Məhkəmə qərarları › İş №1(101)-327/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-327/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-327/2023 27.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X11 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12 və X7 , dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri X17, X14 iştirakları ilə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi. ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında müştəriləri Zərərçəkmiş şəxs2 2016-cı il buraxılışlı, qara rəngli, “Range Rover” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili 2020-ci il modelə yığılması üçün işlədikləri ünvan 2 ünvanda yerləşən Xəzər TV-nin inzibati binasının yaxınlığında olan avtomobil təmiri servisində təmir üçün təhvil alaraq 19 yanvar 2022-ci il tarixdə ünvan 4 ünvanda olan “MiliÖN” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 arvadı X9 məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartına Zərərçəkmiş şəxs2 köçürdüyü 2.800 manat, 20 yanvar 2022-ci il tarixdə ünvan 5 ünvanda olan “MiliÖN” ödəmə terminalı vasitəsilə Səidə Rızayevaya məxsus karta Zərərçəkmiş şəxs2 köçürdüyü 1.450 manat, 23 yanvar 2022-ci il tarixdə ünvan 4 ünvanda olan "MiliÖN” ödəmə terminalı vasitəsilə Səidə Rızayevaya məxsus karta Zərərçəkmiş şəxs2 köçürdüyü 1.400 manat, 29 yanvar 2022-ci il tarixdə ünvan 4 ünvanda olan “MiliÖN” ödəmə terminalı vasitəsilə Səidə Rızayevaya məxsus karta Zərərçəkmiş şəxs2 köçürdüyü 300 manat, 05 fevral 2022-ci il tarixdə ünvan 4 ünvanda olan “MiliÖN” ödəmə terminalı vasitəsilə Səidə Rızayevaya məxsus karta Zərərçəkmiş şəxs2 köçürdüyü 450 manat, 2022-ci ilin fevral ayının ortalarında ünvan 2 ünvanda yerləşən Xəzər TV-nin inzibati binasının yaxınlığında Təqsirləndirilən şəxs2 3.600 manat və sonuncu dəfə 2022-ci ilin fevral ayının sonlarında həmin ünvanda o, 1.500 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib avtomobili təmir etməyərək pulu şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 11.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında müştəriləri Zərərçəkmiş şəxs2 2016-cı il buraxılışlı, qara rəngli, "Range Rover” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili 2020-ci il modelə yığılması üçün işlədikləri ünvan 7 ünvanda yerləşən Xəzər TV-nin inzibati binasının yaxınlığında olan avtomobil təmiri servisində təmir üçün təhvil alaraq 19 yanvar 2022-ci il tarixdə ünvan 4 ünvanda olan “MiliÖN” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 arvadı X16ma məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartına Zərərçəkmiş şəxs2 köçürdüyü 2.800 manat, 20 yanvar 2022-ci il tarixdə ünvan 8 ünvanda olan “MiliÖN” ödəmə terminalı vasitəsilə Səidə Rızayevaya məxsus karta Zərərçəkmiş şəxs2 köçürdüyü 1.450 manat, 23 yanvar 2022-ci il tarixdə ünvan 4 ünvanda olan “MiliÖN” ödəmə terminalı vasitəsilə Səidə Rızayevaya məxsus karta Zərərçəkmiş şəxs2 köçürdüyü 1.400 manat, 29 yanvar 2022-ci il tarixdə ünvan 4 ünvanda olan “MiliÖN” ödəmə terminalı vasitəsilə Səidə Rızayevaya məxsus karta Zərərçəkmiş şəxs2 köçürdüyü 300 manat, 05 fevral 2022-ci il tarixdə ünvan 4 ünvanda olan “MiliÖN” ödəmə terminalı vasitəsilə Səidə Rızayevaya məxsus karta Zərərçəkmiş şəxs2 köçürdüyü 450 manat, 2022-ci ilin fevral ayının ortalarında ünvan 9 ünvanda yerləşən Xəzər TV-nin inzibati binasının yaxınlığında Təqsirləndirilən şəxs2 3.600 manat və sonuncu dəfə 2022-ci ilin fevral ayının sonlarında həmin ünvanda o, 1.500 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib avtomobili təmir etməyərək pulu şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 11.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həm özü, həm qardaşı Kamran 2013-2014-cü il model avtomobilləri 2020-ci ilə “restyling” etməklə məşğul olmuşlar. “Restyling” edərkən zəruri ehtiyat hissələrini Dubaydan gətizdirirmişlər. Ehtiyat hissələrinin tam qiyməti özləri tərəfindən ödənilir, sifariş edilən ehtiyat hissələri üçün müştəridən əvvəlcədən yalnız beh kimi pul alınır, yekun məbləğ, yəni həm xidmət haqqı, həm ehtiyat hissələrinin tam qiyməti iş başa çatdırıldıqdan sonra onlara ödənilirdi. İşlədiyi təmir sexi icarədə olmaqla Xəzər TV-nin yanında yerləşmişdir. Həmin təmir mərkəzində digər ustalar da fəaliyyət göstərmişdir. Sexi icarəyə verən Salman adlı şəxs olmuşdur. Onların aylıq qazancı təxminən 2000-2200-2500-1500 manat təşkil etmişdir. Elməddin bacısının yoldaşının qardaşıdır. İlk öncə Elməddindən 25 min manat məbləğində borc şəklində pul alınmışdır. Həmin pul vəsaiti onun yanında qardaşı Təqsirləndirilən şəxs2 tərəfindən alınaraq aralarında razılaşdırılmış müddətdə Elməddinə qaytarılacağı düşünülmüşdür. Elməddin onların usta işlədiyini bildiyindən 25 000 manat borc aldıqdan sonrakı zaman kəsiyində birgə çalışmaq üçün Təqsirləndirilən şəxs1 ortaqlıq təklif etmişdir. Onların birgə fəaliyyəti nəticəsində ehtiyat hissələrinin alınması və görəcəkləri işlərin həcminin genişləndirilməsi planlaşdırılmışdır. Aralarında razılaşdırdıqları “ortaqlıqda” Elməddinin iştirakı yalnız maddi cəhətdən kömək etməklə məhdudlaşmışdır. Sexdə o və qardaşı usta işi görmüş, Elməddin isə qoyduğu pula görə Rəşadın xeyrinə, yəni qoyulmuş pulun müqabilində görüləcək işlərdən əldə olunması gözlənilən gəlirə şərik olduğundan sexdə oturaraq görülən işlərə nəzarət etmişdir. Elməddinin maşın sahəsində heç bir bilgisi olmasa da bilavasitə təmir mərkəzində oturduğundan işin yaxşı gedib-getməməsi, yəni qoyduğu pul müqabilində işin aparılıb-aparılmaması barədə xəbəri olmuşdur. Belə ki, onların işi standart olmaqla stabil xarakter daşımışdır. Məsələn, 4-5 maşın danışılıb götürüldükdə həmin maşınların təmir edilib verilməsi 15 gün vaxt tələb etmiş, Elməddin də işin sonunda işlərin yaxşı və ya pis getməsi ilə əlaqədar bu yolla məlumatlı olmuşdur. Elməddinə 65000 manat borcları olmuşdur. Həmin 65000 manat borcun 25000 manat hissəsi ondan ailə, şəxsi problemləri ilə əlaqədar alınmışdı. Yerdə qalan 40 min manat hissə isə iki hissədən, yəni iş ortaqlığı üçün qoyulan 29 min manat miqdarında ana məbləğ və qoyulmuş həmin 29000 manat ana məbləğə görə görülmüş işlərdən əldə olunacaq 11 000 manatdan ibarət olmuşdur. Əldə etdiyi həmin 29000 manat pul vəsaiti ehtiyat hissələrinin alınmasına sərf edilsə də, görülmüş işlərin müqabilində əldə olunmuş vəsait şəxsi borclarının və borc faizlərinin ödənilməsinə sərf edilmiş, Elməddinə nə ana məbləğ şəklində alınmış 29000 manat pul vəsaiti, nə də 11 000 manat məbləğində “götürməli olduğu xeyir” qaytarılmamışdır. Həmçinin Kamranın özünün aldığı 25000 manat istisna olmaqla, ortaqlıq üçün digər pulların alınmasında, alınmış pulun xərclənməsində hər hansı iştirakı olmamışdır. Qardaşı Rızayev X5 yalnız öz şəxsi məsələləri ilə əlaqədar 25000 manat borc alması zamanı danışıqlarda iştirak etmiş, “ortaqlıq” üçün alınmış pul məbləğinə qardaşının ümumiyyətlə aidiyyəti olmamış, 25 000 manatdan savayı “ortaqlıq” üçün alınmış pullar sayəsində görülmüş işlərdən əldə olunan gəlir Təqsirləndirilən şəxs1 özünün borclarının qaytarılmasına yönəlmişdir. Kamran yalnız onun qardaşı olduğu və birgə usta işlədikləri üçün hazırki işdə adı hallanmışdır. 25000 manatı Kamran borc şəklində şəxsi məsələləri ilə əlaqədar, yerdə qalan 29000 manat ana məbləğini isə Rəşad özü iş görmək adı altında əldə etmişdir. Baxmayaraq ki, Elməddinlə birlikdə işləmişlər 29 000 manat pul vəsaiti ayrı-ayrı vaxtlarda, hissə-hissə iş yerində deyil, bacanağının, yəni Elməddinin qardaşı Asifin iştirakı ilə Ulduz metrostansiyası yaxınlığında alınmışdır . Elməddin gələcəkdə pul verilməsi ilə bağlı mübahisələr yarandığı təqdirdə öz qardaşı Asifin şahidlik etməsi üçün bunu etmişdir. Aralarındakı razılığa əsasən təmir olunaraq təhvil verildiyi andan hər maşın üçün Elməddinə ethiyat hissələri üçün 6500 manat, gəlir qismində 1500 manat olmaqla ümumi 8000 manat pul ödənilməsi nəzərdə tutulmuşdur. Müflis olub-olmamasının Elməddinə aidiyyəti olmamış, müflis olacağı təqdirdə Maştağada yerləşən evi sataraq Elməddinə verməli olduğu məbləği qaytaracağını bildirmişdir. Kirayədə qaldığı, Xətai rayonunda, Əhmədli qəsəbəsində yerləşən evi Elməddinə aldığı borc müqabilində verəcəyi barədə sənəd təqdim etməsini yalnız vaxt udaraq Maştağada yerləşən evi satıb sonuncuya olan borcunu qaytarmaq məqsədi ilə etmişdir. Elməddinin 4 ədəd Range Rover markalı avtomobilin yığılması ilə əlaqədar verdiyi pullar müqabilində həqiqətən ehtiyat hissələri alınmış, işlər görülmüş , lakin razılaşdıqları müddətdə 4 ədəd Range Rover markalı avtomobilin yığılması ilə bağlı Elməddinə verməli olduğu pul vəsaitlərini sonuncuya verməmişdir. İş üzrə digər zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edərək 11 500 pul vəsaitini ələ keçirməsi ilə əlaqədar ona irəli sürülmüş ittiham üzrə epizod üzrə ifadə verərək bildirmişdir ki, Ruslan servisə ABŞ-dan əzik maşın gətirmiş, aralarında olan razılığa əsasən maşının təmir edilməsi və ehtiyat hissələrinin dəyişdirilməsi planlaşdırılmışdır. Ruslanın maşının üstündən çıxan ehtiyat hissələrini 800 manata hesablayıb əl haqqı kimi götürməyi razılaşmışdılar. Yoldaşının kartına Ruslan tərəfindən köçürtmə yolu ilə ödənilən pullar Dubay şəhərinə məhz həmin ehtiyat hissələrinin alınması üçün köçürülmüş, lakin ehtiyat hissələrinin göndərilməsində gecikmə baş verdiyindən dəyişdirilməsi nəzərdə tutulan ehtiyyat hissələrinin 70 %-i Bakıdan nisyə alınmışdır.Dubaydan ehtiyat hissələrinin sifarişi üçün pul əlbə-əl verildiyi üçün hazırda məhkəməyə sifariş sənədi təqdim edə bilməmişdir. Nisyə almaq məcburiyyətində qaldıqları malın dəyəri tərəflərindən qaytarıla bilmədiyinə görə Zərərçəkmiş şəxs2 avtomobilinə quraşdırdıqları həmin ehtiyat hissələrini yenidən sökərək aldıqları satıcıya geri qaytarmışlar. Zərərçəkmiş şəxs2 tərəfindən verilən 11500 manat puldan 5400 manat tərəflərindən ibtidai istintaqda qaytarılsa da bu barədə cinayət işi materiallarına hər hansı qeyd aparılmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı başa çatanadək Zərərçəkmiş şəxs2 vurulmuş zərəri geri qaytaracaqlarını bildirdi. Məhkəmə iclasında tədqiq edilərək elan edilən Təqsirləndirilən şəxs1 İbtidai istintaq dövrünə verdiyi ifadəsindən görünür ki, evlidir, bir azyaşlı uşağı vardır, Təqsirləndirilən şəxs2 qardaşıdır və birlikdə yaşayırlar. Onlar rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin avtomobil təmiri ilə məşğul olub ailələrini dolandırmışlar. Əvvəl qardaşı Kamran ilə Xətai rayonu ərazisində olan Xəzər TV-nin yaxınlığında olan servisi icarəyə götürmüşlər və orada avtomobil təmiri ilə məşğul olmuşlar. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır, belə ki, Zərərçəkmiş şəxs1 bacısı ərinin qardaşıdır. Zərərçəkmiş şəxs2 isə müştəri kimi tanımışdır. 2021-ci ilin avqust ayında borcları yaranmış və qardaşı Kamran ilə razılığa gəlmişlər ki, qohumu Elməddindən borc pul alaraq həmin pulla borclarını qaytarsınlar. Elməddinin onlara pul verməsi üçün qardaşı Kamran ilə razılaşmışdır ki, yalandan Elməddinə aldığı pulu tezliklə qaytaracaqlarını bildirsinlər. 2021-ci ilin avqust ayının əvvəllərində qardaşı Kamran iştirakı ilə Elməddinə zəng edərək görüşmək istədiyini bildirib evdə olmasını öyrəndikdən sonra birlikdə Elməddinin Yasamal rayonu ərazisində yaşadığı evə getmişlər. Evdə Elməddin ilə görüşmüşlər və sonuncudan Kamran 8.500 manata ehtiyacı olmasını bildirdib həmin pulu borc istəmişdir. Onlar Elməddinə söz vermişlər ki, bir neçə gün ərzində pulu qaytaracaqlar. Elməddin də qohum olduqlarını nəzərə alıb onlara inanaraq 8.500 manat pulu qardaşı Kamrana vermişdir. Bir müddət keçdikdən sonra qardaşı Kamran ilə Elməddinlə yenidən görüşmüş və Kamran sonuncuya problemlərinin olmasını bildirmişdir. O da qardaşının dediklərini təsdiq etmişdir. Belə ki, qardaşı Kamran ilə Elməddinə bildirmişlər ki, ehtiyat hissələri sifariş vermişlər, lakin gömrükdə saxlanılmışdır. Onlar Elməddinə həmçinin demişlər ki, ehtiyat hissələrini gömrükdən çıxarmaq üçün pul verməlidirlər. Kamran əvvəldən sifariş verdiyi malların sənədini Elməddinə göstərmiş, həmin sənəd köhnə olmuş, belə ki, sonuncunun inanması üçün bunu etmişlər. 2021-ci ilin avqust ayının ortalarında Elməddin ilə yaşadığı evdə yenidən görüşmüşlər. Elməddin evdə iştirakı ilə qardaşı Kamrana 6.500 manat pul vermişdir. Həmin günü onlar Elməddin ilə razılaşmışlar ki, malları gömrükdən çıxardıqdan sonra satılaraq əldə olunan gəlirdən sonuncuya da verəcəklər. Faktiki olaraq heç bir gəlir və ehtiyat hissələri olmamışdır. Bir həftə keçdikdən sonra onlar Elməddin ilə görüşmüşlər. Həmin vaxt Elməddinə yaşadığı mənzilin satışa çıxardığını və tezliklə satışından pul əldə olunacağını yalandan bildirib sonuncudan 10.000 manat pul istəmişdir. 2021-ci ilin avqust ayının sonlarında Kamran ilə Elməddinlə Bakı Metropolitenin “Ulduz” stansiyası yaxınlığında görüşmüşlər. Həmin vaxt Elməddin 10.000 manat pul vermişdir. Bir neçə gün keçdikdən sonra Elməddin ona və qardaşı Kamrana zəng edərək pulunu istəmişdir. Həmin ərəfələrdə Əhmədli qəsəbəsində kirayədə yaşamışdır. Elməddin onlardan pulu tələb etdikdə görüşmüşlər. Görüş zamanı Elməddinə sənəd təqdim edərək həmin sənədə əsasən mütləq şəkildə 40 gün ərzində evini satacağını bildirmişdir. Həmin ev özünə məxsus olmamış, belə ki, orada kirayə yaşamışdır. Elməddin isə bu barədə bilməmişdir. O və qardaşı bunu Elməddindən gizlətmişlər. Həmin sənədi özü hazırlamışdır. Sənəd mənzilin satılması ilə bağlı müqavilə olmuşdur. Belə ki, evi güya Əziz adlı şəxsdən almış və aylıq ödəniş etmiş, hazıradək sonuncuya 31.000 manat pul ödədiyini yalandan deyərək Əzizlə bağladığı müqaviləyə əsasən həmin evi 40 gün ərzində sonuncunun satmayacağı tədqirdə vermiş olduğu 31.000 manat geri alacağını bildirmişdir. Elməddinin onlara inanmasına görə bunu etmişdir. Bir neçə gündən sonra Elməddin ilə görüşmüş və Kamranın iştirakı ilə Elməddinə təklif etmişdir ki, şərikli iş görsünlər, belə ki, Xətai rayonu, NZS qəsəbəsində yerləşən təmir mərkəzinə şərik olsunlar. Elməddinə yalandan həmin mərkəzdə avtomobillər təmir etdiklərini və yaxşı gəlir əldə etməsini bildirmişdir. Elməddinə yalandan 4 “Range Rover” markalı avtomobilləri təmir edəcəklərini, həmin avtomobillərin hər birindən 1.500 manat gəlir əldə olunacağını demişdir. Lakin işlərin həll edilməsi üçün pul lazım olmasını bildirib Elməddindən pul istəmişdir. Bunu yalandan Elməddinə demiş, faktiki olaraq heç bir iş və avtomobil olmamışdır. 2021-ci ilin sentyabr ayının əvvəllərindən başlayaraq sonunadək olan müddət ərzində üç dəfə Elməddin ilə Xəzər TV-nin inzibati binasının yaxınlığında görüşmüşlər. Elməddindən ümumilikdə 35.000 manat pulu qardaşı Kamran ilə almışlar. Bununlada Elməddin onlara ümumilikdə 65.000 manat pul vermişdir. Kamran ilə həmin pulla işlədiyi dövrdə yaranmış borclarını ödəmişdir. Elməddinə isə heç bir məbləğdə pul qaytarmamışlar. Elməddinə istər ana məbləğdən, istərsədə gəlir kimi pul verməmişlər. Elməddin sonradan israrla pul tələb etdikdə sonuncuya müxtəlif bəhanələr gətirib hiss-hissə olmaqla 8.000 manat pul qaytarmışlar. Ancaq qalan 57.000 manat pulu isə qaytara bilməmişlər. Bundan başqa Zərərçəkmiş şəxs2 ümumilikdə 11.500 manat pul almışlar ki, sonuncuya məxsus 2016-cı il buraxılışlı, qara rəngli, “Range Rover" markalı. **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili 2020-ci il modelinə yığacaqlar. Belə ki, 2022-ci il tarixdə Ruslan işlədiyi servisə gəlmişdir. Servisdə Ruslanı ilkin olaraq qardaşı Kamran qarşılamış, sonradan isə o da onların yanına getmişdir. Ruslan onlara avtomobili barədə məlumat verib 2020-ci il modelinə yığılmaq istəyinin olmasını və həmin işin hansı məbləğə görüləcəyini soruşmuşdur. Ruslana 4.200 ABŞ dollar məbləğində paket təklif etmiş, həmin paketə ön və arxa işıq faralarının dəyişilməsi, arxa və qabaq buferin dəyişilməsi, mühərrik qapısının dəyişilməsi daxil olmuşdur. Əlavə olaraq Ruslana o və qardaşı Kamran 600 ABŞ dollar ödənildikdə sağ yan güzgünün dəyişilməsi, 550 ABŞ dollara sağ qapının dəyişilməsini bildirmişlər. Həmçinin Ruslandan 1.400 manat məbləğində ön kamera və sağ güzgü kamerasının dəyişilməsini, 1.500 manat disk təkər və ayaq qoyulan üçün pul istəmişlər. Ruslan da razı olmasını bildirmişdir. 19 yanvar 2022-ci il tarixdə arvadı X1 fotoşəkilini “WhatsApp” vasitəsilə Ruslana göndərmişdir. Ruslan da həmin günü karta 2.800 manat pul köçürmüşdür. 21 yanvar 2022-ci il tarixdə “Range Rover" markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili Ruslan evakuator vasitəsilə işlədiyi servisə gətirmişdir. Servis də Ruslana söz vermişlər ki, avtomobilin təmirinə başlayacaqlar. 20 yanvar 2022-ci il tarixdə Ruslan X3 “Kapital Bank" kartına 1.450, 23 yanvar 2022-ci il tarixdə 1.400 manat. 05 fevral 2022-ci il tarixdə 450 manat və 29 yanvar 2022-ci il tarixdə 300 manat pul köçürmüşdür. Həmin pulu kartdan çıxarmışdır. Lakin həmin pulla Ruslanın avtomobilinə heç bir detal almamışlar. Pulla borclarını qaytarmışlar. Ruslan mütəmadi olaraq ona və qardaşı Kamrana zəng etmiş, onlar da Ruslana artıq malları sifariş etdiklərini bildirmişlər. 2022-ci ilin fevral ayının ortalarında Ruslan işlədiyi servisə gəlib qardaşı Kamrana 3.600 manat pul vermişdir. Belə ki, onlar Ruslanın avtomobilinin təkərləri, diskləri, güzgüləri və s. hissələrnin dəyişilməsi üçün ümumilikdə 5.100 manata razılaşmışlar. 2022-ci ilin fevral ayında Ruslan servisdə həmin pulun qalan 1.500 manatını da ödəmişdir. Onlar Ruslanla ilk vaxtdan onun avtomobilinin üzərindən çıxarılmış hissələrin sonuncuya qaytaracağına söz vermişlər. Razılaşmaya əsasən avtomobili 15 gün ərzində Ruslanın istədiyi formada sonuncuya təhvil verməyi öz öhdələrinə götürmüşlər. 2022-ci ilin fevral ayında onlar Ruslanın avtomobilində heç bir iş görməmişlər. Ruslan servisə gəlib avtomobilini təhvil almaq istədikdə hər-hansı bir iş görülmədiyini görüb narazılıq etmişdir. Onlar da Ruslana yalandan aldığı pulları avtomobili üçün lazım olan malların gətirilməsinə xərclədiyini, malların gömrükdən gecikdirilməsini, eyni zamanda övladlarının xəstə olduğuna görə işin gecikdirilməsini demişlər və sonuncudan vaxt istəmişlər. xx.xx.2022-ci ilin mart ayına qədər tanıdığı ehtiyat hissələri satan Fuad adlı şəxsdən pulunu bir neçə gün ərzində ödəmək şərtilə mal almış və Ruslanın avtomobilini tam 2020 cil markalı avtomobilə yığmışdır. Ruslan da Servisə gəlib görmüşdür. Onlar Ruslana avtomobildə yalnız kosmetik işlərin qalmasını bildirib bir neçə gün vaxt istəmiş, sonuncu da etiraz etməyib getmişdir. Lakin malları aldığı Fuad adlı şəxs pulu tələb etdikdə pulunu ödəyə bilmədiyi üçün Ruslanın avtomobilinin üzərindən həmin hissələri sökərək Fuadın özünə qaytarmışdır. Ruslanın avtomobilinin üzərindən sökdüyü köhnə detalları isə müştərilərə 2.000 manata satmışdır. Ruslanın avtomobilini servisin həyətində saxlamışdır. Ruslan da servisə gəldikdə avtomobilini görüb pulunu və avtomobilini verdiyi halda geri qaytarmağını tələb etmişdir. Lakin onlar Ruslanın pulunu borclarına verdiyi, avtomobilin üzərindən sökdüyü qabaq işıqları, qabaq kapot, qabaq və arxa buferləri satdığı üçün qaytara bilməmişlər. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 ifadəsində daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs1 pulu alan zaman orada qardaşı Təqsirləndirilən şəxs2 və Elməddinin qardaşı, yəni bacısının əri Asif olmuşdur. Zərərçəkmiş şəxs2 pulu arvadının kartına köçürmüşdür. Arvadının kartı özündə olmuşdur. Arvadının xəbəri isə olmamışdır. Sonuncu dəfə Ruslan pulu ona və qardaşına vermişdir. Zərərçəkmiş şəxs1 pulu aldıqdan sonra qardaşı Kamran aldığı pulun 40.000 manatı əvəzində evini ona verəcəyi barədə iltizam yazmışdır. Zərərçəkmiş şəxs2la isə aralarında qəbz və yaxud müqavilə olmamışdır. Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş müqaviləni özü hazırlamış, orada olan yazılar və imzalar onun tərəfimdən icra edilmişdir. Məqsədləri Elməddini aldatmaq olmuşdur ki, sonuncu evin ona məxsus olmasına inansın, yəni evi almağına və pul ödəməyinə inansın. Faktiki olaraq həmin mənzildə kirayədə yaşamışdır. Şahid avtomobil ustasıdır, müqaviləni özü hazırlamış, bundan Əzizin məlumatı olmamışdır. Belə ki. Əziz ona heç bir formada kömək etməmişdir. O və qardaşı Kamran Zərərçəkmiş şəxs2 məxsus avtomobildə müəyyən hissələri dəyişmiş, lakin sonradan həmin hissələri çıxarmışlar və bununla da Zərərçəkmiş şəxs2 məxsus avtomobildə heç bir dəyişiklik etməmiş olmuşlar. Onun və qardaşı Kamranın borcu olduğu üçün pul lazım olduğundan Ruslanın avtomobilinin üzərində olan detallardan sökərək satmışlar. Əldə etdiyi 2.000 manat pulu da öz şəxsi məqsədləri üçün xərcləmişlər. Fuadın işə heç bir aidiyyəti olmamış, sonuncu yalnız onlara avtomobil ehtiyat hissəsi satmış. Fuadın onların işlərindən məlumatı olmamışdır. Yalnız Fuadın adını bilmiş və başqa da heç bir məlumata sahib deyil. Arvadı X2 pul köçürülməsindən xəbəri olmamış, belə ki, arvadının kartı daima onda olmuş və o istifadə etmişdir. İbtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələr arasındakı ziddiyyətləri onunla izah etmişdir ki, əslində ibtidai istintaq dövründə də məhkəmədə verdiyi məzmunda ifadələr vermiş, lakin anlaşılmazlıq olmuşdur. Ortaqlığı Elməddin özü təklif etmiş, alınan pullar həqiqətən ehtiyat hissələrinin alınmasına sərf edilmiş, daha çox maşın təmir olunaraq sahiblərinə verilsə də Elməddinlə yalnız 4 ədəd Range Rover avtomobilinin təmirindən əldə olunan pul vəsaitlərinin verilməsi razılaşdırılmış, lakin həmin pul vəsaitlərini əvvəlki borc və borc faizlərınin ödəməsinə sərf etmişdir. Niyyəti Elməddini aldatmaq olmamış, müxtəlif üsullarla vaxt uzadaraq həmin pul vəsaitlərini qaytarmaq istəmişdir. Elməddinə pulu qaytara bilməyəcəyi təqdirdə isə evini sataraq borcunu qaytaracağını düşünmüş, evi satışa qoymuş, lakin sənədləri tam yerində olmadığından evin satışı da uzanmışdır. Elməddinin də gözləməyə səbri çatmamış və şikayət etmişdir. Zərərçəkmiş şəxs2la bağlı epizod üzrə isə bildirmişdir ki, Ruslanla aralarında mövcud olan razılaşmaya əsasən köhnə ehtiyat hissələrinin onlara əl haqqı kimi verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək, qardaşı Təqsirləndirilən şəxs1 ilə eyni məzmunda ifadələr verərək bildirmişdir ki, Elməddin onların bacısının ərinin qardaşıdır. Maddi çətinlikləri olduğundan Elməddindən 25 000 manat məbləğində borc pul götürmüş, lakin vaxtında qaytara bilməmişdir. Digər pul vəsaitlərinin götürülməsində və xərclənməsində iştirak etməmişdir. Hazırda Elməddinlə barışmışlar. Tərəflərindən götürülmüş pul vəsaiti tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxs2la bağlı epizod üzrə isə təmirə təqdim edilmiş maşının əzilmiş hissələrin 800 manat dəyərində qiymətləndirib əl haqqı kimi alacaqları barədə razılaşdıqlarını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 5400 manatlıq ehtiyat hissələri qaytarılmışdır. Hazırki günə olan borc məbləği 5500 manat təşkil edir. Lakin məhkəmə istintaqı dövründə həmin borcu da bağlayacaqlar. Təqsirləndirilən şəxs2 qardaşının verdiyi ifadəyə əlavə edərək həmçinin bildirdi ki, Elməddin həmçinin icarə haqqına da şərik olduğundan maşınların təmiri ilə əlaqədar gördükləri xidmətdən savayı digər, məsələn maşınları təmizləmə, parıldatma və s. işlərdən 2500 manat məbləğində pul vəsaiti Elməddinə qaytarılmışdır. Lakin qaytarılan həmin məbləğin 65000 manata aidiyyəti yoxdur. Ana məbləğdən başqa qardaşının ifadəsində göstərdiyi 11000 manat məbləğində gəlir isə əslində Elməddinin onların işinə ortaq olması üçün bankdan götürdüyü kreditlərə görə hesablanmış faiz məbləğidir. Məhkəmə iclasında tədqiq edilərək elan edilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, evlidir, iki yetkinlik yaşına çatmamış uşağı vardır. Təqsirləndirilən şəxs1 qardaşıdır və onlar birlikdə yaşayırlar. Qardaşı və o, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin avtomobil təmiri ilə məşğul olub ailələrini dolandırmışlar. Əvvəl qardaşı Rəşad ilə Xətai rayonu ərazisində olan Xəzər TV-nin yaxınlığında olan servisi icarəyə götürmüşlər və orada avtomobil təmiri ilə məşğul olmuşlar. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımış, belə ki, Zərərçəkmiş şəxs1 bacısı ərinin qardaşıdır. Zərərçəkmiş şəxs2 isə müştəri kimi tanımışlar. 2021-ci ilin avqust ayında borcları yaranmış və qardaşı Rəşad ilə razılığa gəlmişlər ki, qohumu Elməddindən borc pul alaraq həmin pulla borclarını qaytarsınlar. Elməddinin onlara pul verməsi üçün qardaşı ilə razılaşmışlar ki, sonuncuya aldığı pulu tezliklə qaytaracaqlarını bildirsinlər. 2021-ci ilin avqust ayının əvvəllərində Elməddinə zəng edərək görüşmək istədiyini bildirib evdə olmasını öyrənib qardaşı Rəşad ilə Elməddinin Yasamal rayonu ərazisində olan yaşadığı evə getmişlər. Evdə Elməddin ilə görüşmüş və sonuncudan 8.500 manata ehtiyacı olmasını bildirdib həmin pulu ondan borca istəmişdir. Elməddinə qardaşı Rəşad söz vermişdir ki, bir neçə gün ərzində pulu qaytaracaqlar. Elməddində qohum olduğunu nəzərə alıb onlara inanaraq 8.500 manat pulu vermişdir. Bir müddət keçdikdən sonra qardaşı Rəşad ilə Elməddinlə yenidən görüşmüş və sonuncuya problemlərinin olmasını bildirmişdir. Belə ki, o və qardaşı Rəşad Elməddinə demişlər ki, ehtiyat hissələri sifariş vermişlər, lakin gömrükdə saxlanılmışdır. Onlar həmçinin Elməddinə ehtiyat hissələrini gömrükdən çıxarmaq üçün pul verməli olduqlarını da bildirmişlər. Əvvəldən sifariş verdiyi malların sənədini Elməddinə göstərmiş, lakin həmin sənəd köhnə olmuşdur. Elməddinin inanması üçün bunu etmişdir. 2021-ci ilin avqust ayının ortalarında Elməddin ilə yaşadığı evdə görüşmüşlər. Qardaşı Rəşadda onların yanında olmuşdur. Elməddin evdə 6.500 manat pul vermişdir. Həmin günü onlar Elməddin ilə razılaşmışlar ki, malları gömrükdən çıxardıqdan sonra satılaraq əldə olunan gəlirdən Elməddinə də verəcəklər. Faktiki olaraq heç bir gəlir və ehtiyat hissələri olmamışdır. Bir həftə keçdikdən sonra onlar Elməddin ilə görüşmüşlər. Yaşadığı mənzili satışa çıxardığını və tezliklə satışından pul əldə olunacağını yalandan Elməddinə bildirib 10.000 manat pul istəmişdir. 2021-ci ilin avqust ayının sonlarında qardaşı Rəşadla Elməddin ilə Bakı Metropolitenin “Ulduz” stansiyası yaxınlığında görüşmüşlər. Həmin vaxt Elməddin qardaşı Rəşada 10.000 manat pul vermişdir. Bir neçə gün keçdikdən sonra Elməddin ona və qardaşı Rəşada zəng edərək pulunu istəmişdir. Həmin ərəfələrdə qardaşı Rəşad Əhmədli qəsəbəsində kirayədə yaşamışdır. Elməddin onlardan pulu tələb etdikdə görüşmüşlər. Görüş zamanı qardaşı Rəşad sənəd təqdim edərək həmin sənədə əsasən mütləq şəkildə 40 gün ərzində evini satacağını bildirmişdir. Həmin sənədi qardaşı Rəşad hazırlamışdır. Sənəd mənzilin satılması ilə bağlı müqavilə olmuşdur. Belə ki, evi Rəşad güya Əziz adlı şəxsdən almış və aylıq ödəniş etmiş, hazıradək sonuncuya 31.000 manat pul ödənildiyini bildirən Rəşad Əzizlə bağladığı müqaviləyə əsasən həmin evi 40 gün ərzində sonuncunun satmayacağı tədqirdə vermiş olduğu 31.000 manat geri alacağını demişdir. Rəşad bunu Elməddinin onlara inanmasına görə etmişdir. Bir neçə gündən sonra Elməddin ilə görüşmüş və qardaşı Rəşadın iştirakı ilə sonuncuya təklif etmişdir ki, şərikli iş görsünlər, belə ki, Xətai rayonu, NZS qəsəbəsində yerləşən təmir mərkəzinə şərik olsunlar. Rəşad Elməddinə yalandan həmin mərkəzdə avtomobillər təmir etdiklərini və yaxşı gəlir əldə olunacağını bildirmişdir. Rəşad Elməddinə yalandan 4 “Range Rover” markalı avtomobilləri təmir edəcəyini, həmin avtomobillərin hər birindən 1.500 manat gəlir əldə olunacağını bildirmişdir. Lakin işlərin həll edilməsi üçün pul lazım olmasını demiş və Elməddindən pul istəmişdir. Rəşad bunu yalandan Elməddinə bildirmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərindən başlayaraq sonunadək olan müddət ərzində üç dəfə Elməddin ilə Xəzər TV-nin inzibati binasının yaxınlığında görüşmüşlər. Elməddindən ümumilikdə 35.000 manat pul almışlar. Bununla da Elməddin ümumilikdə onlara 65.000 manat pul vermişdir. O və Rəşad həmin pulla ümumi borclarını qaytarmışlar. Elməddinə isə heç bir məbləğdə pul qaytarmamışlar. Elməddinə istər ana məbləğdən, istərsədə gəlir kimi pul verməmişlər. Elməddin sonradan israrla pul tələb etdikdə sonuncuya müxtəlif bəhanələr gətirib hiss-hissə olmaqla 8.000 manat pul qaytarmışlar. Ancaq qalan 57.000 manat pulu isə qaytara bilməmişlər. Bundan başqa Zərərçəkmiş şəxs2 ümumilikdə 11.500 manat pul almışlar ki, sonuncuya məxsus 2016-cı il buraxılışla qara rəngli, “Range Rover” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili 2020-ci il modelinə yığacaqlar. Belə ki, 2022-ci il tarixdə Ruslan işlədiyi servisə gəlmişdir. Servisdə Ruslanı qardaşı Rəşad qarşılamışdır. Sonradan isə özü də onların yanına getmişdir. Ruslan onlara avtomobili barədə məlumat verib 2020-ci il modelinə yığılmaq istəyinin olmasını və həmin işin hansı məbləğə görüləcəyini soruşmuşdur. X26 4.200 ABŞ dollar məbləğində paket təklif etmiş, həmin paketə ön və arxa işıq faralarının dəyişilməsi, arxa və qabaq buferin dəyişilməsi, mühərrik qapısının dəyişilməsi daxil olmuşdur. Əlavə olaraq Ruslana o və qardaşı Rəşad 600 ABŞ dollar ödənildikdə sağ yan güzgünün dəyişilməsi, 550 ABŞ dollara sağ qapının dəyişilməsini bildirmişlər. Həmçinin Ruslandan 1.400 manat məbləğində ön kamera və sağ güzgü kamerasının dəyişilməsini, 1.500 manat disk təkər və ayaq qoyulan üçün pul istəmişlər. Ruslan da razı olmasını bildirdib razılaşmışdır. 19 yanvar 2022-ci il tarixdə qardaşı Rəşad arvadı X1 fotoşəkilini “WhatsApp” vasitəsilə Ruslana göndərmişdir. Ruslanda həmin günü karta 2.800 manat pul köçürmüşdür. 21 yanvar 2022-ci il tarixdə “Range Rover” markalı, **- OU-*** dövlət qeydiyyat nişanlı avtomobili Ruslan evakuator vasitəsilə işlədiyi servisə gətirmişdir. Servisdə onlar Ruslana söz vermişlər ki, avtomobilin təmirinə başlayacaqlar. 20 yanvar 2022-ci il tarixdə Ruslan Rəşadın X3 "xxxx" kartına 1.450, 23 yanvar 2022-ci il tarixdə 1.400 manat, 05 fevral 2022-ci il tarixdə 450 manat və 29 yanvar 2022-ci il tarixdə 300 manat pul köçürmüşdür. Həmin pulu qardaşı Rəşad kartdan çıxarmış və onlar ümumilikdə 6.400 manat pulla Ruslanın avtomobilinə 2020-ci il buraxılışlı “Range Rover” markalı avtomobilə aid ehtiyat hissələri sifariş almaq yerinə borclarını qaytarmışlar. Ruslan mütəmadi olaraq ona və qardaşı Rəşada zəng etmiş, onlar da Ruslana artıq malları sifariş etdiyini bildirmişlər. 2022-ci ilin fevral ayının ortalarında Ruslan işlədiyi servisə gəlmiş və 3.600 manat pul vermişdir. Belə ki, onlar Rəşadın avtomobilinin təkərləri, diskləri, güzgüləri və s hissələrnin dəyişilməsi üçün ümumilikdə 5.100 manata razılaşmışlar. 2022-ci ilin fevral ayında servisdə qardaşı Rəşad həmin pulun qalan 1.500 manatını almışdır. Onlar Ruslanla ilk vaxtdan onun avtomobilinin üzərindən çıxarılmış hissələrin sonuncuya qaytaracağına söz vermişlər. Razılaşmaya əsasən avtomobili 15 gün ərzində Ruslanın istədiyi formada sonuncuya təhvil verməyi öz öhdəsinə götürmüşlər. 2022-ci ilin fevral ayında onlar Ruslanın avtomobildə heç bir iş görməmişlər. Ruslan servisə gəlib avtomobilini təhvil almaq istədikdə hər-hansı bir iş görülmədiyini görüb narazılıq etmişdir. Onlar da Ruslana yalandan aldığı pulları avtomobili üçün lazım olan malların gətirilməsinə xərclədiklərini, malların gömrükdən gecikdirilməsini, eyni zamanda övladlarının xəstə olduğuna görə işin gecikdirilməsini demişlər və sonuncudan vaxt istəmişlər. xx.xx.2022-ci ilin mart ayına qədər tanıdığı ehtiyyat hissələri satan Fuad adlı şəxsdən pulunu bir neçə gün ərzində ödəmək şərtilə mal almışlar və Ruslanın avtomobilini tam 2020 cil markalı avtomobilə yığmışlar. Ruslan da Servisə gəlib görmüşdür. Onlar Ruslana avtomobildə yalnız kosmetik işlərin qalmasını bildirib bir neçə gün vaxt istəmişlər, sonuncu da etiraz etməyib getmişdir. Lakin malları aldığı Fuad adlı şəxs pulu tələb etdikdə pulunu ödəyə bilmədiyi üçün Ruslanın avtomobilinin üzərindən həmin hissələri sökərək Fuadın özünə qaytarmışlar. Ruslanın avtomobilinin üzərindən sökdüyü köhnə detalları isə müştərilərə 2.000 manata satmışlar. Ruslanın avtomobilini servisin həyətində saxlamışdır. Ruslan da servisə gəldikdə avtomobilini görüb pulunu və avtomobilini verdiyi halda geri qaytarmağını tələb etmişdir. Lakin onlar Ruslanın pulunu borclarına verdiyi, avtomobilin üzərindən sökdükləri qabaq işıqları, qabaq kapot, qabaq və arxa buferləri satdıqları üçün qaytara bilməmişlər. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs1 pulu alan zaman orada qardaşı Təqsirləndirilən şəxs1 olmuşdur. Zərərçəkmiş şəxs2 pulu qardaşı Rəşadın arvadının kartına köçürmüşdür. Sonuncu dəfə Ruslan pulu ona və qardaşı Rəşada servisdə vermişdir. Zərərçəkmiş şəxs1 pulu aldıqdan sonra aldığı pulun 40.000 manatı əvəzində evini ona verəcəyi barədə iltizam yazmışdır. Zərərçəkmiş şəxs2la isə arasında qəbz və yaxud müqavilə olmamışdır. Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş və işdə olan müqaviləni qardaşı Rəşad hazırlamış, orada olan yazılar və imzalar çox güman ki, qardaşı Rəşad tərəfindən icra edilmişdir. Qardaşının məqsədi Elməddinin onlara inanması olmuşdur. Faktiki olaraq Rəşad həmin mənzildə kiarəyədə yaşamışdır. Şahid ötəri olaraq tanımış, sonuncunu qardaşı Rəşadın yanında görmüşdür. Əziz də avtomobil təmiri ilə məşğul olur. Ruslanın avtomobilində bəzi hissələri dəyişmişlər, lakin sonradan çıxarmışlar və heç bir iş görməmiş olmuşlar. Onların borcu olduğu üçün pul lazım olduğundan Ruslanın avtomobilinin üzərində olan detallardan sökərək satmışlar. Əldə etdiyi 2.000 manat pulu da öz şəxsi məqsədləri üçün xərcləmişlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələr arasındakı ziddiyyətləri izah edərkən bildirmişdir ki, 25000 manatı şəxsən öz borcu üçün alsa da, sonrakı pulların alınmasında və xərclənməsində iştirak etməmişdir. Qardaşına kömək üçün pulun qaytarılması üçün evin satılaraq ödənilməsi barədə iltizamı özü imzalamış, qardaşının da əslində Elməddindən borc almaqda niyyəti aldatmaqla onun əmlakını ələ keçirmək olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, o, ali təhsillidir. Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. Hadisə elə Təqsirləndirilən şəxs1 dediyi kimi baş vermişdir. Belə ki, o, 8500+6500+10000= 25000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 şəxsi ehtiyacları üçün bir həftəyə, on günə qaytarılması, 29000 manatı isə Təqsirləndirilən şəxs1 ortaqlıq məqsədilə, təmirə verilmiş maşınların sahiblərinə təhvil verildikdən sonra ödənilməsi şərtilə borc şəklində vermişdir. Tərəfindən onlara iş təklif edilmiş, pulları xırda-xırda ehtiyyat hissələri almaq üçün vermişdir. Borc verərkən başqa şəxslərə borcları olduğunu bilmiş, lakin qohumluq münasibətinə görə borc verməkdən imtina edə bilməmişdir. Bundan başqa borcunu ödəyə bilməyəcəyi təqdirdə Təqsirləndirilən şəxs1 evini satib borcunu qaytaracağını dediyinə görə borc verməyə razılaşmışdır. Zərərçəkmiş şəxs1 həmçinin borc pul vəsaitlərinin verilməsi üçün Rızayevlərin ona göstərdiyi sənədlərə (gömrükdə ehtiyat hissələrinin qalması, evin satılması barədə öhdəlik) dərininə varmadan ötəri baxdığını, aralarında olan qohumluq münasibəti olduğundan hadisənin bu istiqamətdə gedəcəyini düşünmədiyini, həmin sənədlər olmadan da borc verəcəyini bildirmişdir. Xətai rayonunda, Əhmədli qəsəbəsində yerləşən evin kirayə götürüldüyünü, yəni özlərinə məxsus olmadığını bildikdən sonra Kamran Maştağada ona məxsus olan evi satacağı barədə öhdəlik götürmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş həmin sənəddə göstərilən 40000 manat pul vəsaiti əslində aralarında olan borc məbləğini əks etdirməməklə yuxarıda göstərilən evin dəyərləndirilərək müəyyən edilən satış qiymətidir. Lakin həmin evin “kupçası” olmadığından satıla bilməmişdir. Aralarında olan borc məbləği 65000 manat təşkil etmiş, həmin pul vəsaitinin içində həm də onunda faydası olmuşdur. Kamranın 25000 manat pul vəsaitini nəyə görə borc aldığını soruşmamış, aralarında borcla bağlı heç bir kağız olmamışdır. 20 il qohum olmaqlarına baxmayaraq bir-birilərini elə də tanımamışlar. Yaxşı usta olduqlarını və yaxşı pul qazandıqlarını eşitmişdir. Bu səbəbdən verdiyi pulun qaytarılacağına inanmış və ortaq olmağı təklif etmişdir. Salonda özünün də müşahidə etdiyi kimi 4 ədəd Range Rover təmir olunmuş, lakin verdiyi nə ana məbləğdən, nə də gəlir kimi götürməli olduğu məbləğdən ona ödəniş edilməmişdir. Belə ki, ona 4 Range Roverdən hər biri üçün 1500 manat pul, ümumi qoymuş olduğu puldan isə 11000 manat xeyir verilməli idi. Lakin işlərin yaxşı getdiyini, maşınların təmir olunaraq sahiblərinə təhvil verildiyini, ona isə hər hansı pul vəsaitinin verilmədiyini, verdiyi pulların müəyyənləşdirilmiş müddətdə qaytarılmadığını görərək aldadıldığını düşünmüş, verdiyi borcun və ortaqlıq üçün pul məbləğinin geri qaytarılması üçün şikayət ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Belə ki, işlərin həqiqətən yolunda getdiyini müşahidə etmiş, lakin ona məhz müştərilərin pulu gecikdirdiyi billdirilmişdir. Əslində isə müştərilər pulu Rəşada vaxtında ödəmiş, lakin həmin pullardan ona çatmalı olan haqq verilməmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir deyə barışmışlar. Zərərçəkmiş şəxs1 həmçinin bildirmişdir ki, orada təmir, “restyling” xidmətlərindən başqa avtomobil cilalama, təmizləmə və s. kimi digər usta xidmətləri də göstərilmişdir. Həmin işlərdən hərdən 50-100 manat pul verirdilər. Ümumi 1000 manata yaxın hissə-hissə pul verilmişdir . O pulun götürməli olduğu 54000 manata (ortaqlıq üçün qoyulan 29000 manat məbləğində ana məbləğ və 11000 manat məbləğində götürməli olduğu gəlir) aidiyyəti yox idi. Həmin pul vəsaitinin verilməsi üçün razılaşdıqları işdən ona pul verilməyib. Təqsirləndirilən şəxs2 baş vermiş hadisədə iştirakı ilə əlaqədar Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onu qardaşının yanında usta işləyirdi deyə tanıyırdı. 25000 manatı Kamrana şəxsi borclarının ödənilməsi üçün təqdim edib.Yerdə qalan pulların hamısını Rəşada öz qardaşı Asifin iştirakı ilə vermiş, Kamran həmin danışıqlarda və pulun verilməsində iştirak etməmişdir. Qardaşı Rəşaddan şikayət etməməsi üçün vaxt udmaq məqsədilə Maştağadakı evin satılmasına dair üzərinə öhdəlik götürməsinə dair sənədi Kamran imzalamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, ünvan 10 ünvanda yaşayır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qohumlarıdır, belə ki, onların bacısı qardaşının arvadır. Onlar qohum olduğu üçün mütəmadi olaraq Kamran və Rəşadı görmüşdür. Kamran və Rəşad avtomobilləri bəzəməklə məşğul olmuşlar. Rəşad və Kamran Xəzər TV-nin inzibati binasının arxasında avtomobil salonunu icarəyə götürmüşlər. 2021-ci ilin avqust ayının əvvəllərində Kamran zəng edərək görüşmək istədiyini bildirib yaşadığı evə gəlmişdir. Kamran qardaşı Rəşad ilə birlikdə gəlmişdir. Evdə Kamran 8.500 manata ehtiyacı olmasını bildirdib borc istəmişdir. İlkin olaraq etiraz elmək istəmiş, lakin fikirləşmişdir ki, sonuncunun bacısı qardaşının arvadır və qohumdurlar. Buna görədə Kamrana etiraz edə bilməmiş və sonuncuya 8.500 manat pulu borc olaraq vermişdir. Bir müddət keçdikdən sonra onlar yenidən görüşmüşlər və Kamran problemləri olmasını bildirmişdir. Belə ki, Kamran və Rəşad bildirmişlər ki, avtomobil təmiri ilə məşğul olduqları üçün ehtiyat hissələri sifariş vermişlər, lakin gömrükdə saxlanılmışdır. Kamran və Rəşad bildirmişlər ki, ehtiyat hissələrini gömrükdən çıxarmaq üçün pul verməlidirlər. Kamran gömrüklə bağlı sənəd göstərmiş, bundan sonra onlara inanmışdır. Buna görədə 2021-ci ilin avqust ayının ortalarında Rəşadın iştirakı ilə Kamrana yaşadığı evdə 6.500 manat borc pul vermişdir. Həmin günü Rəşad və Kamranla onlar malları gömrükdən çıxardıqdan sonra satılaraq əldə olunan gəliri öz aralarında böləcəklərinə razılaşmışlar. Rəşad və Kamrana 6.500 manat pulu buna görə vermişdir. Bir həftə keçdikdən sonra Rəşad və Kamran ilə görüşmüşdür. Kamran mənzilini satışa çıxardığını və tezliklə satışından pul əldə edəcəyini bildirib 10.000 manat borca pul istəmişdir. 2021-ci ilin avqust ayının sonlarında Rəşad və Kamran Bakı Metropolitenin “Ulduz1’ stansiyası yaxınlığında görüşmüşlər. Həmin vaxt Rəşada 10.000 manat pul vermişdir. Bundan sonra günlər keçdikcə Rəşad və Kamranın pul vermədiklərini görüb narahat olmağa başlamışdır. Rəşad və Kamrana bu barədə öz iradını bildirdikdə Rəşad sənəd təqdim edərək həmin sənədə əsasən mütləq şəkildə 40 gün ərzində evini satacağını bildirmişdir. Belə ki, evi Rəşad güya Əziz adlı şəxsdən almış və aylıq ödəniş etmiş, hazıradək sonuncuya 31.000 manat pul ödənildiyini bildirən Rəşad Əzizlə bağladığı müqaviləyə əsasən həmin evi 40 gün ərzində sonuncunun satmayacağı tədqirdə vermiş olduğu 31.000 manat geri alacağını demişdir. Bu söhbətlərdən sonra Rəşada bir qədər inancı artmışdır. Bir neçə gündən sonra Rəşad təklif etmişdir ki, şərikli iş görsünlər, belə ki, Xətai rayonu, NZS qəsəbəsində yerləşən təmir mərkəzinə şərik olsun. Rəşad həmin mərkəzdə avtomobillər təmir etdiyini və yaxşı gəlir əldə etməsini bildirmişdir. Rəşad 4 “Range Rover” markalı avtomobilləri təmir edəcəyini, həmin avtomobillərin hər birindən 1.500 manat gəlir əldə olunacağını demişdir. Lakin işlərin həll edilməsi üçün pul lazım olmasını bildirib pul istəmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərindən başlayaraq sonunadək olan müddət ərzində üç dəfəyə Rəşada ümumilikdə Xəzər TV-nin inzibati binasının yaxınlığında 35.000 manat pul vermişdir. Bununlada Rəşadın 65.000 manat verəcəyi olmuşdur. Rəşad və Kamran hissə-hissə olmaqla həmin puldan 5.000 manat pul qaytarmışdır. Qalan məbləği isə qaytarmamışdır. Belə ki, istər ana məbləğdən, istərsədə gəlir kimi pul verməmişdir. Belə ki, onlar onu aldadıb müxtəlif bəhanələr edərək heç bir iş görməyərək pulunu ələ keçirmişlər. İbtidai istintaq dövründə dindirilmiş Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, pulu Rəşad Rizayev və Kamran Rizayevə vermiş, belə ki, onlar hər ikisi ondan pul istəmişlər və biri-birilərinin dediklərini təsdiq etmişlər. Eyni zamanda Kamran və Rəşad birlikdə işləmişlər. İlkin olaraq verdiyi 8.500 manat pulu onlara 5-10 gün müddətində qaytarmaq şərtilə vermişdir. 6.500 manat pulu onlara gömrükdə olan mallarının buraxılması ilə əlaqədar vermiş və razılaşmışlar ki, malların satışında əldə olunan gəlir üç yerə bölünəcək. 10.000 manat pulu vermişdir ki, Bakı şəhəri. Xətai rayonu. Əhmədli qəsəbəsi, Q.Məmmədov küçəsi. 007D ünvanda yerləşən binanın 0024 nömrəli mənzili satılsın və pulları qaytarılsın, 35.000 manat pul Xətai rayonu, NZS qəsəbəsində yerləşən təmir mərkəzinə şərik olmaq və əldə olunan gəliri üç yerə bölünməsi üçün vermişdir. Rəşad və Kamran qardaşlarına ümumilikdə 65.000 manat pulu verən zaman yanlarında heç kim olmamışdır. Rəşad və Kamran qardaşlarına 5.100 manat pulu verdikdən sonra Kamran iltizam yazmışdır ki, onlara verdiyi 65.000 manat pulun 40.000 manatının qarşılığında evini ona verəcək. Rəşad və Kamran şikayət etməmişdən əvvəl heç bir məbləğdə pul qaytarmamışlar. Şikayət etdikdən sonra isə ilkin təhqiqat zamanı onlar 5.000 manat pul ödəmişlər. Rəşad həbs edildikdən sonra isə 3.900 manat pul qaytarmışlar. İbtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələr arasındakı ziddiyyətləri izah edərkən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, məhkəmədəki ifadəsini təsdiq edir. Verdiyi pulllar müəyyənləşdirdikləri vaxtda qaytarılmadığından aldadıldığını, təqsirləndirilən şəxslərin niyyətinin əvvəlldən onun aldadılmasına yönəldiyini düşünmüşdür. Təqsirləndirilən şəxs2 yalnız ilk 25000 manatı özü şəxsən almış, ortaqlıq üçün verilən pulların alınması ilə bağlı nə danışıqlarda, nə də pulların alınmasında iştirak etməsə də, sonrakı pulları qardaşı Təqsirləndirilən şəxs1 versə də ilk borcu Kamrana verdiyinə görə düşünmüşdür ki, hər ikisi qabaqcadan əlbir olmaqla ona qarşı bu hərəkətlərə yol vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, ona məxsus 2016-cı il buraxılışlı, qara rəngli, “Range Rover” markalı avtomobil olmuşdur. Avtomobilinin buraxılış ili ilə əlaqədar təmirə ehtiyacı olmuşdur. Buna görə də avtomobildə təmir ilə əlaqədar müəyyən işlər görülməsini istəmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iki il müddətdir ki, tanımışdır. Həmin şəxslər avtomobil təmiri ilə məşğul olmuşlar. Avtomobilini yeni buraxılmış avtomobillərə uyğun olaraq dizayn edilməsi üçün həmin şəxslərin yanına aparmaq qərarına gəlmiş, həmin şəxslər avtomobili yeni dizaynda təqdim etmək üçün ümumilikdə ondan 11.500 manat almışdırlar. Həmin şəxslər ona bildirdikləri müddət ərzində avtomobili ona yeni dizaynda təqdim etməli olsalar da, təqdim etməmişdirlər. Avtomobilin təhvil verilməsini planlaşdırdıqları gün salona getmiş, avtomobilinə yeni avadanlıqlar və ehtiyat hissələrı quraşdırılsa da, ona son kosmetik işlərinin qaldığı, növbəti gün gəlib avtomobilini təhvil ala biləcəyi bildirilmişdir. Növbəti gün avtomobilini götürmək üçün getdikdə avtomobilin salondan yol qırağına çıxarılmasına və üzərində olan ehtiyat hissələrinin götürülməsinə şahid olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayaraq vəziyyətin izah edilməsini tələb etdikdə ona borcları olduğu üçün avtomobilin dizayn edilməsi zaman ehtiyat hissələrinin nisyə olaraq başqa şəxslərdən alındığını, ondan aldıqları pulun bir hissəsini isə başqa şəxslərdən aldıqları borclarının ödənilməsinə və Təqsirləndirilən şəxs1 uşağının xəstə olması ilə əlaqədar xərclərinin qarşılanmasına sərf etdiklərini bildirmişdirlər. Avtomobilinin əvvəlki detallarından qabaq işıqları, qabaq kapot, qabaq və arxa buferləri götürülmüşdü. Həmin detallar qiymətdə razılaşacaqları təqdirdə onlara satılması müəyyənləşdirilmişdi. Hissə-hissə olmaqla ümumilikdə təqsirləndirilən şəxslərə 11 500 manat pul vəsaiti vermişdir. Hal-hazırda dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı dələduzluq etmək niyyəti olmamış, Təqsirləndirilən şəxs1 uşağının xəstə olması səbəbindən maddi çətinliyi ilə əlaqədar avtomobilinə quraşdırılmalı olan ehtiyat hissələri alınmamış, sadəcə vəziyyətdən çıxmaq üçün onlara verilən pul vəsaitindən istifadə etmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, evlidir, üç azyaşlı uşağı vardır və 2006-cı ildən Azərbaycan Respublikası Mərkəzi Bankında böyük mütəxəssis vəzifəsində işləyir. Özünə məxsus 2016-cı il buraxılışlı, qara rəngli, “Range Rover” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobilinin buraxılış ili ilə əlaqədar təmirə ehtiyacı olmuşdur. Buna görə də avtomobildə təmir ilə əlaqədar müəyyən işlər gördürmək istəmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2020-ci ildən tanımışdır. Həmin şəxslər qardaşdır və avtomobil təmiri ilə məşğul olurlar. Avtomobilini təmiri ilə əlaqədar həmin şəxslərlə vermək qərarına gəlmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu ərazində, Xəzər TV şirkətinin arxasında yerləşən “Vinil-Dizayn” avtomobil servisinə gəlmişdir. Servisdə usta işləyən Təqsirləndirilən şəxs1 yaxınlaşdıqda, həmin vaxt sonuncu ilə birlikdə işləyən qardaşı Təqsirləndirilən şəxs2 da gəlmişdir. Söhbət zamanı onlara avtomobilini 2020-ci il modelinə yığılmasını istədiyini və həmin işin hansı məbləğə görüləcəyini soruşmuşdur. Avtomobili haqqında həmin şəxslərə ətraflı məlumat vermişdir. Rəşad 4.200 ABŞ dollar məbləğində paket təklif edərək həmin paketə ön və arxa işıq faralarının dəyişilməsi, arxa və qabaq buferin dəyişilməsi, mühərrik qapısının dəyişilməsi daxil olmuşdur. Əlavə olaraq 600 ABŞ dollar ödənildikdə sağ yan güzgünün və 550 ABŞ dollara sağ qapının dəyişilməsini bildirmişlər. Həmçinin 1.400 manat məbləğində ön kamera və sağ güzgü kamerasının dəyişilməsini, 1.500 manat disk təkər və ayaq qoyulan üçün pul istəmişlər. Rəşad və Kamranın təklifləri onu qane etdiyi üçün bildirdikləri məbləğ ilə razılaşmışdır. 19 yanvar 2022-ci il tarixdə Rəşad “WhatsApp” vasitəsilə kart fotoşəkili göndərmişdir. Həmin günü ünvan 12 ünvanda olan “MiliÖN” ödəmə terminalından Rəşadın göndərdiyi X8 "xxxx" kartına 2.800 manat pul köçürmüşdür. 21 yanvar 2022-ci il tarixdə “Range Rover” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilini evakuator vasitəsilə Kamran və Rəşadın işlədiyi servisə aparıb orada avtomobili onlara təhvil vermişdir. Rəşad və Kamran söz vermişlər ki, avtomobilin təmirinə başlayacaqlar. Bundan sonra 20 yanvar 2022-ci il tarixdə Kamranın deməsi əsasında ünvan 8 ünvanda olan “MiliÖN” ödəmə terminalından X8 "xxxx" kartına 1.450 manat pul köçürmüşdür. Bundan sonra 23 yanvar 2022-ci il tarixdə Rəşadın deməsi əsasında Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 33 ünvanda olan “MiliÖN” ödəmə terminalından X8 "xxxx" kartına 1.400 manat pul köçürmüşdür. Bundan sonra 05 fevral 2022-ci il tarixdə Rəşadın deməsi əsasında həmin terminalından X8 "xxxx" kartına 450 manat pul köçürmüşdür. Bundan sonra 29 yanvar 2022-ci il tarixdə Rəşadın deməsi əsasında həmin terminalından X8 "xxxx" kartına 300 manat pul köçürmüşdür. Mütəmadi olaraq Kamran və Rəşad ilə danışmış və onlar bildirmişlər ki, artıq avtomobil üçün lazım olan ehtiyat hissələrini sifariş vermişlər. Bundan sonrakı günlərdə Rəşad və Kamran avtomobilin təkərləri, diskləri, güzgüləri və s. hissələr üçün ümumilikdə 5.100 manat pul vermişdir. Belə ki, 2022-ci ilin fevral ayının ortalarında servisə getmiş və Kamran ilə orada görüşmüşdür. Orada Kamrana 3.600 manat pul vermişdir. Sonuncu dəfə isə 2022-ci ilin fevral ayında servisə getmiş və Rəşad ilə görüşərək sonuncuya 1.500 manat pul vermişdir. Kamran və Rəşad ilə arasında olan razılaşmaya əsasən avtomobilin üzərindən çıxan mühərrik qapısı, arxa, ön buferlər və işıqlar çıxarılaraq qaytarılmalı idi. Razılaşmaya əsasən avtomobil 15 gün ərzində yığılaraq təhvil verilməli idi. 2022-ci ilin fevral ayının əvvəli servisə gedib avtomobilini təhvil almaq istədikdə görmüşdür ki. Rəşad və Kamran tərəfindən hər-hansı bir iş görülməmişdir. Rəşad və Kamrandan nə üçün avtomobilində heç bir dəyişiklik olmamasını soruşmuş, onlarda bahanə olaraq pul verdiyi malların gömrükdən gecikdirilməsini, eyni zamanda övladlarının xəstə olduğuna görə hər-hansı bir iş görmədiklərini bildirmişlər. Bir insan olaraq onları başa düşüb bir ayda gözləməyə məcbur olmuşdur. xx.xx.2022-ci ilin mart ayında servisə gəlib avtomobilin üzərində yeni əşyaların yığılmasını görüb hazır olduğuna sevindikdə, Rəşad avtomobilin hələ tam bitirmədiyini, axşam kosmetik işləri gördükdən sonra deyərək, xx.xx.2022-ci il tarixdə, yəni səhəri gün gəlib təhvil alacağına söz vermişdir. Səhəri gün avtomobilini təhvil almaq istədikdə görmüşdür ki, özünə məxsus olan “Range Rover" markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilini servisin içərisindən yola çıxarılaraq saxlanılmışdır. Avtomobilə baxdıqda ondan alınan pulla alınmış əşyalar çıxarılmış və üzərində olan digər əşyalar da götürülmüşdür. Rəşadım istifadəsində olan ***-***-**-** saylı mobil telefonu ilə əlaqə saxlayaraq avtomobilini nə səbəbə görə bu vəziyyətə salmasını, avtomobilin ehtiyat hissələrinin harada olmasını soruşduqda, sonuncu cavab olaraq ehtiyat hissələrinin hamısını borcu olduğundan satmasını bildirmişdir. Artıq məlum olmuşdur ki, Rəşad qardaşı Kamran ilə əlbir olaraq aldığı pulla avtomobilinin əşyalarını alıb görüntü yaradaraq əmlakını ələ keçirmişdir. Rəşadı dəfələrlə servisə çağırıb ondan 11.500 manat pulunu və avtomobili təhvil verdiyi halda qaytarmasını tələb etmiş, lakin sonuncu görüşə gəlməmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində daha sonra göstərmişdir ki. Rəşad və Kamrana pul verən zaman yanında heç kim olmamışdır. Həmin şəxslərlə arasında pulun verilməsi ilə bağlı qəbz və yaxud müqavilə olmamışdır. Rəşad və Kamran 11.500 manat pulun qarşılığında 2016-cı il buraxılışlı “Range Rover" markalı. **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilini 2020-ci il modelə yığmağı vəd vermişlər. Rəşad və Kamran qardaşları avtomobilini yeni paketə yığmışlar, lakin sonradan sökmüşlər. Avtomobili onlardan sökülmüş halda təhvil almışdır. Avtomobilinin əvvəlki detallarından, yəni qabaq işıqları, qabaq kapot, qabaq və arxa buferləri götürülmüşdür. Buna görədə əlavə olaraq 2.000 manat ziyan dəymişdir. Belə ki. Rəşaddan həmin hissələri tələb etdikdə sonuncu 2.000 manata satdığını bildirmişdir. Rəşad və Kamran qardaşlarına avtomobilindən hər hansı bir hissəsini götürmələrinə icazə verməmişdir. Belə ki, onlarla razılaşmışdır ki. avtomobili təhvil aldıqda üzərindən çıxan hissələri də təhvil alacaq. Məhkəmə iclasında ibtidai istintaq dövründə dindirilmiş Şahid elan edilərək tədqiq olunmuş ifadəsindən görünür ki, bir yetkinlik yaşma çatmış uşağı vardır, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin 30 ildir ki, avtomobil təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 4-5 ildir ki, tanıyır, həmin şəxslər də avtomobil təmiri ilə məşğul olur. 2021-ci ilin avqust-sentyabr aylarında mənzilini satmaq istəmişdir. Belə ki, yaşadığı mənzil ipotekada olduğundan aylıq ödənişlərini etməkdə çətinlik çəkmişdir. Buna görə də yaşadığı mənzili sataraq əldə etdiyi pulla daha münasib qiymətə ev almağa qərar vermişdir. Həmin ərəfələrdə Rəşad ilə görüşən zaman sonuncuya da mənzilinin aylıq ipotekasını ödəyə bilmədiyi üçün satmaq və daha münasib qiymətə mənzil almaq istədiyini demişdir. Bu zaman Rəşad bildirmişdir ki, onun Əhmədli qəsəbəsində mənzili vardır və həmin mənzili satmaq istəyir. Rəşad təklif etmişdir ki, onun mənzilini alsın. Lakin Rəşadın deməsinə görə mənzilin sənədlərini ala bilmirlər, belə ki, sənədlər hansısa şirkətdədir. Rəşad ilə razılaşmış və sonuncunun yaşadığı mənzili almaq istəmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində Rəşad ilə xatırlamadığı yerdə görüşmüşdür. Söhbət zamanı əvvəllər görmədiyi və tanımadığı bir nəfər şəxs onların yanına gəlmişdir. Həmin şəxs kök bədən quruluşlu olmuşdur. Həmin şəxs Rəşadın Elməddin adlı qohumu olmuşdur. Elməddin Rəşad ilə mənzil barədə söhbət etmişlər. Elməddin ona bildirmişdir ki, "qardaş evin sənədləri hardadır". Bu zaman Rəşada baxaraq nə sənədlər olmasını demişdir. Rəşad da demişdir ki, evi bacısının əri də almaq istəyir. Elməddin bir daha sənədlər barədə soruşduqda sonuncuya bildirmişdir ki, Rəşadın deməsinə görə mənzilin sənədləri hansısa şirkətdədir və sənədləri ala bilmirlər. Elmədinə onların məsələsindən məlumatsız və heç nədən xəbərinin olmadığını demişdir. Elməddinə Rəşadın evi ona da satmaq istədiyini demişdir. Bundan sonra isə onların arasında problem olmasını başa düşüb getmişdir. Bir daha isə onları görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində daha sonra göstərmişdir ki. Təqsirləndirilən şəxs1 mənzil satılması üçün istər Zərərçəkmiş şəxs1, istərsə də başqa şəxsdən pul almasını görməmiş və bilməmişdir. Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 ona heç bir məbləğdə pul verməmişlər. Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş müqavilə ona göstərilmiş, həmin müqaviləyə baxmış, müqavilədə olan imzalar ona məxsus deyil, müqavilənin kim tərəfindən, nə vaxt və harada hazırlanmasını bilməmişdir. Heç vaxt makler olmamış, heç vaxt makler kimi işləməmiş və daima avtomobil təmiri ilə məşğul olmuşdur. Lakin fikirləşmişdir ki, həmin müqaviləni Rəşad hazırlamış, çünki həmin mənzili Rəşad ona satmaq istəmişdir. Rəşadın yaşadığı mənzildə olmamış və tanımamışdır. Lakin sonradan eşitmişdir ki. Rəşadı həbs etmişlər, belə ki, sonuncu qardaşı Kamranla iki nəfər şəxsi aldatmış, həmin şəxslərdən biri də qohumları Elməddin olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işi materiallarından görünür ki, cinayət işi Zərərçəkmiş şəxs1 15 fevral 2022-ci il tarixli ərizəsinə əsasən başlanılmışdır (Cild 1, iş vərəqə 4). Zərərçəkmiş şəxs2 16 aprel 2022-ci il tarixli ərizə ilə polis bölməsinə müraciət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət edərək ona 8000 manat məbləğində ziyan vurduqlarını bildirərək müvafiq qanuni tədbirlərin görülməsini xahiş etmişdir (Cild 1, iş vərəqə 24-25). Cinayət işinə əlavə edilmiş 29 sentyabr 2021 -ci il tarixli müqavilədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 13 ünvanda yerləşən mənzil pul vəsaiti ödəndiyinə görə xx.xx.2021-ci il tarixdə X10 adına keçirməyə makler Şahid öhdəlik götürmüş. xx.xx.2021-ci il tarixdə qeyd edilən ünvanda yerləşən mənzili Təqsirləndirilən şəxs1 adına keçirilməsində hər hansı problem yaranarsa öz mülkiyyətində olan Xudu Məmmədov ünvanda yerləşən mənzili sonuncunun adına könüllü olaraq keçirməyi Şahid öz öhdəsinə götürmüşdür. (Cild 1, iş vərəqə 9) Hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 işlədikləri həmin servis ünvan 2 ünvanda yerləşən Xəzər TV-nin inzibati binasının yaxınlığında yerləşir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (Cild 1, iş vərəqə 227-231). Zərərçəkmiş şəxs2 məxsus 2016-cı il buraxılışlı, “Range Rover” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə protokoldan görünür ki, “Range Rover" markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı 14 avtomobil qara rəngdədir, avtomobilin qabaq buferi, qabaq kapotu, qabaq hər iki işıqları, arxa hər iki işıqları və arxa buferi yoxdur, avtomobilin həmin hissələrindən başqa xarici səthinin digər yerlərində hər hansı bir əzik, rəng töküntüsü, şüşələrinin qırılması, faralarının sınması müəyyən edilməmişdir ( Cild 1, iş vərəqə 232-235). Cinayət işində olan 13 noyabr 2021-ci il tarixli əl yazmasından görünür ki, “X6, 1984.02.26, Zərərçəkmiş şəxs1 40.000 min manatı borc götürdüm, ayın xx.xx.2021 qaytaracağımı boynuma götürürəm, borcu vermədiyim halda pulun dəyərində mənə aid evimi Zərərçəkmiş şəxs1 adına keçirəcəm, Təqsirləndirilən şəxs2 yazdığımı təzyiq olmadan yazıb öz imzamla təsdiq edirəm, X15 AA 1699484”( Cild 1, iş vərəqə 10). Cinayət işində olan “MiliÖN” ödəmə terminalının xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, ünvan 15 ünvandan X8 "xxxx" kartına 2.800 manat pul köçürülmüşdür (Cild 1, iş vərəqə 63). Cinayət işində olan “MiliÖN” ödəmə terminalının xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, ünvan 15 ünvandan X8 "xxxx" kartına 1.400 manat pul köçürülmüşdür (Cild 1, iş vərəqə 64) Cinayət işində olan “MiliÖN” ödəmə terminalının xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, ünvan 15 ünvandan X8 "xxxx" kartına 300 manat pul köçürülmüşdür( Cild 1, iş vərəqə 65). Cinayət işində olan “MiliÖN” ödəmə terminalının xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, ünvan 15 ünvandan X8 "xxxx" karlına 450 manat pul köçürülmüşdür ( Cild 1, iş vərəqə 66). Cinayət işində olan “MiliÖN” ödəmə terminalının qəbzindən görünür ki, ünvan 16 ünvandan X16mın “Kapital Bank" kartına 1,450 manat pul köçürülmüşdür. (Cild 1, iş vərəqə 67). Cinayət işinə əlavə eidlmiş DİN-in Baş Dövlət Yol Polis İdarəsinin 29 iyun 2022-ci il tarixli 20759-1222 nömrəli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat- imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (Cild 1, iş vərəqə 75). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 20 iyul 2022-ci il tarixli **********740 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (Cild 1,iş vərəqə 208) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri publik hüquqi şəxsi 27 iyul 2022-ci il tarixli **********936 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 adma qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir(Cild 1,iş vərəqə 209). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədinə əsasən Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır (Cild 1, iş vərəqə 210). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədinə əsasən Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 211) Cinayət işində olan 29 sentyabr 2021-ci il tarixli müqavilə, 13 noyabr 2021-ci il tarixli əl yazması, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli və tarixi olmayan “MiliÖN” ödəmə terminalının qəbzləri iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (Cild 1,iş vərəqə 241-258) Zərərçəkmiş şəxs1 5 noyabr 2022-ci il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı tamamilə ödəmişdir. Onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 16 dekabr 2023-cü il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyanın tamamilə ödənilməsi, hazırda təqsirləndirilən şəxslərə qarşı tələb və şikayətinin olmamasını bildirməsi barədə ərizə təqdim etmişdir. 23 dekabr 2023-cü il tarixli məhkəmə iclasında təqdim edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Respublika X4 Huquqi Şəxs tərəfindən verilmiş xəstənin stasionar tibbi kartından çıxarışdan görünür ki, X19 26 sentyabr 2022-ci il tarixdə xəstəxanaya daxil olmuş, ona qapalı kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sağ ənsə payında minimal hemorragik kontuziya, sağ temporal məsafədə və tentorium boşluğunda subaraxnodial qansızma, sağ ənsə sümüyünün basılmış sınığı, sağ parietooksipital çox fraqmentli sınıqlar,sağ frontal sümükdən sağ temporal sümüyə uzanan xətti sınıq, sağ frontotemporal subdural hematoma, sol ənsə sümüyünün xətti sınığı, sol ənsə və sağ ənsə təpə nahiyəsində dərialtı hematoma diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olubolmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət- Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq dedikdə şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi başa düşülür. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Şəxsin özgə əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti olmadığı halda həmin əmlak barəsində mülkiyyətçi (əmlaka sahiblik edən digər şəxslə) sövdələşmə zamanı onu bu cür razılaşmanı bağlamağa sövq etmək üçün yalandan istifadə etməsi də şəxsin əməlində dələduzluq cinayətinin tərkibinin olmasına dəlalət etmir. Çünki, belə vəziyyətdə şəxs mülkiyyətçini (sahiblik edəni) əmlakdan məhrum etmək niyyətində olmadığından, onun istifadə etdiyi yalan əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə deyil, müstəsna olaraq sövdələşmənin baş tutmasına yönəlmiş olur və yalnız bu məqsədə xidmət edir. Məsələn, şəxs digərindən gerçəkdən borc götürərkən, yalandan qohumunun xəstəliyinə, pulun onun müalicəsi üçün lazım olduğuna və ya digər bu kimi hallara istinad edirsə, şəxsin həqiqi niyyəti borc müqaviləsi bağlamaq (borcu qaytarmaq) olduğundan, burada yalan müstəsna olaraq digər tərəfi razılaşmanı bağlamağa sövq edən amil rolunu oynayır, beləliklə də əmlakı əvəzsiz olaraq ələ keçirmək niyyətinin mövcud olmaması söylənilən yalanın Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyası baxımından tərkibyaradıcı hal kimi qiymətləndirilməsini istisna edir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında qohumu Zərərçəkmiş şəxs1 yalandan bir neçə gün ərzində qaytaracaqları borc adı altında 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 1 D ünvanda yerləşən evdə 8.500 manat, 2021-ci ilin avqust ayının ortalarında sifariş verdikləri avtomobillərə aid ehtiyat hissələrinin gömrükdə saxlanılması ilə əlaqədar pul lazım olmasını və malların satışından yaxşı gəlir əldə olunaraq üç yerə böləcəklərini yalandan bildirib Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək niyyətində olmalarını gizlətməyə nail olaraq həmin ünvanda 6.500 manat, 2021-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs1 pulunu tələb etdikdə Rəşad Rizayev kirayədə yaşadığı ünvan 18 ünvanda yerləşən binanın 0024 nömrəli mənzilin özünə məxsus olmasını, satışa çıxarmasını və tezliklə satışının həyata keçirilməsini yalandan bildirib hazırladığı müqaviləni ünvan 19 ünvanda yerləşən “Ulduz” stansiyası yaxınlığında Zərərçəkmiş şəxs1 göstərib inandırmaqla 10.000 manat, bir neçə gündən sonra o, qardaşı Rəşad ilə Zərərçəkmiş şəxs1 Xətai rayonu, NZS qəsəbəsində yerləşən təmir mərkəzinə şərik olmağı təklif edərək həmin mərkəzdə avtomobillər təmir etdiyini, yaxşı gəlir əldə etməsini, 4 “Range Rover 19 markalı avtomobilləri təmir ilə bağlı təhvil almasını və həmin avtomobillərin hər birindən 1.500 manat gəlir götürəcəyini yalandan bildirməklə 2021-ci ilin sentyabr ayının əvvəllərindən başlayaraq sonunadək olan müddət ərzində üç dəfəyə ünvan 9 ünvanda yerləşən Xəzər TV-nin inzibati binasının yaxınlığında ümumilikdə 35.000 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 65.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməklə əlaqədar ittiham irəli sürülmüşdür. Məhkəmə yalnız məhkəmə istintaqı dövründə tədqiq edilmiş sübutları bir-biri ilə təhlik edərək belə nəticəyə gəlir ki, həmin epizod üzrə, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 65.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməklə əlaqədar ittiham iş üzrə toplanmış sübutlarla təsdiq olunmur. Cinayət işi materiallarından da göründüyü kimi ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın məbləği yalnız zərərçəkmiş və təqsirləndirilən şəxslərin ifadələri ilə müəyyən edilmiş, həmin pul məbləğinin verilməsini təsdiq edən hər hansı sənəd mövcud olmamışdır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 götürülmüş pul məbləğlərinin qaytarılmasına dair üzərinə öhdəlik götürməsi barədə əyazmada borc məbləğinin 40000 manat təşkil etməsi öz əksini tapmışdır. Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ilkin izahatında ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 8500, 10000, 35000 manat pul məbləğini verdiyini qeyd etmişdir. Həmin məbləğlərin ümumi dəyəri 53500 (8500+10000+35000=53500) etsə də, Zərərçəkmiş şəxs1 elə həmin izahatında sonda ümumi olaraq təqsirləndirilən şəxslərə 65000 manat pul verdiyini göstərmişdir. Təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin məhkəməyə qədər icraatda verdiyi, habelə ittiham aktında istinad olunan ifadələrdə alınmış pulların məbləği konkretləşdirilərkən müxtəlif zaman kəsiyi ilə 6500, 8500, 10000, 35000 (6500+8500+10000+35000=60000) manat məbləğində pul verildiyini etiraf etmişlər. Göründüyü kimi ibtidai istintaq dövründə təqsirləndirilən şəxslər və zərərəçəkmiş şəxsin ifadələrində nəzərdə tutulan məbləğlər toplanıldıqda Zərərçəkmiş şəxs1 60000 pul vəsaiti alınması müəyyən edilsə də ittiham aktında da məhz həmin ifadələrə əsaslanmaqla təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs1 65000 mana ziyan vurması göstərilmişdir. Halbuki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumilikdə yerdə qalan 5000 manat məbləğin nə vaxt, harada, hansı üsulla, nə məqsədlə, hansı təqsirləndirilən şəxs tərəfindən əldə edilməsi məsələsi müyyən edilməmiş olaraq qalmışdır. Digər tərəfdən məhkəmə iclasında ifadə verərkən həm təqsirləndirilən şəxslər, həm də Zərərçəkmiş şəxs1 alınan pul vəsaitinin 65.000 manat məbləğ təşkil etməsini, həmin məbləğin tərkibini izah edərkən isə sonuncudan real olaraq 54 000 manat pul vəsaitinin borc alındığını, həmin 54000 manatdan 25 000 manatı borclarını ödəməsi üçün Təqsirləndirilən şəxs2, 29 000 manatın isə ortaqlıq üçün Təqsirləndirilən şəxs1 verilməsi, 11 000 manatın isə ortaqlığa qoyulmuş puldan əldə edilməli olan gəlir olması halını etiraf etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham irəli sürülərkən Zərərçəkmiş şəxs1 ayrı-ayrı vaxtlarda alınan ilk 25000 manat pul vəsaitinin 8500 manat hissəsinin borc, 6500 manat hissəsinin 2021-ci ilin avqust ayının ortalarında sifariş verdikləri avtomobillərə aid ehtiyat hissələrinin gömrükdə saxlanılması ilə əlaqədar pul lazım olması və malların satışından yaxşı gəlir əldə olunaraq üç yerə bölmələri adı altında, 10000 manat hissəsinin isə 2021-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs1 pulunu tələb etməsi ilə əlaqədar Rəşad Rizayevin kirayədə yaşadığı ünvan 18 ünvanda yerləşən binanın 0024 nömrəli mənzilin özünə məxsus olmasını, satışa çıxarmasını və tezliklə satışının həyata keçirilməsini yalandan bildirib hazırladığı müqaviləni ünvan 19 ünvanda yerləşən “Ulduz” stansiyası yaxınlığında Zərərçəkmiş şəxs1 göstərib inandırmaqla əldə edilməsi kimi göstərilsə də, sonuncu məhkəmə iclasında verdiyi ifadədə ilk 25000 manatı(8500+6500+10000=25000) verməkdə məqsədinin Təqsirləndirilən şəxs2 xahişi ilə onun şəxsi ehtiyaclarınının ödənilməsi ilə bağlı olduğunu bildirmiş, aralarında həmin pul vəsaiti ilə bağlı hər hansı ehtiyat hissələrinin satılaraq pulunun üç yerə bölünməsi barədə razılaşmalarının olması halını isə təkzib etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş ünvan 18 ünvanda yerləşən binanın 0024 nömrəli mənzilinin satılmasına dair müqavilənin 29 sentyabr 2021 -ci il tarixdə bağlanıldığı təqdirdə 2021-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs1 pulunu tələb etməsi ilə əlaqədar Rəşad Rizayev tərəfindən zərərçəkmiş şəxsə həmin müqavilənin təqdim edilməklə Zərərçəkmiş şəxs1 aldadaraq sonuncudan 10000 manat pul məbləğini əldə etməsi halı da inkar olunur. Beləlklə,3 dəfəyə,yəni hissə-hissə 8500, 6500 və 1000 manat pul məbləğinin alınması zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən sifariş verdikləri avtomobillərə aid ehtiyat hissələrinin gömrükdə saxlanılması ilə əlaqədar pul lazım olması və malların satışından yaxşı gəlir əldə olunaraq üç yerə bölünməsi, 29 sentyabr 2021ci il tarixli mənzilin satılması barədə müqavilənin təqdim edilməsi halları məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiq edilmədiyindən həmin epizod üzrə təqsirləndirilən şəxslərin aldatma yolu ilə dələduzluq edərək zərərçəkmiş şəxsdən 25000 manat pul vəsaitinin əldə edilməsi halı da təkzib olunur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ortaqlıq təklif edərkən mərkəzdə avtomobillər təmir etdiyini, yaxşı gəlir əldə etməsini, 4 “Range Rover 19 markalı avtomobilləri təmir ilə bağlı təhvil almasını və həmin avtomobillərin hər birindən 1.500 manat gəlir götürəcəyini yalandan bildirərək sonuncudan 35000 manat pul almaları ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı da həmin hallar yalnız təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin eyni məzmunlu ifadələri əsasında müəyyən edilmiş, həmin halların sübuta yetirilməsi üçün hər hansı başqa sübut əsas gətirilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 tərəfindən verilən və Zərərçəkmiş şəxs1 tərəfindən təsdiq olunan ifadələrdən isə görünür ki, ortaqlıq Elməddin tərəfindən təklif edilmiş, ortaqlıq üçün ehtiyat hissələrinin alınması məqsədilə pul vəsaitlərini xırda-xırda, Təqsirləndirilən şəxs2 iştirakı ilə deyil, qardaşların borcu qaytarmadığı təqdirdə gələcəkdə sübuta yetirilməsini asanlaşdırmaq üçün zərərçəkmiş şəxsin öz qardaşı Asif İsmayılovun iştirakı ilə Ulduz metrostansiyası yaxınlığında verilmiş, həmin danışıqlarda, pulun verilməsində Təqsirləndirilən şəxs2 iştirak etməmişdir. Məhkəmə iclasında ifadə verərkən Zərərçəkmiş şəxs1 aldadıldığınızı nə zaman başa düşdünüz məzmununda verilmiş suala isə sonuncu Rızayev qardaşlarının işlədikləri avtosalonda oturaraq işlərin gedişatına nəzarət etməyə başladığını, həqiqətən də 4 “Range Rover 19 markalı avtomobillərinin təmir olunararaq təhvil verilməsini, yəni işlərin yaxşı getdiyini müşahidə etsə də ona həmin işlərdən hər hansı pul vəsaitinin verilməməsi nəticəsində aldadıldığını düşünmüşdür. Məhkəmə ortaqlığın Zərərçəkmiş şəxs1 tərəfindən təklif edilməsi, həqiqətən də sonuncudan alınmış pulların Təqsirləndirilən şəxs1 dediyi kimi ehtiyat hissələrinin alınmasına sərf edilməsi, aralarında olan razılaşmaya əsasən 4 “Range Rover 19 markalı avtomobilləri təmir edilməsi hallarını birgə təhlil edərək qiymətləndirməklə 35000 manat pul vəsaitinin Zərərçəkmiş şəxs1 aldadılaraq alınması barədə istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər öz şəxsiyyətləri barədə də zərərçəkmiş şəxsə hər hansı yalan məlumat verməmiş, zərərçəkmiş şəxs lap əvvəldən təqsirləndirilən şəxslərin borcları olduğu barədə məlumatlı olmuşdur. Təqsirləndirilən şəxs2 isə 13 noyabr 2021-ci il tarixdə ona məxsus olan evi özünün və qardaşının aldığı borc müqabilində Zərərçəkmiş şəxs1 verməsinə dair öhdəlik götürmüşdür. Lakin həmin evin Zərərçəkmiş şəxs1 adına keçirilməsi və ya başqa şəxsə satılması “evin çıxarışının” olmaması, yəni evə dair mülkiyyət hüququnun Daşınmaz Əşyaların Dövlət Reyestrində qeydə alınmaması ilə əlaqədar qısa müddət ərzində realizə oluna bilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 20 iyul 2022-ci il tarixli məktublarından görünür ki, həqiqətən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 “verdiyiniz borcun müqabilində ona aid olan evin sizə verlməsi barədə Təqsirləndirilən şəxs2 tərəfindən öhdəlik götürməsi barədə sənəd olduğu təqdirdə təqsirəndirilən şəxslərin dələduzluq yolu ilə əmlakınızı əldə etməsinə dair necə qənaətə gəldiniz” sualına sonuncu təqsirləndirilən şəxslərin evinin kupçası olmadığından satıla bilməməsi barədə cavab vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 borcun qaytarılması üçün evlərini satmaq cəhdi, lakin satıla bilməməsi barədə də Zərərçəkmiş şəxs1 məlumatlı olmuşdur. 08 iyul 2022-ci il tarixli Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və Əli oğlunun üzləşdirmə protokollarından görünür ki, zərərçəkmiş şəxsin cinayət işi başlanılması üçün ərizə verənədək ona 65000 manat borcdan 5000 AZN, istintaq dövründə isə 3900 manat ödənilmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında isə həmçinin həmin puldan savayı avtosalonun icarə haqqına da şərik olduğu üçün digər xidmətlərdən də ona 1000 manat ödənildiyini bildirmişdir. Məhkəmə yuxarıda göstərilən halları, o cümlədən təqsirləndirilən şəxslər işlədikləri avtosalonun kirayədə olması,digər şəxslərə borc və borc faizlərinin olması, evin sənədlərinin olmaması səbəbindən satılmasının gecikməsi və Zərərçəkmiş şəxs1 bu məsələlərdən məlumatının olması, təqsirləndirilən şəxslərdən birinin (Təqsirləndirilən şəxs1) kirayədə qalması, uşağının həqiqətən xəstə olması hallarını təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs1 götürdükləri borcdan 8900 manat pul məbləğinin qaytarılması, Zərərçəkmiş şəxs1 həmçinin avtosalonun icarə haqqına da şərik olduğu üçün digər xidmətlərdən də ona 1000 manat verilməsini etiraf etməsini, Zərərçəkmiş şəxs1 tərəfindən pul vəsaitlərinin verilməsinin 2021-ci ilin sentyabr ayının sonunda başa çatması, cinayət haqqında ərizənin isə tərəfindən 2022-ci ilin fevral ayının ortalarında verilməsi, ibtidai istintaq yekunlaşdıqdan sonra 65000 manat borcdan qalıq pul məbləğinin isə Təqsirləndirilən şəxs2 məxsus ev hesabına qaytarılması halı ilə birgə qiymətləndirərək, Təqsirləndirilən şəxs1 ortaqlıq şəklində razılaşdıqları xidmətlərdən gələn pul vəsaitlərini başqa borclarına yönəltməklə müştərilər tərəfindən ödənilməli olan pul vəsaitlərinin gecikdirildiyini bildirərkən əslində Zərərçəkmiş şəxs1 ödəməli olduğu 29000 manat ana məbləğ və 11000 manat xeyiri qaytarmaq üçün üçün vaxt udmağa çalışdığı, eləcə də Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 25000 manatı borc aldığını bildirməsi barədə ifadələri ilə razılaşaraq,istər Təqsirləndirilən şəxs2 tərəfindən 25000 manat, istərsə də Təqsirləndirilən şəxs1 29000 manat alınarkən onların niyyətinin dələduzluq, yəni tamah məqsədilə başqa şəxsə məxsus olan əmlakı əvəzsiz əldə etmək olmaması, həqiqi borc münasibətlərinə girmək istəkləri olması qənaətinə gəlməklə hesab edir ki, qeyd olunan epizod üzrə təqsirləndirilən şəxslərə əsasız ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 ümumilikdə 11.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmələri epizodu üzrə məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs2 həmin məbləğdə pulun alınması faktı təsdiq edilsə də, təqsirləndirilən şəxslərin həmin pul vəsaitinin dedikləri kimi həqiqətən də Zərərçəkmiş şəxs2 avtomobilinin təmir edilməsi üçün ehtiyat hissələrinin alınmasına sərf edilməsinə dair hər hansı sənəd təqdim edilməmişdir. Verdikləri sifarişin gecikməsi səbəbindən ehtiyat hissələrini Bakı şəhərində başqa şəxslərdən alması, lakin həmin şəxslərə də pulu qaytara bilmədiklərindən avtomobilə quraşdırdıqları ehtiyat hissələrini sonradan avtomobilin üstündən götürərək ehtiyat hissələrini aldığı şəxslərə qaytarması ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işi materiallarından görünür ki, 2 mart 2022-ci il tarixdə avtomobil hazır vəziyyətdə Zərərçəkmiş şəxs2 təqdim edilsə də, yalnız bəzi xırda işlərin qalması səbəbindən avtomobilini növbəti gün gəlib götürə bilməsini razılaşdırılmış, 03 mart 2021-ci il tarixdə avtomobilini götürmək üçün gəldikdə isə zərərçəkmiş şəxs avtomobilinin, üzərindən ehtiyat hissələrinin sökülərək salondan çıxarılmaqla yolun kənarına qoyulmasını görmüşdür. Zərərçəkmiş şəxs2 avtomobilinə quraşdırdıqları ehtiyat hissələrinin pulunu ödəyə bilmədiklərinə görə həmin ehtiyat hissələrini satan şəxsə geri qaytarılmasının Zərərçəkmiş şəxs2 avtomobilin ona hazır vəziyyətdə göstərilməsindən sonra edilməsi, bu hadisələrin bir gündə baş verməsi, Zərərçəkmiş şəxs2la olan borcdan hər hansı məbləğin məhkəmə araşdırmasına qədər ödənilməmiş olaraq qalması hallarını işin digər halları ilə birgə təhlil edərək təqsirləndirilən şəxslərin ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə Zərərçəkmiş şəxs1 ümumilikdə 65.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməklə əlaqədar irəli sürülmüş ittiham əsassız olmaqla təqsirləndirilən şəxslərin həmin əməllərində cinayət tərkibi olması sübuta yetirilə bilməmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 ümumilikdə 11.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmələri yəni, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Həmin əməllər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməli qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədildikdə Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi, xeyli miqdarda ziyan vurmaqla törədilməsi müşaiyət olunquda Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunur. Cinayət Məcəlləsinin 177ci maddəsinə Qeyddən görünür ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 05 iyun 2020-ci il təvəllüdlü bir azyaşlı uşağının, Təqsirləndirilən şəxs2 himayəsində 27 iyul 2013-cü il, 17 iyun 2016-cı il təvəllüdlü iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi, təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13cü maddəsi və Zərərçəkmiş şəxs2la barışıq əldə etmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təyin olunmuş cəzanın real çəkilməsi qorxu hissi aşılasa da, bəzən cəzanın Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi, məhkumlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasına xidmət etmir. Belə ki, cəza həmçinin təqsirkarda xəcalət hissi yaratmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, təqsirləndirilən şəxslər məhkəmə iclasında əməllərindən peşmançılıq hissi keçirdiklərini bildirmişlər, Zərərçəkmiş şəxs2 isə məhkəmədə ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışlar, ona dəymiş zərər ödənilmişdir, tutulmaqlarını istəmir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış 29 sentyabr 2021-ci il tarixli müqavilə, 13 noyabr 2021-ci il tarixli əl yazması, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli və tarixi olmayan “MiliÖN” ödəmə terminalının qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi müvafiq olaraq dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri X20 və X17 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 48 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X20 və X13 işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 288 (iki yüz səksən ) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə 02(iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə 2(iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar , 29 sentyabr 2021-ci il tarixli müqavilə, 13 noyabr 2021-ci il tarixli əl yazma, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli və tarixi olmayan “MiliÖN” ödəmə terminalının qəbzləri cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə mərhələsində göstərilmiş 48 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X14 işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 288 (iki yüz səksən ) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə mərhələsində göstərilmiş 48 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X13 işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 288 (iki yüz səksən ) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar