Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-331/2025 10.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X7 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmayan, Füzuli şəhəri, PMK-15 qəsəbəsində qeydiyyatda olan, tutulana qədər faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810 saylı evdə yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi:
1. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 4,109 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini əldə etdikdən sonra bir ədəd şəffaf sellofana bükülmüş 3,945 qram psixotrop maddə metamfetamini üzərində, bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 0,164 qram psixotrop maddə metamfetamini idarə etdiyi «Toyota Prius» markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı açıq saxlanc yerində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810 saylı binanın qarşısına qədər daşımış, 05 fevral 2024-cü il tarixdə saat 16:30 radələrində qeyd olunan ünvanda onun psixotrop maddələrin saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Sabunçu RPİ 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq 14cü PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sol cibindən bir ədəd şəffaf sellofana bükülmüş külli miqdarda təmiz çəkisi 3,945 qram çəkidə psixotrop maddə metamfetamin və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810 saylı binanın yaxınlığında saxlamış olduğu «Tayota Prius» ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilə həmin gün saat 19:30-da keçirilən baxış zamanı avtomobilin salonundakı açıq saxlanc yerindən isə bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 0,164 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan psixotrop maddə metamfetamin və içərisində psixotrop maddə olan metamfetaminə məxsus izlər olan bir ədəd sınıq lampa, bir ədəd pul əsginazından düzəldilmiş borucuq aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 05 fevral 2024-cü il tarixdə 4-5 radələrində Təqsirləndirilən şəxs taksi fəaliyyəti göstərən zaman idarə etdiyi avtomobilə əyləşən xanım sərnişinlərə narkotik vasitə altında olaraq nalayiq hərəkətlər etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə həm raportda, həm də qərarda göstərmişdir. Bununla bağlı rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Həmin şəxsi saxlayaraq 14-cü polis şöbəsinə dəvət etmişlər. Məlumat daxil olduqdan sonra Nurlanın saxlanılmasına qədər saat yarım vaxt keçmişdir. Nurlan saxlanılarkən maşını kənarda olmuş, özü evin yaxınlığında olmuşdur. Saxlanıldıqdan sonra Nurlana hüquq və vəzifələri izah olunmuşdur. Saxlanıldığı zaman şərait olmadığı üçün Nurlanın üzərinə baxış keçirilməmişdir. Saxladıqdan sonra Nurlanı avtomobillə bölməyə aparmışlar. Bölməyə aparılanadək sonuncu müqavimət göstərməmişdir. Dəvət edən zaman təhqiqatçının otağında üzərinə şəxsi axtarış keçirilmişdir. Nurlan vəkillə təmin edilməsinə baxmayaraq vəkilin iştirakı ilə şəxsi axtarış keçirilməsindən imtina etmişdir. Videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı Nurlan arxa sağ cibindən 1 ədəd telefon, sol cibindən isə narkotik vasitə ağ metamfetamin deyilən narkotik vasitəyə oxşar bir maddə aşkar edilmişdir. Həmin narkotik vasitə və telefon hal şahidlərinin iştirakı ilə zərfə qoyularaq bükülmüş və möhürlənmişdir. Əməliyyat tədbirinin davamı olaraq Nurlanın maşını saxladığı yerə getmişlər. Maşından da bir ədəd kağızdan tutulmuş narkotik vasitə qəbul etmək üçün balaca turubka, bir ədəd də lampa aşkar edilmişdir. Şahid2 məhkəmə istintaqında verilən suallara cavab olaraq göstərdi ki, Nurlanı saxladıqları ünvanı dəqiq bilməmişdir. Nurlanı bölməyə apardıqda əynində şalvar olmuşdur. Şalvarı düşdüyünü, onu əliylə saxladığını xatırlamır. Nurlanın şalvarının kəmərini çıxarmamışlar. Nurlanı birbaşa təhqiqatçının otağına aparmış, üst-başını yoxlamamış, sonuncuya xəsarət yetirməmişlər. Şəxsi axtarış zamanı o, əməliyyatçı, təhqiqatçı və 2 nəfər hal şahidi iştirak etmişdir. Şəxsi axtarış zamanı Nurlan telefonu özü təqdim etsə də, narkotik vasitə təhqiqatçı tərəfindən çıxarılmışdır. Qaçmağa cəhd etdiyi üçün əməliyyatçı Biləndərin Nurlanın boynundan tutduğunu xatırlaysa da, yerə yıxmasını və s. xatırlamır. Polis idarəsinə şəxsin Nurlanın qızlara sataşması ilə bağlı hər hansı qadının şikayət, ərizəylə müraciət olmamışdır.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə 2024-cü il fevral ayının əvvəlləri günorta saatlarında olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Nurlanı digər əməliyyatçı Şahid2 İbrahim oğlu ilə birgə saxlamışlar. Saxlanılan zaman Nurlan qaçmağa çalışmşıdır. Lakin sonuncunu saxlayıb, bölməyə aparmışlar. Nurlan saxlanılarkən piyada olmuş, maşını binanın yaxınlığında olmuşdur. Nurlan “Toyota Prius” markalı maşını göstərək öz maşını olduğunu demişdir. Saxlanılan zaman və saxlanıldıqdan sonra bölməyə aparılanadək Nurlann üərinə baxış keçirilməmişdir. Təhqiqatçının otağında şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman təhqiqatçı onun üzərindən narkotik maddə aşkar etmişdir. Daha sonra Nurlanın avtomobilinə baxış keçirilmiş, orada narkotik vasitəni istifadə etmək üçün boru, lampa və bir kündə narkotik vasitəsi müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Şahid1 məhkəmə istintaqında verilən suallara cavab olaraq göstərdi ki, şəxsi axtarış keçirərkən Nurlanın şalvarının düşüb-düşmədiyini, kəmərinin olub-olmadığını xatırlamır. Bölmədə Nurlana hər hansı maddə içizdirilməmişdir. Onun tərəfindən Nurlana qarşı hər hansı təzyiq edilməmişdir. Təhqiqatçı vəkili dəvət etmiş, amma təqsirləndirlən şəxs vəkilə ehtiyacı olmadığını bildirmişdir. Nurlan vəkillə təmin edilməsinə baxmayaraq vəkilin iştirakı ilə şəxsi axtarış keçirilməsindən imtina etmişdir. Nurlana polis əməkdaşları tərəfindən xəsarət yetirilməmişdir. Yalnız qaçmağa çalışanda o, boynundan tutub saxlamışdır.
5. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilərərk araşdırılmış ifadəsindən görünür ki, 05 fevral 2024-cü il tarixdə Sabunçu RPİ 14cü PŞ-nin əməkdaşları onu onlar tərəfindən keçirilən tədbirdə iştirak etməyə dəvət etmişlər. Polis əməkdaşları tərəfindən onun hal şahidi qismində iştirakı ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. 05 fevral 2024-cü il tarixdə Sabunçu RPİ 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı saxlanılmış adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs üzərinə onun və digər dəvət olunmuş hal şahidinin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı tərəfindən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və digər əşyalarını təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynindəki boz rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd Redmi markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan büküm, şalvarının sağ yan cibindən 30 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş bir ədəd sellofan bükümün içərisindən şəffaf rəngli, toz kristall şəkilli spesifik iyə malik psixotrop maddə metamfetaminə oxşar maddənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin ona məxsus olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər maddə polis əməkdaşlarının, onun və digər dəvət edilmiş hal şahidinin iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, polis əməkdaşları, digər dəvət edilmiş hal şahidi və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir. Bundan sonra Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi 810 saylı qaçqınlar binasının yaxınlığında həyətdə olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılana qədər idarə etmiş olduğu «Tayota Prius» ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilə təhqiqatçı tərəfindən polis əməkdaşlarının, onun və digər dəvət edilmiş hal şahidinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və digər əşyalarını təqdim etməsi təklif edildikdən sonra həmin avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi «Tayota Prius» ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda açıq olan saxlanc yerindən 01 ədəd kağızdan hazırlanmış boru, 01 ədəd sınıq lampa və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs avtomobilin salonunda açıq saxlanc yerindən aşkar edilmiş bir ədəd sellofan bükümün içərisindən şəffaf rəngli, toz kristall şəkilli spesifik iyə malik psixotrop maddə metamfetaminə oxşar maddənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin ona məxsus olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilin salonunda açıq olan saxlanc yerindən aşkar edilmiş 01 ədəd kağızdan hazırlanmış borunun, 01 ədəd sınıq lampanın özünə məxsus olmasını və həmin əşyalardan psixotrop maddə metamfetamin qəbul edərkən istifadə etməsi ilə bağlı avtomobildə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər maddə polis əməkdaşlarının, onun və digər dəvət edilmiş hal şahidinin iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, polis əməkdaşları, digər dəvət edilmiş hal şahidi və baxışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir.
6. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilərərk araşdırılmış ifadəsindən görünür ki, 05 fevral 2024-cü il tarixdə Sabunçu RPİ 14cü PŞ-nin əməkdaşları onu onlar tərəfindən keçirilən tədbirdə iştirak etməyə dəvət etmişlər. Polis əməkdaşları tərəfindən onun hal şahidi qismində iştirakı ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. 05 fevral 2024-cü il tarixdə Sabunçu RPİ 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı saxlanılmış adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs üzərinə onun və digər dəvət olunmuş hal şahidinin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı tərəfindən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və digər əşyalarını təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynindəki boz rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd Redmi markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan büküm, şalvarının sağ yan cibindən 30 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş bir ədəd sellofan bükümün içərisindən şəffaf rəngli, toz kristall şəkilli spesifik iyə malik psixotrop maddə metamfetaminə oxşar maddənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin ona məxsus olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər maddə polis əməkdaşlarının, onun və digər dəvət edilmiş hal şahidinin iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, polis əməkdaşları, digər dəvət edilmiş hal şahidi və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir. Bundan sonra Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi 810 saylı qaçqınlar binasının yaxınlığında həyətdə olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılana qədər idarə etmiş olduğu «Tayota Prius» ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilə təhqiqatçı tərəfindən polis əməkdaşlarının, onun və digər dəvət edilmiş hal şahidinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və digər əşyalarını təqdim etməsi təklif edildikdən sonra həmin avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi «Tayota Prius» ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda açıq olan saxlanc yerindən 01 ədəd kağızdan hazırlanmış boru, 01 ədəd sınıq lampa və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs avtomobilin salonunda açıq saxlanc yerindən aşkar edilmiş bir ədəd sellofan bükümün içərisindən şəffaf rəngli, toz kristall şəkilli spesifik iyə malik psixotrop maddə metamfetaminə oxşar maddənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin ona məxsus olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilin salonunda açıq olan saxlanc yerindən aşkar edilmiş 01 ədəd kağızdan hazırlanmış borunun, 01 ədəd sınıq lampanın özünə məxsus olmasını və həmin əşyalardan psixotrop maddə metamfetamin qəbul edərkən istifadə etməsi ilə bağlı avtomobildə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər maddə polis əməkdaşlarının, onun və digər dəvət edilmiş hal şahidinin iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, polis əməkdaşları, digər dəvət edilmiş hal şahidi və baxışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir.
7. 05 fevral 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Sabunçu RPİ-nin 14cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddələrin daşınmasında, saxlanmasında və satışında şübhəli bilinən xx.xx.1992-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmayan, Füzuli şəhəri, PMK-15 qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810 saylı evdə yaşamış Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək saat 16:30-da yaşadığı binanın yaxınlığında saxlanılaraq 14-cü PŞ-ə gətirilmişdir. Təqsirləndirilən şəxs yayınmaq istəyərkən polis əməkdaşlarının işlətdiyi fənd nəticəsində sonuncu sağ üz nahiyəsinin qızartısı, boyun nahiyəsinin sağ arxa hissəsində və qulağında qançırlı sıyrıntıları xəsarətlərini almışdır. (Cild 1 i.v. 8)
8. 05 fevral 2024-cü il tarixli aktddan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs vizual olaraq bədən səthinə baxış keçirilən zaman sağ üz nahiyəsinin qızartısı, boyun nahiyəsinin sağ arxa hissəsində və qulağında qançırlı sıyrıntılar müşaiət olunmuşdur. Sonuncu həmin xəsarətləri polis əməkdaşları tərəfindən yayınmaq istəyərkən polis əməkdaşlarının onu tutub saxlamaq istəyərkən işlətdikləri fənd nəticəsində aldığını bildirmişdir. (Cild 1 i.v. 9)
9. 05 fevral 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 18:30-da (faktiki saxlanılma saat 16:30-da) Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 18)
10. 05 fevral 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X2 iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmişdir. (Cild 1 i.v. 29)
11. 05 fevral 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X2 iştirakı olmadan ** EX *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. (Cild 1 i.v. 32-33)
12. 07 fevral 2024-ci il tarixli Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən, yəni narkotik vasitələrin istehlak edilməsində təqsirli bilmişdir. (Cild 1 i.v. 98-100)
13. 07 fevral 2024-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. (Cild 1 i.v. 69)
14. 05 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü, sağ yan cibindən 30 nəğd pulu və arxa sağ cibindən 01 ədəd göy rəngli Redmi markalı mobil telefonu təqdim etdi. Bundan sonra həmin bükülünü açdıqda narkotik vasitə metamfetaminə bənzər maddənin olması aşkar edildi. Aşkar olunmuş metametaminə bənzər maddə qablaşdırılaraq götürülmüşdür. (Cild 1 i.v 30-32)
15. 05 fevral 2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və və götürmə aparılması haqqında protokoldan görünür ki, 05 fevral 2024-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi 810 saylı qaçqınlar binasının yaxınlığında narkotik vasitələrin saxlanılmasında, qəbulunda və satışında şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi «Tayota Prius» ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilə video çəkilişdən istifadə olunmaqla keçirilən baxış zamanı bir bükümdə psixotrop maddə metamfetamin və içərisində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd sınıq lampa və bir ədəd bir ədəd pul əskinazından düzəldilmiş borucuq aşkar olunuraq götürülmüşdür. (Cild 1 i.v 35-37)
16. 23 may 2024-cü il tarixli mobil telefon aparatı ilə aparılmış üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə istifadə edilmiş «X12 9» markalı «M2003J15SG» modelli mobil smartfonun yaddaşında olan “Whatsapp” yazışmalarında, zəng məlumatlarının, səs yazılarının məzmununda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı narkotik vasitələrə aid məlumatlar kokos, daş, pati, koka, kola, torpaq və.s sözlərlə ifadə olunan danışıqlar aparılmışdır. (Cild 1 i.v 165)
17. 24 may 2024-cü il tarixli təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işi materialları ilə təqdim etmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. (Cild 1 i.v 189-190)
18. Məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2024-cü il tarixli 3-16-16/2-6/786 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksləri olan, üç ədəd zərfdə: -üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 3,945 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -üzərində “Vət. Təqsirləndirilən şəxs avtomobilindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,164 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -Təqdim olunmuş 1 (bir) ədəd sellofan bükümdə və 1 (bir) ədəd göy rəngli kağız bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. -Təqdim edilmiş 1 (bir) ədəd sınıq lampanın və 1 (bir) ədəd pul əsginazından düzəldilmiş borucuğun içərisində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və maddə nümunələri ilə müqayisəli tədqiqatın aparılması mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı l) daxildir. (Cild 1 i.v 47-51)
19. Məhkəmə narkoloji ekspertizasının 26 fevral 2024-cü il tarixli 1284 №-li rəyindən görünür ki, Nurlan Faiq oğlunda psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v 135-136)
20. Məhkəmə kompyuter texniki ekspertizasının 17 may 2024-cü il tarixli 3-16-16/2- 5/482/2024 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş «X12 9» markalı «M2003J15SG» modelli “**********25543, **********25550” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş «X12 9» markalı «M2003J15SG» modelli mobil smartfonun yaddaşında «7.68.0.809 versiyalı UFED 4 PC” adlı proqram təminatı vasitəsilə (xx.xx.2023-xx.xx.2024cü il zaman intervalına aid yazışmalarda daxil olmaqla “Whatsapp”, “İnstagram”, “Facebook”, “Teleqram” da aparılmış bütün məlumat mübadilələri) bütün məlumat mübadilələri əldə olundu və həmin məlumatlar «Ekspertiza 5-482» adlı qovluqda bir ədəd «DVD-R» tipli moptik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. (Cild 1 i.v 160-163)
21. Sabunçu RPİ-nin 14-cü PŞ-ə ünvanlanmış əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni konkret olaraq kimə satması və ya ondan narkotik vasitə almış şəxslər barədə məlumatların əldə edilməsi, həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. (Cild 1 i.v 164)
22. 23 may 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etmiş olduğu 4,109 qram (ekspertiza tədqiqatından sonra qalıq 4,009 qram) içərisində psixotrop maddə olan metamfetaminə məxsus izlər olan bir ədəd sınıq lampa, bir ədəd pul əsginazından düzəldilmiş borucuq, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı abonent nömrəsi ilə istifadəsində olmuş «X12 9» markalı «M2003J15SG» modelli mobil telefon və ekspert rəyinə əlavə olunmuş 01 ədəd disk saxlanmasından ötrü Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (Cild 1 i.v. 176-177)
23. 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması ilə bağlı Müdafiəçi müraciəti əsasında aparılmış əlavə araşdırma üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.
24. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Diskə baxılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təhqiqatçının təklifiindən sonra əynindəki boz rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd Redmi markalı mobil telefonu təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan büküm, şalvarının sağ yan cibindən 30 manat pul aşkar edilir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş bir ədəd sellofan bükümün içərisindən şəffaf rəngli, toz kristall şəkilli spesifik iyə malik psixotrop maddə metamfetaminə oxşar maddənin olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin ona məxsus olmamasını bildirir.Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddəni qablaşdırmaq üçün zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır və büküm zərfə qoyulur. Zərf möhürlənir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir.
25. Bundan başqa məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs idarə etmiş olduğu «Tayota Prius» ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Diskə baxılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Tayota Prius» ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda açıq olan saxlanc yerindən 01 ədəd kağızdan hazırlanmış boru, 01 ədəd sınıq lampa və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü aşkar edilir. Təqsirləndirilən şəxs avtomobilin salonunda açıq saxlanc yerindən aşkar edilmiş bir ədəd sellofan bükümün içərisindən şəffaf rəngli, toz kristall şəkilli spesifik iyə malik psixotrop maddə metamfetaminə oxşar maddənin olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin ona məxsus olmamasını bildirir. Təqsirləndirilən şəxs avtomobilin salonunda açıq olan saxlanc yerindən aşkar edilmiş 01 ədəd kağızdan hazırlanmış borunun, 01 ədəd sınıq lampanın özünə məxsus olmasını və həmin əşyalardan psixotrop maddə metamfetamin qəbul edərkən istifadə etməsi ilə bağlı avtomobildə saxlamasını bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş bir bükümdə olan maddəni, 01 ədəd kağızdan hazırlanmış borunu, 01 ədəd sınıq lampanı qablaşdırmaq üçün zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır, büküm və digər əşyalar zərfə qoyulur. Zərf möhürlənir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün müdafiə tərəfinin irəli sürdüyü sübutlar aşağıdakılardır:
26. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 4 fevral 2024-cü il tarixdə, şənbə günü, “Uber”-ə bağlı olan Senyor şirkətinə məxsus taksi ilə taksi fəaliyyəti göstərmişdir. Axşam saat 5-6 radələrində bir xanım avtomobilə əyləşmişdir. O, xanımı A nöqtəsindən B nöqtəsinə çatdırmalı idi. Xanımla yolda ünsiyyətləri olmuşdur. Xanım ondan qayıdıb eynəyini götürmələrini xahiş etmişdir. Xanımın çantası olduğunu görüb çantada nəyin olduğunu soruşduqda rəsmxət ləvazimatlarının olduğunu bildirmişdir. O, xeyir-dua vermiş, başqa aralarında əxlaqa aid olmayan hər hansı söhbət olmamışdır. Avtomobildə olarkən telefonda kimləsə yazışmışdır. Həmin xanım düşməli olduğu yerə təxminən 200 metr məsafə qalmış ödəniş edib avtomobildən düşmüşdür. Xanımı Əhmədli metrosunun yaxınlığında olan Ukrayna dairəsi, X8 yanında düşürmüşdür. Xanım avtomobildən düşdükdən sonra bir nəfər şəxs ona zəng edərək nalayiq sözlər demişdir. Avtomobildə müştəri olduğu üçün cavab verə bilməmişdir. Daha sonra bir nəfər yaşlı şəxs ona zəng edərək nalayiq sözlər demişdir. Həmin şəxs ona polkovnik-leytenant olduğunu, onun başına oyun açacağını demişdir. Müştərini düşürüb qayıdanda şirkətin təhlükəsizlik xidməti zəng edərək ondan şirkətə şikayət olunduğunu, avtomobilə əyləşən 16 yaşlı xanıma qarşı hansı hərəkət etdiyini soruşmuşdur. O da təhlükəsizlik xidmətinə həmin xanımın 16 yaşı olduğunu bilmədiyini demiş, həmçinin ona qarşı nalayiq ifadələr işlədən şəxslər barəsində bildirmişdir. Kürdəxanıda yaşayan anasını görməyə getmişdir. İstirahət günü olduğu üçün bir gün əvvəl 1 qramdan az patıdan istifadə etmişdir. Patıdan lampa vasitəsi ilə istifadə etmişdir. Lampanın içərisində 1 qramın yarısının yarısı qədər patı qalmışdır. Həmin patını atmaq istəmişdir. Avtomobilə oturduqdan “Niva” markalı maşının qonşu binanın qarşısında dayanmışdır. Həmin maşının içərisindən bir neçə nəfər ona bölməyə getməli olduğunu demişdir. Həmin şəxs ondan telefonunu istəmişdir. O, telefonu və cibində olan ağız maskasına bükülmüş lampanı polis əməkdaşlarına təqdim etmişdir. Nivaya oturub bölməyə getmişlər. Polis əməkdaşları ona “sən kimə ilişmisən” demişlər. Bölmədə üzərindən maaş kartı, metro kartı, anasıgilin evinin açarı və 60 manata yaxın pul aşkar olunmuşdur. Onu gözləmə kamerasına salmışlar. Qısa bir müddət sonra yenidən növbətçi hissəyə gətirmişlər. Orada bir nəfər mülki geyimli, hündürboy şəxs digərlərinə onu göstərərk “sürücü budur, bunu təxirəsalınmaz narkolojiyə göndərin” demişdir. O, analiz vermiş, qanından metamfetamin aşkar olunmuşdur. Onu yenə bölməyə bir kapitanın otağına gətirmişlər. Orada ona “kimin qızına ilişmisən, kimə nə etmisən” demişlər. O, “kasıb adamam, müsəlmanam, yaşım da o deyil” demişdir. Həmin mülki geyimdə olan şəxs bir bükümü masanın üstünə qoyaraq həmin bükümü boynuna götürməli olduğunu demişdir. O, həmin bükümün onun olmadığını və boynuma götürməyəcəyini demişdir. Həmin şəxs onun qollarıı bağlı vəziyyətdə ona 2 yumruq vurmuş və çıxıb getmişdir. Bölmədə olan mayor bükümü cibinə qoymaq istəyəndə, əli ilə onu kənara itələmişdir. Onu yerə yıxıb başından, hər yerindən yumruq və təpiklə döymüşlər. Sonra onu mülki geyimdə olan şəxsin otağına aparmışlar. Həmin şəxs bükümü boynuna götürməli olduğunu demişdir. Sonra 4-5 nəfər onu yenə əvvəlki otağa aparıb onu döydülər. Lakin yenə verilən bükümlə razılaşmamışdır. Sonra onu gözləmə otağına aparmış, bir müddət sonra onu döyüldüyü otağa aparmışlar. Kapitan Rəhimov soyadlı şəxs ona telefonu və narkotik vasitəni cibinə qoymuşdur. Həmin vaxt sol tərəfində 3-4 nəfər hal şahidləri ilə birlikdə şəxslər dayanmışdır. Döyüldüyü üçün videoçəkiliş zamanı halsız vəziyyətdə olmuşdur. Videoçəkiliş zamanı cibində olanları təqdim etməyimi demişlər. O, telefonu cibindən çıxarmış, sol cibində nə olduğunu soruşduqda sol cibindən büküm çıxarılmışdır. Lakin həmin vaxt bükümün ona aid olmadığını bildirmişdir. Üzərinə baxış keçirən şəxs də “yoluna qoyarıq” bildirmişdir. Sonra avtomobilə əyləşib anasıgilə getmişlər. O, avtomobilin qapısında bıçaq olduğunu demişdir. Qapıya baxmadan əməkdaş əlini atıb avtomobilin saxlanc qutusundan bir büküm çıxararaq, həmin bükümün də onun olduğunu demişdir. Lakin o, həmin bükümün ona məxsus olmadığını demişdir. Orda həmin bükümü hal şahidlərinə göstərmiş, sonra bölməyə getmişlər. Gecə saat 12-də xanım vəkil gəlmişdir. Təzyiq altında olduğu üçün sənədləri imzalamışdır. Ona narkotik vasitəni boynuna götürməsə, 10 qatını evindən çıxaracağını demişlər.
27. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 iyun 2024cü il tarixli 6(009)-75/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru Elvin Bəşirli tərəfindən qəbul edilmiş 15 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmişdir. (Cild 2 i.v.36-42)
28. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 6(009)-37/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru Elvin Bəşirli tərəfindən qəbul edilmiş 20 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmişdir.
29. Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Müdafiəçi ünvanlanmış məktubdan məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədənində boyunun ön səthinin sağ nahiyəsində 4-5 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara və iri həcmli tünd bənövşəyi rəngli qançır, boyunun arxa səthinin sol nahiyəsində kiçik ölçülü, gövdənin arxa səthində isə iri həcmli tünd bənövşəyi rəngli qançır, döş qəfəsinin sağ nahiyəsində 3-4 sm ölçüdə cızılmış yara, sol biləyin ön və arxa səthində bir neçə ədəd 3-4 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara aşkar edilmişdir.
30. Məhkəmə-tibb ekspertizasının 5 mart 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs böyun nahiyyəsinin əzilmiş səthi yarası və qançırları, gövdənin arxa səthinin qançırı, döş qəfəsinin sağ yarısının və sol bilək nahiyyəsinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti Bakı İstintaq təcridxanasında müayəinəsindən 4-6 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər aid olduqları üçün dərəcləri təyin edilmir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
31. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
32. Maddə 3. Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
33. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
34. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir.
35. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
36. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
37. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
38. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
39. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
40. Maddə 139. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
41. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
42. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
43. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
44. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
45. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
46. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
47. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
48. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
49. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 118-ci bəndinə əsasən - təmiz halda 0,15 (sıfır tam yüzdə on beş) qramdan 2 (iki) qramadək çəkidə psixotrop maddə metamfetamin xeyli miqdar təşkil edir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
50. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
51. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
52. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
53. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarı
54. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
55. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
56. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin president hüququ:
57. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
58. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
59. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
60. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
61. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
62. Məhkəmə ABŞ məhkəmə təcrübəsində formalaşmış və sonradan digər dövlətlərin də tətbiq etdiyi “zəhərli ağacın meyvəsi” prinsipini hazırki işə də tətbiq etməyi zəruri hesab edir. Həmin prinsipin mahiyyəti ondan ibarətdir ki, axtarış prosesi bütövlükdə ağaca bənzədilmiş və əgər ağac zəhərlidirsə, ondan əldə edilmiş meyvələrin də, yəni sübutların da zəhərli olacağı qənaətinə gəlinəcəkdir. Yəni axtarış prosesinin hüquqazidd olması ondan əldə edilən və onunla bağlı olan sübutların da mötəbərliyini də şübhə altına alır.
63. Zəhərli ağacın meyvəsi doktrinası baxımından dönüş nöqtəsi 1963-cü ildə Vonq Sun ABŞ-a qarşı işi oldu. Bu qərar doktrina baxımından verilmiş ən əhatəli qərardır. Məhkəmə bu iş üzrə irəli sürülən sübutların “meyvə” olub-olmaması ilə bağlı standart yaratmağa çalışmışdı. ABŞ Ali Məhkəməsinin fikrincə, ikinci dərəcəli sübuta necə çatılması araşdırılmalı və ikinci dərəcəli sübutun hüquqa zidd yollarla əldə edilmiş birinci sübut sayəsində çatılıb-çatılmadığı müəyyən edilməlidir. Məhkəmənin fikrincə, birinci hüquqa ziddlilikdən aradan qaldırıla biləcək fərqliliyin olub-olmadığı da araşdırılmalıdır. Bu məqamda məhkəmə müstəqil mənbə meyarları (independent source) və hüquqa ziddliklə zəif əlaqə (connection may have become so attenuated as to dissipate the taint (əlaqə o qədər zəifləmiş ola bilər ki, ləkəni aradan qaldırıb)) kriterlərini müəyyən etmiş və bu kriteriyalara əməl olunarsa, ikinci dərəcəli sübutlardan məhkəmə prosesində istifadə oluna biləcəyinə qərar vermişdir. Odur ki, qeyd olunan əlamətlərin olub-olmamasını məhkəmə araşdıracaqdır.
64. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir.
65. İş materiallarından görünür ki, təqsiləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30-da faktiki saxlanılmış və saat 18:40-dan üzərində şəxsi axtarış aparılmışdır. Yəni faktiki olaraq 2 saat 10 dəqiqə Təqsirləndirilən şəxs polisin nəzarəti altından olmuş və həmin müddət ərzində narkotik vasitənin qoyulması riski olmuşdur. Bunu həmiçinin araşdıracağımız digər sübutlar da təsdiq edir. Şəxsi axtarışın keçirildiyi videoçəkilişə baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cibindən polis əməkdaşı bükümü çıxararaq stolun üzərinə qoyur və Təqsirləndirilən şəxs bir neçə dəfə həmin narkotik vasitənin ona məsus olmadığını bildirir. Həmçinin video çəkiliş zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs şalvarının əynindən düşdüyü müşahidə olunur və kənar obyektiv müşahidəçi kimi baxıldıqda normal bir insanın bu formada, şalvarı düşədüşə gəzməsi inandırıcı deyil. Ehtimal ki, həmin videoçəkilişdən əvvəl şalvarında olan kəmər götürülmüşdür. Bu da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs üzərində rəsmi şəkildə şəxsi axtarış keçiriləndək əvvəl qeyri-qanuni axtarış və götürmə aparılmışdır. Qeyri-qanuni axtarış və götürmənin aparılmasını möhkəmləndirən digər bir sübut avtomobil baxış zamanı avtamobilin açarının ortaya çıxmasıdır. Belə ki, həmin baxışda polis əməkdaşının əlində olan açarla avtomobilin qapısı açılmışdır. Bu da onu təsdiq edir ki, avtomobilin açarı əvvəlcədən Nurlandan götürülmüşdür. Həmçinin şəxsi axtarışda iştirak edən hal şahidi Şahid3 bildirir ki, az əvvəl rəisin otağında başqa cür danışırıdın. Bu hal da əvvəlcədən başqa şəxsin yanına aparılamsını, qanunsuz olaraq sorğu-sual edilməsini təsdiq edir. Şəxsi axtarış protokolu ilə videoçəkiliş qarşılıqlı tədqiq edildikdə ziddiyyətli olduğu müəyyən edilir. Belə ki, şəxsi axtarış protokolunda Təqsirləndirilən şəxs könüllü olaraq bir bükümü təqdim etməsi göstərilsə də, videoçəkilşdə büküm polis əməkdaşı tərəfindən cibindən çıxraılır. Təqsirləndirilən şəxs videoçəkilişdə psixotrop maddənin ona məxsus olmamasını bildirsə də, şəxsi axtarış protokolunda bu barədə hər hansı məlumat qeyd edilməmişdir.
66. Bunlardan başqa, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı üzərindən aşkar edilmiş psixotrop ona məxsus olmasını təsdiq etməmişdir. Əkisnə həmin psixotrop maddəni üzərinə götürməsi və əməli etiraf etməsi üçün işgəncələrə məruz qalmışdır. İstintaq orqanı bunu fənd işlədilərkən almasını bildirsə də məhkəmə bunu inandırıcı hesab etmir. Belə ki, Bakı isitntaq təcridxanasından alınmış sorğuya cavabda və prokurorluqda aparılmış araşdırma zamanı əldə edilmiş məhkəmətibb ekspertizasının rəyində əşkar edilmiş xəsarətlər çoxsaylı olmuş və bədəninin müxtəlif nahiyyələrini əhatə etmiş və fənd işlədən zaman əmələ gəlməyə uyğun gəlmir. Məhkəmənin buna inanmasını üçün güclü təminatlı sübutlar, məsələn şəxsin tutulması prosesinin və üzərindən tutlarkən hadisə yerində psixotrop maddənin çıxmasını təsdiq edən video çəkiliş olmalı idi. Bundan başqa, Sabail rayon məhkəməsi tərəfindən iki dəfə işgəncə xüsusatı ilə əlaqədar cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarlar ləğv edilmişdir.
67. Beləliklə də, “zəhərli ağacın meyvəsi” prinsipi baxımından Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış CPM-nin tələbləri pozulmaqla aprılmış və həmin axtarış qanunsuz olduğundan şəxsi axtarış protokolu, ondan əldə olunan digər sübutlar da, o cümlədən məhkəmə-kimyəvi ekspertizasının 3,945 qram metamfetaminə dair hissəsidə qanunsuz hesab edilməlidir.
68. Avtomobildən aşkar edilmiş 0,164 qram narkotik vasitə ilə bağlı məhkəmə qeyd edir ki, avtomobilə baxış zamanı və ondan əvvəl də CPM-nin tələbləri pozulsa da, sonradan məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsinə həmin psixatrop maddəni etiraf etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən məhkəmə baxışı zamanı müqavilə əsasında olan vəkilinin iştirakı ilə sərbəst iradə ifadəsini bəyan etmiş və həmin sübutun şəxsi axtarışla heç bir bağlılığı və hər hansı işgəncə nəticəsində əldə edilməsi ilə əlaqəsi yoxdur. Yəni Təqsirləndirilən şəxs 0,164 qram metamfetamin əldə etmə, saxlama və daşıması “zəhərli ağacın meyvəsi” deyildir. Həmin prinsipin müstəqil sübut meyarına uyğun gəlir.
69. Ona görə də, verilmiş ittihamın 0,164 qram metamfetaminə dair hissəsi qanuni hesab edilməlidir.
70. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür.
71. Belə ki, Təqsirləndirilən şəxs aşkar edilmiş metemfetamin bir kiçik bağlamada olmuş, çəkisi az olmaqla qısa müddətdə öz istifadəsi üçün yetəcək miqdarda olmuş, itiham tərfindən hər hansı şəxsə satması, satmaq istəməsi barədə heç bir sübut təqdim olunmamışdır.
72. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə metamfetamini əldə etməsi, üzərində saxlaması və daşıması, başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil.
73. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan satış məqsədi ilə külli miqdarda 3,945 qram psixotrop maddə metamfetaminin əldə etməsi, saxlaması və daşımasına dair epizod xaric edilməli və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir.
74. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir.
75. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
76. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır.
77. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
78. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir.
79. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir.
80. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v. 103)
81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
82. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
83. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir.
84. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
85. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir.
86. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
87. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 4,009 qram psixotrop maddə metamfetamin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, «X12 9» markalı «M2003J15SG» modelli mobil smartfon Təqsirləndirilən şəxs, razılığı olduğu halda yaxın qohumlarına qaytarılmalı, 1 ədəd sınıq lampa və 1 ədəd borucuq məhv edilməli, 3 (üç) ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır.
88. İş üzrə məhkəmə-kimyəvi və məhkəmə-kompüter texniki ekspertizalarına sərf edilmiş 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir.
89. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
h ö k m e t d i :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 05 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 4,009 qram psixotrop maddə metamfetamin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, «X12 9» markalı «M2003J15SG» modelli mobil smartfon Təqsirləndirilən şəxs, razılığı olduğu halda yaxın qohumlarına qaytarılsın, 1 ədəd sınıq lampa və 1 ədəd borucuq məhv edisin, 3 (üç) ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 4,009 qram metamfetamin həmin araşdırma ilə əlaqədar Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi və məhkəmə-komputer texniki ekspertizalarına sərf edilmiş 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Kamran Muxtarov X9 Azər Tağıyev