Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-328/2024 03.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Universal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2000-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, İnzibati Bina, Ə.Salamzadə küçəsi 5-də qeydiyyatda olmaqla Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, fərdi nömrəsiz evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Ümid» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək naməlum tarix və şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən «Qobu yolu» adlanan ərazidə xatırlamadığı yerdə, yolun kənarında sonuncu tərəfindən gizlədilmiş satış məqsədilə qanunsuz olaraq ümumi 1010,019 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, ümumi 506,383 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 368,173 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində və yaşadığı mənzildə saxlamış, 10 yanvar 2023-cü il tarixdə saat 23:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, fərdi nömrəsiz evin yaxınlığında Binəqədi RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 1 ünvanda yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş və orada 11 yanvar 2023-cü il tarixdə saat 00:40-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə ayrıayrılıqda təmiz çəkilən 8,480 qram və 19,693 qram olmaqla ümumi təmiz çəkisi 28,173 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana, əl çantasındakı dəmir qutunun içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,281 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroin və bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,178 qram ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetamin aşkar edildikdən sonra həmin tarixdə saat 04:50-də Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, fərdi nömrəsiz evə baxış keçirilən zaman evin otağında masanın üzərində bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 110,0 qram olan yaşılımtıl rəngli maddə narkotik vasitə qurudulmuş marixuana, iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 28,186 qram və 17,752 qram olmaqla ümumi təmiz çəkisi 45,938 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan külli miqdarda narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 19,506 qram ağ rəngli kristalşəkilli maddə külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd sarı rəngli üzərində «Smile» yazısı olan pul kisəsində ümumilikdə 23 büküm olmaqla 05 ədəd qırmızı və 18 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,393 qram, 0,344 qram, 0,337 qram, 0,358 qram, 0,414 qram, 2,824 qram, 1,730 qram, 0,372 qram, 0,410 qram, 0,340 qram, 0,371 qram, 0,384 qram, 0,347 qram, 2,438 qram, 0,374 qram, 0,388 qram, 0,338 qram, 0,377 qram, 0,324 qram, 0,413 qram, 0,426 qram, 0,373 qram, 0,324 qram olmaqla ümumi təmiz çəkisi 14,399 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan külli miqdarda psixotrop maddə metamfetamin, həmin otaqda olan taxta kontruksiyalı dolabın üst hissəsində yerləşən kağız qutunun içərisində bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 230,0 qram yaşılımtıl rəngli maddə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 963,8 qram olan qəhvəyi rəngli tozşəkilli maddə külli miqdarda narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 472,3 qram olan ağ rəngli kristalşəkilli maddə külli miqdarda psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə marixuananın izləri olan 03 ədəd elektron tərəzi, bir ədəd şüşə borucuq, eləcə də, bir ədəd şəffaf rəngli plastik qab və bir ədəd dəftərçə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 18 yaşında ailə həyatı qurmuşdur. Həyat yoldaşı ona narkotik vasitələrdən istifadə etməyi öyrətmiş və onda asılılıq yaranmışdır. Boşandıqda sonra atasının himayəsində yaşamış və narkotik vasitələrdən istifadə etmişdir. Bir neçə ildir ki, «İnstagram» sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı «Ümid» adlı şəxslə tanış olub, ondan şəxsi istifadəsi üçün nakotik vasitələr almış, pulunu isə sonuncunun kart hesabına göndərmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində «Ümid» adlı şəxs onun narkotik vasitələrini Bakı şəhəri ərazisindəki müştərilərə çatdırmağı və qarşılığında ona istifadə etməsi üçün narkotik vasitə verməyi təklif etmişdir. Əvvəlcə imtina etsə də, sonralar maddi durumu pis olduğundan razılaşmışdır. Belə ki, «Ümid» adlı şəxsin tapşırığına əsasən sonuncunun gizlətdiyi narkotik vasitələri götürüb özündə saxlamalı, daha sonra sonunucun tapşırığı əsasında müvafiq yerlərdə qoyub gizlətməklə həmin yerin şəklini çəkib «Whatsapp» sosial şəbəkəsi vasitəsilə sonuncuya göndərməklə müştərilərə çatdırmalı olmuşdur. Tutulmamışdan qabaq «Ümid» adlı şəxsin tapşırığı ilə «Qobu yolu» adlı yerdə gizlədilmiş hər birindən təxminən 80 qram olmaqla narkotik vasitələr heroin və qurudulmuş marixuana və psixotrop maddə metamfetamini götürüb yaşadığı evə aparıb saxlamışdır. 10 yanvar 2023-cü il saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən fərdi nömrəsiz evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt üzərində evdən götürdüyü təxminən 30 qram qurudulmuş marixuana, bundan başqa az miqdarda xırda bükümlərdə heroin və metamfetamin olmuşdur. Sonra polislər onu yaşadığı evə aparmışlar. İttiham aktında göstərilənlərlə razı deyil, yaşadığı evdən aşkar olunan narkotik vasitələr və psixotrop maddə ona məxsus deyil, onları polis əməkdaşları yaşadığı evə yerləşdirmişlər. Onda hər birindən təxminən 80 qram olmaqla narkotik vasitələlər heroin və qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olmuşdur. Polislərin təzyiqi ilə tərtib edilmiş sənədləri imzalamış, şəxsi axtarış və mənzilə baxış zamanı aşkar edilən maddələrin özünə məxsus olmasını bildirmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Binəqədi RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 10 yanvar 2023cü il tarixdə idarəyə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat raportla rəhbərliyə məruzə edildikdən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, onun rəhbərliyi ilə şöbənin kiçik inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 23:10-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində saxlanılmış və Binəqədi RPİ-yə aparılaraq baş təhqiqatçı Ruslan Əsgərova təhvil verilmişdir. Təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edildikdən sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı sonuncu əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən ümumilikdə iki ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, əl çantasındakı dəmir qutunun içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddə və bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə və həmin əl çantasından bir ədəd «Samsung Galaxy A10S» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sonra onun üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən çıxan iki ədəd bükümün içərisində qurudulmuş marixuana, digərlərinin isə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, yaşadığı mənzildə də narkotik maddələri saxladığını bildirib, müdafiəçinin iştirakı olmadan videoçəkilişlə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən fərdi nömrəsiz evə baxış və axtarış keçirilməsinə etiraz etməmişdir. Odur ki, həmin ünvana getmişlər. Mənzilə baxış və axtarış keçirilən zaman Təqsirləndirilən şəxs mənzilin otağında masanın üzərində bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, ümumilikdə iki ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddə, bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə, iki ədəd elektron tərəzi, üzərində «Smile» yazısı olan sarı rəngli pul qabının içərində 5 ədəd qırmızı və 18 ədəd şəffaf rəngli sellofana bükülmüş ümumilikdə 23 ədəd psixotrop maddə metamfetaminə bənzər maddə, həmçinin taxta kontruksiyalı dolabın üst hissəsində yerləşən kağız qutunun içərisində bir ədəd elektron tərəzi, bir ədəd dəftərçə, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etmiş, onların narkotik vasitələr qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetamin olduğunu, onları «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasınının vətəndaşı kimi tanıdığı «Ümid» adlı şəxsin tapşırığı ilə tutulmamışdan 2 gün əvvəl «Qobu yolu» ərazisində sonuncu tərəfindən gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. Həmin narkotik vasitə və psixotrop maddələr, bir ədəd şüşə borucuq, bir ədəd şəffaf rəngli plastik qab, elektron tərəzilər polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Binəqədi RPİ-nin CAŞ-da kiçik inspektor vəzifəsində xidmət edir, polis serjantıdır. 11 yanvar 2023-cü il tarixdə idarədə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və onun yaşadığı mənzilə keçirilmiş baxışda iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs idarəyə gətirildikdən sonra təhqiqatçı Ruslan Əsgərova təhvil verilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı sonuncu əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən ümumilikdə iki ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, əl çantasındakı dəmir qutunun içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddə və bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə və həmin əl çantasından bir ədəd «Samsung Galaxy A10S» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxan 02 ədəd içərisində yaşılımtıl rəngli maddənin qurudulmuş marixuana, dəmir qutunun içərisində olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, yaşadığı mənzildə də narkotik maddələr və psixotrop maddələri saxladığını bildirmişdir. Daha sonra müdafiəçinin iştirakı olmadan videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən fərdi nömrəsiz evə baxış keçirilmişdir. Bu zaman bir otaqlı mənzildə masanın üzərində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, ümumilikdə 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə narkotik vasitə heroinə bənzər, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddələr, 02 ədəd elektron tərəzi, üzərində «Smile» yazısı olan sarı rəngli pul qabının içərində 05 ədəd qırmızı və 18 ədəd şəffaf rəngli sellofana bükülmüş ümumilikdə 23 ədəd psixotrop maddə metamfetaminə bənzər maddələr, həmçinin taxta kontruksiyalı dolabın üst hissəsində yerləşən kağız qutunun içərisində 01 ədəd elektron tərəzi, 01 ədəd dəftərçə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə heroinə bənzər, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilən maddələrin narkotik vasitələr qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetamin olduğunu, onları «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı «Ümid» adlı şəxsin tapşırığı ilə tutulmamışdan 2 gün əvvəl «Qobu yolu» ərazisində sonuncu tərəfindən gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. Həmin narkotik vasitələr və psixotrop maddələr, 01 ədəd şüşə borucuq, 01 ədəd şəffaf rəngli plastik qab, elektron tərəzilər polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində məhkəmədə qeyd etdiyi xüsusatları təsdiq etməklə, əlavə olaraq Təqsirləndirilən şəxs saxlanılmasında da iştirak etdiyini göstərmişdir. Həmin ifadənin hissəvi məzmunundan görünür ki, Binəqədi RPİ-yə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra sonuncunun cinayət başında yaxalanması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, Binəqədi RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə saat 23:10-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində olarkən saxlanılmış, Binəqədi RPİ-yə dəvət edilərək baş təhqiqatçı Ruslan Əsgərova təhvil verilmişdir. İşin 1-ci cildinin 28-33-cü vərəqlərindəki 11 yanvar 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 10 yanvar 2023-cü il tarixdə saat 23:10-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Binəqədi RPİ-nin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən ümumilikdə iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə qurudulmuş marixuana, həmin gödəkçənin sol yan cibindən iki ədəd açar, əl çantasındakı dəmir qutunun içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin və bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamin və həmin əl çantasından bir ədəd «Samsung Galaxy A10S» markalı mobil telefon və dəmir qutunun içərisində iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri, içərisində 42 manat nəğd pul olan pul qabını çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan iki ədəd içərisində yaşılımtıl rəngli maddənin qurudulmuş marixuana, dəmir qutunun içərisində olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu həmçinin də qeyd olunan narkotik maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı «Ümid» adlı şəxsin tapşırığı ilə tutulmamışdan 2 gün əvvəl «Qobu yolu» ərazisində sonuncu tərəfindən gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. Bunların ardınca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümlər müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı videogörüntü çəkilmiş və videofayl DVD diskə köçürülmüşdür. İşin 1-ci cildinin 124-125-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə videofayl vardır. Həmin videofaylda olan videogörüntü 11 yanvar 2023-cü il tarixdə lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Videogörüntü başladıqda, özünü RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Ruslan Əsgərov kimi təqdim edən şəxsin iştirakçıları təqdim edib Təqsirləndirilən şəxs ayağa durması və üzərində qanunla dövriyyəsi qadağan əşyalar varsa, onlara təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən ümumilikdə iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə qurudulmuş marixuana, həmin gödəkçənin sol yan cibindən iki ədəd açar, əl çantasındakı dəmir qutunun içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin və bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamin və həmin əl çantasından bir ədəd «Samsung Galaxy A10S» markalı mobil telefon və dəmir qutunun içərisində iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri, içərisində 42 manat nəğd pul olan pul qabını çıxarıb masanın üzərinə qoymuşdur. Sonra onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən aşkar olunan iki ədəd içərisində yaşılımtıl rəngli maddənin qurudulmuş marixuana, dəmir qutunun içərisində olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu və həmçinin də qeyd olunan narkotik maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasında yaşayan «Ümid» adlı şəxsin tapşırığı ilə tutulmamışdan 2 gün əvvəl «Qobu yolu» ərazisində sonuncu tərəfindən gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. Bundan sonra bükümlər olduğu kimi bağlanılaraq təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonda zərfin üzəri ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Videogörüntü həmin anda başa çatmışdır. İşin 1-ci cildinin 38-38a vərəqlərindəki 11 yanvar 2023-cü iİ tarixli «mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan görünür ki, 11 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən fərdi nömrəsiz ev bir otaqdan ibarətdir. Özünü Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Ruslan Əsgərov kimi təqdim edən şəxs iştirakçıları təqdim edib və otaqda olan Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan narkotik maddələri təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masanın üzərində bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə narkotik vasitə qurudulmuş marixuana, ümumilikdə iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamin, iki ədəd elektron tərəzi, üzərində «Smile» yazısı olan sarı rəngli pul qabının içərində 05 ədəd qırmızı və 18 ədəd şəffaf rəngli sellofana bükülmüş ümumilikdə 23 ədəd psixotrop maddə metamfetamin, həmçinin taxta kontruksiyalı dolabın üst hissəsində yerləşən kağız qutunun içərisində bir ədəd şüşə borucuq, bir ədəd şəffaf rəngli plastik qab, bir ədəd elektron tərəzi, bir ədəd dəftərçə, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmiş, qeyd etmişdir ki, həmin narkotik maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi tanıdığı «Ümid» adlı şəxsin tapşırığı ilə tutulmamışdan 2 gün əvvəl «Qobu yolu» ərazisində sonuncu tərəfindən gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. Bunların ardınca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümlər müvafiq ekspertizadan keçirilməsi üçün boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunulmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı videogörüntü çəkilmiş və videofayl DVD diskə köçürülmüşdür. İşin 1-ci cildinin 130-131-ci vərəqlərindəki protokoldan görünür ki, mənzilə baxış keçirilməsi və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə videofayl vardır. Həmin videofaylda olan videogörüntü 11 yanvar 2023-cü il tarixdə lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla polis əməkdaşları, Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi müşahidə olunur. Videogörüntü başladıqda özünü Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Ruslan Əsgərov kimi təqdim edən şəxs iştirakçıları təqdim edir və otaqda olan Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan narkotik maddələri təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin otağında masanın üzərində bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə narkotik vasitə qurudulmuş marixuana, ümumilikdə iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamin, iki ədəd elektron tərəzi, üzərində «Smile» yazısı olan sarı rəngli pul qabının içərində 05 ədəd qırmızı və 18 ədəd şəffaf rəngli sellofana bükülmüş ümumilikdə 23 ədəd psixotrop maddə metamfetamin, həmçinin taxta kontruksiyalı dolabın üst hissəsində yerləşən kağız qutunun içərisində bir ədəd elektron tərəzi, bir ədəd dəftərçə, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə heroin, bir ədəd şüşə borucuq, bir ədəd şəffaf rəngli plastik qab və bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmiş, bildirmişdir ki, həmin narkotik maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Ümid» adlı şəxsin tapşırığı ilə tutulmamışdan 2 gün əvvəl «Qobu yolu» ərazisində sonuncu tərəfindən gizlədilmiş yerdən əldə etmişdir. Bunların ardınca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümlər müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tədbirin nəticəsinə dair protokol tərtib edilmiş, ucadan oxunduqdan iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı videogörüntü çəkilmiş və videofayl DVD diskə köçürülmüşdür. İşin 1-ci cildinin 46-48-ci vərəqlərindəki materialların məhkəmə ekspertizanın 11 yanvar 2023-cü il tarixli, 6/144 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün № 172» dairəvi möhür əksi «Bağırova (imza)» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,281 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,178 qram ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün № 172», dairəvi möhür əksi, «Bağırova (imza)» yazısı və imzalar olan bağlamadakı, 1 (bir) ədəd bağlamada təmiz çəkisi 963,8 qram və 2 (iki) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 28,186 qram və 17,752 qram, ümumi təmiz çəkisi 45,938 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bağlamada təmiz çəkisi 472,3 qram və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 19,506 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd sarı rəngli üzərində «Smile» yazısı olan pul kisəsində 23 (iyirmi üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,393 qr, 0,344 qr, 0,337 qr, 0,358 qr, 0,414 qr, 2,824 qr, 1,730 qr, 0,372 qr, 0,410 qr, 0,340 qr, 0,371 qr, 0,384 qr, 0,347 qr, 2,438 qr, 0,374 qr, 0,388 qr, 0,338 qr, 0,377 qr, 0,324 qr, 0,413 qr, 0,426 qr, 0,373 qr, 0,324 qr, ümumi təmiz çəkisi 14,399 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1010,019 qram (1 kq 10,019 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərə görə eynidirlər. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 506,383 qram təşkil edir və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərə görə eynidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər. İşin 1-ci cildinin 52-54-cü vərəqlərindəki məhkəmə-bioloji ekspertizasının 11 yanvar 2023-cü il tarixli, 7/28 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində «iştirakçı 1.imza Bağırova......» yazı və imzalar olan sellofan bağlamada 2 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış şəffaf sellofanda hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 8,480 qram və 19,693 qram olmaqla, ümumi təmiz çəkisi 28,173 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində «İştirakçılar
1. Təqsirləndirilən şəxs.....» yazı və imzalar olan zərfdə 2 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 110,0 qr və 230,0 qram olmaqla, ümumi təmiz çəkisi 340,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İşin 1-ci cildinin 146-149-cu vərəqlərindəki əlavə məhkəmə-bioloji ekspertizanın 30 yanvar 2023-cü il tarixli, 7/91 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 2 ədəd sellofanda olan marixuanalar ilə Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş 2 ədəd sellofanda olan marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş 3 ədəd elektron tərəzi, 1 ədəd şüşə borucuq və şəffaf plastik qabın üzərində narkotik vasitə olan marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyil və təqdim edilmiş marixuanalar ilə müqayisəli tədqiqat aparılmadı. İşin 1-ci cildinin 152-153-cü vərəqlərindəki əlavə materialların məhkəmə ekspertizasının 2 fevral 2023-cü il tarixli, 6/422 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «UNİT WH- B04 5kq x1g» markalı, «SWAN» markalı və arxasında «500g/0.01g» yazısı olan elektron tərəzilərin üzərində narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və bir ədəd şüşə kolbanın içərisində psixotrop maddə metamfetaminin izləri vardır. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin iz şəklində olduğundan onların təmiz çəkilərini və təqdim edilmiş üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin «Tədqiqat Obyekti № 59» ştamp əksi, «Ekspert rəyi № 6/144 Təqsirləndirilən şəxs (heroin, metamfetamin)» yazısı olan paketdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bir ədəd plastik qabda heroinin və metamfetaminin izləri yoxdur. İşin 1-ci cildinin 155-156-cı vərəqlərindəki ambulator məhkəmə psixiatrik ekspertizasının 8 fevral 2023-cü iİ tarixli, 328 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 1-ci cildinin 159-160-cı vərəqlərindəki məhkəmə-narkoloji tibbi yoxlamanın 16 mart 2023-cü il tarixli, 1556 saylı rəyində görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cildinin 133-138-ci vərəqlərindəki mobil telefona baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy A10S» markalı mobil telefonun ekran hissəsi sensorlu olmaqla qara rənglidir, mobil telefonun istehsal bütövlüyünün pozulması müşahidə olunmur, telefonun sağ yan hissəsində yerləşən düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun «Samsung Galaxy A10S» sözü əks olunma videofraqment ekrana gəldikdən sonra telefonun «iş masası» ekranda görünür. İş masası üzərində yerləşən «Whatsapp» proqramına daxil olduqda orada həmin proqramın Təqsirləndirilən şəxs məxsus ***-***-**- ** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi və «WhatsApp» proqramında yazışmalarının olması aşkar olundu. Həmin yazışmalara baxış keçirən zaman «Üm» adı ilə qeyd edilmiş «+**********23» saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin arasında müxtəlif vaxtlarda yazışmaların, səs yazıların və narkotik maddələrin gizlədildiyi yerlərin fotoşəkillərinin göndərilməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, «Üm» adı ilə qeyd edilmiş şəxsin İran İslam Respublikasında yaşayan «Ümid» adlı şəxsin olduğunu və narkotik maddələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Həmçinin də qeyd olunan mobil telefonun «Foto-Galery» hissəsinə daxil olduqda həmin bölümdə çoxsaylı narkotik maddələrin elektron tərəzi üzərində, bununla yanaşı narkotik maddələrin gizlədildiyi yerlərin fotoşəkilləri öz əksini tapmışdır. İşin 1-ci cildinin 126-130-cu vərəqlərindəki sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, fərdi nömrəsiz evdən aşkar edilərək götürülmüş bir ədəd dəftər 36 vərəqli dəftərdir. Dəftərin hər ikisinin üz qabığı ağımtıl rənglidir. bir ədəd dəftərə baxış keçirilən zaman dəftərdən birinin ilk səhifəsində «8K x 25 = 200, 5P x 30 = 150, 150 + 200 = 350», «8K x 45 = 360, 4P x 50 = 200, 360 + 200 = 560», «35 + 20 + 20 + 40 + 130 = 245» tipli yazıların, ikinci səhifəsində çoxsaylı müxtəlif operatorlara məxsus sim nömrələrin alt-alta yazılması, digər səhifələrdə isə müxtəlif rəqəmlərin qeyd edilərək hesablamaların aparılması aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bir ədəd dəftərdə İran İslam Respublikasının vətəndaşı olan «Ümid» adlı şəxsdən əldə etdiyi külli miqdarda narkotik və psixotrop maddələrin qeydlərini apardığını, narkotik vasitələrin el arasında adlandırılan kimi qısa olaraq baş həriflərini, yəni kakos (K), Patı (P), marixuana (ot), adı ilə qeyd etdiyini, çoxsaylı mobil sim nömrələr isə sonuncu tərəfindən ona göndərilmiş mobil nömrələrin olduğunu bildirmişdir. İşin 1-ci cildinin 108-109-cu vərəqlərindəki Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığına görə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzilə keçirilən baxış və axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1010,019 qram (tədqiqatdan sonra qalıq 1009,669 qr) narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 368,173 qram (tədqiqatdan sonra qalıq 367,773 qr) narkotik vasitə olan qurudulmuş marixuana, ümumi təmiz çəkisi 506,383 qram (tədqiqatdan sonra qalıq 491,634 qr) psixotrop maddə olan metamfetamin, bir ədəd dəftərçə, üç ədəd elektron tərəzi, bir ədəd şüşə borucuq və bir ədəd plastik qab, 11 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü əks etdirən bir ədəd disk və bir ədəd «Samsung Galaxy A10S» markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış, disk cinayət işinə əlavə edilmiş, digərləri isə saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İşin 107-108-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 21-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 100-105-ci vərəqlərindəki Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 118-123-cü vərəqlərindəki Binəqədi Rayon Məhkəməsinin 6 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş məktub və axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdə tutularaq 27 mart 2024-cü il tarixdə təcridxanaya yerləşdirilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək onda hər birindən 80 qram olmaqla narkotik vasitələr qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetamin olduğunu, ittiham aktında göstərilən narkotik vasitələr və psixotrop maddənin ona məxsus olmadığını, polislərin təzyiqi ilə üzərində şəxsi axtarış və mənzilə baxış keçirilməsi zamanı aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrin özünə məxsus olmasını etiraf etdiyini bildirmişdir. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri, məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini göstərdi. Onun bu hissədə ifadəsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadəsi, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə onun ifadəsinin həmin hissəsinə tənqidi yanaşır və sübut hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində göstərilən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək qərara gəlir ki, ona təqirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı axtarışda olarən tutulduğu 25 mart 2024-cü il tarixdən hesablanmalı, CM-nin 69.3-cü maddəsinə əsasən 11 yanvar 2023-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı bir il yeddi gün müddət ona təyin edilən cəzaya hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1010,019 qram (qalıq 1009,669 qr) narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 368,173 qram (qalıq 367,773 qr) narkotik vasitə olan qurudulmuş marixuana, ümumi təmiz çəkisi 506,383 qram (qalıq 491,634 qr) psixotrop maddə olan metamfetamin, bir ədəd dəftərçə, üç ədəd elektron tərəzi, bir ədəd şüşə borucuq və bir ədəd plastik qab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd «Samsung Galaxy A10S» markalı mobil telefon onun qohumlarına qaytarılmalı, 11 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü əks etdirən bir ədəd disk isə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 404 (dörd yüz dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Universal Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 360 (üç yüz altmış) manat onun işlədiyi Universal Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə,
Hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3cü maddəsinə əsasən 11 yanvar 2023-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı bir il yeddi gün müddət ona təyin edilən cəzaya hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1010,019 qram (qalıq 1009,669 qr) narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 368,173 qram (qalıq 367,773 qr) narkotik vasitə olan qurudulmuş marixuana, ümumi təmiz çəkisi 506,383 qram (qalıq 491,634 qr) psixotrop maddə olan metamfetamin, bir ədəd dəftərçə, üç ədəd elektron tərəzi, bir ədəd şüşə borucuq və bir ədəd plastik qab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd «Samsung Galaxy A10S» markalı mobil telefon onun qohumlarına qaytarılsın. 11 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü əks etdirən bir ədəd disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 404 (dörd yüz dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 360 (üç yüz altmış) manat onun işlədiyi Universal Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.