Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-330/2024 10.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X7 və X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı3, zərərçəkmiş şəxslərin hüquqi varisləri X10 və X8, Təqsirləndirilən şəxs, müdafiəçi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1969-cu il tarixdə Goranboy rayonunun Goranlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Goranboy rayonu, Goranlı kəndində pasport qeydiyyatında olmaqla faktiki həmin ünvanda yaşayan, 25 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə brəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs "xxxx" MMC tərəfindən Laçın rayonunun işğaldan azad edilmiş Güləbird kəndi ərazisində əkilmiş taxıl sahəsində 24 iyul 2022-ci il tarixdə özünə məxsus kombaynla taxıl biçdikdən sonra iş gününün sonunda işçiləri Güləbird kəndində yerləşən yaşayış düşərgəsinə aparacaq nəqliyyat vasitəsinin gec gəldiyini görüb, bunu gözləməyərək həmin taxıl sahəsində olan, adına təhkim edilməyən, habelə idarə etməsi üçün etibarnaməsi olmayan, podrat müqaviləsi əsasında X2 istifadəsində olan və texniki cəhətdən saz vəziyyətdə olan “Claas-630” markalı 20 T 383 dövlət qeydiyyat nişanlı traktora saat 19:30 radələrində özbaşına əyləşərək, necə idarə edilməsi barədə dəqiq məlumatı olmadığı halda, bu kimi nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinin olmasına arxayınlaşıb, həmin texnikanı idarə edə biləcəyini zənn edərək istənilən şəxsi həmin traktorla yaşayış düşərgəsinə apara biləcəyini ətrafdakı işçilərə bildirərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin tələblərini pozaraq, yəni avtomobilin, traktorun, digər özügedən maşınların kabinəsindən kənarda, yük qoşqusunda, konstruksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerlərdə, habelə nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda adamların daşınması qadağan edildiyi halda, bu tələblərə əməl etməyib həmin taxıl sahəsində kombayn sürücüsü kimi işləyən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Şahid1 və Şahid2 sərnişin kimi götürüb həmin şəxslərdən ikisi traktorun kabinəsindəki dar yerdə, ikisi isə kabinədən kənarda pilləkəndə, yəni sərnişin üçün nəzədə tutulmayan yerlərdə ayaq üstə dayanmış vəziyyətdə nəqliyyat vasitəsini idarə edərək qeyd edilən sahədən təxminən 0,5 km irəliləyib Güləbird kəndində relyefcə dağlıq ərazidə, torpaqlı eniş yolda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və traktorun idarə olunmasından ayırmamalı, yolun enişli olmasını nəzərə alaraq traktoru hərəkətin təhlükəsizliyini təmin edə biləcəyinə əmin olduğu vəziyyətdə idarə etməli və traktorun yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda, bu tələblərə əməl etməyib öz hərəkətini davam etdirərək, habelə nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq, yəni enişli yolda traktorun artan sürətini azaltmaq istəyərkən bunu düzgün tənzimləməyərək, əyləci yanlış qaydada tətbiq etməsi nəticəsində traktor atılıb-düşmüş, bunun qarşısını almaq üçün etdiyi digər cəhdlər də uğursuz olduğundan idarəetməni itirmiş, bu zaman traktoru dayandırmaq üçün yol kənarındakı kiçik təpəyə vurmağa çalışsa da, bu əməliyyatı da uğursuz icra edib traktoru həmin kiçik təpənin üzərinə qaldıraraq yanı üstə aşırmış, bununla da yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş, bu əməl həmin vaxt traktorun kabinəsində və pilləkənində olan iki şəxsin - Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 4, mənzil 34-də yaşayan Zərərçəkmiş şəxs2 və Samux rayonu, Bağbanlar kəndində yaşayan Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan traktorun altında qalaraq ağır dərəcəli bədən xəsarətləri alıb hadisə yerində ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən günü yağış yağdığından o, işdən tez çıxmışdır. Hadisə elan olunan ittihamda göstərildiyi kimi baş vermişdir. Həmin vaxt yaxın dostu ağır xəstə olmuş və onları aparmağa gələn maşın gəlmədiyi üçün o, səbirsizlik edib orada olan traktorla həmin xəstə dostunu aşağı çatdırmaq istəmişdir. Bu məqsədlə orada olan traktorun sükanı arxasına keçmiş və həmin yerdə olan yoldaşlarının biri sağ tərəfdə, digəri isə sol tərəfdən kabinənin yanında pilləkənda durmuşlar. Bir qədər hərəkət etdikdən sonra isə hadisə baş vermişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin traktorun şirkətə məxsus olduğunu, açarın traktorun üstündə olduğunu, hər gün oradan müxtəlif şəxslərin maşınları ilə düşdüklərini, traktoru sürmək üçün onun icazəsi olduğunu, traktorun lafetinin olmadığını, zərərçəkmiş şəxslərin ailə üzvləri ilə barışdığını, həmin gün dostu Emil xəstə olduğundan onu dağdan düşürmək üçün məcbur olub traktoru idarə etdiyini, mərhumun Seymura zəng edərək gəlib onları aşağı düşürməsini istədiyini, Seymurun isə gələ bilməyəcəyini deyərək özlərinin düşməsini bildirdiyini, traktoru dayandıra bilmədiyi üçün kənardakı təpəyə vurduğunu, həmin vaxt Yusifin qapını açıb yerə tullandığını, həmin vaxt halı pisləşən və qızdırması olan şəxsin Emil adlı dostunun olduğunu, törətdiyi əməldən peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Goranboy rayonunun Goranlı qəsəbəsində yaşayır. Bir neçə il öncə qardaşı oğlu X11 adına iki ədəd taxıl biçən kombayn almış və həmin vaxtdan sonuncu ilə birlikdə taxıl yığımı ilə məşğul olmuşdur. 2022ci il iyul ayında əvvəllər tanıdığı Şahid3 ona müraciət edərək adını xatırlamadığı şirkətin Laçın rayonunun Güləbird kəndi ərazisində əkdiyi taxıl sahəsinin biçilməsinə dəvət etmiş, bundan sonra o, həmin işi icra etmək üçün kombaynlarını Laçın rayonun Güləbird kəndinə aparmışdır. İlk öncə qohumu Şəfa Əliyev həmin ərazidə onun kombaynlarında işləyərək xx.xx.2022-ci il tarixədək taxılı biçmiş, lakin sonra səhhəti ilə əlaqədar işləyə bilməyib geri qayıtmışdır. Kombaynlar boş qalmasın deyə onun özü Laçın rayonun Güləbird kəndinə gedərək kombaynları işlədib taxıl sahəsini biçmişdir. Həmin taxıl sahəsində ondan başqa Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Samid oğlu, Şahid1 və Şahid2 da kombayn sürücüsü kimi fəaliyyət göstərmişlər. Zərərçəkmiş şəxs1 2017-ci ildən, Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs2 isə həmin taxıl sahəsində işləyərkən tanımışdır. Həmin şəxslərlə arasında normal münasibətlər olmuş, aralarında heç vaxt hər hansı narazılıq olmamışdır. 24 iyul 2022-ci il tarixdə hərə öz kombaynı ilə ayrı-ayrı sahələrdə taxıl biçini ilə məşğul olmuş, həmin gün taxıl biçini məhsuldar olsa da, hava tutqun olduğundan yağış yağacağı ehtimalına görə biçini erkən dayandırmışlar. Daha sonra həmin şəxslərlə bir yerə yığışıb hərə özü ilə gətirdiyi yeməyi yemiş, yağışın yağmadığını görüb bir qədər də işləyib taxıl biçmişlər. Az sonra onun kombaynın ehtiyat hissəsi qırıldığından, habelə Zərərçəkmiş şəxs2 kombaynında da problemlər yarandığından hər ikisi işi dayandırmışdır. Onlar işlərini yekunlaşdırdıqdan sonra Emin Məhərrəmov adlı şəxs “Kamaz” markalı yük avtomobili ilə onları əkin sahəsindən bir qədər aşağıya, əsas xırmanın olduğu yerə gətirmişdir. Oradan isə yaşadıqları düşərgəyə başqa maşın aparmalı olsa da, həmin nəqliyyat vasitəsi gecikmişdir. Bir qədər həmin ərazidə maşının gəlməsini gözləmiş, həmin müddətdə Zərərçəkmiş şəxs1 namaz qılmış, o və digər yoldaşlar isə sonuncunu gözləmişlər. O, ərazidə olan traktorun üstündə oturub Yusifin namaz qılmasına baxmış, sonuncu, namazını bitirdikdən sonra o, aşağıya, yəni yaşadıqları düşərgəyə nə ilə gedəcəklərini soruşmuşdur. Yusif də ona elə oturmuş olduğu traktor ilə düşmələrini təklif etmişdir. O, həmin traktoru onlara kimin verəcəyini soruşanda, həmin vaxt yaxınlıqda olan Şamil adlı şəxs traktoru sürüb getmələrində heç bir problem olmadığını, həmin traktoru aşağı aparmaq üçün adam axtardığını bildirmişdir. Bundan sonra Şamil Həmidov və orada olan Pərviz Əlifov adlı mexanizator ona traktoru necə idarə etmək lazım olduğunu və müvafiq düymələrin nə işə yaramasmı izah etmişdir. Bundan sonra o, traktora əyləşib orada bir qədər sürərək traktorun kombayn kimi adi bir mexanizm olduğunu, yəni idarə edə biləcəyini müəyyən etmişdir. Bununla da həmin traktoru Şamil Həmidovun icazəsi ilə götürmüş, özü sükanın arxasında, Şahid1 onun arxasında olan boş yerdə, Zərərçəkmiş şəxs1 isə sol tərəfində olan köməkçi oturacaqda əyləşmişlər. Şahid2 və Zərərçəkmiş şəxs2 isə traktorun çölündə, sol və sağ ayaqaltılarda dayanmışlar. Bundan sonra o, traktoru idarə edib düz yolla hərəkət etməyə başlamış, bir qədər getdikdən sonra Zərərçəkmiş şəxs1 traktorun əyləc sistemini yoxlamasını təklif etmiş, o da, əyləci basanda traktorun sürətinin azaldığını, əyləcin normal işlədiyini müəyyən etmişdir. Az sonra yolda onları aparmaq üçün gələn Taleh adlı şəxsin “Kamaz” markalı nəqliyyat vasitəsi ilə qarşılaşmış, traktoru sağa çəkib həmin “Kamaz” markalı maşının keçməsi üçün yol vermişdir. Taleh onların traktor ilə artıq aşağıya düşdüyünü görmüşdür. Bir qədər sonra relyefcə dağlıq ərazidə üzü-aşağı düşərkən traktor yellənməyə başlamış, o, əyləcə basıb traktorun sürətini azaltmaq istədikdə, traktor atılıb-düşmüş, nə qədər çalışıb bunun qarşısını almaq istəsə də, bacarmamışdır. Sol tərəf dərə olduğundan traktoru dayandırmaq üçün məcburən sağ tərəfdəki təpəyə qaldırmış, lakin traktor yenə atılıb-düşməyə davam etmiş, qarşıda döngə olduğundan traktoru sağda saxlamağa çalışdığı an traktor aşmışdır. Bundan sonra hər yer toztorpağa bürünmüş, hadisənin şokundan nə baş verdiyini bilməmişdir. Bu an Şahid2 ona yaxınlaşaraq yaxşı olub-olmadığını soruşanda, sonuncudan onu tez traktorun içindən çıxartmasını istəmiş, Elnurun köməkliyi ilə traktorun içərisindən çıxmışdır. Həmin vaxt traktorun mühərriki işlək vəziyyətdə olduğundan təkərləri fırlanmağa, yəni traktoru tərpətməyə davam etmiş, Elnur traktorun yerindən tərpənməməsi üçün mühərriki söndürmüşdür. Yerə düşən kimi Zərərçəkmiş şəxs2 yerdə huşsuz halda uzandığını görüb Elnurdan sonuncuya kömək etməsini xahiş etmiş, lakin Elnur yerdə uzanan şəxsin Zərərçəkmiş şəxs2 deyil, Zərərçəkmiş şəxs1 olduğunu və sonuncunun aldığı xəsarətlərdən vəfat etdiyini bildirmişdir. Həmin vaxt belində ağrılar olduğundan hərəkət edə bilməmiş, kənara baxanda Şahid1 əlini başına tutub yuxarıya doğru getdiyini görmüşdür. Bu zaman Emili səsləyib kömək etməsini demiş, lakin Emil öz hərəkətinə davam etmişdir. O, Emilin arxasınca getmək məqsədilə bir-iki addım atsa da, sonradan ağrıları gücləndiyindən dayana bilməyib yerə yıxılıb huşunu itirmişdir. Bundan sonra baş verənlərdən məlumatı olmamış, ayılanda artıq xəstəxanada olduğunu görmüş, oraya necə gətirilməsini xatırlamamışdır. Bundan savayı, Zərərçəkmiş şəxs2 hadisə yerində görməmiş, daha sonra öyrənmişdir ki, Zərərçəkmiş şəxs2 hadisə vaxtı traktorun altında qalaraq vəfat etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində idarə etdiyi “Claas-630” markalı traktorun kimə və ya hansı şirkətə məxsus olması barədə heç bir məlumatı olmadığını, sürücülük vəsiqəsinin kateqoriyasına görə bu növ nəqliyyat vasitəsini idarə etmək hüququ olsa da, traktoru idarə etmək üçün etibarnaməsi və ya yol vərəqi olmadığını, yəni nəqliyyat vasitəsinin adına təhkim edilmədiyini, lakin həmin nəqliyyat vasitəsini özbaşına götürmədiyini, Şamil Həmidovun icazəsi ilə traktoru idarə ediyini, Şahid1 istintaqa verdiyi ifadəsində guya hadisədən sonra sonuncuya yaxınlaşaraq sürücünün onun deyil, ölən şəxslərdən biri olması barədə polisə məlumat verməsini təklif etməsi haqqında göstərdiklərinin yalan olduğunu, Elnurdan belə bir şey xahiş etmədiyini, son zamanlar Şahid1 ondan incikli olması səbəbdən barəsində bu cür həqiqətə uyğun olmayan ifadə verdiyini, traktoru idarə edərkən sərnişinlərdən heç birinin idarəetməyə müdaxilə etmədiyini, yəni bu hadisədə kənar heç kimin təqsiri olmadığını, qeyd edilən hadisənin onun idarəetməni itirməsi səbəbindən baş verdiyini, hadisədən öncə spirtli içki qəbul etmədiyini, hadisə nəticəsində Şahid1 və Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən öldüklərini, özünün müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, Şahid1 və Şahid2 isə heç bir xəsarət almadıqlarını göstərmişdir (cild 1, iş vərəqi 178-181). Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X15 ifadəsində göstərdi ki, o, hadisənin şahidi olmamışdır. Mərhum Zərərçəkmiş şəxs1 onun tqardaşıdır. 24 iyul 2022-ci il tarixdə ona zəng gəlmiş və qardaşının rəhmətə getdiyini bildirmişlər. Bundan sonra o, gedib postdan qardaşının meyitini götürmüş və dəfn eləmişlər. Sualları cavablandıran Əli Abışov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, qardaşının Müşfiqlə bir yerdə işlədiyini, hazırda Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və iddia tələbinin olmadığını, həmçinin notarial qaydada təsdiq olunmuş ərizənin onun tərəfindən verildiyini və həmin ərizənin verilməsi zamanı ona qarşı hər hansı bir təsir olmadığını məhkəməyə bildirdi. Məhkəmə iclaslarının tarixi, vaxtı və yeri barədə məlumatlandırılan iş üzrə digər zərərçəkmiş şəxsin hüquqi varisi X12 məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilmişdir. Samid Abbasov həmin ifadəsində bildirmişdir ki, mərhum oğlu Zərərçəkmiş şəxs2 Samid oğlu təsərrüfat işi ilə əlaqədar bir müddət Laçın rayonuna gedib-gəlmiş, sonuncu dəfə təxminən 21 iyul 2022-ci il tarixdə oğlu yenə də işi ilə əlaqədar olaraq Laçın rayonuna getmişdir. 24 iyul 2022-ci il tarixdə axşam saatlarında tanışlarından xatırlamadığı şəxs ona zəng edərək oğlu Kazımın traktorla qəzaya düşərək ölməsi barədə məlumat vermişdir. Bundan sonra Laçın rayonu ərazisində oğlu Kazımın traktorda sərnişin olarkən traktorun aşdığını və oğlunun öldüyünü eşitmişdir. Kazım təbiətcə sakit oğlan olduğundan heç kəslə münaqişə və ya ədavəti olmamışdır. Hadisə zamanı sürücü olan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Sözügedən hadisə ehtiyatsızlıqdan baş verdiyi üçün onun və mərhum oğlunun digər ailə üzvlərinin Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti, tələbi və iddiaları yoxdur (cild 1, iş vərəqi 151-153). Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, son 6 il ərzində Zərərçəkmiş şəxs1la birlikdə kənd təsərrüfatı işləri məşğul olmuş, Zərərçəkmiş şəxs2 isə təxminən 2 il öncə tanımışdır. Laçın rayonunun Güləbird kəndi ərazisində şirkətin əkdiyi taxıl sahəsinin biçilməsi üçün dəvət olunmuş, 12 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la birlikdə kombaynlarını həmin əraziyə aparmışlar. Təqsirləndirilən şəxs kombaynlarını ilk öncə Şəfa Əliyev idarə etmiş, lakin bir neçə gün sonra Şəfa getdiyindən Təqsirləndirilən şəxs özü gəlib texnikalarını işlətmişdir. 24 iyul 2022-ci il tarixdə səhər saat 08 radələrində o, Zərərçəkmiş şəxs2, Şahid2, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1la birlikdə əraziyə çıxıb taxıl biçininə başlamışlar. Onlar dağlıq ərazidə saat 14 radələrinə kimi taxıl biçmiş, daha sonra iş rəhbəri Şahid3 zəng edərək yağış yağacağı barədə məlumat aldığını bildirib biçini dayandırmalarını tapşırmış, bu səbəbdən onlar işi saxlamışlar. Bu müddətdə onlar kombaynda müəyyən təmir işləri görmüşlər. Onları yataq düşərgəsinə aparacaq nəqliyyat vasitəsinin gecikdiyini görüb Təqsirləndirilən şəxs əkin sahəsində olan şirkətə məxsus traktoru işə salaraq həmin nəqliyyat vasitəsini sürə bildiyini deyib, onları traktorla yataq düşərgəsinə aparmağı təklif etmişdir. Bundan sonra Müşfiq ona artıq olması səbəbindən kabinəyə keçib sürücü oturacağının arxasında dayanmasını demiş, Zərərçəkmiş şəxs1 isə içəridə olan balaca oturacaqda oturmuşdur. Müşfiq Elnura sağ ayaqaltıda dayanmasını tapşırmış, başqa boş yer olmadığından Zərərçəkmiş şəxs2 da sol ayaqaltıda aşağı tərəfdə dayanmışdır. Təqsirləndirilən şəxs traktoru idarə edərək düz yolda hərəkət etməyə başlamış, yolda olarkən Yusif Müşfiqə traktorun əl və ayaq tormuz sistemini yoxlamasını deyəndə, sonuncu tormuz sistemini yoxlayaraq qaydasında olduğunu demişdir. Yolda gedərkən onları aparmaq üçün gələn “Kamaz” markalı nəqliyyat vasitəsi ilə rastlaşmış, bu zaman sürücü Şahid4 dayanmaları üçün işarə vermiş, lakin Təqsirləndirilən şəxs Talehə siqnal verib saxlamayaraq hərəkətə davam etmişdir. Yoxuş aşağı təxminən 15-20 km/saat sürətlə düşərkən Təqsirləndirilən şəxs idarə etdiyi traktorun sürəti get-gedə öz-özünə artmışdır. Bu zaman oradakı şəxslər qışqıraraq Müşfiqə tormozu basmasını bildirmiş, lakin sürət azalmadığından ilk öncə Şahid2 dayandığını yerdən özünü kənara atmış, sonra isə Müşfiq traktoru dayandırmaq üçün sükanı təpəyə doğru çəkmişdir. Traktor birbaşa sağda olan təpəyə qalxıb sola doğru aşmış, elə həmin vaxt Zərərçəkmiş şəxs1 xilas olmaq məqsədi ilə özünü çətinliklə kabinədən kənara atmış, lakin aşmaqda olan traktor sonuncunun üzərinə düşmüş və Yusif traktorun altında sıxılaraq qalmışdır. Traktorun mühərriki işlək vəziyyətdə olduğundan təkərləri fırlanmış və traktoru yerindən tərpədib əks istiqamətə aşırmış, bu zaman Zərərçəkmiş şəxs2 kənara tullananda bu dəfə traktor Zərərçəkmiş şəxs2 üzərinə düşmüş, sonuncu ayaqaltı tərəfdə yerdə sıxılı vəziyyətdə qalmışdır. Bütün bu proseslər zamanı o, traktorun kabinəsində olmuş, çölə çıxa bilməmişdir. Traktorun şüşəsinin qırılıb açıq vəziyyətdə olduğunu görüb həmin yerdən çölə çıxmış, dərhal kömək məqsədi ilə yerdə uzanmış Zərərçəkmiş şəxs1 yaxınlaşıb nəbzini yoxlayanda sonuncunun nəbzinin vurmadığını, yəni öldüyünü müəyyən etmişdir. Zərərçəkmiş şəxs2 isə hərəkətsiz olduğunu görüb, sonuncunun da ölməsindən şübhələnib kömək üçün şirkət işçilərinin olduğu yerə tərəf qaçaraq qışqırıb onları köməyə səsləmişdir. Onun qışqırdığını eşidən Şahid4, Emin Məhərrəmov və digərləri hadisə yerinə gəlmiş, bundan sonra o, baş verən hadisə barədə və Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 ölməsi barədə məlumat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs də bədən xəsarətləri aldığından yolun kənarında uzanmış, Şahid2 isə traktorun yanında dayanmışdır. Bundan sonra hərbi təcili tibbi yardım maşını gəlmiş, Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 baxıb həmin şəxslərin öldüyünü bildirmiş, Təqsirləndirilən şəxs isə səhhəti getdikcə ağırlaşdığından onu xəstəxanaya aparmışlar. Şahid1 ifadəsində hadisə zamanı onun və Şahid2 heç bir xəsarət almadıqlarını, bununla bağlı heç kimə qarşı şikayət və tələblərinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2021-ci ildən Laçın rayonu ərazisində özünə məxsus “Kamaz” markalı yük avtomobili ilə taxıl daşımaqla məşğuldur. Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlı kombayn sürücülərini yalnız üzdən tanımış, onlarla yaxın münasibəti olmamışdır. 24 iyul 2022-ci il tarixdə təxminən 17 radələrində "xxxx" şirkətində nəzarətçi işləyən Şahid3 ona zəng edərək kombayn sürücülərinin Güləbird kəndində, dağlıq ərazidəki taxıl sahəsində qaldıqlarını, yaşayış düşərgəsinə qayıtmaq üçün nəqliyyat vasitəsinin olmadığını bildirib, həmin şəxsləri gedib gətirməsini xahiş etmişdir. Bundan sonra o, həmin əraziyə yola düşmüş, dağlıq əraziyə çatarkən "Claas” markalı yaşıl rəngli traktorla qarşılaşmış, kombayn sürücülərinin həmin traktorun kabinəsinə yığışıb yaşayış düşərgəsinə getdiklərini görüb salamlaşmaq məqsədilə siqnal vermiş, həmin şəxslər də gülə-gülə əl sallayaraq salam verib keçib getmişlər. O, kombayn sürücülərinin traktorla yaşayış düşərgəsinə getdiklərini görüb, Şahid3 zəng edərək kombayn sürücülərinin traktorla aşağı düşdüklərini deyərək, onu həmin yerə boş-boşuna göndərməsinə etirazını bildirmişdir. Seymur olduğu yerdə dayanmasını, məlumat verəcəyini deyəndə, o, nəzarət etmək məqsədilə taxıl sahələrinə baxıb geri qayıdacağını bildirmişdir. O, yoluna davam edib taxıl sahələrinə tərəf getdikdən 15-20 dəqiqə sonra Şahid3 yenidən ona zəng edib traktorun aşması və orada olan şəxslərin xəsarət alması barədə məlumat verərək təcili kömək üçün həmin əraziyə getməsini demişdir. Bundan sonra o, geri qayıdaraq hadisə yerinə getmiş, oraya çatanda həmin traktorun aşmış vəziyyətdə olduğunu, bir nəfərin yolun ortasında yerdə uzandığını, Təqsirləndirilən şəxs uzanıqlı vəziyyətdə sızladığını görmüşdür. Daha sonra hadisə nəticəsində iki şəxsin ölməsi ona məlum olmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 2021-ci ildən "xxxx" MMC-də iş nəzarətçisi kimi işləməklə Laçın rayonu ərazisində fəaliyyət göstərir. Həmin şirkət tərəfindən Laçın rayonunun işğaldan azad edilmiş ərazilərində taxıl əkini həyata keçirilmişdir. Taxıl biçmək üçün onlara kombaynlar lazım olmuş və o, işəmuzd olaraq Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bu işə cəlb etmişdir. Təxminən 12 iyul 2022-ci il tarixdən qeyd edilən şəxslər Güləbird kəndindəki taxıl sahəsində işə başlamışlar. Taxıl sahəsi relyefcə dağlıq ərazidə yerləşdiyindən və oraya gedən yollar pis olduğundan kombayn sürücüləri hər gün tezdən sahəyə getmiş və gün ərzində bir dəfə - yalnız iş günün sonunda yaşayış düşərgəsinə qayıtmışlar. “Claas 630” markalı 20 T 383 dövlət qeydiyyat nişanlı traktor X4 məxsus olmuşdur. Belə ki, Ruslan Rəhimov övladının səhhəti ilə əlaqədar bir neçə gün öncə yaşadığı Göyçay rayonuna getmiş, traktor isə taxıl sahəsində qalmışdır. Traktorun kiməsə maneçilik edəcəyini nəzərə alıb açarı da hər ehtimala qarşı traktorun üzərində saxlamışdır. 24 iyul 2022-ci il tarixdə axşamüstü yağış yağma ehtimalı olmasını nəzərə alıb xatırlamadığı saatda Şahid2 zəng edərək biçini dayandırmalarını və yaşayış düşərgəsinə qayıtmaq üçün hazırlaşmalarını demiş, əlavə olaraq minik avtomobillərinin nasaz olduğunu, bu səbəbdən onların arxasınca “Kamaz” markalı maşın göndərəcəyini bildirmişdir. Bundan sonra həmin şirkətdə «Kamaz» sürücüsü işləyən Şahid4 zəng edərək, taxıl sahəsinə gedib kombayn sürücülərini yataq düşərgəsinə gətirməsini xahiş etmişdir. Şahid4 telefonda onunla razılaşaraq həmin yerə gedəcəyini demiş, lakin təxminən 20-30 dəqiqə sonra Taleh ona zəng edərək həmin kombayn sürücülərinin taxıl sahəsində olan “Claas” markalı yaşıl rəngli 20 T 383 qeydiyyat nişanlı traktorla yaşayış düşərgəsinə getdiklərini, belə olan halda lüzumsuz yerə nəyə görə onu həmin yerə göndərdiyini demişdir. O, bu xəbərə təəccüblənərək kombayn sürücülərinin kimin icazəsi ilə traktoru götürüb sürdüklərini başa düşməmiş, Taleh də bu barədə məlumatı olmadığını bildirmişdir. Təxminən 5 dəqiqə sonra kombayn sürücüsü Şahid2 ona zəng edərək həyəcanlı səslə danışaraq traktorun aşması barədə məlumat vermişdir. O, hadisə zamanı kiminsə xəsarət alıb-almadığını soruşanda, Elnur digər kombayn sürücüsü Zərərçəkmiş şəxs1 öldüyünü demişdir. Həmin vaxt o, Yevlax rayonunda olduğundan hadisə yerinə tez çata bilməyəcəyinə görə Şahid4 və digər əməkdaşlara zəng edib hadisə barədə məlumat verərək kömək üçün ora getməsini tapşırmış, özü də dərhal Laçın rayonuna geri qayıtmışdır. Yolda olarkən Zərərçəkmiş şəxs2 da ölməsi barədə ona məlumat verilmişdir. Bir neçə saatdan sonra hadisə yerinə çatanda traktorun aşmış vəziyyətdə olduğunu, Zərərçəkmiş şəxs1 yolun ortasında, Zərərçəkmiş şəxs2 isə traktorun altında sıxılı vəziyyətdə qaldığını görmüş, lakin Şahid2lə Təqsirləndirilən şəxs orada olmamışdır. Şahid1 hadisə nəticəsində Müşfiqin xəsarət aldığını, təcili yardım maşını ilə xəstəxanaya aparıldığını bildirmişdir. Məhkəmə iclasında şahid X5 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 doğma atasıdır. O, atasından əvvəl xx.xx.2022-ci il tarixdə Şahid1, Şahid2 və Şəfa Əliyevlə birlikdə "Kraun Kor” şirkətində işə başlamış, sonradan həmin yerdə atası Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 da işə başlamışdır. O, atası Zərərçəkmiş şəxs1 və digər yoldaşlara kömək etməklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs həmin yerə gəlməzdən əvvəl sonuncunun kombaynını Şəfa adlı şəxs işlətmiş, təxminən 5 gündən sonra Şəfa işləməyib getdiyindən Təqsirləndirilən şəxs özü kombaynı işlətmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 birlikdə əraziyə çıxıb taxıl biçininə başlamış, o isə evdə qalaraq adıkeçən şəxslərlə əraziyə getməmişdir. Evdə qaldığı zaman atasının “X20” markalı avtomobilini götürüb çay tərəfə düşərək çayda avtomobili yuyub qaldıqları evə qayıtmışdır. Həmin gün saat 18:40 radələrində Zərərçəkmiş şəxs2 ona zəng edib atası Zərərçəkmiş şəxs1 ilə birlikdə işlərini bitirib yaşadqları düşərgəyə qayıtdıqlarını bildirərək evdə siqaret çəkməməsini tapşırmışdır. Bundan az sonra Şahid2 ona zəng edib gəldikləri traktorun yolda aşdığını bildirərək kömək üçün yanında kim varsa götürüb gəlməsini demişdir. O, nə baş verdiyini başa düşməmiş, dərhal anbarda işləyən adlarını bilmədiyi üç nəfər işçini götürüb Güləbird kəndində olan hadisə yerinə getmiş, həmin vaxt Şahid1 dizlərini yerə qoyub əllərini başına vuraraq “getdilər-getdilər” dediyini görmüşdür. O, Emilin yanından keçib aşmış traktora yaxınlaşanda atası Yusf Abışovun yolun ortasında uzandığını və öldüyünü görmüşdür. Hadisənin necə baş verməsi, traktorun kimin sürdüyünü soruşanda, orada olan Şahid2 hadisəni Təqsirləndirilən şəxs törətdiyini demişdir. Daha sonra atası Zərərçəkmiş şəxs1 cəsədinin yanında olmuş, traktora tərəf baxanda isə Zərərçəkmiş şəxs2 traktorun ayaqaltısında sıxılmış vəziyyətdə qalıb öldüyünü görmüşdür. Hadisə yerində dayanıb polislərin gəlməsini gözləmiş, polislər gəldikdən sonra mərhumların cəsədləri xəstəxanaya aparılaraq müayinə olunmuşdur (cild 1, iş vərəqi 86-89). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokola əsasən, yol-nəqliyyat hadisəsi Laçın rayonunun Güləbird kəndi ərazisində baş vermişdir. Sözügedən kəndin yolu örtüksüzdür (torpaqlıdır), yolda hər hansı yol hərəkət nişanı, həmçinin üfüqi nişanlanma xətti yoxdur. Hadisə zamanı Zərərçəkmiş şəxs1 “Claas-630” markalı 20 T 383 dövlət qeydiyyat nişanlı traktordan yerə yıxıldıqdan sonra sözügedən nəqliyyat vasitəsi aşaraq sonuncunun üzərindən keçmiş, sonra təkrarən ön tərəfi sağ istiqamətə sağ yanı üstə aşaraq dayanmış, bu zaman Kazm Abbasov həmin traktorun arxa sağ təkərin ön hissəsində ayaqaltının dəmiri altında sıxılaraq həmin yerdə qalmışdır. Hadisə yerində üzü Qubadlı rayonu, Muradxanlı kəndi istiqamətinə yolun sağ hissəsi təpəlik, sol hissəsi isə eniş formasında boş sahəliklə əhatələnmişdir. Hadisə baş verən yerdə hər hansı yol kəsişməsi yoxdur. Yol örtüyünün eni 7.20 metr, hərəkət hissəsinin eni isə 5.10 metrdir. “Claas-630” markalı 20 T 383 dövlət qeydiyyat nişanlı traktordan Zərərçəkmiş şəxs1 düşdüyü yer üzü Qubadlı rayonu, Muradxanlı kəndi istiqamətinə gedən yol, hadisədən sonra Zərərçəkmiş şəxs1 uzandığı yer yolun soluna 3.50 metr, yolun sağına isə 2.30 metrdir. Zərərçəkmiş şəxs1 avtomobildən düşdükdən sonra uzanmış olduğu yer ilə traktorun dayanmış olduğu yer arasında məsafə 2.50 metr olmuşdur. Hadisə yerində yolun işlək vəziyyətdə olması səbəbi ilə tormoz izi aşkar edilməmiş, həmçinin hadisə baş verən ərazidə enişin başlanğıc hissəsindən sözügedən traktorun torpaq örtükdə 85 metr məsafədə şin izləri mövcud olmuşdur. Traktorun aşmış olduğu yer hadisə yeri kimi götürülmüşdür. İzlərə əsasən, “Claas-630” markalı 20 T 383 dövlət qeydiyyat nişanlı traktor enişdən üzüaşağı düşərkən əvvəlcə sağ tərəfdəki təpəliyə qalxmış, sonra sol tərəfə aşmış, mühərrikin işlək vəziyyətdə qalması səbəbindən təkərlər hərəkət edib sonra traktor yenidən sağ tərəfi üstə aşmışdır. Baxış zamanı həmin traktorun sağ və sol yan güzgülərinin, şüşəsinin, damın ağ rəngli hissələrinin sınması müəyyən edilmişdir (cild 1, iş vərəqi 5-15). Məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 19/22 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs1 bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - Kəllə tağı və üz skelet sümüklərinin kəllə əsası sümüklərinə keçən çoxsaylı, xətti, qəlpəli sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, alın, ənsə və sol bud nahiyələrinin əzilmiş yarası, kürək nahiyəsinin sıyrıqları. - Qeyd olunan xəsarətlər ətraf yumşaq toxumalara yayılmış qansızmalarm olmasına görə həyatidir, onun ölümündən az əvvəl ağır küt travma nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. - Zərərçəkmiş şəxs1 ölümünə səbəb baş beyin toxumasının əzilməsi və ağır travmatik şok olmuşdur. - Zərərçəkmiş şəxs1 meyitində nəqliyyat travmalarından savayı, digər hər hansı bir xəsarət aşkar olunmamışdır. - Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qan nümunəsində məhkəmə-kimya tədqiqatı zamanı etil spirti və narkotik tərkibli maddələr aşkar olunmamışdır. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsasən, Zərərçəkmiş şəxs1 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir (cild 1, iş vərəqi 108-112). Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 20/22 nömrəli rəyinə əsasən, mərhum Zərərçəkmiş şəxs2 bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - Kəllə tağı sümüklərinin kəllə əsası sümüklərinə keçən xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, alın, ənsə, sol gicgah və sağ almacıq nahiyələrinin əzilmiş yarası, bədən səthinin çoxsaylı sıyrıqları. - Qeyd olunan xəsarətlər ətraf yumşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən az əvvəl ağır küt travma nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. - Zərərçəkmiş şəxs2 ölümünə səbəb baş beyin toxumasının əzilməsi və ağır travmatik şok olmuşdur. - Zərərçəkmiş şəxs2 meyitində nəqliyyat travmalarından savayı, digər hər hansı bir xəsarət aşkar olunmamışdır. - Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qan nümunəsində məhkəmə-kimya tədqiqatı zamanı etil spirti və narkotik tərkibli maddələr aşkar olunmamışdır. - Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, Zərərçəkmiş şəxs2 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir (cild 1, iş vərəqi 114-118). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/2282 nömrəli rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: İstintaq tərəfindən təqdim olunmuş məlumatlar əsasında mövcud şəraitdə hərəkətin təhlükəsizliyinin təmin olunması və hadisənin qarşısının alınması məqsədilə sürücü Təqsirləndirilən şəxs "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini rəhbər tutaraq diqqətini daim dəyişən yol şəraitindən və traktorun idarə olunmasından ayırmamalı, yolun enişli olmasını nəzərə alaraq traktoru hərəkətin təhlükəsizliyini təmin edə biləcəyinə əmin olduğu vəziyyətdə idarə etməli və traktorun yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli idi. Lakin istintaq tərəfindən göstərildiyi kimi, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Claas 630” markalı traktoru qeyd olunan yol şəraitində hərəkət etdirərkən traktorun yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməməsi, idarəetməni itirməsi və traktoru yolun sağ tərəfinə aşırması onu izah edir ki, mövcud şəraitdə hadisənin baş verməsi sürücü Təqsirləndirilən şəxs hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarə etmə hərəkətləri ilə əlaqədar olmuşdur. Ona görə də, "Claas 630” markalı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Baxışa təqdim olunmuş "Claas 630” markalı 20 T 383 dövlət qeydiyyat nişanlı traktorun sükan sistemi texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Yəni traktorun tormoz sisteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, «Claas 630» markalı 20 T 383 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Claas 630” markalı traktorun kabinasında dörd nəfər sərnişin daşıdığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, iş vərəqi 142-144). Cinayət işinə əlavə edilmiş SV018101 seriyalı T, TK, TT, H, HT kateqoriyalı “Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi”nə əsasən, xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs təkərli traktorları idarə etmək hüququ olmuşdur (cild 1, iş vərəqi 182). Goranboy rayon Mərkəzi xəstəxanasının xx.xx.2022-ci il tarixli 1340 nömrəli arayışına əsasən, Əliyev X9 rayon Mərkəzi xəstəxanasının Poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda deyildir (cild 1, iş vərəqi 202-203). İstintaq zamanı mərhum Zərərçəkmiş şəxs1 qardaşı X15 və mərhum Zərərçəkmiş şəxs2 atası X12 xx.xx.2022-ci il tarixli qərarlarla zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışlar (cild 1, iş vərəqi 56, 67). İbtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məxsus SV seriyalı 018101 nömrəli “T, TK, TT, H, HT” kateqoriyalı sürücülük vəsiqəsi iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 207-208). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 hüquqi varisi X10 xx.xx.2022-ci il tarixdə Laçın RPŞ-yə verdiyi ərizəyə və məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq olunan 26 may 2023-cü il tarixli ərizəyə əsasən, Zərərçəkmiş şəxs1 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı özünün və sonuncunun digər ailə üzvlərinin Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar, gələcəkdə də bununla bağlı heç bir tələbi və şikayəti olmayacaqdır. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 hüquqi varisi X8 xx.xx.2022-ci il tarixdə Laçın RPŞyə verdiyi ərizəyə və məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq olunan 26 may 2023-cü il tarixli ərizəyə əsasən, Zərərçəkmiş şəxs2 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı özünün və sonuncunun digər ailə üzvlərinin Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar, gələcəkdə də bununla bağlı heç bir tələbi və şikayəti olmayacaqdır. Cinayət işində olan xx.xx.2022-ci il tarixli 64 saylı arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Əliyev X9 rayonunun Goranlı kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı X1 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir (cild 1, iş vərəqi 200-201). İş materiallarına əlavə edilmiş “Azərbaycan Qarabağ Müharibəsi əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi” tərəfindən verilmiş 21 yanvar 2021-ci il tarixli MV № 019720 saylı vəsiqəyə əsasən Təqsirləndirilən şəxs müharibə veteranı statusu vardır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0175t №-li 04 sentyabr 2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, “Azərbaycan Vətən Müharibəsi X6” tərəfindən verilmiş 700 №-li 20 sentyabr 2018-ci il tarixli vəsiqəyə əsasən “Müharibə Veteranı” medalı, həmin İctimai birlik tərəfindən verilmiş 693 №-li 20 sentyabr 2018-ci il tarixli vəsiqəyə əsasən “Milli Ordu - 100” medalı ilə təltif olunmuşdur (cild 1, iş vərəqi 124-126). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir (cild 1, iş vərəqi 155-156). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək müdafiəsi üçün dəlillər gətirmədi. Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 26-cı maddəsinin tələblərinə görə, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varislərlə barışıq əldə edilməsini və 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını, həmçinin müharibə veteranı olmaqla müxtəlif medallarla təltif edilməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, yol-nəqliyyat hadisəsinin işğaldan azad edilmiş çətin relyefli dağlıq ərazidə, yolsuzluq şəraitində baş verməsini, təqsirləndirilən şəxsin xəstə iş yoldaşına və dağlıq ərazidən yaşayış düşərgəsinə getmək istəyən digər iş yoldaşlarına xoş niyyət göstərərək nəqliyyat vasitəsini idarə etməsini, törətdiyi əməldən səmimi peşman olmasını, həmçinin barəsində yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin olunmasını mükmün hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinin tələbinə görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Cinayət-prosessual qanunvekriciliyinin qeyd olunan müddəasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işi üzrə maddi sübut - Təqsirləndirilən şəxs məxsus SV seriyalı, 018101 nömrəli, “T, TK, TT, H, HT” kateqoriyalı sürücülük vəsiqəsinin əsli cinayət işinin materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra əlavə cəzanın icrası ilə əlaqədar müvafiq icra qurumuna göndərilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatlarına görə 230 (iki yüz otuz) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 230 (iki yüz otuz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, vurulmuş maddi ziyanın ödənilməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azadlıqdan məhrum etmə cəzasına aid hissədə hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut - Təqsirləndirilən şəxs məxsus olan SV seriyalı 018101 nömrəli "T, TK, TT, H, HT" kateqoriyalı sürücülük vəsiqəsinin əsli cinayət işinin materiallarında saxlanılsın və hökm qanuni qüvvəyə mindikdən sonra əlavə cəzanın icrası ilə əlaqədar Goranboy rayon İcra və probasiya şöbəsinə göndərilsin. Məhkəmə məsrəfləri hesab edilən 230 (iki yüz otuz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, vurulmuş maddi ziyanın ödənilməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-330/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-330/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver