Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-333/2021 09.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi-Bakı şəhəri, 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 06.09.2016-cı il tarixdən 01.11.2018-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində müddətdən artıq həqiqi hərbi qulluqçu kimi baş çavuş hərbi rütbəsində xidmət edərkən tanıdığı, həmin Xidmətdə müddətli həqiqi hərbi xidmətdə hərbi qulluqçu olmuş Şahid6 2019-cu ilin yanvar ayının əvvəllərində ehtiyata buraxılmasına baxmayaraq, hələ də qeyd edilən Xidmətin əməkdaşı olmasına inandıraraq, özbaşına özünü Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin vəzifəli şəxsi kimi təqdim etməklə, geniş səlahiyyətlərə və imkanlara malik şəxs kimi həmin Xidmətdə işləyən səlahiyyətli digər vəzifəli şəxslərlə əlaqələrinin olmasına dair sonuncuda fikir formalaşdırıb, onu 5.000 (beş min) manat məbləğində pulun maddi nemət kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində tanıdığı həmin vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi müqabilində guya “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin Məxfi Müşahidə bölməsində” müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi xidmətə qəbul etdirəcəyi barədə vəd verərək aldadıb, Şahid6 anası Şahid9 adına rəsmiləşdirilmiş 09.01.2019-cu il tarixli kredit müqaviləsi əsasında “xxxx” ASC-dən 3.000 (üç min) manat məbləğində pulun götürülməsindən bir neçə gün sonra Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində Şahid6 məxsus özgə əmlakı olan 3.000 (üç min) manat məbləğində pulu, eləcə də 2019-cu ilin fevral ayından etibarən 2019-cu ilin iyul ayına qədər olan müddət ərzində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı küçəsində, o cümlədən, sonuncu dəfə Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsində yerləşən LC Vaikiki paltar mağazasının qarşısında hər ay 200 (iki yüz) manat məbləğində olmaqla cəmi 1.000 (bir min) manat məbləğində pulunu, ümumilikdə isə vahid qəsdlə 4.000 (dörd min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmiş, həmin əməli ilə Şahid6 vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqla bağlı məqsəd və funksyalarına kölgə salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs öz cinayət əməllərini davam etdirərək etibardan suiistifadə etmə və aldatma yolu ilə təkrar özgə əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin fevral ayının əvvəllərində Şahid6 dostu Şahid7 və sonuncunun atası Şahid8 özbaşına özünü Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin vəzifəli şəxsi kimi təkrar təqdim etməklə geniş səlahiyyətlərə və imkanlara malik şəxs kimi həmin Xidmətdə işləyən səlahiyyətli digər vəzifəli şəxslərlə əlaqələrinin olmasına dair onlarda fikir formalaşdıraraq, 5.000 (beş min) manat məbləğində pulun maddi nemət kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində tanıdığı həmin vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi müqabilində guya Şahid7 “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin Məxfi Müşahidə Agentliyində” müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi xidmətə qəbul etdirəcəyi barədə vəd verərək aldadıb, Şahid7 2019-cu ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaxınlığında 150 (bir yüz əlli) manat, 09.02.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsində yerləşən 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində borc müqaviləsi bağlamaqla Şahid8 4.000 (dörd min) manat, eləcə də 2019-cu ilin fevral ayından etibarən 2019-cu ilin iyul ayına qədər olan müddət ərzində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Dənizkənarı küçəsində, o cümlədən, sonuncu dəfə Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsində yerləşən LC Vaikiki paltar mağazasının qarşısında üç dəfəyə 200 (iki yüz) manat məbləğində olmaqla Şahid7 cəmi 600 (altı yüz) manat məbləğində pulunu, ümumilikdə isə vahid qəsdlə 4.750 (dörd min yeddi yüz) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib təkrar dələduzluq etmiş, qeyd olunan əməli ilə Şahid8 və Şahid7 vəzifəli şəxsə rüşvət verməyə təkrar təhrik etmiş və özbaşına özünün vəzifəli şəxs kimi təkrar təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqla bağlı məqsəd və funksyalarına kölgə salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs öz cinayət əməllərini davam etdirərək etibardan suiistifadə etmə və aldatma yolu ilə təkrar xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 06.09.2016-cı il tarixdən 01.11.2018-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu olaraq baş çavuş hərbi rütbəsində xidmət edərkən tanıdığı, həmin Xidmətdə müddətli həqiqi hərbi xidmətdə hərbi qulluqçu olmuş Şahid4 ilə hər ikisinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yaşamalarını əsas gətirib, tanışlıq yaratmaqla, sonuncunun etibarını qazandıqdan sonra, həmçinin özünün, eləcə də Şahid4 ehtiyata buraxılmasının ardınca 2019-cu ilin avqust ayında, sonuncunun Xarici Kəşfiyyat Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi xidmət etmək arzusunun olduğunu bildiyindən, Şahid4 və sonuncunun anası Şahid2 özbaşına özünü Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin vəzifəli şəxsi kimi təkrar təqdim etməklə geniş səlahiyyətlərə və imkanlara malik şəxs kimi həmin Xidmətdə işləyən səlahiyyətli digər vəzifəli şəxslərlə əlaqələrinin olmasına dair onlarda fikir formalaşdıraraq, 5.000 (beş min) manat məbləğində pulun maddi nemət kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində tanıdığı həmin vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi müqabilində guya Şahid4 Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi xidmətə qəbul etdirəcəyi barədə vəd verərək aldadıb, 2019-cu ilin dekabr ayına qədər olan müddət ərzində Şahid2 ilkin olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsinin qarşısında yerləşən “Yeddi gözəl” adlanan parkda 1.300 (bir min üç yüz) manat, ardınca yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 29 saylı binanın 6-cı blokunda ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla əlavə (500, 500, 300, 200, 200, 200, 300, 300, 200, 200, 200 manat) 3.100 (üç min yüz) manat məbləğində pulunu, cəmi isə Şahid2 4.400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaitini, o cümlədən 04.10.2019-cu il tarixdə “xxxx” MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən mağazasından nisyə alqı-satqı müqaviləsi ilə Şahid4 atası Şahid1 adına rəsmiləşdirilmiş 688 (altı yüz səksən səkkiz) manat dəyərində olan “Samsung A50 SM-A505FZKUCAU Black” markalı mobil cihazı, ümumilikdə isə vahid qəsdlə 5.088 (beş min səksən səkkiz) manat məbləğində xeyli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib təkrar dələduzluq etmiş, həmin əməli ilə Şahid2 vəzifəli şəxsə rüşvət verməyə təkrar təhrik etmiş və özbaşına özünün vəzifəli şəxs kimi təkrar təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqla bağlı məqsəd və funksyalarına kölgə salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2016-cı ilin əvvəllərində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi xidmət etmək üçün sənədlərini Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə təqdim etmiş, 06 sentyabr 2016-cı il tarixli əmrlə həmin Xidmətin xüsusi əməliyyatlar idarəsinin növbətçi hissəsinin əməliyyatçısının köməkçisi vəzifəsinə təyin olunmuşdur. 01 noyabr 2018-ci il tarixə qədər qeyd olunan vəzifədə baş çavuş hərbi rütbəsində xidmət etmişdir. Həmin tarixdə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. O, Xarici Kəşfiyyat Xidmətində işə qəbul etdirəcəyi adı ilə vəd verib üç nəfərdən - Şahid4, Şahid6 və Şahid7 pul almış, lakin onların heç birini işə düzəltməmiş və bununla bağlı hər hansı bir hərəkət etməmiş, həmin şəxsləri aldatmışdır. Təqsirləndirilən şəxs ifadəsinə görə, o, 2019-cu ilin avqust ayında Şahid2 oğlu Şahid4 işə düzəldilməsi adı ilə hissə-hissə cəmi 4400 manat pul almışdır. O, Şahid4 xidmət etdiyi Xarici Kəşfiyyat Xidmətində əsgər olarkən tanımış və Vüsalla münasibətləri davam etmişdir. O, ilk dəfə Vüsalın atası, anası və özü ilə Hövsan qəsəbəsində parkda görüşüb danışmış, ilk olaraq onlara 5000 manat müqabilində Vüsalı işə düzəldəcəyini demişdir. Vüsalın valideynləri pullarının olmadığını deyəndə, o, 4000 manata razılaşmış, qalan 1000 manatı isə iş düzələndə verəcəklərini demişdir. İlk dəfə o, Şahid4 görə anası Şahid2 Hövsan qəsəbəsində “Yeddi gözəl” parkının yanında 1300 manat, sonradan hissə-hissə onların yaşadıqları evdə ayrı-ayrılıqda 200, 300, 500 manat məbləğində pullar almışdır. Bundan başqa o, Şahid4 işinin həll olunmaq üzrə olduğunu yalandan deyərək onun atası Şahid1 adına Hövsan qəsəbəsində yerləşən “xxxx” adlı mağazadan 688 manat dəyərində “Samsung A50” markalı mobil telefon aldırmış, sonradan həmin telefon sındığından tullamışdır. Digər cinayət epizodu ilə bağlı Təqsirləndirilən şəxs bildirdi ki, o, Şahid6 də Xarici Kəşfiyyat Xidmətində əsgər olduğu vaxtdan tanımış, 2019-cu ilin yanvar ayının əvvəllərində Pünhanla görüşəndə 5000 manat müqabilində onu Xarici Kəşfiyyat Xidmətinə işə düzəldə biləcəyini demişdir. Pünhan 4.000 manat düzəldə biləcəyini demiş, o da, bununla razılaşmışdır. Pünhan ilkin olaraq ona 3.000 manat pul vermiş, sonra isə hər ay 200 manat olmaqla, ümumilikdə Pünhandan 4.000 manat pul almışdır. Bundan əlavə o, Pünhanın tanışı Şahid7 da 2019-cu ilin fevral ayının əvvəllərində onu 5000 manat müqabilində Xarici Kəşfiyyat Xidmətində işə düzəldə biləcəyi adı ilə aldadıb, cəmi 4.750 manat məbləğində pul almışdır. O, ilk olaraq Rəşadın özündən 150 manat, sonra atası Şakirdən 3 saylı «Asan Xidmət»də bağladığı borc müqaviləsi ilə 4.000 manat və sonra Rəşadın özündən hər dəfə 200 manat olmaqla cəmi 600 manat pul almışdır. Lakin Rəşad və X3 Xidmətində işə düzəlməsi üçün hər hansı bir hərəkət etməmiş və bununla bağlı heç kimə müraciət etməmişdir. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, böyük oğlu Şahid4 2017-ci ildən 2019-cu ilə qədər Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində hərbi xidmətdə olmuş, gənc əsgərlər kursunu başa vurduqdan sonra mühafizəçi kimi xidmətini davam etdirmək üçün Xarici Kəşfiyyat Xidmətinə göndərilmişdir. Həmin Xidmətdə olarkən Vüsal Hövsan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuş, söhbət zamanı Vüsal Elçinin xidmətdə olarkən onun komandiri olduğunu onlara bildirmişdir. 2019-cu ilin avqust ayında Vüsal ona və anası Şahid2 Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq 5000 manat pul müqabilində Xarici Kəşfiyyat Xidmətində növbətçi hissəyə hərbi qulluqçu kimi işə qəbul etdirə biləcəyini demişdir. Onlar da oğlu Vüsalın həmin Xidmətdə işləmək istədiyini bildiyindən Təqsirləndirilən şəxsla görüş təşkil etməsini Vüsala demişlər. 2019-cu il avqust ayının ortalarında o, oğlu Vüsal və arvadı Şahid2 ilə birlikdə Hövsan qəsəbəsində parkda Təqsirləndirilən şəxsla görüşmüşlər. Bu zaman Elçin özünü Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Görüş zamanı Elçin onlara X4 Xidmətində növbətçi hissəyə hərbi qulluqçu kimi xidmətə qəbul etdirə biləcəyini demiş və bunun müqabilində 5000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Həmin vaxt arvadı Şahid2 5000 manat pulu verə bilməyəcəklərini deyib narazılıq etmiş, görüş zamanı Təqsirləndirilən şəxs mobil telefonu ilə kimləsə danışmaq üçün kənara çəkilmişdir. Danışıqdan sonra o, təkrar onlara yaxınlaşıb 4000 manata Vüsalı xidmətə qəbul etdirəcəyini, qalan 1000 manatı da işə düzələndən sonra verməli olduqlarını demişdir. Onlar Təqsirləndirilən şəxs tanıdıqlarından, yəni Elçinin atasının Hövsan qəsəbəsində yerləşən poliklinikada stomatoloq işlədiyini və Elçinin özünün Xarici Kəşfiyyat Xidmətində işlədiyini əvvəldən bildiklərindən ona etibar edərək razılaşmışlar. O, ay ərzində 15 gün işdə olduğundan oğlu Vüsalın işə düzəlməsi üçün pul məsələsini arvadı Şahid2 özünün Təqsirləndirilən şəxsla həll edəcəyini, pulu isə hissə-hissə verəcəyini görüş zamanı bildirmişdir. Bir neçə gün sonra Hövsan qəsəbəsində “Yeddi gözəl” parkının yanında arvadı Təzəgül Elçinlə görüşüb ilkin olaraq ona 1300 manat pul vermişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs onların yaşadığı evə gəlib hissə-hissə Şahid2 pulları almışdır. İlk danışıq zamanı Təqsirləndirilən şəxs onlara Vüsalın 6 aya işə başlayacağına vəd vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayında oğlunun əmrinin hazır olduğunu deyərək, işin yekunlaşması adı ilə onun adına olmaqla özünə “Samsung A50” markalı mobil telefon aldırmışdır. 2019-cu ilin oktyabr ayından sonra Təqsirləndirilən şəxs onun arvadı Təzəğül Fərzəliyevadan hərbi forma alınması, notariat sənədlərinin hazırlanması adı ilə həmin ilin noyabr və dekabr aylarında hissə-hissə əlavə 400 manat məbləğində də pul almışdır. Təqsirləndirilən şəxs ümumilikdə arvadı Təzəğül Fərzəliyevadan cəmi 4400 manat nağd şəkildə pul almış, “xxxx” adlı mağazada onun adına rəsmiləşmiş 688 manat məbləğində mobil telefonu da onlara aldırmışdır. Təqsirləndirilən şəxs ümumilikdə onların 5088 manat məbləğində əmlakını ələ keçirmişdir. Sonradan Elçinin atası Şahid11 əvvəlcə onlara hissə-hissə olmaqla 1600 manat, sonra 300 və 300 manat, ən sonda isə 1000 manat pul qaytarmış, 2000 manat pulu isə bu günə qədər qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdİ ki, 2019-cu ilin avqust ayının əvvəllərində oğlu Şahid4 Xarici Kəşfiyyat Xidmətində işləyən Təqsirləndirilən şəxs 5000 manat pul müqabilində onu işə düzəldə biləcəyini demişdir. Təqsirləndirilən şəxs oğlu Şahid4 mobil telefonla zəng vuraraq bu barədə bildirmişdir. O da, əri Şahid1lə birlikdə Təqsirləndirilən şəxsla görüş təyin etməyi Vüsala demişdir. Bundan sonra o, əri Mübariz və oğlu Vüsal birlikdə Hövsan qəsəbəsində yerləşən «təzə park» adlanan yerdə Təqsirləndirilən şəxsla görüşmüşlər. Görüş zamanı da Təqsirləndirilən şəxs özünü Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olaraq təqdim etmiş və X5 Xidmətinə işə düzəldəcəyini demişdir. Bunun üçün Elçin onlardan 5000 manat pul istəmiş, o isə, həmin vaxt ona bu qədər pul verə bilməyəcəyini bildirmişdir. Həmin vaxt Elçin mobil telefonla kiminləsə danışmaq üçün kənara çəkilmiş, danışandan sonra Elçin onlara 4000 manata oğlu Vüsalı işə düzəldəcəyini, qalan 1000 manat pulu da işə düzələndən sonra verməli olduqlarını bildirmişdir. Bundan sonra onlar oğlu Vüsalın normal işinin olması üçün, həmçinin Təqsirləndirilən şəxs tanıdıqları üçün, yəni atasının da qəsəbədə yerləşən poliklinikada diş həkimi olaraq işlədiyini bildiklərindən, Elçinin özünün də Xarici Kəşfiyyat Xidmətində işlədiyinin əvvəldən şahidi olduqlarından razılaşmışlar. Parkda görüş zamanı o, Təqsirləndirilən şəxs pulu tam yox, hissəhissə verə biləcəyini bildirmiş və Elçin də onunla razılaşmışdır. Əri Şahid1 15 gün işdə olduğu üçün Təqsirləndirilən şəxsla bütün danışıqları özü aparmış və bütün pulları da ona özü vermişdir. Danışıq olan görüşdən bir neçə gün sonra Hövsan qəsəbəsində yeddi gözəl kimi tanınan parkın yanında o, Təqsirləndirilən şəxsla təkbətək görüşmüş, görüş zamanı Elçinə 1300 manat pul vermişdir. Həmin görüş zamanı Elçin ondan pulu götürdükdən sonra idarəyə gedəcəyini demişdir. O, ümumiyyətlə Elçini həmişə mülki geyimdə görmüş, heç vaxt formada görməmişdir. Bundan sonra 2019-cu ilin dekabr ayına qədər əlavə olaraq hissə-hissə Təqsirləndirilən şəxs şəxsən özü 3100 manat pul vermişdir. Qalan görüşlər isə onun yaşadığı evdə olmuş, Elçin pulu götürmək üçün hər dəfə onlara gəlmişdir. O, ümümilikdə oğlu Vüsalın işə düzəlməsi üçün Elçinə 4400 manat pul vermiş, ilk olaraq 1300 manat, sonralar isə hər dəfə hissə-hissə 500, 500, 300, 200, 200, 200, 300, 300, 200, 200 və 200 manat pullar vermişdir. O, hər dəfə Elçinə pul verdikdə qeydiyyat dəftərində qeyd aparmışdır. 2019-cu ilin oktyabr ayında Elçin ona zəng edərək Vüsalın işinin artıq yekunlaşdığını, yaxın günlərdə əmrin çıxacağını bildirərək ondan şirinlik kimi əlavə olaraq “Samsung A50” markalı mobil telefon almasını demişdir. Bundan sonra o, əri Şahid1 kreditə mobil telefon götürməsini demişdir. Əri Mübariz öz adına Hövsan qəsəbəsində yerləşən “xxxx” mağazasından qeyd olunan telefonu kreditlə almış və telefonun ümumi dəyəri 688 manat olmuşdur. Həmin mobil telefonu o, Təqsirləndirilən şəxs göndərdiyi taksi sürücüsü ilə Elçinə göndərmişdir. Ümumilikdə mobil telefonla birlikdə o, Təqsirləndirilən şəxs 5088 manat pul vermişdir. 2020-ci ilin yanvar ayında artıq o, Təqsirləndirilən şəxs hərəkətlərindən şübhələnməyə başlamış və bu barədə qardaşı Şahid3 demişdir. Qardaşı Şahid3 isə ona həmin şəxsin dələduzluq etdiyini və onları aldatdığını demişdir. Bundan sonra qardaşı Şahid3 Təqsirləndirilən şəxs barədə Xarici Kəşfiyyat Xidmətinə şikayət etmiş, şikayət olunmamışdan əvvəl də o, Elçinin Hövsan qəsəbəsində yerləşən poliklinikada diş həkimi işləyən atası Şahid11la görüşmüş, sonuncu, oğlu Elçinlə münasibətinin olmadığını, buna baxmayaraq hər ay onlara 300 manat pul verəcəyini demişdir. Şahid11 əvvəlcə onlara hissə-hissə olmaqla 1600 manat, sonra 300 və 300 manat, ən sonda isə 1000 manat pul qaytarmış, 2000 manat pulu isə bu günə qədər qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 valideynləri Şahid1 və Şahid2 ifadələri ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində bildirdi ki, Şahid4 onun bacısı oğludur. 2020-ci ilin yanvar ayında bacısı Şahid2 ona başına gələn hadisə barədə danışaraq Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayında Vüsalı 5000 manat pul müqabilində onu Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində növbətçi hissəyə hərbi qulluqçu kimi xidmətə qəbul etdirə biləcəyini, həmçinin özünün hələ də həmin Xidmətdə çalışdığını bildirərək dediklərinə inandırmışdır. Təqsirləndirilən şəxs bacısı Şahid2, bacısının əri Şahid1 və oğlu Şahid4lə görüşərək razılaşmış, bundan sonra bacısı Təzəgül Hövsan qəsəbəsində Təqsirləndirilən şəxs ilkin olaraq 1300 manat, qalan pulu isə hissə-hissə yaşadığı evdə vermişdir. Bacısının sözlərindən bilmişdir ki, ümumilikdə bacısı Təzəgül Təqsirləndirilən şəxs 4400 manat pulu hissəhissə vermişdir. Bundan başqa, Elçin işin yekunlaşmasını bəhanə edərək, həmin puldan əlavə Şahid1 adına “xxxx” adlı mağazadan 688 manat məbləğində mobil telefonu kreditlə aldırmışdır. Ümumilikdə Təqsirləndirilən şəxs Şahid4 Xarici Kəşfiyyat Xidmətində xidmətə qəbul etdirmək adı ilə bacısı Şahid2 5088 manat məbləğində əmlakını ələ keçirmişdir. Bacısı Şahid2 bütün bunları ona danışdıqdan sonra o, Təqsirləndirilən şəxs anket məlumatlarını öyrənib Xarici Kəşfiyyat Xidmətinə getmiş və orada sonuncu barədə maraqlanmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinə görə 2018-ci ilin noyabr ayında ehtiyata buraxıldığını öyrənmişdir. O, bacısı Təzəgülə Təqsirləndirilən şəxs onları aldatdığını demişdir. Məhkəmə iclasında dindirilən Şahid6 ifadəsində bildirdi ki, 2016-cı ilin yanvar ayından 2017-ci ilin iyul ayınadək Dövlət Təhlükəsizlik Xidmətində müddətli həqiqi hərbi xidmətdə olmuş, həmin dövrdə 2016-cı ilin mart ayından 2017-ci ilin iyul ayınadək Xarici Kəşfiyyat Xidmətinə ezam olunmuşdur. Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdə olduğu vaxtdan tanımışdır. Elçin 2016-cı ilin sentyabr ayında Xarici Kəşfiyyat Xidmətində növbətçi köməkçisi vəzifəsinə müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi xidmətə qəbul olunmuş, hərbi xidmətdə olduğu vaxt Təqsirləndirilən şəxs ona qarşı mehriban münasibət göstərdiyi üçün təxris olunarkən Elçinin əlaqə telefonunu götürmüşdür. Sonradan ara-sıra bayram günlərində Elçinlə əlaqə saxlayıb bayramını təbrik etmiş, hal-əhval tutmuşdur. 2018-ci il dekabr ayının sonlarında o, Təqsirləndirilən şəxs “Vhatsapp”la sms yazaraq yeni il bayramı münasibətilə təbrik etmişdir. Həmin gün yazışarkən Elçin onun mühafizəçi işlədiyini bilmiş, onu Xarici Kəşfiyyat Xidmətinin Məxfi Müşahidə bölməsinə işə düzəldə biləcəyini və bunun üçün təxminən 10.000 manatdan nisbətən az məbləğdə pul lazım olduğunu demişdir. Həmin vaxt Elçinə o qədər pulu olmadığını və ailəsinin maddi vəziyyətinin pis olduğunu demişdir. Həmin ərəfədə bu barədə atası Rizvan və əmisi Loğmana demiş, onlar əvvəlcə tərəddüd etmişlər. O, atası və əmisinə Təqsirləndirilən şəxs Xarici Kəşfiyyat Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi vəzifədə olduğunu demişdir. 2019-cu ilin yanvar ayının əvvəlində Elçin ona “Whatsapp”la sms yazaraq işə düzəlmək istəyi olubolmaması ilə maraqlanmış, o, dediyi məbləğdə pulu olmadığını söylədikdə, Elçin kiminləsə danışdığını və 5000 manat müqabilində onu həmin xidmətə işə düzəldə biləcəyini bildirmişdir. O, ailə üzvlərinin işə düzəlmək məsələsində narahat olduqlarını Elçinə demiş, sonuncu isə ailə üzvləri ilə görüşməyi təklif etmişdir. Həmin ərəfədə o, əmisi Loğmanla Hövsan qəsəbəsinə gedərək “Aqil” marketin yaxınlığında Elçinlə görüşmüş, orada küçədə dayanıb söhbət etmişlər. Elçin onu Xarici Kəşfiyyat Xidmətinin Məxfi Müşahidə bölməsinə müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi xidmətə qəbul etdirə biləcəyinə inandırmış və 6 ay sonra işə qəbul edilməsi barədə əmr veriləcəyini demişdir. Orada Elçinə ailə üzvləri ilə məsləhətləşdikdən sonra xəbər edəcəklərini bildirmişlər. O, ailə üzvləri ilə məsləhətləşdikdən sonra Elçinə etibar etdikləri üçün işə düzəlmək məqsədi ilə pul vermək qərarına gəlmişlər. Elçin həmin ərəfədə tez-tez onunla əlaqə saxlayıb pul barədə maraqlanmışdır. 09 yanvar 2019-cu il tarixdə anası Şahid9 “Azərtürkbank”dan öz adına 3000 manat kredit götürüb ona vermiş və iki-üç gün sonra Elçin yenidən onunla əlaqə saxladıqda o, yalnız 3000 manat pul düzəldə bildiyini demişdir. Təxminən bir gün sonra Elçin onunla əlaqə saxlayaraq onun işini 3000 manata danışdığını, lakin işə çıxandan sonra rəhbər şəxslərə qonaqlıq da vermək lazım olduğunu demiş, o da, etiraz etməmişdir. Həmin günün səhəri o, Elçinlə Hövsan qəsəbəsində “Aqil” marketin yanında görüşmüş və onu işə düzəltməsi üçün tələb etdiyi 3000 manat pulu Elçinə vermişdir. Bir neçə gün sonra Elçin ona məxsus şəxsiyyət vəsiqəsini, hərbi biletini, eləcə də ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin əsillərini ondan almış, bir neçə gün sonra sənədlərin əsillərini qaytarmışdır. Təxminən ay yarım sonra Elçin onu vəd etdiyi işə düzəltmək üçün əlavə pul lazım olduğunu deyərək, ondan 1000 manat əlavə pul istəmişdir. O, həmin vaxt Elçinə pulunun olmadığını demiş, Elçin isə özündə pul olduğunu, onun yerinə 1000 manat pul verəcəyini, həmin məbləği ona hissə-hissə qaytarmasını demiş, o da, razılaşmışdır. Bir neçə ay müddətində təxminən 2019-cu ilin iyul ayınadək hissə-hissə, yəni hər dəfə 200 manat olmaqla ümumilikdə 1000 manat Elçinə pul vermişdir. Həmin pulları Elçinə adətən Hövsan qəsəbəsi ərazisində vermiş, sonuncu dəfə isə 200 manatı Elçinə dostu Rəşadla birlikdə «28 May» metrostansiyasının köhnə çıxışı yaxınlığında “LC Waikiki” adlı paltar mağazasının qarşısında vermişdir. Daha sonra Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmiş, onu işə düzəltməmiş və müxtəlif bəhanələr gətirərək ondan aldığı pulları geri qaytarmamışdır. Hətta əmisi Loğman da Elçindən pulları geri almaq üçün dəfələrlə əlaqə saxlamış, lakin Elçin pulu qaytarmamışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs onun tanışı Şahid7 da eyni vəd və üsulla aldadıb, etibarından suiistifadə edərək pulunu ələ keçirdiyini bilmişdir. Məhkəmə iclasında dindirilən Şahid5 Şahid6 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilən Şahid7 ifadəsində bildirdi ki, Şahid6 ilə birlikdə Bayıl qəsəbəsində yerləşən 163 saylı orta məktəbdə eyni sinifdə oxumuş və dost olmuşlar. Orta məktəbi bitirdikdən sonra 06 iyul 2016-cı il tarixdən 01 yanvar 2018-ci il tarixədək Milli Qvardiyada, Pünhan isə Xarici Kəşfiyyat Xidmətində həqiq hərbi xidmətdə olmuşdur. 03 mart 2019-cu ildə “xxxx”MMCdə mühafizəçi kimi xidmətə qəbul olunmuş və “Milli Onkologiya Mərkəzi”nin cərrahiyə şöbəsində mühafizəçi kimi işləyir. Hazırda Pünhan da onun iş yoldaşıdır. Təqsirləndirilən şəxs dostu Şahid6 vasitəsilə tanımışdır. Belə ki, 2019-cu ilin yanvar ayının sonlarında Pünhanla söhbət edərkən, sonuncu, ona həqiqi hərbi xidmətdə olduğu vaxtdan tanıdığı, Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olan Təqsirləndirilən şəxs onu Xarici Kəşfiyyat Xidmətinin Məxfi Müşahidə Agentliyinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəlməyə köməklik etdiyini, həmçinin Təqsirləndirilən şəxs həmin xidmətə işə düzəlmək istəyən etibarlı bir tanışı olub-olmaması ilə maraqlandığını demişdir. Pünhan işə düzəlmək üçün Təqsirləndirilən şəxs pul verdiyini, lakin hansı məbləğdə pul verməsini deməmişdir. Həmin vaxta kimi o, Təqsirləndirilən şəxs əyani olaraq tanımamış, ona görə də, Pünhana onu Elçinlə görüşdürməsini demişdir. Həmin ərəfədə o, Pünhanla birlikdə Təqsirləndirilən şəxsla ilk dəfə Hövsan qəsəbəsində görüşüb söhbət etmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs özünü ona Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı kimi təqdim etmiş, lakin ona xidməti vəsiqəsini göstərməmiş və özü də mülki formada olmuşdur. O, iş barədə soruşduqda, Elçin 5000 manat pul müqabilində onu Xarici Kəşfiyyat Xidmətinə Məxfi Müşahidə Agentliyinə işə düzəldə biləcəyini söyləmişdir. O, konkret hansı vəzifəyə işə düzəldəcəyini və əmək haqqının nə qədər olacağınını soruşduqda, Elçin Agentlikdə müxtəlif vakant vəzifələr olduğunu, əmək haqqının minimum 700-800 manat olacağını, lakin ezamiyyət xərci, qan pulu və sair formada əmək haqqına əlavələr də ediləcəyini demişdir. O, 5000 manat pulun yüksək məbləğ olduğunu və ailəsi ilə məsləhətləşdikdən sonra əlaqə saxlayıb qərarını açıqlayacağını Elçinə demişdir. Elçin də ona pulun məbləği ilə bağlı kiminləsə danışacağını və daha az məbləğə mümkün olarsa ona məlumat verəcəyini bildirmişdir. O, evə getdikdən sonra bu barədə atası Şahid8 ilə danışmış, atası Elçinlə görüşüb əyani söhbət etmək istədiyini bildirmişdir. Həmin gün axşam saatlarında Elçin ona zəng edərək kiminləsə danışdığını və 4000 manat pul müqabilində onu vəd etdiyi həmin işə düzəldə biləcəyini demişdir. O, məbləği atasına dedikdən bir neçə gün sonra atası Şakir və dostu Pünhanla birlikdə “Səməd Vurğun” adına parkda Təqsirləndirilən şəxsla görüşmüşlər. Orada söhbət zamanı Elçin onun atasına da özünü Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı kimi təqdim etmiş və onu düzəldəcəyi iş barədə atasına da məlumat vermişdir. Həmin vaxt Elçin həmin işi Xarici Kəşfiyyat Xidmətində işləyən əmisi vasitəsilə həll etdiyini, özü həmin işdə sadəcə vasitəçi olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs onlara əmisi kimi təqdim etdiyi qohumunun adı, soyadı, vəzifəsi və rütbəsi barədə heç bir söz deməmişdir. Atası Şahid8 pulu Elçinə yalnız notariat qaydasında sənədləşdirməklə verə biləcəyini söyləmiş, Elçin də razılaşmışdır. Həmin gün axşam saatlarında Elçin ona zəng edərək şəxsiyyət vəsiqəsini, hərbi biletini, attestatını, doğum haqqında şəhadətnaməni və ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələrini, həmçinin 150 manat pulu təcili ona çatdırmasını demiş, o da, artıq Elçinə tam inandığı üçün həmin gün saat 22 radələrində Pünhanla birlikdə Zığ şossesinə gedərək “Cəmşid Naxçıvanski” adına hərbi liseyin yaxınlığında Elçinlə görüşüb, orada Elçinə tələb etdiyi sənədlərin əslini və 150 manat pulu vermişdir. Bir-iki gün sonra Elçinə 4000 manat pul vermiş, həmin pulun verilməsini Bakı şəhəri 3 saylı «Asan xidmət»də fəaliyyət göstərən notariat kontorunda atası Şakirlə Təqsirləndirilən şəxs arasında borc müqaviləsi kimi rəsmiləşdirmişlər. Lakin əsl həqiqətdə onlar həmin pulu Elçinə onu Xarici Kəşfiyyat Xidmətinə işə düzəltməsi məqsədi ilə vermişlər. Həmin gün Təqsirləndirilən şəxs ondan əsillərini aldığı bütün sənədləri qaytarmışdır. Bir neçə gün sonra Elçinin tələbi ilə ona tərcümeyi-halını və qohumluq əlaqələrinə dair məlumatları yazılı şəkildə vermişdir. Təxminən iki həftə sonra Təqsirləndirilən şəxs guya onun sənədlərinin araşdırıldığını və hansısa problem yarandığını deyərək, işinin düzəlməsi üçün ondan hissə-hissə olmaqla pul istəməyə başlamışdır. Belə ki, həmin vaxtdan 2019-cu ilin iyul ayınadək olan müddət ərzində eyni məqsədlə Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ümumilikdə əlavə 600 manat pul vermişdir. Elçin həmin pulları 200 manat olmaqla 3 dəfəyə ondan almış, sonuncu dəfə 200 manat pulu Pünhanla birlikdə Təqsirləndirilən şəxs “28 May” metrosunun çıxışı yaxınlığında yerləşən “LC Waikiki” adlı paltar mağazasının qarşısında vermişdir. Daha sonra Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək onu işə düzəltməmiş və müxtəlif bəhanələr gətirərək ondan aldığı pulları geri qaytarmamışdır. Məhkəmə iclasında dindirilən Şahid8 Təqsirləndirilən şəxsla oğlunun işə düzəlməsi ilə bağlı görüşdüyünü və ona 4000 manat pulu şəxsən verdiyini bildirərək, oğlu Şahid7 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid X2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində şahidlər Şahid7 və Şahid8 məhkəmə iclasında verdiyi ifadələrlə oxşar məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqi 46-49). Məhkəmə iclasında Təqsirləndirilən şəxs atası Şahid11 şahid qismində verdiyi ifadəsində bildirdi ki, oğlu Elçin əvvəllər Xarici Kəşfiyyat Xidmətində baş çavuş rütbəsində işləmiş, sonradan işdən çıxarılmışdır. Onun işdən çıxarılmasının səbəbi ona bəlli deyildir. Şahid7 və Şahid6, nə də ki, onların ailəsini tanımır, onlarla heç bir əlaqəsi yoxdur. Rəşadın atası Şakir bir dəfə onun iş yerinə gəlmiş, oğlu Elçinin Rəşadı da işə düzəltmək adı ilə aldadıb pullarını aldığını, işə düzəltmədiyini, pulu da qaytarmadığını demişdir. Oğlu Elçin hələ həbs edilməmişdən qabaq işləyib hər ay 200 manat verəcəyini Şakirlə razılaşmışdır. Sonradan Elçin həbs olunduğu üçün Şakirin pulunu verə bilməmişdir. Ancaq Şahid2 tanımış və ona dəymiş maddi ziyanı özü tam şəkildə ödəmişdir. Belə ki, 2020-ci ilin yanvar ayında Təzəgül onun iş yerinə gələrək oğlu Elçinin Vüsalı işə düzəltmək adı ilə aldadıb pullarını ələ keçirdiyini bildirmiş və pulu qaytarmağı tələb etmişdir. Bundan bir ay sonra işlədiyi polknikikanın qarşısında yerləşən aptekin qarşısında o, Şahid2 şəxsən özünə 300 manat, fevral ayının əvvəlində yenə həmin aptekin qarşısında 300 manat Təzəgülün əri Mübarizə vermişdir. Fevral ayının sonu polklinikanın həyətində Təzəgülə 1000 manat vermiş, mart ayının 2də yenə poliklinikanın həyətində Təzəgülün özünə 3300 manat pulu vermişdir. O, bu vaxta kimi Təzəgülə cəmi 4900 manat pul vermişdir. Ancaq Təzəgül ondan aldığı pulların məbləğini azaldır, bankdan götürdüyü pulun faizlərini də ondan almaq istəyir. Məhkəmə iclasında Şahid12 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, 1994-cü ildən 2020-ci ilin mart ayına kimi Xarici Kəşfiyyat Xidmətində Baş İdarə rəisinin müavini vəzifəsində işləmiş, polkovnik rütbəsində olmuşdur. 2020-ci ilin mart ayında öz ərizəsi ilə işdən çıxmış, hazırda ehtiyatdadır. Təqsirləndirilən şəxs atası Şahid11 onun əmisi oğludur. Elçin də Xarici Kəşfiyyat xidmətində baş çavuş rütbəsində işləmiş və vaxtı ilə onun işə düzəlməsinə məsləhəti olmuşdur. Təqsirləndirilən şəxs işdən çıxmasına səbəb onun işdə bir neçə nəfərdən borc alması və qaytarmaması ilə bağlı şifahi şikayətlər olmuşdur. Bu xəbər ona çatanda Elçinə raportunu yazıb işdən çıxması xəbərini göndərmişdir. Təqsirləndirilən şəxs işdən xaric olunandan sonra onun bir neçə nəfər şəxsi aldadıb, onları Xarici Kəşfiyyat Xidmətinə işə düzəldəcəyi adı ilə etibarından sui-istifadə edərək pullarını ələ keçirməsi xəbərini eşitmişdir (cild 2, iş vərəqi 181-183). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 09 sentyabr 2020-ci il tarixli protokola əsasən, Şahid2 ifadəsi yerində yoxlanılmış, həmin istintaq hərəkəti zamanı Şahid2 Təqsirləndirilən şəxsla ilk dəfə görüşüb 1300 manat pul verdiyi Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən «Yeddi gözəl» parkını və Təqsirləndirilən şəxs 3100 manat pul verdiyi Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, 29 saylı binanın 6-cı blokunu göstərməklə, istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 2, iş vərəqi 161-163). Cinayət işinə əlavə edilmiş 10 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid6 ifadəsi yerində yoxlanılmış, bu zaman Şahid6 Təqsirləndirilən şəxsla ilk dəfə görüşüb ona pul verdiyi Hövsan qəsəbəsi, Dənizkənarı küçəsini və Təqsirləndirilən şəxs yenə pul verdiyi Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsində yerləşən LC Waikiki paltar mağazasının qarşısını göstərməklə istintaqa verdiyi sərbəst ifadəsini təsdiq etmişdir. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 2, iş vərəqi 174-176). Cinayət işinə əlavə edilmiş 10 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid7 ifadəsi yerində yoxlanılmış, bu zaman Şahid7 Təqsirləndirilən şəxsla ilk dəfə görüşüb ona hissəhissə pul verdiyi Hövsan qəsəbəsi, Dənizkənarı küçəsini, Zığ şossesində yerləşən Cəmşid Naxçıvanski adına liseyin yaxındığında yenə pul verdiyi yeri və Yasamal rayonu, X9 küçəsində yerləşən ASAN-3 xidmətində Təqsirləndirilən şəxs 4000 manat pul verdiyi yerləri göstərməklə, istintaqa verdiyi sərbəst ifadəsini təsdiq etmişdir. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 2, iş vərəqi 168-170). İş materiallarında olan 10 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid8 ifadəsi yerində yoxlanılmış, bu zaman Şahid8 Təqsirləndirilən şəxsla ilk dəfə görüşdüyü Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən «Səməd Vurğun» adına parkı və Yasamal rayonu, X9 küçəsində yerləşən ASAN-3 xidmətində Təqsirləndirilən şəxs 4000 manat pul verdiyi yerləri göstərməklə, istintaqa verdiyi sərbəst ifadəsini təsdiq etmişdir İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 2, iş vərəqi 164-165). Cinayət işinə əlavə edilmiş 09 iyun 2020-ci il və 23 iyun 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokollardan görünür ki, «xxxx» MMC-dən daxil olmuş zənglər siyahısına və Şahid7 istintaqa təqdim etdiyi mobil telefonun «WhatsApp» ani mesajlaşma proqramının mobil əlavəsində adı “Elçin” kimi qeyd edilmiş 050 200-16-07 saylı nömrə ilə aparılmış “SMS” yazışmalarının mətninə baxış keçirilmişdir. Həmin yazışmaların mətninə əsasən, göndərilmiş SMSlərdə Şahid4 və anası Şahid2 Təqsirləndirilən şəxs işə düzəlmək adı ilə verdiyi pulu tələb edir, bundan başqa Təqsirləndirilən şəxs Şahid7 işə düzəltmək adı ilə pul almış, Təqsirləndirilən şəxs verdiyi vədə əməl etmədiyi üçün Şahid7 ondan pulunu tələb edir. Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək pulu qısa müddətdə qaytaracağını bildirir. Həmçinin SMS-lərdən aydın olur ki, Təqsirləndirilən şəxs Şahid6 də işə düzəltmək adı ilə pul almış və müxtəlif bəhanələr gətirərək həmin pulu da qaytaracağını bildirir (cild 1, iş vərəqi 201-203, cild 2, iş vərəqi 10-18). Cinayət işində olan 26 fevral 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur (cild 1, iş vərəqi 49). Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş cinayətlərdir. Təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4cü maddəsinə əsasən isə, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinin tələbinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2-ci maddəsində əlavə cəza nəzərdə tutulmasa da, CM-nin 46.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla ona həmin maddə ilə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin əvvəli hazırkı iş üzrə tutulduğu 08 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxtdan hal-hazıra qədər təqsirləndirilən şəxs həbsdə saxlanılır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 08 iyul 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə həmin Məcəllənin 46.2-cı maddəsinə əsasən, 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 2 (iki) il müddətə, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-333/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-333/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver