Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-329/2021 29.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X3, zərərçəkmiş şəxslərin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin hüquqi varisi X1, müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, həmçinin xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 04.06.2002-ci ildən rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs istifadəsində olmuş mobil telefonda başqa kişilərlə telefon əlaqələrinin olub məhz bu səbəbdən də son zamanlar ona qarşı soyuq münasibət bəslədiyini, onunla nəzakətsiz davrandığını ehtimal edib Zərərçəkmiş şəxs ona xəyanət etməsindən şübhələnərək, müxtəlif vaxtlarda sonuncu dəfə isə 17 may 2020-ci il tarixdə saat 21 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanında bu məzmunda aralarında baş vermiş növbəti mübahisədən sonra sonuncunun onunla birgə yaşamaqdan imtina edərək evi tərk edib boşanmaq istəməsi səbəbindən şəxsi münasibətlərinin pozulması zəminində Zərərçəkmiş şəxs qısqanclıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağını qabaqcadan özü ilə götürüb üzərində gəzdirərək cinayətkar niyyətini həyata keçirməkdən ötrü 28 may 2020-ci il tarixdə saat 13:30 radələrində Zərərçəkmiş şəxs dırnaq ustası işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 4-cü küçə 107 ünvanında yerləşən adsız gözəllik salonuna gələrək qapını döydükdə qapını açan Zərərçəkmiş şəxs onun əlində bıçaq olduğunu görüb salonda olan qadınların köməkliyi ilə qapını tutub saxlamasına baxmayaraq, təpiklə vurub zor tətbiq etməklə qapını açıb içəri daxil olaraq öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq edib salonda olan qadınların narahatçılığına və salonun fəaliyyətinin pozulmasına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs üstünə hücum edib müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verdiyini arzu və dərk etməklə, yəni xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə əvvəlcə ayaqüstü, sonra isə üzü üstə yerə yıxılmış vəziyyətində sonuncunun bədən səthinə əlindəki bıçaqla ardıcıl çoxsaylı zərbələr vuraraq ona alın nahiyəsinin qançırı və burun nahiyəsinin sıyrığı kimi canlı şəxslərdə sağlamlığa zərər vurmayan, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən 1 (bir) ədəd, sağ çiyin nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd, sağ qalça nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd, sağ bud nahiyəsinin 1 (bir) ədəd (cəmi 4 ədəd) dərəcələrinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid deşilmiş-kəsilmiş yaralar, ağciyərlərin, qaraciyərin və mədənin yaralanmasına səbəb olan döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna keçən 1 (bir) ədəd, sol kürək nahiyəsinin döş boşluğuna keçən 1 (bir) ədəd, sağ kürək nahiyəsinin döş boşluğuna keçən 1 (bir) ədəd, qarının ön divarının sol yarısının qarın boşluğuna keçən 1 (bir) ədəd, bel nahiyəsinin qarın boşluğuna keçən 1 (bir) ədəd (cəmi 5 ədəd) ölümü ilə birbaşa səbəbli əlaqəli hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan deşilmiş-kəsilmiş yaralar ilə müşayiət olunan bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan mərhum etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən daxil olmuş 13.03.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13.03.2021-ci ildə təxminən saat 07:30 radələrində müalicə tədbirlərinə baxmayaraq müəssisənin intensiv terapiya şöbəsində “Miokard infaktı, kəskin ürək, qan damar tənəffüs çatışmazlığından ölmüşdür. Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmış Qasımova Nargilə Cavanşir qızı ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılıı ilə yol verilir. Məhkəmə dövlət ittihamçısının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsi barədə təklifini, eləcə də təqsirləndirilən şəxsin hüquqi varisi Qasımova Nargilə Cavanşir qızı və müdafiəçisi Müdafiəçi bu barədə razılığını nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş qana bənzər ləkələrdən nümunələr, bir ədəd açılıb-bağlanan bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş qısaqol köynək, şalvar və Təqsirləndirilən şəxs əynində olmuş qısaqol köynək, idman şalvarı məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43.3-1 və 321-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilsin. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş qana bənzər ləkələrdən nümunələr, bir ədəd açılıb-bağlanan bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş qısaqol köynək, şalvar və Təqsirləndirilən şəxs əynində olmuş qısaqol köynək, idman şalvarı məhv edilsin. Qərardan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov