Məhkəmə qərarları › İş №1(101)-330/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-330/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-330/2023 01.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhər 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkillləri Müdafiəçi1, Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, 28/3-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, yeni tikilidə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2, xx xxxxxx 1999-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, 28/3-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu. Sabunçu qəsəbəsi, yeni tikilidə kirayədə yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 və başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni əldə etmə, saxlama və daşınma barədə razılığa gəlib başqa şəxsin “Whatsapp” proqram tətbiqi vasitəsilə telefon danışığı zamanı sonuncunun ona bildirdiyi başqa ünvandan ayrı-ayrılıqda təmiz çəkiləri 105 qram və 105 qram, ümumi təmiz çəkisi 210 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək, başqa şəxsin “Whatsapp” proqram vasitəsilə ona bildirdiyi ünvanlara çatdırmaq məqsədilə üzərində saxlayaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia Rio” markalı avtomaşınla Sabunçu rayonu, Sabunçu qəsəbəsi, F.Mehdiyev küçəsinə daşımış və 29 may 2022-ci il tarixdə, saat 06:00 radələrində Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, nömrəsiz evin qarşısında Sabunçu RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2la birlikdə saxlanılaraq, Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əlində saxladığı üzərində “Oba” yazısı olan sellofan torbanın içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 105 qram və 105 qram ümumi təmiz çəkisi 210 qram olan iki büküm çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun qardaşıdır, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Nə onun özü, nə də qardaşı Şahin narkotik vasitələrin satışı ilə məşğul olmayıblar. O, özünü narkotik vasitənin istifadəçisi kimi təqsirli bilir. Törətdiyi əməldən peşmandır. Şahin talassemiya xəstəsidir. O da narkotik vasitələrin satışı ilə məşğul olmayıb. İfadələrinə də başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində özünü təqsirli bilib ifadələrində göstərmişdir: “Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilir, ailəsi ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yeni tikili nömrəsiz evdə kirayədə yaşamışdır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 onun qardaşıdır. O da ailəlidir. Şahinin qaynı Rza narkotik vasitələrin qanunsuz döyriyyəsi ilə məşğul olmasına görə həbs edilmişdir. Rza İran vətəndaşı Adil adlı şəxslə “Whatsapp” vasitəsi ilə narkotik vasitələri qoyduğu ünvanların şəkilini çəkib ona atmışdır. Rza da narkotik vasitəni həmin yerlərdən götürüb Adilin dediyi ünvanlara çatdırırdı. Şahin də bundan istifadə etmək qərarına gəldi. Həmin vaxtı maddi imkanları pis olduğuna görə Rza həbs edildikdən sonra onun telefonundan Adil adlı şəxsin mobil nömrəsini götürüb onunla əlaqə saxlayıb narkotik vasitələri onun göstərişi ilə dediyi ünvanlara çatdırmaqla pul qazanmaq istəmişdir. Bu niyyətlə tutulmamışdan bir qədər əvvəl istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən Adil adlı şəxsə yazararaq onunla Rzanın qaynı, yəni qardaşı Şahinin adından danışmışdır. Adil də Rzaya görə Şahini tanıyırdı. O, Rzanın həbsi ilə bağlı Adilə danışmış və ona “Rza sənə görə tutulub, onun buraxılmasına köməklik et” deyib “Rza artıq yoxdur”, onun əvəzindən onunla işləməyi təklif etmişdir. Adil də onunla razılaşaraq bir kiloqram marixuananın paylanmasına görə ona 500 (beş yüz) manat verəcəyini dedi. Bundan sonra o, Adillə qardaşı Şahinin adından danışması barədə Şahinin özünə danışmış və qardaşı da buna razılıq vermişdir. Bu razılaşmadan təxminən iki gün sonra Adil onun istifadəsində olan mobil nömrənin “Whatsapp” proqramı vasitəsi ilə ünvan ataraq gedib həmin ünvandan narkotik vasitəni götürməsini bildirdi. O da həmin ünvana qardaşı Şahinlə birlikdə gedərək paketin içərisində təxminən 100 qram qurudulmuş marixuananı götürüb kirayə yaşadığı evə gətirmişdir. Onlar Adilin göndərdiyi paketin içərisində olan marixuananı evə gətirdikdə həyat yoldaşı Ayşən və qardaşının həyat yoldaşı Nurtac görmüş və onlardan həmin paketin içərisində nə olduğunu soruşduqda onlara məsələ ilə bağlı məlumat vermişdir, lakin buna baxmayaraq ilk əvvəl arvadları narazılıq etmiş, lakin onlara gəlir əldə edəcəklərini və maddi imkanlarının yaxşılacağını bildirdikdə razı salmış və arvadları bunu qəbul etmişlər. Bundan sonra Adil ona və qardaşının mobil telefonuna “Whatsapp” proqramı vasitəsi ilə ünvanlar atmış və qardaşı ilə birlikdə narkotik vasitələri aparıb həmin ünvanlara alaraq şəkilini çəkib Adilə göndərmişdir. Bir bir neçə gün az qramlı narkotik vasitə marixuana ilə işlədikdən sonra Adil onlara inanaraq “Patı” və “kakos” göndərmiş, o da qardaşı ilə birlikdə həmin “patı” və “kakosu” Adilin dediyi ünvanlardan götürüb yaşadığı evə gətirmiş, evdə Adilin dediyi 10 və 20 qramlara bölərək bağlayıb dediyi ünvanlara aparıb atmış, həmin bağlamaların bağlanmasında həyat yoldaşı Ayşən və qardaşı Şahinin həyat yoldaşı Nurtac da kömək etmişlər. Hətta onlar evdə olmadıqda Adilin göndərdiyi sifarişi evə zəng edərək Nurtac və Ayşənə demiş, ikisi birlikdə dedikləri bükümləri qramlara bölərək bağlayıb hazırlamışlar. Özü Şahinlə birlikdə mağazadan narkotik və psixotrop maddələri qramla çəkmək üçün iki ədəd-biri balaca, digəri isə böyük olmaqla tərəzi alıb evdə istifadə etmişlər. 27 may 2022-ci il tarixdən 28 may 2022-ci il tarixə keçən gecə, saat 01 radələrində Adil ona “Whatsapp” proqramı vasitəsi ilə zəng edərək Hovsan qəsəbəsinə getmələrini bildirdi. Həmin vaxt qardaşı Şahin işdə olduğuna görə Adilin dediyi ünvana tək getmiş və mobil telefonuna “Whatsapp” vasitəsi ilə atdığı ünvanı dəqiq bilmədiyi ara məhəllə ilə gedərək yolun kənarındakı daşın dibində qoyulmuş iki ədəd qara rəngli sellofan paketin olduğunu görüb həmin iki ədəd bağlamanı götürərək kirayə yaşadığı evə gətirmişdir. Evə gəldikdən sonra həmin qara rəngli bağlamanı açaraq içərisində ağ rəngli skoça bükülmüş bükülü olduğunu və həmin skoçu açaraq içərisində narkotik vasitə olan qurudulmuş marixuananın olmasını aşkar etmişdir. Həmin vaxt həyat yoldaşı Ayşən və qardaşı Şahinin həyat yoldaşı Nurtac da evdə idilər. Onlar da gətirdiyi qurudulmuş marixuananı görüb hər iki bağlamanı elektron tərəzi ilə ölçərək hər birinin təxminən bir kiloqram olduğunu telefonla çəkib Adilin istifadəsində olan +98***-***-**-** saylı mobil nömrənin “Whatsapp” na atıb ona dediyi yerdən narkotikləri götürməsini, narahat olmamasım bildirmişlər. Növbəti gün Şahin Adilin sifarişi ilə onun dediyi ünvanlara aparıb çatdırmışdır. Bundan sonra həmin tarixdə Adil onlara yenə də ünvanlar ataraq evdə saxladığı marixuananı qardaşı Şahinlə qramlara bölərək ünvanlara aparıb çatdırmış və iki kiloqram marixuanadan evdə cəmi 200 qram qalmışdır. Bu barədə o, Adilə məlumat verdikdən sonra, 28 may 2022-ci il tarixdə, gecə saat 04:00 radələrində Adilin istifadəsində olan İİR-nə məxsus +98-***-***-**-** saylı mobil nömrənin “Whatsapp”-na yazararaq həmin iki yüz qram marixuananı hər biri yüz qram olmaqla iki ədəd bükümə ayırmasını və hansısa ünvana ataraq oradan konum göndərməsini bildirdi. Bundan sonra qardaşı ilə yuxudan qalxaraq iki ədəd hər biri 100 qram olmaqla 200 qram marixuananı iki ədəd bükümə ayırıb evdən çıxmış və qardaşı Şahinin icarəyə götürdüyü “Kia-Rio” markalı avtomaşınla yaxınlıqdakı hansısa bir ünvana getmişlər. Maşını saxlayıb maşından düşərək narkotiki daşın dibinə qoyan zaman polis əməkdaşları onlara yaxınlaşmış və şəxsiyyətlərini təsdiq edən sənədlərini soruşdular. Həmin vaxt əlində olan paketin içərisində narkotik vasitə olduğuna görə həyacanlanaraq özünü şübhəli apardığı üçün polis əməkdaşları onu və qardaşı Şahini Sabunçu RPİ- nin 12-ci polis şöbəsinə apardılar. Orada onun üzərinə şəxsi axtarış keçirilən zaman qurudulmuş marixuana üzərindən aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edildi. O, tutulmamışdan əvvələ qədər Adil onun və qardaşı Şahinin bank kartına gündəlik olaraq 30 manat pul atmış, tutulana qədər isə Adil ümumilikdə ona və qardaşına cəmi 350 manata pul göndərmişdir. Onlar polis əməkdaşları tərəfindən saxlanılan zaman ona və qardaşı Şahinə qarşı “hər hansı bir fiziki zor göstərilmədiyini” təsdiq edib sonradan həmin ifadələrindən imtina etmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. O, qardaşı Fehruzla birlikdə və ya təklikdə narkotik vasitənin satışı ilə məşğul olmamışdır. İran İslam Respublikası vətəndaşı “Adil” adlı şəxsi tanımamışdır. Onunla heç bir telefon əlaqəsi və ya “Whatsapp” proqramı vasitəsi ilə danışığı və yazışması olmamışdır. İranlıdan satmaq üçün narkotik vasitə götürməmişdir. İlkin izahat və ifadə verən zaman özündə olmamışdır, nə dediyini xatırlamır, onun narkotik vasitənin satışı ilə heç bir əlaqəsi olmamışdır. Qardaşı Fehruzun üzərindən aşkar olunmuş marixuananın onun özünə məxsus olmuşdur. Ona heç bir aidiyyəti olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Nə onun özü, nə də qardaşı Fehruz narkotik vasitələrin satışı və ya yayılması ilə məşğul olmayıblar. Özü talassemiya xəstəsidir. Narkotik vasitələrdən və maddələrdən istifadə etmir. Onun barəsində narkoloji ekspertizanın rəyi də doğru deyil. İstintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. İfadələrinə də başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü tam təqsirli bilib ifadələrində göstərmişdir:”Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi 28/3də qeydiyyatda olsa da, hazırda ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yeni tikili nömrəsiz evdə kirayə yaşayır, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 doğma qardaşıdır. Onunla birlikdə Sabunçu qəsəbəsində eyni evdə kirayəşin yaşayırlar. X10 onun qaynıdır və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə həbs edilmişdir. Rza iranlı Adil adlı şəxslə «Whatsapp» proqramı vasitəsi ilə əlaqə saxlayıb onun narkotik vasitələri qoyduğu ünvanlardan gedib götürərək dediyi ünvanlara çatdırmaqla pul qazanırdı. Belə pul qazanmaq onda və qardaşı Fehruzda maraq yaratdı. Rza həbs edildikdən sonra qardaşı Fehruz onun telefonundan Adilin mobil nömrəsini götürərək onun adından Adillə əlaqə saxlayaraq narkotik vasitələri onun göstərişi ilə dediyi ünvanlara çatdırmaqla pul qazanmaq istədiyini bildirib istifadəsində olan 051-308- 73-05 saylı mobil nömrəsindən Adilə yazmışdır. Bundan sonra Rzanın həbsi ilə bağlı Adilə danışmış və Rzanın ona görə tutulmasını bildirib, söhbət əsasında Adilə Rza artıq yoxdur, əvəzində onunla işləməyi təklif etmişdir. Fehruzun bu təklifindən sonra Adil razılaşaraq hər bir kiloqram marixuananın paylanılmasına görə ona 500 (beş yüz) manat pul verəcəyini bildirmişdir. Fehruz Adillə onun adından danışmağı barədə sonradan ona bildirmiş və narkotika satışı ilə məşğul olub pul qazanacaqlarını demişdir. O da qardaşına razılıq vermişdir. Ona onsuz da maddi vəziyyətimiz yaxşı deyil, birlikdə işləyək pul qazanaq demişdir. Bu razılaşmadan iki gün sonra Adil qardaşı Fehruzun istifadəsində olan mobil nömrənin «Whatsapp» proqramına ünvan ataraq, gedib həmin ünvandakı narkotikanı götürməsini bildirdi. Bundan sonra o, Fehruzla birlikdə həmin ünvana gedərək paketin içərisində təxminən 100 qram qurudulmuş marixuananı götürərək kirayə yaşadıqları evə gətirmişlər. Adilin göndərdiyi paketin içərisində olan marixuananı evə gətirdikdə həyat yoldaşı Nurtac və qardaşının həyat yoldaşı Ayşən bunu görmüş və onlardan həmin paketin içərisindəkinin nə olduğunu soruşduqda onlara məsələ ilə bağlı məlumat vermiş, ilk olaraq həyat yoldaşları narazılıqlarını bildirsələr də gəlir əldə edəcəklərini, maddi imkanlarının yaxşılacağını onlara dedikdə razılaşmış və bunu qəbul etmiş, bundan sonra Adil ona və qardaşının mobil telefonuna «Whatsapp» proqramı vasitəsi ilə ünvanlar atmış və qardaşı Fehruzla birlikdə aparıb həmin narkotik vasitəni ünvanlara ataraq şəkilini çəkib Adilə göndərmiş, bir neçə gün az qramlı narkotik vasitə olan marixuana ilə işlədikdən sonra Adil onlara inanaraq “Patı” və “kakos” da göndərmiş, qardaşı ilə birlikdə həmin “patı” və “kakosu” İİR-nın vətəndaşı olan «Adil» adlı şəxsin dediyi ünvanlardan götürərək yaşadığı evə gətirib evdə Adilin dediyi kimi 10 və 20 qramlara bölərək bağlamış, sonra onun dediyi ünvanlara aparıb atmış, həmin bağlamaların bağlanmasında həyat yoldaşı Nurtac və qardaşının həyat yoldaşı Ayşən köməklik etmiş, hətta qardaşı ilə birlikdə evdə olmadıqda Adilin göndərdiyi sifarişi evdə Nurtac və Ayşən bükümləri qramlara ayırıb hazır saxlamış, sonra evə gedib rahat şəkildə hazır bükümləri götürüb aparmış, qardaşı Fehruzla birlikdə mağazaya gedərək narkotik və psixotrop maddələri qramla çəkmək üçün iki ədəd-biri balaca, digəri isə böyük olmaqla tərəzi almış və evə qoymuş, çox və az çəkili narkotikləri həmin tərəzilərdə çəkmişdir. Eləcə də o göstərmişdir ki, 27 may 2022-ci il tarixdə gecə saatlarında işdə olan zaman Fehruz zəng edərək Adilin 200 qram marixuana göndərməsini və gedib onu götürməsini bildirmiş, Adil onunla danışıb qurtardıqdan sonra Fehruz Adilin dediyi ünvana getmiş və iki ədəd bağlamada narkotik vasitəni gətirərək şəklini çəkib ona atmış, həmin bağlamada nə olduğunu soruşduqda Fehruz Adilin göndərdiyi iki kiloqram qurudulmuş marixuana olmasını və paylamaq lazım olduğunu bildirmiş,səhəri günü işdən çıxıb evə getdikdə qardaşı Fehruz yatdığından İİR-nın vətəndaşı Adil mobil telefonuna «Whatsapp» proqramı vasitəsi ilə zəng edərək iki ədəd-hər biri 50 qram olmaqla ümumilikdə 100 qram marixuananı istədiyi yerə atmaq lazım olduğunu bildirmiş, Fehruzun yatmış olduğunu nəzərə alaraq, kirayə yaşadığı evdə masanın altında qoyduğu paketi götürərək açıb içərisində olan qurudulmuş marixuananı elektron tərəzi ilə çəkib qablaşdıraraq icarəyə götürdüyü «Kia Rio» markalı avtomaşını ilə aparıb Sabunçu rayon Hərbi komissarlığının yanına ataraq şəkilini çəkib Adilə göndərmiş, evə qayıtdıqda artıq Fehruzun yuxudan oyanmasını görmüş və Fehruz ondan haradan gəldiyini soruşduqda «Adilin malını paylamağa getmişdim» deyə bildirmiş, bundan sonra yorğun olduğu üçün yatmış və qardaşı Fehruz yatan vaxt narkotikanın qalan hissəsini Adilin sifarişi ilə aparıb paylamış, ümumilikdə iki kiloqram marixuanadan evdə cəmi 200 qram qalmış və bu barədə qardaşı Fehruz Adilə bildirdikdə Adil 28 may 2022-ci il tarixdə gecə saat 04 radələrində Fehruzun «Whatsapp» proqramına yazaraq həmin iki yüz qram marixuananı hər biri yüz qram olmaqla iki ədəd bükümə ayırmağı və hansısa ünvana ataraq oradan konumu ona göndərməsini demiş, bundan sonra qardaşı iki ədəd hər biri 100 qram olmaqla ümumilikdə 200 qram qurudulmuş marixuananı iki ədəd bükümə ayırıb evdən çıxmış və idarə etdiyi «Kia Rio» markalı avtomaşınla yaxınlıqdakı bir ünvana gedib maşını saxlamış, həmin vaxt qardaşı Fehruz maşından düşüb özləri ilə gətirdikləri marixuananı daşın dibinə qoyarkən polis əməkdaşları onlara yaxınlaşmış, sonra polis əməkdaşları ondan və qardaşından şəxsiyyətlərini təsdiq edən sənədlərini soruşmuş, bu zaman qardaşı əlində olan sellofan paketin içərisində narkotik vasitə olan marixuana olduğundan həyacanlanaraq özünü şübhəli aparmış və buna görə polis əməkdaşları onları Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə aparmış, orada hər ikisi şübhəli şəxs qismində tutulmuş, sonra üzərlərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya qanunsuz maddə aşkar edilməmiş, bundan sonra bu barədə müvafiq protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Daha sonra o, göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı olan «Adil» adlı şəxslə qardaşı Fehruzun danışığına əsasən, hər bir kiloqram marixuananı ünvanlara çatdırmaq üçün Adil onlara, 500 manat pul verəcəyini bildirmiş və tutulmamışdan əvvələ qədər Adil onun və qardaşının bank kartına 30 manat pul göndərmiş, lakin sonuncu üç kiloqram marixuananı ünvanlara çatdırmaqlarına görə hər bir kiloqrama görə 500 manat, ümumilikdə 1.500 manat pul verməli olsa da polis əməkdaşları tərəfindən saxlanıldıqlarına görə Adil həmin məbləği verməmiş, ancaq buna baxmayaraq tutulana qədər Adil ümumilikdə ona və qardaşına cəmi 350 manat pul göndərmiş, qardaşı ilə birlikdə əldə etdikləri həmin məbləği bazarlıq edib evə xərcləmişlər. Onlar polis əməkdaşları tərəfindən saxlanılan zaman onlara qarşı heç bir fiziki zor və psixi təsir göstərilməmişdir.” Şahid1 ifadələrində göstərdi ki, 2013-cü ildən Azrəbaycan Respublikası DİN-də xidmət edir. Polis nəfəridir. 29 may 2022-ci il tarixdə o, Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati ərazisində dislokasiya üzrə Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində xidmət apararkən saat 06:00-da nömrəsiz fərdi yaşayış evinin qarşısında iki nəfər şəxsin özünü şübhəli apardığını görərək onlara yaxınlaşıb özlərini həmin şəxslərə təqdim edərək şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər üzərlərində şəxsiyyətlərini təsdiq edən sənədlərinin olmadığını bildirib onlardan yayınmağa və tez bir zamanda çıxıb getməyə çalışdılar və verilən suallara isə çaşqın və dağınıq cavablar verməyə başladılar. Bu səbəbdən də həmin şəxslərin üzərində qanunla qadağan edilmiş maddə, əşya və ya predmet olmasından şübhələnərək onları Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət edib polis şöbəsində həmin şəxslərdən birinin məhkəmədə ona təqsirləndirilən şəxslər qismində təqdim olunan Təqsirləndirilən şəxs1, digərinin isə onun qardaşı Təqsirləndirilən şəxs2 olması müəyyən edildi və onlar bölməyə aparılıb növbətçi hissəyə təhvil verildi. Bölmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış aparıldı. Baxış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş əşyalar və ya maddələr vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı «Oba» yazısı olan sellofandan içərisində iki ədəd qara sellofana bükülmüş yaşıl rəngli spesifik iyə malik olan ot kütləsini, əynində olan cins şalvarın sol yan cibindən iki ədəd «XİAOMİ» markalı mobil telefonu çıxarıb təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi ot kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni tanımadığı İran vətəndaşından götürərək digər yerə aparıb çatdırmaq müqabilində 100 manat pul alacağını, həmin ot kütləsini Sabunçu qəsəbəsində qardaşı Şahinlə birlikdə İranlının qoyduğu yerdən götürdüyünü bildirdi. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan olunmuş əşyalar və ya maddələr vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs2 sol yan cibindən bir ədəd «XİAOMİ» markalı telefonu çıxarıb təqdim etmiş və üzərində başqa bir qanunsuz əşya olmadığını bildirdi. Şahin sorğu zamanı təqdim etdiyi «XİAOMİ» markalı mobil telefonun özünə məxsus olmasını, qardaşı Fehruzla birlikdə iranlının verdiyi narkotik vasitəni bir ünvandan götürərək digər ünvana aparan zaman saxlanıldığı bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş «Oba» yazısı olan sellofanda içərisində iki ədəd qara selofana bükülmüş yaşıl rəngli spesifik iyə malik olan ot kütləsi və iki ədəd «XİAOMİ» markalı mobil telefon, eləcə də Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş bir ədəd «XİAOMİ» markalı mobil telefon qablaşdırılaraq götürüldü və bu barədə protokol tərtib olundu və iştirakçılar tərəfindən imzalandı. Məhkəmədə ifadələri elan edilib araşdırılmış ifadələrində Şahid2 da ibtidai istintaq zamanı şahid X8 ilə eyni məzmunlu ifadələr verib onun ifadələrində göstərdiyi halları təsdiq etmişdir. Şahid3 ifadələrində göstərdi ki, o, 02 iyun 2020-ci il tarixdə rəsmi olaraq Təqsirləndirilən şəxs2 ilə ailə qurmuşdur. Həmin nigahdan onların 2021-ci ildə Firuzə Seyidzadə adlı qızı vardır. Təxminən bir ildir Təqsirləndirilən şəxs2la birlikdə Sabunçu qəsəbəsində iki otaqlı evdə kirayə yaşayırlar. Təqsirləndirilən şəxs1 onun qaynıdır. Fehruzun həyat yoldaşı Ayşənlə birlikdə onlarla eyni evdə kirayəşin yaşamışlar. Fehruzun da 2020-ci il təvəllüdlü Zəhra adlı qızı var. Onlar 2020-ci ilin may ayının əvvəlindən onlarla birlikdə yaşamışlar. X11 Kollecində mühafizəçi işləyirdi. Fehruz isə heç bir yerdə işləmirdi.Özünün qardaşı Rza Mirzəli 2022-ci ilin aprel ayında İran İslam Respublikası vətəndaşı Adil adlı şəxslə əlbir olub narkotik vasitələrin qanunsuz döyriyyəsi ilə məşğul olduğuna görə həbs edilmişdir. Rza tutulduqdan sonra həyat yoldaşı Şahin və qaynı Fehruz da onun yolunu davam etdirərək həmin Adil adlı şəxslə əlaqə saxlayaraq onunla işləməyə başladılar. İranlıdan narkotik vasitə götürüb onun dediyi ünvanlara aparıb çatdırırdılar. İranlı da bunun müqabilində onlara pul verirdi, Şahin və Fehruz iranlıdan müxtəlif çəkili narkotik vasitələr götürərək kirayə yaşadıqları ünvana gətirirdilər, evdə həmin narkotik vasitəni tərəzi ilə bükümlərə ayırıb iranlının zəngini gözləyirdilər, sonra isə bükümləri iranlının dediyi ünvanlara aparıb çatdırırdılar, o və Fehruzun həyat yoldaşı Ayşənlə birlikdə bundan xəbər tutduqda onlara iradlarını onlara bildirmişlər, ancaq Şahin və Fehruz onlara qulaq asmamış, sonra isə onu və Ayşəni də bu işə cəlb etmişlər. Şahin və Fehruz evdə olmadıqda və Adilin göndərdiyi sifarişləri çatdıra bilmədikdə Fehruz Ayşənə, yaxud Şahin ona zəng vuraraq “Whatsapp”la mesaj göndərmiş, Ayşənlə birlikdə evdə olan narkotik vasitəni onların dediyi qramlara ayıraraq hazır etmişlər. Onlar isə evə gəlib qramlara ayırdıqları narkotik vasitəni götürüb aparmışlar. Sonuncu dəfə Adil 28 may 2022-ci il tarixdə gecə saat 04:00 radələrində qaynı Fehruzun “Whatsapp”ına yazaraq iki ədəd bükümdə marixuananı hansısa ünvana atmağı tapşırdı. Şahin və Fehruz yuxudan ayılaraq iki ədəd bağlamada marixuananı götürüb evdən çıxmış və onlar həyat yoldaşı Şahinin idarə etdiyi “Kia Rio” markalı avtomobilə minib dəqiq bilmədiyi ünvana getmiş, həmin vaxt isə polis əməkdaşları tərəfindən saxlanılmışlar. Onun və Ayşənin onların həyat yoldaşlarının narkotik vasitələrin satışı ilə məşğul olub iranlının dediyi ünvanlara aparıb çatdırmalarından xəbəri olmuş, həyat yoldaşları evdə olmadıqda onların tapşırığı ilə hər ikisi evdə olan narkotik vasitəni tərəzi ilə dedikləri qramlara ayırıb qablaşdırmışlar. Onlar da gəlib qablaşdırılımış narkotik vasitələri götürüb getmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə 30 may 2022-ci il tarixdə keçirilmiş üzləşmə zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 29 may 2022-ci il tarixli, 7/547 sayh rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində «vət.Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ot kütləsi...» yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamadakı iki ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 105,0 qram, 105,0 qram ümumi çəkisi 210,0 qram bitki mənşəlli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin marixuanalar tərkiblərinə görə eynidir.Marixuananın ümumi təmiz çəkisi 210.0 qram, tədqiqata istifadə olundu 0,04 qram (hər obyektdən 0,02 qram), qalıq qaldı 209.96 qramdır. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02 iyun 2022 il tarixli, 1398 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, o, öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətinə malikdir, Təqsirləndirilən şəxs2 göstərilən cinayəti törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs2 qeyd olunan əməli törədən zaman öz əməlinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02 iyun 2022 il tarixli 1399 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 göstərilən cinayəti törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs1 göstərilən cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış şəxsi axtarış və götürmə aparılması haqqında 29 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü olaraq sağ əlində saxladığı ağ rəngli üzərində “Oba” yazısı olan sellofanda içərisində iki ədəd qara sellofana bükülmüş içərisində tünd yaşıl rəngli spesifik iyə malik ot kütləsini, əynində olan cins şalvarının sol yan cibindən iki ədəd “Xiomi” markalı mobil telefonları çıxarıb təqdim etmiş və sorğu zamanı həmin bükülülərin içərisindəki maddənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin marixuananı tanımadığı İran İslam Respublikası vətəndaşından götürərək digər yerə aparması müqabilində 100 manat pul alacağını, həmin ot kütləsini qardaşı Şahinlə birlikdə Sabunçu qəsəbəsində yerdən götürdüyünü bildirmiş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 02 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana və 02 ədəd «Xiomi» markalı mobil telefonlar zərfə qoyularaq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd DVD disk protokola əlavə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış şəxsi axtarış və götürmə aparılması haqqında Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Hüseyn Nağıyev tərəfindən tərtib olunmuş 29 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir maddə və əşya olmadığını bildirərək, sol yan cibindən 01 ədəd “Xiomi” markalı mobil telefonu çıxarıb təqdim etmiş və sorğu zamanı qardaşı Fehruzla birlikdə narkotik vasitə olan qurudulmuş marixuananı bir ünvandan götürüb digər ünvana aparan zaman saxlanıldığım bildirmiş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 01 ədəd «Xiomi» markalı mobil telefon zərfə qoyularaq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd DVD disk protokola əlavə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd CD diskə 05 iyun 2022-ci il tarixdə baxış keçirilərək nəticəsi protokoldan görünür ki, 29 may 2022-ci il tarixdə saat 07:15-dəqiqədə süni işıqlandırma ilə işıqlandırılmış Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs1 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edlir, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini sonuncuya təklif olunur. Təqsirləndirilən şəxs1 könüllü olaraq sağ əlində saxladığı ağ rəngli üzərində «Oba» yazısı olan selifon da içərisində iki ədəd qara selefona bükülmüş içərisində tünd yaşıl rəngli spesifik iyə malik olan ot kütləsini, əynində olan cins şalvarının sol yan cibindən iki ədəd «Xiomi» markalı telefonu təqdim edir və sorğu zamanı həmin bükülülərin içərisindəki maddənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını həmin marixuananı tanımadığı İran İslam Respublikası vətəndaşından götürərək digər yerə aparması müqabilində 100 manat pul alacağını, həmin ot kütləsini qardaşı Şahinlə birlikdə Sabunçu qəsəbəsində yerdən götürdüyünü bildirir, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 02 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana və 02 ədəd «Xiomi» markalı mobil telefonlar zərfə qoyularaq möhürlənir və bu bardə protokol tərtib edilərək imzalarla təsdiq olunur. Məhkəmədə elan edilib araşdırılmış şəxsi axtarış və götürmə aparılması haqqında prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd CD diskə keçirilmiş 05 iyun 2022ci il tarixli baxış nəticəsi protokoldan görünür ki, baxış zamanı həmin CD diskdə əks edilmiş görüntülərin 29 may 2022-ci il tarixdə saat 07:40-da qeydə alınması müəyyən olundu. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı polis mayoru Hüseyn Nağıyev şübhəli şəxs Təqsirləndirilən şəxs2 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini sonuncuya təklif edir, bu zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunsuz heç bir əşya və ya predmet olmadığını bildidirərək sol yan cibindən bir ədəd «Xiomi» markalı mobil telefonu çıxarıb təqdim edir. Görüntünün sonunda şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilir, lakin onun üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilmir. Daha sonra bu bardə protokol tərtib edilir və imzalarla təsdiq olunur. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş «Xiomi» markalı mobil telefonun yaddaşına keçirilmiş baxış protokolundan görünür ki, telefonun yaddaşında “Whatsapp” proqramında Təqsirləndirilən şəxs1 “Qardaşım Sim” başlığı altında olan abonentlə narkotik vasitələrin satışı barədə yazışmaları, səs yazılar göndərməsi, həmçinin videolar və narkotik vasitələrin tullandığı yerin xususi işarə ilə dairəyə alınması kimi fotoşəkillərin və “konumların” olması aşkar edilmişdir. Telefonun “Qalareya” bölməsində tərəzi ilə narkotik vasitənin çəkilib nümayiş etdirilməsi və narkotik vasitələrin tullandığı yerin göstərilməsi kimi fotoşəkillərin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ondan aşkar edilərək götürülmüş digər «Xiomi» markalı mobil telefonun yaddaşında “Whatsapp” proqramında Təqsirləndirilən şəxs1 “Şahin”. “Tosu” və “Adil limi” başlığı altında olan abonentlərlə narkotik vasitələrin satışı barədə yazışmaları, səs yazılar göndərməsi, həmçinin videolar və narkotik vasitələrin tullandığı yerin xususi işarə ilə dairəyə alınması kimi fotoşəkillərin və “konumların” olması aşkar edilmişdir. Bundan başqa telefonun “Qalareya” bölməsinə daxil olduqda orada tərəzi ilə narkotik vasitəyə bənzər ot kütləsinin ağ rəngli sellofan torbada və ya açıq vəziyyətdə çəkilib nümayiş etdirilməsi və narkotik vasitələrin tullandığı yerin göstərilməsi kimi 39 ədəd fotoşəkillərin olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ondan aşkar edilərək götürülmüş «Xiomi» markalı mobil telefonun yaddaşına keçirilmiş baxış protokolundan görünür ki, telefonun yaddaşında “Whatsapp” proqramında Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı barədə yazışmaları, səs yazılar göndərməsi, həmçinin videolar və narkotik vasitələrin tullandığı yerin xususi işarə ilə dairəyə alınması kimi fotoşəkillərin və “konumların” olması aşkar edilmişdir. Bundan başqa telefonun “Qalareya” bölməsinə daxil olduqda orada tərəzi ilə narkotik vasitəyə bənzər ot kütləsinin çəkilib nümayiş etdirilməsi və narkotik vasitələrin tullandığı yerin göstərilməsi kimi fotoşəkillərin olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 15 iyul 2022-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş 08 iyul 2022-ci İl tarixli, 12105 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diskə keçirilmiş baxış baxış protokolundan görünür ki, üzərində 13053 yazısı yazısı olan CD formatlı disk «HP» markalı kompyuterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 04 ədəd fayl vardır. Birinci faylda 01 yanvar 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı sim nömrəyə daxil olan və həmin nömrədən xaric olan zənglərin siyahası göstərilmişdir. İkinci faylda abunəçilərin anket məlumatları göstərilmişdir.Üçüncü faylda SMS mətnləri və tarixi göstərilmişdir. Dördüncü faylda anten məlumatlar göstərilmişdir.SMS tarixçələrinə baxış keçirildikdə Təqsirləndirilən şəxs1 məxsus 051-308-73- 05 saylı sim nömrəyə daxil olan və həmin nömrədən xaric olan istintaq əhəmiyyətli mətnlər olması müəyyən edilmişdir.Həmin SMS məntlər: “ Qaqa çatda men vziv at yixacam, 5 derman və Birdeki qara rengde olan kola catiram men koroqluya, Ordanda gellem size terezinide gotur, Tamam, 2 qram kola 5 de derman dermani gunde 10 atacaq kolani naqd verecey, Sms sil sora, deyerdin abi mene mende bilerdin de qaqa ac teli ya meni yiq bidene, Senden hec gozdemezdim yerim bele eliyersen yene narmalni adam ola problem olmaz e ni narmalni adamla meni niye uz uze qoyursan ki men seni kimlese uz uze qoymamiwam axi mene bele hereket eliyirsen. Denen gedey oley getmiyen kiwi deyil bu narmalni adam ola senin bele elemeyin meni yandirmaz ama bu kimdi axi heckimdi meni niye bunun ayaqina versen axi, Wahin senin wp daki nomren var e axiri 82 42 olan o wp dan wekilivi sil wahin weküsiz olsun men sene yazandaki qaqa hel eledim bunu gellem gorııwey verim, yene got urum deki qaqa sen o pulu at karta men sabunçuda deyilem gelim goruweriy vererem problem yoxdu palit elemeden daniwda ras bele yazma her yazdiqi, sms uyqum bu sozderi yaz şorada men deyende oz kartivi atarsan yani bildin de palit elemeden daniw ses ayma sms yaz yiqsam deki yaz daniwa bilmirem wekilivi sil a wpdan, Oxudunsa bu sms mene bele sms yaz wp da yox. Oxudun wahin bi cvb de taz men dediyim kimi sildin wekili? Sms la cvb de. Oxudun wahin bi cvb de taz men dediyim kimi sildin wekili? Sms la cvb de, He silmisem sekli, Yaxwi ayiq olda yani hecne adin elwendi a elc demiwem nese yaxwi sms sillem ayiq ol palit elemeden daniw, Ama mülayim daniw aa men demiwem yaxwi adamdi yaxwi wahin, Salam qaqa kartivin nomresini atda mene. Qaqa zeng eliyirem zeng catmir kartin kodunu sms ile at mene. Halim pisdi w'ahin gucle gellem gozüm qaralir men zeng eliyende kecide cix. Qorxma narahat olma ora kimi gelib cixacam, Hardasan indi, Dernegulde, Yaxsi gozdurem çatanda yig cixim kecide, Yaxwi, Nurtaca deme hecne, Qaqa seherden yiqiram cvb vermir ozu gorub yiqacaq meni yiqsin daniwib xeber deyecem sene” Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 15 iyul 2022-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş. 05 iyul 2022-ci il tarixli, 11851 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diskə keçirilmiş baxış protokolundan görünür ki, Üzərində 13052 yazısı yazısı olan CD formatlı disk «HP» markalı kompyuterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 04 ədəd fayl vardır. SMS tarixçələrinə baxış keçirildikdə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı sim nömrəyə daxil olan və həmin nömrədən xaric olan istintaq əhəmiyyətli mətnlər olması müəyyən edildi. Həmin SMS məntlər: “5 dermani gunde 10 atacaq kolani naqd verecey. 2 qram kola 5 de derman dermani gunde 10 atacaq kolani naq verecey. Sms sil sora. Sahin mb yoxdu gelende burda mesaj yazacam, Yaxsi, Hansi terefdesen indi, Kamsamolda, Sahin gel ac qa pini, Catiram, Sako neynirsen. Nes isdeyem yatram. Salamatcilixdi. Dunenkinnen qalmiyib yetm. Yox qutardi ta axri senen idi. Ne bildim yetm. Dunen dedim axi ne qalib hamsi budu ele. Yadimnan cixib e. Wahin senin wp da k i nomren var e axiri 82 42 olan o wp dan wekilivi si] wahin wekilsiz olsun men sene yazandaki qaqa hel eledim bunu gellem goruwey verim, yene goturum deki qaqa sen o pulu at karta men sabunçuda deyilem gelim goruweriy vercrem problem yoxdu palit elemeden daniwda ras bel e yazma her yazdiqi. yene goturum deki qaqa sen o pulu at karta men sabunçuda deyilem gelim goruweriy vercrem problem yoxdu palit elemeden daniwda ras bele yazma her yazdiqim sms uyqum bu sozderi yaz şorada men deyende oz kartivi atarsan yani bildin de palit elemeden daniw ses ayma sms yaz yiqsam deki yaz daniwa bilmirem wek, wekilivi sil a wp dan. Oxudunsa bu sms mene bele sms yaz wp da yox, Oxudun wahin bi cvb de taz men dediyim kimi sildin wekili? Sms la cvb de,He silmisem sekli, Yaxwi ayiq olda yani hecne adin elwendi a ele demiwem nese yaxwi sms sillem ayiq ol palit elemeden daniw, Ama mülayim daniw aa men demiwem yaxwi adamdi yaxwi wahin. Yaxsi. Halim pisdi wahin gucle gellem gozum qaralir men zeng eliyende kecide cix. Qorxma narahat olma ora kimi gelib cixacam. Hardasan indi. Dernegulde. Yaxsi gozdurem çatanda yig ciximm kecide. Yetka neynirsen hardasan, scher goruseriy. Bi dene yigda mene. Noldu. Alinmadi qaqa” Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə 23 avqust 2022-ci il tarixdə ümumi təmiz çəkisi 210,0 qram narkotik vasitə olan iki büküm qurudulmuş marixuana maddi sübut kimi tanınmış və qalıq qalmış 209,96 qram çəkidə narkotik vasitə olan iki büküm qurudulmuş marixuana saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, əlavə olunmuş iş üzrə 23 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 02 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, 23 avqust 2022-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş 05 iyul 2022-ci il tarixli, 11851 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, 23 avqust 2022-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş, 08 iyul 2022-ci il tarixli, 12105 saylı məktuba əlaxə edilmiş 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür 23 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ondan aşkar edilərək götürülmüş 02 ədəd «Xiomi» markalı və təqsirləndirilən şəxs Seyid ox Şahin Yavər oğlunun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ondan aşkar edilərək götürülmüş 01 ədəd «Xiomi» markalı mobil telefonlar maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs1n məhkəmədə özünü təqsirli bilməyib ona elan olunmuş ittihamda nəzəərdə tutulan əməli törətmədiyini bəyan etdi. Təqsirləndirilən şəxs2 da ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ittihamda nəzərdə tutulan əməli törətməydini bəyan etdi. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 bu iddiaları yoxlanılarkən həmin iddiaları təsdiq edən sübut müəyyən olunmadı. Əksinə onların bu ifadələri işin faktiki hallarını uyğun gələn özlərinin ibtidlai istintaqın ilkin mərhəlsində verdikləri ifadələri ilə, şahid ifadələri, istintaq hərəkətləri protokolları, ekspertiza rəyləri, iş üzrə tanınmış maddi sübutlarla təkzib olundu. Bu səbəbdən də məhkəmə onların bu ifadələrini özlərinin müdafiəsminə yönəlmiş həmrəyliklərinin nəticəsi kimi qiymtələndirir. Məhkəmə göstərilənləri nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrinin obyektiv həqiqətə və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edir. Çünki onların bu ifadələrini təkzib edən sübüt müəyyən olunmaldı. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onlar tərəfindən anlaqlı vəziyyətdə törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə yuxarıda təsvir olunan sübutlar əsəasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun əməlində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsində nəzərdə tutlan cinayət əməlinin olmasını və onların bu əməli qəsdən törətmələri qənaətinə gəlib, onların təqsirli bilinib bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onların təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 88 (səksən səksən) manat xərclənməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məhkəmədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən 45 (qırx beş) saat, həmin büronun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 15(on baş)saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də Müdafiəçi2 270 (iki yüz yetmiş) manat, Müdafiəçi1 90 (doxsan) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, təqsirləndirilən şəxslərin himayəsində az yaşlı uşağının və işsiz həyat yoldaşlarının olmasını və onların həmin məbləğləri ödəməyə maliyyə imkanlarının olmamasını nəzərə alıb onu həmin ödəmələrdən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş ümumi təmiz çəkisi 210,0 qram narkotik vasitə olan iki büküm qurudulmuş marixuananın qalığını təşkil edən 209,96 qram çəkidə narkotik maddə sərbəst dövriyyətsi qadağan olunmuş əşya kimi məhv edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi prosesinin videogörüntüsünün əks olunduğu 02 ədəd kompakt diski(CD), "xxxx" MMCdən daxil olmuş 05 iyul 2022-ci il tarixli, 11851 saylı məktuba əlavə edilmiş 01 ədəd kompakt diski (CD), "xxxx" MMC-dən daxil olmuş, 08 iyul 2022-ci il tarixli, 12105 saylı məktuba əlavə edilmiş 01 ədəd kompakt diski (CD) diski cinayət işinin materiallarına əlavə olunmasını, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zamanı ondan aşkar edilərək götürülmüş 02 ədəd «Xiomi» markalı və təqsirləndirilən şəxs X7 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ondan aşkar edilərək götürülmüş 01 ədəd «Xiomi» markalı mobil telefonları onların əmlakı kimi ailə üzvələrinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işnin materiallarına əlavə olunmuş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən əvvəllər məhkum olmamışlar. Məhkəmədə elan olunub araşdırılmış cinayət işnin materiallarından görünür ki, təqsirləndirilən şəxslər 29 may 2022-ci il tarixdə Sabunçu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 30 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilib barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, məhkəmə baxışı zamanı 14 dekabr 2022-ci il tarixdə səhhəti ilə əla əlaqədar həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub hazırkı vaxta qədər ev dustaqlığında olması müəyyən olundu. Məhkəmədə müdafiə tərəfinin təqdim etdiyi 11 yanvar 2023-cü il tarixli Milli Hemetologiya və transfüziologiya mərkəzinin arayışından görünür ki, təqsirləndirilən şəxs Seyidov X6 B hemolitik anemeya,xroniki hepatit,hiperbilirubinsiya Hipertranova sitor, xronik hepatie diaqnozu ilə xəstədir. Məhkəmədə Təqsirləndirilən şəxs1 oğlınıın və Təqsirləndirilən şəxs2 məsuliyyələrini yüngülləşdirən hall kimi himayələrində az yaşlı uşaqların olması, işsiz həyat yoldaşlarının, kirayəşin yaşamaları, ibtidai istintaqın ilkin mərəhəlsində hərtərəfli ifadələr verib cinayətə açılımasında iştirak etmələri, Təqsirləndirilən şəxs2 Favər oğlunun talismiya xəsətəliyndən əziyyət çəkməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məsuliyyətlərini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxlərə cəza təyin edərəkən həmin halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olmamasını onların şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb onların təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onların qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmalarını nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdilmədən saxlanılmasını, Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində seçilmiş ev dustaqlığını həbs qətimkan tədbiri ilə əvəz olunmasını və hökm qanuni qüvvəyə minənədək onlar barəsində seçilmiş həbs qətimkan tədbirlərinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 iyun 2022 il tarixli, 2924 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 iyun 2022 il tarixli, 2925 saylı rəyi alınaraq müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs2 Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərəkən həmin halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 oğhına narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs1 narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, ailə vəziyyətələrini, bir ailədən olmalarını, onların məsuliyyətlərini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş ) il 6 (altı ) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın başlanğıcı 29 may 2022-ci il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın başlanğıcı 29 may 2022-ci il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş ümumi təmiz çəkisi 210,0 qram narkotik vasitə olan iki büküm qurudulmuş marixuananın qalığını təşkil edən 209,96 qram çəkidə narkotik maddə sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi prosesinin videogörüntüsünün əks olunduğu 02 ədəd kompakt disk(CD) disk, "xxxx" MMC-dən daxil olmuş 05 iyul 2022-ci il tarixli, 11851 saylı məktuba əlavə edilmiş 01 ədəd kompakt disk (CD) disk, "xxxx" MMC-dən daxil olmuş, 08 iyul 2022-ci il tarixli, 12105 saylı məktuba əlavə edilmiş 01 ədəd kompakt disk (CD) diski cinayət işinin materiallarına əlavə olunsun, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zamanı ondan aşkar edilərək götürülmüş 02 ədəd «Xiomi» markalı və təqsirləndirilən şəxs X7 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ondan aşkar edilərək götürülmüş 01 ədəd «Xiomi» markalı mobil telefonları onların əmlakı kimi ailə üzvələrinə qaytarılsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 88 (yetmiş iki) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 270 (iki yüz yetmiş) manat, həmin büronun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə ona ödənilməsi üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar