Məhkəmə qərarları › İş №1(101)-328/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-328/2020

18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-328/2020 18.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BakıAğır Cinayətlər Məhkəməsi: sədrlik edən hakim: Xankişiyev Mirzə Aslan oğlu, hakimlər: Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştiraklarıilə xx.xx.1997-cı ildə Yevlax rayonunda doğulmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu, Malıbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ev 447-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-cimaddəsiilətəqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, xx xxxx 2019-cu il tarixdə, saat 03 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri, Binəqədi rayonu, H.Ağamalıyev küçəsindən keçən zaman, həmin küçədə 6 saylı evin qarşısında əvvəllər tanımadığı Şahid1 ilə görüşən Zərərçəkmiş şəxs tanışı Şahid2 bir qədər kənarda dayanıb başqa şəxslərin gələcəyi halda “işarə verməsini” bildirdiyindən, sonuncu Təqsirləndirilən şəxs yanında olan tanışı Şahid3 ilə birlikdə Zərərçəkmiş şəxs istiqamətində hərəkət etməsini görüb, Zərərçəkmiş şəxs telefonun “Whatsapp” proqramı vasitəsilə kənar şəxslərin gəlməsini bildirən mesaj göndərməklə yanaşı, eyni zamanda həmin proqram vasitəsilə zənglər etdiyindən, Zərərçəkmiş şəxs Şahid2 xitabən “salamatçılıqdır?” dedikdə, Təqsirləndirilən şəxs “bizdə həmişə salamatçılıqdır” ifadəsini işlətmişdir. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs az əvvəl telefonda danışarkən nalayiq ifadələr işlətməsini nəzərdə tutaraq “məhlədə niyə söyüş söyürsən”, “nə olub qaqaş, problem nədir, problem axtarırsan?” ifadəsini işlətməsindən sonra, aralarında yaranmış mübahisə zamanı o, Zərərçəkmiş şəxs onu təpiklə vurub yerə yıxmasından əsəbləşərək, qalxıb üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən ov bıçağı ilə Zərərçəkmiş şəxs sağ ayağının bud nahiyəsinə qəsdən bir dəfə zərbə vurub sonuncuya sağ budun aşağı 1/3-nin iç səthinin bud arteriyasının yaralanması ilə müşaiyət olunan və kəskin qanitirmə nəticəsində ölümə səbəb olan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid xəsarət yetirərək hadisə yerindən qaçmış, Zərərçəkmiş şəxs almış olduğu xəsarətdən xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə, Cavanşirlə zəngləşmiş və görüşmək qərarına gəlmişlər. Cavanşir taksi ilə “Koroğlu” metrostansiyasının yaxınlığına gəlib onu götürmüş, təxminən saat 23 radələrində, Cavanşirin evinin yaxınlığından keçən dəmiryolu xəttinin yanında kolbasa-pendirlə araq içmişlər, arağı içib qurtardıqdan sonra Cavanşirin evinə gəlib çay içmişlər. 24 iyul tarixdə saat 02-03 radələrində siqaret almaq üçün evdən çıxmışlar. O, Cavanşirin yaşadığı yeri tanımadığı üçün market axtarmağa başlamış, küçədə olan zaman təzə tanış olduğu Güşvər adlı qızla görüşmək üçün zəng etmiş, lakin, Güşvər ona diskotekada olduğunu deyəndə, o, Güşvərə gecə nəyə görə diskotekada olduğunu soruşmuşdur. Bu zaman o, küçədə Kamranın bir qızla dayandığını görmüş, Qəmbər də, Kamranla qızdan 10-15 metr aralıda dayanmışdır Həmin vaxt o, Cavanşirlə Qəmbərin yanından keçmiş, o, “siqareti hardan alaq” sözünü dedikdə Qəmbər siqaretinin olmadığını demişdir. O, Kamrana yaxınlaşaraq siqaret almaq üçün yaxınlıqda marketin olub-olmadığını soruşmuş, Kamran isə ona “sizdə salamatçılıqdı?” sözünü demiş, o da “bizdə həmişə salamatçılıqdı” cavabını vermişdir. O, Kamrana tərəf yaxınlaşanda Kamran ona qarşı nalayiq söyüşlər söymüş, o da “niyə söyüş söyürsən, mən səndən market soruşuram” sözünü demişdir. Bu zaman Kamran təpiklə onun qarnına vurmuş və o, arxası üstə yerə yıxılmışdır. Bu zaman o, üstündə olan, ona hədiyyə verilmiş bıçağı çıxarıb özünü qorumaq üçün və Kamranın ona yaxınlaşmaması üçün əlində bıçağı sağa sola hərlətmişdir. Həmin vaxt hava qaranlıq olmuş və o, Kamranın necə xəsarət almasını görməmiş, lakin, Kamranın yanındakı qız səs küy salıb qışqırdığından o, həmin vaxt hadisə yerindən qaçıb uzaqlaşmışdır. Hadisənin səhəri günü onu polis əməkdaşları aparanda Kamranın öldüyünü eşitmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özifadəsindənbaşqaməhkəmə iclasında dindirilmiş zərərçəkmişin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə Kamran axşam saat 23 radələrində evə gəlmiş, yemək yedikdən sonra Kamran ona bir az gəzib gələcəyini demiş və evdən çıxmışdır. O, Kamranın evə gec gəldiyini görüb saat 01 radələrində Kamrana zəng edib evə gəlməsini demişdir, Kamran isə məhlədə olduğunu, uşaqlarla söhbət edib gələcəyini demişdir. Bir qədər sonra o, Kamranın evə gəlmədiyinə görə dəfələrlə zəng etmiş, lakin Kamran cavab verməmiş, sonra Kamranın dostu telefona cavab verib Kamranın bıçaqla vurulduğunu, X4 bildirmiş, o, dərhal X13 getmiş, orada oğlu Kamranın vəfat etdiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hadisədən əvvəl küçədə Kamranla görüşən zaman, Kamranın telefonuna Qəmbərin telefonundan mesaj gəlmiş, Kamran da Qəmbərə mesaj yazmışdır ki, salamatçılıqdı?!, Qəmbər isə “həə, şükür“ sözünü demiş, həmin vaxt Pərvin onlara yaxınlaşaraq “bizdə həmişə salamatçılıqdı” sözünü işlətmişdir, Kamran həmin vaxt Pərvinin yanında olan digər şəxsə, yəni Cavanşirə “məni tanımırsan?” deyə soruşmuş, Cavanşir də Kamranı üzdən tanıdığını demişdir. Kamran Pərvinin onlara yaxınlaşarkən telefonda danışdığı şəxsə söydüyü üçün, “məhlədə niyə söyüş söyürsən”, “nə olub qaqaş, problem nədir, problem axtarırsan?”, Pərvin də cavab olaraq “sənə problem lazımdı? Lazımdırsa yaradaq, problem yoxdu” sözlərini demişdir. Həmin sözlərdən sonra Pərvin Kamranın üzərinə gəldiyindən Kamran özünü müdafiə üçün Pərvinə təpik atmış, Pərvin təpikdən yayınmaq üçün geri çəkilərkən müvazinətini itirərək yerə yıxılmış və sonra durub Kamranın üzərinə gəlib Kamranın ayağının baldır hissəsinə vurub qaçmışdır. Həmin anda Kamran baldırını tutub arxaya onun üstünə tərəf gəlmiş və yerə yıxılan zaman Qəmbər Kamranı arxadan tutmuşdur. Kamranın ayağından təzyiqlə qan axmağa başlamış, Pərvin qaçmış və o, şokda olub özünü itirmişdir. Sonra hadisə yerinə bir maşın gəlmiş və TTY a zəng etmişdir. Sonra isə polis əməkdaşları yaxınlaşmış, onlar xəstəxanaya getmiş, orada Kamranı liftə salandan sonra onları içəri buraxmamışlar. Bir qədər sonra polis əməkdaşları onu izahat almaq üçün bölməyə aparmışlar. Orada ölüm kağızı açmaq sözünü eşidəndə Kamranın öldüyünü bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun uşaqlıq dostudur. xx xxxx 2019-cu il tarixdə saat 01:30 radələrində o, Kamranla məhlədə olan 24 saat işləyən şərab evində görüşmüşlər, içki içməsə də, Kamrana bir şüşə “Baltika 9” pivə almış, bir az söhbət edib evinin həyətinə gəlmişlər, 15- 20 dəqiqə avtomobilin içində oturub söhbət etmişlər. Kamran da yavaş-yavaş aldığı pivəni içmişdir. Həmin vaxt ona və Kamrana evdən zəng gəlmiş, o, evə getmiş, Kamran isə həyətdə stolda oturub telefonda mahnıya qulaq asmışdır. O, evdə olan zaman saat 03 radələrində məhlədə yaşayan Qəmbər ona “Vossap”la səsli mesaj göndərmiş və həmçinin dayanmadan zəng etmişdir. Qəmbər ona Kamranın halının pis olduğunu, klubun yanına gəlməyini, Kamranı ayağından vurulduğunu demişdir. O, dərhal klubun yanına getmiş, artıq təcili tibbi yardım avtomobilinin gəlməsini görmüşdür. Həmin vaxt Kamranın rəngi ağarmış, lakin, sağ olmuşdur. Kamranın Yeganə adlı tanışı da təcili yardım avtomobilinə əyləşmiş, o, maşını ilə təcili yardım avtomobilinin arxası ilə X13 getmişdir. Həkimlər Kamrana tibbi yardım göstərmişlər, bir az sonra artıq Kamranın vəfat etməsi xəbərini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs qonşu kimi 5-6 il olar ki tanıyır. xx xxxx 2019-cu il tarixdə Kamran onlara gəlmiş və söhbət etmişlər. Həmin vaxt Kamran ona pivə içdiyini, bir məhlədə qalan Əliyarın küçənin girişində olan şərab evinə gələcəyini, onunlaa şərab evinə getməyi təklif etmişdir. O, razılaşmış, şərab evinə getmişlər, Kamran pivə içmiş, Əliyar da şərab evinə gəlmiş və onlar Əliyarın avtomobili ilə məhlələrinə getmişlər. O, evə getmiş, Əliyarla Kamran isə həyətdə avtomobildə oturmuşlar. Təxminən saat 03 radələrində Kamran ona “Vatsapp”da səs göndərmişdir ki, ona su gətirsin. O, butulkada su götürüb həyətə çıxmış, artıq Əlyarı həyətdə görməmiş, Kamran tək dayanmışdır. Kamran su içəndən sonra ona “klubun yanına qızla görüşməyə gedirəm, gedək mənlə, qayıdarıq” demişdir. O da razılaşmış və Kamranla getmişdir. Kamranla Yeganə görüşdüklərinə görə onlara baxmayıb telefonla oynamışdır. Bu zaman o, küçədən iki nəfər şəxsin gəldiyini görmüşdür. “Votsap”la Kamrana “Adam gəlir” mesajını yazmış və “Votsap”la zəng etmişdir. Bu zaman Kamran ona “salamatçılıqdı?”, o, isə “həə, şükür“ demişdir. Telefonla oynayan zaman iki nəfər oğlanın Kamranla Yeganə tərəfə getdiklərini görmüş, Pərvin telefonla danışmış, nalayiq ifadələr işlətmişdir. O, yenə fikir verməyib telefonda oynamağa davam etmiş, elə bu zaman Yeganənin “dalaşmayın, aralaşın” dediyini eşitmiş, başını qaldırıb Kamran tərəfə baxanda Kamranın qabağında dayanan oğlanı təpiklə vurduğunu görmüşdür. Bu zaman Yeganə Kamranın arxasında, Cavanşir isə Kamranın təpiklə vurduğu oğlanın sol tərəfində dayanmışdır. Yeganə Kamranı, Cavanşir isə onları aralamaq istəmişdir. Kamran təpik vurduqdan sonra Pərvin bir az geri gedib yerə yıxılmış, Kamran Pərvinin üstünə getmək istəyəndə o, Kamranın ayağının baldır hissəsindən qan gəldiyini görmüşdür. Kamran Pərvinin üstünə gedə bilməmiş və səndələyərək geriyə doğru gedib yıxılanda o, Kamranın kürəyindən tutub yerdə başını dizinin üstündə saxlamış, bu zaman Yeganə “Kamranı vurdu” deyərək qışqırmağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Mən 2009-cu ildən X8, 2016-cı ildən isə Binəqədi RPİ-nin 4-cü PŞ-nin polis sahə inspektoru vəzifəsində işləyirəm. xx xxxx 2019-cu il tarixdə saat 09:00-dan 4-cü PŞ-də xidmətdə olmuşam, xx xxxx 2019-cu il tarixdə saat 03 radələrində ərazidə olan zaman 24 saat işləyən “Şərab evi”ndən su alıb Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Həsrət Ağamalıyev küçəsi istiqamətində özümə məxsus “Pajero” markalı avtomobilim ilə hərəkətdə olarkən, küçədən “qoyma qaçdı-qaçdı” deyilməsini eşitdim. Bu zaman ərazidə yaşayan əvvəllər məhkum olunmuş Cavanşir adlı şəxs qaçaraq gəlib avtomobilimin yanında dayandı və mənə “vurdu, qaçdı” sözlərini dedi. Mən, hadisə olduğunu bilib Cavanşirə avtomobilə minməsini dedim və Cavanşirin göstərdiyi istiqamətdə bir neçə metr getsəm də, qaçan şəxsi görmədim və dərhal hadisə baş verən yerə qayıtdım. Bir oğlanın yerdə uzanıqlı halda ayağından qan axdığını gördüm, bu zaman bir nəfər kəmərlə oğlanın ayağını sıxırdı, orada başqa bir oğlan və bir qız da var idi. Mən təcili tibbi yardıma zəng olunmsını dedim, bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobili gəldi, xəsarət alan şəxs təcili tibbi yardım avtomobilinə qoyuldu, həmin vaxt şəxs huşu özündə olmasa da, sağ idi. Daha sonra, Cavanşiri avtomobilim ilə 4-cü PŞ-nə apardım, orada Cavanşir həmin oğlanı vuran şəxsin adının Pərvin olduğunu, Pərvinlə bir cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirdi. Daha sonra mən, əraziyə çıxıb Pərvin adlı şəxsin axtarışı ilə məşğul oldum. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Pərvini cəzaçəkmə müəssisəsində cəza çəkən vaxtdan tanımış, bir yerdə cəza çəkmişlər. xx xxxx 2019-cu il tarixdə Pərvin ona zəng edərək “bəlkə fırlanıb siz tərəflərə gəldim” demiş, o da cavab olaraq gəlməsini bildirmiş, lakin bir qədər sonra Pərvinin gəlmədiyini görüb, zəng edərək niyə gəlmədiyini soruşduqda Pərvin “Koroğlu” metrostansiyanda olduğunu deyərək oraya gəlməsini demişdir. Təxminən saat 20 radələrində tanış taksi ilə birlikdə “Koroğlu” metrostansiyasından Pərvini götürüb Binəqədi rayonuna gəlmiş, yaşadığı evin yaxınlığındakı dəmir yolunun yanında olan boş sahədə oturub Pərvinlə kalpasa pendir yeyib 700 qram araq içmişdir. Arağı içib qurtardıqdan sonra Pərvinlə birlikdə yaşadığı evə gəlib çay içmişdir. 24 iyul tarixində saat 02-03 radələrində o, Pərvinlə siqaret almaq üçün evdən çıxmış, “Klub” adlanan yerin yaxınlığında arıq bir oğlana rast gəlmiş, həmin oğlan ayaqüstə duraraq telefonla oynamışdır. Pərvin telefonda kimləsə danışaraq nalayiq ifadələrlə təhqir edərək “sənə zəng edirəm telefonu açırsan, amma cavab vermirsən. Diskotekadasan, eşitməmisənsə niyə telefonu açıb cavab vermisən” sözlərini demiş, Pərvin telefonda danışan zaman həmin oğlandan siqaret istədikdə, oğlan siqaretinin olmadığını, biraz irəlidə 24 saat işləyən şərab evinin olduğunu demişdir. Bundan sonra o, Pərvinlə şərab evinə tərəf gedən zaman bir neçə metr irəlidə bir oğlanla qızın söhbət etdiyini görmüş, bu zaman qızla söhbət edən oğlan arıq oğlana “salamatçılıqdı?” demiş, arıq oğlan isə “həə, şükür” cavabını vermişdir. Bu vaxt Pərvin “bizdə po jizni salamatçılıqdı” demiş, Pərvin bu sözü deyərkən artıq telefon danışığını bitirmişdir. Bir az da yaxınlaşdıqda qızın yanında olan oğlan ona “Cavanşir məni tanımırsan?” demiş, o da üzdən tanıdığını demişdir. Qızın yanındakı oğlan Pərvinə “nə olub qaqaş, problem nədir, problem axtarırsan?” demiş, Pərvin də cavab olaraq “sənə problem lazımdı? Lazımdısa yaradaq, problem yoxdu” demişdir. Bu zaman həmin oğlanla Pərvin dartışmağa başlamış, qız oğlanı, o da Pərvini aralamaq istəmiş, elə bu vaxt oğlan Pərvinə təpiklə vurmuş, Pərvin bir qədər geri gedib yıxılan kimi olmuşdur. Pərvin oğlanın üstünə getdikdə o, Pərvinin qabağına keçsə də, Pərvin onu itələyib oğlana tərəf getmiş və əli ilə oğlana vurmuş, dərhal da Pərvin oradan qaçaraq uzaqlaşmış, o, Pərvinin əlində nə olduğunu görməmiş, lakin, oğlanın ayağından qan axdığını gördüyü üçün bıçaqla vurmasını düşünmüş, Pərvinin qaçdığı istiqamətdə getmiş, bu vaxt tanıdığı 4-cü PŞ-nin sahə müvəkkili Bəhruz qara rəngli cip avtomobili oradan keçirmiş və onu görüb nə baş verdiyini soruşduqda o, Bəhruza “oğlanı bıçaqladı, qaçdı” demişdir. Bundan sonra o, Pərvinin getdiyi istiqamətdə qaçmışdır ki, Pərvini tutsun, lakin 15-20 metr qaçıb Pərvini görmədiyindən dayanmış, bu zaman Bəhruz avtomobili onun yanında saxlamış və “gəl, otur maşına” demişdir. O da Bəhruzun avtomobilinə oturmuş və 4-cü polis şöbəsinə gəlmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 103 nömrəli rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində sağ budun aşağı 1/3-nin iç səthinin bud arteriyasının yaralanması ilə müşaiyət olunan bir ədəd deşilmişkəsilmiş yarası aşkar edildi. Qeyd edilən xəsarət həyati olub mərhumun ölümündən bir qədər əvvəl deşici-kəsici alətin təsirindən törənmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünə səbəb bud arteriyasının yaralanması ilə müşaiyət olunan sağ budun aşağı 1/3nin deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti ilkin meyit əlamətlərinə görə mərhumun meyitinin meyitxanada müayinə başlanan vaxtdan 2-4 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitinin sağ bud nahiyəsində aşkar edilmiş deşilmiş-kəsilmiş yara qərarda göstərilən şəraitdə yəni, başqa şəxs tərəfindən bıçaqla, o cümlədən ekspertizaya təqdim edilmiş bıçaqla vurulmuş bir zərbənin təsirindən əmələ gələ bilərdi. Məhkəmə-kimya tədqiqatı nəticəsində Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1376 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət-sağ dirsək oynağı nahiyəsindəki sıyrıq bərk küt əşyanın təsirindən müayinədən bir gün əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət qərarda göstərilən şəraitdə, yəni onun öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya (əşyalara) dəyməsi nəticəsində əmələ gələ bilərdi. Məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 681/2019- MTBŞ saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İİ)dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kişi trusiki, kişi şalvarı, qısaqol köynək, X5 məxsus mavi rəngli cins şalvar, 06 ədəd pambıq tamponlar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Abeta /H/ (İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Şahid3 məxsus boz rəngli cins şalvar, bir ədəd qısaqol köynək və bir ədəd bıçaq üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Məhkəmə trasoloji və soyuq silah ekspertizasının xx.xx.2019-cu il tarixli, 19854/55 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları (cəmdəyin doğranması, dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatım dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş paltarlardan Zərərçəkmiş şəxs məxsus şalvarın və Şahid3 məxsus köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Həmin zədələrdən Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində olan zədə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predıııetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Təqdim edilmiş Şahid3 məxsus köynəyin üzərində olan zədələr fiziki qüvvənin təsirindən yarana bilən qopma zədələridir. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarda Təqsirləndirilən şəxs məxsus şalvarda və Şahid3 məxsus şalvarda hər-lıansı bir mexaniki zədə aşkar edilmədi. Narkotik vasitələr üzrə məhkəmə bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 19106 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "... Təqsirləndirilən şəxs üzərinə...” yazıları və imzalar olan 1 (bir) ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümündə təmiz çəkisi- 0,278qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli, 1601 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-haztrki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərərkətlər inin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 1601 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur, intellektual-mnestik imkanları normaya uyğundur. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik müəyyən edilir. Kobudluq, mübahisəyə meyillilik, eqosentrizm, tez özündən çıxmaq, nümayişkarənəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmışdır. Həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2019-cu il tarixli, 2697 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda müayinə zamanı Çərkəzov X6 xəstəliyindən əzab çəkmir. Alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Binəqədi RPİ-nin 4-cü PŞ-nin xx.xx.2019-cu il tarixli, 060-11552-1219 nömrəli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində əvvəllər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında habelə ailə üzvləri arasında münaqişənin olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tutularkən üzərində aşkar edilmiş narkotik vasiətini və bir ədəd bıçağı haradan əldə etməsini müəyyən etmək, həmçinin Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs həyat tərzi və münasibətlərini aydınlaşdırmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barəsində Binəqədi RPİ-nin 4-cü PŞ-də araşdırma materialı olmamışdır. X12 Cərrahiyə qəbul şöbəsi üzrə xəstəlik tarixi açılmadan tərtib olunan ölüm Aktının surətindən görünür ki, Zərərçəkmiş şəxs 9 saylı TTYS-nin avtomobili ilə xx.xx.2019-cu il tarixdə saat 03:41-də xəstəxanaya daxil olmuş, xəstə qəbul şöbəsinə daxil olarkən həyat əlamətləri qeyd olunmamışdır. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəməistintaqızamanıkifaytqədərtoplanmışsübutlarlaibtidaiistintaqıngəldiyinəticələr Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsinəmünasibətdəöztəsdiqinitapmamışdır. Beləki, xuliqanlıq cinayəti bir qayda olaraq ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi kimi hərəkətlərdə ifadə olunur. Bundanəlavəcinayətqanunvericiliyndənəzərdətutulduğukimixüliqanlıqcinayətihəmdəsəbəb sizcinayətdir, yəni, baş vermiş hərəkətin səbəbini istintaq yolu ilə müəyyənləşdirmək mümkün olmur. Lakin, həm istintaq materialları ilə, həm də məhkəmə istintaqı zamanıkifayətqədərsübutlarlatəsdiqolunmuşdurki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındamübahisəyə səbəbzərərçəkmişZərərçəkmiş şəxsTəqsirləndirilən şəxstəpik zərbəsi vurmasıolmuşdur. MəhzbusəbəbdənTəqsirləndirilən şəxs təpik zərbəsindən yerə yıxıldıqdan sonra bıçaqlaqəsdənZərərçəkmiş şəxs bir dəfə bədən xəsarəti yetirmişdir. Cinayətin bu şəraitdə baş verməsi birmənalıdır, təqsirləndirilənşəxsinifadəsindənbaşqahadisəyerindəolanşahidlər Şahid1, Şahid4, Şahid2 və istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadələri ilə də həmin hallar tam təsdiq olunmuşdur. Belə ki, baş vermişcinayəthadisəsiilə bağlı ifadə vermiş şahidlər Şahid1 məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında yaranan mübahisə zamanı əvvəlcə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təpik zərbəsi ilə vurub yerə yıxmış, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bud nahiyəsindən bıçaqla xəsarət yetirmiş və hadisə yerindən qaçmışdır, eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, telefonla oynayan zaman iki nəfər oğlanın Kamranla və Şahid1 tərəf getdiklərini görmüş, Pərvin telefonla danışmış, nalayiq ifadələr işlətmişdir. O, yenə fikir verməyib telefonda oynamağa davam etmiş, elə bu zaman Yeganənin “dalaşmayın, aralaşın” dediyini eşitmiş, başını qaldırıb Kamran tərəfə baxanda Kamranın Təqsirləndirilən şəxs təpiklə vurduğunu görmüşdür. Bu zaman Yeganə Kamranın arxasında, Cavanşir isə Pərvinin sol tərəfində dayanmışdır. Yeganə Kamranı, Cavanşir isə onları aralamaq istəmişdir. Kamran təpik vurduqdan sonra Pərvin bir az geri gedib yerə yıxılmış, Kamran Pərvinin üstünə getmək istəyəndə o, Kamranın ayağının baldır hissəsindən qan gəldiyini görmüşdür. Bundan əlavə istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Pərvinlə şərab evinə tərəf gedən zaman bir neçə metr irəlidə bir oğlanla qızın söhbət etdiyini görmüş, bu zaman qızla söhbət edən oğlan arıq oğlana “salamatçılıqdı?” demiş, arıq oğlan isə “həə, şükür” cavabını vermişdir. Bu vaxt Pərvin “bizdə po jizni salamatçılıqdı” demiş, Pərvin bu sözü deyərkən artıq telefon danışığını bitirmişdir. Bir az da yaxınlaşdıqda qızın yanında olan oğlan ona “Cavanşir məni tanımırsan?” demiş, o da üzdən tanıdığını demişdir. Qızın yanındakı oğlan Pərvinə “nə olub qaqaş, problem nədir, problem axtarırsan?” demiş, Pərvin də cavab olaraq “sənə problem lazımdı? Lazımdısa yaradaq, problem yoxdu” demişdir. Bu zaman Kamran ilə Pərvin dartışmağa başlamış, qız oğlanı, o da Pərvini aralamaq istəmiş, elə bu vaxt Kamran Pərvinə təpiklə vurmuş, Pərvin bir qədər geri gedib yıxılan kimi olmuşdur. Pərvin oğlanın üstünə getdikdə o, Pərvin əli ilə oğlana vurmuş, dərhal da oradan qaçaraq uzaqlaşmış, o, Pərvinin əlində nə olduğunu görməmiş, lakin, oğlanın ayağından qan axdığım gördüyü üçün bıçaqla vurmasını düşünmüşdür. Bundan əlavə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində, ümumiyyətlə cinayət hadisəsini görməmiş, o, evdə olan zaman saat 03 radələrində məhlədə yaşayan Qəmbər ona “Vossap”la səsli mesaj göndərmiş və ona Kamranın halının pis olduğunu, klubun yanına gəlməyini, Kamranı ayağından vurulduğunu demişdir. Yuxarıda adları sadalanan iş üzrə şahidlərin ifadələri ilə tam təsdiq olunur ki, cinayət hadisəsi baş verən zaman, hadisə yerinə hər hansı bir kənar şəxs hadsə yerinə gəlməmiş,iş rejimi pozulmamış, ərazidə yaşayan şəxslərin istirahət hüquqları pozulmamışdır. BeləolanhaldaistintaqorqanınıntəqsirləndirilənşəxsTəqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə ittiham elan etməsi əsaslı hesab edilə bilməz. "Xuliqanlıq işləriüzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cüiltarixliqərarının5-cibəndindəgöstərilirki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimiözünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Bundanbaşqahəminqərarın 3-cübəndindəgöstərilmişdirki, “məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdəpozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsüilə başlanılmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud, başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələriilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərəçevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Göründüyükimi, baş vermiş cinayət hadisəsişəxsimünasibətlərzəminində, qəsdən, intiqamhissiilə, həmdəzərərçəkmişşəxsZərərçəkmiş şəxstəşəbbüsüiləbaşlanmışdır. Bucinayətinmotiviqisas, baş vermə səbəbi isə zərərçəkmiş şəxsin hərəkətlərinəticəsində yaranan mübahisə olmuşdur, Təqsirləndirilən şəxsməqsədiisəZərərçəkmiş şəxs intiqam almaq olmuşdur. Halbuki, xuliqanlıq niyyəti ilə törədilən cinayətlərdəmotivyaolmur, yadaşəxsinazğınlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində və cəmiyyətəqarşısairkobudhərəkətlərdəifadəolunur. Göründüyü kimi hadisə zamanı Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti olmamış, bucinayətşəxsimünasibətlərdənirəligələnmünaqişəzamanıbaşvermişdir. HəmçininaparılanməhkəməistintaqızamanıhəmtəqsirləndirilənşəxsTəqsirləndirilən şəxs, həmdəiş üzrə şahidlərin ifadələri ilə tam təsdiq edilmişdirki, cinayət hadisəsi ilkin olaraq baş verərkən Təqsirləndirilən şəxsəlində hərhansıbirdeşici-kəsicialətolmamışdır. Onlar sözlə mübahisə edərək mübahisə yarandıqdan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təpik zərbəsi ilə vurub yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs bıçaqdan istifadə edərək Zərərçəkmiş şəxs qəsdənağırbədənxəsarətiyetirmişdir. Cinayətin xuliqanlıq kimi qiymətləndirilməsi, yaxud, xuliqanlıq niyyəti ilə baş verməsi eyni cür terminlər olmasada həm mahiyyətinə, həm də məzmununa görə eyni xarakterli cinayətlər hesab edilir. Yəni, hər iki halda cinayətin məqsədi və motivi eynidir. Çünki, hər bir halda istər xuliqanlıq cinayətində, istərsə də xuliqanlıq niyyəti ilə törədilmiş cinayətlərdə niyyət yalnız xuliqanlıqdan ibarət olur. Niyyətin xuliqanlıq olması isə o deməkdir ki, baş vermiş cinayət hadisəsinin heç bir səbəbi yoxdur. Sözü gedən cinayət hadisəsinin, yəni Zərərçəkmiş şəxs ilə bağlı baş vermiş hadisədə heç bir halda xuliqanlıq niyyəti ilə cinayət törədilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmədə bir daha müəyyən olunmuşdurki, hadisə zamanı Təqsirləndirilən şəxs heç də əsaslı səbəb olmadan xəsarət yetirməmişdir. OnlarınarasındasözləmübahisəbaşladıqdansonravəzərərçəkmişşəxsZərərçəkmiş şəxstərəfindənTəqsirləndirilən şəxsqarşıtəpik zərbəsi kimihərəkətlərindənqeyri-qanuni üsulla ondan qurtarmaq yolu ilə olsada, həmin anda Zərərçəkmiş şəxs,özündən kənarlaşdırmaq məqsədi ilə ona qəsdən bədən xəsarəti yetirmək fikri yaranmışdır. Onagörədəməhkəməhesabedirki, Təqsirləndirilən şəxshadisəvaxtıZərərçəkmiş şəxsvurubxəsarətyetirməsifaktıxüliqanlıqniyyətikimiqiymətləndiriləbilməz. Onunəməliyalnızbaş vermiş hadisəyə görə AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 120.1-cimaddəsinintəsirialtınadüşür. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinəəsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəməittiham hökmüçıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinəəsasən, cinayət təqibiüzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsiüçün mötəbər və yekun nəticəyə gəlməyəimkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinəəsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşıirəli sürülmüş və ya məhkəməyə verilmişittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşıirəli sürülmüşittihamdan ayrı-ayrı bəndləriçıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ciil tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrəəsaslana bilməz. İttiham hökmüişüzrə baş vermiş bütün xüsusatlar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görəittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinəəsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrəəsaslana bilməz vəişə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. BuhaldaTəqsirləndirilən şəxsAzərbaycanRespublikasıCinayət Məcəlləsinin 120.2.2cimaddəsiiləelanolunmuşittiham, həminmaddədənAzərbaycanRespublikasıCinayət Məcəlləsinin 120.1-cimaddəsinətövsifedilməlidir. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1cimaddəsiilətövsif edilməli və o, həmin maddəilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oəlu Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 185.2.1 -ci maddəsi ilə 2 il azadlıqdan məhrum etmə cəzasına 6 ay şərti sınaq müddəti ilə məhkum edilmişdir. Sabunçu rayon məhkəməsinin 1 (008)-075/2015 saylı xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs oəlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü və 185.2.2, 185.2.4-cü maddələri ilə təqsirli bilinmiş və o, CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, 185.2.2, 185.2.4-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66,3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmışdır. Tələbnaməyə əsasən Təqsirləndirilən şəxs oəlu xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.1,-ci maddəsinə görə cinayət törətməyə görə məhkum edilmişşəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Qüvvədə olan Azərbaycan Respublikasının CM-nin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə azadlıqdan məhrum etməyə məhkum edilmişşəxslər barəsində onlar onlar cəzanıçəkib qurtardılqarı gündən ikiil keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4.-cü maddəsində göstərilmişdir ki, məhkum edilmişşəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növüiləəvəz edildikdə, məhkumluğun ödənilməsi müddətiəsas vəəlavə cəzanıçəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs üzərində çəkilməmimş cəzası qalmamış, lakin, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyinə görə əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır. Odur ki, Azərbaycan Respublikası CM-nin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona həmin maddənin sanksiyasının son həddinin yarısından aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. MəhkəməistintaqızamanıTəqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən halların olması müəyyən edilmədi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi ağırlaşdırıcı hal kimi nəzərə alır. İş materiallarından görürün ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni, xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs onu təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə xərcləri 308 manat 46 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyirinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Binəqədi rayon prokurorluğunda saxlanılan maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs oəluna məxsus 01 ədəd kişi tumanı, 01 ədəd şalvar, 01 ədəd qısaqol köynək, Təqsirləndirilən şəxs oəluna məxsus 01 ədəd cins şalvar, hadisə yerindən götürülmüş 06 ədəd pambıq tampon, 01 ədəd bıçaq məhv edilməlidir. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan 0,258 qram kustar üsulla hazırlanmışnarkotik vasitə qurudulmuş marixuana narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə əlaqədar ayrılmış cinayət işi ilə bağlı saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəməistintaqızamanı “İnsanhüquqlarınıvəəsasazadlıqlarınınmüdafiəsihaqqında” Konvensiyanın 6-cımaddəsinin 3-cühissəsinincbəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləqlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxxxxx 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili X7 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 05 saylı vəkil bürosunun nəfinə 312 (üç yüz on iki) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikas CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsinona 14 (ondörd) il müddətinəazadlıqdan məhrum etmə cəzasıtəyinedilsin. Cəzasınıciddi rejimli cəzaçəkmə müəssisəsindəçəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cuil tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinəəsasən, ÇərkəzovPərvinPərviz oğlu barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi möalicə təyin edilsin vəəraziözrə narkoloji dispanserində qeydiyyata alınsın. İşüzrəməhkəməxərcləri 308 manat 46 qəpiktəqsirləndirilənşəxsTəqsirləndirilən şəxsalınaraqdövlətinxeyirinətutulsun. İşüzrəmaddisübutolanvəBinəqədirayonprokurorluğundasaxlanılan maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs məxsus 01 ədəd kişi tumanı, 01 ədəd şalvar, 01 ədəd qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvar, hadisə yerindən götürülmüş 06 ədəd pambıq tampon, 01 ədəd bıçaq məhvedilsin. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan 0,258 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə əlaqədar ayrılmış cinayət işi ilə bağlı saxlanılması nəzərə alınsın. Bakı şəhər 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 05 saylı vəkil bürosunun nəfinə 312 (üç yüz on iki) manat pul ödənilsin. Hökmdən, elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar