Məhkəmə qərarları › İş №1(101)-328/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-328/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-328/2021 09.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yaşamış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş və yaşadığı evdə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxt və naməlum mənbədən satış məqsədi ilə 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,097 qram, 0278 qram, 0,320 qram, 0,311 qram, 3,796 qram olan, ümumilikdə təmiz çəkisi 4,802 qram təşkil edən külli miqdarda, kustar üsulla hazırlanmış qəhvəyi rəngli heroin narkotik vasitəsini və 01 ədəd bükümdə təmiz çəkisi 1,318 qram olan kustar üsulla hazırlanmış, ağ rəngli, kristal şəkilli metamfetamin psixotrop maddəsini qanunsuz olaraq əldə edərək daşımış və yaşadığı ünvanda saxlamışdır. xx xxxx 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin (bundan sonra: RPİ) 30-cu Polis Şöbəsinin (bundan sonra: PŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olan vət.Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman qonaq otağında kreslonun üzərində olan döşəkçənin altından onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı və yaşadığı ünvanda saxladığı külli miqdar təşkil edən həmin narkotik vasitə heroin və psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və külli miqdar təşkil etməyən miqdarda metamfetamin psixotrop maddəsi alıb əldə etməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, narkomandır, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Əvvəllər şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr əldə edib saxlamağa görə məhkum olunmuşdur. Axırıncı dəfə Yasamal Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunan cəzanı çəkmiş və iki ay vaxtından əvvəl şərti azad olunmuşdur. O, bundan sonra da narkotik vasitələrdən istifadə etmiş, tanımadığı şəxslərdən müxtəlif qiymətlərə alıb əldə etmiş və istifadə etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən ünvanı olmayan fərdi yaşayış evində yaşlı anası ilə birgə yaşamışdır. Saxlanıldığı gün, yəni xx xxxx 2020-ci il tarixdə onda heç bir narkotik vasitə və ya psixotrop maddə olmamış, evindən aşkar olunan narkotik vasitə və psixotrop maddə onun evinə axtarışa gələn polislərin özləri tərəfindən qoyulmuşdur. Evində axtarış aparılmış və özlərinin qoyduğu maddələri götürmüşlər. O, etiraz etdikdə onu və yaşlı anasını polisə aparmış, ona qarşı təzyiqlər göstərilmişdir. Əl çəkmək istəmədiklərini, boynuna qoymaq istədiklərini görmüş və boynuna götürmək məcburiyyətində qalıb aşkar olunan narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlə bağlı təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində göstərmişdir ki, 2014-cü ildə cinayət əməli törətdiyi üçün ona 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 2015-ci ildə isə azadlığa buraxılmışdır. O, «Qoca» ləqəbi ilə tanınmış, tanıdığı şəxslər ona həmişə «Qoca» deyərək müraciət etmişlər. Təqribən 20 (iyirmi) ildir ki, narkotik vasitələrin heroin növündən inyeksiya yolu ilə istifadə etmişdir. Həmin narkotik vasitənin heroin növünü Bakı şəhərinin müxtəlif ərazilərindən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx xxx 2020-ci il tarixdə, səhər saatlarında Nəsimi rayonunda, «Papinin» adlanan ərazidə tanımadığı şəxsdən 200 (iki yüz) manata öz şəxsi istifadəsi üçün heroin narkotik vasitəsi almış, bir qismini istifadə etmiş, qalıq hissəsini isə sonra istifadə etməsi üçün yaşadığı evdə saxlamışdır. xx xxxx 2020-ci il tarixdə, səhər saatlarında yaşadığı evdə olarkən evdə saxladığı heroin kimi tanıdığı narkotik vasitəni tibbi iynələr vasitəsi ilə ineksiya yolu ilə qəbul etmişdir. xx xxxx 2020-ci il tarixdə, saat təxminən 15:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən, ünvansız yaşadığı fərdi yaşayış evində olan zaman 5 (beş) nəfər mülki geyimli şəxslər qapını döyərək həyətə daxil olub özlərini təqdim etmiş və onun yaşadığı evə video çəkilişdən istifadə edilməklə baxış keçirilməsini zəruri olmasını bildirmişlər. Bundan sonra onun razılığı ilə yaşadığı evə baxış keçirilən zaman yaşadığı evdə qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet saxlayırsa, könüllü təqdim etməsi təklif olunmuşdur. O, da yaşadığı evdə otaqda kreslonun döşəkçəsinin altında öz şəxsi istifadəsi üçün saxladığı 4 (dörd) ədəd siqaretin göy rəngli kağızında və 2 ədəd şəffaf sellofanda olan bükümləri təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi bükümlərdə özünə məxsus heroin və şüşə kimi tanıdığı narkotik vasitələrdir və onları xx xxx 2020-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, Papinin adlanan ərazidən tanımadığı şəxsdən 200 (iki yüz) manata alıb əldə etmişdir. Bundan sonra masanın üzərində olan 4 (dörd) ədəd tibbi iynələri təqdim edərək həmin iynələrin vasitəsilə heroin kimi tanıdığı narkotik maddəni ineksiya yolu ilə qəbul etdiyini bildirmişdir. Ondan aşkar edilmiş narkotik maddələr polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 194 saylı möhürlə möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun özü və digər iştirakçılar tərəfindən imzalanmış, ekspertiza vasitəsilə tərkibinin müəyyən ediləcəyi bildirilmişdir. Bundan sonra polis əməkdaşları onu 30-cu PŞ-nə gətirib təhvil vermişlər. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, Polis Şöbəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları onun razılığı ilə video çəkiliş aparılmaqla onun üzərinə baxış keçirmişlər. Baxış zamanı onun üzərində qanunsuz əşya və predmet aşkar edilməmişdir. Üzərindən baxış keçirən zaman cibindən götürülən 1 ədəd 5 (beş) manatlıq kağız pul əskinazı və siqaretlər onun özünə qaytarılmışdır. O, narkotik maddələri şəhərdə tanımadığı şəxslərdən əldə edib istifadə etmiş, narkotik maddələrin satışı ilə də məşğul olmuşdur. Yaşadığı evə baxış zamanı aşkar edilərək götürülmüş narkotik maddələr olan bükümlər ona məxsus olmuşdur. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsir olmamışdır. O, Şahid1 heç bir narkotik vasitə satmamışdır. Samir onun tanışıdır və onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır (iş vərəqə: səh. 106-108, 171-172). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 30-cu PŞ-nin Cinayət Axtarış xətti üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs, həmçinin Şahid1 əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması ilə əlaqədar o özü də daxil olmaqla Şöbənin əməliyyat müvəkkilləri Şahid3 və Xəyyam Mirzəyevdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu elə həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində axtarış və götürmə istintaq hərəkəti həyata keçirmək məqsədilə əməliyyat yolu ilə sonuncunun yaşadığı konkret evin yeri müəyyənləşdiridlmiş və həmin ünvana gedilmişdir. Evə yaxınlaşdıqda evin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş və ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını, şübhəli şəxs isə özünü təqdim edib Şahid1 olduğunu qarşılıqlı olaraq bildirmişlər. Şahid1 adlı həmin şəxsin xarici görkəmindən onun narkotik vasitələrin istifadəsində şübhəli olduğu açıq-aşkar hiss olunmuşdur. Onun ətrafında əməliyyat tədbiri keçirilən Təqsirləndirilən şəxslə əlaqəsinin olub-olmamasını aydınlaşdırmaq məqsədilə Şahid1 Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət olunmuş, lakin təxirəsalınmaz olduğundan onlar Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşmış və qapını döymüşlər. Qapını hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs özü açmış və onlar özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Onlar Təqsirləndirilən şəxs onun narkotik maddələrin əldə edilməsi, saxlanılması, istifadəsi və satışında şübhəli olduğunu bildirərək videoçəkilişlə yaşadığı evdə axtarış və götürmə istintaq hərəkətinin həyata keçirmək istədiklərini bildirmiş və onun razılığını istəmişlər. Təqsirləndirilən şəxs də şifahi şəkildə razılıq vermiş və bu barədə ərizə də yazıb təqdim etmişdir. Sonra əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs özü ilə birlikdə yaşadığı evə daxil olmuş, evdə sonradan Təqsirləndirilən şəxs anası olmasını aydınlaşdırdıqları yaşlı qadın da olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitələr və ya psixotrop maddələr olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs anası səs-küy salmış, özünün, oğlunun xəstə adamlar olduqlarını bildirmiş, tədbirin keçirilməsinə mane olmuşdur. Lakin Təqsirləndirilən şəxs könüllü olaraq yaşadığı evin otağında kreslonun döşəkçəsinin altında saxladığı 4 ədəd siqaretin göy rəngli kağızında və 2 ədəd şəffaf sellofanda olan 6 ədəd bükümləri onlara təqdim etmiş və bükümlərin içərisində kokos kimi tanıdığı heroin narkotik vasitəsinin və şüşə kimi tanıdığı metamfetamin psixotrop maddəsinin olduğunu, onları xx xxx 2020-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu ərazisində «Papanin» adlanan yerdə tanımadığı şəxsdən 200 manata alıb əldə etdiyini, bir hissəsini özünün istifadə etdiyini, qalan hissəsini isə kreslonun döşəkçəsinin altında saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs kreslonun döşəkçəsinin altından götürüb onlara təqdim etdiyi 6 ədəd bükümlər açılmış və bükümlərin içərisində həqiqətən heroin narkotik vasitəsinə və metamfetamin psixotrop maddəsinə oxşar toz və kristal şəkilli maddələr olduğu müəyyən edilmişdir. Bundan başqa, həmin vaxt otaqdakı stolun üstündə 4 ədəd şpris aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs həmin 4 ədəd şprislərdən inyeksiya yolu ilə özünün narkotik maddə qəbul etməsi üçün aldığını və istifadə etdiyini bildirmişdir. Aşkar olunan içərisində şübhəli maddələr olan 6 ədəd büküm və 4 ədəd şpris götürülərək qablaşdırılmış və 194 saylı möhürlə möhürlənmişdir. Yekunda götürmə barədə protokol tərtib edilmiş, həm möhürlü bağlama və həm də tərtib olunan protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü ərəfindən imzalanmış və Təqsirləndirilən şəxs 30-cu PŞ-nə aparılmışdır. Əməliyyat müvəkkili Şahid2 ifadəsinin davamında göstərdi ki, PŞ-nə qayıtdıqdan sonra əvvəlcə Şahid1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, bu zaman onun hüquqlarının müdafiə olunması üçün dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı təmin edilmişdir. Şəxsi axtarış videoçəkilişlə aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Şahid1 üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Şahid1 əynində olan tünd boz rəngli idman şalvarının sağ cibindən bir ədəd bükülü, bir ədəd “Kingston” markalı siqaret qutusu və bir ədəd qırmızı rəngli alışqan çıxarıb təqdim etmiş və təqdim etdiyi həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, onu xx xxxx 2020-ci il tarixdə səhər saatlarında özünün şəxsi istifadəsi üçün onunla qonşuluqda yaşayan «Qoca» adlı şəxsdən 10 manat nağd pul ödəməklə aldığını, bir qismini istifadə etdiyini, qalan hissəsini isə sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim olunan siqaret qutusunun içərisinə baxış keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Daha sonra şahid - əməliyyat müvəkkili Şahid2 ifadəsinin davamında göstərdi ki, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmiş, bu zaman onun hüquqlarının müdafiə olunması üçün dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı təmin edilmişdir. Şəxsi axtarış videoçəkilişlə aparılmış, baxışdan əvvəl onun hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol cibindən iki ədəd “West” markalı siqaret qutuları, bir ədəd bənövşəyi rəngli alışqan, həmin şalvarının sağ cibindən isə bir ədəd 5 manatlıq kağız pul əskinası çıxararaq təqdim etmiş, üzərində qanunsuz heç nə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Yekunda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş və protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid2 ifadəsinin yekununda göstərdi ki, istər Təqsirləndirilən şəxs və istərsə də Şahid1 saxlanılarkən, Təqsirləndirilən şəxs evində və daha sonra Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-də olduqları zaman hər ikisinin üzərində axtarış aparılarkən onlara qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 30-cu PŞ-nin Cinayət Axtarış xətti üzrə əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı onun ifadələri təzyiqlər altında altında alındığından o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmədiyini bildirdi və göstərdi ki, Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, ünvanı olmayan fərdi yaşayış evində yaşamış, saxlanılmazdan təxminən 4-5 ay əvvəl narkotik vasitələrin heroin növündən çəkmək yolu ilə istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşamış, bir-birini tanımışlar. xx xxxx 2020-ci il tarixdə o, Hövsan qəsəbəsində dəmiryolunun yanında olarkən polis işçiləri onu tutub bölməyə aparmış, orada ona narkotik maddə göstərib, Firuzdan, yəni baxılan iş üzrə Təqsirləndirilən şəxs aldığını deməyi tapşırmış, əks təqdirdə onu tutuacaqları ilə hədələmişlər. O da tutulmamaq üçün ona təqdim edilən ifadəyə imza etmiş, guya aşkar olunan narkotik vasitəni Firuzdan aldığını bildirmişdir. Bundan sonra onu Firuzun evinə aparmış, Firuzun evinə daxil olmuşlar. Firuzun anası da evdə olmuşdur. O, bayırda qalmış, lakin içəridən Firuzun nəyinsə onun olmadığını dediyini eşitmişdir. Daha sonra isə onları Polis İdarəsinə aparmış, o, 2 gün saxlanıldıqdan sonra buraxılmışdır. Onun barəsində sənədləşdirilən çox az miqdarda heroin narkotik vasitəsi olmuşdur. O, saxlanıldıqdan sonra onunla bağlı hər hansı video çəkiliş aparılmamışdır. O, polislərin qeyri-qanuni hərəkətləri ilə bağlı heç bir orqana şikayət etməmişdir. Şahid qismində dindirilən Şahid1 ifadəsinin davamında göstərdi ki, o, Firuzu sürücü kimi tanımış, onun narkotik vasitədən istifadə etməsini bilməmiş, Firuzdan heç vaxt narkotik vasitə almamışdır. O, Firuzun ləqəbinin “Qoca” olmasını belə bilməmişdir. Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlə bağlı şahidin ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Şahid1 tədqiq olunan ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, ünvanı olmayan fərdi yaşayış evində yaşamış, saxlanılmazdan təxminən 4-5 ay əvvəl narkotik vasitələrin heroin növündən çəkmək yolu ilə istifadə etməyə başlamışdır. İstifadə etdiyi heroini onunla qonşuluqda yaşayan, adını «Qoca» kimi bildiyi şəxsdən alıb əldə etmişdir. Sonuncu dəfə o, xx xxxx 2020-ci il tarixdə, səhər saatlarında «Qoca» adlı şəxsdən on manata özünün şəxsi istifadəsi üçün siqaretin gümüşü rəngli kağızına bükülmüş heroin almış, bir qismini istifadə etmiş, qalıq hissəsini isə sonra istifadə etməsi üçün üzərində saxlamışdır. Daha sonra Şahid1 tədqiq olunan ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 14:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxsl ona yaxınlaşıb özlərini təqdim etmiş və onu yaxınlıqda olan 30-cu Polis Şöbəsinə gətirərək təhvil vermişlər. Polis Şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, da üzərində saxladığı 1 (bir) ədəd bükümdə heroin kimi tanıdığı narkotik vasitəni, 1 ədəd “Kingston” markalı siqaret qutusunu və 1 ədəd qırmızı rəngli alışqanı təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmış və bükülüdə olan heroin kimi tandığı narkotik vasitəni aşkar etmişlər. Siqaret qutusunu açmış, lakin içində heç bir qanunsuz əşya və ya predmet aşkar etməmişlər. Sorğu zamanı aşkar edilmiş maddənin heroin kimi tanıdığım narkotik vasitə olduğunu, təxminən dörd-beş ay əvvəl narkotik maddənin heroin növündən çəkmək yolu ilə istifadə etməyə başladığını, aşkar edilmiş narkotik maddəni xx xxxx 2020-ci il tarixdə, səhər saatlarında onunla qonşuluqda yaşayan «Qoca» adlı şəxsdən on manat nəğd pul ödəyərək öz şəxsi istifadəsi üçün alıb bir qismini istifadə etdiyini, qalıq hissəsini isə sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 194 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Onun polis əməkdaşlarına təqdim etdiyi siqaret və alışqan özünə qaytarılmış, aşkar edilmiş narkotik vasitənin tərkibinin ekspertiza yolu ilə müəyyənləşdirilməsi üçün göndəriləcəyi bildirilmişdir (iş vərəqə: səh. 164-167). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan axtarış və götürmə barədə tərtib olunan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxs özünün, Suraxanı RPİ-nin 30cu PŞ-nin Cinayət Axtarış xətti üzrə əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və Şahid2 iştirakları ilə axtarış və götürmə istintaq hərəkəti aparılmış, axtarış aparılarkən evdə kreslonun üzərində olan döşəkçənin altından göy rəngli siqaretin ağ kağızına bükülmüş 04 ədəd, şəffaf rəngli sellofana bükülmüş 02 ədəd – cəmi 6 (altı) büküm və həmin otaqda masanın üzərində olan 04 ədəd tibbi şpris aşkar edilərək götürülmüş, götürülən həmin predmetlər zərfə yığılmaqla qablaşdırılmış, 194 saylı möhürlə möhürlənmiş və möhürlü zərf iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalarla təsdiqlənmişdir. Tədqiq olunan protokoldan daha sonra görünür ki, aparılan istintaq hərəkəti ilə bağlı tədqiq olunan həmin protokol tərtib edilmiş və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalarla təsdiqlənmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində aparılan axtarış və götürmə videoçəkiliş müşaiyəti altında aparılmış və bir ədəd DVD diskə köçürülməklə cinayət işinə əlavə olunmuşdur(iş vərəqə: səh. 47). İşdə olan və məhkəmədə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə xx xxxx 2020-ci il tarixli protokoldan müəyyən edilmişdir ki, sonuncunun üzərində şəxsi axtarış aparılması nəticəsində saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Tədqiq olunan protokoldan görünür ki, aparılan şəxsi axtarış videoçəkiliş müşaiyəti altında aparılmış və bir ədəd DVD diskə köçürülməklə cinayət işinə əlavə olunmuşdur (iş vərəqə: səh. 65-66). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində axtarış və götürmə aparılması prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, axtarış və götürmə aparılarkən evdə kreslonun üzərində olan döşəkçənin altından göy rəngli siqaretin ağ kağızına bükülmüş 04 ədəd, şəffaf rəngli sellofana bükülmüş 02 ədəd – cəmi 6 (altı) ədəd bükümlərin və həmin otaqda masanın üzərində olan 04 ədəd tibbi şprislərin aşkar edilərək götürülməsi, baxış keçirilməsi, götürülən həmin predmetlərin zərfə yığılmaqla qablaşdırılması, möhürlənməsi təsdiq olunur və DVD diskə yüklənmiş videogörüntülər axtarış və götürmə aparılması barədə xx xxxx 2020-ci il tarixli protokola uyğundur(cinayət işinə əlavə edilmişdir). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində axtarış və götürmə aparılması prosesini özündə əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD diskə baxış keçirilməsi haqqında xx xxxx 2020ci il tarixli protokollardan görünür ki, həmin sənəd məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan DVD diskə yüklənmiş videogörüntülərə uyğundur (iş vərəqə: səh. 139). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində ondan aşkar edilib götürülən heroin narkotik vasitəsini Təqsirləndirilən şəxs aldığını inkar etsə də, işdə olan və məhkəmə baxışı zamnı tədqiq olunan DVD diskdə olan videogörüntülərdən görünür ki, vət. Şahid1 Təqsirləndirilən şəxslə eyni vaxtda və eyni ərazidə, yəni xx xxxx 2020-ci il tarixdə, saat təxminən 14:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində saxlanılmış, üzərinə baxış keçirilərkən bir bükümdə naməlum maddə aşkar edilib götürülmüş və bu zaman sorğulara cavab olaraq vət. Şahid1 aşkar olunub götürülən maddənin heroin narkotik vasitəsi olduğunu və həmin maddəni qonşuluqda yaşayan «Qoca» kimi tanıdığı şəxsdən alıb əldə etdiyini bildirmişdir Nümayiş olunan DVD diskdən görünür ki, prosesual hərəkət aparılarkən hər hansı qanun pozuntusuna yol verilməmişdir(cinayət işinə əlavə edilmişdir). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/983 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN, «Zərflər üçün № 194»” dairəvi möhür əksi olan üç ədəd zərfdə qablaşdırılmış predmetlərin tədqiqatı nəticəsində aşağıdakılar müəyyən edilmişdir: - “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş beş ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,097 qram, 0,278 qram, 0,320 qram, 0,311 qram, 3,796 qram ümumilikdə təmiz çəkisi 4,802 qram olan qəhvəyi rəngli madə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,318 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - Heroin xx xxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına (Siyahı İ), metamfetamin xx xxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” siyahısına (Siyahı İ) daxildir; - Təqdim olunmuş bir ədəd 2 ml-lik şprisdə narkotik vasitə olan heroinin izləri vardır. Digər 3 ədəd şprisdə narkotik vasitə və psixotrop maddələrin izləri yoxdur. Təqdim olunmuş daşıyıcı predmetlərdə olan iz mikrohissəcikləri ilə maddə nümunələri arasında müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Tədqiq olunan həmin rəydən görünür ki, rəydə aparılan məhkəmə-kimyəvi ekspertiza tədqiqatı gedişatında təmiz çəkisi 4,802 qram təşkil edən heroin narkotik vasitəsinin 0,1 qram hissəsi ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan hissəsi 3,696 qram, təmiz çəkisi 1,318 qram təşkil edən metamfetaminin psixotrop maddəsinin 0,05 qram hissəsi ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan hissəsi 1,268 qram göstərilmişdir (iş vərəqə: səh. 79-84). Hələ məhkəməyədək icraat mərhələsində məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/983 saylı rəyində ətrafında tədqiqat aparılan heroin narkotik vasitəsinin qalıq hissəsinin rəqəm ifadəsində ziddiyyət müəyyən edilmiş və həmin ziddiyyət elə həmin mərhələdə də aradan qaldırılmışdır. Belə ki, xx xxxx 2020-ci il tarixli, 6/983 saylı tədqiqat nəticəsində heroin narkotik vasitəsinin ümumi təmiz çəkisinin 4,802 qram təşkil etdiyi müəyyən edilmiş və həmin narkotik vasitənin yalnız 0,1 qram hissəsi ekspertiza tədqiqatına sərf edilmişdir. Belə olan halda heroin narkotik vasitəsinin qalıq miqdarı 4,802 - 0,1 = 4,702 qram olmalı olduğu halda, tədqiq olunan rəyin qeyd hissəsində qalıq rəqəm 3,696 qram olaraq göstərilmişdir. Məhkəməyədək icraat mərhələsində xx xxxx 2020-ci il tarixli, 6/983 saylı həmin ziddiyyətli rəyi vermiş Məhkəmə-Ekspertiza Mərkəzinin fiziki-kimyəvi ekspertiza şöbəsinin aparıcı eksperti Şahid5 ekspert qismində dindirilmiş və ekspert rəydə olan ziddiyyəti qəbul edib narkorik vasitə heroinin qalıq miqdarının 3,696 qram olaraq göstərilməsini texniki səhv kimi izah etmişdir. Ekspert Şahid5 baxılan iş üzrə ekspertiza tədqiqatına təqdim olunan heroin narkotik vasitəsinin ümumi təmiz çəkisinin 4,802 qram olmasını, həmin narkotik vasitənin 0,1 qram hissəsinin ekspertiza tədqiqatına sərf edildiyini, 4,702 qram hissəsinin isə qalıq qaldığını təsdiq etmişdir(iş vərəqə: səh. 168-170). İşdə olan, ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli, sübutların qiymətləndirilməsi barədə qərarından görünür ki, həmin qərarın 4-cü bəndində yuxarıda qeyd olunan ziddiyyətli xüsusata qiymət verilib Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisinin 4,802 qram olması nəzərə alınmışdır(iş vərəqə: səh. 180-189). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/985 saylı rəyindən görünür ki, hazırkı iş üzrə şahid kimi keçən vət. Şahid1 aşkar edilmiş və tədqiqata təqdim edilmiş 01 ədəd bükümdəki açıq qəhvəyi rəngli maddə təmiz çəkisi 0,019 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir(iş vərəqə: səh. 34-38). Lakin işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/983 saylı rəyindən görünür ki, aparılan tədqiqat nəticəsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş heroin narkotik vasitəsi ilə vət. Şahid1 aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil etmədiyi müəyyənləşdirilmişdir(iş vərəqə: səh. 79- 84). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1899 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Tədqiq olunan həmin rəylə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, o, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır(iş vərəqə: səh. 161-162). İşdə olan, ibtidai istintaq orqanının sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış zamanı aşkar edilərək götürülmüş beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,097 qram, 0,278 qram, 0,320 qram, 0,311 qram, 3,796 qram ümumilikdə təmiz çəkisi 4,802 qram heroin narkotik vasitəsi, bir ədəd bükümdə təmiz çəkisi 1,318 qram olan metamfetamin psixotrop maddəsi və 4 ədəd 2 ml-lik şpris iş üzrə maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 4,702 qram heroin narkotik vasitəsi, 1,268 qram metamfetamin psixotrop maddəsi və dörd ədəd 2 ml-lik şpris saxlanılması üçün Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Qeyd olunan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, onun mənzilində axtarış və götürmə aparılması və vət.Şahid1 üzərində şəxsi axtarış aparılması proseslərini özündə əks etdirən videogörüntülər yüklənmiş üç ədəd DVD disk iş üzrə sübut növü kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur(iş vərəqə: səh. 180-189). Ən nəhayət, işdə olan, ibtidai istintaq orqanının sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, qərarından görünür ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin mənbəyi müəyyən edilmədiyindən baxılan işdən Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi, vət. Şahid1 isə az miqdarda heroin narkotik vasitəsi aşkar edilib götürülməsi faktına görə Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə ayrıca icraatda material ayrılmışdır(iş vərəqə: səh. 180-189). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 4,802 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsi külli miqdar hədlərində olmuş, lakin metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 1,318 qram təşkil etdiyindən qeyd olunan miqdar Siyahıda göstərilən külli miqdar anlayışını özündə ehtiva etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 4,802 qram olmaqla külli miqdar təşkil etməsi, əlavə olaraq ondan 1,318 qram metamfetamin psixotrop maddəsinin aşkar edilib götürülməsi, aşkar edilmiş heroin narkotik vasitəsinin müvafiq olaraq 0,097 qram, 0,278 qram, 0,320 qram, 0,311 qram, 3,796 qram olmaqla 05 ədəd bükümlərdə ayrı-ayrı qablaşdırılması, aşkar edilib götürülmüş vasitələrin müxtəlif növlərdə olması və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, o cümlədən narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət hadisəsini törətməzdən əvvəl Yasamal Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və təyin olunan cəzanı çəkmişdir (iş vərəqə: səh. 132- 135, 177-19). Göründüyü kimi Təqsirləndirilən şəxs baxılan iş üzrə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi vaxt onun Yasamal Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayətlərə görə məhkumluğun ödənilməsi üçün tələb olunan iki illik müddət, o, yeni cinayət törətdiyi vatda keçmiş və bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinin tələblərinə görə isə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Qeyd olunanlara əsasən məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1899 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhnum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə xx xxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş, xx xxxx 2020-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi qiymətləndirilmiş hökm qanuni qüvvəsini aldıqdan sonra Suraxanı Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan məhkum Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,702 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,268 qram kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin məhv edilməli, sübut növü kimi qiymətləndirilən və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış və götürmə və üzərində şəxsi axtarış, həmçinin vət. Şahid1 üzərində şəxsi axtarış aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə vət. Şahid1 və Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər şübhəli maddələr götürülməsi faktı ilə əlaqədar ayrıayrılıqda məhkəmə-kimyəvi ekspertizalar keçirilmiş və hər iki tədqiqat üzrə ekspertiza xərcləri ayrı-ayrılıqda 65 (altmış beş) manat – cəmi 130 (yüz otuz) manat təşkil etmişdir. Lakin cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı vət. Şahid1 ilə bağlı ittiham irəli sürülməmiş, sonuncudan aşkar olunub götürülən heroin narkotik vasitəsinin Təqsirləndirilən şəxs götürülmüş aşkar olunub götürülən heroin narkotik vasitəsinin tərkib bənzərliyi müəyyən edilməmiş və ən nəhayət, hazırkı cinayət işindən vət. Şahid1 barəsində inzibati xəta haqqında material ayrılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə və psixotrop maddə ilə əlaqədar aparılan tədqiqat üzrə ekspertiza xərci hesab olunan 65 (altmış beş) manat məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs özünə aid edilməli və sonuncudan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Suraxanı Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan məhkum Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,702 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,268 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin; - sübut növü kimi qiymətləndirilən və cinayət işinə əlavə edilmiş məhkum Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış və götürmə, üzərində şəxsi axtarış, vət. Şahid1 üzərində şəxsi axtarış aparılması prosesini özündə əks etdirən videogörüntülərin yerləşdirildiyi 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar