxs ona narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olduğunu, lazım olduqda onun üçün də göndərə biləcəyini demişdir. Belə ki, həmin şəxs narkotik vasitələri qoyduğu ünvanın məkanını göndərəcəyini, o isə həmin məkandan narkotik vasitələri götürüb onun dediyi digər məkanlara qoymağı, əvəzində ona istifadəsi üçün lazım olan narkotik vasitəni verəcəyini, göndərdiyi narkotik vasitələrə və psixotrop maddələrə görə ödəniş alıcılar tərəfindən kart vasitəsi ilə özünə ödəniləcəyini, ödənişin ona aidiyyəti olmayacağını deyib onunla birlikdə işləməyi təklif etmişdir. 28 fevral 2024-cü il tarixdə «Qəhrəman» adlı şəxs ona “Maştağa” qəsəbəsində yerləşən “məkan” göndərmişdir. O, da razılaşmaya əsasən gedib həmin ünvandan iki ədəd sellofan bükümdə olmuş narkotik vasitəni götürmüşdür. Sellofan bükümün birinin içərisində narkotik vasitə marixuana, digərinin isə içərisində heroin olmuşdur. Bükümləri götürdükdən sonra «Qəhrəman» adlı şəxsi aldatmaq qərarına gəlib, həmin şəxsin mobil nömrəsini telefonunda qara siyahıya qeyd edib, telefonunu format etmişdir ki, həmin şəxs onu bir daha tapa bilməsin. Həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşımışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən təqdim etdiyi bükümlərdən başqa qanunla dövriyyəsi qadağan edilən digər əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi bükümlərə təhqiqatçı tərəfindən baxış keçirilmiş və müvafiq qaydada qablaşıdırılıb götürülərək, bu barədə protokol tərtib olunmuşdur. Protokolun doğruluğu Təqsirləndirilən şəxs, onun və Şahid2 tərəfindən imzalarla təsdiq edilmişdir. Təhqiqatçının saxlanılan zaman və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalıb-qalmaması ilə bağlı verdiyi suala Təqsirləndirilən şəxs fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilməsi zərurəti yarandığını deyib, buna etirazı olubolmadığını soruşduqda Təqsirləndirilən şəxs evində axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı ünvan 3 ünvanına gedilmiş, orada Təqsirləndirilən şəxs açarla evin giriş qapısını açdıqdan sonra evə daxil olub axtarış keçirilmişdir. Axtarış zamanı evdən dövriyyəsi qadağan olunan hər hansı bir əşya və ya alət aşkar edilməmiş və götürülməmişdir. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolun doğruluğu Təqsirləndirilən şəxs, onun və Şahid2 tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Sabunçu RPİ-nin 13-cü PŞ-də olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır. O, səmimi olaraq törətmiş olduğu cinayət əməlini etiraf etmişdir (İ cild, səh. 112-115). 7.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 02 mart 2024-cü il tarixdə Bakıxanov qəsəbəsində gölün ətrafında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Şahid1 məlumat daxil olmuş, əməliyyat tədbirində üç nəfər iştirak etmişlər və şəxsi Bakıxanov gölünün ətrafında saxlayaraq 13-cü Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitə heroin və marixuana aşkar edilmişdir. Həmin narkotik vasitələri Maştağadan “konum” vasitəsi ilə götürdüyünü, əvvəlcədən aralarında sövdələşmə olduğunu və öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Səhv etmirsə şəxsi axtarışda vəkil iştirak etməmişdir. Daha sonra şəxsi evinə də baxış keçirilmişdir. O, Təqsirləndirilən şəxs üzərindən şprislə narkotikin çıxmasını xatırlamır, üzərində bükümlərdə narkotik vasitə heroin və marixuana olmuş, çəkisini isə bilməmişdir. Onun əməliyyat məlumatı olmadığından kəmağıllığı barədə məlumat olmamış, onlara əlilliyi barədə məlumat daxil olmamış və təhqiqatçıya bu barədə bildirməsinin şahidi olmamışdır. Bölməyə gətiriləndən sonra Təqsirləndirilən şəxs hansısa formada psixi təzyiq və zor olmamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 116-119). 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2024-cü il tarixli 3-16-16/2-6/1273 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №160” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. yazılar, soyadlar, imzalar olan kağız paketdəki 01 ədəd p/e bükümdə təmiz çəkisi 87,002 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 41-45). 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2024-cü il tarixli -16-16/2-7/355 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazı və imzalar olan zərfdə 1 (bir) ədəd şəffaf sellofanda təmiz çəkisi 55,47 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (İ cild, səh. 46-49). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 14 mart 2024-cü il tarixli, 1723 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkoimaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 143-144). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 14 mart 2024-cü il tarixli, 734 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İİ.Yekun hissəsi: Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs əvvəllər Uşaq RƏD-də «yüngül kəmağıllıq» diaqnozu müəyyən edilsə də, sonralar SN «Respublika Psixiatriya Xəstəxanası» PHŞ-də dəfələrlə müayinə və müalicə olunarkən onda həmin diaqnoz təsdiq olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunan davranış pozuntuları tibbi sənədlərə əsasən onun narkotik vasitələrdən (opioidlərdən) istifadə etməsi ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına milikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir (İ cild, səh. 145-148). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12-Hüquqi şəxsi stasionar məhkəmə psixiatrik ekspertizasının 25 oktyabr 2024-cü il tarixli, 183 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda «yüngül dərəcəli əqli gerilik» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F70.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Baş Səhiyyə İdarəsi Şəhər Uşaq Ruhi-Əsəb Dispanserində 18 aprel 2011-ci il tarixdən 26 aprel 2011-ci il tarixədək «Yüngül kəmağıllıq davranış pozuntusu ilə» diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında 22 yanvar 2016-cı il tarixdə müayinə zamanı ona «Yüngül kəmağıllıq davranış pozuntuları ilə» diaqnozu qoyulması, müddətsiz İİ dərəcəli əlillik təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində geyiminə və təmizliyinə fikir verməməsi, ümumi və şəxsi gigiyena qaydalarına əməl etməməsi, ünsiyyət zamanı çox danışması, yersiz ifadələr söyləməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahirən bir qədər səliqəsiz olması, verilən suallara qısa, konkret və çox vaxt yarımçıq cavablar verməsi, söz ehtiyatının nisbətən kasad olması, təfəkkürünün ləng tempdə, konkret və müxtəsər olmaqla səthi xarakter daşıması, mülahizə və mühakimələrində səthilik, primitivlik nəzərə çarpması, mücərrəd anlayışları izah etməkdə çətinlik çəkməsi, abstraktlaşdırma, ümumiləşdirmə, analizetmə funksiyalarının nisbətən zəif inkişaf etməsi, hadisələrin əsas məqamlarını ikinci dərəcəli məqamlarından ayırmaqda çətinlik çəkməsi, yaddaşının mexaniki tipli, yaddasaxlama qabiliyyətinin zəif olması, yeni məlumatları pis qavraması, nisbətən çətin olan hesablama əməllərini yadda saxlamağı, analiz edib cavablandırmağı bacarmaması, bəsit anlayışların və kütləvi hadisələrin oxşar və fərqli xüsusiyyətlərini təyin edə bilməməsi, atalar sözləri və metaforik ifadələrin məcazi mənasını tam başa düşmədiyindən onları açıqlamaqda çətinlik çəkməsi, ümumi qəbul edilmiş bir sıra anlayışlar və vacib tarixi hadisələr barəsində anlayışının olmadığı aşkarlanması, bilik ehtiyatı və təcrübi imkanları keçirdiyi həyat tərzinə uyğun gəlsə də, xronoloji yaşına nisbətən bir qədər geri qalması, baxışlarının primitiv olması, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudlaşması, proqnozlaşdırma qabiliyyətinin bir qədər aşağı olması, hal-hazırkı vəziyyətinə və yaranmış situasiyaya tənqidi münasibətinin formal olması, özünün gələcək aqibətinə bir qədər laqeydliklə yanaşması və s.) sübut edir. İİ.Yekun hissəsi: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Yüngül dərəcəli əqli gerilik» müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən yüngül dərəcəli əqli gerilikdən əziyyət çəkdiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onlan tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya anlaqlılığı istisna etməyən psixi pozuntu hesab edilir. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. «Anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı cavablandırılmır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. 14.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli gödəkçənin daxilində olan sol yan cibindən iki ədəd sellofana bükülmüş maddələri çıxarıb təqdim edərək, onlardan birinin nəşə, digərinin isə kakos kimi tanınan heroin olduğunu bildirmişdir. Aşkar olunmuş iki ədəd şəffaf sellofana bükülmüş maddələrdən bir ədəd qurudulumuş ot şəkilli, digər bir ədədi isə qəvəyi rəngli, nəmlənmiş şəklində olan maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür (İ cild, səh. 28-29). 15.«DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında» 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli gödəkcənin sol iç cibindən iki ədəd sellofan bükümləri çıxarıb təqdim edərək, bükümlərin birində narkotik vasitə heroin, digərinin içərisində narkotik vasitə qurudulumuş marixuana olduğunu, təxminən 10-15 gün əvvəl “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə «Qəhrəman» adlı şəxslə tanış olduğunu, söhbət əsnasında həmin şəxs ona narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olduğunu, lazım olduqda onun üçün də göndərə biləcəyini dediyini, narkotik vasitələri qoyduğu ünvanın məkanını ona göndərəcəyini, o isə həmin məkandan narkotik vasitələri götürüb dediyi digər məkanlara qoymağı, əvəzində ona istifadəsi üçün lazım olan narkotik vasitə verəcəyini təklif etdiyini, həmin şəxslə razılaşdıqdan sonra 28 fevral 2024-cü il tarixdə «Qəhrəman» adlı şəxs ona “Maştağa” qəsəbəsində yerləşən “məkan” göndərdiyini, o da gedib həmin ünvandan iki ədəd sellofan bükümdə olmuş narkotik vasitəni götürdüyünü, bükümləri götürdükdən sonra «Qəhrəman» adlı şəxsi aldadıb, həmin şəxsin onu tapa bilməməsi üçün mobil nömrəsini telefonunda qara siyahıya qeyd edib, telefonunu format etdiyini, həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, 02 mart 2024-cü il tarixdə saat 00:20- də Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyli küçəsində yerləşən gölün yaxınlığında gəzərkən ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib ondan Abdulağa olubolmadığını soruşduqlarını, üzərində narkotik vasitə olduğu üçün həyəcanlandığını, polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə, psixotrop maddələr gəzdirməsi, daşıması və istifadə etməsi ilə bağlı məlumat əldə etdiklərini deyib, barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, onlarla birlikdə Sabunçu 13-cü PŞ-yə getməyi təklif etdiklərini, etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş bükümlərə təhqiqatçı tərəfindən baxış keçirilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi bükümlərdən başqa, üzərindən qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və predmet aşkar edilməmiş, götürülməmişdir. Bununla bağlı protokol tərtib olunaraq, iştirakçılar tərəfindən doğruluğu imzalarla təsdiq edilmişdir. Həmçinin təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilməsi zərurəti yarandığını, bununla bağlı yaşadığı evdə axtarış keçiriləcəyi bildirilib, buna dair etirazı olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxs onun özü olduğunu, üzərindən aşkar olunmuş narkotik vasitə heroin və qurudulmuş marixuananın ona məxsus olduğunu, özü istifadəsi üçün əldə edib üzərində saxlayıb daşıdığını, həmin maddələri təqdim etməyə, qeyd olunanları deməyə, tərtib olunmuş protokola imza etməyə hər hansı bir şəxs tərəfindən məcbur edilmədiyini, hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmadığını, törətmiş olduğu cinayəti səmimi etiraf etdiyini, törətdiyi əməldən peşiman olduğunu bildirmişdir (İ cild, səh. 65-66). 16.«Diskə baxış keçirilməsi haqqında» 05 aprel 2024-cü il tarixli protokoldan görünür ki, özündə iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş - ***-***-**-** saylı mobil nömrə ilə 02 mart 2023-cü il tarixdən 03 mart 2024-cü il tarixədək olan müddət ərzində aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatlarını əks etdirən 01 ədəd CD yaddaş daşıyıcısına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**- ** saylı mobil nömrə ünvan 4 ünvanında qeydiyyatda olan X7 adına qeydə alınmışdır. Baxış zamanı ***-***-**-** saylı mobil nömrəyə aşağıdakı qeyd olunan mobil nömrələrdən iş üçün əhəmiyyət kəsb edən SMS mesajların göndərildiyi aşkar edilmişdir: 1. 08 yanvar 2024-cü il saat 15:12:52-də ***-***-**-** saylı mobil nömrədən «Qaqaşım xaiş edirəm yadından çıxmasın birazdan pulu at ki birazdan ora gedecem kartdan çıxardım verim inan yoxdumdu yoxsa deməzdim atanda mene vzv atarsan»; 2. 09 yanvar 2024-cü il 23:13:15də saat ***-***-**-** saylı mobil nömrədən «15.var.kel.tema.mende»; 3. 05 fevral 2024-cü il saat 11:24:14-də ***-***-**-** saylı mobil nömrədən «X26? X25 X21. Ölürem Ağrıdan»; 4. 07 fevral 2024-cü il saat 05:57:02-də ***-***-**-** saylı mobil nömrədən «X27 Oldu»; 5. 07 fevral 2024-cü il saat 05:57:45-də ***-***-**-** saylı mobil nömrdən «X17? X22?»; 6. 08 fevral 2024-cü il saat 20:00:46-da ***-***-**-** saylı mobil nömrədən «Qaqa ged ey gozdiyey»; 7. 08 fevral 2024-cü il saat 20:21:49-da ***-***-**-** saylı mobil nömrədən «Abdul qaqa kisi kimi gel bizi vezyetden aixard qalani senin»; 8. 09 fevral 2024-cü il saat 00:41:01-də ***-***-**-** saylı mobil nömədən «Ay qaqa pul menimdi eldeniz kimdi sen gerey telfonu acaydun mene basuva geleni danisaydun men seni basa duserdim. Qaqam neden utanirsan zeng vururam.Telfonu ac kisi kimi danisay.»; 9. 09 fevral 2024-cü il saat 01:49:29-da ***-***-**-** saylı mobil nömrədən «Qaqam sen eldenize yox mene atdun meni aqrida qoydun olurem indide pui menimdi o (nəlayiq sözlər).Pulun dalica bulbule ve emircan usaqlari geleceyler.,,, sen kisi kimi onun yarsin gotur getir men sene soz verirem.Menim qardasimsan,,». Baxış zamanı ***-***-**-** saylı mobil nömrədən aşağıdakı qeyd olunan mobil nömrələlərə iş üçün əhəmiyyət kəsb edən SMS mesajların göndərildiyi aşkar edilmişdir: 1. 08 noyabr 2023-cü il saat 19:28:45-də ***-***-**-** saylı mobil nömrəyə «Ay insan dedin gel verirem pulda atdim burdayam mehlede»; 2. 08 noyabr 2023-cü il saat 19:32:12-də ***-***-**-** saylı mobil nömrəyə «Aç telfonu yoxsa polisderi tokecem mehleye budeye»; 3. 20 noyabr 2023-cü il saat 18:09:35-də ***-***-**-** saylı mobil nömrəyə «Meni ele saliran lomkada gozdedirsen basın xerbdi senin»; 4. 21 noyabr 2023cü il saat 12:32:07-də ***-***-**-** saylı mobil nömrəyə «Sağol birat lomkadan cixardi esas allahaqi birat azda verse yaxsi maldi 2 neferi ağrıdan cixardi minetaram sene elaqe saxliyacam seninle atam yaxsi»; 5. 09 fevral 2024-cü il saat 01:12:09-da ***-***-**-** saylı mobil nömrəyə «Ay brat mal sadda düzəlib anma hələ yerdəydimk aça bilmirdim 80 manata görə söyüş söyərlər anma hindiisə ona düşmür mal söydüyü söyüş»; 6. 09 fevral 2024-cü il saat 01:18:09-da ***-***-**-** saylı mobil nömrəyə «Araba nə di ograyirsiz hə mən dedim ki mal düzəlmir pulu vermişəm mənə atiblar sadəcə almamışam adboy vermişəm 80 manata görə söyüş söyərlər ya girib həyətdən oğurluq edərlər»; 7. 09 fevral 2024-cü il saat 01:19:50-də ***-***-**-** saylı mobil nömrəyə «Mən desəydim ki qaqaş pulu vermişəm gozduyurəm şad anma görürsən kiadboy verirəm söyüş nədi söyürsən mali məndədir hindi atdım ona gələ də yaxşı düşmür ona pul elnurdadi de ona elnura vermisəm»; 8. 09 fevral 2024-cü il saat 01:27:27-də ***-***-**-** saylı mobil nömrəyə «Qaqaş məni basma heçnə gəlmiyib malida götürmüşəm anma biraz gec oldu dansa bilmirdim o nə söyüş dərdi yazır hə sabah onun gotnu dagıdmasam məndən pis adam yoxdu qəhbəimiski o 80 manatı qaytaracağıq ona yadaki malını qaqaş mən bu vaxtda qədər hecgiməm atmamışam anma oqehbeye nə edirlərsə düşür məndə atdım ona düşənə edərlər» (İ cild, səh. 140-142). 17.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 30 mart 2024-cü il tarixli, 4080 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin göndərişinə əsasən xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 2 nömrəli X6 müayinəyə qəbul olunub və xx.xx.2017-ci il tarixdə ərizəsinə əsasən müayinədən imtina etmişdir. Təkrarən, X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin göndərişinə əsasən xx.xx.2018ci il tarixdə Bakı şəhəri 2 nömrəli X6 müayinəyə qəbul olunub və xx.xx.2018-ci il tarixdə ərizəsinə əsasən müayinədən imtina etmişdir. Diaqnoz “Tam müayinə olunmayıb” (İ cild, səh. 128). 18.«Maddi sübut kimi tanınma haqqında» 04 mart 2024-cü il tarixli qərardan görünür ki, iş üçün əhəmiyyət kəsb etdiyindən təmiz çəkisi - 87,002 qram narkotik vasitə heroin və təmiz çəkisi 55,470 qram narkotik vasitə qurudulumuş marixuana maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq 86,902 qram heroin və 55,420 qram qurudulmuş marixuana qorunub saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (İ cild, səh. 105-106). 19.«Sübutların qiymətləndirilməsi haqqında» 23 may 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə, mənzildə axtarış aparılarkən qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 02 ədəd DVD yaddaş daşıyıcıları, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD yaddaş daşıyıcısı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (İ cild, səh. 157-168). 20.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol saidin və qarının ön səthində köhnə çapıq toxuması, hər iki qasıq bükümündə postineksion döyənək, hər iki aşağı ətrafda narkotiklə bağlı postineksion döyənək aşkar edilmişdir. 21.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 18). 22.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 mart 2024-cü il tarixli, 4(008)- 126/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 mart 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 94-100). 23.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 1(101)-653/2020 nömrəli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2021-ci il tarixli, 7(103)-536/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən 26 avqust 2020-ci il tarixədək ev dustaqlığında olduğu 07 (yeddi) ay 11 (on bir) günün 01 (bir) günü ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanaraq qəti olaraq üzərində 09 (doqquz) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 653/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 09 (doqquz) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 ay 27 günü Azərbaycan Respublikası CMnin 52-1.5-ci maddəsinin tələblərinə riayət edilməklə azadlığın məhdudlaşdırılması cəzası növündə cəza çəkdiyi müddət nəzərə alınmaqla cəzası 03 (üç) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 11 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasınınn Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur (İ cild, səh. 135-136). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 24.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 25.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 26.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 27.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 maddəsinin xaric olunmasını əsaslı sayır. 28.Belə ki, təqsirləndirilən şəxsə verilmiş ittihamda cinayət əməlinin məhz qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi aparılan hərtərəfli məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. 29.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. 30.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin hər hansı iştirakçıları ilə aralarında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edilməmiş, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olması, həmçinin həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbirliyi, yəni əvvəlcədən razılıq, əlbirlik nəticəsində əldə olunan və ya əldə olunacaq mənfəətin bölünməsi ilə bağlı sövdələşmə müəyyən olunmamışdır. 31.İstintaq orqanı Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşınması barədə razılığa gəlməsini... qeyd etmiş, lakin məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında istinad edilən cinayət əməlini törətməsi müəyyən edilməmişdir. 32.“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. 33.İstintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini satış məqsədi ilə qanunsuz olaraq külli və xeyli miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxlama ilə bərabər həm də, bu əməlin predmetini təşkil edən narkotik vasitəni İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəxs təşkil etmə kimi qiymətləndirib onun əməlini əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif etmişdir. 34.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli və xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasına dair digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsində iştirakını təsdiq edən sübut müəyyən olunmamışdır. 35.Məhkəmənin bu qənaəti əməlin obyektiv tərəfinə aid hərəkət və hərkətsizliyi, subyektiv tərəfinə aid olan qəsdə aid əqli iştirakçılığını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə aid cinayət əməlinin törədilməsinin vaxtı, yeri və şəraitini təsdiq edən sübut müəyyən olunmaması baxımından da əsaslıdır. Çünki bu əlamətlər olmadan şəxsin əməlində cinayət olmasını ehtimal etmək hüquqi baxımdan istisna olunur. 36.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində qeyd olunur ki, Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 37.Məhkəmə, yuxarıda göstərilən halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibi istisna olunur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric olunmasını əsaslı sayır. 38.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 39.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 40.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 41.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 42.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 43.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 44.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 45.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Həmin siyahının 109.1-ci bəndinə əsasən 5 qram və yuxarı həddə (500 qramadək) narkotik vasitə olan qurudulmuş marixuana xeyli miqdar hesab edilir. 46.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər sadəcə ümumi sözlərdən, formal xarakterli mülahizələrdən ibarət olmaqla əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 47.Məhkəmə təqsirləndirilən şəxs X13 narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadəsinə münasibətdə isə onu qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və göndərilən sms mətnlərinə dair məlumatların əks olunduğu elektron məlumat daşıyıcısına baxış zamanı jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin satışı ilə bağlı kifayət qədər sms yazışmalarının olması təqsirləndirilən şəxsin həmin narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 48.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 49.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X9rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 50.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 51.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şəxsi axtarış və götürmə aparılması haqqında» 02 mart 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitələrin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 52.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 53.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 54.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 55.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli və xeyli miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxlaması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. 56.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 57.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olmasının ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 58.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 60.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 62.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 63.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 64.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 65.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 66.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 67.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 68.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 69.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, “bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar” residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 70.Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 1(101)-653/2020 nömrəli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilmişdir. 71.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 72.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 73.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 74.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 75.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 76.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 02 mart 2024-cü il tarixdən hesablanmalıdır. 77.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 78.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 79.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 80.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 86,902 qram çəkidə narkotik vasitə heroinin və 55,420 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən üç ədəd diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 81.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 82.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 83.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 180 (yüz səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 84.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 85.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssişlərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylıVəkil Bürosunun hesabına ödənilməlidir. 86.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 02 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 180 (yüz səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 86,902 qram çəkidə narkotik vasitə heroin və 55,420 qram çəkidə qurudulmuş marixuana məhv edilsin, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev