Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-329/2023 01.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər– Bakı şəhər 18 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1991-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, döngə bir fərdi evdə yaşamış və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə xx.xx.1991-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi 24-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sülh küçəsi fərdi evdə yaşamış və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin, Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş '‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ Siyahısına daxil edilən, 1.119.852 (İ kq 119,852 qram) qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ Siyahısına daxil edilən, 400 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini və Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ Siyahısına daxil edilən, 705 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Qaradağ rayonıı, Lökbatan qəsəbəsi ərazisində qeyd olunan külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 20 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün, saat 22:20-də Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində piyada hərəkət edən zaman saxlanılaraq Xəzər RPİ-nin 3- cü Polis Şöbəsinə gətirilmiş, orada müdafiəçilərin iştirakı ilə videoçəkilişlə üzərilərində axtarış, baxış və götürmə aparılarkən Təqsirləndirilən şəxs1 əlində olan bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 705 qram ola bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə- qurudulmuş marixuana, bir ədəd bağlamada təmiz çəkisi 1 100 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə - heroin və bir ədəd bükülüdə təmiz çəkisi 400 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddəmetamletamin, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 19,852 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bvndan başqa Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ Siyahısına daxil edilən, 1.119.852 (1 kq 119, 852 qram) qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’in İ Siyahısına daxil edilən, 400 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metametamini və Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ Siyahısına daxil edilən, 705 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə Azərbayan Respublikasının ərazisinə göndərmiş, bundan sonra Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeyd olunan külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 20 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin gün, saat 22:20-də Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində piyada hərəkət edən zaman saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gətirilmiş, orada müdafiəçilərin iştirakı ilə videoçəkilişlə üzərilərində axtarış, baxış və götürmə aparılarkən Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 19,852 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-heroin, Təqsirləndirilən şəxs1 əlində olan bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 705 qram ola bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-qurudulmuş marixuana, bir ədəd bağlamada təmiz çəkisi 1100 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə - heroin və bir ədəd bükülüdə təmiz çəkisi 400 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 iyun 2022-ci il tarixdə ona tanımadığı nömrədən zəng gəlmiş, telefonu açmış və kim oluğunu, nömrəsini haradan aldıqlarını soruşanda onun mobil nömrəsini Ramildən aldıqlarını demişlər. Ondan Ramili tanıyıb tanımadığını soruşanda, o, Təqsirləndirilən şəxs2 tanıdığını bildirmiş və onlardan Ramili haradan tanıdıqlarını soruşanda ona Ramilin tanışı olduqlarını demişlər. Danışandan sonra ona demişlər ki, Lökbatan qəsəbəsində onlara deyilən yerə gedəcəklər, ora qoyulmuş paketi götürüb aparıb deyiləcək adama verəcəklər, qarşılığında onlara 200 manat pul veriləcəkdir. Sonra o, Ramilə zəng etmiş, vəziyyəti ona danışmış, Ramil demişdir ki, o, işdədir, evə gələndə danışarlar. Ramil işdən gələndən sonra o, Ramilgilə getmiş, qapını döyərkən Ramilin atası qapını açmışdır. Ramili çağırdıqdan sonra Ramilə onun nömrəsini kiməsə verdiyini deyərək, həmin şəxs onlara dedikləri yerə qoyulmuş paketi aparıb deyiləcək şəxsə veməlidirlər, qarşılığında onlara 200 manat pul verəcəklərini demişdir. Ramildən onları tanıyıb-tanımadığını soruşanda Ramil narahat olmamasını, tanıdığını demişdir. O, Ramilə əgər tanıyırsa bir yerdə getmələrini demişdir. Ramil demişdir ki, evdə qonaq var gedə bilmir. O da Ramilə getmədiyi halda o özüdə getməyəcəyini bildirmişdir. Həmin vaxt Ramil əynini geyinib gəldiyini demişdir. Ramil əynin geyinib gəlmiş və birlikdə Lökbatan qəsəbəsinə getmişlər. Ora çatanda yol nişanının dibində paket görmüşlər, Ramil ona düşüb paketi götürməsini dedikdə o, maşın sürdüyünə görə götürməmiş, paketi Ramil düşüb götürmüş, lakin paketin içində nə olduğundan xəbərləri olmamışdır. Qala qəsəbəsinə məhləyə çatanda orada onları saxlayıb maşına mindirib bölməyə gətirmişlər. Bölmədə 20 qram Ramilin cibinə narkotik maddə qoymuşlar, demişlər ki, bunu götürsün sonra onları özləri gətirib evlərinə qoyacaqlar, ona əgər narkotik vasitəni boynuna götürməsə onu da qardaşoğlunuda narkotiklə sənədləşdirəcəklər. Çəkilişdə də demişlər ki, boynuna alsın aparıb rəisə göstərsinlər ki, onları tutublar, sonra onu aparıb evinə qoyacaqlar. Hətta orada Ramil demişdir ki, heç olmasa «nəşə» qoysunlar üstünə kakos qoymasınlar, həmin vaxt Ramilə demişlər ki, çox danışsa yanına patı da qoyacaqlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü o, işdən evə gəlmiş, Elçin ona zəng edib demişdir ki, birlikdə gəzmək üçün şəhərə çıxsınlar. Elçinlə məhlədən çıxmış, özünə rezin başmaq alıb birlikdə şəhərə tərəf getmişlər. Lökbatanda yol nişanının yanında bir paket görmüşlər, Elçin demişdir ki, sükan arxasındadır onu düşüb götürsün. O da düşüb paketi yerdən götürüb maşına əyləşib birlikdə məhəlləyə gəlmişlər. Məhəlləyə çatanda onları polis əməkdaşları saxlayıb bölməyə gətirmişlər. Bölmədə ona bir büküm verib, üzərində saxlamasını, çəkiliş zamanı çıxarıb göstərməsini bildirmişlər. Onun həmin paketdən də, paketin içərisində nələr olmasından da xəbəri olmamışdır. O, heç kimə zəng etməmiş və heç kimdə ona zəng etməmiş, sadəcə Elçinin təklifi ilə şəhərə getmək adı ilə evdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir, 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satışı ilə məşqul olmalarına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 22 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində nömrəsiz fərdi yaşayış evinin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinə gətirilmişlər. Bölmədə təhqiqatçı və dəvət olunmuş müdafiəçinin iştirakları ilə üzərilərinə baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir bükümdə heroinə bənzər kütlə, bir bükümdə psixatrop maddə metamfetaminə bənzər maddə və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Elçin bildirmişdir ki, həmin narkotik vasitəni Ramilin vasitəsi ilə İran vətəndaşı «Baba» adlı şəxsin qoyulduğu yeri Vassap vasitəsi ilə müəyyən edərək Qaradağ rayon ərazisindən götürmüşlər və həmin narkotik vasitəni İran vətəndaşının dediyi yerə qoyacaqlarını bildirmişlər. «Baba» adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoyacaqlarının qarşılığında ona 200 (iki yüz) manat pul veriləcəkmiş. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş baxış zamanı onun üzərindən bir bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitənin ona məxsus olduğunu, Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğundan ona həmin maddəni Elçinin verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz narkotik vasitələri və psixotrop maddələrin satışı ilə məşqul olmalarına dair əməliyyat məlumatı Şahid3 daxil olmuşdur. Dərhal bununla əlaqədar rəhbərliyə məlumat verilmiş və əməliyyat qrupu yaradılmış, həmin tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 22 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinə gətirilmişlər. Bölmədə təhqiqatçı və dəvət olunmuş müdafiəçinin iştirakları ilə üzərilərinə baxış zamanı Təqsirləndirilən şəxs1 əlində olan sellofan torbadan bir kloqram heroin, 470 qram metamfetamin və təqribən bir kloqrama yaxın marixuana aşkar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş baxış zamanı onun üzərindən 20 qrama yaxın heroinə bənzər kütlə aşkar olunmuşdur. Özləri etiraf edərək bidirmilər ki, iran vətəndaşı «Baba» adlı şəxslə bir gün əvvəl əlaqə saxlamışlar, Baba adlı şəxs onlara qoyacağı paketi şəklini atacağı yerdən, Qaradağ rayonu ərazisində götürmələrini tapşırıb və onlar həmin torbanı Lökbatan qəsəbəsindən götürüb yaşadıqları evə gətirib iran vətəndaşının deyəcəyi yerə qoyacaqmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3451 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün 7 nömrəli möhür əksi, Təqsirləndirilən şəxs2 aşkar edilmiş yazısı və imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 19,852 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün 7 nömrəli möhür əksi, Təqsirləndirilən şəxs1 aşkar edilmiş yazısı və imzalar olan bağlamadakı bir ədəd bağlamada təmiz çəkisi 1100 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və bir bükülüdə təmiz çəkisi 400 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/663 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 üzərindən....» yazıları və imzaları olan polietilen bağlamadakı 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 705 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuana bir ədəd bağlamada olduğu üçün müqayisəli tədqiqat aparmaq mümkün deyil. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4584 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı xardır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4737 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İş üzrə mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş bir ədəd Samsunq markalı, Galaksi 12 Pro modelli markalı mobil telefona baxış keçirilmiş və baxışla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonda +98 903 *** **** nömrəsi ilə Abi adlı əlaqə nömrəsi vardır. Həmin nömrə ilə 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 yazışmalarının olması müəyyən olunmuşdur. Həmin səs yazıları dinlənildiyi zamanı müəyyən olunmuşdur ki, səs yazılarında Abi adlı şəxs Təqsirləndirilən şəxs1 bildirir ki, «maldan mənə bir dənə şəkil at, görüm məni inandır?, birdən avar mal atar, vava mal atar», «iki dənə də ünvan var, ayrı-ayrı mal var, əlli-əlli olacaq, deyəcəm onlara atacaqsan, başa düşdün nə deyirəm?», «malı dəqiq ölç», «mən bu iki dənə ünvançıya dedim, dedim qaldı sabaha, sabah yüz faiz mənə yazın a, mən Sizi xəbərləmək üçün sübh tezdən duracam». Beləliklə də baxışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, satma cinayətini törətmişdir. İş üzrə xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 400 qram psixotrop maddə - metamfetaminin tədqiqata 0,2 qram sərf edildikdən sonra qalıq 399.8 qraım, ümumi təmiz çəkisi 1100 qram narkotik vasitə - heroinin tədqiqata 0,1 qram sərf edildikdən sonra qalıq 1099,8 qramı, ümumi təmiz çəkisi 705 qram narkotik vasitə - qurudulmuş marixuananın tədqiqata 0,2 qram sərf edildikdən sonra qalıq 704,8 qramı və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 19.852 qram olan narkotik vasitə - heroinin tədqiqata 0,1 qram sərf edildikdən sonra qalıq 19,752 qramının məhkəmənin qərarınadək Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Həmçinin iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd Samsunq markalı mobil telefon cihazı sübut əhəmiyyəti kəsb etdiyindən məhkəmənin qərarınadək Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadə verərək bildirmişdir ki, o, «Baba» adlı şəxslə telefonla danışaraq sonuncudan Lökbatan qəsəbəsində yol nişanının altına oyulmuş paketi götürüb deyiləcək şəxsə verdikləri halda 200 manat pul alacaqlarını bildirmişlər və onlar da razılaşmışlar. Təqsirləndirilən şəxs1 yuxarıda göstərilən halları məhkəməyə bildirərək heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, əksinə faktiki olaraq Baba adlı şəxsin kuryeri qismində çıxış edərək sonuncunun tapşırığı və sifarişi əsasında, ən əsası isə muzd müqabilində şəxsiyyəti ibtidai istintaq orqanına məlum olmayan şəxs və ya şəxslər tərəfindən Bakı şəhərinə naməlum şəraitdə və tarixdə gətirilməklə yerləşdirilmiş narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin digər yerlərinə (ərazilərə) daşıyaraq yerləşdirmək niyyətində olmuşlar. Başqa sözlə, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsində törətmiş olduğu cinayət əməlinin üsulunu və mexanizmini izah edərək Bakı şəhəri ərazisində yerləşdirəcəyi külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri muzd (pul) müqabilində qanunsuz olaraq bir ərazidən (yerdən) götürüb (əldə edib) üzərində saxlamaqla daşıyaraq başqa əraziyə (yerə) yerləşdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən hərəkətlərində (əməllərində) onun külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib daşımaqla saxlaması faktı öz təsdini tapmışdır. Bu səbəbdən də məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən hərəkətləri, yəni külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib daşımaqla saxlamasında niyyəti və məqsədinin nədən ibarət olmasını müəyyən etməkdir. Bu hissədə məhkəmə qeyd edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaları cinayət işinin mübahisəsiz hallarından birini təşkil edir. Bundan başqa, onların digər şəxslə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı razılaşmaları, belə bir razılığın onların arasında aparılmış danışıqlar, həmin narkotik vasitələri kiməsə aparılıb verilməsi ilə razılaşdırılması da məhkəmə istintaqında müəyyən edilmiş hallardan birini təşkil edir. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansısa şəxsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısına yönəlmiş sair hərəkətləri etməsi, “müştəri bazasına” malik olması, müxtəlif şəxslərin ona narkotik vasitə və psixotrop maddələrlə bağlı müraciət etməsi halları öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Novruzov X2 qəsəbəsi ərazisinə başqa şəxs və ya şəxslər tərəfindən yerləşdirilmiş külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyarkən faktiki olaraq həmin vasitə və maddələrin bir ərazidən başqa əraziyə daşınmasında kuryer funksiyasını icra etmişdir. Qeyd edilən hal cinayət işinin mübahisəz halıdır. Məhkəmə bu hissədə nəticəyə gələrkən onu əsas tutmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Akif oğlu külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq bir ərazidən götürüb (əldə edib) başqa əraziyə yerləşdirərkən onun məqsədi əldə edib yerləşdirdiyi narkotik vasitə və psixotrop maddələrin çəkisinə uyğun şəkildə qazanc əldə etmək olmamışdır. Əksinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən bu əməlləri icra edərkən onun məqsədi kuryer qismində funksiyasını icra etdiyi hərəkətlərin müqabilində pul qazanmaq olmuşdur. Belə ki, kuryer qismində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 muzd kimi verilmiş pul vəsaitinin məbləği realizə edilən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin real dəyərindən dəfələrlə və qat-qat aşağı məbləğdə ifadə olunmuşdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun ibtidai istintaq orqanına şəxsiyyəti məlum olmayan başqa şəxslə (Baba adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Baba adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə telefon vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin müxtəlif yerlərdə narkotik vasitə və psixotrop maddələr qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin edəcəyi ilə razılaşmasını, bu barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəqiq məlumatlar ötürməsini, külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin satışını həyata keçirmək olmasını, ən əsası isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdi onların cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bağlı ittihama gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmçinin CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamdan birinin, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bağlı olduğundan, dövlət ittihamçısı qeyd edilən hissədə bəraətverici əsasla (cinayət hadisəsi olmaması əsası ilə) ittihamdan imtina etdiyindən, eləcə də dövlət itithamçısının ittihamdan imtinası qanuni olduğundan məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bağlı Bakı Ağır Cinayətlər məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərarı ilə xitam verilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etməklə iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv və əsaslı hüquqi nəticəyə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini qəsdən törətmişdir. Onların əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət kateqoriyasına aiddirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 1.000 manat cərimə cəzasına məhkum olunmuş və xx.xx.2018-ci ildə cəriməni tam ödəmişdir. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarı ilə hökm dəyişdirilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 09 (doqquz) ay şərti sınaq müddəti təyin olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində çəkilməmiş cəzası qalmamışdır. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində- sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. Belə olan halda Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində onların cəzalarını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladının olması və Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı övladının olması onların cəzalarını yüngülləşdirən haldır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən onlara təyin ediləcək cəza ümumi cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 20 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onların şübhəli şəxs qismində saxlanıldıqları 20 iyun 2022ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şzhər Xəzər rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 399,8 qramı, metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1099,8 qramı, heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 704,8 qram qurudulmuş marixunana və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 19,752 qram heroin məhv edilməlidir. - Təqsirləndirilən şəxs1 Ramız oğlunun istifadəsində olmuş 01 ədəd Samsunq markalı mobil telefon Təqsirləndirilən şəxs1 qohumlarına qaytarılmalıdır. Ekspertiza xərcləri 192 (bir yüz doxsan iki) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, 96 (doxsan altı) manat Təqsirləndirilən şəxs1 Ramız oğlundan, 96 (doxsan altı) manat Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhər 18 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 246 (iki yüz qırx altı) manat pul, Müdafiəçi2 246 (iki yüz qırx altı) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Ramız oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Ramız oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 Ramız oğlu barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhər 18 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 246 (iki yüz qırx altı) manat pul, Müdafiəçi2 246 (iki yüz qırx altı) manat pul ödənilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şzhər Xəzər rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 399,8 qramı, metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1099,8 qramı, heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 704,8 qram qurudulmuş marixunana və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 19,752 qram heroin məhv edilsin. - 01 ədəd Samsunq markalı mobil telefon Təqsirləndirilən şəxs1 qohumlarına qaytarılsın. Ekspertiza xərcləri 96 (doxsan altı) manat Təqsirləndirilən şəxs1 Ramız oğlundan, 96 (doxsan altı) manat Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-329/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-329/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver