Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-333/2025 22.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər: Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə açıq məhkəmə iclasında,
1. xx.xx.1995-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Privolnoye ərazi dairəsi, Privolnoye kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə;
2. xx.xx.2003-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri;
3. xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, hmayəsində bir azyaşlı uşavğ olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3şamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq,
müəyyən etdi:
Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Təqsirləndirilən şəxs1 qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşadığı Təqsirləndirilən şəxs3 müxtəlif vətəndaşlarla sosial şəbəkə vasitəsi ilə tanış olub yaşadıqları evə dəvət etmək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonradan evə daxil olaraq həmin şəxslərin əmlaklarını quldurluq yolu ilə ələ keçirib öz aralarında bölmək məqsədi ilə rolları bölüşdürdükdən sonra 10 fevral 2024-cü il tarixdə «İnstagram» sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olaraq, özlərini «Fatimə» adı ilə təqdim edib, Zərərçəkmiş şəxs 14 fevral 2024-cü il tarixdə saat 20 radələrində kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə dəvət etmiş, bölünmüş rollara əsasən Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs qarşılayaraq həmin evə gətirdikdən sonra əvvəlcədən əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 otağa daxil olaraq Təqsirləndirilən şəxs1 özünü Təqsirləndirilən şəxs3 əri kimi təqdim edib, guya qısqanclıq zəminində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 ilə mesajlaşmasını bəhanə gətirməklə Zərərçəkmiş şəxs hücuma məruz qoyub həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, Təqsirləndirilən şəxs1 yumruq və təpik zərbələri ilə vurub sol qaşüstü nahiyənin sıyrığı, sol orbita sümüyü proeksiyasının, sağ çənə oynağı proeksiyasının və döş qəfəsinin sol yarısının qançırları kimi xarakterizə olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmayan xəsarətlər, Təqsirləndirilən şəxs2 isə əlində olan silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış, təsərrüfat məişət təyinatlı dəmir boru ilə Zərərçəkmiş şəxs vurub gövdənin sol yan hissəsinin aşağı şöbəsinin çanaq üstü nahiyəsinin hematoması ilə xarakterizə edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, bu hərəkətlərin davamı olaraq zərərçəkmiş şəxsə məxsus daxilində 30 (otuz) manat dəyərində 070 751-21-04 GSM nömrəsi və 50 (əlli) manat dəyərində 051 883- 96-96 GSM nömrəsi olan 150 (bir yüz əlli) manat dəyərində «Samsung» markalı «Galaxy A50» modelli, 3585 8310 5305 463 və 3585 8410 5305 461 İMEİ kodlu mobil telefonunu, 30 (otuz) manat dəyərində «Huawei Band 6-E84» markalı «FRA-B19» modelli smart qol saatını götürmüş, Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş "xxxx" ASC-nin 4169 7388 2417 5206 №-li «Birbank» bank hesabından 999 (doqquz yüz doxsan doqquz) manat, digər "xxxx" ASC-nin 5239 1715 6974 9857 №-li «Birbank» bank hesabından isə 196 (bir yüz doxsan altı) manat məbləğində pulu Təqsirləndirilən şəxs2 məxsus «m10» hesabına onlayn köçürməklə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 1.455 (bir min dörd yüz əlli beş) manat məbləğində ziyan vurmaqla quldurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxsləri tanıyır, zərərçəkmiş şəxsi isə tanımamışdır. O, valideynləri və azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi , ev 12də yaşamışdır. Ərindən boşanmışdır. Hadisədən təxminən səkkiz ay əvvəl sevgili münasibətlərində olduğu Təqsirləndirilən şəxs1la sonuncunun kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində «NZS» qəsəbəsində fərdi evdə yaşamışdır. Təqsirləndirilən şəxs2 isə Məmixanın dostu kimi tanımışdır. Sadiq ona bildirmişdir ki, sosial şəbəkələrdən bir nəfərlə tanış olsun, həmin şəxsi yaşadıqları ünvana dəvət etsin. Sadiqdən qorxaraq sosial şəbəkələrdə yazışdığı Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə «NZS» qəsəbəsində qarşılayaraq Məmixanla yaşadığı evə gətirmişdir. Həmin ev 2 otaqlıdır. O, Vüsalla boş otağa daxil olmuş, qonşu otaqda olan Məmixan, Sadiq və tanışı Xumar onunla Vüsalın olduğu otağa daxil olmuşlar. Bundan sonra Məmixan ondan qonşu otağa çıxmasını tələb etmiş və o, otaqdan çıxmışdır. Məmixangilin Vüsalla qaldığı otaqda nə baş verdiyini bilməmişdir. Yalnız polis şöbəsinə dəvət olunduqda bilmişdir ki, X13 döymüş, onun pulunu, telefon və qol saatını almışlar. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərdən Sadiqlə çoxdan tanışdır, Sultanə ilə isə klubda tanış olmuş, onunla qeyri-rəsmi ər-arvad kimi yaşamışdır. Bu iş üzrə şahid keçən Şahid1 və Şahid2 Sultanənin tanışlarıdır. Zərərçəkmiş şəxs Sultanə özü sosial şəbəkələrdən tanımış, sonuncu ilə özü yazışmış, Vüsalı kirayə qaldıqları evə dəvət edib talamaq niyyəti hər üçünə aid olmuşdur. Bu məqsədlə Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs zəng edərək onu Babək prospektində yerləşən NZS qəsəbəsinə dəvət etmiş, orada onu qarşılayaraq evin boş otağına gətirmişdir. Evin digər otağında isə o, Təqsirləndirilən şəxs2, Şahid1 və Şahid2 yeyib-içirdilər. Sultanə ilə Vüsal otağa daxil olduqda o və Sadiq həmin otağa daxil olmuşlar. Vüsal onları görən kimi başa düşmüşdür ki, ona qarşı qurma olmuşdur. Bunu özü də onlara demişdir. Onlar Vüsalı heç bir əşya ilə döyməmişlər, yəni dəmir boru ilə döyməmişlər. Sadəcə onu alçaldaraq soyundurmuşlar və Təqsirləndirilən şəxs2 öz cinsiyyət orqanını Vüsalın ayağına sürtmüşdür. Həmçinin Vüsala məcbur etmişlər ki, kartında olan 1.100 manat pulu Sadiqin kartına atsın, mobil telefonunu və qol saatını da almışlar. Bundan sonra Vüsalı yola çıxarıb ondan aralanmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 onun dostudur, Təqsirləndirilən şəxs3 isə Məmixanın qeyri-rəsmi ailəsidir. Məmixan Sultanə ilə birlikdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamışlar. xx.xx.2024-cü il tarixdə Məmixangildə olduğu zaman özünə məxsus telefonda «İnstagram» sosial şəbəkəsində qız adı ilə profil açmaq və oğlanlarla tanış olaraq yaşadığı evə çağırıb pulunu ələ keçirməyi Məmixana təklif etmişdir. Sonuncu onun təklifi ilə razı olduqda «İnstagram» sosial şəbəkəsində «fatos_0.3784» adlı səhifə açmış, daha sonra həmin səhifəyə «vusalzeynalov_vip» adlı səhifədən sms gəlmiş və o həmin şəxslə qız adı ilə danışmağa başlamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs onun istifadəsində olan 099 388-60-61 GSM nömrəsi olan «Whatsapp» mobil tətbiqinə görüntülü zəng etmiş və mobil telefonu Sultanəyə verərək səsini çıxarmamaq şərti ilə üzünün yarı hissəsini Vüsala göstərməsini bildirmişdir. Sultanə də üzünün yarı hissəsini görüntülü zəng zamanı Vüsala göstərmiş və Vüsal danışdığı şəxsin qadın olmasına əmin olmuşdur. 14 fevral 2024-cü il tarixdə, yəni sevgililər günü təxminən saat 18:30 radələrində Sultanənin rəfiqəsi Şahid1 və sonuncunun tanışı Rabil adlı şəxs Məmixanın evinə qonaq gəlmiş, onlar, yəni o, Bəhruz, Sultanə, Xumar və Rabil birlikdə yemək yeyən zaman Vüsal adlı şəxs SMS göndərərək görüşə gəldiyini bildirmişdir. Bundan sonra o, Sultanəyə yola çıxıb Vüsalı evə gətirməsini tapşırmışdır. Sultanə ilə birlikdə Sultanəni yaxınlıqda yerləşən «Ulduz» marketinin yaxınlığına ötürüb geri qayıtmışdır. Bir neçə dəqiqədən sonra Sultanə Vüsalla evə gələrək boş otaqlardan birinə daxil olmuş, o və Məmixan Sultanə ilə Vüsalın gəldiyini bildikdə həmin otağa keçmişlər. Həmin vaxt onun əlində dəmir boru olmuşdur. Onlar otağa daxil olduqdan sonra Məmixan Sultanəni otaqdan çıxarmış və Vüsala Sultanənin əri olduğunu, onun nə məqsədlə evə gəldiyini əsəbi halda soruşmuş, Vüsal isə Sultanənin Fatimə adı ilə tanıdığını, onun subay olduğunu zənn edərək gəldiyini demişdir. Bundan sonra o, əlindəki dəmir boru ilə Vüsalın sol çiyin, sol qol, sol və sağ ayaq nahiyələrindən, Məmixan isə yumruq və təpik zərbələri ilə Vüsalın bədəninin müxtəlif nahiyələrinə vurmuşlar. Bu zaman otağa gəln Rabil və Xumar səsə otağa gələrək elə zənn etmişlər ki, Vüsal həqiqətən Sultanənin yanına pis məqsədlə gəlmişdir. X15 həmyerli olmasını bilərək ona bir sillə vurmuşdur. Bundan sonra Məmixan Vüsala bildirmişdir ki, guya Sultanə arvadıdır və arvadı ona məxsus pulları Vüsala göndərmişdir. Vüsal isə bunun doğru olmadığını və hər hansı məbləğdə pul göndərilmədiyini bildirmişdir. Bu vaxt Rabil və Xumar otağı tərk edərək digər otağa keçmişlər. Onlar çıxdıqdan sonra o, Vüsaldan telefonu alaraq sonuncunun bank proqramında olan 1.000 manat pulu 099 388-60-61 GSM nömrəsi ilə qeydiyyatdan keçdiyi «M10» mobil tətbiqinin hesabına köçürmüş, həmçinin Vüsalın mobil telefonunda olan "xxxx" ASC-nin digər mobil tətbiqinə daxil olub həmin kart hesabından 100 (bir yüz) manat məbləğində pulu 099 388-60-61 GSM nömrəsi ilə qeydiyyatdan keçdiyi «M10» mobil tətbiqinin hesabına köçürmüşdür. Vüsalın mobil telefonu Məmixanda qalmışdır. Həmçinin o, Vüsalın qolunda olan «Huawei» markalı qol saatını da almışdır. Bundan sonra Vüsalı döydüklərini heç kimə dəməməsi və polisə bu barədə məlumat verməməsi üçün o, cinsiyyət orqanını çıxararaq Vüsala qarşı ədəbsiz hərəkətlər etmişdir. Bundan sonra o və Məmixan Vüsalı evdən çıxararaq yola kimi aparıb geri qayıtmışlar. Vüsaldan aldıqları 1.100 manat pulu aralarında bölüb xərcləmişlər. Daha sonra Məmixan Vüsaldan aldığı «Huawei» markalı qol saatını Sultanəyə hədiyyə etmişdir. 20 fevral 2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİnin 23-cü Polis Bölməsinin əməkdaşları onu və Sultanəni Məmixanın evində saxlayıb bölməyə aparmışlar. Üsala vurduqları ziyanı ödəmişlər. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Belə ki, 10 fevral 2024-cü il tarixdə o,sosial şəbəkələrdə Sultanə ilə tanış olaraq yazışmış, onunla intim əlaqədə olmaq üçün görüşməyi təklif etmiş, Sultanə də onun təklifini qəbul etmişdir. O, evlidir, 2 uşağı var. Sultanə ilə görüşməmişdən əvvəl «Whatsapp» mobil tətbiqi vasitəsi ilə görüntülü danışmış, yalnız bundan sonra 14 fevral 2024-cü il tarixdə görüşmək qərarına gəlmişdir. 14 fevral 2024-cü il tarixdə təxminən saat 20 radələrində Sultanənin ona dediyi ünvana, yəni Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən məhəlləyə gəlmiş, Sultanə onu orada qarşılayaraq yaşadığı evə aparmışdır. Onlar evə daxil olduqdan təxminən 2 dəqiqə sonra otağa hal-hazırda məhkəmədə gördüyü Məmixan, Sadiq və daha bir nəfər tanımadığı kişi ilə qadın daxil olmuşlar. Nədənsə həmin tanımadığı kişi ilə qadın cinayət məsuliyyətinə cəlb olunmamışlar. Bu şəxslər otağa daxil olan kimi Məmixan üstünə qışqıraraq Sultanənin əri olduğunu, bu evə nə üçün gəldiyini deyərək Sultanəyə otaqdan çıxmağını demişdir. Sultanə otaqdan çıxdıqdan sonra Məmixan onu şillə-təpiklə, Sadiq isə əlindəki dəmir parçası ilə onun sol çiyin, sol qol, sol və sağ ayaq nahiyələrindən vurmuş, tanımadığı 3-cü şəxs isə yumruq zərbələri ilə sifətinə və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Telefonunu Məmixan alıb telefondakı bank proqramındakı kartından öz 1.000 manat və digər "xxxx" ASC-nin 5239 1715 6974 9857 №-li «Birbank» bank hesabından isə 100 manat məbləğində pulları çıxarmışlar. Həmçinin bu şəxslər zorla qolunda olan «Huawei» markalı qol saatını çıxararaq yenidən onu yumruq və təpik zərbələri ilə döymüşlər. Bundan sonra həmin şəxslər onu döydüklərini heç kimə deməməsi üçün hədə-qorxu gəldikdən sonra onu evdən çıxarıb yola tərəf aparıb orada onu buraxmışlar. O, yaşadığı ünvana gedib baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə gedişatı zamanı Sultanənin qohumları 550 manat, Sadiqin qohumları isə 550 manat ödəməklə vurduqları ziyanı bağlamışlar. Onun Sultanə və Sadiqə qarşı heç bir tələbi və şikayəti yoxdur, onlarla barışmış, buna dair məhkəməyə ərizəsini təqdim edir. Lakin Təqsirləndirilən şəxs1 qarşı tələbi odur ki, o, bu cinayətin təşkilatçısı olduğu üçün ona layiqli cəza verilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 onun oğludur, lakin hamı Məmixanı, Bəhruz adı ilə çağırır. Digər Təqsirləndirilən şəxs2 oğlunun dostu, Təqsirləndirilən şəxs3 isə oğlu Məmixanın qeyri-rəsmi ailəsidir. Hadisə baş verən ev onun evidir. Orada Məmixan qeyri-rəsmi ailə münasibətlərində olduğu Təqsirləndirilən şəxs3 ilə yaşayırdı. O isə digər veteran oğlu ilə birlikdə Cəlilabad rayonu, Privolnoye kəndində yaşayır. 15 fevral 2024-cü il tarixdə Məmixan Privolnoye kəndində yerləşən evlərinə gələrək, ona bir ədəd «Samsung Galaxy A50» markalı mobil telefonu verib saxlamasını, lazım olduğu halda ondan geri alacağını demişdir. O da həmin mobil telefonun Məmixana məxsus olmasını düşünüb, mobil telefonu özündə saxlamışdır. 22 fevral 2024-cü il tarixdə polis əməkdaşları evlərinə gələrək Məmixanın cinayət hadisəsi törətməsi və tutulması barədə əri X5 məlumat vermişdir. Elə həmin gün Məmixanın ona verdiyi «Samsung Galaxy A50» markalı mobil telefonu polislərə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır. Belə ki, Bəhruz adı ilə tanıdığı Təqsirləndirilən şəxs1 dostudur, Təqsirləndirilən şəxs3 Məmixanın qeyri-rəsmi həyat yoldaşıdır. Təqsirləndirilən şəxs2 isə Məmixanın tanışıdır. Şahid1 isə onun sevgilisidir. 14 fevral 2024cü il tarixdə təxminən saat 19 radələrində Xumarla birlikdə Sultanə ilə Bəhruzun qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən fərdi yaşayış evinə sevgililər günü münasibəti ilə ərzaq və spirtli içki alaraq getmişlər. Həmin vaxt orada Məmixan, Sadiq və Sultanə olmuşlar. Süfrə açılan zaman Sultanə mağazaya gedib qayıdacağını bildirərək evdən çıxmışdır. Onlar isə olduqları otaqda süfrə ətrafında əyləşib Sultanəni gözləmişlər. Məmixanın yaşadığı ev 2 otaqdan ibarət olmaqla həmin otaqlara giriş ayrı idi. Bir azdan Sultanənin digər otağa gəlişini eşidən Məmixanla Sadiq həmin otağa keçmişlər. Həmin otaqdan mübahisə səi gəldiyi üçün o və Xumar 2-ci otağa keçmişlər. Orada sonradan adını bildikləri Zərərçəkmiş şəxs görmüşlər. Vüsalı həmin otağa Sultanə gətirmiş, Məmixan isə həmin Vüsalla mübahisə edərək Sultanənin onun arvadı olduğunu, bu evə nə üçün gəldiyini soruşmuşdur. Bundan sonra Məmixan Sultanəyə otaqdan çıxmasını demiş, o və Sadiq həmin Zərərçəkmiş şəxs döyməyə başlamışlar. Məmixan Vüsalı əli ilə, Sadiq isə dəmir boru ilə vurmuşlar. O isə Vüsalın hərəkətindən əsəbləşərək ona bir sillə vurmuşdur. Orada həmçinin onun şahidi olmuşdur ki, X11 telefonunda olan bank proqramından 1.100 manat pulu öz kartlarına köçürmüş, həmçinin həmin mobil telefon Məmixanda qalmışdır. Bu zaman Vüsal etiraz edərək pulunun nə üçün çıxarıldığını bildirmiş və Məmixan bu sözdən sonra zorla Vüsalın qolunda olan «Huawei» markalı qol saatını çıxararaq Sadiqə verib yenidən Vüsalı yumruq və təpik zərbələri ilə döymüşdür. Bundan sonra Məmixan və Sadiq Vüsalı evdən çıxarıb yola salıb qayıtmışlar. Onun Məmixan, Sadiq və Sultanənin əvvəlcədən planlaşdıraraq Vüsalı Sultanə ilə görüşmək adı ilə evə çağırıb əmlakını mənimsəmə məqsədləri barədə məlumatı olmamışdır. Vüsalı vurmasının səbəbi isə o olmuşdur ki, Vüsaldan haradan olmasını soruşduqda sonuncu Laçın rayonundan olduğunu demiş, o özü də Laçınlı olduğu üçün Vüsalın hərəkətinə qəzəblənərək bir dəfə onu sillə ilə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 hadisədən təxminən 5-6 ay əvvəl tanımış, Sultanə kafelərdən birində ofisiant işləmiş, lakin hadisədən 3-4 gün əvvəl işdən çıxmışdı. Təqsirləndirilən şəxs1 isə Sultanənin qeyri-rəsmi əri kimi tanımışdır. Sultanə ilə Məmixan NZS qəsəbəsində kirayə tutduqları evdə yaşayırdılar. 14 fevral 2024-cü il tarixdə təxminən saat 19 radələrində ər-arvad münasibətində olduğu Şahid2la birlikdə Sultanə ilə Məmixanın yaşadıqları evinə getmək üçün 75 manatlıq bazarlıq edərək qonaq getmişlər. Həmin vaxt Məmixangildə sonuncunun tanışı olan Təqsirləndirilən şəxs2 ilə də tanış olmuşlar. Onlar Sevgililər gününü qeyd etmək üçün gətirdikləri ərzaq və spirtli içkiləri masaya düzüb yeyibiçməyə başlamış, lakin Sultanə mağazaya getmək adı ilə evdən çıxmış, onlar isə evdə qalaraq məclisi davam etmişlər. Sonra Sultanənin gəlib digər otağa keçdiyini eşitmişlər. Məmixanla Sadiq həmin otağa keçmiş və həmin otaqdan səs-küy gəldiyini eşitdikləri üçün o, Rabillə birlikdə həmin otağa keçərək görmüşlər ki, Sultanə həmin otaqda sonradan adını bildiyi Zərərçəkmiş şəxsla olmuş, Məmixan bildirmişdir ki, Sultanəni Vüsalla birlikdə tutmuşlar. Bundan sonra Məmixan Sultanəni otaqdan çıxarıb Sadiqlə birlikdə Vüsalı döyməyə başlamışlar. Rabil Vüsalın həqiqətən pis niyyətlə evə gəldiyini zənn edərək sonuncudan haralı olduğunu soruşmuş, Vüsal laçınlı olduğunu bildirdikdə özü də laçınlı olan Rabil əsəbləşib Vüsalı sillə ilə vurmuşdur. O da öz növbəsində Vüsala evə gəlməsi ilə bağlı iradını bildirmişdir. Bundan sonra Bəhruz onu otaqdan çıxarmış, Rabil, Bəhruz və Sadiq isə otaqda qalmışlar. O isə Sultanənin yanına getmiş və baş verənlər barədə Sultanədən soruşduqda, Sultanə bunların Məmixanla Sadiqin qurması olduğunu, Vüsalla qız adı ilə danışıb evə çağırdıqlarını bildirmişdir. Təxminən bir saatdan sonra Məmixan və Sadiq Vüsalı yola salmışlar, o və Rabil isə oradan çıxıb getmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməllərində təqsirlilikləri qismən özlərinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin məsul növbətçisi polis kapitanı Ramil İbrahimovun həmin bölmənin rəisinə ünvanlanmış HK- 1-288 nömrəli xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, həmin tarixdə saat 02:00-da DİN-nin 102 zəng mərkəzi N********** saylı məlumatda vətəndaş Zərərçəkmiş şəxs Samsung A50 markalı 600 manat dəyərində telefonun oğurlanması və BirBank vasitəsi ilə hesab kartından 1100 manat pulunun çıxarılması barədə məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış vətəndaş Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsində dəqiq xatırlamadığım fərdi yaşayış evində instagram sosial şəbəkəsində tanış olduğum özünü mənə Fatinə kimi təqdim edən xanımla olduğum zaman 3 nəfər şəxs bir nəfər qadın evə daxil oldular. Həmin şəxslərdən biri Fatimənin onun arvadı olduğunu, Fatimənin mənə pullar göndərdiyini deyib məni döyərəj mobil telefonla çəkiliş apardılar. Sonra özünü Fatimənin əri kimi təqdim edən şəxs şəkillərə baxmaq adı ilə Samsung A50 markalı mobil telefonunu əlindən alıb kapital bank tətbiqindən digər hesaba 1100 manat göndərmişdir. Daha sonra qolunda olan Huavei markalı qol saatını əlindən alıb onu həmin ünvandan əsas yola kimi aparmışlar. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsində yerləşən fərdi yaşayış evidir. Sözü gedən fərdi yaşayış evi digər yaşayış evləri ilə əhatəlidir.Baxış zamanı Zərərçəkmiş şəxs Xətai rayon NZS qəsəbəsi, Aşıq Qurban küçəsini göstərərək bildirdi ki, sözü gedən ünvanda, lakin dəqiq xatırlamadığı fərdi yaşayış evində 3 nəfər şəxs onu döyməklə Samsung A50 markalı mobil telefonunu, qol saatını əlindən alıb, telefonunda olan tətbiq vasitəsilə digər kart hesabına 1100 manat göndərmişdir. Məhkəmədə elan edilib araşdırılmış təqdim etmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 vətəndaş Zərərçəkmiş şəxs quldurluq yolu ilə götürülmüş “Huawei” markalı qol saatını təhqiqata təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin 105-745 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, həmçinin baş vermiş hadisə zamanı cinayətin aləti olmuş bir ədəd dəmir parçası müəyyən edilərək təqdim edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış ifadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olaraq sosial şəbəkələrdə tanış olaraq yazışdığı Zərərçəkmiş şəxs üçünün birgə yaşadığı ünvana dəvət edərək 14 fevral 2024-cü il tarixdə sonuncunu qarşılayaraq evə gətirdikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncunu döyərək qol saatı, mobil telefon və pullarını talamışlar. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılmasına haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olaraq sosial şəbəkələrdə tanış olaraq yazışdıqları Zərərçəkmiş şəxs üçünün birgə yaşadığı ünvana dəvət edərək 14 fevral 2024-cü il tarixdə sonuncunu Təqsirləndirilən şəxs3 qarşılayaraq evə gətirdikdən sonra o və Təqsirləndirilən şəxs1 sonuncunu döyərək qol saatı, mobil telefon və pullarını talamışlar. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılmasına haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq sosial şəbəkələrdə tanış olaraq yazışdıqları Zərərçəkmiş şəxs üçünün birgə yaşadığı ünvana dəvət edərək 14 fevral 2024-cü il tarixdə sonuncunu Təqsirləndirilən şəxs3 qarşılayaraq evə gətirdikdən sonra o və Təqsirləndirilən şəxs2 sonuncunu döyərək qol saatı, mobil telefon və pullarını talamışlar. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məxsus «Samsung Galaxy A3» markalı mobil telefonuna baxış keçirilmişdir. Baxış zamanı telefonun iş masası üzərində yerləşən «Mənim Fayllarım» qovluğuna daxil olduqda orada iki ədəd «20240214_201751.mp4» və «20240214_204848.mp4» adlı videofayllar aşkar olunmuşdur. 0:34 saniyə davam edən «20240214_201751.mp4» adlı faylda iş üzrə Zərərçəkmiş şəxs həyəcanlı vəziyyətdə olması və nalayiq ifadələrlə təhqir olunması müşahidə olunmuşdur. 0:58 saniyə davam edən «20240214_204848.mp4» adlı faylda isə iş üzrə Zərərçəkmiş şəxs qarın və çənə nahiyəsini tutaraq çətinliklə danışdığı, habelə nalayiq ifadələrlə təhqir olunduğu müşahidə olunmuşdur. İş üçün sübut əhəmiyyəti kəsb etdiyindən həmin «20240214_201751.mp4» və «20240214_204848.mp4» adlı videofayllar bir ədəd CD diskə köçürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış təqdim etmə və götürmə barədə xx.xx.2024-cü il tarixli “təqdim etmə və götürmə barədə” protokoldan müəyyən olunur ki, hal şahidlərinin iştirakı ilə, həmçinin iş üzrə Şahid3 Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy A50” markalı mobil telefonu istintaqa təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs təqdim olunmuş mobil telefonlar arasından “Samsung Galaxy A50” markalı mobil telefonunu özünə məxsus telefon kimi tanımışdır. Məhkəmədə elan edilib araşdırılmış “əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs təqdim olunmuç qol saatları arasından özünə məxsus “Huavei” markalı qol saatını tanımışdır. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, iş üzrə Zərərçəkmiş şəxs məxsus «Samsung Galaxy A50» markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı həmin mobil telefonda olan «İnstagram» tətbiqində zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus «vusalzeynalov_vip» səhifəsi ilə «fatos_0.3784» səhifəsi arasında yazışmalar müəyyən olunmuşdur. Həmin yazışmalar iş üçün əhəmiyyət kəsb etdiyindən «İphone» markalı mobil telefonla 18 ədəd fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məxsus «Samsung Galaxy A3» markalı mobil telefonuna baxış keçirilmişdir. Baxış zamanı telefonun iş masası üzərində yerləşən «Mənim Fayllarım» qovluğuna daxil olduqda orada iki ədəd «20240214_201751.mp4» və «20240214_204848.mp4» adlı videofayllar aşkar olunmuşdur. 0:34 saniyə davam edən «20240214_201751.mp4» adlı faylda iş üzrə Zərərçəkmiş şəxs həyəcanlı vəziyyətdə olması və nalayiq ifadələrlə təhqir olunması müşahidə olunmuşdur. 0:58 saniyə davam edən «20240214_204848.mp4» adlı faylda isə iş üzrə Zərərçəkmiş şəxs qarın və çənə nahiyəsini tutaraq çətinliklə danışdığı, habelə nalayiq ifadələrlə təhqir olunduğu müşahidə olunmuşdur. İş üçün sübut əhəmiyyəti kəsb etdiyindən həmin «20240214_201751.mp4» və «20240214_204848.mp4» adlı videofayllar bir ədəd CD diskə köçürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi şəxsin 05 mart 2024-cü il tarixli, 632 №-li rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi şəxsin 28 fevral 2024-cü il tarixli, 550 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi şəxsin 28 fevral 2024-cü il tarixli, 551 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi şəxsin 29 fevral 2024-cü il tarixli, 553 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi kriminalistik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" ETT Birliyinin 04 mart 2024-cü il tarixli, 95/2024-MTKŞ №-li rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - gövdənin sol yan hissəsinin aşağı şöbəsinin çanaqüstü nahiyəsinin hematoması; sol qaşüstü nahiyənin sıyrığı; sol orbita sümüyü proeksiyasının, sağ çənə oynağı proeksiyasının və döş qəfəsinin sol yarısının qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər və bu xəsarətlərin ekspertizaya təqdim edilən dəmir parçası ilə yetirilməsi istisna olunmur. Təqdim olunmuş dəmir boru zavod üsulu ilə hazırlanmış, təsərrüfat məişət təyinatlı borudur və soyuq silah hesab edilmir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 03 aprel 2024-cü il tarixli 9/1728 №-li rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Vyetnam istehsalı olan «Samsung» markalı, «SM-A505FN/DS» (Galaxy A50) model, qara rəngli, sensor dizyanlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən 150,00 manat, 01 ədəd Çin istehsalı olan «Huawei Band 6-E84» markalı, «FRA-B19» model, qara rəngli smart qol saatı 30,00 manat müəyyən edilir. Məhkəmədə elan edilib araşdırılmış “təqdim etmə və götürmə barədə” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs özünə məxsus "xxxx" ASC-nin 5239 7388 2417 5206 və 5239 1715 6974 9857 kart hesablarından çıxarışı istintaqa təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nin plastik kart hesablarından çıxarışlardan müəyyən olunur ki, hadisə baş verən tarixdə, yəni xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nin 4169 7388 2417 5206 №-li «Birbank» bank hesabından 900 və 99 manat olmaqla, ümumilikdə 999 (doqquz yüz doxsan doqquz) manat, digər plastik kart hesabından, yəni "xxxx" ASC-nin 5239 1715 6974 9857 №-li «Birbank» bank hesabından isə 120, 50 və 26 manat olmaqla ümumilikdə 196 (bir yüz doxsan altı) manat məbləğində pul çıxarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış 4(011)-144/2024 nömrəli xx.xx.2024-cü il tarixli Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 ona qarşı sürülmüş Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsilə özünü təqsirli bilmişdir, onun barəsində əvvəli xx.xx.2024-cü il tarixdən olmaqla 03 ay müddətinə həbs seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 4(011)-143/2024 nömrəli xx.xx.2024-cü il tarixli Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 ona qarşı sürülmüş Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddərilə özünü təqsirli bilmişdir, onun barəsində əvvəli xx.xx.2024-cü il tarixdən olmaqla 04 ay müddətinə həbs seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 4(011)-145/2024 nömrəli xx.xx.2024-cü il tarixli Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən olmaqla 03 ay 25 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə əmələ hissəvi xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 181.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmiş, üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət hadisəsi zamanı istifadə etdiyi bir ədəd dəmir boru, Zərərçəkmiş şəxs məxsus bir ədəd «Samsung» markalı «Galaxy A50» modelli, 3585 8310 5305 463 və 3585 8410 5305 461 İMEİ kodlu mobil telefon və bir ədəd «Huawei Band 6-E84» markalı «FRA-B19» modelli smart qol saatı, iş üzrə Təqsirləndirilən şəxs2 məxsus «Samsung Galaxy A3» markalı mobil telefona baxış zamanı aşkar edilmiş «20240214_201751.mp4» və «20240214_204848.mp4» adlı videofayllar olan bir ədəd «CD» disk maddi sübut kimi tanınmış, bir ədəd dəmir boru saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmış, iş üzrə Təqsirləndirilən şəxs2 məxsus «Samsung Galaxy A3» markalı mobil telefona baxış zamanı aşkar edilmiş «20240214_201751.mp4» və «20240214_204848.mp4» adlı videofayllar olan bir ədəd «CD» diskin isə iş materiallarına əlavə edilmiş, bir ədəd «Samsung» markalı «Galaxy A50» modelli, 3585 8310 5305 463 və 3585 8410 5305 461 İMEİ kodlu mobil telefon və bir ədəd «Huawei Band 6-E84» markalı «FRA-B19» modelli smart qol saatı Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırlmış Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə məhkəməyə gəlməkdən yayındığı üçün Təqsirləndirilən şəxs3 barəsində axtarış elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2- 3333/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2025-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən müəyyən olunur ki, ona dəymiş maddi ziyan ona tam ödənilmiş, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış tələbnamədən və hökmün surətindən müəyyən olunur ki, Məmmədov X6 rayonu məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 05 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Cəlilabad rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya Qərarının 5-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılmış, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış və o məhkumluğu olmayan şəxsdir. Belə ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə əməli 14 fevral 2024-cü il tarixdə törətmiş, Neftçala rayonu məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzadan xx.xx.2023-cü il tarixdə azad olunmuşdur. Belə olan halda Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmədə elan edilib araşdırılmış tələbnamələrdən müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişlər. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərini Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə düzgün olaraq tövsif etmişdir. Lakin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs heç bir əşya ilə, yəni dəmir boru ilə döymədiklərinə, sadəcə onu alçaldaraq soyundurduqlarına dair həqiqətə uyğun olmayan ifadələri, özlərinin məhkəməyədək verdikləri ifadələri, Təqsirləndirilən şəxs2 hadisəni əks etdirən video görüntüsü ilə, təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxs arasında yazışmanı əks etdirən telefon məlumatları ilə, təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ibtidai araşdırma zamanı ifadələrinin yerində yoxlanılması istintaq hərəkətləri, məhkəmə-tibbi, məhkəmə-tibbi kriminalistik və məhkəmə-əmtəəşünaslıq elspertizası rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli qərarının: 6-cı bəndinə əsasən: Soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir; 7-ci bəndinə əsasən: Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır; 11-ci bəndinə əsasən: CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur; 18-ci bəndinə əsasən: Əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır; 23-cü bəndinə əsasən CM-nin 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər; 25-ci bəndinə əsasən: Təqsirli şəxsin əməli AR CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq AR CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hər üç təqsirləndirilən şəxs quldurluq əməlini qabaqcadan əlbir olan bir qrup halında törətmişlər. Belə olan halda hər birinin əməli Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsinin tərkibini yaratmış olur. Lakin təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 dəmir borudan istifadə etməklə zərərçəkmiş şəxsə fiziki zor tətbiq etmiş və onun əməli olaraq həmin məcəllənin 181.2.5-ci maddəsilə düzgün olaraq tövsif edilmişdir. Belə olan halda məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərini Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsilə, Təqsirləndirilən şəxs2 əməllərini isə CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif edir və onlara bu maddələrlə cəza təyin edilməsini mümkün sayır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağın olması, CM-nin 59.1.12-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsi və ya ziyanın azaldılması müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsi və ya ziyanın azaldılması müvafiq olaraq təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənməsi Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq təqsirləndirilənlər şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində məsuliyyətlərini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə toplanmış sübutları araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri qismən özlərinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ibtidai araşdırma orqanı tərətindən tərtib olunmuş qərar və protokolları, hadisə yerinə baxış, ifadələrin yerinə yoxlanmasına dair protokolları, zərərçəkmiş şəxsə məxsus "xxxx" ASC-nin plastik kart hesablarından çıxarışlardan, Təqsirləndirilən şəxs2 məxsus «Samsung Galaxy A3» mobil telefonuna dair videofayllarla, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 islah olunmalarına yalnız onların cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan andan hesablanır. Həmin məcəllənin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə şəxsin həbsdə və ev dustaqlığında saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəlini şübhəli şəxs qismində tutulduqları 21 fevral 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəlini isə şübhəli şəxs qismində tutulduğu 22 fevral 2024-cü il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan bir ədəd «Samsung» markalı «Galaxy A50» modelli, 3585 8310 5305 463 və 3585 8410 5305 461 İMEİ kodlu mobil telefon və bir ədəd «Huawei Band 6-E84» markalı «FRA- B19» modelli smart qol saatı Zərərçəkmiş şəxs qaytarılması, iş üzrə Təqsirləndirilən şəxs2 məxsus «Samsung Galaxy A3» markalı mobil telefona baxış zamanı aşkar edilmiş «20240214_201751.mp4» və «20240214_204848.mp4» adlı videofayllar olan bir ədəd «CD» disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi nəzərə alınmalı, Xətai RPİ-nin saxlancına verilmış üş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət hadisəsi zamanı istifadə etdiyi bir ədəd dəmir boru məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 32 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 hər birinə ayrı ayrılıqda 420 AZN (dörd yüz iyirmi) manat pul Bakı şəhəri 32 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: 1.Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2024-cü tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2024-cü tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2024-cü tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi subutlar–Bakı şəhəri Xətai RPİ-nin saxlancına verilmış bir ədəd dəmir boru məhv edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. «Samsung» markalı «Galaxy A50» modelli telefon və bir ədəd «Huawei Band 6-E84» markalı «FRA-B19» modelli smart qol saatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərcləri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 hər birinə ayrı ayrılıqda 420 AZN (dörd yüz iyirmi) manat pul Bakı şəhəri 32 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova