Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-327/2024 14.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Babalı oğlu və “FEMİDA” Vəkil Bürosunun vəkil Müdafiəçi1, tərcüməçi X10 iştirakları ilə açıq məhkəmə iclasında
1. xx.xx.1980-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə
2. xx.xx.1999-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 17, mənzil 54 ünvanında yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Müşviq oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Əziz” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Əziz” adlı şəxsin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən külli miqdarda 188,427 qram çəkidə narkotik vasitə heroini, 13,524 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr»in İİ siyahısına daxil edilən, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,48 qram təşkil edən 12 ədəd narkotik vasitə metadon dərman tabletini və «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən külli miqdarda 301,192 qram çəkidə psixotrop maddə metamfetamini gizlədiləcəyi yerdən götürüb özlərində saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitələri və psixotrop maddəni əldə etmək qərarına gəldikdən sonra İran İslam Respublikasının vətəndaşı “Əziz” adlı şəxsin naməlum vaxtda və şəraitdə göndərdiyi qeyd edilən külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni gizlədildiyi, istintaqla müəyyən edilməmiş yerdən əldə edib qeyd edilən çəkidə psixotrop maddə metamfetaminin 8,558 qramını bir ədəd bükümdə qablaşdırıb Təqsirləndirilən şəxs1 üzərində saxlamış, həmin psixotrop maddə metamfetaminin qalan 292,634 qramını ayrı-ayrılıqda 0,036 qram, 3,196 qram, 12,202 qram və 277,2 qram çəkidə olmaqla dörd ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə heroini ayrıayrılıqda 182,5 qram, 1,054 qram, 3,602 qram və 1,271 qram olmaqla dörd ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrılıqda 12,394 qram və 1,130 qram olmaqla iki ədəd bükümdə olmaqla təsiredici maddəsinin miqdarı 0,48 qram təşkil edən 12 ədəd narkotik vasitə metadon tabletləri ilə birlikdə bir ədəd çantada qablaşdırıb Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 17, mənzil 54 ünvanına daşıyaraq orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 yanvar 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 10:30-da Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 81 ünvanının yaxınlığında saxlanılıb ünvan 5 yerləşən Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 13,524 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd bükümdə olmaqla əynindəki cins materiallı şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 yanvar 2023-cü il tarixdə saat 16:14-də Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanına öz razılığı və iştirakı ilə baxış keçirilərkən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 13,524 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda çəkiləri 12,394 qram və 1,130 qram olmaqla iki ədəd polietilen paketdə, külli miqdarda 292,634 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda çəkiləri 0,036 qram, 3,196 qram, 12,202 qram və 277,2 qram olmaqla dörd ədəd bükümdə, külli miqdarda 188,427 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda çəkiləri 182,5 qram, 1,054 qram, 3,602 qram və 1,271 qram olmaqla dörd ədəd bükümdə, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,48 qram təşkil edən 12 ədəd narkotik vasitə metadon dərman tableti bir ədəd bütöv və bir ədəd yarımçıq blisterdə, həmçinin üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi bir ədəd qara çantada olmaqla mənzilin yataq otağında yerləşən çarpayının altından aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tutulmamışdan təxminən 3 ay əvvəl ailəsi ilə birlikdə Bakı şəhərinə gələrək taksi fəaliyyəti ilə məşğul olmuş, 6 və 8 yaşlarında iki azyaşlı övladı var, özünün 43 yaşı var. O, heç vaxt narkotik vasitə istifadə etməmiş və satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 müştəri kimi tanıyır. Belə ki, onu bir neçə dəfə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə küçəsindən istədiyi ünvanlara aparmışdır. Onu 21 yanvar 2023-cü il tarixdə Sahil metrosundan Neftçilər prospektinə dönəndən sonra avtobus dayanacağı ilə üzbəüz yol polisi saxlamışdır. Bu vaxt maşında sərnişin olmuşdur. Yol polis onu saxlayandan sonra maşina mülki geyimdə 2 nəfər polis əməkdaşı yaxınlaşmış və sərnişinə maşını tərk etməsini bildirdikdən sonra özləri maşina əyləşərək BMCMİ-yə sürməyi demişlər. Onu orada otaqların birində saxlayaraq döymüş və ona bir sellofan büküm metamfetamin təqdim edərək bunu üzərinə baxış zamanı öz malı kimi təqdim etməsini tələb etmişlər. Əks halda, üzərinə daha çox həcmdə maddə qoyacaqları ilə hədələmişlər. O da qorxaraq onlarla razılaşmış və bundan sonra təhqiqatçı tərəfindən üzərinə baxış keçirilən zaman həmin bükümü cins şalvarının sol yan cibindən çıxarıb masa üzərinə qoymuş, təhqiqatçıya polislərin ona dediyi sözləri bildirərək həmin metamfetamini guya təxminən 02 gün əvvəl tanışı olan “Mikayıl” adlı şəxsdən aldığını, Mikayılın əlavə hər hansı bir anket məlumatını bilmədiyini, yalnız Mikayılın Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi yaxınlığında yaşadığını bildiyini, Mikayılın da bu maddələri adını bilmədiyi İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Ondan aşkar olunmuş maddə zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri möhürləndikdən sonra o və müdafiəçisi imzalamış, həmçinin tərtib olunmuş baxış protokolunu da imzalamışlar. Onun verdiyi məlumat əsasında elə həmin gün Təqsirləndirilən şəxs2 da saxlanılmışdır. Ona ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli şəxs, ondan sonra isə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan edilmişdir. Həmin ifadələrində göstərmişdir ki, “Mikayıl” adlı şəxs onun tanışıdır. Onlar birlikdə narkotik tərkibli maddələr əldə edib bunları qəbul edirlər. Həmin maddələri Mikayıl tanıdığı İran İslam Respublikası vətəndaşından əldə edibdir. O, 21 yanvar 2023-cü il tarixdə saat 10 radələrində ünvan 8 ünvanın yaxınlığında idarə etdiyi “Opel Astra” markalı, **-HZ-*** qeydiyyat nişanlı avtomobilin yanında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlaeılmış və üzərində psixotrop maddə olan «patı» olmasını etiraf etmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, orada video çəkilişdən istifadə edilməklə onun üzərinə axtarış keçirilmiş və o, əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və 01 ədəd qara rəngli, “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik maddəni təxminən 02 gün əvvəl tanışı olan “Mikayıl” adlı şəxsdən almış, Mikayıl da bu maddələri adını bilmədiyi İran İslam Respublikası vətəndaşından əldə etmiş, həmin İran əsilli şəxs Mikayıla narkotik maddələri Bakı şəhərində yerləşdirdiyi bildirmiş, bundan sonra o, Mikayılla birlikdə gedib həmin ünvanlardan narkotik maddələri götürmüş, bunu idarə etdiyi “Opel Astra” markalı, **-HZ-*** qeydiyyat nişanlı avtomobillə həyata keçirirdi. Mikayıl da ona hər dəfə 15-20 manat pul və şəxsi istifadəsi üçün narkotik maddə olaraq tanıdığı “patı” verirdi. Bundan sonra yenidən həmin maddələri Mikayılla birlikdə Bakı şəhəri ərazisində müxtəlif yerlərə qoymuş, daha sonra isə Mikayıl narkotik maddələri qoyduğu yerlərin şəkillərini çəkərək həmin İran əsilli şəxsə göndərirdi. Bu ünvanlardan həmin narkotik maddələri hansı şəxslərin gəlib götürməsindən xəbərsizdir. Üzərindən aşkar edilmiş “patı” adlı maddəni yalnız şəxsi istifadəsi üçün üzərində saxlamış, bu maddəni kiməsə satmaq, pay və ya hədiyyə vermək niyyəti olmamışdır. Həmin ifadələrini təsdiq etmir, məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o,patı istifadəçisidir, patını, yəni metamfetamini Əziz adlı tanışından əldə edib istifadə edirdi. Təqsirləndirilən şəxs1 Bolt şirkətində taksi sürücüsü işləyən Rza adlı tanışının vasitəsi ilə tanımış, Rufan da taksi sürücüsü idi. Rufana telefonla zəng edərk 3 dəfə xidmətindən istifadə etmişdir. Bir dəfə qardaşının ad gününə tort alıb aparmış, bir dəfə mağazaya paltar almağa getmiş, bir dəfə isə öz maşınına ehtiyyat hissəsi almağa getmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə satmamış, onunla maşında həmin vasitə və maddələri daşımamışdır. Onu 21 yanvar 2023-cü il tarixdə günorta saatlarında öz maşınında tanışı Şahid4 ilə birlikdə saxlamışlar. Sevincin onun narkotik istifadə etməsindən xəbəri olmamışdır. O, tutulan zaman maşında cəmi 1,5 qram metamfetamin olmuş, bunu da polislərə bildirmişdir. Lakin polislər maşınına baxmamış, onun və müdafiəçinin iştirakı ilə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 17, mənzil 54 ünvanına baxış keçirmişlər. Həmin mənzilə qalxan zaman polislərin əlində qara çanta olmuşdur. Üzbəüz mənzilin giriş qapısını üstündə kamera olduğu üçün prolislər qonşuların qapısını döyərək qonşudan kameranın işləyib-işləmədiyini soruşmuşlar. Qonşusu bildirmişdir ki, kamera işləmir, yalnız bundan sonra polislər onunla birlikdə mənzilə daxil olub həmin çantanı videoçəkiliş aparmaqla ona məxsus olan çanta kimi, içindəki qanunsuz əşyalarla birlikdə götürmüşlər. Mənzildə anası və qardaşları olmuşdur. Polislər onları mənzildən çölə çıxartmış, onu yumruq və təpiklə döymüşlər. Bu səbəbdən qorxaraq çantanın və içində olanları özünə məxsus olduğunu bildirmişdir. Ona ibtidai istintaq zamanı verdiyi ifadələri elan edildi, həmin ifadələrində göstərmişdir ki, uzun müddətdir ki, “kakos” adı ilə tanınan narkotik vasitə heroin istifadəçisidir. Sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Əziz” adlı şəxsin təklifi ilə sonuncunun göndərdiyi narkotik vasitə və psixotrop maddələri Əzizin bildirdiyi yerlərdən tanışı, həmdə metamfetamin istifadəçisi olan Rufana məxsus Opel Astra markalı **-HZ-*** nömrəli avtomobillə götürüb, yenə Rufanla birlikdə həmin narkotikləri başqa yerlərə oyub şəkillərini çəkib Əzizə göndərmişdir. Bu işə görə Rufana pul və öz istifadəsi üçün narkotik maddələr vermişdir. 21 yanvar 2023-cü il tarixdə saat 13 radələrində tanışı Şahid4 ilə birlikdə yaşadığı ünvan 10 ünvanın qarşısında olduğu zaman DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmış və orada video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş, həmin gün yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 17, mənzil 54 ünvanına öz razılığı ilə baxış keçirilmiş, mənzilin qapısını o özy açarla açıb yataq otağında İran İslam Respublikası vətəndaşı olan “Əziz” adlı şəxsdən əldə etdiyi narkotik maddələri, yəni yataq otağında olan çarpayının altından gizlətdiyi 01 ədəd qara rəngli çantanı içərisindən olan 03 ədəd sellofan bükülüdə “patı”nı, 01 ədəd gümüşü rəngli kağızda içərisində “patı” olan maddələri, 01 ədəd sellofan bağlamada içərisində yaşıl rəngli, “ot” olaraq tanıdığı kütləni, 01 ədəd kağız bükümdə içərisində yaşıl rəngli, “ot” olaraq tanıdığı kütləni, 03 ədəd sellofan bükümdə içərisində qəhvəyi rəngli, “kakos” olaraq tanıdığı maddələri, 01 ədəd sellofan bağlamada içərisində qəhvəyi rəngli, “kakos” olaraq tanıdığı maddələr, 01 ədəd listdə “Metadon” olaraq tanıdığı 10 ədəd dərman həbləri, 01 ədəd listdə “Metadon” olaraq tanıdığı 02 ədəd dərman həbləri, 01 ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir. Ona heç bir fiziki və ya psixi zor göstərilmədiyini, həmin ifadəlrində bildirmişdir. Məhkəmədə verdiyi ifadəsinin həqiqətə uyğun ifadə kimi nəzərə alınmasını məhkəmədən xahiş edir. Bununla belə həmin ifadələrində «patı» istifadəçisi olmasını və Təqsirləndirilən şəxs1ı tanıdığı barədə göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, heç biri ilə ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 21 yanvar 2023-cü il tarixdə ona Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış, baş idarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri kimi o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, həmin idarənin əməliyyat müvəkkili polis leytenantı Şahid3 isə qrupun üzvləri təyin edilmişlər. 21 yanvar 2023-cü il tarixdə, saat 10:30 dəqiqədə ünvan 8 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 müəyyən edərək idarə etdiyi “Opel Astra” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq ona özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs1 özünü onlara təqdim etdikdən sonra ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməyərək idarə etdiyi avtomobillə birlikdə həmin Polis İdarəsinə gətirilmiş, orada təhqiqatçıya təqdim edilmiş, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil isə İdarənin həyətində saxlanılmışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuş, bundan sonra video çəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarı keçirilən zaman Azəri X3 olaraq əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd avtomobil açarını, eləcə də, həmin cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan bükümün içində “patı” olduğunu, onu təxminən 02 gün əvvəl tanışı olan “Mikayıl” adlı şəxsdən aldığını, Mikayılın Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi yaxınlığında yaşadığını, Mikayılın da bu maddələri adını bilmədiyi İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd şəffaf sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda bükümün içərisində ağ rəngli kristal formada psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Həmin psixotrop maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş, baxışın bütün iştirakçıları tərəfindən həmin zərf imzalanmış, həmçinin baxışla əlaqədar tərtib olunmuş protokola da bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi protokol ucadan oxunduqdan sonra imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel Astra” markalı, **-HZ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə məlumat verilmiş, o, avtomobilə baxış keçrilməsi barədə qərarla tanış edilmiş, avtomobilinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra baxışın bütün iştirakçıların idarənin həyətində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “Opel Astra” markalı, **-HZ-*** qeydiyyat nişanlı avtomobilin yanına gəlmiş, təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs1 maşının kilidlərini öz açarı ilə açmış, avtomobilində qanunsuz hər hansı bir əşya və ya predmet olmadığını bildirmişdir. Maşına baxış zamanı avtomobildən bir ədəd qara rəngli pul kisəsi, Təqsirləndirilən şəxs1 məxsus olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, bir ədəd etibarnamə və qeyd olunan avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi aşkar edilmiş, hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Əməliyyat tədbirinin davamı olaraq baş idarənin əməkdaşlarından ibarət əməliyyat qrupunun tərkibində olan o, baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, həmin idarənin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs2 müəyyən etmək məqsədilə əməliyyat –axtarış tədbirləri keçirilməklə sonuncunu həmin tarixdə saat 13:30 dəqiqədə ünvan 11 ünvanın qarşısında müəyyən edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs2 saxlayan zaman yanında bir nəfər qadın da olmuşdur. Təqsirləndirilən şəxs2 özünü təqdim etdikdən sonra onlar Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhəli olduğunu bildirib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməyərək onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxs2 təhqiqatçıya təqdim edilmiş, ona müdafiəçi dəvət edilməklə hüquq və vəzifələri izah edilərək şübhəli şəxs qismində cəlb edilmiş, müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərində hər hansı qanunsuz əşya aşkar olunmamış, lakin sol ayağında elektron cihaz olması müəyyən edilmiş, bu cihazla bağlı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, barəsində Binəqədi rayon məhkəməsində cinayət işi vardır, məhkəmə tərəfindən barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir, həmin cihazda bu məhkəmənin qərarı əsasında probasiya xidməti tərəfindən quraşdırılmışdır. Təqsirləndirilən şəxs2 təhqiqatçının suallarına cavab olaraq narkotik maddələri sosial şəbəkələrdə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Əziz” adlı şəxsdən əldə etdiyini, həmin şəxsdən əldə etdiyi narkotik maddələri daha sonra Bakı şəhəri ərazisində müxtəlif ünvanlara qoymasını, bu işdə ona “Rufan” adlı tanışının da kömək etməsini, Rufanın idarə etdiyi avtomobillə birlikdə Əziz adlı şəxsin Bakı şəhəri ərazisində olan narkotik maddələri müxtəlif yerlərdən götürdüyünü, daha sonra həmin şəxsin göstərişinə uyğun olaraq həmin maddələri Rufanla birlikdə fərqli ünvanlara yerləşdirdiyini, bu iş qarşılığında Əziz adlı şəxsin ona pul göndərməsini, eləcə də, şəxsi istifadəsi üçün narkotik maddələr verməsini bildirərək hazırda da həmin şəxsdən əldə etdiyi narkotik maddələrdən yaşadığı ünvanda da olmasını, ünvana baxış keçirilməsi ilə əlaqədar heç bir etirazının olmadığını demişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs2lə saxlanılan qadının günahsız olmasını müəyyən etdiyi üçün sonuncu ifadəsi alındıqdan sonra buraxılmışdır. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 13 ünvanda onun öz razılığı əsasında baxış və götürmə aparılmışdır. Mənzilə baxış aparılması videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə keçirilmişdir. Mənzilin qapısını Təqsirləndirilən şəxs2 açarla açdıqdan sonra onlar içəri daxil olmuşlar. Mənzil 2 otaqdan ibarət idi. Təqsirləndirilən şəxs2 təklifi ilə onlar yataq otağına keçərək orada Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı olan “Əziz” adlı şəxsdən əldə etdiyi 01 ədəd qara rəngli çantanı çarpayının altından çıxardaraq çarpayının üzərinə qoymuşdur. Bundan sonra qara rəngli çantaya baxış keçirilməyə başlanılmışdır. Qara rəngli çantanın içərisindən 03 ədəd sellofan bükülüdə içərisində ağ rəngli kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr, 01 ədəd gümüşü rəngli kağızda içərisində ağ rəngli kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr, 01 ədəd sellofan bağlamada içərisində yaşıl rəngli, xüsusi spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, 01 ədəd kağız bükümdə içərisində yaşıl rəngli, xüsusi spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, 03 ədəd sellofan bükümdə içərisində qəhvəyi rəngli, xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddələr, 01 ədəd sellofan bağlamada içərisində qəhvəyi rəngli xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddələr, 01 konvalyutda, üzərində “Methadone 40” yazısı olan 10 ədəd dərman həbləri, 01 ədəd konvalyutda üzərində “Methadone 40” yazısı olan 02 ədəd dərman həbləri, 01 ədəd üzərində “Digital Scale” yazısı olan qara rəngli içərisində narkotik vasitə və psixotrop maddələrə oxşar izlər olan elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 tərəfindən könüllü olaraq təqdim edilmiş qara rəngli çantanın içərisində olan maddələr, həmçinin elektron tərəzi çanta ilə birlikdə qablaşdırılaraq götürülmüş və qablaşdırmanın üzəri Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin Zərflər üçün № 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İstər Təqsirləndirilən şəxs1, istərsə də Təqsirləndirilən şəxs2 qarşı saxlanıldıqları, üzərlərinə baxış keçirilən zaman, həmçinin Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə baxış keçirilən zaman fiziki zor və psixoloji təzyiqlər olmamış, Təqsirləndirilən şəxs1 üzərindən, Təqsirləndirilən şəxs2 isə mənzilindən aşkar olunmuş qanunsuz əşyalar onların özləri tərəfindən könüllü olaraq müdafiəçilərinin iştirakları ilə təhqiqatçıya təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, heç biri ilə ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 21 yanvar 2023-cü il tarixdə həmkarı Şahid1 Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbiri keçirməklə Təqsirləndirilən şəxs1 həmin gün saat 10:30 dəqiqədə ünvan 8 ünvanın yaxınlığında idarə etdiyi “Opel Astra” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə saxlanılmış və idarəyə dəvət edilmişdir. Təqsirləndirilən şəxs1la birlikdə onun idarə etdiyi maşını da gətirilmişdir . Bundan sonra video çəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarı keçirilən zaman Azəri X3 olaraq əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd avtomobil açarını, eləcə də, həmin cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan bükümün içində “patı” olduğunu, onu təxminən 02 gün əvvəl tanışı olan “Mikayıl” adlı şəxsdən aldığını, Mikayılın Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi yaxınlığında yaşadığını, Mikayılın da bu maddələri adını bilmədiyi İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 maşınına da baxış keçirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Tədbirin davamı olaraq elə həmin tarixdə saat 13:30 dəqiqədə ünvan 11 ünvanın qarşısında Təqsirləndirilən şəxs2 saxlamışlar. Onu və yanında olan bir qadını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs2 müdafiəçi dəvət edilməklə video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 təhqiqatçının suallarına cavab olaraq sosial şəbəkələrdə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Əziz” adlı şəxsdən dəfələrlə narkotik maddələri əldə etdiyini, həmin şəxsdən əldə etdiyi narkotik maddələri daha sonra Bakı şəhəri ərazisində müxtəlif ünvanlara qoymasını, bu işdə ona “Rufan” adlı tanışının da kömək etməsini, Rufanın idarə etdiyi avtomobillə birlikdə Əziz adlı şəxsin Bakı şəhəri ərazisində olan narkotik maddələri müxtəlif yerlərdən götürdüyünü, daha sonra həmin şəxsin göstərişinə uyğun olaraq həmin maddələri Rufanla birlikdə fərqli ünvanlara yerləşdirdiyini, bu iş qarşılığında Əziz adlı şəxsin ona pul göndərməsini, eləcə də, şəxsi istifadəsi üçün narkotik maddələr verməsini bildirərək hazırda da həmin şəxsdən əldə etdiyi narkotik maddələrdən yaşadığı ünvanda da olmasını, ünvana baxış keçirilməsi ilə əlaqədar heç bir etirazının olmadığını demişdir. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 13 ünvanda onun öz razılığı əsasında baxış və götürmə aparılmışdır. Mənzilə baxış aparılması videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə keçirilmişdir. Mənzilin qapısını Təqsirləndirilən şəxs2 açarla açdıqdan sonra onlar içəri daxil olmuşlar. Mənzil 2 otaqdan ibarət idi. Təqsirləndirilən şəxs2 təklifi ilə onlar yataq otağına keçərək orada Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı olan “Əziz” adlı şəxsdən əldə etdiyi 01 ədəd qara rəngli çantanı çarpayının altından çıxardaraq çarpayının üzərinə qoymuşdur. Bundan sonra qara rəngli çantaya baxış keçirilməyə başlanılmışdır. Qara rəngli çantanın içərisindən 03 ədəd sellofan bükülüdə içərisində ağ rəngli kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr, 01 ədəd gümüşü rəngli kağızda içərisində ağ rəngli kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr, 01 ədəd sellofan bağlamada içərisində yaşıl rəngli, xüsusi spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, 01 ədəd kağız bükümdə içərisində yaşıl rəngli, xüsusi spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, 03 ədəd sellofan bükümdə içərisində qəhvəyi rəngli, xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddələr, 01 ədəd sellofan bağlamada içərisində qəhvəyi rəngli xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddələr, 01 konvalyutda, üzərində “Methadone 40” yazısı olan 10 ədəd dərman həbləri, 01 ədəd konvalyutda üzərində “Methadone 40” yazısı olan 02 ədəd dərman həbləri, 01 ədəd üzərində “Digital Scale” yazısı olan qara rəngli içərisində narkotik vasitə və psixotrop maddələrə oxşar izlər olan elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 tərəfindən könüllü olaraq təqdim edilmiş qara rəngli çantanın içərisində olan maddələr, həmçinin elektron tərəzi çanta ilə birlikdə qablaşdırılaraq götürülmüş və qablaşdırmanın üzəri Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin Zərflər üçün № 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxslərin barəsində onun və həmkarları tərəfindən istər saxlanıldıqları, istərsə də baxışların keçirildiyi zaman fiziki zor və psixoloji təzyiqlər olmamış, onların üzərinə və yaxud mənzilə heç bir qanunsuz əşya qoyulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanıyır, digər Təqsirləndirilən şəxs1ı isə tanımır. Belə ki, o, Təqsirləndirilən şəxs2 bir ildir ki, tanıyır, onunla dostluq münasibətləri vardır. xx.xx.2022-ci il tarixdə saat təxminən 12-də Təqsirləndirilən şəxs2lə restorandan çıxıb Mikayılın yaşadığı evin yanına gəlmişlər. Orada Mikayıl taksi sifarişi edərək onu yola salmaq istəmiş, lakin bu zaman mülki geyimdə olan şəxslər özlərini polis kimi təqdim edərək onu və Mikayılı üzərində narkotik vasitələrin olmasından şübhələndiklərini bildirərək BMCMİ-nin inzibati binasına gətirmişlər. Burada təhqiqatçı onlara müdafiəçi təqdim edərək hüquq və vəzifələrini izah etmiş, bundan sonra hər ikisinin üzərinə videoçəkiliş aparılmaqla baxış keçirmişlər. Lakin bundan əvvəl polislər Mikayılı döymüşlər, Mikayılın üz-gözü qan içində idi. Onu bir neçə gündən sonra azad etmişlər, lakin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb etmişlər. Ona üzərlərinə baxış keçirilməsini əks etdirən videogörüntü təqdim edildi. Həmin görüntüdə onun iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, üzərində telefon, plastik kartı və elektron cihazından savayı şübhəli hər hansı bir əşya aşkar edilməmişdir. O cümlədən ondan da heç bir şey aşkar edilməmişdir. Lakin Mikayıl bildirmişdir ki, o, barəsində ev dustaqlığı ilə bağlı ona xüsusi cihaz verilmiş, o, narkotik maddələri “Əziz ” adlı İİR-sı vətəndaşından əldə edib həmin vasitələri Bakı şəhəri ərazisində tanışı taksi sürücüsü olan “Rufan” adlı şəxsin köməyi ilə müxtəlif ünvanlara yerləşdirmişdir. Həl-hazırda da yaşadığı ünvanda Əzizin göndərdiyi narkotik maddələr vardır. Lakin o, Təqsirləndirilən şəxs2 yaşadığı ünvana baxışda iştirak etməmişdir. baxışla bağlı videogörüntüdə Mikayılın üz nahiyyəsində qan olmasa da onun orada baxışdan əvvəl döyüldüyünü bir daha təsdiq edir. Videogörüntü ilə bağlı əlavə ifadə vermiş Təqsirləndirilən şəxs2 bildirmişdir ki, şahid X1 ifadəsini təsdiq edir, həqiqətən o, BMCMİ-nin inzibati binasında polis əməkdaşları tərəfindən döyülmüş, baxış zamanı üzündə və boynunda döyülmə izləri olmasa da əynindəki paltarla örtülmüş bədəninin kürək və qol nahiyyələrində izlər olmalı idi. Bir daha onu təsdiq edir ki, baxış zamanı özü könüllü olaraq bildirmişdir ki, tutulmamışdan 2 ay əvvəl İİR-sı vətəndaşı kimi tanıdığı “Əziz” adlı şəxsdən narkotik vasitə əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanıyır, onların heç biri ilə ədavəti və düşmənçiliyi yoxdur. 21 yanvar 2023-cü il tarixdə saaat 11 radələrində həmkarı Şahid1 narkotik vasitələrin dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında Səbail rayonu, Neftçilər prospektində idarə etdiyi “Opel Astra” markalı taksi maşını saxlanılaraq Təqsirləndirilən şəxs1 Baş idarəyə dəvət olunaraq orada təhqiqatçıya təhvil verilmişdir. Onun avtomobili isə idarənin həyətində saxlanılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə keçirilmiş baxışda iştirak etmiş, təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs1 cins şalvarın sol yan cibindən bir ədəd avtomobil açarı, o biri cibindən isə bir ədəd sellofan bükümü və bir ədəd Samsunq markalı mobil telefonu könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, sellofandakı maddə patıdır, yəni metamfetamindir, həmin maddəni 2 gün əvvəl tanışı Mikayıl adlı şəxsdən əldə etdiyini, həmin Mikayılın Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi yaxınlığında yaşadığını bildirmişdir. Baxışla bağlı sənədləşmə tamamlandıqdan sonra əməliyyatın davamı olaraq elə həmin gün saat 14 radələrində o və qrupun digər üzvüləri tərəfindən Təqsirləndirilən şəxs1 bildirdiyi Mikayıl adlı şəxs müəyyən edilərək Bakı şəhəri, Nəsimi rayonu H.Seyidzadə küçəsi, 17 saylı evin qarşısında bir qadınla saxlanılmış və hər ikisi idarəyə dəvət olunmuşdur. İdarədə bu şəxslər təhqiqatçıya təqdim edilmiş və təhqiqatçının bu şəxslərin üzərinə keçirdiyi baxışda o da iştirak etmişdir. Baxış videoçəkilişlə aparılmışdır. Təhqiqatçının keçirdiyi baxış zamanı Təqsirləndirilən şəxs2 və onunla olan qadının üzərindən qanunsuz əşyalar aşkar edilməmiş, lakin təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1ı tanıdığı, ona metamfetamin verdiyini, həmin metamfetamini tanıdığı İİR-sı vətəndaşı tərəfindən göndərildiyini, yaşadığı ünvanda iranlıdan Bakı şəhərində yaymaq məqsədilə əldə etdiyi narkotik vasitə və digər qanunsuz əşyaları saxladığını bildirmiş, evinə axtarış etməsinə etirazı olmadığını göstərmişdir. Əməliyyat tədbirlərinin davamı olaraq elə həmin gün Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu H.Seyidzadə küçəsi, ev 17, mənzil 54-ə baxış keçirilmişdir. Mənzilin qapısını Təqsirləndirilən şəxs2 özü açmış, mənzilə daxil olduqda Təqsirləndirilən şəxs2 proses iştirakçılarına yataq otağına keçməyi təklif etmiş və orada olan çarpayının altından bir ədəd qara rəngli çantanı çıxarıb təqdim etmiş, çantanın içərisinə təhqiqatçı tərəfindən baxış keçirilən zaman 3 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddələr, bir ədəd gümüşü kağızda yenə metamfetaminə oxşar maddə, bir ədəd sellofan torbada və bir ədəd kağız bükümdə marixuanaya bənzər ot kütlələri, sonra 3 ədəd sellofan bükümdə heroinə oxşar maddələr, daha bir ədəd sellofan bağlamada yenə heroinə oxşar maddələr, bir konvalyutda 10 ədəd metadon həbləri, daha bir ədəd konvalyutda 2 ədəd metadon həbləri və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Bu əşyaların hamısını Təqsirləndirilən şəxs2 şəxsən və könüllü olaraq təqdim etmişdir. Daha bir məqamı bildirmək istəyir ki, Təqsirləndirilən şəxs1 maşınına da özünün iştirakı ilə idarənin həyətində baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirli olmaları qismən olaraq öz ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış BMCMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 xx.xx.2023-cü il tarixli parortundun müəyyən olunur ki, etimad doğuran, məlum qərəzsiz mənbədən daxil olmuş məlumatdan “Rufan” və “Mikayıl” adlı şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, həmin maddələri yaşadıqları ünvanda saxlamaları, eləcə də daşımaları bildirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 21 yanvar 2023-cü il tarixli «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» qərar və eyni tarixli əmrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifşa olunması və saxlanılması üçün DİN BMCMİ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə elan edilib araşdırılmış 21 yanvar 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 11:41-də Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 21 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 12:39 dəqiqədən 12:51 diqiqəyədək müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla BMCMİ-nin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs1 könüllü olaraq əynində olan cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, onu iki gün əvvəl tanışı “Mikayıl” adlı şəxsdən aldığını, Mikayılın Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi yaxınlığında yaşadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 21 yanvar 2023-cü il tarixli “baxış keçirilməsi və əşyanı götürülməsi haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 12:55 dəqiqədən 13:02-dək BMCMİ-nin inzibati binasının qarşısında saxlanılan Təqsirləndirilən şəxs1 idarə etdiyi “Opel Astra” markalı, **-HZ-*** qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs1 razılığı, özünün və müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla baxış keçirilmiş, lakin avtomaşında qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində, eləcə də təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, saxlanldığı zaman üzərində olan və özünün təqdim etdiyi bir ədəd sellofan bükümdə olan metamfetamini ona Təqsirləndirilən şəxs2 tutulmamışdan iki gün əvvəl vermiş, Mikayıl öz növbəsində həmin maddəni tanışı olan İİRsı vətəndaşından əldə edib, Mikayılla birlikdə özünün istifadəsində olan avtomaşınla iranlının bildirdiyi yerlərdən bir neçə dəfə bu maddələrdən götürüb həmin maddələri Mikayılla birlikdə Bakı şəhərində müxtəlif yerlərə qoyub şəkillərini Mikayıl iranlıya göndərirdi. Mikayıl hər bir belə işə görə ona 15-20 manat pul və şəxsi istifadəsi üçün “patı” vermişdir. Məhkəmədə elan edilib araşdırılmış 21 yanvar 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 14:52-də Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 17:45dən saat 18:11-dək BMCMİ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya psixotrop maddələr aşkar olunmamış, “Əziz” adlı iranlıdan əldə etdiyi narkotik vasitə və psixotrop maddələri yaşadığı ünvanda saxladığını, həmin ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “evə baxış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarxidə saat 18:30 dəqiqədən saat 19:18-dək Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 17 saylı binanın 54 saylı mənzilə baxış və götürmə keçirilmiş, həmin istintaq hərəkəti Təqsirləndirilən şəxs2 iştirakı və razılığı, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla aparılmışdır. Həmin evin yataq otağında Təqsirləndirilən şəxs2 “Əziz” adlı İİR vətəndaşından əldə etdiyi və qara çpantada olan narkotik maddələri çıxarıb təqdim etmişdir. Həmin çanta açıldıqda içərisindən metamfetaminə oxşar maddələr, qurudulmuş marixuanaya oxşar kütlələr, heroinə oxşar narkotik vasitələr, üzərində “Methadone 40” yazısı olan 12 ədəd dərman həbləri, 01 ədəd üzərində “Digital Scale” yazısı olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.41 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həbs qtimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə baxış zamanı, ondan sonra eyni tarixdə müdafiəçinin iştirakı ilə verdiyi izahatında, həmçinin 22 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində və eyni tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı ünvanda aşkar edilmiş qanunsuz maddə və vasitələri İİR-sı vətəndaşı olan “Əziz” adlı şəxsdən əldə etmiş, həmin maddə və vasitələri daha sonra Bakı şəhəri ərazisində müxtəlif ünvanlara qoymuş, bu işdə ona Azəri X7 etmiş, Rufanın idarə etdiyi avtomobillə birlikdə iranlı Əzizin Bakı şəhərində olan narkotik maddələri müxtəlif yerlərədən götürüb, daha sonra iranlı Əzizin göstərişinə əsasən həmin maddələri fərqli ünvanlara yerləşdirmişlər, həmin yerlərin fotoşəkillərini çəkib iranlı Əzizə göndərmişdir. Bu hallar son üç ayda üç dəfə, sonuncu dəfə isə tutulmamışdan 10 gün əvvəl baş vermişdir. Əziz ona gördüyü bu işlərə görə hər dəfə ona məxsus olan bank kartına 200 manat pul göndərmiş, aşkar olunmuş bir ədəd elektron tərəzini isə öz istifadəsi üçün saxlamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 21 yanvar 2023-cü il tarixli, 6/410 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün № 6” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən...” və s. yazıları, imzalar olan 01 ədəd kağız paketdəki də 01 ədəd bükümdə təmiz çəkisi 8,558 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 22 yanvar 2023-cü il tarixli, 7/86 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 mənzilindən aşkar edilmiş maddələr” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli əl çantasında 1 ədəd üzəri skoçla bağlanmış polietilen bağlamada təmiz çəkisi 12,394 qram, bir ədəd ağız hissəsi bağlanmış polietilen paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi-1, 130 qram bitki mənşəli kütlələr, tərkibində maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi- 13,484 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş qara rəngli əl çantasında olan 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmadı. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 22 yanvar 2023-cü il tarixli, 6/411 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün № 6” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddələr...” və s. yazılar, imzalar olan qara rəngli çantadakı 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,036 qram 3,196 qram, 12,202 qram, 277,2 qram, ümumi təmiz çəkiləri 292,634 qram ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 04 bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 182,5 qram, 1,054 qram, 3,602 qram, 1,271 qram ümumi təmiz çəkiləri 188,427 qram qəhvəyi rəngli kütlələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 04 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, üzərlərində “Methadone 40...Faran” yazıları olan 1 ədəd bütöv blisterdə və 1 ədəd blister kəsiyində ümumilikdə üzərlərində “F/M40” yazısı həkk olunmuş 12 ədəd dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi 0,48 qram metadon təsiredici maddə müəyyən edildi. Üzərlərində “F/M40” yazısı həkk olunmuş 12 ədəd tablet komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 01 ədəd qara korpuslu elektron tərəzinin üzərində narkotik vasitə-heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ ), Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına, Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrin siyahısına (Siyahı İİ ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 27 mart 2023-cü il tarixli, 1656 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Müayinə zamanı Təqsirləndirilən şəxs2 03 ildir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 27 mart 2023-cü il tarixli, 1670 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Müayinə zamanı Təqsirləndirilən şəxs1 06 aydır ki, psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə, həmçinin narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə etdiyini, əvvəllər barkotik vasitə marixuanadan da istifadə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarxili qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsrləndirilən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs qətimkan tədbirinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməllərdə özünü təqsirli bilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 məhkumluğuna dair məlumatlardan müəyyən olunur ki, o Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2012-ci il tarixli Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə 07 ay 13 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs1 məhkum olunduğu və CM-nin 234.1ci maddəsində təsbit edilmiş əməli az ağır cinayətlərə aid olmaqla bu hökmlə bağlı cəzanı CM-nin 83.3.3-cü maddəsinə əsasən, çəkib qurtardığı gündən iki il keçdiyi üçün onun məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 məhkumluğuna dair sorğuyu cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə 01 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 21-1/3-12419/3 saylı arayışından müəyyən olunur ki, Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixə cəzasının 06 ay 22 gününü çəkmiş, çəkilməmiş cəzası 01 il 05 ay təşkil edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs2 baxılan iş üzrə təqsirli bilindiyi halda onun əvvəlki hökm üzrə çəkilməmiş cəzası hökmlərin məcmusu ilə yeni hökmlə təyin edilmiş cəza ilə qismən və ya tamamilə birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Bu halda CM-nin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etimənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur və belə olan halda onun çəkilməmiş cəzası 08 (səkkiz) ay 15 (on beş) gün təşkil edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs2 əvvəlki məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmadığı üçün CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 Babalı oğlunun vəsatəti ilə təyin olunmuş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024cü il tarixli 765 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 29 dekabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, 06 dekabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsindən Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə rayon prokuorluğuna məlumat daxil olmuşdur. Məlumatla əlaqədar prokurorluqda araşdırma aparılmış, araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə BMCMİ-nin 6 nəfər əməkdaşı onu Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mikrayon qəsəbəsində onu saxlayaraq qolunu burub avtomaşına əyləşdirib idarəyə aparıb orada onu döyməyə başlamış, onun bel, boyun, qarın və bədənin müxtəlif nahiyyələrindən vuraraq döymüş və ona məxsus olmayan narkotik vasitəni onun üzərinə qoymuşlar. Araşdırma zamanı Təqsirləndirilən şəxs2 saxlanılması və BMCMİ-nin inzibati idarəsinə aparılmasında iştirak etmiş polis əməkdaşları Müdafiəçi3 Babalı oğlu, Şahid2 və Şahid3 Eliyar oğlunun izahatları alınmış, həmin əməkdaşlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və sonuncunun tanışı Şahid4 qarşı heç bir psixoloji və fiziki təzyiq etmədiklərini, Təqsirləndirilən şəxs2 könüllü olaraq yaşadığı evdə saxladığı narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs2 barəsində məhkəmə-tibbi ekspertizası keçirilmiş, bu ekspertizanın xx.xx.2023-cü il tarixli, 1687 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədənin səthində xəsarət aşkar edilməmiş, tibbi kartında qeyd olunan sol kürək nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmiş, müxtəlif şəraitlərdə, o cümlədən şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, xəsarətin konkret olaraq törənmə şəraiti istintaq və təhqiqat yolu ilə dəqiqləşdirilə bilər. Toplanmış materialda Təqsirləndirilən şəxs2 izahatında göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış, cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar müəyyən edilmədiyi üçün CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişqdir. Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi tərəfindən Bakı şəhər Nərimanov rayon prokurorluğunun qeyd edilən xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 21 yanvar 2023-cü il tarixli əməliyyataxtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının qəbul etdiyi «sübutların qiymətləndirilməsi barədə» 13 aprel 2023-cü il tarixli qərardan müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 01 ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 8,458 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 mənzilindən aşkar edilərək götürülmüş iki ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 13,484 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 292,514 qram çəkidə psixotrop maddə metamfetamin, 188,307 qram çəkidə narkotik vasitə heroin, 10 ədəd metadon tərkibli tabletlər və 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut hesab edilməklə saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı verilən tapşırığa cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etmələri müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hər iki təqsirləndirilən şəxsin təqsirliliyi məhkəmədə mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, hər iki təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 üzərində müdafiəçinin iştirakı ilə psixotrop maddə aşkar edilmiş, eyni zamanda onun saxlanıldığı zaman idarə etdiyi avtomaşına baxış keçirildikdə heç bir qanunsuz əşya aşkar edilmədiyi müvafiq protokolda öz əksini tapmışdır. Eyni zamanda digər Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunsuz əşya aşkar edilmədiyi halda, onun öz məlumatı və razılığı əsasında yaşadığı ünvanda özünün təqdim etdiyi qara çantada narkotik vasitə, psixotrop maddə, metadon həbləri və elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Hər iki təqsirləndirilən şəxs müdafiəçilərin iştirakları ilə üzərlərinə, evə baxış zamanı, izahatlarında, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində bir-birini tanıdıqlarını, Təqsirləndirilən şəxs2 iranlı tanışı Əzizin göndərdiyi narkotik vasitə və psixotrop məddələri müəyyən yerlərdən birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşınla götürüb iranlı Əzizin bildirdiyi ünvan və yerlərə həmin avtomaşınla qoyaraq fotoşəklini iranlı Əzizə göndərmiş, iranlı bu xidmətə görə Təqsirləndirilən şəxs2 hər dəfə 200 manat pulu kartına yatırmışdır, Təqsirləndirilən şəxs2 A.Rufana hər dəfə 20 manat pul və şəxsi istifadəsi üçün metamfetamin vermişdir. Təqsirləndirilən şəxslərin təqsirliliyi özlərinin məhkəməyədək icraat zamanı verdikləri ifadələri, şahid ifadələri, baxış və götürmə protokolları, ekspertiza rəyləri, cinayət işinin başlanmasının rədd edilməsi barədə Bakı şəhər Nərimanov rayon prokurorluğunun qərarı və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində onların cəzalarını ağırlaşdıran halları müəyyən etməmişdir. Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağın olması onun cəzasını yüngülləşdirən haldır, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları 21 yanvar 2023-cü il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar– Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış - Təqsirləndirilən şəxs1 götürülmüş 8,458 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 mənzilindən götürülmüş 13,484 qram narkotik vasitə qurudulmuş marixuana, 292,514 qram psixotrop maddə metamfetamin, 188,307 qram narkotik vasitə heroin, 01 ədəd bütöv blisterdə və 01 ədəd blister kəsiyində 10 ədəd metadon təsir edici maddə olan tabletlər və 01 ədəd elektron tərəzi məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 04 ədəd DVD disk cinayət işinin maretiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 292 (iki yüz doxsan iki) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla “FEMİDA” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi1 üçün 420 AZN (dörd yüz iyirmi manat) pul “FEMİDA” Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəlki hökm üzrə çəkilməmiş 08 (səkkiz) ay 15 (on beş) gün hissəsini yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 07 (yeddi) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər kimi barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 01 ədəd kağız paketdə 01 ədəd bükümdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan təmiz çəkisi 8,458 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 mənzilindən aşkar edilərək götürülmüş 13,484 qram narkotik vasitə qurudulmuş marixuana, 292,514 qram psixotrop maddə metamfetamin, 188,307 qram narkotik vasitə heroin, 01 ədəd bütöv blisterdə və 01 ədəd blister kəsiyində 10 ədəd metadon təsir edici maddə olan tabletlər və 01 ədəd elektron tərəzi məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 04 ədəd DVD disk cinayət işinin maretiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 292 (iki yüz doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 420 AZN (dörd yüz iyirmi manat) pul “FEMİDA” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova