Məhkəmə qərarları › İş №1(101)-333/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-333/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-333/2023 06.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçilər X1 Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və onun nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə xx xxxxxxxx 2003-cü il tarixdə Xocalı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmuş, Xocalı rayonu Xocalı şəhərində qeydiyyatda olub, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış massivi, ev 3-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs ilə birlikdə 2 iyun 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Elşən Məhərrəmli küçəsində yerləşən «Friends» adlı çay evində ortaq tanışlarına məclis təşkil edib onlara qonaqlıq verdikdən sonra hesaba görə obyektə qalan borclarını birgə ödəməklə bağlı öz aralarında razılaşmalarına baxmayaraq, sonrakı günlərdə onun tələblərinə məhəl qoymayıb öhdəsinə düşən payı verməkdən yayınması səbəbindən «Friends» adlı çay evinin icarədarı X8 qarşısında borclu duruma düşməsində Zərərçəkmiş şəxs səbəbkar olduğunu cüzi səbəb kimi bəhanə edib ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə öz şəxsiyyətini sonuncunun şəxsiyyəti fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədilə heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik soyuq silah hesab olunan ümumi təyinatlı qatlanan tipli ov bıçağı ilə silahlanaraq 9 iyun 2022-ci il tarixdə saat 20:40-da görüşüb söhbət etmək bəhanəsi ilə Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisinə aid olan Abşeron rayonu Məmmədli kəndi, Zabrat-Kürdəxanı şosesində, Məmmədli dairəsinin dairəsinin sağ tərəfində yerləşən Zavod küçəsi adlanan ərazidəki boş torpaq sahəsinə dəvət edib, onunla bu məzmunda aralarında baş vermiş sözlü mübahisənin təşəbbüskarı kimi sonuncunun pulunun olmaması səbəbindən borcunu ödəyə bilmədiyini bir daha bildirməsindən əsassız olaraq hiddətlənərək öz cinayətkar niyyətini həyata keçirməkdən ötrü qabaqcadan özü ilə götürüb şalvarının kəmərində gizlədərək gəzdirdiyi soyuq silah hesab edilən həmin bıçağı çıxardaraq qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs bədən səthinə bir dəfə zərbə vurub ona qarının ön divarının qarın boşluğuna nüfuz edərək mədənin yaralanmasına səbəb olan baş vermiş çoxlu qanitirmə nəticəsində ölümü ilə birbaşa səbəbli əlaqəli canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik 1 (bir) ədəd deşilmiş-kəsilmiş xəsarət yetirərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.2 və 228.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə hadisədən bir-iki ay əvvəl təsadüfən tanış olmuşdur. Aralarında səmimi münasibət yarandığından özünə məxsus sosial şəbəkədə olan səhifəsini ona vermişdir. Həmin vaxtdan etibarən Sübhan ilə əlaqə saxlayıb hal-əhval tutmuşdur. 2022-ci ilin may ayının sonlarında dostları ilə birlikdə Ramana qəsəbəsində yerləşən «Friends» kafesində pivə içmiş və onun həmin kafeyə 100 manat borcu qalmışdır. Kafeni işlədən Sarvan adlı şəxsə maaşını alan kimi borcu bağlayacağını bildirib, ona vaxt verilməsini xahiş etmişdir. Həmin gün Sübhan onun yanında olmamışdır. Təxminən iyun ayının 2-də Sübhanla bir yerdə olan zaman qərara gəlmişlər ki, dostları ilə birlikdə həmin kafedə əyləşib pivə içsinlər. Sübhanla hesabı ikisi yarı-yarıya ödəyəcəkləri barədə razılaşmışlar. Həmin gün günorta saatlarında «Friends» kafesinə yığışmış və axşam saat 21-22 radələrinə qədər birlikdə əylənib pivə içmişlər. Hesabı verə bilməyəcəklərini görüb Sübhanla birlikdə «Neftçilər» metrostansiyası yaxınlığında yerləşən lombarda gedib özünə məxsus «Redmi» markalı telefonunu Sübhanın şəxsiyyət vəsiqəsi ilə girov qoyub 100 manat pul götürmüşdür. Həmin pulun 60 manatı özü üçün saxlamış, 40 manatını isə gətirib kafeni işlədən Sarvana vermişdir. Onların kafeyə 153 manat borcu qalmışdır. Sarvana həmin pulu tez bir zamanda çatdıracağını demişdir. Sübhan ona 153 manat pulu qaytarmaqda köməklik edəcəyini, səhəri günü pul tapıb telefonu lombarddan çıxardacağına söz vermişdir. Səhəri gün Sübhana zəng vurmuş, lakin, sonuncu pulu düzəldə bilmədiyini demişdir. Odur ki, əlacsız qalıb atası Rövşənə bu barədə bildirmişdir. Atası ondan Sübhanın telefon nömrəsini götürüb yığmışdır ki, birlikdə gedib telefonu götürsünlər. Lakin Sübhan atasını Ramana qəsəbəsində yerləşən Gülçülük sovxozuna dəvət etmiş, bir neçə saat atasını orada gözlətdikdən sonra gəlib öz şəxsiyyət vəsiqəsini atasına verib onunla gedə bilməyəcəyini bildirib, lombarda zəng vurub xahiş etmişdir ki, telefonu atası Rövşənə versin. Atası Sübhanın şəxsiyyət vəsiqəsi ilə 120 manat pul ödəyib telefonunu lombarddan götürmüşdür. Bundan sonra Sübhana zəng vurub nə səbəbə atası ilə hörmətsiz davrandığını soruşduqda, Sübhan ona pul tapa bilmədiyini, utandığı üçün belə etdiyini bildirmişdir. Sübhanın işsiz olmasını nəzərə alıb, ona çox da təzyiq etməmişdir. Sonrakı günlərdə kafeni işlədən Sarvan pulunu istədiyini görüb Sübhana bu barədə bildirmişdir. Sübhan isə hər dəfə müxtəlif bəhanələr gətirib pulu ödəməkdən yayınmış və bununla da kifayətlənməyərək Xəyal adlı tanışının yanına gedib, güya onun Sübhandan pul tələb etdiyini bildirmişdir. Xəyal ona zəng vurub Sübhanı hansı səbəb görə sıxdığını, ondan pul tələb etdiyini soruşduqda, Xəyala bildirmişdir ki, Sübhanı sıxmamış, sadəcə sakit şəkildə borcunu ödəməsini istəmişdir. Sübhan ona yalan danışmış, verdiyi sözə əməl etmədiyi üçün onun kafeyə borcu qalmışdır. Sübhana görə Sarvan adlı şəxsin yanında pis olmuşdur. Xəyal ona: «çalışın mehriban olun, söhbəti sakit şəkildə öz aranızda həll edin» deyə məsləhət vermişdir. Bundan sonra da Sübhan hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmış, onunla kobud danışmış və «İnstagram» sosial şəbəkəsində olan profilinə nalayiq ifadələr, söyüşlü smslər göndərmişdir. Bununla belə onunla dava etməmiş, yalnız telefon vasitəsi ilə sözlü mübahisə etmişdir. 9 iyun 2022-ci il tarixdə günorta saatlarında telefonuna baxanda görmüşdür ki, «İnstagram» sosial şəbəkəsində Sübhan ona: «sən düzgünlükdən danışırsan, amma elədiyin hərəkətlər səhvdir, sən q......n» məzmununda sms-lər yazdığını görmüşdür. Sübhana cavab yazmasa da, onun bu hərəkətindən bərk əsəbləşmişdir. Həmin gün saat 17 radələrində tanışı Şahid1 ilə Koroğlu metro stansiyasının yaxınlığında görüşüb ayaqqabı almaq üçün birlikdə 28 May metrostansiyasına getmiş və sonradan birlikdə Adilgilin həyətində qayıtmışlar. Adil ayaqqabısını evə qoyandan sonra ondan bir qədər piyada gəzişəndən sonra onu evlərinə tərəf yol salmasının xahiş etmişdir. Adil yolda onun telefonundan «Ceka» ləqəbli tanışına zəng vurmuş və onlar bulağın yanında «Ceka» ilə rastlaşmışlar. Həmin vaxtı «Friends» kafesini işlədən Sarvan ona zəng vurmuş, onunla aqressiv şəkildə danışaraq borcunu ödəməyini tələb etmişdir. Odur ki, Sübhana zəng vurub kafeyə olan borcu ilə əlaqədar görüşmək istədiyini bildirmişdir. Sonuncu pulu qaytarmaq əvəzinə, ona söyüşlü «sms» göndərmişdir. Adilə təklif etmişdir ki, onunla bir yerdə Sübhan ilə görüşə getsin. Təxminən saat 19 radələrində istifadəsində olan ***-***-**-** nömrəli telefonundan Sübhanın istifadəsində olan nömrəyə zəng vurub, ondan harada olmasını soruşmuşdur. Sonuncu Məmmədli kəndində olduğunu demişdir. Sübhanın şübhələnməməsi üçün onunla mehriban danışmışdır. Məqsədi görüşüb, işlətdiyi söyüşlərə görə onu bıçaqla vurub cəzalandırmaq olmuşdur. Adil ondan nə baş verdiyini, nə üçün Sübhanı axtardığını soruşduqda, onunla işi olduğunu demişdir. Həmin vaxt hadisə zamanı istifadə etdiyi açılıbqatlanan bıçaq üzərində olmuşdur. Həmin bıçağı təxminən iki ay əvvəl, hazırda xatırlamadığı internet səhifəsindən xoşu gəldiyi üçün sifarişlə 40 manat almışdır. Üstündə bıçaq olmasından Adilin və «Ceka» ləqəbli şəxsin xəbəri olmamışdır. «Bolt» taksi xidməti vasitəsi ilə taksi çağırmış, bir qədər sonra «Toyota Prius» markalı avtomobil qeyd etdikləri ünvana çatmışdır. O, maşında qabaq sağ tərəfdə sərnişin oturacağında əyləşmiş, Adil və «Ceka» ləqəbli şəxs isə arxa oturacaqda əyləşmişlər. Yolda bir daha Sübhana zəng vurub harada olduğunu soruşmuş, sonuncu Məmmədli dairəsində yolun kənarında dayandığını demişdir. Danışığı bitirəndən sonra Adilə: «baxarsız, onu peysər çıxardacam» demişdir. Sonuncular ondan nə baş verdiyini soruşanda: «baxıb özünüz görərsiz»-deyə cavab vermişdir. Təxminən saat 20:35-də onlar Məmmədli dairəsini çatmışlar. Həmin vaxtı Sübhanın yolun əks tərəfində dayandığını görmüşdür. Adil ona tərəf gedib əl etmiş, Sübhan bunu görüb yolu keçib onların yanına gəlmişdir. O, maşından düşəndə öz mobil telefonunu sürücüyə girov qoyub bildirmişdir ki, onları gözləsin, tez söhbət edib gəlirlər. Sürücü ona bir söz deməmişdir. Mehriban şəkildə Sübhana yaxınlaşıb hal-əhval tutandan sonra, onunla dairənin sağ tərəfinə-avtoyuma məntəqəsinin arxasında yerləşən boş torpaq sahəsinə tərəf getmişlər. Adil və «Ceka» da onların arxasınca gəlmişdir. Təxminən 30 metr irəlilədikdən sonra dayanmış və Sübhandan nə səbəbə görə ona nalayiq məzmunda sms yazdığını soruşmuşdur. Sübhan ona: «çay evinin pulunu ödəməyib, məndən pul istəyirsən?»-deyə cavab vermişdir. Sübhana: «nə üçün pul ödəməliyəm, yeyib-içən sən, pulu ödəyən mən?»-deyə cavab vermişdir. Sübhan söyüş söymədiyini dediyi üçün Cekadan xahiş etmişdir ki, taksi sürücüsündən telefonunu alıb gətirsin. Ceka telefonu gətirib ona vermiş və bundan sonra telefonda olan sms-ləri Sübhana göstərmişdir. Sonuncu sms-ləri oxuduqdan sonra yenidən ünvanına söyüş işlədib onu itələmişdir. Onun bu danışığı və hərəkətlərindən əsəbləşib sağ əlini onun sol çiyninə qoyub, özü də onu söyüb təhqir etmiş, «q...ə sənsən» deyib, arxa sol tərəfdən şalvarının belində saxladığı açılıb-bağlanan bıçağı çıxardıb sol əli ilə Sübhanın qarın nahiyəsindən bir dəfə vurmuşdur. Zərbədən Sübhan arxası üstə yerə yıxılmışdır. Sübhan onu bıçaqla vuracağını gözləməmişdir. Onu bıçaqla vuran zaman Adil və Ceka onlardan bir-iki metr aralıda olmuşdur. Onların heç biri Sübhanı vurmamışdır. Sübhanın yıxıldığını görüb yanında olan şəxslərə: «siz qarışmayın» deyib birlikdə taksiyə tərəf qaçmışlar. Yenidən qabaq sərnişin oturacağında, Ceka ilə Adil isə arxa oturacaqda əyləşmişlər. Onlar maşına minən kimi Adil ona: «niyə belə hərəkət etdin, vururdunsa yumruqla vurardın»-deyə irad bildirmişdir. Sonuncuya Sübhana çox güzəşt etdiyini və hərəkətlərindən bezdiyini demişdir. Taksi sürücüsü onun əlində qanlı bıçaq olduğunu görüb qorxmuş, bu səbəbdən onun tələbi ilə maşını geri hərəkət etdirib şəhər yolu istiqamətində sürməyə başlamışdır. Maşını geriyə verən zaman Adil arxa pəncərəni açıb avtoyuma məntəqəsində çalışan şəxsə: «orda bir nəfər bıçaqlanıb, ona kömək edin» demiş, lakin, həmin şəxsin sonradan Sühban olan yerə tərəf gedib-getmədiyini bilməmişdir. Yolda gedən zaman əvvəlcə gedib polisə təslim olmaq istəmiş, lakin, sonradan Sübhan ölməz deyə fikirləşib bir qədər gözləmək qərarına gəlmişdir. Əlində bıçaq olsa da, sürücüyə hadisəni hansı səbəb görə törətdiyini deməmiş, nə də onu əlində olan bıçaqla hədələməmişdir. Onlar bir qədər hərəkət etdikdən sonra Cekanı Zabrat qəsəbəsində «Panda» marketin yanında düşürmüşdür. O və Adil isə yolun sonunda Sabunçu qəsəbəsində yerləşən körpünün yanında maşından düşmüşlər. Sürücüyə yol pulunu bir nəfərin sabah ona çatdıracağını demiş və sürücü qorxusundan ona bir söz deməmişdir. Maşından düşəndən sonra qəsəbədə yerləşən adını bilmədiyi kafenin tualetində əl-üzünü, üstündə olan bıçağın qanını yuyub təmizləyəndən sonra bıçağı yenidən qatlayıb cibinə qoymuşdur. Bundan sonra birlikdə Sabunçu qəsəbəsində vağzalın yaxınlığında Adilin dostu tanımadığı şəxslə görüşüb, ondan qalmağa yer tapmaqda ona köməklik etməsini xahiş etmişlər. Həmin şəxs onlardan salamatçılıq olubolmadığını soruşmuş, onlar əvvəlcə ona heç bir söz deməmişlər. Birlikdə piyada Balaxanı qəsəbəsində yerləşən neft buruqlarının yanına çatanda, həmin şəxsə Sübhan adlı şəxsi bıçaqla vurduğunu, sağ qalıb-qalmamasından xəbərsiz olduğunu demişdir. Həmin şəxs onun bu sözündən təəccüblənmişdir. Bundan sonra qərara gəlmişdir ki, dostu Məhəmməd adlı şəxsə zəng vurub, onu Gəncəyə aparsın. Məhəmmədlə danışıb olduğu yeri ona dedikdən bir qədər sonra, Sabunçu RPİ-nin əməkdaşları həmin ünvana gəlib, onu və Adilin tanışını tutub saxlamış, Adil isə polisin gəldiyini görüb qaçıb getmişdir. Bundan sonra o, Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş və hadisədə istifadə etdiyi bıçağı könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Sübhanı öldürmək istəməmişdir. Telefonuna yazdığı və işlətdiyi nalayiq ifadələrə və ağır söyüşlərinə görə onu cəzalandırmaq istəmişdir. Bu cinayəti törətməyə onu heç kim təhrik etməmiş, Sübhanı bıçaqla vurmaq fikrində olması barədə kiməsə məlumat verməmişdir. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, oğlu Sübhan xasiyyətcə sakit uşaq olmuşdur. Oğlunun heç bir pis hərəkətinin şahidi olmamışdır. Sübhanın dostluq etdiyi şəxslərdən yalnız Şahid1 tanımışdır. O, daim oğlunun tərbiyyəsi ilə məşğul olmuş, onun pis insanlardan kənar gəzməsinə çalışmışdır. 9 iyun 2022-ci il tarixdə bütün günü evdə olmuşdur. Sübhan saat 11 radələrində yuxudan oyanmış və ondan icazə alıb Nərimanov rayonunda yerləşən parka sevdiyi Fatimə adlı qızla görüşməyə getmişdir. Təxminən saat 14 radələrində oğlunun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurub harada olması ilə maraqlanmışdır. Sübhan Fatiməgilin evində olduğunu bildirmişdir. Oğlundan bacısıgilin evinə getməsini tələb etmişdir. Təxminən saat 19 radələrində qızı Xəyalənin telefonuna zəng vurub Sübhanın onlara gəlib-gəlmədiyini soruşmuşdur. Qızı Sübhanın onlarda olduğunu və yemək yediyini demişdir. Bundan sonra Sübhan nənəsi ilə də telefonda görüntülü danışmışdır. Təxminən saat 22 radələrində Sabunçu RPİ-nin 15-ci PB-dən zəng vurub onu polis bölməsinə dəvət etmişlər. Bir qədər sonra təkrar zəng vurub ona Məmmədli dairəsinə gəlməyini bildirilmişdir. Həmin yerə çatanda oğlu Sübhanın öldürüldüyü ona məlum olmuşdur. Oğlu Sübhanın hadisənin baş verdiyi yerə getməsindən onun xəbəri olmamışdır. Hadisədən sonra qızından öyrənmişdir ki, Sübhan təxminən saat 20 radələrində bərbərxanaya getmək adı ilə evdən çıxmışdır. Sonradan qızı ilə də əlaqəsi olmamışdır. Hadisəyədək Təqsirləndirilən şəxs tanımamışdır. Onunla oğlu Sübhan arasında nə kimi münasibət olmasından da xəbərizdir. Təqsirləndirilən şəxs adlı şəxsin oğlu Sübhanı hansı səbəb görə bıçaqla vurduğu da ona məlum deyildir. Ümumiyyətlə hadisənin necə və hansı şəraitdə baş verdi yini də bilmir. Bildiyinə görə hadisə vaxtı Adil və «Ceka» ləqəbli şəxs də İlhamla Sübhanın yanında olmuşdur. Təqsirləndirilən şəxs ilə oğlu Sübhan arasında pul məsələsi üstündə mübahisə olmasını sonradan bilmişdir. Hadisədən sonra eşitdiyinə görə iyun ayının əvvəllərində «Redmi» markalı mobil telefonu lombarda girov qoyub 100 manat pul götürmüş, sonradan 120 manat ödəniş etməklə telefonu girovdan çıxartmışlar. Pulun hansı məqsədlə götürüldüyünü bilmir. Oğlunun istifadəsində əvvəllər ***-***-**-** nömrəli mobil telefon olsa da, sonradan onun nömrəsini dəyişmiş, son zamanlar Sübhanın istifadəsində ***-***-**-** nömrəli telefon olmuşdur. Onun «Whastapp», «İnstagram» sosial şəbəkəsində profillər olmuşdur. İstintaq orqanının gəldiyi nəticə ilə razılaşmır. Hesab edir ki, oğlu Sübhanı Təqsirləndirilən şəxs yanında olan şəxslərin iştirakı ilə qətlə yetirmişdir. Təqsirləndirilən şəxs ən ağır cəza-ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs yaşadığı qəsəbədən tanımış, aralarında dostluq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs isə Sübhana görə tanımışdır. Bildiyinə görə İlhamla Sübhanın münasibətləri yaxşı olmuşdur. 9 iyun 2022-ci il tarixdə səhər saatlarında İlham ona zəng vurub, qol çəkmək üçün onunla birlikdə Ədliyyə Nazirliyinin Probasiya İdarəsinə getməyi təklif etmişdir. İlhama işi olduğunu bildirib, onunla gedə bilməyəcəyini demişdir. Həmin gün tanışı «Ceka» ləqəbli şəxslə sosial şəbəkədə danışmış və onu axşam tərəfi gəzişmək üçün Ramanaya dəvət etmişdir. Saat 16-17 radələrində İlham ona yenidən zəng vurub birlikdə paltar almağa getməyi təklif etmiş və o, razılaşmışdır. Təxminən saat 17 radələrində Koroğlu metrostansiyasının yaxınlığında İlhamla görüşüb, birlikdə 28 May metrostansiyasına getmişlər. Oradan hərəsinə 20 manata ayaqqabı aldıqdan sonra, taksi ilə yaşadığı ünvana qayıtmışlar. Həmin gün İlhamın cibində cəmi 22 manat pul olmuşdur. Birlikdə olduğu müddətdə İlham ona Sübhanın onun pulunu vermədiyini bildirib gileylənmişdir. Bu barədə maraqlandıqda İlham ona 2 iyun 2022-ci il tarixdə Sübhanla birlikdə ümumi dostlarını Ramanada yerləşən «Friends» kafesinə qonaq çağırdığını və hesabı birlikdə ödəməyə razılaşdıqlarını, lakin, sonradan Sübhan üzərinə düşən hissəni vermədiyi üçün kafeyə borcu qaldığını, kafeni işlədən şəxsin tez-tez ona zəng vurub borcunu qaytarmasını tələb etdiyini bildirmişdir. İlhamın deməyinə görə o, öz telefonunu lombarda qoyub pul götürüb kafeninin borcunu vermişdir. O, həmin qonaqlıqda iştirak etməmişdir. Bununla belə, həmin gün Sübhanın zəng vurub onu kafeyə dəvət etməsini xatırlayır. Ayaqqabı aldıqdan sonra onlar həyətlərinə gəlmiş və bir qədər gəzişmişlər. Həmin vaxtı saat 20 radələri olmuşdur. İlhamın telefonundan «Ceka» ləqəbli tanışının telefon nömrəsinə zəng vurub, ondan harada olduğunu soruşmuşdur. Sonuncu Ramana qəsəbəsində yerləşən bulağın yaxınlığında olduğunu demişdir. Odur ki, bir qədər irəli getmiş və «Ceka» ləqəbli şəxslə görüşmüşlər. Bu zaman kafedən İhama zəng vurub pulu istəmişlər. İlham zəng vuran şəxsdən bir qədər səbrli olmasını xahiş etmişdir. Bu zaman həmin şəxsin İlhamla kobud danışdığını hiss etmişdir. O, «Ceka» ilə söhbət edərkən, İlham onlardan aralanıb kiminləsə telefonla danışmağa başlamışdır. Az sonra yaxınlaşıb onlara Sübhanla görüşməyə gedəcəyini bildirib, ona onunla birlikdə getməyi təklif etmişdir. İlhamdan nə baş verdiyini soruşanda sonuncu, pul məsələsi ilə bağlı Sübhanla görüşəcəyini demişdir. Odur ki, Sübhana zəng vurub, onun harada olmasını soruşmuşdur. Sonuncu Məmmədli dairəsində olduğunu bildirmişdir. Sübhan özü də sosial şəbəkə vasitəsi ilə onu yığıb harada olmaları ilə maraqlanmışdır. Danışıq zamanı İlhamla birlikdə olduğunu, sonuncunun onunla görüşmək istədiyini bildirmişdir. Sübhan ondan İlhamla bir yerdə gəlməsini xahiş etmişdir. İlham «Bolt» proqramlı vasitəsi ilə taksi sifariş vermiş və az sonra «Toyota Prius» markalı yaşıl rəngli taksi gəlib onları yolun kənarından götürmüşdür. Yolda gedən zaman İlham Sübhanın ona qarşı səhv etdiyi, onu söydüyü, pulu fırlatdığını deyib, söhbət zamanı onu peysər çıxaracağını bildirmişdir. İlham yol boyu da bir neçə dəfə Sübhanı yığıb onun harada olması ilə maraqlanmışdır. Onlar telefonda mehriban danışmışlar. Sübhan ona Məmmədli dairəsində köşkün yanında onları gözlədyini bildirmişdir. Təxminən saat 20:40 radələrində onlar birlikdə Məmmədli dairəsinə çatmış və sürücü İlhamın tələbi ilə maşını yolun sağ tərəfində avtoyuma məntəqəsinin qarşısında saxlamışdır. Maşından düşən kimi «Ceka» ləqəbli şəxs yolun əks tərəfində dayanmış Sübhana əl etmiş və o, yolu keçib onların yanına gəlmişdir. İlham sürücüyə onları gözləmələrini, söhbət edib qayıdacaqlarını bildirib, öz şəxsiyyət vəsiqəsini və telefonunu sürücüdə girov qoymuşdur. Bundan sonra Sübhan İlhama: «gəl keçək boş torpaq sahəsinə, orada heç kimin olmadığı şəraitdə söhbət edək» demişdir. İlham da onun təklifi ilə avtoyuma məntəqəsinin arxa tərəfində yerləşən boş torpaq sahəsinə tərəf getmişdir. O isə Ceka ilə birlikdə onların arxasınca getmiş və bir qədər irəlilədikdən sonra dayanıb söhbət etməyə başlamışlar. İlham Sübhandan nə səbəbə onu pis vəziyyətə qoyduğunu, pulu ödəmədiyini soruşanda, Sübhan pulunun olmadığını bildirmişdir. İlham ona: «yaxşı pulun yoxdursa, niyə gəlib bizimlə otururdun, mənim ünvanıma niyə söyüş söymüsən?»dedikdə, Sübhan aqressiv şəkildə ona söyüş söymədiyini demişdir. O və Ceka dərhal araya girib Sübhanı bir qədər kənara çəkib ona demişdir ki, söhbəti bağla, pulu tapıb ödəyərsən. Bu zaman Sübhan İlhama kənara çəkilib, məsələni ayrılıqda öz aralarında həll etməyi təklif etmişdir. Bundan sonra onlar iki-üç metr aralanmışlar. Bundan sonra İlham sağ əlini Sübhanın çiyninə qoyub: «sən məni q...ə vəziyyətinə qoydun, gör indi q...ə vəziyyəti necə olur»-deyib sol əli ilə belində gizlətdiyi bıçağı çıxardıb bir dəfə onun qarın nahiyəsindən vurmuşdur. Zərbədən Sübhanın dizləri bükülmüş və o, arxası üstə yerə yıxılmışdır. Həmin vaxtı o və «Ceka» onlardan bir-iki metr aralıda olmuşlar. Sübhanın yerə yıxıldığını görüb, tez ona tərəf qaçıb əynində olan köynəyi çıxardıb altdan geyindiyi maykası ilə Sübhanın qarın nahiyəsinə tutmuş və onu bir qədər dikəldib: «narahat olma, səni xəstəxanaya aparacam» demişdir. Həmin vaxtı Sübhanın huşu özündən getmiş, bəbəkləri ağarmış və ona cavab verməmişdir. Bu zaman İlham ona: «tez ol, dur gəl»-deyə qışqırmış və o, Sübhanın öldüyünü görüb qorxusundan sonuncunu yerə uzadıb tez qaçıb taksiyə əyləşmişdir. Taksiyə minəndə avtoyuma məntəqəsində işləyən şəxsi səsləmişdir. Həmin şəxs onlara tərəf boylananda İlham və o, arxa tərəfdə yaralı şəxs olduğunu bildirib, ona kömək etməyi xahiş etmişdir. Bundan sonra taksi sürücüsü İlhamın tələbi ilə maşını şəhər istiqamətində sürməyə başlamışdır. İlham taksidə qabaq oturacaqda əyləşmiş, hadisədə istifadə etdiyi bıçaq əlində olduğu üçün taksi sürücüsü qorxusundan onun sözündən çıxmamışdır. İlhamın tələbi ilə bıçağı silmək üçün ona salfetka da vermişdir. Hadisədən bərk qorxduğu üçün üşüməyə başlamışdır. Odur ki, İlham öz qara rəngli köynəyini çıxarıb ona vermişdir. Saat 20 radələrində onlar Zabrat dairəsinə çatanda əvvəlcə «Ceka» irəlidə, sonra isə onunla İlham maşından düşmüşlər. Sübhanın yarasına doladığı maykanı da yolda harasa tullamışdır. Hara atdığını xatırlamır. İlham ona Sabunçu qəsəbəsinə tərəf gedəcəyini demişdir. O, evə gəlib ailə üzvlərinə bir söz demədən əynində olan köynəyi dəyişmiş, sonra isə Sabunçu qəsəbəsində yaşayan dostu Elcanın «İnstagram» sosial şəbəkəsində olan «E.Serderov» profilinə sms yazıb həyətlərinə gələcəyini bildirmişdir. Evdən çıxıb həmin istiqamətdə getmişdir. İlhamın ona verdiyi qara köynək evdə qalmışdır. Elcangilin həyətinə çatanda yolda İlhamla rastlaşmışdır. Onlar məhlədə oturan zaman X21 bıçaqla vurduğunu bildirmişdir. Elcan əvvəlcə bu sözü ciddi qəbul etməmişdir. İlham qaçıb gizlənmək istəmiş, bu səbəbdən bu işdə onlara kömək etməsi üçün tez-tez dostu Məhəmmədə zəng vurmuşdur. Onlar birlikdə Məhəmmədi gözləməyə başlamışlar. Təxminən 5-10 dəqiqədən Məhəmmədin maşını məhləyə daxil olmuşdur. Maşın saxlayan kimi içərisindən bir neçə polis əməkdaşı düşüb onlara tərəf gəlmiş, odur ki, tutulacağından qorxub oradan qaçmışdır. İki gün Ramana qəsəbəsində yerləşən cücə fermasında gizləndikdən sonra, artıq ac qala bilmədiyini görüb evə gəlmişdir. Ailə üzvləri onu görən kimi tələb etmişlər ki, gedib polisə özünü təqdim etsin. Bundan sonra Sabunçu RPİ-nin 15-ci PB-nə gəlmişdir. Hadisə baş verən ünvana sadəcə Sübhanın və İlhamın dəvəti ilə getmişdir. Onun, eləcə də «Ceka» ləqəbli şəxsin bu söhbətdə heç bir iştirakı və rolu olmamışdır. X20 arasında olmuş, İlham qəflətən onların gözləmədiyi şəraitdə Sübhanı bıçaqla vurmuşdur. İlham Sübhanla əlbəyaxa olmamış, onlar bir-birlərinə əl-qol atmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Raman qəsəbəsində yaşayan tanışları onu «Ceka» ləqəbi ilə tanıyırlar. Zərərçəkmiş şəxs təxminən 5-6 ay qabaq «İnstagram» sosial şəbəkəsi vasitəsi ilə tanımış və bu tanışlıqdan sonra münasibəti həmişə yaxşı olmuşdur. Sübhana qarşı hörmətlə yanaşmış və onun hər hansı bir pis hərəkətinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs da «İnstagram» sosial şəbəkə vasitəsi ilə tanımış, lakin, onunla yaxın münasibəti olmamışdır. Sosial şəbəkələrdə paylaşdığı şəkillərdən İlhamın kriminal aləmə meyilli insan olduğunu hiss etmişdir. Şahid1 Ramana qəsəbəsi sakini kimi tanıyır, münasibətləri normaldır. Onu sakit və mədəni insan kimi tanıyır. Sübhanla dostluq etmişdir. Bir yerdə çəkdirdikləri şəkilləri sosial şəbəkələrdə paylaşmışdır. 9 iyun 2022-ci il tarixdə günorta vaxtı Adil ilə əlaqə saxlamış və sonuncu onu gəzişmək üçün Ramanaya dəvət etmişdir. Təxminən saat 19-20 radələrində Ramana qəsəbəsinə gəlmiş vətəxminən saat 20 radələrində Adil İlhamın nömrəsindən ona zəng vurub harada olduğunu soruşmuş, ona bulağa çatdığını demişdir. Elə bu zaman Adil və İlhamla rastlaşmışdır. Bir qədər piyada gəzişdikdən sonra «Qardaşlar» kafesinin qarşısına çatanda İlham bildirmişdir ki, Sübhanla söhbəti var, görüşüb danışacaqdır, lakin, nə barədə söhbət edəcəklərini deməmişdir. İlham Adilə təklif etmişdir ki, birlikdə gedib Sübhan ilə görüşsünlər, ona isə onlarla gəlməməyini bildirmişdir. Adil isə ona təkidlə birlikdə gedib, tez görüşüb qayıdacaqlarını demişdir. Bundan sonra İlham öz telefonundan Sübhana zəng vurub: «qardaşım hardasan?»-deyə soruşmuşdur. X2 öyrənəndən sonra onunla görüşmək üçün həmin yerə gədəcəyini demişdir. İlham «Bolt» proqramı vasitəsi ilə taksi sifariş vermiş və bir qədər sonra «Toyota Prius» markalı yaşıl rəngli taksi gəlib onları yolun kənarından götürmüşdür. İlham avtomobildə qabaq sağ oturaqcaqda, Adil və o, arxa oturacaqda əyləşmişdir. Yolda gedən zaman İlhamdan hansı məqsədlə Sübhanla görüşə getdiyini soruşanda sonuncu: «Sübhan mənən qarşı səhv edib, məni söyüb, pulu fırladıb, onu peysər çıxardacam»-deyə cavab vermişdir. İlham yol boyu bir neçə dəfə Sübhanı yığıb onun harada olması ilə maraqlanmış, Sübhan Məmmədli dairəsində köşkün yanında durduğunu bildirmişdir. Təxminən saat 20:40 radələrində onlar birlikdə Məmmədli dairəsinə çatmışlar. Sürücü İlhamın tələbi ilə maşını yolun sağ tərəfində avtoyuma məntəqəsinin qarşısında saxlamışdır. Maşından düşən kimi yolun əks tərəfində Sübhanın dayandığını görüb, ona əl etmiş və Sübhan onları görüb yolu keçib yanlarına gəlmişdir. İlham öz şəxsiyyət vəsiqəsini və telefonunu sürücüdə girov qoymuşdur ki, söhbət edib qayıdır. Bundan sonra Sübhan İlhama boş torpaq sahəsinə keçib orada heç kimin olmadığı yerdə söhbət etmələrini təklif etmişdir. İlham Sübhanın təklifi ilə avtoyuma məntəqəsinin arxa tərəfində yerləşən boş torpaq sahəsinə tərəf getmişdir. O və Adil də onların arxasınca getmişdir. Bir qədər irəlilədikdən sonra İlhamla Sübhanın üzəbəüz dayanıb söhbət etdiklərini görmüşdür. İlham Sübhandan nə səbəbə onu pis vəziyyətdə qoyub, pulu ödəmədiyini soruşunda, Sübhan pulunun olmadığını bildirmişdir. İlham Sübhana: «pulun yoxdursa, niyə gəlib bizimlə otururdun, məni belə pis vəziyyətdə qoyurdun?» deyə sual etdikdə, sonuncu «pulum yoxdur, vur məni öldür»-deyə cavab vermişdir. Onlar bir-birləri ilə sakit tərzdə söhbət etmiş, bir-birlərini ünvanına söyüş işlətməmişlər. Bundan sonra İlham ondan xahiş etmişdir ki, taksi sürücüsündən onun telefonunu alıb gətirsin. Odur ki, gedib sürücüdən telefonu götürüb İlhama vermişdir. Həmin vaxtı İlhama atası zəng vurmuş və İlham zəngə cavab verməmişdir. O və Adil araya girib Sübhanı kənara çəkib ona: «söhbəti bağla, pulu tapıb sonra ödəyərsən» demişdir. Sübhan isə İlhama məsələni kənarda ikilikdə danışıb həll etməyi təklif etmiş və onlar iki-üç metr aralanmışlar. Bundan sonra o, hasarın yanında üzü avtoyuma məntəqəsində tərəf getmək istərkən arxadan: «ay bla» deyə qışqırıq səsi eşitmişdir. Dərhal geriyə çevrilib baxanda Sübhanın dizləri bükülmüş vəziyyətdə arxası üstə yerə yıxıldığını görmüşdür. Adil ilə birlikdə Sübhana tərəf qaçmışlar. Adil əynində olan alt maykasını çıxardıb Sübhanın qarın nahiyəsinə tutmuş və Sübhanı bir qədər dikəldib ona narahat olmamasını, xəstəxanaya aparacağını demişdir. Həmin vaxtı Sübhan huşunu itirmiş və onlara cavab verməmişdir. Bundan sonra İlham onlara: «tez olun, qaçın» demişdir. Qorxularından Sübhanı yerə uzadıb, tez qaçıb taksiyə əyləşmişlər. Taksiyə minəndə Adil avtoyuma məntəqəsində işləyən şəxsə arxa tərəfdə yaralı olduğunu bildirib, ona ona kömək etməsini xahiş etmişdir. Hadisədən qorxub bərk həyəcanlanmış və nə etdiyini bilməmişdir. Taksi sürücüsü İlhamın əlində bıçaq görüb qorxusundan onun tələbi ilə maşını şəhər istiqamətində sürməyə başlamışdır. İlham taksidə qabaq oturacaqda əyləşmiş, hadisədə istifadə etdiyi bıçaq əlində olduğu üçün taksi sürücüsü qorxusundan onun sözündən çıxmamış və bıçağı silmək üçün ona salfetka da vermişdir. Adil də həyəcandan titrəməyə başlamışdır. Zabrat dairəsinə çatanda taksini saxladıb maşından düşüb evə getmiş, İlhamla Adilin sonradan hara getmələrindən məlumatı olmamışdır. Qorxusundan hadisə barədə heç kimə məlumat verməmişdir. Polis tərəfindən axtarıldığını bilməmiş və gizlənməmişdir. Hadisə vaxtı danışıqlarından Sübhanın İlhama borcu olmasını başa düşmüş, Sübhan özü də söhbət zamanı borcunun olmasını təsdiq etmişdir. Pulunu vermədiyi üçün İlham əsəbləşib onu bıçaqla vurmuşdur. Borcun haradan yarandığı və miqdarı barədə məlumatı yoxdur. 2 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və başqaları ilə «Friends» kafesində olmamışdır. Ramanaya Adilin dəvəti ilə getmiş, onun əvvəlcədən Məmmədliyə getmək planı olmamışdır. Söhbət zamanı İlhamın Sübhanla görüşmək üçün Məmmədliyə getmək istədiyini bilmişdir. Əslində İlham onun onlarla ora getməyini istəməmiş, lakin, Adil tez görüşüb qayıdacaqlarının dediyindən onun sözündən çıxmayıb, sonuncularla birlikdə getmişdir. Onunla Adilin bu söhbətdə iştirakı və rolu olmamışdır. X20 arasında olmuş və bu zaman İlham gözləmədikləri şəraitdə Sübhanı bıçaqla bir dəfə vurmuşdur. Sübhanı bıçaqla vuran zaman onlardan təxminən ikiüç metr aralıda olmuşlar. Nə o, nə də ki, Adil Sübhanı vurmamış, onun əl qolunu tutmamışdır. İlham Sübhanla əlbəyaxa olmamış, onlar bir-birlərinə əl-qol atmamışlar. İlham söhbət zamanı Sübhanı bıçaqla qəflətən vurmuşdur. İlhamın Sübhanı bıçaqla vurmaq fikirində olmasından xəbərləri olmamışdır. Maşında yol gedərkən Sübhanın ona qarşı səhv etdiyini desə də, İlhamın onu vuracağı, bıçaqlamaq fikirində olması barədə ona bir söz deməmişdir. İlhamın üzərində bıçaq olmasını əvvəldən görməmiş, üzərində bıçaq gəzdirməsindən xəbərsiz olmuşdur. Sübhanı necə vurmasını da görməmişdir. Yalnız geriyə çevriləndə Sübhanın arxası üstə yerə yıxılmış vəziyyətdə görmüş və həmin vaxt İlhamın sol əlində bıçaq olmuşdur. O və Adil mübahisə edən zaman Sübhanı kənara çəkib xahiş etmişlər ki, İlhama baş qoşmasın, onun pulunu versin. Lakin Sübhan onların sözünə məhəl qoymayıb, İlhama söhbət etmək üçün kənara çəkilmələrini təklif etmiş və hadisə bir anın içində baş vermişdir. Onlar Sübhana kömək etmək istəmiş, lakin, sonuncunun özündən getdiyini görüb qorxmuş, öldüyünü düşünüb, qorxularından İlhamın tələbi ilə qaçıb oradan uzaqlaşmışlar. Qaçmağına səbəb baş vermiş hadisədən qorxmağı, tutulacağından çəkinməyi olmuşdur. Bu səbəbdən polisə törədilmiş cinayət barədə xəbər verməmişdir. Belə bir hadisə baş verməsini arzulamamışdır. Hadisə vaxtı onlardan başqa ətrafda heç kim olmamış, mübahisə təxminən 20-30 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2021-ci ilin sentyabr ayından Bakı şəhəri üzrə taksi fəaliyyəti ilə məşğul olur. «Bolt» taksi xidmətinə məxsus «Toyota Prius» markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Avtomobil fərdi sahibkar X11 məxsus olub, istifadə edilməsi üçün «Bolt» şirkətinə icarəyə verilmişdir. O, hər gün saat 18-dən, növbəti gün saat 6 radələrinə qədər maşınla taksi fəaliyyəti ilə məşğul olub, aylıq 450 manat əmək haqqı alır. 9 iyun 2022-ci il tarixdə saat 20:28-də Ramana qəsəbəsində olan zaman ona «Bolt» proqramı vasitəsi ilə 2 ünvana yəni Ramanı qəsəbəsi, «Qardaşlar» marketdən Məmmədli dairəsi və Şəhər Yolu Döngə 52 ünvanına sifariş daxil olmuşdur. Həmin sifariş əsasında avtomobili Ramanı qəsəbəsi «Qardaşlar» market istiqamətində hərəkət etdirmişdir ki, müştərini götürsün. Həmin ünvana təxminən 5 dəqiqəyə çatmışdır. Bundan sonra proqramda görünən müştəriyə məxsus ***-***-**-** nömrəli mobil telefona zəng vurub harada olması ilə maraqlanmışdır. Həmin şəxs ondan xahiş etmişdir ki, maşını bir qədər irəli sürsün. Avtomobili 15-20 metr irəli hərəkət etdirmişdir ki, üç nəfər təxminən 18- 20 yaşlarında oğlanların yol kənarında dayandıqlarını görüb, maşını onların yanında saxlamışdır. Həmin şəxslərdən biri qabaq oturacaqda, digər ikisi isə arxa oturacaqda əyləşmişlər. Bundan sonra maşını Məmmədli dairəsi istiqamətinə hərəkət etdirməyə başlamışdır. Yolda gedən zaman qabaq sərnişin oturacağında əyləşmiş şəxs telefonla kiməsə zəng vurub harada olması ilə maraqlanmış və dəstəyi yerə qoyandan sonra arxada əyləşmiş tanışlarına bildirmişdir ki, «baxarsız onu peysər çıxardacam». O, həmin şəxslə telefonda sakit şəkildə danışmışdır. Həmin vaxtı maşında musiqiyə qulaq asdığı üçün onların hərəkətlərinə fikir verməmişdir. Yol boyu onların öz aralarında nə barədə söhbət etdiklərini xatırlamır. Qabaq sərnişin oturacağında əyləşmiş şəxsin tələbi ilə maşını Məmmədli dairəsində yolun sağ kənarında yerləşən avtoyuma məntəqəsinin yanında saxlamışdır. Həmin vaxtı təxminən saat 20:35 radələri olmuşdur. Hər üç şəxs maşından düşmüşdur. Arxada əyləşmiş şəxslərdən biri yolun əks tərəfinə keçmiş, digər iki şəxsdən biri qabaqda əyləşmiş müştəri isə ondan xahiş etmişdir ki, onları gözləsin və özünə məxsus «Redmi» markalı mobil telefonu da girov kimi saxlamaqdan ötrü ona vermişdir. O, maşını əvvəlcə yolun kənarında, sonra isə avtoyuma məntəqəsinin yanında saxlayıb onları gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra arxada əyləşmiş şəxslərdən biri ona yaxınlaşıb maşında saxladıqları telefonunu istəyib, ona: «qorxma qaçan deyilik, bir-iki dəqiqəyə gəlirik» demişdir. O, bir söz demədən telefonu həmin şəxsə vermişdir. O, onların avtoyuma məntəqəsinin sağ tərəfində yerləşən boş torpaq sahəyə tərəf getdiklərini görüb maşını həmin istiqamətdə hərəkət etdirmişdir ki, qaçıb getsələr görə bilsin. Həmin vaxtı avtoyuma məntəqəsi işlək olmuş, içəridə bir nəfər şəxs maşın təmizləmişdir. Maşını saxladığı yerdən təxminən 25-30 metr aralıda həmin üç nəfər şəxs əynində qara rəngli köynək olan başqa bir nəfər şəxslə söhbət ediklərini görmüşdür. Onlardan xeyli aralıda olduğundan nə danışdıqlarını eşidə bilməmişdir. Bir qədər əvvəl maşında qabaq oturacaqda sərnişin qismində əyləşmiş şəxs əlini həmin qara rəngli köynək geyinən şəxsin çiyninə qoyduğunu, bundan bir qədər sonra «ay blat» deməsini eşitmişdir. Bu sözdən sonra qara köynəkli oğlan arxası üstə yerə yıxılmışdır. Onun necə və hansı səbəbdən yıxıldığını bilməmişdir. Bk zaman digər iki şəxs onlardan bir metr aralıda olmuşlar. Həmin şəxs yerə yıxılan kimi hər üç şəxs qaçıb onun idarə etdiyi maşına əyləşmişlər. O, qabaq oturacaqda əyləşmiş şəxsin əlində üzəri qanlı tünd rəngdə bıçaq olduğunu görmüşdür. Onlar maşına oturan kimi arxada əyləşmiş şəxslər qabaqda əyləşmiş şəxsə: «sən nə etdin?»-deyə soruşmuşlar. O isə cavabında: «yaxşı elədim, artıq ona nə qədər keçim»deyə cavab vermişdir. O, qabaq oturacaqda əyləşmiş şəxsin bir qədər əvvəl söhbət etdiyi şəxsi bıçaqla vurduğunu başa düşmüşdür. O, onların tələbi ilə maşını geriyə vermiş və həmin vaxtı arxada əyləşmiş şəxslərdən biri şüşəni aşağı salıb avtoyuma məntəqəsində işləyən şəxsə: «ona baxarsız, adam bıçaqlayıblar, ölür» sözünü demişdir. Bu sözdən sonra avtoyuma məntəqəsində işləyən şəxs donub yerində qalmışdır. Həmin vaxtı özü də, bərk həyəcanlı olmuş, qabaq oturacaqda əyləşmiş sərnişinin əlində bıçaq olmasını, həmin bıçaqla onu da də vura biləcəyini nəzərə alıb onların dediyini etməyə başlamışdır. Qabaqda əyləşən əlində bıçaq olan şəxs ondan tələb etmişdir ki, maşını şəhər istiqamətində hərəkət etdirsin. Onun tələbi ilə maşını üzü Sabunçu istiqamətində hərəkət etmişdir. Yolda gedən zaman əlində bıçaq olan şəxs hansı səbəbə görə cinayət törətdiyini deməmişdir. Arxada əyləşmiş şəxslərdən biri ona demişdir ki, «bıçaqla niyə vurdun, ondansa onu döyərdin». Əlində bıçaq olan şəxs isə cavabında bildirmişdir ki, «bıçağı ona yüngül batırdım, sol əlimlə vurdum». Bıçağın uzunluğu təxminən 10-15 sm, bıçağın tiyəsi isə qanlı vəziyyətdə olmuşdur. Hadisədən bərk qorxmuş, onu da vura biləcəyini nəzərə alıb ona heç bir söz deməmişdir. O, əvvəlcə arxada əyləşmiş şəxslərdən birini, sonra isə qabaqda və arxada əyləşmiş digər şəxsləri yolda onların tələbi ilə düşürmüşdür. Həmin əraziləri yaxşı tanımadığından onların dəqiq olaraq hansı ünvanda düşürdüyünü bilmir. Onlar maşından düşəndə kimsə ona yol pulunu verməmişdir. Qorxusundan onlara heç bir söz deməmiş, saat 21:11-də gedişi sonlandırmışdır. Həmin şəxsləri maşından düşürdəndən sonra maşının sahibi Kənan adlı şəxsə zəng vurub baş verənlər barədə danışmışdır. Kənan polisə zəng vurub məlumat vermək lazım olduğunu demişdir. Bundan sonra Kənan öz telefonundan DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Sonradan isə polis əməkdaşlarının dəvəti ilə 15-ci PB-nə gəlmişdir. Həmin şəxsləri əvvəllər tanımamış və onları heç vaxt görməmiş, Yerə yıxılan şəxsi də hansı səbəb görə bıçaqla vurulduğunu bilmir. Onlar söhbət edən zaman ətrafda kənar şəxs olmamışdır. Maşınında sərnişin qismində əyləşmiş şəxslərdən yalnız ikisini üzdən görsə tanıya bilər. Qabaq oturacaqda əyləşmiş şəxsin əynində qara rəngli qısaqol köynək olmuş, şalvarına isə fikir verməmişdir. Arxada əyləşmiş şəxslərdən birinin əynində qara rəngli cins şalvar, qısa qol ağ rəngli köynək və qolsuz jilet olmuşdur. Digər şəxsin isə əynində hansı paltar olduğuna fikir verməmişdir. Hadisənin dəqiq olaraq necə və hansı səbəbdən baş verdiyini bilmir. Gördüklərindən belə başa düşmüşdür ki, zərərçəkmişə bıçaq xəsarətini yalnız qabaq oturacaqda əyləşmiş şəxs yetirmişdir. Digər iki şəxs isə onların yanında olsalar da, heç bir müdaxilə etməmişlər. Məhkəmə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən iyun ayının 2-3 tarixlərində İlham axşam evə gələn zaman telefonunun üstündə olmadığını görüb, ondan bu barədə soruşmuşdur. Sonuncu ilk əvvəl müxtəlif bəhanələr gətirsə də, sonradan dostları ilə birlikdə Ramana qəsəbəsində kafedə əyləşib çörək yediklərini, hesabı verə bilmədikləri üçün istifadəsində olan «Redmi» markalı mobil telefonu Neftçilər metrostansiyasının yaxınlığında yerləşən lombarda tanışı Sübhan adlı şəxsin şəxsiyyət vəsiqəsi ilə girov qoyub 100 manat pul götürüb borcunu bağladığını bildirmişdir. İlhamın dediyinə görə telefonu girovdan çıxartmaq üçün əlavə 20 manat pul ödəmək lazım olmuşdur. Qərara gəlmişdir ki, 120 manat pulu ödəyib telefonu girovdan götürsün. Buna görə də səhəri gün saat 9:30 radələrində Sübhan adlı şəxsin hazırda unutduğu nömrəsinə zəng vurmuşdur ki, birlikdə gedib telefonu götürsünlər. Həmin vaxtı İlhamın sağ əli kəsildiyindən evdən çölə çıxmamışdır. Sübhana görüşüb birlikdə getməyi təklif etmiş, sonuncu onunla razılaşıb, Südçülük sovxozunda yerləşən bulağın yanına gəlməyini bildirmişdir. O, saat 10 radələrində həmin ünvanda olmuş, təxminən 12:30 radələrində isə Sübhan gəlib çıxmışdır. Sübhanın onu 2-3 saat gözlətməsinə baxmayaraq onunla çox mehriban şəkildə danışmışdır. Ondan xahiş etmişdir ki, bir yerdə gedib telefonu götürsünlər. Lakin Sübhan bundan imtina edib, qəbzi və lombardın vizit kartını verib ona: «özünüz gedib pulu ödəyib telefonu götürün. Dükançı özü mənə zəng vuranda mən ona tapşıracam ki, telefonu qaytarsın» demişdir. Sübhanın onu gözlətməsi, sonra da birlikdə getməkdən imtina etməsi ona xoş gəlmədiyi üçün ondan xahiş etmişdir ki, bir də oğlu İlhamla oturub-durmasın. Bundan sonra tək həmin lombarda getmişdir. Orada çalışan şəxs Sübhanla telefonla danışdıqdan sonra 120 manat pulunu alıb, telefonu ona qaytarmışdır. Bundan sonra onun Sübhanla heç bir əlaqəsi olmamışdır. Həmin pul məsələsi ilə bağlı oğlu İlhamla Sübhan arasında nə kimi narazılıq olmasından xəbəri olmamış və İlham ona Sübhandan şikayətlənməmişdir. Bundan sonrakı günlərdə onların aralarında nə kimi mübahisənin olmasından, görüşüb-görüşməmələrindən xəbərsiz olmuşdur. 9 iyun 2022-ci il tarixdə səhər tezdən işdən icazə alıb oğlu İlhamı Montin qəsəbəsində yerləşən Ədliyyə Nazirliyinin Probasiya İdarəsinə aparıb sənədə imza etdirdikdən sonra təxminən saat 14 radələrində evə qayıtmışdır. Bundan sonra işə getdiyindən İlhamın harada olmasından xəbəri olmamışdır. Təxminən saat 18 radələrində işdən çıxıb evə gələndə, İlhamı evdə görməmişdir. İlham hara getdiyi barədə anasına da bildirməmişdir. Bir qədər sonra İlhamın istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurub harada olması ilə maraqlanmışdır. İlham dostları ilə birlikdə evlərinin yaxınlığında əyləşib çay içdiklərini bildirmişdir. İlhama evə gəlməsini demişdir. İlhamı bir saat gözlədikdən sonra onun gəlmədiyini görüb yenidən telefonuna zəng vurmuş, lakin, telefon sönülü olduğundan ona zəng çatmamışdır. Təxminən saat 22 radələrinə qədər İlhamdan səs çıxmamışdır. Bir qədər sonra «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurub qardaşı Sənanla danışaraq adam bıçaqladığı barədə ona məlumat vermişdir. Bunu eşidən kimi ona «sms» yazıb harada olmasını, nə üçün belə hərəkət etdiyini soruşmuş və bıçaqladığı şəxsin ailə üzvlərinin digər oğlu Sənana nəsə edəcəklərindən qorxub ona tapşırmışdır ki, telefonunu söndürsün, Sənana heç nə yazmasın, ara-sıra harada olması barədə ona məlumat versin. Bu xəbəri eşidib həyəcanlanmış, nə etdiyini və nə danışdığını bilməmişdir. Oğlunun yenidən tutulacağından çox qorxmuşdur. Buna görə də ona dönə-dönə tapşırmışdır ki, yerini heç kimə deməsin. Bundan sonra onunla əlaqəsi kəsilmişdir. Bir qədər keçmiş polis əməkdaşları evə gəlib onu 15-ci PB-nə aparmışlar. Orda olan zaman öyrənmişdir ki, İlham aralarında olan mübahisə zamanı Sübhan adlı şəxsi bıçaq vurub öldürmüşdür. Hadisənin şahidi olmamışdır. Buna görə də hadisənin necə və hansı şəraitdə baş verməsi barədə heç bir məlumatı yoxdur. Polis bölməsində olan zaman İlhamı görüb ondan nə baş verdiyini soruşduqda, Sübhanı ünvanına söyüş söyməsi səbəbindən bıçaqla vurduğunu demişdir. İlham ona kafeyə borcunun olduğunu demiş, lakin, Sübhanla aralarında pul məsələsi ilə bağlı hər hansı bir söz-söhbətin olduğunu deməmişdir. Cinayət işinin 1-ci cildinin 4-6-cı vərəqələrindəki hadisə yerinə baxış keçirilməsi haqqında 9 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sabunçu rayonun inzibati ərazisinə aid olan Abşeron rayonu Məmmədli dairəsində yolun sağ tərəfində «Avtoservisin» arxa tərəfində yerləşən boş torpaq sahədir. Ərazi Məmmədli dairəsində, Kürdəxanı Məmmədli magistral yolunun sağ kənarında yerləşir. Dairənin mərkəzində TŞ 9046 nömrəli kamerası quraşdırılmışdır. Yolun sağ kənarında avtoyuma məntəqəsi, yağma mərkəzi, sol tərəfindən isə avtobus dayanacağı vardır. Avtoyuma məntəqəsinin sağ kənarı ilə beton döşəməli yolla təxminən 15 metr irəli hərəkət etdikdə otla örtülü torpaq sahəsi başlayır. Ərazinin sağ tərəfindən yolun əks hissəsində 14 mərtəbəli yeni tikilmiş yaşayış binası vardır. Binanın qarşısında magistral yolun davamı kimi tunel keçir. Torpaq sahəsinin sol tərəfində isə «Avtoservis»in daş hasarı yerləşir. Beton ötrükdən 20 metr irəli torpaq sahə ilə hərəkət etdikdə hasardan 5 metr mərkəzə doğru yerdə arxası üstə uzanıqlı vəziyyətdə meyit vardır. Meyitin baş nahiyəsinin yanında yerdə torpaq örtüyü üzərində qeyri-müəyyən formalı qanabənzər ləkələr aşkar olundu. Üzərində qanabənzər ləkələr olan torpaq hissəcikləri götürülərək müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edildi. Həmin ləkələrin olduğu yerdə üzərində qanabənzər ləkələr olan xırda daş parçası da götürülərək müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edildi. Baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edə biləcək başqa bir əşya, predmet aşkar olunmadı. Cinayət işinin 1-ci cildinin 91-96-cı vərəqələrindəki «Toyota Prius» markalı **-TX-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, avtomobil açıq yaşıl metalik rəngdədir. 4 qapı ilə təchiz olunmuşdur. Avtomobilin ban nömrəsi JTDKB**********0-dur. Avtomobilin kuza hissəsində hər hansı bir zədə aşkar olunmadı. Avtomobilin qabaq sərnişin və arxa oturacaq üzərində qara rəngli üzlük keçirilmişdir. Avtomobilin salonunda hər hansı bir qana bənzər ləkə, habelə saxlanc yerlərində iş üçün əhəmiyyət kəsb edən maddi sübüut aşkar edilmədi. Cinayət işinin 2-ci cildinin 31-ci vərəqindəki Təhlükəsizlik Şəhər Xidmətinin TŞ9-046 nömrəli kamerası vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 20:35-dən 21:15-ə dək qeydə alınmış görüntülərin əks olunduğu diskə baxış protokolundan görünür ki, xx.xx.2022-ci l tarixdə saat 20:37:07-də «Toyota Prius» markalı üzərində «Bolt» yazısı olan avtomobil üzü Sabunçu-Kürdəxanı, Pirşağı şoşşesində Məmmədli dairəsi istiqamətində hərəkət edib dairəsinin sağ tərəfindən yerləşən avtoyuma məntəqəsinə tərəf dönür. Kamera dairəvi şəkildə hərəkət etdiyi üçün avtomobilin harada saxlaması görünmür. Kameranın dairəvi hərəkəti ilə görünür ki, saat 20:37:45-də Zərərçəkmiş şəxs yolun sol kənarında dayanıb. Ona zəng gəlir və o, dəstəyi qaldırıb danışaraq qaçıb yolu əks tərəfə keçir. Görüntülərdən görünür ki, saat 20:40:25-də iki nəfər şəxs avtoyuma məntəqəsinin qarşısında dayanıb, bir-biri ilə söhbət edir. Onlardan bir qədər aralıda zahiri əlamətlərinə görə Şahid1 bənzər şəxs «Toyota Prius» markalı avtomobilin sürücüsü ilə söhbət edir. Sürücü maşında əyləşib düşmür. Həmin vaxtı avtoyuma məntəqəsinin sağ arxa tərəfindən yerləşən boş beton döşəməli sahədə iki nəfər şəxsin gəzişdiyi görünür. Hava qaranlıq olduğundan, həmin ərazidə işıqlandırma olmadığından qeyd olunan şəxslərlərin kimliyini müəyyən etmək mümkün olmur. Bundan sonra Şahid1 özü də həmin istiqamətdə gedir. Saat 20:44:24-də görünür ki, həmin boş sahədə bir neçə şəxs söhbət edirlər. Avtoyuma məntəqəsində maşın yuyulur. «Toyota Prius» markalı üzərində «Bolt» yazısı olan avtomobil isə olduğu yerdə dayanıb qəza işıqlarını yandırıb. Saat 20:48:25-də bir nəfər ağ qısa qol köynəkdə olan şəxs yüngül qaçışla taksi sürücüsünə yaxınlaşıb ondan nəsə götürüb yenidən həmin boş sahə istiqamətində qaçır. Həmin yerdə iki nəfər şəxs üzbəüz dayanıb söhbət edirlər. Saat 20:52:40-da «Toyota Prius» markalı üzərində «Bolt» yazısı olan avtomobil həmin boş sahə istiqamətində hərəkət edib avtomobili saxlayır. Görünür ki, söhbət edən şəxslər bir qədər irəlidə torpaq sahədə dayanıblar. Saat 20:57-də «Toyota Prius» markalı üzərində «Bolt» yazısı olan avtomobil üzü Kürdəxanı-Sabunçu istiqamətində geri qayıdır. Saat 21:08-59-da bir nəfər şəxs avtoyuma məntəqəsinin qarşısında tərəf qaçır. Həmin şəxs avtoyuma məntəqəsində çalışan X3r. O, boş torpaq sahəsinə tərəf getmədən telefonla kiməsə zəng vurur. Sonradan həmin şəxs telefonla danışa-danışa boş sahəyə tərəf hərəkət edir. Cinayət işinin 1-ci cildinin 97-98-ci vərəqələrindəki 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş «Redmi» markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Redmi» markalı mobil telefon qara rəngdə olmaqla, smart tiplidir. Telefon üzərində zədə yoxdur. Telefona bir ədəd simkart yerləşdirilmişdir. Telefonun «Menu» bölməsinə daxil olduqda «Whatsapp» qovluğunda daxil olan və çıxan smslər əks olunmuşdur. xx.xx.2022-ci il tarixdə telefonda adını «Ürəyim» kimi qeyd etdiyi ***-***-**-** nömrəsindən saat 23:08-də Təqsirləndirilən şəxs harada olmasına dair sms gəlmişdir, İlham isə səsli smslə: «başqa yerdəyəm, adam bıçaqlamışam» deyə cavab vermişdir. Həmin nömrə: «necə yəni, adam bıçaqlamısan?» hardasan deyə soruşur, İlham isə cavabında səsli sms göndərərək Bakıdan çıxmağa hazırlaşdığını deyir, ondan bir gün günlük qalmağa yerinin olub-olmadığını soruşur. Həmin nömrə oğlanın vəziyyətinin necə olduğunu, qoyub qaçdığını soruşur, İlham isə xəbəri olmadığını, dalınca adam göndərdiyini deyir. Həmin şəxs ondan nə səbəbə bıçaqladığını soruşur. İlham isə cavabında söyüşə görə etdiyini bildirir. Həmin nömrə söyüşə görə niyə özünü zibilə saldın deyə ona bildirir. Sonra isə allah köməyin yazıb sağollaşırlar. Təqsirləndirilən şəxs Vüqar Nərimanov adı ilə qeyd etdiyi ***-***-**-** nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 23:47-də səsli sms göndərərək, qalmağa yer tapmaqda ona köməklik etməsini istəyir. Həmin şəxs isə cavab smsini xx.xx.2022-ci il tarixdə saat 03:20də yazaraq evdə olduğunu deyib «görüm kimdə var» deyə cavab verir. «Məhəmməd» adı ilə qeyd etdiyi ***-***-**-** nömrəsinə səsli sms yazaraq Sabunçuda vağzalın arxasına gəlməsini Gəncəyə gedəcəklərini bildirir. Məhəmməd adlı şəxs isə ona Ramanadan çıxdığını, ona konum atmasını xahiş edir. İlham isə Gəncəyə çıxmalı olduqlarını, düz vağzalın qarşısında olacaqlarını deyir. Həmin şəxs saat 01:22-də sms yazaraq «mən burdayam» deyir. «Radnoyy» adı ilə qeyd etdiyi qardaşına məxsus ***-***-**-** nömrəsindən ona 22:14-də «hardasan» deyə sms gəlir. İlham isə cavabında Sübhanı söyüşə görə bıçaqladığını deyir, atasına heç nə deməməsini xahiş edir. Qardaşı ona irad bildirib harada olması ilə maraqlanır, İlham isə cavabında Oğuza getdiyini deyir. İlham qardaşına səsli sms yazaraq kafeni işlədən Ruslan və Mahir adlı şəxslərin ona zəng vurub söyüş söydüklərini deyir. Qardaşına bildirir ki, onlarla danışsın. Qardaşı ondan tələb edir ki, telefonu söndürsün, özü həmin şəxslərlə danışacaqdır. Sonra isə İlham qardaşına yazır ki, heç kimə heç nə yazmasın, kafeyə çatacaq pul ondadı, bir-iki günə gəlib ödəyəcəkdir. Atasına məxsus ***-***-**-** nömrədən ona xx.xx.2022-ci il tarixdə saat 21:51-dən saat 22:14-ə qədər harada olmasına dair smslər gəlir, atası onu axtardığını bildirib, evə gəlməsini deyir. Saat 23:10-a atası ona səsli sms yazaraq qardaşı Sənana yazmamasını, yalnız onun özü ilə danışmasını bildirir, sonra isə telefonu söndürməsini, instagramını silməsini tələb edir. İlham isə cavabında narahat olmamasını deyir, yolda olduqlarını rayona getdiklərini deyir. Atası isə ondan harada olması ilə maraqlanır. Saat 00:26-da atası ona sms yazaraq artıq polisdən onlara zəng olunduğunu bildirir. İlham isə Məhəmməd adlı dostu ilə Gəncə istiqamətində getdiklərini, Yevlaxda olduqlarını bildirir. Bundan sonra danışıq qeydə alınmamışdır. «Adil Qardaşım» adı ilə qeyd etdiyi ***-***-**-** nömrəsinə sms yazaraq onun durub durmaması ilə maraqlanır, birlikdə Nərimanovda qol çəkməyə getməyi təklif edir. Adil adlı şəxs isə cavabında durduğunu deyir. Saat 10:55-də ona səsli sms ataraq özü atası ilə birlikdə Nərimanova getdiyini bildirir. Saat 15:13-də Adil adlı şəxsə səsli sms ataraq 163 nömrəli avtobusa əyləşib «Koroğlu» metro stansiyasına getdiyini deyib onunda gəlməsini tələb edir. Adil də yaxşı deyə cavab verir. «Sirac Tahirov» adlı ilə qeyd etdiyi ***-***-**-** nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 03:51-də sms yazaraq bir kart olub-olmaması ilə maraqlanır, 160 manat pul verməli olduğunu, ölümqalım məsələsi olduğunu deyir. Həmin şəxs isə pulunun olmadığını bildirir, özünə də pul lazım olduğunu deyir. Sonradan onlar hər şey yaxşı olar deyib sağollaşırlar. «Sarvan kafe» adı ilə qeyd etdiyi şəxslə danışıqlardan görünür ki, həmin şəxs İlhama xx.xx.2022-ci il tarixdə saat 22:36-da «İlham hardasan»», «Gəlib çıxamadın», saat 22:40-da «Aloo», saat 22:53-də «Elemədə camaata söz demişəm», «bir nəfərdən yolla», «Ya da qoy bir yerə gəlim götürüm» məzmununda smslər yazır, sonradan Təqsirləndirilən şəxs onu bloka atır. «Whatsapp» qovluğunda iş üçün əhəmiyyət kəsb edəcək başqa bir məlumat aşkar edilmədi. Mobil telefona daxil olan və çıxan smslərin əks olunduğu «Mesajlar» qovluğunda 7 ədəd sms əks olunmuşdur ki, onlarda mobil operatordan daxil olmuşdur. Mobil telefona daxil olan və çıxan zənglərin əks olunduğu qovluğa daxil olduqda görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:01-də Təqsirləndirilən şəxs istifadəsində olan telefonla saat 20:01 və 20:03-də ***-***-**-** nömrəli, 20:05-də Ramin Yeraz adı ilə qeyd olunan ***-***-**-** nömrəli, saat 20:06 və 20:26-da Ruslan Yeraz adı ilə qeyd olunan ***-***-**-** nömrəli, saat 20:16, 20:28, 20:35, 20:37-də ***-***-**-** nömrəli, saat 20:19-da ***-***-**-** nömrəli, saat 20:19-da ***-***-**-** nömrəli, saat 20:24-də ***-***-**-** nömrəli, saat 20:27-də ***- ***-**-** nömrəli telefonlarla danışığı olmuşdur. «İinstagram» qovluğunda iş üçün əhəmiyyət kəsb edəcək başqa bir məlumat aşkar edilmədi. «Qalareya» qovluğunda özünə aid foto şəkillər, oğru dünyasına aid video çarxlar, hadisədə istifadə etdiyi bıçaqla fotoşəkilləri, xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə kafedə bir qrup şəxslə pivə içmələrini əks etdirən fotoşəkillər qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixdə çəkilmiş şəkildə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs olduğu masada əyləşmişdir. Cinayət işinin 1-ci cildinin 220-221-ci vərəqələrindəki 18 iyun 2022-ci il tarixli Zərərçəkmiş şəxs məxsus «İphone 6» markalı mobil telefona baxış protokolundan görünür ki, telefon qızılı rəngdə olmaqla, üzərində qoruyucu örtüyü vardır, zədəsi yoxdur. Telefonun nömrə hissəsində simkart yoxdur. Mobil telefona daxil olan və çıxan smslərin əks olunduğu «Mesajlar» bölümü boşdur. Telefonun «Qalereya» bölməsində özünün tək, habelə Şahid1 və Təqsirləndirilən şəxsla birgə mehriban şəkilləri, sevdiyi qızı Fatma Məhərrəmovaya aid şəkillər və video görüntülər vardır. Mobil telefona daxil olan və çıxan zənglərin əks olunduğu qovluğa daxil olduqda görünür ki, qovluqda əks olunan danışıqlar xx.xx.2022-ci il tarixdə sevgilisi X10 məxsus ***-***-**-** nömrəsi ilə olmuş, hadisə baş verən saatlarda telefon danışığı olmamışdır. Telefonun «Whatsapp» bölümünə daxil olduqda görünür ki, onun əsas danışıqları X10 məxsus ***-***-**-** nömrəsi ilə olmuşdur. xx.xx.2022-ci il tarixdə Sübhan onların evlərinə gedib Fatma ilə görüşmək istəmiş, Fatma isə bacısının evdə olduğunu, buna görə də evdə görüşə bilməyəcəklərini deyib, parka düşə biləcəyini bildirmişdir. Danışıqlarından görünür ki, sonradan Sübhan onların həyətinə getmişdir. Bir müddət sonra yəni, saat 18:20 radələrində Fatma onun evə çatıb-çatmaması ilə maraqlanmış, Sübhan isə çatdığını demişdir. Sonradan isə bərbərdə olduğunu, saçının kəsdirməyə getdiyini demişdir. Sonradan Fatma ona nə qədər yazsa da, Sübhan ona cavab verməmişdir. Telefonun «İnstagram» bölümünə daxil olduqda görünür ki, onunla Təqsirləndirilən şəxs istifadə etdiyi İlhaam444» profili arasında danışıqlar olmuşdur. Sonuncu danışıq xx.xx.2022-ci il tarixdə olmuşdur. Onlar bir-birləri ilə mehriban danışır, söyüşlü zarafatlar edir, hətta İlham onu pivə içib birlikdə musiqiyə qulaq asmaq üçün evlərinə dəvət edir. Danışıqlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat əldə etmək mümkün olmadı. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan sms danışıqlarının əks olunduğu CD dikə baxış zamanı yazışmalardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus «İlhaam444» profilindən Zərərçəkmiş şəxs sms yazır ki, «Nə səss?, Nə yanındadı? Çatmadı», Sübhan isə cavabında «qız» yazır. Təqsirləndirilən şəxs «Ala sikdir ee» yazır, Sübhan isə cavabında «Eşide ala bu nə hərəkətdi» yazır. Təqsirləndirilən şəxs «Be deyirsən qızın yanında deyiləm? yazır, Sübhan isə cavabında «Ala özü dedi deme» yazır. Təqsirləndirilən şəxs yazır «denen sene demirdi başqasının dərdi» yazır, Sübhan isə cavabında «Blə gələcəm ora yaxşı danışarıq» yazır. Təqsirləndirilən şəxs «oldu 5 də olarsan Ferdde, Sübhan hardasan» yazır, Sübhan isə cavabında «Koroğluda sən hardasan ***-***-**-** yığ» yazır. xx.xx.2022-ci il tarixdə saat 19:13-də Təqsirləndirilən şəxs yazır «Sübhan hardasan». xx.xx.2022-ci il tarixdə saat 10:17-də Zərərçəkmiş şəxs yazır «nə onlinee demişəm istəyib vermişəm qardaşımdı». xx.xx.2022-ci il tarixdə saat 00:59-da Təqsirləndirilən şəxs «Kapital banka» məxsus kartın şəkilini və ? işarəsi göndərir. Zərərçəkmiş şəxs isə cavabında «Mən Xəyalla danışmışam» yazır. Təqsirləndirilən şəxs «Nəyi danışmısan?» deyə soruşur, Zərərçəkmiş şəxs isə cavabında «pul temasında» yazır. Təqsirləndirilən şəxs «nə demisən ki, Sübhan sənən qurtardıq qardaş, Görmürəm, nə sən, nə Xəyal yaxınlarımın yanında, görmürəm səni. Pulun zadın lazım deyil, özüvü tanıyanda gələrsən». Zərərçəkmiş şəxs isə cavabında «Sabah danışarıq oldu, gecən xeyrə yazır». Təqsirləndirilən şəxs «Nə danışmaq ala, qurtardıee, nə danışmaq görmürəm səni» yazır. Zərərçəkmiş şəxs isə cavabında «yaxşı eleyirsən» yazır. xx.xx.2022-ci il tarixdə saat 17:59-da Təqsirləndirilən şəxs «Salam necəsən» yazır, Zərərçəkmiş şəxs isə xx.xx.2022-ci il tarixdə saat 15:48-də cavabında «Aleykumə» yazır. Bundan sonra hər hansı bir danışıq qeydə alınmamışdır. Cinayət işin 1-ci cildinin 90-cı vərəqəsindəki 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs meyitinə baxış zamanı üzərində aşkar edilmiş «Nokia» markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı telefonun qara rəngdə olmaqla, üzərində zədə olmadığı müəyyən edilmişdir. Telefonun arxa hissəsində bir ədəd simkart yerləşdirilmişdir. Mobil telefona daxil olan və çıxan smslərin əks olunduğu «Mesajlar» qovluğunda 5 ədəd «sms» əks olunmuşdur ki, onlar da mobil operatordan daxil olmuşdur. Mobil telefona daxil olan və çıxan zənglərin əks olunduğu qovluğa daxil olduqda görünür ki, qovluqda əks olunan danışıqlar 8 iyun 2022-ci il tarixdə ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələri ilə, 9 iyun 2022-ci il tarixdə isə saat 20:43-də ***-***- **-**, saat 21:54-də ***-***-**-** və saat 22:16-da bacısına məxsus ***-***-**-** nömrəsi ilə olmuş, hadisə baş verən saatlarda telefon danışığı olmamışdır. Cinayət işinin 2-ci cildinin 104-106-cı vərəqələrindəki 8 avqust 2022-ci il tarixli protokoldan görünür ki, məhkəmə qərarı əsasında "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələrinə və Şahid1 istifadəsində olan 070- ***-**-** saylı mobil nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində daxil olan, çıxan zənglər, habelə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək istifadə olunduğu ərazi üzrə anten məlumatlarının əks olunduğu 1 ədəd diskin yaddaşında olan məlumatlara baxış keçirilmişdir. "xxxx" MMC-nin mobil operatoruna məxsus telefon nömrələrinə daxil olan və çıxan zənglər, smslər və anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsi xx.xx.2022-ci il tarixdə istifadə olunmağa başlamış, onunla Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 20:04-də 7 san, saat 20:05-də 47 saniyə, saat 20:31-də 41, saat 20:59-da 32 saniyə, saat 21:39-da 9 saniyə, xx.xx.2022-ci il tarixdə saat 19:29-da 93 saniyə, saat 20:16-da 36 saniyə, saat 20:29-da 20 saniyə, saat 20:36-da 26 saniyə, saat 20:37-də 6 saniyə danışıq olmuşdur. Bütün zənglər Təqsirləndirilən şəxs tərəfindən edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefonla saat 09:19-da ***-***-**-** nömrəsi, saat 11:44-də ***-***-**-** nömrəsi, saat 12:00-da ***-***-**-** nömrəsi, saat 14:34-da, saat 15:29-da, saat 15:57-də, saat 15:58-də, saat 16:39-da, saat 16:46-da ***-***-**-** nömrəsi, saat 15:12-də ***-***-**-** nömrəsi, saat 16:23-də, saat 19:05-də ***-***-**-** nömrəsi, saat 17:02, saat 17:51-də, saat 18:14-də, saat 20:05-də 077- ***-**-** nömrəsi, saat 20:01-də, saat 20:03-də ***-***- **-** nömrəsi, saat 20:19-da ***-***-**-** nömrəsi, saat 20:19-da ***-***-**-** nömrəsi, saat 20:24-də ***-***-**-** nömrəsi, saat 20:27-də ***-***-**-** nömrəsi, saat 20:50-də ***-***-**- ** nömrəsi, saat 01:15-də ***-***-**-** nömrəsi ilə danışığı olmuşdur. Məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olan telefona nömrəsinə daxil olan və çıxan sms mətnlərində iş üçün əhəmiyyət kəsb edən məlumat əldə edilmədi. Bütün smslər mobil operatorlardan daxil olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş telefonun antenindən görünür ki, səhər saatlarında telefon Sabunçu rayonu Ramana qəsəbəsi, Qadir Murtuzayev küçəsinin, saat 10:51-dən saat 13:35-ə qədər Nərimanov rayonun, saat 14:34-də Ramana qəsəbəsi Qadir Murtuzayev küçəsinin, saat 17:49-da Koroğlu metrostansiyasının, saat 18:14-də Q.Qarayev prospektinin, saat 19:31-dən 20:06a qədər Maştağa qəsəbəsi Subtropik sovxozunun, saat 20:36-dan Abşeron rayonu Məhəmmədi kəndinin, saat 21:05-də Zabrat qəsəbəsinin, sonrakı saatlarda isə Sabunçu qəsəbəsinin anten dairəsində olmuşdur. Zərərçəkmiş şəxs istifadəsində olmuş "xxxx" MMC mobil operatoruna məxsus telefon nömrələrinə daxil olan və çıxan zənglərdən, smslər və anten məlumatlarından görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi xx.xx.2022-ci il tarixədək aktiv olmuşdur. Onunla Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsi arasında heç bir danışıq qeydə alınmamışdır. Onunla Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsi arasında 18, 19, 20, xx.xx.2022-ci il tarixlərdə danışıqlar olmuşdur. Məlumatlarda Zərərçəkmiş şəxs istifadəsində olmuş telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərində iş üçün əhəmiyyət kəsb edən məlumat əldə edilmədi. Bütün smslər mobil operatorlardan daxil olmuşdur. Anten məlumatlar qeydə alınmamışdır. Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi xx.xx.2022-ci il tarixdən etibarən aktiv olmuşdur. Onunla Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 20:04-də 7 san, saat 20:05-də 47 saniyə, saat 20:31də 41, saat 20:59-da 32 saniyə, saat 21:39-da 9 saniyə, xx.xx.2022-ci il tarixdə saat 19:29-da 93 saniyə, saat 20:16-da 36 saniyə, saat 20:29-da 20 saniyə, saat 20:36-da 26 saniyə, saat 20:37-də 6 saniyə danışıq olmuşdur. Bütün zənglər Təqsirləndirilən şəxs tərəfindən edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 10:58-dən saat 11:52-ə qədər olan müddətdə onunla Şahid4 istifadəsində olan ***-***-**-** nömrəsi arasında bir neçə dəfə danışıq olmuşdur. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs danışıqları saat 15:58-ə qədər sevgilisi X4 istifadəsində olan ***-***-**-** nömrəli, saat 16:10-da, saat 16:33-də, saat 17:04-də, saat 17:34-də, saat 18:31-də anası X5 istifadəsində olan ***-***-**-** nömrəli, saat 17:12-də, saat 17:13-də taksi sürücüsünə məxsus ***-***-**-** nömrəli, saat 18:24-də, saat 19:18-də, saat 20:13-də bacısı Xəyaləyə məxsus ***-***-**-** nömrəli və saat 20:43də isə ***-***-**-** nömrəli telefonlarla olmuşdur. Məlumatlarda Zərərçəkmiş şəxs istifadəsində olan telefona nömrəsinə daxil olan və çıxan sms mətnlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə ***-***-**-** nömrəsinə «Bloka atdın fatimə allaha and olsun özümə nəsə edəcəm» məzmununda sms yazmış, digər smslər mobil operatorlardan daxil olmuş, iş üçün əhəmiyyət kəsb edən məlumat əldə edilməmişdir. Anten məlumatlarından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:42-dən saat 15:12-ə qədər Zabrat aeroportunun, saat 15:37-də Abşeron rayonu Məhəmmədi kəndinin, saat 16:10-dan saat 17:13-dək Bakı şəhəri Nərimanov rayonu, H.Əliyev prospekti 105, 1951 saylı məhəllənin, saat 18:22-dən etibarən isə Abşeron rayonu Məmmədli kəndinin anten dairəsində olmuşdur. Şahid1 istifadəsində olmuş "xxxx" MMC mobil operatoruna məxsus ***-***-**-** nömrəsi telefon nömrəsinə daxil olan və çıxan zənglərdən, smslər və anten məlumatlarından görünür ki, həmin telefon nömrəsi xx.xx.2022-ci il tarixədək aktiv olmuşdur. Sonradan daxil olan və çıxan zənglər qeydə alınmamışdır. Onunla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsi arasında 18, 19, 20, xx.xx.2022-ci il tarixlərdə danışıqlar olmuşdur. Məlumatlarda Şahid1 istifadəsində olan telefona nömrəsinə daxil olan və çıxan sms mətnlərindən iş üçün əhəmiyyət kəsb edən məlumat əldə edilmədi. Smslər mobil operatordan daxil olmuşdur. Telefon danışıqlarına dair məlumatlara baxış protokolu ilə müəyyən edilmişdir ki, hadisə baş verən günü Zərərçəkmiş şəxs məxsus mobil telefon nömrəsi ilə yalnız Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsi arasında danışıq olmuş, hadisə baş verən günü, nə də ondan əvvəlki günlərdə onunla zərərçəkmiş Zərərçəkmiş şəxsla Şahid1 və Şahid2 arasında heç bir danışıq olmamışdır. Cinayət işinin 2-ci cildinin 93-100-cü vərəqələrindəki məhkəmə-tibb ekspertizasının 10 iyun 2022-ci il tarixli, 126 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində qarının ön divarının qarın boşluğuna nüfuz edərək mədənin yaralanmasına səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət həyati olub Zərərçəkmiş şəxs ölümündən az əvvəl deşici-kəsici alət təsirindən törənmişdir. Bıçaqla kənar şəxs tərəfindən yetirilə bilər. Dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb qarın boşluğuna nüfuz edərək mədənin yaralanmasın səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar baş vermiş çoxlu qanitirmə olmuşdur. Ölüm meyitin məhkəmə-tibbi müayinəsindən 4-5 saat əvvəl baş vermişdir. Bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən inkar edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarətin Zərərçəkmiş şəxs özü tərəfindən özünə yetirilməsi inkar olunmur. Xəsarəti alarkən o, xəsarəti yetirən şəxslə qarşı-qarşıya vəziyyətdə ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 1-ci cildinin 175-176-cı vərəqələrindəki məhkəmə-tibb ekspertizasının 10 iyun 2022-ci il tarixli, 1173 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ said və sağ əl nahiyələrinin kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər kəsici kənara malik əşya (əşyalar) təsirindən törənmişdir. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasından (xx.xx.2022-ci il) 6-8 gün əvvələ uyğun gəlməklə dediyi şəraitdə, yəni əlin süşəyə çırpılması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 2-ci cildinin 77-81-ci vərəqələrindəki lifli materialların tədqiqi üzrə məhkəmə kriminalistik ekspertizanın 19 iyul 2022-ci il tarixli 6/3445 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngli 1 nömrəli cədvəldə göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan geyim əşyalarının üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqatat təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan geyim əşyalarının üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin 2-ci cildinin 83-87-ci vərəqələrindəki əlavə lifli materialların tədqiqi üzrə məhkəmə kriminalistik ekspertizanın 19 iyul 2022-ci il tarixli 6/3446 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid1 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngli 1 nömrəli cədvəldə göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan geyim əşyalarının üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Şahid1 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqatata təqdim edilmiş Şahid1 məxsus olduğu qeyd olunan geyim əşyalarının üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin 2-ci cildinin 181-186-cı vərəqələrindəki kompleks məhkəmə-bioloji və tibbi kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 309/2022-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Zədəni yetirən alətin daxil olma səviyyəsində eni 2,4 sm- qədər olmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, tuman, bir cüt ayaqqabı və bir cüt corab üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarın məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmi aşağıdakı kimi qiymətləndirmək olar: a) Köynəyin (qısaqol maykanın) ön hissəsinin orta nahiyəsində yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik( hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapillyarlıq faktoru üzrə səthə hopmuşlar. b) Şalvarın sağ ayağının ön hissəsində nisbi düz və qeyri-düz dairəvi və ovalvari formalı qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli ov bıçaqlarına uyğun gəlir və deşici-kəsici xassəyə malik soyuq silahdır. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişlik edilməmişdir. Cinayət işinin 2-ci cildinin 172-179-cu vərəqələrindəki kompleks məhkəmə-bioloji və tibbi kriminalistik ekspertizasının 22 avqust 2022-ci il tarixli, 384/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0/İ/-dir. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu B/İİİ/-dür. (təqdim olunan sənədlərin surətinə əsasən). Ekspertizaya təqdim edilmiş daş parçası, torpaq nümunəsi, Zərərçəkmiş şəxs məxsus qısaqol mayka, şalvar( kəməri ilə) və onun dırnaq kəsikləri üzərində insan qanı aşkar edildi. Bu qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız «H» antigeni alındı. «H» antigeni 0 alfa, beta /İ/ qrupunun əsasını təşkil edir. Bu qan 0 alfa, beta /İ/ qruplu şəxs, o cümlədən AB0 sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilərdi. Daş parçası, torpaq nümunəsi, Zərərçəkmiş şəxs məxsus qısaqol mayka, şalvar ( kəməri ilə) üzərində dəri hissəciklərinə oxşar obyekt aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus dırnaq kəsikləri üzərində insan dərisinin buynuzlaşmış üst qatı hüceyrələri aşkar olundu. Bu hüceyrələr az miqdarda olduğu üçün, onlarda qrup mənsubiyyətini təyin etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş bıçaq və Təqsirləndirilən şəxs məxsus dırnaq kəsikləri üzərində olan ləkələrdə qan aşkar olunmadı. Bıçaq üzərində dəri hissəciklərinən oxşar obyekt aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tuman, bir cüt corab, bir cüt ayaqqabı və Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, şalvar üzərində qana şübhəli ləkə və dəri hissəciklərinə oxşar obyekt aşkar olunmadı. Cinayət işinin 2-ci cildinin 192-194-cü vərəqələrindəki əlavə kompleks məhkəməbioloji və tibbi kriminalistik ekspertizasının 1 sentyabr 2022-ci il tarixli, 399/2022-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Şahid1 məxsus şalvar və köynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Cinayət işinin 2-ci cildinin 188-190-cı vərəqələrindəki əlavə kompleks məhkəməbioloji və tibbi kriminalistik ekspertizasının 25 avqust 2022-ci il tarixli, 491/2022-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Şahid1 məxsus şalvar və köynək üzərində qana şübhəli hər hansı bir ləkə və dəri toxumasına şübhəli hər hansı bir hissəcik aşkar olunmadı. Cinayət işinin 2-ci cildinin 59-65-ci vərəqələrindəki məhkəmə-daktiloskopik ekspertizasının 28 iyun 2022-ci il tarixli 22/453R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qatlanan bıçağın üzərində olan əl izlərinin fraqmentləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata Təqsirləndirilən şəxs adına çıxarılmış əlbarmaq və ovuc əksləri müqayisəli tədqiqat üçün yaralıdır. Tədqiqata təqdim edilmiş 1 ədəd qatlanan bıçağın üzərində əl izlərinin yararsız olduğundan DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin o, cümlədən Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əskləri ilə müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Cinayət işinin 2-ci cildinin 67-75-ci vərəqələrindəki məhkəmə kompyüter-texniki ekspertizasının 18 iyul 2022-ci il tarixli 5/701 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sensor ekran və «Android» əməliyyat sistemi ilə təchiz edilmiş «X24 8» markalı «M1908C3JG» modelli «**********61879, **********61876» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş «X24 8» markalı «M1908C3JG» modelli mobil smartfonun yaddaşında toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumat müəyyən olundu. Təqdim edilmiş «X24 8» markalı «M1908C3JG» modelli mobil smartfonun internetə daxil olmaq üçün texniki imkanının olmaması müəyyən olundu. Təqdim edilmiş «X24 8» markalı «M1908C3JG» modelli mobil smartfonun yaddaşından «Yeraz» istifadəçi adı və +**********98 abonenet nömrəsi ilə qeydiyyatdan keçmiş «Whatsapp» proqram təminatında 23 (iyirmi üç) ədəd kontaktla aparılmış məlumat mübadilələri mobil cihaza «Gizlilik qoruma şifrəsi» tətbiq edilməsi səbəbindən «Bluetooth» texnologiyası vasitəsi ilə «Ekspertiza 5-701» adlı qovluğa köçürülərək bir ədəd üzərində «Verbatim» yazısı olan «DVR-R» optik diskdə hazırkı ekspert rəyinə əlavə olundu. Cinayət işinin 2-ci cildinin 196-200-cü vərəqələrindəki Kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 avqust 2022-ci il tarixli, 2193 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtiqdarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranma səbəbləri situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin 2-ci cildinin 6-14-cü vərəqələrindəki hökmün surəti və həmin cildin 140- 141-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 1(101)-290/2022-ci il saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti 22 iyun 2021-ci il tarixdə törətməkdə təqsirli bilinmiş, ona həmin maddə ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 23 iyun 2021-ci il tarixdən 25 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, 25 iyun 2021-ci il tarixdən hökmün elan edildiyi 24 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 29 (iyirmi doqquz) gün cəmi, 7 (yeddi) ay 1 (bir) gün müddət ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir. Cinayət işinin 1-ci cildinin 3-cü cildinin 1-36-cı vərəqələrindəki 22 sentyabr 2022-ci il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, hadisə yerinə baxış zamanı torpaq üzərində qana bənzər ləkələrdən götürülmüş nümunələr, bir ədəd daş parçası, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş boz rəngli cins şalvar, qara rəngli qısa qol köynək, bir cüt ayaqqabı, bir cüt corab, alt tumanı, Zərərçəkmiş şəxs hər iki əlindən dırnaq nümunəsi, Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli cins şalvar, ağ rəngli qısa qol köynək, Təqsirləndirilən şəxs hər iki əlindən dırnaq nümunəsi, Şahid1 əynində olmuş qara rəngli uzunqol köynək, boz rəngli cins şalvar, «Redmi Note 8», «İphone 6», «Nokia» markalı mobil telefonlar və bir ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 55-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2022-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 146-148-ci vərəqələrindəki Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçmilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs 500.000 (beş yüz min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə deyil, ona nalayiq söyüşlər söydüyünə görə cəzalandırmaq məqsədi ilə bıçaqla vurduğunu göstərdi. Həmin hissədə onun ifadəsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş çoxsaylı protokollar, foto cədvəllər, o cümlədən, mobil telefonlara, telefon məlumatlarına baxış keçirilməsi barədə protokollar, çoxsaylı ekspertiza rəyləri və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə həmin hissədə ifadəsinə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.2.2 və 228.4-cü maddəsi ilə tövsif edilməli, o, həmin maddələr ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həyat yoldaşının vəfat etməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş cinayəti törədərkən yetkinlik yaşına çatmamışdır. Odur ki, həmin cinayət Azərbaycan Respublikası CM-in 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə aınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş sınaq müddətində hazırki cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2 və 228.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilməli, CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ilə qəti olaraq üzərində saxlanılmış 2 (iki) il 4 (dörd) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 10 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi X6 mülki iddia ərizəsini müzakirə edib nəticəyə gəlir ki, onun mülki iddiası əsaslandırılmadığından Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən baxılmadan saxlanılmalı və ona sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı torpaq üzərində qana bənzər ləkələrdən götürülmüş nümunələr, bir ədəd daş parçası, bir ədəd bıçaq, Zərərçəkmiş şəxs hər iki əlindən götürülmüş dırnaq nümunəsi, Təqsirləndirilən şəxs hər iki əlindən götürülmüş dırnaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş boz rəngli cins şalvar, qara rəngli qısa qol köynək, bir cüt ayaqqabı, bir cüt corab, alt tumanı, «İphone 6» və «Nokia» markalı mobil telefonlar zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli cins şalvar, ağ rəngli qısa qol köynək və «Redmi Note 8» markalı mabil telefon onun qohumlarına, Şahid1 əynində olmuş qara rəngli uzunqol köynək, boz rəngli cins şalvar onun özünə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən etmədi. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 328 (üç yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CMnin 120.2.2-ci maddəsi ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 18 (on səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilən cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ilə onun üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 4 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 mülki iddiası baxılmadan saxlanılsın və ona sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı torpaq üzərində qana bənzər ləkələrdən götürülmüş nümunələr, bir ədəd daş parçası, bir ədəd bıçaq, Zərərçəkmiş şəxs hər iki əlindən götürülmüş dırnaq nümunəsi, Təqsirləndirilən şəxs hər iki əlindən götürülmüş dırnaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş boz rəngli cins şalvar, qara rəngli qısa qol köynək, bir cüt ayaqqabı, bir cüt corab, alt tumanı, «İphone 6» və «Nokia» markalı mobil telefonlar zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli cins şalvar, ağ rəngli qısa qol köynək və «Redmi Note 8» markalı mobil telefon onun qohumlarına, Şahid1 əynində olmuş qara rəngli uzunqol köynək, boz rəngli cins şalvar onun özünə qaytarılsın. Ekspertiza tədqiqatına sərf edilmiş xərcləri 328 (üç yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun . Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar