Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-334/2020 27.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X1 və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokurorları Dövlət ittihamçısı2, Dövlət ittihamçısı3, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1992-ci ildə Samux rayonunda anadan olmuş, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, Samux rayonu, Qara-arx kəndində qeydiyatda olan və xx xxxxxx 2019-cu il tarixdən Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə başqa şəxslərlə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2019-cu ildə saat 22:00 radələrində kirayə yaşadıqları ünvan 1 ünvanında Zərərçəkmiş şəxs pulunu ələ keçirmək məqsədilə qəflətən fəal hərəkətlər edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib qəsdən əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs vuraraq üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, sol göz qapaqlarının qançır-şişkinliyi və həmin gözün ağlı qişasına qansızma, alın, sol almacıq, sağ alt göz qapağının və gözaltı nahiyənin, burun, sağ mil-bilək oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib, Zərərçəkmiş şəxs 1900 ( min doqquz yüz) manat pulunu ələ keçirərək quldurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək, ifadələrində göstərdi ki, iş üzrə Zərərçəkmiş şəxs tanıyır. Aralarında yaxın münasibətləri və ya ədavətləri olmayıb. O, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Avtomobilini dəyişmək məqsədilə «Turbo.az» saytında elan yerləşdirmişdir. Bir müddət sonra Natiq zəng edib avtomobilə baxmaq istədiyini bildirdi. O, Natiqə artıq avtomobili satmış olduğunu, lakin tanışı Farizin də öz avtomobilini satmaq istədiyini deyib Natiqə Farizin nömrəsini vermişdir. Natiq Farizin avtomobilini aldıqdan bir müddət sonra Fariz qohumları Anar, Elsevər və Natiqlə birlikdə dostu Rəşad və onun sevgilisi Nuranə ilə onun yaşadıqları evlərinə gəlmişlər. O, həmin vaxt Natiqi tanımadığı üçün onun kim olmasını soruşduqda Fariz onun avtomobilini alan şəxs olduğunu, qalmağa yeri olmadığı üçün ev tapana qədər Anargildə qladığını dedi. Həmin gün onlar evdə yeyib içmişlər. xx xxxx 2019-cu il tarixdə o, Rəşad ilə birlikdə şəhərdə olan zaman Anar Rəşada zəng edərək sevgilisi Nuranənin Natiq ilə onlarda olduğunu dedi. Buna görə də saat 22:00 radələrində Rəşad ilə birlikdə Anargilin kirayə yaşadıqları evə getmişlər. Evə daxil olan zaman Nuranənin orada olduğunu görmüşlər. X10 əlaqəsindən əsəbləşib Natiqin üzərinə gedərək onu vurmağa başladı, o da Rəşada qoşulub Natiqə bir-iki şillə vurmuşdur. Mübahisə zamanı Elsevər də Natiqi vurdu. Natiq özünü müdafiə etmək üçün Nuranə ilə münasibəti olmadığını, Nuranənin ondan borc istədiyini və ona kömək etmək qərarına gəldiyini bildirdi. Rəşad bu zaman Nuranəyə söz verdiyi 300 manat pulu verməsini dedi. Natiq pulu verməkdən imtina etdi. O, telefonuna zəng gəldiyi üçün o çölə çıxmış və avtomobildə əyləşmişdir. Təxminən 10 dəqiqə sonra isə Rəşad Nuranə ilə birlikdə gəlib avtomobilə əyləşib həmin yerdən uzaqlaşmışlar. Onlar evə pul götürmək məqsədilə getməmişlər. Ona zəng gəldikdən sonra baş verənlərdən xəbəri olmamışdır. Rəşadın Natiqdən pul götürməsini polis bölməsində bilmişdir. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Aralarında ədavətləri və yaxınlıqları yoxdur. O, Rusiya istehsalı olan avtomobillərin alışı və satışı ilə məşğul olmuşdur. xx xxxxxx 2019-cu tarixdə avtomobil almaq məqsədilə internetdən Elşad adlı şəxsin nömrəsini götürüb danışmış, Elşad da ona Fariz adlı tanışının nömrəsini vermişdir ki, onunla əlaqə saxlasın. Bakıya gəlib Farizlə alğı-satqı etdikdən sonra Farizə Bakı şəhərində qalıb avtomobili təmir etdirib sonra aparmalı olduğunu, ancaq qalacaq yeri olmadığını dedikdə Fariz Anar və Elsevər adlı qohumlarıgildə qala biləcəyəni dedi. O, da razılaşıb Elsevərlə birlikdə Anargilin evinə getmişlər. Həmin vaxt o, Anara 50 manat kirayə pulu vermişdir. Növbəti gün avtomobili təmirdən götürüb evə gələndə Fariz onu birlikdə qonaq getməyə dəvət etdi. Fariz, Anar, Elsevər və o, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən evə getmişlər, orada Elşad, Rəşad və Nuranə ilə tanış olmuşdur. Səhəri Nuranə, Elşad Rəşad onlara qonaq gəldilər. O, Nuranə ilə mətbəxdə çay içən zaman Nuranə ona 300 manat pula ehtiyacı olduğunu deyib və ona köməklik etməyi xahiş etdi. O, Nuranəyə 100 manat verə biləcəyini demişdir. Günorta Nuranə ona zəng edərək pul veribverməyəcəyini soruşdu. O da Nuranəyə demişdir ki, kirayə qaldıqları evə getsin, o da gəlir. Evə gələndə evdə Elsevər, Nuranə və Anar var idi. Bir neçə dəqiqədən sonra Rəşad və Elşad da evə gəldi. Rəşad orada Nuranəyə əsəbiləşərək orada nə işi olduğunu soruşdu. Daha sonra birinci Rəşad, ardınca isə Elşad onun üzərinə gedib onu şillə ilə vurdular. Rəşad Nuranəyə təklif etdiyi pulu çıxartmağı tələb etdi. Bu zaman o ,cibindən 100 manat çıxararaq stolun üzərinə qoymuşdur. Həmin vaxt Elşada zəng gəldiyi üçün o, çölə çıxmışdı. Elşad çöldə olan zaman Rəşad onun cibindən 1900 manat pulu çıxartdı. Rəşad və Elşaddan başqa Elsevər də onun Nuranəyə pul təklif etdiyini zənn edib onu vurdu. Lakin onun başını heç kəs çarpayıya vurmuyub, başı qırxılmayıb. Elşad ondan pul tələb etməyib. İstintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadələri ilə istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyət olduğu üçün onun istintaq zamanı verdiyi xx xxxx 2019-cu il tarixli ifadələri elan olunub araşdırıldı. O, həmin ifadələrində göstərmişdir ki, Gəncə şəhəri, 1 saylı tam orta məktəbi 9-cu sinifə qədər oxumuş, daha sonra səhhətində yaranmış problemlərlə əlaqədar olaraq təhsilini davam etdirməmişdir. Avtomobil satışı ilə məşğul olmuş, hazırda isə heç bir işlə məşğul olmur. Rusiya istehsalı olan avtomobillərin alışı və satışı ilə məşğul olmuş, belə ki, öz vəsaiti hesabına avtomobil alaraq həmin avtomobili təmir edərək satır və pul qazanır. İstifadəsində əvvəllər ***-***-**-** nömrəsi olmuşdur, sonradan istifadəsində ***-***-**-** nömrəsi olmuşdur. X9, Təqsirləndirilən şəxs, X4 və Şahid1 2019-cu ilin fevral ayının axırlarından tanımış, onlarla heç bir düşmənçiliyi olmamışdır. 2019-cu ilin fevral ayında özünə məxsus olan VAZ 2106 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili satmış, özü üçün yeni avtomobil almaq istəyir, bu məqsədlə də «Turbo.az» saytında avtomobil axtaran zaman Bakı şəhərində Elşad adlı şəxsin satdığı VAZ 21011 markalı avtomobili bəyənmişdir. O, internetdən Elşadın mobil telefon nömrəsini götürmüş və onunla zəngləşib danışmış və xx xxxxxx 2019-cu ildə Bakı şəhərinə gəlmiş, Bakı şəhərində yerləşən Avtovağzalda Elşada zəng vuraraq satmaq istədiyi VAZ 21011 markalı avtomobilə baxmaq istədiyini bildirmişdir. Elşadda ona demişdir ki, bəs avtomobili satmış, ancaq bir tanışı vardır, adı Farizdir, VAZ 2106 markalı avtomobili vardır, onu satır, ona Farizin nömrəsini vermişdir ki, Farizlə əlaqə saxlayıb avtomobilinə baxsın. Bundan sonra o Farizlə telefonla danışıb onu avtovağzala dəvət etmişdir ki, avtomobilə baxsın. Bundan sonra təxminən 20-30 dəqiqə keçmiş, Fariz həmin yerə qırmızı rəngli VAZ 2106 markalı ** XM *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. O, Bakı şəhərinə gələn zaman üzərində 5800 manat pul olmuş, Fariz avtomobili 3700 manata dediyi üçün bazarlıq edib və avtomobili 3300 manata almağa razılaşmışlar və qərara gəlmişdir ki, avtomobilin texniki pasportda adı olan sahibindən bir başa ona etibarnamə verilsin, bundan sonra avtomobilin sahibini tapmışlar, həmin şəxslə Əhmədli qəsəbəsində görüşmüşlər və 18 saylı notariat kontoruna getmişlər, orada həmin şəxs ona 1 illik baş etibarnamə vermiş, həmin vaxt o, Farizə 3300 manat pul vermişdir. Bundan sonra avtomobilin müəyyən işləri olduğu üçün Farizə demişdir ki, Bakı şəhərində qalıb avtomobili təmir etdirib sonra aparmalıdır, ancaq qalacaq yeri yoxdur, bu zaman Fariz demişdir ki, onun qohumu vardır, adı Anardır, o digər qohumu Elsevərlə Papanin deyilən ərazidə kirayə yaşayır və o, Anargilə 50 manat hörmət etməklə bir müddət onlarla yaşaya bilər. O, da razılaşmış, bundan sonra saçını qırxdıran zaman Elsevər də onların yanına gəlmiş və onlar birlikdə Anargilin kirayə qaldığı evə gəlmişlər. Həmin vaxt o, 50 manat kirayə pulunu Anara vermişdir. Həmin günün səhəri kirayə yaşadığı evin yanında avtomobilini rənglətdirmək istəyərkən orada usta ona baha qiymət dediyi üçün o gedib Teymur Əliyev küçəsi deyilən yerdə əslən Şəkili olan ustaların yanında avtomobilini ucuz qiymətə rəngləndirmək qərarına gəlmişdir. Bundan sonra həmin deyilən yerə getmiş, orada bütöv avtomobilin rənglənməsi üçün 450 manat pul istəmişlər, o da 450 manat pulu vermiş və orada avtomobilini rənglənməyə qoymuş, ona təxminən mart ayının 4-də avtomobili verəcəklərini bildirmişlər. xx xxxx 2019-cu ildə avtomobili götürmüş, kirayə yaşadığı evə gələndə Farizdə oraya gəlmiş, söhbət zamanı Fariz onu da birlikdə qonaq getməyə dəvət etmiş və onun avtomobili ilə Fariz, Anar, Elsevər və o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən evə getmişlər, orada Elşad, Rəşad və Nuranə adlı qadın olmuş, orada onlar bir qədər oturub söhbətləşmişlər, həmin vaxt o, bilmişdir ki, onun birinci danışdığı avtomobilini almaq istədiyi Elşaddır, Nuranə isə Rəşadın qeyri rəsmi münasibətdə olduğu qadındır. Onlar oradan gedən günün səhəri Nuranə, Elşad Rəşad onların kirayə yaşadığı evə qonaq gəlmişlər, orada yeyib içəndən sonra o, Nuranə ilə mətbəxdə çay içən zaman Nuranə ona imkansızlıqdan danışmış və 300 manat pula ehtiyacı olduğunu bildirmiş və ona köməklik etməyini xahiş etmiş, o, isə Nuranəyə köməklik edə biləcəyini demişdir. Bundan sonra onlar bir birinə mobil telefon nömrələrini vermişlər. Bundan sonra o Nuranəni götürmüş və avtomobili ilə küçədə bir dəfə o tərəf bu tərəf gedərək söhbətləşmişlər. Həmin gün Nuranəgil onların kirayə qaldığı evdə qalmışlar, səhəri gün tezdən X15 məxsus olan BMV markalı avtomobilə əyləşərək kirayə ev tutmaq üçün getmişlər, Rəşad isə çörək yeyib işə getmişdir. Günorta radələrində Nuranə ona zəng edərək soruşmuşdur ki, pul verir ya yox. O, da Nuranəyə demişdir ki, kirayə qaldıqları evə getsin, o da gəlir. O, evə gələndə görmüşdür ki, evdə Elsevər, Nuranə bir də Anar vardır. o, evə keçib divanda əyləşmiş, həmin vaxt Anar ona demişdir ki, Rəşada zəng etmiş gəlir, o da bir söz deməmişdir. Bir neçə dəqiqədən sonra Elşad evə gəlmiş, o divandan durub telefonu zaryatkaya qoymaq istəyən zaman Elşad onun sifət nahiyyəsinə yumruqla vurmuş, o yemək masasının üstünə yıxılanda Elşad demişdir ki, qıza təklif etdiyi pulu çıxartsın, o yerdə yıxılı vəziyyətdə olan zaman Elşad onu vuraraq pulu çıxartmağı tələb etmiş, Elşad yatağın altına baxsada pulu tapa bilmədiyi üçün Elsevərə demişdir ki, onu tutub saxlasın o gedib avtomobilinə baxsın, bundan sonra Elsevər onu vurmağa başlamış, sifət nahiyyəsi qan içində olmuş, bundan sonra Rəşad evə gəlmiş, bundan sonra Nuranəyə Rəşad bir şillə vuraraq burada nə gəzdiyini soruşmuş, bunu görən Elsevər qızışmış və onu tutub o biri otağa aparmışdır. Orada onun başını kravata vurmuş, bundan sonra Elşadda onu döyən zaman pul tələb edəndə Rəşad da otağa gəlmiş və onun sifət nahiyəsinə bir şillə vurmuş, bu zaman o artıq döyülməmək üçün onlara təklif etmişdir ki, 100 manat pul versin onu buraxsınlar çıxıb getsinlər, lakin onlar razılaşmamışlar, bundan sonra o cibindən pulu çıxaran zaman cibində olan 1900 manat pul kom şəkildə çıxmış, o pulu çıxaranda Rəşad demişdir ki, pulu ona versin, səhər qaytaracaq, o da etiraz edə bilməmiş və heç bir söz deməmiş, bundan sonra Rəşad pulu cibinə qoymuş və Elşad, Rəşad və Nuranə çıxıb Elşadın avtomobilinə minərək çıxıb getmişlər, səhərə qədər Elsevər mənim yanımda qalaraq, mənim avtomobilimin açarlarını və telefonumu aldı ki, polisə şikayət etməsin. Səhəri gün o Elsevərə yalvarmışdır ki, onun telefonunu və açarını qaytarsın, Elsevər də onun açarları və telefonunu qaytarmış, daha sonra Elsevər çıxıb getmişdir. Elə həmin gün gecə o Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinə şikayət etmişdir. Bundan sonra orada vəziyyəti danışmış və ona ekspertizadan keçmək üçün göndərmişlər, orada ekspertizadan keçmişdir. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır, yaxınlıqları və ədavətləri yoxdur. İş üzrə Zərərçəkmiş şəxs isə qohumu Fariz vasitəsilə ilə tanıyır. Aralarında yaxınlıqları və ədavətləri olmamışdır. O, Bakı şəhəri, Nəsimi rayonunda, həyət evində kirayə qohumu X4 ilə birlikdə qalmışdır. Elsevər Rəşad və Elşad ilə dostluq edirdi. 2019-cu ilin fevral ayının sonlarında digər qohumu Fariz Natiqi gətirdi. Fariz avtomobilini həmin Natiqə satdığını, Natiq üçün beş on gün müddətinə qalmaq üçün ev lazım olduğunu dedi. O da Natiqə onun yanında qalmağa razılıq vermişdir. Natiq də ona qalmaq üçün 50 manat verdi. Bundan sonra rayona getmiş və xx xxxx 2019-cu ildə Bakıya qayıdıb evə gəldikdə görmüşdür ki, Rəşad, Elşad və Nuranə adlı qadın onların evindədirlər. O, maraqlandıqda Elsevər evlərini təhvil verdiklərinə görə bir günlük gəldiklərini və səhər qayıdacaqlarını dedi. xx xxxx 2019cu il tarixdə, saat 18:00 radələrində o, evə gələn zaman Elsevəri evdə görmüşdür. Elsevərdən nə səbəbə evə tez gəlməsini soruşduqda o, işi az olduğu üçün tez gəldiyini dedi. Təxminən 10-15 dəqiqə keçməmiş Nuranə da onların evinə gəldi. Nuranənin hansı səbəbdən bura gəldiyini soruşduqda Elsevər təzə tutduqları evin yerini tapa bilmədiyi üçün Rəşadın göndərdiyini, gəlib götürəcəyini dedi. O, Nuranənin Rəşadın sevgilisi olduğunu bildiyi üçün Rəşada zəng edərək Nuranənin burada olmasını demişdir. Rəşad da ona xəbəri olduğunu bir azdan gəlib götürəcəyini dedi. On beş-iyirmi dəqiqə sonra, Natiq evə gəldi. Bir neçə dəqiqə keçmiş Elşadla Rəşad gəldi, qəflətən X16 üstünə cumaraq əl zərbələri ilə onu vurmağa başladılar. Onlar Natiqi döyən zaman Rəşad Natiqdən hansı səbəbdən Nuranəyə SMS yazdığını soruşdu. O da Rəşadgili aralayıb məsələni aydınlaşdırmağa çalışmış, lakin Rəşadgil ona əhəmiyyət verməyərək Natiqi döyürdülər. Bu zaman Elsevər də onlara qoşuldu və hamısı birlikdə Natiqi döydülər. Onları ayırmağa çalışan zaman Rəşad cibindən bıçaq çıxarıb Natiqə, səni deşərəm, Nuranəyə söz verdiyin 300 manatı ver dedi. Natiq pulunun olmadığını, cəmi 100 manatı olduğunu deyib cibindən 100 manat çıxardıb masanın üstünə qoydu. Lakin Rəşad həmin məbləğlə razılaşmadı. Bundan sonra Natiq digər yataq otağına keçən zaman Rəşadda onun arxası ilə keçdi, həmin vaxt Elşad, Elsevər və Nuranə onun yanında qaldılar. Rəşad Natiqin arxasınca otağa keçəndən dərhal sonra Natiq onu səsləyərək Rəşadın cibindən 1900 manat pulu götürdüyünü dedi. O, Rəşaddan pulu qaytarmasını tələb etdikdə Rəşad inkar edərək pulu götürmədiyini dedi. Həmin vaxt Elşad çölə çıxdı, Rəşad da Nuranəni götürüb Elşadın avtomobilinə əyləşib getdilər. Elşada pulu qaytarmasını dedikdə Elşad əgər Rəşadın pulu götürübsə qaytazdıracağını deyib Natiqin polisə şikayət etməməsi üçün onun telefonu və avtomobilin açarını götürdü. O, isə Elsevərdən telefonu və avtomobilin açarını götürüb Natiqə qaytarmışdır. X20 zəng edərək günortaya qədər pulu qaytaracaqlarını desə də sözlərinə əməl etmədilər. Bundan sonra Natiq gedib 20-ci Polis bölməsinə ərizə verdi. Daha sonra Rəşadgil tutulan zaman pulun müəyyən hissəsi Rəşadın üstündən aşkar edildi, qalan hissəsini də valideynlər düzəldərək Natiqə qaytardılar. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs X9 vasitəsilə tanımışdır. Münasibətləri yaxşı, aralarında ədavətləri olmamışdır. İş üzrə Zərərçəkmiş şəxs tanıyır. Aralarında ədavətləri yoxdur. O, tanışı Rəşad və Elşadla birgə Bakı şəhərində kirayə ev tutaraq yaşamışlar. Natiqi birinci dəfə 2019-cu ilin fevral ayının axırlarında onların evinə qonaq gələndə görmüşdür. Mart ayının əvvəlində onlar kirayə qaldıqları evdən çıxmalı olmuş, lakin kirayə ev tapa bilmədikləri üçün tanışları Anar, Elsevər və Natiqin yaşadığı evə getmişlər. Həmin evdə Natiq ondan mobil nömrəsini istəmiş, o da etiraz etməyərək mobil nömrəsini ona vermişdir. xx xxxx 2019-cu il tarixdə ona pul lazım olduğundan heç kimə demədən Natiqə zəng edərək ondan 300 manat borc istəmişdir. Natiq də ona borc verə biləcəyini dedi. xx xxxx 2019-cu il tarixdə Natiqə zəng etdikdə Natiq ona evə getməsini, gəlib pulu verəcəyini dedi. O da razılaşmış, bundan sonra Natiqgilin kirayə yaşadığı evə gedən zaman görmüşdür ki, Anarla Elsevər evdədir. Bir qədər sonra Natiq də gəldi. Anar ondan burada nə etdiyini soruşmuş, o da Anara yeni köçdükləri evi tapa bilmədiyini, ona görə də oraya gəldiyini, bir azdan Rəşadın gəlib onu götürəcəyini demişdir. Anar da bir söz demədi. Bir neçə dəqiqə sonra Elşad da evə gəldi. Anar telefonla Rəşada zəng vuraraq onun orada olduğunu dedi. O, Natiqi kənara çəkib söz verdiyi pulu istəyən zaman Elşad gəldi və Natiqdən ona nə söz verməsini soruşdu. O, pula ehtiyacı olduğu üçün Natiqdən ona 300 manat borc istədiyini demişdir. Həmin vaxt Elşad Natiqin qolundan tutaraq digər otağa keçirdi və onu danlamağa başladı ki, sən burada pullu çıxmısan, kiməsə pul verirsən, belə pulun çoxdusa elə bizə pul ver. Natiq pulunun olmadığını dedikdə, Elşad ona necə olur qıza pul verə bilirsən, bizə yox deyirsən deyib şillə ilə Natiqi vurdu. Bundan sonra Elsevər də Natiqi vurmağa başladı. Anar onları aralaşdırmaq istəsə də Elşadla Elsevər ona imkan verməyib və onu vurmağa davam etdilər. Elsevər Natiqin avtomobilində pul olubolmadığını yoxlamaq üçün onun gödəkcəsinin cibindən avtomobilinin açarını gögötürdü. Birinci Elsevər, arxası ilə Elşad Natiqin avtomobilinə baxdılar. Lakin orada heç nə tapmayıb geri qayıdan zaman Rəşad da evə gəldi. Rəşad ondan nə baş verməsini soruşduqda, o, pula ehtiyacı olduğu üçün pul istəmək üçün gəldiyini demiş, bundan sonra yenə də Natiqi vurub ondan ona söz verdiyi pulu onlara verməyi tələb etdilər. Elşadla Elsevər yenə Natiqi vurmaqda davam edib ondan söz verdiyi pulu tələb etdilər. Həmin vaxt Natiq cibindən 100 manat çıxarıb Elşada uzatdı. Elşad isə ondan 300 manatı verməsini tələb etdi. Natiq etiraz edib yenidən cibindən 100 manatı çıxarıb Elşada uzadanda Rəşad pulun hamısını Natiqdən aldı və Elşadgilə dedi ki, pul ondadır, narahat olmayın. Natiqə də pulu sabah qaytaracaqlarını dedi. Daha sonra Elşad, Rəşad və o Elşadın avtomobili oradan çıxıb Neftçilər metrostansiyasının yaxınlığında kirayə tutduqları evə getmişlər. Bir qədər sonra Fariz də həmin yerə gəldi. Rəşad puldan 500 manatını Farizə verdi ki, Natiqə çatdırsın və desin ki, qalan pulu da səhər verəcək. Gecə Elsevər də həmin yerə gəlib Natiq polisə şikayət etdiyni dedi. bundan sonra o, Rəşad, Elşad Gəncə şəhərinə getmiş, orada Elşad və Rəşad tutuldu. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində X9 göstərmişdir ki, Bakı şəhərində fərdi qaydada ev təmiri ustası və ya tikintidə fəhlə işləməklə özünü dolandırır. Bakı şəhərində daimi yaşayış yeri yoxdur. Nərimanov rayonu ərazisində «Təvəkkür» universitetinin yaxınlığında Şahid1, Təqsirləndirilən şəxs ilə birlikdə kirayədə yaşamışdır. X5 və Şahid2 və Fariz adlı şəxsi də tikinti işlərində işləyən zaman tanımışdır. Elsevər və Anar onun birinci dəfə gördüyü Zərərçəkmiş şəxs ilə birlikdə onun kirayədə yaşadığı evə gəlmişlər. Həmin zaman ona məlum olmuşdur ki, X21 2106 markalı avtomobil almışdır. Natiq həmin avtomobili təmir etdirmək üçün 50 manat verərək bir müddətlik Elsevərgilin evində qalmağa razılaşmışlar. Həmin zaman evdə Elşad və Nuranə də olmuşdur. Evdə yemək yeyib-içmək məclisində iştirak etmişlər. Bundan daha 1-2 gün sonra o Nuranə və dostu Elşad həmin Natiqin Elsevər ilə müvəqqəti icarədə qaldığı evə getmişlər. Həmin vaxt Natiqin digər ev yoldaşı Anar da evdə olmuşdur. Onları kirayədə qaldığı evdən çıxardıqları üçün onlar yeni ev tapana qədər onlarda qalacaqlar. 6-7 mart tarixlərində onlar birlikdə anargilin qaldığı evdə qalmışlar. xx xxxx 2019-cu il tarixdə o işdən çıxıb evə gələn zaman Anar ona zəng edərək Nuranənin evə gəldiyini, Natiqlə pul alıb görüşmək istədiyini bildirmişdir. O da Anara artıq işdən çıxdığını və evə gəldiyini bildirmişdir. O, yolda Elşadın avtomobilinə əyləşmiş və Elşadla birlikdə evə gəlmişlər. Onlar evə girəndə görmüşlər ki, Natiq kresloda əyləşib, həmin zaman Anar ona bildirmişdir ki, Natiq Nuranəyə onunla birlikdə olmaqdan ötrü 300 manat pul vermək istəmişdir. Həmin vaxt Natiq Nuranə ilə birlikdə çörək kəsdikləri üçün 300 manat pul vermək istəmişdir. Bu zaman Elşad Natiqin üstünə gedərək onu vurmağa başlamış, Elsevər də Natiqi vurmuşdur. O da Natiqə Nuranə ilə danışdığına görə bir şillə vurmuşdur. Həmin vaxt Elsevər Natiqin üstünə uzanaraq onu vurmuşdur. Natiqin dodağı partladığı üçün o, Elsevərə demişdir ki, aparıb onun üzünü yusun. Elsevər də mətbəxdə Natiqin başını kafelə vurmuşdur. Bundan sonra Elsevər Natiqi otağa gətirmiş, həmin vaxt Elşad və Elsevər Natiqə demişlər ki, Nuranəyə söz verdiyi 300 manatı versin. Natiq də pulu olmadığını dedikdə yenidən onu vurmağa başlamışlar. Onlar Natiqi pul vermədiyinə görə vurmuşlar. Bundan sonra o bir iki dəqiqəlik çölə çıxmış, geri qayıdanda görmüşdür ki, Natiq masanın üstünə 100 manat pul qoymuşdur, əlində isə xeyli miqdarda pul olmuşdur. Natiq həmin pulun onun pulu olmadığını avtomobilini təmir etdirəcəyini bildirmiş, həmin vaxt o Natiqə demişdir ki, narahat olmasın, pulu ona versin, səhər qaytaracaqdır. Natiq də etiraz etməyərək razılaşmışdır. Bundan sonra o Elşad və Nuranə ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yeri kirayə tutduqları evə getmişlər. Sonradan görmüşdür ki, götürdüyü pul 1800 manatdır. Səhəri gün o, Nuranə, Elsevər və Elşadla birlikdə yaşadığı Gəncə şəhərinə getmişlər. Gedən zaman Farizlə görüşüb pulun 500 manatını Farizə vermişdir ki, Natiqə çatdırsın və qalan pulu da Gəncədən qayıdanda verəcəyini bildirsin. Yolda Elsevər də Goranboyda düşüb ordan Tərtər şəhərinə getmişdir. O da Gəncə şəhərində öz evində qalmışdır. Elşad və Nuranə isə elşadın tapdığı bir evdə qalmışlar, səhəri gün Elşad onun mobil telefonuna SMS yazaraq onu polisə çağırmışdır. O da özü polis idarəsinə getmiş və oradan onu Bakı şəhəri, Nəsimi RPİ-yə gətirmişlər.» Məhkəmədə elan olunub araşdırılmış ifadələrində X4 göstərmişdir ki, Gəncə şəhərində Ozan küçəsində yerləşən «turac» şirkətində qeyri rəsmi olaraq usta işləyir. Əvvəllər məhkum olunmamış, Tərtət rayonu, Bəyimsarov kəndində qeydiyyatdadır, iş yeri ilə əlaqədar olaraq Gəncə şəhərində «Qlavnıy» deyilən yerdə həyət evində kirayə yaşayır. İstifadəmdə ***-***-**-** və ***-***-**-** nömrələri vardır, həmin nömrələri uzunmüddətdir ki, istifadə edir. X6 əmisi oğlu Niyaməddinə görə tanımışam, onunla heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Rəşad Məmmədova görə tanımış, heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Şahid1 da Rəşadın sevgilisi kimi tanımış, onunla da heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Zərərçəkmiş şəxs bibisi oğlu X7 (***-***-**-**) görə tanımış, belə ki, 2019-cu ilin fevral ayında onun bibisi oğlu Fariz Natiqə VAZ 2106 markalı avtomobil satmışdır. O da Fariz vasitəsilə Natiqi tanımışdır. Həmin vaxtlarda atasının dayısı oğlu olan Şahid2lə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Papanin kimi adlanan ərazidə kirayə ev tutub qalmışlar, həmin kirayə evi 150 manata tutmuşlar, Natiq də Farizin avtomobilini alandan sonra həm hava qaraldığı üçün həm də ki, sürücülük vəsiqəsi olmadığından Farizin təklifi ilə onlar Natiqə icazə vermişlər ki, onlarla bir evdə kirayədə yaşasın. Natiq də kirayə puluna görə 50 manat onlara pul vermişdir. Natiq onlarla bir evdə kirayə qalandan sonra bir dəfə Rəşadgilin kirayə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində yerləşən evlərinə qonaq getmişlər, həmin evdə Rəşad, Elşad və Nuranə kirayə yaşamışlar. xx xxxx 2019-cu ildə saat təxminən 20 radələrində işdən tez çıxmış və evə biraz tez gələsi olmuş, həmin vaxt onların kirayə yaşadıqları evdə Anar olmuşdur, üstündən təxminən 10-15 dəqiqə keçəndən sonra Rəşadın sevgilisi Şahid1 onların evinə gəlmiş, Anar ondan burada nə etdiyini soruşduqda Nuranə demiş ki, bəs yeni kirayə ev tutublar, həmin evin ünvanını tanımadığı üçün bura gəlmişdir, bir təxminən 5 dəqiqə keçmiş Natiq evə gəlmişdir. Bundan sonra X14 telefonunu soruşmuş, daha sonra Anar Rəşadla telefonla danışıb Nuranənin burada olması barədə məlumat vermiş, həmin vaxt Rəşadın nə deməsini bilməmiş, təxminən 20-25 dəqiqə keçəndən sonra Rəşadla Elşad evə daxil olmuşlar, onlar evə gələndə Nuranə əlində telefonla oynamış, bu zaman Rəşad telefonu Nuranədən götürmüş və ekrana baxandan sonra Natiqə yaxınlaşmış və heç bir söz demədən ona bir şillə vurmuş, daha sonra bir təpik vurmuş, onlar tez Rəşad gili aralaşdırıb nə baş verməsi haqqında maraqlandıqda Rəşad demişdir ki, Natiq Nuranəyə sevgi mesajları yazmışdır, o da Natiqin qolundan tutaraq mətbəxə keçirtmiş və orada ondan nə baş verməsi barədə maraqlandıqda Natiq ona olanları danışan zaman əsəblərini saxlaya bilməmiş, o da Natiqə bir şillə vurmuş, daha sonra Elşadda həmin otağa keçmiş, Elşadda Natiqə şillə vurmuş, həmin vaxt Şahid2 onu aralaşdırmış, daha sonra onun mobil telefonuna zəng gəldiyi üçün evdən çölə çıxmış, o telefonla danışdığı zaman Nuranə evdən çölə çıxmış və getməyə başlamış, o telefonla danışıb evə keçən zaman qapının ağzında Elşad və Rəşadla rastlaşmış, Rəşada demişdir ki, Nuranəni saxlamaq lazımdır, hara gedir, bundan sonra Rəşadla Elşad da Nuranənin arxası ilə çıxıb getmişlər. O isə evə keçmiş, həmin gecə o evdə qalmış, səhər tezdən həmişəki kimi evdən çıxaraq Badamdar qəsəbəsində iş yerinə getmiş, həmin gün axşam çağı saat təxminən 19 radələrində işdən çıxıb kirayə yaşadığı evə gəlmiş, həmin vaxt evdə Anar olmuş, Natiq evdə olmamışdır. O, Anardan Natiqin harada olması barədə soruşmuş, Anar da ona demişdir ki, Natiqin harada olması barədə onda heç bir məlumat yoxdur. Ancaq orada söhbət zamanı Anar ona deməmişdir ki, Natiqin həmin vaxt pulu Rəşad tərəfindən götürülmüşdür. Bundan sonra xx xxxx 2019cu ildə onun bacısının yaşadığı kənddə nişan məclisi olacağı üçün əvvəlcədən planlaşdırmışdır ki, kəndə getsin, ona görə də kirayə yaşadığı evdən əşyalarını götürmüş və təxminən 19:30 radələrində evdən çıxmış, o hələ evə gələn zaman yolda Elşadla danışarkən Elşad demişdir ki, avtomobilini Gürcüstan Respublikasına gedir, o da Elşada demişdir ki, rayona gedir, yarı yola qədər onu da aparsın. Elşadda onunla razılaşmışdır, bundan sonra bibisi oğlu Fariz onu evin yanından götürmüş və 20 yanvar metrosunun yanında Elşadla görüşmüş, o, Elşadın avtomobilində Rəşad və Nuranənin də olduğunu görmüş, onlarda rayona getdiklərini demişlər, fikirləşmişdir ki, yəqin Rəşad Nuranəni başından eləmək üçün rayona gedir. Bundan sonra «Goran» deyilən yerə çatanda Tərtər rayonuna getmək üçün avtomobildən düşmüş, daha sonra onlarla əlaqəsi olmamışdır. xx xxxx 2019-cu ildə axşam ona polisdən zəng vurmuşlar, ancaq səs küy olduğu üçün tam eşidib danışa bilməmiş, səhəri gün yenə də ona polisdən zəng edib Tərtər rayon polis şöbəsinə dəvət etmişlər, o da oraya yaxınlaşandan sonra bundan sonra Nəsimi rayon polis idarəsinin əməkdaşları gəlmişlər və onu Bakı şəhərinə gətirmişlər, həmin vaxt onunla Şahid1 bir avtomobildə Bakı şəhərinə gətirmişlər, orada onun ifadəsini almışlar və o orada eşitmişdir ki, həmin münaqişə zamanı Rəşad Natiqin pulunu götürmüşdür. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə tibbi ekspertizasının xx xxxx 2019cu il tarixli 221 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, sol göz qapaqlarının qançırşişkinliyi və həmin gözün ağlı qişasına qansızma, alın, sol almacıq, sağ alt göz qapağının və gözaltı nahiyənin, burun, sağ mil-bilək oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx xxxx 2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Məhkəmə, Təqsirləndirilən şəxs X8 söz verdiyi 300 manat pulu verməsini tələb edən zaman telefonuna zəng gəldiyi üçün çölə çıxması və avtomobildə əyləşməsi, təxminən 10 dəqiqə sonra isə Rəşad Nuranə ilə birlikdə gəlib avtomobilə əyləşib həmin yerdən uzaqlaşması, onların evə pul götürmək məqsədilə getmədikləri, ona zəng gəldikdən sonra baş verənlərdən xəbərinin olmaması, Rəşadın Natiqdən pul götürməsini polis bölməsində bilməsi barəsindəki ifadələrini iş üzrə məhkəmədə araşdırılmış sübutlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu ifadələrinin həqiqətə uyğun olmadığı qənaətinə gəlir və bunu özünün müdafiəsinə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə, həmçinin Zərərçəkmiş şəxs məhkəmədə Rəşadın ondan pul tələb edən zaman Təqsirləndirilən şəxs zəng gəldiyi üçün çöldə olması, Təqsirləndirilən şəxs ondan pul tələb etməməsi, onun başının çarpayıya vurulmaması barədə ifadələrini onun ibtidai istintaq zamanı verdiyi xx xxxx 2019-cu il tarixli ifadələri, şahid ifadələri və işin digər halları ilə müqayisəli təhlil edib onun məhkəmədə verdiyi ifadələrini təqsirləndirilən şəxsə yararlanmağa yönələn uğursuz cəhd kimi qiymətləndirib onun ifadələrinin bu hissəsində məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadələrinə istinad edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə başqa şəxslərlə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2019-cu ildə saat 22 radələrində kirayə yaşadıqları ünvan 1 ünvanında Zərərçəkmiş şəxs pulunu ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib qəsdən əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs vuraraq üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, sol göz qapaqlarının qançır-şişkinliyi və həmin gözün ağlı qişasına qansızma, alın, sol almacıq, sağ alt göz qapağının və gözaltı nahiyənin, burun, sağ mil-bilək oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib, Zərərçəkmiş şəxs 1900 manat pulunu ələ keçirərək quldurluq etməsi sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Bu səbəbdən də məhkəmə, onun əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cinayət qanunvericiliyində nəzərdə tutulan qaydada cəzalanmalıdır. Çünki həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və təqsirləndirilən şəxsin cəzadan azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məxsus qanunvericilikdə nəzərdə tutulan qaydada müsadirə edilməsi mümkün olan əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş, xx xxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışıb, ona dəymiş maddi və mənəvi zərər ödənilib, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, həmin halı nəzərə alır. Təqsirləndirilən şəxs məhkəmədə Müdafiəçi tərəfindən 35 (otuz beş ) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə də ona 210 (iki yüz on) manat pul ödənilməlidir. Məhkəmə, hüquqi yardım edilməsi ilə bağlı məbləğin məhkəmə məsrəfləri qismində təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Çünki onun həmin məbləğlərin ödənilməsindən azad edilməsi üçün əsas müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış X2 şəhərində tutulan zaman üzərindən 10 ədəd 100 manatlıq, 1 ədəd 10 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 1014 manat pul saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə həmin halı nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı sayır və cəzasının Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, şübhəli şəxs qismində həbsdə saxlanıldığı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixə qədər 02 (iki) gün ona təyin ediləcək cəzanın müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş zərəri ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması müəyyən olundu. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BƏSİİ tələbnaməsindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmündən, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarından və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2016-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmiş, ona təyin olunmuş 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası 03 (üç) il müddətinə endirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq 07 (yeddi) ay 03 (üç) gün vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə, bu halı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, cəza təyin edərkən, törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin ediləcək cəzanın müddətinə daxil edilsin, ona təyin edilmiş cəzanın qalan müddəti 08 (səkkiz) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Ona təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesab edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 10 ədəd 100 manatlıq, 1 ədəd 10 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 1014 manat pulun saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılsın, həmin məbləğin istintaq zamanı ona verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqi yardım edilməsi ilə bağlı 210 (iki yüz on) manat Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına ödənilsin, həmin məbləğ məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-334/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-334/2020
27.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver