Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-331/2023 12.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, zərərəçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “X48” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək külli və xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir: belə ki, o, 25 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X6 Dövlət Qeydiyyatı idarəsində **********1 nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 3blikasının qanunvericiliyi ilə qadağa olunmayan bütün fəaliyyətlə məşğul olan “X48” MMC-nin həmin tarixdən təsisçisi və direktoru olmaqla öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin may ayında tanışı-Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 rəhbəri olduğu Cəmiyyətin direktoru kimi guya Böyük Britaniya və X11 London şəhərində yerləşən "xxxx" şirkətinin rəhbər şəxsləri ilə yaxın münasibətlərinin olduğunu və həmin şəxslərin icazəsi ilə aralarında olan razılaşmaya əsasən müxtəlif ölkələrdə keçirilən “Formula-1 Qran Pri” yarışlarında “VİP” zonalara biletlərin alınıb-satılmasını həyata keçirdiyini və bununla yüksək gəlir əldə etdiyini yalandan bildirib, Zərərçəkmiş şəxs1 aldatmaqla göstərilən fəaliyyətə sərmayə yatırımından sonra birlikdə daha yüksək məbləğdə gəlir əldə edəcəklərini yalandan vəd edib, həmin işə sərmayə qoymağa inandıraraq ona olan inam və etibarından istifadə edib həmin niyyətlə, 2018-ci ilin iyul ayından həmin ilin dekabr ayınadək Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında şəxsən və cinayətdən xəbərsiz sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 173.400 (bir yüz yetmiş üç min dörd yüz) manat təşkil edən 102.000 (bir yüz iki min) ABŞ dolları məbləğində pul vəsaitini alıb, özünə olan inamı artırmaq və qısa müddət sonra niyyətinin real icrasına başlayıb daha çox pul vəsaiti almaq məqsədilə həmin məbləği ona qaytarıb, bundan sonra 14 dekabr 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında ondan sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 (əlli bir min) manat təşkil edən 30.000 (otuz min) ABŞ dolları, 19 dekabr 2018-ci il tarixdə həmin ünvanda sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi İlə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları, 29 dekabr 2018ci il tarixdə həmin ünvanda sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 8.500 (səkkiz min beş yüz) manat təşkil edən 5.000 (beş min) ABŞ dolları məbləğində pul vəsaitini alıb, inam saxlamaq və daha artıq məbləğdə pul vəsaitini almaq niyyətilə həmin gün qeyd edilən məbləği və qazanc adı İlə 500 (beş yüz) ABŞ dollarını ona qaytarmaqla, 8 aprel 2019-cu il tarixdə “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən rəhbəri olduğu Cəmiyyətin ofisində şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 68.000 (altmış səkkiz min) manat təşkil edən 40.000 (qırx min) ABŞ dolları, 2019-cu ilin aprel ayında həmin ünvanda şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 25.500 (iyirmi beş min beş yüz) manat təşkil edən 15.000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaitini yenə ondan alıb inamını saxlamaq və daha artıq məbləğdə pul vəsaitini almaq niyyətilə aprel ayının sonunda əldə edilmiş qazanc adı ilə ona 8.200 (səkkiz min iki yüz) ABŞ dolları qaytarmaqla, 2019-cu ilin may ayında həmin ünvanda həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 (əlli bir min) manat təşkil edən 30.000 (otuz min) ABŞ dolları məbləğində pul vəsaitini alıb inamını saxlamaq və daha artıq məbləğdə pul vəsaitini almaq niyyətilə həmin ayın son günlərində əldə edilmiş qazanc adı ilə 4.836 (dörd min səkkiz yüz otuz altı) ABŞ dollarını ona qaytarmaqla, 21 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 68.000 (altmış səkkiz min) manat təşkil edən 40.000 (qırx min) ABŞ dolları, 2019-cu ilin avqust ayında “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən rəhbəri olduğu Cəmiyyətin ofisində şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 (əlli bir min) manat təşkil edən 30.000 (otuz min) ABŞ dolları, 2019-cu ilin noyabr ayında həmin ünvanda dörd dəfəyə şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 108.800 (bir yüz səkkiz min səkkiz yüz) manat təşkil edən 64.000 (altmış dörd min) ABŞ dolları, 3 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 20.400 (iyirmi min dörd yüz) manat təşkil edən 12.000 (on iki min) ABŞ dolları, 7 dekabr 2019-cu il tarixdə “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən rəhbəri olduğu Cəmiyyətin ofisində şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 (əlli bir min) manat təşkil edən 30.000 (otuz min) ABŞ dolları, 11 dekabr 2019-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində Zərərçəkmiş şəxs1 qohumu Şahid7 istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxs vasitəsi İlə həmin dövrün rəsmi məzənnəsi ilə 45.900 (qırx beş min doqquz yüz) manat təşkil edən 27.000 (iyirmi yeddi min) ABŞ dolları, həmin gün Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında sürücüsü Şahid1 vasitəsi İlə həmin dövrün rəsmi məzənnəsi ilə 18.853 (on səkkiz min səkkiz yüz əlli üç) manat təşkil edən 10.000 (on min) avro, 26 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 68.000 (altmış səkkiz min) manat təşkil edən 40.000 (qırx min) ABŞ dolları, 27 dekabr 2019-cu il tarixdə həmin ünvanda sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi İlə 13.600 (on üç min altı yüz) manat təşkil edən 8.000 (səkkiz min) ABŞ dolları məbləğində pul vəsaitini alıb, inamını saxlamaq və daha artıq məbləğdə pul vəsaitini almaq niyyətilə 31 dekabr 2019-cu il tarixdə 5.000 (beş min) ABŞ dollarını ona qaytarmaqla, 14 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 59.500 (əlli doqquz min beş yüz) manat təşkil edən 35.000 (otuz beş min) ABŞ dolları, 15 yanvar 2020-cİ il tarixdə “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən rəhbəri olduğu Cəmiyyətin ofisində şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitini alıb, inamını saxlamaq və daha artıq məbləğdə pul vəsaitini almaq niyyətilə 24 yanvar 2020-ci il tarixdə həmin ay ərzində əldə edilmiş qazanc adı ilə 13.000 (on üç min) ABŞ dollarını ona qaytarmaqla, 5 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 85.000 (səksən beş min) manat təşkil edən 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitini ondan alıb, inamını saxlamaq və daha artıq məbləğdə pul vəsaitini almaq niyyətilə 7 fevral 2020-ci il tarixdə əldə edilmiş qazanc adı ilə 43.000 (qırx üç min) ABŞ dollarını ona qaytarmaqla, 16 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 9.010 (doqquz min on) manat təşkil edən 5.300 (beş min üç yüz) ABŞ dolları, 27 fevral 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən Kanadanın Bramton şəhərində yerləşən “TD Service Fee” **********3 bank hesabından təqdim etdiyi X7 San Fransisko şəhərində yerləşən “Wels Fargo” bankında olan ********** nömrəli bank hesabına həmin dövrün rəsmi məzənnəsi ilə 85.000 (səksən beş min) manat təşkil edən 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsatinin köçürülməsinə və istintaq məlum olmayan cinayətdən xəbərsiz şəxs vasitəsi ilə Bakı şəhərində özünə təqdim edilməsinə nail olub, göstərilən qaydada cəmi 956.063 (doqquz yüz əlli altı min altmış üç) manat məbləğində pul vəsaitinin nağd və köçürmə qaydasında əldə etməklə şəxsi ehtiyaclarına sərf edərək, eyni niyyətlə, guya rəhbəri olduğu Cəmiyyətin guya rəsmi lisenziya əsasında dərman vasitələrinin alqı-satqısı ilə məşğul olmasını Zərərçəkmiş şəxs1 yalandan bildirib, onu aldatmaqla göstərilən fəaliyyətə sərmayə yatırımından yüksək məbləğdə gəlir əldə edəcəklərini yalandan vəd edib, həmin işə sərmayə qoymağa inandıraraq ona olan inam və etibarından istifadə edərək 2020-ci ilin may ayında Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 40.800 (qırx min səkkiz yüz) manat təşkil edən 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində pul vəsaitini ondan alıb, özünə olan inamı saxlamaq və daha artıq məbləğdə pul vəsaitini almaq niyyətilə bir neçə gün sonra həmin məbləği ona qaytarıb, 2020-ci ilin may ayında Rusiya Federasiyasının Moskva şəhərində istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxs vasitəsi ilə Zərərçəkmiş şəxs1 qohumları X3 həmin dövrün rəsmi məzənnəsi ilə 85.000 (səksən beş min) manat təşkil edən 50.000 (əlli min) ABŞ dolları və Şahid7 həmin dövrün rəsmi məzənnəsi ilə 71.400 (yetmiş bir min dörd yüz) manat təşkil edən 42.000 (qırx iki min) ABŞ dolları məbləğində pul vəsaitini alıb, eyni niyyətlə 2020-ci ilin iyul ayında Moskva şəhərində istintaqa məlum olmayan şəxs vasitəsi ilə ona 45.000 (qırx beş min) ABŞ dollarını qaytarmaqla, ümumilikdə qeyd edilən qaydada Zərərçəkmiş şəxs1 məxsus cəmi 1.153.263 (bir milyon bir yüz əlli üç min iki yüz altmış üç) manat pul vəsaitini ondan alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 1.153.263 (bir milyon bir yüz əlli üç min iki yüz altmış üç) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-İstifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin noyabr ayında tanışı - Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 rəhbəri olduğu Cəmiyyətin direktoru kimi guya Böyük Britaniya və X11 London şəhərində yerləşən "xxxx" şirkətinin rəhbər şəxsləri ilə yaxın münasibətlərinin olduğunu və həmin şəxslərin icazəsi ilə aralarında olan razılaşmaya əsasən müxtəlif ölkələrdə keçirilən “Formula-1 Qran Pri” yarışlarında “VİP” zonalara biletlərin alınıb-satılmasını həyata keçirdiyini və bununla yüksək gəlir əldə etdiyini yalandan bildirib, Zərərçəkmiş şəxs3 aldatmaqla göstərilən fəaliyyətə sərmayə yatırımından sonra birlikdə daha yüksək məbləğdə gəlir əldə edəcəklərini yalandan vəd edib, həmin işə sərmayə qoymağa inandıraraq ona olan inam və etibarından istifadə edərək həmin niyyətlə 2018-ci ilin noyabr ayında ünvan 5 ünvanının qarşısında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları, 2019-cu ilin fevral ayında həmin ünvanda şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 (on yeddi min) manat təşkil edən 10.000 (on min) ABŞ dolları, 2019-cu ilin aprel ayında həmin ünvanda şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 23.800 (iyirmi üç min səkkiz yüz) manat təşkil edən 14.000 (on dörd min) ABŞ dolları, 2019-cu ilin iyul ayında həmin ünvanda şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 25.500 (iyirmi beş min beş yüz) manat təşkil edən 15.000 (on beş min) ABŞ dolları, 2020-ci ilin yanvar ayında həmin ünvanda şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 85.000 (səksən beş min) manat təşkil edən 50.000 (əlli min) ABŞ dolları, 2020-ci ilin iyul ayında həmin ünvanda cinayətdən xəbərsiz sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 46.750 (qırx altı min yeddi yüz əlli) manat təşkil edən 27.500 (iyirmi yeddi min beş yüz) ABŞ dolları olmaqla, ümumilikdə qeyd olunan dövr ərzində cəmi 232.050 (iki yüz otuz iki min əlli) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs3 alıb həmin müddətdə özü barəsində formalaşdırdığı inamı saxlamaq və daha artıq məbləğdə pul vəsaitini almaq niyyətilə qazanc adı ilə hissə-hissə olmaqla şəxsən və sürücüsü Şahid1 vasitəsi ilə ümumilikdə həmin dövrün rəsmi məzənnəsi ilə 28.050 manat (iyirmi səkkiz min əlli) manat təşkil edən 16.500 (on altı min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs3 qaytarmaqla, əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-İstifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 232.050 (iki yüz otuz iki min əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakım ələ keçirmək məqsədilə 2019-cu ilin avqust ayında tanışı-Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 rəhbəri olduğu Cəmiyyətin direktoru kimi guya Böyük Britaniya və X11 London şəhərində yerləşən "xxxx" şirkətinin rəhbər şəxsləri ilə yaxın münasibətlərinin olduğunu və həmin şəxslərin icazəsi ilə aralarında olan razılaşmaya əsasən müxtəlif ölkələrdə keçirilən “Formula-1 Qran Pri” yarışlarında “VİP” zonalara biletlərin alınıb- satılmasım həyata keçirdiyini və bununla yüksək gəlir əldə etdiyini yalandan bildirib, Zərərçəkmiş şəxs4 aldatmaqla göstərilən fəaliyyətə sərmayə yatırımından sonra birlikdə daha yüksək məbləğdə gəlir əldə edəcəklərini vəd edib, həmin İşə sərmayə qoymağa inandıraraq ona olan inam və etibarından istifadə edərək həmin niyyətlə, 2019-cu ilin avqust ayında Zərərçəkmiş şəxs4 həmin dövrün rəsmi məzənnəsi ilə 38.064 (otuz səkkiz min altmış dörd) manat təşkil edən 20.000 (iyirmi min) avro məbləğində pul vəsaitini ünvan 6 ünvanının qarşısında alıb, özünə olan inamı artırmaq məqsədilə həmin məbləği qaytarıb inamını qazandırdıqdan sonra 20 fevral 2020-ci il tarixdə ünvan 6 ünvanının qarşısında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 27.200 (iyirmi yeddi min iki yüz) manat təşkil edən 16.000 (on altı min) ABŞ dolları, 26 fevral 2020-ci il tarixdə ünvan 8 ünvanında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 42.075 (qırx iki min yetmiş beş) manat təşkil edən 24.750 (iyirmi dörd min yeddi yüz əlli) ABŞ dolları və həmin dövrün rəsmi məzənnəsi ilə 59.499,16 manat (əlli doqquz min dörd yüz doxsan doqquz manat on altı qəpik) təşkil edən 32.200 (otuz iki min iki yüz) avro, 2 mart 2020-ci il tarixdə ünvan 6 ünvanının qarşısında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 32.300 (otuz iki min üç yüz) manat təşkil edən 19.000 (on doqquz min) ABŞ dolları olmaqla, qeyd olunan dövr ərzində cəmi 161.074,16 manat (bir yüz altmış bir min yetmiş dörd manat on altı qəpik) məbləğində pul vəsaitini ondan alıb şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, eyni niyyətlə, 2020- ci ilin avqust ayında Zərərçəkmiş şəxs4 yaxın qohumunun guya “Covid-19” pandemiyasından əziyyət çəkməsi ilə əlaqədar onun Türkiyə Respublikasında müalicəyə aparılması və müayinəsi üçün 30.000 manat pul vəsaitinin lazım olduğunu yalandan bildirib qısa müddətə qaytaracağını yalandan vəd edərək bu adla ondan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən “Landmark” iş mərkəzinin qarşısında cinayətdən xəbərsiz sürücüsü Şahid1 vasitəsi ilə 24.000 (iyirmi dörd min) manat və həmin dövrün rəsmi məzənnəsi ilə 2.028 manat təşkil edən 1.000 (bir min) avro məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə qeyd edilən qaydada öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus cəmi 187.102,16 manat (bir yüz səksən yeddi min bir yüz iki manat on altı qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin fevral ayında tanışı-Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 sonuncunun qardaşı Şahid5 və dostu Şahid6 universitetdə oxumaq üçün Böyük Britaniya və X11 London şəhərində mənzil kirayələmək istədiklərini öyrənib, Zərərçəkmiş şəxs2 uzun müddət London şəhərində yaşadığı üçün həmin şəhəri yaxşı tanıdığını və direktoru olduğu “X49” MMC-nin fəaliyyətinin xaricdə təhsil almaq istəyən şəxslərə köməklik etmək və digər tədbirlər təşkil etməkdən ibarət olduğunu bildirib sonuncunun inam və etibarını yalan vədlə qazanaraq Zərərçəkmiş şəxs2 aldatmaqla London şəhəri, 45 Lanson Building ünvanında 30.000 (otuz min) ABŞ dolları məbləğinə 6 ay müddətinə mənzil kirayələyəcəyinə dair yalandan vəd edib razılığını almaqla, ona olan inam və etibarından istifadə edərək həmin niyyətlə, 5 fevral 2022-ci il tarixdə şəxsən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Nəsimi Rayon Polis İdarəsinin yaxınlığında həmin dövrün rəsmi məzənnəsi ilə 41.650 (qırx bir min altı yüz əlli) manat təşkil edən 24.500 (iyirmi dörd min beş yüz) ABŞ dolları, 8 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Metropark” Ticarət Mərkəzinin yaxınlığında sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 9.350 manat təşkil edən 5.500 (beş min beş yüz) ABŞ dolları olmaqla, ümumilikdə 51.000(əlli bir min) manat məbləğində pul vəsaitini ondan alaraq şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 51.000 (əlli bir min) manat pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir: Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir: - 2007-ci ildən 2014-cü ilə kimi Böyük Britaniya və X19 Krallığının Kembric və London şəhərlərində yaşamış və ali təhsil almışdır. Belə ki, 2010-cu ildən 2014-cu ilə kimi Böyük Britaniya və X19 Krallığının London şəhərində yerləşən “X25” adlı ali təhsil müəssisəsində təhsil almış, 2014-cü ildə təhsilini başa vurandan sonra ölkəyə qayıtmışdır. Azərbaycana qayıdandan sonra 2015-ci ildə “X48” MMC-ni təsis etmişdir. Həmin Cəmiyyət 25 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X6 Dövlət Qeydiyyatı idarəsində **********1 nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 9sasən əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyətin həyata keçirilməsindən ibarətdir. Həmin tarixdən “X48” MMC-in direktoru vəzifəsində işləyir. Onun direktoru olduğu Cəmiyyət faktiki olaraq konsaltinq işləri, yəni müxtəlif sahələr üzrə xaricdən müxtəlif şirkətlərin nümayədələrini Azərbaycana dəvət etməklə sonuncuları müvafiq dövlət qurumları və ya özəl şirkətlərlə əlaqələndirərək rəsmi qaydada xidmətlər göstərir, həmçinin xaricdə təhsil alınması ilə bağlı işlərlə məşğul olaraq tələbələrin müvafiq şərtlər daxilində təminatının təmin edilməsi, turizm sərgilərinin təşkili və sair fəaliyyətlə məşğuldur. Eyni zamanda, rəhbəri olduğu Cəmiyyət "xxxx" yarışlarına “VİP” zonalarına biletlərin alınıb-satılmasını təşkil edir. Zərərçəkmiş şəxs1 ilə 2015-ci ildə tanış olmuş, onların tanışlığı həyat yoldaşları vasitəsi ilə olmuşdur. Belə ki, həyat yoldaşı X2 Məmmədovun həyat yoldaşı ilə Türkmənistan Respublikasında orta məktəbdə birgə təhsil almış və ailəvi bir-birinə yaxın olmuşlar. Bakı şəhərinə qayıtdıqdan sonra sonuncular münasibətlərini davam etdirmiş, sonra onunla Zərərçəkmiş şəxs1 arasında dostluq münasibəti yaranmışdır. 2018-ci ilin iyun ayında Zərərçəkmiş şəxs1 onunla söhbət zamanı daimi iş yeri olmadığını bildirmiş, öz növbəsində Sərxana birlikdə iş fəaliyyəti ilə məşğul olmağı təklif etmişdir. X16 London şəhərində təhsil alanda bütün dünya ölkələrində "xxxx" yarışlarının keçirilməsini təşkil edən şirkətlərdən biri olan "xxxx" şirkətinin soyadını bilmədiyi Frederik, Nik və Keyt, eyni zamanda Yuliya Fedorova adlı nümayəndələri ilə tanış olduğunu və həmin şəxslərin ona “VİP” biletlərinin alınıb-satılmasına rəsmi razılıq verilməsinə icazə verdiklərini, təxminən 2016-cı ildən bu işlə məşğul olmağa başladığını, hazırda bu işi davam etdirmək üçün əlavə vəsaitə ehtiyacının olduğunu, bu işə sərmayə qoyduğu halda yaxşı qazanc əldə edə biləcəyini demişdir. "xxxx" Şirkətinin nümayəndəsi qismində bilet satışlarını həyata keçirmiş, biletləri həmin şirkətdən müəyyən qiymətə alaraq, sonradan həmin biletləri 3-15 faiz yüksək qiymətə satışını həyata keçirmişdir. Həmin Şirkətdən aldığı bilətləri həm Bakı şəhərində, həm də X8 Dubay şəhərində satışını həyata keçirmişdir. Lakin, Bakı şəhərində bilet satdığı Şirkətlərin adını xatırlamır. Bu məqsədlə Sərxana bu işə sərmayə qoyduğu halda sərf edilmiş məbləğdən əlavə olaraq gəlir kimi həmin məbləğin hər adama 10-15 faizini qazanmağın mümkün olduğunu deyərək razılığını almışdır. Həmin vaxt Sərxan ona “VİP” biletlərinin alınıb-satılmasına vəsait tapacağını bildirsə də pulu kimdən alacağını deməmişdir. Təxminən bir ay sonra, yəni 2018-ci ilin iyul ayında, "xxxx" yarışlarına görə “VİP” biletlərinin alınıb-satılması üçün Zərərçəkmiş şəxs1 15.000 ABŞ dolları istəmişdir. Zərərçəkmiş şəxs1 həmin pulu onun sürücüsü Şahid1 vasitəsi ilə göndərmişdir. Həmin 15.000 ABŞ dollarını “VİP” biletlərin alınıb-satılması ilə əlaqədar ona məxsus olan “X48” MMC-nin "xxxx" ASC-də olan hesablaşma hesablarından Birləşmiş Krallıqda yerləşən "xxxx" şirkətinin hesabına köçürtmüşdür. Təxminən 1 ay keçəndən sonra "xxxx" şirkətinin adını xatırlamadığı nümayəndəsi onun mobil nömrəsinə zəng edərək 3 ədəd “VİP” biletlərin satıldığını demişdir. "xxxx" şirkətinin hesabından “X48” MMC-nin "xxxx" ASC-də olan hesablaşma hesabına əvvəl köçürdükləri məbləğlə, yəni 15.000 ABŞ dolları ilə yanaşı 2.000 ABŞ dolları köçürülmüşdür. Həmin 2.000 ABŞ dolları məbləğində pul Sərxanla onun qazancı olmuşdur. Şirkətin hesabına mədaxil olunmuş 15.000 ABŞ dolları və 2.000 ABŞ dollarını nağd məxaric etmiş, 15.000 ABŞ dollarını Sərxana qaytarıb qazancın yarısını, yəni 1.000 ABŞ dollarını vermişdir. Bu onunla Sərxan arasında olan ilk işgüzar fəaliyyətləri olmuş və bu ona görə onun yadında qalmışdır. 2018-ci ildən 2020-ci İlə qədər bu kimi əməliyyatlar dəfələrlə, yəni Zərərçəkmiş şəxs1 ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə “VİP" biletlərin alınıb-satılması üçün pul götürüb təxminən bir ay sonra əsas vəsaitin bəzən tam, bəzən isə bir hissəsini gəlirlə birlikdə qaytarmışdır. Əsas məbləğin bir hissəsinin qaytarılmamasına səbəb isə bəzi hallarda növbəti bilet alışı və satışı zamanı müvafiq məbləğin "GP Hospitality” şirkətinin hesabında depozit olaraq qalması olmuşdur. Onun Sərxanla birlikdə hesablamalarına görə sonuncu ona 2018-ci ildən bu günə kimi bilet alışı üçün 713.000 ABŞ dolları məbləğində pul vəsaiti vermiş, öz növbəsində ümumi olaraq bu müddət ərzində Sərxana 411.324 ABŞ dolları məbləğində pul vəsaiti qaytarmış və 301.676 ABŞ dolları məbləğində borcu olmuşdur. Sonuncu dəfə 5 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1la əlaqə saxlayaraq borcundan pul qaytarmaq istədiyini demiş, onlar birlikdə 6 saylı notariusa gedərək Sərxana müqavilə əsasında 23.300 manat pulu qaytarmışdır. Bundan başqa o, 17 mart 2022-ci il tarixdə Sərxanla yenidən əlaqə saxlayaraq 6 saylı notarius kontoruna dəvət etmişdir. Həmin vaxt o, sonuncuya 27.200 manat pulu qaytarmışdır. Hazırda onun Sərxana 271.676 ABŞ dolları borcu qalmışdır; rəhbəri olduğu Cəmiyyətin "xxxx" ASC-də həm avro, həm ABŞ dolları, həm də, manat hesabı vardır. “X48” MMC-nin "xxxx" şirkəti arasında nümayəndəliklə bağlı müqavilə olsa da, lakin o, həmin müqaviləni itirmişdir. "xxxx" şirkətinin Birləşmiş Krallıqda olan bank hesabına köçürmələri etsə də, ancaq həmin Şirkətin hesabının hansı bankda olduğunu xatırlamır. "xxxx" şirkəti ilə “X48” şirkətinin arasında işgüzar münasibətlərinə dair elektron yazışmalar və ya elektron poçt göndərişlərini saxlamamışdır. Bu cür yazışmalar olsa da, ancaq o, yazışmaları saxlamamışdır. Onun şəxsi email ünvanı “aliyev_farhad@ hotmail.com” ünvanındadır; Zərərçəkmiş şəxs1 14 dekabr 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 (əlli bir min) manat təşkil edən 30.000 (otuz min) ABŞ dolları, 19 dekabr 2018-ci il tarixdə həmin ünvanda sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları, 29 dekabr 2018-ci il tarixdə həmin ünvanda sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 8.500 (səkkiz min beş yüz) manat təşkil edən 5.000 (beş min) ABŞ dolları, 08 aprel 2019-cu il tarixdə “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən ofisində şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 68.000 (altmış səkkiz min) manat təşkil edən 40.000 (qırx min) ABŞ dolları, 2019-cu ilin aprel ayında həmin ünvanda şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 25.500 (iyirmi beş min beş yüz) manat təşkil edən 15.000 (on beş min) ABŞ dolları, 2019-cu ilin may ayında həmin ünvanda həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 (əlli bir min) manat təşkil edən 30.000 (otuz min) ABŞ dolları, 21 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 68.000 (altmış səkkiz min) manat təşkil edən 40.000 (qırx min) ABŞ dolları, 2019-cu ilin avqust ayında “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən rəhbəri olduğu Cəmiyyətin ofisində şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 (əlli bir min) manat təşkil edən 30.000 (otuz min) ABŞ dolları, 2018ci ilin noyabr ayında həmin ünvanda dörd dəfəyə şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 108.800 (bir yüz səkkiz min səkkiz yüz) manat təşkil edən 64.000 (altmış dörd min) ABŞ dolları, 03 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 20.400 (iyirmi min dörd yüz) manat təşkil edən 12.000 (on iki min) ABŞ dolları, 07 dekabr 2019-cu il tarixdə “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən rəhbəri olduğu Cəmiyyətin ofisində şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 (əlli bir min) manat təşkil edən 30.000 (otuz min) ABŞ dolları, 11 dekabr 2019-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində Zərərçəkmiş şəxs1 qohumu Şahid7 həmin dövrün rəsmi məzənnəsi ilə 45.900 (qırx beş min doqquz yüz) manat təşkil edən 27.000 (iyirmi yeddi min) ABŞ dolları, həmin gün Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 18.853 (on səkkiz min səkkiz yüz əlli üç) manat təşkil edən 10.000 (on min) avro, 26 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 68.000 (altmış səkkiz min) manat təşkil edən 40.000 (qırx min) ABŞ dolları, 27 dekabr 2019-cu il tarixdə həmin ünvanda sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 13.600 (on üç min altı yüz) manat təşkil edən 8.000 (səkkiz min) ABŞ dolları, 14 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında sürücüsü Şahid1 vasitəsi ilə həmin dövrün rəsmi məzənnəsi ilə 59.500 (əlli doqquz min beş yüz) manat təşkil edən 35.000 (otuz beş min) ABŞ dolları, 15 yanvar 2020-ci il tarixdə “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən rəhbəri olduğu Cəmiyyətin ofisində şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları, 05 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 85.000 (səksən beş min) manat təşkil edən 50.000 (əlli min) ABŞ dolları, 16 fevral 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 9.010 (doqquz min on) manat təşkil edən 5.300 (beş min üç yüz) ABŞ dolları məbləğində pul vəsaitini aldığını dəqiq xatırlamır, lakin 27 fevral 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən Kanadanın Bramton şəhərində yerləşən “TD Service Fee” **********3 bank hesabından təqdim etdiyi X7 San Fransisko şəhərində yerləşən “Wels Fargo” bankında olan ********** nömrəli bank hesabına həmin dövrün rəsmi məzənnəsi ilə 85.000 (səksən beş min) manat təşkil edən 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsatini köçürülməklə ona Bakı şəhərində verilmişdir. Göstərilən tarixdlərdə Sərxan tərəfindən ona pul vəsaiti şəxsən və Şahid1 vasitəsi ilə verilsə də, lakin konkret olaraq hansı məbləğdə pul verildiyini hazırda dəqiq xatırlamır. Bundan başqa, 11 dekabr 2019-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində Zərərçəkmiş şəxs1 qohumu Şahid7 hazırda xatırlamadığı şəxs vasitəsi ilə 27.000 (iyirmi yeddi min) ABŞ dolları almışdır. Sərxandan aldığı pul vəsaitlərini "xxxx" şirkəti ilə onun arasında olan razılaşmaya əsasən "xxxx" yarışlarına “VİP” zonalarına biletlərin alınıb-satılması ilə əlaqədar həmin şirkətin hesabına rəhbəri olduğu cəmiyyətin bank hesabından köçürmüşdür. Zərərçəkmiş şəxs1 aldığı və "xxxx" şirkətinin hesabına köçürdüyü pul vəsaitləri yalnız “X48” şirkətinin hesabından köçürülmüş, "xxxx" şirkətindən gələn pul vəsaitləri yalnız "xxxx" şirkətinin hesabından “X48” şirkətinin hesabına göndərilmiş və onun tərəfindən məxaric olunub Zərərçəkmiş şəxs1 verilmişdir; 2020-ci ilin may ayında hazırda əlaqə nömrələrini xatırlamadığı Cavid Hüseynli adı tanışı ona Səhiyyə Nazirliyinin yanında olan “Depolar"la dərman preparatları satmaq istədiyini və həmin işə görə ondan 150.000 ABŞ dolları istədiyini bildirmiş, hər satışdan 12% gəlir əldə etmək mümkün olduğunu demişdir. Bu məsələni Zərərçəkmiş şəxs1 danışmış və sonuncu həmin işə vəsait qoymaq istədiyini demişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs1 2020-ci ilin may ayında Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında şəxsən həmin dövrün rəsmi məzənnəsi ilə 40.800 (qırx min səkkiz yüz) manat təşkil edən 24.000 (iyirmi dörd min) ABŞ dolları, 2020-ci ilin may ayında Rusiya Federasiyasının Moskva şəhərində xatırlamadığı şəxs vasitəsi ilə Zərərçəkmiş şəxs1 qohumları Qudoberdov llias Qerixanovicdən həmin dövrün rəsmi məzənnəsi ilə 85.000 (səksən beş min) manat təşkil edən 50.000 (əlli min) ABŞ dolları və Şahid7 həmin dövrün rəsmi məzənnəsi ilə 71.400 (yetmiş bir min dörd yüz) manat təşkil edən 42.000 (qırx iki min) ABŞ dolları məbləğində pul vəsaitini almış və öz növbəsində Cavid Hüseynliyə vermişdir. Bundan təxminən 3-4 ay sonra Cavid ona dərmanların alınıb satılmasına görə 70.000 ABŞ dolları qaytarmış, həmin pulu yəni 70.000 ABŞ dolları Zərərçəkmiş şəxs1 vermişdir. Bundan sonra o, dəfələrlə Cavid Hüseynlidən yerdə qalan 80.000 ABŞ dolları tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək onun pulunu bu günə qədər qaytarmamışdır. Bu səbəbdən məcbur qalaraq özünə məxsus qızıl-zinət əşyalarını satmış və əldə etdiyi 30.000 ABŞ dolları pulu Zərərçəkmiş şəxs1 vermişdir. Qalan 50.000 ABŞ dolları bu günə qədər Zərərçəkmiş şəxs1 qaytarmamışdır. Cavid Hüseynlinin əlaqə nömrəsini, anket məlumatlarını və yaşayış yeri barədə məlumatları xatırlamır, sonuncu ilə adını xatırlamadığı tanışı vasitəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 qeyd olunan müddət ərzində 148.536 (bir yüz qırx səkkiz min beş yüz otuz altı) ABŞ dolları deyil, ümumulikdə qazanc və ana məbləğ daxil olmaqla 410.000 ABŞ dolları məbləğində pul qaytarmışdır. Bununla bağlı Sərxanla aralarında cədvəl tərtib edilmiş və həmin cədvəl Sərxan vasitəsi ilə mailto:aliyev_farhad@hotmail.comElektron ünvan 1 poçt ünvanına göndərilmişdir; cinayət işinin istintaq materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 2.530.480,24 ABŞ dolları və 43.654 avro borcu qalması barədə xx.xx.2020-ci il tarixli əlyazma onun tərəfindən həmin tarixdə yazılmışdır. Həmin sənədi pandemiya vaxtında yazıb imzalayaraq Sərxana vermişdir. Belə ki, pandemiyadan sonra “Formula 1" yarışlarının bərpa olunacağını və əlavə gəlirlər əldə edəcəyini hesab etdiyi üçün, Sərxandan aldığı pulları artıqlaması ilə birlikdə qaytaracağına inanıb həmin sənədi yazıb imzalayaraq Sərxana vermişdir; Zərərçəkmiş şəxs1 tərəfindən cinayət işinin istintaq materiallarına əlavə edilmiş “X48" MMC-nin bank hesabında 322.250,25 ABŞ dolları olması barədə 1 vərəqə, bununla bağlı Zərərçəkmiş şəxs1la aralarında olan iki vərəqdən ibarət WhatsApp yazışması, “The One VİP" şirkətinin depzoitində 2.320.005 ABŞ dolları olması və ödəniləcək məbləğin 318.102 ABŞ dolları olmasını təsdiq edən 01 vərəq və xx.xx.2018-ci il tarixdə “GP Hospitality" şirkətindən “X48” MMC-yə 5.000 ABŞ dolları məbləğində pul vəsaitinin köçürülməsi ilə bağlı 01 vərəq, xx.xx.2018-ci il tarixdə "xxxx" şirkətindən “X48” MMC-yə 5.000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülməsi” barədə vərəqdə qeyd olunan sənədləri Zərərçəkmiş şəxs1 təqdim edib-etmədiyini hazırda xatırlamır. - Zərərçəkmiş şəxs2 2022-ci ilin fevral ayında tanımışdır. Lakin sonuncunun qardaşı Zaurla 2019-cu ildən yaxşı münasibətləri olmuş və xaricdə kollecdə təhsil almasında fəal iştirak etməsi ilə əlaqədar tanımışdır. Daha sonra 2022-ci ilin fevral ayında Zaur, dostu Şahid6 və qardaşı İbrahim ona müraciət edərək London şəhərindən kirayə ev tapılmasını istəmişlər. Bununla bağlı xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında London şəhəri, 45, Lanson Building ünvanında kirayəyə mənzil tutulması barədə razılaşmışlar. Zaur və dostu Tamerlanın həmin evə yerləşdirilməsi üçün kirayə pulu 30.000 ABŞ dolları elədiyi üçün o, bu barədə həmin şəxslərə bildirmiş və razılıqlarını aldıqdan sonra həmin vəsait sonuncular tərəfindən iki dəfəyə ona verilmişdir. Belə ki, ilk dəfə Nəsimi Polis İdarəsinin yaxınlığında görüşüb 24.500 ABŞ dolları, bir neçə gün sonra isə sürücüsü Gündüz vasitəsi ilə 5.000 ABŞ dolları almışdır. Lakin Tamerlan və Zaurun viza və universitet sənədləri gecikdiyi üçün sonuncular xx.xx.2022-ci il tarixdə Londona uçmuşlar. Həmin vaxt mənzilə daxil olmaq üçün sonuncuların vizaları, universitet qəbul sənədləri və əvvəlki rekomendasiya məktubları lazım olmuşdur. Zaur və Tamerlan tərəfindən həmin sənədlər ona təqdim edilməli, o da həmin sənədləri Londonda “Draker” şirkətinə təqdim etməli, müqaviələlər imzalanmalı və yalnız bundan sonra evə daxil olmaq mümkün olduğundan həmin şəxslər sənədləri təqdim etmədiyi üçün müqavilələr imzalanmamış və mənzilə yerləşə bilməmişlər. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sonuncular London şəhərində seçdikləri oteldə və qonaq evində qalmış, həmin otelin və qonaq evinin ödənişləri qaldıqları müddətdə onun tərəfindən ödənilmişdir. Daha sonra sənədlərdə yaranmış problemlərə görə evə daxil olmaq mümkün olmadığından xx.xx.2022-ci il tarixdən həmin ayın sonuna kimi sonuncuların qonaq evində qalma xərcləri onun tərəfindən ödənilmişdir. Həmin şəxslərə ümumilikdə təxminən 15.000 funt sterlinq pul vəsaiti xərcləmişdir. Lakin 2022-ci ilin aprel ayında Zaur və Tamerlan başqa evə köçdükləri üçün onun müqavilə bağladığı evə köçməkdən imtina etmişlər və ondan pullarını geri tələb etməyə başlamışlar. Bunun nəticəsində müqavilə bağladığı şirkət narazılıq edərək ödədiyi pulları geri qaytarmaqdan imtina etmişdir. Bununla bağlı o, Zaurun qardaşı İbrahimlə Bakı şəhərində görüşərək sonuncuya 30.000 ABŞ dolları qaytaracağı ilə bağlı əlyazma yazıb vermişdir. Hazırda həmin məbləğdən cəmi 5.000 manat Zərərçəkmiş şəxs2 pul vəsaiti qaytarmışdır. xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs2lə onun arasında tərtib edilmiş əlyazmanı özü yazaraq sonuncuya vermişdir. Belə ki, 09 aprel 2022-ci il tarixdə Zaur və Tamerlanın sənədləri hazır olmadığı üçün evə yerləşdirə bilməmiş və bu səbəbdən İbrahimlə ofisdə görüşərək qeyd olunan əlyazmanı yazaraq vermişdir; - Zərərçəkmiş şəxs3 2007-ci ildən tanıyır, sonuncuyla tanışlıqları X45 vasitəsi ilə olmuşdur. Belə ki, Nicat Musayevi 2007-ci ildən ali təhsil məktəbinə hazırlaşarkən tanımış və həmin vaxt dostluq münasibətləri yaranmışdır. 2016-ci ildən Nicat Musayevlə xarici ölkələrdə tələbələrin ali təhsil müəssisələrinə qəbulla bağlı iş birlikləri olmuşdur. Zərərçəkmiş şəxs3 ilə hər hansı razılaşması və iş birliyi olmamışdır. X34 təhsillə bağlı iş birliyi olmuş və sonuncu ilə həmçinin “Formula 1 yarışlarına VİP biletlərinin alqı-satqı etməklə gəlir əldə edəcəklərinə dair razılaşmaları olmuşdur. Bütün danışıqlar, o cümlədən işlə bağlı yazışmaları və pul haqq-hesabları Nicat Musayev və sonuncunun qardaşı Şahid3lə olmuşdur. Həmin şəxslərdən "xxxx" yarışlarına VİP biletlərinin aiqı-satqısı ilə bağlı yatırım etmək üçün hansı məbləğdə və hansı tarixlərdə pul vəsaiti aldığını dəqiq xatırlamır, lakin qazanc kimi həmin şəxslərə verdiyi məbləğ 16.500 ABŞ dollarından artıq olmuşdur. - Zərərçəkmiş şəxs4 2007-ci İldən tanıyır, dostluq münasibətləri olmuşdur. Fərruxla onun 2019-cu ildə "xxxx" yarışlarında keçirilən yollarda reklamın yerləşdirilməsi, həmçinin “VİP” biletlərinin satışı ilə bağlı iş birlikləri olmuşdur, yəni Fərrux ona həmin işlə bağlı bir neçə dəfə pul vəsaiti vermişdir. Lakin Zərərçəkmiş şəxs4 hazırda ona hansı məbləğdə pul vəsaiti verdiyini və sonuncuya hansı məbləğdə pul vəsasiti qaytardığım xatırlamır. VİP” biletlərinin alqı-satqısı ilə bağlı Zərərçəkmiş şəxs4 xx.xx.2020-ci il tarixdə 16.000 ABŞ dolları, 26 fevral 2020-ci il tarixdə 32,200 avro və 24.750 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 19.000 ABŞ dolları pul vəsaiti aldığını xatırlamır. 2020-ci ilin avqust ayında bibisinin “Covid-19” xəstəliyinə yoluxduğu və vəziyyəti ağır olduğundan təcili Türkiyə Respublikasına aparmaq zərurəti yarandığı üçün bu məqsədlə Zərərçəkmiş şəxs4 30.000 manat borc istəməmiş və almamış, Zərərçəkmiş şəxs4 yalnız “Formula 1’ yarışlarına dair VİP biletlərinin alqı-satqısı ilə bağlı pul vəsaiti almış, hər hansı qohumunun “Covid” xəstəliyi ilə əlaqədar pul lazım olduğunu deməmiş və bu adla hər hansı məbləğdə pul vəsaiti almamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, 2010-cu ildən 2013-cü ilə qədər "xxxx" ASC-də aparıcı mütəxəssis vəzifəsində işləmiş, bundan sonra fərdi qaydada Türkmənistan Respublikasından Gürcüstan və Özbəkistan Respublikasına ağır texnikanın (traktorlar, sudaşıyan, yükqaldıran və sair maşınlar) satılması ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 2015-ci ildən tanıyır, tanışlıqları həyat yoldaşları vasitəsi ilə olmuşdur. Belə ki, onun həyat yoldaşı X1 Əliyevin həyat yoldaşı X20 ilə Türkmənistan Respublikasında bir məktəbdə oxumuş və ailəvi bir-birinə yaxın olmuşlar. Sonuncular Bakı şəhərinə qayıtdıqdan sonra münasibətlərini yenə də davam etdirmişlər. Fərhadla Sabrina ailə qurandan sonra onları tez-tez öz evlərinə dəvət etmişlər. Bu tanışlıq yavaş-yavaş dostluq və inam yaradan münasibətlərə çevrilmişdir. Tanış olduqları müddət ərzində Təqsirləndirilən şəxs ona “X48” adlı şirkətin təsisçisi və direktoru olduğunu, sözügedən şirkət konsaltinq işləri ilə yəni, xaricdən müxtəlif şirkətlərin nümayədələrini Azərbaycana dəvət edərək, Azərbaycandakı müvafiq Dövlət Qurumları ilə və ya özəl şirkətləri ilə rəsmi qaydada tanış edərək bununla bağlı xidmətlər göstərdiyini bildirmişdir. Fərhad ona Londonda işlədiyi müddətdə həmin Nik adlı bir şəxslə tanış olduğunu və dostluq münasibətinin yarandığını bildirmişdir. Bununla yanaşı Fərhad ona Nik adlı şəxsin əvvəllər “Formula-1” yarışlarında yüksək vəzifə tutan şəxslərdən biri olduğunu, həmçinin "xxxx" yarışlarının rəhbəri Ketrin adlı şəxslə dostluq münasibəti olduğunu demişdir. X43 adlı şəxsin onu Londonda "xxxx" yarışlarının ümumi rəhbəri olan Ketrinlə, habelə oranın məsul şəxslərdən biri olan Yuliya Fyodorova adlı şəxslə tanış edərək və Fərhada “Formula T’ yarışlarında keçirilən yollarda reklamın yerləşdirilməsini, həmçinin “VİP” biletlərinin satışını təklif etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs sözlərinə görə Nikİn təklifini qəbul etmişdir. Fəhad ona “VİP” biletlərin qiymətinin məlum olduğu kimi 5.000 (beş min) ABŞ dollarından başladığını demişdir. Bundan sonra Fərhad onu inandırmaq üçün Nik adlı şəxslə və Formula-1 nümayəndəliyinin digər üzvləri ilə birgə “İnstagram” səhifəsində şəkillərini göstərmişdir. Həmçinin Fərhad bildirmişdir ki, sonuncunun Azərbaycanda çoxlu sayda səfirlərlə həm əlaqəsi həm iş birliyi vardır. Eyni zamanda Fərhad ona atasının böyük turizm şirkətinin olduğunu, həmin şirkətin 20 ildən artıq fəaliyyət göstərdiyini bildirmişdir. 2018-ci ilin may ayında Fərhad ondan nə işlə məşğul olduğunu soruşanda, o, bizneslə məşğul olduğunu bildirmişdir. Sonra Fərhad ona 2016-cı ildən bir çox ölkələrə, həmçinin Azərbaycana “Formula-1” yarışlarının ümumi rəhbərliyindən, "xxxx" yarışları üçün “VİP” biletlərin satılmasının icazəsini aldığını bildirmişdir. Fərhad bu işlə məşğul olmaq üçün sonuncuya etibarlı bir şəxs lazım olduğunu deyərək, birlikdə "xxxx" yarışları üçün “VİP” biletlərin satılmasını təklif etmişdir. Həmin vaxt onun işində daimi gəlir olmadığı üçün o, Fərhadın təklifini qəbul etmişdir. Fərhad ona hazırda 3 (üç) ədəd “VİP” biletinin alınması sifarişi gəldiyini və hər biletin qiyməti 5.000 ABŞ dollar olduğunu bildirmiş, gəlir əldə etmək istədiyi halda 15.000 ABŞ dollarını çatdırmalı olduğunu demişdir. O, sonuncuyla razılaşaraq Fərhada qısa bir zamanda 15.000 ABŞ dolları verəcəyini bildirmişdir. O, 15.000 ABŞ dollarını Ağarza adlı dostundan borc götürmüş və həmin məbləği 04 iyun 2018-ci il tarixdə saat 13:00 radələrində Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında Fərhadın Gündüz adlı sürücüsünə nağd şəkildə vermişdir. 2018-cİ ilin iyul ayında Fərhad ona zəng edərək biletlərin satıldığını bildirib həmin gün ondan aldığı həm 15.000 ABŞ dolları, həm də biletlərdən əldə etdiyi qazancdan onun payına düşən 1.950 ABŞ dolları hissəsini nağd şəkildə ona vermişdir. Təxminən bir aydan sonra Fərhad təkrar ondan “Formula-1” yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün ondan 5.000 ABŞ dolları istəmişdir. Həmin gün, yəni 03 avqust 2018-ci il tarixdə yaşadığı Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında nağd şəkildə 5.000 ABŞ dolları Fərhada vermişdir. Bir neçə gün keçəndən sonra Fərhad ona zəng edərək "xxxx" yarışlarının “VİP” biletlərinin satıldığını bildirmişdir. Həmin gün Fərhad onunla görüşmüş və ondan aldığı 5.000 ABŞ dollarını, həmçinin həmin biletlərdən əldə etdiyi qazancından ona düşən 600 ABŞ dolları nağd şəkildə ona vermişdir. 10 avqust 2018-ci il tarixdə “Formula-1” yarışlarına görə “VİP” bilet almaq üçün Fərhad ondan 30.000 ABŞ dollar istəmişdir. O, gəlir əldə etmək üçün Faiq Baxşiyev adlı tanışından 30.000 ABŞ dolları borc götürmüş və həmin günü təxminən saat 16:00 radələrində Nəsimi rayonu Vaqif prospekti 3 ünvanında 30.000 ABŞ dolları nağd şəkildə Təqsirləndirilən şəxs vermişdir. Bir ay keçəndən sonra, yəni 24 sentyabr 2018-ci il tarixdə Fərhad ona zəng edərək biletlərin satıldığını və həmin gün ondan aldığı həm 30.000 ABŞ dolları həm də biletlərdən əldə etdiyi qazancından ona düşən 3.000 ABŞ dolları pul vəsaitini nağd şəkildə qaytarmışdır. 27 sentyabr 2018-ci il tarixdə "xxxx" yarışlarına görə “VİP” biletlərin alınıb- satılması üçün Fərhad ondan 35.000 (otuz beş min) ABŞ dolları pul istəmişdir. O, həmin gün Nəsimi rayonu Vaqif prospekti 3 ünvanında saat 13 radələrində nağd şəkildə Fərhada 35.000 (otuz beş min) ABŞ dolları vermişdir. Bir ay keçəndən sonra Fərhad ona zəng edərək biletlərin satıldığını bildirmiş və həmin gün ondan aldığı 35.000 ABŞ dollarını, həm də biletlərdən əldə etdiyi qazancından ona düşən 3.500 ABŞ dolları nağd şəkildə ona qaytarmışdır. 10 noyabr 2018-ci il tarixdə “Formula T’ yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan 17.000 (on yeddi min) ABŞ dolları istəmişdir. Həmin gün Nəsimi rayonu Vaqif prospekti 3 ünvanında saat 16:12də nağd şəkildə Fərhada 17.000 (on yeddi min) ABŞ dolları vermişdir. Bir ay keçəndən sonra Fərhad ona zəng edərək biletlərin satıldığını və həmin gün ondan aldığı 17.000 ABŞ dollarını, həm də biletlərdən əldə etdiyi qazancından ona düşən 1.000 ABŞ dolları nağd şəkildə ona qaytarmışdır. 14 dekabr 2018-ci il tarixdə "xxxx" yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan 30.000 (otuz min) ABŞ dolları istəmişdir. Həmin gün, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında saat 20 radələrində Fərhadın Gündüz adlı sürücüsünə nağd şəkildə 30.000 (otuz min) ABŞ dolları vermişdir. Həmin pullar Fərhad tərəfindən bu günə qədər ona qaytarılmamışdır. 19 dekabr 2018-ci il tarixdə "xxxx" yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan 20.000 ABŞ dolları istəmişdir. Həmin gün Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında saat 16 radələrində Fərhadın sürücüsü otan Gündüz adlı şəxsə nağd şəkildə versə də, həmin 20.000 ABŞ dolları bu günə qədər ona qaytarılmamışdır. 29 dekabr 2018-ci il tarixdə "xxxx" yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan 5.000 ABŞ dolları istəmişdir. Həmin gün Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında saat 23 radələrində Fərhadın Gündüz adlı sürücüsünə nağd şəkildə 5000 ABŞ dolları vermişdir. Bir ay keçəndən sonra Fərhad ona zəng edərək biletin satıldığını bildirmiş və həmin gün ondan aldığı 5,000 ABŞ dollarını, həm də biletdən əldə etdiyi qazancından ona düşən 500 ABŞ dolları nağd şəkildə ona qaytarmışdır. 2019-cu ilin mart ayında "xxxx" yarışlarına görə “VİP” biletlərin alınıb- satılması üçün Fərhad ondan 40.000 ABŞ dolları istəmişdir. 40.000 ABŞ dollarını qohumlarından borc götürmüş və 08 aprel 2019-cu il tarixdə ’’Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “X48” şirkətinin ofisində nağd şəkildə Fərhada təklikdə vermişdir. Fərhad ondan pulu götürəndə pulların 4 ay müddətində “X48" şirkətinin dövriyyəsində olacağını və ancaq 4 aydan sonra həmin pulu və biletlərdən gələn gəliri ona verə biləcəyini bildirmişdir. Lakin Fərhadın verdiyi vədlərə baxmayaraq, o, Fərhada verdiyi 40.000 ABŞ dollarını bu günə qədər ala bilməmişdir. 2019-cu ilin aprel ayında "xxxx" yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan 15.000 ABŞ dolları istəmişdir. 2019-cu ilin aprel ayının axırlarında o, atası Şahid8 15.000 ABŞ dolları alaraq ofisində Fərhada vermiş, sonuncu həmin məbləği bu günə qədər qaytarmamışdır. Fərhad 2019-cu ilin mart ayında ondan aldığı 40.000 ABŞ dolları və 2019-cu ilin aprel ayında aldığı 15.000 ABŞ dolları pul vəsaitlərinin "xxxx" yarışlarına görə biletlərin alınıb-satılması üçün “X48” MMC-in dövriyyəsində olduğunu və qısa bir zamanda bütün biletlər satılandan sonra gəlirlə birlikdə ümumilikdə 98.213,21 ABŞ dollar olmaqla qazanc əldə edəcəklərini demişdir. Lakin buna baxmayaraq Fərhad ona həmin məbləğdən cəmi 8.200 ABŞ dolları qaytarmış, qalan 46.800 ABŞ dollarını bu günə kimi ona qaytarmamışdır. Bu işlərlə heç vaxt məşğul olmadığı üçün Fərhadın dediklərinə inanmışdır. 2019-cu ilin may ayında “Formula-1" yarışlarına görə “VİP" biletlərin alınıbsatılması üçün Fərhad yenidən ondan 30.000 ABŞ dolları istəmişdir. O da gəlir əldə etmək üçün dostu Samir Hüseynovdan 30.000 dolları borc götürmüş və həmin günü təklikdə nağd şəklində Fərhada 30.000 ABŞ dollarını vermişdir. Fərhad pulu götürəndə ona "xxxx" yarışları üçün “VİP” biletlər satılandan sonra 30.000 ABŞ dolları verilməsini, həm də biletdən əldə etdiyi qazancından ona düşən 4.500 ABŞ dolları 20 iyun 2019-cu il tarixdə qaytaracağını vəd etsə də həmin məbləğdən cəmi 4.836 ABŞ dolları vermişdir. Fərhad həmin puldan 25.164 ABŞ dollarını bu gün kimi qaytarmamışdır. 21 iyun 2019-cu il tarixdə Fərhad ondan “Formula-1" yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün 40.000 ABŞ dolları istəmişdir. Həmin vaxt atası Şahid8 40.000 ABŞ dolları borc götürmüş və həmin günü Nəsimi rayonu Vaqif prospekti 3 ünvanında 40.000 ABŞ dollarını nağd şəkildə Təqsirləndirilən şəxs vermişdir. Həmin məbləği Fərhad bu günə qədər qaytarmamışdır. 2019-cu ilin avqust ayında “Formula-1” yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan 30.000 ABŞ dolları istəmişdir. Həmin pulu Ağarza adlı tanışından borc götürmüş və "Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “X48” şirkətinin ofisində nağd şəkildə Fərhada təklikdə vermişdir. Fərhad pulu alarkən bir aydan sonra ondan aldığı 30.000 ABŞ dollardan əlavə, biletlərdən əldə etdiyi qazancından ona pul verəcəyini bildirmişdir. Buna baxmayaraq bu günə qədər heç bir məbləğ qaytarmamışdır. 2019-cu ilin noyabr ayında “Formula-1” yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan 25.000 ABŞ dolları istəmişdir. O, həmin pulu dostu Samir Hüseynovdan borc götürmüş və həmin günü “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “X48” şirkətinin ofisində nağd şəkildə Fərhada təklikdə vermişdir. Fərhad pulu alarkən ona bir neçə aydan sonra ondan aldığı 25.000 ABŞ dollardan əlavə, biletlərdən əldə etdiyi qazancından ona əlavə pul verəcəyini bildirmiş, lakin bu günə qədər heç bir məbləği qaytarmamışdır. 2019-cu ilin noyabr ayında “Formula-T’ yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan 7000 ABŞ dolları istəmişdir. O, dostu Samir Hüseynovdan 7.000 ABŞ dolları borc götürmüş və həmin günü ”Azure” biznes mərkəzinin 15-cİ mərtəbəsində yerləşən “X48” şirkətinin ofisində nağd şəkildə Fərhada 7.000 ABŞ dolları təklikdə vermişdir. Fərhad pulu alarkən ona bir neçə aydan sonra ondan aldığı 7.000 ABŞ dollardan əlavə, biletlərdən əldə etdiyi qazancından ona əlavə pul verəcəyini bildirsə də, sonuncu bu günə qədər heç bir məbləğ qaytarmamışdır. 2019-cu ilin noyabr ayında “Formula-1” yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan 20.000 ABŞ dolları istəmişdir. O, 20.000 ABŞ dolları Ceyhun adlı qohumundan götürmüş və həmin pulu “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “X48” MMC-in ofisində nağd şəkildə Fərhada vermişdir. 2019-cu ilin noyabr ayında “Formula-1” yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan 12.000 ABŞ dolları istəmişdir. 12.000 ABŞ dollarını qohumu Şahid2 götürmüş və həmin günü ’’Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “X48” MMC-in ofisində nağd şəkildə Fərhada 12.000 ABŞ dollarını vermişdir. Fərhad pulu alarkən ona bir neçə aydan sonra ondan aldığı 12.000 ABŞ dollardan əlavə, biletlərdən əldə etdiyi qazancından əlavə pul verəcəyini bildirsə də, bu günə qədər ona heç bir məbləği qaytarmamışdır. 03 dekabr 2019-cu ildə Formula-1 yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan 10.000 ABŞ dolları istəmişdir. Həmin pulu Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında Fərhadın sürücüsü Şahid1 nağd şəkildə vermişdir. Bir neçə gündən sonra eyni məqsədlə Fərhad ondan əlavə 2.000 ABŞ dolları istəmişdir. Həmin günü Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında Fərhadın sürücüsü Gündüzə 2.000 ABŞ dolları vermişdir. Həmin məbləğdən Fərhad ona bu günə qədər heç bir məbləğ qaytarmamışdır. 06 dekabr 2019-cu ildə “Formula-1” yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan 30.000 dolları istəmişdir. O, həmin pulu Ceyhun adlı qohumundan götürmüş və bir gündən sonra ’’Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “X48” MMC-in ofisində nağd şəkildə Fərhada vermişdir. 11 dekabr 2019-cu ildə “Formula-1” yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan 27.000 dolları istəmişdir. O, həmin pulu Moskva şəhərində yaşayan Nazim adlı qohumundan istəmişdir. Nazimə də həmin pulu ona “Formula- 1” yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün lazım olduğunu bildirmişdir. Nazim həmin gün Moskva şəhərində Fərhadın adını tanımadığı tanışına 27.000 ABŞ dollarını vermiş, Fərhad ona zəng edərək məbləğin həmin gün Bakı şəhərində ona çatdırıldığını bildirmişdir. Bundan başqa, 11 dekabr 2019-cu il tarixdə Formula- 1 yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhadın istəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında Fərhadın sürücüsü Gündüzə nağd şəkildə 10.000 avro vermişdir. Lakin bu günə qədər Fərhad həmin pulları ona qaytarmamışdır. 26 dekabr 2019-cu il tarixdə “Formula-1” yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan əlavə 40.000 ABŞ dolları istəmişdir. O, gəlir əldə etmək üçün qeyd olunan tarixdə Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında Fərhadın sürücüsü Şahid1 nağd şəkildə 40.000 ABŞ dollarını vermişdir. Gündüz həmin pulu Fərhada verdikdə sonuncu bu barədə hər dəfə ona zəng edib bildirmişdir. 27 dekabr 2019cu il tarixdə “Formula-1” yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan 8.000 ABŞ dolları istəmişdir. Həmin gün Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında Fərhadın sürücüsü Gündüzə nağd şəkildə 8.000 ABŞ dollarını vermişdir. “Formula-1” yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan dəfələrlə külli miqdarda pul vəsaiti götürdükdən sonra verdiyi pullardan və qalan qazancın onun payına düşən hissəsindən verməməsi barədə öz iradlarını dəfələrlə Fərhada bildirsə də, sonuncu guya həmin pulları "xxxx" yarışlarına biletlərin alışı ilə bağlı dövriyyəsində olduğunu bildirmişdir. Fərhadla ailəvi yaxın dostluq münasibətində olduğu üçün sonuncunun yalan vədlərinə inanmışdır. Hər dəfə aralarında mübahisə yarananda Fərhad verilən məbləğlərdən az miqdarda pulu qaytarmışdır. Belə ki, 31 dekabr 2019-cu il tarixdə aralarında mübahisə yarananda Fərhad Gündüz adlı sürücüsünün vasitəsi ilə Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında ona cəmi 5.000 ABŞ dolları qaytarmış və bu səbəbdən Fərhadın dediklərinə yenidən inanmışdır. 14 yanvar 2020-ci il tarixdə “Formula- 1 yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan yenidən 55.000 ABŞ dolları istəmişdir. Həmin gün dostu Samirdən 29.000 ABŞ dolları borc götürmüş və üstünü düzəldərək Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında Fərhadın sürücüsü Gündüzə nağd şəkildə 35.000 ABŞ dolları verərək Fərhada göndərmişdir. Bir gün keçəndən sonra yəni 15 yanvar 2020-ci il tarixdə isə "Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “X48" ofisində nağd şəkildə Fərhada 20.000 ABŞ dollarını təklikdə vermişdir. 24 yanvar 2020-ci il tarixdə Fərhaddan ayrı-ayrı vaxtlarda "xxxx" yarışlarına görə “VİP” biletlərin alınıbsatılması üçün verdiyi məbləğləri nə vaxt qaytaracağını soruşanda sonuncu ona həmin gün 13.000 ABŞ dollarını nağd şəkildə qaytarmışdır. 05 fevral 2020-ci il tarixdə Formula-1 yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan 50.000 ABŞ dolları istəmişdir. Şahid9 adlı dostundan həmin məbləğdə borc götürmüş və həmin gün Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında təklikdə nağd şəkildə Fərhada 50.000 ABŞ dolları vermişdir. Həmin məbləğdən 07 fevral 2020-ci il tarixdə Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında Fərhad qazanc adı ilə ona sürücüsü Gündüz vasitəsi ilə nağd şəkildə cəmi 43.000 ABŞ dolları qaytarmış, əsas məbləğin Cəmiyyətin dövriyyəsində olduğunu demişdir. 16 fevral 2020-ci il tarixdə “VİP” biletlərin alınıb-satılması üçün Fərhad ondan 5.300 ABŞ dolları istəmiş, həmin gün Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında təklikdə nağd şəkildə Fərhada həmin pulu, yəni 5300 ABŞ dollarını vermişdir. Bundan sonra, 27 fevral 2020-ci il tarixdə həmin məqsədlə Fərhad ondan 50.000 ABŞ dolları istəmişdir. Həmin pulu Kanadada yaşayan atasının Ruslan adlı dostundan borc istəmişdir. Ruslan “TD” Bank hesabından Fərhadın ona təqdim etdiyi X9 yerləşən “Wells Fargo” Bank hesabına 50.000 ABŞ dolları köçürtmüşdür. Həmin pulu Fərhadın göstərişi ilə X9 yerləşən “Wells Fargo” Bankın hesabına köçürtmüş, Fərhad pulu aldığını ona zəng edərək təsdiq etmişdir; 2020-ci ilin may ayında Fərhad hazırda Səhiyyə Nazirliyinin yanında olan “Depolar”la müqavilə bağladığını bildirmiş, Fərhadın sözlərinə görə həmin müqavilədə sonuncuya məxsus “X48” MMC müvafiq depolara dərman, tibbi maska, antiseptik və bu kimi tibbi avadanlıqların alınmasının maliyyəşdirilməsi göstərilmişdir. Fərhad həmin depoların sözügedən dərmanları və tibbi avadanlıqları apteklərə və xəstəxanalara satandan sonra depolar onlara aldıqları ana məbləğdən əlavə 20% faiz verəcəklərini bildirmiş və həmin işə sərmayə qoymaq üçün ondan 120.000 ABŞ dolları istəmişdir. Fərhada inanaraq 2020-ci ilin may ayında qohumu Şahid2 24.000 ABŞ dolları borc götürmüş və Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanında Fərhada nağd şəkildə həmin məbləği vermişdir. Bir neçə gündən sonra Fərhad tam şəkildə həmin məbləği gəlirsiz ona qaytarmış və gəlirin dövriyyədə olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra, yəni 2020-ci ilin may ayında Moskva şəhərində yaşayan İlyas Qudaberdov adlı bacısının həyat yoldaşından 50.000 ABŞ dolları borc istəmiş və həmin məbləği Moskva şəhərində Fərhadın tanışına verməyi xahiş etmişdir. Bir gün ərzində qohumu İlyas Moskva şəhərində Fərhadın adını xatırlamadığı tanışına nağd şəkildə həmin pulu vermişdir. Fərhad aldığı 50.000 ABŞ dollardan tanımadığı tanışının vasitəsi ilə İlyasa iki aydan sonra Moskvada cəmi 45.000 ABŞ dolları qaytarmış, yerdə qalan 5.000 ABŞ dolları bu günə qədər qaytarmamışdır. 2020-ci ilin may ayında dərmanların alınıb-satılması üçün Fərhad ondan 42.000 ABŞ dolları istəmişdir. Həmin pulu Moskva şəhərində yaşayan qohumu Şahid7 istəmişdir. Nazim Moskva şəhərində Fərhadın adını xatırlamadığı tanışına 42.000 ABŞ dolları məbləğində nağd şəkildə pul vermiş, həmin şəxs də pulu Fərhada çatdırmışdır. Fərhad pulu aldığı barədə ona həmin gün məlumat vermiş, lakin həmin pulu bu günə qədər qaytarmamışdır. 2020-ci ilin iyun ayında o, ayrı-ayrı vaxtlarda dost və qohumlardan “Formula-1” yarışlarına görə “VİP” biletlərin alınıb-satılması üçün götürdüyü pulları qaytara bilmədiyini görüb bu barədə Fərhada danışsa da, sonuncu hazırda pulu olmadığını, bütün pullarını “Formula-1” yarışlarına görə biletlərin alınması üçün sərf etdiyini bildirmişdir. Tibbi ləvazimatların satışının nə yerdə olmasını soruşanda isə Fərhad narahat olmamasını, hər şeyin qaydasında olduğunu bildirmişdir. Fərhada görüşlərinin birində pul aldığı adamların çox narahat olduğunu bildirmiş, dəfələrlə həmin şəxslərin narahatçılığına son qoyulması üçün sonunculara pulların “Formula-l” yarışları və tibbi avadanlıqların alınması ilə bağlı sərf edilməsinə dair sənəd təqdim etmələrini desə də sonuncu özünün danışacağını, həmin sənədi hazırlayıb təqdim edəcəyini bildirsə də bu günə qədər heç bir sənəd ona təqdim etməmişdir. 23 oktyabr 2020-ci il tarixdə Fərhad ondan ayrı-ayrı vaxtlarda aldığı pulları barədə sənəd tərtib etmişdir. Həmin sənəddə Fərhad onun verdiyi pulların və həmin puldan ona çatası gəlirlə birlikdə ona ümumilikdə 2.530.000 ABŞ dolları (iki milyon beş yüz otuz min) və 43000 Avro (qırx üç min) pul verməli olduğunu etiraf etmişdir. 2020-ci ilin dekabr ayında yenə “Holiday İnn” otelində Fərhadla görüşəndə sonuncu rəhbəri olduğu “X48” MMC-ni satdığını və pulu alan kimi həmin puldan onun pullarını qaytaracağını vəd etmişdir. Fərhaddan şirkətdə payı olduğunu və kimə satdığı barədə məlumatları istəsə də sonuncu heç bir söz deməmişdir. 2021-ci ilin fevral ayında Fərhad ona Moskva şəhərinə gedərək həmin şəhərdə banklarda olan hesabdan pulları götürəcəyini bildirmişdir. Fərhada birlikdə gedəcəklərini deyərək Moska şəhərinə olan təyyarə uçuşuna bilet almışdır. Lakin getməyə 5 saat qalmış Fərhad ona zəng edərək gedə bilmədiyini, guya Bakı şəhərində 1.200.000 ABŞ dolları məbləğində pulu hesabdan çıxartmalı olduğunu, ondan tək Moskva şəhərinə getməsini ona qaytaracağı pulu da Moskva şəhərində bank hesabına göndərəcəyini demişdir. Fərhada inanaraq tək Moskva şəhərinə gedərək 3 həftə ərzində pulsuz qalmış, heç bir məbləğdə pul göndərilməmiş və hesabdan da pul çıxarılmamışdır. Fərhada bu barədə etirazını bildirdikdə sonuncu da onun geri qayıtmasını, guya aldadıldığını bildirmişdir. Həmin ərəfədə Fərhad onun mobil telefonuna şəkil göndərmiş, həmin şəkildə guya sonuncunun hesabına 332.000 ABŞ dollar göndərildiyi əks olunmuşdur. Fərhada şəkil yox, bank çıxarışını göndərməsini xahiş etmiş, lakin buna baxmayaraq ona heç bir sənəd təqdim etməmiş və dediyi məbləği də ona verməmişdir. Bir müddət sonra Fərhadla görüşməyi və İngiltərəyə “GP Hospitality" şirkətinə sorğu göndərməyi təklif etmiş, daha sonra sonuncudan “Formula T’ ilə aralarında müqavilələri ona göstərilməsini xahiş etmişdir. Fərhad isə bu günə qədər "xxxx" yarışlarına görə “VİP” biletlərin alımb-satılmasına dair heç bir sənəd ona göstərməmişdir. 2021-ci ilin oktyabr ayında Fərhad ona aldanıldığını, lakin yolunu tapdığını, həll edəcəyini bildirmişdir. Fərhad hər dəfə ona ümid verərək özünə məxsus avtomobilini, evini sataraq pulunu qaytaracağını demişdir. Təqsirləndirilən şəxslə ailəvi yaxın olduqlarından sonuncunun onun pullarını qaytaracağını hesab etdiyinə görə heç bir dövlət qurumuna bu barədə şikayət etməmiş, lakin 2022-ci ilin yanvar ayınadək Fərhaddan pul almadığını görüb Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin “161 Qaynar xətt” Əlaqə Mərkəzinə şikayət etmişdir. Eyni zamanda göstərmişdir ki, ona vurulmuş 1.153.263 manat təşkil edən 678.390 ABŞ dolları məbləğində ziyandan Təqsirləndirilən şəxs ona 179.126 ABŞ dolları qaytardığından, hazırda bu günə olan məzənnə ilə ona vurulmuş maddi ziyandan ödənilməyən məbləğ 499.264 ABŞ dolları, yəni 848.748 manat təşkil edir və həmin ziyanın ödənilməsinə dair mülki ididasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 1983-cü ildə ailə həyatı qurmuş, birgə nigahdan Nicat Musayev və Şahid3 adlı iki övladı vardır. X45 1990-ci il təvəllüdlü olmaqla İsveçrənin “Glion" İnstitutunda ali təhsil almış, 2015-2017-ci illərdə Təhsil Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, 2017-ci ildə isə könüllü olaraq işdən çıxaraq İsveçrə dövlətinin Jenevrə şəhərinə köçərək həmin şəhərdə hazırda adını xatırlamadığı şirkətdə işləyir. X45 2007-ci ildən ali məkətəbə hazırlaşarkən Təqsirləndirilən şəxs tanımış, həmin vaxtdan sonuncuyla dostluq münasibətləri yaranmışdır. Fərhad London şəhərində ali təhsil almış, oğlu isə İsveçrədə ali təhsil alaraq mütəmadi qarşılıqlı əlaqələri olmuşdur. 2018-ci ildə Fərhad oğlu Nicata “X48” MMC-nin təsisçisi və direktoru olduğunu, sözügedən holdingin konsaltinq işləri ilə yəni, xaricdən müxtəlif şirkətlərin nümayədələrini Azərbaycana dəvət edərək, həmin şəxsləri Azərbaycandakı müvafiq Dövlət Qurumları ilə və ya özəl şirkətləri ilə rəsmi qaydada tanış edərək bununla bağlı xidmətlər göstərdiyini bildirmişdir. X29 işlədiyi müddətdə “Formula-1” yarışlarının təşkilində yüksək vəzifə tutan şəxslərlə tanış olduğunu, həmin şəxslərin "xxxx" yarışlarında keçirilən yollarda reklamın yerləşdirilməsi, həmçinin “VİP” biletlərinin satışını ilə bağlı ona təkliflərini qəbul etdiyini bildirmişdir. Fərhad oğlu Nicata "xxxx" yarışlarının “VİP” biletlərinin alqı-satqısından yaxşı gəlir əldə etdiyini bildirərək həmin işə sərmayə qoymağı təklif etmişdir. Bu məqsədlə Fərhad Nicatı inandırmaq üçün “Formula-1” nümayəndəliyinin üzvləri ilə birgə “İnstagram” səhifəsində şəkillərini göstərmişdir. Oğlu Nicat həmin vaxt İsveçrədə olduğu üçün Fərhadın təklifi barədə ətraflı danışdıqdan sonra özü də Fərhadın istifadəsində olan (050) ***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq görüşmüşdür. Fərhad ona da qeyd olunanları, yəni “X48” adlı şirkətin təsisçisi və direktoru olduğunu, həmin şirkətin London şəhərində fəaliyyət göstərən "xxxx" şirkəti ilə razılaşması olduğunu və razılaşmaya əsasən "xxxx" yarışlarında keçirilən yollarda reklamın yerləşdirilməsi, həmçinin “VİP” biletlərinin satışını həyata keçirdiyini bildirmiş və həmin işə sərmayə qoymaqla gələcəkdə yüksək gəlir əldə edəcəklərini bildirmişdir. Fərhad həmçinin gəlirlərin biletlərin satışından asılı olduğu üçün yatırılan məbləğin 5-10 faizi civarında gəlir əldə etmək mümkün olduğunu, “VİP” biletlərin qiymətinin məlum olduğu kimi 5.000 (beş min) ABŞ dollarından başladığını demişdir. Eyni zamanda Fərhad ona atasının böyük turizm şirkətinin olduğunu, həmin şirkətin 20 ildən artıq fəaliyyət göstərdiyini bildirmişdir. Fərhad bu işlə məşğul olmaq üçün etibarlı bir şəxs lazım olduğunu deyərək, birlikdə "xxxx" yarışları üçün “VİP” biletlərin satılmasını təklif etmişdir. Fərhad veriləcək məbləği rəhbəri olduğu Cəmiyyətin bank hesabına qoymaqla həmin hesabdan müvafiq ödənişlər və köçürmələr etməklə VİP biletlərin alqı-satqısını həyata keçirəcəyini bildirmişdir. Fərhad onu və oğlu Nicatı inandırdığı üçün sonuncuyla razılaşmışlar. 2018-ci ilin noyabr ayında Fərhad oğlu Nicata sonuncu isə öz növbəsində ona hazırda “VİP” biletinin alınması sifarişi gəldiyini, gəlir əldə etmək istədiyi halda 20.000 ABŞ dollarını çatdırmalı olduqlarını bildirmişdir. Oğlu Nicat ona bu barədə dedikdən sonra Fərhad ona zəng etmiş və yaşadığı evin həyətinə gələrək ondan 20.000 ABŞ dolları məbləğində pul vəsaiti almış və təxminən 2-3 aydan sonra biletlər satıldıqdan sonra gəliri ilə birlikdə qaytaracağını vəd etmişdir. 2019-cu ilin fevral ayında yenidən həmin məqsədlə 10.000 ABŞ dolları istəmiş və yenidən həyətə gələrək yaşadığı binanın qarşısında şəxsən Fəhrada 10.000 ABŞ dolları vermişdir. 2019-cu ilin mart ayında Fərhad özü həyətlərinə gələrək VİP biletlərin artıq satıldığını və əldə olunan qazanc kimi ona çatacaq 6.000 ABŞ dollarını qaytarmış və verdikləri vəsaitin isə Cəmiyyətin dövriyyəsində olduğunu, gələcəkdə yenidən bilet alıb satmaqla gəlir verəcəyini bildirmişdir. Bundan sonra, 2019-cu ilin aprel ayında Fərhad oğlu Nicata sonuncu isə öz növbəsində ona hazırda “VİP” biletinin alınması sifarişi gəldiyini, gəlir əldə etmək istədikləri halda 14.000 ABŞ dollarını çatdırmalı olduqlarını bildirmişdir. Bu məqsədlə o, yenidən Fərhadla əlaqə saxlayıb 14.000 ABŞ dolları verə biləcəyini demiş və bu məqsədlə Fərhad yenidən həyətlərinə gələrək ona zəng etmiş və binanın qarşısında görüşərək sonuncuya 14.000 ABŞ dollarını vermişdir. Fərhad bir ay ərzində biletləri sataraq qazanc əldə edəcəyini bildirmişdir. 2019-cu ilin may ayında o, Fərhadla əlaqə saxladıqda sonuncu artıq biletləri satdığını və 6.000 ABŞ dolları qazanc olduğunu bildirərək həmin məbləği özü şəxsən yaşadığı evin həyətinə gələrək binanın qarşısında ona vermişdir. Fərhad həmin məbləğin ona çatası qazanc olduğunu bildirmiş və ana məbləği bilet alışı ilə bağlı Cəmiyyətin dövriyyəsində saxladığını və zərurət olan kimi bilet alqı-satıqısını həyata keçirməklə gəlir əldə edəcəklərini vəd etmişdir. 2018-ci ilin iyul ayında Fərhad oğlu Nicata sonuncu isə öz növbəsində ona hazırda «VİP» biletinin alınması sifarişi gəldiyini, gəlir əldə etmək istədikləri halda 15.000 ABŞ dollarını çatdırmalı olduqlarını bildirmişdir. Oğlu Nicat ona bu barədə dedikdən sonra Fərhad ona zəng etmiş və sonuncu onun yaşadığı evin həyətinə gələrək ondan 15.000 ABŞ dolları məbləğində pul vəsaiti almış və təxminən 3-4 aydan sonra biletlər satıldıqdan sonra gəliri ilə birlikdə qaytaracağını vəd etmiş, lakin həmin məbləğdən heç bir məbləğdə vəsait qaytarmamışdır. 2020-ci ilin yanvar ayının əvvəllərində Fərhad oğlu Nicata sonuncu isə öz növbəsində ona hazırda “VİP” biletinin alınması sifarişi gəldiyini, gəlir əldə etmək istədikləri halda 50.000 ABŞ dollarını çatdırmalı olduqlarını bildirmişdir. Oğlu Nicat ona bu barədə dedikdən sonra Fərhad ona zəng etmiş və sonuncu onun yaşadığı evin həyətinə gələrək ondan 50.000 ABŞ dolları məbləğində pul vəsaiti almış və təxminən 1-2 aydan sonra biletlər satıldıqdan sonra gəliri ilə birlikdə qaytaracağını vəd etmişdir. 2018-ci İlin iyul ayında Fərhad “VİP” biletinin alınması sifarişi gəldiyini, gəlir əldə etmək istədikləri halda 27.500 ABŞ dollarını çatdırmalı olduqlarını bildirmişdir. Həmin vaxt Fərhadın Gündüz adlı sürücüsü ona zəng etmiş və yaşadığı evin həyətinə gələrək ondan 27.500 ABŞ dolları məbləğində pul vəsaiti almışdır. O, Fərhaddan pullar barədə soruşduqda Fərhad bütün vəsaitin Cəmiyyətin dövriyyəsində olduğunu və mütəmadi olaraq biletləri alıb satmaqla gəlirləri artırdığını, həmin dövrə artıq verilən pulun 10 faizi məbləğində gəlir olduğunu və həmin pulun da dövriyyədə olduğunu bildirmişdir. 2020-ci ilin iyul ayından etibarən Fərhadın hər hansı məbləğdə pul vəsaiti vermədiyini görüb pulları istədikdə sonuncu pandemiya ilə əlaqədar yarışlara tamaşaçılar buraxılmadığı üçün biletlərin satılmadığını əsas gətirərək pulları qaytarmamaq üçün bəhanələr gətirmişdir. Çoxsaylı təkiddən sonra 2021-ci ilin fevral ayında sonuncu dəfə sürücüsü Gündüz vasitəsi ilə ona 4.500 ABŞ dolları qaytarmışdır. Göstərilən müddət ərzində yəni 2018-ci ilin noyabr ayından 2020-ci ilin iyul ayınadək ümumilikdə Fərhada onun tərəfindən 136.500 ABŞ dolları məbləğində pul vəsaiti verilmiş, həmin məbləğlərdən guya qazanc adı ilə 16.500 ABŞ dolları qaytarmış, qalan 120.000 ABŞ dollarını isə 2021-ci ilin dekabr ayının 15-dək qaytaracağını vəd etmiş, lakin bu günədək həmin məbləği qaytarmamışdır. Fərhada inanmadıqları üçün sonuncu qalan vəsaitlə bağlı borc müqaviləsi tərtib etməyi təklif etmiş və oğlu Nicat buna razılıq vermişdir. 07 fevral 2021-ci il tarixdə Fərhad öz ofisində həmin tarixli 120.000 ABŞ dolları alması və həmin məbləği 15 dekabr 2021-ci il tarixinə qaytaracağı barədə borc müqaviləsi tərtib edərək öz imzası ilə təsdiq edərək oğlu Nicata vermişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək göstərmişdir ki, 20 aprel 2018-ci İldə “Azerbaijan Logistics Services’’ MMC-ni təsis etmiş və həmin vaxtdan hazıradək Cəmiyyətin direktoru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs ilə 2007-ci ildə ali təhsil müəssisəsinə qəbul olmaq üçün hazırlıq kurslarında tanış olmuş və həmin vaxtdan dostluq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs London şəhərində ali təhsil aldıqdan sonra Azərbaycana qayıdaraq “X46” MMC-ni təsis edərək həmin Cəmiyyətə rəhbərlik etmişdir. Fərhad rəhbəri olduğunu Cəmiyyətin turizm, xaricdə təhsil və marketing fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Fərhadla həmişə dostluq münasibətləri olmuş, heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 2019-cu ilin avqust ayında Fərhad ona Londonda yaşadığı müddətdə “Formula-1” yarışlarının təşkilində yüksək vəzifə tutan şəxslərlə tanış olduğunu, həmin şəxslərin sonuncuya "xxxx" yarışlarında keçirilən yollarda reklamın yerləşdirilməsini, həmçinin “VİP” biletlərinin satışını təklif etdiklərini və öz növbəsində razılaşaraq həmin biletlərin satışını həyata keçirməklə yaxşı gəlir əldə etdiyini bildirmişdir. Bununla bağlı Fərhad öz ofisində kompyuterində hazırda xatırlamadığı saytlara daxil olaraq ona hazırda xatırlamadığı hesab nömrələri, həmin hesablara yalnız sonuncunun çıxışı olduğunu bildirərək “Formula-T’ nümayəndəliyinin üzvləri ilə birgə “İnstagram” səhifəsində şəkillərini göstərmişdir. Fərhad ona “Formula T’ yarışlarının “VİP” biletlərinin alqı-satqısından yaxşı gəlir əldə etdiyini bildirərək həmin işə sərmayə qoymağı təklif etmişdir. Fərhad həmçinin ona gəlirlərin biletlərin satışından asılı olduğu üçün yatırılan məbləğin 5-10 faizi civarında gəlir əldə etmək mümkün olduğunu, “VİP” biletlərin qiymətinin 5.000 (beş min) ABŞ dollarından başladığını bildirmişdir. Fərhad bu işlə məşğul olmaq üçün sonuncuya etibarlı bir şəxs lazım olduğunu deyərək, birlikdə “Formula T’ yarışları üçün “VİP” biletlərin satılmasını təklif etmişdir. Fərhad veriləcək məbləği rəhbəri olduğu Cəmiyyətin bank hesabına qoymaqla həmin hesabdan müvafiq ödənişlər və köçürmələr etməklə VİP biletlərin alqı-satqısını həyata keçirəcəyini bildirmişdir. Fərhadla uzun müddətli ailəvi dostluq münasibətlərini, sonuncunu və ailəsini iş adamı kimi tanıdığı üçün inanmışdır. 2019-cu ilin avqust ayında Fərhad ona zəng edərək hazırda “VİP” biletin alınması sifarişi gəldiyini gəlir əldə etmək istədiyi halda 20.000 avro pul vəsaiti verməsini təklif etmiş, o da razılaşaraq evdə olduğunu və həmin məbləği gəlib götürməsini bildirmişdir. Fərhad özü onun yaşadığı evə gəlmiş, yaşadığı binanın arxa tərəfində avtomobilində 20.000 avro pul vəsaitini sayaraq Fərhada vermiş və Fərhad 1 ay müddətinə biletləri sataraq gəlirlə birlikdə həmin məbləği ona qaytaracağını bildirmişdir. Təxminən 2019-cu ilin sentyabr ayında o, Fərhadla əlaqə saxlayıb bu barədə maraqlandıqdan sonra sonuncu həmin gün yaşadığı evə gələrək binanın qarşısında ona 22.000 avro məbləğində pul vəsaiti qaytararaq, 2.000 avronun gəlir olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra Fərhad yenidən ondan pul vəsaiti istəsə də, sonuncu öz şirkətinə yatırım etdiyi üçün əlində sərbəst pul olmadığından verə bilməmişdir. 2020-ci ilin fevral ayında Fərhad yenidən həmin məqsədlə ondan 16.000 ABŞ dolları istəmiş və o, razılıq verdikdən sonra xx.xx.2020-ci il tarixdə yenidən həyətlərinə gələrək yaşadığı binanın qarşısında şəxsən Fərhada 16.000 ABŞ dolları vermişdir. Fərhad pulu sayıb götürərək təxminən 1-2 ay ərzində alacağı VİP biletləri sataraq gəlirlə birlikdə pulu qaytaracağını vəd etmişdir. 26 fevral 2020-ci il tarixdə Fərhad yenidən həmin məqsədlə ondan pul istəmiş, Fərhada 32.200 avro və 24.750 ABŞ dolları məbləğində pul vəsaiti verə biləcəyini demişdir. Bunu dedikdən təxminən 1 saat sonra Fərhad işlədiyi ünvan 11 ünvanında yerləşən ofisinə gəlmiş və ofisində həmin məbləği sayıb Fərhada təklikdə vermişdir. Fərhad pulu sayıb götürərək təxminən 1-2 ay ərzində alacağı VİP biletləri sataraq gəlirlə birlikdə pulu qaytaracağını vəd etmiş, həmçinin 5-10 faiz civarında gəlir olacağını bildirmişdir. xx.xx.2020-ci il tarixdə Fərhad yenə ona zəng edərək satışda VİP biletləri olduğunu və həmin biletləri alıb-satmaqla yaxşı gəlir əldə edəcəklərini bildirərək bu məqsədlə təcili 19.000 ABŞ dolları pul vəsaiti lazım olduğunu demişdir. Fərhada inandığı üçün razılaşaraq evdə olduğunu və həmin məbləği gəlib götürməsini bildirmişdir. Həmin gün Fərhad onun yaşadığı ünvana gələrək ondan öz avotmobilində 19.000 ABŞ dolları pul vəsaitini alaraq həmin pula bilet alacağını və 1-2 ay ərzində sataraq yaxşı gəlir əldə edəcəklərini vəd etmişdir. Həmin vaxtdan 2 ay müddət keçəndən sonra Fərhadla əlaqə saxladıqda sonuncu onun verdiyi məbləğləri və 10 faiz qazancla birlikdə bilet alışı ilə bağlı Cəmiyyətin dövriyyəsində saxladığını və zərurət olan kimi bilet alqı-satqısını həyata keçirməklə gəlir əldə edəcəklərini vəd etmişdir. Fərhad hər ay ona zəng edərək artıq verdiyi pul vəsaitinə 20 faiz qazanc əldə etdiyini və ana məbləğlə birlikdə həmin vəsaitin bilet alışı ilə bağlı Cəmiyyətin dövriyyəsində saxlanıldığını və zərurət olan kimi bilet alqı-satıqısını həyata keçirməklə əlavə gəlir əldə edəcəklərini vəd etmişdir. Təqsirləndirilən şəxs "Formula-1” yarışlarına “VİP” biletlərinin alışı ilə əlaqədar 2019-cu ilin avqust ayından 2020-ci ilin aprel ayınadək ondan 52.200 avro və 59.750 ABŞ dolları məbləğində pul vəsaiti almış və həmin məbləğdən cəmi 22.000 avro pul vəsaiti qaytarmışdır. 2020-ci ilin avqust ayında Fərhad ona zəng edərək adını xatırlamadığı bibisinin covid-19 xəstəliyinə yoluxduğunu və vəziyyəti ağır olduğundan təcili Türkiyə Respublikasına aparmaq zərurəti yarandığı üçün bu məqsədlə ondan 30.000 manat borc pul istəmişdir. Fərhada inanaraq cəmi 24.000 manat və 1000 avro məbləğində pulu olduğunu və həmin məbləği verə biləcəyini demişdir. Bu məqsədlə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən “Landmark” iş mərkəzinin qarşısında Fərhadın sürücüsü Şahid1la görüşərək 24.000 manat və 1000 avronu sayaraq vermişdir. Təxminən 10-15 dəqiqə sonra Fərhad ona zəng edərək həmin məbləği aldığını bildirmişdir. Fərhaddan pullar barədə soruşduqda sonuncu bütün vəsaitin Cəmiyyətin dövriyyəsində olduğunu və mütəmadi olaraq biletləri alıb satmaqla gəlirləri artırdığını, həmin dövrə artıq verilən pulun 20-30 faizi məbləğində gəlir olduğunu və həmin pulun da dövriyyədə olduğunu demişdir. Lakin 2020-ci ilin dekabr ayından etibarən Fərhadın hər hansı məbləğdə pul vəsaiti vermədiyini görüb pulları istədikdə sonuncu pandemiya ilə əlaqədar yarışlara tamaşaçılar buraxılmadığı üçün biletlərin satılmadığını əsas gətirərək pulları qaytarmamaq üçün bəhanələr gətirmişdir. Lakin sonradan Fərhaddan pulun dövriyyədə olması ilə əlaqədar hesabdan çıxarışlar istədikdə sonuncu müxtəlif bəhanələr gətirməklə heç bir sənəd təqdim etməmişdir. Təqsirləndirilən şəxslə uzun müddətli münasibətləri və ailə üzvlərini tanıdığı üçün, bundan başqa, iş adamı olduğunu nəzərə alaraq sonuncuya etibar etdiyinə görə pul verərkən hər hansı sənəd istəməmiş, lakin 2021-ci ildən etibarən sonuncudan qeyd olunanlarla bağlı sənəd istəsə də sonuncu hazıradək heç bir sənəd verməmişdir. Bu səbəbdən də o, aldandığını başa düşərək şikayət etmək qərarına gəlmişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, qardaşı Şahid5 London şəhərində yerləşən “Coventry” Universitetinin 2-ci kurs tələbəsidir. Zaurla birlikdə London şəhərində dostu Şahid6 da təhsil alır. Qardaşı Şahid5 2019-cu ildə ilk dəfə həmin Universitetə qəbul olarkən Təqsirləndirilən şəxs tanımış, sonuncu London şəhərində təhsil aldığı və üzün müddət yaşadığı üçün təhsillə bağlı 2-3 ay ərzində qardaşına köməklik etmişdir. Daha sonra, yəni 2022-ci ilin fevral ayında qardaşı Zaur Abddullayev və dostu Şahid6 təhsillə bağlı yenidən London şəhərinə getməli olduqlarından xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək London şəhərində münasib qiymətə kirayə mənzil axtarmışlar. 2022-ci ilin fevral ayının ilk günlərində bu məqsədlə Zaurun təklifi ilə Təqsirləndirilən şəxs zəng etmiş və sonuncuyla Xətai rayonu ərazisində yerləşən Ali Məhkəmənin arxasında yerləşən binada “X49” MMC-in ofisində görüşmüşlər. Söhbət zamanı Fərhada 6 ay müddətinə ucuz qiymətə kirayə mənzil axtardıqlarını demişlər. Fərhad özü də London şəhərində təhsil aldığını və həmin şəhərdə 5 il müddətində yaşadığı üçün şəhəri yaxşı tanıdığını, bundan başqa, rəhbəri olduğu “X50” MMC-in fəaliyyətinin xaricdə təhsil almaq və digər tədbirlər təşkil edilməsindən ibarət olduğunu bildirmişdir. Fərhad ofisdə onların yanında internet vasitəsi ilə qardaşı Zaurun oxuduğu Üniversitetin adını yazaraq həmin yerə yaxın olan London şəhəri, 45 Lanson Building ünvanında kirayə mənzil olduğunu və həmin mənzili 6 ay müddətinə 30.000 ABŞ dolları məbləğinə kirayələməyin mümkün olduğunu bildirmişdir. Fərhad internet vasitəsi İlə mənzilin şəkillərini onlara göstərmiş və bəyəndikləri üçün sonuncuyla razılaşmışlar, yəni razılaşmaya əsasən Fərhad 30.000 ABŞ dolları məbləğinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək London şəhərində qardaşı Şahid5 və Şahid6 adına mənzil kirayələməli olmuşdur. Həmin gün Fərhadla sağollaşıb ayrılmış və təxminən 2 gün sonra, yəni 05 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qardaşı Zaurun istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəsinə saat 22 radələrində zəng edərək mənzilə dair təcili ilkin olaraq 24.500 ABŞ dolları ödəniş edilməli olduğunu, əks təqdirdə mənzilin əldən çıxacağını bildirmişdir. Qardaşı Zaur bu barədə ona deyəndən sonra dərhal evdən 24.500 ABŞ dolları məbləğində pul götürərək Zaur və dostları Şahid6la birlikdə görüşmüşlər. X41 zəng etmiş və sonuncu onları Nəsimi rayon Polis İdarəsinin yaxınlığında görüşməyə dəvət etmişdir. 05 fevral 2022-ci il tarixdə təxminən saat 23 radələrində həmin ünvanda Fərhadla görüşmüşlər və həmin məqsədlə qardaşı Zaur və dostu Tamerlanın yanında Fərhada 24.500 ABŞ dolları məbləğində pul vəsaitini vermişdir. Fərhad pulu sayıb götürmüş və qalan məbləğin, yəni 5.500 ABŞ dollarını 2 gün ərzində verilməsini bildirmişdir. 07 fevral 2022-ci il tarixdə isə Fərhad qardaşı Zaura zəng edərək qalan vəsaiti istədiyi üçün sonuncu bu barədə ona bildirmiş, o da öz növbəsində 5.500 ABŞ dolları məbləğində pul düzəldərək Zaura xəbər eləmiş, bundan sonra Zaur onun yanında Fərhada zəng edərək pulu düzəltdiyini bildirmiş və Fərhad sürücüsü Şahid1 pulu götürməyə göndərəciyini demişdir. Bundan sonra Gündüzlə zəngləşib Nərimanov rayonu ərazisində yerləşən Metropark Ticarət Mərkəzinin qarşısında görüşərək həmin məbləği Gündüzə vermişdir. 2022-ci ilin fevral ayında Zaur və Tamerlanın viza məsələləri alınmadığı üçün London şəhərinə gedə bilməmişlər. 2022-ci ilin mart ayında vizalar verilən kimi xx.xx.2022-ci il tarixdə Şahid6 London şəhərinə gedərək Fərhada zəng etmiş, Fərhad sonuncuya həftə sonu olduğu üçün həftənin 1-ci günü mənzilə yerləşməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə isə qardaşı Zaur London şəhərinə uçub evə yerləşmək istədikdə sonuncu yenə də həmin sözləri demişdir. xx.xx.2022-ci il tarixdə qardaşı ona zəng edərək həftənin 1-ci günü olmasına baxmayaraq Fərhadın onları yenə də mənzillə təmin etmədiyini və bir neçə gündə gözləmələrini dediyini bildirmişdir. O, dərhal istifadəsində olan mobil nömrədən Fərhada zəng edərək bu barədə soruşduqda sonuncu bir neçə gün vaxt istəyərək müxtəlif bəhanələr gətirmişdir. Fərhadın onu aldatdığını başa düşüb xx.xx.2022-ci il tarixdə zəngləşib sonuncuyla ofisində görüşmüş və Fərhad yenə də 1 gün vaxt istəmişdir. Lakin buna inanmadığı üçün Fərhad kağız parçasında ondan 30.000 ABŞ dolları aldığını və 09 aprel 2022-ci il tarixdən qardaşını London şəhərində mənzillə təmin edəcəyini, əks təqdirdə 30.000 ABŞ dollarını qaytaracağı barədə əlyazma yazıb ona vermişdir. 09 aprel 2022-ci il tarixdə Fərhad qardaşı Zaura zəng edərək sonuncuları London şəhərində 10 gün müddətinə ödənişsiz qonaq evinə yerləşdirmiş və 10 gün sonra isə Zauru və Tamerlanı həmin qonaq evindən müddətin başa çatması ilə əlaqədar çıxarmışlar. Dəfələrlə Fərhaddan evə yerləşdirilməsini, əks halda pulu qaytarmasını dedikdə sonuncu hər dəfə vaxtı ertələmiş və yerləşdirməməsinin səbəbi kimi Londona ödəniş etməsini, lakin sistemdə görünmədiyini demişdir. Daha sonra onlar London şəhərində Fərhadın onlara göstərdiyi mənzillə bağlı hər hansı ödəniş olmadığını dəqiqləşdirmişlər. Fərhaddan pulunu tələb etdikdə sonuncu ona Londondakı şirkətin mənzili gecikdirdiyinə və sonra verdiyi üçün kompensasiya olaraq 5.000 ABŞ dolları qaytaracağını demişdir. Bu səbəbdən də o, Yasamal rayon pokurorluğunda verdiyi izahatında ona 35.000 ABŞ dolları məbləğində ziyan dəydiyini göstərmişdir. Təqsirləndirilən şəxs aldığı 30.000 ABŞ dolları məbləğindən yalnız 2022-ci ilin iyun ayında 5.000 manat məbləğində vəsait qaytarmış, qalan 46.000 manat ziyanı isə müxətlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 2015-ci ildən kirayə götürdüyü avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə 2015-ci ildə tanış olmuş, həmin vaxtdan sonuncu və ailə üzvləri onun taksi xidmətindən tez-tez istifadə etdiklərinə görə aralarında etibarlı münasibətlər yaranmışdır. Təqsirləndirilən şəxs söhbət əsasında ona Zərərçəkmiş şəxs1 adlı dostu olduğunu və birlikdə biznes fəaliyyəti ilə məşğul olduqlarını bildirmişdir. Sonuncuların hansı işlə məşğul olduğundan onun heç bir məlumatı olmamışdır. 2018-ci ildən 2020-ci ilə qədər Təqsirləndirilən şəxs ona dəfələrlə Zərərçəkmiş şəxs1 nağd şəkildə pulları götürməsini və özünə çatdırmasını tapşırmışdır. Həmin məbləğlər onun yadında qalmasa da təxminən 2.000 ABŞ dollardan başlayaraq 30.000 ABŞ dollarından artıq məbləğlərdə pul vəsaitləri olmuşdur. Həmin pulları o, Zərərçəkmiş şəxs1 yaşadığı Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanından götürmüş və Təqsirləndirilən şəxs işlədiyi Xətai rayonunda yerləşən “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “X48” şirkətinin ofisində Təqsirləndirilən şəxs özünə çatdırmışdır. Həmin məbləğlərdən ona heç bir məbləğdə pul verilməmiş, yalnız taksi fəaliyyətinə görə Fərhaddan xidmət haqqı almışdır. 2018-ci ildən 2020- ci ilə qədər Təqsirləndirilən şəxs də ona bir neçə dəfə təxminən 10.000 ABŞ dollardan başlayaraq və daha artıq məbləğlərdə pul vermiş, öz növbəsində həmin məbləği Zərərçəkmiş şəxs1 yaşadığı Nəsimi rayonu, Vaqif prospekti 3 ünvanına gedərək sonuncuya vermişdir. Fərhadla Sərxan arasında iş birliyi olduğunu bilsə də hansı iş gördüklərini bilməmişdir. Nə Fərhad, nə də ki, Sərxan verdikləri pulu onun yanında saymamış, bu səbəbdən məbləğləri dəqiq xatırlamır. O, Bakı şəhər sakinləri Şahid5 və Zərərçəkmiş şəxs2 sürücüsü olduğu Təqsirləndirilən şəxs tanışları və müştəriləri kimi tanımışdır. Belə ki, təxminən 2022-ci ilin fevral ayında Fərhad ona Şahid5 London şəhərində Universitetdə təhsil almaq üçün 6 ay müddətinə həmin şəhərdə kirayəlik mənzil axtardığını və həmin mənzilin tapılması ilə bağlı Zaura köməklik göstərmək niyyətində olduğunu bildirmişdir. Həmin ərəfədə Fərhad ona zəng edərək Şahid5 mobil nömrəsini vermiş və həmin şəxslə görüşüb 5.500 ABŞ dolları alıb gətirməsini xahiş etmişdir. Həmin gün Şahid5lə zəngləşərək Bakı şəhəri, Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “Metropark” Ticarət Mərkəzinin yanında görüşmüşər. Həmin vaxt Zaur qardaşı İbrahimlə birlikdə gəlmiş və həmin şəxslər Fərhada çatdırmaq üçün ona zərf vermiş və Zaur zərfdə 5.500 ABŞ dolları məbləği olduğunu demişdir. O həmin vəsaiti saymamış və Zaurdan qəbul edərək avtomaşına minib Xətai metrostansiyasının yaxınlığında Fərhadla görüşərək zərfi vermişdir. Fərhad avtomaşında onun yanında zərfi açıb sayaraq 5.500 ABŞ dolları olduğuna əmin olmuş və ona təşəkkür edərək sağollaşıb ayrılmışlar. Fərhad söhbət zamanı Şahid5 London şəhərində 6 ay müddətində mənzil kirayələməklə köməklik göstərəcəyini demiş, lakin həmin şəxsdən bu barədə konkret olaraq hansı məbləğdə pul vəsaitini aldığından və aralarında olan danışıqlardan onun məlumatı olmamışdır. O, yalnız 1 dəfə 2022-ci ilin ferval ayında Zaur və İbrahim qardaşlarından 5.500 ABŞ dolları alaraq Fərhada vermişdir. Bundan başqa onun heç nədən məlumatı olmamışdır. Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 sürücüsü olduğu Təqsirləndirilən şəxs dostu kimi tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs4 dəfələrlə Fərhadla birlikdə sonuncunun ofisində və ailəvi tədbirlərində görmüşdür. Təxminən 2022-ci ilin avqust ayında Fərhad ofisində olarkən ona zəng edərək dostu Zərərçəkmiş şəxs4lə əlaqə saxlayıb görüşərək sonuncudan pul vəsaiti götürüb sonuncuya verməli olduğunu bildirmişdir. Bu məqsədlə o, Fərruxla əlaqə saxlayaraq sonuncu ilə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən “Landmark” iş mərkəzinin yaxınlığında olan "xxxx" ASC-nin filialının yanında görüşmüş, Fərrux ona zərfdə 24.000 manat və 1.000 avronu sayaraq vermişdir. Həmin məbləği Fərruxdan alaraq dərhal ofisə qayıdıb Fərhada vermişdir. Qeyd olunan məbləğin hansı məqsədlə Fərhada verildiyindən məlumatı olmamışdır. Bundan başqa, onun Fərruxdan aldığı pul vəsaiti olmamışdır. Onun Zərərçəkmiş şəxs4 2019-cu ilin avqust ayında 20.000 avro, xx.xx.2020-ci il tarixdə 16.000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 32.200 avro və 24.750 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə isə 19.000 ABŞ dolları olmaqla ümumilikdə 52.200 avro və 59.750 ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs verməsindən heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs3 Fərhadın dostu Nicatın atası kimi tanımış, sonuncu ilə bir neçə dəfə görüşmüşdür. Zərərçəkmiş şəxs3lə Fərhadın aralarında iş birliyi olduğunu bilmiş və Fərhadın sözü ilə bir neçə dəfə Zərərçəkmiş şəxs3 yaşadığı evə gedərək həyətlərində pul vəsaiti alıb həmin gün Fərhada vermişdir. Həmçinin Fərhaddan da pul alıb Salehə vermişdir. Lakin konkret olaraq Salehdən hansı məbləğdə pul aldığını və qaytardığını xatırlamır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 2019-cu ildən hazıradək "xxxx" MMC-in maliyyə üzrə direktoru vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 onun qohumudur, heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 2019-cu ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 onunla görüşərək Təqsirləndirilən şəxs adlı dostunun “X48” MMC-in təsisçisi və direktoru olduğunu, həmin şirkətin xaricdə təhsil alınması ilə bağlı işlərlə məşğul olaraq tələbələrin müvafiq şərtlər daxilində təminatının təmin edilməsi, turizm sərgilərinin təşkili və sair işlərlə məşğul olduğunu, eyni zamanda həmin şirkətin "xxxx" yarışlarına “VİP” zonalarına biletlərin alınıb-satılmasını təşkil etdiyini bildirmişdir. Sərxan özü də "xxxx" yarışlarına “VİP" zonalarına biletlərin alınıb-satılması üçün vəsait yatırımı etdiyini və biletlər satılandan sonra əlavə gəlir əldə edəcəyini bildirmişdir. Həmin işə əlavə sərmayə qoymaq məqsədilə 2019-cu ilin noyabr ayının əwəlində Zərərçəkmiş şəxs1 ondan borc istəmişdir. Sərxana həmin gün borc olaraq 2000 ABŞ dolları pul vəsaiti vermiş, lakin sonuncu həmin məbləği hal-hazıradək qaytarmamışdır. Bundan sonra, 2019-cu ilin noyabr ayının axırlarında Zərərçəkmiş şəxs1 yenidən "xxxx" yarışlarına “VİP” zonalarına biletlərin alınıb-satılmasına yatırım etmək məqsədi ilə borc kimi ondan 12.000 ABŞ dolları istəmiş, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs1 nağd şəkildə 12.000 ABŞ dolları borc vermişdir. Sərxan həmin gün onun yanında Fərhadla zəngləşərək həmin məbləği sonuncuya vermişdir. Lakin buna baxmayaraq həmin pulu Fərhad bu günə qədər qaytarmamışdır. Bundan sonra 06 dekabr 2019-cu ildə Zərərçəkmiş şəxs1 yenidən "xxxx" yarışlarına “VİP” zonalarına biletlərin ahnıb-satılması üçün ondan borc olaraq 30.000 ABŞ dolları istəmiş, həmin gün sonuncuya nağd şəkildə həmin məbləği vermişdir. 2020-ci ilin may ayında Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs Səhiyyə Nazirliyi yanında olan “Depolarla müqavilə bağladığını, həmin müqaviləyə əsasən lazım olan tibbi avadanlıqları depolara sataraq gəlir əldə edəcəklərini bildirmiş və işə sərmayə qoymaq üçün Sərxan ondan 24.000 ABŞ dolları borc istəmişdir. İkİ gündən sonra 24.000 ABŞ dolları pulu Sərxanın yaşadığı evinin qarşısında ona nağd şəkildə borc vermiş, təxminən bir ay keçəndən sonra sonuncu həmin məbləği geri qaytarmışdır. 2020-ci ilin iyun ayında Zərərçəkmiş şəxs1la görüş zamanı sonuncu "xxxx" yarışlarına “VİP” zonalarına biletlərin alınıb-satılmasına yatırım etmək məqsədilə bir çox şəxslərdən külli miqdarda borc pul götürərək Fərhada verdiyini, borcluların hazırda ondan pullarını tələb elədiyi üçün ondan həmin şəxslərin pullarını qaytarmaq məqsədilə 65.000 ABŞ dolları borc istəmişdir. Sərxan həmçinin ona Fərhadın deməsinə görə "xxxx" yarışlarına “VİP” zonalarına biletlərin alınıbsatılması ilə bağlı verilmiş pullar "xxxx" şirkətinin hesabında dondurulduğu üçün sərəncam verə bilmədiklərini demişdir. Bundan sonra Fərhadın Sərxanı aldatdığını başa düşmüş və buna görə də Sərxanla birlikdə Fərhadla görüşməyi təklif etmişdir. 2021 -ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1la birlikdə Təqsirləndirilən şəxslə görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs ona dünyada baş vermiş pandemiya ilə əlaqədar ona məxsus “X48” MMC-dən "xxxx" şirkətinin hesabına göndərdiyi hesabların dondurulduğu üçün yatırım edilən pulları hal-hazırda qaytara bilmədiyini demişdir. Fərhad həmçinin guya danışıqlar apardığını və qısa bir zamanda pulları çıxarda biləcəyini demişdir. Fərhaddan bu məsələ ilə bağlı GP Hospitality şirkəti ilə hər hansı bir müqavilə, bank hesabları, elektron yazışmaları və ya digər təsdiq edən bir sənəd göstərilməsini tələb etsə də, Fərhad müxtəlif bəhanələr gətirərək heç bir sənəd göstərməmidir. Bununla yanaşı Təqsirləndirilən şəxs dərman preparatların alıb-satılması ilə bağlı 24.000 ABŞ dollarını nəyə görə aldığını soruşanda, sonuncu həmin pulları Cavid adlı dostuna verdiyini və bu məsələ ilə məşğul olduğunu demişdir. Fərhaddan Cavid adlı şəxsin mobil nömrəsini və ya hər hansı bir anket məlumatları tələb etsə də, Fərhad ona həmin Cavid adlı şəxslə bağlı heç bir məlumat verməmişdir. Bundan sonra Fərhadın ona və Sərxana yalan danışdığını bilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qardaşı Nicat Musayev 2007-ci ildən ali məkətəbə hazırlaşarkən Təqsirləndirilən şəxs tanımış, həmin vaxtdan dostluq münasibətləri yaranmışdır. 2018-ci ildə Fərhad qardaşı Nicata bildirmişdir ki, “X48” MMC-in təsisçisi və direktorudur, Londonda işlədiyi müddətdə “Formula-1” yarışlarının təşkilində yüksək vəzifə tutan şəxslərlə tanış olmuş, həmin şəxslər "xxxx" yarışlarında keçirilən yollarda reklamın yerləşdirilməsini, həmçinin “VİP” biletlərinin satışını ona təklif etmiş və Təqsirləndirilən şəxs razılaşmışdır. Fərhad Nicata "xxxx" yarışlarının “VİP” biletlərinin alqı-satqısından yaxşı gəlir əldə etdiyini bildirərək həmin işə sərmayə qoymağı təklif etmiş və qardaşı Nicat Musayevi buna razı salmışdır. Nicat bu barədə ona və atası Zərərçəkmiş şəxs3 dedikdən sonra Fərhadla əlaqə saxlayaraq görüşmüşlər. Görüş zamanı Fərhad onlara “X48” MMC-nin təsisçisi və direktoru olduğunu, həmin şirkətin London şəhərində fəaliyyət göstərən "xxxx" şirkəti ilə razılaşması olduğunu və razılaşmaya əsasən "xxxx" yarışlarında keçirilən yollarda reklamın yerləşdirilməsi, həmçinin "VİP” biletlərinin satışını həyata keçirdiyini və həmin işə sərmayə qoymaqla yatırım edilən məbləğin 5-10 faizi civarında gəlir əldə etməyin mümkün olduğunu bildirmişdir. Eyni zamanda Fərhad ona atasının böyük turizm şirkəti olduğunu, həmin şirkətin 20 ildən artıq fəaliyyət göstərdiyini demişdir. Fərhad veriləcək məbləği rəhbəri olduğu Cəmiyyətin bank hesabına qoymaqla həmin hesabdan müvafiq ödənişlər və köçürmələr etməklə “VİP” biletlərin alqı-satqısını həyata keçirəcəyini bildirmişdir. Bundan sonra, atası Zərərçəkmiş şəxs3 2018-ci ilin noyabr ayından 2021-ci ilin fevral ayınadək ümumilikdə Fərhada 136.500 ABŞ dolları məbləğində pul vəsaiti vermiş, həmin məbləğlərdən Fərhad guya qazanc adı ilə 16.500 ABŞ dolları qaytarmışdır. Bəzi hallarda pulların verilməsində atası ilə birlikdə iştirak etmişdir. Qeyd olunan müddət ərzində Fərhadla əlaqə saxlayıb verilən pullar və görülən işlərlə bağlı maraqlandıqda sonuncu hər dəfə bütün işlərin qaydasında olduğunu, pulları "xxxx" şirkətinə köçürdüyünü deyərək, müqabilində biletlər alıb-satıldığını, qazancın artıq 20 faiz olduğunu və həmin vəsaitin də dövriyyədə olduğunu demişdir. Lakin 2021-ci ilin əvvəllərinədək əsas məbləğin və qazancın Fərhad tərəfindən verilmədiyini görüb atasına məxsus pulları Fərhaddan tələb etdikdə sonuncu qalan 120.000 ABŞ dollarını 2021-ci ilin dekabr ayının 15-dək qaytaracağını vəd etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Qroznı və Moskva şəhərlərində sahibkarlıqla məşğul olur. Zərərçəkmiş şəxs1 onun həyat yoldaşı Ülviyyə Məmmədovanın qardaşıdır, sonuncuyla yaxşı münasibətləri vardır, heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs1la yaxşı münasibətləri olduğu üçün sonuncu tez-tez Rusiya Federasiyasının Moskva şəhərinə gələrək onların evində qalmış və mütəmadi olaraq gördüyü işlər barəsində onunla məsləhətləşmişdir. Təxminən 2018-cİ ilin yay aylarından etibarən Zərərçəkmiş şəxs1 Bakı şəhərində Fərhad adlı tanışının X49” MMC-yə müəyyən məbləğdə vəsait yatırımı etdiyini və həmin vəsaitin Formula 1 yarışlarında VİP zonalarda yerləşən biletlərin alqı- satqısı ilə əlaqədar olduğunu və Fərhadın həmin yatırımdan yüksək gəlir verəcəyini bildirmişdir. Sərxanla söhbət zamanı sonuncu mütəmadi olaraq əlində olan vəsaiti və dost tanışlarından aldığı vəsaiti Formula-1 yarışlarına dair biletlərin alqı-satıqısı ilə bağlı Fərhada verdiyini demişdir. Təxminən 2020ci ilin may ayında o, işləri ilə əlaqədar Moskva şəhərində olarkən Sərxan ona zəng edərək Fərhadın rəhbəri olduğu “X49” MMC-nin Azərbaycanda Səhiyyə Nazirliyi ilə guya müqavilə bağladığını və həmin müqaviləyə əsasən müvafiq depolara dərman, tibbi maska, antiseptik və bu kimi tibbi ləvazimatların satışı həyata keçirəcəyini və həmin sahəyə 50.000 ABŞ dolları məbləğində yatırım etməsini təklif etdiyini bildirmişdir. Sərxan bunu deyəndən sonra əvəzindən Moskva şəhərində Fərhadın adamına həmin məbləği düzəldərək verilməsini təmin etməsini xahiş etmişdir. Sərxandan həmin vaxt Fərhadın adamı olan şəxsin hazırda xatırlamadığı mobil nömrəsini almış və həmin mobil nömrəyə zəng edərək Moskva şəhərində Fili adlanan rayonda görüşərək üzərində olan 50.000 ABŞ dollarını həmin şəxsə vermiş və bu barədə Sərxana bildirmişdir. Bir neçə dəqiqə sonra isə Sərxan zəng edərək Fərhadla dəqiqləşdirdiyini və məbləğin qısa zamanda veriləcəyini demişdir. Fərhadın adamına verdiyi məbləğ Sərxanla ortaq olduğu sahibkarlıq fəaliyyətindən sonuncuya aid olan paydan verilmişdir. Bundan təxminən 2 ay sonra Sərxan ona zəng edərək hazırda xatırlamadığı mobil nömrə verərək Fərhadın adamına məxsus olduğunu bildirmiş və həmin nömrə ilə əlaqə saxlayıb həmin şəxsdən 45.000 ABŞ dolları məbləğində vəsait götürməsini bildirmişdir. Həmin şəxslə əlaqə saxlayıb Moskva şəhərində görüşərək 45.000 ABŞ dollarını götürüb Bakı şəhərinə Sərxana göndərmişdir. Təxminən bir neçə ay sonra Fərhad alı şəxsin Sərxanın 500.000 ABŞ dollarından çox pul vəsaitini ələ keçirərək aldatdığını öyrənmişdir. Hazırda uzun müddət keçdiyi üçün Moskva şəhərində Fərhadın adamı kimi özlərini təqdim edən şəxslərin anket məlumatları və əlaqə nömrələrini xatırlamır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid8 ifadə ıerərək göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs1 2010-cu ildən 2013-cü ilə qədər "xxxx"da aparıcı mütəxəssis vəzifəsində işləmiş, bundan sonra fərdi qaydada Türkmənistan Respublikasından Gürcüstan Respublikasına və Özbəkistan Respublikasına ağır texnikanın satılması ilə məşğul olmuş, hazırda da onun kürəkəni ilə birlikdə həmin fəaliyyətlə məşğuldur. Təqsirləndirilən şəxs 2015-ci ildən oğlu Sərxanın dostu kimi tanımış, ailəvi dostluq münasibətləri olmuş, müətmadi olaraq münasibət saxlamışlar. X30 və X12 təhsil alaraq uzun müddət orada yaşadığını və Azərbaycana qayıtdıqdan sonra “X48” adlı şirkəti təsis etdiyini bilmişdir. Təxminən 2018-ci ildən oğlu Sərxan ona Fərhadla birgə iş birliyi görməyə hazırlaşdığını və Fərhadın rəhbəri olduğu şirkətə külli miqdarda vəsait yatıracağını bildirmişdir. Belə ki, o, Sərxanın deməsindən Fərhadın “Formula-1” yarışlarının təşkili ilə bağlı yüksək vəzifə tutan şəxslərlə münasibəti olduğunu və "xxxx" yarışlarında keçirilən yollarda reklamın yerləşdirilməsi, həmçinin “VİP” biletlərinin satışını həyata keçirdiyini başa düşmüşdür. Fərhad oğlu Sərxanı qeyd olunan işə, yəni “Formulal” yarışlarına “VİP” biletlərin alqı-satqısına sərmayə qoymağa razı salmışdır. Bu məqsədlə 2018-ci ildən etibarən oğlu Sərxan “Formula İ” yarışları ilə əlaqədar “VİP” biletlərinin satışını həyata keçirmək üçün mütəmadi olaraq Fərhada pul vəsaitləri vermişdir. Belə ki, hətta 2019-cu ilin aprel ayında “VİP” biletlərin alınıb-satılması üçün oğlu Sərxan ondan 15.000 ABŞ dolları borc istəmiş və həmin məbləği Fərhada verəcəyini bildirmişdir. Həmin gün evində olan 15.000 ABŞ dollarını Sərxana vermiş, Sərxan onun yanında Fərhadla yazışaraq 15.000 ABŞ dolları pul vəsaiti düzəldə bildiyini və ofisinə gedəcəyini bildirmişdir. Bundan başqa, oğlu Sərxan bu məsədlə 21 iyun 2019-cu il tarixdə 40.000 ABŞ dolları məbləğində ondan borc istəmişdir. Həmin gün evində Sərxana 40.000 ABŞ dolları vermiş, Sərxan onun yanında Fərhadla əlaqə saxlayaraq həmin məbləği gəlib götürməsini bildirmişdir. Təxminən 2020-ci ilin sonlarından oğlu Sərxan ona Fərhadın onu aldatdığını və heç bir bilet alqı-satqısı olmadığını bildirmiş, Fərhad pulları ələ keçirərək şəxsi ehtiyaclarına xərcləmiş və borclarına vermişdir. Fərhad bu günə qədər "xxxx" yarışlarına görə “VİP” biletlərin alınıb-satılmasına dair Sərxana heç bir sənəd göstərməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş X21 ifadə verərək göstərmişdir ki, 2015ci ilin avqust ayından hazıradək "xxxx" ASC-nİn Risklərin İdarə edilməsi Departamentinin direktoru vəzifəsində işləyir. 2019-cu ildə dostu Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs adlı ailəvi dostunun “X48” MMC-in təsisçisi və direktoru olduğunu, həmin şirkətin xaricdə təhsil alınması ilə bağlı işlərlə məşğul olaraq tələbələrin müvafiq şərtlər daxilində təminatının təmin edilməsinin, turizm sərgilərinin təşkili və sair işlərlə məşğul olduğunu, eyni zamanda həmin şirkətin “Formula T’ yarışlarına “VİP” zonalarına biletlərin alınıbsatılmasını təşkil etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 əlavə olaraq ona dostu Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədi ilə birlikdə "xxxx" yarışlarına biletlərin satılmasını təklif etdiyini, Sərxanın da sonuncunun təklifini qəbul etdiyini bildirmişdir. Bunları hamısını ona izah edəndən sonra 2019-cu ilin əvvəllərində Zərərçəkmiş şəxs1 "xxxx" yarışlarına “VİP" zonalarına biletlərin alınıb-satılmasına yatırım etmək üçün ondan 15.000 ABŞ dolları borc istəmişdir. Zərərçəkmiş şəxs1 onun yaxın dostu olduğu üçün o, Azərbaycan kinoteatrın qarşısında sonuncuya təklikdə nağd şəkildə 15.000 ABŞ dolları borc vermişdir. Təxminən 15 gündən sonra Zərərçəkmiş şəxs1 onun 15.000 ABŞ dollarını nağd şəkildə qaytarmışdır. 2019-cu ildə "xxxx" yarışlarına “VİP” zonalarına biletlərin alınıbsatılması üçün Fərhada vermək məqsədilə Zərərçəkmiş şəxs1 dəfələrlə müxtəlif məbləğlərdə ondan borc pul götürmüş, həmin pul vəsaitlərinin nə vaxt və harada, şəxsən verdiyinin təfərrüatı dəqiq yadında qalmasa da Sərxan ondan aldığı pulları həmişə qaytarmışdır. Lakin 2020-ci ilin fevral ayında "xxxx" yarışlarına “VİP” zonalarına biletlərin alınıb-satılması üçün Zərərçəkmiş şəxs1 60.000 ABŞ dolları ondan borc istəmişdir. Bir neçə gün keçəndən sonra Zərərçəkmiş şəxs1 nağd şəkildə 60.000 ABŞ dolları borc vermişdir. Sərxan 60.000 ABŞ dolları ondan götürəndə biletlərin 15 gün ərzində satılacağını və biletlər satılan kimi Fərhaddan pulu alıb ona qaytaracağını bildirmişdir. Lakin həmin müddət ərzində Sərxan ondan aldığı borc pulu qaytarmamış, bu barədə soruşan zaman sonuncu ona Fərhadın dünyada baş vermiş pandemiya ilə əlaqədar pulların Böyük Britaniyada ona məlum olmayan bank hesabında dondurulduğunu və bu səbəbdən qaytara bilmədiyini demişdir. Sərxan onun dostu olduğu üçün sonuncudan həmin pulu tələb etməmiş, lakin 2021 -ci ilin aprel ayında ona pul lazım olduğu üçün sonuncudan verdiyi 60.000 ABŞ dolları istəmişdir. Onda olan məlumata görə Sərxan həmin pulu kimdənsə borc alaraq onun pulunu qaytarmışdır. Hazırda Sərxanın ona heç bir borcu qalmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək təsdiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2020-ci iiin yanvar ayında X26 şəhərində yerləşən “Coventry” Universtetinə qəbul olmuşdur. 2019-cu ildə ilk dəfə həmin Universitetə qəbul olarkən Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, həmin ərəfələrdə tanışlarından “X48” MMC-in direktoru Təqsirləndirilən şəxs London şəhərində təhsil aldığını, uzun müddət həmin şəhərdə yaşadığı üçün hazırda müəyyən tələbələrə həmin şəhərdə təhsil almaq üçün köməklik etdiyini öyrənmişdir. Həmin ərəfələrdə Fərhadla zəngləşib görüşmüş və sonuncu qardaşı Rəşidin London şəhərində yaşadığını və həmin şəhəri və təhsil sistemini yaxşı tanıdığını deyərək həmin şəhərdə təhsil almaq üçün köməklik edə biləcəyini demişdir. Fərhad həmçinin “X48” MMC-in konsaltinq xidmətləri göstərdiyini, əsas fəaliyyəti tələbələrə xarici ölkələrdə təhsil almaqda köməklik göstərilməsindən ibarət olduğunu bildirmişdir. Bu minvalla 2019-2020-ci illərdə “Coventry” Universtetinə qəbulla bağlı Təqsirləndirilən şəxs ona bir neçə məsələdə, yəni Universitet seçimində, sənədlərin toplanmasında və sair işlərində köməklik etmiş və köməkliyi ilə 2020-ci ildə həmin Universitetə qəbul olmuşdur. Daha sonra, yəni 2022-ci ilin fevral ayında o və dostu Şahid6 təhsillə bağlı yenidən London şəhərinə getməli olmuş və bu səbəbdən onlara xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək London şəhərində münasib qiymətə kirayə mənzil axtarmışlar. 2022-ci ilin fevral ayının ilk günlərində bu məqsədlə o, Təqsirləndirilən şəxs zəng etmiş və sonuncu ilə Xətai rayonu ərazisində yerləşən “X49” MMC-in ofisində görüşmüşdür. Həmin vaxt qardaşı İbrahim və dostu Tamerlan da onunla birlikdə olmuşlar. Söhbət zamanı Fərhada 6 ay müddətinə ucuz qiymətə kirayə mənzil axtardıqlarını demişlər. Fərhad özü də London şəhərində təhsil aldığını və həmin şəhərdə 5 il müddətində yaşadığı üçün şəhəri yaxşı tanıdığını, bundan başqa, rəhbəri olduğu “X50” MMC- in fəaliyyətinin xaricdə təhsil almaq və digər tədbirlər təşkil edilməsindən ibarət olduğunu bildirmişdir. Fərhad ofisdə onların yanında internet vasitəsi ilə oxuduğu Universitetin adını yazaraq həmin yerə yaxın olan London şəhəri, 45 Lanson Building ünvanında kirayə mənzil olduğunu və həmin mənzili 6 ay müddətinə 30.000 ABŞ dolları məbləğinə kirayələməyin mümkün olduğunu bildirmişdir. Fərhad internet vasitəsi ilə mənzilin şəkillərini onlara göstərmiş və bəyəndikləri üçün sonuncuyla razılaşmışlar, yəni razılaşmaya əsasən Fərhad 30.000 ABŞ dolları məbləğinə xx.xx.2022-ci il tarixdənxx.xx.2022-ci il tarixədək London şəhərində ona və dostu Şahid6 adına mənzil kirayələməli olmuşdur. Həmin gün Fərhadla sağollaşıb ayrılmış və təxminən 2 gün sonra, yəni 05 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə saat 22 radələrində zəng edərək mənzilə dair təcili ilkin olaraq 24.500 ABŞ dolları ödəniş edilməli olduğunu, əks təqdirdə mənzilin əldən çıxacağını bildirmişdir. O, da bu barədə böyük qardaşı İbrahim Abdllayevə zəng edərək bildirmiş, İbrahim də dərhal evdən 24.500 ABŞ dolları məbləğində pul götürərək onunla və Tamerlanla birlikdə görüşmüşlər. Həmin vaxt o, Fərhada zəng etmiş və sonuncu onları Nəsimi rayon Polis İdarəsinin yaxınlığında görüşməyə dəvət etmişdir. 05 fevral 2022-ci il tarixdə təxminən saat 23 radələrində həmin ünvanda Fərhadla görüşmüş və həmin məqsədlə onun və dostu Tamerlanın yanında qardaşı İbrahim Fərhada 24.500 ABŞ dolları məbləğində pul vəsaitini vermişdir. Fərhad pulu sayıb götürmüş və qalan məbləğin, yəni 5.500 ABŞ dollarını 2 gün ərzində verilməsini bildirmişdir. 07 fevral 2022-ci il tarixdə isə Fərhad yenidən ona zəng edərək qalan vəsaiti istədiyi üçün bu barədə qardaşı İbrahimə demiş, İbrahim də öz növbəsində 5.500 ABŞ dolları məbləğində pul düzəldərək ona vermişdir. Həmin gün Fərhada zəng edərək pulu düzəltdiyini bildirmiş və Fərhad sürücüsü Şahid1 pulu götürməyə göndərəcəyini demişdir. Bundan sonra Gündüzlə zəngləşib Nərimanov rayonu ərazisində yerləşən Metropark Ticarət Mərkəzinin qarşısında görüşərək həmin məbləği qardaşı İbrahim onun yanında Gündüzə vermişdir. 2022-ci ilin fevral ayında onun və Tamerlanın viza məsələləri alınmadığı üçün London şəhərinə gedə bilməmişlər. 2022-ci İlin mart ayında vizalar verilən kimi xx.xx.2022-ci il tarixdə London şəhərinə uçub evə yerləşmək istədikdə Fərhad əvvəlcə həftəsonu olduğu üçün mənzilin hazır olmadığını və növbəti həftənin 1-ci günündən hazır olacağına dair yalan vədlər vermişdir. Lakin növbəti həftə də mənzilə köçə bilmədikləri üçün qardaşı İbrahimə zəng edərək bu barədə bildirmiş və Fərhadın onları aldatdığını başa düşmüşdür. Belə ki, həmin vaxt onlara verdiyi ünvanın sahibi ilə danışdıqda sonuncu heç bir ödəniş edilmədiyini bildirmişdir. Bundan sonra Fərhad hər dəfə 2-3-gün ərzində mənzili danışıb həll edəcəyinə dair yalan vədlər versə də, heç bir sözünə əməl etməmişdir. 2022-ci ilin aprel ayında isə Fərhadın onları aldatdığına tam əmin olduqdan sonra özləri London şəhərində ödəniş edərək kirayə ev götürmüşlər. Qardaşı İbrahim həmin vaxtdan Fərhaddan pulunu geri tələb etməyə başlasa da, cəmi 5.000 manat geri ala bilmişdir (2-ci cild iş vərəqəi 245-248). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək təsdiq edilmiş Şahid6 Şahid5 ifadəsinə və işin faktiki hallarına uyğun İfadə vermişdir (2-ci cild iş vərəqəi 250-253). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək təsdiq edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, anadan olduğu vaxtdan ailə üzvləri ilə birlikdə Türkmənistanın Aşqabad şəhərində yaşayır. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, buna görə də, işi ilə əlaqədar Rusiya Federasiyasının Moskva şəhərinə gedib- gəlir. Zərərçəkmiş şəxs1 onun bacısı Türkanın həyat yoldaşıdır. Təqsirləndirilən şəxs isə Sərxan və Türkanın toy məclisində tanımışdır. Fərhadla onun heç bir münasibəti olmamışdır. Həqiqətən də 2019-cu ilin aprel ayının əvvəllərində qohumu Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə Türkmənistanın Aşqabad şəhərində onun evində olarkən dostu Təqsirləndirilən şəxslə birlikdə "xxxx" yarışlarının “VİP” biletlərinin satışı ilə məşğul olduğunu, Fərhadın sonuncuya gələcəkdə yaxşı gəlir vəd etdiyini bildirmiş və həmin işə sərmayə qoymaq üçün əlavə 40.000 ABŞ dolları məbləğində pul vəsaiti lazım olduğunu deyərək ondan borc pul istəmiş və yaxın zamanda pulu qaytaracağını bildirmişdir. Bundan əvvəl 2018-ci ildə Sərxan və X17 şəhərində görüşəndə, Fərhad onun özünə də bu işlə məşğul olmağı təklif etmişdir. Həmin vaxt Fərhad ona "xxxx" yarışlarının “VİP” biletlərinin satışından yaxşı gəlir əldə etdiyini demişdir. Lakin o, həmin vaxt bu məsələ ilə maraqlanmamışdır. Sonradan 2019-cu ilin aprel ayında Sərxan ona müraciət edərək ondan 30.000 ABŞ dolları məbləğində həmin məqsədlə borc istəmiş və o da evində həmin məbləği Sərxana vermiş və bir neçə gün sonra Bakı şəhərinə ailəsi ilə birlikdə yola salmışdır. Həmin məbləği sonradan Sərxan ona öz cibindən qaytarmış və həmin məbləği ona öz cibindən qaytardığını, Fərhaddan ala bilmədiyini demişdir. 2019-cu ilin dekabr ayında o, Moskva şəhərində olarkən Sərxan ona zəng edərək yenidən 27.000 ABŞ dolları məbləğində borc pul istəmişdir. Sərxandan pulu hansı yolla ondan götürəcəyini soruşan zaman sonuncu Fərhadın Moskva şəhərində yaşayan tanışının onunla görüşərək pulu ondan götürəcəyini bildirmişdir. Bundan sonra Sərxan onunla əlaqə saxlayaraq hazırda xatırlamadığı mobil telefon nömrəsi vermiş, o da Sərxanın verdiyi nömrə ilə əlaqə saxlayaraq, bir nəfər Azərbaycan milliyyətindən olan şəxslə Moskva şəhərində mərkəz küçələrdən birində görüşərək 27.000ABŞ dollarını həmin şəxsə vermişdir. Həmin şəxsin adını və üz cizgilərini xatırlamasa da azərbaycanlı olduğunu bilmişdir. Bakı şəhərində olarkən Fərhad onu ofisinə dəvət etmişdir. O, Fərhadın ofisinin müasir biznes mərkəzində olduğunu, ofisdə çoxlu sayda işçilərin işləmələrinin şahidi olmuşdur. Bu yolla Fərhad Sərxanı uğurlu iş adamı olmasına inandırmağa çalışmışdır. Sonradan o, Sərxanın sözlərindən Fərhadın həmin ofisi bağladığını bilmişdir. 2020-ci ilin may ayında Moskva şəhərində olarkən Sərxan ona zəng edərək yenidən 42.000 ABŞ dolları məbləğində borc pul istəmiş və həmin məbləği Moskva şəhərində Fərhadın tanışına verməsini xahiş etmişdir. Həmin vaxt Sərxan ona Rusiya nömrəsi olan hazırda xatırlamadığı mobil nömrə vermiş və həmin nömrə ilə əlaqə saxlayaraq Moskva şəhərində görüşərək adını xatırlamadığı şəxsə 42.000 ABŞ dollarını vermiş və dərhal Sərxana zəng edərək bu barədə bildirmişdir. Sərxan da həmin vaxt Fərhadla dəqiqləşdirərək məbləği aldığını təsdiqləmişdir (3-cü cild iş vərəqi 72-75). İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vegi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 15 aprel 2022-ci il tarixli məktub və məktuba əlavə edilmiş CD diskdə saxlanılan “X48” MMC-nin Nizamnaməsindən görünür ki, “X48” MMC 25 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X6 Dövlət Qeydiyyatı idarəsində **********1 nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 13 100 faiz payla təsisçisi və direktoru Təqsirləndirilən şəxsdur. Nizamnaməyə əsasən Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyətlə məşğul ola bilər, Cəmiyyətin direktoru Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, ayrı-ayrı fiziki və hüquqi şəxlərlə əqdlər bağlamaq, Cəmiyyətin adından çıxış etmək, bütün dövlət və yerli özünü idarə etmə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında təmsil etmək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən edərək onlarla əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsasda əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək səlahiyyətlərinə malikdir (2-ci cild iş vərəqi 80-82). İşdə olan "xxxx" KB ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs təsisçisi və direktoru olduğu “X48” MMC-nin manat, avro və ABŞ dolları hesabları üzrə bank çıxarışlarına və ödəniş sənədlərindən və həmin sənədlərə baxış keçirilməsi haqqında 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, “X48” MMC-nin "xxxx" KB ASC-də olan manat hesabında 01.01,2016-cı il tarixdən 31 dekabr 2020-ci il tarixədək 177.971,47 manat dövriyyəsi olmuşdur. Cəmiyyətin "xxxx" KB ASC-də olan ABŞ dolları hesabından görünür ki, xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək 587,37 ABŞ dolları dövriyyəsi olmuşdur. Bundan başqa, “X48” MMC-nin "xxxx" KB ASC-də olan avro hesabından görünür ki, Cəmiyyətin xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək kart hesabı üzrə 217.257,63 avro, cari hesabı üzrə 139.302,7 avro dövriyyəsi olmuşdur. Baxış zamanı bank və kart hesablarına birdəfəyə 5.000 avrodan artıq pul vəsaitinin mədaxil edilmədiyi, pul vəsaitlərinin əsasən turizm biletlərinin alışı, Dubay, İstanbul, Moskva şəhərlərində alışveriş və otel pullarının ödənişi ilə bağlı olduğu müəyyən edilmişdir. Baxış zamanı Böyük Britaniya və X11 "xxxx" şirkətinə və həmin şirkətdən “X49” MMC-yə hər hansı pul vəsaitinin köçürülmədiyi müəyyən edilmişdir (1-ci cild iş vərəqi 63-183). İşdə olan "xxxx" KB ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş “X48” MMC-nin bank sənədlərindən görünür ki, “X48 MMC-nin xx.xx.2018-ci ildən 31.12.ci il tarixədək cəmi 12.043,58 manat dövriyyəsi olmuşdur (2-ci cild iş vərəqi 83-93). İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş “X48” MMC-yə məxsus şəxsi hesab vərəqəsi və 2018-2021 -ci illər ərzində apardığı əməliyyatlara dair məlumatlarda həmin Cəmiyyətlə "xxxx" şirkəti və “Draker” şirkəti arasında hesab faktura və müqavilə olduğu müəyyən edilməmişdir (1-ci cild 178-207 və 2-ci cild 80-82). Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli borc etirafı ilə bağlı əlyazmasından görünür ki, onun Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixdə 2.530.408,24 ABŞ dolları və 43.654 avro borcu qalmışdır (1-ci cild iş vərəqi 26) İşdə olan Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 inandırmaq məqsədi ilə sonuncuya verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, ’’X48” MMC-nin hesabında guya 564.825,43 manat pul vəsaiti olması barədə məlumat mövcuddur (1-ci cild iş vərəqi 23). İşdə olan Təqsirləndirilən şəxslə Şahid8 arasında oian WhatsApp yazışmalarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 11-12 may 2021 -ci il tarixlərində Şahid8 200.000 ABŞ dolları ödəyəcəyini, 2-3 gündən sonra isə 320.000 ABŞ dolları məbləğində pul vəsaitini verəcəyini öhdəsinə götürür (1-ci cild iş vərəqi 30-32). İşdə olan 27 fevral 2020-ci il tarixli bank sənədindən görünür ki, Kanadanın Bramton şəhərində yerləşən “TD Service Fee” **********3 bank hesabından X7 San Fransisko şəhərində yerləşən “Wels Fargo” bankında olan ********** nömrəli bank hesabına xx.xx.2020-ci il tarixdə 50.000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür (1-ci cild 24-25). İşdə olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli əlyazmasından gönünür ki, Təqsirləndirilən şəxs London şəhərində Şahid5 və Şahid6 üçün ev kirayəsi xidməti ilə əlaqədar Zərərçəkmiş şəxs2 2022-ci İlin fevral ayında 30.000 ABŞ dolları məbləğində pul vəsaiti almış, kirayəçilərin evə 09 aprel 2022-ci il tarixdə daxil ola biləcəyi, əks halda ödənilən məbləği Zərərçəkmiş şəxs2 geri qaytaracağını öhdəsinə götürmüşdür (2-ci cild iş vərəqi 107). İşdə olan 07 fevral 2021-ci il tarixli borc müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X31 arasında 07 fevral 2021-ci il tarixdə borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixədək 120.000 ABŞ dolları borcunu Nicat Musayevə qaytaracağını öhdəsinə götürmüşdür (3-cü cild iş vərəqi 92-94) İşdə olan 29 mart 2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə istintaqa könüllü olara təqdim etdiyi “İphone” markalı mobil telefona baxış keçirilmiş, telefonda “Safari” proqramı vasitəsi ilə mailto:aliyev_farhad@hotmail.comElektron ünvan 1 elektron ünvanına daxil olduqda xx.xx.2021-ci il tarixdə saat 14:04-də s.mammadov @gmail.com ünvanından “Excel” faylın göndərildiyi müəyyən edilmişdir. Bundan başqa, telefona baxış zamanı həmin email ünvanında axtarış zamanı "xxxx" sözləri yazılaraq axtarışa verilsə də, lakin heç bir nəticə aşkar olunmamışdır. Həmin telefona baxış zamanı Frederik, Nik, Keyt və Yuliya Fedorova sözləri yazılaraq axtarış verilmiş, axtarış zamanı yalnız “Fedorova Yulia” adlı istifadəçinin mailto:vujia@theonevip.comElektron ünvan 2 elektron ünvanı yaddaşda aşkar olunsa da, həmin ünvana göndərilmiş və ya daxil olmuş hər-hansı məktub aşkar olunmamışdır. Adları qeyd olunan Frederik, Nik və Keyt axtarış zamanı ümumiyyətlə aşkar olunmamışdır (1-ci cild iş vərəqi 240). İşdə olan "xxxx" MMC-dən daxil olmuş CD diskə xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan (050) 226- 32-31 mobil nömrəsi İlə Zərərçəkmiş şəxs1 istifadə olmuş (050) 557- 44-11 saylı mobil telefon nömrəsi arasında 03 mart 2018-ci il tarixdən 11 mart 2022-ci il tarixədək mütəmadi olaraq qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050- ***-**-** mobil nömrəsi ilə Şahid5 istifadə olmuş 050- ***-**-** saylı mobil telefon nömrəsi arasında 01 sentyabr 2019-cu il tarixdən 11 mart 2022-cİ il tarixədək mütəmadi olaraq qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. Belə ki, 26 yanvar 2022-ci il tarixdə saat 19:32-də 82 saniyə, həmin tarxidə saat 19:42-də 27 saniyə, 27 yanvar 2022-ci il tarixdə saat 13:59-da 40 saniyə, həmin tarixdə saat 15:17-də 20 saniyə, 24 fevral 2022-cİ il tarixdə saat 15:59-də 62 saniyə, 25 fevral 2022-ci il tarixdə saat 11:57də 19 saniyə müddətində danışıqlar aparılmış və mütəmadi olaraq qarşılıqlı zənglər edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs istifadəsində olan 050- ***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadə olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 14 mart 2022-ci il tarixdən 14 mart 2022-ci il tarixədək mütəmadi olaraq qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. Belə ki, 14 mart 2022-ci il tarixdə saat 14:07-də 104 saniyə, 18 mart 2022-ci il tarixdə saat 15:17-də 11 saniyə, 22 mart 2022-ci il tarixdə saat 19:13-də 25 saniyə, 23 mart 2022-ci il tarixdə saat 15:47-də saat 49 saniyə, 29 mart 2022-ci il tarixdə saat 16:24-də 36 saniyə müddətində danışıqlar aparılmış və mütəmadi olaraq qarşılıqlı zənglər edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050- ***-**-** mobil nömrəsi ilə X22 istifadə olmuş 055-315-17- 90 saylı mobil telefon nömrəsi arasında 23 oktyabr 2018-ci il tarixdən 09 dekabr 2021 -ci İl tarixədək mütəmadi olaraq qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. Belə ki, 23 oktyabr 2018-ci il tarixdə saat 15:56-da 269 saniyə, 29 noyabr 2018-ci il tarixdə saat 19:33-də 34 saniyə, 14 dekabr 2018-ci İl tarixdə saat 14:38-də 65 saniyə, 04 mart 2019-cu il tarixdə saat 21:14-də 13 saniyə, 10 iyun 2019-cu il tarixdə saat 23:09-da 16 saniyə, 26 noyabr 2019-cu il tarixdə saat 16:52- də 20 saniyə olmaqla danışıqlar aparılmış və mütəmadi olaraq qarşılıqlı zənglər edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs istifadəsində olan 050- ***-**-** mobil nömrəsi ilə X27 istifadə olmuş 050-313-23- 13 saylı mobil telefon nömrəsi arasında 17 sentyabr 2019-cu il tarixdən 15 yanvar 2022-ci il tarixədək mütəmadi olaraq qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs istifadəsində olan 050- ***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs4 istifadə olmuş 050- ***-**-** saylı mobil telefon nömrəsi arasında 11 aprel 2018-ci il tarixdən 24 mart 2022-ci il tarixədək mütəmadi olaraq qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə saat 13:18-də 42 saniyə, xx.xx.2019-cu il tarixdə saat 15:14-də 43 saniyə, 20 fevral 2020-ci il tarixdə saat 17:44-də 170 saniyə, həmin gün saat 17:48-də 137 saniyə, 11 mart 2020-ci il tarixdə 196 saniyə mütəmadi olaraq qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. Bundan başqa, qeyd olunan CD disklərdə abonentlərə məxsus məlumatlar siyahısında Cavid Hüseynli adlı abonentə məxsus mobil nömrə aşkar edilməmişdir (3-ci cild iş vərəqi 158-160). İşdə olan xx.xx.2022-ci il tarixli “Giriş-Çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək olan müddət ərzində 21 dəfə ölkə ərazisini tərk edərək müxtəlif ölkələrə səyahət etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2018- ci il tarixədək Türkiyə Respublikasının İstanbul şəhəri, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək BƏƏnin Dubay şəhəri, xx.xx.2018-ci il tarixdən xx.xx.2018- ci il tarixədək Rusiya Federasiyasının Moskva şəhəri, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Qazaxıstan Respublikasının Alma Ata şəhəri, 18.08.201 -ci il tarixdən xx.xx.2018-ci il tarixədək Gürcüstan Respublikasında, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Doha və Dubay şəhərləri, xx.xx.2018-ci il tarixdən 03.112018-ci il tarixədək Daşkənt şəhəri, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Moskva şəhəri, xx.xx.2018-ciil tarixdən xx.xx.2018- ci il tarixədək İstanbul şəhəri, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Moskva şəhəri, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Dubay şəhəri, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Dubay şəhəri, xx.xx.2019- cu il tarixdən xx.xx.2019-cu il tarixədək Dubay şəhəri, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək İstanbul şəhəri, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Antalya şəhəri, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Moskva şəhəri, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Moskva şəhəri, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək İstanbul şəhəri, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək London şəhəri, xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək Dubay şəhəri, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Dubay şəhəri və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İstanbul şəhəri olmaqla ümumilikdə 21 dəfə ölkə ərazisini tərk edərək qeyd olunan şəhərlərə səyahət etmişdir (1-ci cild iş vərəqəi 271-277). İşdə olan Bakı şəhər Halqası Əməliyyat Şirkətindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər Halqası əməliyyat Şirkəti ilə “X48” MMC arasında 2017- 2022-ci illər ərzində "xxxx" yarışlarına VİP biletlərinin alqı-satqısına dair hər hansı razılaşma olmamışdır (1-ci cild iş vərəqi 4-cü cild iş vərəqi 181) İşdə olan 27 avqust 2022-ci il tarixli baxış protokolundan görünür ki, “Google Chrome” saytında axtarış bölməsində "xxxx" Great Britain” sözləri ilə yazılaraq axtarış verildi və ekranda Great Britain “Grand Prix F1 hospility” şirkətinə məxsus sayt aşkar edildi və həmin sayta daxil olduqda həqiqətən də şirkətin Formula 1 yarışlarına dair reklamların yerləşdirilməsi, biletlərin satışı ilə məşğul olduğu aşkar edildi. Qeyd olunan şirkətə məxsus ümumi məlumatlar, əlaqələr, F1 yarışlarına biletlərin alışı və sair məlumatlar aşkar edilsə də “X48” MMC ilə əlaqəsi, müqaviləsi və fotoşəkilləri ilə bağlı hər hansı məlumat aşkar edilmədi (4-cü cild iş vərəqəi 73). İşdə olan 05 mart 2022-ci il tarixli müqavilədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 6 saylı notariusun bankda olan depozit hesabı vasitəsi ilə 23.300 (iyirmi üç min üç yüz) manat pul vəsaiti ödənilmişdir (1-ci cild iş vərəqəi 230). İşdə olan 17 mart 2022-ci il tarixli müqavilədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 6 saylı notariusun bankda olan depozit hesabı vasitəsi ilə 27.200 (İyirmi yeddi min iki yüz) manat pul vəsaiti ödənilmişdir (1-ci cild iş vərəqi 231). İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən və həmin tarixli ödəniş tapşırığından görünür ki, X15 tərəfindən vurulmuş ziyanın ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına 5.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir (1ci cild iş vərəqi 282-285). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X52 İdarəsindən daxil olmuş 23 aprel 2022-ci il tarixli 48396-222 nömrəli məktubdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X4 adına 2006-cı il buraxılışlı “Nissan Teana” markalı **-TT-*** qeydiyat nişanlı və xx.xx.2012-ci il buraxılışlı “Toyota Prado” markalı, **-BZ-*** qeydiyat nişanlı avtomobillər qeydiyyatdan keçməklə xx.xx.2021-ci tarixli etibarnamələrlə Təqsirləndirilən şəxs verilmişdir (1-ci cild iş vərəqəi 96-98). İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 12 may 2022-ci il tarixli **********51 nömrəli məktubdan görünür ki, X4 adına ünvan 14 ünvanı xx.xx.2020-ci il tarixdə və ünvan 15 ünvanı xx.xx.2021-ci il tarixdə, X5 adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, 18 saylı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir (2-ci cild iş vərəqi 203-215). İşdə olan Binəqədi rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə veriləcək mülki iddianın və vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədilə ilə X5 adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, 18 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur (3-cü cild iş vərəqi 124-125). İşdə olan Bakı Apellyasiyə Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, X5 adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, 18 saylı fərdi yaşayış evi həbsdən azad edilmişdir. İşdə olan Binəqədi rayon Məhkəməsinin 15 avqust 2022-ci İl tarixli qərarından görünür ki, cinayət işi üzrə veriləcək mülki iddianın və vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədilə X4 adına qeydiyyatdan keçmiş 2006-cı il buraxılışlı “Nissan Teana” markalı, **-TT-*** qeydiyat nişanlı və xx.xx.2012-ci il buraxılışlı “Toyota Prado” markalı **- BZ-*** qeydiyat nişanlı avtomobillər üzərinə həbs qoyulmuşdur (3-cü cild iş vərəqi 127- 129). Cinayət işinin istintaq materiallarına əlavə olunmuş Azəraycan Respublikasının Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsindən daxil olmuş 24 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, 18 saylı fərdi yaşayış evinin dəyəri 650.000 manat, 2006-cı il buraxılışlı, “Nissan Teana” markalı, **-TT-*** qeydiyat nişanlı avtomobilin dəyəri 8.000- 11.000 manat, “Toyota Prado” markalı **-BZ-*** qeydiyat nişanlı avtomobilin dəyərinin 25.000-36.000 ABŞ dolları olduğu müəyyən edilmişdir (3-cü cild iş vərəqi 205-215). İşdə olan 26 avqust 2022-ciil tarixli maddi sübut kimi tanınma haqqında qəraradan görünür ki, cinayət işinin istintaq materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə 50.000 ABŞ dolları məbləğində pul vəsaitinin köçürülməsinə dair bank sənədi, Təqsirləndirilən şəxs tərəfindən 2.530.408,24 ABŞ dolları və 43.654 avro borcunun etirafı ilə bağlı xx.xx.2020-ci il tarixli əlyazma, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 inandırmaq məqsədi ilə sonuncuya verilmiş “X49” MMC-in hesabında guya 564.825,43 manat pul vəsaitinin olmasını təsdiq edən sənəd, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 inandırmaq məqsədi ilə sonuncuya verilmiş “Formula-1” Qran Pri yarışlarına VİP biletlərinin satışı ilə əlaqədar hesabda 2.320.005 ABŞ dolları pul vəsaitinin olmasını təsdiq edən sənəd, Təqsirləndirilən şəxslə Şahid8 arasında olan WhatsApp yazışmalarından çıxarış 02 vərəqədə, Təqsirləndirilən şəxs tərəfindən London şəhərində ev kirayəsi xidməti üçün iş üzrə zərərçəkmiş şəxs Şahid5 30.000 ABŞ dolları məbləğində pul vəsaiti alması ilə bağlı xx.xx.2022-ci il tarixli əlyazma, Zərərçəkmiş şəxs3 istintaq materiallarına əlavə etdiyi Təqsirləndirilən şəxs 120.000 ABŞ dolları məbləğndə borcu qalması ilə bağlı 07 fevral 2021-ci il tarixli müqavilə, zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında telefon danışıqları və SMS məlumatlarının özündə əks etdirən “Azercel" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş 1 ədəd CD disk və “X49” MMC-nin 2018-2020-ci illər ərzində bank hesablarının dövriyyəsini əks etdirən "xxxx" KB-dən xx.xx.2022-ci il tarixli məktubla və "xxxx" ASC-dən xx.xx.20222-i il tarixli məktubla daxil olmuş hesabdan çıxarışlar və ödəniş sənədləri cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edilən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (4-cü cild iş vərəqi 55-57). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş 06 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (2-ci cild iş vərəqi 13-14). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X39 daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır (2-ci cild iş vərəqi 57-58). İşdə olan 20 iyul 2022-ci il tarixli, 20 iyul 2022-ci il tarixli, 11 avqust 2022-ci il tarixli və 19 avqust 2022-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, X28 və Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışlar (2-ci iş vərəqi 235-236, 255-256 və 3-cü cild iş vərəqi 102,148). 22 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı 22 iyul 2022-ci il tarixdən hesablanmışdır (3-cü cild iş vərəqi 37-44). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsun ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələri özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ayrı-ayrı zərərçəkmiş şəxslərə öz qulluq mövqeyindən istifadə etməklə külli və xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərəçkəmiş şəxslərdən pul vəsaitlərini “Formula 1» biletlərinin alınmasına sərf etməsi, «Covid-19» pandemiyası səbəbindən yarışların keçirilməməsi ilə əladar pul vəsaiti əldə edə bilməməsi, Zərərçəkmiş şəxs1 ondan götürüyü 678.390 ABŞ dollarından 410.000 ABŞ doları qaytarmaqla borcunun cəmi 268.390 ABŞ dolları təşkil etməsi, Zərərçəkmiş şəxs2 və Şahid6 London şəhərində kirayə tutduqları evdə yaşamları üçün 15.000 funt sterlinq xərcləməsi, Zərərçəkmiş şəxs3 ilə hər hansı razılaşması və iş birliyi olmaması, Zərərçəkmiş şəxs3 və sonuncunun qardaşı Şahid3ldən "xxxx" yarışlarına VİP biletlərinin alqı-satqısı ilə bağlı yatırım etmək üçün hansı məbləğdə və hansı tarixlərdə pul vəsaiti aldığını dəqiq xatırlaması, qazanc kimi həmin şəxslərə 16.500 ABŞ dollarından artıq pul verməsi, Zərərçəkmiş şəxs4 "xxxx" yarışları ilə bağlı 02.2020-ci il tarixdə 16.000 ABŞ dolları, 26 fevral 2020-ci il tarixdə 32.200 avro və 24.750 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 19.000 ABŞ dolları pul vəsaiti aldığını xatırlamaması, bibisinin “Covid-19” xəstəliyinə yoluxduğu və vəziyyəti ağır olduğundan təcili Türkiyə Respublikasına aparmaq zərurəti yarandığı üçün bu məqsədlə Zərərçəkmiş şəxs4 30.000 manat borc istəməməsi və almaması, Zərərçəkmiş şəxs4 yalnız "xxxx" yarışlarına dair VİP biletlərinin alqı-satqısı ilə bağlı pul vəsaiti alması, hər hansı qohumunun “Covid” xəstəliyi ilə əlaqədar pul lazım olduğunu deməməsi və bu adla hər hansı məbləğdə pul vəsaiti almaması ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən pul vəsaitlərini "xxxx" biletlərinin alınması üçün aldığını bildirsə də, Təqsirləndirilən şəxs direktoru olduğu “X48” MMC tərəfindən biletlərin alınmasını təsdiq edən müqavilələr, yazılı razılaşmalar və başqa hesablaşma sənədləri əlavə edilməmiş, Təqsirləndirilən şəxs özü də nə ibtidai istintaq orqanına, nə də ki, məhkəməyə qeyd edilən sənədləri təqdim edilməmiş, həmin sənədlər müəyyən edilərək cinayət işinin materiallarına əlavə olunamışdır. Bunan başqa ibtidai istintaq orqanı tərəfindən Bakı şəhərində "xxxx" yarışlarının təşkili ilə məşğul olan Bakı şəhər Halqası Əməliyyat Şirkətinə verilmiş sorğuya 15 sentyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhər Halqası əməliyyat Şirkəti ilə “X48” MMC arasında 2017-2022-ci illər ərzində "xxxx" yarışlarına VİP biletlərinin alqısatqısına dair hər hansı razılaşma olmamışdır (1-ci cild iş vərəqi 4-cü cild iş vərəqi 181). Bundan əlavə işdə olan 27 avqust 2022-ci il tarixli baxış protokolundan görünür ki, “Google Chrome” saytında axtarış bölməsində "xxxx" Great Britain” sözləri ilə yazılaraq axtarış verilmiş və ekranda Great Britain “Grand Prix F1 hospility” şirkətinə məxsus sayt aşkar edilmiş və həmin sayta daxil olduqda həqiqətən də şirkətin "xxxx" yarışlarına dair reklamların yerləşdirilməsi, biletlərin satışı ilə məşğul olması müəyyən edilmiş edilmişdir, qeyd olunan şirkətə məxsus ümumi məlumatlar, əlaqələr, "xxxx" yarışlarına biletlərin alışı və sair məlumatlar aşkar edilsə də “X48” MMC ilə əlaqəsi, müqaviləsi və fotoşəkilləri ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir (4-cü cild iş vərəqəi 73). İş üzrə zərərəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ibtidai istintaq və məhkəmə zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs tərəfindən "xxxx" biletlərinin "xxxx" Great Britain” şirkətindən alaraq satışını həyata keçirməsini təsdiq edən maliyyə əməliyyatları barədə rəsmi sənədlərin, müqavilələrin, bank sənədlərinin və hesabatların onlara təqdim edilməməsini göstərmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs direktoru olduğu “X48” MMC-nin "xxxx" biletlərinin alğı-satqısı ilə məşğul olması barədə zərərçəkmiş şəxslərə həqiqətə uyğun olmayan məlumatlar verərək, üzərinə götürdüyü "xxxx" biletlərinin alğı-satqısından qarşılıqlı qazanc əldə ediləcəyi öhdəliyi yerinə yetirmək niyyətində, səlahiyyətlərində, iqtidarında və imkanında olmadığı halda qulluq mövqeyindən və yaranmış etibarlı münasibətlərdən sui-istifadə etmə və aldatma yolu ilə sonuncuların külli və vahid niyyətlə xüsusilə külli miqdarda əmlakını ələ keçirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir, bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmin Qərarının 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür; dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Qeyd olunan qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında göstərilən dələduzluq cinayətinin əlamətlərindən biri olan - aldatmanı Təqsirləndirilən şəxs bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatları verməklə, aldadıcı üsullardan istifadə etməklə və hesablaşma görüntüsünün yaratmaqla həyata keçirmiş və aldatmanın məqsədi zərərçəkmiş şəxslərin əmlakını ələ keçirmək olmuşdur, eyni zamanda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə yaxın münasibətdə olmaqla sonuncuların etibarından sui-istifadə etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək külli və xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi məhkəmə zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsinin sankisyasında on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyandan birbaşa və depozitə 5.000 manat pul qoymaqla qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi-cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmasını, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin edərkən, eyni zamanda həmin Məcəllənin 46.2-ci maddəsinin tələblərini rəhbər tutaraq ona dövlət və özünü idarətemə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəzanın da təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 22 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların omlasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən müəddətə dövlət və özünü idarətmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi, cəzaçəkməsinin başlanğıcının 22 aprel 2022-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə veriləcək mülki iddianın və vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədilə X4 adına qeydiyyatdan keçmiş 2006-cı il buraxılışlı “Nissan Teana” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2012-ci il buraxılışlı “Toyota Prado” markalı **-BZ-*** dövlət qeydiyat nişanlı avtomobillər həbsdən azad edilməlidirlər. Belə ki cinayət işinin materiallarına əlavə edilmiş ** TT *** dövlət qeydiyyat nişanlı «Nissan Teana» markalı avtomobilə aid AA seriyalı 823950 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi 19 dekabr 2009-cu il tarixdə X10 verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ** BZ *** dövlət qeydiyyat nişanlı «Toyota Prado» markalı avtomobilə aid AB seriyalı 698950 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi 24 aprel 2009-cu il tarixdə X10 verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.2-ci maddəsnə əsasən həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvesiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mənaəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdətutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham 2018-ci ildən sonrakı dövrü əhatə etmişdir, lakin qeyd edilən avtomobilləri X18 2006 və 2012-ci illərdə edilmişdir. Hazırki işin hallarından görünür ki, 2006-cı il buraxılışlı “Nissan Teana” markalı **-TT- *** dövlət qeydiyyat nişanlı və xx.xx.2012-ci il buraxılışlı “Toyota Prado” markalı **-BZ-*** dövlət qeydiyat nişanlı avtomobillər X18 tərəifndən müvafiq olaraq 2006 və 2012-ci illərdə əldə edilmiş, həmin əmlaklar üzərində X4 mülkiyyət hüququ tanınmış, qeyd edilən avtomobillər üzərinə həbs ona - Azadabaxd Əliyevə aidiyyəti olmayan cinayət işi ilə bağlı qoyulmuş, qeyd edilən avtombillərə Təqsirləndirilən şəxs ancaq etibarnamə əsasındə istifadə hüququ verilmişdir – mülkiyyət hüququ olmamışdır, bu səbəbdən, “Nissan Teana” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prado” markalı **-BZ-*** dövlət qeydiyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Məhkəmə zamanı zamanı Zərərçəkmiş şəxs2 46.000 manat təşkil edən 27.059 ABŞ dolları əsas borc və 1700 manat təşkil edən 1.000 ABŞ dolları faiz, cəmi 47.700 manat və 240 manat dövlət rüsumunun ödənilməsinə dair və Zərərçəkmiş şəxs1 849,751,8 manat təşkil edən 499.854 ABŞ dolları məbləğində pulun ödənilməsinə dair mülki iddialar vermişlər, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iş üzrə mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 46.000 manat təşkil edən 27.059 ABŞ dolları əsas borc və 1700 manat təşkil edən 1.000 ABŞ dolları faiz, cəmi 47.700 manat və 240 manat dövlət rüsumunun ödənilməsinə dair mülki iddia qismən təmin edilməli, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 849,751,8 manat təşkil edən 499.854 ABŞ dolları məbləğində pulun ödənilməsinə dair mülki iddia təmin edilməli, 46.000 manat təşkil edən 27.059 ABŞ dolları məbləğində pul və 240 manat dövlət rüsumu, cəmi 46.240 manat pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, 849,751,8 manat təşkil edən 499.854 ABŞ dolları məbləğində pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə eyni zamanda zərərçəkmiş şəxslərə ziyanın ABŞ dolları ilə vurulmasını nəzərə alaraq cinayət hadisələrinin baş vermə müddətində ABŞ dollarının Azərbaycan Respubilkası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsinə əsasən Zərərçəkmiş şəxs2 vurulmuş 27.059 ABŞ dolları və Zərərçəkmiş şəxs1 vurulmuş 499.854 ABŞ dolları məbləğində pulun müvafiq olaraq Azərbaycan manatı ilə dəyəri əsasən müəyyən həmin məbləğlərin olan pul müvafiq olaraq 46.000 manat və 849,751,8 manat təşkil edir. Belə ki Azərbaycan Respublikası Mərkəzi Bankınını rəsmi internet səhifəsindən götürülmüş cədvəldən görünür ki, 2018-2023-cü illər ərzində 1 ABŞ dollarının dəyəri 1.7 AZN təşkil etmişdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 istintaq orqanı tərəfindən müvafiq qərarlarla zərərçəkmiş şəxs qismində tanınmış və onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutumuş hüquqları izah edilsə də, onlar vurulmuş ziyanın ödənilməsinə dair mülki iddia verməmişdir. Мящкямя щесаб едир ки, зərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə görə, mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və məhkəmə tərəfindən qəbul edilir. Cinayət Məcəlləsinin 183.1-ci maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Cinayət Məcəlləsinin 183.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs zərərəçəkmiş şəxslər vurduğu ziyanı könüllü ödəmək məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına 5.000 manat məbləğində pul vəsaiti zərərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında sonunculara vurulmuş ziyanın məbləğinə (miqdarına) ekvivalent (mütənasib) olaraq bölünməklə ziyanın ödənilməminə yönəldidməlidir. İş üzrə ekspertiza xərclərinin olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və özünün idarətmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 verdiyi 46.000 manat təşkil edən 27.059 ABŞ dolları əsas borc və 1700 manat təşkil edən 1.000 ABŞ dolları faiz, cəmi 47.700 manat və 240 manat dövlət rüsumunun ödənilməsinə dair mülki iddia qismən təmin edilsin, 46.000 manat təşkil edən 27.059 ABŞ dolları məbləğində pul və 240 manat dövlət rüsumu, cəmi 46.240 manat pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 verdiyi 849,751,8 manat təşkil edən 499.854 ABŞ dolları məbləğində pulun ödənilməsinə dair mülki iddia təmin edilsin, 849,751,8 manat təşkil edən 499.854 ABŞ dolları məbləğində pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. X4 mülkiyyətində olan «Nissan Teana» markalı **-TT-*** dövlət qeydiyyat nişanlı və «Toyota Prado» markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs ləğv edilsin. Təqsirləndirilən şəxs zərərəçəkmiş şəxslər vurduğu ziyanı könüllü ödəmək məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına 5.000 manat məbləğində pul vəsaiti zərərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında sonunculara vurulmuş ziyanın məbləğinə (miqdarına) ekvivalent (mütənasib) olaraq bölünməklə ziyanın ödənilməsinə yönəldilsin. İş üzrə ekspertiza xərclərinini olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-331/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-331/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver