Məhkəmə qərarları › İş №1(101)-328/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-328/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-328/2025 30.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X6 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər “FORTİORİ” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Çərkəz oğlu, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1970-ci ildə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Kərbəlayi» ləqəbli şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Kərbəlayi” adlı şəxsin və qeyrilərinin narkotik vasitələri gizlədiləcəyi yerdən götürüb özlərində saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdikləri təlimatlara, həmçinin, bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədlərinə əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etmək qərarına gəldikdən sonra “Kərbəlayi” ləqəbli şəxs və qeyriləri tərəfindən naməlum vaxtda və şəraitdə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən xüsusilə külli miqdarda 6 kq 748,683 qram çəkidə narkotik vasitə tiryək və külli miqdarda 7 kq 280,11 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşdirilib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verildikdən sonra aralarında olan vəzifə bölgüsünə əsasən sonuncunun göstərişi əsasında Təqsirləndirilən şəxs2 09 mart 2024-cü il tarixdə satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə tiryəki və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı istintaqla dəqiqləşdirilməmiş gizlədildiyi yerdən götürüb narkotik vasitə qurudulmuş marixuananın 30,46 qramını bir ədəd bükümdə və narkotik vasitə tiryəkin 64,312 qramını bir ədəd bükümdə satış üçün ayıraraq qablaşdırıb üzərində saxlamaqla qalan narkotik vasitələri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi, ev 1364, mənzil 131 ünvanına daşıyaraq Təqsirləndirilən şəxs1 təhvil verdikdən sonra sonuncu narkotik vasitə qurudulmuş marixuananın 29,65 qramını bir ədəd bükümdə və narkotik vasitə tiryəkin 79,371 qramını bir ədəd bükümdə satış üçün ayıraraq qablaşdırıb üzərində, qalan kütlələri yaşadığı mənzilin zirzəmisində gizlətməklə saxlamış, qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 11 mart 2024-cü il tarixdə, saat 15:40-da Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 54 ünvanının yaxınlığında, Təqsirləndirilən şəxs1 isə qeyd olunan tarixdə, saat 18:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4arkotiklərlə Mübarizə İdarəsinə aparılıb üzərilərinə həmin gün saat 20:30-dan etibarən şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə 30,46 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə 64,312 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə 29,65 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə 79,371 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, ardınca əməliyyat tədblərinin davamı olaraq Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi, ev 1364, mənzil 131 ünvanına öz razılıqları, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə 11 mart 2024-cü il tarixdə, saat 22:00-dan etibarən keçirilmiş baxış zamanı evin həyətinin girişindən sol tərəfdə yerləşən zirzəmisindən bir ədəd qara rəngli sellofan torbanın içərisindən 05 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1490 qram, 1560 qram, 1735 qram, 1570 qram və 865 qram olmaqla ümumilikdə külli miqdarda 7 kq 220 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana,10 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 730 qram, 680qram, 665 qram, 685 qram, 670 qram, 650 qram, 600 qram, 630 qram, 660 qram və 635 qram olmaqla ümumilikdə xüsusilə külli miqdarda 6 kq 605 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Kərbəlayi» ləqəbli şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Kərbəlayi” adlı şəxsin və qeyrilərinin narkotik vasitələri gizlədiləcəyi yerdən götürüb özlərində saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdikləri təlimatlara, həmçinin, bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədlərinə əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etmək qərarına gəldikdən sonra “Kərbəlayi” ləqəbli şəxs və qeyriləri tərəfindən naməlum vaxtda və şəraitdə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən xüsusilə külli miqdarda 6 kq 748,683 qram çəkidə narkotik vasitə tiryək və külli miqdarda 7 kq 280,11 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşdirilib bu barədə «WhatsApp» ani mesaj laşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verildikdən sonra aralarında olan vəzifə bölgüsünə əsasən sonuncunun göstərişi əsasında Təqsirləndirilən şəxs2 09 mart 2024-cü il tarixdə satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə tiryəki və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı istintaqla dəqiqləşdirilməmiş gizlədildiyi yerdən götürüb narkotik vasitə qurudulmuş marixuananın 30,46 qramını bir ədəd bükümdə və narkotik vasitə tiryəkin 64,312 qramını bir ədəd bükümdə satış üçün ayıraraq qablaşdırıb üzərində saxlamaqla qalan narkotik vasitələri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi, ev 1364, mənzil 131 ünvanına daşıyaraq Təqsirləndirilən şəxs1 təhvil verdikdən sonra sonuncu narkotik vasitə qurudulmuş marixuananın 29,65 qramını bir ədəd bükümdə və narkotik vasitə tiryəkin 79,371 qramını bir ədəd bükümdə satış üçün ayıraraq qablaşdırıb üzərində, qalan kütlələri yaşadığı mənzilin zirzəmisində gizlətməklə saxlamış, qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 11 mart 2024-cü il tarixdə, saat 15:40-da Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 54 ünvanının yaxınlığında, Təqsirləndirilən şəxs1 isə qeyd olunan tarixdə, saat 18:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4arkotiklərlə Mübarizə İdarəsinə aparılıb üzərilərinə həmin gün saat 20:30-dan etibarən şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə 30,46 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə 64,312 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə 29,65 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə 79,371 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, ardınca əməliyyat tədblərinin davamı olaraq Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi, ev 1364, mənzil 131 ünvanına öz razılıqları, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə 11 mart 2024-cü il tarixdə, saat 22:00-dan etibarən keçirilmiş baxış zamanı evin həyətinin girişindən sol tərəfdə yerləşən zirzəmisindən bir ədəd qara rəngli sellofan torbanın içərisindən 05 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1490 qram, 1560 qram, 1735 qram, 1570 qram və 865 qram olmaqla ümumilikdə külli miqdarda 7 kq 220 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 730 qram, 680 qram, 665 qram, 685 qram, 670 qram, 650 qram, 600 qram, 630 qram, 660 qram və 635 qram olmaqla ümumilikdə xüsusilə külli miqdarda 6 kq 605 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, axşam saat 6-7 radələrində küçədən evə keçərkən onu 4 nəfər polis əməkdaşı saxlayaraq evin həyətinə keçirmişlər. Sonra ondan zirzəminin açarını alaraq zirzəmini açmışlar. Zirzəmidə içərisində tiryək və marixuana olan ona məxsus bağlama olmuşdur. Polis əməkdaşları həmin bağlamanı oradan götürüb onu idarəyə aparmışlar. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələri ona İran vətəndaşı göndərmişdir. İran vətəndaşı ilə 2019-cu ildə tanış olmuş və onunla telefon vasitəsilə danışırmış. Turalı isə taksi sürücüsü kimi tanımışdır. İran vətəndaşı narkotik vasitəni müəyyən bir yerə qoymuşdur və o da, taksi fəaliyyəti ilə məşqul olan Turalı göndərmişdir ki, həmin vasitəni oradan götürsün. Həmin narkotik vasitəni o, özü başqa bir yerə qoyacaqdı ki, oradan da kimsə götürəcəkdi. Bunun müqabilində də ona pul verəilcəkdi. Turala izah eləmişdir ki, Sabunçu rayonunda yer var, orada bağlama olacaq get oradan götür. İran vətəndaşı ona narkotik vasitənin yerinə dair konum göndərmişdi, o, da bu konumu Turala göndərmişdir. Lakin Turalın bağlamanın içində nə olmasından bixəbər olmuşdur. Turala da demişdir ki, bağlamanı verəndən sonra ona pul verəcəklər, o, da Turala da həmin puldan verəcəkdir. Onun Turalla heç bir əlbirliyi yoxdur, onu taksi kimi göndərmişdir. Narkotik vasitədən əldə edəcəyi qazancı Turalla bölüşdürüləcəyi barədə Turalla heç bir razılaşmaları olmamışdır. İranlı ona 3000 manat pul verəcəkdi. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, o, yetkinlik yaşma çatmış övladı və həyat yoldaşı ilə birlikdə yaşayır. O, hərdənbir narkotik vasitə olan qurudulmuş marixuanadan çəkmək yolu ilə istifadə edir. O, təxminən 2019-cu ildə İran İslam Respublikasında Kərbəla ziyarətində olan zaman “Kərbəlayi” adlı İran vətəndaşı ilə tanış olmuşdur. Kərbəlayi ilə 2020-ci ildən telefonla danışıb münasibət saxlamışlar. Kərbəlayi sonralar onun maddi imkansız olduğunu bilib ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı təklif etmişdir. Belə ki, İranlı müxtəlif növ narkotik vasitələr göndərməli, o, da onları bir yerdən götürüb başqa yerə qoymalı olduğunu demişdir. Ona buna görə həm pul verəcəyini, həm də özü də narkotiklərdən istifadə edəcəyini bildirmişdir. O, Kərbəlayinin təklifi ilə razılaşmış və danışığa əsasən Kərbəlayi ona bu işə üçün narkotikin hər kiloqramına görə 200 manat pul verəcəyini demişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 ilə o, bir neçə il olar ki, tanışdır. Belə ki, Turalla o, bir neçə il əvvəl Bakı şəhərində mikrorayonda kirayədə yaşayanda bir məhlədə yaşamışlar. İranlı Kərbəlayinin ona olan təklifindən sonra o, təsadüfən Turalla görmüşmüş, Turala bu barədə məlumat vermişdir. Tural da onunla razılaşmışdır. 2022-ci ildə ilk dəfə Kərbəlayi ona təxminən 15- 16 kiloqram, 2023-cü ilin yay aylarında təxminən 10 kiloqram narkotik göndərmişdir. Həmin narkotikləri Kərbəlayi Qaradağ rayonu Sədərək TM-nin yaxınlığına atdırmış, Tural da, hər iksində onları gətirib ona vermişdir. Bu iş üçün o, birinci dəfə Turala 400 manat, ikinci dəfə isə 600 manat pul vermişdir. O, həmin narkotikləri təxminən 4-5 gün saxlayıb keçmiş Qaradağ yol polisi postu yaxınlığına aparıb qoymuşdur. Həmin yerlərə atmağını İranlı Kərbəlayi ona demişdir. Sonuncu dəfə 09 mart 2024-cü il tarixdə Kərbəlayi ona narkotik vasitələr olan tiryək və qurudulmuş marixuana göndərmişdir. İranlı onları Bakı şəhəri Sabunçu rayonu ərazisinə, Sabunçu xəstəxanası tərəflərə atmışdı, Tural həmin maddələri bir ədəd qara torbada gətirib ona veraıişdr. O, da tiryəkdən bir bükümdə, marixuanadan da bir bükümdə olmaqla Turala vermişdir ki, həmin bükümlərdən də özünə götürüb üstündə saxlasın. Turala bu iş üçün 1500 manat pul verəcəyini demişdir. İranlı ona nə vaxt desə həmin vaxt aparıb deyiləcək yerə qoyacağını demişdir. 11 mart 2024-cü il tarixdə saat 18:00 radələrində Xəzər rayonunda yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona və Turala üzərilərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 bükümdə, yaşıl rəngli, qurudulmuş marixuana, 01 bükümdə tünd qəhvəyi rəngli, tiryəki təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən 01 ədəd ev açarı, “Nokia” markalı mobil telefon, 25 AZN pul aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 35 qram olmuşdur. Sonra tiryək elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 81 qram olmuşdur. Sonra Tural əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 bükümdə, yaşıl rəngli, qurudulmuş marixuana, 01 bükümdə tünd qəhvəyi rəngli, tiryəki təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən 10 AZN pul və “İphone” markalı mobil telefon aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 35 qram olmuşdur. Sonra tiryək elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 65 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçilər, tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, digər əşya, predmet və pullar aidiyyatı üzrə geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq, “Kərbalayi” adlı İran İslam Respublikası vətəndaşı ilə 2019-cu il tarixdə həmin ölkəyə gedən zaman tanış olduğunu, daha sonra “Kərbalayi” ilə razılaşaraq ölkəyə göndərdiyi narkotikləri müxtəlif ünvanlara çatdırıb hər kq-ı üçün 200 AZN pul qazandığını, daha sonra bu barədə Turala təklif etdiyini, İranlının göndərdiyi narkotiklərin yerini Turala dediyini və götürüb ona çatdırdığını, müxtəlif vaxtlarda onun tapşırığı ilə iki dəfə İranlının göndərdiyi narkotikləri ona çatdırdığını və əvəzində Turala 600 və 400 AZN olmaqla ümumilikdə 1000 AZN pul verdiyini, 9 mart 2024-cü il tarixdə İranlı Kərbalayinin onun üçün göndərdiyi narkotiklərin yerini Turala dediyini, Turalın narkotikləri Sabunçu rayonu ərazisindən götürüb ona gətirdiyini və əvəzində isə Turala 1500 AZN pul verəcəyini, üzərindən aşkar olunan narkotikləri özü üçün İranlının göndərdiyi narkotiklərin üzərindən götürdüyünü, Turalla narkotiklərin dövriyyəsində əlbir olduğunu, qurudulmuş marixuanadan istifadə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra o, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi, ev 1364, mənzil 131 ünvanına getmişlər. Bu təklifdən sonra Tural və arvadı Şahid4 iştirakı ilə həmin evin həyətinin girişindən sol tərəfində yerləşən zirzəminin qıfılını döşəmənin üzərindən götürdüyü açarla açaraq 01 ədəd sellofan, qara rəngli torbanı təqdim etmişdir. Həmin torbaların içinə mətbəxdə elverişli işıqlı şəraitdə baxılmışdır. Həmin torbanın içindən 10 bükümdə, tünd qəhvəyi rəngli, tiryək, 5 bükümdə, yaşıl rəngli, qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 6 kq 711 qram olmuşdur. Sonra tiryək elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 6 kq 510 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Ardınca evə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. O, əməlindən peşiman olduğunu və özünü təqsirli bildiyini demişdir. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, o, üzərindən və yaşadığı evdən aşkar edilmiş küli miqdarda narkotik vasitələri istifadə etmək, eləcə İran İslam Respublikası vətəndaşı Kərbəlayinin tapşırığı ilə satışını təşkil etmək məqsədi ilə əldə edib saxlamışdır. O, İran İslam Respublikası vətəndaşı Kərbəlayi adlı şəxsin anket məlumatlarını bilmir, telefon nömrəsini həmişə silmiş, amma ola bilər telefonunda qalmışdır. O, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, ailə üzvləri və yaxud qeyrilərindən heç kimin onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağından məlumatlı olmamışlar. Ona heç bir fiziki və ya psixi zor göstərilmədiyini, bundan başqa heç bir cinayət törətmədiyini, nə vərəm və nə də psixo-nevroloji dispanserdə qeydiyyatda olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, mühafizəçi işləyir, işdən sonra isə taksi fəaliyyəti ilə məşqul olur. Bir gün işdən qayıdarkən Elman ona zəng vuraraq Sabunçuda bir bağlama olduğunu və onu götürməyini istəmiş, o da razılaşmışdır. Bundan sonra isə Elman ona şəkil (konum) göndərmiş və o da gedib bağlamanı şəkildə olan yerdən götürmüşdür. Bundan 3 gün sonra isə onu polis əməkdaşları saxlayaraq idarəyə aparmışlar. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Elman ona demişdir ki, bir dənə bağlama var götür gətir. Həmin bağlamanı götürərkən onun 13 kq olub-olmamasını dəqiq hiss etməmişdir. Elmanın konum atması və onun gedib küçədən torba götürməyi ona şübhəli gəlməmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, o, hərdən bir narkotik vasitə olan qurudulmuş marixuanadan çəkmək yolu ilə istifadə edir və hərdənbir taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 bir neçə il olar ki, tanıyır. Təqsirləndirilən şəxs1la Bakı şəhərində 9-cu mikrorayonda qonşu olaraq yaşamışlar və o vaxtdan münasibətləri yaranmışdır. 2022-ci ildə Elman ona demişdir ki, o, İran İslam Respublikasında Kərbəla ziyarətində olan zaman “Kərbəlayi” adlı İran vətəndaşı ilə tanış olmuş, həmin Kərbəlayi sonralar Elmana narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı təklif etmişdir. Elman onunla razılaşmaqla İranlının göndərdiyi müxtəlif növ narkotik vasitələri bir yerdən götürüb başqa yerə qoymağı öhdəsinə götürmüşdür. İranlı Elmana bu işə üçün narkotikin hər kiloqramına görə 200 manat pul verəcəyini bildirmişdir. Elman bu barədə ona danışmış və ondan bu işdə kömək istəmiş, o, da razılaşmışdır. 2022-ci ildə ilk dəfə Kərbəlayi Elmana təxminən 15-16 kiloqram, 2023-cü ilin yay aylarında təxminən 10 kiloqram narkotik göndərmişdir. Həmin narkotikləri X7 rayonu Sədərək TM-nin yaxınlığına atdırmışdır ki, o, hər ikisində Elmanın tapşırığı əsasında onları götürüb gətirib Elmana vermişdir. Bu iş üçün Elman birinci dəfə ona 400 manat, ikinci dəfə isə 600 manat pul vermişdir. Elman da öz dediyinə görə həmin narkotikləri təxminən 4-5 gün saxlayıb keçmiş Qaradağ yol polisi postu yaxınlığına aparıb qoymuşdur. Sonuncu dəfə 09 mart 2024-cü il tarixdə Elman ona demişdir ki, Kərbəlayi yenə ona narkotik vasitələr olan tiryək və qurudulmuş marixuana göndərmişdir. İranlı onları Bakı şəhəri Sabunçu rayonu ərazisinə, Sabunçu xəstəxanası tərəflərə atmışdır ki, o, Elmanın dediyinə uyğun həmin maddələri bir ədəd qara torbada götürüb gətirib Elmana vermişdir. Elman da onun istəyinə uyğun tiryəkdən bir bükükmdə, marixuanadan da bir bükümdə olmaqla ona vermişdir. Elman bu iş üçün ona 1500 manat pul verəcəyini demişdir. 11 mart 2024-cü il tarixdə saat 15:40 radələrində Bakı şəhəri Nəsimi rayonunda piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək ondan Təqsirləndirilən şəxs1 yerini soruşmuşlar. O, da polis əməkdaşlarına elə onunla görüşə gedəcəyini səmimi bildirmişdir. Bundan sonra dərhal o, polislərlə birlikdə Elmanın yaşadığı evin yaxınlığına gəlmişdir. Bu zaman Elman evin yaxınlığında küçədə dayanmışdır. Həmin vaxt polislər Elmanı da saxlamışlar. Daha sonra onları DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona və Elmana üzərilərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməkləri təklif olunmuşduyr. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 bükümdə, yaşıl rəngli, qurudulmuş marixuana, 01 bükümdə tünd qəhvəyi rəngli, tiryəki təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin gödəkçənin sol yan cibindən 01 ədəd ev açarı, “Nokia” markalı mobil telefon, 25 AZN pul aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 35 qram olmuşdur. Sonra tiryək elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 81 qram olmuşdur. Sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 bükümdə, yaşıl rəngli, qurudulmuş marixuana, 01 bükümdə tünd qəhvəyi rəngli, tiryəki təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən 10 AZN pul və “İphone” markalı mobil telefon aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 35 qram olmuşdur. Sonra tiıyək elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 65 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçilər, tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, digər əşya, predmet və pullar aidiyyatı üzrə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, “Kərbalayi” adlı İran İslam Respublikası vətəndaşı ilə 2019-cu il tarixdə həmin ölkəyə gedən zaman tanış olduğunu, daha sonra “Kərbalayi” ilə razılaşaraq ölkəyə göndərdiyi narkotikləri müxtəlif ünvanlara çatdırıb hər kq-ı üçün 200 AZN pul qazandığını, daha sonra bu barədə ona təklif etdiyini İranlının göndərdiyi narkotiklərin yerini ona dediyini və onun götürüb ona çatdırdığını, müxtəlif vaxtlarda onun tapşırığı ilə 2 dəfə ona İranlının göndərdiyi narkotikləri çatdırdığını və əvəzində ona 600 və 400 AZN olmaqla ümumilikdə 1000 AZN pul verdiyini, 9 mart 2024-cü il tarixdə İranlı Kərbalayinin onun üçün göndərdiyi narkotiklərin yerini ona dediyini, onun narkotikləri Sabunçu rayonu ərazisindən götürüb ona gətirdiyini və əvəzində isə ona 1500 AZN pul verəcəyini, üzərindən aşkar olunan narkotikləri özü üçün İranlının göndərdiyi narkotiklərin üzərindən götürdüyünü, onunla narkotiklərin dövriyyəsində əlbir olduğunu, qurudulmuş marixuanadan istifadə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. O, isə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmiş, Elmanın tapşırığı ilə Sabunçu rayonu ərazisindən narkotik maddələr götürdüyünü və ona çatdırdığını, əvəzində Elmanın ona 1500 AZN pul verməli olduğunu, bundan əvvəl Elmanın tapşırığı ilə 2 dəfə narkotik götürdüyünü və Elmana çatdırdığını əvəzində Elmanın ona 400 və 600 AZN pul verdiyini, üzərindən aşkar olunan narkotik maddələri həmin narkotiklərin üzərindən götdüyünü, qurudulmuş marixuanadan istifadə etdiyini, İran İslam Respublikası vətəndaşı olan “Kərbalayi” adlı şəxslə hər hansı əlaqəsinin olmadığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, Elmanın evinə baxış keçirilməsi barədə etirazının olmadığını bildirmişdir. Bundan sonra o, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi, ev: 1364, mənzil: 131 ünvanına getmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 onun və arvadı Şahid4 iştirakı ilə həmin evin həyətinin girişindən sol tərəfində yerləşən zirzəminin qıfılını döşəmənin üzərindən götürdüyünü açarla açaraq 01 ədəd sellofan, qara rəngli torbanı təqdim etmişdir. Həmin torbaların içinə mətbəxdə elverişli işıqlı şəraitdə baxılmışdır. Həmin torbanın içindən 10 bükümdə, tünd qəhvəyi rəngli, tiryək, 5 bükümdə, yaşıl rəngli, qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 6 kq 711 qram olmuşdur. Sonra tiryək elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 6 kq 510 qram(altı kq beş yüz on qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırıldı üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. O, əməlindən peşiman olmuş və özünü təqsirli bilmişdir. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş küli miqdarda narkotik vasitələri istifadə etmək, eləcə Təqsirləndirilən şəxs1 və İran İslam Respublikası vətəndaşı Kərbəlayinin tapşırığı ilə satışını təşkil etmək məqsədi ilə əldə edib saxlamışdır. O, İran İslam Respublikası vətəndaşı Kərbəlayi adlı şəxsi tanımadığını, həmin şəxslə Elmanın danışdığını, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, onun ailə üzvləri və yaxud qeyrilərindən heç kimin onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağından məlumatlı olmadıqlarını, Ona heç bir fiziki və ya psixi zor göstərilmədiyini, bundan başqa heç bir cinayət törətmədiyini, nə vərəm və nə də psixo-nevroloji dispanserdə qeydiyyatda olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında ilk olaraq Tural saxlanılmış, digər şəxs Elman isə sonra saxlanılmış. Polis idarəsində hər ikisinin üzərlərinə baxış keçirilmiş, hər iki şəxsdən narkotik vasitə aşkar olunmuş, sorğu zamanı bildirilmişdir ki, narkotik vasitəni İran vətəndaşından alınmışdır. Evdə də bir qismi saxlanılır. Evə baxış keçirilmiş, həyətində zirzəmidə böyük selofanda 7 kq marixuna və 5 kq tiryək aşkar edilmişdir. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, şəxslərə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Narkotik vasitə evin zirzəmisindən aşkar olunmuşdur. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkilidir, polis polkovnik-leytenantıdır. 11 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nəsimi və Xəzər rayonları ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru Şahid2 və həmin idarənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 daxil edilmişlər. 11 mart 2024-cü il tarixdə saat 15:40-da Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanın yaxınlığında olan zaman ona yaxınlaşaraq özlərini təqdim etmişlər, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Həmin şəxs özünü onlara təqdim etdikdən sonra Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib qanunsuz dövriyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs2 Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməyərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlməyə razılaşmışdır. Əməliyyat tədbirinin davamı olaraq 11 mart 2024-cü il tarixdə saat 18:00-da Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanın yaxınlığında olan zaman ona yaxınlaşaraq özlərini təqdim etmişlər, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Həmin şəxs özünü onlara təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib qanunsuz dövriyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tamş etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs1 Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməyərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlməyə razılaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmuş və hüquq vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah edilmişdir. Sonra video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərinə şəxsi axtarış keçirilmiş və buna etiraz etməmişlər. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 bükümdə, yaşıl rəngli qurudulmuş marixuanaya, 1 bükümdə tünd qəhvəyi rəngli, tiryəkə bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin gödəkçənin sol yan cibindən 1 bir ədəd ev açarı, “Nokia” markalı mobil telefon, 25 manat pul aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 35 qram olmuşdur. Sonra tiryəkə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 81 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 bükümdə, yaşıl rəngli, qurudulmuş marixuanaya, 1 bükümdə tünd qəhvəyi rəngli, tiryəkə bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli şalvarın sol yan cibindən 10 manat pul və “İphone” markalı mobil telefon aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 35 qram olmuşdur. Sonra tiryəkə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 65 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, digər əşya, predmet və pullar aidiyyatı üzrə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, “Kərbalayi” adlı İran İslam Respublikası vətəndaşı ilə 2019-cu il tarixdə həmin ölkəyə gedən zaman tanış olduğunu, daha sonra “Kərbalayi” ilə razılaşaraq ölkəyə göndərdiyi narkotikləri müxtəlif ünvanlara çatdırıb hər kiloqramı üçün 200 manat pul qazandığını, daha sonra bu barədə tanışı Təqsirləndirilən şəxs2 təklif etdiyini, İranlının göndərdiyi narkotiklərin yerini Turala dediyini və sonuncunun götürüb ona çatdırdığını, müxtəlif vaxtlarda Turalın onun tapşırığı ilə iki dəfə ona İranlının göndərdiyi narkotikləri çatdırdığını və əvəzində ona 600 və 400 manat olmaqla ümumilikdə 1000 manat pul verdiyini, 9 mart 2024-cü il tarixdə İranlı Kərbalayinin onun üçün göndərdiyi narkotiklərin yerini Turala dediyini, sonucunun narkotikləri Sabunçu rayonu ərazisindən götürüb ona gətirdiyini və əvəzində isə Turala 1500 manat pul verəcəyini, üzərindən aşkar olunan narkotikləri özü üçün İranlının göndərdiyi narkotiklərin üzərindən götürdüyünü, Turalla narkotiklərin dövriyyəsində əlbir olduğunu, qurudulmuş marixuanadan istifadə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, Elmanın tapşırığı ilə Sabunçu rayonu ərazisindən narkotik maddələr götürdüyünü və ona çatdırdığını əvəzində Elmanın ona 1500 manat pul verməli olduğunu, bundan əvvəl Elmanın tapşırığı ilə iki dəfə narkotik götürdüyünü və Elmana çatdırdığım, əvəzində Elmanın ona 400 və 600 manat pul verdiyini, üzərindən aşkar olunan narkotik maddələri həmin narkotiklərin üzərindən götürdüyünü, qurudulmuş marixuanadan istifadə etdiyini, İran İslam Respublikası vətəndaşı olan “Kərbalayi” adlı şəxslə hər hansı əlaqəsinin olmadığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, Elmanın evinə baxış keçirilməsi barədə etirazının olmadığını bildirmişdir. Bundan sonra əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanda qanunsuz olaraq saxladığı narkotik vasitələrin, psixotrop maddələrin o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan ünvan 7 ünvanda baxış və götürmə aparılması barədə qərar qəbul edilmişdir. Həmin qərar ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanış olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evdə baxış və götürmə aparılmasına etirazı olmadığını bildirərək rəsmi ərizə yazmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 da evdə baxış və götürmə aparılmasına etirazı olmadığını bildirərək bu barədə rəsmi ərizə yazmışdır. Onun, şəxsi axtarış və götürmə aparılan zaman iştirak etmiş polis əməkdaşlarının, şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilərin iştirakları ilə birlikdə ünvan 7 ünvana gəlmişlər. Həmin ünvanda olan zaman Təqsirləndirilən şəxs1 arvadı Şahid4 başqa heç kim olmamışdır. Şahid4 əri Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhəli şəxs qismində tutulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitələr aşkar edildiyini və yaşadığı evdə narkotik vasitələr saxlamasını bildirməsinə görə qeyd edilən ünvanda evə baxış keçirilməsi barədə qərar qəbul edildiyini və Təqsirləndirilən şəxs1 baxışa heç bir etirazı olmadığını bildirmişlər. Bundan sonra Şahid4 evdə baxış və götürmə aparılmasına etirazı olmadığını bildirib rəsmi ərizə yazmışdır. Daha sonra ünvan 7 ünvanda videoçəkiliş vasitəsi ilə qeyd edilən iştirakçılar, şübhəli şəxs Təqsirləndirilən şəxs2 və Şahid4 iştirakı ilə baxış və götürmə aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin evin həyətinin girişindən sol tərəfdə yerləşən zirzəminin qıfılını döşəmənin üzərindən götürdüyü açarla açaraq oradan 1 ədəd qara rəngli selofan torbanı təqdim etmiş və mətbəxdə torbanın içərisinə baxılmışdır. Həmin torbanın içindən 10 bükümdə içərisində qəhvəyi rəngli tiryəkə bənzər, 5 bükümdə içərisində yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 7 kq 541 qram olmuşdur. Daha sonra tiryəkə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 6 kq 510 qram olmuşdur. Aşkar olunmuş kütlələr qablaşdırılmış, imzalar edilməklə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, 9 mart 2024-cü il tarixdə İranlı Kərbalayinin onun üçün göndərdiyi narkotiklərin yerini Turala dediyini, sonucunun narkotikləri Sabunçu rayonu ərazisindən götürüb ona gətirdiyini və əvəzində isə Turala 1500 AZN pul verəcəyini, həmin narkotikləri yaşadığı evdə gizlətdiyini, ailə üzvlərinin bundan məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini aşkar olunan narkotik maddələri Elmanın dediyi Sabunçu rayonu ərazisindəki yerdən götürüb Elmana çatdırdığını əvəzində isə Elmanın ona 1500 AZN pul verəcəyini bildirmişdir. Bundan sonra evə baxış keçirilmiş və əlavə olaraq iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya, predmet və ya maddə aşkar edilməmişdir. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin aparılarkən, eləcə də üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi əsasında saxlanılmışlar, saxlanıldıqdan sonra idarəyə gətirilmışlər, üzərlərinə baxış keçirilərkən üzərlərindən marixuana və tiryək aşkar olunmuş, sonra da Elmanın evinə baxış keçirilmiş və oradan da narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, birinci Tural saxlanılmış sonra Elman. Şəxslərə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında keçirilmiş tədbir nəticəsində Tural və Elman saxlanılmış, hər ikisinin üzərlərinə baxış keçirilmiş və hər iki şəxsdən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, şəxslərə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Tural saxlanıldıqdan sonra əməliyyat tədbirlərini davam etdirərək Elman da saxlanılmışdır. Şahidlər Şahid2 və Şahid3 ibtidai araşdırma zamanı Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə araşdırma zamanı Şahid4 ifadəsində bildirmişdir ki, hadisə günü evdə olarkən pəncərədən görmüşdür ki, bir neçə nəfər qapını döyür. Sonra isə həmin şəxslər həyət qapısından həyətə daxil olmuşlar, Elman və Tural da həmin adamlarla birgə həyətə girmişlər, sonra da ərinin qoluna qandal vurub aparmışlar. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları evi axtarmamışlar, zirzəmidən nəsə tapmışlar. Axtarış təxminən 1 saata qədər çəkmışdir. Protokol ona oxunmuş o, da protokola imza etmişdir. Saxlanılan zaman yoldaşına qarşı hər hansı fiziki təzyiq olmamışdır. İbtidai araşdırma zamanı Şahid4 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi, ev 1364, mənzil 131 ünvanında oğlu Vüsal və qızı İlkanə ilə birlikdə yaşayırlar. Həyat yoldaşı Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət hadisəsi ilə bağlı bildirmişdir ki, 11 mart 2024-cü il tarixdə saat təxminən 22 radələrində həyat yoldaşı polis əməkdaşları ilə birlikdə bizim yaşadıqları ünvana gəlmişlər. Həmin vaxt evdə ondan başqa heç kim olmamışdır. Ona bildirmişlər ki, həyat yoldaşı Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəlidir. Həmçinin Elmanın onlara birlikdə yaşadıqları evdə narkotik vasitələr olduğunu bildirdiklərini demişlər. O, bu barədə məlumatlı olmadığını bildirmiş, Elman da təsdiq edərək onun və evin digər üzvlərinin onun bu işlərindən, eləcə də evdə narkotik olmasından məlumatları olmadıqlarını bildirmişlər. Polis əməkdaşları evə baxış keçirilməsinə icazə istəmişlər. Elman da, o, da razılaşıb etiraz etməmişlər. Onun və əri Təqsirləndirilən şəxs1la bir yerdə tutulan Təqsirləndirilən şəxs2 da iştirakları ilə evə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı əri Təqsirləndirilən şəxs1 evin həyətinin girişindən sol tərəfində yerləşən zirzəminin qıfılını döşəmənin üzərindən götürdüyü açarla açaraq 01 ədəd sellofan, qara rəngli torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbaların içinə mətbəxdə elverişli işıqlı şəraitdə baxılmışdır. Həmin torbanın içindən 10 bükümdə, tünd qəhvəyi rəngli, tiryək, 5 bükümdə, yaşıl rəngli, qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 6 kq 711 qram olmuşdur. Sonra tiryək elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 6 kq 510 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Ardınca evə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, “Kərbalayi” adlı İran İslam Respublikası vətəndaşı ilə 2019-cu il tarixdə həmin ölkəyə gedən zaman tanış olduğunu, daha sonra “Kərbalayi” ilə razılaşaraq ölkəyə göndərdiyi narkotikləri müxtəlif ünvanlara çatdırıb hər kq-ı üçün 200 AZN pul qazandığını, daha sonra bu barədə Turala təklif etdiyini, İranlının göndərdiyi narkotiklərin yerini Turala dediyini və götürüb ona çatdırdığını, müxtəlif vaxtlarda Turalın onun tapşırığı ilə iki dəfə İranlının göndərdiyi narkotikləri ona çatdırdığını və əvəzində Turala 600 və 400 AZN olmaqla ümumilikdə 1000 AZN pul verdiyini, 9 mart 2024-cü il tarixdə İranlı Kərbalayinin onun üçün göndərdiyi narkotiklərin yerini Turala dediyini, Turalın narkotikləri Sabunçu rayonu ərazisindən götürüb gətirdiyini və əvəzində isə Turala 1500 AZN pul verəcəyini, üzərindən aşkar olunan narkotikləri özü üçün İranlının göndərdiyi narkotiklərin üzərindən götürdüyünü, Turalla narkotiklərin dövriyyəsində əlbir olduğunu, qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Ona verilən suallara cavab olaraq yaşadıqları evdə narkotik vasitə olmasından məlumatı olmadığını, Elmanın ona yaşadıqları evdə narkotik vasitə saxlamağını demədiyini bildirmişdir. Məhkəmə araşdırma zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, hadisə günü alış-verişdə olmuşlar. Tural özünə şalvar, köynək, ayaqqabı almış və hər şeyi aldıqdan sonra maşına yaxınlaşmışlar. Maşına yaxınlaşanda, bir oğlan Turala yaxınlaşmış və maşının sahibini soruşmuş. Tural isə demişdir ki, sahibi odur. Həmin oğlan Turaldan soruşmuşdur ki, sən Elmanı tanıyırsan, Tural da demişdir ki, mən elə birini tanımıram. Sonra Turalı maşına otuzdurmuşlar, üstünü yoxlamışlar. Ona zor tətbiq etmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü disk) qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 bükümdə, yaşıl rəngli qurudulmuş marixuanaya, 1 bükümdə tünd qəhvəyi rəngli, tiryəkə bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin gödəkçənin sol yan cibindən 1 bir ədəd ev açarı, “Nokia” markalı mobil telefon, 25 manat pul aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 35 qram olmuşdur. Sonra tiryəkə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 81 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 bükümdə, yaşıl rəngli, qurudulmuş marixuanaya, 1 bükümdə tünd qəhvəyi rəngli, tiıyəkə bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli şalvarın sol yan cibindən 10 manat pul və “İphone” markalı mobil telefon aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 35 qram olmuşdur. Sonra tiryəkə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 65 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-ci il “Evə baxış keçirilməsi və götürmə haqqında” protokolda (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü disk) qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs1 evin həyətinin girişindən sol tərəfdə yerləşən zirzəminin qıfılını döşəmənin üzərindən götürdüyü açarla açaraq oradan 1 ədəd qara rəngli selofan torbanı təqdim etdi və mətbəxdə torbanın içərisinə baxılmışdır. Həmin torbanın içindən 10 bükümdə içərisində qəhvəyi rəngli tiryəkə bənzər, 5 bükümdə içərisində yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 7 kq 541 qram olmuşdur. Daha sonra tiryəkə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 6 kq 510 qram olmuşdur. Evə-mənzilə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yeni ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yeni ittiham elan olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 6/1458 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd zərfdə və bir ədəd qara rəngli sellofan bağlamada olan üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş üzərində “Təqsirləndirilən şəxs1” sözləri qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 79,371 qram spesifik tiryək iyli, qətranabənzər maddə kutsar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Üzərində “Təqsirləndirilən şəxs2” sözləri qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 64,312 qram spesifik tiryək iyli,qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı evdən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamada olan 10 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 730,0 qram, 680,0 qram, 665,0 qram, 685,0 qram, 670,0 qram, 650,0 qram, 600,0 qram, 630,0 qram, 660,0 qram, 635,0 qram ümumi təmiz çəkisi 6605 qram olan spesifi tiryək iyli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/415 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdə üzərində “Təqsirləndirilən şəxs2....” sözləri yazılmış bükülüdə təmiz çəkisi 30,46 qram və üzərində “Təqsirləndirilən şəxs1...” sözləri yazılmış bükülüdə təmiz çəkisi 29,65 qram və “şübhəli şəxs Təqsirləndirilən şəxs1 evindən götürülmüş...” sözləri yazılmış qara rəngli politelin torbada ümumi sayı 05(beş) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1490,0 qram,1560,0 qram, 1735,0 qram, 1570,0 qram, 865,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 7280,11 qramdır (7 kq 280,11 qram). Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 2589 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 2591 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxslər irəli sürülmüş ittiham üzrə özlərini tam təqsirli bilməsələr də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onların Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamı - təqsirlərini tam qəbul etməsələr də, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən onlara psixoloji və fiziki təzyiqlər edilməsini bildirsələr də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxslərin gətirdikləri bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxslərin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxslər tutularkən onların müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmişlər, videoçəkilişdən istifadə edilməklə onların üzərinə şəxsi (evə-mənzilə) axtarış keçirilmişdir. Axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxslərin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxslərin saxlandığı müvafiq Müvəqqəti saxlama yerindən və İstintaq Təcridxanasından onların tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onların müayinəsi zamanı Təqsirləndirilən şəxs1 yeni xəsarətlərin aşkar olunmadığı qeyd edilmiş, Təqsirləndirilən şəxs2 isə xəsarətlərin müşahidə olunmadığı qeyd edilmişdir. Sadalananlara əsasən, məhkəmə onların ifadələrinin həmin hissəsini (xüsusatı) təqsirləndirilən şəxsləri müdafiə xarakteri daşımaqla onların cinayət məsuliyyətindən yayındırılması və məsuliyyyətinin yüngülləşdirilməsi məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir və ibtidai araşdırma zamanı (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verkləri ifadələri) verilmiş ifadələrinin hadisənin baş vermə (başlama və davam etmə) mexanizminə daha uyğun olmaqla mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadələri həmin hissədə daha mötəbər, əsaslı və həqiqəti əks etdirən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ibtidai araşdırmanın ilkin mərhələsində ifadələrində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi halları müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Bununla yanaşı, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 2589 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 2591 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı ifadələrində göstərdikləri həmin xüsusatlar işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin özlərinin ifadələrini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verkləri ifadələrini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bundan əlavə, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, hadisə günü alış-verişdə olmuşlar. Tural özünə şalvar, köynək, ayaqqabı almış və hər şeyi aldıqdan sonra maşına yaxınlaşmışlar. Maşına yaxınlaşanda, bir oğlan Turala yaxınlaşmış və maşının sahibini soruşmuş. Tural isə demişdir ki, sahibi odur. Həmin oğlan Turaldan soruşmuşdur ki, sən Elmanı tanıyırsan, Tural da demişdir ki, mən elə birini tanımıram. Sonra Turalı maşına otuzdurmuşlar, üstünü yoxlamışlar. Bundan əlavə şahid həmin vaxtı Turala zor tətbiq edildiyini bildirsə də, bu halların yoxlanılması zamanı şahidin gətirdiyi bu dəlillər iş materiallarından olan ifadələr, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə toplanmış digər istintaq materialları ilə tam təkzib edilmişdir. Bundan başqaq, müdafiə tərəfi şahidin ifadəsinin həqiqəti əks etdirməsini təsdiq edəcək hər hansı bir əlavə sübutu da məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şahidin məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi həmin xüsusatlar işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadəsinin həmin hissəsini (xüsusatı) təqsirləndirilən şəxsi (Təqsirləndirilən şəxs2) müdafiə xarakteri daşımaqla onun cinayət məsuliyyətindən yayındırılması və məsuliyyyətinin yüngülləşdirilməsi məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitələrin miqdarının xüsusilə külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, aşkar olunmuş narkotik vasitələrin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, ayrı-ayrı bağlamalar (bükümlər) şəklində olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri özlərinin ifadələri (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verkləri ifadələri) ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxslərin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini və əvvəllər məhkum olunmamasını cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 atası müharibə veteranıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını və atasının müharibə veteranı olmasını cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirlən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd olunan cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitələrin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı real olaraq çəkməklə islah oluna bilərlər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, təqsirləndirilən şəxslər xx.xx.2024-cü il tarixdə tutulmuşlar. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalarını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs2 isə ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkiləri 79,351 qram, 64,292 qram və 6604,9 qram olan narkotik vasitə tiryək, qalıq çəkisi 7279,76 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, evə - mənzilə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkiləri 79,351 qram, 64,292 qram və 6604,9 qram olan narkotik vasitə tiryək, qalıq çəkisi 7279,76 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxslərin üzərlərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, evə - mənzilə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 137 manat təqsirləndirilən şəxslərdən birgə - müştərək qaydada (hər birinə münasibətə 68,5 manat olmaqla) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar