Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-327/2025 27.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məcidov X3 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Ağdam rayonu, Pirzadlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 5,134 qram çəkidə psixotrop maddə metamfetamini, həmçinin 32,67 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla ünvan 3 ünvanına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə, saat 18:45-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq ünvan 4 yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 20:56-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə 5,134 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə 32,67 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həqiqətən də narkotik vasitə qəbul edir. Lakin polis əməkdaşları onu saxlayan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. O, həmin gün Bakı şəhəri, Yasamal rayonu, “Yasamal” parkının yaxınlığına narkotik vasitə almağa gedirmiş. Narkotik vasitəni öz şəxsi istifadəsi üçün almaq niyyəti var imiş. Geri qayıdarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu parkın içində qovalamağa başlamışlar. Polis əməkdaşları ona doğru hərəkət edərkən mülki formada olduqları üçün, həm də üzərinə yüksək səslə qışqıraraq gəlməyə başladıqları üçün o, qaçmağa çalışmışdır. Onun qaçmaq niyyəti alınmamış və onu polis əməkdaşları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasına aparmışlar. Orada bir büküm narkotik vasitəni onun qarşısına qoyaraq ondan həmin narkotik vasitənin güya ona aid olmasını etiraf etməyini tələb etmişlər. O, bu tələblə razılaşmadıqda isə ona həmin narkotik vasitəni əməliyyat qrupu ilə birgə video çəkiliş vasitəsi ilə onun evindən çıxaracaqlarını bildirmişlər. Həmçinin bildirir ki, polis əməkdaşları onu idarəyə döyə-döyə aparmışlar. Bundan başqa, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, həmin gün o, saxlanılmamışdan qabaq şəxsi istifadəsi üçün təxminən 1 qram və ya 1,5 qram narkotik vasitə heroin alacaqmış. Həmin narkotik vasitə heroinin müqabilində 25-30 manat ödəniş etməli imiş, ödənişi əvvəlcədən etməmişdir. O, narkotik vasitəni satan şəxsi tanımırmış. O, həmin gün narkotik vasitəni götürə bilməmişdir. Polis əməkdaşları ona təzyiqlər göstərsə də, xəsarət almamışdır. Ona elan edilmiş ittihamda göstərilən narkotik vasitələrin heç biri o, saxlanılarkən onun üzərində olmamışdır. O, narkotik vasitənin nə satışı ilə məşğul olmamış, nə də kiməsə narkotik vasitə hədiyyə etməmişdir. Onun mobil telefonunda da narkotik vasitənin satışı ilə məşğul olmağına dair heç bir məlumat olmamışdır. Onun əvvəlki məhkumluğu da narkotik vasitə ilə bağlı olmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verilmiş suallara cavab olaraq həmçinin göstərmişdir ki, Bakı İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş onun barəsində tibbi kitabçada göstərilmiş sol bazunun yuxarı bayır səthində və hər iki saidin ön səthində köhnə çapıq toxumalarının tutulmamışdan xeyli əvvəl yarandığını və hazırki cinayət işi ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 22 fevral 2024-cü il tarixdə verdiyi izahatında, daha sonra isə 23 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən, sonra həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq o, özünü qismən təqsirli bilərək göstərmişdir ki, 3 ildir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Belə ki, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Narkotik vasitə qurudulmuş marixuananı kağıza dolduraraq siqaret kimi çəkməklə, metamfetamini isə falqaya doldurub çəkməklə istifadə etmişdir. Ona 2022-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 22 fevral 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu “Cabir” adlı şəxs ilə əlaqə saxlayıb sonuncuya şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almaq istədiyini bildirmişdir. Bu zaman həmin şəxs 120 manata narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin sata biləcəyini bildirmiş və onunla razılaşıb “MilliÖn” Post Terminal 120 manat pul göndərmişdir. Bir neçə saat sonra “Cabir” adlı şəxs whatsapp mobil tətbiqindən yerin şəkli və koordinatlarını göndərmişdir. Ünvana baxdığı zaman həmin ünvanın Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Yasamal Parkı”nın yaxınlığında yerləşdiyi məlum olmuşdur. Odur ki, həmin gün axşam saatlarında qeyd edilən ünvana gedərək bükümü götürərək qara rəngli gödəkçəsinin sağ cibinə qoymuşdur. 22 fevral 2024-cü il tarixdə, saat 18:45-də ünvan 3 ünvanının yaxınlığında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Səmimi olaraq etiraf edib hazırda üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gətirilmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış bağlamanı, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı, sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, qara rəngli gödəkçənin sol iç cibindən məhdudlaşdırma cəzası ilə bağlı elektron cihazı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış qara rəngli bağlamanı açarkən bağlamanın içərisində 01 ədəd şəffaf rəngli sellofan büküm və narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. 01 ədəd sellofan bükümə baxış zamanı 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı və 01 ədəd “Redmi” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş 01 ədəd elektron cihaz ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və narkotik vasitə marixuananı “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı “Cabir” adlı şəxsdən 120 manat kart hesabına ödəməklə onlayn qaydada sifariş verdiyini, konum vasitəsi ilə bu gün axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində “Yasamal” parkının qarşısında yerdən götürdüyünü, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.40-41, 63-66, 82-85). Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı yalnız ibtidai istintaqın sonunda ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilən zaman həmin maddə ilə özünü təqsirli bilmədiyini bildirərək ifadə verməkdən imtina etmiş, ittihamla razı olmadığı üçün protokola imza etməkdən imtina etmişdir (iş vərəqə: cild İ, səh.178-180). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona qanunsuz təzyiqlər etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə İdarə rəhbərinə məruzə edildikdən sonra, müvafiq qərarla əməliyyat qrupu yaradılmışdır. 22 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Abbasov küçəsində olmasına dair məlumat daxil olmuş və saat təxminən 18-19 radələrində həmin ünvana getmişlər. Əməliyyat qrupu o və idarənin digər əməkdaşı Anar Abbaslıdan ibarət olmuşdur. Əməliyyat qrupuna o, rəhbərlik etmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs idarəyə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan marixuanaya və psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Həmin maddələr zərfləşdirilərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddələrin ona aid olduğunu bildirmişdir. Şahid daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı onun özünə daxil olmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir, təzyiq olmamışdır. Onlar təqsirləndirilən şəxsi Bakı şəhəri, Yasamal rayonu, Abbasov küçəsində saxlamışlar. Təqsirləndirilən şəxsi saxlayarkən sonuncu tək olmuşdur. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olsa da, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması faktı öz təsdiqini tapmamışdır. Onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 22 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilərkən o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış bağlamanı, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı, sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd elektron cihazı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, qara rəngli bağlamanı açarkən bağlamanın içərisində bir ədəd şəffaf rəngli sellofan büküm və narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, bir ədəd sellofan bükümə baxış zamanı içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir (iş vərəqə: cild İ, səh.29-31). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərarından görünür ki, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilinin 22 fevral 2024cü il tarixli qərarı qanuni hesab edilmişdir. (iş vərəqə: cild İ, səh.102-104). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 23 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/307 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bükülüdə təmiz çəkisi- 32,67 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (iş vərəqə: cild İ, səh.43-45). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizasının 23 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/1072 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N6” möhür əksi “Təqsirləndirilən şəxsun üzərindən aşkar edilmiş...” və s. sözlər, soyadlar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,134 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (iş vərəqə: cild İ, səh.47-50). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin məhkəmə-narkoloji ekspertizasının 11 mart 2024-cü il tarixli, 1636 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.138-139). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 16 aprel 2024cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olub-olmamasını, onun həmin maddələrin satışı ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır (iş vərəqə: cild İ, səh.136). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 23 fevral 2024-cü il tarixli “mobil telefonlara baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” və 01 ədəd “Redmi” markalı mobil telefonlara baxış keçirilərkən “Samsung” markalı mobil telefonda Təqsirləndirilən şəxs psixotrop maddəni və ya narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair hər hansı məlumatlar aşkar edilməmiş, bundan başqa “Redmi” markalı mobil telefona baxış zamanı “whatsapp” mobil tətbiqində “isverən” adı ilə telefonun kontaktına əlavə edimiş İran islam Respublikası vətəndaşına aid +98 939 *** **** mobil nömrəsindən təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefona narkotik vasitənin olduğu ehtimal edilən ünvanın fotoşəkilləri və koordinatları göndərilmişdir. Bundan başqa iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.94-95). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 aprel 2024-cü il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokol”dan görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilərkən Təqsirləndirilən şəxs nömrəsindən aşağıdakı məzmunda SMS yazışmasının göndərildiyi müəyyən edilmişdir: xx/xx/2024,19:52:25, **********50, **********19, Bes kisilikden daniwirdin ozun soyuw soydunki sene 07 mal getirecem qeyretin ***** men sene soyuw soymurem ama bilki sen ******* gedesen” (iş vərəqə: cild İ, səh.127). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 5,034 qram psixotrop maddə metamfetamin və 32,65 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.110-111). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı video görüntülərin qeydə alındığı bir ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.140-151). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin əldə olunma mənbəyinin müyyən edilməsi məqsədilə hazırki cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild İ, səh.153). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.25). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 22 fevral 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.96-101). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 aprel 2024-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 1(001)-191/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vərəqə: cild İ, səh.129-130, 131-135). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı Şəhər Probasiya İdarəsinin 13 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 1(001)-191/2023 nömrəli hökmü ilə təyin edilmiş 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 08 ay 23 gün hissəsini çəkmiş, 01 il 09 ay 03 gün hissəsi çəkilməmiş qalmışdır (cinayət işinin materialları). Beləliklə də, məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olub-olmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 32,67 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda - 5,134 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla ünvan 3 ünvanına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə, saat 18:45-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq ünvan 4 yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 20:56-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə 32,67 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə 5,134 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə münasibətdə əməlinin hüquqi tövsifi ilə bağlı halları müzakirə edərək onun əməlinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddənin hər hansı miqdarda satışı ilə məşğul olması və ya həmin maddələri məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə alqı-satqısı zamanı aşkar edə bildiyini, onun həmin maddələri satmasına dair və yaxud həmin maddələrin satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlara malik olmasını bildirməmişdir, Təqsirləndirilən şəxs həmin maddələrin satışı ilə məşğul olmasına dair real məlumat da əldə edə bilmədiyini və onun həmin maddələrin satışı ilə məşğul olmasına dair hər hansı faktın tərəfindən müəyyən olunmasının mümkün olmadığını və Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitə satışı ilə məşğul olmasına dair məlumatın öz təsdiqini tapmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə həmin maddələri satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və ya narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “metamfetamin” psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir, “qurudulmuş marixuana” narkotik maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs götürülən qurudulmuş marixuana narkotik vasitəsinin kütləsi 32,67 qram olduğundan xeyli miqdar kimi qəbul edilməli, ondan aşkar edilmiş psixotrop maddə metamfetaminin kütləsi isə 5,134 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən psixotrop maddə metamfetaminin kütləsinin 5,134 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin maddələri satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə və ya psixotrop maddə əldə edib saxlaması, konkret şəxslərlə həmin maddələrin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, həmin maddələrin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə psixotrop maddə və ya narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə həmin maddələrin çəkilməsinə, onun bağlamalara bükülməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Bundan başqa, təqdim edilmiş sübutların məcmusu və cinayət işinin materialları qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən olunmuşdur ki, 22 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o, aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni özünün istifadəsi üçün əldə etdiyini, həmin maddələrdən kiməsə satmaq, bağışlamaq niyyətinin olmadığını bildirmiş (cild 1, iş vərəqə: 29-30), daha sonra həmin tarixdə verdiyi izahatında və 23 fevral 2024-cü il tarixdə şübhəli şəxs kimi dindirilərkən, sonra isə həmin tarixdə təqsirləndirilən şəxs kimi ifadə verərkən ondan aşkar edilmiş həmin maddələri istifadəsi üçün alıb üzərində saxladığına, heç kimə satmaq, bağışlamaq kimi niyyətinin olmadığına dair ifadəsini bir daha təsdiq etmiş (iş vərəqə: cild İ, səh.40-41, 63-66, 82-85), eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonlarına baxış keçirilərkən də onun satış məqsədilə narkotik vasitə və ya psixotrop maddə əldə etməsini təsdiq edəcək hər hansı məlumatlar müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh.94-95), həmçinin məhkəmə-narkoloji ekspertizasının 11 mart 2024-cü il tarixli, 1636 nömrəlirəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.138- 139). İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız psixotrop maddə metamfetaminin külli miqdarda olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini həmin maddələri satış məqsədi ilə əldə edib saxlayıb daşıması kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin külli miqdarda olsa da, Təqsirləndirilən şəxs tutulub, üzərində videoçəkilişlə şəxsi axtarış keçirildiyi vaxtdan başlayaraq izahatında və ifadələrində həmin maddələri öz şəxsi istifadəsi üçün aldığını, satmaq məqsədinin olmadığını bildirmiş, ibtidai istintaq orqanı tərəfindən isə təqsirləndirilən şəxsin həmin maddələri özünün istifadəsi üçün deyil, məhz satış məqsədi ilə əldə etdiyini təsdiq edə biləcək hər hansı fakt, sübut əldə edilib təqdim edilməmiş, həmçinin cinayət işinin materialları ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsdən aşkar olunan psixotrop maddənin yalnız külli miqdar həddində olması əsasına görə buna dair heç bir sübutlar olmadığı təqdirdə, ehtimal və fərziyyə əsasında həmin maddələrin satış məqsədilə saxlanması qənatinə gəlinməsi heç bir hüquqi əsası olmayan tamamilə yanlış gəlinmiş nəticədir. Cinayət işi üzrə həmçinin məhkəmə araşdırması zamanı da Təqsirləndirilən şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə etməsini təsdiq edəcək hər hansı sübutlar müəyyən edilməmiş və bununla da təqsirləndirilən şəxsin cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün məhkəmə araşdırması zamanı heç bir əsas olmamışdır. Bir daha xüsusilə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda olmasına görə onun məqsədinin həmin maddələri məhz satış məqsədilə saxlaması qənaətinə gəlinməsi və əməlinin Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə tövsif edilməsi tamamilə əsassız yanaşmadır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satmasının müəyyən olunmasının mümkün olmadığı, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitə və ya psixotrop maddəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş həmin maddələri satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, həmin maddələri kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Məhkəmə eyni zamanda onu da xüsusilə vurğulamağı zəruri hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs cinayət əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etməyə çalışarkən ittiham aktında Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə bağlı sms mətnini narkotik vasitələrin alqı-satqısına dair mesaj olması kimi qələmə vermişdir. Lakin həmin mesajın mətini nəzərdən keçirilərkən onun məzmununda (Bes kisilikden daniwirdin ozun soyuw soydunki sene 07 mal getirecem qeyretin ***** men sene soyuw soymurem ama bilki sen ******* gedesen”) Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddələri satmasını və ya onun belə bir məqsədinin olmasını təsdiq edən məlumatların olduğu müəyyən edilməmiş, Təqsirləndirilən şəxs başqa şəxsə göndərdiyi həmin mesajın məzmunundan müəyyən olunur ki, o, başqa şəxsdən ehtimal ki, narkotik vasitə istəyir və həmin mesaj mətninin təqsirləndirilən şəxsə elan edilmiş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bağlı ittihamla heç bir əlaqəsi müəyyən edilməmişdir. Həmin mesajda narkotik satışı ilə bağlı hər hansı məlumat mövcud deyildir. Eyni zamanda Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona baxış zamanı “whatsapp” mobil tətbiqində “isverən” adı ilə telefonun kontaktına əlavə edimiş İran islam Respublikası vətəndaşına aid +98 939 *** **** mobil nömrəsindən təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefona narkotik vasitənin olduğu ehtimal edilən ünvanın fotoşəkillərinin və koordinatlarının göndərilməsi ilə bağlı məlumatlarda da narkotik satışı ilə bağlı hər hansı məlumat mövcud deyildir. Odur ki, həmin mesaj mətinlərinin məzmununda və telefonda olan məlumatlarda Təqsirləndirilən şəxs narkotik vasitəni və ya psixotrop maddəni kiməsə satmasını və ya belə məqsədinin olmasını təsdiq edən məlumatların olmamasını və nəticə etibarilə həmin məlumatlarla bağlı Təqsirləndirilən şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə etməsini təsdiq edə biləcək hər hansı bir halın müəyyən olunmasının mümkün olmamasına görə, məhkəmə həmin mesajları və telefonda olan məlumatları Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib saxlamağını təsdiq edən sübut növü kimi qəbul etmir. Bununla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında sərgilədiyi hüquqi mövqeyə əsasən şəxsin təqsirliliyi ilə bağlı əsas götürülən sübut növləri ona irəli sürülən ittihamın həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı işi üzrə” qərarında qeyd edilmişdir ki, “dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan da görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop və narkotik maddəni satış məqsədilə saxlayıb daşıması formal olaraq göstərilsə də, Təqsirləndirilən şəxs kiminlə, nə zaman, hansı qaydada narkotik və ya psixotrop maddələrin satışına dair sövdələşməsinin və ya razılığının olması, həmin maddələri kimə, hansı qaydada, nə zaman satacağı ümumiyyətlə müəyyən edilməmiş, satış məqsədinin nədə ifadə olunduğu göstərilməmiş və buna dair təqdim edilmiş sübutlar da ittihamın faktiki hallarına uyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə etməsi barədə əməliyyat məlumatı daxil olduğu göstərilsə də (cild 1, iş vərəqə: 4), cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Yalnız cinayət işinə əlavə edilmiş raportda bir cümlə ilə ifadə edilmiş əməliyyat məlumatına istinad etməklə Təqsirləndirilən şəxs həmin maddələri satış məqsədilə saxlaması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələri və ya psixotrop maddəni yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsində narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan külli miqdar həddində əldə edilməsi, saxlanması, daşınması cinayət əməlinin dispozitiv əlamətləri isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən 5,134 qram psixotrop maddə metamfetamin külli miqdar təşkil etdiyindən və ondan aşkar edilmiş qurudulmuş marixuana və metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib saxlayıb və daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla (22 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə protokolu”, həmin istintaq hərəkətinin əks olunduğu video çəkiliş və həmin video çəkilişin əks olunduğu disk, şahid ifadəsi, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, cinayət işinin faktiki hallarını təsdiq edən və iş materiallarına əlavə edilmiş sənədlər) təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Göstərilənlərdən başqa, qeyd edilməlidir ki, cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamı mübahisələndirərək, onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiqlər göstərərək etirafedici ifadələr verməsinə məcbur edilməsinə, polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilərkən üzərində narkotik vasitə və psixotrop maddə olmamasına, polis əməkdaşları tərəfindən ona edilən təzyiqlərin nəticəsində məcbur olub həmin maddələrin ona məxsus olduğunu etiraf etdiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə keçirilmiş (iş vərəqə: cild 1, səh.29-31), 22 fevral 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə izahat verərkən psixotrop maddə metamfetaminin və narkotik vasitə qurudulmuş marixuananın ondan aşkar edildiyini etiraf etmiş (cild 1, iş vərəqə:40-41), daha sonra 23 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən və təqsirləndirilən şəxs qismində ifadə verərkən də həmin maddələrin ondan aşkar olunduğunu bildirmiş, həmçinin polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiqlər olmadığını göstərmişdir (cild 1, səh. 63-66, 82-85). Təqsirləndirilən şəxs yalnız ibtidai istintaqın sonunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilən zaman həmin maddə ilə özünü təqsirli bilməyərək, ifadə verməkdən və protokola imza etməkdən imtina etmişdir (iş vərəqə: cild İ, səh.167), lakin onun ifadəsində göstərdiyi həmin təkzibedici hallar cinayət işinin bütün materialları ilə qarşılıqlı şəkildə araşdırılıb tədqiq edilərkən heç bir dəlillərlə öz təsdiqini tapmamışdır. Bundan başqa, qeyd edilməlidir ki, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün Bakı İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində tibbi kitabçada sol bazunun yuxarı bayır səthində və hər iki saidin ön səthində köhnə çapıq toxumaları aşkar edilsə də, o, məhkəmə baxışı zamanı həmin çapıq toxumalarının tutulmamışdan xeyli əvvəl yarandığını və hazırki cinayət işi ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Bundan başqa, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olunarkən bədənində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən məhkəməyə göndərilmiş 10 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Müvəqqəti Saxlama Yerinə qəbul edilərkən bədəni üzərində hər hansı xəsarətlər müəyyən edilməmişdir (cinayət işinin materialları). Beləlikə də, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi inkaredici hallar şahid ifadəsi, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələr, “şəxsi axtarış və götürmə haqqında” protokol, şəxsi axtarışın video görüntülərinin əks olunduğu disk, həmin diskə baxış protokolu, maddi sübutlar, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və onun göstərdiyi həmin halları həqiqi olmayan, yalan və özündən uydurma məlumatlar olmaqla, cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 1(001)-191/2023 nömrəli hökmünə əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, cəzasının 01 il 09 ay 03 gün hissəsinin çəkilməmiş qalması ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin həmin məhkumluğu ödənilməsə də, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalı, hazırki hökm üzrə təyin ediləcək cəzaya Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 1(001)-191/2023 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 03 (üç) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla) Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməlidir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 22 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 22 fevral 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 11 mart 2024-cü il tarixli, 1636 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 5,034 qram psixotrop maddə metamfetamin və 32,65 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin video görüntüsünün əks olunduğu bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 1(001)-191/2023 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 9 (doqquz) ay 3 (üç) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla), yəni 10 (on) ay 16 (on altı) gün müddət hazırkı hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 22 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 5,034 qram psixotrop maddə metamfetamin və 32,65 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin video görüntüsünün əks olunduğu bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-327/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-327/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver