Məhkəmə qərarları › İş №1(101)-332/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-332/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-332/2021 13.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu, Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri - X25 və X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Nümayəndə, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Qusar rayonu, Yasab kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Şahdağ” Turizm Mərkəzində mühafizəçi işləmiş, Qusar rayonu Yasab kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.3 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirərək onların hissələrini toplamaqla kultivasiya etmiş, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan həmin meşə ərazisinin torpaq sahəsini özbaşına tutmuş, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayında Qusar rayonu Yasab kəndi ərazisində çayın kənarından tapdığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını həmin ilin aprel ayının sonlarında Qusar rayonu Yasab kəndinin girişində yerləşən X41 X15 Meşəbəyiliyinə məxsus olan 36 kv. metr (6mx6m) ərazisində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan həmin meşə ərazisinin torpaq sahəsini özbaşına tutaraq 6 ədəd 8 sm ölçülü palıd, 7 ədəd 12 sm ölçülü palıd, 14 ədəd 8 sm ölçülü göyrük, 5 ədəd 8 sm ölçülü yemişan ağaclarını kəsib sahəni hasarlamaqla X41 Təsərrüfatı Mərkəzinə 49.44 manat məbləğində maddi ziyan vuraraq qanunsuz olaraq tərkibində narkotik maddələr olan cəmi 52 ədəd külli miqdarda çətənə (kannabis) bitkilərini özbaşına əkib-yetişdirərək zəruri aqrotexniki qulluq göstərməklə kultivasiya edib becərmiş, xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində hündürlükləri 5-130 sm olan, cəmi 52 ədəd çətənə (kannabis) bitkilərini sulamaqla aqrotexniki qulluq göstərən zaman Qusar rayon X30 PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanarkən həmin vaxt xidməti vəzifələrini yerinə yetirən, özünü təqdim edərək ona yaxınlaşan hakimiyyət nümayəndəsi olan Qusar RPŞ-nin Həzrə PB-nin sahə polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs1 “sağ bazunun aşağı 1/3-nin iç səthinin, sağ dirsək nahiyəsinin, sol saidin arxa səthinin sıyrıqları; sol saidin orta 1/3-nin iç səthinin, sağ əlinin 1-ci barmağının əsas falanqasının arxa səthinin, sağ bazunun yuxarı 1/3-nin iç səthinin, göbəyin sol tərəfinin, ətrafları sıyrıntılı qançırları və sağ budun yuxarı 1/3-nin ön səthinin birincili cərrahi işlənilməsinə ehtiyacı olan dişlənmiş yara və qançır” xəsarətləri yetirərək sağlamlığına yüngül zərər vurmaqla, Qusar RPŞ-nin Həzrə PB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 isə “sol saidin aşağı 1/3-nin iç səthinin ətrafı sıyrıntılı qançırı; sol dizin Ön səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin, sağ budun yuxarı 1/3nin arxa-yan səthinin sıyrıqları” dərəcəsi təyin olunmayan xəsarətləri yetirərək onlara qarşı zor tətbiq etməklə müqavimət götərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-in 188.1, 237.2.3-cü maddələri ilə özünü təqsirli bilərək, CM-in 315-ci maddəsi ilə isə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin təxminən mart ayında Qusar rayonu Yasab kəndinin ərazisində yerləşən çayın kənarından 50-60 ədəd narkotik vasitə olan marixuananın toxumlarını tapmış, toxumları gələcəkdə narkotik tərkibli çətənə bitkilərini öz şəxsi istifadəsi üçün əkibbecərmək üçün götürüb cibinə qoyaraq kəndin girişində evindən təxminən 2-3 km uzaqlıqda yerləşən meşə sahəsində, “Məmmədəkam” adlanan ərazinin yaxınlığında sellofan paketə bükərək torpağın altında gizlədib saxlamışdır. Marixuana toxumlarının kimə məxsus olmasını, ora necə düşməsini və yaxud da kimsə tərəfindən atılmasını bilməmişdir. Həmin vaxt çətənə bitkisinin toxumlarını əkilməsi üçün əlverişli vaxt olmadığı üçün bir ay gözləmiş, təxminən 2020-ci ilin aprel ayının sonlarında havaların yaxşılaşdığını görüb, meşədə sellofan paketdə gizlətdiyi narkotik vasitə olan marixuananın toxumlarını yerin altından çıxardıb, həmin yerdən təxminən 10 metr məsafədə yerləşən meşə ərazisinə tərəf gedib, oranı kol-kosdan, ağaclardan qırıb təmizləyərək sellofandakı 50-60 ədəd narkotik vasitə olan marixuana toxumlarının hamısını həmin yerdə səpib əkmişdir. Çətənə bitkilərini yalnız özü istifadə etmək, ancaq öz tələbatını ödəmək məqsədi ilə əkmiş, bu zaman onları satmaq məqsədi olmamışdır. Sonra isə marixuana toxumları əkdiyi meşə ərazisini gizli saxlamaq və hər hansı şəxs tərəfindən aşkar edilməsinin qarşısını almaq məqsədi ilə ətrafda olan ağacların budaqlarından qıraraq meşə ərazisinin ətrafını örtüb bağlamışdır. Təxminən 20 gün sonra həmin yerə qayıtmış və çətənə bitkilərinin yetişməyə başladığını görmüşdür. Bunu görüb həvəslənmiş və narkotik vasitə olan marixuananın toxumlarını əkdiyi yerə mütəmadi olaraq qulluq göstərməyə başlamış, tez-tez ora su vermək üçün getmişdir. Toxumları əkdikdən sonra meşə sahəsinin yaxınlığında atılmış 4 ədəd müxtəlif ölçülərdə su qabları tapmış, həmin qabları çətənə bitkiləri əkib-becərdiyi ərazinin yaxınlığında gizlədib saxlamış və çətənə bitkilərini mütəmadi olaraq sulamaq istəyən zaman ora gəlib, su qablarını götürüb meşə sahəsinin yaxınlığında olan göldən su doldurub, çətənə bitkilərinə tək başına qulluq göstərmişdir. Göl çətənə bitkisinin toxumlarını əkdiyi yerdən təxminən 1 km məsafədə olmuş, toxumları əkdiyindən bir ay sonra, günorta saatlarında həmin meşə sahəsinə gələn zaman hündür çətənə bitkilərindən birinin 2 ədəd yarpağını götürüb qurutmuş və həmin gün, axşam saatlarında kənddə Tacəddin adlı şəxsə məxsus mağazanın yanında həmkəndlisi Şahid2 ilə görüşmüşdür. Bu vaxt yanlarında və ətrafda heç kəs olmamışdır. Şahid2 həmkəndlisidir, onunla münasibəti həmişə normal olmuşdur, cibində qurudub, saxladığı çətənə bitkisinin yarpaqlarını Əlimə göstərmiş, Əlim həmin yarpaqların çətənə bitkisinin yarpaqları olduğunu bilsə də, çətənə bitkisinin yarpaqlarını haradan, necə əldə etməsi barədə Əlimə heç bir məlumat verməmişdir. Bundan sonra qurutduğu çətənə bitkisinin yarpaqlarını Əlimlə hissələrə bölüb, siqaretə doldurmuş və birlikdə çəkmişlər. Sonrakı müddətdə əkdiyi çətənə bitkilərinə qulluq göstərmək üçün mütəmadi olaraq meşə ərazisinə gedib-gəlmiş, əkdiyi toxumlardan 36 ədəd çətənə bitkisi yetişmişdir. Son bir ay ərzində sinə nahiyəsində ağrıları olduğu üçün işə getməmişdir. xx.xx.2020-ci il tarixdə, saat 14 radələrində yaşadığı rayonun Yasab kəndində Əmrah adlı şəxsə məxsus kafenin yanında təsadüfən motosiklet idarə edən həmkəndlisi Şahid2 ilə rastlaşmışdır. Həmin vaxt əkdiyi tərkibində narkotik maddələr olan çətənə bitkilərinə su vermək fikri olmuş, Əlimi gördükdə ondan kömək istəmiş, lakin narkotik tərkibli çətənə bitkiləri əkib-yetişdirməsi barədə ona heç nə deməmişdir. Əlimdən su qablarını daşımaqda köməklik göstərməsini xahiş etdikdə o, əvvəlcə yanacağı olmadığını bildirmiş, bu zaman ona öz hesabına yanacaq doldura biləcəyini bildirmişdir. Əlim isə yanacağı özünün dolduracağını deyib, qayıdacağını bildirərək yaşadığı evə getmiş, 15-20 dəqiqədən sonra geri qayıtmışdır. Əlim su qablarını daşımaqda ona köməklik göstərəcəyini bildirmiş, bundan sonra o, əkdiyi çətənə bitkilərinin olduğu əraziyə Əlim ilə birlikdə getmişdir. Orada olan dörd ədəd su qablarını doldurmaq üçün Əlimə məxsus motosikletə qoyaraq oradan 1 km məsafədə yerləşən gölə getmiş, su qablarını doldurub yenidən çətənə bitkilərinin olduğu əraziyə qayıtmışlar. Dolu su qablarının ikisi özünün, ikisi isə Əlimin əlində olmuşdur. Əkdiyi çətənə bitkilərini sulamağa başlamış, Əlim isə ona baxmışdır. Bu vaxt birdən iki nəfər şəxs arxa tərəfdən üzərinə atılmış və onlar yerə yıxılmışlar. Bu zaman onun üzərinə atılanların əlindən qurtulmaq üçün hər ikisinin bədənlərinin müxtəlif nahiyələrini dişləmiş, onlardan birinin budunu dişləyərkən sonuncunun şalvarı cırılmışdır. Bundan sonra həmin şəxslərin polis əməkdaşları olduqlarını bilmiş və əvvəldən tanıdığı Afəl adlı polis əməkdaşından onu buraxmasını xahiş etmişdir. Həmin vaxt Əlim artıq oradan qaçdığından polis əməkdaşları sonuncunu yaxalaya bilməmiş, onun özü isə onu tutan polislərdən qurtulmağa çalışdığından Əlimin qaçaraq oradan uzaqlaşmasını görməmişdir. Polis əməkdaşları onu yaxaladıqdan sonra Qusar RPŞ-yə aparmış və orada vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılsa da, üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, daha sonra isə vəkilin və polis əməkdaşlarının, eləcə də aqronomun iştirakı ilə onun çətənə bitkiləri əkdiyi meşə sahəsinə videoçəkilişlə baxış keçirilmiş və oradan əkdiyi 36 ədəd çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Həmin vaxtı iştirak edən aqronom kollara baxıb onların gübrələndiyini, qulluq edildiyini bildirmiş, o da həmin çətənə bitkilərini əkdiyini və onlara qulluq etdiyini etiraf etmişdir. Bundan sonra iştirakçılarla birlikdə həmin ərazidən təxminən 100 metr məsafədə yerləşən, elə meşə sahəsinin daxilində olan digər əraziyə gedilmiş, oda da polis əməkdaşları tərəfindən 16 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Həmin vaxt o, aşkar edilən 16 ədəd çətənə bitkisinin kim tərəfindən əkilməsi və qulluq edilməsindən məlumatı olmadığını, onun yalnız az əvvəl aşkar olunan ərazidə narkotik tərkibli bitkilər əkdiyini polis əməkdaşlarına bildirmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Onun özü tutulmazdan təxminən 1-2 il əvvəldən başlayaraq narkotik vasitə marixuana istifadə etmişdir. Ona tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etməsində köməklik göstərən şəxslər olmamış, narkotik vasitələri təkbaşına əkib-becərmişdir. Heç vaxt narkotik vasitələrin alğı-satqısı işi ilə məşğul olmamış, yalnız özü istifadə etmişdir. Çətənə bitkilərini meşə ərazisini zəbt edib özü təkbaşına gizlincə əkmişdir, əkdiyi yer də meşə massivində kolluq ərazi olduğuna görə həmin yeri seçmişdir ki, heç kəs görməsin. Həmin ərazini ətrafda olan ağacların bəzilərini və ağac budaqlarını və s. kəsib doğrayaraq ətrafını hasara almış, eləcə də bunu etməsi ilə kənardan baxanda çətənə bitkilərinin əkdiyi ərazinin görünməməsini təmin etmişdir. Tutulduğu gün həmkəndlisi Şahid2 su qablarını dolduraraq aparmaqda ona köməklik göstərmiş, lakin çətənə bitkilərini sulamamışdır. Belə ki, xx xxxx 2020-ci il tarixdə həmin çətənə bitkilərinə su vermək qərarına gəldiyi zaman Əlimdən sonuncuya məxsus “Dnepr” markalı motosikleti vasitəsi ilə su qablarını daşımaqda kömək göstərməsini xahiş etdikdən sonra çətənə bitkisi yetişdirdiyi meşə ərazisinə getdikləri vaxtadək Əlimin bu məsələdən məlumatı olmamışdır. Əkdiyi çətənə bitkiləri ilə əlaqədar həmkəndlisi Şahid2, eyni zamanda heç kəsin heç bir məlumatı və əlaqəsi olmamış, bu barədə heç kimə məlumat verməmişdir. Tutulub Qusar RPŞ-yə gətirildikdən sonra mobil telefonuna baxış keçirilərkən Şahid3 telefonundan onun telefonuna ləzgi dilində polislərin maşınla həmin yerə gəlməsini bildirməsi məzmununda mesaj gəldiyini ona polislər demişlər. Onun özü polis əməkdaşları tərəfindən tutulanadək Fətullanın belə bir mesajını görməmişdir. xx.xx.2020-ci il tarixdə, təxminən saat 12 radələrində Yasab kəndi ərazisində yerləşən Əmrah adlı şəxsə məxsus kafenin qarşısında olarkən Şahid3la rastlamış və bir qədər söhbətləşmiş, daha sonra isə o, Fətullaya yaşadıqları kəndin ərazisində “Məmmədəkam” adlanan meşə ərazisinə ağac kəsmək üçün gedəcəyini bildirmişdir. Polis əməkdaşlarından Qusar rayonu Mucuq kəndində yaşayan Zərərçəkmiş şəxs1 əvvəllər tanımış, sonuncu ilə normal münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs2 isə məlum hadisədən təxminən iki-üç ay əvvəl Həzrə PB-nin qarşısında görmüşdür. Hadisə vaxtı polis əməkdaşları qəfil onun üzərinə atıldıqlarından o sonuncuların üzlərini görə bilməmiş, eləcə də polis əməkdaşları həmin vaxt mülki geyimdə olduqlarından sonrasında da onları tanıya bilməmişdir. Polis əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 gəldikləri zaman qorxudan, həyəcanlı olması, həmçinin onun üzərinə atıldıqlarından yerə yıxılması və özünün sinə nahiyəsində ağrıları olması səbəbindən özü də bilmədən səhvən sonuncuların bədənlərinin müxtəlif nahiyələrini dişləyib xəsarət yetirmişdir. Polis əməkdaşlarına qarşı bu cür müqavimət göstərdiyinə görə peşmandır, həmin vaxtı onların polis olduqlarını bilsəydi sonunculara qarşı müqavimət göstərməzdi. O, yalnız meşə ərazisinə baxış keçirilərkən ilk olaraq baxış keçirilmiş ərazidə narkotik tərkibli çətənə bitkilərini əkib onlara qulluq etmiş və həmin ərazidən də 36 ədəd çətənə bitki kolu aşkar edilmişdir. Digər ərazidə əkilmiş çətənə kollarından onun xəbəri olmamış, həmin çətənə bitkiləri ona məxsus deyildir. Polis əməkdaşları ani olaraq ona arxadan yaxınlaşıb üzərinə tullandığından o yerə yıxılmış, həmin vaxt onların üzlərini görə bilməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 26-28-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2020-ci il tarixli protokol ona tanışdır. Həmin protokola əlavə edilmiş fotoşəkillərdə yanında dayanan Zərərçəkmiş şəxs1 sağ qol nahiyəsində xəsarət izləri və şalvarının sağ bud nahiyəsinin qarşısında cırılmasının müşahidə olunması ona aydındır. Həmin müşahidə olunan xəsarətləri Zərərçəkmiş şəxs1 o yetirmiş, sonuncunun cins şalvarı da onun hərəkətləri nəticəsində cırılmışdır. Elan edilməklə ona təqdim edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 292 nömrəli rəyi ona tanışdır. Həmin ekspertiza rəyi ilə Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin xx.xx.2020-ci il tarixdə cırmaqlama və dişləmə nəticəsində əmələ gələ bilənliyi və xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmalarının müəyyən edilməsi ona aydındır. Zərərçəkmiş şəxs1 həmin xəsarətləri onun yetirdiyini təsdiq edir. Elan edilməklə ona təqdim edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020ci il tarixli, 293 nömrəli rəyi ona tanışdır. Həmin ekspertiza rəyi ilə Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin xx.xx.2020-ci il tarixdə dişləmə və yerə sürtülmə nəticəsində əmələ gələ biləcəyinin və xəsarətlərin sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələrinin təyin edilməməsi ona aydındır. Zərərçəkmiş şəxs2 həmin xəsarətləri onun yetirdiyini təsdiq edir. Təqdim edilmiş videogörüntülər ona tanışdır, həmin videogörüntülər həqiqətən də onun tutulmasından sonra polis əməkdaşları və digər şəxslərlə birlikdə meşə ərazisinə getdikdən sonra çəkilmişdir. Həmin videogörüntülərdən və eləcə də istintaq hərəkətlərinə dair protokolların məzmunundan çətənə bitkilərinin aşkar edildiyi iki ərazinin bir-birindən təxminən 100 metr aralı olmasının müəyyən edilməsi ona aydındır. Videogörüntülərdən hər iki ərazinin ətrafının oxşar üsullarla ağac və budaqların kəsilməklə bir növ çəpərlənməsi ona aydındır. Elan edilməklə ona təqdim edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 7/330 nömrəli rəyi və məhkəməbioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 7/334 nömrəli rəyləri ona tanışdır. Həmin rəylərin məzmununa əsasən baxış zamanı hər iki sahədən götürülmüş çətənə bitkilərinin tərkiblərinə görə eyni olduqlarının müəyyən edilməsi ona aydındır. Son olaraq göstərdi ki, törətdiyi əməllərə görə peşmandır. Cavanlığını, idmanla məşğul olaraq nailiyyətlər əldə etməsini, əvvəllər heç vaxt qanunsuz işlərlə məşğul olmadığını, himayəsində bir azyaşlı övladının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün məhkəmədə verdiyi hadisələrin baş vermə yeri, vaxtı, mexanizmi və ardıcıllığı ilə bağlı iş materialları ilə uzlaşan qismən etirafedici ifadələri, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Azərbaycan Respublikası DİO-da xidmətə qəbul olunaraq, Qusar RPŞ-nin Həzrə PB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Qusar rayonu Yasab kənd sakini “Nadik” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi, bundan başqa yaşadığı kəndin kənarındakı meşə massivində qanunsuz olaraq narkotik təbiətli bitkiləri əkməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı Qusar RPŞ-nin Həzrə PB-nin rəisi, Cavad Kazımovun raportu əsasında xx.xx.2020-ci il tarixdə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupunun tərkibində özü, Həzrə PB-nin rəisi, polis kapitanı Cavad Kazımov, Həzrə PB-nin polis sahə rəisi, polis mayoru Ceyhun Cumartov, Həzrə PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Həzrə PB-nin sahə polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs1 olmuşlar. Əməliyyat qrupu üzvlərinə davranış xətti izah olunduqdan sonra xx.xx.2020-ci il tarixdə, saat 05 radələrindən etibarən Qusar rayonu Yasab kəndinin girişində yerləşən meşə massivinə tərəf getmişlər. Həmin vaxt əməliyyat qrupunun üzvləri iki qrupa bölünmüş, birinci qrupun tərkibində Həzrə PB-nin əməkdaşları - Şahid1, Cavad Kazımov və Ceyhun Cumartov olmuş, ikinci qrupun tərkibində isə özü və Zərərçəkmiş şəxs1 olmuşlar. Bundan sonra onlar öz yerlərini tutub gözləməyə başlamışlar. Həmin gün, saat 15 radələrində Yasab kənd sakinləri Təqsirləndirilən şəxs və Şahid2 onların müşahidə etdikləri əraziyə gəlmiş və bundan sonra Təqsirləndirilən şəxs çətənə kollarına su verməyə başlamış, Şahid2 isə ətrafa baxmışdır. Bu zaman Afəl sonunculara tərəf gedib özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş, o isə digər tərəfdən yaxınlaşmışdır. Afəl polis əməkdaşı olduğunu Nadik və Əlimə bildirdikdən sonra onlar qaçmağa başlamışlar. Onlar Əlimi tuta bilməsələr də, Nadikin arxasınca qaçaraq ona çatıb tutaraq, ona polis əməkdaşı olduqlarını, sakit durmasını bildirsələr də, Nadik buna baxmayaraq onun əlindən qaçmağa çalışmış, onu itələmiş və əl-qol atmışdır. Bu zaman onlar yerə yıxılmış, Nadik əlindən çıxıb qaçmaq istəyərkən sonuncunun şalvarından tutub dartmış və bu zaman Nadikin şalvarı da cırılmışdır. Nadik onu itələyərək yenidən qaçmağa cəhd göstərmiş, lakin Nadiki yenidən tutmuşdur. Həmin vaxt Nadik qaçmağa çalışdığı və ona müqavimət göstərdiyi üçün onu tutmaqda çətinlik çəkmiş, sonra isə Afəl köməyə gəlmişdir. Nadik qaçmağa çalışdığı üçün Afəl Nadikin sağ əlini tutub burmaq istədiyi vaxt Nadik Afəlin qollarını dişləmiş, lakin Afəl Nadiki buraxmamışdır. Daha sonra Nadik Afəli itələdiyi üçün onlar yerə yıxılmış, həmin vaxt Nadik Afəlin qarnını və sağ budunu dişləmiş və bu zaman Afəlin sağ şalvarı cırılmışdır. Afəli dişlədiyi üçün Nadikə mane olmaq istədikdə Nadik onun da sol bilək nahiyəsini dişləyərək ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs onu və Zərərçəkmiş şəxs1 daha əvvəldən elə polis əməkdaşı kimi tanımış və elə bu səbəbdən məsuliyyətdən yayınmaq üçün onlara xəsarət yetirməklə qaçmağa cəhd etmişdir. Daha sonra o, dərhal baş əməliyyat müvəkkili Şahid1 telefon vasitəsi ilə məlumat vermiş, Həzrə PB-nin əməkdaşları - Şahid1, Cavad Kazımov və Ceyhun Cumartov da həmin yerə gəldikdən sonra Təqsirləndirilən şəxs Qusar rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt onun özü həmin ərazidə qalmış və ətraf əraziləri yoxlamışdır. Bir müddət sonra təhqiqatçı X34 təsərrüfatı İdarəsinin Bitkiçilik Sektorunun işçisi, Təqsirləndirilən şəxs, vəkili, digər polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, orada video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs əkdiyi çətənə kollarının əkildiyi yer, kultivasiya qaydası, suvarılma üsulu və digər hərəkətlər lentə alınmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kəndin girişində yerləşən meşə massivində bir-birindən təxminən 100 metr məsafə 2 yerdə çətənə kolları əkmişdir. Bir yerdə Təqsirləndirilən şəxs 36 ədəd, digər yerdə isə 16 ədəd çətənə kolu əkib-becərmişdir. Hadisə yerinə baxışda iştirak edən aqronom həmin kolların çətənə bitkisi olduğunu və bu çətənə kollarına qulluq edildiyini təsdiq etmiş, aşkar edilmiş 52 ədəd çətənə kolu müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Sonradan Şahid2 digər polis əməkdaşları tərəfindən əməliyyat yolu ilə tapılaraq rayon polis şöbəsinə aparılmış, sonuncu polis şöbəsində arada bir narkotik vasitələrdən istifadə etdiyini, axırıncı dəfə 15 gün əvvəl narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Bundan sonra Şahid2 Quba rayon Mərkəzi Xəstəxanasında müayinədən keçirildiyini, müayinə nəticəsinin müsbət çıxdığını və Qusar rayon məhkəməsi tərəfindən onun barəsində inzibati tənbeh növündə həbs seçildiyini bilmişdir. Bundan sonra onlara Yasab kəndində yaşayan Şahid3 özü və digər polis əməkdaşlarının meşə massivinə tərəf gedib Təqsirləndirilən şəxs tutmaq istəyən zaman öz mobil telefonundan Təqsirləndirilən şəxs mobil telefonuna “itlər gəlir, çıx ordan” sözünü sms-lə yazması barədə əməliyyat məlumatı daxil olmuşdur. Sonradan Şahid3 polis işçilərinə qarşı qanunsuz hərəkətlər etdiyinə görə Qusar rayon məhkəməsi tərəfindən onun barəsində inzibati tənbeh növündə həbs seçildiyini bilmişdir. xx xxxx 2020-ci il tarixdə, günorta saatlarında özü və Zərərçəkmiş şəxs1 aldıqları xəsarətlərlə bağlı Qusar RMX-yə müraciət etmişlər, daha sonra isə məhkəmə-tibbi ekspertizadan keçmək üçün MTE və PA Birliyinin Qusar rayon şöbəsinə getmişlər. Ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1999-cu ildən Azərbaycan Respublikası DİO-da, 2018-ci ildən isə Qusar RPŞ-nin Həzrə PB-nin sahə polis nəfəri vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Qusar rayonu Yasab kəndində yaşayan “Nadik” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi, bundan başqa yaşadığı kəndin kənarındakı meşə massivində qanunsuz narkotik təbiətli bitkilərin əkməsi ilə məşğul olması barədə əməliyyat yolu ilə məlumat daxil olmuş, bununla bağlı bölmə rəisi, Cavad Kazımovun raportu əsasında xx.xx.2020-ci il tarixdə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupunun tərkibində özü, Həzrə PB-nin rəisi, polis kapitanı Cavad Kazımov, Həzrə PB-nin polis sahə rəisi, polis mayoru Ceyhun Cumartov, Həzrə PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Həzrə PB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 olmuşdur. Əməliyyat qrupunun üzvləri ilə birlikdə xx.xx.2020-ci il tarixdə, saat 06 radələrində Qusar rayonu Yasab kəndinin girişində yerləşən meşə massivinə tərəf gedərək, orada iki qrupa bölünmüşlər. O, Həzrə PB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2la bir qrupda olmuş, qrupun digər üzvləri isə ayrıca qrup halında özlərinə mövqe seçərək gözləməyə başlamışlar. Həmin gün, saat 15 radələrində Yasab kənd sakinləri Təqsirləndirilən şəxs və Şahid2 oraya gəlmişlər. Təqsirləndirilən şəxs çətənə kollarına su verməyə başlamış, Şahid2 isə sonuncuya baxmışdır. Bu zaman o, həmin şəxslərə tərəf gedib özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş, Hörmət isə digər tərəfdən yaxınlaşmışdır. Polis əməkdaşı olduğunu Nadik və Əlimə bildirdikdən sonra sonuncular qaçmağa başlamış, Əlimi tuta bilməsələr də, Hörmət Nadikin arxasınca qaçaraq ona çatıb tutmuşdur. Nadik isə bu zaman Hörməti itələməklə və əl-qol atmaqla onun əlindən qaçmağa çalışmış, bu zaman sonuncular yerə yıxılmışlar. Nadik cəld ayağa durub qaçmaq istədiyi zaman Hörmət isə Nadiki şalvarından tutub dartmışdır. Bundan sonra Nadik yenə də Hörməti itələyərək yenidən qaçmağa cəhd göstərsə də, Hörmət onu yenidən tutmuşdur. Həmin vaxt Nadik qaçmağa çalışdığı üçün Hörmət onu tutmaqda çətinlik çəkdiyini görüb özü Hörmətə köməyə gəlmişdir. Nadik qaçmağa çalışdığı üçün onun sağ əlini tutub burmaq istədiyi zaman Nadik onun sağ əlini dişləmiş, lakin o, Nadiki buraxmamışdır. Nadik onu da itələdiyi üçün birlikdə yenidən yerə yıxılmışlar. Həmin vaxt Nadik onun qarnını, sağ budunu, sağ və sol qollarını dişləyərək ona xəsarət yetirmişdir. Nadikin onun sağ budunu dişləməsi nəticəsində şalvarı cırılmışdır. Həmin vaxt Hörmət də müdaxilə etməyə çalışmış, bu zaman Nadik Hörməti də bilək nahiyəsindən dişləmişdir. Təqsirləndirilən şəxs onu və Zərərçəkmiş şəxs2 daha əvvəldən də polis əməkdaşı kimi tanımış, aralarında normal münasibət olmuşdur. Elə bu səbəbdən, Nadik onların polis olmasından qorxaraq onlardan qaçmaq üçün müqavimət göstərmiş, hətta əllərindən qaçmaq üçün özünü yerə atmış və başını yerə vurmuş və bu hərəkətləri ilə məsuliyyətdən yayınmağa çalışmış, onlara xəsarət yetirməklə qaçmağa cəhd etmişdir. Nadik onların əlindən qurtulmağa çalışdığı vaxt Hörmət dərhal baş əməliyyat müvəkkili Şahid1 telefon vasitəsi ilə məlumat vermiş, bundan sonra Həzrə PB-nin əməkdaşları - Şahid1, Cavad Kazımov və Ceyhun Cumartov da həmin yerə gəlmiş və birlikdə Təqsirləndirilən şəxs Qusar rayon polis şöbəsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş və üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı Romik Qazıxanov, Kənd təsərrüfatı İdarəsinin Bitkiçilik Sektorunun işçisi, Təqsirləndirilən şəxs, vəkili, özü və digər polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə getmişlər. Orada video çəkiliş vasitəsi ilə baxış keçirilməklə Təqsirləndirilən şəxs əkdiyi çətənə kollarının əkildiyi yer, kultivasiya qaydası, suvarılma üsulu və digər hərəkətlər lentə alınmışdır. Təqsirləndirilən şəxs kəndin girişində yerləşən meşə massivində bir-birindən təxminən 100 metr məsafədə 2 yerdə çətənə kolları əkdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin ərazilərdən birində 36 ədəd, digərində isə 16 ədəd çətənə kolu əkib-becərmişdir. Hadisə yerinə baxış keçirilən zaman aqronom həmin kolların çətənə bitkisi olduğunu bildirmiş və çətənə kollarına qulluq edildiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs da birinci sahədəki çətənə kollarını tək başına əkib-becərdiyini etiraf etmişdir. Daha sonra meşə massivində Təqsirləndirilən şəxs tərəfindən əkilib-kultivasiya edilmiş 52 ədəd çətənə kolu müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. xx xxxx 2020-ci il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs2 ilə aldıqları xəsarətlərlə bağlı Qusar RMX-yə müraciət etmişlər, daha sonra isə məhkəmə-tibbi ekspertizadan keçmək üçün MTE və PA Birliyinin Qusar rayon şöbəsinə getmişlər. Ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 1996-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. 2001-ci ildən 2020-ci ilin avqust ayının sonlarınadək Azərbaycan Respublikası DİO-da müxtəlif vəzifələrdə xidmət etmişdir. xx.xx.2020-ci il tarixdə yaş həddi ilə əlaqədar polis mayoru kimi DİO-dan təqaüdə çıxmışdır. xx.xx.2020-ci il tarixdən hal-hazıradək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X41 Təsərrüfatı Mərkəzinin baş mütəxəssis-hüquqşünası vəzifəsində işləyir. X41 Təsərrüfatı Mərkəzinin bir hüquqşünası vardır, o da özüdür. Ondan əvvəl isə həmin Mərkəzin hüquqşünası X26 olmuşdur. Azad Əliyev yaş həddi ilə əlaqədar həmin Nazirlikdən təqaüdə çıxmışdır. X41 Təsərrüfatı Mərkəzinin fəaliyyət dairəsinə Quba, Qusar və Xaçmaz rayonları ərazisində mövcud olan dövlət meşə sahələri daxildir. Qusar və Xaçmaz rayonlarında X41 Təsərrüfatı Mərkəzinin meşəbəyilikləri fəaliyyət göstərir. Həmin meşəbəyiliklər Mərkəzə tabe olmaqla işlərini aparırlar. Mərkəzin əsas fəaliyyət istiqaməti qeyd olunan rayonların ərazisində mövcud olan meşə sahələrində qanunsuz ağac kəsilməsinin, qanunsuz qırıntıların aşkar edilməsi, meşə sahəsinə aid olan torpaqların qanunsuz zəbt edilməsi, özbaşına hasarlanması, becərilməsi, dəyişdirilməsi, tutulması və sair halların qarşısını almaqdan ibarətdir. Hüquqşünas olaraq vəzifəsi isə Mərkəzin adından hüquq mühafizə orqanlarında iştirak etmək, hüquqi prosedur çərçivəsində yazışmaların aparılmasını, müraciətlərin edilməsini hazırlamaqdan, baxılmasını təşkil etmək, qanunla mülki işlərdə iddiaçıya, cavabdehə, üçüncü şəxsə, mülki iddiaçıya, mülki cavabdehə, ərizəçiyə verilmiş bütün hüquqlara malik olmaqla bütün məhkəmə orqanlarında Mərkəzə aid mülki işləri aparmaq, apellyasiya, kassasiya, əlavə kassasiya qaydasında şikayətləri imzalamaq və vermək, ərizəçiyə aid bütün hüquqlardan istifadə etməklə Mərkəzi təmsil etmək, bütün dövlət orqanlarında məzmunundan asılı olmayaraq ərizələr vermək, Mərkəzin hüquq və mənafelərini qorumaq üçün qanunla nəzərdə tutulan bütün hərəkətləri etmək və sair ibarətdir. X41 Təsərrüfatı Mərkəzinin yurisdiksiyasına daxil olan rayonlardan biri də Hil meşəbəyiliyidir. Hil meşəbəyiliyinə daxil olan Qusar rayonu Yasab kəndi ərazisində olan meşə sahəsində qanunsuz torpaq sahəsinin zəbt edilərək qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan orada özbaşına olaraq narkotik tərkibli çətənə bitkilərinin əkilməsi, becərilməsi nəticəsində Mərkəzə ziyan dəymişdir. Məhz həmin ərazi GPS ilə yoxlanılmaqla narkotik vasitə əkilən meşə sahəsinin X41 X15 meşəbəyiliyinin ərazisi olması təsdiqlənmişdir. Qusar rayon prokurorluğunda CMnin 237.2.3 və 315-ci maddələri ilə cinayət işinin istintaqının aparılması barədə onlara məlumat daxil olduğundan Mərkəzin rəhbərliyi bu məsələ ilə əlaqədar ciddi reaksiya verərək nümayəndələri həmin əraziyə göndərmiş, X41 X15 meşəbəyiliyinin meşəbəyisi Şahid4, onun köməkçisi X2, Hil meşəbəyiliyinin zəbt edilmiş həmin ərazisinə nəzarət edən gözətçi X3 iştirakları İlə qeyd olunan zəbt olunmuş sahəyə baxış keçirilmiş, həqiqətən də kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq meşənin torpaq sahəsini zəbt edərək narkotik maddə əkib-becərdiyi təsdiq olunmuş və bu barədə xx.xx.2020-ci il tarixli, 57768 nömrəli akt tərtib edilmişdir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına əkib-becərdiyi meşə ərazisi ümumilikdə 36 kv. metr ərazini əhatə etmişdir. Təqsirləndirilən şəxs həmin ərazinin daxilində və ətrafında olan 6 ədəd 8 sm ölçülü palıd, 7 ədəd 12 sm ölçülü palıd, 14 ədəd 8 sm ölçülü göyrük, 5 ədəd 8 sm ölçülü yemişan ağaclarını kəsib sahəni özbaşına hasarlamış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib-becərmişdir. Kəsilmiş ağacların zərər məbləği aktda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli və “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında xx.xx.2019-cu il tarixli, 30 nömrəli qərarının 7 nömrəli əlavəsi əsas tutularaq əks etdirilmişdir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Hil meşəbəyiliyinə daxil olan Qusar rayonu Yasab kəndi ərazisində meşə fonduna daxil olan torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-yetişdirməklə özbaşına becərməsi ilə X41 Təsərrüfatı Mərkəzinə 49.44 manat məbləğində ziyan vurmuşdur. Onlar meşəbəyiliyin əməkdaşları ilə apardıqları araşdırma zamanı Yasab kənd sakini Təqsirləndirilən şəxs meşə sahəsində qanunsuz torpaq zəbt edərək öz çirkin məqsədləri üçün istifadə etməsindən məlumatlarının olmadığını, bu barədə əvvəlcədən onun hər hansı bir hərəkətindən şübhələnmədiklərini bildirmişlər. Bundan sonra meşəbəyi başda olmaqla gözətçilərə öz sahələrində ayıq-sayıq işlərini aparmalı, mütəmadi olaraq reydlər keçirtməli və bu cür qanunsuzluğun baş verməməsi üçün əvvəlcədən profilaktiki-qabaqlayıcı tədbirlər görməli olduqları izah olunmuşdur. Ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hazırda heç bir şikayət və tələbləri yoxdur, sonuncuya yüngül cəza təyin edilməsinə heç bir etirazları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. 2020-ci ilin may ayının ortalarında özünə məxsus torpaq sahəsində paxla əkdikdən sonra “Dnepr” markalı motosikleti ilə yaşadığı evə qayıdarkən yaşadığı kənddə Tacəddin adlı şəxsə məxsus dükanın yaxınlığında Nadikin dayandığını görmüş, onun yanına gedərək salamlaşmışdır. Bir müddət sonra Nadik cibindən daxilinə çətənə bitkisinin yarpaqlarını doldurduğu siqaret formasında olan narkotik vasitəni çıxarmış, yandıraraq çəkməyə başlamışdır və ona da təklif etmişdir. O da Nadikin təklifini qəbul etmiş və həmin tərkibində narkotik vasitə olan çətənə bitkisinin yarpaqlarını çəkmiş, daha sonra isə yaşadığı evə qayıtmışdır. xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində özünə məxsus “Dnepr” markalı motosikletlə işdən evə qayıtmış, həmin vaxt Abrik adlı həmkəndlisinə məxsus evin inşa edilməsində fəhlə kimi işləmişdir. Bu zaman Əmrah adlı şəxsə məxsus kafenin yaxınlığında həmkəndlisi Təqsirləndirilən şəxs dayandığını görmüşdür. Nadik onu saxladaraq kəndlərindəki “Məmmədkam” adlanan yerə ona su gətirməyə köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Nadikə yanacağı olmadığını bildirmiş, Nadik ona öz adından yanacaq almasını təklif etmişdir. Nadiklə razılaşmamış və yaşadığı evə getmişdir. Evdə yemək yedikdən sonra işləmək üçün yenidən Abrik adlı şəxsə məxsus evə qayıtmış, motosikletinə yanacaq doldurmuşdur. Yolda olarkən Nadikin hələ də Əmraha məxsus kafenin yaxınlığında olduğunu görmüşdür. Nadik yenə də onu saxlatmış və su qablarını doldurmaq üçün ona köməklik etməsini xahiş etmişdir, o da onunla razı olmuşdur. Nadiklə birlikdə “Məmmədkam” deyilən yerə gedərək oradan 4 ədəd boş su qabını götürüb, yük yerinə qoyaraq oradan 400 metr məsafədə yerləşən su arxının yerləşdiyi əraziyə gedərək oradan həmin 4 ədəd qaba su doldurmuşlar. Bundan sonra həmin dolu su qablarını “Məmmədkam” deyilən əraziyə aparmışlar. Oraya çatdıqdan sonra Nadiki və su qablarını düşürdüb işə qayıtmalı olmuşdur. Lakin Nadik ondan həmin dolu su qablarını 50-60 metr yuxarıya qaldırmaqda ona kömək etməsini xahiş etmişdir. Dolu su qablarından ikisini özü, Nadik də digər ikisini götürmüş və yuxarıya doğru hərəkət etməyə başlamışlar. Həmin vaxt Nadikin su qablarını hansı məqsədlə və haraya aparmaq istədiyini bilməmişdir. Nadik irəlidə, o da Nadikin arxasınca hərəkət etmişdir. 70-80 metr irəlilədikdən sonra orada budaqlarla bağlanılmış bir yer olmuş, Nadik budaqları çəkib içəri daxil olmuş, özü də Nadikin arxasınca oraya daxil olmuş və orada bir neçə ədəd çətənə bitkisinin əkildiyini görmüşdür. Oraya gedərkən onun Təqsirləndirilən şəxs tərəfindən həmin ərazidə çətənə bitkilərinin əkilməsi barədə məlumatı olmamış, Nadikin əkib-becərdiyi tərkibində narkotik maddələr olan çətənə bitkilərinin toxumlarını haradan əldə etməsini də bilməmişdir. Nadik onun əlindəki su qablarını da götürərək oradakı bitkilərə su verməyə başlamış, o isə kənarda dayanmış və çətənə bitkilərini Nadikin əkib- becərdiyini anladığından qorxaraq oradan getmək istəmişdir. Lakin Nadik ona: “gözlə, bir yerdə gedərik” demişdir. Bu zaman Nadik onun qarşısında olmuş, çətənə bitkilərini sulamışdır, özü isə Nadikin arxasında olmuşdur. Bundan sonra uzaqdan ayaq səslərini eşitmiş və təxminən 7-8 metr məsafədə sol tərəfdən bir nəfər şəxsin gəldiyini görmüşdür. Həmin şəxsi tanımamış, lakin onun polis əməkdaşı ola biləcəyini düşündüyü üçün qorxusundan həmin yerdən qaçmışdır. Dərhal qaçdığı üçün Nadikə fikir verməmiş, lakin həmin vaxt “dayan, dayan, polisdi” kimi ifadələr eşitmişdir. Oradan uzaqlaşıb meşədə təxminən iki saat gizləndikdən sonra yaşadığı evə geri qayıtmışdır və evdə arvadı onu polislərin axtardığını demişdir. Həmin vaxt qardaşı Əzim Butayevin evinə getmiş, qardaşı da polislərin onu axtardığını bildirdikdə qardaşına polislərə məlumat verməsini demişdir. Bir müddət sonra polis əməkdaşları gələrək onu Qusar RPŞ-yə aparmışlar. Bundan sonra etdiyi qanunsuz hərəkətlərə görə Qusar rayon məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Nadik onun yanında bir dəfə narkotik vasitə olan çətənə bitkisinin kollarını siqaretə dolduraraq çəkmiş, sonuncu ona heç vaxt narkotik vasitə satmamışdır. Hadisə yerində olarkən ayaq səslərinin gəldiyini eşitmiş və sol tərəfdən bir nəfər şəxsin gəldiyini görmüşdür. Həmin şəxsin üzünü görə bilməmiş, lakin qorxusundan dərhal oradan qaçmışdır. O qaçdığı zaman arxadan kiminsə “dayan, dayan, polisdi, qaçma” kimi sözlərlə qışqırdığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur, onunla qohumluğu, həmçinin düşmənçiliyi və ədavəti olmamışdır. 2016-cı ildən etibarən Xaçmaz RQİİ-də qaz-qaynaqçısı vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində iş günü olmadığı üçün kənddə gəzişmək məqsədi ilə evdən çıxmış, həmin vaxt kənddə yerləşən Səxavət adlı şəxsin işlətdiyi kafenin yaxınlığına getmiş, qonşusu Nadik də orada olmuşdur. Özü və Nadik telefon ilə oynamışlar, onunla təxminən 5-10 dəqiqə söhbət etmiş, bundan sonra Nadik ona əvvəlcə evinə, sonra isə meşəyə odun kəsmək üçün gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt tək və piyada olmuşdur. Bundan sonra Nadik onunla sağollaşıb evinə tərəf getmişdir. Özü isə hələ də kafenin yanında dayanmış və telefonla oynamışdır. Təxminən 1 saat sonra kafenin yanında olan zaman polis əməkdaşlarının xidməti maşında Nadikin getdiyi istiqamətdə, yəni kəndin girişində yerləşən meşə tərəfinə getdiyini görüb dərhal istifadə etdiyi (070) ***-**-** mobil telefon nömrəsindən Nadikin istifadəsində olan (070) ***- **-** mobil telefon nömrəsinə zəng etmiş, lakin Nadik onun zənginə cavab verməmişdir. Buna görə də, ona ləzgi dilində “itlər meşə tərəfə gəlirlər” məzmunda mesaj yazıb göndərmişdir. Bundan sonra yaşadığı evə tərəf getmiş, telefonda olan mesajları silmişdir. Evdə olan zaman yaşadığı ünvana polis əməkdaşları gəlmiş, onu rayon polis şöbəsinə aparmışlar. Bu zaman Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan 52 ədəd çətənə kolları əkib-becərdiyini öyrənmişdir. Lakin həmin vaxtadək bu barədə heç bir məlumatı olmamışdır. Nadikin meşədə ağac kəsdiyini düşündüyünə görə polis əməkdaşlarının meşəyə tərəf getdiklərini gördükdə onu bu barədə xəbərdar etmək üçün onun mobil telefon nömrəsinə mesaj yazmışdır. Polis əməkdaşları onu Qusar RPŞ-yə apardıqdan sonra Qusar rayon məhkəməsinin qərarı ilə etdiyi qanunsuz hərəkətlərə görə 10 gün müddətinə inzibati həbs olunmuşdur. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Nadik yaşca ondan böyük olduğundan və aralarında yaxın dostluq münasibəti olmadığından Nadikin barəsində elə də məlumatı olmamış, həmçinin onun narkotik vasitələrdən istifadə etdiyini də bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı dindirilmiş və məhkəməyə müvafiq teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş Şahid1 ifadəsindən görünür ki, 2007-ci ildən Azərbaycan Respublikası DİO-da, 2019-cu ildən isə Qusar RPŞ-nin Həzrə PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Qusar rayonu Yasab kənd sakini “Nadik” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi, bundan başqa yaşadığı kəndin kənarındakı meşə massivində qanunsuz narkotik tərkibli bitkilərin əkməsi ilə məşğul olması barədə əməliyyat yolu ilə məlumat daxil olmuş, bununla bağlı bölmə rəisi, polis kapitanı Cavad Kazımovun raportu əsasında xx.xx.2020-ci il tarixdə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupunun tərkibində Həzrə PB-nin rəisi, polis kapitanı Cavad Kazımov, Həzrə PB-nin polis sahə rəisi, polis mayoru Ceyhun Cumartov, Həzrə PB-nin sahə polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs1, Həzrə PB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 və o olmuşlar. Əməliyyat qrupu üzvlərinə davranış xətti izah olunmuş, bundan sonra xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində onlar Qusar rayonu Yasab kəndinin girişində yerləşən meşə massivinə tərəf getmişlər. Həmin vaxt iki qrupa bölünmüşlər. Birinci qrupun tərkibində Həzrə PB-nin rəisi, polis kapitanı Cavad Kazımov, Həzrə PB-nin polis sahə rəisi, polis mayoru Ceyhun Cumartov və o olmuş, ikinci qrupun tərkibində isə Həzrə PB-nin sahə polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs1 və Həzrə PB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 olmuşlar. Bundan sonra öz yerlərini tutub, gözləməyə başlamışlar. Təxminən bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs2 ona zəng edib onları köməyə çağırmışdır. Aralarında xeyli məsafə olmuş, onların yanma yaxınlaşan zaman görmüşlər ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 çətinliklə Yasab kənd sakini Təqsirləndirilən şəxs saxlamışlar. Həmin vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənlərinin müxtəlif nahiyələrində dişlənmiş yaralar olmuş, Afəlin əynində olan şalvar cırılmışdır. Onlara məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 meşə massivində olan çətənə kollarına su verən zaman Təqsirləndirilən şəxs tutub saxlamaq istəmiş, lakin Nadik həmin vaxt onlara müqavimət göstərərək hər iki polis nəfərinin müxtəlif bədən nahiyələrini dişləməklə onlara xəsarət yetirmiş, Zərərçəkmiş şəxs1 əynində olan şalvarı cırmış, həmçinin onların əlindən qaçmaq üçün özünü yerə atmış, başını yerə vurmuş, buna baxmayaraq polis nəfərləri onu sərbəst buraxmamışlar. Bundan sonra onlar Təqsirləndirilən şəxs Qusar RPŞ-yə aparmışlar, orada Nadikin vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı, Kənd təsərrüfatı İdarəsinin Bitkiçilik Sektorunun işçisi, Təqsirləndirilən şəxs və vəkili hadisə yerinə gedib, orada video görüntülər vasitəsilə Təqsirləndirilən şəxs əkdiyi çətənə kollarının əkildiyi yer, kultivasiya qaydası, suvarılma üsulu və digər hərəkətlər lentə alınmışdır. Təqsirləndirilən şəxs kəndin girişində yerləşən meşə massivində bir-birindən təxminən 150-200 metr məsafə 2 yerdə çətənə kollarım əkmişdir. Bir yerdə 36 ədəd, digər yerdə isə 16 ədəd çətənə kolu əkib becərmişdir. Hadisə yerinə baxış keçirilmiş, aqronom həmin kolların çətənə bitkisi olduğunu təsdiq etmiş, bundan başqa Təqsirləndirilən şəxs həmin çətənə kollarını təkbaşına əkib-becərdiyini etiraf etmişdir. Daha sonra meşə massivində Təqsirləndirilən şəxs tərəfindən əkilib kultivasiya edilmiş 52 ədəd çətənə kollan və orada 4 ədəd plastik su qabları kağız zərflərə qoyularaq möhürlənərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs Yasab kəndinin girişində yerləşən meşə massivinə həmkəndlisi Şahid2lə birlikdə gəlmiş, hər birinin əllərində 2 ədəd su ilə dolu plastik qablar olmuşdur. Təqsirləndirilən şəxs meşə massivində olan çətənə kollarına su verən zaman Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara özlərini təqdim edib yaxınlaşan zaman Şahid2 əlindəki su qablarını atıb dərhal qaçmış, Təqsirləndirilən şəxs isə qaçmaq istəyən zaman polis nəfərləri onu çətinliklə tutub saxlamışlar. Onlar həmin gün Şahid2 yaşadığı evinə getsələr də, onu tapa bilməmişlər, axşam radələrində Şahid2 Yasab kəndinin ərazisində görərək tutub polis şöbəsinə aparmışlar. Şahid2 polis şöbəsində arada bir narkotik vasitələrdən istifadə etdiyini və sonuncu dəfə 15 gün əvvəl narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Bununla bağlı Şahid2 Quba rayon Mərkəzi Xəstəxanasında müayinədən keçirilmiş və müayinə nəticəsi müsbət çıxmış, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokol tərtib olunmuş və xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsi onun barəsində inzibati tənbeh növündə 20 gün müddətinə inzibati həbs seçmişdir. Bundan sonra onlara Yasab kənd sakini Şahid3 polis əməkdaşlarının meşə massivinə tərəf gedib Təqsirləndirilən şəxs tutmaq istəyən zaman öz mobil telefonundan Təqsirləndirilən şəxs mobil telefonuna ləzgi dilində polislərin maşınla sürətlə onun olduğu yerə tərəf gəldiyini bildirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün, axşam radələrində Şahid3 yaşadığı ünvana gedib onu polis şöbəsinə dəvət edən zaman Fətulla Qatıbxanov onların qanuni tələblərinə tabe olmamış, ətrafdakıları da köməyə cəlb etmək üçün səs-küy yaratmışdır. Buna baxmayaraq onlar Fətullanı Qusar RPŞ-nə aparışlar, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokol tərtib olunmuş, növbəti gün isə Qusar rayon Məhkəməsi onun barəsində inzibati tənbeh növündə 10 gün müddətinə inzibati həbs seçmişdir. (cild 01, iş vər. 166-168) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı dindirilmiş və məhkəməyə müvafiq teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş Şahid4 ifadəsindən görünür ki, 1981-ci ildə Rusiya Federasiyası, Tula şəhərində olan X9 texnik-meşəçi ixtisası üzrə bitirmişdir. 1981-ci ildən etibarən Qusar rayonu ərazisində müxtəlif meşəbəyiliklərdə gözətçi və meşəbəyi vəzifələrində, 2018-ci ildən isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X41 X15 meşəbəyiliyinin meşəbəyisi vəzifəsində işləyir. Qusar rayonu ərazisində 3 meşəbəyilik vardır: Qusar, Hil və Həzrə meşəbəyilikləri. Meşəbəyi kimi xidməti vəzifəsi Hil meşəbəyiliyinin ərazisinə daxil olan meşə sahələrinin fəaliyyətinə rəhbərlik etmək, meşəbəyiliyin işçilərinin fəaliyyətinə nəzarət etmək, ildə iki dəfə olmaqla yaz və payız aylarında təftiş aparmaq, X41 Təsərrüfatı Mərkəzinin plan üzrə tapşırıqlarım icra etmək, qanunsuz ağac kəsilməsi, meşə sahəsinə aid olan torpaqların qanunsuz zəbt edilməsi, özbaşına hasarlanması, becərilməsi, dəyişdirilməsi, tutulması və sair halların qarşısını almaq, belə hallar baş verdikdə akt tərtib etmək və sairdən ibarətdir. X41 Təsərrüfatı Mərkəzinin direktoru Vüqar Sultanovdur. Hil meşəbəyiliyində 10 gözətçi, bir köməkçi və bir yanğın söndürən vardır. Fəhlələr isə müvəqqəti işləməklə mövsümi olaraq dəyişdirilirlər. Qusar rayonu Yasab kəndi ərazisində yerləşən X41 X15 meşəbəyiliyinə aid olan meşə sahəsində rayonun Yasab kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq meşənin torpaq sahəsini zəbt edərək orada özbaşına olaraq narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi barədə Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə əməliyyat tədbiri keçirilməsi və keçirilmiş əməliyyat zamanı Təqsirləndirilən şəxs cinayət başında yaxalandıqdan sonra bilmişdir. Təqsirləndirilən şəxs Yasab kəndi ərazisində yerləşən meşə sahəsində narkotik tərkibli çətənə bitkiləri əkməsinə görə özü, köməkçisi X2 və həmin meşə ərazisinə nəzarət edən meşə gözətçisi X12 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qeyd olunan zəbt olunmuş sahəyə baxış keçirilmiş, həqiqətən də kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq meşənin torpaq sahəsini zəbt edərək narkotik maddə əkib-becərdiyi təsdiq olunmuş və bu barədə xx.xx.2020-ci il tarixli, 57768 nömrəli akt da tərtib edilmişdir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına əkibbecərdiyi meşə ərazisi 36 kv metr (6mX6m) ərazini əhatə etmişdir. Təqsirləndirilən şəxs həmin ərazinin daxilində və ətrafında olan ağacları 6 ədəd 8 sm ölçülü palıd, 7 ədəd 12 sm ölçülü palıd, 14 ədəd 8 sm ölçülü göyrük, 5 ədəd 8 sm ölçülü yemişan ağaclarını kəsib sahəni çəpərləmişdir. Kəsilmiş ağacların zərər məbləği aktda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli və “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 2004- cü il 30 sentyabr tarixli 145 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında xx.xx.2019-cu il tarixli, 30 nömrəli qərarının 7 nömrəli əlavəsi əsas tutularaq əks etdirilmişdir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Hil meşəbəyiliyinə daxil olan Qusar rayonu Yasab kəndi ərazisində meşə fonduna daxil olan torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-yetişdirməklə özbaşına becərməsi ilə X41 Təsərrüfatı Mərkəzinə 49.44 manat məbləğində ziyan vurmuşdur. Lakin Təqsirləndirilən şəxs meşə sahəsində qanunsuz torpaq zəbt edərək narkotik tərkibli çətənə bitkiləri əkməsindən əvvəllər nə onun, nə də Hil meşəbəyiliyinin digər əməkdaşlarının məlumatı olmamışdır. İldə iki dəfə olmaqla yaz və payız aylarında təftiş aparmaqla Hil meşəbəyiliyinin ərazisinə daxil olan meşə sahələrini gəzərək yoxlamış, gözətçilər daimi olaraq meşə sahələrinə nəzarət etmişlər. 2020-ci ilin aprel ayında Hil meşəbəyiliyinin ərazisinə daxil olan meşə sahələrində təftiş aparmış, lakin Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməsindən məlumatları olmamışdır. Hil meşəbəyiliyinin ərazisinə 7100 ha meşə sahəsi daxildir. Təftiş apararkən həmin meşə sahələrinin hər bir hissəsini gəzərək yoxlamaq mümkün deyildir. Təftiş apararkən həmin meşə sahələrinin 50-60 faizini gəzərək yoxlayır, digər sahələrə isə ümumi olaraq nəzarət etmişlər. Yəqin ki, təftiş apararkən Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək narkotik tərkibli çətənə bitkiləri kultivasiya edilmiş meşə ərazisinə fikir verilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkiləri kultivasiya etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına becərdiyi Qusar rayonu Yasab kəndi ərazisində yerləşən meşə ərazisinin yaxınlığında hər hansı istirahət mərkəzi və ya obyekt yoxdur. Lakin bu ərazidən təxminən 300-400 metr məsafədə olmaqla bir-birindən aralı 3 fərdi yaşayış evi vardır.(cild 02, iş vər 60-65) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. Onunla arasında dostluq münasibətləri olmuş, hər hansı mübahisə, ədavət və ya düşmənçilik olmamışdır. Baş etibarnamə ilə idarə etdiyi “Vaz 2114” markalı, “778QP05 RUS” dövlət qeydiyyat nişanlı avtomobil Rusiya Federasiyasının vətəndaşı olan qardaşı Namiq Kərimovun mülkiyyətində olduğu üçün ona həmin avtomobili Azərbaycan Respublikası ərazisində bir ay müddətinə idarə etməyə icazə verilmişdir. Ona görə də, hər ayda bir dəfə Samur GKM-dən Rusiya Federasiyası Dağıstan Respublikası ərazisinə gedib geri qayıtmışdır. 2019-cu ilin avqust ayında avtomobilini Samur GKM-dən keçirmək üçün dostu Təqsirləndirilən şəxs ilə birlikdə Dağıstan Respublikasının Qaptsaq kəndi ərazisinə getmişlər. Nadik yoldaşlıq etmək üçün onunla birlikdə gəlmişdir. Özü və Nadik orada heç kəsi tanımamış, heç kəslə də görüşməmişlər. Kafedə əyləşib yemək yemişlər. Nadik və özü orada təxminən 1-2 saat qalmışlar. Dağıstan Respublikası ərazisində Qaptsaq kəndindən başqa hər hansı əraziyə getməmiş, heç kəslə görüşməmişlər. Nadik Dağıstan Respublikası ərazisində hər hansı şəxslə görüşməmiş, nə narkotik vasitə toxumları, nə də başqa nəsə almamış, həmçinin hər hansı idman yarışında iştirak etməmiş, nə İqor, nə də başqa adlı hər hansı şəxslə tanış olmamışdır. Onlar Dağıstan Respublikası ərazisində Qaptsaq kəndində təxminən 1-2 saat müddətinə olmuş və yemdən Azərbaycan Respublikası ərazisinə qayıtmışlar. Qaptsaq kəndi Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyası Dağıstan Respublikası ərazisinə keçdikdə ilk kənddir. Orada başqa hər hansı kənddə və ya şəhərdə olmamışlar. Sadəcə olaraq avtomobilinin qeydiyyatı ilə bağlı icazə müddəti bitdiyindən Dağıstan Respublikası ərazisinə keçib qayıtmışlar. Təqsirləndirilən şəxs ilə birlikdə Rusiya Federasiyası Dağıstan Respublikası ərazisinə yalnız bir dəfə, 2020-ci ilin avqust ayında getmişdir. Bundan başqa heç vaxt Nadik ilə Dağıstan Respublikası ərazisinə getməmişdir. Dostu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı Qusar rayonu Yasab kəndində olan meşə ərazisində əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinə qulluq göstərən zaman yaxalandığını eşitmişdir. Lakin Nadikin narkotik vasitələrdən istifadə etməsi, narkotik tərkibli çətənə bitkiləri əkməsi, əkib- becərdiyi tərkibində narkotik maddələr olan çətənə bitkilərinin toxumlarını haradan əldə etməsi barədə əvvəllər məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona və ya hər hansı şəxsə narkotik vasitələri satmamışdır. (cild 02, iş vər 183-191) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. “Cinayət işi başlamaq və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və aidiyyatı üzrə Qusar RPŞ-nin İB-nə göndərilməsi qərara alınmışdır. (cild 01. iş vər. 01) Qusar RPŞ-nin Həzrə PB-nin rəisi X31 RPŞ-nin rəisinə olan xx.xx.2020-ci il tarixli raportundan görünür ki, Qusar Rayon Yasab kənd sakini “Nadik” adlı şəxs narkotik vasitənin qəbulu və yaşadığı kəndin kənarındakı meşə massivində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Həzrə Pb-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə saat 15:00-radələrində Nadik adlı şəxsin Qusar rayonu Yasab kəndi yaxınlığındakı meşə massivində saxladığı zaman Həzrə PB-nin sahənin polis nəfəri, polis serjantı Afər Əliverdiyev və polis nəfəri, polis serjantı Hörmət Nemətova qarşı müqavimət göstərmiş və onlara xəsarətlər yetirməsi, bununla bağlı tərəflərindən həmin şəxsi Qusar RPŞ-nə gətirərək Növbətçi Hissəyə təhvil verildiyi, Qusar RPŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olmasının məlum olduğu məruzə edilməklə, həmin şəxsin barəsində müvafiq araşdırma aparılması üçün aidiyyatı üzrə göstəriş verilməsi xahiş edilmişdir. (cild 01, iş vər. 04) Qusar RPŞ-nin Həzrə PB-nin rəisi X31 RPŞ-nin rəisinə olan xx.xx.2020-ci il tarixli raportundan görünür ki, Qusar Rayon Yasab kənd sakini “Nadik” adlı şəxsin narkotik vasitələrin qəbulu və yaşadığı kəndin kənarındakı meşə massivində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olması barədə əməliyyat məlumatlarının daxil olması məruzə edilərək, daxil olmuş əməliyyat məlumatının yoxlanılması, “Nadik” adlı şəxsin şəxsiyyətinin müəyyən edilib onun cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması məqsədi ilə, Qusar RPŞ-nin Həzrə PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Həzrə PB-nin polis sahə rəisi, polis mayoru Ceyhun Cumartov, Həzrə PB-nin sahə polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs1, Həzrə PB-nin polis nəfəri, polis serjantı Hörmət Nemətovdan və Həzrə PB-nin rəisin ibarət əməliyyat qrupunun yaradılaraq aşkar və gizli üsullarla əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. (cild 01, iş vər. 05) “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2020-ci il tarixli Qusar RPŞ-nin Həzrə PB-nin rəisi Cavad Kazımov tərəfindən qəbul edilmiş qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən “Nadik” adlı şəxsin yaşadığı ünvanını, tez-tez olduğu yerləri və şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə ƏAF haqqında qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndində nəzərdə tutulmuş tədbirlərin keçirilməsi, “Nadik” adlı şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra tədbir zamanı şəraitdən asılı olaraq ƏAF haqqında qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 9cu bəndi rəhbər tutularaq yaşadığı ünvanın və gəldiyi yerin müşahidəsinin aparılması, keçiriləcək tədbir zamanı zərurət yarandığı halda ƏAF haqqında qanunda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edərək qanunvericilik çərçivəsində tədbirin davam etdirilməsi, qərarın surətinin 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən Qusar Rayon Məhkəməsinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qusar Rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. (cild 01, iş vər. 7) “Cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyat tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə saat 15:10 radələrində qanunusuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsində şübhəli bilinərək Qusar RPŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs Azərbaycan respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə kifayət qədər şübhəli olduğundan müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01. iş vər 22) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, X13 tərəfindən xidməti otaqda polis əməkdaşlarının, müdafiəçi X11 iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya saxlanılması qanunla qadağan olunmuş hər-hansı əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya saxlanması qanunla qadağan olunmuş hər-hansı əşyaların olmadığını bildirmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı heç bir əşya aşkar olunmamışdır. (cild 01, iş vər 27-29) “Baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və əlavə edilmiş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, X13 tərəfindən xx.xx.2020-ci il tarixli HH-1/30 saylı materialın zərurəti ilə əlaqədar Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixində saat 15:10 radələrində cinayət başında yaxalanarkən, polis əməkdaşlarına müqavimət göstərərkən, Təqsirləndirilən şəxs üzərindən yerə düşmüş, “Xiaomi” markalı və Zərərçəkmiş şəxs1 tərəfindən hadisə yerində aşkar edilib, götürülərək təhqiqata təqdim edilmiş mobil telefona baxış keçirilmişdir. Baxış zamanı mobil telefonun qara rəngdə olması və ekran şüşəsində çat olduğu müşahidə olunmuş, baxış keçirilən mobil telefonun ekranında “Fetul Safed” adlı şəxsin +********** mobil nömrəsindən gələn “Sased mameda kam qola pataq nicar atana ilisna” sms olduğu müəyyən edilmişdir. Həmin sms mərkəzində qeyd olunan ləzgi dildindən azərbaycan dilinə çevrilməsinin “qonşu mamedin çuxuru adlanan əraziyə itlər gəlirlər, təcili uzaqlaş” mənasını verdiyi müəyyən edilmişdir. Həmin sms iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alınaraq Təqsirləndirilən şəxs məxsus, “Xiaomi” markalı mobil telefon qabalaşdırılaraq götürülmüşdür. (cild 01, iş vər 30-33) “Baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan və əlavə edilmiş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, X13 tərəfindən digər polis əməkdaşlarının, müdafiəçinin, mütəxəssisin və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2020-ci il tarixli Hk-1/30 saylı materialını zərurəti ilə bağlı Qusar rayon Yasab kəndində meşədə kollardan və ağacların budaqlarından təmizlənmiş yerə baxış keçirilmişdir. Baxış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs həmin yerdə bitmiş yaşıl rəngində olan bitkiləri kim tərəfindən əkildiyi barədə sual verildikdə Təqsirləndirilən şəxs həmin bitkilər narkotik tərkibli çətənə kolları (nəşə) olduğunu bildirmiş və onları 2020-ci ilin may ayın ortalarında özü tərəfindən əkdiyini bildirmiş və mütəmadi olaraq qulluq göstərdiyini bildirmişdir. Həmin bitkiləri nə üçün əkdiyi barədə sual verildikdə Təqsirləndirilən şəxs həmin bitkiləri özü üçün istifadə etmək məqsədi ilə əkdiyini bildirmişdir. Baxış zamanı narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin dibləri sulandığı, ora peyin qatıldığı və təzəcə su verildiyi müşahidə olunmuşdur. Baxış zamanı həmin yerdə əkilmiş çətənə bitkilərinə oxşayan bitkilər sayılmış və 36 (otuz altı) ədəd olduğu müəyyən edilmişdir. Baxışda iştrak edən Qusar DAİM-nin bitkiçilik sektorun aparıcı məsləhətçisi X17 aşkar olunmuş 36 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyi və onların yabanı halda bitmədiyini qeyd etmişdir. Baxış zamanı aşkar edilmiş 4 ədəd plastik su qabı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və bitkilərin hündürlüyünün 5 sm-dən 1,30 metrə olduğu müəyyən edilmişdir. Baxış zamanı həmin yerdə bitən ağacların budaqlarının kəsilərək həmin yerin “maskirovka” olunduğu müşahidə olunmuşdur. Bundan başqa xx.xx.2020-ci il tarixdə Qusar RPŞ-nin əməkdaşları tərəfindən aşkar olunmuş çətənə bitkilərinə oxşar bitkilərin əkildiyi digər yerdə baxış keçirilmiş, həmin yerin baxış keçirilmiş yerdən təxminən 100 metr aralıqda yerləşdiyi müəyyən edilmişdir. Oraya da baxış zamanı həmin yerdə 16 (on altı) ədəd çətənə bitkilərinə oxşar bitkilərin əkildiyi müşahidə olunmuşdur. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs digər meşə sahədən aşkar olunmuş, yəni hal-hazırda baxış keçirilən yerdəki 16 (on altı) ədəd çətənə bitkilərin kim tərəfindən əkildiyi barədə sual verildikdə, Təqsirləndirilən şəxs həmin bitkiləri onun tərəfindən əkilmədiyini, onların kim tərəfindən əkilməsi barədə məlumatı olmadığını bidlirmişdir. Baxış zamanı mütəxəssis Şamxal Nurmətov aşkar olunmuş 16 (on altı) ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyi və onların yabanı halda bitmədiyini qeyd etmişdir. Aşkar olunmuş 36 ədəd bitkidən 2 ədədi qablaşdırılaraq ekspertizaya təqdim edilmək üçün, digər 34 ədəd bitki də ayrı qablaşdırılaraq möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bundan başqa digər meşə sahəsindən aşkar edilmiş 16 ədəd bitkilərdən 2 ədədi ayrı və 14 ədədi ayrı qablaşdırılaraq məhkəməbioloji ekspertizasına təqdim edilməsi üçün götürülmüşdür. Baxış zamanı vəkil tərəfindən heç bir vəsatət və şikayət daxil olmamış, bundan başqa 16 ədəd bitki aşkar olunmuş sahədən 3 ədəd dəmir vedrə də iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində götürülmüşdür. (cild 01, iş vər. 35-42) X43 X5 Sektorunun aparıcı məsləhətçisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəydən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 16.30 radələrində Quşar RPŞ-dən daxil olmuş 149-10511-1220 saylı məktubun zərurəti ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində Qusar rayonu Yasab kəndində Təqsirləndirilən şəxs çətənə bitkilərini əkdiyi meşə sahəsində iki yerə baxış keçirmiş və baxış zamanı 36 ədəd bir yerdə və 16 ədəd digər yerdə çətənə bitkilərin əkildiyi müəyyən etmişdir. Həmin yerlərdə ümumilikdə 52 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmiş və onlar yabanı halda bitməmişlər. (cild 01, iş vər. 47) xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Qusar RPŞ-nin Həzrə PB-nin məsul növbətçisi polis mayoru C.Cumortov Qusar RPŞ-nin rəisinə raportla məruzə edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 15:18-də Qusar Rayon Mərkəzi Xəstəxananın həkimi Bəxtiyar Məmmədrzayevin telefonla məlumat verərək, Qusar rayon Munuq kənd sakini 1978-ci il təvəllüdlü X4 “sağ bud nahiyyəsinin dişləmiş yarası və hər iki ətrafların sıyırılmış yaraları” diaqnozu ilə xəstəxanaya daxil olduğunu, xəstənin həkimə deməsinə görə xəsarəti əməliyyat zamanı insan dişləyərək aldığını bildirmiş, eləcə də daxil olmuş məlumatın araşdırılmasına aidiyyatı üzrə göstəriş verilməsi xahiş edilmişdir. (cild 01, iş vər 65) xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Qusar RPŞ-nin Həzrə PB-nin məsul növbətçisi polis mayoru C.Cumortov Qusar RPŞ-nin rəisinə raportla məruzə edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 15:20-də Qusar rayon mərkəzi xəstəxananın həkimi Bəxtiyar Məmmədrzayevin telefonla məlumat verərək, Qusar rayon Yuxarı Kolunxur kənd sakini 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 “hər iki diz nahiyyəsinin sıyırıntıəları və sol biləyin dişləmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olduğunu, xəstənin həkimə deməsinə görə xəsarəti əməliyyat zamanı insan dişləyərək aldığını bildirmiş, eləcə də daxil olmuş məlumatın araşdırılmasına aidiyyatı üzrə göstəriş verilməsi xahiş edilmişdir. (cild 01, iş vər 66) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 7/330 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi sayı 4 (dörd) ədəd nəm vəziyyətdə ümumi çəkisi 615,0 qram olan bitkilər eyni növə aid olub, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. (cild 01. İş vər 67-71) Qusar Rayon Məhkəməsinin 4(029)-17/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxx 2020ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər 113-116) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 7/334 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sintetik torbada ümumi sayı 34 (otuz dörd) ədəd nəm vəziyyətdə ümumi çəkisi 810,0 qram olan bitkilər eyni növə aid olub, əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli sellofan bağlamada ümumi sayı 14 (on dörd) ədəd nəm vəziyyətdə ümumi çəkisi 235,0 qram olan bitkilər eyni növə aid olub, əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir, təqdim edilmiş 34 ədəd və 14 ədəd çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər 122-125) Məhkəmə tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 292 nömrəli rəyindən görünür ki, Əli verdiyev Afəl Mirzaxan oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ bazunun aşağı 1/3-nin iç səthinin, sağ dirsək nahiyəsinin, sol saidin arxa səthinin sıyrıqları; sol saidin orta 1/3-nin iç səthinin, sağ əlinin 1-ci barmağının əsas falanqasmın arxa səthinin, sağ bazunun yuxarı 1/3-nin iç səthinin, göbəyin sol tərəfinin ətrafları sıyrmtılı qançırları və sağ budun yuxarı 1/3-nin ön səthinin birincili cərrahi işlənilməsinə ehtiyac olan dişlənmiş yara və qançır küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə cırmaqlama və dişləmə nəticəsində əmələ gələ bilərdi; qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.(cild 01, iş vər. 126) Məhkəmə tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 293 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol saidin aşağı 1/3nin iç səthinin ətrafı sıyrıntılı qançırı; sol dizin ön səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin, sağ budun yuxarı 1/3-nin arxa-yan səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dişləmə və yerə sürtülmə nəticəsində əmələ gələ bilərdi; qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild 01, iş vər 127) Məhkəmə tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 300 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - burnun üstünün, sol saidin yan səthinin, sağ dizin ön səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yerə yıxılma və özünü yerə çırpma nəticəsində əmələ gələ bilərdi; qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild 01, iş vər 128) “Maddi sübut kimi tanıma haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs meşə sahəsində kultivasiya etdiyi aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış yaş halda, ümumi çəkisi 1658,96 qram təşkil etməklə 52 ədəd çətənə kolları və 04 ədəd plastik su qabları maddi sübut kimi tanınması və saxlanılması üçün Qusar RPŞ-nin Maddi sübutlar otağına təhvil verilmişdir. (cild 01, iş vər 140-142) Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vər. 05) Azərbaycan Respublikası Qusar rayon icra hakimiyyəti başçısının Yasab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Qusar rayon Yasab kənd sakini Təqsirləndirilən şəxs Qusar rayonunun Yasab kəndində qeydiyyatdadır və yaşamışdır. Ailə tərkibi arvadı X6 və oğlu X7 ibarətdir. (cild 02, iş üzrə 23-25) Azərbaycan Respublikası Qusar rayon icra hakimiyyəti başçısının Yasab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs sakit və təmkinlidir, yaşıdları, qonşuları və kənd sakinləri ilə münasibətləri yaxşıdır. Tənqid və özünü tənqidə normal yanaşır, təvazökardır. İdmanla məşğul olur. Kəndin və rayonun idman həyatında fəal iştirakına görə 2017-ci ildə rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunmuşdur. Respublika kubokları uğrunda yarışlarda əldə etdiyi nailiyyətlər 1-ci və 2-ci yerlər təqdirə layiqdir. Ailədaxili heç bir mübahisə və ya münaqişə olmamışdır. Təqsirləndirilən şəxs barədə nə qonşuları, nə də kənd sakinlərindən Yasab kənd İƏD-si üzrə nümayəndəliyinə nə yazılı, nə də şifahi heç bir şikayət daxil olmamışdır. (cild 02, iş vər 26) “X32” QSC-nin xx.xx.2020-ci il tarixli məktubundan və əlavə edilmiş müqavilənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən etibarən “X32” QSCdə mühafizəçi vəzifəsində işləmişdir. (cild 02, iş vər. 50-57) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba RMTM-nin Hil meşəbəyiliyi tərəfindən verilmiş 77 nömrəli aktdan görünür ki, Qusar rayon Yasab kənd sakini Təqsirləndirilən şəxs tərəfindən Yasab kəndə yaxın “Məmməd kam” adlı kol-kosa örtülü sahədə narkotik tərkibli bitkilərin əkilib-becərildiyi əraziyə polis şöbəsinin əməkdaşlarının şifahi sorğusuna əsasən baxış keçirilmişdir. Azərbaycan Respublikası E.T.S.N-nin X33 və Bərpası müəssisəsinin Hil Meşəbəyiliyinin 2002-ci ilin meşə quruluşu sərhədlərinə əsasən narkotik bitki tapıldığı ərazinin X37 torpaqlarına aidiyyatı olmadığı göstərilir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında ƏMDX-nin kadastr və yer quruluşu layihə tədqiqat əməkdaşları tərəfindən baxış keçirildikdən sonra həmin ərazi X39 aid olduğu bildirilmişdir. Narkotik tərkibli bitkilər əkildiyi 6m*6m ərazini əhatə etməklə qeyri-qanuni Təqsirləndirilən şəxs tərəfindən istifadə olunub. 36 kv.metr içində və ətrafında olan yaş ağacları balta və əl mişarı ilə kəsib sahəni çəpərlənmişdir. Kəsilmiş ağacların sayı və ölçüləri aşağıdakı kimidir. Palıd 8 sm-6 ədəd, palıd 12 sm -7 ədəd, göyrüş 8 sm-14 ədəd, yemişan 8 sm-5 ədəd, cəmi 32 ədəd. Aktla zərərin ümumi məbləği 49 manat 44 qəpik olaraq müəyyən edilmişdir. (cild 02, iş vər. 66-67) Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(029)-23/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında olma müddətinin sonu xx xxxxxxx 2020-ci il tarixədək hesablanmışdır. (cild 02, iş vər. 84-86) Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1222 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vər 97-100) Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli, 1819 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub, lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər 102-103) X14 məxsus AZ 786290 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs Röyal Məmmədov adlı xx.xx.2016-cı il təvəllüdlü bir azyaşlı uşağı vardır. (cild 01, iş vər. 117) Azərbaycan Respublikası Gənclər və İdman Naziri tərəfindən verilmiş diplomların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs gənclər arası birincilikdə qol güləşi üzrə Azərbaycan Respublikası üzrə keçirilmiş yarışlarda dəfələrlə birinci–ikinci yerləri tutduğuna görə təltif olunmuşdur. (cild 02, iş vər. 118-122) “Diskə baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə “xxxx” MMC-dən rayon prokurorluğuna daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrənin xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısının, anket məlumatlarının, həmin nömrələr vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatların əks olunduğu CD diskə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, CD disk üzərindəki qırmızı fonda əlyazma ilə “8438” yazılmışdır, üzəri qırmızı fondan ibarətdir. Həmin disk “HP” markalı kompüter texnikasına keçirildikdə, orada “070 290-70-28” abonent nömrəsinə aid 04 faylda məlumatlar yazılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil telefon nömrəsinə göndərilən mesajlardan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 14:27:32-də “***-***-**-**” mobil telefon nömrəsindən ləzgi dilində “qonşu, itlər Məmmədkam tərəfə gəlirlər” məzmunda sms göndərilmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı digər sms mətnləri, zəng və ya başqa hallar müəyyən edilməmişdir. (cild 02, iş vər 116-118) Qusar Rayon Məhkəməsinin 3(029)-271/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şahid3 Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 34.3-cü maddəsinə əsasən 10 gün müddətinə inzibati qaydada həbs olunmuş, xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək tutulduğu 01 gün müddət, təyin olunmuş inzibati həbs müddətindən çıxılmaqla o, 09 doqquz gün müddətinə inzibati həbs olunmuşdur. (cild 01, iş vər. 136-137) Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(105)-79/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(029)-23/2020 saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanması qərara alınmış və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilmişdir. (cild 02, iş vər 143-149) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X24 Xidmətinin Azərbaycan Respublikanın Prokurorluğu Qusar Rayon Prokurorluğuna məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq zərurəti ilə əlaqədar Qusar rayon Yasab inzibati ərazisində yerləşən əraziyə baxış keçirilməsinə və torpaq sahəsinin təyinatının dəqiqləşdirilməsinə köməklik göstərilməsi barədə xx xxxxxx 2020-ci il tarixli müraciəti əsasında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz Layihə Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli əraziyə baxış keçirilərək müvafiq ölçü işləri aparılmış və araşdırma nəticəsində Qusar rayonu Yasab inzibati ərazisində yerləşən mübahisəli torpaq sahəsinin meşə fondu torpaqlarına aid olduğu müəyyən olunmuşdur.(cild 02, iş vər 195) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 237.2.3 və 315-ci maddələrindən həmin Məcəllənin 188.1, 237.2.3 və 315-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1, 237.2.3 və 315-ci maddələri ilə yeni məzmunda ittiham elan olunaraq, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1, 234.2, 206-cı maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şahid2 və Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs bədəni üzərində “burnun üstünün, sol saidin yan səthinin, sağ dizin ön səthinin sıyrıqları” xəsarətlərinin yaranması ilə bağlı həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs2 bəzi iş materiallarında yanlış olaraq “Nemətov” kimi qeyd edilmiş soyadının “Nəmətov” kimi nəzərə alınması, maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş yaş halda, ümumi çəkisi 1658,96 qram təşkil etməklə 52 ədəd çətənə kolları və 04 ədəd plastik su qablarının Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılması, xx.xx.2020-ci il tarixdə Qusar RPŞ-nin Həzrə PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən düşmüş və Qusar RPŞ-nin Həzrə PB-nin sahə polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs1 tərəfindən aşkar edilərək təhqiqata təqdim edilmiş “Xiaomi” markalı mobil telefonun iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs atası X1 təhvil verilməsi qərara alınmışdır. (cild 02, iş vər 200-233) İş materiallarına əlavə edilmiş Quba RMTM-nin hüquqşünası Nümayəndə tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş zərəçəkmiş şəxslər X20 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını, təqsirləndirilən şəxs barəsində yekun məhkəmə qərarının qəbul edilməsini məhkəməsinin səlahiyyətinə buraxdıqlarını bildirmişlər. İş materiallarına əlavə edilmiş Əmək və X19 Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, X8 barəsində durğunluq, ürək açtışmazlığı ilə müşayət olunan əsasən ürəyin zədələnməsi ilə, hipertoniya xəstəliyi İİİ mərhələ, tez-tez təkrarlanan krizlər diaqnozu ilə ikinci dərəcə əlillik müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC-nin 85376 nömrəli, xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs atası X8 tərəfindən Quba RMTMnin hesabına Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində vurulmuş ziyan olaraq 50 manat pul ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2020-ci il tarixli sərəncamı və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2020-ci il tarixli sərəncamlarından görünür ki, Təqsirləndirilən şəxs qardaşı Xair Məmmədov Azərbaycan Respublikasının Qubadlı və Laçın rayonlarının işğaldan işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidilik və şücayət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçu - əsgər olaraq “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd «DVD» diskdə olan video görüntülərə baxış keçirilmiş və baxış zamanı həmin video görüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokol və “Baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün qismən etirafedici ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslər və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, həmin istintaq hərəkətlərinin əyani olaraq əks olunduğu video görüntülər və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə həmin iş üzrə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə verilmiş ittihamla bağlı özünü həmin şəxslərin polis əməkdaşı olmağını bilməməsi səbəbindən təqsirli bilmədiyi və xx.xx.2020-ci il tarixdə baxış keçirilərkən 16 ədəd çətənə kolunun aşkar olunduğu ərazidə onun kultivasiya etmədiyinə dair hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq və öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi ilə verilmiş və Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslər və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, hər iki sahədən aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinin eyni tərkibli olmasını təsdiq edən məhkəmə-bioloji, zərərçəkmiş şəxslərin xəsarətlərini təsdiq edən məhkəmə-tibbi və digər məhkəmə ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, əlavə edilmiş fotoşəkillərdən görünən Zərərçəkmiş şəxs1 xəsarətlərinin vizual təsdiqi, istintaq hərəkətlərinin həyata keçirildiyi zaman qeydə alınmış video görüntülər, həmin video görüntülərlə çətənə bitkilərinin kultivasiya edildiyi ərazilərin bir-biri ilə yaxın olmaqla, eyni üsulla çəpərlənmiş olmasının müəyyən edilməsi və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 188.1, 237.2.3 və 315-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza ilə cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini əsas etibarı ilə səmimi etiraf edib peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, himayəsində durğunluq ürək çatışmazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə, İİİ mərhələ hipertoniya xəstəliyi diaqnozlu xəstəlikdən əziyyət çəkən atasının olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, tərəfindən Azərbaycan Respublikası ETSN yanında Meşələrin İnkişafı Xidmətinin Quba RMTM-ə vurulmuş ziyanın ödənilmiş olmasını və qardaşının Vətən müharibəsində iştirak etməklə Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad olunmasına görə (Laçın və Qubadlı rayonlarının azad olunmasına) Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq medallarla təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyinə görə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar:- Qusar Rayon PŞ-nin maddi sübutlar otağında saxlanılan yaş halda, ümumi çəkisi 1658,96 qram təşkil etməklə 52 ədəd çətənə kolları və 04 ədəd plastik su qabları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokol və “Baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokolların məzmununda qeyd olunanların əyani olaraq əks olunduğu 02 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 144 (yüz qırx dörd) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1, 237.2.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 188.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 315-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar:- Qusar Rayon PŞ-nin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış yaş halda, ümumi çəkisi 1658,96 (bir kiloqram altı yüz əlli səkkiz tam yüzdə doxsan altı qram) qram təşkil etməklə 52 (əlli iki) ədəd çətənə kolu və 04 ədəd plastik su qabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokol və “Baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokolların məzmununda qeyd olunanların əyani olaraq əks olunduğu 02 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlansın. İş üzrə ekspertiza xərcləri cəmi 144 (yüz qırx dörd manat) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar