Məhkəmə qərarları › İş №1(101)-327/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-327/2021

16.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-327/2021 16.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri X2 və X3 iştirakı ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 4, ev 1-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, 2 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 10, mənzil 52-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, мüəyyən e t d i: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz əldə edib, saxlamaqla daşımış və satmışdır; belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 qeyriləri ilə narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlamaqla daşıma və satma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan qrupun digər üzvü tərəfindən naməlum vaxtda, şəraitdə və yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 1.235,282 qram narkotik vasitə heroin, külli miqdarda - 1.910 qram narkotik vasitə tiryək, külli miqdarda - 1.015 qram narkotik vasitə qurudulmuş marixuananı və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan külli miqdarda - 102,303 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib saxlayaraq qanunsuz olaraq Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsinə daşımış, orada naməlum vaxtda 1.005 qram heroini və 102,303 qram metamfetamini cinayətkar sövdələşməyə əsasən satıb pulunu sonradan vermək şərti ilə tanışı Təqsirləndirilən şəxs2 vermiş, bu bərədə daxil olmuş məlumata əsasən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 mart 2020-ci il tarixdə saat 1 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanın qarşısında saxlanılıb idarə etdiyi “Mersedes Benz“ markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə adı çəkilən idarəyə dəvət edilmiş və həmin gün saat 03:50 radələrindən Baş İdarədə Təqsirləndirilən şəxs1 icazəsi və iştirakı ilə qeyd edilən avtomobilə baxış keçirilərkən sonuncunun satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı arxa yük yerindən külli miqdarda - 1.015 qram tərkibində narkotik maddələr olan (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda - 1.910 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və həmin avtomobilin sol qabaq oturacağının alt hissəsindən külli miqdarda - 230,282 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz əldə edib, saxlamaqla daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən törətdiyi cinayətə görə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Cinayətlər Məhkəməsinin 15 iyul 2009-cu il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən tanışı Təqsirləndirilən şəxs1 və qeyriləri ilə narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlamaqla daşıma və satma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan qrupun digər üzrü tərəfindən naməlum vaxtda, şəraitdə və yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 1235,282 qram narkotik vasitə heroin, külli miqdarda - 1910 qram narkotik vasitə tiryək, külli miqdarda - 1015 qram narkotik vasitə qurudulmuş marixuananı və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan külli miqdarda - 102,303 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib saxlayaraq qanunsuz olaraq Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsinə daşımış, orada naməlum vaxtda 1005 qram heroini və 102,303 qram metamfetamini cinayətkar sövdələşməyə əsasən satıb pulunu sonradan vermək şərti ilə tanışı ona vermiş, bu bərədə daxil olmuş məlumata əsasən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 mart 2020-ci il tarixdə saat 01;00 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı(bəs Ceyhun tutulması və onda narkotik aşkar edilməsi hanı?????) Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanın qarşısında saxlanılıb idarə etdiyi “Mersedes Benz” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə adı çəkilən idarəyə dəvət edilmiş və həmin gün saat 03:50 radələrindən Baş İdarədə Təqsirləndirilən şəxs1 icazəsi və iştirakı ilə qeyd edilən avtomobilə baxış keçirilərkən sonuncunun satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı arxa yük yerindən külli miqdarda - 1015 qram tərkibində narkotik maddələr olan (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda -- 1910 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və həmin avtomobilin sol qabaq oturacağının alt hissəsindən külli miqdarda - 230,282 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 verdiyi məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs2 12 mart 2020-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanda saxlanılaraq, adı çəkilən idarəyə dəvət edilmiş və həmin gün saat 16:20 radələrində orada aparılmış şəxsi axtarış və götürmə zamanı sonuncunun əlindəki torbadan satış məqsədilə əldə edib daşımaqla saxladığı külli miqdarda - 1.005 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda - 102,303 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtomobillərin alqı-satqısı və təmir ilə məşğul olduğundan 11 mart 2020-ci il tarixdə gecə təxminən saat 23 radələrində Bakı şəhəri 6-cı mikrorayonda olan avtomobilə baxmaq üçün oraya yollanmış, 6-cı mikrorayonda həmin avtomobilə baxmış və həmin vaxt tanışı Təqsirləndirilən şəxs2 ona zəng etmiş, Ceyhun özündə əzilmiş avtmobil olduğunu bildirmiş və gəlib həmin avtomobilə baxmasını xahiş etmiş, o, Ceyhunla Gənclikdə görüşmüş, avtomobilə baxmış, lakin avtomobilin altına baxa bilmədiyi üçün Nərimanov rayonu ərazisində Montin qəsəbəsində bazarın yaxanlığındakı avtoyuma məntəqəsinə daxil olub avtomobilin altına baxmaq istələr də, məntəqədə yer olmadığından avtomobilin altına baxa bilməmiş, Ceyhuna avtomobili yaşadığı Buzvona qəsəbəsinə gətirməyi, orada altına baxacağını və əzilmiş yerini düzəltdirəcəyini bildirmiş və Ceyhundan ayrılmış, Qara Qarayev metrostansiyasının yaxınlığına gələrək «Qrand» marketə daxil olmuş, avtobilinin kreditini ödəmək üçün ödəmə aparatına yaxınlaşarkən 3 nəfər tanımadığı şəxs əl və qolunu buraraq özlərini Narkotiklərlə mübarizə idarəsinin əməkdaşları kimi təqdim edib onu öz avtomobilina əyləşdirmişlər, təxminən 40 dəqiqə-1saat ərzində idarə etdiyi Mercedes markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilində axtarış aparılmış, avtombilinin hər yerinə, o cümlədən yük yerinə baxılmış, lakin qanunsuz heç nə aşkar edilməmişdir, bundan sonra polis əməkdaşları onu Baş Narkotiklərə Mübarizə İdarəsinə aparmışlar, səhəri gün yəni 12 mart 2020-ci il tarixdə saat 12-ə qədər ona işgəncələr verilmiş, o, narkotik vasitələr, onların satışı ilə heç bir əlaqəsi olmadığını bildirmiş, üzərində olan 700 manat pul da polis əməkdaşları tərəfindən götürülmüş və ona cəmi 20 manat pul qaytarılmış, polislər tərəfindən ona Təqsirləndirilən şəxs2 şəkli göstərilmiş və Ceyhunu tanıyıb-tanımadığı soruşulmuş, o, Təqsirləndirilən şəxs2 onun dostu olduğunu bildirmiş, həmin vaxt Ceyhunun şəkildə qandalda olduğunu görüb səbəbini soruşarkən polis əməkdaşları ona bir gün əvvəl Ceyhunla görüşüb Ceyhuna narkotik vasitə verdiyini bildirmişlər, o, bunu inkar edərək, Ceyhunla avtomobil satışı ilə bağlı görüşdünü onlarla bildirmiş, polis əməkdaşları ona hədə qorxu gələrək əgər Ceyhuna narotik vasitə verdiyini boynuna almasa onun ailə üzvlərinə işgəncə verəcəklərini və bunu ona canlı olaraq telefon vasitəsilə nümayiş etdirəcəklərini bildirmişlər, bundan sonra o, polis əməkdaşlarının təklifi ilə razılaşmış, onların verdiyi bütün sənədləri imzalamışdır; evində baxış keçirilərkən özünə məxsus 80 qram qurudulmuş marixuananı polis əməkdaşlarına özü təqdim etmiş, həmin narkotik vasitədən başqa evində və avtomobilində hər hansı növdə narkotik vasitələr və psixotrop maddələr olmamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə olan marixuana istifadə edir. Əvvəllər tanıdığı X5 vətəndaşı Əhəd adlı şəxsə zəng edib ondan narkotik vasitə istəmiş, Əhədlə danışdıqdan sonra Əhəd ona marixuana, tiryək, heroin və metamfetamin, o isə Əhədə 12.000 manat pul verəcəyi barədə razılaşmışlar. Əhəd narkotik və psixotrop maddələrin Azərbaycan Respublikasında olduğunu və deyəcəyi vaxt, dediyi yerdən götürməyi demişdir. Bir neçə gündən sonra, narkotik vasitənin və psixotrop maddənin Lənkəran şəhərində qoyulduğu yerin şəklini onun istifadəsində olan mobil telofonun WatsAppına göndərməli olmuş, o da narkotik vasitəni və psixotrop maddəni götürdükdən sonra telefonla ona deyiləcək nömrəyə pul «vurmalı» olmuşdur. 11 mart 2020-ci il tarixdə narkotik vasitələri və psixotrop maddələri Lənkəran şəhərində olan yolun kənarında olan «plakatın» yanına qoyulduğu Əhəd vasitəsi ilə ona deyilmiş, gedib narkotik vasitəni və psixotrop maddəni deyilən yerdən götürmüş və Bakı şəhərinə Nərimanov rayonu Montin qəsəbəsinə gətirmiş, əvvəllər tanıdığı narkotik vasitə və psixotrop maddə qəbul etdiyini bildiyi Ceyhun adlı şəxsə təxminən 700 qram heroin və xatırlamadığı çəkidə metamfetamin vermişdir. Ceyhuna verdiyi narkotik vasitənin və psixotrop maddənin pulunu almamış, sonuncuya narkotik vasitəni və psixotrop maddəni satdıqdan sonra pulunu verməyi demişdir. Ceyhunda narkotik vasitəni və psixotrop maddəni ondan götürərək getmişdir. 12 mart 2020-ci il tarixdə saat təxminən 1 radələrində Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən 38 saylı binanın qarşısında icarəyə götürüdüyü qara rəngli, Mercedes markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayıb mağazaya getmək istəyərkən, 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduqlarını bidirib ona özünü təqdim etməyi və anket məlumatlarını deməyi təklif etmişlər, polis əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, üzərində qeyri-qanuni prediment və ya narkotik vasitə varsa təqdim etməyi təklif etmişlər, üzərində narkotik vasitə olmadığını və idarə etdiyi Mercedes markalı az ** BM *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücü tərəfdəki oturacağın altında narkotik vasitə olan heroin olduğunu və avtomaşının yük saxlanc yerində olan ehtiyat təkərinin içərisində tiryək və marxuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsində otaqların birində hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı ona təqdim edilmişdir. Təqdim edilən siyahıda istənilən vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etməmiş və vəkil X7 dəvət edilərək ona təqdim edilmişdir. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə avtomaşına baxış keçirmiş, avtomaşında qoyduğu narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitə olan bükümlər 3 (üç) ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, onun və iştirakçılar tərəfindən imzalanmışdır. Avtomaşına baxış keçirilməsi haqqında tərtib olunmuş protokol da imzalanmışdır. Əməliyyat-axtarış tədbiri «İphone» markalı mobil telefon vasitəsilə çəkilmış və bu barədə əvvəlcədən ona məlumat verilmişdir. Bundan sonra polis əməkdaşlarına tanıdığı Təqsirləndirilən şəxs2 narkotik maddə heroin və psixotrop maddə metamfetamin verdiyini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 11 mart 2020-ci il tarixdə gecə saat təxminən 23 radələrində dostu Təqsirləndirilən şəxs1lə görüşərək satmaq istədiyi avtomobilini ona göstərmiş, bundan sonra Əmirdən ayrılaraq yaşadığı Abşeron rayonu Yeni Masazır qəsəbəsinə getmiş, 12 mart 2020-ci il tarixdə saat 12 radələrində azyaşlı bacısı oğlu ilə evdən çıxarkən üzərinə 3-4 mülki geyimli şəxs hücum çəkərək Narkotiklərlə mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirmşlər, onlarla süpürləşmiş, polis əməkdaşları onu evinin blokuna salaraq qapını bağlamış, sonra isə evinə aparmışlar, ona Təqsirləndirilən şəxs1 narkotik vasitə aldığını bildirmişlər, o, Əmirdən narkotik vasitə almadığını, Əmirlə avtomobillə əlaqədar görüşdüyünü demiş, təxminən yarım saat evində gözləmişlər, polis əməkdaşları anasını və bacısını digər otağa keçirərək, onun yanında olmalarına imkan verməmişlər, polis əməkdaşlarından biri əgər onların dediklərini təsdiq etməsə, onların dediyi kimi ifadə verməsə anasını və bacısını Narkotiklərlə mübarizə idarəsinə aparacaqlarını dediklərindən onların bütün təklifləri ilə razılaşmş, qarşısına qoyulmuş bütün sənədlərə imza etmişdir; Təqsirləndirilən şəxs1 ona narkotik vasitə verməmiş və onun özündə də narkotik vasitələr olmamışdır, ibtidai istintaq zamanı polis əməkdaşlarını təzyiqi altında etirafedici ifadələr verərək imzalamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 göstərmişdir ki, əvvəllər məhkum olunmuş, təxminən 13 ildir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 11 mart 2020-ci il tarixdə saat təxminən 21 radələrində əvvələr tanıdığı Təqsirləndirilən şəxs1lə Nərimanov rayonu Montin qəsəbəsində görüşmüş, sonuncu həmin vaxt ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vermiş və heroini Əhəd adlı İran İslam Respublikasının vətəndaşının zəng edib deyəcəyi adama verməsini tapşırmışdır, narkotik vasitə olan heroini və metamfetamini Əmirdən götürmüş və yaşadığı Abşeron rayonuna getmişdir. 12 mart 2020-ci il tarixdə saat təxminən 12 radələrində evdən çıxıb getmək istəyərkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduqlarını demişlər. Polis əməkdaşlarına anket məlumatları barədə məlumat vermiş, bundan sonra polis əməkdaşları ona narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demiş və onu Baş İdarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiəsi məqsədi ilə vəkil təqdim olunmuş, sonra barəsində tutma haqqında qərar qəbul edilərək, qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olmada şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etməmiş və videoçəkilişlə üstünə baxış keçirilmiş, ilk olaraq üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Əlində olan sellofan torbanın içərisində heroin və metamfetamin olduğunu bildirmişdir. “Huavey” markalı mobil telefonu istintaq əhəmiyyətli olduğundan götürülmüş, bundan sonra təqdim etdiyi əşya və maddələr müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Baxış iştirakçıları ilə birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 11 mart 2020-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşları ilə qabaqcadan əlbir olub ölkə ərazisinə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri keçirərək mütəmadi olaraq Abşeron rayonu və Bakı şəhəri, Nizami rayonunda satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmış, 12 mart 2020-ci il tarixdə saat 01:00-da radələrində tədbir iştirakçıları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 38 saylı binanın qarşısında «Mercedes Benz» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlanılmış, Təqsirləndirilən şəxs1 anket məlumatları haqqında məlumat verdikdən sonra sonuncuya narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olunduğu barədə məlumat verildi və üzərində və əlində qeyri-qanuni predmet və ya narkotik vasitə olduğu halda təqdim edilməsi təklif edildi, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olmadığını, lakin etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdə olan oturacağın altında narkotik vasitə olan heroin olduğunu, avtomobilin yük saxlanc yerində olan ehtiyat təkərin içəri hissəsində tiryək və marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobil ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 3 saylı vəkil bürosnun vəkili X7 dəvət olunaraq Təqsirləndirilən şəxs1 təqdim edilmiş, sonuncu hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etiraz etməmişdir. Onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmış, sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulma barədə müvafiq protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olmaqda şübhəli billindiyi, bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 etiraz etməmiş, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuş, baxış “İphone” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olduğu halda könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, sol cibindən avtomobil açarı, əynində olan boz rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd qara rəngli pul kisəsi aşkar edilmiş, həmin pul kisəsinə baxış zamanı içərisində Təqsirləndirilən şəxs1 məxsus pasport, avtomobili idarə etməsi üçün etibarnamə aşkar edilmiş, “Samsung” markalı mobil telefon və pasportu istintaq zərurəti ilə əlaqədar götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 saxlanıldığı zaman idarə etdiyi avtomobilində narkotik vasitə saxladığını bildirdiyi üçün avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığına dair ərizə yazmışdır. 12 mart 2020-ci il tarixdə saat 03:50-də Baş narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının həyətində olan “Mercedes Benz” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış “İphone” markalı mobil telefonu vasitəsilə videoçəkiliş aparılmaqla həyata keçirilmiş, Təqsirləndirilən şəxs1 avtomobilin sol sürücü tərəfinə yaxınlaşaraq avtomobilin ön sol oturacağının altında narkotik vasitə saxladığını bildirmiş, daha sonra həmin yerdən 1 ədəd rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli maddəni təqdim etmiş və həmin maddənin narkotik vasitə heroin olduğunu demişdir. Həmin maddə təhqiqatçı tərəfindən 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, bundan sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin arxa hissəsində yerləşən yük baqajında, narkotik vasitələr tiryək və marixuana saxladığını bildirmiş, avtomobilin yük hissəsinə baxış zamanı orada olan ehtiyat təkərin içərisindən 2 ədəd rəngli sellofanlara bükülmüş maddələr olduğu aşkar edilmiş, Təqsirləndirilən şəxs1 həmin sellofanlardan birinin içərisində narkotik vasitə tiryək, digər sellofanda marixuana olduğunu bildirmişdir. Həmin sellofanlar açılaraq baxış keçirilmiş, baxış zamanı sellofanlardan birinin içərisində narkotik vasitə marixuanaya oxşar, yaşıl rəngli qurudulmuş maddə aşkar olunmuş, digər sellofanda narkotik vasitə tiryəkə oxşar, qəhvəyi rəngli maddə aşkar olunmuş və həmin bükümlər kağız zərfdə qablaşdırılmaqla “DİN-in zərflər üçün № 7” möhürü ilə möhürlənmişdir. Baxış keçirilməsinə dair protokol tərtib olunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 yerinin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin davam etmiş, Təqsirləndirilən şəxs2 əməliyyat qrupu tərəfindən 12 mart 2020-ci il tarixdə saat 12:00 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılmış, Təqsirləndirilən şəxs2 narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və sonuncu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşdur. Baş İdarədə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məqsədi ilə Bakı şəhəri 3 saylı vəkil bürosnun vəkili X4 dəvət olunaraq Təqsirləndirilən şəxs2 təqdim edilmiş və sonuncu etiraz etməmişdir. Onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmış, sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutma barədə müvafiq protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilmişdir. Sonuncuya külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satış ilə məşğul olmada şübhəli billindiyi, bununla bağlı videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçiriləcəyi bildirilmiş, Abışov etiraz etməmişdir. Baxış keçirilməzdən əvvəl Abışova hüquq və vəzifələri izah edilmiş, baxış “İphone” markalı mobil telefon vasitəsilə həyata keçirilmiş, sonuncuya üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əvvəlcə əlində olan ağ rəngli torbanı təqdim edərək içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmiş, baxış zamanı həmin torbanın içərisində olan 2 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə bükümlər aşkar edilmiş, həmin bükümlər açılarkən oradan sarı rəngli kəskin iyə malik narkotik vasitə olan heroinə və psixotrop maddə metamfetaminə bənzəyən maddələr aşkar olunmuşdur. Aşkar olunmuş 2 ədəd şəffaf sellofan bükülü 2 ədəd kağız zərfə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün №7” möhürü ilə möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 şalvarının sağ yan cibində aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon istintaq zərurəti ilə əlaqədar olaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitə heroini əvvəllər tanıdığı “Əmir” adlı şəxsdən tutulmamışdan bir gün əvvəl aldığını, psixotrop maddə metamfetamini Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Lökbatan” dairəsi deyilən ərazidə yerdən tapdığını demişdir. Baxış keçirilməsinə dair tərtib olunmuş protokol iştirakçılar və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid3 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 12 mart 2020-ci il tarixli 6/154 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin sol qabaq oturacağının altından aşkar edilmiş.....”yazısı olan paketdəki, 1 (bir) ədəd torbada, təmiz çəkisi 230,282 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; tədqiqata təqdim edilmiş, üzərində: “Vət. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin arxa baqajindan əşkar edilmiş....” yazısı olan paketdəki, içərisində, 1 (bir) ədəd parça kisənin içərısmdə, təmiz çəkısı 1.910 qram (1 kq 10 qr) tünd qəhvəyi rəngli, qətranabənzər, spesifik iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir; heroin və tiryək müxtəlif növ narkotik vasitələr olduğu üçün, onların arasında müqayisəli tədqiqat aparılmalıdır (1-ci cild iş vərəqi 66-69). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 12 mart 2020-ci il tarixli 7/50 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 avtomobilin baqajından aşkar edilərək götürülmüş...” sözləri yazılmış polietilen torbada təmiz çəkisi 1.015 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (1-ci cild iş vərəqi 70-72). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 12 mart 2020-ci il tarixli 6/155 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş...”yazısı olan paketdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 1.005 qram (1 kq 5 qr) qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; tədqiqata təqdim edilmiş, üzərində: "Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamlnə bənzər maddə götürülmüş..." yazısı olan paketdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 102,303 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; Təqsirləndirilən şəxs2 götürülmüş heroin, vət. Təqsirləndirilən şəxs1 götürülmüş heroinlə (6/154 saylı ekspert rəyi), xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir (1-ci cild iş vərəqi 73-76). İşdə olan ambulator məcburi məhkəmə-narkoloji ekspertiza üzrə 22 iyun 2020-ci il tarixli 1701 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur; narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır; məcburi müaliciyə əks göstərişi yoxdur; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 58-59). İşdə olan ambulator məcburi məhkəmə-narkoloji ekspertiza üzrə 6 iyul 2020-ci il tarixli 1850 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; məcburi müaliciyə əks göstərişi yoxdur; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 56-57). İşdə olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin 9 aprel 2020-ci il tarixli 2712 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatlarına görə xəstəxanada müalicədə olmamışdır (1-ci cild iş vərəqi 220). İşdə olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin 9 aprel 2020-ci il tarixli 2720 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatlarına görə xəstəxanada müalicədə olmamışdır (1-ci cild iş vərəqi 221). İşdə olan 12 mart 2020-ci il tarixli “avtomobilə baxış keçirilməsi və götürmə ” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 12 mart 2020-ci il tarixdə saat 01:00 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və həmin gün saat 03 radələrindən **-BM-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz” markalı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa yük yerindən külli miqdarda - 1.015 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda - 1.910 qram çəkidə narkotik vasitə tiryək və həmin avtomobilin sol qabaq oturacağının alt hissəsindən külli miqdarda - 230,282 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 32-33). İşdə olan 12 mart 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 12 mart 2020-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanda saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada həmin gün saat 16 radələrindən keçirilən şəxsi axtarış və götürmə zamanı sonuncunun özü ilə gəzdirdiyi ağ rəngli torbadan külli miqdarda – 1.005 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda - 102,303 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür(1-ci cild iş vərəqi 58-60). İşdə olan Abşeron Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12.03.2020-ci il tarixdə Abşeron rayon ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11.03.2020-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir (1-ci cild iş vərəqi 173-175). İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12.03.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11.03.2020-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir (1-ci cild iş vərəqi 237-238) İşdə olan şübhəli şəxsin tutulması haqqında 12 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 12 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 21). İşdə olan Nərimanov Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 12 mart 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 164-166). İşdə olan şübhəli şəxsin tutulması haqqında 12 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 12 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cildiş vərəqi 51). İşdə olan Nərimanov Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 12 mart 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 167-169). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2 aprel 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 206-207). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2 aprel 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 15 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 6 fevral 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (1-ci cild iş vərəqi 208-209). Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs2 məhkumluğu üzrə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan məhkumluğu ödənilmədən tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin təhlükəli residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdiyi halda cinayətin təhlükəli residivi yaranır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs2 cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin, yəni 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının üçdə ikisindən - 8 il müddətindən az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə zamanı verdikləri ifadələri özlərini və biri-birilərini müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdikləri cinayət əməllərinə görə məsuliyyətlərini yüngülləşdirmək məqsədi daşıyır, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ilə bağlı ibtidai istintaqın ilkin mərhələsində verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ifadələri iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz əldə edib, saxlamaqla daşıması və satması tam təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, tiryək narkotik vasitəsinin külli miqdarının aşağı həddi 50 qram, marixuana narkotik vasitəsinin külli miqdarının aşağı həddi 500 qram, metamfetamin psixotrop maddəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 oğlunun qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, daşıdığı və saxladığı 230,282 qram narkotik vasitə heroin, 1.910 qram narkotik vasitə tiryək və 1.015 qram narkotik vasitə marixuana külli miqdar təşkil edir; Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, daşıdığı və saxladığı 1.005 qram narkotik vasitə heroin və 102,303 qram psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş mötəbər sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onların təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növü və həddi müəyyən edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmamasını və Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3 maddələrinin sanksiyası həddində (Cinayət Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydada) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onların barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmələrinin əvvəli 12 mart 2020-ci ildən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəlinin 12 mart 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmamasını və Cinayət Məcəlləsinin 61.1.1ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəlinin 12 mart 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan ambulator məcburi məhkəmə-narkoloji ekspertiza üzrə 22 iyun 2020-ci il tarixli 1701 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur; narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır; məcburi müaliciyə əks göstərişi yoxdur; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 58-59). İşdə olan ambulator məcburi məhkəmə-narkoloji ekspertiza üzrə 6 iyul 2020-ci il tarixli 1850 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; məcburi müaliciyə əks göstərişi yoxdur; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 56-57). Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilmiş ekspertiza tədqiqatdan sonrakı qalıq qalan 230,102 qram heroin, ekspertiza tədqiqatdan sonra qalıq qalan 1909,65 qram tiryək, ekspertiza tədqiqatdan sonra qalıq qalan 1014,95 qram marixuana və Təqsirləndirilən şəxs2 aşkar edilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 1004,8 qram heroin və ekspertiza tədqiqatdan sonra qalıq qalan 102,203 qram metamfetamin məhv edilməlidir; “avtomobilə baxış keçirilməsi və götürmə” və “şəxsi axtarış və götürmə aparılması” haqqında protokollar tərtib edilərkən mobil telefonla videoçəkilişlər aparılmış və həmin videoçəkilişlərin əlavə edildiyi 2 (iki) ədəd CD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarının dəyəri 317 (üç yüz on yeddi) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və azadlıqdan məhrum etmə cəzasının başlanğıcı12 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və və azadlıqdan məhrum etmə cəzasının başlanğıcı12 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilmiş ekspertiza tədqiqatdan sonrakı qalıq qalan 230,102 qram heroin, ekspertiza tədqiqatdan sonra qalıq qalan 1909,65 qram tiryək, ekspertiza tədqiqatdan sonra qalıq qalan 1014,95 qram marixuana və Təqsirləndirilən şəxs2 aşkar edilmiş ekspertiza tədqiqatdan sonra qalıq qalan 1004,8 qram heroin və ekspertiza tədqiqatdan sonra qalıq qalan 102,203 qram metamfetamin məhv edilsin; avtomobilə baxış keçirilməsi və götürmə və şəxsi axtarış və götürmə aparılması haqqında protokollar tərtib edilərkən mobil telefonla aparılmış videoçəkilişlərin əlavə edildiyi 2 (iki) ədəd CD disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarının dəyəri 317 (üç yüz on yeddi) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar