Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-331/2020 03.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov x11 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi x6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1964-cü il tarixdə Abşeron rayonunun Giləzi kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, əvvəllər məhkum olunmuş (x3 Vilayətinin İvdel şəhər məhkəməsinin 3 iyun 1992-ci il tarixli hökmü ilə RSFSR Cinayət Məcəlləsinin 193-cü maddəsinin 2-ci hissəsi ilə 19 (on doqquz) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hökm 21 sentyabr 2006-cı il tarixdə qanuni qüvvəyə minmiş, Nizami rayon məhkəməsinin 8 oktyabr 2010-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş) məhkumluğu ödənilmiş, Xızı rayonunun Giləzi qəsəbəsində qeydiyyatda olan, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı külli miqdarında, həmçinin 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu silahı, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraq, 70 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı və döyüş sursatı hesab olunan patronları əldə etmiş və saxlamışdır. Beləki, Təqsirləndirilən şəxs satış məqsədi istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ayrı-ayrılıqda 540,00 qram və 5,993 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1 ədəd zavod üsulu ilə hazırlanmış texniki cəhətdən saz olan, 9 mm kalibrli, Makarov modelli, istehsal nömrəsi silinmiş, odlu silah hesab edilən və təyinatı üzrə istifadə üçün yararlı olan tapançanı və 5 ədəd zavod üsulu ilə istehsal edilmiş atəşə yararlı, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik yivli odlu tapançalarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronları əldə edib qanunsuz olaraq üzərində daşımış, bundan başqa istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 65 ədəd zavod üsulu ilə istehsal edilmiş atəşə yararlı, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik yivli odlu tapançalarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronları əldə edib qanunsuz olaraq yaşadığı evin girişdən soldakı otağının taxta döşəməsinin altında saxlamış, 19 sentyabr 2019-cu il tarixdə onun yaşadığı Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evində təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman evin mətbəxində olan jurnal masasının aşağı gözündən təmiz çəkisi 5,993 qram narkotik vasitə olan qurudulmuş marixuana, evin girişdən soldakı otağının taxta döşəməsinin altında gizlədilmiş 65 ədəd zavod üsulu ilə istehsal edilmiş atəşə yararlı, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik yivli odlu tapançalarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar, 20 sentyabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində saxlanılarkən üzərindən 1 ədəd zavod üsulu ilə hazırlanmış texniki cəhətdən saz olan , 9 mm kalibrli, Makarov modelli, istehsal nömrəsi silinmiş, odlu silah hesab edilən və təyinatı üzrə istifadə üçün yararlı olan tapança və 5 ədəd zavod üsulu ilə istehsal edilmiş atəşə yararlı, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik yivli odlu tapançalarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar və daxil olmuş əməliyyat məlumatı əsasında 28 sentyabr 2019-cu il tarixdə Xızı rayon məhkəməsinin müvafiq qərarına əsasən yaşadığı evin həyətyanı sahəsində aparılmış axtarış və götürmə istintaq hərəkəti zamanı evin həyətyanı sahəsində olan ot tayasının arasından qara rəngli polietilen paketin içərisində təmiz çəkisi 540 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 sentyabr 2019-cu il tarixdə səhər saat 7:00 radələrində əkin sahəsini sulamaq üçün yaşadığı evdən çıxmış və Giləzi qəsəbə sakini, əvvəllər tanıdığı Şahid1 qəsəbədə yolun qırağında yerləşən mağazanın qarşısında görmüşdür. Mədət özünə məxsus qırmızı rəngli “VAZ-21099” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə olmuşdur. O, Mədətə Xızı rayonunun Tıx çayının yanına əkin sulamağa getmək istədiyini demişdir. Mədət etiraz etməmiş və sonra onun avtomobilinə əyləşib Giləzi qəsəbindən keçən Tıx çayının yanına getmişlər. O, evdən çıxan zaman özü ilə istifadə etmək üçün təxminən 1 qram narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı evdə gizlətdiyi 1 ədəd “Makarov” tipli tapança və içərisində 5 ədəd patron olan sandığı da götürmüşdür. Tapançanı sağ böyür tərəfindən qayışına keçirtmiş, gecədən “MAGNUM” markalı siqaret qutusunun içərisinə doldurduğu marixuananı isə siqaret qutusu ilə birlikdə özü ilə götürüb gödəkcəsinin cibinə qoymuşdur. Bir müddət orada əkin sahəsini suladıqdan sonra həmin marixuananı çəkmək qərarına gəlmişdir. Mədət ondan uzaqda əkini sulamaq ilə məşğul olmuşdur. O, marixuananı 2-3 dəqiqəyə çəkib qurtarmışdır. Mədət əkini sulayıb qurtardıqdan sonra axşam saat 8:00 radələrində kəndə qayıtmaq üçün yola çıxmışlar. Giləzi qəsəbəsinin yuxarı hissəsindən keçən torpaq yola çıxan zaman polis əməkdaşları onları saxlamış və şübhəli olduqlarını bildirib avtomobildən düşmələrini xahiş etmişlər. Polislərin onu yaxalayacağından və üzərində olan silahı tapa biləcəklərindən qorxub dərhal oradan əkin sahələrinin arası ilə Giləzi qəsəbəsi istiqamətində qaçmışdır. Qəsəbənin girəcəyində qəsəbə sakini Dadaş adlı şəxsin öz avtomobili ilə ona tərəf gəldiyini görmüş və əlində olan silahı ona nümayiş etdirib onu oradan uzaqlaşdırmasını tələb etmişdir. Dadaş dərhal avtomobili saxlamış, o, avtomobilə əyləşmiş və oradan uzaqlaşmışlar. Yolda Dadaşa onu məhəlləsinə aparmasını demişdir. Məhəllədə avtomobildən düşüb evə getmiş və saat 22:00 radələrində evə çatmışdır. Evdə heç kimin olmadığını görüb tələsik olaraq həyətdə olan arxa qapıdan çıxıb getmiş və Bakı-Quba yolunda yol maşınları ilə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsinə getmişdir. Qəsəbədə kafelərdən birində oturub yemək yemişdir. Həmin gün Hacı Zeynalabdin qəsəbəsində gəzib səhərə qədər yatmamışdır. Səhər saat 8:00 radələrində qohumu Rövşənə zəng edib onu bərbərə aparmasını xahiş etmişdir. Sonra Rövşənlə Hacı Zeynalabdin qəsəbəsində “Bulaq” deyilən ərazidə görüşmüşdür. Rövşən həmin yerə özünə məxsus “VAZ-2109” markalı avtomobillə gəlmişdir. O, avtomobilə əyləşib bərbərə gedərkən yolda polis əməkdaşları Rövşənin avtomobilini saxlamış və sonra onun üst-başını axtarmağa başlamışlar. Polis əməkdaşları “Makarov” tapançasını içərisində olan 5 ədəd patronla birlikdə götürmüş və sonra da onu Rövşənlə birlikdə Xızı rayon Polis Şöbəsinə gətirmişlər. Yaşadığı evdən aşkar olunaraq götürülmüş 5,993 qram qurudulmuş marixuananı Giləzi qəsəbəsindəki məhəllələrində yerdən tapmışdır. Həmin narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır. Əkin yerlərinə gedərkən vəhşi heyvanlardan qorunmaq “Makarov” tipli tapançanı da götürmüşdür. 27 sentyabr 2019-cu il tarixdə yaşadığı evin həyətyanı sahəsində olan ot tayasının arasından aşkar olunmuş 540 qram qurudulmuş marixuananı həmin yerə o qoymamışdır. 540 qram qurudulmuş marixuananı həmin yerə kimin qoyduğunu bilmir. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. 2010-cu ildə həbsdən çıxandan sonra evdə olan işlənməyən samovarın içərisinə baxan zaman əskiyə bükülmüş vəziyyətdə tapança, tapançanın şompulu, 2 ədəd “Makarov” markalı tapança üçün nəzərdə tutulan sandıq, 75-ə yaxın patron və 2 ədəd tapança qoburu görmüş, sonra da həmin silah-sursatı oradan götürüb evin zirzəməsində gizlətmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 19 sentyabr 2019-cu il tarixdə saat 8:30 radələrində iş yoldaşı Fərid Rüstəmovun idarə etdiyi “Lada-Priora” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Giləzi qəsəbəsindən Xızı şəhəri istiqamətində gələrkən Giləzi-Xızı yolunun 2-ci km-də Xızı RPŞ-nin PPXT-nin polis nəfərləri Şahid4 və Şahid5 onların avtomobilinə əl işarəsi etdikdə avtomobili yolun kənarında saxlamışlar. Bu zaman avtomobilə yaxınlaşan Şahid4 bildirmişdir ki, bir neçə dəqiqə əvvəl hərbi hissə istiqamətindən yola çıxan “VAZ-2109” markalı avtomobil şübhə doğurduğundan onlar tərəfindən saxlanılaraq avtomobildə olan iki nəfər şəxsdən yerə düşmələri və avtomobilin yük yerini açmaları xahiş edilmiş, bu vaxt avtomobildə sərnişin olan Giləzi qəsəbə sakini Ağagül adlı şəxs şalvarının arxa tərəfindən qəflətən “Makarov” tipli tapançanı çıxarıb onlara nümayiş etdirərək onu buraxmayacaqları təqdirdə onları vuracağı ilə hədələmiş, onlar da həmin şəxsin əlində odlu silah olduğu üçün onun qaçıb getməyinə mane ola bilməmiş və hazırda Ağagülün əkin sahəsinin içərisi ilə əlində silah Siyəzən rayonu istiqamətində qaçır. O da bu vaxt Siyəzən rayonu istiqamətində əkin sahəsinin içərisi ilə onlardan təxminən 600 metr uzaqlıqda bir nəfər şəxsin Giləzi qəsəbəsi istiqamətində qaçdığını görmüşdür. Bundan sonra o, dərhal avtomobildən düşüb bu barədə şöbə rəisi Faiq Hüseynova məruzə etdikdən sonra həmin şəxsin saxlanılması üçün ona tərəf əkin sahəsinin içərisi ilə qaçmağa başlamışdır. O, həmin vaxt mülki geyimdə olmuş və üzərində xidməti silahı olmamışdır. Ağagül ona tərəf gəldiyini görüb üzü kənd istiqamətində qaçmağa başlamışdır. O, Ağagülü təqib edərək ona təxminən 60-70 metr məsafədə yaxınlaşdıqda Ağagülün sağ əlində görünüşünə görə “Makarov” tipli tapança tutduğunu açıqaydın görüb onu ehtiyatla təqib etməyə başlamışdır. Sonra uca səslə Ağagülə polis əməkdaşı olduğunu bildirib əlində tutduğu tapançanı yerə atıb təslim olmasını tələb etmiş və yenə də arxasınca qaçaraq ona məsuliyyətdən yaxa qurtara bilməyəcəyini və ən yaxşı yolun dayanıb silahı ataraq təslim olmaq olduğunu izah etmişdir. Lakin Ağagül onun tələbinə tabe olmayaraq ona “ölmək istəmirsənsə mənim arxamca gəlmə” sözlərini demişdir. Bu minvalla təxminən 35-40 metr ara məsafəsi saxlamaqla qaçaraq Ağagülü təqib etmişdir. Təxminən 3-4 km məsafə qət etdikdən sonra Ağagül adlı şəxs Giləzi qəsəbəsinin asfalt yoluna çıxmışdır. O, Ağagülə çatıb təxminən 30 metr məsafə qalmış dayanmış, əlində odlu silah olduğuna və ona atəş açma ehtimalına görə ona yaxınlaşa bilməmişdir. Ağagül taqətsiz halda bir qədər aşağı əyilib əlində tutduğu tapançanı ona tərəf tuşlayaraq ona yaxınlaşacağı halda atəş açacağını bildirmişdir. Bu vaxt o, yaşıl rəngli “VAZ-2106” markalı üzərində taksi nişanı olan avtomobilin Ağagülə tərəf gəldiyini görmüşdür. Ağagül dərhal taksiyə əl işarəsi ilə saxlamağı dedikdə o, uca səslə taksi sürücüsünə polis əməkdaşı olduğunu, ona əl işarəsi edən şəxsin əlində odlu silah olduğundan avtomobili saxlamadan sürüb getməsini bir neçə dəfə təkrar etməklə tələb etmişdir. Lakin taksi sürücüsü onun xəbərdarlığına məhəl qoymayaraq avtomobili Ağagülün yanında saxlamış və o, dərhal sürücünün yanında əyləşən kimi taksi sürücüsü avtomobili arxa küçə ilə idarə edib gözdən itmişdir. O, piyada olduğu üçün həmin avtomobilə çata bilməmişdir. Bir qədər sonra oraya Xızı RPŞ-nin rəisi və şöbənin əməkdaşları gəlmiş və Ağagülün axtarışına başlanılmışdır. Daha sonra RPŞ-nin müstəntiqi tərəfindən Ağagülün yaşadığı evdə Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq axtarış və götürmə istintaq hərəkəti aparılmış və evdə otaqlardan birinin döşəməsindəki oyuqdan ümumi sayı 65 ədəd olan 9 mm-lik patron, 2 ədəd tapança qabı, 1 ədəd “Makarov” tipli tapançaya aid daraq, 1 ədəd qəhvəyi rəngli tutacaqlı açılıb-qatlanan bıçaq, evin mətbəxində olan jurnal masasının aşağı gözündən dəftər kağızı parçasına bükülmüş və qurudulmuş marixuanaya bənzər qurudulmuş yaşıl rəngli ot kütləsi, əlavə olaraq dəftər kağızının parçasına bükülmüş qurudulmuş halda yaşıl və qəhvəyi rəngli ot kütləsi, 1 ədəd üzərində “Novocaine” sözü yazılmış və içərisi boş olan istifadə olunmuş dərman şüşəsi, 2 ədəd istifadə olunmuş inyeksiya vasitəsi (şpris), üzərində “... Limon Salt ...” sözləri yazılmış qablaşdırmanın içərisində ağ kristal kütlə və son olaraq mətbəxdəki divanın üstündə olan qəhvəyi rəngli balışın üzərində 1 ədəd qara rəngli qış papağından kustar üsulla hazırlanmış, gözləri və ağız yerində dəliklər açılmış maska aşkar olunaraq götürülmüşdür. 20 sentyabr 2019-cu il tarixdə axşam saat 10 radələrində isə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağayev x8 şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində olduğu vaxt yaxalanmış və onun üzərindən “Makarov” tipli tapança və içərisindəki daraqda 5 ədəd 9 mm kalibrli patron aşkar olunmuşdur. Sonra da həmin şəxs maddi sübutlarla birlikdə barəsində qanuni tədbir görülməsi məqsədilə Xızı RPŞ-nin İstintaq Qrupuna təhvil verilmişdir. Hal şahidlərinin iştirakı ilə Ağagülün evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs evində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə olmuşdur. Hal şahidləri müstəntiq tərəfindən çağırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6, Şahid8 və Şahid7 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 19 sentyabr 2019-cu il tarixdə saat 8:30 radələrində iş yoldaşları Şahid5, Rəmzi Salahov və Elvin Arifbəyli ilə birlikdə Elvinə məxsus “VAZ-2121 Niva” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Giləzi qəsəbəsindən xidməti iş yerləri olan Xızı rayon Polis Şöbəsinə gələrkən əsas yola tərəf “VAZ-2109” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüşlər. Həmin istiqamətdə hərbi hissə yerləşdiyindən və son vaxtlar hərbi hissədən əlvan metal oğurluğu çox olduğundan avtomobili saxlatdırmışlar. Avtomobildə olan 2 nəfər şəxsdən yerə düşmələrini və avtomobilin yük yerini açmalarını xahiş etmişdir. Bu zaman avtomobildə sərnişin olan, sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs şalvarının arxa tərəfindən qəflətən “Makarov” tipli tapançanı çıxarıb onlara nümayiş etdirərək onu buraxmayacaqları halda onları vura biləcəyini demiş və sonra da Siyəzən rayonu istiqamətində qaçmağa başlamışdır. Ağagülün əlində silah olduğu üçün onun qaçıb getməsinə mane ola bilməmişlər. Bu vaxt şöbənin Təhqiqat Qrupunun təhqiqatçısı Fərid Rüstəmovun avtomobili ilə onlara tərəf gəldiyini görüb avtomobili saxlatmışlar. Həmin avtomobildə şöbənin baş təhqiqatçısı Şahid3 də olmuşdur. Onlar həmin polis əməkdaşlarına baş verənləri danışmışlar. Şahid3 isə dərhal şöbənin rəisinə məruzə edib Ağagülün arxasınca qaçmağa başlamışdır. Sonra da şöbə rəisinin göstərişinə əsasən bütün şəxsi heyət Ağagülün axtarışına cəlb olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, **- BA-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili ilə qəsəbədə taksi fəaliyyəti ilə məşğul olur. 19 sentyabr 2019-cu il tarixdə saat 7:00 radələrində qəsəbə sakini Təqsirləndirilən şəxs ona zəng edərək onu Giləzi qəsəbəsində Tıx çayının yanında yerləşən əkin sahəsinə aparmağını ondan xahiş etmişdir. Bundan sonra o, qəsəbədə Ağagül ilə görüşüb onunla birlikdə həmin yerə getmişlər. O özü də orada əkin sahəsini suvarmaq ilə məşğul olmuşdur. Bir müddət sonra Ağagül onu qəsəbəyə aparmağını ondan xahiş etmişdir. Onlar avtomobilə minib getdikdən sonra Giləzi- Xızı yoluna çıxan zaman polis əməkdaşları onları saxlamışlar. İlk olaraq Ağagül avtomobildən düşüb polis əməkdaşlarına tərəf getmişdir. Sonra da o, avtomobildən düşmüş və bu vaxt Ağagülün əlində silah görmüşdür. O, silahı polis əməkdaşlarına göstərib “yaxın gəlməyin, silahım var” sözlərini demiş və sonra da əkin sahələrinin arası ilə Giləzi qəsəbəsi istiqamətində qaçmışdır. Polislər də Ağagülün arxasınca getmişlər. Ağagülün polis əməkdaşlarından nəyə görə qaçdığını bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 19 sentyabr 2019-cu il tarixdə saat 9:00 radələrində “VAZ-2106” markalı **-DF-*** nömrəli qeydiyyat nişanlı avtomobilini idarə edərək köhnə hamamın küçəsinə çıxıb Giləzi dairəsi istiqamətində saatda 10-20 km sürətlə hərəkət etməyə başlayaraq öz küçələrindən çıxandan sonra 50-60 metr getmiş və təxminən 10 metr məsafədə həmkəndlisi Ağagülü sağ əlində tapança tutan vəziyyətdə görmüşdür. Ağagül ondan avtomobili saxlamağı tələb etmiş, həmin vaxt Ağagüldən təxminən 25- 20 metr məsafədə göy rəngli mülki geyimdə olan bir nəfər şəxsin ona tərəf uca səslə nəsə deyərək əl hərəkətləri ilə işarə verdiyini görmüş, lakin həmin şəxsin nə demək istədiyini başa düşməmişdir. O, Ağagülün əlində silah olduğunu gördüyü üçün qorxub onun yanında avtomobili saxlamışdır. Ağagül avtomobilin yarı açıq vəziyyətdə olan qabaq sağ şüşəsindən sağ əlində tutduğu tapançanı ona nümayiş etdirərək “evə tərəf sür” demiş və qapını açıb qabaq tərəfdə onun yanında əyləşmişdir. Ağagül avtomobilə əyləşən kimi tapançanın ucunu ona tərəf tuşlayıb ondan təcili sürməyi tələb etmişdir. O, qorxduğu üçün avtomobili Ağagülün yaşadığı evə tərəf sürmüşdür. Təxminən 3-4 dəqiqə sonra Ağagülün evinin qabağına çatmışlar. O, avtomobili Ağagülün evinin qarşısında saxlayan kimi sonuncu avtomobildən düşmüş və o da Ağagülə baxmadan avtomobili idarə edib Giləzi poçtu istiqamətində asfalt yola çıxmışdır. Yola çıxıb Giləzi dairəsi istiqamətində getdiyi zaman polis əməkdaşları onu saxlayıb silahlı cinayətkarı qaçırdığı üçün onu Polis Şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2019-cu il tarixli 23950 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş ...” sözləri yazılmış zərfdə sellofanın içərisində bir ədəd kağız bükülüdə təmiz çəkisi 5,993 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmin zərfdəki sellofanda bir ədəd kağız bükülüdə tütün hissəcikləri və təmiz çəkisi 0,217 qram olan bitki hissəcikləri narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nakotik vasitə olan marixuanadır (Qeyd: Marixuananın ümumi təmiz çəkisi 6,21 qram, cəmi tədqiqata sərf edildi 0,06 qram, hər bükülüdən 0,03 qram götürüldü, qalıq 6,15 qram, cild 1, iş vərəqə 47-48). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2019-cu il tarixli 24598 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən ...” sözləri yazılmış qara rəngli sellofanın içərisində təmiz çəkisi 540,00 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (Qeyd: Marixuananın təmiz çəkisi 540 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 539,95 qram, cild 1, iş vərəqə 151). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2019-cu il tarixli 24136 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş, soyuq silah hesab edilməmişdir (cild 1, iş vərəqə 171- 172). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 2 oktyabr 2019-cu il tarixli 19/388 R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd silah zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində 1979-cu ildə istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır; tədqiqata təqdim edilmiş 2 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır; tədqiqata təqdim edilmiş 70 ədəd patronlar zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 9x18 kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır; ekstremal atəşlər zamanı əldə edilmiş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən gülləgiliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə və tədqiqata təqdim edilmiş ********* saylı cinayət işi üzrə naddi sübut hesab olunan, hadisə yerindən götürülmüş 1 ədəd 9x18 mm kalibrli patronun atılmış güllə və gilizi ilə müqayisəli tədqiqat aparılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (cild 1, iş vərəqə 157-164). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2019-cu il tarixli 24820 nömrəli ekspert rəyindən görünür ki, 1. Tədqiqata təqdim olunmuş kağız paketdə ağ kağız üzərində “... Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar olunan ...” sözləri yazılmış qara rəngli sellofanda təmiz çəkisi 540,00 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 2. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “... Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar olunan ...” sözləri yazılmış qara rəngli sellofanda və üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş ... ” sözləri yazılmış zərfdə iki ədəd kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidir (Qeyd: Marixuananın təmiz çəkisi 546,1 qram, tədqiqata sərf edildi 0,06 qram, qalıq 546,04 qram, cild 1, iş vərəqə 245-246). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2019-cu il tarixli 24215 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş ...” sözləri yazılmış bir ədəd zərfdəki iki birdəfəlik şprisin və bir ədəd üzərində “Novocaine” sözü yazılmış sınıq şüşə ampulanın içərisində narkotik vasitə olan heroinin izləri vardır, bir ədəd bükümdə təmiz çəkisi 2,791 qram olan ağ rəngli maddə limon turşusudur. Limon turşusu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisinə idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”-na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”-na daxil deyildir (cild 1, iş vərəqə 228-229). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik x4 Məhkəmə Psixiatrik Ekspertizasının 6 dekabr 2019-cu il tarixli 2539 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 45-46). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator x1 5 dekabr 2019-cu il tarixli 2889 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 47-48). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 26 dekabr 2019-cu il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən və evin həyətyanı sahəsində olan ot tayasının arasından aşkar olunmuş ayrı-ayrılıqda çəkiləri 5,993 və 540 qram olan qurudulmuş marixuananın mənbəni müəyyən etmək məqsədi ilə cinayət işinin materiallarından əlavə material ayrılmışdır (cild 2, iş vərəqə 54-60). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində olan jurnal masasının aşağı gözündən aşkar olunmuş 5,993 qram narkotik vasitə olan qurudulmuş marixuana, onun yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş 540 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin onun yaşadığı evdən aşkar olunmuş 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu silahı, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraq, 70 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı və döyüş sursatı hesab olunan patronlar maddi sübut kimi tanınaraq saxlanılmasıüçün Xızı rayon Polis Şöbəsinə təhvil verilmişdir (cild 1, iş vərəqə 234-236). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x2 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs x3 vilayətinin İvdel şəhər məhkəməsinin 3 iyun 1992-ci il tarixli hökmü ilə RSFSR Cinayət Məcəlləsinin 193-cü maddəsinin 2-ci hissəsi ilə 19 (on doqquz) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hökm 21 sentyabr 2006-cı il tarixdə qüvvəyə minmiş, Nizami rayon Məhkəməsinin 8 oktyabr 2010-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqə 117-119). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir (cild 2, iş vərəqə 1). Məhkəmə Təqsirləndirilən şəxs 3-cü qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Xızı rayon məhkəməsinin 21 sentyabr 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 senyabr 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 100-102). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni 20 sentyabr 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 388,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Xızı rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs evindənaşkaredilmiş5,993 qram narkotik vasitə olan qurudulmuş marixuana, onun yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş 540 qram narkotik vasitə olan qurudulmuş marixuana Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməli, 1 ədəd silah zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu silah, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraq, 70 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı və döyüş sursatı hesab olunan patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 388,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ərazi üzrə üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xızı rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs evindənaşkaredilmiş5,993 qram narkotik vasitə olan qurudulmuş marixuana, onun yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş 540 qram narkotik vasitə olan qurudulmuş marixuana Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilsin, 1 ədəd silah zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu silah, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraq, 70 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı və döyüş sursatı hesab olunan patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-331/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-331/2020
03.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver