Məhkəmə qərarları › İş №1(101)-331/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-331/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-331/2022 29.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, müdafiəçilər: «VERDİKTUM» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Pöhruz oğlunun iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamş, Masallı şəhəri, Digah küçəsi, ev 6da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı bağları nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu¸ Daş karxanası ev 518 A-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 haqqında icraat ayrılmış başqa şəxslə birlikdə satış məqsədilə 08 iyul 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil telefonun “vatçap” proqramı ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr sifariş verərək, “Milli Ön” ödəmə terminalı vasitəsi ilə onun bank kart hesabına 110 manat məbləğində pul ödədikdən sonra sonuncu Bakı şəhəri Nərimanov rayonu ərazisində naməlum mənbədən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 2.723 qram təşkil edən 06 ədəd bükümdə hər biri ayrıayrılıqda təmiz çəkisi 0,362 qr., 0,328 qr., 0,341., 0,189.,0,738.,0,765 qram narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni - 01 ədəd bükümdə, təmiz çəkisi - 0,414 qram psixotrop maddə metafetamin və 01 ədəd bükümdə təmiz çəkisi - 3,035 qram narkotik vasitə tiryəki əldə edib üzərində saxlamaqla daşımış və bundan sonra X11 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə narkotik vasitə və psixotrop maddələrin ölkədə qanunsuz olaraq satışını təşkil etmək məqsədi ilə, 10 iyul 2021-ci il tarixdə təxminən saat 06 radələrində Samir Quliyevə iki ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkiləri 0,765 qram və 0,738 qram narkotik vasitə heroin bükümlərini yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi Albalı bağları massivində yerləşən evdə vermiş, sonuncuya həmin bükümlərdən birini 0,765 qram heroini sifarişçi Təqsirləndirilən şəxs2 20 manat pul müqabilində satmasını, digər bir ədəd bükümü yəni, 0,738 qram heroini isə sonradan ona bildirəcəyi sifarişçiyə satmasını tapşırdıqdan sonra Samir Quliyev həmin gün saat 06-30 radələrində ünvan 1 ünvanda yerləşən “Araz” marketin yaxınlığında Təqsirləndirilən şəxs2lə görüşərək, ona 20 manata satdıqdan sonra, həmin gün saat 07 radələrində Nərimanov RPİnin NMB-nin və 17-ci PŞ-nin əməkdaşlarının xidməti ərazidə gəzintidə olarkən Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanda saxlanılaraq, Nərimanov RPİ-nin NMB-nə gətirilmiş və onun üzərinə şəxsi-axtarış keçirilərkən şəxsi istehlak miqdarından artıq miqdarda 0,765 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra, həmin gün saat 11-10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X3 rayonu A.Neymətulla küşəsi 22 saylı ünvanda Nərimanov RPİ-nin NMB-nə gətirilmiş və onun üzərinə şəxsi-axtarış keçirilərkən şəxsi istehlak miqdarından artıq miqdarda 0,738 qram çəkidə narkotik vasitə heroin ondan aşkar edilərək götürülmüş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilərək həmin gün saat 14-25 radələrində Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq, ünvan 6manov RPİ-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqların birində həmin tarixdə saat 15-50-də üzərinə video çəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd şəffaf sellofan bükümə bükülmüş bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,362 qram, 0,328 qram, 0,341 qram, 0,189 qram, ümumi təmiz çəkisi - 1,220 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 3,035 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,414 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofana bükülmüş içərisində təmiz çəkisi - 0,765 qram narkotik vasitə heroin olan bükümü 10 iyul 2021-ci il tarixdə saat 06-30 radələrində Təqsirləndirilən şəxs1 X7 vasitəsi ilə ünvan 8 ünvanda yerləşən “Araz” marketin yaxınlığında 20 manata pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, həmin gün Nərimanov RPİ-nin NMB-nin və 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, saat 07:00 radələrində ünvan 9 ünvanın qarşısında saxlanılaraq ünvan 10nov RPİ-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində təmiz çəkisi - 0,765 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 0,281 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış və 22 sentyabr 2021-ci il tarixdə saat 17:40 radələrində ünvan 12 ünvanının qarşısında Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 13 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükülmüş kustar üsulla hazırlanmış 0,281 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanımır. Özü psixotrop maddə olun metafetaminin istifadəçisi olmuş, həmin maddəni instaqram vasitəsi ilə tanış olduğu “Elşən” adlı İran İslam Respublikasının vətəndaşından onlayn olaraq əldə etmişdir. Sonuncu dəfə 08 oktyabr 2021-ci il tarixdə mobil telefonunun vatsap proqramı ilə Elşənlə zəngləşmiş, sonra o, ona narkotik vasitələri Bakı şəhəri Nərimanov rayonu ərazisində yadında qalmayan bir yerdə qoyulduğunu bildirdikdən sonra o, narkotiki oradan götürmüşdür. Götürdüyü narkotik vasitə heroin iki bükümdə olmaqla cəmi 5 qram olmuşdur. O, həmin narkotiki heç kəsə satmamış, Samir Quliyevi tanıyır, onunla birlikdə avtobusda işləmiş, lakin Samirə narkotik vasitə verməmiş, Samir onun vasitəsi ilə Təqsirləndirilən şəxs2 narkotik vasitə verməmişdir. Samirlə Zamini bir yerdə tutmuşlar. Sonra onları onun üzünə qoymuşlar, bu səbəbdən polislər onu da yaxalamışlar. Yaxalandığı zaman həmin 2 büküm heroin onun üzərində olmuşdur. Onu 10 iyul 2021-ci il tarixdə, təxminən saat 14:25 radələrində ünvan 15 ünvanın yaxınlığında olduğu zaman mülki geyimdə olan iki nəfər polis əməkdaşı saxlayıb Bakı şəhəri Nərimanov RPİ-nə aparmışlar. Orada da üzərinə axtarış keçirilən zaman onda olan 2 bükümdən əlavə bir neçə büküm metafetamin və bir üküm tiryəki də üzərinə qoyaraq sənədləşdirmişlər. Düzdür, orada çəkiliş aparılmış, lakin polisdən qorxduğu üçün heç bir şey edə bilməmiş, tərtib olunmuş protokola imza etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs1 və Samir Quliyevi tanımır. O, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə 2019-cu ildə məhkum olunmuş, ona bir il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, bu ilin fevral ayında azad olunmuşdur. Bundan sonrakı dövrdən tutulana qədər 2-3 dəfə tanımadığı şəxslərdən heroin əldə edərək istifadə etmişdir. 10 iyul 2021-ci ildə polis əməkdaşları onu yaşadığı Nərimanov rayonu, Daş karxanası küçəsindəki evindən guya oğurluq etdiyinə görə idarəyə aparmışlar. Orada ona bildirmişlər ki, üzərinə külli miqdarda narkotik götürməli, ya da ki, bir büküm heroini üzərinə götürməlidir. O da bir büküm heroinin üzərinə götürülməsinə razılıq vermişdir. Faktiki isə onun üzərində narkotik vasitə olmamışdır. Tərtib olunmuş protokol və çəkiliş həqiqətə uyğun deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-də CA-üzrə əməliyyat-müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanıyır, digər Təqsirləndirilən şəxs1 isə tanımır. Belə ki, 22 sentyabr 2021-ci il tarixdə saat 17-40 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin 17-ci PŞdə YYCİ-üzrə inspektor Şahid2 oğlu ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Nərimanov rayonu Montin qəsəbəsi Daş Karxanası 518A saylı binanın qarşısında halhazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs2 davranışının və gözlərinin qızarmasından onun narkotik sərxoşluğu halında olduğundan şübhələnərək Şahid2la birlikdə ona yaxınlaşaraq özlərini ona təqdim edərək polis əməkdaşları olduğuqlarını bildirmişlər. Təqsirləndirilən şəxs2 açıq-aşkar narkotik sərxoşluğu vəziyyətində olduğu üçün onu polis şöbəsinə gətirib raportla şöbənin rəhbərliyinə məruzə etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2lə bağlı araşdırma şöbənin təhqiqatçısı polis mayoru Seymur Poladov tərəfindən aparılmış, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılmış və sonra onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra, təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o buna etiraz etmədikdən sonra müdafiəçinin və onların iştirakı ilə şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində olan əşyaları könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarının sol cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik bir büküm çıxardaraq təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümdən savayı onda başqa heç nə aşkar olunmamışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 həmin heroini 22 sentyabr 2021-ci ildə saat 17 radələrində “Papanin” adlanan ərazidə “Mamed” adlı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqdim edilən həmin büküm qablaşdırılaraq götürülmüş və bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol oxunulduqdan sonra hamı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxtı ona qarşı fiziki zor və təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-də YYCİ-üzrə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanıyır, digər Təqsirləndirilən şəxs1 isə tanımır. Belə ki, 22 sentyabr 2021-ci il tarixdə saat 17-40 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-də CA-üzrə əməliyyatmüvəkkili işləyən Şahid1 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Nərimanov rayonu Montin qəsəbəsi Daş Karxanası 518A saylı binanın qarşısında hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs2 görmüşlər. Sonuncunun, belə demək olarsa gözü-başı axırdı. Zaminin davranışının və gözlərinin qızarmasından onun narkotik sərxoşluğu halında olduğundan şübhələnərək Şahid1lə birlikdə ona yaxınlaşaraq özlərini ona təqdim edərək polis əməkdaşları olduğuqlarını bildirmişlər. Təqsirləndirilən şəxs2 açıq-aşkar narkotik sərxoşluğu vəziyyətində olduğu üçün onu polis şöbəsinə gətirib raportla şöbənin rəhbərliyinə məruzə etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2lə bağlı araşdırma şöbənin təhqiqatçısı polis mayoru Seymur Poladov tərəfindən aparılmış, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılmış və sonra onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra, təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o buna etiraz etmədikdən sonra müdafiəçinin və onların iştirakı ilə şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində olan əşyaları könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarının sol cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik bir büküm çıxardaraq təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümdən savayı onda başqa heç nə aşkar olunmamışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 həmin heroini 22 sentyabr 2021-ci ildə saat 17 radələrində “Papanin” adlanan ərazidə “Mamed” adlı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqdim edilən həmin büküm qablaşdırılaraq götürülmüş və bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol oxunulduqdan sonra hamı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxtı ona qarşı fiziki zor və təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-də-də kiçik inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Onunla heç bir ədavəti, düşmənçiliy və yaxud qohumluq əlaqələri yoxdur. Belə ki, 10 iyul 2021-ci il tarixdə saat 11 radələrində həmkarları Nərimanov RPİ-nin NMB-də əməliyyat müvəkkili işləyən Şahid4, idarənin NMB-nin rəisi vəzifəsini icra edən təhqqatçı Rafiq Ağaliyevin iştirakı ilə Nərimanov rayonu Ağa Nemətulla küçəsi, 22 saylı binanın qarşısında səki ilə hərəkət edən X2 idarəyə gətirmişlər. Əməliyyat tədbiri Samir Quliyevin narkotik vasitələrin əldə edilməsi, saxlanılması və satışı ilə əlaqədar olmuşdur. İdarədə təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarış nəticəsində Samir Quliyevin üzərindən bir ədəd sellofan büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisində toz halında qəhvəyi rəngli, spesifik iyə malik heroinə bənzər maddə aşkar edilmişdir. Samir Quliyev ondan aşkar olunmuş maddənin kakos olduğunu, həmin kakosun ona Sərdar adlı şəxs tərəfindən Sərdarın deyəcəyi şəxsə 20 manata satılması üçün verildiyini bildirmişdir. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Sərdar adlı şəxsin Maştağa qəsəbəsi, Albalı massivində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmiş və sonuncunun barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar çıxarılmaqla müvafiq qrup yaradılmışdır. Həmin qrupa o, idarənin rəis müavini Farid Vəliyev, Nərimanov RPİ-nin NMB-də əməliyyat müvəkkili işləyən Şahid4, idarənin NMB-nin rəisi vəzifəsini icra edən təhqqatçı Rafiq Ağaliyev təyin edilmişlər. 10.07.2021-ci il tarixdə saat 14 radələrində Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 22 saylı binanın qarşısında piyada hərəkət edən Təqsirləndirilən şəxs1 saxlanılaraq idarəyə gətirilmişdir. İdarədə müdafiəçinin iştirakı ilə çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Baxışdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz əşya varsa təqdim edilməsi təklif olunmuş və o, könüllü olaraq cins şalvarının sağ yan cibindən 4 bükümdə olan heroinə bənzər vasitə, bir büküm metafetaminə bənzər maddə və bir büküm tiryəkə bənzər vasitə aşkar edilərək təqdim etmişdir. Tədbirdən çox vaxt keçdiyi üçün qanunsuz vasitə və maddələrin çəkisini artıq xatırlamır. Həmçinin Təqsirləndirilən şəxs1 bu qanunsuz əşyaları haradan və nə məqsədlə əldə etməsini deməsini də xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin NMB-də əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin hər ikisini keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Belə ki, 10 iyul 2021-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PB-nin CA-üzrə kiçik inspektoru, polis serjantı Şahid3 ilə birlikdə Nərimanov rayonu Şahin Mustafayev küçəsində xidməti ərazidə gəzintidə olarkən saat 07 radələrində həmin küçədə 27 saylı binanın yaxınlığında Təqsirləndirilən şəxs2 hərəkətləri və davranışı müəyyən şübhələr yaratdığından ona yaxınlaşıb özlərini ona polis əməkdaşı kimi təqdim etdikdən sonra ona polis idarəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov RPİ-nə gətirib təhqiqatçıya təqdim etmişlər. Orada Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünü könüllü olaraq çıxarıb, həmin bükülünün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu bildirmiş, həmin kakosu 10 iyul 2021-ci il tarixdə ünvan 16 ünvanda yerləşən “Araz” marketin yaxınlığında, 10 gün bundan əvvəl tanış olduğu “Malış” ləqəbli, əsil adı Sərdarın Samir adlı şəxs vasitəsi ilə ona 20 manat pul müqabilində verdiyini bildirmişdir. Əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Kanalüstü küçəsində fərdi yaşayış yerində yaşayan X11 10 iyul 2021-ci il tarixdə saat 11 radələrində saxlanılaraq Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətrilmiş və istintaqa təqdim edilmişdir. Bundan başqa Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalı massivində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs1 da 10 iyul 2021-ci il tarixdə saat 14 radələrində ünvan 17 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlayaraq Nərimanov RPİ-nə gətirib istintaqa təqdim etmişlər. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərinə video-çəkilişlə şəxsi axtarış keçirlərək əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş, içərisində ağ rəngli kristalik hissəciklərdən ibarət olan bir büküm, şəffaf rəngli sellofana bükülmüş hər birinin içərisində toz halında qəhvəyi rəngli spesifik qoxuya malik maddə olan 04 ədəd büküm və şəffaf rəngli sellofana bükülmüş içərisində qara rəngli bərk maddə olan bir ədəd bükümü sonuncu özü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır, Təqsirləndirilən şəxs2 isə tanımır. Belə ki, o, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroin əldə etmişdir. Sərdarla birlikdə ayrı-ayrı marşrutlarda avtobus sürücüsü işləmişlər. Hər ikisi narkotik vasitə olan kakos, yəni heroindən istifadə edirdilər. 10 iyul 2021-ci il tarixdə, təxminən saat 06:30 radələrində Təqsirləndirilən şəxs1 ona öz istifadəsi üçün 01 ədəd şəffaf rəngli sellofana bükülmüş “kakos”, yəni heroin vermişdir. Lakin həmin kakosu ünvan 19 ünvanda yerləşən «Araz» marketin yaxınlığında Təqsirləndirilən şəxs2 verməsini deməmişdir. Zaminlə görüşməmiş, onu tanımır. Həmin gün, yəni 10 iyul 2021-ci il tarixdə ünvan 20 ünvanın yaxınlığında dayandığı zaman onu Bakı şəhəri, Nərimanov RPİ-nin əməkdaşları saxlayaraq Nərimanov RPİ-nə aparmışlar. Polis idarəsində təhqiqatçı ona narkotik maddə qəbul etməsində və saxlamasında şübhəli bilindiyini demiş, ona onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət etmiş, sonuncunun iştirakı ilə üzərinə baxış keçirilmiş, axtarış aparılan zaman o, həmin gün, yəni 10 iyul 2021-ci-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona verdiyi və əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı işərisində kakos adı ilə tanıdığı narkotik vasitə heroin olan 01 ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşları tərəfindən Nərimanov RPİ-nə gətirilərkən, eyni zamanda polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı bir qanunsuz hərəkətlər, eyni zamanda fiziki zor və ya təzyiqlər olmamışdır. Halhazırda onun barəsində bu məhkəmədə başqa tərkibdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət şinə baxılır. Həmin cinayət işi Təqsirləndirilən şəxs1 ona verdiyi narkotiklə bağlıdır. Onu da qeyd etmək istəyir ki, ibtidai istintaq zamanı, 10.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona 2 büküm heroin verdiyini, bükümlərdən birinin Təqsirləndirilən şəxs2 ünvan 19 ünvanda yerləşən «Araz» marketin yaxınlığında verməyi tapşırdığını, Zamindən bunun müqabilində 20 manat almasını, Təqsirləndirilən şəxs1 tapşırığını yerinə yetirdiyini etiraf etmişdir. Lakin həqiqəti bu gün məhkəmədə bildirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirli olmaları qismən özlərinin ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin rəisinə ünvanlanan Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və Nərimanov RPİ-nin 17-ci PŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3 10 iyul 2021-ci il tarixli raportundan müəyyən olunur ki, 10.07.2021-ci il tarixdə təximən saat 07:00 radələrində xidməti zərurətlə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev 27 küçəsi yaxınlığında olduqları zaman, bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını müşayiət etdiklərini, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmələrini, ondan özünü təqdim etməyini təklif edən zaman həmin şəxs davranışı və hərəkətləri, eləcə də verilən suallara qeyri-müəyyən cavab verməsi ilə şübhələrinin olduğunu, onları oradan uzaqlaşmağa cəhd göstərdiyini, onun narkotik vasitə və ya digər güclü təsiredici maddələrin istifadəsindən şübhəli olması ehtimalını nəzərə alaraq həmin şəxsin - Təqsirləndirilən şəxs2 barəsində müvafiq araşdırma aparılması üçün Nərimpanov RPİ-nə gətirərək növbətçi hissəyə təqdim etmişlər. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» 10 iyul 2021-ci il tarixli videoçəkilişlə aparılmış protokoldan müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünü könüllü çıxarıb təqdim edərək bükülünün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu, təqdim etdiyi narkotik vasitə heroini 10 iyul 2021-ci il tarixdə, təxminən saat 07 radələrində, ünvan 24 ünvanda yerləşən Araz marketin yaxınlığında, 10 gün bundan əvvəl tanış olduğu, ləqəbi “Malış” həqiqi adı isə Sərdar olan şəxsin Samir adlı şəxslə göndərdiyi şəxsdən 20 manat pul müqabilində alaraq əynindəki göy rəngli idman şalvarının sağ yan cibinə qoyub özündə saxladığını, ehtiyacı olduğu zaman istifadə etməsini göstərmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş bükülü qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin rəisinə ünvanlanan Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 tərəfindən tərtib edilmiş 10 iyul 2021-ci il tarixli raportundan müəyyən olunur ki, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 25 ünvanda qeydiyyatda olan, Bakı şəhər, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı massivində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs1 özünü şübhəli apardığından və üzərində narkotik vasitə gəzdirməyə kifayət qədər əsaslar olduğundan, 10.07.2021-ci ildə saat 14:25 radələrində ünvan 27 ünvanının yaxınlığında piyada hərəkət edərkən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Nərimanov RPİ-nə gətirilib təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürülmə aparılmasına dair» 10 iyul 2021-ci il tarixli videoçəkiliş aparılmaqla tərtib edilmiş protokoldan müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən, şəffaf rəngli sellofana bükülmüş, içərisində ağ rəngli kristallik hissəciklərdən ibarət olan 01 ədəd büküm, şəffaf rəngli sellofana bükülmüş, hər birinin içərisində toz halında, qəhvəyi rəngli, spesifik qoxuya malik maddə olan 04 ədəd büküm və şəffaf rəngli sellofana bükülmüş içərisində qara rəngli bərk maddə olan 01 ədəd bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd bükümün içərisində psixotrop maddə metafetamin, 01 ədəd bükümün içərisində narkotik vasitə "tiryək" və 04 ədəd bükümün içərisində olanlar isə "kakos" adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış 10 iyul 2021-ci il tarixli «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 4(005)-688/2021 saylı qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu andan, yəni 10 iyul 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “qətimkan tədbirin seçilməsi ıə MSY-dən azad edilmə haqqında” 12 iyul 2021-ci il tarixli qərardan müəyyn olunur ki, Təqsirləndirilən şəxs2 Yeşayə oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 10.07.2021-ci il tarixdən 12.07.2021-ci il tarixədək-03 gün müddətində həbsdə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şhəri Nərimanov RPİ-nin 17-ci PB-nənə rəisiən ünvanlanan 22.09.2021-ci il tarixli raportdan müəyyən olunur ki, 22.09.2021-ci il tarixdə saat 17:40 radələrində Təqsirləndirilən şəxs2 ünvan 29 ünvanının qarşısında hərəkətləri şübhə yaratdığından saxlanılaraq adiyyatı üzrə Nərimpanov RPİ-nin 17-ci PŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürülmə aparılmasına dair» 22 sentyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın sol cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş qəhvəyi rəngli narkotik maddəyə bənzər bükümü təqdim etmiş və həmin bükümün narkotik maddə olan heroin olmaqla ona məxsus olmasını, 22.09.2021-ci il tarixdə saat 17:00 radələrində “PAPANİN” adlanan ərazidə əvvəllər tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi məqsədilə almasını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 22 sentyabr 2021-ci il tarixli «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 11 iyul 2021-ci il tarixli, 6/2775 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N°44” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs1” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,414 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamindir. Digər 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,362 qram, 0,328 qram, 0,341 qram, 0,189 qram ümumi təmiz çəkisi 1,220 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bır ədəd bükümdə təmiz çəkisi 3,036 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İİ) daxildir. Heroin və Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 11 iyul 2021-ci il tarixli, 6/2774 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N44” dairəvi möhür əksi olan “Şübhəli şəxs Quliyev S.” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,738 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizası 11 iyul 2021-ci il tarixli, 6/2773 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N44” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs2” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,765 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 6/4215 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs2 üzərindən. ” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,281 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 11 iyul 2021-ci il tarixli, 6/4325 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs2 ...” sözləri olan 2 N- li zərfdəki 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,715 qram, üzərində “...Şübhəli şəxs Quliyev S. ...” sözləri olan 3 N-İİ zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,688 qram, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1 ...” sözləri olan 4 N-İİ zərfdəki 4 ədəd bükümdə ümumi təmiz çəkisi 1,060 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Üzərində “...Vət. Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan 1 N-İİ zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,231qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin kimyəvi komponent tərkibinə görə 2,3 və 4 N-İİ zərflərdəki heroinlərdən fərqlidir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının 15 sentyabr 2021-ci il tarixli, 2158 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs1 cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2021-ci il tarixli, 3439 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 07 oktyabr 2021-ci il tarixli, 3832 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsifi haqqında» 23 oktyabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş - 04 ədəd şəffaf sellofan bükümə bükülmüş bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,362 qram, 0,328 qram, 0,341 qram, 0,189 qram, ümumi təmiz çəkisi - 1,220 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 3,035 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,414 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və Təqsirləndirilən şəxs2 üzərindən 0,765 qram və 0,281 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalmış ümumi qalığı 0,181qr., 0,665qr.,0,638 qr., 0,980 qram, psixotrop maddə-metafetaminin 0,364 qram və narkotik vasitə tiryəkin 2,986 qram qalığları saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış və götürmə video görüntülər əks olunmun 3 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı Ağır Cinayət Məhkəməsinin 03.03.2022-ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, X11 Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.03.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum edilmiş, iş üzrə maddi sübüt 0,738 qram çəkidə narkotik vasitə heroinin məhv edilməsi qət edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 27.04.1998-ci il tarixdə Hərbi Dəniz Qüvvələri Nərbi Tribunalı tərəfindən Azərbaycan Respublikası CM-nin 242 maddəsinin «A» hissəsinin 147-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 29.12.1998-ci il tarixli Amnistiya Qərarına əsasən cəzasının çəkilməmiş hissəsinin 2/1 hissəsi qədər azaldılaraq 02 il 06 ay 08 gün azadlıqdan məhrum etmə saxlanılmış, 11.06.1999-cu il tarixdə CM-nin 50-2-ci maddəsinə əsasən 01 il 10 ay vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 13.08.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 16.04.2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 17.03.2000-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsinin 2/1 hissəsi qədər azaldılaraq 01 il 05 ay azadlıqdan məhrum etmə saxlanılmış, Nizami rayon məhkəməsinin 15.07.2009-cu il tarixli qərarı ilə 02 ay 26 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27.08.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 15.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, 27.02.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Belə olan halda Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə barəsində ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Belə olan halda Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildikdə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri tətbiq edilməklə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi, Təqsirləndirilən şəxs2 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri qismən olaraq özlərinin və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 əməlini isə düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları andan hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə Təqsirləndirilən şəxs2 03 gün ərzində, yəni 10.07.2021-ci il tarixdən 12.07.2021-ci tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunan cəza müddətindən çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan İş üzrə maddi sübutlar – Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş - 04 ədəd şəffaf sellofan bükümə bükülmüş bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,362 qram, 0,328 qram, 0,341 qram, 0,189 qram, ümumi təmiz çəkisi - 1,220 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 3,035 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,414 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və Təqsirləndirilən şəxs2 üzərindən 0,765 qram və 0,281 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalmış ümumi qalığı 0,181qr., 0,665qr.,0,638 qr., 0,980 qram, psixotrop maddə-metamfetaminin 0,364 qram və narkotik vasitə tiryəkin 2,986 qram qalığları məhv edilməlidir və cinayət işinin materiallarına əlavə edilmiş 3 CD disk cinayət işinin materiallarında saxlanılmalıdır Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 276,82 (iki yüz yetmiş altı manat səksən iki qəpik) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Pöhruz oğlu müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 Pöhruz oğlu üçün hər birinə ayrı-ayrılıqda «VERDİKTUM» Vəkil Bürosunun nəfinə 180 AZN (yüz səksən manat) pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2021-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 10.07.2021-ci il tarixdən 12.07.2021-ci tarixədək həbsdə saxlanıldığı - 03 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər kimi barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş - 04 ədəd şəffaf sellofan bükümə bükülmüş bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,362 qram, 0,328 qram, 0,341 qram, 0,189 qram, ümumi təmiz çəkisi - 1,220 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 3,035 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,414 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və Təqsirləndirilən şəxs2 üzərindən 0,765 qram və 0,281 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalmış ümumi qalığı 0,181qr., 0,665qr.,0,638 qr., 0,980 qram, psixotrop maddə-metafetaminin 0,364 qram və narkotik vasitə tiryəkin 2,986 qram qalığları məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 3 CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 276,82 (iki yüz yetmiş altı manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 Pöhruz oğluna hər birinə ayrı-ayrılıqda 180 AZN (yüz səksən manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar