Məhkəmə qərarları › İş №1(101)-327/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-327/2020

31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-327/2020 31.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X19, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Nəsimi rayonu, 5MR, 20 Yanvar küçəsi, ev 22, mənzil 1-də qeydiyyatda olan, həbs olunanadək Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkolon” adlı ərazidə nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış, daşımış və satmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda 6,74 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkolon” adlı ərazidə yaşadığı ünvansız fərdi yaşayış evinə daşımış və xx xxxx 2019-cu il tarixdə külli miqdarda həmin narkotik vasitə heroinin on bir ədəd gümüşü rəngli kağız bükümlərdə 0,595 qram çəkidə olan hissəsini yaşadığı ünvanda 30 manat pulun müqabilində tanışı Şahid1 qanunsuz olaraq satmışdır. Təqsirləndirilən şəxs qalan külli miqdarda 6,145 qram çəkidə narkotik vasitə heroinin iki ədəd polietilen bükümlərdə olan 0,874 qramını üstündə, on bir ədəd şəffaf polietilen bükümlərdə 5,271 qram çəkidə olan hissəsini isə yaşadığı fərdi yaşayış evinin qonaq otağındakı masanın üzərində saxlamışdır. Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və narkotik vasitələri Təqsirləndirilən şəxs əldə etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 xx xxxx 2019-cu il tarixdə saat 14.45-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən “Dobromed” tibb klinikasının qarşısında saxlanılmış və polis əməkdaşlarının təklifindən sonra Şahid1 əynindəki boz rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi on bir ədəd gümüşü rəngli kağız bükümlərdə 0,595 qram ümumi təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Şahid1 verdiyi məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 15.40-da Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkolon” adlı ərazidə yaşadığı ünvansız fərdi yaşayış evinin qarşısında saxlanılmış, polis əməkdaşlarının təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd polietilen bükümlərdə 0,874 qram ümumi təmiz çəkidə narkotik vasitə heroin, daha sonra özünün icazəsi və iştirakı ilə yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən qonaq otağındakı masanın üzərindən xarici əlamətlərinə və tərkib komponetlərinə görə Şahid1 aşkar olunmuş narkotik vasitə heroinlə eynilik təşkil edən on bir ədəd şəffaf polietilen bükümlərdə külli miqdarda 5,271 qram ümumi təmiz çəkidə narkotik vasitə heroin, həmçinin üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şahid1 əvvəllər yaşadığı “Şamaxinka” deyilən yerdən tanımışdır. Şahid1 həmin ərazidə dispetçer işləmişdir. Həmin vaxtdan etibarən onun Şahid1la tanışlığı olmuşdur. Sonra o, “Mexkolon” deyilən əraziyə köçüb orada yaşamağa başlamışdır. Həmin ərazidə kirayəyə mənzil tapmaqda o, Qalibə köməklik göstərmişdir. Qalibin qalmağa yeri olmadığı üçün kirayə mənzil tapana qədər o, Qalibi yaşadığı evə dəvət etmişdir. O, Şahid1 narkotik vasitə satmamışdır. O, Şahid9 da Qalibin vasitəsilə tanımışdır. Şahid1 bir neçə gün onun evində qaldıqdan sonra xx xxxx 2019-cu il tarixdə səhər təxminən saat 10:00 radələrində çıxıb getmişdir. Həmin gün təxminən saat 12:00 radələrində Quba rayon sakinləri olan Şahid8 və Şahid9 onun yaşadığı evin giriş qapısını döymüşlər. O, qapını açdıqda Rəşad və Mübarizi evə dəvət etmişdir. Həmin vaxta qədər o, Rəşadı tanımamışdır. Rəşad masanın arxasına oturan kimi cibindən 1 (bir) ədəd elektron tərəzi, sonradan isə bir neçə bükümlərdə narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoymuşdur. O da Mübarizi tanıdığından Mübarizə Rəşadın hərəkətləri ilə bağlı iradını bildirmişdir. Mübariz isə ona səbrli olmağı, nə baş verdiyini ayaq yoluna gedib gəldikdən sonra deyəcəyini bildirmişdir. Mübariz ayaq yoluna getmək üçün çıxdıqdan sonra yenidən qayıtmış və müştərisinə zəng vurmalı olduğunu bildirib telefonunu götürüb çıxmışdır. 2-3 dəqiqə keçdikdən sonra təxminən 8-9 nəfər mülki şəxslər onun evinə daxil olmuşlar. Həmin şəxslər evə daxil olduqda o, qapının ağzında dayanmışdır. Həmin şəxslər masanın üzərində olan əşyaların nə olduğunu ondan soruşmuşlar. O, isə həmin mülki geyimli şəxslərə masanın üzərində olan əşyalar kimin qarşısındadırsa həmin şəxsdən də soruşmaqlarını demişdir. Həmin şəxslər onu üzü üstə yerə yıxıb belinə, kürəyinə vurub ya həmin malları üzərinə götürməli olduğunu, ya da həmin şəxslərlə əməkdaşlıq edib narkotik istifadəçiləri ilə bağlı məlumat verməyini bildirmişlər. O, isə həmin şəxslərlə əməkdaşlıq etməyəcəyini bildirmişdir. Sonra polis əməkdaşları onun qoluna qandal vurub 1 (bir) saat evdə saxlamışlar. Bundan sonra polis əməkdaşları Rəşad və Mübarizi aparıb Qalibi gətirmişlər. Sonra isə onu və Qalibi avtomobilə əyləşdirib Baş X4 aparmışlar. Onlar idarəyə aparıldıqdan sonra Mübariz və Rəşad orada olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü qismən təqsirli bilsə də, son sözlə çıxış etdikdə özünü ümumiyyətlə təqsirli bilməmiş, ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin Baş X4 Qalib adlı şəxsin mütəmadi olaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması və həmin narkotik vasitəni Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, Mexkolon adlanan ərazidə yerləşən nömrəsiz fərdi həyət evində yaşayan Elşən adlı şəxsdən əldə etməsi barədə məlumat daxil olmuşdur. Əldə edilmiş məlumat raportla Baş X3 rəhbərliyinə məruzə edilmiş və həmin şəxslərin ifşa olunmaları istiqamətində Bakı şəhərinin Nəsimi rayonu və Abşeron rayonu ərazilərində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. O, xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid5, əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid4 yaradılmış əməliyyat qrupuna daxil edilmişlər. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün Şahid1 Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən “Dobromed” tibb klinikasının yaxınlığında onlar tərəfindən saxlanılmışdır. Şahid1 üzərində on bir ədəd xırda bükümlərdə narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu zamanı Şahid1 həmin vasitələri Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkolon” adlanan ərazidə yerləşən nömrəsiz fərdi həyət evində yaşayan tanışı Təqsirləndirilən şəxs bir ədəd bükümdə narkotik vasitəni 30 manat pulun müqabilində aldığını bildirmişdir. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin davamı olaraq onlar Şahid1 tanışı Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkolon” adlanan əraziyə getmişlər. Təqsirləndirilən şəxs evinin qarşısında saxlanılmış, o və digər polis əməkdaşları Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarla tanış etmişlər və Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanıldığını izah etmişlər. Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərindən 2 (iki) ədəd bükümdə narkotik vasitə heroini çıxararaq onlara təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs ona və digər polis əməkdaşlarına yaşadığı evə daxil olmağa icazə vermiş, lakin əvvəllər məhkum olunduğundan və kriminal aləmdə nüfuzu olduğuna görə tərtib olunmuş heç bir sənədə qol çəkməyəcəyini bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs ilə birgə sonuncunun yaşadığı evə daxil olmuşlar. Evdə masanın üzərində 1 (bir) ədəd elektron tərəzi və Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş naviqator olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs yaşadığı evdə 11 ədəd bükümlərdə narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər və elektron tərəzi bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri zərfin üzərini imzalasalar da, Təqsirləndirilən şəxs zərfin üzərini imzalamamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs saxlanıldığı vaxtdan bir neçə saat əvvəl tanışı Şahid1 30 (otuz) manat pulun müqabilində 1 (bir) ədəd bükümdə narkotik vasitə heroini satdığını etiraf etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs ilə birgə Baş X4 getmişlər. Baş İdarədə aşkar edilmiş narkotik vasitələrlə bağlı protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs başqa digər iştirakçılar həmin protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıdıqdan sonra Elşənin narkotik vasitələrdən istifadə etməsi ilə yanaşı narkotik vasitələrin alqı-satqısı ilə də məşğul olmasını bilmişdir. Ona narkotik vasitə heroin lazım olduqda, Təqsirləndirilən şəxs yarım qram narkotik vasitəni 30 (otuz) manat pulun müqabilində onun üçün gətirirmiş. Son 4-5 ayda mütəmadi olaraq o, öz istifadəsi üçün Təqsirləndirilən şəxs pul qarşılığında narkotik vasitə heroin almışdır. Son vaxtlarda onun Bakı şəhərində qalmağa yeri olmadığından o, Elşənin təklifi ilə sonuncunun yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkolon” adlanan ərazidəki ünvansız fərdi yaşayış evində yaşamışdır. Sonuncu dəfə ona narkotik vasitə heroin lazım olduqda, o, Təqsirləndirilən şəxs 30 (otuz) manat pulun müqabilində yarım qram çəkidə narkotik vasitə heroin almışdır. O, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 11 (on bir) ədəd xırda bükümlərə bölmüşdür. xx xxxx 2019-cu il tarixdə o, Təqsirləndirilən şəxs yaşadığı evdən çıxaraq Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən “Dobromed” klinikasının yaxınlığındakı çay evinə getmişdir. Həmin vaxt “Dobromed” klinikasının qarşısında polis əməkdaşları onu saxlamışlar. O, üzərində olan 11 (on bir) ədəd bükümdə narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmiş və həmin narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs 30 (otuz) manat pulun qarşılığında aldığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs yaşayış yerini polis əməkdaşlarına bildirmiş və o, polis əməkdaşları ilə birgə Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkolon” adlanan ərazidəki ünvansız fərdi yaşayış evinin yaxınlığına gəlmişdir. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs yaşadığı ünvanı göstərmişdir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs evdən çıxmış və o, Təqsirləndirilən şəxs polis əməkdaşlarına göstərmişdir. Polislər Təqsirləndirilən şəxs yaşadığı evin yanında saxlamışlar. Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı sonuncunun üzərindən 2 (iki) ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs evində də narkotik vasitə heroinin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs icazəsi ilə sonuncunun evinə baxış keçirmişlər. Evdə olarkən Təqsirləndirilən şəxs masanın üzərində olan 11 (on bir) ədəd bükümləri və 1 (bir) ədəd elektron tərəzini götürüb polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etmək ona təklif edilmişdir. O, polis əməkdaşları ilə razılaşmış və əməliyyat-axtarış tədbirinə başlanılmazdan əvvəl polis əməkdaşları ona və digər hal şahidinə qanunvericilikdə nəzərdə tutulmuş onların hüquq və vəzifələrini izah etmişlər. O və digər hal şahidi polis əməkdaşları ilə birlikdə Baş X3 inzibati binasından çıxaraq Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Dobromed” tibb klinikasının yaxınlığına gəlmişlər. Polis əməkdaşları orada Qalib adlı şəxsi saxlamışlar. Şahid1 üzərində narkotik vasitə heroin olmuşdur. Şahid1 polis əməkdaşlarına narkotik vasitə heroini Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkolon” adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs 1 (bir) ədəd bükümdə 30 (otuz) manata aldığını bildirmişdir. Sonradan o və digər hal şahidi polis əməkdaşları ilə birlikdə Şahid1 tanışı Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə sonuncunun yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkolon” adlanan əraziyə gəlmişlər. Təqsirləndirilən şəxs evinin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində 2 (iki) ədəd bükümlərdə narkotik vasitə heroinin olduğunu bildirmişdir və həmin narkotik vasitələri polis əmkdaşlarına təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də 11 (on bir) ədəd bükümlərdə narkotik vasitə heroinin və elektron tərəzinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarını yaşadığı evə dəvət etmişdir. Təqsirləndirilən şəxs masanın üzərində olan 11 (on bir) ədəd bükümü və 1 (bir) ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs tanışı Şahid1 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroini 30 (otuz) manata satmasını etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki,xx xxxx 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin Baş X4 Qalib adlı şəxsin mütəmadi olaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması və həmin narkotik vasitəniAbşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkolon” adlanan ərazidə yerləşən nömrəsiz fərdi həyət evində yaşayan Elşən adlı şəxsdən əldə etməsi barədə məlumat daxil olmuşdur. Əldə edilmiş məlumat onun tərəfindən raportla Baş X3 rəhbərliyinə məruzə edilmiş və Bakı şəhərinin Nəsimi rayonu və Abşeron rayonu ərazilərində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən əməliyyat qrupu yaradılmışdır. O, Şahid5, Şahid3 və Şahid4 yaradılmış əməliyyat qrupuna daxil edilmişlər. Əməliyyat qrupuna o, rəhbərlik etmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Şahid1 xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən “Dobromed” tibb klinikasının yaxınlığında onlar tərəfindən saxlanılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Şahid1 üzərində 11 (on bir) ədəd xırda bükümlərdə narkotik vasitə heroin aşkar olunmuşdur. Şahid1 həmin narkotik vasitələri Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkolon” adlanan ərazidə yerləşən nömrəsiz fərdi həyət evində yaşayan tanışı Təqsirləndirilən şəxs 1 (bir) ədəd bükümdə narkotik vasitəni 30 (otuz) manat pulun müqabilində aldığını bildirmişdir. O və əməliyyat qrupunun digər üzvləri hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkolon” adlanan əraziyə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında onlar tərəfindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarla tanış etmişlər və Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanıldığını izah etmişlər. Sonra onlar Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşyanın olduğu halda həmin əşyaları təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində olan 2 (iki) ədəd bükümdə narkotik vasitə heroini çıxararaq onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs evində də narkotik vasitə heroinin olduğunu bildirmiş və onlara yaşadığı evə daxil olmağa icazə vermişdir. Lakin Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər məhkum olunduğundan və kriminal aləmdə nüfuzu olduğundan tərtib olunmuş heç bir sənədə qol çəkməyəcək. O və digər polis əməkdaşları Elşənin evinə daxil olduqları zaman masanın üzərində 1 (bir) ədəd elektron tərəzi və Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş naviqator olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs yaşadığı evdə 11 (on bir) ədəd bükümlərdə narkotik vasitə heroini də onlara təqdim etmişdir. Həmin bükümlər və elektron tərəzi bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Hal şahidləri zərfin üzərini imzalasalar da, Təqsirləndirilən şəxs zərfin üzərini imzalamamışdır. Təqsirləndirilən şəxs sorğu zamanı saxlanıldığı vaxtdan bir neçə saat əvvəl tanışı Şahid1 30 (otuz) manat pulun müqabilində 1 (bir) ədəd bükümdə narkotik vasitə heroini satdığını etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs tərtib olunmuş sənədləri imzalamamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 və Şahid4 oxşar məzmunlu ifadə verməklə Şahid3 və Şahid2 ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, dönərxana işlədir. Təqsirləndirilən şəxs onun işlətdiyi dönərxananın yaxınlığında yaşamış və bəzən gəlib ondan dönər almışdır. O, yaxınlıqda işləyən və yaşayan şəxslərdən Təqsirləndirilən şəxs narkotik vasitə satdığını eşitmişdir. Ona görə də o, Təqsirləndirilən şəxs bir neçə dəfə narkotik vasitə almışdır. Sonuncu dəfə o, Təqsirləndirilən şəxs narkotik vasitə istədiyi gün içkili olmuşdur. O, Təqsirləndirilən şəxs 1 (bir) bükümdə narkotik vasitə heroin verməsini istəmiş və həmin narkotik vasitənin müqabilində Elşənə 9-10 manat dəyərində dönər vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə olan marixuana və heroindən istifadə etmişdir. O, Təqsirləndirilən şəxslə “Şamaxinka” ərazisində tanış olmuşdur. O, Təqsirləndirilən şəxs təxminən 5-6 dəfə narkotik vasitə almışdır. Bir neçə dəfə o, Təqsirləndirilən şəxs narkotik vasitəni Təqsirləndirilən şəxs yaşadığı evdə almışdır. Şahid8 onun qonşusudur. O, Şahid8la birlikdə də bir neçə dəfə Təqsirləndirilən şəxs narkotik vasitə heroin almışdır. xx xxxx 2019-cu il tarixdə o, Rəşadla birlikdə Bakı şəhərinə gəlmiş və onlar birlikdə Elşənin yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən evinə getmişlər. Onların ora getməkdə məqsədləri Təqsirləndirilən şəxs yenidən narkotik vasitə almaq olmuşdur. O və Rəşad Elşənin evinə daxil olduqdan sonra masa arxasına oturmuşlar. O, şəkər xəstəsi olduğundan ayaqyoluna getmişdir. O, ayaqyolundan evə qayıtdıqda, Elşənin evinə polislər daxil olmuşlar və Elşəni tutmuşlar. Lakin polislər onunla Rəşadı buraxmışlar. X55 narkotik vasitə satmasından narazı olduğundan bu barədə polislərə məlumat verdiyini ona bildirmişdir. Onun başqa heç nədən xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o,Quba şəhərində yaşayır. O, əvvəllər narkotik vasitə marixuana və heroindən istifadə etmişdir. O, narkomaniya xəstəliyindən əziyyət çəkir. O, 2019-cu ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. X74 yaşayan qonşusu Mübariz Məstənov adlı taksi sürücüsü tanış etmişdir. Onun bildiyinə görə Mübariz Təqsirləndirilən şəxs mütəmadi qaydada narkotik vasitə almışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs kimi tanıdığından öz istifadəsi üçün Elşəndən narkotik vasitə almaq istədiyini bildirmiş və bundan sonra o, Elşəndən narkotik vasitə almağa başlamışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitələri Elşənin yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkolon” adlanan ərazidə yerləşən evinin həyətində yerləşən tualetin qabağında almışdır. O, bir neçə dəfə Elşənin yaşadığı evə gedərək sonuncudan narkotik vasitə almışdır. Lakin o, heç vaxt Elşənin yaşadığı evə daxil olmamışdır. O, həmişə Elşəndən narkotik vasitəni Elşənin həyətində olan tualetin qabağında almışdır. xx xxxx 2019-cu il tarixdə o, qonşusu Mübarizlə birlikdə növbəti dəfə narkotik almaq üçün Bakı şəhərinə gəlmişdir. Yolda olan zaman onlar Elşənə zəng etmişlər və heroin almaq istədiklərini bildirmişlər. Elşən də onlara yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkolon” adlanan ərazidə yerləşən evində olduğunu bildirmişdir. Sonra o, Mübarizlə birlikdə həmin gün günorta saatlarında Elşənin yaşadığı evə getmiş və onlar ikisinin istifadəsi üçün 30 (otuz) manata yarım qram narkotik vasitə heroin almışlar. Onlar Elşəndən narkotik vasitə heroini aldıqdan sonra çıxıb getmişlər. Onlar Elşəndən narkotik vasitə aldıqları zaman orada başqa şəxs olmamışdır. Məhkəmə dəfələrlə Şahid7 məhkəmə istintaqında dindirmək məqsədi ilə dəvət etsə də, hətta onun barəsində məcburi gətirmə haqqında qərar çıxarsa da, onun məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Şahid7 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etmişdir. Əməliyyataxtarış tədbirinə başlanılmazdan əvvəllər polis əməkdaşları ona və hal şahidi qsmində dəvət olunmuş digər şəxsə qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edərək keçiriləcək əməliyyat tədbirinin mahiyyəti barəsində məlumat vermişlər. xx xxxx 2019-cu il tarixdə saat 14:00 radələrində o və digər hal şahidi polis əməkdaşları ilə birlikdə Baş X3 inzibati binasından çıxaraq Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən “Dobromed” tibb klinikasının yaxınlığına gəlmişlər. Aradan bir müddət keçdikdən sonra polis əməkdaşları orada özünü şübhəli aparan bir nəfər şəxsi saxlamışlar. Saxlanılan şəxs özünü təqdim edərək Şahid1 olduğunu bildirmişdir. Polis əməkdaşları həmin şəxsi barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Şahid1 izah edilmişdir ki, sonuncu mütəmadi olaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəlidir və Şahid1 təklif olundu ki, üzərində narkotik vasitə və digər qadağan edilmiş əşyalar varsa təqdim etsin. Şahid1 bildirmişdir ki, üzərində 11 (on bir) ədəd bükümlərdə narkotik vasitə olan heroin, 36 (otuz altı) manat pul və pasportu vardır. Bundan sonra Şahid1 əynindəki şalvarının sağ yan cibindən 11 (on bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri, şalvarının sol yan cibindən 1 (bir) ədəd “Nokia” markalı mobil telefonu və 36 (otuz altı) manat pulu, əynindəki gödəkçəsinin sol döş cibindən isə özünə məxsus pasportu çıxarıb polislərə təqdim etmişdir. Saxlanılan şəxs Şahid1 təqdim etdiyi 11 (on bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlər açıldıqda, orada tünd qəhvəyi rəngli, kəskin iyli maddələr aşkar olunmuşdur. Həmin bükümlər içərisindəki maddələr ilə birlikdə kağız zərfə qoyularaq üzəri möhürlənmişdir. O, digər hal şahidi və saxlanılan şəxs Şahid1 həmin kağız zərfin üzərini öz imzaları ilə təsdiq etmişlər. Saxlanılan şəxs Şahid1 təqdim etdiyi 36 (otuz altı) manat pul polis əməkdaşları tərəfindən sonuncuya qaytarılmış, mobil telefon və pasport isə iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra Şahid1 üzərinə baxış keçirilmiş, lakin baxış zamanı Qalibin üzərində hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Polis əməkdaşlarının sorğusualına cavab olaraq Şahid1 11 (on bir) ədəd bükümlərdəki maddələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. Şahid1 həmin narkotik vasitəni xx xxxx 2019-cu il tarixdə saat 12:00 radələrində Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkolon” adlanan ərazidə yerləşən nömrəsiz fərdi həyət evində yaşayan Təqsirləndirilən şəxs 1 (bir) ədəd bükümdə 30 (otuz) manata aldığını, həmin heroini sonradan 11 (on bir) ədəd xırda bükümlərə bölüb özü tərəfindən istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Sonradan o və digər hal şahidi polis əməkdaşları ilə birlikdə Şahid1 tanışı Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə sonuncunun yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkolon” adlanan əraziyə gəlmişlər. Polis əməkdaşları nömrəsiz fərdi həyət evinin qarşısında Şahid1 göstərişi ilə Təqsirləndirilən şəxs saxlamışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs qəbul edilmiş qərarla tanış etmişlər. Sonra Təqsirləndirilən şəxs mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şübhəli olduğu izah edilmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaların təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində 2 (iki) ədəd bükümlərdə narkotik vasitə heroinin, 1 (bir) ədəd mobil telefonun, özünə məxsus şəxsiyyət vəsiqəsinin, 810 (səkkiz yüz on) manat pulun və 20 (iyirmi) ABŞ dolları məbləğində pulun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 2 (iki) ədəd şəffaf polietilen bükümləri, şalvarının sol yan cibindən 810 (səkkiz yüz on) manat və 20 (iyirmi) ABŞ dolları məbləğində pulu, 1 (bir) ədəd “Nokia” markalı mobil telefonu, əynindəki qara rəngli gödəkçəsinin sol döş cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd şəffaf polietilen bükümlər polis əməkdaşları tərəfindən açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli maddələr aşkar olunmuşdur. Həmin bükümlər içərisindəki maddələrlə birlikdə kağız zərfə qoyularaq üzəri möhürlənmişdir. O da həmin zərfin üzərini imzalamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşlarına zərfin üzərinə və bundan başqa tərtib edilmiş sənədləri imzalamayacağını və izahat verməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 810 (səkkiz yüz on) manat və 20 (iyirmi) ABŞ dolları məbləğində pul özünə qaytarılmış, 1 (bir) ədəd “Nokia” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və predmetlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs, həmçinin yaşadığı evdə 11 (on bir) ədəd bükümlərdə narkotik vasitə heroinin və həmin vasitələri çəkmək üçün elektron tərəzinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs onları yaşadığı evə dəvət etmişdir. Təqsirləndirilən şəxs qonaq otağındakı masanın üzərindən 11 (on bir) ədəd şəffaf polietilen bükümləri və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümlər açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli maddələr aşkar olunmuşdur. Həmin bükümlər içərisindəki maddələrlə və elektron tərəzi ilə birlikdə 1 (bir) ədəd zərfə qoyularaq üzəri möhürlənmişdir. O, yenə də həmin zərfin üzərini imzası ilə təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs evinə baxış keçirmişlər. Baxış zamanı qonaq otağındakı masanın üzərində Ədliyyə Nazirliyinin Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş “İdrak” markalı naviqator aşkar olunmuş və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs saxlanıldığı vaxtdan bir neçə saat əvvəl tanışıı Şahid1 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroini 30 (otuz) manata satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına narkotik vasitə heroini kimdən əldə etməsi ilə bağlı polis əməkdaşlarının hər hansı bir suallarına cavab verməyəcəyini, eyni zamanda tərtib olunacaq sənədləri imzalamayacağını və izahat verməyəcəyini bildirmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Baş X4 getmişdir. O, Polis İdarəsində olarkən baş verənlərlə bağlı protokol tərtib olunmuşdur. Sonra protokol ucadan iştirakçılara oxunmuş və o, həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Şahid11 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o,təxminən 2018-ci ilin may-iyun aylarından narkotik vasitə olan və el arasında “koko” deyilən heroindən istifadə etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımış və Elşən əvvəllər onunla qonşuluqda, yəni Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mikrorayonda yaşamışdır. Təqsirləndirilən şəxs 4-5 il bundan qabaq Binəqədi rayonu, “Hökməli dairəsi” deyilən yerin yaxınlığına köçmüşdür. Təxminən 2019-cu ilin yanvar ayında o, Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” deyilən ərazidə Elşəni təsadüfən görmüşdür. O, Elşənin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyindən Elşəndən ona “koko”, yəni heroin təşkil etməsini xahiş etmişdir. Elşən də ona heroinin yarım qramını 30 (otuz) manata yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkalon” ərazisində yerləşən evində satmışdır. Bundan sonra o, müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs yaşadığı evə gedərək Elşəndən narkotik vasitə heroin alıb istifadə etmişdir. Sonradan o, Təqsirləndirilən şəxs Baş X3 əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6) görünür ki, Abşeron rayonu, Müşfiqabad qəsəbəsində nömrəsiz fərdi həyət evində yaşayan, əvvəllər məhkum olunmuş, 1972-ci il təvəllüdlü Şahid1 və Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Mexkolon”adlanan ərazidə yerləşən nömrəsiz fərdi həyət evində yaşayan, əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunmaları istiqamətində Bakı şəhəri, Nəsimi rayonu və Abşeron rayonu ərazilərində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan (cild 1, iş vərəqə 10-14) görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 14:45-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən “Dobromed” tibb klinikasının yaxınlığında özünü şübhəli aparan Şahid1 saxlanılmış, Şahid1 üzərindən 11 (on bir) ədəd bükümlərdə narkotik vasitə heroin aşkarlanmış, həmçinin Şahid1 onun üzərindən aşkarlanmış narkotik vasitə heroini xx xxxx 2019-cu il tarixdə saat 12:00 radələrində tanışı Təqsirləndirilən şəxs 30 (otuz) manata aldığını bildirmişdir. Bundan başqa, sözügedən protokoldan görünür ki, xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 2 (iki) ədəd şəffaf polietilen bükümləri çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd şəffaf polietilen bükümlər açıldıqda, orada tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı evdə də 11 (on bir) ədəd bükümlərdə narkotik vasitə heroinin və həmin vasitələri çəkmək üçün elektron tərəzinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında olan masanın üzərindən 11 (on bir) ədəd şəffaf polietilen bükümləri və 1 (bir) ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 33) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 34) görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7529 nömrəli rəyindən (cild 1, iş vərəqə 54-56) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 (iki) ədəd...bükümdə…” yazısı olan zərfdə, 2 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,874 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: «Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 11 (onbir) ədəd bükümdə.. heroinə oxşar maddələr və 1 (bir) ədəd elektron tərəzi» yazısı olan zərfdəki 11 (onbir) ədəd bükümlərdə, ümumi təmiz çəkisi 5,271 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən götürülmüş heroinin ümumi təmiz çəkisi 6,145 qramdır. Həmin zərfdə olan 1 (bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Lakin tərəzinin üzərində heroin iz şəkilində olduğu üçün, Təqsirləndirilən şəxs götürülmüş heroinlərlə eyni olub-olmamasını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində: «Şahid1 üzərindən aşkar edilərək götürülmüş 11 (onbir) ədəd bükümlərdə…» yazısı olan zərfdəki, 11 (onbir) ədəd bükümlərdə, ümumi təmiz çəkisi 0,595 qram maddələr kustar üsuslla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 (iki) ədəd bükümdə, onun yaşadığı evdən götürülmüş 11 (on bir) ədəd bükümdəki heroinlər və Şahid1 üzərindən götürülmüş 11 (on bir) ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 99-100) görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 14:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti n törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-277/2019 saylı qərarından (cild 1, iş vərəqə 154-156) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 159-161) görünür ki, təmiz çəkisi 6.145 qram (tədqiqatdan sonra qalıq çəkisi 5.945 qram təşkil edir) narkotik vasitə heroin, Şahid1 aşkar edilmiş ümumi təmiz çəkisi 0.595 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli Abşeron Rayon Məhkəməsinin 5(012)-49/2019 saylı qərarından (cild 1, iş vərəqə 177) görünür ki, xx xxxx 2019-cu il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 5-8) görünür ki, Təqsirləndirilən şəxs şikayəti üzrə araşdırma aparılmış və araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması öz təsdiqini tapmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixli ifadəsində törətmədiyi cinayəti etiraf etməsi üçün Baş X3 əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalmasına dair göstərdiyi xüsusat üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 tələbnaməsindən (cild 1, iş vərəqə 214-216) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində təqsirli bilinmiş, ona 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 4 (dörd) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. O, üzərində olan məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda yenidən qəsdən cinayət törətmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 iyul 2019-cu il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-641/2019 saylı qərarından (cild 1, iş vərəq 249-251) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 3 ay müddətinə, yəni xx xxxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2244 saylı rəyindən (cild 2, iş vərəqə 51-52) görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-928/2019 saylı qərarından (cild 2, iş vərəq 70-72) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti daha 3 ay müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 125-137) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunlu ittihamın irəli sürülməsi, ekspertiza tədqiqindən sonra qalıq çəkisi 5,945 qram olan narkotik vasitə heroinin, Şahid1 aşkar edilmiş ümumi təmiz çəkisi 0.595 qram olan narkotik vasitə heroinin və 1 (bir) ədəd elektron tərəzinin maddi sübut kimi tanınması, həmin narkotik vasitələrin və 1 (bir) ədəd elektron tərəzinin maddi sübut kimi saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanma kamerasına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 146- 148) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona yeni məzmunlu ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-351/2019 saylı hökmünün surətindən (cild 3, iş vərəqə 154-159) görünür ki, Şahid7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları X50 və Şahid2 X20 barəsində keçirdikləri əməliyyataxtarış tədbirində hal şahidi qisimində çıxış etmiş və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-522/2019 saylı hökmünün surətindən (cild 4, iş vərəqə 178-183) görünür ki, Şahid7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşlarının X41 barəsində keçirdikləri əməliyyat-axtarış tədbirlərində hal şahidi qisimində çıxış etmiş və X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2019-cu il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-24/2019 saylı hökmünün surətindən (cild 3, iş vərəqə 101-112) görünür ki, Şahid7 X22 barəsində keçirilmiş əçəliyyat-axtarış tədbirində hal şahidi qismində çıxış etmiş və daha sonra həmin şəxs barəsində olan cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Eyni zamanda qeyd edilən hökmün surətindən görünür ki, X11 ifşa olunması və tutulmasına dair əməliyyataxtarış tədbirləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən həyata keçirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-579/2019 saylı hökmünün surətindən (cild 3, iş vərəqə 197-211) görünür ki, Şahid7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları X50, Şahid3, X23 X24 barəsində keçirdikləri əməliyyat-axtarış tədbirlərində hal şahidi qisimində çıxış etmiş və X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-186/2019 saylı hökmünün surətindən (cild 4, iş vərəqə 166-171) görünür ki, Həsənov X36 Tərlan Tofiq oğlu barəsində keçirilmiş əməliyyat-axtarış tədbirində hal şahidi qisimində çıxış etmiş və X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-666/2019 saylı hökmünün surətindən (cild 3, iş vərəqə 173-178) görünür ki, Şahid7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları Şahid2 və X13 X42 barəsində keçirdikləri əməliyyat-axtarış tədbirlərində hal şahidi qisimində çıxış etmiş və X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-695/2019 saylı hökmünün surətindən (cild 4, iş vərəqə 172-177) görünür ki, Şahid7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşlarının X15 və X16 barəsində keçirdikləri əməliyyat-axtarış tədbirlərində hal şahidi qisimində çıxış etmiş və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-295/2019 saylı hökmünün surətindən (cild 4, iş vərəqə 136-145) görünür ki, Şahid7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşlarının X43 barəsində keçirdikləri əməliyyat-axtarış tədbirində hal şahidi qisimində çıxış etmiş və X26 və qeyrisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-291/2019 saylı hökmünün surətindən (cild 3, iş vərəqə 114-123) görünür ki, Şahid7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları X50 və Şahid2 X44 barəsində keçirdikləri əməliyyataxtarış tədbirlərində hal şahidi qismində çıxış etmiş və həmin şəxs barəsində cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-779/2019 saylı hökmünün surətindən (cild 3, iş vərəqə 180-195) görünür ki, Şahid7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları Şahid2, X45, X31 və X32 X46 barəsində keçirdikləri əməliyyat-axtarış tədbirlərində hal şahidi qisimində çıxış etmiş və X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-715/2019 saylı hökmünün surətindən (cild 3, iş vərəqə 144-152) görünür ki, Şahid7 Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən X51 barəsində keçirdikləri əməliyyat-axtarış tədbirində hal şahidi qisimində çıxış etmiş və X33 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-862/2019 saylı hökmünün surətindən (cild 3, iş vərəqə 161-171) görünür ki, Şahid7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları X50, Şahid3, X38 və Şahid2 X47 barəsində keçirdikləri əməliyyat-axtarış tədbirində hal şahidi qisimində çıxış etmiş və X28 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-879/2019 saylı hökmünün surətindən (cild 3, iş vərəqə 223-234) görünür ki, Şahid7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları X50, Şahid3, Şahid2 və X13 Tərlanov Rusif Eldarxan oğlu barəsində keçirdikləri əməliyyat-axtarış tədbirində hal şahidi qisimində çıxış etmiş və Tərlanov Rusif Eldarxan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-390/2019 saylı hökmünün surətindən (cild 3, iş vərəqə 124-131) görünür ki, Şahid7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları Şahid4 və Şahid5 Şahid1 barəsində keçirdikləri əməliyyat-axtarış tədbirində hal şahidi qisimində çıxış etmiş və Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-439/2019 saylı hökmünün surətindən (cild 4, iş vərəqə 9-13) görünür ki, Şahid7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları Şahid3, Şahid4 və X32 X39 barəsində keçirdikləri əməliyyat-axtarış tədbirində hal şahidi qisimində çıxış etmiş və X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-360/2019 saylı hökmünün surətindən (cild 3, iş vərəqə 133-141) görünür ki, Şahid6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları Şahid4 və X29 X60 barəsində keçirdikləri əməliyyataxtarış tədbirində hal şahidi qisimində çıxış etmiş və X40 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1129/2019 saylı hökmünün surətindən (cild 3, iş vərəqə 213-221) görünür ki, Şahid6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları Şahid4, X45, Şahid2 və X23 X52 barəsində keçirdikləri əməliyyat-axtarış tədbirində hal şahidi qisimində çıxış etmiş və X34 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-178/2020 saylı hökmünün surətindən (cild 4, iş vərəqə 28-54) görünür ki, Şahid7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşlarının X53 barəsində keçirdikləri əməliyyat-axtarış tədbirində hal şahidi qisimində çıxış etmiş və X35 və qeyrisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmədə baxılarkən şahid qismində ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Sumqayıt şəhər Probasiya Şöbəsinin 19 nömrəli cavab məktubundan (cild 3, iş vərəqə 239) görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və onun həbsdə saxlanıldığı müddət cəzasından çıxılaraq onun üzərində 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. O, üzərində saxlanılmış cəzadan 2 ay 9 gün müddətində cəza çəkmiş və hazırda onun çəkilməmiş cəzası 2 il 3 ay 17 gün təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmündən (cild 1, iş vərəqə 114-119) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X59 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisinin vasitəsi ilə suallar vermiş, həmçinin müdafiəçisi vasitəsi ilə müxtəlif vəsatətlər vermiş və məhkəməyə yeni sübutlar təqdim etmiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittiham mübahisələndirildiyindən məhkəmə hesab edir ki, ittiham tərəfindən sübutetmə ilə əlaqədar olan bütün toplanmış sübutlara ayrı-ayrılıqda hüquqi qiymət verilməli və ittihamda öz əksini tapmış təqsirləndirilən şəxsin bütün hərəkətləri həmin sübutlar əsasında təhlil edilməlidir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuzsaxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsidedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasıdedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. İbtidaiistintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və satmasından ibarətdir. İttiham faktiki olaraq iki epizoddan (hissədən): 1) Təqsirləndirilən şəxs 0,595 qram çəkidə narkotik vasitə heroini xx xxxx 2019-cu il tarixdə yaşadığı evdə 30 manat pulun müqabilində Şahid1 satmasından və 2) Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin 0,874 qram hissəsini 2 (iki) ədəd polietilen bükümlərdə üzərində, 5,271 qram hissəsini isə 11 (on bir) ədəd şəffaf polietilen bükümlərdə yaşadığı fərdi yaşayış evində saxlamasından ibarətdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə hər bir epizod ətraflı şəkildə araşdırılaraq təhhlil edilməli və həmin təhlilin nəticəsindən asılı olaraq təqsirləndirilən şəxsin əməllərinə hüquqi qiymət verilməli, yəni onun əməllərinin cinayət olub-olmaması, olduğu halda hansı cinayət olması, başqa sözlə, onun əməlinin tövsifi məsələsi həll edilməlidir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs 0,595 qram çəkidə narkotik vasitə olan heroini xx xxxx 2019-cu il tarixdə yaşadığı evdə 30 manat pulun müqabilində tanışı Şahid1 satmışdır. Təqsirləndirilən şəxs qeyd edilən hissədə ona irəli sürülmüş ittihamı həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqında verdiyi ifadələri ilə inkar etmişdir. Lakin məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də 0,595 qram çəkidə narkotik vasitə heroini 30 (otuz) manata Şahid1 satmışdır. Göstərilən hallar məhkəmə istintaqında araşdırılmış bir neçə sübutla tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-390/2019 saylı hökmünün surətindən görünür ki, Şahid1 xx xxxx 2019-cu il tarixdə 0,595 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq Təqsirləndirilən şəxs almış və buna görə Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək cəzalandırılmışdır. Şahid1 barəsində olan cinayət işinə məhkəmədə baxılarkən o, ifadəsində 0,595 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Qeyd edilən hallar qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş və Şahid1 irəli sürülmüş ittihamın faktiki hallarını təşkil etmişdir. Məhkəmənin bu hissədə gəldiyi nəticə, həmçinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarına da uyğundur. Belə ki, göstərilən Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Bundan başqa, həmin qərarda Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Məhkəmə yuxarıda göstərilən nəticəyə gələrkən, həmçinin ona istinad etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(006)-390/2019 saylı hökmü Təqsirləndirilən şəxs əleyhinə olan yeganə sübut deyil. Belə ki, hazırki cinayət işi üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində 0,595 qram çəkidə narkotik vasitə heroini xx xxxx 2019-cu il tarixdə qanunsuz olaraq Təqsirləndirilən şəxs aldığını bir daha açıq şəkildə bəyan etmişdir. Bundan başqa, xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7529 nömrəli rəyində Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 (iki) ədəd bükümdəki, onun yaşadığı evdən götürülmüş 11 (on bir) ədəd bükümdəki narkotik vasitə heroinin və Şahid1 üzərindən götürülmüş 11 (on bir) ədəd bükümdəki narkotik vasitə heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olması müəyyən edilmişdir. Qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 1(006)-390/2019 saylı hökmü ilə müəyyən edilmiş hallar, Şahid1 hazırki cinayət işi üzrə ifadəsində bir daha narkotik vasitə heroini Təqsirləndirilən şəxs aldığını bəyan etməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli 7529 nömrəli rəyində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkarlanmış narkotik vasitələrin Şahid1 üzərindən aşkarlanmış narkotik vasitə heroinlə eynilik təşkil etməsi məcmu halda Təqsirləndirilən şəxs 0,595 qram çəkidə narkotik vasitə heroini xx xxxx 2019-cu il tarixdə yaşadığı evdə tanışı Şahid1 satmasını birbaşa sübut edir. Bu səbəbdən də qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Ona görə də məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə irəli sürülmüş birinci epizod üzrə ittihamı, yəni xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs 0,595 qram çəkidə narkotik vasitə heroini (külli miqdar təşkil etməyən miqdar) yaşadığı evdə Şahid1 satmasını sübuta yetirilmiş hesab edir. İttihamın digər epizoduna (hissəsinə) gəldikdə isə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirində ciddi hüquq pozuntularına yol verilmişdir. Həmçinin, həmin əməliyyat tədbirinin keçirilməsi məqsədi ilə yaradılmış qrupun rəhbəri olmuş (tədbir keçirilərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşı olmuş) Şahid2 tərəfindən qeyd edilən tədbir həyata keçirilərkən və bilavasitə təqsirləndirilən şəxsin əleyhinə çoxsaylı sübutlar əldə edilərkən kifayət qədər ciddi nöqsanlara yol verilmişdir. Belə ki, müdafiəçi tərəfindən haqlı olaraq məhkəməyə təqdim edilmiş 18 (on səkkiz) sayda təsdiq edilmiş məhkəmə hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və onun yaşadığı evdə baxış keçirilərkən (hər iki prosessual hərəkətlərdə) Şahid7 əksəriyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən müxtəlif şəxslər barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərində (hamısı narkotik vasitələrlə əlaqəlidir) 16 dəfə, Şahid6 isə 2 dəfə hal şahidi qismində çıxış etmişdir. Bununla da həm Şahid7, həm də Şahid6 narkotik vasitələrlə bağlı əməliyyataxtarış tədbirlərində mütəmadi olaraq hal şahidi qismində çıxış etmələri aşkar şəkildə məlum olur. Başqa sözlə, məhkəmə istintaqında tədqiq edilmiş 18 sayda məhkəmə hökmləri əsasında Şahid7 və Şahid6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları ilə, o cümlədən Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərini bilavasitə həyata keçirən və həmin əməliyyata rəhbərliyi həyata keçirmiş polis əməkdaşı Şahid2lə qeyri-prosessual münasibətlərinin olması açıq aşkar görünür. Qeyd edilən hallar faktiki olaraq cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə tərəfindən Şahid7 dindirilməsi məqsədi ilə onun məhkəmə iclaslarında iştirakının təmin edilməsi ilə əlaqədar bütün cəhdlərin edilməsinə, hətta məhkəmə tərəfindən onun barəsində məcburi gətirmə barədə qərarın çıxarılmasına baxmayaraq, səlahiyyətli polis orqanı tərəfindən onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Buna əsas kimi Şahid7 qeydiyyatda olduğu yerdə yaşamaması və harada olması barədə məlumatın olmaması göstərilmişdir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən onun 16 müxtəlif şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərində hal şahidi qismində iştirakının təmin edilməsi özüözlüyündə şübhəlidir və ciddi suallar doğurur. Bu səbəbdən də məhkəmə Şahid7 və Şahid6 Təqsirləndirilən şəxs barəsində keçirilmiş hər iki prosessual hərəkətlərdə iştiraklarını mütəmadi iştirak kimi qəbul edir və bu kimi hallara tənqidi yanaşır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 94-cü maddəsinə - əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. Qeyd edilən prosessual hüquq normasının tələbi - hal şahidinin cinayət prosesində şəxsi marağının olmamasını tələb edir. Lakin Şahid7 və Şahid6 əksəriyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirlərində iştirakları onların həmin polis əməkdaşları ilə “əməkdaşlıq” etmələrinə və bilavasitə cinayət prosesində maraqlı olmalarına dəlalət edir. Məhkəmə bununla əlaqədar qeyd edir ki, hər hansı təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham ancaq şübhə doğurmayan və şəffaf şəkildə əldə edilmiş sübutlar əsasında təsdiq oluna bilər. Bu mənada ittiham tərəfinin əldə etdiyi sübutlar həm qanuni olmalıdırlar, həm də kənar obyektiv müşahidəçidə heç bir şübhə doğurmamalıdırlar. Lakin təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş 18 sayda məhkəmə hökmlərindən Şahid7 və Şahid6 mütəmadi şəkildə məhz narkotik vasitələrlə bağlı əməliyyat tədbirlərində hal şahidi qismində çıxış etmələri tam təsdiq olunur. Qeyd edilən hallar Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyataxtarış tədbirlərinin şəffaflığına açıq şəkildə şübhə yaradır və bu məsələ məhkəmədə təəssüf hissi doğurur. Əməliyyat-axtarış tərdbirlərində şəffaflığın olmaması və əməliyyataxtarış tədbirlərini həyata keçirən polis əməkdaşlarının hal şahidi qismində çıxış edən şəxslərlə qeyri-prosessual münasibətlərdə olması qanunsuzdur və Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmış insan və vətəndaş hüquq və azadlıqlarına birbaşa qəsddir. Digər tərəfdən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs tutulduğu vaxt və təqsirləndirilən şəxs qisməndə cəlb edildiyi vaxt ifadə verməmiş və heç bir sənədi imzalamamışdır. O, ibtidai istintaqın sonraki mərhələlərində ifadə verərək bildirmişdir ki, evdə olarkən onun yaşadığı evə Şahid9 və Şahid8 adlı şəxslər gəlmişlər, Rəşad evə daxil olan kimi masanın üzərinə narkotik vasitə və 1 (bir) ədəd tərəzini qoymuş, o, Mübarizdən nəyin baş verdiyini soruşduqda Mübariz ayaqyoluna gedib gəldikdən sonra izah edəcəyini bildirmiş, Mübariz bir neçə dəqiqəlik ayaqyoluna gedib qayıtdıqdan sonra evə çoxlu sayda mülki geyimli polis əməkdaşları daxil olmuşlar, həmin polis əməkdaşları onun evində masanın üzərində olan narkotik vasitənin və tərəzinin ona aid olmasını qəbul edərək etiraf etməyi ya da onlarla “əməkdaşlıq” edərək digər şəxslərin barəsində polislərə məlumat verməsini tələb etmişlər, o, bundan imtina etdikdə isə Rəşadın onun evinə gətirdiyi narkotik vasitə heroinin və 1 (bir) ədəd tərəzinin ona aid olmasını boynuna qoymaq istəmişlər. Təqsirləndirilən şəxsin ibtidai istintaqın sonraki mərhələlərində verdiyi bütün ifadələri, o cümlədən məhkəmə istintaqında verdiyi ifafəsi qeyd edilənlərdən ibarət olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularkən ona işgəncənin verilməsi barədə prokurorluğua müraciət etmiş və onun şikayəti əsasında araşdırma aparılmışdır. Araşdırmanın nəticəsində onun şikayəti əsassız sayılmışdır. Məhkəmə istintaqında Şahid9 başqa digər şahidlər Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təqzib etmişlər. Lakin məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq dövründə verdiyi ifadədən tamamilə fərqli məzmunda ifadə verərək sanki Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri bütün əhəmiyyətli halları təsdiq etmişdir. Şahid9 öz ifadəsində və cinayət prosesinin iştirakçılarının suallarına verdiyi cavablarda, həmçinin bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə o, Rəşadla birlikdə Bakı şəhərinə gəlmiş və onlar birlikdə Elşənin yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən evinə getmişlər. Onların ora getməkdə məqsədləri Təqsirləndirilən şəxs yenidən narkotik vasitə almaq olmuşdur. O və Rəşad Elşənin evinə daxil olduqdan sonra masa arxasına oturmuşlar. O, şəkər xəstəsi olduğundan ayaqyoluna getmişdir. O, ayaqyolundan evə qayıtdıqda, Elşənin evinə polislər daxil olmuşlar və Elşəni tutmuşlar. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün gəlsələr də, polislər onu və Rəşadı tutmamışlar. Onlar Elşənin yaşadığı evdən çıxdıqdan sonra Rəşad Elşənin narkotik vasitə satmasından narazı olduğundan bu barədə polislərə məlumat verdiyini və polislərin onun məlumatı əsasında Elşəni tutduqlarını ona bildirmişdir. Şahid9 qeyd edilən hissədə ifadəsi üç məsələ baxımından əhəmiyyətlidir. Birincisi ona görə ki, onun ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ittiham akktında göstərildiyi kimi yaşadığı evin yaxınlığında deyil, əksinə polis əməkdaşlarının Təqsirləndirilən şəxs evinə daxil olması nəticəsində tutulmuşdur. İkinci məsələ ondan ibarətdir ki, Şahid9 ifadəsindən Şahid8 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları ilə “əməkdaşlıq” etməsi, yəni faktiki olaraq “gizli agent” kimi istifadə edilməsi sezilir. Üçüncü məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxsla Şahid9 ifadələri üst-üstdə düşdüyündən həmin ifadələr inandırıcı görünür. Belə olduğu halda isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən Şahid8 və Şahid9 tutulmamaları ümmiyyətlə şübhə doğurur. Prosessual qanunvericiliyə əsasən isə bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh olunur və şübhələr əsasında təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz, eləcə də cəzalandırıla bilməz. Məhkəmə hesab edir ki, bu hissədə qeyd edilən məsələlər də Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkarlanmış narkotik vasitələrlə bağlı əməliyyatın şəffaflığına, bütövlükdə isə ittihamın bu hissədə qanuniliyinə və obyektivliyinə mənfi mənada ciddi təsir göstərir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən - Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, eləcə də istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və onun yaşadığı evdə baxış keçirərkən mütəmadi olaraq hal şahidi qismində çıxış edən və bir növ “xidməti vəzifələrini” icra edən Şahid7 və Şahid6 cəlb etmişlər. Bu isə qanunvericiliyin tələblərinin pozulması deməkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və yaşadığı evə baxış keçirilməsi, o cümlədən maddi sübut qismində külli miqdar narkotik vasitə heroinin və 1 (bir) ədəd elektron tərəzinin götürülməsi ilə bağlı bütün prosessual hərəkətlər, onların gedişatını əks etdirən protokollar və keçirilmiş əməliyyatla bağlı digər prosessual sənədlər qanunun tələblərinin pozulması ilə əldə edildiyindən qanunsuz hesab olunmalıdırlar. Ona görə də Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış nəticəsində və onun yaşadığı evə baxış keçirilməsi zamanı aşkarlanmış narkotik vasitələrin onun tərəfindən qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması hallar məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, əməliyyata rəhbərliyi həyata keçirmiş polis əməkdaşı Şahid2 barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə hesab edir ki, ibtida istintaq orqanı təqsirləndirilən şəxsin əməllərini tövsif edərkən yuxarıda qeyd tələbləri nəzərə almamış və nəticədə onun əməllərini düzgün tövsif etməmişdir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs 0,595 qram çəkidə narkotik vasitə heroini (külli miqdar təşkil etməyən miqdar) yaşadığı evdə 30 manat pulun müqabilində Şahid1 satması hissəsində Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham məhkəmə istintaqında təsdiq olunmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi külli miqdarda 6,145 qram çəkidə narkotik vasitə heroinin 0,874 qramını 2 (iki) ədəd polietilen bükümlərdə üzərində, 5,271 qramını 11 (on bir) ədəd şəffaf polietilen bükümlərdə yaşadığı evdə saxlamasına dair sübutlar qanunsuz şəkildə əldə edildiyindən və bu səbəbdən də qanunsuz hesab edildiyindən qeyd edilən hissədə ittiham sübuta yetirilməmişdir. Bu hissədə ittihamın sübuta yetirilməməsinə səbəb Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərində Şahid7 və Şahid6 mütəmadi şəkildə hal şahidi qismində çıxış etmələri və onların əməliyyat-axtarış tədbirlərini həyata keçirən polis əməkdaşları ilə qeyri-prosessual və qeyri-rəsmi münasibətlərinin olması halları olmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edir və hesab edir ki, onun əməlində məhz qeyd edilən cinayət əməlinin bütün tərkib əlamətləri var. Cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, evli və cavan olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində onun cəzasını ağırlaşdıran hal və ya hallar yoxdur. Bununla bağlı, məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə, onun üzərində 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasına və üzərində ödənilməmiş məhkumluğu olduğu dövrdə onun tərəfindən yenidən qəsdən cinayətin törədilməsinə baxmayaraq, bu cinayətlərin residivini yaratmır. Belə ki, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən - residiv müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, onun əməlində cəzanı ağırlaşdıran halların olmadığını, onun əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ayrı-ayrılıqda iki dəfə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına və sonuncu dəfə azadlıqdan məhrum etmə cəzasına nisbətdə daha yüngül cəzaya məhkum edilməsinə baxmayaraq, onun həmin cəzalar əsasında islah olunmadığını, əksinə narkotik vasitələrlə əlaqəli cinayətləri törətməyə meyilli olduğunu, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasına uyğun həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsinin sanksiyasına uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təyin edilmiş və çəkilməmiş 2 il 3 ay 17 gün azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə 1 il 1 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx xxxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2244 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, müalicə olunmalıdır. Həmçinin, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsində saxlanılan qalıq çəkisi 5.945 qram təşkil edən narkotik vasitə heroin, Şahid1 aşkar edilmiş ümumi təmiz çəkisi 0.595 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təyin edilmiş və çəkilməmiş 2 il 3 ay 17 gün azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə 1 il 1 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsində saxlanılan qalıq çəkisi 5.945 qram təşkil edən narkotik vasitə heroin, Şahid1 aşkar edilmiş ümumi təmiz çəkisi 0.595 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar