Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-332/2024 01.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3, X6, X1 və X10, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X9, müdafiəçi- Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 15:20-də açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini və külli miqdar təşkil etməyən narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 27,454 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 01 (bir) ədəd bükümdəki külli miqdarda təmiz çəkisi 18,265 qram qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, üzərlərində “Methadone 40...Faran” yazıları olan 5 (beş) ədəd blisterdə ümumilikdə 50 (əlli) ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində ümumilikdə külli miqdarda təmiz çəkisi 2 qram metadon təsiredici maddəsini və narkotik vasitə-heroin izləri olan 01 (bir) ədəd gümüşü korpuslu elektron tərəzini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə həmin narkotik vasitələri özü ilə daşıyaraq Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 7 saylı evin yaxınlığına gətirmiş və həmin tarixdə saat 23:35də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 7 saylı evin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə “şəxsi axtarış və götürmə aparılması haqqında” keçirilən baxış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və üzərində olan qara rəngli əl çantasının içərisindən 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 27,454 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd bükümdəki külli miqdarda təmiz çəkisi 18,265 qram qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, üzərlərində “Methadone 40... Faran” yazıları olan 5 (beş) ədəd blisterdə ümumilikdə 50 (əlli) ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində ümumilikdə külli miqdarda təmiz çəkisi 2 qram metadon təsiredici maddəsini və narkotik vasitə-heroin izləri olan 01 (bir) ədəd gümüşü korpuslu elektron tərəzi aşkar edilərək götürülmüş və həmin gün əməliyyat-axtarış tədbirinin davamı olaraq saat 02:10-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 7 saylı evin, 10 saylı mənzilin yataq otağından “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” keçirilən baxış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı 02 (iki) ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 220 qram və 130 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 107,095 qram qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 01 (bir) ədəd qutuda üzərlərində “Methadone 40... Faran” yazıları olan 43 (qırx üç) ədəd blisterdə ümumilikdə 429 (dörd yüz iyirmi doqquz) ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində ümumilikdə külli miqdarda təmiz çəkisi 17,16 qram metadon təsiredici maddəsi və 01 (bir) ədəd qutuda təmiz çəkisi 50,718 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və öz aralarında eynilik təşkil edən və kimyəvi tərkiblərinə görə eyni olan 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 27,454 qram, 02 (iki) ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 220 qram və 130 qram və ümumi təmiz çəkiləri 377,454 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, öz aralarında eynilik təşkil edən və kimyəvi tərkiblərinə görə eyni olan 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 18,265 qram və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 107,095 qram, külli miqdarda ümumi təmiz çəkisi 125,36 qram narkotik vasitə heroin, öz aralarında eynilik təşkil edən və kimyəvi tərkiblərinə görə eyni olan “Methadone 40... Faran” yazıları olan 5 (beş) ədəd blisterdə ümumilikdə 50 (əlli) ədəd külli miqdarda təmiz çəkisi 2 qram və 43 (qırx üç) ədəd blisterdə ümumilikdə 429 (dörd yüz iyirmi doqquz) (cəmi 479 ədəd) ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində ümumilikdə 17,16 qram və külli miqdarda ümumi təmiz çəkiləri 19,16 qram metadon təsiredici maddəsi və narkotik vasitə-heroin izləri olan 01 (bir) ədəd gümüşü korpuslu elektron tərəzi aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, “Sahil” metrostansiyasının yaxınlığında yerləşən Ü.Hacıbəyov küçəsi 7 ünvanından çıxıb avtomobilə əyləşərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 5-6 nəfər əməkdaşı onu saxlayıb üstünü axtardıqda cibində bir “çert” nəşə, yəni marixuana aşkarlanmışdır. Daha sonra polis əməkdaşları onun mənzilinin harada olduğunu soruşduqda, mənzilində əlavə olaraq 27 qram nəşə, yəni marixuana olduğuna görə həmin binada 1-ci mərtəbədə yerləşən qonşusunun mənzilini işarə etmiş, polis əməkdaşları həmin mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını qırıb içəri daxil olmaq istədikdə qonşusu söydüyünə görə həmin qadından onunla eyni mənzildə yaşayıbyaşamadığını soruşmuşlar. Qonşu qadın onun yaşadığı mənzili göstərdikdən sonra polis əməkdaşları həmin mənzilin pəncərəsini söküb evə daxil olmuş, mənzildə ona aid olan narkotik vasitəni tapdıqdan sonra o, Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. Baş İdarədə polis əməkdaşları onu döymüş, ilk öncə boynuna almasa da, sonra işgəncələr verdiklərinə görə məcbur qalıb razılaşmış və videoçəkiliş aparılmışdır. Daha sonra polis əməkdaşları bir torba hazırlayıb yaşadığı evə qayıtmış, özləri ilə gətirdikləri həmin torbanı şkafa qoyub videoçəkiliş aparmışlar. O, məcbur qalıb videoçəkiliş zamanı şkafı açaraq polis əməkdaşlarının yerləşdikləri torbanı göstərərək özünə məxsus olduğunu bildirmişdir. Həmin videoçəkilişdən də polis əməkdaşları tərəfindən döyüldüyünə görə gözünün açılmadığı müşahidə edilir. Polis əməkdaşları onu videoçəkiliş zamanı gözünün açılmamasının səbəbi kimi saxlanılmazdan 2-3 gün əvvəl dostu ilə dalaşmasının olmasını deməyə məcbur etmiş, halbuki polis əməkdaşları tərəfindən saxlanılarkən üzündə xəsarət olmamış, polis əməkdaşları onu döymüşlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 0,03 qram narkotik vasitə marixuana olduğunu, lakin metamfetamin və elektron tərəzinin olmadığını, evində 27 qram marixuana olduğuna görə mənzilinin yerini polis əməkdaşlarına səhv göstərdiyini, Seymur və Ariz adlı əməliyyat müvəkkillərinin onu döydüyünü, Ariz adlı əməliyyat müvəkkilinin qrup rəhbəri olduğunu, polis əməkdaşlarının onun əllərini arxadan qandallayıb saçlarından tutub dartdıqlarına görə saçlarının hamısının töküldüyünü, bir ay müddətində müvəqqəti saxlanılma yerində saxlanıldıqdan sonra Bakı İstintaq Təcridxanasına köçürüldüyünü, həmin ərəfədə bədənindəki bütün xəsarət izləri keçdiyindən təcridxanaya daxil olarkən bədəni üzərində bütün xəsarətlərin aşkarlanmadığını, o, Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi sanitar məntəqəsində döyülməyi barədə məlumat verdiyinə görə prokurorluqda araşdırma aparıldığını, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə döyülməsi barədə məlumat verdiyini, müstəntiq onu aldadaraq döyülməsi barədə prokurora dediyi təqdirdə buxarılsa da, yenidən həbs ediləcəyinə görə dostu ilə dalaşdığını deməsini təklif etdiyini, zorakılıqla bağlı heç bir orqana şikayət etmədiyini, ***-***-**-** saylı mobil nömrəni istifadə etdiyini, zorakılıq nəticəsində sol gözünün açılmadığını, döyüldükdən sonra ekspertizadan keçirildiyini, polis əməkdaşlarının onu 23 yanvar 2023-cü il tarixdə saat 20-21 radələrində saxladıqlarını, polis əməkdaşları tərəfindən saxlanılmasını qonşularının da gördüyünü, ilk dəfə tutulub avtomobilə əyləşdirildikdən sonra polis əməkdaşlarından biri arxadan qoluna qandal burub yaşadığı mənzilin harada yerləşdiyini və narkotik vasitəni harada saxladığını soruşduqda narkotik vasitənin onda olmadığı cavabını verdiyini, polis əməkdaşları evinə daxil olarkən evdə tanışı Aynur və sevgilisinin olduğunu, bir gözü şişdən bağlandığı üçün ətrafda kimin olub-olmamasını görmədiyini bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, 23 yanvar 2023-cü il tarixdə, saat 23:35 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov 7 saylı evin yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla tanış edib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edmişlər. Hüquq və vəzifələri ona izah olunduqdan sonra müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılan zaman ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə, təqdim etməyi təklif olunduqda, o, əynində olan qara rəngli əl çantasının içərisindən 1 ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin kütləsini, 1 ədəd sellofan bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuana kütləsini, 1 ədəd elektron tərəzini, 50 ədəd “Metadon 40” həblərini təqdim edərək masanın üzərinə qoymuş, daha sonra üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd açar, 1 ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “İphone” markalı mobil telefon, 40 manat pul aşkar olunaraq götürülmüşdür. Bundan sonra aşkarlanmış narkotik tərkibli kütlələr tərəzidə ölçüldükdən sonra zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmişdir. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin, həblərin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri və həbləri sosial şəbəkədən 2-3 aydan bəri tanıdığı İran İslam Respublikası vətəndaşı “Şahmar” adlı şəxsin vasitəsi ilə 3 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən əldə etdiyini, yaşadığı ünvan 4 ünvanda narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış aparıldıqdan sonra o, müdafiəçi və polis əməkdaşları ilə kirayə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 7, mənzil 10 ünvanına getmiş, orada mənzilə baxış keçirilməsinə başlanılmışdır. Mənzilə baxış zamanı o, yaşadığı mənzilin yataq otağındakı qəhvəyi rəngli dolabın içərisindən 1 ədəd sarı rəngli torbanın içərisindən 1 ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini, 1 ədəd sellofanda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuananı, 1 ədəd qutuda 429 ədəd “Metadon 40” həblərini və 1 ədəd qutuda heroin və metamfetamin kütlələrinin qarışığından ibarət kütləni təqdim etmişdir. Həmin kütlələr və həblər tərəzidə çəkildikdən sonra qablaşdırılmış, Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. O, verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və həblərin özünə məxsus olduğunu, həmin kütlələri və həbləri sosial şəbəkədən 2-3 aydan bəri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Şahmar" adlı şəxsin vasitəsi ilə 3 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən əldə etdiyini, başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü ildə saat 23:30 radələrində ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, Baş İdarədə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçədən 2 bükülüdə narkotik vasitə və 50 ədəd metodon həbini masanın üzərinə qoyub həmin bükülüdən birinin marixuana, digərinin heroin, həblərin isə metadon həbi olduğunu, habelə yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd elektron tərəzi də aşkarlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən mənzilə gedib orada videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs mənzilin yataq otağında olan sarı rəngli çantanın içərisindən bükülülər təqdim edib, içərisində heroin, metamfetamin, marixuana və metadon həblərinin olduğunu söyləmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı və saxlanılmasında şübhəli olması barədə əməliyyat məlumatının daxil olduğunu, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq edilmədiyini, əməliyyat qrupunun tərkibində o və Baş İdarənin əməliyyat müvəkkili Şahid3 iştirak etdiyini, əməliyyat məlumatının həmin gün Baş İdarəyə daxil olduğunu, Təqsirləndirilən şəxs könüllü şəkildə narkotik vasitə, psixotrop maddə və elektron tərəzini təqdim etdiyini, həmin vaxt Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmədiyini, axtarış keçirilən zaman evində başqa şəxsin olmadığını, Təqsirləndirilən şəxs şəxsi açarı ilə evinin qapısını açdığını, narkotik vasitəni yataq otağında olan sarı rəngli çantanın içərisindən çıxarıb orada saxladığını söylədiyini, Təqsirləndirilən şəxs saxlanıldığı zaman bədənində hər hansı izin olub-olmadığını xatırlamadığını, üz nahiyəsində, göz nahiyəsində və başqa yerlərdə hər hansı xəsarət, qaraltının olub-olmamasının yadında qalmadığını bildirdi. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı məqsədi ilə əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə mütəmadi olaraq əməliyyat məlumatları daxil olduğundan, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs qanunsuz cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən, yaxud cinayət törətdikdən sonra yaxalanması, narkotik vasitə və psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirə salınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi məqsədilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə əməliyyat müvəkkili Şahid1 tərəfindən 23 yanvar 2023-cü il tarixdə raportla müraciət edilmiş və rəhbərliyin müvafiq əmri ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əmrə əsasən qrupun üzvləri o və Şahid1 olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” əməliyyat qərarı əsasında müvafiq prosessual hərəkət edildikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında kifayət qədər şübhəli bilindiyindən 23 yanvar 2023-cü il tarixdə saat 23:35 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 7 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq, üzərlərində olan polis xidməti vəsiqələrini təqdim etməklə və hava, əməliyyat şəraiti, nəqliyyat vasitələrinin, insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə almaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinin ünvan 6 ünvanında yerləşən inzibati binasına dəvət edilərək gətirilmişdir. Baş İdarədə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilib üzərində qanunsuz olan əşya və ya narkotik vasitə, psixotrop maddələr olduğu təqdirdə təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli çantanın içərisindən 1 ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni, 1 ədəd sellofan bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütləni, 1 ədəd elektron tərəzini, 50 ədəd “metadon 40”-a bənzər həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd açar, 1 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “İphone” markalı mobil telefon, 40 manat pul aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi marixuanaya və heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdən sonra aşkar olunmuş həmin kütlələr, həblər və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 7, mənzil 10 ünvanında narkotik vasitə saxladığını, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Bundan sonra həmin mənzildə narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” 24 yanvar 2023-cü il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmış, həmin istintaq hərəkətindən əvvəl təhqiqatçı tərəfindən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə yaşadığı mənzilin yataq otağındakı qəhvəyi rəngli dolabın içərisindən 1 ədəd sarı rəngli torbanın içərisindən, 1 ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər, 1 ədəd sellofanda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütlələri, 1 ədəd qutuda 429 ədəd “metadon 40”-a bənzər həbləri, 1 ədəd qutuda heroin və metamfetaminə bənzər kütlələrin qarışığından ibarət kütlənı təqdim etmiş, daha sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Aşkar edilmiş kütlələr və həblər qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyini digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin, həblərin özünə məxsus olduğunu, həmin kütlələri və həbləri sosial şəbəkədən 2-3 aydan bəri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Şahmar” adlı şəxsin vasitəsi ilə 3 gün bundan əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 500 manat pul qazanacağını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, yaxınlarının üzərində, yaşadığı mənzildə narkotik vasitə və ya psixotrop maddələrin olmasından xəbərinin olmadığını bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs anasının tanışı olduğundan tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, 23 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində tanışı X8 ilə birlikdə ünvan 7 ünvanında “Cv”, yəni işə düzəlmək üçün anket hazırlamaq üçün mətbəxdə olarkən çöldən döyülmə səslərini eşitmiş, qapıya yaxınlaşıb qulaq asdıqda gələn səslərin ailəvi dostu olan Təqsirləndirilən şəxs aid olduğunu öyrənmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs dostları ilə arasında problemləri olduğuna görə mübahisə edənlərin həmin şəxslər ola biləcəyini düşünüb mənzilin işıqlarını söndürərək gözləmişlər. Həmin proses 40-45 dəqiqə davam etdikdən sonra mənzilin qapısı döyülmüş, gələn şəxslərin kim olduğunu soruşmalarına baxmayaraq cavab verilməmiş, həmin şəxslər evin pəncərəsini sökərək evə daxil olub, onlara qarşı fiziki zor tətbiq etmişlər. Həmin şəxslər ona fiziki zor tətbiq edib təhqiramiz sözlər işlətməklə “malların” harada olmasını soruşsalar da, o, heç nə dən xəbərinin olmadığını deməsinə baxmayaraq davamlı şəkildə eyni sualı təkrarlamışlar. Daha sonra həmin şəxslər Təqsirləndirilən şəxs də içəri gətirib sonuncuya da fiziki zor tətbiq edərək mobil telefonunun kodunu öyrənməyə çalışmışlar. Bundan sonra X8 ilə onu bir avtomobildə, Təqsirləndirilən şəxs isə başqa avtomobildə əyləşdirib videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs evinə baxış keçiriləcəyini bildirmiş, bir müddət sonra həmin videoçəkilişin materiallarını xəbərlərdə gördükdə orada aşkar olunan narkotik maddə ilə Təqsirləndirilən şəxs təqdim etməsi üçün evdə stolun üstünə qoyduqları narkotik maddənin eyni olmadığını görmüşlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid Aynur Kərimli Təqsirləndirilən şəxs həmin şəxslər içəri daxil olduqdan təxminən 40-45 dəqiqə sonra gətirildiyini, polis əməkdaşlarının onun gözü qarşısında Təqsirləndirilən şəxs fiziki zor tətbiq etib sonuncunu nalayiq formada alçaltdıqlarını, videoçəkiliş vasitəsilə evinə baxış keçirildikdən dərhal sonra Təqsirləndirilən şəxs aparıldığını, o və Mətin Mahmudzadənin isə orada qaldıqlarını, qorxduğu üçün baş verənlərlə bağlı heç bir dövlət orqanına müraciət etmədiyini, onlar evə gələndə Təqsirləndirilən şəxs evdə olduğunu, sonuncunun sonradan evdən çıxdığını, Təqsirləndirilən şəxs əvvəllər kimləsə dava etdiyini görmədiyini bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmuşdur. 23 yanvar 2023-cü il tarixdə, saat 19:00 radələrində tanışı Aynur Kərimli ilə birlikdə ünvan 8 ünvanında “Cv”, yəni işə düzəlmək üçün şəxsi anket hazırlamışlar. Təqsirləndirilən şəxs onlar evə daxil olduqdan sonra çölə çıxmış, təxminən 5-10 dəqiqə sonra Təqsirləndirilən şəxs döyülmə səslərini eşitmişlər. Həmin səslərdən Təqsirləndirilən şəxs döyənlərin 5-6 nəfər olduğunu başa düşülmüşdür. Onlar evin qapısını bağlayıb gözləməyə başlamış, 40- 45 dəqiqə keçdikdən sonra həmin şəxslər evə daxil olaraq onlara qarşı fiziki zor tətbiq edib, dizi üstə çökdürüb divara tərəf çevirmiş, həmin andan sonra hansı proseslərin baş verməsini görməmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid Mətin Mahmudzadə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində döyüldüyü üçün mənzilin pəncərəsindən baxdıqda həmin şəxsləri görməyin mümkün olduğunu, Təqsirləndirilən şəxs döyən şəxslərlə sonradan mənzilin pəncərəsinin şüşəsini qıraraq evə daxil olanların eyni şəxslərin olduğunu, Təqsirləndirilən şəxs içəri gətirildikdə üzündəki izlərdən döyüldüyünün anlaşıldığını, onları həyətdəki avtomobildə əyləşdirib videoçəkiliş vasitəsilə mənzilə baxış keçiriləcəyini bildirdiklərini, təxminən gecə saat 1 radələrində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs mənzilinə baxış keçirildiyini, Təqsirləndirilən şəxs 2 ildən bəri tanısa da, nə işlədiyini bilmədiyini, qorxduğu üçün Təqsirləndirilən şəxs döyüldüyü yerə getmədiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5; 6-7) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 23:35-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 7 ünvanının yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 10) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə saat 23:35-dən hesablanmışdır. (Cild 1, iş vərəqə 22-23) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və həmin tarixli protokoldan görünür ki, müvafiq qərara əsasən, həmin tarixdə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli çantanın içərisindən 1 ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni, 1 ədəd sellofan bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütləni, 1 ədəd elektron tərəzini, 50 ədəd “metadon 40”-a bənzər həblərini təqdim edib masanın üzərinə qoyduqdan sonra aparılmış şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd açar, 1 ədəd içərisində ***-***-**-** mobil nömrəsi olan “İphone” markalı mobil telefon, 40 manat pul aşkarlanmışdır. Həmin kütlələr tərəzidə çəkildikdən sonra kütlə, həblər və elektron tərəzi zərfə qoyulub qablaşdırıldıqdan sonra Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin, həblərin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri və həbləri sosial şəbəkədən 2-3 aydan bəri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Şahmar” adlı şəxsin vasitəsilə 3 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 500 manat pul qazanacağını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, ünvan 2 ünvanında yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş, protokola hər hansı qeyd edilməmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqə 31; 32-34) xx.xx.2023-cü il tarixli “Mənzilə baxış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, müvafiq qərara əsasən, ünvan 2 ünvanında yaşadığı mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs mənzilin yataq otağındakı qəhvəyi rəngli dolabın içərisindən 1 ədəd sarı rəngli torbanın içindən, 1 ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər, 1 ədəd sellofanda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütlələri, 1 ədəd qutuda 429 ədəd “metadon 40”-a bənzər həbləri və 1 ədəd qutuda heroin və metamfetaminə bənzər kütlələrin qarışığından ibarət kütləni təqdim etmiş, həmin kütlə və həblər zərfdə qablaşdırıldıqdan sonra Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlə və həblərin özünə məxsus olduğunu, həmin kütlələri və həbləri sosial şəbəkədən 2-3 aydan bəri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Şahmar” adlı şəxsin vasitəsilə 3 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 500 manat pul qazanacağını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (Cild 1, iş vərəqə 36; 37-39) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/92 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd sellofan bağlamada təmiz çəkisi 27,454 qram və üzərində “Təqsirləndirilən şəxs...mənzildən...” yazısı və imzalar olan qəhvəyi rəngli kağız bağlamadakı sellofan bağlamanın içərisində 02 ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 220 qram, 130 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitksiindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 377,454 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur, buna görə də müqayisəli tədqiqat aparılmadı. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 377,454 qram olmuş (1-3 №-li ob), tədqiqata 0,3 qram sərf olunduqdan sonra (hər obyektdən 0,1 qram), 377,154 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 48-52) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/428 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdəki təmiz çəkisi 18,265 qram qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərlərində “Methadone 40...Faran” yazıları olan 5 ədəd blisterdə ümumilikdə 50 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş bozumtulqəhvəyi rəngli dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi 2 qram metadon təsiredici maddəsi müəyyən edildi, elektron tərəzinin üzərində narkotik vasitə-heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş...” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 107,095 qram qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd qutuda üzərlərində “Methadone 40...Faran” yazıları olan 43 ədəd blisterdə ümumilikdə 429 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi 17,16 qram metadon təsiredici maddəsi müəyyən edildi. 01 ədəd qutuda təmiz çəkisi 50,718 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında və həmçinin üzərlərində “F/M40” yazısı həkk olunmuş tabletlər öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ), metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 125,36 qram olmuş, tədqiqata 0,1 qram sərf edildikdən sonra 125,26 qram qalıq qalmış, metamfetaminin təmiz çəkisi 50,718 qram olmuş, tədqiqata 0,1 qram tədqiqata sərf edildikdən sonra 50,618 qram qalıq qamış, metadon tabletləri ümumilikdə 479 ədəd olmuş, 12 tabletka tədqiqata sərf edildikdən sonra 467 tabletka qalıq qalmışdır. (Cild 1, iş vərəqə 55-56) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham irəli elan edilmişdir. (Cild 1, iş vərəqə 69-71) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-43/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 120-125) xx.xx.2023-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd edilənlər öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqə 169-170) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-67/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə aparılmış cinayət işi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş, müvafiq hökmə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılıb üzərində qəti olaraq 10 ay 8 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. (Cild 1, iş vərəqə 171-172; 210-217) xx.xx.2023-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolda qeyd edilənlər öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqə 173-174) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X14 xx.xx.2023-cü il tarixli, 1690 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 176) xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərlə bağlı cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. (Cild 1, iş vərəqə 192- 195) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-6-8/1-624/2023 nömrəli qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanunauyğun hesab edilmişdir. (Cild 1, iş vərəqə 208-209) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli 570 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal- hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 1, iş vərəqə 231-233) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 1200 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 234-235) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023- cü il tarixli 5/539 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “İOS 16.2” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 11” markalı “A2221” modelli “**********71650, **********33858” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “İphone 11” markalı “А2221” modelli mobil smartfonun yaddaşından “UFED TOUCH 2 markalı qurğu vasitəsilə toplanması mümkün ola biləcək (zəng jurnalı, kontaktlar, veb səhifələrə baxış tarixçəsi, elektron poçta dair məlumatlar, “Whatsapp”, “Whatsapp business” proqram təminatında və “İnstaqram” sosial şəbəkəsində aparılmış məlumat mübadiləsi və s.) məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş üç ədəd DVD-R tipli optik diskə). (Cild 1, iş vərəqə 238- 242) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 xx.xx.2023-cü il tarixli, 39/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş sol yanaq nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. Törənmə müddəti xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən 5-6 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə yarana bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (Cild 1, iş vərəqə 244-246) xx.xx.2023-cü il tarixli “DVD kompakt disklərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/539 nörməli ekspert rəyinə görə təqdim edilmiş bir ədəd sensor ekran və “İOS 16.2” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 11” markalı “A2221” modelli “**********71650, **********33858” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “İphone 11” markalı “А2221” modelli mobil smartfonun yaddaşından “UFED TOUCH 2 markalı qurğu vasitəsilə toplanması mümkün ola biləcək (zəng jurnalı, kontaktlar, veb səhifələrə baxış tarixçəsi, elektron poçta dair məlumatlar, “Whatsapp”, “Whatsapp business” proqram təminatında və “İnstaqram” sosial şəbəkəsində aparılmış məlumat mübadiləsi və s.) məlumatlar müəyyən olunmuşdur. Baxış zamanı 3 ədəd disklə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə üzrə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımış, eləcə də şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə edib özündə saxlayaraq daşıması öz əksini tapmışdır. (Cild 2, iş vərəqə 7) xx.xx.2023-cü il tarixli “DVD kompakt diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartı üzrə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımış, eləcə də şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə edib özündə saxlayaraq daşıması öz əksini tapmışdır. Belə ki, həmin mobil nörməyə xx.xx.2022-ci il tarixdə saat 23:50:50-də ***-***-**-** saylı mobil nömrədən “Mene bir damci torpaq birde falqa gotürde basiva donum” məzmununda, həmin tarixdə saat 23:54:07-də “Yaxsida bir tike 11 gundu uje catram” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 17:34:36-da ***-***-**-** saylı mobil nömrədən “Mene Tebii goturde 1 dene” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 17:28:12-də ***- ***-**-** saylı mobil nömrədən “Askim teli ac bu nedi vermisen” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 21:42:29-da ***-***-**-** saylı mobil nömrədən “Salam qaqa Allaha and ola uzum gelmir amma zibilin agrisina dozmey olmur eger varsa komey ele agridan cixim pisdi veziyyetim” məzmununda, xx.xx.2023-cü il tarixdə saat 22:11:51də ***-***-**-** saylı mobil nömrədən “Qaqa sene qurban olum axsam qayıdanda mene dediyin qarani verde Seva podruqasiyla gelmey isdiyir dashimda dunen atdim paypa qutardi” məzmunda, həmin tarixdə saat 22:15:19-da həmin mobil nömrədən “O defe halim yoxuydu hecne edenmedim bu defe de ele olsa meni petux” məzmunda yazılar mövcuddur. (Cild 2, iş vərəqə 37-52) xx.xx.2023-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/539 nömrəli ekspert rəyinə əlavə edilmiş 03 (üç) ədəd "DVD” disk, "xxxx" MMCnin BKC/LGL 6275/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk, “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk maddi sübut kimi tanınmış, habelə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs üzərindən və mənzilindən götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 377,154 qram narkotik vasitə marixuana, ümumi təmiz çəkisi 125,26 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 50,618 qram psixotrop maddə metamfetamin, ümumi sayı 467 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi saxlanılması məqsədi ilə Səbail Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, cinayət işindən başqa cinayət işi ayrıca icraata ayrılmışdır. (Cild 2, 53-74) xx.xx.2023-cü il tarixli “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, hazırki cinayət işindən istintaqa məlum olmayan “naməlum şəxs” barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır. (Cild 2, iş vərəqə 79-82) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-4143/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya gətirilən zaman tibbi kitabça açılmış, müayinə zamanı hər iki gözaltı nahiyədə və sol qapağında kiçik ölçülü bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. Həmin məktuba əlavə edilmiş 764/2023 nömrəli tibb kitabçasının kserosurətindən görünür ki, 12-ci qrafa “Həbs olunan zaman xəsarət aldığını bildirir”, 13-cü qrafada “Hər iki gözaltı nahiyədə kiçik ölçülü və sol göz qapağında bənövşəyi rəngli qançır aşkar olundu” qeydi yazılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-67/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirildiyi 1(005)-67/2023 saylı cinayət işi üzrə 23 yanvar 2023-cü il tarixdə saat 11:15-də keçirilmiş məhkəmə iclasının audiovideogörüntüsü elektron məhkəmə informasiya sistemində mövcud deyildir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 392 nömrəli məktubundan görünür ki, həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxılan zaman məhkəmə iclasları audio-videogörüntü vasitəsilə aparılmadığından, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 25 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının video görüntüsünü təqdim etmək imkan xaricindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-67/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Nərimanov Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş, hökm 30 mart 2023-cü il tarixdə icraya yönəldilmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanılarkən ona polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edildiyinə görə ibtidai istintaq zamanı etirafedici məzmunda ifadə verdiyini demişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların araşdırılması üçün Bakı şəhəri Səbail rayon prokurorluğuna və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına müraciət edilmiş, cavabları alınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-4143/2023 nömrəli məktubuna əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya gətirilən zaman tibbi kitabça açılmış, müayinə zamanı hər iki gözaltı nahiyədə və sol qapağında kiçik ölçülü bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. Bakı şəhəri Səbail rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 24-C-23 nömrəli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması faktı üzrə prokurorluqda aparılmış araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videodiskə məhkəmə baxışı zamanı proses iştirakçıları ilə birgə baxarkən müəyyən edilmişdir ki, həmin istintaq hərəkəti zamanı təhqiqatçı Təqsirləndirilən şəxs sifət nahiyəsində olan qızartının yaranma səbəbini soruşduqda, Təqsirləndirilən şəxs həmin tarixdən təxminən 2-3 gün əvvəl dostu ilə zarafatlaşan zaman yarandığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zorakılığın edilmədiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı təhqiqat mərhələsində Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarətin olub-olmamasını müəyyən etmək üçün təhqiqatçı tərəfindən xx.xx.2023-cü il tarixdə “Məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə” qərar qəbul edilmiş və icraya yönəlmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 xx.xx.2023-cü il tarixli, 39/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş sol yanaq nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən 5-6 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitlərdə yarana bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Həmin ekspert rəyinin təsviri hissəsində qeyd edilmişdir ki, ekspertiza zamanı verilən suala cavab olaraq Təqsirləndirilən şəxs tutulduqdan 2-3 gün əvvəl tanışı ilə aralarında yaranmış mübahisə zamanı üz nahiyəsindən xəsarət aldığını bildirmişdir. Məhkəmə bir halı qeyd edir ki, Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra ekspertizadan keçirilmiş və onun bədəni üzərində olan xəsarətlər ekspert tərəfindən müəyyən edilməklə rəydə öz əksini tapmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən, ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində olan ekspertin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bədəni üzərində, yəni sol yanaq nahiyəsində qançırın olduğunu inkar etmir, lakin ekspert rəyinə istinad edərək Təqsirləndirilən şəxs həmin xəsarətləri tutulduqdan əvvəl, yəni 19-20 yanvar 2023-cü il tarixdə (25 yanvar -5 gün=20 yanvar və ya 25 yanvar -6 gün =19 yanvar) aldığı qənaətinə gəlir. Məhkəmə bir halı bildirir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şəxsi büdcəsi hesabına müqavilə bağladığı müdafiəçilərinin iştirakı ilə verilmiş suallara cavab olaraq polis əməkdaşları tərəfindən bədəni üzərində olan xəsarətin özünə aid olduğunu, polis əməkdaşları ilə hər hansı əlaqəsinin olmadığını bildirmişdir. Bundan başqa, müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilmiş əlavə şahid X12 məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxs dostları ilə mübahisəsi olduğunu, həyətdəki səs-küyü eşitdikdə Təqsirləndirilən şəxs dostları ilə mübahisə etməsini güman etdiyini bildirmişdir. Cinayət işinin materiallarından və məhkəmə araşdırması zamanı “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” həmin qərardan müdafiə tərəfinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməsi müəyyən edilməmiş, müdafiə tərəfi cinayət işinin materialları ilə tanış olarkən həmin araşdırma ilə bağlı hər hansı qeyd etməmiş, müqavilə üzrə müdafiəçilərinin iştirakı ilə dindirmə aparılarkən polis əməkdaşları tərəfindən hər hansı zorakılıqla bağlı məlumat bildirməmiş, təqsirləndirilən şəxs müdafiəçilərinin iştirakı ilə verdiyi ifadələrində, həm də cinayət işinin materialları ilə tanış olarkən təqsirli olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı izahat və ifadələrinin sonunda fiziki və ya psixi zorakılığın olmamasını göstərmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi məqsədilə məhkəmə qarşısına çıxarılan zaman da ona qarşı hər hansı fiziki və ya psixi təsir-təzyiq göstərilməsini bildirməmiş, əksinə törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, ona qeyri-qanuni zor tətbiq edilməmiş, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, məhkəməyədək icraat zamanı bədəni üzərində yaranmış xəsarəti dostu ilə zarafatlaşması nəticəsində yarandığını bildirsə də, sonradan məhkəmə baxışı zamanı həmin xəsarətin polis əməkdaşları tərəfindən edilmiş zorakılıq nəticəsində yarandığını söyləməklə kifayətlənmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxsin həmin ifadələri təzyiqlər nəticəsində verməsi barədə dəlillər irəli sürsə də, bu, məhkəmə tərəfindən əsaslı görünməmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində 5-6 nəfər polis əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə saat 20-21 radələrində saxlanıldıqdan dərhal sonra üzəri axtarıldıqda cibindən 1 “çert” nəşə, yəni marixuananın aşkarlandığını, yaşadığı mənzildə 27 qram marixuana olduğuna görə yaşadığı mənzilin ünvanını qəsdən səhv deyib, qonşusunun mənzilini işarə etdiyini, daha sonra polis əməkdaşlarının onun yaşadığı evə pəncərədən daxil olduqlarını, polis əməkdaşlarının videoçəkilişdə nümayiş etdirməsi üçün narkotik vasitə, psixotrop maddə və elektron tərəzinin təqdim edilmədiyini söyləsə də, şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 7 ünvanının yaxınlığında xx.xx.2023-cü il tarixdə saat 23 radələrində saxlanıldığını, əməliyyat tədbirində o və Baş İdarənin əməliyyat müvəkkili Şahid3 başqa şəxslərin iştirak etmədiyini, Təqsirləndirilən şəxs videoçəkiliş zamanı nümayiş etdirməsi üçün narkotik maddə kütlələri, eləcə də elektron tərəzinin təqdim edilmədiyini, hər hansı formada hədələnmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində və evində aşkarlanmış narkotik vasitə, psixotrop maddə, elektron tərəzinin qablaşdırılıb ekspertizaya göndərildiyini bildirmişdir. Habelə, Şahid3 məhkəməyədək icraat zamanı ifadəsi elan olunduqda, digər Şahid1 ifadəsinə oxşar məzmunda ifadənin verdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan müvafiq qərar, əmr və raportdan görünür ki, yaradılmış əməliyyat qrupunun tərkibində Şahid1 və Şahid3 olmuş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:35-də Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 7 ünvanının yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxsin başqa polis əməkdaşı tərəfindən saxlanılması ilə bağlı hər hansı mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokollardan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindəki və evindəki narkotik vasitə və psixotrop maddələri, eləcə də 1 ədəd elektron tərəzini istintaq hərəkətləri zamanı könüllü olaraq təqdim etmiş, aşkarlanan maddələr və 1 ədəd elektron tərəzi kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazıların tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokollardan görünür ki, aşkar olunanlar qablaşdırılaraq “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 7 nömrəli möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/92 nömrəli və 6/428 nömrəli ekspert rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş predmetlər “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksləri olan zərf və paketdə təqdim olunmuş, həmin zərf və paketin tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamışdır. Ekspertiza nəticəsində üzərində və evində ümumilikdə 377,454 qram marixuana, ümumilikdə 479 ədəd cəmi 19,16 qram çəkidə metadon təsiredicisi maddəsi, 50,718 qram metamfetamin, 125,36 qram heroin və 1 ədəd elekton tərəzinin olduğu müəyyən edilmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar edilən narkotik tərkibli maddələr və tərəzinin ona məxsus olmamasını iddia etsə də, bu hal da iş materialları təkzib edilməkdədir. Əvvala, bu hal, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadələri ilə uzlaşmır. Çünki, o, həmin ifadələrində narkotik vasitə və psixotrop maddələrin özünə məxsus olduğunu göstərmişdir. Digər tərəfdən, şəxsi axtarış və götürmə protokolu, baxış keçirilməsi və maddi sübutun götürülməsi protokolu, şahid ifadələri ilə həmin narkotik vasitənin, psixotrop maddənin və tərəzinin Təqsirləndirilən şəxs aidiyyəti müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Təqsirləndirilən şəxs narkotik vasitənin aşkar edilməsini deyil, onun çəkisini mübahisələndirir. Məhkəmə istintaqı zamanı belə o, 0,03 qram narkotik vasitə marixuananın, evində də 27 qram narkotik vasitə marixuananın özünə məxsus olmasını göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda təsvir olunanlara zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi nəticəsində məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ifadələrini əsas götürür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə əlaqədar xx.xx.2023cü il tarixli raport müvafiq qaydada qeydiyyatdan keçirilmiş, həmin raport əsasında qəbul olunmuş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuniliyinin yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmiş, qərarın qanuniliyi yoxlanılmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin hüquqları qorunmuş, vəsatətləri təhlil edilməklə hüquqi münasibət bildirilmişdir. Müdafiə tərəfi Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinin sübutlar siyahısından çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə həmin şahidin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün bütün mümkün vasitələrdən istifadə etmiş, təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmə səmərəli tarazlaşdırıcı tədbirlər görmüşdür. Belə ki, məhkəmə şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasını bir neçə dəfə başqa vaxta keçirmiş, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edərək icra üçün göndərmiş, həmin qərarın icra edilməməsi səbəbləri məhkəmə tərəfindən yoxlanılmış, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atmış və digər zəruri hərəkətləri yerinə yetirmişdir. Bu səbəbdən, məhkəmə müdafiə tərəfinin mövqeyini əsaslı qəbul etmir, Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini sübut kimi yol verilən hesab edir. Bundan savayı, müdafiə tərəfinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən və birinci hökm üzrə keçirilmiş məhkəmə baxışı zamanı bədəni üzərində xəsarət olub-olmamasını müəyyən etmək məqsədi ilə müraciəti məhkəmə tərəfindən yoxlanılmış və həmin xüsusatın mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 və X8 Təqsirləndirilən şəxs tanışıdır. Hər iki əlavə şahidin ifadələri ziddiyyətli olmuş, belə ki, şahid Aynur Kərimli ifadəsində evdə olarkən Təqsirləndirilən şəxs ilə yanaşı ona və şahid Mətin Mahmudzadəyə qarşı fiziki zorakılıq edildiyini desə də, şahid Mətin Mahmudzadə fərqli məzmunda ifadə verib dizi üstə əyləşdirilib divara tərəf çevirildikdən sonra baş verən prosesləri görmədiklərini bildirmişdir. Göründüyü kimi, hər iki şahid eyni hadisə ilə bağlı danışsalar da, ifadələri əhəmiyyətli dərəcədə fərqlidir. Habelə, şahidlərin ifadələrində dedikləri hal olduğu təqdirdə, müvafiq hüquq-mühafizə orqanlarına şikayət etməmələri də ağlabatan deyil. Eləcə də, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şahid Aynur Kərimli və şahid Mətin Mahmudzadənin mənzilə baxış zamanı orada olmalarını bildirməmiş, bu hal cinayət işinin materialları, eləcə də müvafiq istintaq hərəkətinin videodiskinə cinayət prosesi tərəfləri ilə birgə baxış zamanı müəyyən edilməmişdir. Məhkəmə sübutları təhlil edib belə qərara gəlir ki, müdafiə tərəfinin verdiyi vəsatət əsasında dəvət edilmiş əlavə şahidlər Təqsirləndirilən şəxs yaxın tanışları olduğuna görə onların məhkəmədə verdiyi ifadələrini təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qəbul edir, hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. Bu səbəbdən, məhkəmə X12 və X2 verdiyi ifadələri sübut növü kimi qəbul etmir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ifadələrini, Şahid1 məhkəmə baxışı və məhkəməyədək icraat zamanı verdiyi, Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, metadon həblərini, külli miqdarda psixotrop maddə metamfetamini və külli miqdar təşkil etməyən narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahılarının 1-ci Siyahısının 83-cü bəndinə əsasən narkotik vasitə olan heroin 2 qramdan, 111-ci bəndinə əsasən narkotik vasitə olan metadon 1,6 qramdan, 2-ci Siyahısının 118-ci bəndinə əsasən psixotrop maddə olan metamfetamin 2 qramdan artıq çəkidə olduqda külli miqdar, 1-ci Siyahısının 109.1-ci bəndinə əsasən narkotik vasitə olan qurudulmuş marixuana 5 qramdan artıq çəkidə olduqda şəxsi istehlakdan artıq miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və götürmə, mənzilə baxış keçirilmə və götürmə istintaq hərəkətləri zamanı 377,454 qram marixuana, ümumilikdə 479 ədəd cəmi 19,16 qram çəkidə metadon təsiredicisi maddəsi, 50,718 qram metamfetamin, 125,36 qram heroin və 1 ədəd elektron tərəzi təqdim etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs aşkarlanmış narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 75,49 dəfə, narkotik vasitə olan metadon təsiredici maddəsi 958 dəfə, psixotrop maddə olan metamfetamin 338,12 dəfə, narkotik vasitə olan heroin 835,73 dəfə çoxdur. Habelə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirsə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş mesaj mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil mobil nömrəyə müxtəlif şəxslərdən fərqli vaxtlarda “Mene bir damci torpaq birde falqa gotürde basiva donum”, “Yaxsida bir tike 11 gundu uje catram”, “Mene Tebii goturde 1 dene”, “Askim teli ac bu nedi vermisen”, “Salam qaqa Allaha and ola uzum gelmir amma zibilin agrisina dozmey olmur eger varsa komey ele agridan cixim pisdi veziyyetim”, “Qaqa sene qurban olum axsam qayıdanda mene dediyin qarani verde Seva podruqasiyla gelmey isdiyir dashimda dunen atdim paypa qutardi”, “O defe halim yoxuydu hecne edenmedim bu defe de ele olsa meni petux” məzmunda və digər oxşar yazışmalar mövcuddur. Göründüyü kimi, müxtəlif şəxslər fərqli vaxtlarda “damci”, “torpaq”, “tebii”, “tike”, “qara” adı altında narkotik vasitə və ya psixotrop maddə əldə etmək üçün Təqsirləndirilən şəxs mobil nömrələrinə yazmışlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə, mənzilinə baxış və götürmə istintaq hərəkətləri zamanı təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuana, heroin, metadon təsiredici maddəsi və psixotrop maddə olan metamfetaminin çəkilərinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitə və psixotrop maddələrin növ müxtəlifliliyinə, elektron tərəzinin mövcudluğuna, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən çıxan narkotik vasitə və psixotrop maddələrin tərkibinin eyniliyinə, narkotik vasitə və psixotrop maddələrin satışına dair çoxsaylı yazışmaların mövcud olmasına, onların narkotik vasitələrinin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına və işdə olan digər sübutlara əsasən, habelə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin növünü, çəkisini, elektron tərəzinin mövcudluğunu, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi, hazırki cinayət işi üzrə irəli sürülmüş ittiham birinci iş üzrə, yəni Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-67/2023 nömrəli hökmü çıxarılmazdan əvvəl törədilmiş cinayətlə bağlıdır. İş materiallarından görünür ki, Həsənli X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-67/2023 nömrəli hökmünün çıxarılmasına əsas olmuş cinayət işi üzrə 07 (yeddi) ay 22 (iyirmi iki) gün həbsdə və ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-67/2023 nömrəli hökmünün çıxarılmasına əsas olmuş cinayət işi üzrə 07 (yeddi) ay 22 (iyirmi iki) gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddət bir günə bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarından görünür ki, hazırki cinayət işi üzrə əvvəli xx.xx.2023-cü il tarixdə hesablanmaqla, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)- 43/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs həmin tarixdən hazıradək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 241,65 (iki yüz qırx bir manat altmış beş qəpik) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq ümumi təmiz çəkisi 377,154 qram narkotik vasitə marixuana, 125,26 qram narkotik vasitə heroin, 50,618 qram psixotrop maddə metamfetamin, 467 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi məhv edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/539 nömrəli ekspert rəyinə əlavə edilmiş 03 (üç) ədəd "DVD” disk, "xxxx" MMC-nin BKC/LGL 6275/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk, “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 1200 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkololi dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-67/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddət bir günə bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 07 (yeddi) il 04 (dörd) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 241,65 (iki yüz qırx bir manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq ümumi təmiz çəkisi 377,154 qram narkotik vasitə marixuana, 125,26 qram narkotik vasitə heroin, 50,618 qram psixotrop maddə metamfetamin, 467 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi məhv edilsin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/539 nömrəli ekspert rəyinə əlavə edilmiş 03 (üç) ədəd "DVD” disk, "xxxx" MMCnin BKC/LGL 6275/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk, “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-332/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-332/2024
01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver