Məhkəmə qərarları › İş №1(101)-327/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-327/2022

21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-327/2022 21.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1 və Eyvazov Həsən Haqverdi oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1982-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, 26 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 aprel 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə şəxsiyyəti naməlum İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı Məhəmməd adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncu tərəfindən göndərilmiş, təmiz çəkisi 18,742 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini 25 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində naməlum mənbədən qanunsuz olaraq satış məqsədilə əldə edib özündə saxlamaqla daşımış, 26 aprel 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (DİN, BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:15-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 22ci Polis Şöbəsinin (bundan sonra: RPİ, PŞ) inzibati binasına aparılmış və PŞ-də üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən üzərində “Rothmans” yazısı olan bir ədəd siqaret qutusunun içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 18,742 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 26 aprel 2021-ci il tarixdə o, Hövsan qəsəbəsindən dostunun yanına getməsi məqsədilə Bakıya şəhərə gəlmiş, «28 may» metrostansiyasına yaxın ərazidə – «Səməd Vurğun» bağında taksidən düşmüşdür. O, Hövsanda taksiyə minərkən ətrafda kiminsə onu izləməsindən, yaxud da taksidə olarkən kiminsə onu izləməsindən şübhələnməmişdir. Bakıda taksidən düşdükdən 50 metr sonra mülki geyimli təxminən 10 nəfər ona çatıb onu yıxıb yerə uzatmış, qoluma qandal vurmuşlar. Lakin kim olduqlarını, nə üçün belə etdiklərini ona deməmişlər. Lakin polis olduqlarını təqribi bilmişdir. Onu tutuan kimi 22-ci PŞ-yə aparmış, ona “səndə narkotik var” deyib, stolun üstünə bir ədəd “Rotmans” siqaret paçkası qoymuş, içərisində narkotik vasitə olduğunu bildirmişlər. Lakin qutu açılmamış və içərisində nə olduğunu o, görməmişdir. Həmin vaxt onda narkotik vasitə olmadığından o, polisin dediklərini qəbul etməmiş, hətta əl-barmaq izlrinin müəyyənləşdirilməsi üçün siqaret qutusunun ekspertizaya göndərməsini tələb etmişdir. Lakin heç birinə əməl olunmamış, narkotikin ona məxsus olduğunu etiraf etməsi üçün onu döymüşlər. Polisin deməsinə görə guya hansısa iranlı olub, o, narkotiki həmin iranlıdan almışdır. Bundan sonra təhqiqatçı gəlmiş, iki nəfər hal şahidi və Xəyalə adlı bir vəkil dəvət olunmuşdur. Hal şahidləri onun üzünə durmuş, guya onun cibimdən narkotik çıxdığını görmüşdür. Yekunda təhqiqatçı sənədləşmə aparmışdır ki, guya əynində olan şalvarının cibindən “Rotmans” siqaret paçkası çıxarıb təqdim etmiş, qutunun içərisində narkotik vasitə olmuş, həmin narkotiki o, hansısa iranlıdan almışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, əsil həqiqətdə onda heç bir narkotik vasitə olmamış, telefonunda İran vətəndaşının nömrəsi olmamış, o, ümumiyyətlə xarici vətəndaşlarla danışmamışdır. Onun üstünə ümumiyyətlə baxış keçirməmişdir. Polisin sənədləşməsinə görə guya onun cibindən “Rotmans” siqaret paçkası çıxmışdır. Lakin o, heç vaxt “Rotmans” çəkməmiş, o, “Arqo” markalı siqaret çəkmişdir. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və ya satışı ilə məşğul olmamışdır. O, vəkilinə də, sanksiya vaxtı vəkilinə də, ondan narkotik çıxmadığını bildirmişdir. İstintaq zamanı vəkili Xəyalə o, döyülmədən halsız oturarkən ona yaxınlaşıb ondan “kayfdasan?” deyə soruşduqda, o, döşəmənin üzərindəki qanı göstərib döyüldüyünü bildirmişdir. Lakin vəkil qan ləkəsinə baxıb kraska olduğunu demişdir. Sənədləşmə zamanı üzərindən 20 manat pul aşkar olunduğu qeyd olunmuşdur ki, bu da yalandır, onun üzərindən 90 qəpikdən artıq pul çıxmamışdır. O, tutularkən onun üstümdə bir ədəd mobil telefonu və bir nömrəsi olmuşdur. Onun mobil telefonu götürülmüş, telefonunda ona şəkil göstərilmişdir. Onun telefonunda xına şəkli olmuş, həmin şəkli ona göstərilmiş və guya narkotik vasitə olduğu ona bildirilmişdir. Ona göstərilən şəkildə narkotik vasitə və ya iynə olmamış, şəklin narkortiklə heç bir əlaqəsi olmamışdır. O, ibtidai istintaq heç bir ifadə verməmiş və ona görə də təhqiqat materiallarını, adından tərtib olunan ifadələri və ya başqa sənədləri sonadək imzalamamışdır. O, heç vaxt özünü qismən və ya tam təqsirli bilməmiş, heç bir sənədə imza etməmişdir. O, tutulandan sonra şalvarını müstəntiqin qərarına əsasən ekspertlərə göndərmiş, onun cibində narkotik olmadığı barədə rəy verilmişdir. O, bundan əvvəl 4 dəfə cinayət məsuliyyətinə cəlb edilsə də, onun narkotiklərlə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, doğma qardaşı narkotikə qurşandığına görə o, həmişə narkomanlara, narkotik satanlara qarşı çıxmış, narkotiklərə qarşı mübarizə aparmış, narkotik satanları çətinliklə də olsa bir-bir tapıb onları döymüş, narkotiklərini alıb yerə tökmüş, məhv etmişdir. Qardaşının telefonunda olan nömrələrdən tanış olmayanlara və yaxud qardaşımın öz bildirdiyi, qardaşının narkotik aldığı nömrələrə zəng edib narkotik satanları müəyyən etmiş, onlarla narkotik bəhanəsi ilə görüşlər təyin etmiş və görüş zamanı onları döymüşdür. Tutulduqdan sonra narkotik satanların polisin öz adamları olduqlarını, nə məqsədlə tutulduğunu başa düşmüşdür. Belə ki, o, tutularkən tanımadığı əməliyyatçı ona «sən mənə ilişdin» sözlərini demiş, o isə ona «mənə fərqi yoxdur kimin malıdır» cavabını vermişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs heç bir istintaq hərəkəti protokoluna, o cümlədən dindirmə protokollarına imza etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində dindirilməsi haqqında olub sonuncu tərəfindən imzalanmamış protokolların məzmunu məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, protokola əsasən Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək göstərmişdir ki, özü narkotik vasitələrdən çox istifadə etməsə də, arabir narkotik vasitə olan marixuana çəkmişdir. Həmin marixuananı Suraxanı rayonunda müxtəlif tanımadığı şəxslərdən almışdır. Həmin şəxslərin anket məlumatları ona məlum deyil və xarici görünüşlərini xatırlamır. O, həmin vaxtlar narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsindən görünür ki, bir-neçə ay bundan öncə İnstaqram sosial şəbəkəsində olduğu zaman orada daha əvvəllər tanımadığı İran vətəndaşı “Məhəmməd” kimi özünü təqdim edən şəxslə tanış olmuş, həmin şəxslə yazışan zaman o, bildirmişdir ki, özü İran vətəndaşı olaraq orada yaşasa da, Bakı şəhərinin ərazisində narkotik vasitələrin onlayn satışı ilə məşğul olurmuş. Belə ki, “Məhəmməd” adlı şəxs bildirmişdir ki, narkotik almaq istəyən şəxslər ona “PayPoint” onlayn ödəniş sistemi vasitəsi ilə onun qeyd etdiyi hesablara ödənişlər etmiş, ödəniş hesaba keçdikdən sonra “Məhəmməd” Bakı şəhərində olan əlbir olduğu şəxslərə şəhərin müxtəlif öz seçdikləri yerlərə həmin narkotik vasitəni və ya psixotrop maddəni yerləşdirməsini və həmin yerin şəkilini çəkib ona göndərilməsini istəmişdir. Həmin tanımadığı şəxslər narkotik vasitəni və ya psixotrop maddəni şəhərdə öz seçdikləri ünvanda gizli bir yerə yerləşdirmiş və həmin yerin şəkilini çəkərək, “Məhəmməd”ə göndərmişlər. “Məhəmməd” isə həmin yerin şəkilini narkotik vasitəni və ya psixotrop maddəni onlayn almış şəxsə göndərmişdir. Alan həmin şəxs isə göstərilən yerə gedərək, digər şəxslərlə heç bir kontakda daxil olmadan sifariş verdiyi narkotiki oradan götürmüşdür. “Məhəmməd” adlı şəxs ona bu cür sifarişlər zamanı Bakı şəhərində olan şəxslərin heç bir təhlükə altında olmadığını və polis tərəfindən müəyyən edilə bilmədiyini də bildirmişdir. Bundan sonra “Məhəmməd” adlı şəxs ona istədiyi təqdirdə onunla əlbir olaraq Bakı şəhərinin ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirə biləcəyini təklif etmişdir. Aralarında olan razılaşmaya əsasən “Məhəmməd” ona Bakı şəhərində narkotik vasitə və psixotrop maddə təşkil edəcəkmiş. Danışıq zamanı o “Məhəmməd”ə pulunun olmadığını bildirdiyi üçün “Məhəmməd” ona inanmaq istədiyini və ilkin olaraq az-az narkotik vasitə və ya psixotrop maddəni ona satış üçün göndərəcəyini, həmin narkotik vasitə və ya psixotrop maddəni sataraq həm özünə qazanc əldə edəcəkmiş, həm də “Məhəmməd” adlı şəxsin pulunu “PayPoint” onlayn ödəniş sistemi vasitəsi ilə göndərəcəyini bildirmişdir. Bundan başqa, onlar narkotik vasitənin öz qiymətindən əlavə qalan qazancı o “Məhəmməd” adlı şəxslə yarıbayarı böləcəyinə dair razılığa gəlmişlər. Bu, onun üçün əlverişli razılaşma olmuşdur. Belə ki, əlində nağd pulu olmadan “Məhəmməd” adlı şəxs ona narkotik vasitə və ya psixitrop maddə göndərəcəkmiş. “Məhəmməd”in bu cür təklif etməsi onu tamahlandırmış və o, “Məhəmməd”lə razılaşmışdır. Bundan sonra o, “Məhəmməd”lə instaqramda danışıb razılaşaraq 25 aprel 2021-ci il tarixdə saat 21 radələrində “Məhəmməd” adlı şəxsin ona qabaqcadan şəkilini göndərdiyi yerdən, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Şüşəli bazar” adlanan ərazinin yaxınlığından götürdüyü narkotiki sataraq qazanc əldə etmiş, daha sonra “Məhəmməd”lə yarı bölmək məqsədi ilə narkotik vasitə olan heroin əldə etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsindən daha sonra görünür ki, o, ilkin mərhələdə “Məhəmməd”-ə pul göndərə bilmədiyi üçün sonuncu ona hesab nömrəsi verməmiş və həmin narkotiki bir həftə ərzində satmalı olduğunu ona demişdir. Bundan sonra “Məhəmməd” onunla əlaqə saxlayaraq hansı hesaba pul köçürməli olduğunu bildirəcəyini ona demişdir. “Məhəmməd” adlı şəxs ona məxsus mobil telefonun nömrəsini götürsə də, özü ona mobil telefon nömrəsi verməmiş və özü onunla vatsap vasitəsi ilə əlaqə saxlayacağını demişdir. Həmin hadisədən sonra o, narkotiki satmaq üçün münasib şəxs tapmadığı üçün heroinə toxunmamış və üzərində gəzdirmişdir. 26 aprel 2021-ci il tarixdə, saat 18:15-də Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi 12 ünvanının qarşısı ilə piyada hərəkət edən zaman ona 3 nəfər daha əvvəl tanımadığı şəxs yaxınlaşmış və xidməti vəsiqələrini təqdim edərək DİN-nin BNMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona o narkotik vasitə əldə etməkdə və satmaqda şübhəli olduğunu bildirmiş, buna görə onlarla birlikdə PŞ-nə getməli olduğunu demişlər. O həmin şəxslərlə razılaşıb onların avtomobilinə əyləşərək Nəsimi RPİ-nin 22-ci PŞ-nə getmişdir. Yolda olduğu zaman əllərini heç bir cibinə və üzərinə salmaması ondan tələb olunmuşdur. Polis bölməsinə gəldikdən sonra onu həmin əməkdaşlar üçün ayrılmış xidməti otağa aparmışlar. Orada ona maddi durumunun zəif olduğu üçün dövlət hesabına vəkil təyin edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra onun üzərinə hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan boz rəngli cins şalvarın sağ cibindən «Rothmans» markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Tutulmağından bir gün öncə satmaq məqsədilə aldığı narkotik vasitə heroin həmin qutunun içərisində olmuşdur. O həmin qutunu açaraq narkotik vasitə heroini masanın üzərinə qoymuş və özünü müdafiə etmək məqsədilə heroini şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Hazırda isə ifadəsi alınan zaman törətdiyi əməlin etiraf etməməyinin mənasız olduğunu görüb səmimi olaraq törətdiyi əməli etiraf edib və əməlimə görə peşman olduğunu bildirmişdir. O həmin narkotiki təqdim etdikdən sonra əynində olan boz rəngli cins şalvarın sol cibindən 01 ədəd alışqan, 20 manatlıq pul əskinazı və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Təqdim etdiyi heroin və mobil telefonu sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüüdür. 01 ədəd alışqan və 20 manatlıq pul əskinazı isə özünə geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilmişdir və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Lakin o, tərtib edilən bütün sənədləri heç bir səbəb olmadan imzalamaqdan imtina etmişdir. Saxlanılan zaman və sonrakı müddət ərzində polis əməkdaşları tərəfində ona fiziki və ya digər təzyiq göstərilməmişdir. İnstaqram sosial şəbəkəsində istifadəçi adını və şifrəsini xatırlaya bilməmişdir. İİR vətəndaşı “Məhəmməd” adlı şəxsin narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərinin ərazisinə hansı yolla gətirməsi və Bakı şəhərində kimlərlə cinayətkar birliyinin olması barədə heç bir məlumatı olmamışdır (iş vərəqə: cild İ, səh.110-114). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 26 aprel 2021-ci il tarixdə etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən xx xxxx 1982-ci ildə Əlibayramlı şəhərində anadan olmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ünvansız evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etməsi və Nəsimi rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilmişdir. O həmin məlumatın yoxlanılması məqsədilə raportla BNMİ-nin rəhbərliyinə müraciət edib, müvafiq icazənin verilməsini istəmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə müvafiq icazə verildikdən sonra onun tərəfindən BNMİ-nin rəhbərliyinin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Əməliyyat qrupuna DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, İdarənin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 daxil edilmişdir və qrupa rəhbərlik ona həvalə olunmuş, bu barədə müvafiq əmr imzalanmışdır. Həmçinin əməliyyat qrupunun üzvlərinə tədbir planı və istiqamət izah olunmuşdur. 26 aprel 2021-ci il tarixdə, saat 18:15-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi 12 ünvanının qarşısından piyada keçən zaman onlar tərəflərindən saxlanılmışdır. Onlar saxlanılan şəxs Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş və ona narkotik vasitə və psixotrop maddələri əldə edilərək satışında şübhəli olduğu ona izah edilmiş və müvafiq prosessual hərəkətlərinin keçirilməsi məqsədilə onu ərazi üzrə Nəsimi RPİ-nin 22-ci PŞ-nə aparmışlar. Şöbə rəhbərliyi tərəfindən onlara xidməti şərait yaradılmış, xidməti otaq ayrılmışdır. BNMİ-nin rəhbərliyinə şəxsin saxlanılması və gətirilməsi barədə raportla müraciət olunmuş, müvafiq hərəkətlərin keçirilməsi BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşuya həvalə edilmişdir. X7 RPİ-nin 22-ci PŞ-nin inzibati binasına gələrək, saxlanılan şəxsə müdafiə hüququnu izah edib, vəkillərin siyahısını vermişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil təyin edildikdən və həmin vəkil Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasına gələrək, şübhəli şəxsə təqdim edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur və daha sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçının məsləhəti ilə iki nəfər işdə marağı olmayan hal şahidləri PŞ-nə dəvət edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs videoçəkiliş aparılmasına etiraz etmiş, təkrar məhbus həyatı yaşamaq istəmədiyini bildirmişdir. Bundan sonra onların, hal şahidlərinin və saxlanılan şəxsin vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ cibindən «Rothmans» markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuş, siqaret qutusunun içərisini açaraq oradan bir ədəd sellefan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisi açılan zaman orada spesifik iyə və rəngə malik toz şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Maddə aşkar edilən zaman Təqsirləndirilən şəxs bu barədə sual verilmişdir və Tamerlan həmin maddənin heroin olduğunu və o, həmin maddəni şəxsi istifadəsi üçün Suraxanı rayonunun ərazisindən əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol cibindən 01 ədəd alışqan, 20 manatlıq pul əskinazı və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Təqdim etdiyi heroin və mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. 01 ədəd alışqan və 20 manatlıq pul əskinazı isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Tamerlanın mobil telefonunun fayllarında hətta narkotik vasitənin şəkli də olmuşdur. Bundan sonra şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilmişdir və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, şübhəli şəxs Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildiyi andan ona təhqiqatçı tərəfindən təqdim edilən sənədləri imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunduğunu bildirmiş, təkrar məsuliyyətə cəlb olunmaması üçün onlara, təhqiqatçıya yalvarmış, ondan aşkar olunub götürülən narkotik vasitəni sənədləşdirməməyi xahiş etmişdir. Lakin şəxsi axtarış bitdikdən sonra təhqiqatçı aşkar olunmuş narkotik vasitəyə bənzər maddə ilə bağlı protokol tərtib edib rəsmləşdirilmiş və ekspertiza təyin edilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin digər əməliyyat müvəkkili Şahid3 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Daha sonra məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid2 məhkəmədə şahid qismində dindirilmiş həmkarları Şahid3 və Şahid1 ilə oxşar məzmunlu ifadə verib onların ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: İ cild, səh. 62- 66). Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 26 aprel 2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 22-ci Polis şöbəsinin yaxınlığı ilə hərəkətdə olarkən ona bir nəfər şəxs yaxınlaşaraq xidməti vəsiqəsini göstərib, polis əməkdaşı olduğunu bildirmişdir. O, həmin şəxsi daha öncə tanımamışdır. Daha sonra həmin polis əməkdaşı ona hazırda Nəsimi RPİ-nin 22-ci PŞ-də narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edilməsində şübhəli şəxs saxlanıldığını və onun üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmiş, polis əməkdaşı ondan həmin şəxsin üzərinə keçiriləcək şəxsi axtarış zamanı orada iştirak etməyi və üzərindən hər hansı əşya aşkar olunacağı təqdirdə tərtib ediləcək protokolun düzgünlüyünü imza etməy izah etmişdir. O, əvvəllər belə tədbirlərdə iştirak etmədiyindən tğəklif ona maraqlı gəlmiş, polis əməkdaşının təklifinə etiraz etməyib birlikdə 22-ci PŞ-nə getmişdir. Polis şöbəsinə getdikdən bir neçə dəqiqə sonra daha bir nəfər şəxs hal şahidi qismində Şöbəyə dəvət olunmuşdur. Daha sonra təhqiqatçı şəxsi axtarışa başlamış və onlara, yəni hal şahidi qismində dəvət edilmiş şəxslərə və şübhəli şəxsə hüquqlarını izah etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi tələb edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ cibindən «Rothmans» markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuş və qutunun içərisini açaraq oradan bir ədəd sellefan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisi açılan zaman orada spesifik iyə və rəngə malik toz şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Maddə aşkar edilən zaman Təqsirləndirilən şəxs suallara cavab olaraq həmin maddənin heroin olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün Suraxanı rayonunun ərazisindən əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol cibindən 01 ədəd alışqan, 20 manatlıq pul əskinazı və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Təqdim etdiyi heroin və mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. 01 ədəd alışqan və 20 manatlıq pul əskinazı isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş toz şəkilli narkotik vasitəyə bənzər maddə onların iştirakı ilə qablaşdırılmış və həmin qablaşdırmanın da üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Ən nəhayət, iş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən digər hal şahidi Şahid5 məhkəmədə şahid kimi ifadə vermiş Şahid4 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan əməliyyat müvəkkilləri, şahidlər Şahid1, Şahid3 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, üzləşmə zamanı şahidlər Anar Babayav, Şahid3 və Şahid2 məhkəməyədək icraat mərhələsində ifadələrində qeyd etdikləri və sonradan məhkəmə baxışı zamanı bir daha təsdiq etmiş olduqları xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər(iş vərəqə: İ cild, səh. 81-84, 85-88, 89-92). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şahidlər Şahid4 və Şahid5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, üzləşmə zamanı şahidlər Şahid4 və Şahid5 məhkəməyədək icraat mərhələsində ifadələrində qeyd etdikləri və sonradan məhkəmə baxışı zamanı bir daha təsdiq etmiş olduqları xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər(iş vərəqə: İ cild, səh. 93-95, 96-98). Məhkəmə baxışı zamanı elan edilmməklə tədqiq olunan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 26.04.2021-ci il tarixli protokolun məzmunundan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərindən bir ədəd şəffaf bükümdə elektron tərəzidə çəkilməklə ümumi təmiz çəkisi 19 qram olduğu müəyyən edilmiş kustar üsulla hazırlanmış heroin narkotik vasitəsinə şübhəli maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs sözləri ilə sonuncu həmin narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu ərazisində əldə etmiş, həmin narkotik vasitə heroindir və ona məxsusdur, o, 26.04.2021-ci il tarixdə, saat 18:15-də Nəsimi rayonu, Puşkin küçəsi 12 ünvanının qarşısında DİN-in BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ gətirilmişdir və orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür(iş vərəqə: İ cild, səh. 30-32). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 aprel 2021-ci il tarixli, 6/1666 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün №7 dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində bir ədəd üzərində “Rothmans” siqaret qutusunda 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli maddə olduğu müəyyən edilmişdir ki, həmin maddə təmiz çəkisi 18,742 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: İ cild, səh. 42-45). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ona məxsus olan **********16048 və **********16045 İMEA kodlu “Samsung Galaxy J3” markalı mobil telefona baxış protokolundan görünür ki, qeyd olunan mobil telefonun “Qalereya” bölməsinin “WhatsApp İmages” hissəsində Təqsirləndirilən şəxs yaşadığı evdə qonaq otağında çəkilmiş stolun üzərində bir büküm qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd alışqan, 1 ədəd şüşə qab, yandırılmış siqaretə bənzər əşya və müxtəlif məişət əşyalarının olması, həmçinin ayrı-ayrı sferalardan çəkilmiş 4 ədəd foto şəkil aşkar olunmuşdur. Tədqiq olunan həmin protokoldan görünür ki, mobil telefonun “WhatsApp” proqramına daxil olduqda “***-***-**-**” saylı mobil telefon istifadəçisi “Nezrin” adlı şəxs ilə “balam.10.manat.var.sen.götürə.bilersen.patı.var”, “Patı var, amma kola yoxdu, gəl verim get dəyiş duyuş elə”, “kakos da varsa gelim ya yo?”, “Hele.cox.agryasan.senöl.kakos.da.var.patı.da.var,isren.bariqanın.evine.girib.10.qram.patı. 12.qıram.kakos.aldım.elinen.” məzmunlu sms yazışmaları və 8 dəqiqə 8 saniyə Təqsirləndirilən şəxs yaşadığı evdə qonaq otağında çəkilmiş, stolun üzərində təxminən özünün deməsi ilə təxminən 20 qram kakos – (heroinə bənzər maddə) olan 1 büküm şəffaf sellofan, 1 ədəd alışqan, 1 qutu siqaret, 1 ədəd şüşə qab və məişət əşyaları qeydə alınmış video görüntü aşkar olunmuşdur. Daha sonra tədqiq olunan protokolun məzmunundan görünür ki, həmin mobil telefonda müəyyən olunan “+994 77 351 00 03” saylı mobil nömrənin adsız istifadəçisi ilə “20 qram kakos var, 20 manatdan istiyir verim, seklinde çekib atıram sene 20 qramdanda çoxdu, 20 qram evezine verirem. 400 manat versin bu deyqe verirem” mezmunlu ses yazısı, Təqsirləndirilən şəxs yaşadığı evdə qonaq otağında çəkilmiş stolun üzərində bir büküm qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd alışqan, 1 ədəd şüşə qab və müxtəlif məişət əşyalarının olduğu, həmçinin ayrı-ayrı sferalardan çəkilmiş 2 ədəd foto şəkil, “toz maldı, superdi, yaş mal deyil”, “ qaqa bəlkə risk eliyek?!pul lazımdı, sroçnu pul lazımdı, pula ehtiyac var, pul üstündədisə risk eliyek”, məzmunlu sms yazışmaları aşkar olunmuşdur. Ən nəhayət, tədqiq olunan protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonda müəyyən olunan “***-***-**-**” saylı mobil telefon istifadəçisi “Amiqo” adlı şəxs ilə “qaqa kola var, pati var, isteyen olsa qız var onda var”, “he kola var üstümdə”, “40 manat varimdi yaxşı nə götürüm”, “kakos. birde. patı. en. cox. kola. götür”, məzmunlu sms yazışmaları aşkar olunmuşdur. Tədqiq olunan mobil telefonda “İnstagram” sosial şəbəkəsi aşkar olunmamışdır (iş vərəqə: İ cild, səh. 144). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın 17 may 2021-ci il tarixli, 1474 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə halı aşkar olunmadı. Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: İ cild, səh. 189-190). Daha sonra məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizanın 07 may 2021-ci il tarixli, 1012 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda, yəni tibbi tədqiqat mərhələsində cinayət işi materialları, həmin cinayət işindəki anemnastik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələrinə əsasən hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəalliyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müşahidə olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Tədqiq olunan rəydən daha sonra görünür ki, Təqsirləndirilən şəxs anlaqlıqı istisna etməyən psixi pozuntu müşahidə olunmur. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür, onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyac yoxdur (iş vərəqə: İ cild, səh. 191-193). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının müvafiq qərarlarına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 18,742 qram kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ona məxsus olan, içərisində narkotik vasitənin satışı ilə əlaqədar sms mətinlərini, səs yazılarını, video və foto şəkilləri saxlayan **********16048 və **********16045 İMEA kodlu “Samsung Galaxy J3” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 18,692 qram heroin narkotik vasitəsi və “Samsung Galaxy J3” markalı mobil telefon saxlanması üçün Nəsimi RPİ-nin NH-nə təhvil verilmişdir(iş vərəqə: İ cild, səh. 222-223, İİ cild, səh. 31-32). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək və sonuncu ilə cinayət əlaqəsinə girməklə narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etmiş, məhkəməyədək icraat mərhələsində şəxsiyyəti müəyyənləşdirilməmiş İİR vətəndaşı olaraq adı çəkilən «Məhəmməd» adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır(iş vərəqə: cild İİ, səh. 86-87). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Tamerlan Məmmdovun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək daşıyıb saxlaması təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315.1, 221.3, 66.3-cü maddəsi ilə təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.09.2017-ci il tarixli qərarına əsasən cəzası 4 il 6 ay endirilmiş və o, 14 fevral 2020-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqə: cild İ, səh.174- 176). Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət (burada: Azərbaycan Respublikası CM-nin 315.1, 221.3-cü maddəsi) törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş təqsirləndirilən şəxs Taryel Məmmədovun məhkumluğu, cəzadan azad olunduğu 14 fevral 2020-ci il tarixdən baxılan iş üzrə hadisənin baş verdiyi 26 aprel 2021-ci il tarixə, bunun üçün qanunla müəyyən olunan 2 il keçmədiyindən, ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlunun əməli az ağır cinayətlər kateqoriyasına aid olduğu üçün onun məhkumluğu 14 fevral 2022-ci il tarixdə ödənilməli idi. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu və bu məhkumluğun doğuracağı hüquqi nəticələrlə bağlı məhkəmə qeyd edir ki, onun Şirvan şəhər Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli hökmünə əsasən təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 315.1, 221.3-cü maddəsi hökmün çıxarıldığı tarixdə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aid olmuşdur və həmin hökmlə təqsirləndirilən şəxs Tamerlan Məmmmədov ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Tamerlan Məmmmədovun əməli əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət (burada: Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri) törətməsi cinayətin residivini yaradır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, onun əməlinin cinayətlərin residivini yaratması nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cinayətlərin residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, …….. az ola bilməz. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 17 may 2021-ci il tarixli, 1474 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması, onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri olaraq ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 26 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 26 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 aprel 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 aprel 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 18,692 qram narkotik vasitə heroin və hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, **********16048 və **********16045 İMEA kodlu “Samsung Galaxy J3” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 130,00 (bir yüz otuz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 26 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 18,692 qram heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus **********16048 və **********16045 İMEA kodlu “Samsung Galaxy J3” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 130,00 (bir yüz otuz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar